Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1321/2022 18.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X6 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası «AİM» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs (xx xxxxxxxx 1996-cı ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir yetkinlik yaşına çatmayan övladı olan, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuz kökəltmə sovxozu ərazisində fərdi tikili evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası ƏN-nin PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq psixotrop maddə və külli miqdarda narkotik vasitə əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1,002 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və külli miqdaqrda, yəni təmiz çəkisi 3,892 qram narkotik vasitə heroini əldə üzərində saxlayaraq daşımış, Xəzər RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən 23 aprel 2022-ci il tarixdə saat 11:48 dəqiqədə Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu adlanan ərazidə saxlanılaraq Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə aparılaraq Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində video çəkiliş vasitəsilə şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarın sağ cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,002 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 3,892 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, polis əməkdaşları onu gecə saat 01 radlərində yaşadığı Xəzər rayonu Binə qəsəbəsində saxlamışlar və polis şöbəsinə aparmışlar. İş materiallarında isə axşam saat 11 radələrində saxlanıldığını yazmışlar. Onu saxlayarkən və üzərinə baxış keçrilərkən üzərindən narkotik vasitə aşkar olunmamışdır. Həmçinin Təqsirləndirilən şəxs məhkəmədə ona verilən suallara cavab olaraq bildirmişdir ki, 1 il müddət olarmış ki, narkotik vasitə heroindən istifadə edirmiş və narkotik vasitəni Bakı şəhəri, Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən almışdır. İbtidai istintaq zamanı polislər tərəfindən ona fiziki təzyiqlər olmuş, ona fiziki təsir edən şəxsləri tanımır. Onu saxlayan 3 nəfər polis əməkdaşı «Niva» markalı avtomaşınından düşərək ona yaxınlaşıb saxlamışlar, sonra polis şöbəsinə aparıb fiziki təzyiqlər göstərmişlər. Üzərinə videoçəklişlə baxış keçrilən zaman müdafiəçinin iştirak edib-etmədiyini bilmir, çünki müdafiəçini tanımır. Polislər tərəfindən işgəncəyə məruz qalmış, polislər ona narkotik vasitə verib cibinə qoymasını, çəkliş zamanı çıxarıb təqdim etməsini və özünə məxsus olmasını deməyə məcbur etmişlər. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, təxminən 2 il olar ki, narkotik vasitə və psixotrop maddədən istifadə edir. 22 aprel 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı raonun ərazisində olarkən orada tanımadığı şəxsdən 70 manat müqabilində 1 ədəd sellofan bükümdə «kokos» adlandırılan narkotik vasitə heroin, 1 ədəd sellofan bükümdə «şüşə» adlandırılan psixotrop maddə metamfetamin alaraq əynindəki boz rəngli şalvarını sağ yan cibinə qoyub saxlamışdır ki, sonra özü istifadə etsin. 23 aprel 2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində olarkən Bakavtomat yolu kimi tanınan ərazinin yaxınlığında olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmişlər və ona özünü şübhəli apardığını bildirib özünü təqdim etməsini tələb etmişlər. O, suallara cavab vermədiyi üçün polis əməkdaşları onu Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə dəvət etmişlər. O da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə getmiş, orda təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Sonra müdafiəçi ilə təmin edilərək hüquq və vəzifələri izah olunmuş, onun üzərində videoçəkiliklə şəxsi axtarış aparılmışdır. Axtarışa başlamadan öncə ona üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet varsa təqdim etmək təklif olunarkən əynindəki boz rəngli cins şalvarın sağ cibindən iki ədəd şəffaf sellofan bükümünü təqdim edib bildirmişdir ki, həmin bükümlərdən birinin içərisində “kakos” adlanan narkotik vasitə heroin, digərinin içində isə «şüşə» adlandırılan psixotrop maddı metamfetamin vardır. Həmin narkotik vasitəni və psixotrop maddəni 22 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən özünün istifadəsi üçün 70 manata almışdır. Aşkar edilmiş həmin bükümlər isə təhqiqtaçı tərəfindən zərfə qoyulub möhürlənmiş, zərfin üzərinə baxışda iştirak edən şəxslər və özü imza etmişdir. Sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, həmin protokol ucadan oxunaraq hər hansı bir təklif və ya əlavə daxil olmadığı üçün bütün iştirakçılar tərəfindən imza edilmişdir. Onun üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə deyil özünün istifadəsi məqsədi ilə əldə etmişdir və belə maddələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini, həmin ifadələrin formal olaraq yazıldığını və həmin ifadələri oxumadan imza etməyə məcbur edildiyini bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, gecə saat 24 radələrində DİN Bakı şəhər Xəzər rayon RPİ-nin PPXB-nin polis nəfəri kimi xidmət apararkən xidmət apardığı ərazidə oğlurluq hallarının yayılması səbəbindən Mirkənan adlı şəxsi saxlayaraq ona müəyyən suallar vermişlər. Həmin şəxs verdikləri sullara dolğun cavablar vermədiyi üçün ondan şübhələnərək Xəzər rayon Polis İdarəsinin 3 saylı polis şöbəsinə aparmışlar. Şöbədə təhqiqatçı həmin şəxsi müdafiəçi ilə təmin etdikdən sonra onun üzərinə baxış keçirilmiş və üzərindən 1-2 bükümdə narkotik vasitə aşkar olunmuşdur. Mirkənanın kiməsə narkotik vasitənin satmasını müəyyən edə bilməmişlər, onun saxlanılması əməliyyat məlumatı ilə bağlı olmamışdır. Mirkənan üzərindən aşkar olunan narkotik vasitəni öz istifadəsi üçün tanımadığı şəxsdən alıb saxladığını bildirmişdir. Mirkənan saxlanılarkən onun və ya digər polis əməkdaşları tərəfindən Mirkənana heç bir fiziki təzyiq olunmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş DİN Bakı şəhər Xəzər rayon RPİ-nin PPXBnin polis nəfəri Şahid3 fadəsində Şahid1 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid X2 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, Bakı şəhər, Xəzər RPİ-nin PPXB-nın polis nəfəri vəzifəsində xidmət edir. 23 aprel 2022-ci il tarixdə təxminən saat 11:50 radələrində o, digər polis nəfərləri Fərid Mehliyev və Şahid3la birlikdə Xəzər rayonu Binə qəsəbəsində Bakavtomat yolu adlanan ərazidə xidmət aparan zaman ərazidə baş vermiş oğurluq cinayətəri ilə əlaqdar olaraq, həmin küçədə özünü şübhəli aparan şəxsi görürüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra isə ondan özünün şəxsiyyəti və burada nə məqsədlə olması və barədə suallar verdikdə həmin şəxs suallara dürüst və doğru cavab verməmişdir. Onlar həmin şəxsin üzərində qanunsuz olaraq nakotik vasitə saxlamasından şübhələndiklərini bildirərək, bu şübhələrin yoxlanılması məqsədilə onu Xəzər RPi-nin 3-cü PB-nə dəvət etmişlər. Həmin şəxs etiraz etmədən onlarla birlikdə Xəzər RPi-nin 3-cü PB-nə getmişdir. Onlar həmin şəxsi bölmənin növbətçi hissəsinə təhvil vermişlər və bu barədə bölmənin rəisinin adına raportla məruzə etmişlər. Orada məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Raportla əlaqədar olaraq araşdırma aparılması Xəzər RPİ-nin 3-cü PB-nin təhqiqatçı polis mayoru Vüsal Nəzərova həvalə olunmuş, sonra bir sıra prosessual hərəkətlər icra olunaraq polis bölməsinə vəkil dəvət edilmişdir. Həmin vəkilin və onların iştirakı ilə xidməti otaqların birində təhqiqatcı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər-hansı bir narkotik vasiət və ya psixotrop maddələrin habelə saxlanılması qanunla qadağan olunan digər əşyanın olub-olmaması soruşulmuş və belə maddələr və əşyalar varsa olunması təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən 2 ədəd şəffaf sellofana bükülmüş bükümləri çıxararaq masanın üzərinə qoymuş və həmin bükümlərdən birinin içərisində “kakos” adlanan narkotik vasitə heroin, digərinin içində isə «patı» adlandırılan psixotrop maddı metamfetamin olduğun demişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitəni və psixotrop maddəni 22 aprel 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən özünün istifadəsi üçün 70 manata almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə aşkar edilməmişdir. Aşkar edilmiş həmin bükümlər isə təhqiqatçı tərəfindən zərfə qoyulub möhürlənmişdir. Zərfin üzərinə baxışda iştirak edən şəxslər və Təqsirləndirilən şəxs də özü imza etmişdir. Sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, həmin protokol da ucadan oxunaraq bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyi və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 23 aprel 2022-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri rayon Xəzər rayon Məhkəməsinin «həbs» qətimkan tədbirinin seçilməsi haqqında 25 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 23 aprel 2022-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş, şəxsi axtarış keçirilən zaman videoçəkilişdən istifadə olunmuş və həmin videogörüntü DVD diskə köçürülürək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan diskə baxış keçirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs Minazim oğlunun üzərində şəxsi axtarş zamanı əvvəlcə ondan üzərində hər hansı bir qadağan olunmuş predmet və ya qadağan olunmuş əşya olubolmaması, varsa təqdim etməsi təklif olunur. O da əynində olan boz rəngli şalvarın sağ yan cibində olan 2 ədəd sellofan bükümləri çıxarıb masanın üzərinə qoyur və həmin bükümlər axtarış aparan tərəfindən açıldıqda onlardan bininin içərisində kristllik şəkildə olan ağ rəngli maddə, digərinin içindən isə qəhvəyi rəngjli toz şəkilli maddə aşkar edilir. Təqsirləndirilən şəxs həmin maddələrin nədən ibarət oluğu soruşularkən o üzərindən aşkar edilmiş həmin maddələrdən birinin «patı» adlandırılan psixotrop maddə metamfetamin digərinin isə «kakos» adlandırılan narkotik vasitə heroin olduğunu, onları Suraxanı rayonu ərazisində tanımadağı şəxsdən özünün istifadəsi üçün aldığını bildirir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 6/2348 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində“Azərbaycan Respublikası DİN Zərflər üçün № 244” dairəvi möhür əksi «....saxlanılan şəxs Təqsirləndirilən şəxs» və sairə yazılar imzalar ....” olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,002 qram ağ rəngli kristall şəkilli kütlə küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə təmiz çəkisi 3,892 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyul tarixli qanunu ilə təstiq edilmiş siyahılar üzrə Heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), Metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsin xx.xx.2022-ci il tarixli 3102 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Minazim oğlunda opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman götürülmüş, 1 ədəd bükümdə təmiz çəkisi 1,002 qram olub ekspertiza tədqiqatından sonra 0,902 qram qalığı qalan metamfetamin, 1 ədəd bükümdə təmiz çəkisi 3,892 qram olub, ekspertiza tədqiqatından sonra 3,792 qram qalığı qalan narkotik vasitə heroin, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərinin köçürüldüyü 1 ədəd DVD disk iş üzrə maddi sübüt kimi tanınmış, həmin diskin cinayət işinə əlavə olunması nəzərə alınaraq, narkotik vasitə heroin isə psixotrop maddə metamfetamin saxlanılması üçün Xəzər RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhər Xəzər rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hömü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 600 manat cərimə cəzasına məhkum olunmuşdur, hazırda məhkumluğu ödənilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadələrini inandırıcı hesab etmir və həmin ifadələri özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü X1 adında yetkinlik yaşına çatmayan bir övladı vardır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını cəzanı yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia, müsadirə olunması təklif edilən cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmetləri, cinayət yolu ilə əldə edilmiş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99-1.1.ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və saxlanılması üçün Bakı şəhəri Xəzər RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman götürülmüş, ekspertizadan sonra 0,902 qram qalmış psixotrop maddə metamfetamin və 3,792 narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, onun üzərində şəxsi axtarış həyata keçirilməsini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan – 23 aprel 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 110 (yüz on) manat qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «AİM» Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 23 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut olan və saxlanılması üçün Bakı şəhəri Xəzər RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman götürülmüş, ekspertizadan sonra 0,902 qram qalmış psixotrop maddə metamfetamin və 3,792 narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, onun üzərində şəxsi axtarış həyata keçirilməsini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 110 (yüz on) manat qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «AİM» Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1321/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1321/2022
18.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver