Məhkəmə qərarları › İş №1(101)-1319/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1319/2021

12.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1319/2021 12.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibi, məsləhətçi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx xxxxxx 1977-ci il tarixdə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Saatlı rayonu, Şirinbəy kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə 2021-ci ilin yanvar ayında Bakı şəhəri Nərimanov rayonu ərazisində tanışı X1 qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda, təmiz çəkisi - 577 qram narkotik vasitə heroin əldə edib 470 qram hissəsini yaşadığı evdə, 107 qram çəkidə həssəsini qanunsuz üzərində saxlamaqla daşımış, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat təbdiri nəticəsində 13 mart 2021-ci il tarixdə saat 21:00-da Bak şəhəri ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Nərimanov RPİ-nin 18-ci Polis şöbəsinin inzibati binasına gətirilmiş, Polis şöbəsinin xidməti otağında üzərinə keçirilmiş şəxsi axtarış zamanı sağ çiynindən asdığı qara rəngli, dəri çantasının içərisindən 07 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 8,20 qram, 7,030 qram, 8,050 qram, 8,720 qram, 25,0 qram, 25,0 qram, 25,0 qram olan ümumi təmiz çəkisi - 107 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, həmçinin həmin tarixdə onun yaşadığı ünvan 1 ünvanında yerləşən nömrəsiz fərdi evə polis əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı evin yataq otağındakı çarpayının alt hissəsində yaşıl rəngli sellofon torbada saxladığı 01 ədəd üzərində narkotik vasitə heroinə məxsus izlərin olması müşahidə edilən tərəzi, 01 ədəd metal qaşıq və 01 ədəd ağ rəngli plastik qabda təmiz çəkisi - 470 qram narkotik vasitə heroin, ümumi təmiz çəkisi - 577 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, 2020-ci ildən Mayis adlı bir şəxslə qeyrirəsmi ər-arvad münasibətlərində yaşamağa başlamışdır. 2021-ci ilin yanvar ayında Mayis evə bir bağlama gətirib qoymuş və özünə məxsus türkəçarə dərmanlar olduğunu bildirmişdir. Bir müddət sonra Mayis Rusiyaya getmişdir. O, Mayis getdikdən sonra ara-sıra onunla əlaqə saxlamışdır. 2021-ci ilin mart ayında Mayis ona zəng edib evdə olan bağlamanı «Su Sonası» şadlıq evinin yanına aparıb onun dostuna verməyini xahiş etmişdir. O, Mayisə həmin yerin uzaq olduğunu, dostunun nömrəsini ona verməsini və onunla danışıb evin yaxınlığında həmin bağlamanı ona verməyini demiş, lakin Mayis ona əsəbləşmiş, dostunun nömrəsini verməmiş və bağlamanı aparıb orada dostuna verməyini tapşırmışdır. O, həmin yerə gedib bağlamanı orada dayanan bir polis əməkdaşına vermiş və bundan sonra onu tutmuşlar. Sonra onu bölməyə gətirib orada Mayisə zəng etmişlər və Mayis malın onun özünə məxsus olduğunu bildirmişdir. Sonra onu Baş Narkotiklərlə Mübarizə idarəsinə aparmışlar, bir gün orada qalmış, səhərisi onu evinə gətirərək evinə video çəkilişlə baxış keçirilmişdir. Daha sonra o, baxış zamanı polislərin onu öyrətdikləri kimi danışmış, buna görə də polislər onu buraxacaqlarına söz vernişlər. O, çəkiliş zamanı guya həmin maldan satıb 2.000 manat pul əldə etdiyini də yalandan etiraf etmişdir. Onun narkotik vasitələrdən xəbəri olmamış, Mayis ona həmin bükülünün içərisində dərman olmasını demişdir. Evində aşkar olunan pulu polis əməkdaşı bankomatdan çıxarıb ona vermiş, evinə baxış zamanı polis əməkdaşları onun evindən 8.000 manat pul və qızıllarını aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 13 mart 2021-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə edib Bakı şəhəri Nərimanov rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, alınmış məlumat barədə raportla Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə məruzə etdikdən sonra Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhəri Nərimanov rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Bundan sonra onun rəhbərliyi və Baş İdarənin əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 ibarət əməliyyat qrupu yaradılmış, 13 mart 2021-ci il tarixdə saat 21:00-da ünvan 4 ünvanının yaxınlığında olarkən xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi görüb dərhal ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxsdən özünü təqdim etməsi xahiş edildikdə sonuncu özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə edib qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirərək ondan Nərimanov RPİ-nin 18-ci PŞ-nin inzibati binasına getməsini xahiş etmiş, Təqsirləndirilən şəxs da etiraz etməyib onlarla birlikdə Nərimanov RPİ-nin 18-ci PŞ-nin inzibati binasına gəlmişdir. Polis şöbəsinin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs müdafiəçinin xidmətindən istifadə etmək hüququnun olması izah edilməklə onun hüquqlarını qorumaq üçün dövlət hesabına müdafiəçi dəvət edilmiş, dəvət edilmiş müdafiəçi Təqsirləndirilən şəxs təqdim edildikdə sonuncu müdafiəçiyə etirazının olmadığını, onun tərəfindən hüquqlarının müdafiə edilməsinə razı olduğunu bildirmiş, sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və sonuncu buna etiraz etməmişdir. Polis şöbəsinin xidməti otağında videoçəkilişlə Təqsirləndirilən şəxs, onun müdafiəçisinin iştirakı ilə şəxsi axtarış aparılmış, ilk öncə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qeyri-qanuni əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs sağ çiynindən asdığı, qara rəngli dəri çantasını təqdim etmiş, həmin çantaya baxış zamanı içərisindən 7 (yeddi) bükümdə açıq qəhvəyi rəngli narkotik vasitə heroin, 1 (bir) ədəd qara rəngli, “Samsung” markalı və 1 (bir) ədəd qara rəngli “Fly” markalı mobil telefonlar, **********392347, **********937936, **********143024 nömrəli plastik bank kartları, ona məxsus şəxsiyyət vəsiqəsi, 2 (iki) ədəd açar, 1 (bir) ədəd “Bakı kart” sərnişin nəqliyyatından istifadə etmə kartı, 1 (ədəd) tibbi maska və 564 (beş yüz altmış dörd) manat pul aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun üzərindən hər hansı qanunsuz əşya, predmet və ya maddə aşkar olunmamışdır. Həmin vaxt aşkar edilmiş ümumilikdə 7 (yeddi) ədəd bükümdə narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisi 109 qram (yüz doqquz qram) olması müəyyən edilmiş, həmin kütlələr içi boş olan, ağ rəngli zərfə qoyulmuş, həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, Təqsirləndirilən şəxs, hüquqlarını qoruyan müdafiəçi, digər iştirakçılar və polis əməkdaşları tərəfindən imzalanmışdır. Həmçinin, sübut əhəmiyyəti kəsb etdiyi ona izah olunduqdan sonra 1 (bir) ədəd qara rəngli “Samsung” markalı, 1 (bir) ədəd qara rəngli “Fly” markalı mobil telefonlar, **********392347, **********937936, **********143024 nömrəli plastik bank kartları, ona məxsus şəxsiyyət vəsiqəsi götürülmüş, 2 (iki) ədəd açar, 1 (bir) ədəd “Bakı kart”, l(ədəd) tibbi maska və 564(beş yüz altmış dörd) AZN pul ona geri qaytarılmışdır. Sonra Təqsirləndirilən şəxs yaşadığı evdə və ya başqa saxlanc yerində narkotik vasitə və ya psixotrop maddə saxlayıb-saxlamadığı soruşulmuş və o, yaşadığı ünvan 1 ünvanında yerləşən nömrəsiz evdə də narkotik vasitə heroin saxladığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs, onun müdafiəçisinin iştirakı ilə birlikdə yaşadığı ünvan 1 ünvanında yerləşən nömrəsiz evə gedilmiş, orada Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə yaşadığı evə baxış keçiriləcəyi bildirilmiş və o buna etiraz etməmişdir. Polis əməkdaşları tərəfindən videoçəkilişlə yaşadığı evə baxış keçirilərkən ondan narkotik vasitə heroini harada saxladığı soruşulmuş, Təqsirləndirilən şəxs da polis əməkdaşlarına heroini evin yataq otağındaki çarpayının altında saxladığını bildirib, içərisində narkotik vasitə heroin olan sellofan torbanı çıxararaq təqdim etmiş, həmin sellofan torbanın içərisindən plastik qabda olan narkotik vasitə heroin, elektron tərəzi, qaşıq və narkotik vasitələrin satışından əldə etdiyi 2000 AZN pul aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən və üzərindən aşkar olunan narkotik vasitə heroinin özünə məxsus olduğunu, heroini tanışı Mais Mirzəyevdən onun deyəcəyi ünvanlara çatdırmaq üçün əldə etdiyini, Mais Mirzəyevin hal-hazırda Rusiya Federasiyasında olduğunu, özünün narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etmədiyini, əvvəllər məhkum olunmadığını bildirmişdir. Bundan sonra qeyd etdikləri barədə protokol tərtib olunub ucadan oxunmuş, protokolun doğruluğunu Təqsirləndirilən şəxs, onun müdafiəçisi və digər iştirakçılar imzaları ilə ilə təsdiq etmişlər. Şahid2 proses iştirakçılarının suallarını cavablandırarkən, Təqsirləndirilən şəxs evində aşkar olunan pulun polis əməkdaşlarının bankomatdan çıxarıb ona verməsi, evinə baxış zamanı polis əməkdaşlarının onun evindən 8.000 manat pul və qızıllarını aparması barədə göstərdiklərinin həqiqətə uyğun olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2004-2005-ci illərdə qeyri-rəsmi olaraq nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahdan bir qız övladı doğulmuşdur. Sonradan aralarında anlaşılmazlıq olduğundan ayrılmışdır. 2020-ci il tarixdə pul ehtiyacı olduğundan anasına demişdir ki, Gülnaradən borca pul verə biləcək tanışının olub-olmaması ilə maraqlansın. Anası da Gülnara ilə danışdıqdan sonra onun üçün 1200 manat borc tapdığını demiş, sonradan Gülnaranin tanışına borcunu qaytara bilmədiyi onunla bir neçə dəfə bununla bağlı mobil telefon vasitəsilə danışmışdır. Gülnaranin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə heç bir məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısıdır. Bacısı Gülnara əvvəllər ailəli olmuşdur və onun yoldaşı ilə birgə nigahından xəstə övladı doğulmuşdur. Təxminən on il əvvəl Gülnara yoldaşından ayrılmış və onun yaşadığı ərazidən bir məhəllə kənarda yaşamışdır. O, ailəli olsa da, Gülnaraya onunla bir ünvanda yaşamasını bildirmiş, lakin sonuncu onunla deyil, ayrı yaşamasını istəmişdir. 2021-ci ilin qış ayında evdən çıxıb işə gedərkən təsadüfən məhəllədə Gülnara ilə rastlaşmış, onun yanında olan əvvəllər tanımadığı, sonradan istintaq zamanı adını bildiyi Mais Nəzərovun olduğunu görmüşdür. Gülnara ona yaşadığı ərazidə Mayis üçün kirayəyə ev axtardığını bildirmiş, həmin vaxtı Mayisin onun iş yoldaşı olduğunu zənn etmiş, lakin həmin dövrdə nə onun adı, nə də şəxsiyyəti barədə Gülnaradən maraqlanmamışdır. Həmin dövrdən sonra Mayisi Gülnaranin yanında bir daha görməmişdir. +994-51-637-91-99 saylı GSM nömrə onun istifadəsindədir. Həmin mobil nömrəni 2017-ci ildən istifadə edir və həmin mobil nömrə ilə mütəmadi olaraq bacısı Gülnara ilə danışmış, əksər hallarda bacısı özü ona zənglər etmişdir. Bacısı Gülnara polis tərəfindən tutulanadək onun narkotiklərin satışı ilə məşğul olması, həmçinin bacısına narkotiklə tanışı Mayis Nəzərov tərəfindən verilməsindən heç bir məlumatı olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə flziki-kimyəvi ekspertizasının 14 mart 2021-ci il tarixli 6/1035 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...'” sözləri və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə olan 7 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 8,200 qram, 7,030 qram, 8,050 qram, 8,720 qram, 25,0 qram, 25,0 qram, 25,0 qram olan, ümumi təmiz çəkisi 107,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş...” sözləri və imzalar qeyd edilmiş sellofon torbanı açdıqda olan bir ədəd ağ rəngli plastik qabda bir ədəd bağlamada təmiz çəkisi 470,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş 8 ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr”in 1 siyasıhma daxildir. Bir ədəd elektron tərəzidə və bir ədəd metal qaşıqda narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş heroinlər ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Ekspertiza tədqiqatına təqdim edilmiş heroinin ümumi təmiz çəkisi - 577,0 qram, tədqiqata sərf edildi 0,28 qram, qalıq 576,72 qram təşkil edir. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji ekspertizasının 03.05.2021-ci il tarixli, 1360 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Hüquqi Şəxsin 06.04.2021-ci il tarixli, 1164 nömrəli ambulator məhkəməpsixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM- nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Onun barəsində məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Cinayət işinə əlavə olunmuş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 13 mart 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 18-ci PŞ-nin xidməti otağında Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə aparılan şəxsi axtarış zamanı onun müdafiəçisi X5 da iştirak etmişdir. Şəxsi axtarışa başlamazdan öncə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qeyri-qanuni əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs sağ çiynindən asdığı, qara rəngli dəri çantasını təqdim edir, həmin çantaya baxış zamanı içərisindən 7 (yeddi) bükümdə açıq qəhvəyi rəngli narkotik vasitə heroin, 1 (bir) ədəd qara rəngli, “Samsung” markalı və 1 (bir) ədəd qara rəngli “Fly” markalı mobil telefonlar, **********392347, **********937936, **********143024 nömrəli plastik bank kartları, ona məxsus şəxsiyyət vəsiqəsi, 2 (iki) ədəd açar, 1 (bir) ədəd “Bakı kart” sərnişin nəqliyyatından istifadə etmə kartı, 1 (ədəd) tibbi maska və 564 (beş yüz altmış dörd) manat pul aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun üzərindən hər hansı qanunsuz əşya, predmet və ya maddə aşkar olunmamışdır. Həmin vaxt aşkar edilmiş ümumilikdə 7 (yeddi) ədəd bükümdə narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisi 109 qram (yüz doqquz qram) olması müəyyən edilmiş, həmin kütlələr içi boş olan, ağ rəngli zərfə qoyulmuş, həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, Təqsirləndirilən şəxs, hüquqlarını qoruyan müdafiəçi, digər iştirakçılar və polis əməkdaşları tərəfindən imzalanmış və götürülmüşdür. Sübut əhəmiyyəti kəsb etdiyi ona izah olunduqdan sonra 1 (bir) ədəd qara rəngli “Samsung” markalı, 1 (bir) ədəd qara rəngli “Fly” markalı mobil telefonlar, **********392347, **********937936, **********143024 nömrəli plastik bank kartları, ona məxsus şəxsiyyət vəsiqəsi götürülmüş, 2(iki) ədəd açar, 1 (bir) ədəd “Bakı kart”, l(ədəd) tibbi maska və 564(beş yüz altmış dörd) A.ZN pul ona geri qaytarılmışdır. Cinayət işinə əlavə olunmuş 13 mart 2021-ci il tarixli “evə baxış keçirilməsi və götürmə haqqında” protokolundan görünür ki, polis əməkdaşları tərəfindən videoçəkilişlə yaşadığı evə baxış keçirilərkən ondan narkotik vasitə heroini harada saxladığı soruşulur, Təqsirləndirilən şəxs da polis əməkdaşlarına heroinin evin yataq otağındaki çarpayının altında saxladığını bildirir, içərisində narkotik vasitə heroin olan sellofan torbanı çıxararaq təqdim edir, həmin sellofan torbanın içərisindən plastik qabda olan narkotik vasitə heroin, elektron tərəzi, qaşıq və 2000 AZN nağd pul aşkar olunur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən və üzərindən aşkar olunan narkotik vasitə heroinin özünə məxsus olduğunu, heroini tanışı Mais Mirzəyevdən onun deyəcəyi ünvana çatdırmaq üçün əldə etdiyini bildirir, Mais Mirzəyevin hal-hazırda Rusiya Federasyasında olduğunu, özünün narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etmədiyini, əvvəllər məhkum olunmadığını bildirir. Cinayət işinə əlavə edilmiş 19 mart 2021-ci il tarixli “əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın qanuniliyinin yoxlanılmasına dair” Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 tərəfindən qəbul edilən və həmin İdarənin rəisi İslam Hümbətov tərəfindən təsdiq edilən 13 mart 2021-ci il tarixli qərar qanuna uyğun hesab edilmişdir. Cinayət işinə əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 29.05.21-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaması ilə bağlı ibtidai istintaq zamanı və məhkəmədə verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla ağır cinayətdən yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi yuxarıda qeyd olunan sübutlardan əlavə aşağıdakı sübut növləri ilə də tam təsdiq olunur. Belə ki, cinayət işinin 51-54-cü vərəqlərində olan 14 mart 2021-ci il tarixli «şübhəli şəxsi dindirmə» protokolundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisi Kərim Bağırovun iştirakı iştirakı ilə şübhəli şəxs qismində ifadə verərkən göstərmişdir ki, 13 mart 2021-ci il tarixdə saat 21:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, M.Əhmədzadə küçəsində piyada hərəkət edərkən 2 nəfər əvvəllər tanımadığı mülki geyimli olan şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edib polis əməkdaşları olduğunu bildirmiş, həmin şəxslərin Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis əməkdaşları olduğunu bilmişdir. Bundan sonra polis əməkdaşları ondan ad, soyad və familyası barədə maraqlandıqda, özümü polis əməkdaşlarına təqdim etmiş, bundan sonra ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilərək onu Nərimanov RPİ-nin 18-ci PŞ-nin inzibati binasına dəvət etmişlər. O da polis əməkdaşlarına etiraz etməyib birlikdə Polis şöbəsinə getmiş, orada ona hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilcəyi bildirilmiş və buna etiraz etmədikdə polis əməkdaşları tərəfindən müdafiəçi dəvət edilib ona təqdim edilmişdir. O, da polis əməkdaşları tərəfindən hüquqlarının müdafiə edilməsi məqsədilə dəvət edilmiş müdafiəçiyə heç bir etirazımın olmadığını və müdafiəçi Kərim Bağırov tərəfindən hüquqlarının müdafiə olunmasına razı olduğunu bildirmiş, sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuşdur. Həmçinin, polis əməkdaşları ona üzərinə şəxsi axtarış keçiriləcəyini bildirilmiş və o, buna etiraz etməmişdir. Polis şöbəsinin xidməti otaqlarının birində onun üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və ya narkotik vasitə qalıqları varsa təqdim etməsi təklif olunmuş, sonra sağ çiynindən asdığı, qara rəngli dəri çantasını təqdim etmiş, həmin çantaya baxış zamanı içərisindən 7 (yeddi) bükümdə açıq qəhvəyi rəngli narkotik vasitə heroin, 1 (bir) ədəd qara rəngli, “Samsung” markalı və 1 (bir) ədəd qara rəngli “Fly” markalı mobil telefonlar, **********392347, **********937936, **********143024 nömrəli plastik bank kartları, ona məxsus şəxsiyyət vəsiqəsi, 2 (iki) ədəd açar, 1 (bir) ədəd “Bakı kart” sərnişin nəqliyyatından istifadə etmə kartı, 1 (ədəd) tibbi maska və 564 (beş yüz altmış dörd) manat pul aşkar olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı mənim üzərindən hər hansı qanunsuz əşya, predmet və ya maddə aşkar olunmamışdır. Həmin vaxt polis əməkdaşları tərəfindən aşkar edilmiş ümumilikdə 7 (yeddi) ədəd bükümdə narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisi 109 qram (yüz doqquz qram) olması müəyyən edilmişdir. Həmin kütlələr içi boş olan, ağ rəngli zərfə qoyulmuş, həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, onun, hüquqlarını müdafiə edən müdafiəçinin, digər iştirakçılar və polis əməkdaşları tərəfindən imzalanmış və götürülmüşdür. Həmçinin, polis əməkdaşları tərəfindən sübut əhəmiyyəti kəsb etdiyi 1 (bir) ədəd qara rəngli “Samsung” markalı, 1 (bir) ədəd qara rəngli “Fly” markalı mobil telefonlar, **********392347, **********937936, **********143024 nömrəli plastik bank kartları, özünə məxsus şəxsiyyət vəsiqəsi götürülmüş, 2(iki) ədəd açar, 1 (bir) ədəd “Bakı kart”, l(ədəd) tibbi maska və 564(beş yüz altmış dörd) AZN pul ona geri qaytarılmışdır. Bundan sonra, polis əməkdaşları ondan yaşadığı evdə və ya başqa saxlanc yerində narkotik vasitə və ya psixotrop maddə saxlayıb- saxlamadığı soruşulmuş, o yaşadığı ünvan 1 ünvanında yerləşən nömrəsiz evdə də narkotik vasitə heroin saxladığını bildirmişdir. Bundan sonra, o, müdafiəçinin iştirakı ilə polis əməkdaşları ilə birlikdə yaşadığı ünvan 1 ünvanında yerləşən nömrəsiz evə getmiş, orada ona hüquq və vəzifələri izah edilməklə yaşadığı evə baxış keçiriləcəyi bildirilmiş, o buna etiraz etməmişdir. Polis əməkdaşları tərəfindən videoçəkilişlə yaşadığı evə baxış keçirilərkən ondan narkotik vasitə heroini harada saxladığı soruşulmuş, o da polis əməkdaşlarına heroinin evin yataq otağındaki çarpayının altında saxladığını bildirib, həmin içərisində narkotik vasitə heroin olan sellofan torbanı çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən sellofan torbanın içərisindən plastik qabda olan narkotik vasitə heroin, elektron tərəzi, qaşıq və 2000 AZN pul aşkar olunmuş, şifahi sorğu zamanı polis əməkdaşlarına yaşadığı evdən və üzərindən aşkar olunan narkotik vasitə heroinin özünə məxsus olduğunu, heroini tanışı Mayıs Mirzəyevdən onun deyəcəyi ünvana çatdırmaq üçün əldə etdiyini bildirmiş, həmçinin polis əməkdaşlarına Mayis Mirzəyevin hal- hazırda Rusiya Federasyasında olduğunu, özünün narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etmədiyini, əvvəllər məhkum olunmadığımı bildirmişdir. Bundan sonra qeyd etdikləri barədə protokol tərtib olunub ucadan oxunmuş, protokolun doğruluğunu o, müdafiəçi və digər iştirakçılar imzalarla təsdiq etmişlər. Əlavə olaraq göstərmişdir ki, əvvəllər narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, narkotik vasitə heroini tanışı Mayıs Mirzəyevdən əldə etmiş, sonuncu hazırda Rusiya Federasiyasında olduğunu bilir, onun başqa anket məlumatlarını bilmir, həmçinin onun əlaqə nömrələrini də bilmir. Həmçinin göstərmişdir ki, evindən aşkar edilmiş 2000 manat nağd pul onun mülkiyyətinə aiddir və həmin pul narkotik vasitələrin satışından əldə edilməmişdir. Bundan başqa cinayət işinin 72-75-ci vərəqlərində olan 15 mart 2021-ci il tarixli «təqsirləndirilən şəxsi dindirmə» protokolundan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Kərim Bağırovun iştirakı iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən də yuxarıda qeyd olunan məzmunlu ifadə vermişdir. Bundan başqa cinayət işinin 151-152-ci vərəqlərində olan 09 aprel 2021-ci il tarixli «təqsirləndirilən şəxsin əlavə dindirilməsi haqqında » protokolundan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 iştirakı ilə təqsirləndirilən şəxs qismində əlavə dindirilərkən həm şübhəli şəxs qismində, həm də təqsirləndirilən şəxs qismində vermiş olduğu ilkin ifadələrini tamlığı ilə təsdiq etmişdir. Cinayət işinə əlavə edilmiş 08 aprel 2021-ci il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs “MR” adı ilə yaddaşa yazılmış mobil nömrənin onun ər-arvad kimi münasibətdə olduğu Mais Nəzərovun mobil nömrəsi olduğunu bildirmişdir. Həmin yazıda hərfdə qeyd olunmuş yazılara nəzər saldıqda tərəflər arasında yalnız şəxsi münasibətlərlə bağlı yazışmanın olduğu müəyyən edilmişdir. Bundan başqa qeydə alınmış səs yazışmalarını dinləyərkən bir nəfər kişi səsli şəxsin narkotik maddənin ümumi halda fotoşəklinin çəkilməsini, onun hissələrə bölünüb elektron tərəzidə hər birinin ayrı-ayrılıqda tərəzidə çəkilməsini, onun hissələrə bölünüb elektron tərəzidə hər birinin ayrı-ayrılıqda tərəzidə çəkilməsini, çəkilmiş hissələrin fotoşəklinin ona göndərilməsini bildirmişdir. Diskə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə bildirmişdir ki, həqiqətən səs yazısında səsi qeydə alınmış şəxs onun ər-arvad kimi münasibətdə olduğu və hazırda Rusiya Federasiyasında yaşayan Mais Nəzərov adlı şəxsdir, bilavasitə sonuncu tərəfindən həmin narkotik vasitələrin onun yaşadığı evə gətirilib qoyulmuş, daha sonra həmin narkotik vasitələrin fotoşəkilləri həm ümumi halda və həm də hissələrə bölünmüş halda Mais Nəzərova sonuncunun səsyazısı əsasında göndərmişdir. Cinayət işinə əlavə olunmuş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid2 13.03.21-ci il tarixli raportundan görünür ki, onlara Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib, Bakı şəhəri, Nərimanov rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinə əlavə edilmiş Nərimanov RPİ-nin 18-ci PŞ-nin rəisi Bayram Alıyevin 05 iyun 2021-ci il tarixli, N9/189934-1221 saylı məktubundan görünür ki, ********* saylı cinayət işi üzrə əməliyyat tapşırığına cavab olaraq göstərilmişdir ki, keçirilmiş tədbirlər zamanı Təqsirləndirilən şəxs tanışı X4 ilə qabaqcadan əlbir olan bir qrup halında külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olduğu müəyyən olunmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını, ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 13 mart 2021-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Nərimanov RPİnin Saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 576,72 qram təşkil edən narkotik vasitə heroin, bir ədəd elektron tərəzi, bir ədəd metal qaşıq məhv edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və maddi sübut kimi tanınmış bir ədəd qara rəngli «Samsunq» markalı və bir ədəd qara rəngli «Fly» markalı mobil telefonlara, **********392347, **********937936, **********143024 nömrəli plastik bank kartlarına və 2000 manat nağd pula ayrılmış cinayət işinin materilallarında hüquqi qiymət verilməli olduğu nəzərə alınmalıdır. Cinayət işinin materiallarında olan disklər cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 13 mart 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Nərimanov RPİ-nin Saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 576,72 qram təşkil edən narkotik vasitə heroin, bir ədəd elektron tərəzi və bir ədəd metal qaşıq məhv edilsin. Cinayət işinin materiallarında olan disklər cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd qara rəngli «Samsunq» markalı və bir ədəd qara rəngli «Fly» markalı mobil telefonlara, **********392347, **********937936, **********143024 nömrəli plastik bank kartlarına və 2000 manat nağd pula ayrılmış cinayət işinin materilallarında hüquqi qiymət verilməli olduğu nəzərə alınsın. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar