Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1318/2025 02.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X7 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 övladı olmaqla, 1 azyaşlı uşağı olan, məhkum olunmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM-nin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin faktiki halları:
1. Cinayət işinin ibtidai istintaq materiallarına görə, İ.R.X13 Respublikasının vətəndaşı olması ehtimal edilən «Ağa» adlı şəxslə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olub bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananı əldə etmə, saxlama, daşınma və satması barədə razılığa gəlmişdir. Belə ki, o, cinayətin həyata keçirilməsi üçün «Ağa» adlı şəxsdən digər naməlum şəxslərə satmaq məqsədi ilə istintaqa məlum olmayan vaxtda və ünvandan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 1590,0 qram qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla yaşadığı ünvan 2 ünvanına qədər daşımışdır. Daha sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN BNMİ-in əməkdaşları tərəfindən 11 noyabr 2024-cü ildə, saat 14:10-da həmin ünvanın qarşısında saxlanılmış, lakin aparılmış şəxsi axtarış və götürmə zamanı sonuncunun üzərində qanunla qadağan edilən əşya aşkar edilməmişdir. Buna baxmayaraq, əməliyyat tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs verdiyi məlumat əsasında yaşadığı evə baxış keçirilən zaman həmin evin həyətində plastik qırmızı vannanın altında saxladığı 02 ədəd bükümdə içərisində ayrıayrılıqda təmiz çəkiləri 1460,0 qram və 130,0 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdarda olan 1590,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış tərkiblərinə görə eyni olan narkotik vasitələr qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
2. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN BNMİ-nin əməliyyat müvəkkili Şahid2 öz ifadəsində bildirmişdir ki, daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs 11 noyabr 2024-cü il tarixdə saat 14:10 radələrində yaşayış ünvanının qarşısında piyada hərəkət edən zamanı tərəflərindən saxlanılmış, bundan sonra əvvəlkinə hüquq və vəzifələri izah olunmuş, üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş və heç bir qeyri-qanuni əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs özünə məxsus olduğunu bildirdiyi, ***-***-**-** saylı sim nömrənin taxılı olduğu bir ədəd «Poco» markalı mobil telefon aparatını onlara təqdim etmişdir. Bundan sonra suallara cavab verən Təqsirləndirilən şəxs yaşadığı evində də narkotik vasitə qurudulmuş marixuananı gizlətdiyini etiraf etmişdir. Onlar sonuncunun yaşadığı ünvan 2 ünvanın qapısını döymüş, həmin vaxtı qapını Təqsirləndirilən şəxs arvadı X4 açmışdır. Daha sonra onlar Təqsirləndirilən şəxs ilə birlikdə evin həyətinə daxil olmuş və sonuncu plastik vannanın altından iki ədəd bağlamanı və bir ədəd elektron tərəzini çıxarıb onlara təqdim edərək həmin bağlamalarda olan maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu və həmin narkotik vasitəni o tanışı İİR vətəndaşı «Ağa» adlı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, özü narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşğul olmur, həmin narkotik vasitəni «Ağa» adlı şəxsdən satış məqsədi ilə, yəni digər şəxslərə ötürmək məqsədi ilə əldə etmişdir. Bundan sonra sonuncunun evindən aşkar olunaraq götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər olan maddə və elektron tərəzi qablaşdırılaraq götürülmüş, BNMİ-nin inzibati binasına gətirilmişdir. İdarənin inzibati otağında sonuncunun evindən götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər olan maddəyə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Orada Təqsirləndirilən şəxs bildirmişdir ki, «Ağa» adlı şəxslə aralarında olan razılaşmaya əsasən o, əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananı elektron tərəzi ilə hissələrə bölüb sonuncunun ona dediyi yerlərə qoymalı, bunun müqabilində «Ağa» adlı şəxs ona 4.000 manat məbləğində pulu verməli idi. Bundan sonra tərəflərindən tərtib edilmiş protokollar ucadan oxunmuş, iştirakçılar tərəfindən imzalanmış, Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulub və dövlət tərəfindən hüquqlarını müdafiə etmək məqsədi ilə vəkillə təmin olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs evindən aşkar olunaraq götürülmüş spesifik iyli narkotik vasitə qurudulmuş marixuanaya oxşar olan maddə yoxlanılması üçün məhkəmə bioloji ekspertizasına göndərilmişdir. Məhkəmə iclasında Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlayarkən iki nəfər olmuş, sonuncu evinin qarşısında yaxınlaşmış, həmin vaxt təqsirləndirilən şəxs tək olmuş və özü könüllü olaraq qurudulmuş marixuananı təqdim etmişdir. İstər saxlanılarkən və ya sonra Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və psixi təzyiq göstərilməmiş, qeyd olunan qurudulmuş marixuananı üzərinə götürməsi barədə təhdid edilməmişdir. Əvvəllər Təqsirləndirilən şəxs evinə getməmiş, ailə üzvləri ilə danışmamış, evinin həyətinə əvvəlcədən daxil olmamışlar. Həmin vaxt üzərində olan mobil nömrə 099 *** ** ** olmuş və həmin nömrə daimi işlək olmuşdur. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs evinin həyətindən aşkar edilmiş iki ədəd bağlama onlara məxsus olan elektron tərəzidə ölçülmüş, ölçüyə əsasən bir bağlamada 833 qram, digər bağlamada isə 54 qram müəyyən olunsmuşdur, ekspertiza rəyində həmin narkotik vasitənin təmiz çəkisi 1460,0 qram və 130,0 qram göstərilmişdir. Bu ziddiyyətlərin səbəbi isə çəkiliş zamanı da göründüyü kimi həmin bağlamalar tərəflərindən elektron tərəzidə çəkilən zamanı tərəzinin altının əyri zəminə qoyulması olmuşdur.
3. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN BNMİ-nin əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında ondan əvvəl şahid qismində dindirilmiş Şahid2 ifadələrinə oxşar, eyni məzmunlu ifadə verərək Təqsirləndirilən şəxslə birlikdə sonuncunun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Q.Salahov küçəsi, döngə 2, 4 saylı evin həyətinə daxil olduqlarını, orada sonuncunun plastik vannanın altından iki ədəd bağlamanı və bir ədəd elektron tərəzini çıxarıb onlara təqdim etdiklərini, həmin bağlamalarda olan maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu və həmin narkotik vasitəni o tanışı İİR vətəndaşı «Ağa» adlı şəxsdən aldığını, həmçinin həmin narkotik vasitəni satış, yəni digər şəxslərə ötürmək məqsədi ilə əldə etdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs «Ağa» adlı şəxslə aralarında olan razılaşmaya əsasən o, əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananı elektron tərəzi ilə hissələrə bölüb sonuncunun ona dediyi yerlərə qoymalı olduğunu, bunun müqabilində «Ağa» adlı şəxs ona 4.000 manat məbləğində pulu verməli olduğunu bildirmişdir. Məhkəmə iclasında Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanın təxminən 5-10, 20 metr uzalığında saxlanmış, bu zaman sonuncu tək olmuşdur. Təqsirləndirilən şəxs ilə birlikdə sonuncunun evinə daxil olub video-çəkiliş etmiş, sonuncunun nə özünə, nə də ailə üzvlərinə hər hansı təhdid etməmiş, Təqsirləndirilən şəxs narkotik vasitəni özü təqdim etmişdir. Təqsirləndirilən şəxsi saxlayan zaman telefonunda 050 *** ** ** saylı mobil nömrə işlək vəziyyətdə olmuşdur. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs evinin həyətindən aşkar edilmiş iki ədəd bağlama onlara məxsus olan elektron tərəzidə ölçülmüş, ölçüyə əsasən bir bağlamada 833 qram, digər bağlamada isə 54 qram müəyyən olunsmuşdur, ekspertiza rəyində həmin narkotik vasitənin təmiz çəkisi 1460,0 qram və 130,0 qram göstərilmişdir. Bu ziddiyyətlərin səbəbi isə çəkiliş zamanı da göründüyü kimi həmin bağlamalar tərəflərindən elektron tərəzidə çəkilən zamanı tərəzinin altının əyri zəminə qoyulması olmuşdur.
4. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 öz ifadəsində bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir, həmin vaxt özündə olmadığına görə təqdim olunan sənədləri oxumadan imzalamışdır. O, evdə olanda qapı döyülmüş, qapını döyənin İ.R,Quliyev olduğunu zənn edərək açmış, lakin qarşısında biri hündür, biri ortaboy olan iki polis əməkdaşını görmüşdür. Hündür olan polisin əlində qara sellofan olmuş, sağ tərəfdə qara maşın dayanmış, həmin maşının yük yeri də açıq olmuşdur. Həmin an Təqsirləndirilən şəxs də orada olmuş, lakin sonuncu üzü yol tərəfə olduğuna görə onu görməmişdir. Həmin iki polis onu çiynindən itələyib evə keçməsini tələb etmiş, evdə kimin olduğunu soruşmuş, qışqır-bağır salmamasını, əks təqdirdə Təqsirləndirilən şəxs üçün nəticənin pis olacağını bildirmişlər. Evdə telefon olub-olmadığını soruşduqdan sonra onun və qızının telefonunu almışlar. Daha sonra o, həyətin ortasında durmuş, Təqsirləndirilən şəxs əlində qandal ilə gətirilmiş, ona içəri keçməsi bildirilmiş, o içəri keçsə də, həyətdə danışılanları eşitmişdir. Belə ki, polislər Təqsirləndirilən şəxs nalayiq söyüş söyüb həmin sellofanı qoyacaqları yerdən götürməsini dediklərini, etməsə qızını və arvadını da aparacaqlarını bildirmişlər. Həmin vaxt qızının ürəyi getmiş, o da qapını açıb bu barədə Təqsirləndirilən şəxs bildirmiş, qolunu qandallayan şəxsə sonuncunu uşağının yanına buraxmasını bildirsə də, polislər onun sözünə məhəl qoymamışlar. O, çəkiliş edildiyini görməmişdir. Məhkəmə iclasında Y.H.Quliyeva verilmiş suallara cavab olaraq bildirmişdir ki, çəkiliş bitdikdən sonra onu və qızını idarəyə aparıb 10-15 dəqiqə gözlətmiş və orada sənəd imzalatmışlar. Yoldaşının iranlı dostunun olduğunu və sonuncudan pul istəməsini bilməmişdir.
5. Məhkəmə iclasında şahid Y.H.Quliyevanın ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır və sonuncu ilə nikahdan 18 yaşında Məhəmməd adlı və 13 yaşında Fatima adlı iki övladları var. xx.xx.2024-cü il tarixdə saat 08.30 radələrində əri Təqsirləndirilən şəxs evdən çıxıb işə getmişdir, həmin günü saat 14 radələrində o evdə olan zamanı evin həyətinin qapısı döyülmüş, qapını açanda o Təqsirləndirilən şəxslə birlikdə evinin həyətinə özlərini polis olaraq təqdim edən 3 nəfər mülkü geyimdə olan şəxslər daxil olmuşlar. Şəxlərdən biri mobil telefon ilə videoçəkiliş aparmış, digər iki nəfər şəxs isə Təqsirləndirilən şəxs evlərində hər hansı bir qeyriqanuni əşyanın olub olmaması barədə soruşmuş, sonuncu da evin həyətində narkotik vasitə qurudulmuş marixuana saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs iştirakı ilə evə baxış keçirmiş və bu zaman evin həyətində olan vannanın altından göy rəngli paketdə iki ədəd bağlamada bükülmüş yaşıl rəngli ot şəkilli maddə və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Polis əməkdaşlarının suallarına cavab verən əri Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu və həmin narkotik vasitəni İİR vətəndaşı «Ağa» adlı şəxsdən əldə etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları həmin maddəni qablaşdıraraq möhürləmiş, yoxlanılması üçün ekspertizaya göndəriləcəyini bildirmiş, videoçəkilişi dayandırmış, bu barədə protokol tərtib edilmiş, protokolu ucadan oxumuşlar və həmin protokol iştirkçılar tərəfindən imzalanmışdır. Onun Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumatı olmamışdır. Belə ki, evlərinin həyətində olan istifadə olunmayan lazımsız əşyaları yığdıqlarından oradakı əşyalara nəzarət etməmiş və bu səbəbdən də həmin narkotik vasitələrdən xəbərsiz olmuşdur. Təqsirləndirilən şəxs heç vaxtı narkotik vasitələrdən istifadə etməmişdir, satmamışdır və sonuncunun iranlı tanışının olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs istifadəsində ***-***-**-** mobil nömrəsi olmuşdur.
6. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Vəli-zadə Nazim İlham oğlu öz ifadəsində bildirmişdir ki, günorta saat 12 - 13 radələrində o, Balaxanıda mərkəzdə bibisinin evinin yanında olmuş, Əjdər adlı dostu ona zəng edərək Təqsirləndirilən şəxslə Məhəmmədi tutduqlarını, maşına mindirib apardıqlarını bildirmişdir. Məhəmməd onun yanında işləmiş, o, həmin gün sonuncuya istirahət vermişdir. O, Əjdərin ona dediyi ünvana doğru dərhal yola düşmüş, lakin ora çatanda artıq Məhəmmədlə atasını apardıqlarını görmüşdür. Orada ona sonuncuları iki prius və bir sonata markalı maşında məhlələrin arası ilə apardıqları bildirilmiş, o da həmin istiqamətdə getmiş, lakin onlara çata bilməmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs məhləsinə getmiş, maşından düşəndə məhəllədə maşınların və mülki geyimli şəxslərin olduğunu görmüş, həmin şəxslərə yaxınalşıb Məhəmmədin qohumu olduğunu bildirib nə baş verdiyini soruşduqda ondan uzaqlaşması tələb edilmişdir. Bu zaman Əjdər də onun yanında olmuş, sonuncu maşına yaxınlaşmış, bir nəfər də maşının yanında dayanmış, həmin şəxsdən Məhəmmədin nə günahı olduğunu soruşmuş, əvvəlki də onlarlıq bir məsələ olmadığını bildirərək kənara çəkilmələrini tələb etmişdir. O Məhəmmədin xəstə olduğunu bildirərək sonuncunun günahı yoxdursa buraxılmasını xahiş etsə də, sözünə məhəl qoyulmamışdır. Bir az sonra yenə əvvəlki polislərin yanına gedib yenə də Məhəmmədin buraxılmasını xahiş etmiş, polislər də maşının yanında dayanan polisə Məhəmmədi buraxmaları ilə göstəriş vermişlər. Buraxıldıqdan sonra Məhəmməddən nə baş verdiyini soruşanda kafedə oturanda atasıyla birlikdə tutulduğunu bildirmişdir. Onlar bir saata yaxın gözləmiş, sonra Təqsirləndirilən şəxs evdən çıxarılıb maşına mindirilmiş, sonuncunun həyat yoldaşı, qızı və oğlu da başqa maşına mindirilərək aparılmışlar.
7. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild i/v 29).
8. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (İ cild i/v 74-78).
9. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 (iki) ay, yəni xx.xx.2025-ci il tarixədək uzadılmışdır (İ cild i/v 154-158).
10. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 12 (on iki) gün, yəni xx.xx.2025-ci il tarixədək uzadılmışdır (İ cild i/v 234).
11. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (İİ cild 30-33).
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/1848 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş iki ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1460,0 qram və 130,0 qram, ümumi çəkisi 1590,0 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Təqdirm edilmiş bir ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitələrin qalıqları yoxdur(İ cild i/v 42-45). Qeyd: Marixuananın ümumi çəkisi-1590,0 cəmi tədqiqata sərf edildi 0,1 qram (hər obyektdən 0,05 qram), qalıq – 1589,9 qram. Ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat təşkil etmişdir (İ cild i/v 43).
13. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 7844 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (İ cild i/v 96-97).
14. Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına və evə baxış keçirilməsinə dair DVD diskə məhkəmə iclasında baxış keçirilərək və xx.xx.2024-cü ildə tərtib olunmuş protokol məhkəmə iclasında tədqiq edilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2024-cü ildə saat 14:14-dən 14:27-dək DİN BNMİdə qeydə alınmışdır. Əməliyyat müvəkkili Şahid1 tərəfindən Təqsirləndirilən şəxs E.H.Paşayev, Şahid2 iştirakları ilə hüquq və vəzifələri izah olunduqdan sonra, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilir və üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmet varsa təqdim etməsi təklif olunur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd üzərində ***-***-**-** nömrəsi olan “Poco” markalı mobil telefonu təqdim edir, daha sonra sonuncunun üstü yoxlanılır, lakin heç bir predmet aşkar edilmir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd mobil telefon Təqsirləndirilən şəxs götürülür. Daha sonra iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yerləşən 4 saylı evinə baxış keçirilmiş, sonuncu edilmiş təklif əsasında yaşadığı evin həyətində gizlətdiyi 2 (iki) ədəd sellofanda qurudulmuş marixuanaya bənzər kütlələri və 1(bir) ədəd elektron tərəzini təqdim edir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş və qurudulmuş marixuanaya bənzər kütlənin ümumilikdə çəkisi 887 qram olur. Daha sonra aşkar olunmuş kütlələr və tərəzi qablaşdırılır, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənir və götürülür. Evin digər otaqlarına və hissələrinə baxış keçirilir və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya predmet maddə aşkar edilmir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş narkotik vasitələrin qurudulmuş marixuana olmasını, həmin kütlələri tanımadığı İİR vətəndaşından əldə etdiyini, həmin şəxsin nömrəsinin istifadəsində olan mobil telefonda olduğunu, həyat yoldaşı Y.H.Quliyeva isə aşkar olunmuş kütlələrdən xəbərsiz olduğunu bildirir (İ cild i/v 11-13).
15. Təqdim olunan əşyaya baxış keçirilməsinə dair DVD diskə məhkəmə iclasında baxış keçirilərək və xx.xx.2024-cü ildə tərtib olunmuş protokol məhkəmə iclasında tədqiq edilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2024-cü ildə saat 16:00-dan 16:08-dək DİN BNMİ-də qeydə alınmışdır. Təhqiqatçı A.Y.Aslanov, əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 iştirakları ilə əməliyyat-axtarış tədbirləri nəticəsində götürülmüş 1 ədəd bağlama, 1 ədəd mobil telefon və 1 ədəd DVD diskə baxış keçirilir, 1 ədəd bağlamadan 2 sellofanda qurudulmuş marixuanaya bənzər kütlələr və 1 ədəd elektron tərəzi aşkar olunur, sonra həmin kütlələr yenidən qablaşdırılıb möhürlənir (İ cild i/v 16-17).
16. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci ildə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (İ cild i/v 104-105).
17. AZ-İİ seriyalı 781100 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X3 atası Təqsirləndirilən şəxsdir (İ cild i/v 106).
18. “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ-in xx.xx.2023cü il tarixli arayışından görünür ki, M.Təqsirləndirilən şəxs ikitərəfli və ikinci dərəcəli anadangəlmə yastıpəncəlik mövcuddur (İİ cild i/v 12).
19. Cinayət işinin İİ cildinə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının icrası ilə əlaqədar olaraq xx.xx.2025-ci il tarixdə "xxxx" MMC, xx.xx.2025-ci il tarixdə "xxxx" MMC, xx.xx.2025-ci il tarixdə "xxxx" MMC tərəfindən göndərilən CD-diskləri məhkəmə iclasında tədqiq edilərək müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin qızı F.Təqsirləndirilən şəxsanın istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin anten məlumatları xx.xx.2024-cü il tarixdə saat 00:17-dən saat 21:17-dək Balaxanı şüşə sexi/ ünvan 5 ünvanında, Polis əməkdaşı Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsinin anten məlumatları xx.xx.2024cü il tarixdə saat 16:39-dan saat 16:40-dək Bakı şəhəri, Teleqüllə ərazisində, təqsirləndirlən şəxsin oğlu M.Təqsirləndirilən şəxs istifadəsində olan 055- ***-**-** saylı telefon nömrəsinin anten məlumatları xx.xx.2024-cü il tarixdə saat 11:17-dən 18:34-dək Balaxanı şüşə sexi/ ünvan 5, saat 18:35-dən saat 19:17-dək Ağbulaq/Bakı şəhəri, Balaxanı STQ, Mədən 13-cü Balaxanı, saat 19:21-dən saat 19:22:15-dək Bakı şəhər, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Dirçəliş küməsi 3, Balaxanı idman kompleksi, saat 19:22:33-dən saat 19:51-dək Ağbulaq/Bakı şəhəri, Balaxanı STQ, Mədən 13-cü Balaxanı, saat 19:54-dən saat 20:34-dək ünvan 7, Balaxanı idman kompleksi, saat 22:07-dək saat 23:34-dək Balaxanı şüşə sexi/ ünvan 5 ünvanında olmuşdur. Polis əməkdaşı Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin anten məlumatları xx.xx.2024-cü il tarixdə saat 11:08-dən saat 11:47-dək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Neftçilər döngəsi 2A, saat 11:49-da Bakı şəhəri,Nəsimi rayonu, Ə.Salamzadə küçəsi 26, saat 11:52-də Bakı şəhəri, Nəsimi rayonu , Əbdülvahab Salamzadə küçəsi , X9 yaxınlığında, saat 12:08-də Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 75, saat 12:10-da Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Neftçilər döngəsi 2A, saat 12:20-də Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 75, saat 12:29-da Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Neftçilər döngəsi 2A, saat 12:43-dən saat 12:44-dək Mirəli Seyidov 18A/Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç, ev 92 A, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 75 və Azpetrol_Yasamal/Bakı şəhəri, Zərdabi prospekti, 78a, 593-cü məhəllədə, Təlim-tədris Mərkəzi binasında, saat 12:44-də Bakı şəhəri,Nəsimi rayonu, Ə.Salamzadə küçəsi 26 və Azpetrol_Yasamal/Bakı şəhəri, Zərdabi prospekti, 78a, 593-cü məhəllədə, Təlim-tədris Mərkəzi binasında, saat 12:47də Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 75, saat 12:49-da Bakı şəhəri, Nəsimi rayonu , Əbdülvahab Salamzadə küçəsi, X10 yaxınlığında, saat 12:52dən saat 17:07-dək Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 75 ünvanlarında olmuşdur. Təqsirləndirilən şəxsin arvadı Y.H.Quliyevanın istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin anten məlumatları xx.xx.2024-cü ildə Balaxanı şüşə sexi/ ünvan 5, xx.xx.2025-ci il tarixdə saat 08:30-da Balaxanı şüşə sexi/ ünvan 5, saat 13:57-dən saat 14:03-dək ünvan 7 ünvanında, saat 14:36-da 8 km stadion/ Bakı şəhəri, Nizami rayonu, Naxçivanski 1119/Nizami, saat 19:12-də Mikayil Aliyev pros/Bakı şəhəri, Nizami rayonu, Xarici Dairəvi küçəsi, 2405-ci məhəllə/Nizami, saat 20:06-dən saat 20:30-dək ünvan 7, saat 20:31-də Ağbulaq/Bakı şəhəri, Balaxanı STQ, Mədən 13-cü Balaxanı, saat 21:29-da Balaxanı şüşə sexi/ ünvan 5, xx.xx.2025xx.xx.2025-ci il tarixlərdə Balaxanı şüşə sexi/ ünvan 5, xx.xx.2025-ci il tarixdə saat 15:56-da ünvan 7, xx.xx.2025-ci il tarixdə saat 11:10-dan saat 17:19-dək və xx.xx.2025ci il tarixdə saat 10:14-dən 12:35-dək Balaxanı şüşə sexi/ ünvan 5, xx.xx.2024-cü il tarixdə saat 11:17-dən saat 12:15-dək Balaxanı şüşə sexi/ ünvan 5, 18:12-də ünvan 7 ünvanında olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin anten məlumatları xx.xx.2024-cü ildə saat 00:00-dan saat 00:15-dək Ağbulag/Bakı şəhəri, Balaxanı STQ, Mədən 13-cü Balaxanı, saat 00:15-dən saat 00:50dək Balaxanı şüşə sexi/ünvan 9, saat 00:52-dən saat 00:56-dək Ağbulag/Bakı şəhəri, Balaxanı STQ, Mədən 13-cü Balaxanı, saat 00:56-dan saat 01:04-dək Balaxanı şüşə sexi/ünvan 9, saat 01:26-dan saat 01:27-dək Bakı şəhər, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Dirçəliş küç 3, Balaxanı idman kompleksi, saat 01:34-dən saat 09:46-dək Balaxanı şüşə sexi/ünvan 9, saat 09:46-dan saat 10:03-dək Bakı şəhər, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Dirçəliş küç 3, Balaxanı idman kompleksi, saat 10:05-dən saat 10:07-dək Balaxanı şüşə sexi/ünvan 9, saat 10:09-da Ağbulag/Bakı şəhəri, Balaxanı STQ, Mədən 13-cü Balaxanı, saat 10:23-dən saat 10:45-dək Bakı şəhər, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Dirçəliş küç 3, Balaxanı idman kompleksi, saat 10:49-da Ağbulag/Bakı şəhəri, Balaxanı STQ, Mədən 13-cü Balaxanı, saat 10:51-dən saat 11:13-dək Bakı şəhər, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Dirçəliş küç 3, saat 11:13-də Ağbulag/Bakı şəhəri, Balaxanı STQ, Mədən 13-cü Balaxanı, saat 11:13-dən saat 11:22-dək Bakı şəhər, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Dirçəliş küç 3, Balaxanı idman kompleksi, saat 11:23-də Ağbulag/Bakı şəhəri, Balaxanı STQ, Mədən 13-cü Balaxanı, saat 11:26-da Bəhrəmin dükanı/Bakı şəhəri, Balaxanı qəsəbəsi, C.Cahangirov küçəsi, 56D, saat 11:27-dən saat 11:28-dək Bakı şəhər, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Dirçəliş küç 3, saat 11:34-də Bəhrəmin dükanı/Bakı şəhəri, Balaxanı qəsəbəsi, C.Cahangirov küçəsi, 56D, saat 11:39-da Bakı şəhər, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Dirçəliş küç 3, saat 11:40-dan saat 11:58-dək Ağbulag/Bakı şəhəri, Balaxanı STQ, Mədən 13-cü Balaxanı, saat 11:59-dan saat 12:08-dək Bakı şəhər, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Dirçəliş küç 3, saat 12:09-da Ağbulag/Bakı şəhəri, Balaxanı STQ, Mədən 13-cü Balaxanı, saat 12:10-dan saat 12:11-dək Bakı şəhər, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Dirçəliş küç 3, saat 12:15-dən saat 12:16-dək Balaxanı şüşə sexi/ünvan 9, saat 12:16-da Ağbulag/Bakı şəhəri, Balaxanı STQ, Mədən 13-cü Balaxanı, saat 12:26-da Bakı şəhər, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Dirçəliş küç 3, saat 12:39-dan saat 12:41-dək Ağbulag/Bakı şəhəri, Balaxanı STQ, Mədən 13cü Balaxanı, saat 12:46-dan saat 12:53-dək Bakı şəhər, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Dirçəliş küç 3, saat 12:54-də Balaxanı şüşə sexi/ünvan 9, saat 13:00-da Bakı şəhər, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Dirçəliş küç 3, 13:02-də Ağbulag/Bakı şəhəri, Balaxanı STQ, Mədən 13-cü Balaxanı və Bakı şəhər, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Dirçəliş küç 3, saat 13:03-dən saat 13:09-dək Bakı şəhər, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Dirçəliş küç 3 və Balaxanı şüşə sexi/ünvan 9, saat 13:10-da Balaxanı şüşə sexi/ünvan 9, saat 13:32-də Ağbulag/Bakı şəhəri, Balaxanı STQ, Mədən 13-cü Balaxanı və Bakı şəhər, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Dirçəliş küç 3, saat 13:37-dən saat 13:57-dək Balaxanı şüşə sexi/ünvan 9 ünvanında olmuşdur.
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
20. Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikasının CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, zibilyığan kimi fəaliyyət göstərmiş, üç kəndin, eləcə də Balaxanı kəndinin zibilini yığmaqla məşğul olmuşdur. xx.xx.2024-cü ildə səhər saatlarında öz maşınıyla zibilyığan maşınların dayandığı yerə gəlmiş, sonra oğlu və ailəvi dostları Raminlə birlikdə çayçıda oturmuş, həmçinin onlardan sonra 3 nəfər şəxs də gəlib arxa tərəfdə oturmuşlar. Onlar oğlu və dostu ilə söhbətləşən zaman həmin arxa tərəfdə oturan şəxslərdən biri ona yaxınlaşaraq “bir dəqiqə sizi olar?” deyə bildirmiş, o da etiraz etməyərək ayağa qalxmışdır. Bu zaman həmin şəxslərdən biri vəsiqəsini göstərib qandal çıxartmış, o da kəndin içi olduğuna görə əlinə qandal vurmamağı, hara istəsələr onlarla gedə biləcəyini bildirmişdir. Daha sonra həmin şəxslər tərəfindən qara rəngli prius markalı maşına mindirilmiş, maşında bir nəfər sürücü olmaqla 4 nəfər olmuşdur. Maşında ona “Eşitmişik ki, İrana gedib-gəlirsən, narkotik işi ilə məşğul olursan” deyə bildirilmiş, o isə narkotiklə əlaqəsinin olmadığını qeyd etmişdir. Həmin şəxslər ailəsinin də bölməyə aparılacağını bildirərək ona qarşı nalayiq ifadələr işlətmişlər. Onun və oğlunun telefonunu çayçıdan, stolun üstündən götürüb maşına gətirmiş, telefona baxaraq orada İran nömrəsi olduğu üçün kimin bu işlə məşğul olduğunu öyrənmək məqsədilə ailəsini də tutub aparacaqlarını ona bildirmişlər. O da ailəsinə, qızına görə ehtiyat etdiyindən onların dedikləri ilə razılaşmışdır. Ondan evin ünvanını öyrənib maşını həmin ünvana doğru sürmüşlər, arxalarınca isə oğlunun da olduğu ağ Hundai markalı maşın gəlmişdir. Onu saxlayan şəxslər evinə gəlib çatanda qapını döymüş, yoldaşı qapını açmış, daha sonra həmin şəxslər evə girərək yoldaşının və qızının da telefonunu götürüb çölə çıxmışlar. Onun evində narkotik vasitə olmamış, narkotik vasitə ilə əlaqəsi belə olmamışdır. Ağa deyilən şəxslə ziyarətdə tanış olmuş, sonuncudan mömin qardaş kimi oğlunun xəstəliyi, gələcəkdə sonuncunun əsgərliyində problem yaranmaması, həmçinin sürücülük vəsiqəsi almaq üçün 4.000 (dörd min) manat pul yardımı istəmişdir. Onu saxlayan şəxslər həyətdə olarkən qızının ürəyi getmiş, o da həyətdən tez çıxsınlar deyə ifadəsində 4.000 (dörd min) manat pul məsələsini danışmış, həmçinin onlara nə deyirlərsə edəcəyini bildirərək həyətdən çıxmaları üçün yalvarmışdır. O, baş idarəyə gətiriləndən sonra həqiqəti danışmaq istəyəndə yoldaşının qapının arxasında olduğunu görüb psixoloji təsir altında ailəsinə bir şey etməsinlər deyə nə deyiblərsə, onu da etmişdir.
21. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, o, Bakı Abadlıq Yaşıllaşdırma İdarəsində zibil maşını sürməklə məşğul olmuş, 2024-cü ilin avqust ayının sonlarında Məşəd şəhərinə ziyarətə getmiş və orada anket məlumatlarını tam bilmədiyi Ağa adlı şəxslə təsadüfi münasibəti yaranmışdır. Söhbət zamanı Ağa +98 914 819 99 60 saylı telefon nömrəsini ona verərək, Bakı şəhərində onun nəşə kimi tanınan malı olduğunu, həmin malı götürüb dediyi yerə atsa 4.000 (dörd min) manat pul əldə edə biləcəyini bildirmişdir. O, sonuncunun dediyi ilə razılaşmamış və ziyarətdən Bakı şəhərinə evinə qayıtmışdır. 2024-cü ilin noyabr ayının əvvələrində maddi vəziyyəti ilə əlaqədar olaraq pula ehtiyacı olduğu üçün Ağa adlı şəxsə zəng edərək ona kömək etməsini xahiş etmiş, sonuncu da Xəzər rayonu Binə qəsəbəsində yer olduğunu, ora Astaradan gələn Tır şoferinin bir kisə nəşə gətirib qoyacağını, həmin nəşəni dediyi ünvanlara paylayandan sonra ona 4.000 (dörd min) manat pul göndərəcəyini bildirmişdir. O Ağa ilə razılaşmış və xx.xx.2024-cü il tarixdə sonuncu ona Binə qəsəbəsində olan bir yerin konumunu göndərmiş və həmin konuma telefonun «Waze» proqramı vasitəsi ilə icarəyə götürüb sürdüyü «Opel Vectra» markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobillə getmişdir. Həmin ünvanda «Ford Transit» markalı avtomobilin qarşı tərəfində yerə qoyulmuş kisəni götürüb evə gətirmiş həyətdə gizlətmişdir. Ağa ona qeyd edilən kisədə olan 6 bükümün 4 ədədini müəyyən yerlərə qoyaraq şəkilini çəkib göndərməyi tapşırmış, xx.xx.2024-cü ildə o da həmin bükümlərdən bir ədədinin içərisində təxminən bir kiloqrama yaxın nəşə olmuş, ayrıayrılıqda 4 ədədini Balaxanı qəsəbəsində stadionun yanına, mərkəzi yolun kənarına, və «Qazi» marketin yaxınlığına kamera olmayan yerlərə qoyaraq şəklini çəkib konumunu Ağaya atmışdır. Həmin kisədən ona biri böyük, biri balaca olmaqla iki ədəd büküm və tərəzi qalmışdır. Ağa ilə xx.xx.2024-cü ildə qalan iki bükümü də aparıb dediyi yerə qoyması barədə danışmış, lakin bu qismət olmamış, həmin gün saat 14:10-da yaşadığı evin qarşısında dayanan zaman 3 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərini Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim etmiş və videoçəkiliş etməklə ona üzərində narkotik vasitə varsa təqdim etməsini təklif etmişlər. O üzərində narkotik vasitə olmadığını bildirmiş və şəxsi axtarış zamanı içərisində ***-***-**-** saylı mobil nömrə olan «POCO» markalı mobil telefonunu polislərə təqdim etmişdir. Bundan sonra yaşadığı evin həyətində saxladığı nəşə kimi tanınan narkotik vasitəni polis əməkdaşlarına aparıb həyətdə təqdim etmişdir. Həyətdə qırmızı plastik vannanın altında saxladığı nəşəni göy sellofanda və yanındakı tərəzi ilə birlikdə, iki büküm halında polisə təqdim etmişdir. Polislər tərəfindən həm tərəzi, həm də nəşə bükümləri qablaşdırılmış, sonra o Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilmiş, orada təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah olunmuş, saxlanılan zaman götürülmüş maddələr təkrar təqdim edilmiş, o da maddələrin ona məxsus olduğunu bildirərək vəziyyəti olduğu kimi izah etmişdir. Bundan sonra dəvət edilmiş vəkilin iştirakı ilə barəsində tutma qərarı qəbul edilmiş və izahatı alınmışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Evində aşkar edilən narkotik vasitələrdən 4 bükümü Balaxanı qəsəbəsi ərazisində olan yerlərə qoyub şəkilini və konumunu Ağaya whatsappla göndərmiş, sonra isə telefonundan həmin hissə ilə bağlı olan məlumatları silmişdir. Satdığı narkotik vasitənin qarşılığında Ağa ona 200 (iki yüz) manat pulu istifadəsində olan xatırlamadığı «Leo» kartına göndərmişdir, ümumilikdə sonuncu tərəfindən ona veriləcək pul 4.000 (dörd min) manat təşkil etmişdir. Belə ki, onda qalan malı da Ağanın dediyi yerlərə qoyandan sonra sonuncu qalan 3.800 (üç min səkkiz yüz) manatı ona verməsi barədə aralarında razılıq əldə edilmiş, lakin polis tərəfindən saxlanıldığından bu baş tutmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, polislərin evə baxışında yoldaşı da iştirak etmişdir. Polislər mülki geyimdə və 6 nəfər olmuş, evin həyətinə baxış zamanı qara kisə aşkar edilsə də, evin özündən heç nə aşkar edilməmişdir. Həyətdən aşkar olunan bağlama ona məxsus olmamış, heç kimlə şəxsi ədavəti olmadığından bağlamanı oraya kimin qoyduğunu bilməmiş, elektron tərəzi isə ona məxsus olmuşdur. Evə gələndən sonra o, çöldə saxlanılmış, əməliyyatçılardan biri həyətdən keçərək evə girmiş, digəri isə maşının yük yerini açmış, bu zaman onun üzü həmin tərəfə olmadığından konkret olaraq nə baş verdiyini bilməsə də, bağlamanın məhz həmin vaxt həyətə qoyulduğunu ehtimal etmişdir. O, ailəsinə nəsə edilməsindən qorxduğu üçün polislərin bütün dediklərini üzərinə götürmüşdür. O, polis əməliyyatçılarını əvvəllər görməmiş, ona qarşı fiziki təsir olmamışdır. Oğlu və dostu Ramin ilə oturduğu çayxanadan evə məsafə maşınla cəmi 2 dəqiqə təşkil etmiş, saxlandıqdan sonra 15-20 dəqiqə maşında gözlədilmiş, onun və oğlunun telefonunu axtarılmışdır. Həmçinin oğlunun arxadan gələn maşında olduğunu sonradan öyrənmişdir. O, ümumiyyətlə narkotik vasitə istifadə etməmiş, satmamış, Ağanın narkotik vasitə ilə əlaqəsinin olmasını bilməmiş avqustun 16-da ziyarətə getmiş, sonuncu ilə də məhz orada təsadüfən tanış olmuş və sentyabr ayının 3-də Bakıya qayıtmışdır. Onun telefonunda 3 nəfər iranlının nömrəsi olmuşdur. Onlardan biri ziyarətdə müsahibə verdiyi və həmin müsahibənin videosunu ona göndərməsi üçün nömrəsini aldığı müxbir olmuşdur. Həmçinin oteldə qalan zaman bir qadının çantası itmiş, oteli ona kirayə edən şəxsdən həmin məsələ ilə əlaqədar nömrə almışdır. Ağadan 4.000 (dörd min) manatı almamış, sadəcə olaraq sonuncudan kömək üçün pul istəmiş, lakin Ağa onun telefonlarını açmamış və sonuncuya telefonu açmasını üçün mesaj göndərmişdir. Daha sonra barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir.
Hüquqi məsələlər:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:
22. Maddə 234.4.3. Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
23. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
24. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
25. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 26.Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 27.Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir.
28. Maddə 93.1.2. cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir.
29. Maddə 99-1.2. məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.
30. Maddə 318.1. Məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:
31. Maddə 28.5. Şəxslərin cinayət törətməkdə təqsirli olmalarına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
32. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
33. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. 34.Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 35.Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. 36.Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
37. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
38. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. 39.Maddə 179.1. Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 40.Maddə 193.2. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir). 41.Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
“Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:
42. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” İ siyahıya əsasən qurudulmuş marixuananın kütləsi 5 qram təşkil etdikdə - xeyli miqdarından artıq miqdarda, 500 qram olduqda isə külli miqdarda psixotrop maddə hesab olunur.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:
43. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.
44. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.
45. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.
46. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.
47. Maddə 21.1. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı:
48. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 9 saylı Qərarı:
49. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
50. Qərarın 12-ci bəndi. CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilib-törədilməməsi məsələsi həll olunarkən “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs” və 12 “mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CM-in 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarı:
51. Qərarın 1-ci bəndi. Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı:
52. Məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
Avropa Məhkəməsinin presedent hüququ:
53. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikasının CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikasının Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri).
Məhkəmənin hüquqi dəyərləndirməsi:
54. Məhkəmə ibtidai istintaq orqanının təqdim etdiyi sübutları hərtərəfli araşdıraraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə hesab edilən qurudulmuş marixuananı əldə etmə, saxlama və daşıma cinayətinin törədilməsi faktı mübahisəsiz olaraq tam sübuta yetirilir. Amma məhkəmə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmə, saxlama və daşıma epizodu üzrə cinayətinin törədilməsi faktı kimi qiymətləndirilməsini əsassız hesab edir.
55. Belə ki, Azərbaycan Respublikasının CM-in 234.4.1-ci maddəsinin tövsifedici əlaməti kimi Azərbaycan Respublikasının CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi nəzərdə tutulmuşdur.
56. Halbuki, məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı təqsirləndirilən şəxsin “şəxsiyyəti istintaqa məlum olmayan İİR-ın vətəndaşı “Ağa” adlı şəxs ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə edərək saxlayaraq daşıması” barədə verilmiş ittiham, yəni Azərbaycan Respublikasının CM-in 234.4.1-ci maddəsi ilə olan ittiham üzrə təqsirliliyi ittihamçı tərəfindən sübuta yetirilməmişdir (hökmün 31-ci bəndi).
57. Belə ki, cinayət qanununun mənasına görə qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülür. Cinayət Məcəllənin 34.2-ci maddəsinin mənasına görə Məcəllənin 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 9 saylı Qərarında da eyni hüquqi mövqe əks olunmuşdur (hökmün 49-50-ci bəndləri).
58. Hazırkı cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs halında, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak edərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmə, saxlama və daşıma cinayətini törətməsini təsdiq edən hər hansı sübut, yəni tərəflərin qabaqcadan sövdələşməsini təsdiq edən mobil telefon vasitəsilə danışıqları, hər-hansı səs yazısı, sms məlumatları, foto şəkillər və sair müəyyən edilməmişdir (hökmün 33-cü bəndi).
59. Belə ki, məhkəməyə təqdim edilmiş DVD diskdə əks olunan səs yazılarının dinlənilməsi və yazışmalardan çıxarışların tədqiqi nəticəsində müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxslə “Ağa” adlı şəxs arasında narkotik vasitənin satışı ilə bağlı hər hansı danışıq aparılmamışdır.
60. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs CM-in 234.4.1-ci maddəsi ilə ittiham verərkən sonuncunun konkret olaraq kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “istintaqa məlum olmayan İİR vətəndaşı “Ağa” adlı şəxslə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etmə, saxlama və daşıma kimi” göstərməklə kifayətlənmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur.
61. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ibtidai araşdırma orqanı şəxsə ittiham elan edərkən qanunvericiliyin tələblərinə müvafiq olaraq onun nədə müdafiə olunmalı olması hüququnu tam təmin etməmiş, “Ağa adlı şəxsin kim olması, harada yaşaması və ya cinayətin subyekti olub-olmaması və sair hallar müəyyən etməmiş, habelə dövlət ittihamçısı tərəfindən də məhkəmə istintaqı zamanı belə sübutlar təqdim edilməmişdir.
62. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı qeyrisi ilə qabaqcadan əlbir olmaqla narkotik vasitə əldə etməmiş, narkotik vasitəni birlikdə daşımamış, satmamış, narkotik vasitənin satışından əldə olunan gəliri kiminləsə bölməmiş və bununla bağlı hər hansı şəxsə vəd verməmişdir (hökmün 50ci bəndi).
63. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanının belə yanaşması cinayət mühakimə icraatının vəzifələri, habelə cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri ilə ziddiyyət təşkil etməklə bərabər, həm də hüquq düşüncəsi anlayışı ilə də uzlaşmır. Cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən konkret iş üzrə şəxsi qənaəti ifadə edən daxili inam və hüquqi biliklərin səviyyəsinin göstəricisi olan hüquq düşüncəsi yalnız sübutların tədqiqinə, sübutların qiymətləndirilməsi isə qanun və vicdan rəhbər tutulmaqla sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmalıdır. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsini təsdiq edən heç bir sübutun mövcud olmadığı bir vəziyyətdə ehtimallar əsasında nəticəyə gəlinərək şəxslərə həmin ittihamın irəli sürülməsi yolverilməzdir. Məhkəmə, daxili inamın və hüquq düşüncəsinin fərdi xarakterli olduğunu nəzərdə saxlamaqla, onların hər bir halda yalnız obyektiv, qərəzsiz və tam araşdırılmış sübutlara söykənməli olduğunun mübahisəsizliyini vurğulayır.
64. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçisi məhkəmə iclasında əvvəlkinin 11:00-12:00 radələrində Sabunçu rayonu, Səfəvilər küçəsində yerləşən “Qafqaz” adlı çay evində saxlanıldığını lakin iş materiallarında bu saatın 14 radələri göstərildiyini, yəni saxtalaşdırmaqla qeyd edildiyini bildirərək təqsirləndirilən şəxsin, onun oğlunun və polis əməkdaşlarının anten məlumatlarının əldə edilərək bu halın, eləcə də təqsirləndirilən şəxsin həyat yoldaşı və qızının anten məlumatlarının əldə edilərək isə telefonların sönmə saatının dəqiqləşdirilməsinin mümkünlüyünü bildirərək yazılı vəsatət təqdim etmiş və həmin vəsatət əsasında Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**, F.Təqsirləndirilən şəxsanın istifadəsində olan ***-***-**-** və M.Təqsirləndirilən şəxs istifadəsində olan 055- 281-45-46, Şahid1 istifadəsində olmuş ***-***-**-** və Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinin xx.xx.2024cü il tarixə, Y.H.Quliyevanın istifadəsində olan ***-***-**-** mobil nömrəsinin xx.xx.2025, xx.xx.2024, xx.xx.2025-xx.xx.2025-ci il tarixlərə olan anten əhatə dairəsi barədə məlumatların (yazılı qaydada və elektron diskə köçürülməklə) "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır.
65. Məhkəmə iclasında mobil operator şəbəkələrindən daxil olmuş anten məlumatlarının tədqiq edilməsi zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə məhz ittihamda göstərilən tarixdə və saatda, yəni xx.xx.2024-cü ildə, saat 13:57-dən sonra sönülü olmuşdur.
66. Bundan başqa anten məlumatlarına əsasın müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin oğlu M.Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi xx.xx.2024-cü il tarixdə saat 11:17-dən 23:34-dək Balaxanı ərazisində aktiv vəziyyətdə olmuşdur.
67. Həmçinin Y.H.Quliyevanın istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin anten məlumatlarına əsasən müəyyən edilmişdir ki, o, xx.xx.2025-xx.xx.2025-ci illərdə Balaxanı ərazisində olmuşdur. Həmçinin anten məlumatlarına əsasən müəyyən edilmişdir ki, Y.H.Quliyeva xx.xx.2025-ci ildə Balaxanı, xx.xx.2025-ci ildə isə saat 14:36-da 8 km stadion/ Bakı şəhəri, Nizami rayonu, Naxçivanski 1119/Nizami, saat 19:12-də Mikayil Aliyev pros/Bakı şəhəri, Nizami rayonu, Xarici Dairəvi küçəsi, 2405-ci məhəllə/Nizami ərazisində olmuşdur.
68. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına və evə baxış keçirilməsinə dair istintaq hərəkərinin gedişatını əks etdirən DVD disk məhkəmə iclasında tədqiq edilərkən müəyyən olunur ki, təqsirləndirilən şəxsin həyat yoldaşı Y.H.Quliyeva həmin istintaq hərəkətində iştirak etmiş, istintaqın gedişatında hər hansı etiraz bildirməmişdir. Qeyd olunan halda təqsirləndirilən şəxsin həyat yoldaşı Y.H.Quliyevanın, oğlu M.Təqsirləndirilən şəxs və qızı F.Təqsirləndirilən şəxsanın istifadələrində olan telefonların təqsirləndirilən şəxsin saxlanıldığı və ya ondan sonrakı vaxtda sönülü və ya açıq vəziyyətdə olmasının ittihamın sübutetmə predmentinə aidiyyəti yoxdur və iş üçün hər hansı əhəmiyyətli faktı müəyyən etmir.
69. Digər tərəfdən məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 təqdim etdiyi ***- ***-**-** saylı və Şahid2 təqdim etdiyi ***-***-**-** saylı mobil telefon nömrələrinin anten məlumatları təqsirləndirilən şəxsin saxlanılması, evinə baxış keçirilməsi və şübhəli şəxsin tutulması ilə bağlı ittihamda göstərilən saatlarda Balaxanı ərazisindən kənarda olduqlarını göstərsə də, şübhəli şəxsin üstünün yoxlanılmasına, evə baxış keçirilməsi və təqdim olunan əşyaya baxış keçirilməsinə dair DVD disk məhkəmə iclasında tədqiq edilərkən müəyyən olunmuşdur ki, hər iki istintaq hərəkətində Şahid1 və Şahid2 iştirak etmişlər. Həmçinin məhkəmə iclasında təqsirləndirilən şəxs onun məhz Şahid1 və Şahid2 tərəfindən saxlanıldığını təsdiq etmişdir.
70. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmə, saxlama və daşıma cinayəti kimi deyil, onun tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə hesab olan qurudulmuş marixuananı əldə etmə, saxlama və daşıma cinayəti kimi qiymətləndirilməsini qanuni və əsaslı mövqe hesab edir.
71. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikasının CPM-in 318.1-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi ilə bağlı bəndin, yəni Azərbaycan Respublikasının CM-in 234.4.1-ci maddəsinin çıxarılmasını əsaslı hesab edir (hökmün 30-cu bəndi).
72. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmə, saxlama və daşıma cinayətini törətməsini etiraf etməsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş, əməliyyataxtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına və evə baxış keçirilməsinə dair DVD diskdə olan videogörüntülərlə, ekspert rəyləri və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur (hökmün 34-cü bəndi).
73. Göründüyü kimi, yuxarıda qeyd edilən kriminal (qanunazidd) hərəkətlərin məqsədi narkotik vasitələrin satılmasına yönəldilmiş, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılmasına yönəldilmiş, formal quruluşa malik olan tərkiblərdə olduğu kimi cinayət tərkibinin obyektiv cəhəti ictimai təhlükəli hərəkətdən ibarət olmuş və qanunla qadağan edilən hərəkət törədildiyi andan başa çatmışdır.
74. Məhkəmə, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı polis əməkdaşları tərəfindən edilmiş psixi təzyiqlər nəticəsində əlində olan sellofan torbadan aşkar edilmiş narkotik vasitələrin ona məxsus olduğunu, məhz bu təzyiq səbəbindən də İİR vətəndaşı ilə əlaqəyə girərək narkotik vasitənin satışı ilə məşğul olmasını bildirməsi və narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır.
75. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bu ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir.
76. Belə ki, şübhəli şəxsin izahatı, şübhəli şəxsin və təqsirləndirilən şəxsin dindirilməsi (İ cild i/v 37-38, 50-52, 65-67), şübhəli şəxsin üstünün yoxlanılmasına və evə baxış keçirilməsinə və təqdim olunan əşyaya baxış keçirilməsinə dair protokollardan (İ cild i/v 11-12, 16-17), eləcə də barəsində həbs qətimkan tədbirinin tətbiq edilməsi qərarından (İ cild i/v 74-78) görünür ki, təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə özünü tam təqsirli bilərək narkotik vasitələri satış məqsədilə əldə etməsini, əməlindən peşman olduğunu bildirmişdir. Həmçinin şübhəli şəxs qismində saxlanılarkən iş materialları ilə tanış olmuş, heç bir fiziki və psixi təzyiqə məruz qalmadığını bildirmişdir.
77. Həmçinin məhkəmə iclasında şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinin gedişatını özündə əks etdirən DVD diskdə olan video görüntülərdə də müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində gizlətdiyi 2 (iki) ədəd sellofanda qurudulmuş marixuanaya bənzər kütlələri və 1 (bir) ədəd elektron tərəzini təqdim edərək aşkar olunmuş narkotik vasitələrin qurudulmuş marixuana olmasını, həmin kütlələri tanımadığı İİR vətəndaşından əldə etdiyini, həmin şəxsin nömrəsinin istifadəsində olan mobil telefonda olmasını bildirmişdir və mobil telefon aparatını da təqdim etmişdir (İ cild i/v 11-12).
78. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında verilən bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıyır.
79. Bundan başqa məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə olan qurudulmuş marixuanın xeyli miqdarından təxminən 318 dəfə, külli miqdarından təxminən 3.18 dəfə artıq və bir ədəd elektron tərəzinin olması bir daha təsdiq edir ki, o, narkotik vasitələri məhz satış məqsədi ilə əldə etmişdir (hökmün 41ci bəndi).
80. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır(hökmün 22-ci bəndi).
81. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.
82. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs evli olmaqla himayəsində bir ədəd azyaşlı uşağının olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir.
83. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır.
84. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halları, yəni evli olmaqla himayəsində bir ədəd azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini eyni zamanda şəxsin üzərindən aşkar edilən narkotik vasitə qurudulmuş marixuananın miqdarını (iki bükümdə, cəmi 1590,0 qram), habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.
85. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.
86. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (hökmün 27-ci bəndi).
87. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü ildə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə onun barəsində xx.xx.2024-cü ildən hesablanmaqla barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (İ cild i/v 29, 74-78).
88. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu xx.xx.2024-cü ildən hesablanmalı və həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (hökmün 7-ci bəndi).
89. İş üzrə maddi sübut olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, digər maddi sübut Sabunçu rayon polis idarəsində saxlanılan iş üzrə maddi sübutlar, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış cəmi 1589,9 qram narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir (hökmün 38-ci bəndi).
90. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertiza xərci 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir.
91. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir (hökmün 39 və 41-ci bəndləri).
92. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
93. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKMETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 05 (beş) il 06 (altı) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 11 noyabr 2024-cü il tarixdən hesablansın. Bakı şəhəri Sabunçu rayon polis idarəsində saxlanılan iş üzrə maddi sübutlar, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış cəmi 1589,9 qram narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərclərinin cəmi – 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı və elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Roman Ələkbərli