Məhkəmə qərarları › İş №1(101)-132/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-132/2024

12.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-132/2024 12.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Çərkəz oğlunun iştirakları ilə xx xxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 14.10-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroin əldə edərək üzərində saxlamaqla daşımış, satmışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs 29 iyun 2022-ci il tarixdə sosial şəbəkə vasitəsilə tanış olduğu İran İslam Respublikası vətəndaşı kimi tanıdığı “Nasir” adlı şəxsdən, sonuncunun mobil telefon vasitəsi ilə nömrəsini göndərdiyi elektron kart hesabına 140 manat pul köçürməklə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən Bakı şəhəri, Nizami rayonu, Xalqlar Dostluğu metrostansiyası yaxınlığında əvvəlcədən təyin edilən yerə qoyulmuş, ümumi təmiz çəkisi 2,750 qram külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, 30 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində həmin narkotik vasitə heroinin 0,331 qram hissəsini tanışı Şahid5 10 manat pul müqabilində satmış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri, Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o və Şahid5 30 iyun 2022-ci il tarixdə saat 20 radələrində ünvan 3 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi 25/37-ci məhəllədə yerləşən Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis şöbəsinə gətirilib üzərlərinə şəxsi axtarış aparılan zaman Şahid5 əynində olan göy rəngli şalvarın sağ yan cibindən onun satdığı bir ədəd bükümdə təmiz çəkisi 0,331 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, onun əynində olan açıq boz rəngli şalvarın sağ arxa cibindən Şahid5 üzərində aşkar edilmiş narkotik vasitə heroinlə kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən, 13 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,220 qram, 0,221 qram, 0,325 qram, 0,307 qram, 0,248 qram, 0,351 qram, 0,265 qram, 0,261 qram, 0,042 qram, 0,028 qram, 0,025 qram, 0,023 qram, 0,103 qram, ümumi təmiz çəkisi 2,419 qram külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və şalvarının sol arxa cibindən üzərində heroin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, ayın 22-dən 23-nə keçən gecə tutulmuşdur. Qara Qarayevdə qalan Ramazan adında tanışı ilə danışmışdır ki, özündə patı var onda kakos varsa gəlib bir yerdə istifadə etsinlər. Onunla Ramazanın adından danışan polis əməkdaşları olmuşdur, belə ki Ramazan artıq 1 həftə olarmış ki, tutulmuşdur. Ayın 30-u Təbriz adlı şəxslə biz maşında kənd Əhmədlidə oturub narkotik qəbul etmişlər. “Whatsapp”da Ramazanla danışmışdır ki, o da həmin vaxt kənd Əhmədlidə Təbrizlə maşında oturub narkotikdən istifadə edir. Təbrizə demişdir ki, vaxtı varsa gedib patı da çəksinlər. Sevinc kinoteatrının qabağına getmiş, maşında oturmuşlar. Təbriz kola almağa düşən vaxt bir nəfər yaxınlaşdı, boş olub olmadığını soruşdu. O, taksi fəaliyyəti ilə məşğul idi, maşının üzərində taksi reklamı var idi. Boş olmadığını bildirdikdən sonra həmin şəxsin getdiyini güzgüdən gördü. Sonra bir nəfər qapını açdı oturdu maşına başladı onu vurmağa. Həmin vaxt yan qapı da açıldı, şofer tərəfin qapısı açıldı. Başladılar onu vurmağa. Kim olduqlarını demədilər, çöldəki əlinə qandal vurdu polis deyəndən sonra polis olduqlarını bilmişdir. Nizami RPİ-yə aparmış bir gün orada saxlamışlar. Orada döyülmüşdür. Sonra onu bölməyə gətirmiş, bölmədə polis əməkdaşı kompüterlə yazaraq ona Təbrizə 10 manata satdığını demiş, o, etiraz etmiş satış olmadığını bildirmişdir. O, kənd Əhmədlidən Təbrizlə birlikdə gəlmiş, onunla görüşməyə gəlməmişdir. Birlikdə gəlmələri kameralarda görünür. Polis onu bölmədə vuraraq 10 manata satdığını demiş o da razılaşmışdır. Xəsarət izi indiyə kimi qalmışdır. Onun maddələrdən xəbəri olmamamış, bilsəydi dərisini də soysalar ona razılıq verməzdi. Saxlanılan zaman üzərində tərəzi və 13 büküm narkotik vasitə olmuşdur. Taksi fəaliyyəti ilə məşğul olur, müxtəlif yerlərə getdiyindən hər dəfə evdə istifadə edə bilmir, buna görə gizli bir yer olanda saxlayıb istifadə edir, tərəzi ayın 29-u iranlıdan mal götürəndə narkotikin üzərində olmuşdur. 1-2 dəfə mal götürəndə problem yaranmışdı çəkinin düz olmaması ilə bağlı. Həmin vaxtla bağlı iranlının səsi də var, deyir get evdə qoy tərəziyə şəkilini göndər. Nasir adlı İran vətəndaşını tanımır, sosial şəbəkə vasitəsilə tanış olmuşdur. Saxlanılan zaman aşkar olunan narkotiki 1 gün əvvəl almış, ödəniş kartla milliöndən ödəmişdir. Təbrizlə narkotiki bir yerdə istifadə etmişlər, ona büküm verməmişdir. Təbrizə 10 manata satdığını deməsi üçün ona işgəncə verilmişdir. Tutulanda yox, üstündən 2 gün sonra bölməyə gəldiyi gün video çəkiliş ilə şəxsi axtarış keçirilmişdir. Həmin narkotik vasitələr aşkar olunub. Bədənində xəsarət olmuş, hal-hazırda da o xəsarətlər vardır. Sanksiyada canı ağradığından yaxşı olmadığından və həm də tutulmanın şokunda olduğundan heçnə deməmişdir. Baxış keçiriləndə olan bükümlər hamısı onda olan bükümlər idi. Bir gün əvvəl 20 büküm almışdır. Qalan bükümləri istifadə etmişdir. Gün ərzində üç-dörd büküm istifadə etmişdir. Heç kimə narkotik satmamış, bir yerdə atışıb, o, maşını olduğu üçün gedib narkotiki götürürmüşdür. 4.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, təxminən 4-5 ildir ki, narkotik vasitə aludəçisidir. Son vaxtlar isə maddi ehtiyaca görə əldə etdiyi narkotiki hissələrə bölüb bükümlərə yığıb tanıdığı və tanımadığı şəxslərə satıb gəlir əldə edir. Narkotiki müxtəlif yerlərdən tanımadığı şəxslərdən əldə edir. Əsasən narkotiki «online» qaydada əldə edir. 29 iyun 2022-ci il tarixdə axşam saatlarında «Xalqlar Dostluğu» kimi tanıdığı ərazidən şəxsiyyəti barədə heç bir məlumatı olmadığı adını Nasir kimi tanıdığı İran vətəndaşından 140 manat pulu ödəmə terminalı vasitəsi ilə göndərdiyi yadında qalmadığı hesab nömrəsinə göndərib, 20 ədəd siqaretin gümüşü rəngli kağızı və sellofan bükümündə «Kakos» kimi tanıdığı narkotik vasitə heroini alıb üzərində 1 ədəd sellofan paketin içərisində saxlamışdır. Həmin narkotik bükümlərin 6 ədədini istifadə etmiş, qalan 14 ədəd bükümü isə üzərində saxlamışdır. Həmçinin üzərində 01 ədəd elektron tərəzi də olmuş, həmin tərəzini müştəriyə narkotik vasitə satan zaman istifadə etmişdir. Bükümü hazırladıqdan sonra tərəzinin üzərinə qoyub çəkisini bilmişdir. 30 İyun 2022-ci il tarixdə saat 20 radələrində Nizami rayonu, Qara Qarayev prospektində tanıdığı Təbriz adlı şəxslə görüşmüş və birinci dəfə olaraq Təbrizdən 10 manat alıb cibində olan bükümlərdən 01 ədəd sellofan bükümdə olan narkotik vasitə kakosu Təbrizə satmışdır. İkisi orada olan zaman polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmişlər və şübhəli olduqlarını izah edib onları polis şöbəsinə dəvət etmişlər. Orada xidməti otaqların birində üzərinə baxış keçirəcəkləri ona izah olunmuş və videoçəkilişdən istifadə olunacağı bildirilmişdir. Daha sonra isə ona bildirmişlər ki, üzərində olan qeyri-qanuni əşyaları təqdim etsin. O da əynində olan açıq boz rəngli şalvarının sağ arxa cibindən 01 ədəd şəffaf sellofan paketin içərisində olan həmin narkotik bükümlərini və şalvarının arxa sol cibindən 01 ədəd elektron tərəzini çıxardıb polis işçilərinə təqdim etmiş və bildirmişdir ki, həmin bükümlərin içərisində olan «kakos» kimi tanıdığı narkotik vasitə heroindir. Həmin narkotik vasitəyə baxış keçirmişlər, daha sonra isə qablaşdırmışlar və möhürləyib ekspert müayinəsinə göndərmişlər. Narkotik vasitələrin istifadəsi, satışı, saxlanılması, əldə edilməsinin qadağan olunması barədə məlumatı vardır. Narkotik vasitənin satışı ilə məşğul olur, həmçinin özü də istifadə edir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq olunmamışdır. «Nasir» adlı İran vətəndaşı ilə internet vasitəsilə yazışaraq tanış olmuş, onunla heç vaxt görüşməmiş və şəxsiyyəti barədə heç bir məlumatı yoxdur. «Nasir» adlı İranlıyla “Watshap”da səsli danışmış, sonuncunun ona göndərdiyi hesablara onlayn qaydada ödəniş etmiş, bundan sonra ona ünvanın məkanı və ya səsli izahı veriləndən sonra gedib həmin yerdən götürmüşdür. «Nasir» adlı İranlıdan narkotik vasitəni əldə etdikdən sonra bükümlərə ayırıb üzərindən aşkar olunan tərəzidə ölçdükdən sonra tanıdığı və tanımadığı şəxslərə bükümün 01 ədədini 10 AZN-ə satmışdır. «Nasir» kimi tanıdığı şəxsdən əvvəllər də narkotik vasitə almış, həmin narkotik vasitələri istifadə etmək və satmaq məqsədi ilə əldə etmişdir. «Nasir» adlı şəxsdən narkotik vasitələri onlayn qaydada almış, yəni ona pulu göndərmiş və sonradan Nasirin dediyi yerdən narkotik vasitəni götürmüşdür. «Nasir» adlı şəxslə aralarında narkotik vasitələrin dövriyyəsi ilə bağlı heç bir razılıq və danışıq olmamışdır. Ümumiyyətlə «Nasir» adlı şəxslə bu barədə danışmamışlar və sonuncu ondan nə məqsədlə narkotik vasitə almağı barədə soruşmamışdır. Əldə etdiyi puldan da ona hansısa məbləğdə pul göndərməmişdir. «Nasir» adlı şəxsə ondan əldə etdiyi narkotik vasitələri özü üçün aldığını bildirmişdir. Ona narkotik vasitələrin satışı ilə məşğul olmağı barədə heç bir məlumat verməmiş, ümumiyyətlə onunla demək olar ki, bu barədə danışıqları olmamışdır. Sadəcə pulunu göndərib «Nasir» adlı şəxsdən narkotik vasitə almış, sonuncu da onun həmin narkotiki nə etdiyini maraqlanmamışdır. ********* saylı cinayət işinin istintaqı zamanı istifadəsində olmuş ***-***- **-** mobil nömrəyə dair “08“ avqust 2022-ci il tarixdə "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilərkən müəyyən edilmiş xx.xx.2022-ci il tarixdə saat 23:51:18-də istifadəsində olan **********75 mobil nömrədən **********63 nömrəsinə “hə var daş”, xx.xx.2022-ci il tarixdə saat 01:59:39-da eyni nömrəyə “ay qaqaş day yığma alınmayıb özümədə götürəmmədim” məzmunlu mesaj mətni, xx.xx.2022-ci il tarixdə saat 18:27:03də istifadəsində olan **********75 mobil nömrədən **********6008 nömrəsinə “Bbrat plansetim var lenova her sey isleir 1 qr kolaynan deiwey? Wowudu” məzmunlu mesaj mətni, xx.xx.2022-ci il tarixdə saat 22:49:57-də istifadənizdə olan **********75 mobil nömrədən eyni nömrəyə “Wowudu qardawım” məzmunlu mesaj mətni, saat 22:51:14-də yenə də eyni nömrəyə 10 nıq das isdıyırdım” məzmunlu mesaj mətni, xx.xx.2022-ci il tarixdə saat 18:43:24-də istifadəsində olan **********75 mobil nömrədən **********3029 nömrəsinə “Qaqa 11 manat yuklemişem kartıva kod verde mene” məzmunlu mesaj mətni, xx.xx.2022-ci il tarixdə saat 17:33:55-də istifadəsində olan **********75 mobil nömrədən eyni nömrəyə “Brat 10 manat atmisam kartıva kod verde” məzmunlu mesaj mətni, xx.xx.2022-ci İİ tarixdə saat 20:06:11-də istifadəsində olan **********75 mobil nömrədən **********45 nömrəsinə “Qardawim vallahi zakladka atdirmiwam onu gözduyurdum bayaqdan uje atib mende catiram az qalib goturub gelirem yanva narhat olma qardaw cani. Bayildayam gelem pramoy” məzmunlu mesaj mətni, xx.xx.2022-ci il tarixdə saat 20:47:37-də istifadəsində olan **********75 mobil nömrədən **********56 nömrəsinə “Nasir salam. Wowudı. Whatsapda yaz mene" məzmunlu mesaj mətni, xx.xx.2022-ci il tarixdə saat 15:00:03- də İstifadəsində olan **********75 mobil nömrədən **********52 nömrəsinə “Brat sene dediyim vaxdada alinmiycaqe cunki biryandanda zakladkani gozduyrem diye oda hele atmamışam deir" məzmunlu mesaj mətni, xx.xx.2022-ci il tarixdə saat 23:47:58də istifadəsində olan **********75 mobil nömrədən **********545 saylı mobil nömrəyə “Ayqaqaw hobbin yandayam isdemirsense bi kelme cavab verki isdemiremde bow bow getirmeyin bes dell bow bow saxlatdırsan meni burda” məzmunlu mesaj mətni, xx.xx.2022-ci il tarixdə saat 19:38:28-də **********63 mobil nömrəsindən istifadəsində olan **********75 saylı mobil nömrəyə “Zən elə təcl zom”, saat 23:24:20-də “20 man var” məzmunlu mesaj mətnləri, xx.xx.2022-cİ İİ tarixdə saat 18:45:35-də “Qaqa gəlim?”, xx.xx.2022-ci il tarixdə saat 11:03:26-da “20 man" məzmunlu mesaj mətni, xx.xx.2022-ci il tarixdə saat 18:20:08-də **********01 mobil nömrəsindən istifadəsində olan **********75 saylı mobil nömrəyə “Qedeş 10luq kola isdeyirem” məzmunlu mesaj mətni, xx.xx.2022-ci il tarixdə saat 20:25:51 -də **********74 mobil nömrəsindən istifadəsində olan **********75 saylı mobil nömrəyə “Wowu telefonu gotur menim 20 manat pulum sene artig gedib”, qeyd edilən tarixdə saat 20:37:25-də həmin nömrədən “Ala telefonu gotur ya pulu getir ya 2 dene tema sende” məzmunlu mesaj mətnləri, xx.xx.2022-ci il tarixdə saat 20:48:53-də **********45 mobil nömrəsindən istifadəsində olan **********75 saylı mobil nömrəyə “Ayqa baxda bu telefonuva gelirsen aç 1 söz denen ağriyib ölürəm axı mən’’ məzmunlu mesaj mətni, xx.xx.2022-ci il tarixdə saat 15:01:15-də **********88 mobil nömrəsindən istifadəsində olan **********75 saylı mobil nömrəyə “Wowu men uje yoldayam... hara gelim neyniyim... bidene acmırsane telefonu... sen cani ac bilim hara gelim men...”, qeyd edilən tarixdə saat 17:16:53-də həmin nömrədən “Noş goturmursene yene brat... muradda 15 man narmalni alınar çatırıq heziye goruşum sennen", qeyd edilən tarixdə saat 17:21:12-də həmin nömrədən “Wowu murad gedir sora men qalacam bele pulda bundadi alindira bilseydin goruşerdiye indi. Getse pulumda olmayacaq menim”, qeyd edilən tarixdə saat 21:02:08-də həmin nömrədən “Muradda 20 di sen cani temiz ele onu... qazaxa gedir axşam özünede nese qalsin” məzmunlu mesaj mətnləri ilə bağh məlumatların əks olunduğu çıxarışlarla tanış olaraq bildirmişdir ki, istifadəsində olan **********75 saylı mobil nömrədən göndərilən yuxarıdakı mesajları özü yazmış və həmin mobil nömrələrdən onun sözügedən mobil nömrəsinə gələn mesajlar da onun ünvanına gəlmişdir. Həmin nömrələrin bəzisi tanıdığı şəxslərdir, bəziləri isə tanımadığı şəxslərdir. xx.xx.2022-ci il tarixdə saat 15:00:03-də istifadəsində olan **********75 mobil nömrədən **********52 nömrəsinə “Brat sene dediyim vaxdada alinmiycaqe cunki biryandanda zakladkani gozduyrem diye oda hele atmamışam deir” məzmunlu mesaj mətni ilə əlaqədar bildirmişdir ki, tanımadığı şəxs narkotik vasitə istəmiş, lakin «Nasir» adlı İran Respublikasının vətəndaşı hələ narkotik vasitə olan “kakosu" gətirib yerinə qoymadığından vaxtında ona narkotik vasitə olan “kakosu“ verə bilmədiyini izah etmişdir. xx.xx.2022-ci il tarixdə saat 23:47:58-də istifadəsində olan **********75 mobil nömrədən **********545 saylı mobil nömrəyə “Ayqaqaw hobbin yandayam isdemirsense bi kelme cavab verki isdemiremde bow bow getirmeyin bes deil bow bow saxlatdırsan meni burda” məzmunlu mesaj mətn ilə əlaqədar bildirmişdir ki, tanımadığı şəxsə «Nasir» adlı İran Respublikasının vətəndaşından aldığı narkotik vasitə olan “kakosu“ həmin şəxsə 15 manata satmışdır. Lakin yadında deyil, həmin şəxsə narkotik vasitəni satmış yoxsa satmamışdır. Ümumiyyətlə mesajlarda olan mətnlər narkotik vasitənin satışı ilə əlaqədardır. «Nasir» adlı şəxs narkotik vasitəni 5 bükümdən az satmamışdır. Adətən 3 bükümü özünə, 2 büküm satış ücün almışdır. Son dövr ərzində yalnız «Nasir» adlı şəxsdən narkotik vasitəni almışdır. Adətən alanda 3-5 qram narkotik vasitə almışdır. Bu miqdarı özü üçün almış, satışa isə əlavə neçə qram lazım olmuşdursa, 3-5 qram onu da almışdır (İ cild, səh. 254-258). 5.Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 30 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ona məlumat daxil olmuşdu. Rəhbərliyə məruzə edildikdən sonra şəxsin yaxalanmağı ilə bağlı tədbirlər görülmüşdür. Təbriz adlı şəxs ilə birlikdə Qara Qarayev 15, Sevinc kinoteatrının yaxınlığında saxlanılmışdır. 25-ci PB-yə gətirilmiş, üzərinə baxış keçirilmiş və yadında qlan 20-25 bükümdə narkotik vasitə heroin aşkar edilmişdir. Bildirdi ki, bunu Nasir adlı şəxsdən alıb. Təbrizdən də narkotik vasitə aşkar olundu, bildirdi ki, Soheyldən almışam. Maşın olub olmadığını xatırlamır. Saxlanılan şəxsə qarşı heç bir təzyiq olmamışdır. 6.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, hazırda Bakı şəhəri, Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis leytenantıdır. 30 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, məhəllə 2538, giriş 1, mənzil 76-da qeydiyyatda olan, Xətai rayonu, 2-ci Əhmədli küçəsi ev 16 A-da yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Nizami RPİ-nə məlumat daxil olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə əlaqədar 30 iyun 2022-ci il tarixdə rəhbərliyi altında Nizami RPİ-nin X2 əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat 20 radələrində keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs yanında bir nəfər şəxslə ünvan 5 ünvanın qarşısında dayandığını görüb onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Daha sonra S.Ə.Melekilini əməliyyat tədbirinin keçirilməsi haqqında qərarla tanış etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs yanında olan şəxs özünü Bakı şəhəri, Xətai rayonu, Məhsəti küçəsi ZA, mənzil 70-də yaşayan Şahid5 kimi onlara təqdim etmişdir. Hər iki şəxsə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmalarında şübhəli olduqlarını bildirərək üzərlərinə şəxsi axtarış aparılması məqsədilə onlarla Nizami RPİ-nin 25-ci PŞ-nə getmələri təklif olunmuşdur. Təqsirləndirilən şəxs və Şahid5 etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə getmiş və ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmalarını xahiş etmişlər. Qısa müddət sonra Bakı şəhəri, 6 saylı Vəkil Bürosunun vəkili X5 şübhəli şəxs Təqsirləndirilən şəxs, 6 saylı Vəkil Bürosunun vəkili X9 isə Şahid5 təqdim olunmuşdur. Təqsirləndirilən şəxs və Şahid5 şübhəli şəxs qismində tutulduqdan sonra həmin gün saat 21:25-də 25- ci PŞ-nin baş təhqiqatçısı X10 məxsus xidməti otaqda ilkin olaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsi barədə Təqsirləndirilən şəxs ərizə yazmışdır. Şəxsi axtarış keçirilməzdən öncə Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs əynində olan açıq boz rəngli şalvarının sağ arxacibindən bir ədəd şəffaf sellofan paketdə içərisində qəhvəyi rəngdə toz şəkilli maddə olan 05 (beş) ədəd siqaretin gümüşü rəngli kağız bükümlərini, 08 (səkkiz) ədəd yaşıl rəngli sellofan bükümlərini və şalvarının sol arxa cibindən 01 (bir) ədəd kiçik həcmli elektron tərəzini çıxardıb təqdim etmişdir. İçərisində narkotik vasitəyə bənzər maddə olan bükümlərlə və tərəzi ilə bağlı sual verdikdə Təqsirləndirilən şəxs 05 (beş) ədəd siqaretin gümüşü rəngli kağız bükümlərində və 08 (səkkiz) ədəd yaşıl rəngli sellofan bükümlərdə olan maddələrin “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin narkotik vasitələri “Xalqlar Dostluğu” kimi tanıdığı ərazidə adını “Nasir” kimi bildiyi İran vətəndaşından “online” qaydada 140 manata 20 (iyirmi) ədəd siqaretin gümüşü rəngli kağızında və sellofan bükümündə əldə etdiyini, həmin bükümlərin 06 (altı) ədədini özünün istifadə etdiyini, 01 (bir) bükümünü isə 30 iyun 2022-ci ildə saat 20 radələrində tanıdığı Şahid5 10 AZN müqabilində satdığını, qalan 13 (on üç) bükümünü isə öz istifadəsi üçün, həmçinin satması üçün üzərində saxladığını, satan zaman qablaşdırılmış halda üzərində saxladığı elektron tərəzi ilə ölçdüyünü qeyd etmişdir. Təhqiqatçı tərəfindən aşkar edilmiş bükümlər sayılmış və onların ümumilikdə 13 (on üç) ədəd olduğu müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş həmin maddələr və elektron tərəzi zərfə qoyularaq müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, özü və digər polis əməkdaşları həmin protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Bundan sonra həmin gün saat 22:50-də 25-ci PŞnin baş təhqiqatçısı X10 məxsus xidməti otaqda Şahid5 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsi barədə Şahid5 ərizə yazmışdır. Şəxsi axtarış keçirilməzdən öncə Şahid5 üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra Şahid5 əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd yaşıl rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. İçərisində narkotik vasitəyə bənzər bükümlə bağlı sual verdikdə o, sellofan bükümdə olan maddənin “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni bir yerdə saxlanıldığı Soheyl kimi tanıdığı şəxsdən həmin gün Nizami rayonu, Q. Qarayev prospektində 10 AZN-ə alaraq öz istifadəsi üçün üzərində saxladığını qeyd etmişdir. Aşkar olunmuş 01 (bir) ədəd yaşıl rəngli sellofan bükümdə qəhvəyi rəngli, toz şəkilli narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəməiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qoyularaq müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, özü və digər polis əməkdaşları həmin protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs və Şahid5 oğlunun üzərinə axtarış video çəkilişlə təhqiqatçı tərəfindən aparılmış, ondan başqa heç kim sonuncuların üzərinə şəxsi axtarış keçirməmişdir. Təqsirləndirilən şəxs və Şahid5 saxlanılan zaman onlara qarşı heç bir fiziki və ya digər zorakı hərəkətlər edilməmişdir (İ cild, səh. 181-184). 7.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 30 iyun 2022-ci il tarixdə Soheylin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məlumat daxil olmuşdu. Qara Qarayev prospekti 15 ünvanında yaxınlığında, yaxınlaşıb özlərini təqdim etmiş, şəxsi Təbriz adlı şəxslə birlidə 25-ci polis bölməsinə gətirmişlər. Vəkil ilə təhqiqatçının otağında baxış keçirilmişdir. Baxış keçiriləndə 8 və 5 büküm narkotik vasitə heroin, tərəzi var idi. Nasir adlı şəxsdən Xalqlarda ya Əhmədlidə aldığını bildirmişdir. Üzərindən 2 il keçmişdir, bəzi halları unutmuşdur. Hər hansı zor və təzyiq şəxsə qarşı olmamışdır. 8.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 185-189). 9.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, keçən ilin iyun ayında əməliyyat məlumatı daxil olmuşdu. Daxil olan məlumatla bağlı əməliyyat tədbiri keçirilmişdi və həmin şəxsləri 25-ci polis şöbəsinə dəvət etmişdilər. Üzərlərinə video çəkiliş vasitəsilə baxış keçirilən zaman təxminən 10-12 büküm narkotik vasitə aşkar olunmuşdu. Nizami rayon ərazisindən İİR vətəndaşından əldə etdiyini bildirmişdi. Saxlanılmasında iştirak etməmişdir. 10.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, hazırda Bakı şəhəri, Nizami RPİ-nin 25ci PŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis leytenantıdır. 30 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, məhəllə 2538, giriş 1, mənzil 76-da qeydiyyatda olan, Xətai rayonu, 2-ci Əhmədli küçəsi ev 16 A-da yaşayan Təqsirləndirilən şəxs və Bakı şəhəri, Xətai rayonu, Məhsəti küçəsi ZA, mənzil 70-də yaşayan Şahid5 Nizami RPİ-nin X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq Nizami RPİ-nin 25-ci Polis şöbəsinə gətirilmişlər. Həmin tarixdə saat 21:25-də Polis şöbəsidə Təqsirləndirilən şəxs üzərinə 25-ci PŞ-nin baş təhqiqatçısı X14 tərəfindən ona məxsus xidməti otaqda videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs vəkilinin iştirakı olmadan şəxsi axtarış keçirilməsi barədə ərizə yazmışdır. Şəxsi axtarış keçirilməzdən öncə Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər varsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan açıq boz rəngli şalvarının sağ arxa cibindən bir ədəd şəffaf sellofan paketdə içərisində qəhvəyi rəngdə toz şəkilli maddə olan 05 (beş) ədəd siqaretin gümüşü rəngli kağız bükümlərini, 08 (səkkiz) ədəd yaşıl rəngli sellofan bükümlərini və şalvarının sol arxa cibindən 01 (bir) ədəd kiçik həcmli elektron tərəzini çıxardıb təqdim etmişdir. İçərisində narkotik vasitəyə bənzər maddə olan bükümlərlə və tərəzi ilə bağlı sual verdikdə Təqsirləndirilən şəxs 05 (beş) ədəd siqaretin gümüşü rəngli kağız bükümlərində və 08 (səkkiz) ədəd yaşıl rəngli sellofan bükümlərdə olan maddələrin “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin narkotik vasitələri “Xalqlar Dostluğu” kimi tanıdığı ərazidə adını “Nasir” kimi bildiyi İran vətəndaşından “online” qaydada 140 manata 20 (iyirmi) ədəd siqaretin gümüşü rəngli kağızında və sellofan bükümündə əldə etdiyini, həmin bükümlərin 06 (altı) ədədini özünün istifadə etdiyini, 01 (bir) bükümünü isə 30 iyun 2022-ci ildə saat 20 radələrində tanıdığı Şahid5 10 AZN müqabilində satdığını, qalan 13 (on üç) bükümünü isə öz istifadəsi üçün, həmçinin satması üçün üzərində saxladığını, satan zaman qablaşdırılmış halda üzərində saxladığı elektron tərəzi ilə ölçdüyünü qeyd etmişdir. Təhqiqatçı tərəfindən aşkar edilmiş bükümlər sayılmış və onların ümumilikdə 13 (on üç) ədəd olduğu müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş həmin maddələr və elektron tərəzi zərfə qoyularaq müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, özü və digər polis əməkdaşları həmin protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Bundan sonra həmin gün saat 22:50-də 25-ci PŞ-nin baş təhqiqatçısı X14 tərəfindən ona məxsus xidməti otaqda şübhəli şəxs Şahid5 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Şahid5 şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsi barədə ərizə yazmışdır. Şəxsi axtarış keçirilməzdən öncə Şahid5 üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər varsa təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra Şahid5 əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd yaşıl rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. İçərisində narkotik vasitəyə bənzər bükümlə bağlı sual verdikdə o, sellofan bükümdə olan maddənin “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni bir yerdə saxlanıldığı Soheyl kimi tanıdığı şəxsdən həmin gün Nizami rayonu, Q. Qarayev prospektində 10 AZN-ə alaraq öz istifadəsi üçün üzərində saxladığını qeyd etmişdir. Aşkar olunmuş 01 ədəd yaşıl rəngli sellofan bükümdə qəhvəyi rəngli, toz şəkilli narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qoyularaq mavafiq qaydada qablaşdınlaraq götürülmüşdür. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, özü və digər polis əməkdaşları həmin protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər (İ cild, səh. 191-193). 11.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, həmin vaxt o şöbədə olmuş, idarənin əməkdaşları vətəndaşı bölməyə gətirmişlər. Şahid qismində iştirak etmiş, üzərindən dəqiq xatırlamadığı 12-13 büküm narkotik vasitə aşkar olunmuşdu. Şəxs Təbriz adlı şəxslə gətirilmişdi. Üzərilərinə şəxsi axtarış keçiriləndə iştirak etmişdir, tutulmasında iştirak etməmişdir. Təbrizin üzərindən dəqiq xatırmasa da bir büküm narkotik vasitə aşkar olunmuşdu. 12.Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, hazırda Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis leytenantıdır. 30 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, məhəllə 2538, giriş 1, mənzil 76-da qeydiyyatda olan, Xətai rayonu, 2-ci Əhmədli küçəsi ev 16 A-da yaşayan Təqsirləndirilən şəxs və Bakı şəhəri, Xətai rayonu, Məhsəti küçəsi ZA, mənzil 70-də yaşayan Şahid5 Nizami RPİ-nin X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq Nizami RPİ-nin 25-ci Polis şöbəsinə gətirilmişlər. Həmin tarixdə saat 21:25-də Polis şöbəsidə Təqsirləndirilən şəxs üzərinə 25-ci PŞ-nin baş təhqiqatçısı X14 tərəfindən ona məxsus xidməti otaqda tərəfindən videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs vəkilinin iştirakı olmadan şəxsi axtarış keçirilməsi barədə ərizə yazmışdır. Şəxsi axtarış keçirilməzdən öncə Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər varsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan açıq boz rəngli şalvarının sağ arxa cibindən bir ədəd şəffaf sellofan paketdə içərisində qəhvəyi rəngdə toz şəkilli maddə olan 05 (beş) ədəd siqaretin gümüşü rəngli kağız bükümlərini, 08 (səkkiz) ədəd yaşıl rəngli sellofan bükümlərini və şalvarının sol arxa cibindən 01 (bir) ədəd kiçik həcmli elektron tərəzini çıxardıb təqdim etmişdir. İçərisində narkotik vasitəyə bənzər maddə olan bükümlərlə və tərəzi ilə bağlı sual verdikdə Təqsirləndirilən şəxs 05 (beş) ədəd siqaretin gümüşü rəngli kağız bükümlərində və 08 (səkkiz) ədəd yaşıl rəngli sellofan bükümlərdə olan maddələrin “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin narkotik vasitələri “Xalqlar Dostluğu” kimi tanıdığı ərazidə adını “Nasir” kimi bildiyi İran vətəndaşından “online” qaydada 140 manata 20 (iyirmi) ədəd siqaretin gümüşü rəngli kağızında və sellofan bükümündə əldə etdiyini, həmin bükümlərin 06 (altı) ədədini özünün istifadə etdiyini, 01 (bir) bükümünü isə 30 iyun 2022-ci ildə saat 20 radələrində tanıdığı Şahid5 10 AZN müqabilində satdığını, qalan 13 (on üç) bükümünü isə öz istifadəsi üçün, həmçinin satması üçün üzərində saxladığını, satan zaman qablaşdırılmış halda üzərində saxladığı elektron tərəzi ilə ölçdüyünü qeyd etmişdir. Təhqiqatçı tərəfindən aşkar edilmiş bükümlər sayılmış və onların ümumilikdə 13 (on üç) ədəd olduğu müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş həmin maddələr və elektron tərəzi zərfə qoyularaq müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, özü və digər polis əməkdaşları həmin protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Bundan sonra həmin gün saat 22:50-də 25-ci PŞ-nin baş təhqiqatçısı X14 tərəfindən ona məxsus xidməti otaqda şübhəli şəxs Şahid5 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Şahid5 şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsi barədə ərizə yazmışdır. Şəxsi axtarış keçirilməzdən öncə Şahid5 üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər varsa təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra Şahid5 əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd yaşıl rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. İçərisində narkotik vasitəyə bənzər bükümlə bağlı sual verdikdə o, sellofan bükümdə olan maddənin “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni bir yerdə saxlanıldığı Soheyl kimi tanıdığı şəxsdən həmin gün Nizami rayonu, Q. Qarayev prospektində 10 AZN-ə alaraq öz istifadəsi üçün üzərində saxladığını qeyd etmişdir. Aşkar olunmuş 01 ədəd yaşıl rəngli sellofan bükümdə qəhvəyi rəngli, toz şəkilli narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qoyularaq mavafiq qaydada qablaşdınlaraq götürülmüşdür. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, özü və digər polis əməkdaşları həmin protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər (İ cild, səh. 195-197). 13.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, görüşüb, yoldaşlıq edib Nizami rayonuna getmişlər. Orada polis əməkdaşları saxlayıb bölməyə aparmışlar. Görüşəcəkləri adamla danışılmış, görüşəcəyi adamı tanımamışdır. Soheyllə görüşüb, narkotik çəkmişdir. Soheyl ilə münasibətləri yaxşı olmuş, uzun illərdir bir-birilərini tanımışlar. Çox vaxt narkotiki bir yerdə qəbul etmişlər. Polislər onları narkotiklə tutublar. Onları polis bölməsində 2 gün saxlamışlar. Pulu Soheylə vermişdir. Soheylə 20 manat vermişdir. Pulu verib narkotiki götürmüşdür. İbtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bilmişdir. 14.Məhkəmə iclasında Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, narkotik vasitə aludəçisidir, narkötiki müxtəlif yerlərdən tanımadığı şəxslərdən əldə edir. 30 iyun 2022-ci il tarixdə saat 19:30 radələrində Nizami rayonu, Qara Qarayev prospektində əvvəllər tanıdığı Soheyl adlı şəxslə görüşmüş və 10 manat pulu verib bir sellofan bükümündə «Kakos» kimi tanıdığı narkotik vasitəni alıb üzərində saxlamışdır. Hər ikisi orada olan zaman polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmiş və şübhəli olduqlarını izah edib polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində xidməti otaqların birində üzərinə baxış keçirəcəkləri izah olunmuş və videoçəkilişdən istifadə olunacağı bildirilmişdir. Daha sonra isə üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi ona təklif olunmuşdur. O da əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd yaşıl rəngli sellofan bükülünü çıxarıb polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin bükümün içərisində olan “kakos” kimi tanıdığı narkotik vasitə heroindir. Həmin narkotik vasitəyə baxış keçirilərək qablaşdırmış və möhürləyib ekspert müayinəsinə göndərmişlər. Əlavə olaraq bildirmişdir ki, narkotik vasitələrin əldə edilməsi, saxlanılması, istifadəsinin və satışının qadağan olunması barədə məlumatı olmuşdur. Narkotik vasitənin satışı ilə məşğul olmur, yalnız özü istifadə edir. Polis əməkdaşları tərəfindən ona heç bir zor tətbiq olunmamışdır (İ cild, səh. 230-231). 15.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyul 2022-ci il tarixli 6/3633 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “vət. Təqsirləndirilən şəxs aşkar olunmuş...” sözləri, soyad və imzalar qeyd edilmiş zərfdəki 01 ədəd sellofan paketdə olan 13 (on üç) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,220 qram, 0,221 qram, 0,325 qram, 0,307 qram, 0,248 qram, 0,351 qram, 0,265 qram, 0,261 qram, 0,042 qram, 0,028 qram, 0,025 qram, 0,023 qram, 0,103 qram, ümumi təmiz çəkisi 2,419 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, heroinlər kimyəvi komponent tərkiblərinə görə biri-biri ilə eynidir, 01 ədəd gümüşü rəngli elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Üzərində: “vət. Şahid5 aşkar olunmuş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,331 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Şahid5 üzərindən aşkar olunmuş 1 ədəd bükümdə olan heroinlə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 13 ədəd bükümdə olan heroinlər kimyəvi komponent tərkiblərinə görə biri-biri ilə eynilik təşkil edir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına” (Siyahı İ) daxildir (İ cild, səh. 77-82). 16.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsi Ambulator X1 15 iyul 2022-ci il tarixli, 3827 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 215-216). 17.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 30 iyun 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş həmin istintaq hərəkətinin video-görüntülərinin özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan açıq boz rəngli şalvarının sağ arxa cibindən bir ədəd şəffaf sellofan paketdə içərisində qəhvəyi rəngdə toz şəkilli maddə olan 05 (beş) ədəd siqaretin gümüşü rəngli kağız bükümləri, 08 (səkkiz) ədəd yaşıl rəngli sellofan bükümləri və şalvarının sol arxa cibindən 01 (bir) ədəd kiçik həcmli elektron tərəzini təqdim etmiş, sorğu zamanı Təqsirləndirilən şəxs 05 (beş) ədəd siqaretin gümüşü rəngli kağız bükümlərində və 08 (səkkiz) ədəd yaşıl rəngli sellofan bükümlərdə olan maddələrin “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu bildirmiş, həmin narkotik vasitələri “Xalqlar Dostluğu” kimi tanıdığı ərazidə adını “Nasir” kimi bildiyi İran vətəndaşından “online” qaydada 140 manata alaraq öz istifadəsi üçün, həmçinin satması üçün üzərində saxladığını, satan zaman qablaşdırılmış halda üzərində saxladığı həmin elektron tərəzi ilə ölçdüyünü qeyd etmişdir (İ cild, səh. 33-34). 18.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 30 iyun 2022-ci il tarixli protokoldan görünür ki, 30 iyun 2022-ci il tarixdə saat 20 radələrində ünvan 5 ünvanın qarşısında saxlanılaraq 25-ci PŞ-nə gətirilmiş Şahid5 üzərinə həmin gün saat 22:50-də keçirilmiş şəxsi axtarış zamanı sonuncunun əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd yaşıl rəngli sellofan bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüş, Şahid5 sorğu zamanı həmin narkotik vasitəni bir yerdə saxlanıldığı “Soheyl” kimi tanıdığı şəxsdən Nizami rayonu, Q. Qarayev prospektində 10 AZN-ə alaraq öz istifadəsi üçün üzərində saxladığını qeyd etmişdir (İ cild, səh. 59-60). 19.«Diskə baxış keçirilməsi haqqında» 08 avqust 2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə 08 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş 099-704- 73-75 saylı mobil telefon nömrəsinə dair "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilərək nəticəsi protokollaşdırılmışdır. Həmin protokoldan görünür ki, diskin içərisində ümumilikdə 4 ədəd fayl vardır. “SMS_Tarixçəsi_**********3606_997047..” adlı faylda 06 may 2022-ci il tarixdə saat 11:57-dan 29 iyun 2022-ci il tarixdə saat 02:46- dək **********75 mobil nömrəsindən digər mobil nömrələrə gedən mesaj mətnləri və həmin mesaj mətnləri ilə bağlı məlumatlar öz əksini tapmışdır. “SMSJTarixçəsi_**********3611_997047...” adlı faylda 04 may 2022-ci il tarixdə saat 12:02-dən 27 iyun 2022-ci il tarixdə saat 14:59-dək digər mobil nömrələrdən **********75 mobil nömrəsinə gələn mesaj mətnləri və həmin mesaj mətnləri İlə bağlı məlumatlar öz əksini tapmışdır. “Zənglərin_Detallaşması_**********5738...” adlı faylda 04 may 2022-ci il tarixdə saat 16:13dən 01 iyul 2022-ci il tarixdə saat 13:14-dək **********75 mobil nömrəsinin istifadəçisinin hansı anten dairələrində olması öz əksini tapmışdır. “Zəngİərin_Məxsusluq_Tarixçələri_202207...” adlı faylda 30 aprel 2022-ci il tarixdə saat 20:00-dan 01 iyul 2022-ci il tarixdə saat 20:00-dək **********75 mobil nömrəsinə gələn zəng və mesajlar, **********75 mobil nömrəsindən gedən zəng və mesajların istifadəçilərinin "xxxx" mobil operatorundan istifadə edən hissəsi barədə məlumatlar öz əksini tapmışdır. CD diskə baxış zamanı “SMS-Tarixçəsi_**********3606-997047...” adlı faylda xx.xx.2022-ci il tarixdə saat 23:51:18-də **********75 mobil nömrəsindən **********63 nömrəsinə “hə var daş”, xx.xx.2022-ci il tarixdə saat 01:59:39-da eyni nömrəyə “ay qaqaş day yığma alınmayıb özümədə götürəmmədim”, xx.xx.2022-ci il tarixdə saat 18:27:03-də **********75 mobil nömrəsindən **********6008 nömrəsinə “Bbrat plansetim var lenova her sey isleir 1 qr kolaynan deiwey? Wowudu”, xx.xx.2022-ci il tarixdə saat 22:49:57-də **********75 mobil nömrəsindən eyni nömrəyə “Wowudu qardawım”, saat 22:51:14-də yenə də eyni nömrəyə “10 nıq das isdıyırdım”, xx.xx.2022-ci il tarixdə saat 18:43:24-də **********75 mobil nömrəsindən **********3029 nömrəsinə “Qaqa 11 manat yükləmişəm kartıva kod verdə menə”, xx.xx.2022-ci il tarixdə saat 17:33:55-də **********75 mobil nömrəsindən eyni nömrəyə “ Brat 10 manat atmısam kartiva kod verde”, xx.xx.2022-ci il tarixdə saat 20:06:11-də **********75 mobil nömrəsindən **********45 nömrəsinə “Qardawim vallahi zakladka atdirmiwam onu gözduyurdum bayaqdan uje atib mendə catiram az qalib goturub gəlirəm yanva narhat olma qardaw cani. Bayildayam geləm pramoy”, xx.xx.2022-ci il tarixdə saat 20:47:37- də **********75 mobil nömrəsindən **********56 nömrəsinə “Nasir salam. Wowudı. Whatsapda yaz mene”, xx.xx.2022-ci il tarixdə saat 15:00:03-də **********75 mobil nömrəsindən **********52 nömrəsinə “Brat senə dediyim vaxdada alinmiycaqe cunki biryandanda zakladkani gozduyrem diyə oda hələ atmamışam deir”, xx.xx.2022-ci il tarixdə saat 23:47:58-də **********75 mobil nömrəsindən **********545 nömrəsinə “Ayqaqaw hobbin yandayam isdəmirsense bi kəlmə cavab verki isdemiremde bow bow getirmeyin bəs deil bow bow saxlatdırsan meni burda” mesajlarının göndərildiyi, “SMS__Tarixçəsi_**********3611_997047...” adlı faylda xx.xx.2022-ci il tarixdə saat 19:38:28-də **********63 mobil nömrəsindən **********75 nömrəyə “Zən elə təcl zom”, saat 23:24:20-də “20 man var”, xx.xx.2022-ci il tarixdə saat 18:45:35-də “Qaqa gəlim?, xx.xx.2022-ci il tarixdə saat 11:03:26-da “20 man”, xx.xx.2022-ci il tarixdə saat 18:20:08-də **********01 mobil nömrəsindən **********75 nömrəyə “Qedeş 10luq kola isdeyirem”, xx.xx.2022-ci il tarixdə saat 20:25:51-də **********74 mobil nömrəsindən **********75 nömrəyə “Wowu telefonu gotur menim 20 manat pulum sene artig gedib”, qeyd edilən tarixdə saat 20:37:25-də həmin nömrədən “Ala telefonu gotur ya pulu gətir ya 2 denə təma sendə”, xx.xx.2022-ci il tarixdə saat 20:48:53-də **********45 mobil nömrəsindən **********75 nömrəyə “Ayqa baxda bu telefonuva gəlirsən aç 1 söz denən ağriyib ölürəm axı mən”, xx.xx.2022-ci il tarixdə saat 15:01:15~də **********88 mobil nömrəsindən **********75 nömrəyə “Wowu men uje yoldayam... hara gelim neyniyim... bidene acmırsane telefonu... sen cani ac bilim hara gelim men...”, qeyd edilən tarixdə saat 17:16:53-də həmin nömrədən “ Noş götürmürsənə yenə brat... muradda 15 man narmalni alınar çatırıq həziyə goruşum sennen”, qeyd edilən tarixdə saat 17:21:12-də həmin nömrədən “Wowu murad gedir sora men qalacam belə pulda bundadi alindira bilsəydin goruşerdiye indi. Getsə pulumda olmayacaq menim”, qeyd edilən tarixdə saat 21:02:08-də həmin nömrədən “Muradda 20 di sen cani temiz ele onu... qazaxa gedir axşam özünede nəsə qalsin” tipli mesajlar gəldiyi, həmçinin buna oxşar mesajların olduğu görünür. (İ cild, səh. 177-178). 20.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 6700 nömrəli məktubundan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 6şayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (İ cild, səh. 173). 21.«Maddi sübut kimi tanınma haqqında» 07 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tədqiqatından sonra təmiz çəkisi 2,419 qram olan narkotik vasitə heroin, bir ədəd gümüşü rəngli elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Nizami Rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasına təhvil verilmişdir. İçərisində videogörüntünün olduğu bir ədəd DVD maddi sübut kimi tanınmış və cinayət işinə materiallarına əlavə edilmişdir (İ cild, səh. 147-148). 22.«Maddi sübut kimi tanınma haqqında» 07 iyul 2022-ci il tarixli qərardan görünür ki, Şahid5 üzərindən aşkar edilmiş tədqiqatından sonra təmiz çəkisi 0,331 qram olan narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Nizami Rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasına təhvil verilmişdir (İ cild, səh. 149-150). 23.Bakı şəhəri Nizami rayon məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 1(007)- 457/2022 nömrəli hökmündən görünür ki, Şahid5 üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,281 qram olan narkotik vasitə vasitə heroinin məhv edilməsi qeyd olunmuşdur (İİ cild, səh. 33-42). 24.«Sübutların qiymətləndirilməsi haqqında» 05 dekabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, 10916/22 nömrəli məktuba əlavə edilmiş CD disk maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur (İ cild, səh. 268-283). 25.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 48). 26.Bakı şəhəri Nizami rayon məhkəməsinin 02 iyul 2022-ci il tarixli, 4(007)-363/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 30 iyun 2022-ci il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 129-132). 27.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş X3 İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 168). Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 28.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 29.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 30.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 31.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 32.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 33.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 34.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 35.Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 36.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 37.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndinə əsasən şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. 38.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 83-cü bəndinə əsasən 2 qram və yuxarı həddə narkotik vasitə olan heroin külli miqdar hesab edilir. 39.Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə heroinin 13 ədəd bükümdə ümumilikdə təmiz çəkisi 2,419 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»ya əsasən külli miqdardır. 40.Məhkəmə qeyd edir ki, «şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında» protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş narkotik vasitənin təqsirləndirilən şəxsə məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 41.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X6rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 42.Məhkəmə təkrar edir ki, təqsirləndirilən şəxsə təzyiq edilməsi dair iddialar müvafiq sübutlarla təsdiq olunmalıdır. 43.Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, onun ifadəsində qeyd etdiyi hallar məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə təsdiqini tapmamışdır. 44.Təqsirləndirilən şəxsin onun şəxsi axtarışı barədə videoçəkilişin həqiqəti əks etdirmədiyi barədə dəlilləri məhkəmə tədqiqi zamanı bu sübutun həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə yaratmamışdır. 45.Məhkəmə təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olmaması ilə əlaqədar ifadəsinə münasibətdə isə onu qeyd edir ki, təqsirləndirilən şəxsin 099-704- 73- 75 saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərə, sms mətnlərinə dair "xxxx" MMC-dən daxil olmuş diskə keçirilmiş baxış zamanı narkotik vasitə satışı ilə bağlı kifayət qədər aydın sms yazışmalarının olması, təqsirləndirilən şəxsin həmin narkotik vasitələri satış məqsədi ilə əldə etdiyini tam sübuta yetirir. Eyni zamanda məhkəmə iclasında dindirilmiş Şahid5 ifadəsində narkotik vasitəni təqsirləndirilən şəxsdən pul ödəyərək almasını bildirmişdir. 46.Təqsirləndirilən şəxs qanunsuz əldə etdiyi külli miqdar təşkil edən heroini bükümlərə bölərək saxlaması, eləcə də narkotik vasitələrin çəkilib xırda bükümlərə bölünməsində istifadə edilən elektron tərəzini evində saxlaması hərəkətlərində həmin maddələrə münasibətdə satış məqsədini tam təsdiq edir. 47.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 48.Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, ifadəsində qeyd etdiyi hallar məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə təkzib olunmuşdur. 49.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib üzərində saxlayaraq daşıması və satması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. 50.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir 51.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirli olması ibtidai istintaq dövründə və məhkəmə araşdırması zamanı verdiyi ifadələrin əlaqəli təhlili, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 52.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 53.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 54.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 55.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 56.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 57.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 58.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 59.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 60.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 61.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 62.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 63.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 30 iyun 2022-ci il tarixdən hesablanmalıdır. 64.Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 65.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 66.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 67.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Nizami Rayon Rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,419 qram çəkidə narkotik vasitə heroinin və bir ədəd gümüşü rəngli elektron tərəzinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD formatlı diskin, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 68.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 69.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 70.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 55 (əlli beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 71.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 30 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 55 (əlli beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar - Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Maddi Sübutların Saxlama Yerinədə saxlanılan - Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 2,419 çəkidə narkotik vasitə heroin və bir ədəd gümüşü rəngli elektron tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD formatlı disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Siyavuş Hacıyev

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar