Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-132/2022 10.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Azər İslah oğlu Paşayevdən və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 nümayəndəsi olmaqla Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fərdi qaydada fəaliyyət göstərən vəkili Nümayəndə müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə 1979-cu il noyabrın 12-də Gürcüstan SSR-in Tbilisi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum edilməmiş, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs1 və 1966-cı il dekabrın 27-də Ermənistan SSR-in Spitak rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum edilməmiş, işləməmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1.-ci, 144-1.2.2.-ci, 144- 1.2.4-1.-ci və 144-1.2.5.-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tamah məqsədi ilə şəxsləri aldatma yolu ilə hədə-qorxu məcburetmə vasitəsilə zəiflik vəziyyətindən sui-istifadə edib cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cəlb edərək qabaqcadan əlbir olan bir qrup şəxs halında iki və daha artıq şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişlər. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək məqsədi ilə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 2018-ci il fevralın 06-da Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikasının Balıkəsir şəhərinə getmiş Zərərçəkmiş şəxs2 həmin şəhərdə kirayə yaşadığı mənzilində qaldığı halda ona iş tapacağını vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılığını bildirib Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Balıkəsir şəhərində kirayə yaşadığı mənzildə yerləşdikdən sonra 2018-ci il fevral ayının ortalarından 2018-ci il fevralın 25-dək həmin şəhərdə yerləşən istintaqa məlum olmayan müxtəlif yerlərdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onu kişi müştərilərlə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə insan alveri cinayətini törətmişlər. Bundan başqa istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək məqsədi ilə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 2018-ci il fevralın 06-da Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikasının Balıkəsir şəhərinə getmiş Zərərçəkmiş şəxs1 həmin şəhərdə kirayə yaşadığı mənzilində qaldığı halda ona iş tapacağını vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılığını bildirib Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Balıkəsir şəhərində kirayə yaşadığı mənzildə yerləşdikdən sonra 2018-ci il fevral ayının ortalarından 2018-ci il fevralın 25-dək həmin şəhərdə yerləşən istintaqa məlum olmayan müxtəlif yerlərdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onu kişi müştərilərlə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki şəxs barəsində insan alveri cinayətini törətmişlər. Bundan başqa istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək məqsədi ilə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 2018-ci il fevralın 06-da Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikasının Balıkəsir şəhərinə getmiş Zərərçəkmiş şəxs4 həmin şəhərdə kirayə yaşadığı mənzilində qaldığı halda ona iş tapacağını vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs4 razılığını bildirib Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Balıkəsir şəhərində kirayə yaşadığı mənzildə yerləşdikdən sonra 2018-ci il fevral ayının ortalarından 2018-ci il fevralın 25-dək həmin şəhərdə yerləşən istintaqa məlum olmayan müxtəlif yerlərdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onu kişi müştərilərlə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki və daha artıq şəxs barəsində insan alveri cinayətini törətmişlər. Bundan başqa istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək məqsədi ilə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 2018-ci il mart ayının ortalarında ünvan 3 ünvanında kirayədə yaşayan Zərərçəkmiş şəxs2 ilə «WhatsApp» ani mesajlaşma proqramı ilə əlaqə saxlayaraq yaxın qohumlarına fahişəliklə məşğul olacağını deyəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılığını bildirdikdən sonra 2018-ci il aprelin 06-da Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikasının Balıkəsir şəhərinə getmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onu qarşılayıb kirayədə yaşadıqları mənzildə yerləşdirdikdən sonra 2018-ci il aprelin 08-dən 2018-ci il aprelin 29-dək həmin şəhərdə yerləşən istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştərilərlə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki və daha artıq şəxs barəsində insan alveri cinayətini törətmişlər. Bundan başqa istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək məqsədi ilə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 2018-ci il mart ayının ortalarında ünvan 3 ünvanında olan Zərərçəkmiş şəxs3 ilə «WhatsApp» ani mesajlaşma mübadilə sistemindən əlaqə saxlayaraq Türkiyə Respublikasının Balıkəsir şəhərində ona iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılığını bildirdikdən sonra 2018-ci il aprelin 06-da Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Türkiyə Respublikasının Balıkəsir şəhərinə getmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onu qarşılayıb kirayədə yaşadıqları mənzildə yerləşdirdikdən sonra 2018-ci il aprelin 08-dən 2018-ci il aprelin 29-dək həmin şəhərdə yerləşən istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştərilərlə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki və daha artıq şəxs barəsində insan alveri cinayətini törətmişlər. Bundan başqa istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək məqsədi ilə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 2018-ci il aprel ayının sonlarında ünvan 3 ünvanında kirayədə yaşayan Zərərçəkmiş şəxs2 ilə «WhatsApp» ani mesajlaşma proqramı ilə əlaqə saxlayaraq yaxın qohumlarına fahişəliklə məşğul olacağını deyəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılığını bildirdikdən sonra 2018-ci il mayın 07-də Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikasının Balıkəsir şəhərinə getmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onu qarşılayıb kirayədə yaşadıqları mənzildə yerləşdirdikdən sonra 2018-ci il mayın 09-dan 2018-ci il iyunun 05-dək həmin şəhərdə yerləşən istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştərilərlə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki və daha artıq şəxs barəsində insan alveri cinayətini törətmişlər. Bundan başqa istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək məqsədi ilə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 2018-ci il aprel ayının sonlarında Quba şəhəri, Dəvədabanı küçəsində nömrəsiz evdə yaşayan Zərərçəkmiş şəxs3 ilə «WhatsApp» ani mesajlaşma proqramı ilə əlaqə saxlayaraq nəzarəti altında fahişəliklə məşğul olacağı halda daha çox gəlir əldə edəcəyini bildirib maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılığını bildirdikdən sonra 2018-ci il mayın 07-də Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikasının Balıkəsir şəhərinə getmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onu qarşılayıb kirayədə yaşadıqları mənzildə yerləşdirdikdən sonra 2018-ci il mayın 09-dan 2018-ci il iyunun 05-dək həmin şəhərdə yerləşən istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştərilərlə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki və daha artıq şəxs barəsində insan alveri cinayətini törətmişlər. Bundan başqa istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək məqsədi ilə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 2018-ci il iyul ayının sonlarında ünvan 3 ünvanında kirayədə yaşayan Zərərçəkmiş şəxs2 ilə «WhatsApp» ani mesajlaşma proqramı ilə əlaqə saxlayaraq yaxın qohumlarına fahişəliklə məşğul olacağını deyəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılığını bildirdikdən sonra 2018-ci il avqustun 04-də Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikasının Balıkəsir şəhərinə getmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onu qarşılayıb kirayədə yaşadıqları mənzildə yerləşdirdikdən sonra 2018-ci il avqustun 06-dan 2018-ci il sentyabrın 05-dək həmin şəhərdə yerləşən istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştərilərlə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki və daha artıq şəxs barəsində insan alveri cinayətini törətmişlər. Bundan başqa istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək məqsədi ilə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 2018-ci il iyul ayının sonlarında ünvan 4 ünvanında kirayədə yaşayan Zərərçəkmiş şəxs1 ilə «WhatsApp» ani mesajlaşma proqramı ilə əlaqə saxlayaraq yaxın qohumlarına fahişəliklə məşğul olacağını deyəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılığını bildirdikdən sonra 2018-ci il avqustun 04-də Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikasının Balıkəsir şəhərinə getmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onu qarşılayıb kirayədə yaşadıqları mənzildə yerləşdirdikdən sonra 2018-ci il avqustun 06-dan 2018-ci il sentyabrın 05-dək həmin şəhərdə yerləşən istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştərilərlə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki və daha artıq şəxs barəsində insan alveri cinayətini törətmişlər. Bundan başqa istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək məqsədi ilə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 2019-cu il mart ayının ortalarında ünvan 3 ünvanında kirayədə yaşayan Zərərçəkmiş şəxs2 ilə «WhatsApp» ani mesajlaşma proqramı ilə əlaqə saxlayaraq yaxın qohumlarına fahişəliklə məşğul olacağını deyəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılığını bildirdikdən sonra 2019-cu il martın 24-də Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikasının Balıkəsir şəhərinə getmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onu qarşılayıb kirayədə yaşadıqları mənzildə yerləşdirdikdən sonra 2019-cu il martın 26-dan 2019-cu il aprelin 21-dək həmin şəhərdə yerləşən istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştərilərlə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki və daha artıq şəxs barəsində insan alveri cinayətini törətmişlər. Bundan başqa istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək məqsədi ilə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 2019-cu il mart ayının ortalarında Quba şəhəri, Dəvədabanı küçəsində nömrəsiz evdə yaşayan Zərərçəkmiş şəxs3 ilə «WhatsApp» ani mesajlaşma proqramı ilə əlaqə saxlayaraq nəzarəti altında fahişəliklə məşğul olacağı halda daha çox gəlir əldə edəcəyini bildirib maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılığını bildirdikdən sonra 2019-cu il martın 24-də Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikasının Balıkəsir şəhərinə getmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onu qarşılayıb kirayədə yaşadıqları mənzildə yerləşdirdikdən sonra 2019-cu il martın 26-dan 2019-cu il aprelin 21-dək həmin şəhərdə yerləşən istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştərilərlə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki və daha artıq şəxs barəsində insan alveri cinayətini törətmişlər. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1.-ci, 144-1.2.2.-ci, 144-1.2.4-1.-ci və 144- 1.2.5.-ci maddələri ilə ona elan olunan ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 Türkiyə Respublikasının Balıkəsir şəhərində yerləşən, Təqsirləndirilən şəxs2 kirayədə yaşadığı evdə qaldığını eşitsə də Aynurə ilə hər hansı münasibəti olmamışdır. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 ilə heç bir əlaqəsi olmamış, sonuncuların Şirinin Balıkəsir şəhərindəki evində yaşadıqları haqqında məlumatı olmuşdur. O, əxlaqsız həyat tərzi keçirən qadınlarla ünsiyyət saxlamamışdır. Adı çəkilən qadınların onun barəsində şikayət etmələrinin səbəbi Aynurə ilə aralarındakı mübahisə olmuşdur. Şirinlə danışarkən sonuncudan Aynurənin içkili vəziyyətdə gecə saatlarında evə qayıtdığını, həmçinin Şiriningildə qaldığı müddətdə bir neçə dəfə yad kişilərin həmin evə gələrək Aynurəni soruşduqlarını öyrənmişdir. Aynurəni evindən çıxartmasını Şirinə bildirsə də sonuncunun xasiyyəti mülayim olduğu üçün məsləhətinə qulaq asmamışdır. Aynurə öz rəfiqələrini onun haqqında yalan ifadə vermələrini tapşırmışdır. Əminənin, Leylanın və Cəmilənin Quba-Xaçmaz rayonlarından Aynurənin həmyerliləri olmaqla sonuncunun bir çox qonşuluqda yaşayan qadını özü ilə birlikdə Türkiyə Respublikasına apardığını bilmişdir. O, 2019-cu ilin fevral ayında türk vətəndaşı Levent adlı şəxslə rəsmi nikah bağlamışdır. Hazırda zərər çəkmiş şəxslərdə barışıq əldə etmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1.-ci, 144-1.2.2.-ci, 144-1.2.4-1.-ci və 144- 1.2.5.-ci maddələri ilə ona elan olunan ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 onun Türkiyə Respublikasının Balıkəsir şəhərində kirayədə yaşadığı evdə onunla bərabər 10 gün qalmışdır. Onun barəsində ifadə verən digər qadınlar, yəni Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 ilə onun heç bir əlaqəsi olmamışdır, göstərilən şəxslər bir-biri ilə rəfiqə münasibətlərində olaraq ona qarşı yalan ifadələr vermişlər. Adı çəkilən qadınların hansı işlə məşğul olmalarından məlumatı olmamışdır, cinsi istismar edilmələrinin ona aidiyyəti yoxdur. Təqsirləndirilən şəxs1 Türkiyə Respublikasından tanıyır, sonuncu ilə münasibətləri normaldır, Aynurun Türkiyədə hər hansı qadını istismar etməsinin, yaxud fahişəliyə cəlb etməsinin şahidi olmamışdır. Aynurla əlbir olmaqla insan alveri cinayəti törətməmişlər. Aynurə yenidən Türkiyəyə gəldikdə onunla birlikdə qalmasını xahiş etdikdə o, etiraz edib yaşayış sahəsinin sahibinin evə kənar şəxsi buraxmağa icazə verməməsini bildirmişdir. Aynurə bunun acığını ondan çıxır, öz rəfiqələrinə başa salmışdır ki, onun haqqında şikayət etsinlər. Hazırda zərər çəkmiş şəxslərdə barışıq əldə etmişdir. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kirayədə yaşadıqları mənzildə qaldığı halda ona iş tapacaqları ilə aldadaraq Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmişlər və o, 2018-ci il fevralın 06-da Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikasının Balıkəsir şəhərinə getdikdə onu qeyd olunan mənzildə yerləşdikdən sonra 2018-ci il fevral ayının ortalarından 2018-ci il fevralın 25-dək, eləcə də yaxın qohumlarına fahişəliklə məşğul olduğunu deyəcəyi ilə hədələyib eyni qaydada 2018-ci il aprelin 08-dən 2018-ci il aprelin 29-dək, 2018-ci il mayın 09-dan 2018-ci il iyunun 05-dək, 2018-ci il avqustun 06dan 2018-ci il sentyabrın 05-dək və 2019-cu il martın 26-dan 2019-cu il aprelin 21-dək həmin şəhərin müxtəlif yerlərində kişi müştərilərlə pul ödənişləri müqabilində görüşdürərək cinsi əlaqədə olmasını təşkil etməklə cinsi istismar etmişlər. Hazırda təqsirləndirilən şəxslərlə barışmışdır. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kirayədə yaşadıqları mənzildə qaldığı halda ona iş tapacaqları ilə aldadaraq Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmişlər və o, 2018-ci il fevralın 06-da Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikasının Balıkəsir şəhərinə getdikdə onu qeyd olunan mənzildə yerləşdikdən sonra 2018-ci il fevral ayının ortalarından 2018-ci il fevralın 25-dək, habelə yaxın qohumlarına fahişəliklə məşğul olduğunu deyəcəyi ilə hədələyib eyni qaydada 2018-ci il avqustun 06-dan 2018-ci il sentyabrın 05-dək həmin şəhərin müxtəlif yerlərində kişi müştərilərlə pul ödənişləri müqabilində görüşdürərək cinsi əlaqədə olmasını təşkil etməklə cinsi istismar etmişlər. Hazırda təqsirləndirilən şəxslərlə barışmışdır. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kirayədə yaşadıqları mənzildə qaldığı halda ona iş tapacaqları ilə aldadaraq Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmişlər və o, 2018-ci il fevralın 06-da Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikasının Balıkəsir şəhərinə getdikdə onu qeyd olunan mənzildə yerləşdikdən sonra 2018-ci il fevral ayının ortalarından 2018-ci il fevralın 25-dək həmin şəhərin müxtəlif yerlərində kişi müştərilərlə pul ödənişləri müqabilində görüşdürərək cinsi əlaqədə olmasını təşkil etməklə cinsi istismar etmişlər. Hazırda təqsirləndirilən şəxslərlə barışmışdır. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kirayədə yaşadıqları mənzildə qaldığı halda ona iş tapacaqları ilə aldadaraq Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmişlər və o, 2018-ci il aprelin 06-da Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikasının Balıkəsir şəhərinə getdikdə onu qeyd olunan mənzildə yerləşdikdən sonra 2018-ci il aprelin 08-dən 2018-ci il aprelin 29-dək, həmçinin onların nəzarəti altında fahişəliklə məşğul olacağı halda daha çox gəlir əldə edəcəyini bildirib maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə etməklə eyni qaydada 2018-ci il mayın 09-dan 2018-ci il iyunun 05-dək və 2019-cu il martın 26-dan 2019-cu il aprelin 21-dək həmin şəhərin müxtəlif yerlərində kişi müştərilərlə pul ödənişləri müqabilində görüşdürərək cinsi əlaqədə olmasını təşkil etməklə cinsi istismar etmişlər. Hazırda təqsirləndirilən şəxslərlə barışmışdır. İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2020-ci il iyunun 13-də tərtib etdiyi tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişlər (1-ci cild, iş vərəqi 95-96). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2021-ci il 14 iyun tarixli protokollardan görünür ki, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 şahidlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə üzləşdirilərkən zərər çəkmiş şəxslər ifadələrini tam təsdiq etmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə onların dediklərini təkzib edərək yalan danışdıqlarını bildirmişlər (1-ci cild, iş vərəqi 97-120). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2021-ci il 17 iyun tarixli protokoldan görünür ki, Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Zərərçəkmiş şəxs2 2018-ci il fevralın 06-da saat 18:46-da «C00062840» nömrəli sənəddən istifadə edərək ölkəni tərk edib 2018-ci il fevralın 25-də saat 03:22-də ölkəyə daxil olması, 2018-ci il aprelin 06-da saat 17:34-də ölkəni tərk edib 2018-ci il aprelin 29-da saat 00:37-də ölkəyə daxil olması, 2018-ci il mayın 07-də saat 19:28-də ölkəni tərk edib 2018-ci il iyunun 05-də saat 21:47-də ölkəyə daxil olması, 2018-ci il avqustun 04-də saat 21:25-də ölkəni tərk edib 2018-ci il sentyabrın 05də saat 00:34-də ölkəyə daxil olması, 2019-cu il martın 24-də saat 20:28-də ölkəni tərk edib 2019-cu il aprelin 21-də saat 01:46-da ölkəyə daxil olması; Zərərçəkmiş şəxs3 2018ci il aprelin 06-da saat 17:35-də «C01437109» nömrəli sənəddən istifadə edərək ölkəni tərk edib 2018-ci il aprelin 29-da saat 00:28-də ölkəyə daxil olması, 2018-ci il mayın 07-də saat 19:28-də ölkəni tərk edib 2018-ci il iyunun 05-də saat 21:48-də ölkəyə daxil olması, 2019-cu il martın 24-də saat 20:08-də ölkəni tərk edib 2019-cu il aprelin 21-də saat 01:58də ölkəyə daxil olması; Zərərçəkmiş şəxs4 2018-ci il fevralın 06-da saat 18:45-də «C01762298» nömrəli sənəddən istifadə edərək ölkəni tərk edib 2018-ci il fevralın 25-də saat 03:20-də ölkəyə daxil olması, Zərərçəkmiş şəxs1 2018-ci il fevralın 06-da saat 18:45də «C01376428» nömrəli sənəddən istifadə edərək ölkəni tərk edib 2018-ci il fevralın 25də saat 03:21-də ölkəyə daxil olması, 2018-ci il avqustun 04-də saat 21:28-də ölkəni tərk edib 2018-ci il sentyabrın 05-də saat 00:35-də ölkəyə daxil olması; Təqsirləndirilən şəxs1 «Huseynova» soyadı ilə 2017-ci il dekabrın 18-də saat 21:32-də «C00723305» nömrəli sənəddən istifadə edərək ölkəni tərk edib 2018-ci il sentyabrın 07-də saat 02:09-da ölkəyə daxil olması, 2018-ci il dekabrın 16-da saat 19:31-də «C01960068» nömrəli sənəddən istifadə edərək ölkəni tərk edib 2019-cu il aprelin 21-də saat 01:57-də ölkəyə daxil olması; Təqsirləndirilən şəxs2 2017-ci il iyunun 06-da saat 18:27-də «C01467796» nömrəli sənəddən istifadə edərək ölkəni tərk edib 2019-cu il iyunun 30-da saat 19:09-da ölkəyə daxil olması müəyyən olunmuşdur (1-ci cild, iş vərəqi 121-123). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2021-ci il 18 iyun tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikasının CM-nin 144-1.1.-ci maddəsindən həmin Məcəllənin 144-1.2.1.-ci, 144- 1.2.2.-ci, 144-1.2.4-1.-ci və 144-1.2.5.-ci maddələrinə tövsif olunmuşdur (1-ci cild, iş vərəqi 124-128). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2021-ci il 18 iyun tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CMnin 144-1.2.1.-ci, 144-1.2.2.-ci, 144-1.2.4-1.-ci və 144-1.2.5.-ci maddələri ilə nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 129-133). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2021-ci il 18 iyun tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 144- 1.2.1.-ci, 144-1.2.2.-ci, 144-1.2.4-1.-ci və 144-1.2.5.-ci maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində 2021-ci il iyunun 18-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 174-181). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2021-ci il 21 iyun tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 göstərilən tarixdə saat 15:00-da Azərbaycan Respublikasının CM-nin 144-1.2.1.-ci, 144-1.2.2.-ci, 144-1.2.4-1.-ci və 144- 1.2.5.-ci maddələri ilə nəzərdə tutulan əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, iş vərəqi 188-189). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2021-ci il 22 iyun tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CMnin 144-1.2.1.-ci, 144-1.2.2.-ci, 144-1.2.4-1.-ci və 144-1.2.5.-ci maddələri ilə nəzərdə tutulan ittiham elan olunmuşdur (2-ci cild, iş vərəqi 1-5). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2021-ci il 22 iyun tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 144- 1.2.1.-ci, 144-1.2.2.-ci, 144-1.2.4-1.-ci və 144-1.2.5.-ci maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində 2021-ci il iyunun 21-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (2-ci cild, iş vərəqi 27-35). İş materiallarındakı Balakən Rayon Mənzil İstismar Müəssisəsinin tərtib etdiyi xasiyyətnamənin və 2021-ci il 21 iyun tarixli 179 №-li ayarışın kserosurətlərindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs1 barəsində heç bir şikayət daxil olmamışdır (2-ci cild, iş vərəqi 36-37). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon MKTB-nin 18 saylı MKİS-inin tərtib etdiyi 2021-ci il 24 iyun tarixli 18/740 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 2 ünvanında qeydiyyatda olub-olmaması barədə heç bir məlumat yoxdur (2-ci cild, iş vərəqi 38). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 2021-ci il 24 iyun tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 144-1.2.1.-ci, 144-1.2.2.-ci, 144-1.2.4-1.-ci və 144- 1.2.5.-ci maddələri ilə elan edilən ittiham qüvvəsində saxlanılmış, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 144-3.4.-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (2-ci cild, iş vərəqi 39-70). İş materiallarında olan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili X4 hesabatından görünür ki, ibtidai istintaq vaxtı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi onun tərəfindən 52 iş saatı müddətində həyata keçirilmişdir (2-ci cild, iş vərəqi 105). Məhkəməyə təqdim edilən notariat qaydasında təsdiq olunan 2019-cu il 07 fevral tarixli S 01 seriyalı 266782 №-li nikah haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs1 2019-cu il fevralın 07-də Türkiyə Respublikasının vətəndaşı Levent Hıracı adlı şəxslə nikaha daxil olmuşdur. Məhkəməyə təqdim olunan notariat qaydasında təsdiq edilmiş 2021-ci il 10 noyabr və 2021-ci il 15 noyabr tarixli ərizələrdən görünür ki, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmaqla sonunculara qarşı heç bir şikayətləri, tələbləri, iddiaları yoxdur. Məhkəmə mövcud sübutlara qiymət verərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 144-1.2.1.-ci, 144- 1.2.2.-ci, 144-1.2.4-1.-ci və 144-1.2.5.-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələrini, əməllərində cinayət tərkibinin olduğunu, bununla da onların təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikasının CM-nin 144-1.2.1.-ci, 144- 1.2.2.-ci, 144-1.2.4-1.-ci və 144-1.2.5.-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin Azərbaycan Respublikasının CM-nin CM-nin 144-1.2.1.-ci, 144-1.2.2.-ci, 144- 1.2.4-1.-ci və 144-1.2.5.-ci maddələrinin dispozisiyalarında ehtiva olunmayan tamah niyyəti kimi qiymətləndirilməsi üçün heç bir hüquqi əsasın olmadığı qənaətindədir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayətdə özlərini təqsirli bilməmələrinə tənqidi yanaşaraq hesab edir ki, onların göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onların bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr vermələri qənaətinə gəlir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham edildiyi cinayət əməllərini törətmələri məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, zərər çəkmiş şəxslərin ifadələri, üzləşdirmə protokolları, eləcə də iş üzrə digər mötəbər sübutlar ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərər çəkmiş şəxslərlə barışıq əldə etmələrinin işdə cəzanı yüngülləşdirən hallar olduğunu nəzərə almaqla ilk məhkumluqlarını, qadın olmalarını, ailə vəziyyətlərini, Təqsirləndirilən şəxs1 qeydiyyatda olduğu yer üzrə barəsində heç bir şikayət daxil olmamasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8.-ci, 59.1.10.-59.1.13.-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2012-ciil 2 aprel tarixli Qərarının 3-cü maddəsi Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsində qeyd olunan «bu Məcəllənin 59.1.9 və 59.1.10cu maddələrində» müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur və onlar törətdikləri əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsinə uyğun olaraq, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə iş üzrə cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hallar hesab edərək haqqında Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq edilən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 144-1.2.1.-ci, 144-1.2.2.-ci, 144-1.2.4-1.-ci və 144-1.2.5.-ci maddələriin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin olunmaqla onun islah edilməsini və sosial ədalətin bərpasına nail olunmasını mümkün sayır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini həll edərkən habelə «İnsan alverinə və fahişəliyin üçüncü şəxslər tərəfindən istismarına qarşı mübarizə haqqında» Birləşmiş Millətlər Təşkilatının 1950-ci il 21 mart tarixli Konvensiyasının, «İnsan alverinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun, «Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyanı tamamlayan, insan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında» Birləşmiş Millətlər Təşkilatının 2000-ci il 15 noyabr tarixli Protokolunun (Azərbaycan Respublikası 2003-cü il 13 may tarixli Qanunla qeyd edilən Protokola qoşulmuşdur), «İnsan alverinə qarşı mübarizə haqqında» Avropa Şurasının 2005-ci il 16 may tarixli Konvensiyasının və həmin X2, «X3 iştirakçısı olan dövlətlər arasında insan alverinə, insan orqanları və toxumalarının qanunsuz ticarətinə qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında» 2005ci il 25 noyabr tarixli Sazişin müddəalarını nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 və Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 hər biri tərəfindən 90 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 312 manat, Müdafiəçi4 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 540 manat, Müdafiəçi3 vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 540 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulduqları gündən, yəni müvafiq qaydada 2021-ci il iyunun 21-dən və 2021-ci il iyunun 18-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1.ci, 144-1.2.2.-ci, 144-1.2.4-1.-ci və 144-1.2.5.-ci maddələri ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq olunaraq 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il iyunun 21-dən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1.ci, 144-1.2.2.-ci, 144-1.2.4-1.-ci və 144-1.2.5.-ci maddələri ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq olunaraq 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il iyunun 18-dən hesablansın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 312 manat, Müdafiəçi4 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 540 manat, Müdafiəçi3 vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 540 manat köçürülsün. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Azər Paşayev Əhməd Quliyev
Məhkəmə qərarları › İş №1(101)-132/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-132/2022
10.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver