Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1321/2021 27.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs, müdafiəçi: Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X8 iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1998-ci il tarixdə Sabirabad rayonu, Qalağayın kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 2015 və 2017-ci il təvəllüdlü iki azyaşl uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Qalaqayın kəndində qeydiyyatda olan, Sabirabad şəhəri, Bakıxanov küçəsi, ev 13a-da yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdı: Təqsirləndirilən şəxs 26 aprel 2021-ci il tarixdə, saat 03 radələrində ünvan 1 ünvanda birlikdə kirayədə yaşadığı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəmnində, yəni Zərərçəkmiş şəxs ondan kirayədə yaşadığı evini tərk etməsini tələb etməsi səbəbindən yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi istintaqa məlum olmayan qatlanan cib bıçağı ilə bir dəfə qəsdən Zərərçəkmiş şəxs qarın nahiyəsinə zərbə vuraraq sonuncunun böyük piyliyin yaralanması ilə müşayiət olunan qarının ön divarının qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası kimi insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vuran xəsarət yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs Nəzakət Məmmədovanı tanıyır, onunla birlikdə bu ilin mart ayından ünvan 1 ünvanda kirayədə yaşamışdır. Onun 23 yaşı vardır, lakin artıq 2 azyaşlı övladı vardır. Ailəsini, yəni iki azyaşlı uşağını və xəstə anasını dolandırmaq üçün Sabirabad rayonu, Qalağayın kəndindən Bakı şəhərinə iş axtarmağa gəlmişdir. Bakıda təsadüfən Şahid3lə tanış olmuş, sonuncudan qalmağa yer və işə düzəlməsinə köməklik etməsini xahiş etmişdir. Pərviz onun acınacaqlı vəziyyətini görərək onu tanışı olan Günay adlı qadının kirayə yaşadığı evə apararaq ondan onu da yanına götürməyi xahiş etmişdir. Hal-hazırda məhkəmədə gördüyü Nəzakət Məmmədova elə həmin Günaydır. Nəzakətin qaldığı ev bir otaqlı idi. İkisi də orada tək, uşaqlarsız qalırdılar. O, yaşadığı evin yaxınlığında olan kafelərin birində qabyuyan işinə düzəlmiş, maaş almasa da kirayə yaşadığı evə ərzaq alıb Nəzakətlə birlikdə istifadə edirdilər. Lakin evin kirayə pulunu Nəzakət ödəyirdi. İlk vaxtlar Nəzakətlə münasibətləri yaxşı olmuşdur. Lakin yaşadıqları bir otaqlı evə Nəzakətin kişi qonaqları demək olar ki, hər gün gəlir, onunla birlikdə spirtli içkilər qəbul edir, istirahət etməyə imkan vermirdilər. Hətta Nəzakət ondan evinə gələn qonaqlarla intim əlaqədə olmasını tələb edirdi. Lakin o, Nəzakətin qonaqları gəldikdə evdən çıxıb onlar çıxıb gedənədək küçədə gəzişirdi. Sonuncu dəfə, 25 aprel 2021-ci il tarixdə axşam Nəzakətin yanına yenə iki kişi qonağı gəlmişdir. Nəzakət yenə onlarla oturub spirtli içki qəbul etmişdir. Həmin vaxt Pərviz də onlara qonaq gəlmişdir. Nəzakətin hərəkətləri onu təngə gətirdiyi üçün əsəbləşərək onunla mübahisə etmiş, bir daha evə qonaq gətirməməsini, spirtli içkilər qəbul etməməsini tələb etmişdir. Belə ki, Nəzakət araq içən kimi davranışı dəyişir, aqressiv olur, onunla dava salırdı. Nəzakət onun bu sözlərindən sonra qalxaraq üstünə gəlmiş, saçını yolaraq onu döymək istəmişdir. Lakin Pərviz araya girərək ona imkan verməmişdir. Nəzakətin gətirdiyi qonaqlar isə vəziyyətin gərgin olduğunu görərək çıxıb getmişlər. Nəzakət isə ona hücum etməyə davam edir, ondan evi tərk etməyi tələb edirdi. Nəzakətin ondan əl çəkmədiyini gördüyü üçün evdə olan mətbəx bıçağını götürüb Nəzakət ondan əl çəksin deyə əlində tutmuş, bu vaxt Nəzakət ona hücum edərək, saçından tutmaq istədikdə o, bıçağı Nəzakətə tərəf uzadaraq ondan aralanması üçün qorxutmaq istədikdə bıçaq Nəzakətin qarın nahiyəsinə batmışdır. Bundan sonra isə Nəzakət mətbəxdəki soyuducudan tutub dayanmış, o isə evdən çölə çıxmışdır. Təxminən 2-3 dəqiqə keçmiş Pərvizdə evdən bayıra çıxmış və oradan çıxıb getmişdir. Bundan sonra onun paltarları Nəzakətin evində qaldığından, qapıya yaxınlaşaraq, ondan paltarlarını verməsini istəmişdir. Lakin, Nəzakət qapını açmadığı üçün Nəzakətin kirayə qaldığı evin sahibəsi Narxat xanıma müraciət edərək onun əşyalarını Nəzakətdən almasını xahiş etmişdir. Narxat xanım onların kirayə qaldığı evin qapısına yaxınlaşaraq Nəzakəti çağıraraq qapını açdırmış və paltarlarını götürüb ona vermişdir. Bundan sonra o, oradan uzaqlaşıb yaşadığı kəndə çıxıb getmiş, Nəzakəti vurduğu bıçağı isə Nəzakətin kirayədə yaşadığı evin yaxınlığında olan zibilliyə atmışdır. 29 aprel 2021-ci il tarixdə polis əməkdaşları yaşadığı Sabirabad şəhərindəki evlərinə gələrək onu saxlayaraq Bakı şəhərinə polis şöbəsinə gətirmişlər. O, ümumiyyətlə Nəzakəti bıçaqla vurmaq istəməmiş, yalnız Nəzakət onu döyməyə cəhd etdiyi və evdən qovduğu üçün o, həmin bıçağı əlinə götürüb, onu qorxutmaq istəmiş, Nəzakət isə ona hücum etdiyindən bıçaq onun qarın nahiyəsinə girmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanıyır, onu bu ilin mart ayında tanışı Pərvizin xahişi ilə kirayə yaşadığı Bakı şəhəri, Xətai rayonu, Balaxan Süleymanov küçəsi, ev 8-ə yaşamağa buraxmışdır. Ramiləyə bir qadın kimi yazığı gəlmiş, hətta Ramilənin pulu olmadığından kirayə haqqını da özü ödəyirdi. Ramilənin verdiyi ifadəsi ilə razı deyildir. Belə ki, evə kişi qonaqları Ramilənin dəvəti ilə gəlmiş, hətta yaşadıqları bir otaqlı evdə onlar Ramilə ilə intim əlaqədə olmaq istəmişlər. Həmçinin həmin vaxt Ramilənin yanına Pərviz də gəlmişdir. Əsəbləşərək Ramilənin dəvət etdiyi qonaqları evdən çıxartmış, onun özünü də evi tərk etməsini tələb etmişdir. Bunun üstündə Ramilə ilə mübahisələri başlamış, bu vaxt Pərviz Ramiləni ondan ayırmaq istədikdə Ramilə qəfildən onu bıçaqla qarın nahiyəsinə bir dəfə vurmuş və evdən çölə çıxmışdır. Həmin vaxt Pərviz də çölə çıxmışdır. Bundan sonra o, qapını arxadan bağlamış, yarasına baxmış, yaradan qan gəlmədiyi üçün ciddi bir şey olmadığını düşünərək X20 zəng etməmişdir . Ramilə isə sənədlərini və paltarlarını götürmək üçün qapını bərkdən döyərək açmasını tələb etmişdir. Həmin vaxt səsə ev sahibəsi Narxat xala gələrək Ramilənin əşyalarını verməsini ona demiş, o da qapını açıb Ramilənin əşyalarını özünə vermişdir. Lakin ev sahibəsi Narxat xalaya xəsarət aldığını deməmişdir. Bundan sonra qarın nahiyyəsində ağrılar kəskinləşdiyi üçün tanışı olan taksi sürücüsü Zeynal dayıya zəng vuraraq köməyə çağırmışdır. Bir azdan Zeynal dayı gələrək onun vəziyyətini gördükdə Zeynal dayı X20 zəng vurub həkim çağırmış və həkimlər gəlib onu Bakı 3 saylı xəstəxanasına çatdırıb orada onu əməliyyat etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır, lakin zərərçəkmiş şəxs Nəzakət Məmmədovanı tanıyır. Belə ki, Nəzakəti bir neçə dəfə sonuncunun yaşadığı Ucar rayonuna özünə məxsus «Mercedes Benz E klas» markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə aparıb-gətirmişdir. 26 aprel 2021-ci il tarixdə səhər saat 05 radələrində Nəzakət onun mobil telefonuna zəng vuraraq, təcili olaraq onun evinə gəlməyini xahiş etmişdir. Bundan sonra, o, idarə etdiyi avtomobil ilə Nəzakətin yaşadığı evə gəlmiş və Nəzakət qapını özü açdıqda, onun qarın nahiyəsini tutduğunu, yaralı olduğunu görmüşdür. O, nə baş verdiyini soruşduqda, Nəzakət yanına kirayəşin kimi götürdüyü qızla mübahisə etdiyini, mübahisə zamanı həmin qızın bıçaqla onu vurub xəsarət yetirdiyini bildirmişdir. O, dərhal X20 zəng vuraraq həkim çağırmış və TTY həkimləri Nəzakətin yaşadığı ünvana gələrək, birlikdə onu oradan 3 saylı ŞKX-nə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, yalnız Nəzakət Məmmədovanı tanıyır. Ona yaşadığı həyət evində bir otaqlı evi kirayə vermişdir. Lakin Nəzakətin yanına başqa qadın götürməsini bilmirdi. 26 aprel 2021-ci il tarixdə gecə saat 03 radələrində o, Nəzakətin qaldığı otağın qarşısında səs olduğunu eşitmiş, səsə çıxıb hal-hazırda məhkəmədə gördüyü Təqsirləndirilən şəxs Nəzakətin qapısını döyərək, qapını açmasını tələb etdiyini, lakin Nəzakətin qapını açmadığını görmüşdür. O, nə baş verdiyini soruşduqda, Ramilə Nəzakətin evində özünün əşyaları olduğunu və Nəzakətin əşyalarını geri vermədiyini demişdir. O da qapını döyərək Nəzakətdən bu qızın əşyalarını qaytarmasını xahiş etmişdir. Nəzakət də onun xahişi ilə həmin qızın bir ədəd sellofanda olan əşyalarını ona qaytarmış və o da, oradan çıxıb getmişdir. Bundan sonra o, evinə getmiş və səhər saat təxminən 08 radələrində evinə polis əməkdaşları gələrək bu gecə Nəzakətin bıçaqlandığını ona bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Avtandel oğlu ifadəsində göstərmişdir ki, həm təqsirləndirilən şəxsi, həm də zərərçəkmiş şəxsi tanıyır. Onların heç biri ilə ədavəti və ya düşmənçiliyi olmamışdır. Belə ki, o, Nəzakəti təxminən bir ildən çoxdur ki, tanıyır, Təqsirləndirilən şəxs isə hadisədən bir müddət əvvəl tanımışdır. Belə ki, Nərimanov rayonunda Şəki kruqu deyilən yerdə yükdaşımada fəhlə işləyirdi. Elə orada Ramiləni görmüşdür. Ramilə elə bir vəziyyətdə idi ki, qaraçılara oxşayırdı. Ona yazığı gəlmiş, yaxınlaşıb onunla söhbət etmiş, bilmişdir ki, Ramilə yaşadığı Sabirabad rayonuna ailə problemləri ucbatından Bakı şəhərinə işləməyə gəlmişdir. Ramilə ondan kömək istədiyi üçün tanışı Nəzakətə zəng edib Ramiləni yaşadığı evə qəbul etməyi xahş etmişdir. Nəzakət də buna etiraz etməmişdir. Bu ilin mart ayından Ramilə Nəzakətin kirayə qaldığı Bakı şəhəri, Xətai rayonu, Balaxan Süleymanov küçəsi, ev 8-ə yaşamışdır. O, ara-bir Ramiləni görmək üçün Nəzakətin kirayədə yaşadığı evinə gedib-gəlmişdir. 26 aprel 2021-ci il tarixdə saat təxminən 00:15 radələrində o, Nəzakətin yaşadığı evinə getmiş, həmin vaxt evdə Nəzakətin iki kişi qonağı olmuş, Nəzakətin özü isə sərxoş idi. Nəzakətdən bu şəxslərin kim olmasını soruşduqda sonuncu bildirmişdir ki, bu kişiləri evinə özü qonaq çağırmışdır. Ramilə isə kənar şəxslərin yaşadıqları bir otaqlı evdə olmasından narahatçılığını bildirir, bu səbəbdən Nəzakət əsəbləşərək Ramilədən evi tərk etməsini tələb etmişdir. Ramilə ilə Nəzakətin arasında mübahisə başlanmış və onlar bir-birinin unvanına söyüş söymüşdür. Qeyd etmək istəyir ki, Nəzakətin çağırdığı qonaqlar mübahisəni görüb evdən çıxıb getmişlər. Nəzakət Ramilənin üzərinə hücum çəkib saçını yolmaq istədikdə qarşısına keçmiş, Ramiləyə də geyinib evi tərk etməsini demişdir. Ramilə həmin vaxt gödəkçəsini geyinib evdən çıxmaq istəyərkən, Nəzakət ona hücum edib, onu döymək istədikdə Ramilə cibindən bıçaq çıxararaq, Nəzakətə tərəf tutub üzərinə gəlməməsini, yoxsa ona xəsarət yetirəcəyini bildirmişdir. Həmin an o, Nəzakəti və Ramiləni sakitləşdirməyə çalışmışdır. Ramilə çıxıb gedəcəyini bildirərək, ayaqqabılarını geyinib, qapıdan çıxmaq istəyərkən Nəzakət yenidən Ramiləyə tərəf hücum etdikdə, Ramilə də əlində saxladığı bıçaqla Nəzakətin qarın nahiyəsinə bir dəfə vurmuş və həmin vaxt o, araya girib onları ayırmış və Nəzakətin qarın nahiyəsindən xəsarət aldığını görmüşdür. Bundan sonra, Ramilə evdən küçəyə çıxmışdır. O, Nəzakətin xəsarət aldığı nahiyəyə əski parçası, buz qoyaraq ona ilkin yardım göstərməyə çalışmışdır. Həmin vaxt isə Nəzakət yaxşı olduğunu, xəsarətinin ciddi olmadığını bildirərək, narahat olmamasını bildirmişdir. O, əgər istəsə yanında qala biləcəyini və ona köməklik edə biləcəyini bildirsə də, Nəzakət ehtiyac olmadığını bildirdiyindən, o, oradan öz yaşadığı evə getmişdir. Sonradan orada nə baş verməsindən xəbəri olmamışdır. Sonradan o bilmişdir ki, həmin gecə Nəzakəti xəstəxanaya aparıb əməliyyat etmişlər. Qeyd etmək istəyir ki, Ramilə ilə Nəzakətin münasibətləri əvvələvvəl yaxşı olmuşdur. Hətta o, Ramilədən inciyib Nəzakətdən onu evdən çıxarmasını istədikdə Nəzakət ona razı olmamışdır. Bir daha təsdiq edir ki, evə kənar kişiləri Nəzakət dəvət edirdi, onlarla sərxoşluq və əxlaqsızlıq edirdi. Bu səbəbdən də Ramilə Nəzakətə etiraz etdiyi üçün Nəzakət onu evdən qovmaq istəmiş və yaranmış mübahisə zamanı Ramilə Nəzakətə xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin rəisinə Zərərçəkmiş şəxs ünvanladığı 26.05.2021-ci il tarixli ərizəsindən müəyyən olunur ki, 26.04.2021-ci il tarixdə, saat təxminən 03 radələrində kirayədə yaşadığı ünvan 3 ünvanında 4-5 gün yanında yaşayan Rahilə adlı qız aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahiə zamanı bıçaqla onu vuraraq bədən xəsarəti yetirmişdir. Məhkəmədə elan edilib araşdırılmış 26.04.2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan müəyyən olunur ki, hadisə 26 aprel 2021-ci il tarixdə, saat 03 radələrində ünvan 4 ünvanda yerləşən bir otaqlı həyət evində baş vermişdir. Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən və ya şübhə doğuran başqa hallar müəyyən edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» 29.04.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış 01 may 2021-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət Xətai rayon prokuroru baş ədliyyə müşaviri Sərdan İmanov tərəfindən imtina edilmiş və Təqsirləndirilən şəxs saxlandığı Xətai RPİ-nin MSY-dən azad edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış 01 may 2021-ci il tarixli qərardan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Beləliklə Təqsirləndirilən şəxs 29.04.2021-ci il tarixdən 01.05.2021-ci il tarixədək – 03 gün şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 09 may 2021-ci il tarixli, 359 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – böyük piyliyin yaralanması ilə müşayiət olunan qarının ön divarının qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edildi. Xəsarət deşici-kəsici alətin təsirindən törənmişdir, bıçaqla yetirilə bilər. Müddəti qərarda göstərilmiş 26.04.2021-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-trasoloji ekspertizasının 25 may 2021-ci il tarixli, 3/851 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş köynəyin üzərində trasoloji zədə yoxdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi-bioloji ekspertizasının 04 iyun 2021ci il tarixli 9/522 № li rəyində göstərilmişdir ki, 1.Zərərçəkmiş şəxs qan qrupu, şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasnə, ABO sistemi üzrə O alfa beta (İ). 2.Ekspertizaya təqdim edilmiş kofta üzərində olan ləkədə O alfa beta (İ) qruplu insan qanı aşkar olundu. Bu qan ləkələri O alfa beta (İ) qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Məhkəmədə elan edilib araşdırılmış “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsin 4914 saylı, 02.06.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına əsasən həmin xəstəxanada müalicədə olmayıb. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəzəri Xətai RPİ-nin 34-cü PŞ-nin ***-**** saylı, 02.06,2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bıçağın yerini müəyyən etmək mümkün olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış 04.06.2021-ci il tarixli qəbzdən müəyyən olunur ki, Zərərçəkmiş şəxs 3 saylı KŞX-na daxil olarkən əyinində olmuş bir ədəd qısaqol köynəyi təhvil almışdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs qıızının məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o əvvəllər məhkum olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, himayəsində 28.06.2015-ci il təvəllüdlü X6 və 17.02.2017-ci il təvəllüdlü X9- iki azyaşlı uşaqları və “Şəkərli diabet” İİ tip insulin tələbli xəstə olan anası-Cümşüdova Xədicə Əliniyaz qızı vardır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxlərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı və xəstə anasının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə məhkəmə məsuliyyətinə cəlb olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan əlavə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X4 təməl prinsiplərindəndir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur, himayəsində iki azyaşlı uşağı və xəstə anası vardır. Məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinin mühüm prinsiplərindən biri–humanizm prinsipidir (CM-nin 9-cu maddəsi). Humanizm prinsipi cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Yəni cinayət törədən şəxs barəsində nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmasını nəzərdə tutur. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməsi onun 2017-ci il təvəllüdlü azyaşlı uşağı-X9 on dörd yaşına çatanadək təxirə salınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Həmin hissədə hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ərazi aidiyyatı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4-cü maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə ekspertiza xərcləri olan 77 (yetmiş yeddi) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 4 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X15 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X15 üçün 240 AZN (iki yüz qırx manat) pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs 29.04.2021-ci il tarixdən 01.05.2021-ci il tarixədək tutulduğu – 03 gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə əsasən hesaba alınmaqla və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla onun üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməsi onun 17 fevral 2017-ci il təvəllüdlü azyaşlı uşağı-X17 qızı on dörd yaşına çatanadək təxirə salınsın. Həmin hissədə hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ərazi aidiyyatı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərcləri olan 77 (yetmiş yeddi) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı müdafiəçi X15 üçün 240 AZN (iki yüz qırx manat) pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1321/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1321/2021
27.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver