Məhkəmə qərarları › İş №1(101)-1320/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1320/2024

05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1320/2024 05.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, “X24” MMC-də barmen işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 5 iyun 2024-cü il tarixdə, saat 12:20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq məlum olmayan tarixdə və məlum olmayan mənbədən külli miqdarda təsiredici maddələrinin ümumi miqdarı 6,4 qram olan üzərilərində “Methadone 10... faran” yazıları olan bister kəsiklərində ümumilikdə 160 ədəd üzərilərində “F/M40” yazısı həkk olunmuş külli miqdarda narkotik vasitə “Metadon” dərman həblərini, ümumi təmiz çəkiləri 46,851 qram olan ağ rəngli kristal maddə kütlələri kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini, ümumi təmiz çəkisi 95,832 qram olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıyaraq yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə gətirərək, narkotik vasitələr və psixotrop maddələrin satışını təşkil etmək məqsədi ilə bükümlərə ayıraraq bir qismini yaşadığı ünvanda saxlamaqla, bir qismini isə üzərində saxlamaqla daşımış, 21 iyul 2023-cü il tarixdə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin (bundan sonra mətndə - Nizami RPİ-nin NMB) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün, saat 19:30-da ünvan 4 ünvanın qarşısında saxlanılaraq Nizami RPİ-nin inzibati binasına gətirilərək üzərində keçirilmiş şəxsi axtarış zamanı belindən asdığı qara rəngli əl çantasının içərisində 7 ədəd bükümün hər birində 5 ədəd, 2 ədəd bükümdə isə hər birində 10 ədəd olmaqla təsiredici maddələrinin ümumi miqdarı 2,2 qram olan üzərilərində “Methalone 10... faran” yazıları olan bister kəsiklərində ümumilikdə 55 ədəd üzərilərində “F/M40” yazısı həkk olunmuş külli miqdarda narkotik vasitə “Metadon” dərman həbləri 5 ədəd kağız kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1,815 qram, 1,830 qram, 3,620 qram, 3,750 qram və 3,573 qram olmaqla ümumi çəkisi 14,588 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürüldükdən sonra, həmin gün, saat 23:05 radələrində keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq yaşadığı ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman mənzilin yataq otağının sol tərəfində yerləşən siyirməli şkafın alt gözünü çəkərək orada sellofan torbanın içərisində 10 ədəd bütöv və 1 ədəd bister kəsiyində olan təsiredici maddələrinin ümumi miqdarı 2,2 qram olan üzərilərində “Methadona 10... Faran” yazıları olan bister kəsiklərində ümumilikdə 105 ədəd üzərilərində “F/M40” yazısı həkk olunmuş külli miqdarda narkotik vasitə “Metadon” dərman həbləri, 47 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,972 qram, 0,973 qram, 0,974 qram, 0,981 qram, 0,970 qram, 0,962 qram, 0,995 qram, 0,975 qram, 0,982 qram, 0,975 qram, 0,990 qram, 992 qram, 1,011 qram, 1,903 qram, 1,005 qram, 0,986 qram, 1,001 qram, 0,986 qram, 0,988 qram, 1,012 qram, 0,985 qram, 0,985 qram, 0,958 qram, 0,995 qram, 1,008 qram, 0,983 qram, 0,971 qram, 0,980 qram, 0,986 qram, 1,012 qram, 0,986 qram, 0,977 qram, 0,977 qram, 0,968 qram, 0,992 qram, 0,983 qram, 0,961 qram, 0,984 qram, 0,988 qram, 0,981 qram, 0,943 qram, 0,891 qram, 0,971 qram, 0,945 qram, 0,962 qram, 0,931 qram və 0,915 qram olmaqla ümumi təmiz çəkisi 46,851 qram olan ağ rəngli kristal maddə kütlələri kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, 1 ədəd sellofanda və 24 ədəd kağız kəsiyi bükümündə hər birinin ayrıayrılıqda təmiz çəkisi 31,814 qram, 1,860 qram, 1,700 qram, 1,800 qram, 2,04 qram, 2,00 qram, 1,73 qram, 1,67 qram, 2,07 qram, 1,74 qram, 1,62 qram, 1,62 qram, 1,80 qram, 1,76 qram, 7,580 qram, 1,800 qram, 1,86 qram, 1,85 qram, 1,970 qram, 1,77 qram, 1,91 qram, 1,80 qram, 1,75 qram, 1,90 qram və 1,830 qram olmaqla ümumi təmiz çəkisi 81,244 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri:

2. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, ibadətlə məşğul olmaqla həbs olunmazdan əvvəl iş üçün tibbi müayinələrdən keçmiş, həmin tibbi müayinələrin nəticəsində ağır dərəcəli talassemiya xəstəsi olması məlum olmuş, bu səbəbdən narkotik vasitə qurudulmuş marixuana istifadə etməyə başlamışdır. Belə ki, həbs edilməzdən əvvəlki cümə günü marixuana istifadə etmək üçün məsciddən çıxıb tanımadığı Şamxal adlı şəxslə əlaqə saxlayaraq internet vasitəsilə marixuana almaq üçün danışmış, 17 iyul 2023-cü il tarixdə, saat 18-19 radələrində ona göndərilmiş ünvana gedib narkotik vasitəni götürüb evə qayıdarkən polis əməkdaşları tərəfindən saxlanılmış, sonuncular özlərini ona təqdim etməklə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmişlər. O, polis əməkdaşlarına üzərində olan narkotik vasitəni təqdim etdikdən sonra sonuncular tərəfindən avtomobilə əyləşdirilmiş, avtomobildə ona fiziki zorakılıq tətbiq edilərək döyülmüş, mobil telefonunda olan narkotik vasitəni götürdüyü yerin fotoşəkillərinə əsasən onu narkotik vasitə satan şəxs kimi sənədləşdirmişlər. Polis əməkdaşları ona fiziki və psixi təzyiq edərək onda əlavə narkotik vasitənin olmasını boynuna almasını tələb etməklə ondan 10 min manat məbləğində pul istəmiş, o isə sonunculara pul verməyərək narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. O, saxlanıldıqdan sonra Nizami RPİ-yə aparılmış, orada metak deyilən boru ilə döyülmüş, habelə yumruq və təpiklərlə təzyiqlərə məruz qalmış, təzyiqlər nəticəsində belində xəsarətləri olmuş, lakin həmin xəsarətlər tibb kitabçasında qeydiyyata alınmamışdır. Xəsarət alması və döyülməsi ilə bağlı hər hansı şəxsə şikayət etməli olduğu və ya məlumat verməli olduğunu bilməmişdir. Polis əməkdaşlarından Hikmət adlı polis əməkdaşı ona humanist davranmış, digər polis əməkdaşları isə ona pis rəftar göstərmişlər. Polis əməkdaşı Şahid1 onun başına yumruqla vuraraq narkotik vasitənin yerini deməsini tələb etmişdir. Polis əməkdaşları aldadaraq onu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə sənədləşdirəcəklərini bildirdiklərindən ona təqdim olunmuş bütün sənədləri imzalamışdır. Onun guya evindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri yaşadığı evin həyətinin müxtəlif yerlərində basdırmaq imkanı olduğu halda həmin narkotik vasitələri şkafa qoyması məntiqsizdir.

3. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, o, 21 iyul 2023-cü il tarixdə deyil, 17 iyul 2023-cü il tarixdə cümə günü tutulmuş, həmin gün üzərinə baxış keçirilərkən üzərində təxminən 10-11 qram olmaqla 2 “karobka” narkotik vasitə marixuana olmuş, lakin metadon həbi olmamış, metadon həbi üzərinə polis əməkdaşları tərəfindən qoyulmuşdur. Tutulduğu gün gecə saat 1-dən sonra evinə baxış keçirilmiş, bu zaman evində narkotik vasitə və elektron tərəzi olmamışdır. Şəxsi axtarış və evə baxış istintaq hərəkətləri keçirilərkən müdafiəçi iştirak etmişdir. Videoçəkiliş zamanı təzyiqlərə məruz qaldığından törətmədiyi əməli boynuna almaqla narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olmasını bildirmişdir. Barəsində qətimkan tədbiri məsələsi həll edilərkən məhkəməyə narkotik vasitələr və psixotrop maddələrin üzərində və yaşadığı evdə olması ilə bağlı etirafedici ifadələr verməmişdir. O, Şamxal adlı şəxsin və ya digər şəxslərin təklifi ilə narkotik vasitəni və ya psixotrop maddələri aparıb harasa qoymamış, sonuncudan yalnız öz şəxsi istifadəsi üçün narkotik vasitə marixuana almışdır. Narkotik vasitə marixuana ona məxsus olsa da, digər predmetlər ona məxsus olmamışdır. Onun istifadəsində 070 *** ** ** saylı mobil telefon nömrəsi olmuş, lakin həbs olunmazdan əvvəl son zamanlar həmin telefon nömrəsindən istifadə etməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs özünü təqsirli bildiyi əmələ münasibətdə peşmanlıq çəkdiyini, valideynlərinin ziyalı şəxslər olduqlarını, fiziki zorakılıq və psixi təzyiq nəticəsində törətmədiyi əməli etiraf etməyə məcbur qaldığını, talassemiya xəstəliyindən əziyyət çəkdiyini, ciddi müalicəyə ehtiyacı olduğunu, himayəsində bir azyaşlı uşağı olduğunu və əvvəllər məhkum olunmadığını bildirərək əziyyət çəkdiyi ağır xəstəliklə əlaqədar onun azadlıqdan məhrum etmə növündə cəza çəkməsinin səhhətinə həddən artıq mənfi təsir etməsinin nəzərə alınaraq ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi.

4. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmiş və o həmin ifadələrdə göstərmişdir ki, narkotik vasitə marixuanadan istifadə edir. İnternet vasitəsi ilə “Şamxal” adlı şəxslə tanış olmuş, “Şamxal” adlı şəxs ona Bakı şəhərində müxtəlif ünvanlarda yerlər deyəcəyini və həmin ünvanlardan narkotik vasitələri götürüb deyilən ünvanlara qoyduqdan sonra pul ödəyəcəyini demiş, “Şamxal”la razılaşmış, onun dediyi ünvanlardan narkotik vasitə qurudulmuş marixuananı, “Metadona 40” həblərini və psixotrop maddə metamfetamini götürüb müxtəlif ünvanlara qoymuşdur. “Şamxal” əvvəlcədən onun “Leobank” kartına 100 manat göndərmişdir. 21 iyul 2023-cü il tarixdə, saat 19:30 radələrində ünvan 4 ünvanın qarşısında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlışmış, özlərini təqdim edib polis əməkdaşları olduqların bildirərək onu Nizami RPİ-yə dəvət etmişlər. Nizami RPİ-nin inzibati binasında şübhəli şəxs qismində tutulduqdan sonra ona şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün müdafiəçi dəvət olunaraq videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməsinə başlamazdan əvvəl üzərində qadağan olunmuş əşyalar varsa təqdim etməsi təklif olunmuş, üzərində olan əl çantasını masanın üzərinə qoyaraq əl çantasının üst cibindən 14 ədəd, 12 bükümü qara qəngli lentlə bağlanmış, 2 bükümü isə ağ rəngli kağıza bükülmüş bükümləri, özünə məxsus 1 ədəd “Samsung A02S” markalı mobil telefonu, 1 ədəd “Leobank” bank kartını və şəxsiyyət vəsiqəsini çıxarıb təqdim etmişdir. Üzərində şəxsi axtarış davam etdirilmiş, amma üzərindən özünün təqdim etdiyi əşyalardan başqa heç nə aşkar edilməmişdir. Təqdim etdiyi əşyalar ayrı-ayrı zərflərə qoyularaq zərflər möhürlənmiş, bu bardə protokol tərib edilmiş, protokolun məzmunu ilə tanış olaraq möhürlənmiş zərfin üzərini və protokolu imzalamışdır. Yaşadığı evdə də narkotik vasitə olduğunu, narkotik vasitəni təqdim edə biləcəyini bildirmiş, öz razılığı ilə özünün və müdafiəçisinin iştirakı ilə yaşadığı ünvan 2 ünvana baxış keçirilən zaman evlərinə daxil olub dəhlizin sonunda yerləşən yataq otağına daxil olub, yataq otağında sol tərəfdə yerləşən siyirməli şkafın alt gözündə saxladığı sellofan torbanı çıxarıb şkafın üstünə qoyaraq sellofan torbada narkotik vasitələr olduğunu bildirmişdir. Sellofan torbadan bir ədəd elektron tərəzini, həmin sellofan torbanın içərisindən ağ rəngli sellofan torbanın içərisindəki ağ rəngli faylın içərisindəki qara lentlə bağlanmış bağlamanı, narıncı rəngli eynək torbasının içərsindən qara lentlə bağlanmış 20 (iyirmi) ədəd bükümü, 4 (dörd) ədəd kağız bükümü, bir ədəd içərisində ota bənzər kütlə olan şəffaf sellofan bükümü və hər birində 10 (on) ədəd olmaqla 10 (on) list, ümumilikdə 100 (yüz) ədəd “Metadona 40” sözləri yazılmış həbləri, bir ədəd qara lentlə bağlanmış bükümü təqdim etmişdir. Təqdim etdiyi kütlələrin narkotik vasitə qurudulumuş marixuana, psixotrop maddə metamfetamin, həblərin metadon həbləri olduğunu, təqdim etdiyi narkotik vasitəni, psixotrop maddələri, dərman həblərini internetdə tanış olduğu “Şamxal” adlı şəxsin dediyi yerlərdən götürüb deyiləcək yerlərə qoymaq üçün evində saxladığını, tərəzidən həmin kütlələri çəkmək üçün istifadə etdiyini, hərəkətlərindən peşman olduğunu bildirmişdir. Təqdim etdiyi bir ədəd elektron tərəzi, dərman həbləri, narkotik vasitə olan qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamin zərflərdə qablaşdırılaraq zərflər möhürlənmiş, bu barədə protokol tərtib edilmişdir. Protokolun məzmunu İlə tanış olub protokolu imzalamışdır (Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) 40-41; 69-71; 82-85;).

5. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

6. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.

7. Məhkəmədə şahid qismində dindirilmiş Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 21 iyul 2023-cü il tarixdə etimad doğuran, qərəzsiz mənbədən Nizami RPİ-nin NMB-yə Bakı şəhəri, Nizami rayonu ərazisində yaşayan “Rəşad” adlı şəxsin mütamadi olaraq narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat barəsində idarə rəisinə məruzə etmiş, idarə rəisinin əmri ilə ondan və NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edərək Şahid1la birlikdə “Rəşad” adlı şəxsin ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin icrasına başlamışlar. 21 iyul 2023-cü il tarixdə, saat 19:30 radələrində əməliyyat məlumatında göstərilən “Rəşad” adlı şəxsin ünvan 8 ünvanın qarşısında olduğunu müəyyən edib orada onu saxlayaraq polis əməkdaşı olduqlarını bildirib özlərini təqdim edib həmin şəxsin özünü təqdim etməsini tələb etdikdə o özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə əldə edib saxlamaqda, daşımaqda və qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib onu Nizami RPİ-yə dəvət etmişlər. Nizami RPİ-nin inzibati binasında, xidməti otaqda Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan olunmuş, videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı barədə xəbərdar edilərək üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs belindən asdığı qara rəngli əl çantasını çıxarıb masanın üzərinə qoyaraq həmin əl çantasının üst cibindən 14 (on dörd) ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs əl çantasının üst cibindən çıxarıb təqdim etdiyi bükümlərin 12 (on iki) ədədi qara rəngli lentlə bağlanmış, 2 (iki) ədədi isə ağ rəngli kağız parçasına bükülü halda olmuşdur. Təqsirləndirilən şəxs həmin əl çantasının digər cibindən 1 (bir) ədəd “Samsung A02S” markalı mobil telefon, 1 (bir) ədəd “Leobank” bank kartını və şəxsiyyət vəsiqəsini çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və onun üzərindən və çantasında özünün təqdim etdiyi 14 ədəd bükümdən, 1 (bir) ədəd “Samsung A02S” markalı mobil telefon, 1 (bir) ədəd “Leobank” bank kartını və şəxsiyyət vəsiqəsindən başqa heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin bir hissəsinin arasında narkotik vasitə qurudulmuş marixuana, bir hissəsinin də arasında metadon həbləri olduğunu, həmin narkotik vasitəni və həbləri sosial şəbəkədə tanış olduğu “Şamxal” adlı şəxsin dediyi ünvanlardan götürdüyünü, “Şamxal” adlı şəxsin ilkin olaraq ona 100 manat pul göndərdiyini, narkotik vasitə və həbləri deyiləcək yerlərə qoyduqdan sonra da 50-100 manat göndərəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər açıldıqda 2 (iki) ədəd ağ rəngli kağız parçasına bükülmüş bükümlərin içərisində ota bənzər kütlə, 9 (doqquz) ədəd qara rəngli lentlə bağlanmış bükümlərdən 7 (yeddi) bükümün arasında hər birində 5 (beş) ədəd, 2 (iki) ədəd bükümün arasında isə hər birində 10 (on) ədəd olmaqla üzərində “Metadon 40” yazısı olan həblər olduğu müəyyən edilmişdir. Həmin kütlə və həblər ekspertizaya təqdim edilməsi üçün zərflərə qablaşdırılaraq zərflər möhürlənmiş, bu barədə protokol tərtib edilərək ucadan oxunmuşdur. Protokolun məzmunu ilə tanış olduqdan sonra möhürlənmiş zərflərin üzərini və protokolu imzalamışlar. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd “Samsung A02Sa” markalı mobil telefona və bir ədəd “Leobank” kart da götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanda da narkotik vasitə və psixotrop maddə olduğunu, evində saxladığı narkotik vasitə və psixotrop maddəni təqdim edə biləcəyini bildirmiş, Təqsirləndirilən şəxs öz razılığı və müdafiəçisinin və özünün iştirakı ilə yaşadığı ünvan 2 ünvana baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evə daxil olaraq dəhlizin sonundakı yataq otağına daxil olub otağın girişində sol tərəfdə qoyulmuş siyirməli şkafın alt siyirməsini çəkib alt siyirmədə olan sellofan torbanı çıxarıb masanın üstünə qoyaraq sellofan torbanın içərsindən bir ədəd elektron tərəzini, sellofan torbanın içərisindən çıxartdığı ağ rəngli faylın içərisindən qara rəngli lentlə bağlanmış bağlamanı, narıncı rəngli eynək torbasından qara rəngli lentlə bağlanmış 20 (iyirmi) ədəd bükümü, sellofan torbanın çərisindən 4 (dörd) ədəd kağız bükümləri, içərisində ota bənzər kütlə olan 1 (bir) ədədi şəffaf sellofan bükümü və hər birində 10 (on) ədəd olmaqla 10 list, ümumilikdə 100 (yüz) ədəd üzərində “Metadon 40” yazısı olan həbləri çıxarıb təqdim etmişdir. Təqdim olunan bükümlərə baxıldıqda məlum oldu ki, orada 41 (qırx bir) ədəd kristal şəkilli maddələr, 5 (beş) ədəd üzərində “Metadon 40” yazısı olan ümumilikdə 105 ədəd həb, 4 (dörd) ədəd ağ rəngli kağız bükümdə ot şəkilli kütlə olduğu müəyyən edildi. Təqsirləndirilən şəxs yaşadığı evə baxış davam etdirilmiş, onun yaşadığı evdən özünün təqdim etdiyi kütlələrdən və bir ədəd elektron tərəzidən başqa heç bir narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Aşkar olunan kütlələr və bir ədəd elektron tərəzi ayrı-ayrı zərflərdə qablaşdırılmış, zərflər möhürlənmiş, bu barədə protokol tərtib olunmuşdur. Protokolun məzmunu ilə tanış olaraq möhürlənmiş zərfin üzərini və protokolu imzalamışlar. Təqsirləndirilən şəxs evindən aşkar edilən narkotik vasitə və psixotrop maddəni də sosial şəbəkədə tanış olduğu “Şamxal” adlı İran vətəndaşının dediyi yerdən götürdüyünü, sonradan onun dediyi yerlərə qoyacağını bildirmişdir.

8. Verilən suallara cavab olaraq Şahid2 ifadəsinə əlavə edərək göstərdi ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruz edilməklə əməliyyat qrupu yaradılmış, sonuncu Bakı şəhəri, Nizami Rayon İcra Hakimiyyətinin arxasında yerləşən R.Rüstəmov 76 ünvanının yaxınlığında saxlanılsa da, yaşadığı evin ünvanı Suraxanı rayonunun ərazisinə aid olduğundan həmin şəxs barəsində ibtidai istintaq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsi tərəfindən davam etdirilmişdir. Təqsirləndirilən şəxs üzərində, eləcə də evində aşkar olunmuş narkotik vasitələri ona deyilən yerlərə aparıb qoyduğunu bildirmiş, sonuncuya narkotik vasitələri “Şamxal” adlı şəxs vermişdir. Təqsirləndirilən şəxs evinə sonuncunun evində də narkotik vasitələri saxlamasını bildirdikdən sonra baxış keçirilmiş, bu zaman evin qapısını Təqsirləndirilən şəxs atası açmış, sonuncu da evdə baxış keçirilməsinə heç bir etiraz etməmişdir.

9. Məhkəmədə şahid qismində dindirilmiş Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid2lə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs tək halda saxlanılmış, saxlanılarkən hər hansı etiraz etməmiş, səmimi olaraq narkotik vasitələrin ona məxsus olmaqla Şamxal adlı şəxsdən aldığını, habelə valideynləri ilə birlikdə yaşadığı evdə, özünün otağında da narkotik vasitələr saxlamasını bildirmişdir. Evinə baxış keçirilərkən hər hansı axtarış aparılmamış, yalnız Təqsirləndirilən şəxs göstərdiyi yerlərə baxış keçirilməklə sonuncunun təqdim etdiyi narkotik vasitələr və psixotrop maddələr götürülmüş, bu zaman sonuncu həmin narkotik vasitələri və psixotrop maddələri Şamxal adlı şəxsin göstərişi ilə pul müqabilində müxtəlif ünvanlara yerləşdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı yerdən polis idarəsinə Şahid2 məxsus ağ rəngli “Hyundai” markalı avtomobillə aparmışlar. Təqsirləndirilən şəxs saxlanılarkən üzərindən hər hansı dəyərli əşya və ya predmet aşkar olunmamış, habelə buraxılmasını təmin etmək üçün sonuncudan hər hansı məbləğdə pul tələb etməmişlər. Təqsirləndirilən şəxs törətdiyi ağır cinayət əməlinə görə məsuliyyətdən yaxa qurtarmaq üçün müxtəlif bəhanələr uydurur.

10. Məhkəmədə şahid qismində dindirilmiş Nizami RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu, şahidlər Şahid2 və Şahid1la oxşar məzmunlu ifadə verərək sonuncuların ifadələrində göstərdiyi xüsusatları təsdiq etdi.

11. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş şəxs X14 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Hadisə baş verdiyi gün, axşam saat 20-21 radələrində evdə olarkən evin qapısı döyülmüş, qapını açdıqda 7-8 nəfər şəxs özlərini təqdim etmədən içəri keçərək Rəşadın narkotiklə tutulduğunu deyib sonuncunu əli qandallı halda evə salaraq evdə axtarış aparılacağını bildirmiş, təxminən yarım saat axtarış aparıldıqdan sonra həyətə düşüb yenidən yuxarı qalxmışlar. Rəşadla onların otağı ayrı olmuş, axtarış zamanı onu arvadı ilə birlikdə öz otaqlarına keçirmiş, həmin vaxt əməliyyat qrupunun rəhbəri onlara narahat olmamalarını bildirməklə narkotik vasitələrin satışı ilə bağlı məsələnin olmamasını, habelə yüngül iş olmasını demişdir. Polis əməkdaşları Rəşadın otağından başqa heç bir otağa girib baxış keçirməmiş, aşkar olunmuş predmetlərin ekspertizaya veriləcəyi bildirilmişdir. Polis əməkdaşları evə daxil olarkən onlara hər hansı sənəd təqdim etməmiş, habelə evin onun mülkiyyətində olmasına baxmayaraq baxış üçün ondan icazə istəməmişlər. O, Rəşadın narkotik vasitələrdən istifadə etməsinin şahidi olmamışdır.

12. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş şəxs X10 ifadəsində göstərdi ki, axşamüstü işdən evə gəlib oturarkən polislər qapını döymüş, qapını açdıqda təxminən 5-6 nəfər icazə almadan, habelə özlərini təqdim etmədən evə girmiş, sonuncuların evdə axtarış aparılmasına razı olmasalar da, onlardan axtarış aparılması üçün hər hansı icazə istəməmişlər. Axtarış onlar qonaq otağında oturarkən digər otaqlarda aparılmışdır. Evdə təmizlik işləri ilə özü məşğul olmaqla Rəşadın otağını da özü təmizləmiş, dolablarını səliqəyə salmış, bu zaman orada elektron tərəzi və ya torba görməmiş, əgər həmin otaqda istintaq orqanının qeyd etdiyi predmetlər olsa idi, həmin predmetləri görərdi. Həm evdə, həm də həyətdə videoçəkiliş aparılmış, bu zaman evin hansı otaqlarında videoçəkiliş aparıldığını görməmiş, Rəşadın otağından, o cümlədən koridorda səslər eşitmişdir. Polis əməkdaşları əri ilə birlikdə onu ayrıca otağa salıb yalnız Rəşadın otağında axtarış aparmış, axtarış aparıldıqdan sonra polislər Rəşadı aparacaqlarını, habelə sonuncu ilə gəlib görüşmələrini, eləcə də evdən hansısa predmetlərin aşkar olunduğunu bildirmişlər. Polis əməkdaşları Rəşadı apararkən sonuncu onlara narahat olmamalarını deyərək günahının olmamasını bildirmişdir. X25 bu məsələ ilə bağlı şikayət etmişdir.

13. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

14. “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” 22 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən 21 iyul 2023-cü il tarixdə, saat 19:30 radələrində ünvan 4 ünvanın qarşısında saxlanılaraq həmin idarəyə gətirilmiş, orada üzərində aparılan şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı onun üzərində saxlayaraq daşıdığı bir ədəd qara rəngli çantanın üst cibindən, məlum olmayan mənbədən qanunsuz olaraq, satış məqsədi ilə əldə edib üstündə saxlayaraq daşıdığı 9 (doqquz) ədəd bükümdə ümumilikdə 55 (əlli beş) ədəd üzərində “F/M40” yazısı həkk olunmuş təkibində külli miqdarda ümumilikdə təmiz çəkisi 2,2 qram narkotik vasitə metadon təsiredici maddəsi olan dərman tabletləri və 5 (beş) ədəd bükümdə ümumi təmiz çəkisi 14,588 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülməsi, yaşadığı ünvan 2 ünvana baxış keçirilən zaman evdə olan yataq otağındakı şkafın alt siyirməsindən bir ədəd sellofan torbada məlum olmayan mənbədən, qanunsuz olaraq satış məqsədi ilə əldə edib daşıyaraq saxladığı 105 (yüz beş) ədəd üzərində “F/40M” yazısı həkk olunmuş tərkibində külli miqdarda ümumilikdə təmiz çəkisi 4,2 qram narkotik vasitə metadon təsiredici maddəsi olan dərman tabletləri, 47 (qırx yeddi) ədəd bükümdə külli miqdarda ümumi təmiz çəkisi 46,851 qram olan psixotrop maddə metamfetamin, həmçinin 1 (bir) ədəd sellofan torbada 24 (iyirmi dörd) ədəd bükümdə ümumi təmiz çəkisi 81,244 qram narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsi faktına görə Nizami RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X15 tərəfindən 22 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (Cild 1, i.v.1;).

15. “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə haqqında” 21 iyul 2023-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 tərəfindən “Rəşad” adlı şəxsin Bakı şəhəri Nizami rayonu ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında “Rəşad” adlı şəxsin ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Nizami RPİ-nin rəisi, polis polkovniki Ziya Əliyev tərəfindən təsdiq edilərək Şahid2 rəhbərliyi ilə həmin bölmənin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ibarət əməliyyat qrupu təşkil edilmiş, tərtib edilmiş raporta əsasən keçirilmiş əməliyyat-axtarış tərdbirləri nəticəsində xx xxx 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs saxlanılaraq Nizami RPİ-yə gətirilmişdir (Cild 1, i.v. 3-9;).

16. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 22 iyul 2023-cü il tarixli qərarından görünür ki, Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 tərəfindən qəbul edilmiş və həmin bölmənin rəisi, polis polis polkovniki Ziya Əliyev tərəfindən təsdiq edilmiş 21 iyul 2023-cü il tarixli “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə haqqında” qərar məhkəmə nəzarəti qaydasında yoxlanılmaqla qanuna uyğun hesab edilmişdir (Cild 2;).

17. “Şübhəli olan şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Nizami RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X15 tərəfindən Təqsirləndirilən şəxs müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə 21 iyul 2023-cü il tarixdə, saat 20:30-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmaqla hüquq və vəzifələri ətraflı şəkildə izah edilmişdir. Qərardan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 21 iyul 2023-cü il tarixdə, saat 19:30-dan tutulmuş hesab edilmişdir (Cild 1, i.v. 11; 27).

18. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 21 iyul 2023-cü il tarixli qərar və protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçi X5 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 21:00-dan 21:35-dək Nizami RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X15 tərəfindən həmin bölmənin əməliyyat müvəkkilləri, polis leytenantları Şahid2 və Şahid1 iştirakı ilə Nizami RPİ-nin inzibati binasında xidməti iş otaqlarından birində süni işıqlandırma şəraitində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, 21 iyul 2023-cü il tarixdə, saat 19:30 radələrində Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 4 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq şübhəli şəxs qismində Nizami RPİ-yə gətirilmiş, orada sonuncunun üzərində hər hansı qanunsuz əşya və ya maddə varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs belindən asdığı qara rəngli əl çantasını çıxararaq masanın üstünə qoymuşdur. Həmin əl çantasının üst cibindən 14 ədəd bükümü çıxarıb masa üstünə qoymuş, həmin bükümlərdən 12 ədəd qara rəngli lentlə bağlanmış büküm və 2 ədəd ağ rəngli kağıza bükülmüş bükümdür. Həmçinin çantanın digər cibindən bir ədəd “Samsung A02S” markalı mobil telefonu bir ədəd “Leobank” bank kartını və özünə məxsus şəxsiyyət vəsiqəsini çıxarıb masanın üstünə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş və üzərindən başqa qanunla qadağan edilmiş digər əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərin bəzilərində qurudulmuş marixuana olduğunu, digər bükümlərdə isə metadon həblərinin olduğunu bildirmişdir. Həmin bükümlərdən 3 ədəd qara rəngli lentlə bağlanmış büküm açıb içərisinə baxılarkən, lentin altından kağıza bükülmüş ota bənzər kütlə olması müşahidə edilmişdir. Həmçinin iki ədəd ağ kağızın çarəsində ota bənzər kütlə olması müşahidə edilmişdir. Daha sonra isə digər 9 ədəd qara rəngli lentlə bağlanmış bükümlər açılıb baxılan zaman, 7 ədəd bükümün hər birində 5 ədəd, 2 ədəd bükümdə isə hər birində 10 ədəd olmaqla üzərində iran hərfləri və “Metadon 40” sözləri yazılan həblər aşkar edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələri internet vasitəsi ilə tanış olduğu “Şamxal” adlı şəxsin dediyi ünvanlardan götürüb, həmin şəxsin dediyi ünvanlara çatdıracağını bildirdi. Həmçinin “Şamxal” adlı şəxsin ilkin olaraq ona 100 manat göndərdiyini, sonra isə həmin maddələri müəyyən yerlərə qoyduqdan sonra gündəlik 50-100 manat pul verəcəyini bildirmişdir. Bundan sonra 5 ədəd bükümdə ot şəkilli maddə və ümumilikdə 55 ədəd həb sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Eksepertiza Mərkəzinə göndərilməsi üçün zərflərə qoyularaq qablaşdırılmış, zərflərin üzəri iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış, DİN-in 162 saylı möhürü ilə möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə şkafda narkotik vasitə qurudulmuş marixuana və həblər olmasını, habelə həmin maddələri təqdim edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş 1 (bir) ədəd “Samsung A02S” markalı mobil telefon və “Leobank” kartı iş üçün əhəmiyyət kəsb etdiyindən iş materiallarına əlavə edilmişdir. Şəxsi axtarış istintaq hərəkəti zamanı “Samsung” markalı videokameradan istifadə edilməklə videoyazının aparılması və videoyazının diskə köçürülərək protokola əlavə edilməsi qeyd edilmişdir. İştirakçılar tərəfindən tərtib olunmuş protokola heç bir ərizə və şikayət daxil olmamış, protokol ucadan oxunmuş, düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 32-33;).

19. “Baxış keçirilməsi və götürülmə barədə” 21 iyul 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə qəbul edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 6 saylı Vəkil Bürosunun vəkili, müdafiəçi X5 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar və sonuncunun razılıq ərizəsi əsasında 21 iyul 2023-cü il tarixdə, saat 23:05-dən 23:50-dək Nizami RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X15 tərəfindən həmin bölmənin əməliyyat müvəkkilləri, polis leytenantları Şahid2 və Şahid1, baş əməliyyat müvəkkili polis mayoru Şahid3 iştirakı ilə ünvan 6 ünvanında baxış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, videoçəkilişlə yaşadığı evə baxış keçirilməsinə dair etirazının olub-olmaması soruşulmuş və o, etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni saxladığı yeri göstərilməsi təklif edilmiş, öz yaşadığı evə daxil olaraq dəhlizin sonunda yerləşən yataq otağına daxil olub həmin otağın ona məxsus olduğunu deyərək sol tərəfdə yerləşən siyirməli şkafın alt gözünü çəkib orada sellofan torbanı çıxarıb şkafın üstünə qoyaraq həmin sellofan torbada narkotik vasitələr olduğunu bildirmişdir. Həmin sellofan torbanın içərisindən bir ədəd elektron tərəzini çıxarıb şkafın üstünə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs həmin sellofan torbanın içərisində olan digər ağ rəngli sellofan torbanın içərisindəki ağ rəngli faylın içərisində qara rəngli lentlə bağlanmış bağlamanın içərisində metamfetamin olmasını bildirmişdir. Daha sonra həmin şəffaf sellofan torbanın içərisində narıncı rəngli eynək torbasının içərisindən qara rəngli lentlə bağlanmış 20 ədəd büküm çıxarıb şkafın üstünə qoymuşdur. Həmçinin sellofan torbadan əlavə olaraq 4 ədəd kağız bükümlər, bir ədəd içərisində ota bənzər kütlə olan iri şəffaf sellofan büküm və hər birində 10 ədəd olmaqla 10 list, ümumilikdə 100 ədəd üzərində “Metadon 40” sözləri yazılmış həblər və bir ədəd qara rəngli lentlə bağlanmış büküm olması müəyyən edilmişdir. Əvvəlcə faylın içərəsində olan kiçik sellofan bükümlərdə ümumilikdə 41 ədəd kristalik şəkilli maddə olması müəyyən edilmiş, bir ədəd qara rəngli lentlə bağlanmış büküm açılıb baxılan zaman içərisində 5 ədəd üzərində “Metadon 40” sözləri yazılmış həblər aşkar edilmiş, həmin həblərin ümumilikdə 105 ədəd olması müəyyən edilmişdir. Daha sonra 4 ədəd ağ rəngli kağız bükümlər açılıb baxılan zaman içərisində ot şəkili maddə olması müəyyən edilmişdir. Daha sonra isə digər qara rəngli lentlə bağlanmış bükümlər açılıb baxılan zaman həmin bükümlərdən kiçik bükümlərdə kristalik şəkilli maddələr aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin maddələrin metamfetamin olmasını, habelə internet vasitəsi ilə tanış olduğu “Şamxal” adlı şəxsin dediyi yerdən götürməklə özündə saxladığını, elektron tərəzini isə həmin maddələri çəkmək üçün istifadə etdiyini bildirmişdir. Baxış zamanı 6 ədəd qara rəngli lentlə bağlanmış bükümdə kristalik şəkilli, 24 ədəd bükümdə isə ot şəkilli maddələrin olması müəyyən edilmişdir. Daha sonra ot şəkilli maddələr olan bükümlər və bir ədəd iri şəffaf sellofan bükümdə olan ot şəkilli maddələr eyni zərfə, içərisində kristalik şəkilli maddələr olan bükümlər və 105 ədəd həb ayrı zərfə, elektron tərəzi də ayrı zərfə qoyulmaqla 3 ədəd zərfdə qablaşdırılmaqla üzəri DİN-nin 162 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı digər əşya və predmet aşkar edilməmişdir. İstintaq hərəkəti zamanı “Samsung” markalı videokameradan istifadə edilməklə videoyazının aparılması, və videoyazının diskə köçürülərək protokola əlavə edilməsi qeyd edilmişdir. İştirakçılar tərəfindən tərtib olunmuş protokola heç bir ərizə və şikayət daxil olmamış, protokol ucadan oxunmuş, düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 34-39;).

20. “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Baxış keçirilməsi və götürülmə barədə” 21 iyul 2023-cü il tarixli protokollarda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı iki ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq müddəti 19 dəqiqə 9 saniyə və 24 dəqiqə 7 saniyə olan həmin videoçəkilişlərin əks olunduğu iki ədəd diskdəki videogörüntülərə müstəntiq X8 Hüseynov və müdafiəçi Eldəniz Səmədoğlunun iştirakı ilə keçirilmiş 23 iyul 2023-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokollarla, habelə həmin videogörüntülərə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış və götürmə, habelə mənzilinə baxış və götürmə istintaq hərəkətləri zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz əksini tapmışdır. Videogörüntülərdən Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə üzərində keçirilmiş şəxsi axtarış və götürmə, habelə mənzilində keçirilmiş baxış və götürmə istintaq hərəkətləri zamanı xarici görkəminin səliqəli olması, sərbəst olmaqla suallara həddən artıq rahat və ətraflı şəkildə cavablar verməsi, xüsusilə mənzilinə baxış zamanı fəal olması, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir. Eyni zamanda, videogörüntülərdən Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən polis əməkdaşları tərəfindən yalnız Təqsirləndirilən şəxs göstərdiyi sonuncuya məxsus otağa (digər hər hansı otağa baxış keçirmədən) daxil olaraq hər hansı axtarış aparmadan Təqsirləndirilən şəxs göstərdiyi yerdən təqdim etdiyi narkotik vasitə və psixotrop maddələrin götürülməsi müəyyən olunmuşdur (Cild 1, i.v.67-68;).

21. “Məhkəmə-bioloji” ekspertizasının 22 iyul 2023-cü il tarixli, 3-16-16/2-7/1058 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş 5 ədəd büküm olan...” yazı və imzalar olan zərfdə 5 ədəd kağız kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1,815 qram, 1,830 qram, 3,620 qram, 3,750 qram və 3,573 qram olmaqla ümumi çəkisi 14,588 qram olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 24 bükümdə olan maddə ...” yazı və imzalar olan zərfdə 1 ədəd sellofanda və 24 ədəd kağız kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 31,814 qram, 1,860 qram, 1,700 qram, 1,800 qram, 2,04 qram, 2,00 qram, 1,73 qram, 1,67 qram, 2,07 qram, 1,74 qram, 1,62 qram, 1,62 qram, 1,80 qram, 1,76 qram, 7,580 qram, 1,800 qram, 1,86 qram, 1,85 qram, 1,970 qram, 1,77 qram, 1,91 qram, 1,80 qram, 1,75 qram, 1,90 qram və 1,830 qram olmaqla ümumi təmiz çəkisi 81,244 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş 5 ədəd bükümdə, 1 ədəd sellofanda və 24 ədəd kağız bükümündə olan marixuanalar təkiblərinə görə eynidir. Marixuananın ümumi çəkisi - 95,832 qram, cəmi tədqiqata sərf edildi - 0,60 qram, qalıq - 95,232 qram. Aparılmış tədqiqatın dəyərinin 70 (yetmiş) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 49-53;).

22. Məhkəmə-kimyəvi (materialların məhkəmə) ekspertizasının 22 iyul 2023-cü il tarixli, 3-16-16/2-6/3956 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş” və sair yazılar imzalar olan paketdəki üzərində “Methadone 40...Faran” yazıları olan blister kəsiklərində ümumilikdə 55 ədəd üzərilərində “F/M 40” yazısı həkk olunmuş dərman tabletlərinin tərkibində ümumilikdə təmiz çəkisi 2,2 qram metadon təsir edici maddəsi müəyyən edildi; üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş” və sair yazılar, imzalar olan paketdə üzərində “Methadone 40... Faran” yazıları olan 10 ədəd bütöv və 1 ədəd blister kəsiyində ümumilikdə 105 ədəd üzərilərində ”F/M 40” yazısı həkk olunmuş dərman tabletlərinin tərkibində ümumilikdə təmiz çəkisi 4,2 qram metadon təsiredici maddəsi müəyyən edildi. 47 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 1 saylı cədvəldə qeyd olunmuş ümumi təmiz çəkiləri 46,851 qram ağ rəngli kristalşəkilli maddə kütlələri kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 47 bükümdəki metamfetamin kütlələri kimyəvi komponent təkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş...” və sair yazılar, imzalar olan paketdəki 1 ədəd elektron tərəzinin üzərində psixotrop maddə-metamfetaminin izləri müəyyən edildi. Tərəzinin üzərində metamfetamin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar edilmiş təsiredici maddərin ümumi miqdarı 6,4 qram olan metadon tabletləri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Metadon Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyəsi məhdudlaşdırılmış narkotik vasitələrin siyahısına (Siyahı İİ), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin ümumi təmiz çəkisi -46,851 qram, tədqiqata sərf edildi - 0,141 qram, qalıq - 46,710 qram. Metadon tabletləri ümumi - 160 ədəd, tədqiqata sərf edildi - 2 tablet, qalıq - 158 tablet. Aparılmış tədqiqatın dəyərinin 110 (bir yüz on) manat olması müəyyən edilmişdir (Cİld 1, i.v. 55-60;).

23. “Cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında” və “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 23 iyul 2023-cü il tarixli qərarlardan görünür ki, ********* nömrəli cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün həmin tarixdə təhqiqatçı Muxtar Muxtarovun qərarı ilə Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərilmiş və həmin şöbənin müstəntiqi, polis kapitanı X6 tərəfindən həmin tarixdə icraata qəbul edilərək istintaqı davam etdirilmişdir (Cild 1, i.v. 62; 64;).

24. “Cinayət işinin tövsif edilməsi haqqında” 23 iyul 2023-cü il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir (Cild 1, i.v.72-73;).

25. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 23 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilməklə hüquq və vəzifələri izah edilmişdir (Cild 1, i.v. 74-81;).

26. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 iyul 2023-cü il tarixli, 4(007)-312/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 21 iyul 2023-cü il tarixdən hesablanmaqla 4(dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, “1 həftədir ki, bu işlə məşğuldur. Ağır talassemiya xəstəsidir. Heç vaxt narkotik vasitə istifadə etməmiş və heç kimə narkotik vasitə satmamışdır. Əməlindən çox peşmandır. Barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsini və ev dustaqlığı qətimkan tədbirinin seçilməsini xahiş edir” (Cild 1, i.v. 95-97;).

27. “Maddi sübut kimi tanımaq haqqında” 25 iyul 2023-cü il tarixli qərardan, müvafiq raport və qəbzdən görünür ki, ümumilikdə 46,851 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, ümumilikdə təmiz çəkisi 95,832 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 160 ədəd narkotik vasitə metadon həbi cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq, həmin narkotik vasitələr və psixotrop maddələrin aparılmış tədqiqatlardan sonra qalıq qalmış hissələri – 46,710 qram psixotrop maddə metamfetamin, 95,232 qram narkotik vasitə qurudulmuş marixuana və 158 ədəd narkotik vasitə metadon həbi saxlanması üçün Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Kamerası yerinə təhvil verilmişdir (Cild 1, 98-101;103-104;).

28. “Cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” 27 iyul 2023 və “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 5 avqust 2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ərazi aidiyyəti üzrə müstəntiq X2 qərarı ilə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmiş, həmin şöbənin müstəntiqi, polis mayoru X3 tərəfindən icraata qəbul edilərək istintaqı davam etdirilmişdir (Cild 1, i.v.105-110;).

29. AO ******* nömrəli hərbi biletdən görünür ki, Təqsirləndirilən şəxs xəstəliyi ilə əlaqədar hərbi xidmətdə olmamış, hərbi hazırlığı olmayan hərbi xidmətə yararsızlar kateqoriyasına aid edilməklə dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə hərbi xidmətə məhdud yararlı şəxs qismində hərbi uçota götürülmüşdür (Cild 1, i.v. 123-126;).

30. “İntellekt RM” tərəfindən təqdim edilmiş ********** VÖEN nömrəli diplomdan görünür ki, Təqsirləndirilən şəxs 15 noyabr 2008-ci il tarixdə kompüter və xarici dillər tədris mərkəzinə daxil olmaqla “Auto cad” proqramı üzrə kompüter kursunu müvəffəqiyyətlə bitirmiş və ona ixtisas komissiyasının qərarı ilə “dizayner” ixtisası verilmişdir (Cild 1, i.v.129).

31. BB-İİ №086099 nömrəli diplomdan görünür ki, Təqsirləndirilən şəxs 2006-cı il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Yeyinti Sənayesi Texnikumuna daxil olmuş və 4 mart 2009-cu il tarixdə “Gömrük ekspertizası” (sahələr üzrə) ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət attestasiya komissiyasının 4 mart 2009-cu il tarixli qərarı ilə ona “Gömrük eksperti üzrə kiçik mütəxəssis (Qida sənayesi iaşə sistemi və kommersiya sahələri) ixtisası verilmişdir (Cild 1, i.v. 130;).

32. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş 012259 və 011405 qeydiyyat nömrəli şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs 30 iyun 2014-cü il tarixdə X19 Nəqliyyat Akademiyası tərəfindən 050407 – “Menecment” ixtisası üzrə “Menecer” ixtisas dərəcəsi verilmiş, həmin diplom Azərbaycan Respublikasında tanınmışdır (Cild 1, i.v. 132-133;).

33. 0257951 nömrəli “Əmək kitabçası”nın surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə "xxxx" MMC müəssisəsinin iaşə şöbəsinə 3 sentyabr 2021-ci il tarixdə barmen peşəsi üzrə işə qəbul edilmiş, 1 avqust 2022-ci il tarixdə Azərbaycan Respyublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin təşəbbüsü ilə) tutduğu vəzifədən azad edilmişdir (Cild 1, i.v. 138;).

34. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 4(010)- 428/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 21 yanvar 2024cü il tarixədək uzadılmışdır(Cild 1, i.v. 187- 190;).

35. “Baxış keçirilməsi haqqında” 20 noyabr 2023-cü il tarixli protokol, ona əlavə edilmiş bir ədəd disk və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Samsung” markalı, “A02C” modelli mobil telefona hal şahidləri Əsəd Namazov və Əlibala Əsədovun iştirakı ilə müstəntiq N.Məhərrəmov tərəfindən baxış keçirilmiş və baxış zamanı mobil telefonun “WhatsApp” mobil tətbiqində “Zaza Bro” adı ilə qeyd edilmiş +**********37 mobil telefon nömrələrindən ona məxsus ***-***-**-** mobil telefon nömrəsi arasında 10 iyul 2023-cü il tarixdə, saat 11:25-dən 20 iyul 2023-cü il tarixdə, saat 18:30-dək 58 ədəd qarşılıqlı olaraq narkotik vasitə və psixotrop maddələrin əldə edilərək satışının təşkil edilməsi barədə yazışmaların, habelə narkotik vasitələrin qoyulduğu yerin fotoşəkillərinin və lokalizasiyasına dair göndərişlərin olması müəyyən edilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs adına olan ***-***-**-** nömrəli abonentin “binanın su sayğacı olan divarının fotoşəkili, həmin fotoşəkilin altındakı “konum. 220 li blok 4cü mertb işarelenmiş daşın dalında qara bkmde yarım M 40” fotoşəkil və mətn yazısı ilə başlayır, binanın giriş blokun işarələnmiş fotoşəkili və “konum 374 cu blok. 3 mertb işarelenmiş daşın dalında qara bkmde 4qr ot...” mətni ilə bitir. İlk 7 yazışmanın mətnləri aşağıdakılardan ibarətdir: - binanın su sayğacı olan divarının fotoşəkili, “konum. 220 li blok 4cü mertb işarelenmiş daşın dalında qara bkmde yarım M 40” - “Bro?”, “yaxşılıqdı hər şey?” Aramız ot 94 qr. M40 23 list. Qara * qr. Patı 47 qr. gün= o azn - “Katv” internet sayğacının dairəvi işarələnmiş fotoşəkili və “konum. 289 cu blok. 3 nen 4 cü mert arası şetçikin işarələnmiş yerdən içinde qara bkmde 4 qr ot” - binanın bloku və mərtəbələr arası pəncərənin, elektirik sayğacının işarələnmiş fotoşəkilləri, “konum 106 nli blok. 2-ci mertebede işarelenmiş yerde plasmasin içinde qara bkmde 4 qr ot” - “konum. 147-ci blok 4 nen 5 ci mert arası zibil paketinin dalında ağ paketdə qara izolent 3 bukulub” - “ela”, “indi öz işimizi davam edek” - “imkan var 30 dene goturmey istiyir, ciddi deyirəm bra, boş vaxt olanda danışaq bu temada”, “mütleq”. Mobil telefona baxış zamanı müəyyən edilmişdir ki, İran vətəndaşının göstərişi əsasında narkotik vasitələrin bir yerdən götürülüb başqa yerə daşınaraq qoyulması barədə iş üzrə Təqsirləndirilən şəxs ifadələrində göstərdiklərinə uyğun olan məlumatlar vardır. Telefonun başqa abonentlərlə zəng və SMS əlaqələri səhifələrində və digər səhifələrində iş üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir. Protokolda baxış zamanı telefonda olan məlumatların fotoşəkillərinin çəkilməklə protokola əlavə edilməsi qeyd edilmişdir. Poroktol iştirakçılara ucadan oxunmuş, doğruluğu imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 193-197;).

36. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən verilmiş tələbnamənin 12 dekabr 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamış şəxsdir (Cild 1, i.v. 198-199;).

37. “Ambulator məcburi komisyon məhkəmə-narkoloji” ekspertizasının 13 noyabr 2023cü il tarixli, 7362 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs özünün deməsinə əsasən arabir narkotik vasitə olan marixuananı siqaretə doldurub tüstüsünü çəkməklə istifadə etmişdir (Cild 1, i.v. 200-201;).

38. “Ambulator məhkəmə-psixiatrik” ekspertizasının 6 noyabr 2023-cü il tarixli, 3087 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür (Cild 1, i.v. 203-205;).

39. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 16 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə, həmçinin yaşadığı evə baxış və götürmə zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 2 (iki) ədəd DVD disk və Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş “Samsung A02S” markalı mobil telefon cihazı iş üzrə maddi sübut qismində tanınmaqla iş materiallarına əlavə edilməsi, ********* nömrəli cinayət işindən narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda psixotrop maddə metamfetamin və metadon həblərinin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədilə həmin cinayət işi materiallarından ayrıca material ayrılmaqla araşdırılma aparılması üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə göndərilməsi qərara alınmışdır (Cild 1, i.v.210-223;).

40. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq N.H.Məhərrəmov tərəfindən 25 dekabr 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 26 dekabr 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.229-241;).

41. Müdafiə tərəfinin vəsatəti əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən Təqsirləndirilən şəxs adına tərtib edilmiş 7575/2023 saylı məhkumun tibb kitabçası əldə edilərək məhkəmə iclasında tədqiq edilmişdir. Həmin kitabçanın 12 və 13-cü bəndlərində göstərilmişdir ki, əsasən Təqsirləndirilən şəxs müayinəsi zamanı zədə aldığını bildirmiş, lakin hər hansı xəsarət aşkar olunmamışdır (Cild 2;)

42. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 19 aprel 2024-cü il tarixli Bakı şəhəri Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin böyük prokuroru, İ dərəcəli hüquqşünas X16 tərəfindən 281-C-24 nömrəli material üzrə qəbul edilmiş qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması ilə əlaqədar daxil olmuş məlumat əsasında toplanmış material üzrə cinayət hadisəsinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın-təsviri əsaslandırıcı hissəsindən görünür ki, “Məhkəmə-Tibbi Ekspertiza və X13” publik hüquqi şəxsin Suraxanı rayon şöbəsinin 13 mart 2024-cü il tarixli, 23t/s saylı rəyində Təqsirləndirilən şəxs adına Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında tərtib olunmuş tibb kitabçasına baxış zamanı Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətin (təzə) olub-olmaması haqqında hər hansı yazılı qeydlər aparılmamış, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar edilməmişdir. Araşdırma nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki güc tətbiqinə, işgəncə və digər qanunsuz hərəkətlərə məruz qalması müəyyən edilməmişdir (Cild 2;).

43. Müdafiə tərəfindən təqdim edilmiş Ukrayna dövlətinə məxsus olmaqla müvafiq qayda tərcümə olunmaqla 19 aprel 2013-cü il tarixdə Xarkov şəhər ədliyyə idarəsinin qeydiyyat xidmətinin Dzerjinsk vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsi tərəfindən verilmiş 313310 nömrəli “Doğum haqqında Şəhadətnamə”dən görünür ki, Ukrayna vətəndaşı Şves (Şvets) Elman Rəşadoviç 8 aprel 2013-cü il tarixdə Ukrayna, Xarkov vilayəti, Xarkov şəhərində doğulmaqla atası Şves (Şvets) Rəşad Neymət oğlu və anası Şves (Şvets) İnna Nikolayevnadır (Cild 2;).

Əməlin tövsifi və digər hüquqi məsələlər:

44. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

45. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

47. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

48. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

49. Məhkəmə tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir.

50. Belə ki, “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir.

51. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir.

52. CPM-in 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır.

53. CPM-in 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.

54. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.

55. CPM-in 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.

56. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.

57. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq şəxsiyyəti istintaqa məlum olmayan “Şamxal” adlı şəxsin əvvəlcədən razılaşdığı Bakı şəhərinin müxtəlif ərazilərinə əvvəlcədən təyin olunmuş yerlərə qoyduğu külli miqdarda təsiredici maddələrinin ümumi miqdarı 6,4 qram olan üzərilərində “Methadone 10... faran” yazıları olan bister kəsiklərində ümumilikdə 160 ədəd üzərilərində “F/M40” yazısı həkk olunmuş külli miqdarda narkotik vasitə “Metadon” dərman həblərini, ümumi təmiz çəkiləri 46,851 qram ağ rəngli kristal maddə kütlələri kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini, ümumi təmiz çəkisi 95,832 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıyaraq yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə gətirərək, narkotik vasitələr və psixotrop maddələrin satışını təşkil etmək məqsədi ilə bükümlərə ayıraraq bir qismini yaşadığı ünvanda saxlamaqla, bir qismini üzərində saxlamaqla daşımış, 21 iyul 2023-cü il tarixdə Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 19:30-da ünvan 4 ünvanın qarşısında saxlanılaraq Nizami RPİ-nin inzibati binasına gətirilərək üzərində keçirilmiş şəxsi axtarış zamanı belindən asdığı qara rəngli əl çantasının içərisində 7 ədəd bükümün hər birində 5 ədəd, 2 ədəd bükümdə isə hər birində 10 ədəd olmaqla təsiredici maddələrinin ümumi miqdarı 2,2 qram olan üzərilərində “Methalone 10... faran” yazıları olan bister kəsiklərində ümumilikdə 55 ədəd üzərilərində “F/M40” yazısı həkk olunmuş külli miqdarda narkotik vasitə “Metadon” dərman həbləri 5 ədəd kağız kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1,815 qram, 1,830 qram, 3,620 qram, 3,750 qram və 3,573 qram olmaqla ümumi çəkisi 14,588 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulumuş marixuana aşkar edilərək götürüldükdən sonra, həmin gün saat 23:05 radələrində keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq yaşadığı ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman mənzilin yataq otağının sol tərəfində yerləşən siyirməli şkafın alt gözünü çəkərək orada sellofan torbanın içərisində 10 ədəd bütöv və 1 ədəd bistet kəsiyində olan təsiredici maddələrinin ümumi miqdarı 2,2 qram olan üzərilərində “Methadona 10... Faran” yazıları olan bister kəsiklərində ümumilikdə 105 ədəd üzərilərində “F/M40” yazısı həkk olunmuş külli miqdarda narkotik vasitə “Metadon” dərman həbləri, 47 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,972 qram, 0,973 qram, 0,974 qram, 0,981 qram, 0,970 qram, 0,962 qram, 0,995 qram, 0,975 qram, 0,982 qram, 0,975 qram, 0,990 qram, 992 qram, 1,011 qram, 1,903 qram, 1,005 qram, 0,986 qram, 1,001 qram, 0,986 qram, 0,988 qram, 1,012 qram, 0,985 qram, 0,985 qram, 0,958 qram, 0,995 qram, 1,008 qram, 0,983 qram, 0,971 qram, 0,980 qram, 0,986 qram, 1,012 qram, 0,986 qram, 0,977 qram, 0,977 qram, 0,968 qram, 0,992 qram, 0,983 qram, 0,961 qram, 0,984 qram, 0,988 qram, 0,981 qram, 0,943 qram, 0,891 qram, 0,971 qram, 0,945 qram, 0,962 qram, 0,931 qram və 0,915 qram olmaqla ümumi təmiz çəkisi 46,851 qram ağ rəngli kristal maddə kütlələri kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, 1 ədəd sellofanda və 24 ədəd kağız kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 31,814 qram, 1,860 qram, 1,700 qram, 1,800 qram, 2,04 qram, 2,00 qram, 1,73 qram, 1,67 qram, 2,07 qram, 1,74 qram, 1,62 qram, 1,62 qram, 1,80 qram, 1,76 qram, 7,580 qram, 1,800 qram, 1,86 qram, 1,85 qram, 1,970 qram, 1,77 qram, 1,91 qram, 1,80 qram, 1,75 qram, 1,90 qram və 1,830 qram olmaqla ümumi təmiz çəkisi 81,244 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.

58. Halbuki, məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı təqsirləndirilən şəxsin “şəxsiyyəti istintaqa məlum olmayan “Şamxal” adlı şəxsin əvvəlcədən razılaşdığı Bakı şəhərinin müxtəlif ərazilərinə əvvəlcədən təyin olunmuş yerlərə qoyması” barədə verilmiş ittiham, yəni CM-in 234.4.1-ci maddəsi ilə olan ittiham üzrə təqsirliliyi ittihamçı tərəfindən sübuta yetirilməmişdir.

59. Belə ki, CPM-in 138.2-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür.

60. “Kondraşinanın Rusiya Federasiyasına qarşı” işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin.

61. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. CPM-in 21.2-ci maddəsinin tələblərinə görə cinayət-prosessual qanunvericiliyin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.

62. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında” 2000-ci il 10 mart tarixli qərarında qeyd olunmuşdur: Ədalət mühakiməsinin həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Ona görə də məhkəmələr işlərə baxarkən heç bir halda qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməməlidir. Məhkəmə təhqiqat və ibtidai istintaq orqanı tərəfindən təqdim edilən sübutun qanunsuz yolla əldə olunması nəticəsinə gəldikdə, bütün hallarda həmin sübutu iş üzrə toplanmış başqa sübutların cəmindən çıxmaqla qanunu pozmuş vəzifəli şəxsin hərəkətinə münasibətini bildirməlidir”.

63. CM-in 234.4.1 və 234.4.3-cü maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir.

64. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 12-ci bəndinin a) yarımbəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın (kannabis) şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 500 qram müəyyən edilmişdir. Həmin siyahının 13-cü bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə metadon aralıq məhsulunun şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,02 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 1,6 qram müəyyən edilmişdir. Həmin Siyahıların İİ siyahısının 67-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.

65. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı və daşıdığı ümumilikdə 46,851 qram, yəni külli miqdarda psixotrop maddə metamfetaminin miqdarının şəxsi istehlak miqdarından təxminən 312 dəfədən, külli miqdarından isə təxminən 23 dəfədən artıq olması və çoxsaylı (47) xüsusi formada hazırlanmış xırda bükümlərə ayrılması, eyni zamanda ümumilikdə 6,4 qram, yəni külli miqdarda olan narkotik vasitə metadon həbinin təsiredici miqdarının şəxsi istehlak miqdarından təxminən 320 dəfə, külli miqdarından isə təxminən 4 dəfə artıq olması və çoxsaylı xüsusi hazırlanmış bükümlərə bükülməkdə 160 ədəd miqdarda olması, həmçinin ümumilikdə 95,832 qram narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından 19 dəfədən artıq olmaqla çoxsaylı (29) xüsusi hazırlanmış bükümlərə ayrılması, habelə mobil telefon nömrəsinə narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışına dair daxil olan və çıxan vatsap yazışmalarının və üzərində metamfetaminin izləri olan elektron tərəzinin aşkar edilməsi, özünün məhkəməyədək icraat zamanı barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən məhkəmədə törətdiyi əməli etiraf etməsi onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.

66. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

67. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.

68. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

69. Hökmün 68-ci bəndində qeyd edilmiş qərar baxımından plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün bütün diqqətəlayiq halların məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalarda qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.

70. Qeyd edilənlərə əsasən, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs digər narkotik vasitə istehlakçıları ilə razılıq əldə etməsinə dair mobil telefon vasitəsilə aparılmış vatsap yazışmalarının aparılması, habelə narkotik vasitənin yerləşdirildiyi yerin cizgilərlə işarələnib göndərilməsi, özünün yalnız kannabiodlərdən istifadə etməsinə baxmayaraq, üzərindən və yaşadığı evdən çoxsaylı xüsusi formada hazırlanmış bükümlərdə və müxtəlif növlərdə narkotik vasitə və psixotrop maddələrin aşkar edilməsi və sair hallar ibtidai istintaq orqanının haqlı olaraq Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satmaq məqsədi ilə əldə etməsi qənaətinə gəlməyə əsas vermişdir.

71. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaması, saxlanılarkən üzərində yalnız şəxsi istifadəsi üçün əldə etdiyi 10-11 qram narkotik vasitə qurudulmuş marixuana olması, metadon həblərinin polis əməkdaşları tərəfindən üzərinə qoyulması, ittihamda göstərilən tarixdə deyil, başqa tarixdə saxlanılması, ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması səbəbindən törətmədiyi əməli etiraf etməsi, habelə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə sənədləşdiriləcəyi ilə aldadıldığından ona təqdim olunmuş sənədləri imzalaması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu CM-in 234.4.3-cü maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.

72. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.

73. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hökmün 68-ci bəndində qeyd edilən qərarın 11-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Yalnız CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlibgəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.

74. Halbuki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs həmçinin CM-in 234.4.1-ci maddəsi ilə ittiham verərkən sonuncunun konkret olaraq kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “şəxsiyyəti istintaqa məlum olmayan “Şamxal” adlı şəxsin əvvəlcədən razılaşdığı Bakı şəhərinin müxtəlif ərazilərinə əvvəlcədən təyin olunmuş yerlərə külli miqdarda narkotik vasitə və psixotrop maddələr qoymasını” göstərməklə kifayətlənmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur.

75. CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-in 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir.

76. CPM-in 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.

77. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

78. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

79. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan normasının tətbiq olunması və ya ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin CM-in daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirməsi başa düşülür. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi).

80. Beləliklə, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissələrində göstərilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, habelə qanunu rəhbər tutaraq və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verilmiş ittihamın “şəxsiyyəti istintaqa məlum olmayan “Şamxal” adlı şəxsin əvvəlcədən razılaşdığı Bakı şəhərinin müxtəlif ərazilərinə əvvəlcədən təyin olunmuş yerlərə külli miqdarda narkotik vasitə və psixotrop maddələr qoyması” ilə bağlı verilmiş ittihamda təqsirliliyi sübuta yetirilməməsi əsası ilə həmin ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməlidir.

81. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.

82. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Habelə, hökmün 18-20, 26, 34, 41 və 42-ci bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına bilinməyən məhkəmədə tədqiq edilmiş sübutlarla da Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı məhkəmə nəzarəti qaydasında 23 iyul 2023-cü il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsində qətimkan tədbiri məsələsinə qapalı məhkəmə iclasında yalnız müdafiəçisinin iştirakı ilə baxılarkən, Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilmişdir.

83. Eyni zamanda, məhkəmə müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş X14 və X7 ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, həmin ifadələrdə iş üçün sübut əhəmiyyəti kəsb edən hər hansı hal olmadığından, habelə həmin ifadələr bir-birilə ziddiyyət təşkil etdiyindən işin faktiki halının müəyyən edilməsi baxımından sübut kimi qiymətləndirilməməlidir. Belə ki, Nemət Hüseynov təqsirləndirilən şəxsin doğma atası, Gülnaz Hüseynova isə təqsirləndirilən şəxsin doğma anası olmaqla sonuncuların verdiyi həmin ifadələrdə iş üçün sübut əhəmiyyəti kəsb edən hər hansı hal olmadığından işin faktiki halının müəyyən edilməsi baxımından sübut kimi qiymətləndirilməməlidir.

84. Məhkəmə eyni zamanda müdafiə tərəfinin təkidlə Təqsirləndirilən şəxs yazılı razılığı və müdafiəçisinin iştirakı ilə videoçəkilişlə sonuncunun yaşayış yerində həyata keçirilmiş əməliyyat-istintaq hərəkətlərinin CPM-in tələblərinin kobud pozulmaqla yerinə yetirilməsinə dair iddialarının işin faktiki halları və prosessual qanunvericiliyin tələbləri baxımından tam olaraq təkzib edildiyini qeyd edir.

85. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

86. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır.

87. CM-in 234.4.3-cü maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur

88. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

89. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

90. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

91. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

92. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

93. Məhkəmə CM-in 59.1.4-cü maddəsinin tələbinə əsasən himayəsində bir azyaşlı uşağının olması, CM-in 59.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkumluğunun olmaması, narkomaniya xəstəliyindən əziyyət çəkməməsini, məhkəmə icraatı zamanı davranışı və talassemiya xəstəliyindən əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

94. Məhkəmə CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın olmasının müəyyən edilmədiyini qeyd edir.

95. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

96. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.

97. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.

98. CM-in 56.1.2-ci maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir.

99. Odur ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

100. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

101. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 21 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 iyul 2023-cü il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutularaq saxlanıldığı 21 iyul 2023-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 21 yanvar 2024-cü il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (Cild 1, i.v. 95-97;187-190)

102. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 21 iyul 2023-cü il tarixdən hesablanmalıdır.

103. Məhkəmə hökmün 37-ci bəndində qeyd edilən ekspertiza rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalır.

104. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.

105. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Nizami RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 46,710 qram olan psixotrop maddə metamfetamin, 95,232 qram narkotik vasitə qurudulmuş marixuana, 158 ədəd narkotik vasitə metadon tabletləri (həbləri) və 1 (bir) ədəd elektron tərəzi məhv edilməli, “Samsung AO2S” markalı mobil telefon və “Leobank” bank kartı təqsirləndirilən şəxsin ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılmalı, “Şəxsi axtarış və götürmə” və “Baxış keçirilməsi və götürmə” istintaq hərəkətləri zamanı çəkilmiş videoyazıların köçürüldüyü 2 (iki) ədəd DVD disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

106. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

107. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 180 (bir yüz səksən) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

108. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

109. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

110. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 iyul 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

111. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ümumi ittihamdan Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 21 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Bakı şəhəri, Nizami Rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 95,232 qram narkotik vasitə qurudulmuş marixuana, 46,710 qram olan psixotrop maddə metamfetamin, 158 ədəd narkotik vasitə metadon tabletləri (həbləri) və 1 (bir) ədəd elektron tərəzi məhv edilsin, “Samsung AO2S” markalı mobil telefon və “Leobank” bank kartı təqsirləndirilən şəxsin ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılsın, 2 (iki) ədəd DVD diskin hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 180 (bir yüz səksən) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar