Məhkəmə qərarları › İş №1(101)-1323/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1323/2022

10.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1323/2022 10.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 11 : 25 - də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 31 avqust 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təxminən günorta saatlarında satış məqsədi ilə qanunsuz olaraq Şahid1 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 7,641 qram, 3,689 qram, 3,825 qram ümumilikdə təmiz çəkisi 15,155 qram, yəni külli miqdarda psixotrop maddə metamfetamin və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 2,599 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini 100 manat pul müqabilində alaraq üzərində saxlamış, Xəzər rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Bakavtomat adlanan ərazidə saxlanılaraq Xəzər RPİnin 3-cü polis şöbəsinə dəvət olunmuş və həmin gün saat 20:30 radələrində Xəzər RPİ-nin 3-cü polis şöbəsində video çəkilişlə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı onun əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 7,641 qram, 3,689 qram, 3,825 qram, ümumi təmiz çəkisi 15,155 qram olmaqla X8 üzərindən və Şahid1 yaşadığı evdən və həmin evin həyətindəki qarajdan aşkar edilərək götürülmüş metamfetaminlərlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynilik təşkil edən külli miqdarda ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 2,599 qram olmaqla Şahid1 və X3 üzərindən, eləcə də Şahid1 yaşadığı evdən aşkar edilərək götürülmüş heroinlərlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynilik təşkil edən külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə ünvan 2 ünvanda yaşamış, latın əlifbası ilə yazmağı bacarmasa da sərbəst oxumağı bacarır. O, bir neçə dəfə narkotik vasitələrdən istifadə etmişdir, lakin, narkotik vasitələrin aludəçisi deyildir. xx.xx.2022-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yaşayış massivində yerləşən Azərsun istirahət mərkəzinin yaxınlığında tanışları Vidadi və onun qardaşı Namiklə birlikdə avtomobildə hərəkət edərkən, Şahid1 idarə etdiyi avtomobilin qarşısını 3 mülki avtomobil kəsmiş və bu zaman Vidadi avtomobili idarə etməkdə davam etsə də, polis əməkdaşları onları saxlamışlar və onlarla birlikdə 3-cü PŞnə getməklərini bildirmişlər. Polis işçilərinə etiraz etmədən onlarla birlikdə polis şöbəsinə getmişlər. Polis şöbəsində polis əməkdaşları tərəfindən dəyənəklər və borular vasitəsilə döyülmüş, şərəf və ləyaqəti alçaldılmış, sərbəst ifadə verməsinə şərait yaradılmamışdır. O, saxlanılan zaman üzərində ümumiyyətlə narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Polis işçiləri video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. Polis əməkdaşları tərəfindən yazılmış ifadəyə imza etməyə, eləcə də çəkilişdə onların dediklərini etməyə razı olmuşdur. İfadəsi ilə tanış olmadan imza etmiş, yalnız sonradan ona məlum olmuşdur ki, ağır cinayətin törədilməsində təqsirli bilinir. Saxlanılarkən onun üzərində heç bir qanunsuz əşya olmamışdır. Eləcə də, heç bir zaman narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Onun barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, evlidir, rəsmi olaraq heç yerdə işləməmişdir, Hazırda AR CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməklə, barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə baxışı davam etdirilir. Əvvəllər bir dəfə 2006-cı ildə oğurluq cinayəti törətməyə görə 06 ay azadlıqdan məhrum edilmişdir. Namik Rzayev onun doğma qardaşı olmuş və vəfat etmişdir. Qardaşı Namik artıq uzun illərdir, təxminən 10 ildən artıqdır ki, narkotik vasitə heroini və metamfetamini iynə ilə damara vurmaqla istifadə etmişdir. Elgün Əliyevi isə yaşadığı Binə qəsəbəsindən məhəllə adamı kimi tanımışdır. Onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır, Təqsirləndirilən şəxs də yaşadığı Binə qəsəbəsindən tanımışdır. O, 6 il bundan əvvəl yol qəzası keçirdiyindən sol ayağının bud sümüyü sınmış və ayağı zədələndiyindən çəliklə gəzir. xx.xx.2022-ci il tarixdə saat 17:10 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yaşayış massivində Azərsun istirahət mərkəzinin yaxınlığında polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli şəxs qismində qardaşı Namik Rzayev, tanışı Təqsirləndirilən şəxslə birlikdə onlara yaxınlaşan mülki geyimli 5-6 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb 3-cü PŞ-nə gətirilmişlər. Saxlanılan zaman onun, qardaşı Namikin, eləcə də Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Onun üzərindən və ya evindən narkotik vasitə və psixotrop maddələr aşkar edilməmişdir. Polis əməkdaşlarının təzyiqi altında ibtidai istintaq zamanı ifadə vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsindəki imzalar ona məxsus olsa da həmin ifadəsini təsdiq etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində göstərdi ki, 21 fevral 2022-ci il tarixdə Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru Vüsal Nəsirzadə tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş X10 üzərindən aşkar olunmuş narkotik vasitə heroini Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində “Vidadi” adlı şəxsdən aldığını demiş və X9 tərəfindən 21 fevral 2022ci il tarixdə “Vidadi” adlı şəxsin müəyyən edilməsi ilə bağlı əməliyyat tapşırığı verilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, “Vidadi” adlı şəxs xx xxxxxx 1966-cı ildə Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Şahid1dur. Bundan sonra Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkilləri, polis mayoru Şahid3, polis baş leytanantı Şahid4, polis baş leytenantı Şahid6 və polis baş leytenantı Şahid5 ilə birlikdə Şahid1 narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq və Şahid1 ifşa etmək məqsədi ilə 21 fevral 2022-ci il tarixdə, saat təxminən 16:40 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu deyilən ərazidə yerləşən “Azərsun” istirahət mərkəzinin yaxınlığına getmiş və orada müşahidələr aparmağa başlamışlar. Saat təxminən 17:10 radələrində həmin yerdə Şahid1 və onun yanında olan 2 nəfər şəxsi müəyyən etdikdən sonra onlara yaxınlaşıb özlərini təqdim edərək Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər onların polis əməkdaşları olduqlarını bildikdə özlərini şübhəli aparmağa başlamışlar. Onlar həmin şəxslərin də narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasından şübhələnib həmin şəxsləri Şahid1 ilə birlikdə Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə dəvət etmişlər. Həmin şəxslər də heç bir etiraz etməyərək onlarla birlikdə 3-cü Polis Şöbəsinə getmişlər. Onlar bu barədə raport yazıb məruzə etmiş və müəyyən edilmişdir ki, Şahid1 yanında olan şəxslərdən biri onun qardaşı 24 avqust 1970-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan X17, digəri isə 31 avqust 1987-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxsdur. Faktla bağlı araşdırmanın aparılması Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru Vüsal Nəsirzadəyə həvalə edilmişdir. X9 tərəfindən X8 hüquqlarını müdafiə edilməsindən ötrü müdafiəçi dəvət edilmiş və 3-cü Polis Şöbəsində xidməti otaqların birində X9 tərəfindən əvvəlcə Namik Rzayev şübhəli şəxs qismində tutulmuşdur. Dəvət edilmiş müdafiəçi Namiq Mustafayevin və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə X11 üzərində şəxsi axtarış, baxış və götürmə keçiriləcəyi bildirilmiş, şəxsi axtarış keçirilməmişdən qabaq ona hüquq və vəzifələrini izah edib üzərində qanunla qadağan edilmiş əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra X17 əynindəki qara rəngli dəri gödəkcəsinin sağ cibindən 5 ədəd içərisində psixotrop maddəyə bənzər ağ rəngli kütlələr olan bükümləri və əynindəki qara rəngli gödəkcənin altında çiyninə keçirdiyi, içərisində markasını bilmədiyi silah olan qara rəngli çantanı təqdim edib, psixotrop maddələri ona qardaşı Şahid1 verdiyini və şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini, silahı isə Binə qəsəbəsində tikintisi başa çatmamış evlərdən birinin yaxınlığından tapdığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən X8 üzərindən qanunsuz digər əşya və predmet aşkar olunmamışdır. X8 üzərindən aşkar olunmuş, içərisində psixotrop maddəyə bənzər ağ rəngli kütlələr olan 05 ədəd bükülü və silah X9 tərəfindən zərfə qoyularaq möhürləndikdən sonra protokol tərtib olunmuş, həmin zərf və protokol iştirakçılar tərəfindən imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan sonra 3-cü Polis Şöbəsinə dəvət edilmiş Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edilməsindən ötrü X9 tərəfindən müdafiəçi dəvət edilmiş və 3-cü Polis Şöbəsində xidməti otaqların birində X9 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Dəvət edilmiş müdafiəçi Fərman Cəfərovun və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, baxış və götürmə keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq ona hüquq və vəzifələrini izah edib üzərində qanunla qadağan edilmiş əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində ağ rəngli maddələr olan, falqa kağızına bükülmüş 03 ədəd bükülünü və içərisində qəhvəyi rəngli kütlə olan 01 ədəd şəffaf sellofanda olan bükülünü təqdim edib, 03 ədəd bükümün içərisində olan maddənin “şüşə”, yəni psixotrop maddə metamfetamin, 01 ədəd bükümün içərisində olan maddənin isə narkotik vasitə heroin olduğunu bildirib, həmin narkotik vasitə və psixotrop maddəni 21 fevral 2022-ci il tarixdə, günorta saatlarında Xəzər rayonu, Binə qəsəbəsində yaşayan Vidadi adlı şəxsdən şəxsi istifadəsi üçün 100 manat pul verərək aldığını, bir hissəsini istifadə etdiyini, qalan hissəsini sonradan şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən qanunsuz digər əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, içərisində psixotrop maddəyə və narkotik vasitəyə bənzər maddələr olan 04 ədəd büküm X9 tərəfindən zərfə qoyularaq möhürləndikdən sonra protokol tərtib olunmuş, həmin zərf və protokol iştirakçılar tərəfindən imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürülmüşdür. Daha sonra Şahid1 hüquqlarını müdafiə edilməsindən ötrü X9 tərəfindən müdafiəçi dəvət edilmiş və 3-cü Polis Şöbəsində xidməti otaqların birində X9 tərəfindən Şahid1 şübhəli şəxs qismində tutulmuşdur. Dəvət edilmiş müdafiəçi Orxan Qocayevin və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə Şahid1 üzərində şəxsi axtarış, baxış və götürmə keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq ona hüquq və vəzifələrini izah edib üzərində qanunla qadağan edilmiş əşya varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Şahid1 əynində olan qara rəngli şalvarın sağ cibindən 01 ədəd şəffaf sellofana bükülmüş maddəni təqdim edərək, həmin bükülünün içərisində olan maddənin “kakos”, yəni narkotik vasitə olan heroin olduğunu bildirmiş, həmin narkotik vasitəni 19 fevral 2022ci il tarixdə İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Əli adlı şəxsdən 11 manat pul ödəyərək aldığını bildirmişdir. Sorğu-sual zamanı Şahid1 ünvan 5 ünvanında yerləşən yaşadığı evdə narkotik vasitələr saxladığını və həmin evə baxış keçirilməsinə etirazı olmadığım bildirmişdir. Şahid1 ünvan 5 ünvanında yerləşən yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçrilməsinə etirazının olmaması ilə bağlı ərizəsi alındıqdan sonra onun öz iştirakı ilə yaşadığı ünvana yollanmışlar. Xəzər RPİ-nin sabiq müstəntiqi, polis kapitanı Musa Məmmədov 21 fevral 2022-ci il tarixdə, saat 22:30-da Şahid1, dəvət olunmuş vəkil Orxan Qocayevin, hal şahidləri X12, X13 və onların iştirakı ilə həmin ünvana baxış keçirməyə başlamışlar. Baxış keçrilməzdən əvvəl müstəntiq Musa Məmmədov şübhəli şəxs Şahid1 sözügedən evdə olması ehtimal olunan narkotik vasitələri və psixotrop maddələri, eləcə də saxlanması qanunla qadağan edilmiş digər əşyaları təqdim etməsini təklif etmiş, bu təklifdən sonra Şahid1 yaşadığı evin yataq otağındakı çarpayının üzərində olan qırmızı rəngli, zəncirbəndli turist çantasını və kardon qutunu göstərib içərisində narkotik vasitə və psixotrop maddələr saxladığını bildirmişdir. Həmin turist çantasının içərisindən üzərində “QANQRENA” yazısı olan dəmir qutunun və kardon qutudakı üzərində “Boqatıri” yazılmış dəmir qutunun içərisindən 01 ədəd salfet kağızı və 02 ədəd göy rəngli siqaret kağızı bükümlərində quru bitki toxumları, 08 ədəd böyük sellofan, 15 ədəd kiçik sellofan bükümlərində qəhvəyi rəngli tozşəkilli narkotik vasitəyə bənzər maddələr, 05 ədəd sellofan bükümlərdə və 02 ədəd göy rəngli siqaret kağızı bükümlərində ağ kristal formalı psixotrop maddəyə bənzər maddə, 02 ədəd göy siqaret kağızı bükümündə qəhvəyi rəngli tozşəkilli, narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülmüş və zərfə qoyularaq üzəri möhürlənmişdir. Daha sonra Şahid1 yaşadığı evin arxa tərəfində yerləşən qarajın sağ tərəfindəki taxta rəfin yuxarı hissəsinə yerləşdirilmiş 02 ədəd kardon qutunun içərisindən hər birindən 01 ədəd olmaqla, cəmi 02 ədəd böyük sellofan və yapışqan lent bükümlərində ağ rəngli kristal formalı maddələri təqdim edərək, həmin maddələrin psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Evin digər otaqlarına baxış keçirilsə də əhəmiyyət kəsb edən hər hansı əşya, predmet və maddə aşkar olunmamışdır. Bundan sonra müstəntiq Musa Məmmədov tərəfindən protokol tərtib edilmiş və Şahid1 yaşadığı ünvandan aşkar olunmuş narkotik vasitə və psixotrop maddəyə bənzər maddələr qablaşdırılaraq möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid3 ifadəsində göstərdi ki, 21 fevral 2022-ci il tarixdə Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru Vüsal Nəsirzadə tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş X10 üzərindən aşkar olunmuş narkotik vasitə heroini Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində “Vidadi” adlı şəxsdən aldığını demiş və X9 tərəfindən 21 fevral 2022-ci il tarixdə “Vidadi” adlı şəxsin müəyyən edilməsi ilə bağlı əməliyyat tapşırığı verilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, “Vidadi” adlı şəxs xx xxxxxx 1966-cı ildə Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Şahid1dur. Bundan sonra Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkilləri, polis kapitanı Şahid2, polis baş leytanantı Şahid4, polis baş leytenantı Şahid6 və polis baş leytenantı Şahid5 ilə birlikdə Şahid1 narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq və Şahid1 ifşa etmək məqsədi ilə 21 fevral 2022-ci il tarixdə, saat təxminən 16:40 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu deyilən ərazidə yerləşən “Azərsun” istirahət mərkəzinin yaxınlığına getmiş və orada müşahidələr aparmağa başlamışlar. Saat təxminən 17:10 radələrində həmin yerdə Şahid1 və onun yanında olan 2 nəfər şəxsi müəyyən etdikdən sonra onlara yaxınlaşıb özlərini təqdim edərək Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər onların polis əməkdaşları olduqlarını bildikdə özlərini şübhəli aparmağa başlamışlar. Onlar həmin şəxslərin də narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasından şübhələnib həmin şəxsləri Şahid1 ilə birlikdə Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə dəvət etmişlər. Həmin şəxslər də heç bir etiraz etməyərək onlarla birlikdə 3-cü Polis Şöbəsinə getmişlər. Onlar bu barədə raport yazıb məruzə etmiş və müəyyən edilmişdir ki, Şahid1 yanında olan şəxslərdən biri onun qardaşı 24 avqust 1970-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan X17, digəri isə 31 avqust 1987-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxsdur. Faktla bağlı araşdırmanın aparılması Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru Vüsal Nəsirzadəyə həvalə edilmişdir. X9 tərəfindən X8 hüquqlarını müdafiə edilməsindən ötrü müdafiəçi dəvət edilmiş və 3-cü Polis Şöbəsində xidməti otaqların birində X9 tərəfindən əvvəlcə Namik Rzayev şübhəli şəxs qismində tutulmuşdur. Dəvət edilmiş müdafiəçi Namiq Mustafayevin və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə X11 üzərində şəxsi axtarış, baxış və götürmə keçiriləcəyi bildirilmiş, şəxsi axtarış keçrilməmişdən qabaq ona hüquq və vəzifələrini izah edib üzərində qanunla qadağan edilmiş əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra X17 əynindəki qara rəngli dəri gödəkcənin sağ cibindən 5 ədəd içərisində psixotrop maddəyə bənzər ağ rəngli kütlələr olan bükümləri və əynindəki qara rəngli gödəkcənin altında çiyninə keçirdiyi, içərisində markasını bilmədiyi silah olan qara rəngli çantanı təqdim edib, psixotrop maddələri ona qardaşı Şahid1 verdiyini və şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini, silahı isə Binə qəsəbəsində tikintisi başa çatmamış evlərdən birinin yaxınlığından tapdığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən X8 üzərindən qanunsuz digər əşya və predmet aşkar olunmamışdır. X8 üzərindən aşkar olunmuş, içərisində psixotrop maddəyə bənzər ağ rəngli kütlələr olan 05 ədəd bükülü və silah X9 tərəfindən zərfə qoyularaq möhürləndikdən sonra protokol tərtib olunmuş, həmin zərf və protokol iştirakçılar tərəfindən imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan sonra 3-cü Polis Şöbəsinə dəvət edilmiş Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edilməsindən ötrü X9 tərəfindən müdafiəçi dəvət edilmiş və 3-cü Polis Şöbəsində xidməti otaqların birində X9 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Dəvət edilmiş müdafiəçi Fərman Cəfərovun və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, baxış və götürmə keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq ona hüquq və vəzifələrini izah edib üzərində qanunla qadağan edilmiş əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində ağ rəngli maddələr olan, falqa kağızına bükülmüş 03 ədəd bükülünü və içərisində qəhvəyi rəngli kütlə olan 01 ədəd şəffaf sellofanda olan bükülünü təqdim edib, 03 ədəd bükümün içərisində olan maddənin “şüşə”, yəni psixotrop maddə metamfetamin, 01 ədəd bükümün içərisində olan maddənin isə narkotik vasitə heroin olduğunu bildirib, həmin narkotik vasitə və psixotrop maddəni 21 fevral 2022-ci il tarixdə, günorta saatlarında Xəzər rayonu, Binə qəsəbəsində yaşayan Vidadi adlı şəxsdən şəxsi istifadəsi üçün 100 manat pul verərək aldığını, bir hissəsini istifadə etdiyini, qalan hissəsini sonradan şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən qanunsuz digər əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, içərisində psixotrop maddəyə və narkotik vasitəyə bənzər maddələr olan 04 ədəd büküm X9 tərəfindən zərfə qoyularaq möhürləndikdən sonra protokol tərtib olunmuş, həmin zərf və protokol iştirakçılar tərəfindən imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürülmüşdür. Daha sonra Şahid1 hüquqlarını müdafiə edilməsindən ötrü X9 tərəfindən müdafiəçi dəvət edilmiş və 3-cü Polis Şöbəsində xidməti otaqların birində X9 tərəfindən Şahid1 şübhəli şəxs qismində tutulmuşdur. Dəvət edilmiş müdafiəçi Orxan Qocayevin və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə Şahid1 üzərində şəxsi axtarış, baxış və götürmə keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq ona hüquq və vəzifələrini izah edib üzərində qanunla qadağan edilmiş əşya varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Şahid1 əynində olan qara rəngli şalvarın sağ cibindən 01 ədəd şəffaf sellofana bükülmüş maddəni təqdim edərək, həmin bükülünün içərisində olan maddənin “kakos”, yəni narkotik vasitə olan heroin olduğunu bildirmiş, həmin narkotik vasitəni 19 fevral 2022ci il tarixdə İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Əli adlı şəxsdən 11 manat pul ödəyərək aldığını bildirmişdir. Sorğu-sual zamanı Şahid1 ünvan 5 ünvanında yerləşən yaşadığı evdə narkotik vasitələr saxladığını və həmin evə baxış keçirilməsinə etirazı olmadığım bildirmişdir. Şahid1 ünvan 5 ünvanında yerləşən yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmaması ilə bağlı ərizəsi alındıqdan sonra onun öz iştirakı ilə yaşadığı ünvana yollanmışlar. Xəzər RPİ-nin sabiq müstəntiqi, polis kapitanı Musa Məmmədov 21 fevral 2022-ci il tarixdə, saat 22:30-da Şahid1, dəvət olunmuş vəkil Orxan Qocayevin, hal şahidləri X12, X13 və onların iştirakı ilə həmin ünvana baxış keçirməyə başlamışlar. Baxış keçirilməzdən əvvəl müstəntiq Musa Məmmədov şübhəli şəxs Şahid1 sözügedən evdə olması ehtimal olunan narkotik vasitələri və psixotrop maddələri, eləcə də saxlanması qanunla qadağan edilmiş digər əşyaları təqdim etməsini təklif etmiş, bu təklifdən sonra Şahid1 yaşadığı evin yataq otağındakı çarpayının üzərində olan qırmızı rəngli, zəncirbəndli turist çantasını və kardon qutunu göstərib içərisində narkotik vasitə və psixotrop maddələr saxladığını bildirmişdir. Həmin turist çantasının içərisindən üzərində “QANQRENA” yazısı olan dəmir qutunun və kardon qutudakı üzərində “Boqatıri” yazılmış dəmir qutunun içərisindən 01 ədəd salfet kağızı və 02 ədəd göy rəngli siqaret kağızı bükümlərində quru bitki toxumları, 08 ədəd böyük sellofan, 15 ədəd kiçik sellofan bükümlərində qəhvəyi rəngli tozşəkilli narkotik vasitəyə bənzər maddələr, 05 ədəd sellofan bükümlərdə və 02 ədəd göy rəngli siqaret kağızı bükümlərində ağ kristal formalı psixotrop maddəyə bənzər maddə, 02 ədəd göy siqaret kağızı bükümündə qəhvəyi rəngli tozşəkilli, narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülmüş və zərfə qoyularaq üzəri möhürlənmişdir. Daha sonra Şahid1 yaşadığı evin arxa tərəfində yerləşən qarajın sağ tərəfindəki taxta rəfin yuxarı hissəsinə yerləşdirilmiş 02 ədəd kardon qutunun içərisindən hər birindən 01 ədəd olmaqla, cəmi 02 ədəd böyük sellofan və yapışqan lent bükümlərində ağ rəngli kristal formalı maddələri təqdim edərək, həmin maddələrin psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Evin digər otaqlarına baxış keçirilsə də əhəmiyyət kəsb edən hər hansı əşya, predmet və maddə aşkar olunmamışdır. Bundan sonra müstəntiq Musa Məmmədov tərəfindən protokol tərtib edilmiş və Şahid1 yaşadığı ünvandan aşkar olunmuş narkotik vasitə və psixotrop maddəyə bənzər maddələr qablaşdırılaraq möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytinantı Şahid4 ifadəsində göstərdi ki, 21 fevral 2022-ci il tarixdə Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru Vüsal Nəsirzadə tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş X10 üzərindən aşkar olunmuş narkotik vasitə heroini Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində “Vidadi” adlı şəxsdən aldığını demiş və X9 tərəfindən 21 fevral 2022-ci il tarixdə “Vidadi” adlı şəxsin müəyyən edilməsi ilə bağlı əməliyyat tapşırığı verilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, “Vidadi” adlı şəxs xx xxxxxx 1966-cı ildə Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Şahid1dur. Bundan sonra Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkilləri, polis mayoru Şahid3, polis kapitanı Şahid2, polis baş leytenantı Şahid6 və polis baş leytenantı Şahid5 ilə birlikdə Şahid1 narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq və Şahid1 ifşa etmək məqsədi ilə 21 fevral 2022-ci il tarixdə, saat təxminən 16:40 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu deyilən ərazidə yerləşən “Azərsun” istirahət mərkəzinin yaxınlığına getmiş və orada müşahidələr aparmağa başlamışlar. Saat təxminən 17:10 radələrində həmin yerdə Şahid1 və onun yanında olan 2 nəfər şəxsi müəyyən etdikdən sonra onlara yaxınlaşıb özlərini təqdim edərək Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər onların polis əməkdaşları olduqlarını bildikdə özlərini şübhəli aparmağa başlamışlar. Onlar həmin şəxslərin də narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasından şübhələnib həmin şəxsləri Şahid1 ilə birlikdə Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə dəvət etmişlər. Həmin şəxslər də heç bir etiraz etməyərək onlarla birlikdə 3-cü Polis Şöbəsinə getmişlər. Onlar bu barədə raport yazıb məruzə etmiş və müəyyən edilmişdir ki, Şahid1 yanında olan şəxslərdən biri onun qardaşı 24 avqust 1970-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan X17, digəri isə 31 avqust 1987-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxsdur. Faktla bağlı araşdırmanın aparılması Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru Vüsal Nəsirzadəyə həvalə edilmişdir. X9 tərəfindən X8 hüquqlarını müdafiə edilməsindən ötrü müdafiəçi dəvət edilmiş və 3-cü Polis Şöbəsində xidməti otaqların birində X9 tərəfindən əvvəlcə Namik Rzayev şübhəli şəxs qismində tutulmuşdur. Dəvət edilmiş müdafiəçi Namiq Mustafayevin və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə X11 üzərində şəxsi axtarış, baxış və götürmə keçiriləcəyi bildirilmiş, şəxsi axtarış keçirilməmişdən qabaq ona hüquq və vəzifələrini izah edib üzərində qanunla qadağan edilmiş əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra X17 əynindəki qara rəngli dəri gödəkcənin sağ cibindən 5 ədəd içərisində psixotrop maddəyə bənzər ağ rəngli kütlələr olan bükümləri və əynindəki qara rəngli gödəkcənin altında çiyninə keçirdiyi, içərisində markasını bilmədiyi silah olan qara rəngli çantanı təqdim edib, psixotrop maddələri ona qardaşı Şahid1 verdiyini və şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini, silahı isə Binə qəsəbəsində tikintisi başa çatmamış evlərdən birinin yaxınlığından tapdığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən X8 üzərindən qanunsuz digər əşya və predmet aşkar olunmamışdır. X8 üzərindən aşkar olunmuş, içərisində psixotrop maddəyə bənzər ağ rəngli kütlələr olan 05 ədəd bükülü və silah X9 tərəfindən zərfə qoyularaq möhürləndikdən sonra protokol tərtib olunmuş, həmin zərf və protokol iştirakçılar tərəfindən imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan sonra 3-cü Polis Şöbəsinə dəvət edilmiş Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edilməsindən ötrü X9 tərəfindən müdafiəçi dəvət edilmiş və 3-cü Polis Şöbəsində xidməti otaqların birində X9 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Dəvət edilmiş müdafiəçi Fərman Cəfərovun və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, baxış və götürmə keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq ona hüquq və vəzifələrini izah edib üzərində qanunla qadağan edilmiş əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində ağ rəngli maddələr olan, falqa kağızına bükülmüş 03 ədəd bükülünü və içərisində qəhvəyi rəngli kütlə olan 01 ədəd şəffaf sellofanda olan bükülünü təqdim edib, 03 ədəd bükümün içərisində olan maddənin “şüşə”, yəni psixotrop maddə metamfetamin, 01 ədəd bükümün içərisində olan maddənin isə narkotik vasitə heroin olduğunu bildirib, həmin narkotik vasitə və psixotrop maddəni 21 fevral 2022-ci il tarixdə, günorta saatlarında Xəzər rayonu, Binə qəsəbəsində yaşayan Vidadi adlı şəxsdən şəxsi istifadəsi üçün 100 manat pul verərək aldığını, bir hissəsini istifadə etdiyini, qalan hissəsini sonradan şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən qanunsuz digər əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, içərisində psixotrop maddəyə və narkotik vasitəyə bənzər maddələr olan 04 ədəd büküm X9 tərəfindən zərfə qoyularaq möhürləndikdən sonra protokol tərtib olunmuş, həmin zərf və protokol iştirakçılar tərəfindən imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürülmüşdür. Daha sonra Şahid1 hüquqlarını müdafiə edilməsindən ötrü X9 tərəfindən müdafiəçi dəvət edilmiş və 3-cü Polis Şöbəsində xidməti otaqların birində X9 tərəfindən Şahid1 şübhəli şəxs qismində tutulmuşdur. Dəvət edilmiş müdafiəçi Orxan Qocayevin və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə Şahid1 üzərində şəxsi axtarış, baxış və götürmə keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq ona hüquq və vəzifələrini izah edib üzərində qanunla qadağan edilmiş əşya varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Şahid1 əynində olan qara rəngli şalvarın sağ cibindən 01 ədəd şəffaf sellofana bükülmüş maddəni təqdim edərək, həmin bükülünün içərisində olan maddənin “kakos”, yəni narkotik vasitə olan heroin olduğunu bildirmiş, həmin narkotik vasitəni 19 fevral 2022ci il tarixdə İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Əli adlı şəxsdən 11 manat pul ödəyərək aldığını bildirmişdir. Sorğu-sual zamanı Şahid1 ünvan 5 ünvanında yerləşən yaşadığı evdə narkotik vasitələr saxladığını və həmin evə baxış keçirilməsinə etirazı olmadığım bildirmişdir. Şahid1 ünvan 5 ünvanında yerləşən yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmaması ilə bağlı ərizəsi alındıqdan sonra onun öz iştirakı ilə yaşadığı ünvana yollanmışlar. Xəzər RPİ-nin sabiq müstəntiqi, polis kapitanı Musa Məmmədov 21 fevral 2022-ci il tarixdə, saat 22:30-da Şahid1, dəvət olunmuş vəkil Orxan Qocayevin, hal şahidləri X12, X13 və onların iştirakı ilə həmin ünvana baxış keçirməyə başlamışlar. Baxış keçirilməzdən əvvəl müstəntiq Musa Məmmədov şübhəli şəxs Şahid1 sözügedən evdə olması ehtimal olunan narkotik vasitələri və psixotrop maddələri, eləcə də saxlanması qanunla qadağan edilmiş digər əşyaları təqdim etməsini təklif etmiş, bu təklifdən sonra Şahid1 yaşadığı evin yataq otağındakı çarpayının üzərində olan qırmızı rəngli, zəncirbəndli turist çantasını və kardon qutunu göstərib içərisində narkotik vasitə və psixotrop maddələr saxladığını bildirmişdir. Həmin turist çantasının içərisindən üzərində “QANQRENA” yazısı olan dəmir qutunun və kardon qutudakı üzərində “Boqatıri” yazılmış dəmir qutunun içərisindən 01 ədəd salfet kağızı və 02 ədəd göy rəngli siqaret kağızı bükümlərində quru bitki toxumları, 08 ədəd böyük sellofan, 15 ədəd kiçik sellofan bükümlərində qəhvəyi rəngli tozşəkilli narkotik vasitəyə bənzər maddələr, 05 ədəd sellofan bükümlərdə və 02 ədəd göy rəngli siqaret kağızı bükümlərində ağ kristal formalı psixotrop maddəyə bənzər maddə, 02 ədəd göy siqaret kağızı bükümündə qəhvəyi rəngli tozşəkilli, narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülmüş və zərfə qoyularaq üzəri möhürlənmişdir. Sonra Şahid1 yaşadığı evin arxa tərəfində yerləşən qarajın sağ tərəfindəki taxta rəfin yuxarı hissəsinə yerləşdirilmiş 02 ədəd kardon qutunun içərisindən hər birindən 01 ədəd olmaqla, cəmi 02 ədəd böyük sellofan və yapışqan lent bükümlərində ağ rəngli kristal formalı maddələri təqdim edərək, həmin maddələrin psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Evin digər otaqlarına baxış keçirilsə də əhəmiyyət kəsb edən hər hansı əşya, predmet və maddə aşkar olunmamışdır. Bundan sonra müstəntiq Musa Məmmədov tərəfindən protokol tərtib edilmiş və Şahid1 yaşadığı ünvandan aşkar olunmuş narkotik vasitə və psixotrop maddəyə bənzər maddələr qablaşdırılaraq möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid6 və polis baş leytenantı Şahid5 Şahid4 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusiyyətləri təsdiq etmişlər. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 22 fevral 2022-ci il tarixli 6/1089 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “saxlanılan şəxs: E.Əliyev” yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,137qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş, üzərində: “saxlanılan şəxs: N.Rzayev” yazısı və imzalar olan zərfdəki 5(beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,665qr, 0,529qr, 1,527 qr, 3,667 qr, 2,023 qr, ümumi təmiz çəkisi 8,411qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində: “saxlanılan şəxs: Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 03 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 7,641 qr, 3,689qr, 3,825qr, ümumi təmiz çəkisi 15,155 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 2,599 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Tədqiqata təqdim edilmiş, üzərində: “saxlanılan şəxs: Şahid1” yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,229 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasito-heroindir. Tədqiqata təqdim edilmiş, üzərində: “Şahid1 yaşadığı ... ünvanındakı evdə axtarış aparılarkən götürülmüş....” yazısı və imzalar olan zərfdəki 8 (səkkiz) ədəd böyük ölçülü və 14 (on dörd) ədəd kiçik ölçülü polietilen bükümdə ayrı- ayrılıqda təmiz çəkisi 12,189qr, 14,776qr, 36,861qr, 13,571qr, 4,609qr, 5,871qr, 18,009qr, 19,677qr, 0,394qr, 0,410qr, 0,876qr, 0,856qr, 0,889qr, 0,346qr, 0,835qr, 0,426qr, 0,340qr, 0,854qr, 0,401qr, 0,350qr, 0,964qr, 0,860qr və 01 (bir) ədəd “göy” rəngli kağız bükümdə təmiz çəkisi 0,368qram, ümumi təmiz çəkisi 134,732 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,627 qram tünd qəhvəyi rəngli qətranabənzər maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə - tiryəkdir, 05 (beş) ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,383 qr, 0,367qr, 0,493qr, 0,397qr, 0,445qr və 2 (iki) ədəd “göy” rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,053qr və 0,086qr, ümumi təmiz çəkisi 2,224qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 01 (bir) ədəd “göy” rəngli kağız bükümdə təmiz çəkisi 0,047qram tünd bənövşəyi rəngli metal parlaqlığına malik narın kristal şəkilli maddə - kalium permanqanatdır. Tədqiqata təqdim edilmiş, üzərində: “Şahid1 yaşadığı ... ünvanında aparılmış axtarış zamanı evin həyətindəki qarajdan aşkar edilərək götürülmüş...” yazısı və imzalar olan bağlamadakı 2 (iki) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 1155,7qr və 926,9 qram, ümumi təmiz çəkisi 2082,6 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psİxotrop maddə metamfetamindir. Vət. Şahid1 evindən və qarajdan aşkar edilərək götürülmüş heroinlər, X10 və Təqsirləndirilən şəxs götürülmüş heroinlərlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Vət. Şahid1 evindən və qarajdan aşkar edilərək götürülmüş metamfetamin, Təqsirləndirilən şəxs və X7 götürülmüş metamfetaminlərlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin, tiryək "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin İ siyahısına daxildirlər. Kalium permanqanat 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorlar”-ın İV siyahısına daxildir. (cild 01, iş vərəqə 122-126) İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 07 aprel 2022-ci il tarixli 1647 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və Psixostimlyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 02, iş vərəqə 88-89) İş materiallarında olan 21 fevral 2022-ci il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 3 ədəd gümüşü falqa, 1 ədəd şəffaf sellofana bükülmüş bükümləri təqdim etmişdir. Həmin bükülülər açıldıqda o, təqdim etdiyi bükümdə narkotik maddə heroin və “şüşə” olduğunu, bu narkotik vasitəni xx.xx.2022-ci il tarixdə günorta saatlarında Xəzər rayonu, Binə qəsəbəsində yaşayan Vidadi adlı şəxsdən şəxsi istifadəsi üçün 100 (yüz) manat pula almış, bir qismini istifadə etmiş qalıq hissəsini sonra istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə, saat 17:10 radələrində Binə qəsəbəsi, Bakavtomat yaşayış massivində yerləşən Azərsun istirahət mərkəzinin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitəyə bənzər maddə olan 4 bükülü cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 244 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir. (cild 01, iş vərəqə 78-79) İş materiallarında olan Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü PŞ-nin əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi və əməliyyat qrupunun yaradılmasına dair 21 fevral 2022-ci il tarixli qərarları qanuni hesab edilmişdir. (cild 02, iş vərəqə 1-3) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli sorğusuna cavab olaraq, Bakı şəhəri Xəzər rayon Prokurorluğunun xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 21 fevral 2022-ci il tarixdə Xəzər rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılarkən fiziki zorakılığa, işgəncələrə məruz qalması, onun sərbəst ifadə verməsinə şərait yaradılmaması barədə göstərdiyi xüsusatlar sübuta yetirilmədiyindən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli sorğusuna cavab olaraq, AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixli məktubundan və ona əlavə edilmiş tibbi kitabçanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasına daxil olmuş, müayinə zamanı həbs olunmamışddan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlarda xəsarət almadığını bildirmiş, baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsvirində sol çiyin nahiyyəsində cərrahi əməliyyatdan sonrakı çapıq toxuma izlənilmişdir. Müayinə zamanı hər hansı bir yeni zədə və xəsarət əlamətləri müəyyən olunmamışdır. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyərək, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaması, eləcə də üzərindən hər hansı narkotik vasitənin və ya psixotrop maddənin aşkarlanmaması, narkotik vasitələrin aludəçisi olmaması, saxlanılarkən polis əməmkdaşları tərəfindən döyülməsi barədə ifadəsinə hüquqi qiymət verərək, belə hesab edir ki, onun məhkəmədə verdiyi bu ifadəsi işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun məhkəmədə verdiyi bu ifadəsi iş üzrə şahidlərin ifadələri, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi və əməliyyat qrupunun yaradılmasına dair 21 fevral 2022-ci il tarixli qərarların qanuni hesab edilməsi barədə Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı, məhkəmə-kimyəvi ekspertizasının 6/3249 saylı xx.xx.2021-ci il tarixli rəyi, məhkəmə-kimyəvi ekspertizasının 22 fevral 2022-ci il tarixli 6/1089 nömrəli rəyi, məhkəmə narkoloji ekspertizasının 07 aprel 2022-ci il tarixli 1647 nömrəli rəyi, 21 fevral 2022-ci il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokol, Bakı şəhəri Xəzər rayon Prokurorluğunun xx.xx.2021-ci il tarixli qərarı, AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixli məktubu, ona əlavə edilmiş tibbi kitabçanın kserosurəti və digər mötəbər sübutlar ilə tam təkzib olunur. Həmçinin, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, ailəsilə birlikdə ünvan 2 ünvanda yaşamışdır. Latın əlifbası ilə yazmağı bacarmır, lakin sərbəst oxumağı bacarır, izahatının azərbaycan dilində, latın qrafikası ilə kompüter vasitəsilə yazılmasına etirazı, eyni zamanda ifadəsi alınarkən mütəxəssisin iştirakına ehtiyacı yoxdur. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqribən 1 il olar ki, narkotik maddə heroin və psixotrop maddə metamfetamindən istifadə edir. Həmin narkotik vasitələri isə Xəzər rayonu Binə qəsəbəsində yaşayan Vidadi adlı şəxsdən alır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə, günorta saatlarında Xəzər rayonu Binə qəsəbəsində Vidadi adlı şəxsdən 100 yüz manat nəğd pul ödəyərək şəxsi istifadəsi üçün 3 ədəd gümüşü falqaya və 1 ədəd şəffaf selofana bükülü halda heroin və şüşə almış, bir qismini istifadə etmiş, qalan hissəsini sonra istifadə etmək üçün əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoyaraq üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yaşayış massivində yerləşən Azərsun istirahət mərkəzinin yaxınlığında tanışları Vidadi və onun qardaşı Namiklə birlikdə olarkən iki nəfər polis işçisi onlara yaxınlaşıb özlərini təqdim etmişlər və onlarla birlikdə 3cü PŞ-nə getmələrini bildirmişlər. Polis işçilərinə artıq hər şeyin aydın olduğunu bildiyi üçün etiraz etmədən onlarla birlikdə polis şöbəsinə getmişdir. Polislər yol boyu gözləri ilə ona nəzarət etdikləri üçün cibində olan narkotk vasitələri ata bilməmişdir. PŞ-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis işçiləri video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O, da buna etiraz etməmiş, ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis işçiləri xidməti otaqların birində video çəkilişlə üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş, o, da üzərində saxladığı içərisində heroin və şüşə kimi tanıdığı maddə olan 3 ədəd gümüşü falqaya və 1 ədəd siqaretin şəffaf sellofanına bükülmüş bükümləri təqdim etmişdir. Bükümlər açıldıqda içərisindən heroin və metamfetamin kimi tanınan psixotrop maddələr aşkar edilmişdir. Sorğu zamanı bildirmişdir ki, aşkar edilmiş maddə heroin və metamfetamin kimi tanıdığı narkotik maddədir. Təxminən 1 İlə yaxındır ki, narkotik maddə olan heroindən istifadə edir, aşkar edilmiş narkotik maddəni xx.xx.2022-cu il tarixdə günorta saatlarında Xəzər rayonu, Binə qəsəbəsində Vidadi adlı şəxsdən 100 (yüz) manat nəğd pul ödəyərək şəxsi istifadəsi üçün almış, onlardan bir qismini istifadə etmiş, qalan hissəsini isə sonra istifadə etmək üçün əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoyaraq üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yaşayış massivində yerləşən Azərsun istirahət mərkəzinin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmış, ondan aşkar edilmiş narkotik maddə polis işçiləri tərəfindən götürülərək orada olan şəxslərin və müdafiəçimin iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Bundan əlavə qeyd etmişdir ki, keçirilən bütün prosesslər video çəkilişlə qeydə alınmışdır. O, ifadəsinə əlavə olaraq bildirmişdir ki, həmin narkotik vasitə və psixotrop maddələri xx.xx.2022-ci il tarixdə günorta saatlarında Xəzər rayonu Binə qəsəbəsində yaşayan tanıdığı Vidadi adlı şəxsdən 100 (yüz) manata özü istifadə etmək üçün almışdır. Bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələri satmaq, eləcə də kiməsə pay vermək niyyəti olmamış, özü istifadə etmək üçün üzərində saxlamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq edilməmişdir. Onun narkotik vasitələrdən istifadə etməyi barədə hər hansı şəxsin xəbərdar olub-olmaması barədə heç nə deyə bilməmiş, onların qəbul edilməsinin qadağan olunmasını və məsuliyyətini dərk etməklə hazırda əməlindən peşman olduğunu qeyd etmişdir. Bildirmişdir ki, mobil telefonu və nömrəsi yoxdur. Narkotik vasitəni alarkən heç kimlə əlaqə saxlamamış, sadəcə yolda dayanan zaman onu satan adamlar narkotik vasitə istifadə edənləri tanıdığından ona yaxınlaşıb narkotik vasitə istəyibistəməməyi barədə soruşduqda o, da almaq istədiyini bildirmişdir. Polis işçiləri onu Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yaşayış massivində yerləşən Azərsun istirahət mərkəzinin yaxınlığında saxlamışlar. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq edilməmişdir. Məhkəmə tərkibi həmçinin, hazırki iş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq, belə hesab edir ki, Şahid1 həmin ifadəsi yaxın münasibətdə olduğu hazırki iş üzrə Təqsirləndirilən şəxs, eləcə də təqsirləndirilən şəxs qismində cəlb edildiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan, hazırda məhkəmə baxışı davam etdirilən 1(101)-1507/2022 nömrəli iş üzrə özünü məsuliyyətdən yayındırmaq məqsədi daşıyaraq, həqiqəti əks etdirmir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməllərini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxıl olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür kı, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 02, iş vərəqə 09) İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X5 olmaqla üç azyaşlı qız övladı vardır. (cild 02, iş vərəqə 97-99) Məhkəmə AR CM-in 59-cu maddəsini rəhbər tutaraq, həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı qız uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, onun barəsində cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi X22»-inin Ambulator X1 07 aprel 2022-ci il tarixli 1647 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakları müəyyən edilmədiyindən, onun barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Xəzər RPİ-də saxlanılan iş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 7,641 qram, 3,689 qram, 3,825 qram ümumilikdə təmiz çəkisi 15,155 qram psixotrop maddə metamfetaminin və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 2,599 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 2,499 qram olan heroin və 15,035 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış zamanı çəkilmiş videogörüntülər olan 04 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq, yalnız Təqsirləndirilən şəxs dair 22 fevral 2022-ci il tarixli 6/1089 nömrəli ekspert rəyi üzrə, həmin ekspert rəyinin aid olduğu digər şəxslər X8 xx.xx.2022-ci il tarixdə ölməsi ilə əlaqədar barəsində cinayət təqibinə xitam verilməsi (cild 02, iş vərəqə 16, 101-122), X3 barəsində cinayət təqibinə əməlində cinayət tərkibi olmaması ilə əlaqədar xitam verilməsi (cild 02, iş vərəqə 101-122), Şahid1 barəsində isə hazırda məhkəmə baxışının davam etdirilməsi nəzərə alınmaqla, ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 manat pul vəsaitinin müvafiq hissəsi, 57 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(003)- 89/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. (cild 01, iş vərəqə 68; cild 01, iş vərəqə 244-247) Odur ki, Təqsirləndirilən şəxs barəsində olan cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Prospekt” Vəkil Bürosunun hesabına 180 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Xəzər RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 2,499 qram olan heroin və 15,035 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 04 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyərini təşkil edən 57 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Prospekt” Vəkil Bürosunun hesabına 180 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Azər Paşayev Rasim Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar