Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1322/2024 15.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 2015 və 2018-ci il təvəllüdlü iki az yaşlı uşağı olan, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, barəsində “həbs” qətimkan tədbiri seçilərək halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini istintaqa məlum olmayan və barəsində cinayət işi ayrılan şəxsdən 20 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri Xətai rayonu, Yavər Əliyev küçəsindən əldə edib, daşımaqla saxlamış, xx.xx.2023-cü il tarixdə saat 22:00-da Təqsirləndirilən şəxs ünvan 2 ünvanının yaxınlığında Xətai RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şühbəli şəxs qismində saxlanılıb ünvan 4 ünvanında yerləşən Xətai RPİ-nin 37-ci PB-nə gətirlərək müdafiəçinin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi axtarış və götürmə zamanı sağ əlində 01 ədəd qara rəngli sellofan bükümdə külli miqdarda təmiz çəkisi 3021 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrin istifadəçisidir. Evlidir, 2 azyaşlı uşaqları var. Taksi fəaliyyəti ilə məşğuldur. Sosial şəbəkələr vasitəsi ilə tanış olduğu şəxsdən 3 qram heroin sifariş vermiş, həmin narkotik vasitəsini tanışı Şahid3la ünvan 2 ünvanın yaxınlığından götürmək istəyən zaman polis əməkdaşları onları saxlayaraq Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nə gətirmişlər. Orada ona bildirmişlər ki, adamı varsa gəlib onlarla görüşsün. Lakin onun adamı olmadığı üçün o, bunu edə bilməmişdir. Şahid3 arxasınca isə atası gəlmiş və Kamili götürüb aparmışdır. Onun üzərində heç bir qanunsuz əşya olmamış, sadəcə polislərin təzyiqi və ailəsinə olan hədələri nəticəsində o, onların ona verdikləri bir ədəd qara rəngli sellofanda olan heroini üzərinə baxış zamanı təhqiqatçıya təqdim etmiş və həmin heroini sosial şəbəkədə tanış olduğu İİR-sı vətəndaşı Hüseyn adlı şəxsdən öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həm qonşu, həm də uşaqlıqdan bir yerdə böyümüş dost kimi tanıyır. Təqsirləndirilən şəxs saxlanılan gün onunla bir yerdə olmuşlar. O və Təqsirləndirilən şəxs hər ikisi narkotik vasitə istifadəçiləridir. Ağakişinin xahişi ilə onunla Bakı şəhəri, Xətai rayonu, Yavər Əliyev küçəsinə taksi ilə getmişlər. Həmin ərazidə həyət evləri vardır. Maşını yolun kənarında saxlatmış, o və Ağakişi maşından düşən zaman iki nəfər porlis əməkdaşları onlara yaxınlaşaraq onlardan narkotik vasitələrin dövriyyəsinə görə şübhələndiklərini bildirərək onları Xətai RPİ-nin 37-ci PŞ-nə aparmışlar. Orada onun üzərindən bir büküm narkotik aşkar edilmiş, lakin Təqsirləndirilən şəxs heç nə aşkar olunmamışdır. Saxlanıldıqları yerdən onu polislər öz maşınları ilə, Ağakişini isə polis maşını ilə aparmışlar. O, üzərində olan narkotik vasitələrin ona məxsus olmasını təsdiq etmişdir. Onun barəsində hərbiçi olduğu üçün cinayət işinə hərbi məhkəmədə baxılaraq barəsində hökm çıxarılmışdır. 37-ci PB_dən aparıldığı zaman bilmişdir ki, Təqsirləndirilən şəxs də külli miqdarda narkotik vasitə olmuşdur. Onda olan narkotik vasitəni o, Ağakişidən deyil, başqa yerdən almışdır. Ağakişinin narkotik vasitə istifadəçisi olduğunu bilirdi, lakin narkotiki kimdən əldə etdiyini bilmirdi. Onun kimlərəsə narkotik vasitələri satmasını da bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımış, onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə ona etibarlı mənbədən əməliyyat məlumatı daxil olmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, məhəllə 3123, ev 2-də yaşayan Ağakişi adlı və həmin rayonun S.Axundov küçəsi, ev 2 –də yaşayan Kamil adlı şəxslər birlikdə narkotik vasitələrin dövriyyəsi ilə, yəni əldə etmə və istifadəsi ilə məşğuldurlar. Həmin məlumatla əlaqədar rəhbərliyə məruzə etmiş və tədbirin keçirilməsinə dair qərar qəbul edərək əmrlə yaradılmış əməliyyat qrupuna onunla yanaşı daxil edilən polis kapitanı Şahid2la birlikdə xx.xx.2023-cü il tarixdə saat 22-də ünvan 6 ünvanının yaxınlığında bu şəxslərin, Təqsirləndirilən şəxs əlində qara rəngli sellofanla piyada hərəkət etdiklərini görüb onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Müəyyən olunmuşdur ki, bu şəxslərdən biri Təqsirləndirilən şəxs, digəri isə Şahid3dur. Onlara narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiklərini deyərək hər ikisini Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs və Şahid3 şöbədə təhqiqatçıya təqdim olunmuş, sonuncu onların hər ikisinə müdafiəçi dəvət etdikdən sonra onları şübhəli şəxs qismində saxlamış, bundan sonra isə bu şəxslərin üzərinə ayrı-ayrılıqda baxış keçirilmişdir. O və həmkarı Şahid2 həmin baxışda iştirak etmiş, baxışı videogörüntüyə isə şöbənin kriminallisti Tofiq Məmmədov almışdır. Təhqiqatçının təklifinə uyğun olaraq Təqsirləndirilən şəxs şalvarının sol yan cibindən bir ədəd mobil telefonu və sağ əlində olan qara rəngli sellofanı masanın üzərinə qoymuşdur. Həmin sellofan torba açıldıqda içindən qəhvəyi rəngli toz halda spesifik iyə malik heroinə bənzər vasitə aşkar olunmuşdur. Təhqiqatçı tərəfindən həmin vasitə elektron tərəzidə çəkilmiş, çəkisi xatırladığı qədər 3 kq-dan artıq olmuşdur. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, heroinə bənzər vasitəni elə həmin gün İİR-sı vətəndaşı Hüseyn adlı şəxsdən onlayn qaydada almış və öz istifadəsi üçün saxlamışdır. Bundan sonra həmin vasitə qablaşdırılaraq möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Baxışla əlaqədar tərtib olunmuş protokol bütün iştirakçılar tərəfindən imzalanmaqla heç bir qeyd daxil olmamışdır. Təqsirləndirilən şəxs saxlanıldığı, şöbəyə gətirildiyi zaman, həmçinin şöbədə olduğu zaman heç bir fiziki və psixoloji təzyiq olmamışdır. Təhqiqatçı baxışı keçirənədək Təqsirləndirilən şəxs üzərinə və əlindəki torbaya baxış keçirilməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan müəyyən olunur ki, ünvan 8 ünvanında yaşayan Təqsirləndirilən şəxs və qeyrisinin narkotik vasitə olan heroin, psixotrop maddələrin dövriyyəsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli qərardan və eyni tarixli 3-xxxx/2333/2023 №-li əmrdən müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs müəyyən edilib ifşa edilməsi məqsədilə qrup yaradılmış, qrupa rəhbər kimi Bakı şəhəri Xətai RPİ-nin NMB üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 və Bakı şəhəri Xətai RPİ-nin NMB üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid2 qrupun üzvü kimi daxil edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərədə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək 23 sentyabr 2023-cü il tarixdə saat 22:00-da Bakı şəhəri Xətai RPİ-nin 37-cı PŞ-nin inzibati binasında müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili S.Əsədovun iştirakı ilə tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan müəyyən olunur ki, axtarış və götürmə videoçəkiliş aparılmaqla, müdafiəçinin iştirakı ilə keçirilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsini təklif etdikdən sonra o, əynindəki tünd göy rəngli cins şalvarının sol yan cibindən qızılı rəngli “Samsung” markalı telefonu, sağ əlində olan qara rəngli sellofanda olan bükülünü, həmin bükülünün içərisində olan maddəni təqdim etmişdir. Ondan həmin 1 ədəd qara sellofana bükülmüş bükülünün içərisində nə olması soruşulduqda, o, həmin bükümdəki kütlənin narkotik vasitə olan heroin olmasını bildirmişdir. Həmin qara sellofan açıldıqda içərisində qəhvəyi rəngli toz halda, spesifik iyə malik kütlə aşkar edilmişdir. Həmin bükümdə olan maddə elektron tərəzidə çəkilmiş və məlum olmuşdur ki, həmin kütlənin çəkisi qablaşdırma ilə birlikdə 3215 qramdır. O, həmin narkotik vasitəni xx.xx.2023-cü il İran Respublikası vətəndaşı Hüseyn adlı şəxsin bildirdiyi hesaba pul göndərdikdən sonra qoyulduğu yerdən götürmüş və özü istifadə etmək üçün üzərində saxlamışdır. Bundan sonra onun üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 153 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bununla bağlı protokol tərtib edilmiş və o, həmin protokola tanış olaraq iştirakçılarla birgə imza etmişdir. O, narkotik vasitə heroindən istifadə etsə də, heç vaxt narkotik vasitəni heç kəsə satmamış, pay olaraq verməmişdir. O, polis əməkdaşları saxlayan zaman və polis şöbəsinə dəvət edilərkən polis əməkdaşlarına tabe olmuş və ona qarşı hər hansı fiziki güc tətbiq edilməmişdir. Şahid3 onun tanışıdır. Kamil də narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı Hüseyn adlı şəxsdən əldə etmişdir. Şahid3 da onun kimi narkotik vasitələrdən istifadə etmişdir. Həmçinin Şahid3la görüşərkən sonuncunun üzərində narkotik vasitə olmasını bilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai rayon məhkəməsinin Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, məhkəmə iclasında verdiyi izahatında Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitəni şəxsi istifadəsi üçün istəmişdir, miqdarının bu qədər olacağını bilmirdi, istintaqın və məhkəmənin normal gedişinə mane olmaq, istintaq orqanından gizlənmək fikri yoxdur və istintaqın çağırışına vaxtında gələcəyini bildirmişdir. Qeyd olunan tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs məxsus olan baxış zamanı üzərindən aşkarlanmış 01 ədəd “Samsung J2” markalı mobil telefon aparatına “Whatsapp” proqramına baxış keçirilən zaman qeyd olunan proqramın ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatda keçməsi və yazışmaların olması aşkar olunmuşdur. Həmin yazışmalara baxış keçirilən zaman +**********70 saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrənin arasında xx.xx.2023-cü il tarixdə narkotik vasitələrin əldə edilməsi barədə yazışmaların, narkotik vasitənin qoyulması barədə işarələnmiş məkan və ünvan bildiriminin göndərilməsi müşahidə olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrənin ona məxsus olduğunu və +**********70 saylı mobil nömrənin Hüseyn adlı İran İslam Respublikasının vətəndaşı olduğunu bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2023-cü il tarixli, 6/5034 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “...(imza) Musayev...” sözləri olan zərfdəki bir ədəd kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 3021 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, tədqiqata sərf edildi, 0,100 qr, qalıq -3020,9 qramdır. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 6408 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, baxılan cinayət işindən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan heroinin əldə etdiyi mənbənin müəyyən edilməsi üçün Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə ********* saylı cinayət işi ayrılmışdır. Məhkəmədə elan edilib araşdırılmış “təqsirləndirilən şəxsin cinayət işinin materialları ilə tanış etmək haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, təqsirləndirilən şəxs və onun müdafiəçisi cinayət işinin materialları ilə tanış olmuş, təqsirləndirilən şəxs öz xətti ilə tanış olma ilə bağlı etirazının və vəsatətinin olmamasını qeyd etmiş və bunu öz imzası ilə təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən müəyyən olunur ki, Şahid3 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 22:00 radələrində tanışı Təqsirləndirilən şəxs ilə birlikdə ünvan 9 ünvanı yaxınlığında olan zaman iki nəfər polis əməkdaşı onları saxlayaraq Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nə aparmışlar. Orada şübhəli şəxs qismində tutularaq videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilərkən əynindəki tünd boz rəngli cins şalvarın sol yan cibindən ağ rəngli kağız bükümü və içərisində olan maddəni təqdim etmişdir. Həmin bükümdə narkotik maddə “kakos”, yəni heroin olmuş həmin narkotik eıektron tərəzidə çəkilmiş və kağız zərfdə qablaşdırılmışdır. Həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə “İnstagram” sosial şəbəkəsindən tanış olduğu İİR-ı vətəndaşı kimi tanıdığı, anket məlumatlarını bilmədiyi “Hüseyn” adlı şəxsin bildirdiyi hesaba 15 manat pul göndərdikdən sonra qoyulduğu Bakı şəhəri, Xətai rayon Yavər Əliyev küçəsindən götürmüş və özü istifadə etmək üçün üzərində saxlamışdır. Aralarında olan razılığa əsasən Hüseyn adlı şəxs həmin pulun qarşılığında təxminən 0,3-0,4 qram heroin verməli olmuş, özü həmin narkotik vasitəni əldə etdikdən sonra çəkisini ölçməsədə təxminən hansı çəkidə olduğunu bilmiş, Təqsirləndirilən şəxs onun tanışıdır, sonuncuda narkotik vasitə istifadəçisi olmaqla, həmin narkotik vasitələri İİR-nin vətəndaşı Hüseyn adlı şəxsdən əldə etmişdir. Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Şahid3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhər Xətai rayon prokurorluğunun “cinayət işinin rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs izahatında polis əməkdaşları tərəfindən saxlanılarkən xəsarətlər aldığını bildirmiş, lakin ekspertizadan keçirilməsinə etiraz edərək müayinədən imtina etmişdir. Araşdırma zamanı Bakı şəhəri Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş-leytenantı Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs tutularaq Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nə gətirilmiş, tutulan zaman və şöbədə saxlanıldığı zaman polis əməkdaşları tərəfindən fiziki zorakılığa və işgəncəyə məruz qalmamışdır. Aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs izahatında göstərdiyi xüsusatlar öz təsdiqini tapmamış və onun polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması faktı üzrə cinayət hadisəsi müəyyən edilməmişdir. Cinayət hadisəsi olmadığından 503-C-23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki az yaşlı övladının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış 15 dekabr 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 (bir) ədəd bükümdə ümumi ilkin bir büküm təmiz çəkisi 3021 qram olmuş narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 3020,9 qram çəkidə narkotik vasitə heroin saxlanış üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş, üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarına və 01 ədəd «Samsung Galaxy J2» markalı mobil telefon aparatı sübut əhəmiyyətinə malik olduğundan ayrılmış cinayət işinin materiallarına əlavə edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi qismən özünün, şahidlərin ifadələri, üzərinə baxış keçirilməsi haqqında protokoldan, mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ifadələrində çəkisi 3021 ( üç kiloqram iyirimi bir qram) narkotik vasitə olan heroin öz istifadəsi üçün əldə etməsini göstərməsi ağılabatan deyildir. Belə ki, Təqsirləndirilən şəxs işsiz olmaqla, onun 3021 qram heroin əldə etməsi məhz bu heroinin yayılması üçün bağlı olmuş, Təqsirləndirilən şəxs 3 qram heroin sifariş verdiyi halda iranlı Hüseyn adlı şəxsin ona 03 (üç) kiloqramdan artıq çəkidə narkotik vasitə heroin göndərməsi də işin hallarına uyğun olmamaqla həqiqətə uyğun deyildir. Məhkəmə nəzərə alır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “14” iyun 2024-cü il tarixli 08 №-li qərarının 4-cü bəndinə əsasən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir.” Həmin Plenum qərarının 6-cı bəndinə əsasən “Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir.” Qeyd olunan Plenumunun qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni xx.xx.2023-cü il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi ilkin təmiz çəkisi 3021 qram olmuş narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonr qalıq qalmış a 3020,9 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarına və 01 ədəd «Samsung Galaxy J2» markalı mobil telefon aparatı sübut əhəmiyyətinə malik olduğundan ayrılmış cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 81 (səksən bir) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 23 sentyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 (bir) ədəd bükümdə ümumi ilkin təmiz çəkisi 3021 qram olmuş narkotik vasitə heroinin qalıq qalmış 3020,9 qram çəkidə narkotik vasitə heroin məhv edilsin, üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın və 01 ədəd «Samsung Galaxy J2» markalı mobil telefon aparatı isə sübut əhəmiyyətinə malik olduğundan ayrılmış cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 81 (səksən bir) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-1322/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1322/2024
15.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver