Məhkəmə qərarları › İş №1(101)-1320/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1320/2021

28.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1320/2021 28.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə,

1. xx xxxx 1989-cu il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər Biləsuvar Rayon Məhkəməsinin 22 may 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 04 aprel 2019-cu ildə Salyan Rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən 11 ay 02 gün vaxtından əvvəl şərti azad olunmuş, 05 mart 2020-ci ildə cəzanı tam çəkib qurtardığından şöbənin qeydiyyatından çıxarılmış, məhkumluğu ödənilməmiş, Salyan şəhəri, A.Hüseynov küçəsi, ev 71-də qeydiyyatda olmaqla, ünvan 6-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə,

2. xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq,

M ü ə y y ə n e t d i:

Təqsirləndirilən şəxs1 qəsdən narkotik vasitə və psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməsinə qabaqcadan vəd verməklə köməklik etmiş, habelə yenidən qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, qəsdən şəxsiyyəti müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşı «Şahbuz» adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroinin və külli miqdarda psixotrop maddə metamfetaminin əldə edilməsi, saxlanması, daşınması və satılması ilə bağlı razılığa gəlməklə yanaşı, sonuncuya bu məqsədlə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməsinə və narkotik vasitə və psixotrop maddələri onun qoyacağı yerdən götürüb satışının təşkil edilməsinə qabaqcadan vəd verməklə köməklik etmiş, bu məqsədlə «Şahbuz» adlı şəxsin istintaqa məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in 1-ci siyahısına daxil edilən ümumi təmiz çəkisi 1931,037 qram narkotik vasitə heroini və külli miqdarda «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in 1-ci siyahısına daxil edilən ümumi təmiz çəkisi 32,386 qram psixotrop maddə metamfetamini Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən 1 nömrəli X7 yaxınlığında yerləşdirib bu barədə Təqsirləndirilən şəxs1 «Whatsapp» ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə məlumat verdikdən sonra sonuncu yenidən qəsdən həmin kütlələri istintaqa məlum olmayan vaxtda və şəraitdə qeyd olunan yerdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla yaşadığı ünvan 2 ünvanında yerləşən 103 saylı mənzilə daşımış, bundan sonra ümumi cinayətkar niyyəti realizə etmək üçün tanışı Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı qrupa cəlb etməklə onunla qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək narkotik vasitə və psixotrop maddənin satışını həyata keçirmək məqsədi ilə aralarında razılığa gələrək qeyd edilən çəkidə narkotik vasitə heroini 1000 qram, 10,377 qram, 918 qram və 2,660 qram çəkidə olan hissələrə bölüb ayrı-ayrılıqda dörd ədəd bükümdə, qeyd edilən çəkidə psixotrop maddə metamfetamini isə bir ədəd bükümdə qablaşdıraraq bir bükümdə olan 2,660 qramını üzərində, qalan 918 qramını, eləcə də bir bükümdə olan 32,386 qram psixotrop maddə metamfetamini yaşadığı mənzildə saxlamış, narkotik vasitə heroinin iki bükümdə olan 1000 qram və 10,377 qramını Təqsirləndirilən şəxs2 vermiş, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 07 avqust 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin gün saat 22:00-da Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal küçəsi, ev 17 ünvanında yerləşən 103 saylı mənzilə baxış keçirilərkən Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı külli miqdarda 918 qram çəkidə narkotik vasitə heroin, üzərində narkotik vasitə heroinin izləri olan iki ədəd tərəzi və külli miqdarda eyni tərkibli 32,386 qram çəkidə psixotrop maddə metamfetamin ayrı-ayrılıqda iki ədəd şəffaf sellofanda olmaqla bir ədəd plastik qabda yeləşdirilmiş vəziyyətdə qonaq otağındakı dolabdan aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs2 17 avqust 2020-ci il tarixdə saat 01:00-da ünvan 3 ünvanının qarşısında saxlanılaraq baş idarəyə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman onun Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 10,377 qram çəkidə narkotik vasitə heroin əynindəki cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə, külli miqdarda 1000 qram çəkidə narkotik vasitə heroin və üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi isə idarə etdiyi «Renault Tondar» markalı Az **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən bir ədəd qara rəngli sellofan torbada aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 17 avqust 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin gün saat 11:00-da Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal küçəsi, ev 17 ünvanının qarşısında saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis bölməsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman onun satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı, yaşadığı evdən aşkar edilmiş narkotik vasitə heroinlə eyni tərkibli olmaqla külli miqdarda 2,660 qram çəkidə narkotik vasitə heroin əynindəki cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs1 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı «Şahbuz» adlı şəxsdən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıdığı «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 1931,037 qram narkotik vasitə heroinin satışını həyata keçirmək məqsədi ilə külli miqdarda 1000 qram və 10,377 qramını iki ədəd qara rəngli sellofan torbada istintaqa məlum olmayan vaxtda və şəraitdə Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq əldə edib həmin heroinin 1000 qramını bir ədəd sellofan torbada idarə etdiyi «Renault Tondar» markalı Az **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində, 10,377 qramını isə üzərində saxlamaqla daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 17 avqust 2020-ci il tarixdə saat 01:00-da ünvan 3 ünvanının qarşısında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 10,377 qram çəkidə narkotik vasitə heroin əynindəki cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə, külli miqdarda 1000 qram çəkidə narkotik vasitə heroin və üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi idarə etdiyi «Renault Tondar» markalı Az **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən bir ədəd qara rəngli sellofan torbada aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrdən istifadə edir, həmçinin narkotik vasitələrin satışı ilə məşğul olaraq maddi vəziyyətini yaxşılaşdırmaq istəmişdir. O, cəzaçəkmə müəssisəsində olarkən orada olan məhbuslardan birinin vasitəsilə İran İslam Respublikasından Azərbaycana narkotik vasitə göndərən «Şahbuz» adlı İran İslam Respublikası vətəndaşının telefon nömrəsini ona verərək, bildirmişdir ki, həmin şəxsdən ucuz qiymətə narkotik alıb Bakı şəhərində müxtəlif şəxslərə baha qiymətə satıb, yaxşı gəlir əldə etmək olar. Həbsdən çıxdıqdan sonra təxminən 2020-ci ilin aprel ayında «Şahbuz»la «Whatsapp» vasitəsi ilə əlaqə saxlayıb tanış olmuşdur. Bundan sonra aralarında münasibət yaranmışdır. O, «Şahbuz»un verdiyi kart hesabına pul köçürmək yolu ilə narkotik vasitələr almışdır. «Şahbuz» narkotik vasitələri Azərbaycanda olan adamların vasitəsi ilə Bakı şəhərinin müxtəlif yerlərinə qoydurub həmin yerlərin şəkillərini «Whatsapp» vasitəsi ilə ona göndərmişdir. O da gedib narkotik vasitələri həmin yerdən götürmüşdür. Bir müddət bu formada o, «Şahbuz» adlı şəxsdən narkotik vasitə heroin və «şüşə» kimi tanıdığı psixotrop maddə almışdır. Bir müddət sonra «Şahbuz» ona nisyə narkotik vasitə göndərə biləcəyini, həmin narkotik vasitələri Bakıda satıb pulunu sonradan ona göndərə biləcəyini bildirmişdir. 29 iyul 2020-ci il tarixdə «Şahbuz» ona «Whatsapp» vasitəsi ilə yazaraq «20 yanvar» dairəsi tərəfdə 13000 manat dəyərində narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin qoydurduğunu, həmin heroin və metamfetamini oradan götürüb satmağını və satdıqca hissə-hissə pulu Şahbuzun göndərəcəyi kart hesabına köçürməyini demişdir. O, razılaşmış və bundan sonra «Şahbuz» narkotik vasitəni qoydurduğu yerin şəklini ona atmış, o da həmin gün axşam radələrində şəkildə göstərilən ünvan olan ünvan 5ada ağacın dibinə qoyulmuş bir ədəd sellofanı götürüb dərhal yaşadığı evə gəlmişdir. Evdə sellofanı açıb baxanda orada iki ədəd ayrı-ayrı sellofan bükümlərdə heroin, bir ədəd sellofan bükümdə metamfetamin, həmçinin üç ədəd elektron tərəzinin olduğunu görmüşdür. Bundan sonra, o, heroinin bir hissəsini özü ilə götürüb yavaş-yavaş satmaq, qalan hissəsini isə mənzildə gizlədib saxlamaq qərarına gəlmişdir. Heroinin nisbətən kiçik olan hissəsini, metamfetamini və iki ədəd elektron tərəzini plastik qabın içində yerləşdirib yaşadığı mənzildəki dolabda gizlətmişdir. Digər nisbətən böyük heroini və bir ədəd tərəzini isə bir müddət əvvəl «Sovetski» də kirayədə yaşadığı, lakin təhvil vermədiyi mənzilə aparıb orada gizlətmişdir. Lakin sonrakı günlər o, tutulacağından qorxduğu üçün heroin və metamfetamindən satmamışdır. Bundan sonra «Şahbuz» onunla əlaqə saxlayıb narkotik vasitə və psixotrop maddənin pulunu Şahbuzun hesabına köçürməyini istəmişdir. O, Şahbuza yalandan şəhərdə vəziyyətin pis olduğunu və ara sakitləşən kimi satıb pulu ödəyəcəyini bildirmişdir. Lakin «Şahbuz» ona inanmayıb onu aldatdığından şübhələnməyə başlamış və dərhal ya narkotik vasitələri qaytarmağını, ya da ki, pulu Şahbuza göndərməyini bildirib əks halda onu tutduracağı ilə hədələməyə başlamışdır. 07 avqust 2020-ci il tarixdə o, evdə olmayan vaxt Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşalarının onun yaşadığı evə gəldiyini və evdə saxladığı heroin və metamfetamini aşkar edib götürdüyünü öyrənmişdir. Bundan sonra, o, bir müddət qaçıb gizlənmək qərarına gəlmişdir. Lakin polis əməkdaşlarının «Sovetski» adlanan küçədəki evdə axtarış aparacaqlarını fikirləşib həmin evdə saxladığı heroini özü ilə götürmüş və bundan sonra Bakı şəhərindəki otellərin birində müvəqqəti gizlənmək qərarına gəlmişir. Buna görə də o, idarə etdiyi avtomobillə onu və ailəsini lazım olanda ora-bura aparan Təqsirləndirilən şəxs2 zəng edib Azərlə görüşmüşdür. Əvvəl «Sovetski»də kirayədə yaşadığı evdən Yasamal rayonunda olan kirayədə yaşadığı evə ev əşyalarını aparmaq adı ilə Azərdən avtomobilini götürmüşdür. Özündə olan narkotik vasitəni Azərin avtomobilində yük yerində gizlətmişdir. Sonradan isə o, avtomobili Azərə qaytaranda Azərə avtomobilində yük yerinə narkotik vasitə qoymağını deməmişdir. 17 avqust 2020-ci il tarixdə yaşadığı evə gedib uşaqlarını görmək istəyərkən saat 11:00 radələrində evin qarşısında polis əməkdaşları onu saxlayıb Yasamal RPİ-nin 29-cu PB-nə aparmışdır. Orada üzərində şəxsi axtarış keçirilərkən üzərində saxladığı bir bükümdə heroini aşkar edib götürmüşlər. Həmin vaxt tanışı Təqsirləndirilən şəxs2 avtomobilinə heroin qoyduğunu bildirməmiş və yaşadığı mənzildən aşkar edilmiş heroin və metamfetaminin ona məxsus olduğunu və kimdən aldığını demişdir. Əməlindən peşmandır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, yaşadığı evdən polislər narkotik vasitəni tapdıqları üçün, o, «Sovetski» də olan narkotik vasitəni götürmüşdür. Sonradan Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən tutulduğunu və ondan avtomobilinə qoyduğu heroinin aşkar edilməsini bilmişdir. Təqsirləndirilən şəxs2 onun avtomobilinə narkotik vasitə qoymağından məlumatı olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmiş və ifadələrinin sonunda olan imza və əlyazma ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 200-204-cü vərəqələrində olan, 1-ci cild 235-238-ci vərəqələrində olan və 3-cü cild 224-227-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs1 aşağıdakıları göstərmişdir: … «...Yolda mən Azərdən məndə olan heroini müvəqqəti olaraq götürüb saxlamasını, ara sakitləşən kimi ondan götürəcəyimi bildirdim. Azər ilk əvvəl bundan qorxduğu üçün imtina etdi, lakin mən ondan təkidlə xahiş etdiyim üçün bununla razılaşdı və məndə olan heroini və bir ədəd elektron tərəzini qara sellofanda qəbul etdi. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ona təqdim olunmuş imzalar onundur, elan olunmuş ifadələrini qismən təsdiq edir. Həmin ifadələri oxumadan imza etmişdir. Azərin avtomobilinə narkotik vasitə qoymağından Azərin məlumatı olmamışdır. Onun ifadəsində narkotik vamsitəni saxlaması üçün Azərə verməyi düz yazılmamışdır. Onun sürücülük vəsiqəsi yoxdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ümumiyyətlə narkotik vasitələrdən istifadə etmir və satışı ilə məşğul olmur. Təqsirləndirilən şəxs1 Amid adlı tanışının vasitəsi ilə tanımış və Əzizlə münasibəti yaranmışdır. O, taksi fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə «Renault Tondar» markalı Az **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobil götürmüş və taksi kimi bəzən Təqsirləndirilən şəxs1 və Əzizin ailə üzvlərini dediyi yerlərə aparıb-gətirmişdir. Bir müddətdən sonra o, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilmişdir. Bir neçə dəfə Təqsirləndirilən şəxs1 «Şahbuz» adlı İran İslam Respublikası vətəndaşı ilə narkotik vasitələr alış-verişi barədə danışdığını da eştmiş, lakin o, Təqsirləndirilən şəxs1 bu işlərinə baş qoşmamışır. 17 avqust 2020-ci il tarixdə o, həbs olunandan neçə gün əvvəl Təqsirləndirilən şəxs1 «Sovetski» deyilən yerdə əvvəl kirayədə yaşadığı evdən ev əşyalarını daşımaq üçün idarə etdiyi avtomobili ondan istəmişdir. O, avtomobili Əzizə vermişdir. Sonradan isə Təqsirləndirilən şəxs1 avtomobili ona qaytarmışdır. 17 avqust 2020-ci il tarixdə onu polis əməkdaşları saxlamış və polis əməkdaşları onu özləri ilə birlikdə Polis İdarəsinə getməyini təklif etmişlər. O, razılaşmış və onlarla birlikdə Baş İdarəyə getmişdir. Orada üzərinə axtarış keçirilməyə başlanmışdır. Üzərindən heç bir qanunsuz əşya və predmet aşkar olunmamışdır. Bundan sonra polis əməkdaşları avtomobilinə baxış keçirərkən avtomobilin yük yerində olan ehtiyat təkərin içərisindən qara rəngli sellofan torba və bir ədəd tərəzi aşkar edib götürmüşlər. Həmin vaxt ona məlum olmuşdur ki, avtomobilinin yük yerindən aşkar olunub götürülmüş torbanın içərisində olan maddə narkotik vasitədir. Həmin narkotk vasitənin avtomobilində olmasından onun məlumatı olmamışdır. Sonradan ona məlum olmuşdur ki, həmin narkotik vasitəni avtomobilinə yük daşımaq adı ilə götürmüş Təqsirləndirilən şəxs1 qoymuşdur. Bundan sonra polis əməkdaşları bir ədəd sellofandakı heroini və bir ədəd elektron tərəzini qablaşdıraraq zərfə qoymuşlar. Lakin onun üzərindən heç bir narkotik vasitə aşkar olunmamışdır. Lakin adlarını bilmədiyi hansısa polis əməkdaşları ona bildirmişlər ki, onsuzda o, idarə etdiyi avtomobildə külli miqdarda, yəni 1 kq-dan artıq narkotik aşkar olunmuş, ona görə, onun üzərindən az miqdarda narkotik tapılsa onun işi düzələcək, video çəkiliş zamanı o, etiraf etsin ki, onun üzərindən bir neçə qram narkotik tapılmışdır. O, həmin ərəfədə çox həyacanlı imiş, ona görə polis əməkdaşları ilə razılaşmış və onun üzərindən 11 qrama yaxın narkotik vasitə tapılması barədə protokola imza etmiş və bu hamısı videçəkiliş aparılmaqla protokollaşdırılmışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, onun üzərindən narkotik vasitə aşkar olunmamış, avtomobildə olan narkotik Əzizə məxsusdur. Ona Təqsirləndirilən şəxs1 avtomobilin yük yerinə narkotik vasitə qoymasını deməmişdir. Əziz ondan narkotik vasitəni saxlamağını xahiş etməmişdir. Elan olunmuş cinayət işinin 1-ci cild 29-31-ci vərəqələrində olan şəxsi axtarış və götürmə barədə protokola əsasən Təqsirləndirilən şəxs2 bildirmişdir ki, həmin protokolda imza ona məxsusdur. Onu polis əməkdaşları aldatmış, həmin narkotik vasitənin ondan aşkar olunması barədə etirafedici ifadəni kamera qarşısında demişdir. Polis əməkdaşları ona təzyiq etməmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmiş və ifadələrinin sonunda olan imza və əlyazma ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 37-39-cu vərəqələrində olan izahatında, 1-ci cild 61- 64-cü vərəqələrində olan dindirmə protokolunda və 1-ci cild 74-77-ci vərəqələrində və 3-cü cild 210-212-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində dindirilməsi haqqında protokolda olan ifadələrində Təqsirləndirilən şəxs2 aşağıdakıları göstərmişdir: … «...təxminən bir ay bundan əvvəl “Facebook” sosial şəbəkəsində “Baba” adlı İİR-nın vətəndaşı ilə tanış olmuşdum. Bir müddət onunla yazışmalardan sonra o mənə İrandan Azərbaycana narkotik vasitə keçirdiyini və buradakı adamlarının vasitəsilə satdığını bildirdi. ...Bir müddət yazışandan sonra Baba mənə təklif etdi ki, onun Azərbaycanda qoyduracağı narkotik vasitəni götürüm və özümdə saxlayım, kimə desə ona çatdırım və bunun müqabilində mənə 500 manat pul versin. İşsiz və bu səbəbdən maddi vəziyyətim pis olduğuna görə mən də onunla razılaşdım. Təxminən on gün –bir həftə bundan əvvəl axşam saatlarında Baba adlı şəxs istifadə etdiyim ***-***-**-** nömrənin “Whatsapp” ı ilə mənə zəng etdi və Yasamal rayonu, “Ətçilər” deyilən yerə narkotik vasitə qoydurduğunu bildirib həmin narkotik vasitəni oradan götürməyimi və özümdə saxlamağımı, sonradan deyəcəyi adama çatdırmağımı istədi. Mən də idarə etdiyim “Renault Tondar” markalı Az **- XC-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Baba” adlı şəxsin dediyi yerə getdim. Bundan sonra mən Ətçilər deyilən ərazidəki yeni inşa edilmiş binanın qarşsıındakı daşın altından bir ədəd qara rəngli sellofan torbanı götürdüm və dərhal idarə etdiyim avtomobilə qoyub oradan uzaqlaşdım. Yolda torbanı açanda orada iki büküm narkotik vasitə olan heroin və bir ədəd elektron tərəzi olduğunu gördüm. Bundan sonr mən kiçik bükümü götürüb əynimdəki şalvarın cibinə qoydum, digər büküm və elektron tərəzini isə qara rəngli sellofan torbada avtomobilin yük yerinə qoydum. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, izahatı o, yazmış və imzası ilə təsdiq etmişdir. O, ilkin olaraq Əzizi bu işlərdən uzaqlaşdırmaq üçün yalan izahat vermiş və bildirmişdir ki, guya İran İslam Respublikasının vətəndaşı Baba adlı şəxslə “Facebook”vasitəsi ilə tanış olmuş və Baba ona narkotik vasitə göndərmiş, guya onun üzərində və avtomobilində aşkar olunmuş narkotik ona məxsusdur. Əslində isə izahatında göstərilənlər yalandır. Elan olunmuş ifadələri də eyni məzmunludur, o, Baba adlı şəxs tanımamış və ondan narkotik almamışdır. Elan olunmuş ifadələrini təsdiq etmir. İfadələrinin sonunda olan imza onundur, ifadələrini oxumadan imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili işləyir. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib yaşadığı ünvanda saxlaması barədə idarəyə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə 07 avqust 2020-ci il tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupunda o da iştirak etmişdir. Əməliyyat qrupunun üzvləri ilə birlikdə həmin gün saat 22:00 radələrində Təqsirləndirilən şəxs1 kirayə yaşadığı ünvan 6 ünvanına getmişlər. Mənzilin qapısını döydükdə Təqsirləndirilən şəxs1 qardaşı Şahid6 qapını açmışdır. Həmin vaxt evdə Təqsirləndirilən şəxs1 qeyri-rəsmi nikahda olduğu arvadı Şahid5 da olmuşdur. Onlar xidməti vəsiqlərini göstərərək polis əməkdaşları olduqlarını bildirib mənzilə baxış keçirilməsini bildirmişlər. Şahid5 etiraz etməmiş və bundan sonra videoçəkliş aparılmaqla baxışa başlanılmışdır. Şahid5 mənzildə narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsi təklif edilmişdir. Şahid5 bir gün əvvəl gecə saatlarında əri Təqsirləndirilən şəxs1 evə narkotik vasitə gətirdiyini və hazırda mənzildəki anbar kimi istifadə edilən yerdə saxladığını bildirib həmin narkotik vasitəni təqdim edə biləcəyini bildirmiş və bundan sonra Şahid5 otağın sol küncündə olan anbar kimi istifadə edilən dolabdan üzərində «Bravo» yazısı olan sellofan torbadakı plastik qabı təqdim etmişdir. Sellofan torba açıldıqda plastik qabın içərisindən ilk olaraq böyük ölçüdə elektron tərəzi, həmin tərəzinin yanında kiçik ölçülü elektron tərəzi, həmin elektron tərəzilərin altından bir ədəd nisbətən kiçik və bir ədəd nisbətən böyük şəffaf selofan bükümlər aşkar edilmişdir. Bir ədəd nisbətən böyük şəffaf sellofan büküm açıldıqda orada açıq qəhvəyi rəngli, spesifik iyə məxsus, narkotik vasitə olan heroinə bənzər, digər nisbətən kiçik bir ədəd şəffaf sellofan büküm açıldıqda orada isə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər maddələr aşkar edilmişdir. Hər bir sellofanda olan maddələr elektron tərəzidə çəkilmiş və müvafiq qaydada götürülərək qablaşdırılıb boş zərfə qoyularaq möhürlənmişdir. Şahid5 həmin narkotik vasitə və psixotrop maddənin əri Təqsirləndirilən şəxs1 məxsus olduğunu, Təqsirləndirilən şəxs1 həmin maddələri bir gün əvvəl saat 03 radələrində evə gətirdiyini, ümumiyyətlə ərinin narkotik vasitə satışı ilə məşğul olmasından 10 gün olar ki məlumatı olduğunu, hazırda isə əri Təqsirləndirilən şəxs1 harada olduğunu bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 mənzildən külli miqdarda narkotik vasitə və psixotrop maddələrin aşkar edilmə faktına görə 08 avqust 2020-ci il tarixdə Yasamal Rayon Polis İdarəsində cinayət İşi başlanmışdır. Bundan sonra tərəflərindən yaşadığı mənzilə baxış keçirib oradan narkotik vasitə və psixtrop maddənin aşkar etdiklərini bilərək qaçıb gizlənən Təqsirləndirilən şəxs1 yerinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanmışdır. Əməliyyat tədbirləri həyata keçirilərkən Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışında əlbir olan Təqsirləndirilən şəxs2 adlı şəxs də olması və Təqsirləndirilən şəxs1 qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə olan heroinin bir hissəsini məhz Təqsirləndirilən şəxs2 saxlaması üçün verməsi barədə məlumat əldə etmişlər. Buna görə də 16 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 olduğu yerin müəyyənləşdirilməsi və cinayət başında ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupun tərkibinə o, Şahid1 və Şahid2 daxil edilmişdir. Əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs2 idarə etdiyi «Renault» markalı **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobilin Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində dayanmış vəziyyətdə olduğunu aşkar etmişlər və bundan sonra əməliyyat qrupunun üzvləri dərhal həmin yerə gedib saat 01:00 radələrində Təbriz küçəsi 89 ünvanının yaxınlığında olduğunu müəyyən etmişlər. Həmin avtomobilin yanında zahiri görnüşünə görə Təqsirləndirilən şəxs2 oxşar şəxsi müəyyən etdikdən sonra həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib şəxsiyyəti barədə soruşduqda onun Təqsirləndirilən şəxs2 olduğunu müəyyən etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs2 saxlanılmasının səbəbləri izah olunmuş və onlarla birlikdə şöbəyə getməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs2 etiraz etməmiş və onlarla birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmişdir. Orada Azərin hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuş və Azərin üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə həyata keçirilmişdir. İlk olaraq Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə və ya psixotrop maddələr varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs2 üzərində olan qara rəngli cins şalvarın cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə olan maddə aşkar olunmuş, bükümdəki heroinə bənzər kütlə olan büküm elektron tərəzidə çəkilmiş və zərfdə qablaşdırılaraq üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 razılığı, onun və müdafiəçisinin iştirakı ilə idarə etdiyi «Renault» markalı **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs2 avtomobilin yük hissəsində saxladığı qara rəngli polietilen paketi könüllü çıxarıb təqdim etmişdir. Həmin paketin içindən bir ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə məxsus, narkotik vasitə olan heroinə bənzər kütlə və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Həmin bir ədəd büküm elektron tərəzidə çəkilmiş və çəkisinin bir kiloqram olması müəyyən olunmuşdur. Bundan sonra büküm və bir ədəd elektron tərəzi zərfə qoyularaq zərf möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Elə həmin gün, yəni 17 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 kirayə yaşadığı ünvanın yaxınlığında olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə raportla rəhbərliyə məruzə etdikdən sonra ondan və BNMİ-nin əməliyyat müvəkkilləri Şahid3 və Şahid4 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həmin gün keçirilmiş əməliyyat tədbirləri zamanı, saat 11:00 radələrində Təqsirləndirilən şəxs1 ünvan 7 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin 29-cu Polİs şöbəsinə aparılmışdır. Orada şübhəli şəxs qismində tutulduqdan sonra dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış və bu zaman Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli şalvarın cibindən bir ədəd sellofan büküm aşkar olunmuşdur. Sellofan büküm açıldıqda oradan açıq qəhvəyi rəngli, spesifik iyə məxsus, narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinə bənzrə kütlə müvafiq qaydada zərfdə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi kütlənin narkotik vasitə olan heroin olduğunu, həmçinin yaşadığı mənzildən aşkar edilən narkotik vasitə və psixotrop maddənin də Əzizə məxsus olduğunu, narkotik vasitə və psixotrop maddələri Şahbuz adlı İran İslam Respublikasının vətəndaşından «Whatsapp» əlaqə yaradıb əldə etdiyini bildirmişdir. Saxlanılan şəxslərə heç bir təzyiq və təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid4, Şahid2 və Şahid1 eyni məzmunlu ifadələr verərək Şahid3 dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun əridir. Onlar 2010-cu ildən qeyri-rəsmi olaraq ailə həyatı qurmuşlar. Qeyri-rəsmi nikahdan onların 2 azyaşlı uşağı olmuşdur. Hadisədən təxminən 15-20 gün əvvəl Yeni Yasamal yaşayış massivində ev kirayəyə götürərək orada əri Təqsirləndirilən şəxs1 və azyaşlı uşaqları ilə birlikdə yaşamışlar. 06 avqust 2020-ci il tarixdən 07 avqust 2020-ci il tarixə keçən gecə saat təxminən 03 radələrində Əziz evə gəlmişdir. O, qapını Əzizı açdıqdan sonra yenidən yatmaq üçün yataq otağına keçmiş, təxminən 5-10 dəqiqə sonra Təqsirləndirilən şəxs1 yatmadığını və evin içində hərəkət etməsini hiss etmiş və çarpayıdan durub qonaq otağına keçərkən qonaq otağında masanın üstündə birinin içində tünd rəngli, digərinin içərisində isə ağ rəngli kristala oxşar maddələr və iki ədəd biri yaşıl və digəri isə gümüşü rəngli elektron tərəzilərin olmasını görmüşdür. O, sellofanda olan maddələrin narkotik vasitə olmasını hiss etdiyindən Əzizdən selofanda olan maddələrin nə olduğunu və niyə belə etdiyini soruşmuşdur. Əziz ona bunu uşaqlara görə etdiyini, bir daha eləmiyəcəyini bildirmişdir. Bundan sonra o, gedib yatmışdır. Səhər yuxudan oyanandan sonra saat 10 radələrində qayınatası Mirzəli onu və iki azyaşlı övladını da götürüb 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən atası Seyfullanm yanına aparmışdır. Onlar evdən çıxan zaman əri Təqsirləndirilən şəxs1 evdə tək qalmışdır. Həmin vaxt Əziz narkotik vasitə olan sellofanları və iki ədəd tərəzini iri sellofana qoyub əşyaların yığıldığı dolaba qoymuşdur. Təxminən günorta saat 14 radələrində onlar evə qayıtmış, həmin vaxt Təqsirləndirilən şəxs1 evdə olmamışdır. Təxminən saat 18 radələrində qaynı Şahid6 onlara gəlmişdir. Onlar axşam yeməyi yeyib evdə olarkən qapı döyülmüş, qapını qaynı Şahid6 açdıqda dörd nəfər mülki geyimdə şəxs qapının qarşısında dayanmışlar. Həmin şəxslər xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını və mənzilə baxış keçirmək istədiklərini bildirib Əzizin evdə olubolmadığını soruşmuşlar. Əzizin evdə olmadığını bildirdikdə polis əməkdaşları mənzildə narkotik vasitə saxlanması barədə məlumatları olduğunu və buna görə də mənzilə baxış keçirmək istədiklərini bildirmişlər. Bundan sonra o, polis əməkdaşlarının Təqsirləndirilən şəxs1 evə gətirdiyi sellofan torbalarda olan maddələrdən məlumatlarının olduğunu görüb polis əməkdaşlarına evə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bundan sonra özü könüllü olaraq həmin maddələri və tərəziləri qoyulduğu üzərində «Bravo» yazısı olan sellofan torbanı polis əməkdaşlarına təqdim etmişdir. Həmin sellofan torba açıldıqda birinin içərisində tünd rəngli kütlə, digərində isə ağ kristal maddə olmuşdur. Həmçinin bir ədəd yaşıl rəngli tərəzi və bir ədəd də gümüşü rəngli tərəzi olmuşdur. Bundan sonra polis əməkdaşları aşkar olunan maddələrə baxış keçirərək həmin maddələri götürüb qablaşdırmışlar. Bu barədə protokol tərtib edilmiş və həmin protokol imzalanmışdır. O, Əzizin evə narkotik vasitə gətirdiyİni bilmiş, Əziz söz vermişdir ki, bu axırıncı dəfə olacaq. O, Əzizin narkotik vasitə istifadə etməsini bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 qardaşıdır. 07 avqust 2020-ci il tarixdə saat 18-00 radələrində o, qardaşı Təqsirləndirilən şəxs1 ailəsi ilə birlikdə kirayədə yaşadığı evə qonaq gəlmişdir. Həmin vaxt qardaşı Əzizin arvadı Gülxanım, 2 azyaşlı uşaqları və atası Mirzəli də evdə olmuşlar. Təxminən saat 21 radələrində mənzilin qapısı döyülmüş və o, mənzilin qapısını açanda 4 nəfər mülki geyimdə olan şəxslərin olduğunu görmüşdür. Həmin şəxslər öz xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmişlər və mənzilə baxış keçiriləcəyini demişlər. Qardaşı arvadı Gülxanım da buna etiraz etməmişdir. Bundan sonra onlar qardaşı Əzizin evdə olub-olmamasını soruşduqda onlar Əzizin evdə olmadığını bildirmişlər. Polis əməkdaşları mənzildə qeyri-qanuni əşya, narkotik vasitə olubolmamasını soruşduqdpa Əzizin arvadı Gülxanım bir sellofon torba gətirib polis əməkdaşlarına təqdim etmişdir. Həmin sellofon torba açıldıqda dondurmanın plastik qabının içərisində 1 ədəd yaşıl rəngli, 1 ədəd gümüşü rəngli elektron tərəzi, bir ədəd şəffaf sellofanda içərisində tünd rəngli kütlə və bir ədəd şəffaf sellofonda içərisində ağ rəngli kristala oxşar kütlə olan maddə aşkar edilmişdir. Gülxanım həmin maddələri və tərəzini bir gün əvvəl Əzizin evə gətirdiyini bildirmişdir. Sonra aşkar olunmuş həmin maddələr qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Bütün iştirakçılar tərəifndən həmin protokol imzalanmışdır. Onun qardaşı Əzizin mənzilində narkotik saxladığından məlumatı olmamışdır. Hadisədən əvvəl o, qardaşı Əzizin narkotik vasitələrin satışı ilə məşğul olmasını bilməmişdir. Bu barədə heç bir məlumatı olmamışdır. Məhkəmə təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Baş Narkotiklərlə Mübarizə İdarəsinin x.m.i.ü baş əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid1 16 avqust 2020-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədilə əldə edərək dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Cinayət işinin 1-ci cild 5-6-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 avqust 2020-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitələri satış məqsədilə əldə edərək dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 1-ci cild 9-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis polkovniki İslam Hümbətov tərəfindən təsdiqlənmiş 16 avqust 2020-ci il tarixli, Ə90- 008-20 nömrəli Əmrdən görünür ki, Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitələri satış məqsədilə əldə edərək dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 1-ci cild 29-31-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 17 avqust 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə aparılmasından əvvəl paltarında, əşyalarında olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşya və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs2 üzərində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofanda içində açıq qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olan bükümü təqdim etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 üzərinə baxış zamanı 1 ədəd “Huawei” markalı qara rəngli mobil telefon, 1 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, 76 manat pul və 1 ədəd avtomobil açarı aşkar edilmişdir. Aşkar edilmiş 1 ədəd avtomobil açarı və 76 manat pul Təqsirləndirilən şəxs2 özünə qaytarılmışdır. Sorğu zamanı, Təqsirləndirilən şəxs2 aşkar edilmiş bükümün özünə məxsus olduğunu, təxminən 1 həftə əvvəl həmin bükümü “Facebook” sosial şəbəkəsində tanış olduğu İİR-nın vətəndaşı “Baba” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində qoyulan yerdən götürdüyünü, narkotik maddələri “Baba” adlı şəxsin Bakı şəhəri ərazisində deyəcəyi şəxslərə çatdıracağını, əvəzində 500 AZN pul qazanacağını, narkotik maddələrin dövriyyəsi ilə məşğul olmasından heç kimin məlumatı olmadığını, idarə etdiyi “Renault” markalı, **-XC-*** dövlət nömrə nişanlı avtomobildə narkotik maddə saxladığını, özünün könüllü təqdim edə biləcəyini, həmin avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Aşkar edilmiş bir ədəd büküm, şəxsiyyət vəsiqəsi və mobil telefon götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı “Samsung Galaxy” markalı mobil telefonla videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 32-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs2 17 avqust 2020-ci il tarixli ərizəsindən görünür ki, sonuncu idarə etdiyi gümüşü rəngli “Renault” markalı, **-XC-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 1-ci cild 34-36-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 17 avqust 2020-ci il tarixli avtomobilə baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 idarə etdiyi “Renault” markalı, **-XC-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilməzdən əvvəl ona həmin avtomobildə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşya və ya sənədləri könüllü surətdə verməsi təklif edildikdə, Təqsirləndirilən şəxs2 avtomobilin yük hissəsində saxladığı qara rəngli polietilen paketi çıxarıb təqdim etmişdir. Həmin paketin içərisindən 1 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə məxsus, narkotik vasitə olan heroinə bənzər kütlə və 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 şifahi sorğu zamanı həmin bükümdə narkotik vasitə heroinin və 1 ədəd elektron tərəzinin özünü məxsus olduğunu, həmin bükümləri təxminən 1 həftə əvvəl “Baba” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Yasamal rayonu ərazisindən götürdüyünü, əvvəlcə üzərində olan heroini, sonra isə avtomobildə olan heroini “Baba” adlı şəxsin deyəcəyi şəxslərə çatdıracağını, həmin avtomobili 6 aydır idarə etdiyini, özündən başqa heç kimin idarə etmədiyini bildirmişdir. Baxış və götürmə zamanı aşkar edilmiş 1 ədəd büküm, 1 ədəd Təqsirləndirilən şəxs2 məxsus sürücülük vəsiqəsi və 1 ədəd avtomobilin qeydiyyat şəhadətnaməsi iş üçün əhəmiyyət daşıdığından götürülmüşdür. Avtomobilə baxış və götürmə zamanı “Samsung Galaxy” markalı mobil telefonla videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 45-49-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 17 avqust 2020-ci il tarixli 6/1575 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs2...» sözləri yazılmış polietilen torbadakı bir ədəd üzəri yapışqan lentlə dolanmış bağlamada təmiz çəkisi 1000 qram qəhvəyi rəngli tozşəkilli hissəçiklərdən ibarət maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. -üzərində «...şübhəli şəxs Təqsirləndirilən şəxs2...» sözləri yazılmış kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 10,377 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Polietilen torbadakı heroinlə kağız paketdəki heroinlər kimyəvi komponentlərinə görə eynidirlər. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmamışdır. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 1-ci cild 65-66-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 17 avqust 2020-ci il tarixli DVD disk daşıyıcısında qeydə alınan videogörüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 17 avqust 2020-ci il tarixdə keçirilmiş Təqsirləndirilən şəxs2 üzərinə və avtomobilinə axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən DVD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında olması ehtimal edilən narkotik vsitələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşya və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs2 üzərində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofanda içində açıq qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olan bükümü təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilən zaman 1 ədəd “Huawei” markalı qara rəngli mobil telefon, 1 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, 76 manat pul və 1 ədəd avtomobil açarı aşkar edilmişdir. Aşkar edilmiş 1 ədəd avtomobil açarı və 76 manat pul Təqsirləndirilən şəxs2 özünə qaytarılmışdır. Aşkar edilmiş bir ədəd büküm, şəxsiyyət vəsiqəsi və mobil telefon götürülmüşdür. DVD diskdə olan avtomobilə baxış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs2 “Renault” markalı, **-XC-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilməzdən əvvəl həmin avtomobildə olması ehtimal edilən narkotik vsitələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşya və ya sənədləri könüllü surətdə verməsi təklif edildikdə, Təqsirləndirilən şəxs2 avtomobilin yük hissəsində saxladığı qara rəngli polietilen paketi çıxarıb təqdim etmişdir. Həmin paketi açdıqda paketin içərisindən 1 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə məxsus, narkotik vasitə olan heroinə bənzər kütlə və 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Baxış və götürmə zamanı aşkar edilmiş 1 ədəd büküm, 1 ədəd Təqsirləndirilən şəxs2 məxsus sürücülük vəsiqəsi və 1 ədəd avtomobilin qeydiyyat şəhadətnaməsi götürülmüşdür. Cinayət işinin 1-ci cild 103-104-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın qanuniliyinin yoxlanılmasına dair 21 avqust 2020 -ci il tarixli, 5(005)-711/2020 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 16 avqust 2020-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir. Cinayət işinin 1-ci cild 125-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 29 oktyabr 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş “Huawei” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı Əziz adlı şəxsin şəxsiyyətini müəyyən etmək üçün mobil telefonun abunəçilər bölməsinə baxış keçirilərkən müəyyən edilmişdir ki, ***-***-**-** saylı nömrənin istifadəçi adı «Eziz» kimi qeydə alınmışdır. Mobil telefonun “whatsapp” proqramında həmin nömrə ilə mesajlaşma aparılsa da, həmin mesajlar silinmişdir. Cinayət işinin 1-ci cild 126-177-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 29 oktaybr 2020-ci il tarixli mobil telefonla ötürülən məlumatlara baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş CD diskdən çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə daxil olan və çıxan zəng və sms məlumatları özündə əks etdirən CD diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olması ehtimal edilən ***-***-**-** nömrəsi ilə mütəmadi əlaqələri olmuşdur. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı başqa məlumat aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 183-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsindən daxil olmuş 17 noyabr 2020-ci il tarixli, 008-5610-1220 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələri satdığı şəxslərin dairəsinin, narkotik vasitələrin əldə edilməsində və satılmasında digər şəxslərlə əlbir olubolmaması, narkotik vasitələrin satışı ilə məşğul olması məqsədilə aparılan əməliyyat tədbirlərində müsbət nəticə əldə olunmamışdır. Cinayət işinin 1-ci cild 208-211-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 yanvar 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 istintaq zamanı verdiyi ifadəsini “... Bundan sonra mən Əzizi onun istəyi üzrə “Erməni qəbristanlığı” nda yerləşən “West Shine” otelinə apardım. Yolda Əziz özü ilə götürdüyü qara rəngli sellofanda narkotik vasitə olan heroin olduğunu bildirib həmin heroini götürüb saxlamağımı, ara sakitləşən kimi onun özünə qaytarmağımı istədi. Lakin, mən bundan qorxub bundan imtina etdim. Buna baxmayaraq Əziz bunda qorxulu bir şey olmadığını, məni heç kimin tanımadığını, narkotik vasitəni özü ilə otelə apara bilməyəcəyini, tez bir zamanda heroini götürəcəyini bildirib həmin heroini saxlamağımı xahiş etdi. Bundan sonra mən onunla razılaşdım onun mənə verdiyi qara rəngli sellofan torbanı götürdüm. ...Bundan sonra mən Əzizin mənə verdiyi qara rəngli sellofanı avtomobilimin yük yerində gizlədib saxladım. ...” hissəsində Təqsirləndirilən şəxs1 üzünə qarşı deyib bir daha təsdiq edərək, sonuncunu ifşa etmişdir. Həmçinin, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 da Təqsirləndirilən şəxs2 dediklərinin doğruluğunu təsdiq etmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokolunu da sübut növü kimi qəbul edir. Cinayət işinin 1-ci cild 249-251-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi, polis mayoru X2 03 fevral 2021ci il tarili cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında qərarından görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin İŞ-də istintaq edilmiş ********* nömrəli cinayət işi icraatda olan ********* nömrəi cinayət işinə birləşdirilmişdir. Cinayət işinin 2-ci cild 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Baş Narkotiklərlə Mübarizə İdarəsinin x.m.i.ü baş əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid1 07 avqust 2020-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədilə əldə etməsi, ünvan 6 ünvanında faktiki kirayədə yaşadığı mənzildə saxlaması və dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin 2-ci cild 5-6-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 07 avqust 2020-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitələri satış məqsədilə əldə etməsi, ünvan 6-də faktiki kirayədə yaşadığı ünvanda saxlaması və dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyataxtarış tədbirlərinin keçirilməsindən ötrü əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 2-ci cild 9-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis polkovniki İslam Hümbətov tərəfindən təsdiqlənmiş 07 avqust 2020-ci il tarixli, Ə86- 008-20 nömrəli Əmrdən görünür ki, Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitələri satış məqsədilə əldə etməsi, ünvan 6-də faktiki kirayədə yaşadığı ünvanda saxlaması və dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 2-ci cild 10-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Şahid5 07 avqust 2020-ci il tarixli ərizəsindən görünür ki, ünvan 6 ünvanında yerləşən həyat yoldaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə yaşadığı mənzilə baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 2-ci cild 12-14-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 07 avqust 2020-ci il tarixli mənzilə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, 07 avqust 2020-ci il tarixdə saat 22:00-da ünvan 10 ünvanına baxış zamanı mənzilin qonaq otağındakı əşya yığılması üçün nəzərdə tutulmuş anbar kimi istifadə edilən dolabdan bir ədəd polietilen torbadakı plastik qabın içərisindən bir ədəd sellofan bağlamada narkotik vasitə heroinə bənzər, bir ədəd sellofan bağlamada psixotrop maddə metamfetaminə bənzər kütlələr və iki ədəd elektron tərəzi aşkar olunaraq, qablaşdırılıb götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həyat yoldaşı Şahid5 bildirmişdir ki, son 10 gün ərzində əri Təqsirləndirilən şəxs1 narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğunu öyrəndiyini, ona bu barədə irad bildirdiyini, son olaraq 07 avqust 2020-ci il tarixdə saat 3 radələrində birgə yaşadıqları mənzilə narkotik maddə gətirdiyini gördüyünü, Təqsirləndirilən şəxs1 pul qazancı əldə etmək məqsədi ilə narkotik maddələrin satışı ilə məşğul olduğunu bildirmişdir. Mənzilə baxış və götürmə zamanı “Samsung galaxy” markalı mobil telefonla videoçəkiliş aparılmışdır. Cinayət işinin 2-ci cild 24-27-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 avqust 2020-ci il tarixli 6/1486 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN «Zərflər üçün №7» möhür əksi, «Təqsirləndirilən şəxs1...» və s. yazılar, imzalar (05 imza) olan kağız paketdəkİ 01 ədəd polietilen bağlamada təmiz çəkisi 918 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış nakotik vasitə-heroindir, 01 ədəd polietilen bağlamada təmiz çəkisi 32.386 qram ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir, 01 ədəd mavi rəngli elektron tərəzinin və 01 ədəd göy rəngli elektron tərəzinin səthində heroin və metamfetaminə məxsus izlər müəyyən edilmişdir; iz mikrohissəcikləri müqayisəli tədqiqatın aparılması üçün yetərsiz olduğundan eyniləşdirmə tədqiqatının aparılması mümkün olmadı və bu səbəbdən də təqdim olunmuş maddələrlə eyni tərkibli olub-olmaması barədə sual cavablandırılmamışdır. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı İ) daxildir; Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"-in siyahısına (Siyahı İ) daxildir Cinayət işinin 2-ci cild 43-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli qərarından görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 07.08.2020-ci il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işinin 54-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Baş Narkotiklərlə Mübarizə İdarəsinin x.m.i.ü baş əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid1 17 avqust 2020-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədilə əldə edərək dövriyyəsi ilə məşğul olması, 8 avqust 2020-ci il tarixdə ünvan 10 ünvanında aşkar olunan narkotik vasitə və psixotrop maddələrin ona məxsus olması bildirilir. Cinayət işinin 2-ci cild 80-82-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 17 avqust 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üçün sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 sellofan bükümü təqdim edərək içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmçinin, qara rəngli şalvarının sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirildikdə iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqdim edilmiş sellofan bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmişdir. Aşkar edilmiş 1 ədəd sellofan və mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin sellofanda olan maddənin narkotik vasitə heroin olduğunu, kirayə yaşadığı ünvan 10 ünvanından aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin özünə məxsus olduğunu və həmin maddələri ona “İnstagram” sosial şəbəkəsində 2-3 ay bundan öncə tanış olduğu İİR-nın vətəndaşı “Şahbuz” adlı şəxsin göndərdiyini, əldə etdikləri razılaşmaya görə ona deyilən yerdən narkotik vasitəni götürdükdən sonra həmin narkotik vasitəni qoyduğu yerin şəklini çəkərək “Whatsapp” vasitəsilə “Şahbuz” adlı şəxsə göndərdiyini və bunun müqabilində ***- **** manat arası pul aldığını bildirmişdir. Ünvanından aşkar edilmiş narkotik maddələri Alatava deyilən ərazidən götürdüyünü, indiyə qədər ümumilikdə bu cür fəaliyyətə görə isə təxminən 3000-4000 manata yaxın pul əldə etdiyini bildirmişdir.Şəxsi axtarış və götürmə zamanı “İphone” markalı mobil telefonla videoçəkiliş aparılmışdır. Cinayət işinin 2-ci cild 87-91-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 avqust 2020-ci il tarixli, 6/1583 nömrəli məhkəmə-kimyəvi ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «vətəndaş Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş maddə...» və s. qeydlər olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,660 qram olan maddə tərkibinə görə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına daxildir. Cinayət işinin 2-ci cild 93-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 avqust 2020-ci il tarixli qərarından görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və idarənin rəisi İslam Hümbətov tərəfindən təsdiq edilmiş 17.08.2020-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçriilməsinə dair qərar qanuni hesab edilmişdir. Cinayət işinin 2-ci cild 179-212-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 08 oktyabr 2020-ci il tarixli Azerfon MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsi barədə protokoldan və protokola əlavə edilmiş çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs1 cinayat hadisəsi baş verən dövrdə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə gələn və gedən sms mətinlərinə baxış keçirilmiş və baxış zamanı aşağıdakı məzmunda mesaj mətnləri müəyyən edilmişdir: +**********89 saylı nömrəsi ilə +**********70 nömrəsi arasında "Qaqa konturum yoxdu evdəsənsə gelirem siz terefe 1 tkola lazım alınırsa 2 defe viziv at, alinmirsa 1 defe"; -“yetim maşındayam gelirem demeli bidene cet ayır menim payımı bideki 10 manatdix wuwe” yazısı, +**********54 nomrəsi ilə +**********70 nomrəsi arasında “yarı ot yarı kola", "qaqa patida lazımdır" yazıları, +**********47 nömrəsindən ********** nömrəsi arasında “Ola biler patbolni satır yeni bizden gizdin. Sen ele daniş ki guya men kurs deyilem söhbete atkaz elemesin" yazısı, +**********78 nömrəsindən "brat sen bilirsenki otdan başqa manlik deyil o gün verdiyinden duz qoş ele birezden galam" yazısı, +**********09 nömrəsindən "qaqam qelirem, yarım saata olacam orda ikidenede kola ayir bratim sene zehmet yazısı, +**********49 nömrəsindən "Eziz Kamrandi necesen? Salamatçılıqdı? Qaqas gör ne deyrem. Mene yarım pati duz qosda qardasmsan.srocnudu qizin veziyeti yaxcı deyl alndra bilersen berat xeber ele. +**********41 nömrəsindən "ay birat Hara gelim olem ağrıdan qardasim men cet verem ancaq qıram isdiyler qalam bele yoxduki verem ata gunde malim olsa 150qiram 200qiram sataram yarımin 30 manata temiz 05 verem temiz qirami 60 manata ... ata patinin yarimin 50Manata Qiramin 100 manata seal yetim? Komek ele mene?" yazısı kimi sms mətnləri müəyyən olunmuşdur. Məhkəmə iclasında cinayət işinin 180-212-ci vərəqələrində olan smslərdən çıxarışlara baxış zamanı aşağıdakı məzmunda mesaj mətnləri müəyyən edilmişdir: -11.06.2020-ci ildə ***-***-**-** mobil nömrəsindən “YARİM QRM PT LAZİMDİ VARİNDİ” məzmunlu mesaj; 19.06.2020-ci ildə ***-***-**-** mobil nömrəsindən “Eziz salam necesen. Qagas 0.5 pati alinar qagas” məzmunlu mesaj; 27.06.2020-ci ildə ***-***-**-** nömrəsindən ...”Birdeki cekmeye bitike pati verde mene” məzmunlu mesaj; 28.06.2020-ci ildə ***-***-**-** nömrəsindən ...”olem lomkadan mene bir cet pati bir cet koku komek ele” məzmunlu mesajlar Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə göndərilmişdir. Cinayət işinin 2-ci cild 214-217-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 sentyabr 2020-ci il tarixli 5/581 №-li məhkəmə komputer-texniki ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 istifadəsində olan bir ədəd həssas (sensorlu ekran) təzyiqlə çalışan «Android 10» əməliyyat sistemi ilə təchiz olunmuş «Samsung Galaxy A10» markalı «SM-A105F» modelli **********72069, **********72066 imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş «Samsung Galaxy A10» markalı «SM-A105F» modelli mobil smartfonun Menyu hissəsinə daxil olmaq üçün hər hansı bir mühafizə (parol-passWord) növü tətbiq edilməmişdir. Təqdim edilmiş «Samsung Galaxy A10» markalı «SM-A105F» modelli mobil smartfonun yaddaşında məlumatlar müəyyən olunmuşdur. «UFED TOUCH 2» markalı qurğunun proqram təminatının metodlar bazasında tədqiq olunan mobil smartfonun daxili yaddaşının bütün sahələrinə baxışı təmin edən «Root» səlahiyyəti olmadığından «Fiziki məlumatın əldə edilməsi metodu» nun çıxarılması mümkün olmaması səbəbindən mobil smartfonun yaddaşından hər hansı bir (telefon kitabçası, qəbul olunmuş zənglər, yığılmış zənglər, SMS mesajlar, multimedia (foto, video, audio) fayllar, «WhatsApp» proqram təminatı, «Facebook», «İnstagram». «Odnaklassniki» və digər sosial şəbəkələr vasitəsilə aparılmış məlumat mübadilələri və s.) məlumatların pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır. Tədqiq olunan «Samsung Galaxy A10» markalı «SM-A105F» modelli mobil smartfonun yaddaşında «Odnaklassniki» şəbəkəsinə aid proqram təminatı və həmin proqram təminatı vasitəsilə aparılmış məlumat mübadiləsi müəyyən olunmamışdır. Təqdim edilmiş «Samsung Galaxy A10» markalı «SM-A105F» modelli mobil smartfonun yaddaşında hal-hazırda «Facebook» sosial şəbəkəsinə aid proqram təminatı mövcuddur, lakin həmin proqram təminatında qeydiyyatdan keçmiş aktiv profil səhifəsi müəyyən olunmamışdır. Təqdim edilmiş «Samsung Galaxy A10» markalı «SM-A105F» modelli mobil smartfonun yaddaşında quraşdırılmış «Whatsapp» proqram təminatı vasitəsi ilə aparılmış məlumat (çat seansı, audio, foto, video fayllar, qəbul olunmuş, çıxan, buraxılmış səsli zənglər və buraxılmış, çıxan, video zənglər) mübadilələri və «İnstagram» sosial şəbəkəsində məlumat (çat seansı) mübadiləsi müəyyən olunmuş, lakin rəyin tədqiqi hissəsinin 4-cü bəndində göstərilən səbəblərə görə qeyd olunan məlumat mübadilələrini köçürərək istintaq orqanına təqdim etmək mümkün olmamışdır. Tədqiq olunan «Samsung Galaxy A10» markalı «SM-A105F» modelli mobil smartfonun «İnternet»ə çıxış üçün texniki imkanları mövcuddur. Cinayət işinin 2-ci cild 227-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 19 oktyabr 2020-ci il tarixli Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin təqdim etdiyi diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 evinə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntüyə baxış keçirilməsi zamanı müəyyən edilmişdir ki, baxış keçirilməmişdən əvvəl şifahi sorğu zamanı Şahid5 əri Əzizin bir gün əvvəl sellofan torbada evə narkotik vasitə gətirməsini bildirmişdir. Daha sonra isə evin qonaq otağındakı saxlanc yeri kimi istifadə edilən otaqdan Bravo marketin torbasının təqdim etmişdir. Həmin torba açıldıqda, içərisindən 1 ədəd yaşıl və 01 ədəd də gümüşü rəngli olmaqla 2 ədəd elktron tərəzi, 1 ədəd şəffaf rəngli sellofan bükümdə ağ rəngli kristal şəkilli maddə və 1 ədəd şəffaf rəngli sellofan bükümdə qəhvəyi rəngli kütlə aşkar edilmişdir. Aşkar edilən elektron tərəzilər və sellofan bükümlər qablaşdırılaraq götürülmüşdür. Bundan sonra, mənzilə baxış keçirilmiş və mənzildən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 239-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 13 noyabr 2020-ci il tarixli Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin təqdim etdiyi diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntüyə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 üzərində qeyri-qanuni əşya olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli cins şalvarının sol yan cibindən şəffaf bükümü, sağ yan cibindən isə 1 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirildikdə başqa hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 mənzildən aşkar edilmiş narkotik vasitənin də ona aid olduğunu və “İnstagram” da tanış olduğu İİR-nın vətəndaşından almasını bildirmişdir. Cinayət işinin 3-cü cild 46-49-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 24 dekabr 2020-ci il tarixli 6/2597 nömrəli ekpsert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs1...» və.s yazılar olan kağız paketdəki 01 ədəd polietilen bağlamada təmiz qalıq çəkisi 917,9 qram heroin kütləsi ilə (oby.№1) (obyektlər barədə 08.08.2020-ci il tarixli 6/1486 saylı ekspert rəyində məlumat verilmişdir); -üzərində «Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş maddə ...» və.s yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz qalıq çəkisi 2,610 qram heroin (oby №2) kütləsi (obyekt barədə 17.08.2020-ci il tarixli 6/1583 saylı ekspert rəyində məlumat verilmişdir) kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Cinayət işinin 3-cü cild 62-64-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 yanvar 2021-ci il tarixli ekspertiza rəyinə əlavə edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskdə olan fayllara baxış keçirilərkən narkotik maddəyə bənzər bir neçə şəklin olması müəyyən edilmiş, baxışda iştirak edən Təqsirləndirilən şəxs1 həmin şəkillərin bəzilərinin onun tərəfindən çəkilməsini, bəzilərinin isə ona göndərildiyini, həmin şəkillərdə heroin, metamfetamin, marixuana və psixotrop dərmanların olmasını bildirmişdir. Cinayət işinin 3-cü cild 65-66-cı vərəqələrində olan Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X3 15 yanvar 2021-ci il tarixli cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilmiş külli miqdarda narkotik vasitə heroin və psixotrop maddənin mənbəyinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Cinayət işinin 3-cü cild 127-130-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 mart 2020-ci il tarixli baxış keçirilməsi hqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş «Samsung Galaxy A10» markalı mobil telefon aparatına baxış keçirilərkən müəyyən edilmişdir ki, mobil telefon aparatının abunəçilər bölümündə +98 935 *** **** saylı İran İslam Respublikasının mobil operatoruna məxsus nömrənin istifadəçisinin adı «Şahbuzz» kimi qeydə alınmışdır. Mobil telefon aparatının «WhatsApp» ani mesajlaşma mübadilə sisteminə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-** nömrənin «WhatsApp» proqramından 16 avqust 2021-ci il tarixdə saat 05:49-dan 17 avqust 2020-ci il saat 03:36-dək olan müddətdə mobil telefon aparatında adı «Şahbuzz» kimi qeydə alman abunəçinin istifadəsində olan İran İslam Respublikasının mobil operatoruna məxsus +98 935 *** **** nömrənin «WhatsApp» proqramına SMS və səsli mesajlar göndərilmiş, Təqsirləndirilən şəxs1 istifadəsində olan «WhatsApp» proqramından göndərilən SMS və səsli mesajlarda «Şahbuz» adlı şəxsə ona məxsus narkotik vasitənin oğurlanmadığını, sadəcə narkotik vasitənin polis əməkdaşları tərəfindən tutulduğu bildirilir, +98 935 *** **** nömrənin naməlum istifadəçisi isə öz növbəsində istifadəsində olan «WhatsApp» proqramından Təqsirləndirilən şəxs1 Cənubi Azərbaycanlılara məxsus ləhcə ilə səsli mesajlar göndərərək narkotik vasitənin qaytarılmasını, ya da ki pulunun verilməsini tələb edir. Baxış zamanı həmçinin müəyyən edilmişdir ki, «WhatsApp» ani mesajlaşma mübadilə sistemində istintaqa məlum olmayan şəxslərlə Təqsirləndirilən şəxs1 arasında narkotik vasitələrin və psixotrop maddələrin alışsatışı ilə bağlı yazılı və səsli mesajlar həyata keçirilmişdir. Cinayət işinin 3-cü cild 130-142-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 23 aprel 2021-ci il tarixli 6/1219 nömrəli ekpsert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs1 evindən və üzərindən...» yazıları olan kağız paketddəki bir ədəd plietilen bağlamada və bir ədəd bükümdə olan heroin kütlələri ilə üzərlərində «...şübhəli şəxs Təqsirləndirilən şəxs2...» yazılan olan paket və torbadakı heroin kimyəvi komponentlərinə görə fərqlidirlər. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək onun üzərində narkotik vasitə olmadığını, avtomobilində narkotik vasitə olmasından məlumatı olmadığını, istintaq zamanı Təqsirləndirilən şəxs1 qorumaq üçün yalan ifadə verdiyini, həmçinin Təqsirləndirilən şəxs1 da məhkəmə iclasında fərqli ifadə verərək Təqsirləndirilən şəxs2 maşınına narkotik vasitə qoymasından Təqsirləndirilən şəxs2 məlumatının olmamasını bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmədə, ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli ifadələr vermələrini, təqsirləndirilən şəxslərin onlara elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərininin törədilməsində iştiraklarını qismən inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onların məhkəmədəki ifadələrinin təkzib olunduğu, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərin verdikləri ifadələrinin ittihamın mahiyyətinə uyğun hissəsinin isə öz təsdiqini tapdığını və Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmədə bu barədə verdiyi ifadələri özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli isə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuş, onlar həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28.06.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanunlarının, həmçinin, «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02.06.2016-cı il tarixli qərarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar, psixotrop maddə hesab edilən metamfetaminin 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qram və ondan artıq olan hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02.06.2016-cı il tarixli qərarının 19-cu bəndində göstərilmişdir ki, bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən onların törətmiş olduqları cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 2-ci cild 47-48-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 17 avqust 2020-ci il tarixli tələbnamədən və cinayət işinin 2-ci cild 160-173-cü vərəqələrində olan Biləsuvar Rayon Məhkəməsinin 22 may 2015-ci il tarixli, 1(022)-50/15 saylı hökmünün kserosurətindən görünür ki, Əhmədov X5 Rayon Məhkəməsinin 22 may 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 04 aprel 2019-cu ildə Salyan Rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən 11 ay 02 gün vaxtından əvvəl şərti azad olunmuş, 05 mart 2020-ci ildə cəzanı tam çəkib qurtardığından şöbənin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş və cinayətin residivini yaradır. Cinayət işinin 2-ci cild 113-114-cü vərəqələrində olan doğum haqqında şəhadətnamələrin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 04 oktyabr 2012-ci il təvəllüdlü X14 və 10 fevral 2015-ci il təvəllüdlü X10 daxildirlər. Cinayət işinin 3-cü cild 41-42-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin 06 oktyabr 2020-ci il tarixli, 1997 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə hər hansı psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 tərətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 3-cü cild 43-44-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 23 noyabr 2020-ci il tarixli, 3274 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs1 oğlunun himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətin residivini Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacları olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən X12 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Cinayət işinin 1-ci cild 112-113-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 22 sentyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmamışdır. Cinayət işinin 1-ci cild 205-206-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 16 noyabr 2020 -ci il tarixli 3214 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 Çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin 1-ci cild 106-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsindən daxil olmuş 21 avqust 2020-ci il tarixli, 19/51-7750 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. Cinayət işinin 1-ci cild 110-111-ci vərəqələrində olan Bakı şəhəri İHB-nın Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamentinin 3 saylı XTMKTB-nin 149 saylı Mənzil Kommunal İstismar Sahəsindən daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ailə tərkibinə anası X9, bacısı X1 və qardaşı X4 daxildirlər. Yaşadığı yer üzrə müsbət xasiyyətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs2 müsbət səciyyələndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxslər X12 və Təqsirləndirilən şəxs2 yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs1 əməli cinayətlərin residivini yaratdığından, məhkəmə cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsini nəzərə alır. Belə ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən, cinayətlərin residivi zamanı, qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarı ilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxslərə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər X12 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirlərinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 17 avqust 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 2-ci cild 71-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 17 avqust 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 2-ci cild 135-136-cı vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli, 4(004)-506/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 17 avqust 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Digər Təqsirləndirilən şəxs2 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 17 avqust 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 25-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 17 avqust 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin cinayət işinin 1-ci cild 87-89-cu vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 avqust 2020-ci il tarixli, 4(005)-952/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 17 avqust 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə ekspertiza xərci olan 520 (beş yüz iyirmi) manat X11 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinnin maddi sübutları saxlama yerində saxlanılan bir ədəd kağız paketdə qablaşdırılmış halda tədqiqatdan sonrakı müvafiq qalıq çəkiləri 917.78 qram, 2,53 qram. 999,91 qram və 10,287 qram olan narkotik vasitə heroin. 32.336 qram psixotrop maddə metamfetamin və üç ədəd elektron tərəzi məhv edilməli, «Samsung Galaxv A10» markalı «SM-A105F» modelli «**********72069. **********72066» imei kodlu mobil telefon aparatı Təqsirləndirilən şəxs1 yaxın qohumuna təhvil verilməli və özündə videogürüntüləri əks etdirən dörd ədəd DVD və iki ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə d,övlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, istintaq zamanı onlara məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, onlara xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32,5 206.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 10 (on) il 06 (altı ) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 17 avqust 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 10 (on ) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 17 avqust 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə ekspertiza xərci olan 520 (beş yüz iyirmi) manat X11 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinnin maddi sübutları saxlama yerində saxlanılan bir ədəd kağız paketdə qablaşdırılmış halda tədqiqatdan sonrakı müvafiq qalıq çəkiləri 917.78 qram, 2,53 qram, 999,91 qram və 10,287 qram olan narkotik vasitə heroin, 32.336 qram psixotrop maddə metamfetamin və üç ədəd elektron tərəzi məhv edilsin. «Samsung Galaxv A10» markalı «SM-A105F» modelli «**********72069. **********72066» imei kodlu mobil telefon aparatı Təqsirləndirilən şəxs1 yaxın qohumuna təhvil verilsin. Özündə videogörüntüləri əks etdirən dörd ədəd DVD və iki ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar