Məhkəmə qərarları › İş №1(101)-1323/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1323/2025

23.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1323/2025 23.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X4 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxxx 2002-ci il tarixdə Qax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 12:30-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 7,545 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 5,793 qram psixotrop maddə metamfetamini, tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin miqdarı 0,2 qram təşkil edən 05 ədəd metadon həblərini, 25,41 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib, üzərində saxlamaqla daşımış, Səbail rayon Polis İdarəsinin 39-cu Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 22 yanvar 2025-ci il tarixdə saat 03:30-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq Səbail RPİ-nin 39-cu polis bölməsinin inzibati binasına gətirilmiş və orada həmin tarixdə saat 04:30-dan etibarən üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qırmızı rəngli gödəkçənin iç cibindən 01 ədəd bağlamanın içərisindən 11 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,512 qram, 0,874 qram, 0,311 qram, 0,685 qram, 0,724 qram, 0,728 qram, 1,051 qram, 0,475 qram, 0,651 qram, 0,819 qram, 0,715 qram olmaqla ümumi təmiz çəkisi 7,545 qram külli miqdarda kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin, 08 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,786 qram, 0,816 qram, 0,713 qram, 0,891 qram, 0,585 qram, 0,791 qram, 0,732 qram, 0,479 qram olmaqla ümumi təmiz çəkisi 5,793 qram külli miqdarda kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin, tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin miqdarı 0,2 qram təşkil edən 05 ədəd metadon həbləri, 01 ədəd bükümdə 25,41 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, təxminən bir ildir narkotik vasitə marixuanadan istifadə etmiş və narkotik vasitəni iranlıdan almışdır. İranlı ilə “instagram” vasitəsilə danışmışdır. Axşam saatlarında on qram “nəşə” almaq üçün iranlı ilə danışmış, saat 12 radələrində götürmək üçün gedərkən həmin vaxt orada olan üç nəfər əməkdaş ona yaxınlaşmışdır. Narkotiki ona göndərilən məkan vasitəsilə “Malakan” bağının girişi tərəfində olan ünvandan götürmüşdür. Ona 10 qram marixuana deyilmiş, həmin vaxt bağlamaya baxmadan və çəkidə fərqi hiss etmədən götürüb cibinə qoymuşdur. İranlı ona məkan göndərmiş və görüntülü danışdıqda isə yerini göstərmişdir. Bağlamanı götürüb çıxdığı anda polis əməkdaşları üzərinə qaçıb onu saxlayaraq bölməyə aparmışlar. Videoçəkilişi bölmədə etmişlər, vəkil ondan sonra bölməyə gec gəlmiş və vəkillə bölməyə gətiriləndən 40 dəqiqə sonra görüşmüşdür. İttihamda göstərilən narkotik vasitələr vidoeçəkilişlə bağlamadan aşkar edilən narkotik vasitələr olmuşdur. İranlının artıq çəkidə narkotik qoymasının səbəbini bilməmiş, o, iranlıya narkotikin pulunu, yəni yüz manatı yollamış və həmin pulu “M10” vasitəsilə göndərmişdir. Ödənişi Bayıl ərazisində, “20-ci sahə” dairəsinin yanında olan “Araz” marketdən ödəmiş və saat neçə radələrində ödəniş etməsi yadında qalmamışdır. O, ittiham aktında göstərilən saatda və vaxtda saxlanılmışdır. Aşkar edilənlər onun üzərində olmuş, polis tərəfindən üzərinə qoyulmamış, sadəcə olaraq onun iranlı ilə razılaşdırdığı çəki olmamışdır. O, əvvəllər də iranlıdan iki dəfə narkotik almışdır. Bölmədə ona qarşı zorakılıq olmuş və on qram narkotik üçün getdiyini bildirdiyinə görə fiziki zorakılığa məruz qalaraq döyülmüşdür. Onun psixoloji problemləri olmuş, hərbi xidmətdə olarkən problemləri ilə bağlı xidməti yarım qalmış, problemləri tez əsəbiləşməyi və özündən çıxmağı olmuşdur. Səkkiz ay hərbi xidmətdə olmuş və narkotik istifadə etdiyindən xidmətə yararsız olmuşdur. O, Maştağa xəstəxanasında psixatriyada qeydiyyatında olmuşdur. Fərid onun qonşusu olmuş, bölmədə tutulduğu vaxt Fərid ona mesaj yazmış və polis əməkdaşları onu döyərək Fəridi də ora gətirtməsini bildirmişlər. Fərid də narkomandır və o, götürəcəyi narkotikdən Fəridə verməyəcəkdi. Fəridə narkotik üçün gedəcəyini demiş, lakin nə vaxt gedəcəyini deməmişdir. Götürəndə həmişə bir yerdə çəkdiklərindən Fərid ona yazaraq narkotiki götürüb-götürmədiyini soruşmuşdur. O, götürəcəyi narkotikdən birlikdə istifadə edəcəkdilər. Onun telefonu müstəntiqdə olmuş və şəxsi axtarışda onun üzərindən telefonun çıxmaması düzgün yazılmamışdır. 4.Məhkəmə iclas zalında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, uzun müddətdir narkotik vasitə olan marixuanadan istifadə edir. Mingəçevir şəhərində yaşadığı məhəllədə uşaq vaxtdan bir yerdə böyüdüyü Fərid adlı dostu xx.xx.2025-ci il tarixdə saat 00:30 radələrində istifadəsində olan ***-***-**-** nömrəsindən “whatsapp” vasitəsi ilə ona zəng vuraraq İran İslam Respublikası vətəndaşı olan Baba ləqəbli şəxsin +98-***-***-**-** saylı mobil nömrəsini ona verib “whatsapp”da onunla danışmağını və həmin şəxsin ona konum atdığı yerdə 10 qram el arasında “nəşə” adlanan narkotik vasitə olan marixuana qoyacağı yerdən həmin narkotik vasitəni götürməyini xahiş etmişdir. Fərid ilə əvvəllər narkotik vasitə olan marixuananı birlikdə bir neçə dəfə çəkdiyi üçün sonuncu onun narkotik vasitədən istifadə etdiyini bilmişdir. Fərid ona demişdir ki, həmin narkotik vasitəni götürdükdən sonra 5 qram marixuananı özü üçün götürsün, qalanını da özündə saxlasın, ya özünün Bakı şəhərinə gələcəyini, ya da ona etibarlı adam tapıb göndərəcəyini demişdir. O da Fəridlə danışdıqdan bir qədər sonra İran vətəndaşı Baba ləqəbli şəxslə “whatsapp”la danışmış və Baba “whatsapp”da ona narkotik vasitəni qoyduğu yeri konumla göndərmiş və o, taksi sifariş edib həmin yerə yəni Bakı şəhəri, Səbail rayonu, N.Şükürlü küçəsinə getmiş və həmin küçədə yerləşdirilən zibil qablarından birinin küncündə yerə qoyulmuş qara rəngli bükümü götürmüş, daha sonra əynində olan gödəkçəsinin sol iç cibinə qoyub gizlədərək üzərində saxlamışdır. Sonra Fəridə zəng vuraraq narkotik vasitəni götürdüyünü bildirmişdir. Fərid həmin vaxt ona bildirmişdir ki, həmin bükümün içərisində marixuanadan başqa heroin, patı yəni psixotrop maddə olan metamfetamin, tiryək və M40 adlanan metadon həbləri vardır, onları da özündə saxlasın, ona göndərər. O, Fərid elə dedikdən sonra biraz qorxmuş və həmin narkotik vasitələri yerinə qaytarıb qoymaq istəmişdir. Ancaq qoymamış, oradan biraz uzaqlaşıb gedən zaman iki nəfər mülki geyimdə polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər. Onun narkotik vasitə istifadəçisi olduğundan şübhələndiklərini bildirib onu Səbail RPİ 39-cu PB-nə dəvət etmişlər və birlikdə bölmənin inzibati binasına gəlmişlər. Orada üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman video çəkilişdən istifadə ediləcəyi və dövlət hesabına ona vəkilin təyin edildiyi barədə məlumat verilmişdir. O, heç bir etiraz etməmişdir. Polis idarəsinin inzibati binasının otaqlarından birində iştirakçıların və vəkilin iştirakı ilə onun üzərinə video çəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə keçirmişlər. Baxış keçirilən zaman o, özü əynindəki qırmızı rəngli gödəkçəsinin sol iç cibindən içərisində narkotik vasitələr və psixotrop maddə olan metamfetamin olan 01 ədəd qara rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı içərisində nəşə yəni marixuana, heroin, patı yəni metamfetamin, tiryək və M40 metadon həbi olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşı tərəfindən 01 ədəd qara rəngli sellofan bükümün içərisinə baxış keçirilmiş, baxış zamanı onun içərisindən 05 ədəd qəhvəyi rəngli metadon həbləri, 08 ədəd içərisində ağ kristallik psixotrop maddə olan metamfetamin olan qara sellofan bükümlər, 15 ədəd içərisində qara rəngli maddə olan qara sellofan bükümlər, 11 ədəd içərisində qəhvəyi rəngli heroin olan qara sellofan bükümlər və 01 ədəd içərisində yaşıl rəngli narkotik vasitə olan marixuana olan qara rəngli sellofan büküm aşkar edilmişdir. Təqdim etdiyi narkotik vasitələr və psixotrop maddə metamfetamin zərfə qablaşdırılmış, zərfin üzərinə o və baxışda iştirak edən müdafiəçi, polis əməkdaşları da imza etmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. Həmin narkotik vasitəni müxtəlif vaxtlarda və yerlərdə tanımadığı şəxslərdən alır. Üzərindən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddə olan metamfetamini dostu Fəridin xahişi ilə dediyi İran vətəndaşı Baba ləqəbli şəxsin göndərdiyi ünvandan Fəridə götürüb göndərmək məqsədi ilə götürüb üzərində saxlamışdır. Ancaq o, narkotik vasitələrin satışı ilə məşğul olmur. O, onu götürməyinin qarşılığında dostu Fərid ona 5 qram özü istifadə etmək üçün marixuana verəcəkdi. Fərid ona birinci dəfə belə təklif etmişdir. Onun Fəridin narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması barədə heç bir məlumatı yoxdur. Fəridin ancaq adını bilir və birdə mobil nömrəsini ifadəsində qeyd etmişdir. Fərid Mingəçevir şəhərində yaşayır. Polis bölməsinə şübhəli şəxs qismində gətirilən zaman polis əməkdaşları tərəfindən ona qarşı heç kim zor tətbiq edilməmişdir (İ cild, səh. 116-118). 5.Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, hadisə yanvar ayının 22-də baş vermiş, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri həm üzərində gəzdirməsi, həm də istifadə etməsi barədə Şahid2 əməliyyat məlumatı daxil olmuşdur. Daha sonra yanvar ayının 22-də gecə saat 03:30 radələrində 39cu polis bölməsinin əməkdaşı Şahid2la birlikdə Nicar Şükürlü küçəsində həmin şübhəli şəxsi görüb yaxınlaşaraq özlərini təqdim etmişlər. Ona nədə şübhəli olduğunu bildirərək bölməyə dəvət etmişlər. Şəxs heç bir müqavimət göstərmədən onlarla birlikdə bölməyə yaxınlaşmışdır. Bölmədə təhqiqatçı və vəkilin iştirakı ilə birlikdə videoçəkiliş aparılmış, çəkiliş zamanı üzərindən qara rəngli bağlama aşkar edilmiş, bağlamanın içərisində narkotik vasitə olduğunu, narkotik vasitələrin hər birinin özünə məxsus olduğunu və internet vasitəsilə tanımadığı şəxsdən aldığını bildirmişdir. Şəxs bölməyə gətirildikdən sonra ona qarşı hansısa zor və təzyiq olmamışdır. Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 6.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 22 yanvar 2025-ci il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, «Rüstəm» adlı şəxs qanunsuz olaraq narkotik vasitələr qəbul edib üzərində saxlayır. Qeyd olunan məlumatın yoxlanılması ilə bağlı tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə bağlı o və 39-cu polis bölməsinin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvü ilə birlikdə saat 03 radələrində əldə etdikləri məlumat əsasında Bakı şəhəri, ünvan 5 ünvanın qarşısında olarkən şəxsiyyəti sonradan onlara məlum olan Təqsirləndirilən şəxs görüb, sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və barəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olduğunu bildirib, Təqsirləndirilən şəxs 39-cu polis bölməsinə dəvət etmişlər, Təqsirləndirilən şəxs də onlarla razılaşaraq 39-cu polis bölməsinə gəlmişdir. Polis bölməsinə gəldikdən sonra raportla rəhbərliyə müraciət olunmuş, sonra isə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiə olunması üçün vəkil dəvət olunmuş, daha sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet olduğu təqdirdə onları təqdim etməsi təklif olunduqda sonuncu əynində olan qırmızı rəngli gödəkçənin içəri cibindən bir ədəd qara rəngli bağlamanı təqdim etmişdir. Həmin bağlama açıldıqda içərisindən 05 ədəd qəhvəyi rəngi narkotik vasitə metadona bənzər həblər, 08 ədəd içərisində ağ rəngli psixotrop maddəyə bənzər maddə olan bükümlər, 11 ədəd içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə olan bükümlər, 01 ədəd içərisində yaşıl rəngli narkotik vasitə marixuanaya bənzər kütlə olan büküm və 15 ədəd qara rəngli maddə olan bükümlər olması müəyyən edilmişdir. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə olan maddələrin narkotik vasitə və psixotrop maddə olduğunu, həmin maddələri saxlanılmamışdan 1 saat əvvəl İran İslam Respublikası vətəndaşının göndərdiyi ünvandan götürdüyünü, həmin maddələrin içində olan marixuanadan ona 5 qramının vəd olunduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış və şəxsiyyət vəsiqəsi, 02 ədəd bank kartı və 01 ədəd bakı kartından başqa hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər qablaşdırılmaqla götürülmüşdür. Daha sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər (İ cild, səh. 90- 92). 7.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, yanvar ayının sonlarında axşam radələrində onlara əməliyyat məlumatı daxil olmuş və bundan sonra gecə saat 3-4 aralığında Şahid1lə birlikdə Səbail rayonu, Şükürlü küçəsində şübhəli şəxs kimi bildikləri Rüstəm adlı şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Daha sonra şəxs onlarla birlikdə 39-cu polis bölməsinə yaxınlaşmış, orada təhqiqatçı və vəkilin iştirakı ilə üzərinə baxış keçirilərkən bir ədəd büküm aşkar edilmiş, büküm açıldıqda isə balaca bükümlərdə fərqli narkotik vasitələr aşkar edilmişdir. Şəxs aşkar edilənləri iran vətəndaşından əldə etdiyini, az hallarda marixuanadan istifadə etdiyini və digərlərindən istifadə etmədiyini bildirmişdir. Əməliyyat məlumatı 39-cu polis şöbəsinə daxil olmuş və qrupa rəhbərliyi Şahid1 etmişdir. Səhv etmirsə onlardan əlavə Elvin Məmmədov da əməliyyatda iştirak etmişdir. Təqsirləndirilən şəxs narkotikin çəkisi ilə bağlı heç bir fiziki zorakılıq göstərilməmişdir. Təqsirləndirilən şəxsə bölmədə hansısa zor təzyiq və olmamışdır. Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 8.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 82- 84). 9.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 yanvar 2025-ci il tarixli, 7/137 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərində çıxan maddələr.” yazılar və imzalar olan kağız paketdə 1 (bir) ədəd üzəri skoçla bağlanmış qara rəngli sellofan bağlamada təmiz çəkisi 25,41 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana bir obyekt olduğu üçün onunla müqayisəli tədqiqat aparılmamışdır (İ cild, səh. 43-47). 10.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 yanvar 2025-ci il tarixli, 6/307 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, AR DİN “Zərflər üçün № 49” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən..." və sair yazılar, soyadlar, imzalar olan kağız paketdə 03 ədəd qara rəngli sellofan bağlamadan birində 08 ədəd bükümdə ümumi təmiz çəkiləri 5,793 qram ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir (ayrı-ayrılıqda təmiz çəkiləri 1 saylı cədvəldə verilmişdir); 08 bükümdəki metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Digər bağlamadakı 11 ədəd bükümdə ümumi təmiz çəkiləri 7,545 qram açıq qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (ayrı-ayrılıqda təmiz çəkiləri 2 saylı cədvəldə verilmişdir). 11 bükümdəki heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında evnilik təşkil edirlər; 05 ədəd blister kəsiyində ümumilikdə 05 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş bozumtul-qəhvəyi rəngli dərman tabletlərinin tərkibində ümumilikdə təmiz çəkisi 0,2 qram metadon təsiredici maddəsi müəyyən edildi; 05 ədəd tablet kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 15 ədəd bükümdə ümumi təmiz çəkiləri 10,758 qram tünd qəhvəyi rəngli maddə kütlələri (ayrıayrılıqda təmiz çəkiləri 3 saylı cədvəldə verilmişdir) tərkib komponentlərinə görə Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahıları” na, habelə “Zəhərli maddələrin siyahıları’na daxil deyildirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ), Metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitələr”in siyahısına (Siyahı İİ) daxildir (İ cild, səh. 48-53). 11.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 10 mart 2025-ci il tarixli, 1439 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabiodlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixindən X2 “F19.2” diaqnozu ilə dispanser qeydiyyatdadır (İ cild, səh. 93-94). 12.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8-Hüquqi şəxsi ambulator məhkəmə-psixiatrik ekspertizasının 01 sentyabr 2025-ci il tarixli, 2907 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri, anamnezində narkotik vasitələrdən sui-istifadə müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. 13.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 22 yanvar 2025-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin video-görüntülərinin özündə əks etdirən DVD diskdən görünür ki, şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qırmızı rəngli gödəkçənin içəri cibindən 01ədəd qara rəngli sellofan bükümü təqdim etmişdir. Həmin bükümün içərisindən 05 ədəd qəhvəyi rəngli həb, içərisində 08 ədəd ağ kristallik maddə olan qara rəngli sellofan büküm, içərisində 15 ədəd qara rəngli bərk kütlə olan qara rəngli sellofan büküm, içərisində 11 ədəd qəhvəyi rəngli maddə olan qara rəngli sellofan büküm və içərisində 01 ədəd yaşıl rəngli ota bənzər maddə olan qara rəngli sellofan büküm aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin maddələri saxlanıldıqdan bir saat əvvəl İran İslam Respublikası vətəndaşının ona göndərdiyi ünvandan götürdüyünü və həmin maddələrin içində olan marixuanadan 5 qramının ona vəd olunduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən şəxsiyyət vəsiqəsi, 02 ədəd bank kartı və 01 ədəd bakı kartından başqa hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra aşkar edilmiş bükümlər qablaşdırılıb möhürlənərək götürülmüşdür (İ cild, səh. 32-33). 14.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsin 18 iyul 2025-ci il tarixli, 3-28-29/2-6871/2025 nömrəli məktubundan görünür ki, xx.xx.2002-ci il təvəllüdlü, ünvan 6 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə xx.xx.2020-ci il tarixdə Mingəçevir Şəhər Şöbəsinin xx.xx.2020-ci il tarixli, 2/325 №-li göndərişinə əsasən yuxarıda adı göstərilən xəstəxanaya gündüz stasionarı şöbəsinə yarım stasionar rejimli müayinəyə qəbul olunub, xx.xx.2020-ci il tarixdə Həkim Psixiatr Komissiyasına təqdim olunub və həmin tarixdə xəstəxanadan evə yazılıb. 15.«Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında» 01 may 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 7,545 qram narkotik vasitə heroin, ümumi təmiz çəkisi 5,793 qram psixotrop maddə metamfetamin, 25,41 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 05 ədəd narkotik vasitə metadon həbləri xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonrakı narkotik vasitə qurudulmuş 25,39 qram qalığı, narkotik vasitə heroinin 7,435 qram qalığı, narkotik vasitə metadon tabletlərinin 04 ədəd qalığı, psixotrop maddə metamfetaminin 5,633 qram qalığı saxlanması üçün Səbail Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Şəxsi axtarış zamanı şəkilmiş içərisində videogörüntü olan bir ədəd disk cinayət işi üzrə sübut kimi qiymətləndirilmişdir (İ cild, səh. 100-108). 16.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, alında, sol saidin ön və arxa arxa səthində köhnə çapıqlar aşkar olunmamışdır. 17.«Şübhəli şəxsin tutulması haqqında» 22 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 23). 18.Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 4(009)- 16/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 22 yanvar 2025-ci il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 77). 19.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 124-125). Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 20.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 21.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 22.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 23.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 24.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 25.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 26.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 27.Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 28.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 29.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndinə əsasən digər şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. 30.Qeyd olunan Plenum qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 31.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 83-cü bəndinə əsasən 2 qram və yuxarı həddə narkotik vasitə olan heroin külli miqdar hesab edilir. Həmin siyahının 109.1-ci bəndinə əsasən 5 qram və yuxarı həddə (500 qramadək) narkotik vasitə olan qurudulmuş marixuana xeyli miqdar hesab edilir. Qeyd olunan siyahının 111-ci bəndinə görə 1,6 qram və yuxarı həddə narkotik vasitə olan metadon külli miqdar hesab hesab edilir. İİ siyahının 118-ci bəndinə əsasən 2 qram və yuxarı həddə psixotrop maddə olan metafetamin külli miqdar hesab edilir. 32.Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, təqiq edilmiş ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 33.Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə fiziki təqzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, alında, sol saidin ön və arxa arxa səthində köhnə çapıqlar aşkar olunmamışdır. 34.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X5rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 35.Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə təzyiq edilməsi dair iddialar müvafiq sübutlarla təsdiq olunmalıdır. 36.Məhkəmə təqsirləndirilən şəxsin onun şəxsi axtarışı barədə videoçəkilişin həqiqəti əks etdirməməsi məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, «şəxsi axtarış və götürmə aparılması haqqında» 22 yanvar 2025-ci il tarixli protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş narkotik vasitələrin və psixotrop maddənin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 37.Təqsirləndirilən şəxsin tədqiq edilmiş videoçəkilişin həqiqəti əks etdirmədiyi barədə dəlilləri məhkəmə tədqiqi zamanı bu sübutun həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə yaratmamışdır. 38.Beləliklə məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə şəxsi axtarışının şərtlərinə, nəticələrinə etiraz etmək və sübutların əldə edilməsinə, istifadəsinə etiraz etmək üçün effektiv şəraitin təmin edilməməsi nəticəsinə gəlməyə əsasların olmadığı qənaətinə gəlir. 39.Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, onun məhkəmə istintaqında verdiyi ifadəsində qeyd etdiyi hallar məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə təsdiqini tapmamışdır. 40.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 41.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlayaraq daşıması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. 42.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir 43.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirli olması məhkəmə araşdırması zamanı araşdırılmış sübutlarla, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 44.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 45.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 46.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 47.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 48.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 49.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 50.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 51.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 52.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 53.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 54.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 55.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 22 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. 56.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 57.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 58.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 59.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, iş üzrə aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,435 qram çəkidə narkotik vasitə heroinin, 25,39 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın, 5,633 qram çəkidə psixotrop maddə metamfetaminin və 04 ədəd narkotik vasitə metadon həbinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 60.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 61.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 62.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 182 (yüz səksən iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 63.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 22 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 182 (yüz səksən iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut olaraq Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan - iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 7,435 qram çəkidə narkotik vasitə heroin, 25,39 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 5,633 qram çəkidə psixotrop maddə metamfetamin və 04 ədəd narkotik vasitə metadon həbi məhv edilsin, 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Elmin Rüstəmov

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar