Məhkəmə qərarları › İş №1(101)-1318/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1318/2023

23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1318/2023 23.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və X2 Müdafiəçisi: Müdafiəçi iştirakı ilə, xx xxxx 1959-cu ildə Bakı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin İxtisaslaşdırılmış Müalicə müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, o 08 noyabr 2022-ci il tarixdə səhər radələrində Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 2,276 qram tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroini və şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 1,262 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 09 noyabr 2022-ci il tarixdə saat 00:45-də Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri çərçivəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 27-ci PB-nə gətirilib orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 2,276 qram tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroin və şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 1,262 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, onun bu işlə əlaqəsi yoxdur. 1980-ci ildən bəri narkotikin istifadəsi ilə məşğul olur, narkotik vasitə aludəçisidir. Hazırda demək olar indi sağalıbdır. Gəldilər məni apardılar ki, getməlisən, o da getdi. Üzərimdə narkotik vasitə yox idi. Bir müddətdir ki, istifadə etmirdi. Tutulanda özləri qoydular həmin vaxt narkotiki üzərinə. Orda dedilər ki, 234.1-lə tutalacaq, amma 234.1-1-lə tutulmuşdur. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsi iş materiallarında olan sübutlarla təkzib olunduğundan, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünümüdafiə kimi və ibtidai istintaqda verdiyi ilkin ifadəsindən imtina edilməsi kimi qiymətləndirir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan ibtidai istintaqı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin noyabr ayının 08-də səhər radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisindəki «Kubinka» adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi kişi cinsli şəxsdən 40 manata bir ədəd bükümdə olan naroktik vasitə heroin və bir bükülüdə olan psixotrop maddə metamfetamin almışdır. Qeyd edilən naroktik vasitə heroini və psixotrop maddə metamfetamini şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirirmiş. 09 noyabr 2022-ci il tarixdə saat 00:45-də ünvan 4 ünvanının qarşısında olan zaman iki nəfər mülki qeyimlə şəxslər ona özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş, daha sonra onun narkotik vasitələrin və psixotrop maddələrin qanusuz döyriyyəsində şübhəli olduğumu bildirərək onu Yasamal RPİ-nin 27-ci PB-nin inzibati binasına dəvət etmişlər. O, polis əməkdaşları ilə razılaşaraq sonuncularla birlikdə Polis bölməsinə gəlmişdir. Polis bölməsində olan-otaqların birində gözlədikdən sonra oraya digər polis əməkdaşı gəlib ona yaxınlaşaraq təfiqiqatçı olduğunu, onun üzərinə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün axtarış və götürmə aparılacağını bildirib, ondan vəkil istəyib-istəmədiyini soruşmuş və o, cavabında, maddi vəziyyəti ağır olduğu üçün vəkil dəvət etməyə imkanının olmadığını və əgər mümkündürsə dövlət hesabına onun üçün hər hansı bir vəkilin dəvət olunmasını bildirərək bu barədə ərizədə yazdırıb imzalamışdır. Bununla bağlı, həmin təhqiqatçı ona Yasamal rayonunda fəaliyyət göstərən Bakı şəhəri 22 saylı Vəkil Bürosunda işləyən vəkillərin siyahısını təqdim etmiş və o, siyahı ilə tanış olaraq vəkil X11 tərəfindən dövlət hesabına hüquqlarının müdafiə edilməsini xahiş etmişdir. Az müddət sonra oraya göstərilən büronun vəkili X11 gəldiyi üçün təhqiqatçı sonuncunu ona təqdim etmiş, o, həmin vəkil tərəfindən hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyi üçün təhqiqatçı bu barədə protokol tərtib etmişdir. Bundan sonra isə təhqiqatçı onu və vəkil Mehman Muradlı, eləcə də, onu küçədə saxlamış həmin polis əməkdaşlarını göstərilən polis bölməsinin inzibati binasında yerləşən xidməti otağına dəvət edərək ilkin olaraq orada onun şübhəli şəxs qismində tutulmağına aid qərar yazmış və həmçinin protokol tərtib etməklə ona hüquq və vəzifələrinə dair müvafiq bildirişləri vermişdir. Daha sonra isə təhqiqatçı video yazan texniki vasitə kimi "Samsung" markalı mobil telefon aparatının video kamerasını istifadə etməklə çəkiliş aparıb onun üstünə şəxsi axtarış keçirməyini bildirdikdə etiraz etməmişdir. Şəxsi axtanş və götürmə aparılmasından əvvəl o, şəxsi axtanş və götürmənin apanlması haqqında qərarla tanış olmuş və təhqiqatçı ona qanunla dövriyyəsi qadağan edilmiş narkotik maddələrin və ya psixotrop maddələrin, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməyini təklif etmişdir. Bu təklifdən sonra o, əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən iki ədəd bükümü çıxarıb təqdim edərək bükülülərdən birinin içərisində narkotik vasitə heroin, digərinin içərisində isə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini 08 noyabr 2022-ci il tarixində səhər radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisindəki "Kubinka" adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi kişi cinsli şəxsdən 40 manata aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Onun təqdim etdiyi iki ədəd bükümün biri açıldıqda içərisində qəhvəyi rəngli maddənin, digər bükülünün içərisində isə kristalşəkilli maddə olması aşkar edilmişdir. Üzərindən aşkar olunmuş 02 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən qablaşdırılıb möhür ilə möhürlənərək götürülmüş, o, həmin zərfin tamlığını da öz imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o polis kapitanı rütbəsində Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Xidmət etdiyi bölməyə daxil olmuş əməliyyat məlumatına əsasən məlum olmuşdur ki, xx xxxx 1959-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi, ev 140-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində və istifadəsində şübhəlidir. Həmin məlumat haqqında dərhal Yasamal RPİ-nin 27-ci PB-nin rəhbərliyinə məruzə edilmiş və həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Bundan sonra, əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra həmin gün onunla birlikdə o, polis bölməsindən çıxıb inzibati ərazidə zəruri əməliyyat-axtarış tədbirləri keçirməyə başlamış və həmin gün saat 00:45-də əməliyyat məlumatmda bildirilən zahiri görünüşünə görə oxşar olan şəxsi Yasamal rayonu, Mustafa Sübhi küçəsi, ev 140, dalan 4 ünvanın qarşısında saxlamışlar. Həmin şəxsi saxlayıb, sonuncunun şəxsiyyəti ilə maraqlandıqda müəyyən olmuşdur ki, həqiqətəndə həmin şəxs Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi, ev 140-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxsdur. Onlar Təqsirləndirilən şəxs saxlayarkən özlərini təqdim edərək sonuncunun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşqul olması barədə məlumatlarının olduğunu bildirərək sonuncudan onlarla Yasamal RPİ-nin 27-ci PB-nə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs da razılışaraq onlarla birlikdə oradan Yasamal RPİ-nin 27-ci PB-nə gəlmişdir. Bplmədə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqmda müvafiq qərar və protokol tərtib edərək ona hüquq və vəzifələrini izah etmiş və bundan sonra Təqsirləndirilən şəxs üstünə vəkilin iştirakı ilə video ilə axtarış və götürmə keçirməyə başlamışdır. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsini təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarmm sağ yan cibindən iki ədəd bükümləri çıxararaq təqdim etmişdir, həmin bükülülərdən birinin içərisində narkotik vasitə heroin, digərinin içərisində isə psixotrop maddə metamfetamin idi. Mirbayram həmin narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini 08 noyabr 2022-ci il tarixində səhər "Kubinka" adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi kişi cinsli şəxsdən 40 manata aldığını və şəxsi istifadə məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən digər heç bir qeyri-qanuni əşya və ya predmetlər aşkar olunmamışdır. Daha sonra İsə aşkar olunmuş yuxarıda qeyd olunan bükümdə olan maddə zərfə qoyularaq möhürlənərək götürülmüşdür. O, da, şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi həmin protokolu öz imzası ilə təsdiq etmişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət işində olan 09 noyabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Baş Polis İdarəsinin Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı X13 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 09 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən şəffaf rəngli polietilen paketin içərisində olan şəffaf rəngli, kristal şəkilli, spesifik iyə malik olan maddəni təqdim edib, onun psixotop maddə metamfetamin olmasını və bir ədəd şəffaf rəngli polietilen paketin içərisində olan qəhvəyi rəngli, spesifik iyə malik maddəni təqdim edib, onun narkotik maddə heroin olmasını, həmin maddələri xx.xx.2022-ci ildə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən Kubinka deyilən yerdən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 40 manata aldığını, şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini və 09 noyabr 2022-ci il tarixdə saat 00:45-də yaşadığı ünvan 5 ünvanının qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 27-ci PB- nə gətirildiyini bildirmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf rəngli polietilen paketə bükülmüş içərisində psixotrop maddə metamfetaminə bənzər maddənin olması və bir ədəd şəffaf rəngli polietilen paketə bükülmüş, içərisində narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Aşkar olunmuş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 168 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə fizikikimyəvi ekspertizasının 09 noyabr 2022-ci il tarixli 6/6467 №-li rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №168” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs təqdim etdiyi maddə... ” sözləri, imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01(bir) ədəd bükümdə təmiz çəkisi 2,276 qram olan tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 01 ədəd bükümdə təmiz çəkisi 1,262 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi-2,276 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-2,226 qram. Metamfetamin təmiz çəkisi-1,262 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-1,212 qram. (ekspertiza tədqiqatın dəyəri 55 (əlli beş) manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 5(004)-1159/2022 saylı qərarı ilə Yasamal RPİ-nin 27-ci PB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 09 noyabr 2022-ci il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 4(004)-953/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 09 noyabr 2022ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 19 dekabr 2022-ci il tarixli 7716 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 11 noyabr 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqdim edilmiş 01 ədəd DVD diskdə Təqsirləndirilən şəxs üzərinə özünün, müdafiəçi X3, Yasamal RPİ-nin 27-ci PB-nin əməliyyat müvəkkilləri Şahid1 Aydm oğlunun və həmin bölmənin sahə inspektoru Şahid2 iştirakları ilə şəxsi axtarış və götürmə aparılarkən mobil telefon vasitəsi ilə qeydə alınmış videogörüntülər vardır. DVD markalı diskinin yaddaşına videogörüntülər 01 ədəd faylda yerləşdirilmişdir. Həmin faylda yerləşdirilmiş video görüntü izlənilərkən müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqları X10 tərəfindən izah olunmaqla ona üzərində olan hər hansı bir qanunsuz əşyanm könülü təqdim olunması təklif edilir və bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən iki ədəd bükümləri çıxararaq təqdim etdi. Bundan sonra X10 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlərdə olan maddənin nədən ibarət olması, nə vaxt, haradan əldə etməsi barədə sorğu edilərkən o, həmin bükülülərdən birinin içərisində narkotik vasitə heroin, digərinin içərisində isə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini 08 noyabr 2022-ci il tarixində səhər radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisindəki "Kubinka" adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi kişi cinsli şəxsdən 40 manata aldığını və şəxsi istifadə məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirdi. X10 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərə baxış keçirmiş, həmin bükümlərdən biri açıldıqda içərisində qəhvəyi rəngli maddə, digər bükümün içərisində isə ağ rəngli, kristalşəkilli maddə aşkar edilmişdir. Aşkar olunmuş iki ədəd bükülülər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılaraq götürüldü. Şəxsi axtarış, zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsininambulator məcburi-narkoloji tibbi yoxlamasının 19 dekabr 2022-ci il tarixli 7716 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 09 noyabr 2022-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ahıl yaşda olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən edilir ki, məhkəmə ekspertizasının rəylərinin verilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri 55 (əlli beş) manat təşkil edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,226 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1,212 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 01 ədəd DVD Diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 55 (əlli beş) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan 09 noyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 55 (əlli beş) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Azərbaycan Respublikası DİNin Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,226 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1,212 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 01 ədəd DVD Diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar