Məhkəmə qərarları › İş №1(101)-1322/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1322/2022

26.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1322/2022 26.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X7 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1961-ci il tarixdə Zəngilan rayonu, Bartaz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmuş (Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsində edilmiş 20 oktyabr 2017-ci il tarixli dəyişikliyə əsasən əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilərək cəzası 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına endirilmiş və 10 iyun 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş), məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, Əzizbəyov küçəsi, yataqxana 1, məhəllə 29, ev 13/30-da qeydiyyatda olmaqla Abşeron rayonu, Novxanı qəsəbəsi, Bağlar massivi, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs külli miqdarda əmlak əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor tətbiq etməklə əmlakını və ya əmlaka olan hüququnu hədə-qorxu ilə tələb etmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs 143.000 manat dəyərində olan Sumqayıt şəhəri, Novxanı bağlar massivi 4525D saylı ünvanda yerləşən 10 sot həyətyanı torpaq sahəsinə və torpağın daxilindəki 2 mərtəbəli əmlaka dair mülkiyyət hüququnu təsdiq edən sənədləri ələ keçirib sonradan məhkəmə yolu ilə həmin əmlak üzərində öz mülkiyyət hüququnu tanıtmaqla özgənin külli miqdarda olan əmlakını əldə etmək məqsədi ilə 16 aprel 2022-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 77, mənzil 48-də alğı-satqı etmək adı ilə görüşən zaman sonuncuya qeyd edilən torpaq sahəsini və yaşayış evini 143.000 manata ona satılması ilə bağlı xx.xx.2021-ci il tarixli qəbz yazdırdıqdan sonra həmin qəbzi, əmlaka dair hüququ təsdiq edən sənədlərini əldə etmək üçün əvvəlcədən özü ilə gətirdiyi kustar üsulla hazırlanmış elektrik naqilindən istifadə edib Zərərçəkmiş şəxs elektrik verməklə hədələmiş, lakin elektrik naqilinin başlığı elektrik yuvasından çıxdığından və Zərərçəkmiş şəxs həmin vaxt ona müqavimət göstərərkən yerə yıxıldığından yumruqla sonuncunun baş və bədən nahiyələrinə vurub ona sol təpə nahiyəsinin səthi əzilmiş yaraları və qansızmaları ilə müşayiət edilən sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirib zor tətbiq etməklə Zərərçəkmiş şəxs alğı-satqı ilə bağlı yazılmış qəbzi, torpağın və bağ evinin mülkiyyət hüququnu təsdiq edən sənədləri hədəqorxu ilə tələb etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2021-ci ilin noyabr ayından tanımışdır. Həmin tarixdə Sumqayıt şəhəri, Novxanı, Bağlar massivi adlanan yerdən özü üçün bağ almaq istəmişdir. Bağ axtardığı müddətdə Sumqayıt şəhəri, Novxanı Bağ massivini gəzərkən təsadüfən bir bağın hasarının üzərində mobil nömrə yazıldığını, bağın satılması barədə elanın olduğunu görmüşdür. Lakin həmin nömrə aydın olmadığından həmin bağla qonşuluqda yaşayan şəxsdən bağın sahibinin dəqiq nömrəsini öyrənmişdir. Daha sonra ona verilən ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayaraq adının Babək olduğunu bildiyi bağın sahibi ilə həmin bağı almağı barədə bir qədər söhbət etdikdən sonra bir neçə dəfə həmin bağda görüşərək bağın satılması barədə söhbətlər aparmışlar. Sonradan Babəklə həmin bağı 143.000 manata almağına dair razılaşmışlar. Babək ondan 143.000 manatın 20.000 manatını ABŞ dolları ilə verməyini tələb etmişdir. Həmin vaxt Babəkə həmin məbləğdə pulunun olmadığını, razılaşıb daha sonra ödəyə biləcəyini demişdir. Lakin Babək onun təklifi ilə razılaşmamışdır. Bundan sonra Babək artıq bağı alıb-almamağı barədə tam dəqiq sorğu etdikdə o həmin bağı alacağını bildirərək pulu gətirib verəcəyinə dair söz vermişdir. Babəkə vəd etdiyi pulu və 20.000 manat pulun ABŞ dolları ilə verilməsi məsələsini həll etmək üçün sonuncunun yaşadığı evə getmək qərarına gəlmişdir. 16 aprel 2022-ci il tarixdə saat təxminən 11 radələrində ağ rəng parça materialdan olan əl kisəsini götürərək içərisinə kardon qutu və həmin qutunun içərisinə 2 ədəd daş parçası qoymuşdur ki, Babək həmin qutunun içərisində pul olduğunu zənn etsin. Həmin gün saat təxminən 12 radələrində ünvan 1 ünvanın qarşısına gələrək orada Babəkə zəng vurmuşdur ki, onu qarşılasın. Babək də həmin vaxt onu qeyd olunan ünvanda qarşılayaraq yaşadığı mənzilinə aparmışdır. Həmin vaxt mənzildə Babəkin həyat yoldaşı da olmuşdur. Mənzilə girən zaman Babəkə yalandan əlində olan qutunun içərisində 143.000 manat pulun olduğunu bildirmiş və qonaq otağında ikisi stol arxasında oturan zaman stulun yanında yerə qoymuşdur. Babəklə oturub bir qədər söhbət etdikdən sonra aralarında yenə 20.000 manat pulun ABŞ dolları ilə verilməsi ilə bağlı mübahisə yaranmışdır. Babəkə həmin məbləğdə pulunun olmadığını desə də, Babək təkidlə həmin pulun ABŞ dolları ilə verilməsini ondan tələb etmişdir. Babəkin həmin hərəkətləri və razılaşma əldə olunmaması onu əsəbiləşdirmişdir. Həmin vaxt Babəkin yaşadığı evdə elektrik naqili görmüş, sonuncudan həmin naqilin nə üçün onda olduğunu, həmin naqili aparıb "xxxx" ASC-yə təqdim edəcəyini bildirmiş və naqili götürmək istədikdə Babəklə aralarında mübahisə yaranmışdır. Həmin vaxt əsəbi olduğundan yumruqla Babəkin bədəninin müxtəlif nahiyələrinə vurmağa başlamışdır. Səsə Babəkin həyat yoldaşı Zahidə xanım gəlmiş və kömək üçün qonşuları səsləməyə başlamışdır. Bundan sonra DİN-nin “102” xidmətinə barəsində məlumat verilmişdir. Babəklə 10 sot həyətyanı sahə və daxilində olan 2 mərtəbəli evi 143.000 manata almağına razılaşmışlar. Həmin ərəfədə bağ alacaq qədər pulu olmuşdur, lakin məbləğini bildirmək istəmir. Babəkdən heç nəyi hədəqorxu ilə tələb etməmişdir. Babəkə aralarında mübahisə yarandığı üçün yumruqla bir neçə dəfə vurmuşdur. Elektrik naqili ona məxsus olmamış, ilk dəfə Babəkin evinə görmüşdür. Elektrik naqilini "xxxx" ASC-yə aparmağa çalışdığı üçün Babəklə əlbəyaxa olmuşlar. Babəklə mübahisəsi 20.000 manat pulun ABŞ dolları ilə verilməsi ilə bağlı olmuşdur. Hadisə günü Babəkin evinə getmə səbəbi 20.000 manat pulun ABŞ dolları ilə verilməsi məsələsini həll etmək olmuşdur. Babəklə bağın alınmasını müzakirə etmək üçün bir neçə dəfə həmin bağda görüşmüşlər. ***-***-**-** saylı mobil nömrə ona məxsus olmuş, Babəklə həmin nömrə ilə əlaqə saxlamışdır. Babəki sadəcə yumruqla vurmuş, başqa heç bir əşya və ya predmetdən istifadə etməmişdir. İbtidai istintaq zamanı ona psixoloji təzyiq göstərildiyindən həmin ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs 2021-ci ilin dekabr ayından tanımışdır. Belə ki, o, Sumqayıt şəhəri, Novxanı bağ massivi adlanan yerdən özü üçün bağ almaq istəmişdir. Lakin həmin vaxtı pulu olmamışdır. Onun “Qarabağ” səyyar inşaat şirkətindən 26.000 manat pul alacağı olduğundan qərara gəlmişdir ki, Novxanı bağ massivindən özünə bir bağ tapsın və pulunu şirkətdən aldıqdan sonra həmin məbləğdə pulu bağ sahibinə ödəsin. Həmin ərəfədə o, Sumqayıt şəhəri Novxanı bağ massivini gəzərək bir bağın hasarının üzərində ***-***-**-** mobil nömrəsini yazılaraq bağın satılması barədə elanın olduğunu görmüşdür. O da həmin nömrə ilə əlaqə saxlayaraq adının Babək olduğunu bildiyi bağın sahibi ilə həmin bağı almağı barədə bir qədər söhbət etdikdən sonra onlar bir neçə dəfə həmin bağda görüşərək bağın satılması barədə söhbətlər aparmışlar. Sonradan o, Babəklə həmin bağı 143.000 manata almağına dair razılaşmışdır. Lakin o, şirkətdən alacağı olan pulları ala bilmədiyindən Babəkə də bu səbəbdən qeyd olunan pulu verə bilməmişdir ki, həmin bağı alsın. Bu səbəbdən o hər dəfə Babəklə görüşərək Babəkə müxtəlif vədlər verərək vaxtı uzatmışdır. Lakin Babək artıq bağı alıb-almamağı barədə tam dəqiq sorğu etdikdə o həmin bağı alacağını bildirərək pulu gətirib verəcəyinə dair söz vermişdir. Lakin onda heç bir pul olmamışdır. Bu səbəbdən o qərara gəlmişdir ki, Babəkin yaşadığı evə gedərək öz aralarında guya həmin bağı 143000 manat ödəyərək almağına dair Babək tərəfindən yazılmış qəbzi, habelə evin, torpağın sənədlərini hədə qorxu gələrək götürüb sonradan məhkəmə yolu ilə həmin evə və torpağa öz mülkiyyət hüququnu tanıtmaqla Zərərçəkmiş şəxs Sumqayıt şəhəri, Novxanı bağ massivi adlanan yerdə yerləşən 10 sot torpaq sahəsini və həmin torpaqda tikilmiş evi ələ keçirsin. Buna görə də xx.xx.2022-ci il tarixdə saat təxminən 11 radələrində o, ağ rəng parça materialdan olan əl kisəsini götürərək içərisinə kardon qutu və həmin qutunun içərisinə 2 ədəd daş parçası qoymuşdur ki, guya həmin qutunun içərisində Babək pul olduğunu zənn etsin. Həmçinin həmin qutunun içərisinə özü kustar üsul ilə düzəltmiş olduğu elektrik naqilini də qoymuşdur ki, onların aralarında hər hansısa mübahisə baş verərsə o, Babəki həmin elektrik naqili ilə tokla vuracağı ilə hədələsin və torpağın, evin sənədlərini ələ keçirib oradan getsin. xx.xx.2022-ci il tarixdə saat təxminən 12 radələrində o, ünvan 1 ünvanın qarşısına gələrək orada Babəkə zəng vurmuşdur ki, onu qarşılasın. Babək də həmin vaxt onu qeyd olunan ünvanda qarşılayaraq onu öz yaşadığı mənzilinə aparmışdır. Həmin vaxt mənzildə Babəkin həyat yoldaşı da olmuşdur. O, mənzilə girən zaman Babəkə yalandan əlində olan qutunun içərisində 143.000 manat pulun olduğunu bildirmiş və qonaq otağında ikisi stol arxasında oturan zaman stulun yanında yerə qoymuşdur. Danışıq zamanı o, Babəkə evin sənədləşməsini alğı-satqı yolu ilə deyil, məhkəmə yolu ilə 100 manata həll edəcəyini, alğısatqı yolu ilə edəcəkləri təqdirdə pulun çox çıxacağını bildirib öz aralarında torpaq sahəsi və yaşayış evinin 143.000 manata ona satılması ilə bağlı qəbz yazmağını söyləmişdir. ünvan 4 ünvanda yerləşən 10 sot həyətyanı sahə və daxilində olan 2 mərtəbəli evi 143.000 manata ona, yəni Təqsirləndirilən şəxs satmağı barədə qəbz yazmış və onun təklifi ilə həmin qəbzdə tarixi 15 dekabr 2021-ci il qeyd edib hər ikisi imzalamışlar. Həmin vaxt torpağın çıxarışını və evin digər sənədlərini Babək stolun üstünə qoymuşdur. O, qəbzi və evin sənədlərini götürüb evdən rahat gedə bilməyəcəyini və Babəkin də buna imkan verməyəcəyini görüb Babəkdən çay gətirməsini istəmişdir. Babək çay tökmək üçün mətbəxə getmiş və o həmin zaman torbanın içərisində olan elektrik naqilini çıxarıb cibinə qoymuşdur. Babək otağa qayıtdıqdan sonra o, ayaqyoluna getmək adı ilə otağı tərk etmiş və evi müşahidə etdikdən sonra geri qayıtmışdır. Bundan bir neçə dəqiqə sonra yenidən o, ayaqyoluna getmək istədiyini bildirib qonaq otağını tərk etmişdir. Ayaqyolundan çıxdıqdan sonra mətbəxə tərəf gedib elektrik naqilini elektrik yuvasına taxıb Babəki səsləyərək yanına çağırmışdır. Babək də mətbəxə tərəf getdikdə mətbəxin qarşısındakı dəhlizdə əlində elektrik naqilinin olduğunu görüb ondan nə etdiyini soruşduqda o, Babəkdən bağın sənədlərini ona verməyini tələb edib elektrik naqili ilə üzərinə hücum çəkmişdir. Elektrik naqili ilə Babəkə tok vurmaq istəsə də, naqilin başlığı eklektrik yuvasından çıxdığı üçün vura bilməmiş və həmin vaxtı Babək də onun əlindən tutub buna imkan verməmişdir. Babək onun əlindən tutub geriyə doğru çəkilən zaman yerə yıxılmış və həmin zaman o, Babəkin başından və bədənindən yumruqla vurmuş və sənədləri ona verməyini istəmişdir. Zərbənin təsirindən Babəkin başı qanamışdır. Həmin vaxtı Babəkin yoldaşı otaqdan çıxıb mənzil qapısına gedərək qonşuları çağırmağa başlamışdır. O artıq sənədləri götürə bilməyəcəyini görüb dərhal evi tərk etmiş və səhv etmirsə, bir mərtəbə aşağıda həmin binada yaşayan adamlar onu saxlayaraq polis çağırmışlar. O etdiyi əməldən peşmandır. O, Babəki başından və bədənindən yalnız yumruqla vurmuş, həmin vaxt əlində heç nə olmamışdır. X4 şirkətindən 26.000 manat alacağı olduğu halda 143.000 manatı necə ödəyəcəyi ilə bağlı bildirmişdir ki, 26.000 manatı verər və yerdə qalan pulu da hissə-hissə pul tapdıqca ödəyər. Lakin o, 26.000 manatı ala bilmədiyindən sonradan qərara gəlmişdir ki, Babəkin həmin bağ evini pulsuz ələ keçirsin. Belə ki, ifadəsində qeyd etdiyi kimi qərara gəlmişdir ki, Babəkin yaşadığı evə gedərək öz aralarında guya həmin bağı o, 143.000 manat ödəyərək almağına dair Babək tərəfindən yazılmış qəbzi, habelə evin, torpağın sənədlərini hədə-qorxu gələrək götürüb sonradan məhkəmə yolu ilə həmin evə, torpağa öz mülkiyyət hüququnu tanıtmaqla Zərərçəkmiş şəxs Sumqayıt şəhəri, Novxanı bağ massivi adlanan yerdə yerləşən 10 sot torpaq sahəsini və həmin torpaqda tikilmiş evi ələ keçirsin. Babəki isə tokla qorxutmaq istəmişdir. Onun Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamış, sadəcə Babəki qorxudub hədə gəlməklə evin sənədlərini ələ keçirmək və evdən sakitcə çıxmaq, sonra isə həmin əmlakı öz mülkiyyətinə keçirmək olmuşdur. Hadisə barədə məlumatı olan şəxs yoxdur, həmin hadisəni tək törətmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və 16-cı PB-də olduğu zaman ona qarşı hər hansı bir zor, təzyiq olmamışdır. Hadisə zamanı heç bir xəsarət almamışdır. Hadisə yerindən götürülmüş içərisində 1 ədəd kustar üsulla hazırlanmış elektrik naqili, 2 ədəd daş parçası olan kağız qutu və ağ rəngli parça torba ona məxsusdur, o, elektrik naqili ilə Babəki qorxudub sənədləri almaq istəmiş, torbanın içərisində olan kağız qutunun içinə isə 2 ədəd daş qoymuşdur ki, Babək içində pul olmasını zənn edib ona alğı-satqı ilə bağlı qəbzi yazsın. O, Babəkə alğı-satqı ilə bağlı qəbzi yazdırıb Babəki elektrik naqili ilə hədələyərək həmin qəbzlə birlikdə bağın sənədlərini alıb, sonra isə məhkəmə yolu ilə bağa mülkiyyət hüququnu tanıtmaq istəmişdir. Lakin hadisə zamanı Babəki elektriklə hədələsə də, sənədləri verməmiş, ona müqavimət göstərdiyi üçün Babəki elektrik naqili ilə vurmaq istəsə də, naqilin başlığı elektrik yuvasından çıxmış, bu zaman Babək onun əlindən tutduğu üçün və geriyə gedən zaman yerə yıxıldığı üçün o, Babəkin başından və bədənindən vurub bağın sənədlərini, alğı-satqı ilə bağlı yazılmış qəbzi tələb etmişdir. Babəkin yoldaşı bunu görüb evdən çölə çıxaraq qonşuları çağırdığından sənədləri ala bilməyəcəyini görüb oranı dərhal tərk etmişdir. Əgər hadisə zamanı Babəkə elektrik naqili ilə hədə gəldikdən sonra və ya elektrik naqilini Babəkə vurub qorxutmaqla sənədləri alıb getsəydi sonradan Babək ondan şikayət edəcəyi təqdirdə Babəkin yalan danışdığını, ona 143.000 manata bağ evini satdığını, lakin alğı-satqını başa çatdırmadığını, bağı təhvil vermədiyini bildirib sübut kimi yazdığı qəbzi və bağın sənədlərini təqdim edəcəkmiş. 16-cı PB-də vermiş olduğu izahatda Babəkin yaşadığı evə gedərək öz aralarında guya həmin bağı 143.000 manata almalarına dair müqaviləni bağlamasına səbəb vaxtı bu cür uzadaraq digər şəxsə satılmasına qoymamağı olduğunu, bu müqaviləni bağladıqdan sonra pulu Babəkə vermədiyinə görə düşəcək mübahisənin qarşısını almaq məqsədi ilə Babəkə hədə-qorxu gəlməklə hadisənin qarşısını alacağını və mübahisə baş verəcəyi təqdirdə özü ilə gətirdiyi elektrik naqili ilə Babəki tokla vurmaqla hədələmək istədiyini bildirməsi ilə bağlı göstərmişdir ki, o, 16-cı PB-də izahat verən zaman hadisəni qısaca bildirmiş, ona görə ola bilər ki, o cür izahat vermiş, lakin ifadəsində hadisəni olduğu kimi ətraflı və düzgün qeyd etmişdir (cild 1, iş vərəqə 74-77 və 162-165). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadələri ilə yanaşı məhkəmə istintaqında zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, digər istintaq hərəkətinin protokolları, ekspertiza rəyləri və cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam sübuta yetirildi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Novxanı bağlar massivi 4525D saylı ünvanda yerləşən 10 sot həyətyanı sahə və daxilində olan 2 mərtəbəli ev ona məxsusdur. Hadisədən təxminən 3 ay əvvəl həmin bağ evini satmaq məqsədilə özünə məxsus mobil nömrəni həmin bağ evinin hasarına yazmışdır. Hadisədən təxminən 2 ay öncə isə istifadəsində olan mobil nömrəyə ***-***-**-** mobil nömrədən zəng gəlmiş və əvvəllər tanımadığı şəxs özünü ona Ağa kimi təqdim edib bağ evinin alğı-satqısı ilə maraqlandığını bildirmişdir. O, bir neçə dəfə Ağa adlı şəxslə görüşüb bağın alğı-satqısı ilə əlaqədar danışdıqdan sonra Ağaya 143.000 manata satmağa razılaşmışdır. Lakin Ağa hər dəfə pulu gətirəcəyini və evi alacağını vəd versə də, vaxtı uzatmışdır. Buna görə də Ağaya 15 aprel 2021-ci il tarixdə zəng edib bu işin uzandığını, almırsa evi başqa şəxsə satmaq istədiyini söyləmişdir. Ağa da evi heç kimə satmamağını, sabah görüşüb pulu ona verəcəyini bildirmişdir. 16 aprel 2022-ci il tarixdə saat 12 radələrində Ağa 070- ***-**-** nömrəsindən istifadəsində olan ***-***-**-** mobil nömrəyə yığıb pulun hazır olduğunu və yaşadığı evin qarşısında onu gözlədiyini bildirmişdir. O da Ağanı qarşılayıb yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi ev 77, 48 saylı mənzilə aparmışdır. Həmin vaxt Ağanın əlində ağ rəngli içərisində qapağı bağlı kardon qutu olan torba olmuşdur. Ağa 143.000 manat pulun həmin torbadakı qutunun içərisində olduğunu demişdir. Ağa ilə birgə evə girdikdən sonra evin qonaq otağında birlikdə çay içmişlər. Evdə həmin zaman həyat yoldaşı Şahid1 da olmuşdur. Danışıq zamanı Ağa evin sənədləşməsini alğı-satqı yolu ilə deyil, məhkəmə yolu ilə 100 manata həll edəcəyini, alğısatqı yolu ilə edəcəkləri təqdirdə pulun çox çıxacağını bildirib ondan öz aralarında torpaq sahəsi və yaşayış evinin 143.000 manata ona satılması ilə bağlı qəbz yazmağını demişdir. Hətta o, qəbzi yazdıqdan sonra Ağa 143.000 manatı verib özü sənədləşmə işi ilə məşğul olacağını bildirmişdir. O da Ağaya inanıb Sumqayıt şəhəri, Novxanı bağlar massivi 4525D saylı ünvanda yerləşən 10 sot həyətyanı sahə və daxilində olan 2 mərtəbəli evi 143.000 manata Təqsirləndirilən şəxs satmağı barədə qəbz yazmış, Ağanın sözünə əsasən həmin qəbzdə tarixi 15 dekabr 2021-ci il qeyd etmiş və hər ikisi qəbzi imzalamışlar. Həmin vaxt torpağın çıxarışını və evin digər sənədlərini masanın üzərində qoymuşdur. Ağa isə əlindəki torbanı əyləşdiyi stulun yanına qoymuşdur. Həmin vaxt çay tökmək üçün mətbəxə getmiş və geri qayıtmışdır. Yoldaşı Zahidə isə yataq otağında oturmuşdur. Otağa qayıtdıqdan sonra Ağa ayaqyoluna getmək adı ilə otağı tərk etmişdir. Ayaqyolundan çıxdıqdan sonra Ağanın mətbəxə tərəf getdiyini görmüşdür. Elə həmin vaxt Ağa səsləyərək onu yanına çağırmışdır. O da mətbəxə tərəf getdikdə mətbəxin qarşısındakı dəhlizdə Ağanın əlində elektrik naqilinin olduğunu və həmin naqilin başlıq hissəsinin isə elektrik yuvasına qoşulmuş vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt Ağadan nə etdiyini soruşduqda Ağa ondan bağın sənədlərini və yazdığı qəbzi verməyini tələb edib üzərinə hücum çəkmişdir. Elektrik naqili ilə onu vurmaq istədikdə Ağanın əlindən tutub geriyə doğru çəkilmiş və bu zaman necə oldusa yerə yıxılmışdır. Həmin vaxt Ağa üzərinə çıxaraq görmədiyi əşya ilə onun başına və yumruqla bədəninin müxtəlif nahiyələrinə vuraraq bağın sənədlərini və qəbzi verməyini tələb etmişdir. Başına nə ilə vurduğunu dəqiq görməsə də, zərbənin təsirindən başı qanadığı üçün hesab etmişdir ki, Ağa başına daşla və ya hansısa əşya ilə vurmuşdur. Mübahisə zamanı səslərini eşidən həyat yoldaşı Zahidə onları görüb mənzildən çölə çıxaraq qonşuları səsləmişdir. Ceyhun, Şakir və adını xatırlamadığı bir neçə qonşu gələrək Ağanı qaçan zaman blokda tutub saxlamışlar və bu barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Təqsirləndirilən şəxs ona zəng etdiyi günədək tanımamışdır. Ağa çox xərc çıxmaması və alğı-satqını məhkəmə yolu ilə həll etmək üçün ona qəbz yazmağını təklif etmişdir. Qəbz əlyazma şəklində olmuş, orada ona məxsus bağ evini 143.000 manata Ağaya satmağı qeyd olunmuşdur. Təqsirləndirilən şəxs özünü ona çox mədəni və etibarlı şəxs kimi tanıtdığı üçün ona inanmışdır. Ağa onun üzərinə elektrik naqili ilə gələrək bağın sənədlərini, yazdığı qəbzi verməyini, verməyəcəyi təqdirdə isə onu tokla vuracağı ilə hədələmişdir. Hadisə günü Ağanın onun evinə gəlmə səbəbi razılaşdıqları pulu vermək olmuşdur. Hadisə zamanı Ağaya heç bir xəsarət yetirməmişdir. Ağadan ona verəcəyi 143.000 manat pulun 20.000 manat hissəsini ABŞ dolları ilə verməsini tələb etmişdir. Hadisədən əvvəl Ağa ilə alğı-satqı məsələsinin müzakirəsi üçün 3-4 dəfə bağda görüşmüşlər. Danışıqlar zamanı Ağa pulunun “Kapital Bank”-da olduğunu, lazım gəldikdə pulu oradan çıxaracağını bildirmişdir. Ağa başından və bədəminin müxtəlif nahiyələrindən vurmuşdur. Ona elə gəlir ki, Ağa başına yumruqla deyil, daş və ya başqa bərk predmetlə vurmuşdur. Səs-küydən sonra təqsirləndirilən şəxs qaçmağa çalışan zaman qonşular onu yaxalamışdır. Təqsirləndirilən şəxslə barışmamış və ona ən ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, həyat yoldaşı ünvan 5 ünvanda yerləşən 10 sot həyətyanı sahə və daxilində olan 2 mərtəbəli evi satmaq məqsədi ilə Ağa adlı şəxslə tanış olmuş, torpağın alğı-satqısı ilə bağlı həmin şəxslə bir neçə dəfə görüşmüş və 143.000 manata satmağa razılaşmışdır. Buna görə də 16 aprel 2022-ci il tarixdə saat 12 radələrində yoldaşı Babək Ağa adlı şəxsi yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 77, 48 saylı mənzilə gətirmişdir. Yoldaşı Babək bildirmişdir ki, Ağa bağın alğı-satqısı ilə bağlı pulu gətirir. Ağa evə daxil olan zaman əlində ağ rəngli torba olmuşdur. X6 qonaq otağında oturub söhbət etməyə başlamış, o da həmin vaxt digər otağa keçib orada gözləmişdir ki, Ağa evdən gedəndə otaqdan çıxsın. Digər otaqda oturan zaman evin mətbəxinin qarşısındakı dəhlizdən səs-küy səsi eşitmiş, belə ki, həmin şəxs yoldaşından yüksək səslə bağın sənədlərini və hansısa qəbzi verməyini tələb etmiş, verməyəcəyi təqdirdə tokla vuracağını bildirmişdir. Səsi eşidib həyəcanlanmış və nə baş verdiyini görmək üçün otaqdan çölə çıxan zaman dəhlizin giriş qapısının yanında olan elektrik yuvasına elektrik naqili qoşulduğunu, bir neçə metr uzunluğunda elektrik naqilinin yerdə olduğunu, Ağanın isə mətbəxin giriş hissəsində yerə yıxılmış vəziyyətdə olan yoldaşı Babəkin başına yumruqla vurduğunu, bağın sənədlərini və hansısa qəbzi verməyini tələb etdiyini görmüşdür. Bunu görüb qışqırmış və həmin vaxt dərhal evin giriş qapısını açıb bloka çıxaraq qonşuları səsləmişdir ki, kömək etsinlər. Bunu görən Ağa da dərhal yoldaşını buraxıb bloka qaçmış və əvvəlcə liftə yaxınlaşsa da, lift gəlmədiyi üçün iti addımlarla aşağı mərtəbəyə düşməyə başlamışdır. O da həmin vaxt qışqırmışdır ki, qonşular kömək etsin. Səsinə qonşular bloka çıxmış və aşağı mərtəbədə Ağanın qarşısını kəsib saxlamışlar. Sonradan yoldaşını yerdən qaldırmış və görmüşdür ki, Babəkin baş nahiyyəsindən qan gəlir. Babək başından qan gələ-gələ qonşuların blokda saxladığı Ağanın yanına gedib, oradan polisə zəng vurub hadisə barədə məlumat vermişdir. Babək və Ağanın bağın alğı-satqısı ilə bağlı etdiyi söhbətlərdə iştirak etməmişdir. Ağanın əlində elektrik naqili olduğunu görmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Araz küçəsi ev 77, mənzil 32-də ailəsilə birlikdə yaşayır. Həmin mənzil binanın 7-ci mərtəbəsində yerləşir. Zərərçəkmiş şəxs qonşusudur və Babək də həmin binanın 9-cu mərtəbəsində yaşayır. 16 aprel 2022-ci ildə saat 12 radələrində evdə olan zaman blokda səs-küy eşitmiş və evdən çölə çıxmışdır. Görmüşdür ki, qonşulardan bir neçə şəxs binanın 9-cu mərtəbəsi ilə 8-ci mərtəbəsi arasında olan dəhlizdə təxminən 60 yaşlarında, balaca boy şəxsin qarşısını kəsib saxlamışlar. Həmin vaxt Babək də orada olmuş və sonuncunun başından qan gəldiyini görmüşdür. Orada Babəkin onlara danışdıqlarından məlum olmuşdur ki, həmin şəxs evin içində tokla Babəki vurmaq istəmiş, Babəkdən bağının sənədlərini tələb etmiş, Babək vermədikdə başından vurmuşdur. Həmin vaxt Babək DİN-nin “102” xidmətinə zəng vurub polisə məlumat vermişdir. Polislər gələnədək onlar həmin şəxsin harasa getməyinə icazə verməmişlər. O və hazırda xatırlamadığı qonşular həmin şəxsi saxlayan zaman kimsə həmin şəxsə hər hansı bir xəsarət yetirməmişlər. Qonşular sadəcə həmin şəxsin qarşısını kəsib polis gələnə qədər getməyinə icazə verməmişlər. Sonradan Babəkin deməsi ilə ona məlum olmuşdur ki, həmin şəxsin adı Ağadır. Hadisə günü səs-küy eşitdiyi üçün evdən çıxmışdır. Babək Təqsirləndirilən şəxs ondan bağ evinin sənədlərini və yazdığı qəbzi tələb etdiyini, vermədiyi təqdirdə onu toka verəcəyi ilə hədələdiyini bildirmişdir. Babək özü də Təqsirləndirilən şəxs tərəfindən ona edilmiş hərəkətə görə təəcüblənmişdir. O, dəhlizə çıxdıqda artıq Təqsirləndirilən şəxs artıq qonşular tərəfindən saxlanılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid3 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı təsdiq etmişlər (cild 1, iş vərəqə 59-62). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsi yerində yoxlanılmış və o, ifadəsini bir daha əyani şəkildə təsdiq etmişdir (cild 1, iş vərəqə 55-58). Cinayət işinin materiallarında olan “hadisə yerinə baxış keçirilməsi” və “baxış keçirilməsi haqqında” protokollardan görünür ki, hadisə yerindən 1 ədəd elektrik naqili, 1 ədəd ağ rəngli torbada içərisində 2 ədəd daş parçası olan kardon qutu maddi sübut qismində götürülmüşdür. Hadisə yerindən götürülmüş 1 ədəd üzərində “Messimov” sözü yazılmış ağ rəngli torbanın içərisində üzərində “Sonifer electric kettle” sözləri yazılmış ağ rəngli kardon qutu, həmin qutunun içərisində isə 2 ədəd daş parçası olduğu, bundan başqa hadisə yerindən götürülmüş elektrik naqilinə baxış zamanı həmin elektrik naqilinin bir ucunda elektrik yuvasına taxılması üçün qara rəngli işıq çəngəli (vilka), digər ucunda isə açıq vəziyyətdə olan 2 ədəd elektrik naqili və təxminən 5 metr uzunluğunda olduğu müəyyən edilmişdir (cild 1, iş vərəqə 11-13 və 95-97). Cinayət işinin materiallarından görünür ki, iş materiallarına əlavə edilmiş 15 dekabr 2021-ci il tarixli qəbzdə Zərərçəkmiş şəxs Sumqayıt şəhəri, Novxanı bağ massivi 4525D ünvanda ona məxsus 10 sot torpaq sahəsi və orada inşa edilmiş 2 mərtəbəli yaşayış evini 143.000 manata Təqsirləndirilən şəxs satdığı, həmin ünvanda ona aid heç bir əşya olmadığı, qeyd edilən qəbzdə Zərərçəkmiş şəxsA sözünün qarşısında imza, Təqsirləndirilən şəxsX sözünün qarşısında imzalar əks edildiyi müəyyən edilmişdir (cild 1, iş vərəqə 10). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X3 21 aprel 2022-ci il tarixli 381 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər - sol-təpə nahiyəsinin səthi əzilmiş yaraları və qansızmaları küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarın təsviri hissəsində qeyd olunan 16 aprel 2022-ci il tarixdə və şəraitdə əmələ gələ bilər, ayrıayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilməmişdir. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakterinə və lokalizasiyasına görə şəxsin özü-özünə yetirməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inandırıcı deyildir (cild 1, iş vərəqə 143-144). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X3 19 aprel 2022-ci il tarixli 979 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər, cinayəti törədən vaxt xroniki psixi xəstəlik, psixi fəaliyyətinin müvəqqəti pozulması, kəmağılılıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hazırda da hər hansı psixi xəstəlik aşkar olunmamışdır. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onu idarə etmək iqtidarında olmuşdur, buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə cəmiyyət üçün təhlükəli deyil. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1, iş vərəqə 146-147). Cinayət işinin materiallarından görünür ki, 1 ədəd elektrik naqili, 1 ədəd ağ rəngli torbada içərisində 2 ədəd daş parçası olan kardon qutu maddi sübut kimi tanınaraq Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqə 166-175). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsində edilmiş 20 oktyabr 2017-ci il tarixli dəyişikliyə əsasən əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilərək cəzası 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına endirilmiş və 10 iyun 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqə 90-93 və 102-106). Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə əsasən “az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətməyə görə məhkum olunmuş və cəzasını çəkib qurtardıqdan sonra 2 il keçmədən yenidən qəsdən ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən məhkumluğu ödənilməmiş və buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsinin sanksiyasının yuxarı həddinin yarısından az ola bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə tövsif etməklə yanaşı, onun həmin maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarında olan “tutulma” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 16 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə 34). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 18 aprel 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 16 aprel 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 84). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normanın tələblərinə görə Təqsirləndirilən şəxs xüsusilə ağır cinayətlər törətdiyindən, həmçinin əməlində cinayətlərin residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 16 aprel 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut olan və Bakı şəhəi Nərimanov rayon Polis İdarəsində saxlanılan 1 ədəd elektrik naqili və 1 ədəd ağ rəngli torbada içərisində 2 ədəd daş parçası olan kardon qutu məhv edilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 16 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov rayon Polis İdarəsində saxlanılan 1 ədəd elektrik naqili və 1 ədəd ağ rəngli torbada içərisində 2 ədəd daş parçası olan kardon qutu məhv edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar