Məhkəmə qərarları › İş №1(101)-1324/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1324/2021

14.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1324/2021 14.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu, Hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X2 qızı, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- Azərbaycan Respublikası Vəkillər kollegiyası Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2a yaşamış, əvvəllər məhkum olunmuş, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə edib daşımaqla saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs, 20 mart 2021-ci il tarixdə şəxsiyyəti istintaq zamanı müəyyən edilməmiş «Şahbuz» adlı şəxsdən aldığı satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddəni üzərində daşıyaraq yaşadığı Mərdəkan qəsəbəsi, Gülağa Həsənov küçəsi ev 47 ünvanda saxlamışdır. 22 mart 2021-ci il tarixdə saat 20-20 radələrində DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Gülağa Həsənov küçəsində saxlanılaraq BNMİ-nin inzibati binasına aparılaraq orada xidməti otaqların birində üzərində şəxsi axtarış aparılarkən, o zaman əynində olmuş qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 10,230 (on tam, mində iki yüz otuz) qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq müvafiq qaydada götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə saat 23-00 radələrində Təqsirləndirilən şəxs yaşadığı Mərdəkan qəsəbəsi, Gülağa Həsənov küçəsi ev 47 ünvanın ikinci mərtəbəsində yerləşən uşaq otağındakı çarpayının yanında sarı rəngli polietilen torbadaki qara rəngli polietilen bağlamanın içərisində olan bir ədəd sellofan bağlamadan təmiz çəkisi 145 (bir yüz qırx beş) qram, bir ədəd sellofan paketdə təmiz çəkisi 70 (yetmiş) qram, ümumilikdə 215 (iki yüz qram) bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd bağlamada təmiz çəkisi 2170 (iki min bir yüz yetmiş) qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış maddə heroin, kimyəvi tərkibinə görə öz aralarında eynilik təşkil edən yeddi ədəd bükümdə ayriayrılıqda təmiz çəkiləri: 195 (yüz doxsan beş) qram, 62,843 (altmış iki tam, mində səkkiz yüz qırx üç) qram, 30,664 (otuz tam, mində altı yüz altmış dörd) qram, 18,360 (on səkkiz tam, mində üç yüz altmış) qram, 10,33 (on tam, yüzdə otuz üç) qram, 29,850 (iyirmi doqquz tam, mində səkkiz yüz əlli) qram, 11,050 (on tam, mində əlli) qram ümumilikdə təmiz çəkisi 358,097 (üç yüz əlli səkkiz tam, mində doxsan yeddi) qram 2005-ci ilin 28 iyun tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (siyahı İİ) daxil olan ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, kimyəvi tərkibinə görə öz aralarında eynilik təşkil edən dörd ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri: 1,012 (bir tam, mində on iki) qram, 7,226 (yeddi tam, mində iki yüz iyirmi altı) qram, 42,373 (qırx iki tam, mində üç yüz yetmiş üç) qram, 11,002 (on bir tam, mində iki) qram olmaqla ümumi təmiz çəkisi 61,613 (altmış bir tam, mində altı yüz on üç) qram tünd qəhvəyi rəngli xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, üzərlərində “methadone 40..Faran’’ göstəriciləri olan 12 ədəd blisterdə ümumilikdə 120 (yüz iyirmi) ədəd, üzərlərində “F/M40” yazısı olan tabletlərin tərkibində təsiredici maddəsinin miqdarı 4,8 (dörd tam, onda səkkiz) qram 2005-ci ilin 28 iyun tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən vasitələrin və psixotrop maddələrin siyahısına (siyahı İ) daxil olan narkotik vasitə metadon aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, öz ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanda qeydiyyatda olsa da, həmin iş üzrə tutulana qədər ünvan 2a yerləşən bağ evində yaşamışdır. Ona qarşı irəli sürülmüş ittihamla razı deyil. Belə ki, onun özü həmin iş üzrə həbs olunmazdan əvvəlki son üç-dörd il ərzində müxtəlif narkotik maddələrdən istifadə etmiş, lakin heç vaxt hər-hansı bir narkotikin satışı ilə məşğul olmamışdır. Buna görə də, ona qarşı irəli sürülmüş ittihamla bağlı özünü CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli hesab etmir. Hadisə ilə bağlı bildirmək istəyir ki, həmin iş üzrə həbs olunmasından təxminən biriki həftə əvvəl o, daimi yaşadığı qəsəbədə yerləşən kafelərin birində çay içərkən özünü ona «Şahbuz» kimi təqdim edən bir şəxslə tanış olmuşdur. Həmin şəxslə söhbət zamanı özünün narkotik istifadəçisi olduğunu bildirmiş, həmin şəxs isə narkotik vasitələrin satışı ilə məşğul olduğunu ona bildirmişdir. Həmin vaxtdan etibarən o, bir neçə dəfə həmin şəxsdən öz istifadəsi üçün az miqdarda kokos deyilən narkotik vasitə heroin almağa başlamışdır. Maddi imkanı olmadığına görə sonra onun həmin şəxsə dəqiq xatırlamadığı məbləğdə pul borcu yaranmışdır. Həmin «Şahbuz» adlı şəxs ona polis əməkdaşlarından tanışı olduğunu və narkotikə görə ona olan borcunu verməsə, polis əməkdaşı olan tanışlarına bu barədə bildirəcəyini demişdir. O, həmin şəxsə ona olan borcunu ödəməyə vaxt verməsini, onun borcunu ödəyəcəyini bildirsə də, həmin şəxs onu hədələyərək pulunu tələb etməkdə davam etmişdir. Hadisə günü, yəni 22 mart 2021-ci il tarixdə təxminən saat 21 radələrində o, Mərdəkan qəsəbəsi, Gülağa Həsənov küçəsi ev 47 ünvanda yerləşən bağ evində yatdığı vaxt ailə üzvləri evə qayıtmışlar. Həmin vaxt tanımadığı polis əməkdaşları onların evinin həyətinə daxil olaraq onun olduğu otağa girmişlər. Həmin şəxslər özlərinin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları olduğunu bildirərək onu yataqdan qaldırmış və onun yuxulu olmasını görərək ona metadon dərmanı vermişlər. Bundan sonra həmin polis əməkdaşları onu Baş Narkotiklərlə Mübarizə idarəsinə aparmış və ona hansısa iki sənədə imza etdirmişlər. Onu da bildirmək istəyir ki, sonradan ona məlum olmuşdur ki, polis əməkdaşları onların evindən çıxan zaman özünün və ailəsinin xəbəri olmadan onun özünə məxsus idman çantasını özləri ilə götürmüş, sonra isə həmin çantanın içərisinə müxtəlif narkotik maddələr qoymuşlar. Həmin idman çantasının içərisində yalnız o, öz istifadəsi üçün aldığı cəmi bir qram çəkidə metamfetamin saxlamışdır. Lakin, sonradan polis əməkdaşları həmin çantada guya ki, külli miqdarda narkotik maddələrin aşkar olunduğunu rəsmiləşdirmişlər. Onu da bildirmək istəyir ki, onu Baş Narkotiklərlə Mübarizə idarəsinə apardıqdan sonra o, narkotik istifadəçisi olduğunu, amma heç vaxt narkotiklərin satışı ilə məşğul olmadığını bildirmişdir. Lakin, həmin idarədə olan zaman tanımadığı polis əməkdaşları ona təzyiq göstərərək onların dediklərini, yəni yaşadığı evdə müxtəlif narkotikləri saxladığını boynuna alsa, onu buraxacaqlarını bildirmişlər. O, buna razılıq verdikdən sonra isə polis əməkdaşları onu onu Mərdəkan qəsəbəsindəki yaşadığı bağ evinə aparmışlar. Sonra isə özləri ilə götürdükləri həmin idman çantasına baxış keçirtmiş və çantanın içərisindən müxtəlif narkotik maddələrin aşkar olunduğunu sənədləşdirmişlər. Belə hesab edir ki, birinci dəfə onların evinə gəlib ona məxsus idman çantasını özləri ilə apardıqdan sonra artıq ikinci dəfə onun yaşadığı bağ evinə gəlməmişdən əvvəl polis əməkdaşları çantanın içini narkotik vasitələrlə, psixotrop maddələrlə doldurmuş, sonra isə həmin maddələrin ona məxsus çantanın içərisindən aşkar olunduğunu sənədləşdirmişlər. Onu da bildirmək istəyir ki, polis əməkdaşları ikinci dəfə onun yaşadığı evə onunla birlikdə gəldikdən sonra ona yaşadığı evdə formal olaraq videoçəkiliş edərək çantanın içərisinə baxış keçirəcəklərini və bundan sonra onu sərbəst buraxacaqlarını ona demişlər. Bundan sonra polis əməkdaşları videoçəkiliş aparmaqla ona məxsus idman çantasına baxış keçirmiş və onun içərisindən guya ki, psixotrop maddə metamfetamin, narkotik vasitə tiryək və heroin, həmçinin metadon aşkar olunduğunu sənədləşdirmişlər. O, polis əməkdaşlarının sözlərinə inanaraq onlar tərtib etdiyi sənədləri imzalamışdır. Bundan sonra polis əməkdaşları onu tutub Baş Narkotiklərlə Mübarizə idarəsinə aparmış və sonra isə ona tam əsassız olaraq CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. O, yaşadığı bağ evində heç vaxt hər-hansı bir psixotrop maddə, yaxud narkotik maddə olan tiryək, heroin və ya marixuana saxlamamışdır. Yuxarıda qeyd etdiyi kimi, yaşadığı evdə saxladığı idman çantasında o, yalnız öz istifadəsi üçün təxminən bir qram çəkidə metamfetamin saxlamışdır. Buna görə də o, özünü yalnız CM-nin 234.1-ci maddəsi ilə təqsirli hesab edir. Narkotik vasitələri əldə etdiyi «Şahbuz» adlı şəxslə o, çayxanada təsadüfən tanış olmuşdur və həmin şəxsin soyadını, ünvanını və ya telefon nömrəsini bilmir. İş üzrə istintaq zamanı müstəntiq tərəfindən dindirilən zaman bir nəfər vəkil onun müdafiəçisi qismində iştirak etmişdir və müstəntiq tərəfindən ona qarşı heç bir təsir və ya təzyiq olmamışdır. Bir daha bildirir ki, 22 mart 2021-ci il tarixdə DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən saxlanılıb həmin idarəyə aparılıb orada onun üzərinə baxış keçirilən zaman onun üzərindən hər-hansı bir narkotik maddə aşkar olunmamışdır. Mərdəkan qəsəbəsində yaşadığı evdə o, heç vaxt narkotik vasitə olan qurudulmuş marixuana, heroin, tiryək və yaxud metadon saxlamamışdır. Yuxarıda göstərdiyi kimi, yaşadığı evdə idman çantasının içərisində o, yalnız öz istifadəsi üçün təxminən bir qram metamfetamin saxlamışdır. Belə hesab edir ki, polis əməkdaşları həmin çantanı onun yaşadığı evdən özləri ilə apararaq onun içərisinə müxtəlif narkotik maddələri qoymuşlar, sonra isə həmin narkotiklərin onun evindən aşkar olunduğunu sənədləşdirmişlər. Onun özü isə o zaman sərbəst buraxılacağını zənn edərək həmin narkotiklərin özünə məxsus olmasını demişdir. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin 34-36-ci vərəqlərində olmaqla “Şəxsi axtarış və götürmə aparılması haqqında” 22 mart 2021-ci il tarixli protokol ona tanışdır və həmin protokolda “Təqsirləndirilən şəxs” qeydləri qarşısındakı imzalar onun özünə məxsusdur. Həmin protokolda göstərilənləri, yəni 22 mart 2021-ci il tarixdə saat 21 radələrində yaşadığı Mərdəkan qəsəbəsində polis əməkdaşları tərəfindən saxlanılaraq Baş Narkotiklərlə Mübarizə idarəsinə aparıldığı və orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirildiyini təsdiq edir. Lakin, onun üzərinə şəxsi axtarış keçirilən zaman o zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir bükümdə, açıq qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər kütləni özü polis işçilərinə təqdim etdiyi, həmin kütlə elektron tərəzidə çəkildikdə çəkisinin 10,97 qram olduğu müəyyən olunduğu barədə həmin protokolda yazılanları təsdiq etmir. Həmin idarədə onun üzərinə baxış keçirilən zaman onda heç bir bir narkotik maddə və o cümlədən heroin olmamışdır. O zaman tanımadığı polis işçiləri ona təzyiq göstərərək onu sərbəst buraxacaqlarını bildirdiklərinə görə o, həmin protokolu imzalamışdır. Üzərinə şəxsi axtarış keçirilən zaman əynində olmuş cins şalvarının sol yan cibindən bir ədəd adi siqaret qutusu, iyirmi manat pul, həmin şalvarının arxa sağ cibindən bir ədəd “Samsung” və bir ədəd “Redmi” markalı mobil telefonlar aşkar edilərək polis işçiləri tərəfindən götürüldüyünü xatırlamır. Onun üzərindən aşkar olunmuş heroinin özünə məxsus olduğunu, həmin maddəni altı ay əvvəl “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşı «Şahbuz» adlı şəxsin vasitəsi ilə iki gün əvvəl əvvəlcədən təyin edilmiş yerdən götürdüyü, sonradan isə həmin narkotik vasitələri müəyyən ünvanlara qoyaraq şəklini həmin «Şahbuz» adlı şəxsə göndərməli olduğunu bildirdiyi barədə həmin protokolda yazılanları təsdiq etmir. Həmçinin hər növbəti dəfə narkotik vasitə qoyulan yerə 100-130 manat məbləğində pul qoyulduğu, gördüyü həmin işin qarşılığında ümumilikdə ***-**** manat məbləğində qazanc əldə etdiyini bildirdiyi barədə də həmin protokolda göstərilənləri təsdiq etmir. Yuxarıda qeyd etdiyi kimi, o zaman polis işçiləri ona qarşı təzyiq göstərərək həmin məzmunda izah versə, onu sərbəst buraxacaqlarını dediklərinə görə o, guya ki, həmin «Şahbuz» adlı şəxsin göstərişlərinə əmələ edərək narkotik vasitələri onun dediyi yerlərə qoyduğunu və pul götürdüyünü bildirmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman yaşadığı ünvan 5 ünvanda da narkotik vasitələr olduğunu bildirdiyi, həmin ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığı, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirdiyi barədə həmin protokolda yazılanları da təsdiq etmir. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin 40- 42-ci vərəqlərində olmaqla “Mənzilə baxış keçirilməsi və götürmə haqqında” 22 mart 2021ci il tarixli protokol ona tanışdır və həmin protokolda “Təqsirləndirilən şəxs” qeydləri qarşısındakı imzalar onun özünə məxsusdur. Həmin protokolda göstərilənləri, yəni 22 mart 2021-ci il tarixdə saat 23-00 radələrində onun yaşadığı ünvan 6 ünvanda yerləşən evə onun özünün, həmçinin müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirildiyini təsdiq edir. Lakin, yaşadığı evə baxış keçirilən zaman evdə narkotik maddələr olduğunu etiraf etdiyini və evin ikinci mərtəbəsində yerləşən uşaq otağında çarpayının yanında olan sellofan torbanı təqdim edərək onun içərisində narkotik vasitələr olduğunu bildirdiyi, həmin torbaya baxış zamanı isə onun içərisindən müxtəlif narkotik maddələrin, yəni bir bükümdə heroin və iki bükümdə qurudulmuş marixuana, dörd bükümdə tiryək, yeddi bükümdə psixotrop maddə olan metamfetamin, həmçinin 120 ədəd “Metadon 40” həbləri və iki ədəd elektron tərəzi aşkar olunduğunu hal-hazırda təsdiq etmir. Həmin torbanın içərisindən qeyd edilən narkotik maddələr aşkar olunmuşdur. Lakin, həmin narkotik maddələr onun özünə məxsus deyil və o zaman polis işçiləri ona təzyiq göstərdiklərinə görə o, həmin narkotik maddələrin özünə məxsus olduğunu və onları İran İslam Respublikası vətəndaşı olan “Şahbuz” adlı şəxsin vasitəsi ilə iki gün əvvəl həmin şəxsin ona dediyi yerdən götürdüyünü bildirmişdir. Həmin narkotik maddələr onun yanında elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb möhürlənib götürülmüş və onun özü, həmçinin onun müdafiəçisi kimi iştirak edən vəkil həmin protokolu imzalamışlar. Elan edilməklə ona təqdim edilmiş müvafiq olaraq cinayət işinin 78-81 və 91-93-cü vərəqlərində olmaqla onun iş üzrə şübhəli şəxs qismində dindirilməsi haqqında 23 mart 2021-ci il tarixli protokol, həmçinin onun iş üzrə təqsirləndirilən şəxs qismində dindirilməsi haqqında 24 mart 2021-ci il tarixli protokollar ona tanışdır və həmin protokollarda «Təqsirləndirilən şəxs» qeydləri qarşısında imzalar onun özünə məxsusdur. Həmin tarixlərdə iş üzrə şübhəli və həmçinin təqsirləndirilən şəxs qismində dindirilən zaman Bəhruz Səfərov adlı vəkil onun müdafiəçisi qismində iştirak etmişdir. O, həmin protokolların məzmunu oxumamış, lakin müdafiəçi ilə birlikdə həmin protokolları imzalayıb təsdiq etmişdir. Hadisə bağlı iş üzrə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərdiklərini, yəni həmin iş üzrə həbs olunmazdan altı ay əvvəl “İnstagram" sosial şəbəkəsi vasitəsi ilə özünü ona İran İslam Respublikası vətəndaşı olmaqla adının «Şahbuz» olduğunu bildirmiş bir şəxslə tanış olduğu, həmin şəxsdən özü üçün narkotik vasitə olan heroin, qurudulmuş marixuana və tiryək, metadon, psixotrop maddə olan metamfetamin istədiyi, həmin şəxsin isə ona təxminən kiloqrama yaxın heroini, yüz qram qurudulmuş marixuananı, təxminən beş yüz qram tiryəki və təxminən həmin çəkidə metamfetamini və 120 ədəd metadon-40 həblərini 3000 manata təklif etdiyi, onun özünün isə 2000 manat verə biləcəyini deyərək onunla razılaşdığı, həmin iş üzrə həbs olunmazdan iki gün əvvəl «Şahbuz» adlı şəxsin onunla sosial şəbəkə vasitəsi ilə əlaqə saxlayaraq ona vəd etdiyi narkotik vasitələri və psixotrop maddələri Bakı şəhəri, Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazisindəki neft quyularının yanına qoyduğunu bildirərək həmin ərazinin şəkilini ona göndərdiyi və onları oradan götürüb pulu həmin yerə qoymasını tapşırdığı, həmin yerə gedərək narkotik vasitə və psixotrop maddələri götürüb yerinə 2000 manat qoyduqdan sonra onları yaşadığı evə apardığı, evində heroinin, marixuananın, tiryəkin və metamfetaminin bir hissəsini özündə olan elektron tərəzidə çəkib xırda bükümlərə ayıraraq satmaq üçün hazırladığı, sonrakı iki gün ərzində onların bir hissəsini müxtəlif ərazilərdə tanımadığı şəxslərə satılması üçün həmin maddələri müəyyən yerlərə qoyub həmin yerlərin şəkilini alıcılara göndərib «malı» oradan götürüb pulunu yerinə qoymalarını tapşırdığı, sonra özü gedib həmin yerdən qoyulan pulu götürdüyü, 22 mart 2021-ci il tarixdə saat təxminən 20-20 radələrində yaşadığı ünvanının yaxınlığında piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərib onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etdikləri, orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulduğu, sonra isə onun üzərinə şəxsi axtarış aparıldığı, həmin vaxt ona üzərində olan qanunla qadağan olunmuş əşyaların olmasını və olduğu halda təqdim etməsi təklif olunduğu və həmin təklifdən sonra o zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir bükümdə narkotik vasitə olan heroini təqdim etdiyi, üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan cins şalvarın sol yan cibindən siqaret qutusu, iyirmi manat pul, üç ədəd açar, şalvarının arxa sağ cibindən bir ədəd “Samsung” və bir ədəd “Redmi” markalı mobil telefonlar aşkar edilərək götürüldüyü, daha sonra həmin heroin elektron tərəzidə çəkilərək bir ədəd kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənib götürüldü, həmin zərfin üzərində onun özü, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalar edildiyi, siqaret qutusu, açarlar və iyirmi manat pulun ona qaytarıldığı, daha sonra isə özünün razılığı ilə yaşadığı ünvan 6 ünvanda olan mənzilə baxış keçirildiyi, baxış zaman yaşadığı evin ikinci mərtəbəsində yerləşən uşaq otağında çarpayının yanında olan sarı rəngli sellofan torbanı təqdim edərək içərisində narkotik vasitələr olduğunu bildirdiyi, həmin torbaya baxış zamanı onun içərisindən bir bükümdə heroin, iki bükümdə, qurudulmuş marixuana, dörd bükümdə tiryək, yeddi bükümdə, psixotrop maddə olan metamfetamin, ümumilikdə 120 ədəd “Metadon 40” həbləri və iki ədəd elektron tərəzi aşkar olunduğu və həmin maddələrin və iki ədəd elektron tərəzinin sellofan torbaya qoyularaq qablaşdırılıb möhürlənib götürüldüyü barədə verdiyi ifadələri hal-hazırda təsdiq etmir. O zaman polis əməkdaşları tərəfindən saxlanılıb Baş Narkotiklərlə Mübarizə idarəsinə aparıldıqdan sonra polis işçiləri ona təsir və təzyiq göstərərək onların dediyi məzmunda etirafedici izahat vermələrini tələb etdiklərinə görə o, həmin polis əməkdaşlarının ona qarşı zorakılıq edəcəklərindən çəkindiyinə görə iş üzrə müstəntiq tərəfindən dirilən zaman da o, həmin məzmunda etirafedici ifadələr vermişdir. Əslində isə həmin gün saxlanılıb Baş Narkotiklərlə Mübarizə idarəsinə aparıldığı zaman onun üzərində heç bir narkotik maddə olmamış, həmçinin yaşadığı evdə də heç bir narkotik vasitə və yaxud həmin çəkidə psixotrop maddə olan metamfetamin saxlamamışdır. Belə hesab edir ki, onun yaşadığı evə baxış keçirməzdən əvvəl polis işçiləri gizlincə olaraq ona məxsus idman çantasının içərisinə həmin narkotik vasitələri və psixotrop maddə olan metamfetamini qoyaraq onun həbs olunmasına nail olmuşlar. Polis əməkdaşları tərəfindən ona təsir və təzyiq göstərildiyi və məhz buna görə də iş üzrə ibtidai istintaq zamanı həmin narkotik vasitə və psixotrop maddənin özünə məxsus olması barədə etirafedici ifadələr verdiyi barədə o, onun hüquqlarını müdafiə edən vəkilə bir söz deməmiş və həmçinin bu barədə hər-hansı bir hüquq-mühafizə orqanına şikayət ərizəsi ilə müraciət etməmişdir. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin 103-105-ci vərəqlərində olmaqla onun barəsində “həbs” qətimkan tədbiri seçilməsi barədə Bakı şəhər Xəzər rayon Məhkəməsinin 24 mart 2021-ci il tarixli qərarı ona tanışdır. Həmin tarixdə barəsində «həbs» qətimkan tədbiri seçilən zaman onun müdafiəçisi də iştirak etmişdir. Həmin məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittiham üzrə, -yəni 22 mart 2021-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən saxlanılıb həmin idarəyə aparılıb üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən təmiz çəkisi 10,230 qram narkotik vasitə heroin, həmçinin yaşadığı mənzilə baxış keçirilən zaman yuxarıda qeyd edilən külli miqdarda narkotik vasitələr: yəni qurudulmuş marixuana, heroin, psixotrop maddə metamfetamin, narkotik vasitə tiryək, cəmi yüz iyirmi ədəd metadon həbləri və iki ədəd elektron tərəzi aşkar olunması ilə bağlı, -ona istinad edilən cinayət əməllərini törətdiyini etiraf edərək, törətdiyi əməldən peşman olmasını bildirdiyi, istintaqdan qaçıb gizlənmək niyyətinin olmadığı və barəsində «həbs» qətimkan tədbiri seçilməməsini məhkəmədən xahiş etdiyi həmin qərarda öz əksini tapdığı ona aydındır. Bununla bağlı onun heç bir etirazı yoxdur. O zaman o, həbs olunmayacağını zənn edərək həmin cinayəti üzərinə götürmüşdür. Bir daha bildirir ki, hadisə günü saxlanılıb DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinə aparıldığı zaman onun üzərində narkotik vasitə heroin olmamış və həmçinin Mərdəkan qəsəbəsində yaşadığı evdə heç bir narkotik və ya psixotrop maddə saxlamamışdır. Polis əməkdaşları o zaman ona qarşı təsir və təzyiq göstərdiklərinə görə o, üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddə olan metamfetaminin özünə məxsus olmasını bildirmişdir. Onun özü müxtəlif narkotik vasitələrdən istifadə etmişdir. Lakin, heç vaxt hər-hansı bir narkotik və ya psixotrop maddənin satışı ilə məşğul olmamışdır. Yaşadığı evdə olan idman çantasında o, yalnız öz istifadəsi üçün təxminən bir qram çəkidə metamfetamin saxlamışdır. Buna görə də barəsində olan işə düzgün baxılıb onun əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməsi və cavan olmasını nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması onun özünü qismən təqsirli bilməsinə baxmayaraq, hadisələrin baş vermə yeri, vaxtı və inkişafı ardıcıllığı barədə işin faktiki hallarına uyğun olan ziddiyyətli ifadələri ilə yanaşı, məhkəmədə tədqiq olunmaqla onun iş üzrə ibtidai istintaq zamanı verdiyi tam etirafedici ifadələri, şahid ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmunu, həmin protokolların əyani olaraq əks etdirildiyi və DVD diskə köçürülməklə iş materiallarına əlavə edilmiş videogörüntülər, maddi sübutlar, ekspertiza rəyləri və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2002-ci ildən etibarən DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. İş üzrə Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamış və sonuncunu ilk dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı keçirilmiş əməliyyat tədbiri zamanı onu yaxaladıqları zaman görmüşdür. Belə ki, 22 mart 2021-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə Xəzər rayonu Mərdəkan qəsəbəsi sakini Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında müvafiq əməliyyat tədbirlərinin keçirilməsi barədə Baş idarə rəisinə raportla məruzə etmişdir. Həmin məlumatın yoxlanılaraq Təqsirləndirilən şəxs ifşa edilməsi məqsədi İlə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə Baş idarə rəisinin təsdiqi ilə qərar qəbul edilmişdir. Qəbul olunmuş həmin qərar barədə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavininə və Xəzər Rayon Məhkəməsinin sədrinə məlumat verilmişdir. Bundan sonra onun özü və Baş narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirilməyə başlanılmışdır. Həmin gün əməliyyat müvəkkili Şahid2 ilə birlikdə daxil olmuş məlumat əsasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Gülağa Həsənov küçəsinə gedərək bir qədər müşahidə aparmışlar. Həmin gün saat 20-20 radələrində həmin küçədə Təqsirləndirilən şəxs əlamətlərinə oxşar şəxsi görərək həmin şəxsə yaxınlaşıb öz xidməti vəsiqələrini göstərib özlərini ona təqdim etmişlər. Həmin şəxs də özünü təqdim edərək həmin küçədə yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar həmin şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Sonra isə o, bu barədə Baş idarə rəhbərliyinə rəsmi raporta məruzə etmişdir. Baş idarə rəhbərliyi tərəfindən həmin faktla bağlı araşdırmanın aparılması Baş Narkotiklərlə Mübarizə İdarəsinin TQ-nun təhqiqatçısı Nizami Omarova həvalə olunmuş və sonuncu vəkil dəvət edilmişdir. Daha sonra onların və vəkilin iştirakı ilə xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz maddə varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs o vaxt əynində olan qara rəngli cins şalvarın yan cibindən bir ədəd xırda bükümü çıxararaq masanın üzərinə qoymuş və həmin bükümün içərisində narkotik vasitə heroin olmasını bildirmişdir. Həmin büküm açılıb yoxlanıldıqda onun içərisində narkotik vasitə olan heroinə oxşar maddənin olduğu müəyyən edilmişdir. Sonra həmin maddə elektron tərəzidə çəkilərək bir ədəd zərfə qoyularaq möhürlənib götürülmüşdür. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin narkotik vasitəni bir müddət əvvəl sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı «Şahbuz» adlı şəxsin vasitəsi ilə əldə etdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin «Şahbuz» adlı şəxsin ona müxtəlif narkotik vasitələrin gizlədildiyi yerləri bildirərək onları götürüb aparıb xırda hissələrə bölüb başqa yerlərə qoyub həmin yerin şəkilini ona göndərməsini tapşırdığını, həmin qaydada o, narkotik vasitələrin bir hissəsini müəyyən yerlərə qoyaraq şəklini həmin «Şahbuz» adlı şəxsə göndərdiyini, narkotik vasitə qoyduğu yerdən təxminən 100-130 manat məbləğində pul qoyulduğu və həmin pulları özü götürdüyünü bildirmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs yaşadığı evdə də müxtəlif narkotik maddələr saxladığını bildirmişdir. Buna görə də Təqsirləndirilən şəxs özünün və müdafiəçisinin, həmçinin onun özü və iş yoldaşı əməliyyat müvəkkili Şahid2 iştirakı ilə təhqiqatçı Nizami Omarov tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Mərdəkan qəsəbəsi Gülağa Həsənov küçəsində yerləşən fərdi yaşayış evinə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin uşaq otağında olan çarpayının yanında olan bir ədəd sellofan torbanı təqdim edərək onun içərisində narkotik maddələr saxladığını bildirmişdir. Həmin torba açılıb yoxlanıldıqda onun içərisindən bir büküm heroin, iki büküm qurudulmuş marixuana, dörd büküm tiryək, yeddi büküm psixotrop maddə olan metamfetamin, həmçinin cəmi 120 ədəd metadon həbləri və iki ədəd elektron tərəzi aşkar olunaraq bir ədəd sellofan torbaya qoyularaq qablaşdırılıb möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçisi həmin bağlamanın üzərində imza etmişlər. Bundan sonra təhqiqatçı Nizami Omarov tərəfindən bu barədə protokol tərtib edilərək onlara ucadan oxunmuş və bütün iştirakçılar kimi Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçisi heç bir etiraz bildirmədən həmin protokolu imzalamışlar. Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparıldığı, orada onun üzərinə şəxsi axtarış keçirildiyi və həmçinin Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman, şəxsən onun özü və yaxud digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir təsir və ya təzyiq göstərilməmişdir. Yuxarıda qeyd etdiyi kimi, Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılıb orada onun üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu etiraf edərək o zaman əynində olan cins şalvarın yan cibindən bir ədəd bükümdə olan heroini könüllü olaraq təqdim etmişdir. Həmçinin yaşadığı evə baxış keçirilən zaman Təqsirləndirilən şəxs yuxarıda qeyd etdiyi narkotik vasitə və psixotrop maddələri könüllü olaraq təqdim etmiş və bütün bunlar videoçəkilişdə əks etdirilmişdir. Onlar tərəfindən həmin narkotik vasitə heroinin və həmçinin psixotrop maddə olan metamfetaminin, eləcə də həmin «Şahbuz» adlı şəxsin şəxsiyyətinin müəyyən olunması üçün lazımi əməliyyat tədbirləri keçirilmişdir. Lakin, hal-hazırki vaxta qədər müsbət nəticə əldə olunmamışdır. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2a onlar cəmi bir dəfə, yəni həmin mənzilə təhqiqatçı tərəfindən baxış keçirilən zaman olmuşlar. Təqsirləndirilən şəxs onlar Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Gülağa Həsənov küçəsində olan evində deyil, onun yaşadığı həmin küçədə 22 mart 2021ci tarixdə 21 radələrində saxlayaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar və bundan sonra isə təhqiqatçı Nizami Omarov tərəfindən müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Onun özünün və əməliyyat tədbirinin keçirilməsində iştirak etmiş əməliyyat müvəkkili Şahid2 Təqsirləndirilən şəxs qarşı heç bir qərəzli münasibəti olmamış və onu əvvəllər ümumiyyətlə tanımamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Gülməhəmməd oğlu Şahid1 ifadəsinə uyğun eyni məzmunda ifadə verərərək, iş üzrə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan şəraitdə, yəni 22 mart 2021-ci il tarixdə saat 20-20 radələrində Xəzər rayonu Mərdəkan qəsəbəsində yaşadığı küçədə saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparıldığı, orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin TQ-nun təhqiqatçısı Nizami Omarov tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildiyi, sonuncunun o zaman əynində olan cins şalvarın yan cibindən bir ədəd xırda bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində narkotik vasitə heroin olmasını bildirdiyi, həmin büküm açılıb yoxlanıldıqda onun içərisində narkotik vasitə olan heroinə oxşar maddənin olduğu müəyyən edildiyi, həmin maddə elektron tərəzidə çəkilərək onun çəkisinin çəkisinin 10,97 qram olduğu müəyyən olunduğu, həmin maddə bir ədəd zərfə qoyularaq möhürlənib götürüldüyü, üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs həmin narkotik vasitəni sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı «Şahbuz» adlı şəxsin vasitəsi ilə əldə etdiyini və sonuncunun ona müxtəlif narkotik vasitələrin gizlədildiyi yerləri bildirərək onları götürüb aparıb xırda hissələrə bölüb başqa yerlərə qoyub həmin yerin şəkilini ona göndərməsini tapşırdığını, buna görə də narkotik vasitələrin bir hissəsini müəyyən ünvanlara qoyaraq şəklini həmin «Şahbuz» adlı şəxsə göndərdiyi və həmin yerlərə narkotik vasitə qoyduqdan sonra bu kimi yerlərdən təxminən 100-130 manat məbləğində pul götürdüyü və həmçinin yaşadığı evdə müxtəlif narkotik maddələr saxladığını bildirdiyi, bununla əlaqədar Təqsirləndirilən şəxs özünün və müdafiəçisinin iştirakı ilə təhqiqatçı Nizami Omarov tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Mərdəkan qəsəbəsi Gülağa Həsənov küçəsində yerləşən fərdi yaşayış evinə videoçəkiliş aparılmaqla baxış keçirilən zaman həmin evdən yuxarıda qeyd miqdar və çeşidlərdə narkotik vasitələrin və psixotrop maddənin aşkar olunaraq qablaşdırılıb möhürlənib götürüldüyü və qeyd edilənlər barədə tərtib olunmuş protokolların Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçisinin heç bir etiraz bildirmədən imzaladıqlarını, Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparıldığı, orada onun üzərinə şəxsi axtarış keçirildiyi və həmçinin Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman şəxsən onun özü və yaxud digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir təsir və ya təzyiq göstərilmədiyini, üzərində və yaşadığı ünvanda narkotik vasitələri və həmçinin psixotrop maddə olan metamfetaminin Təqsirləndirilən şəxs özü könüllü olaraq təqdim etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Gülməhəmməd qızı ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanda yaşayır. İş üzrə Təqsirləndirilən şəxs onun doğma oğludur və münasibətləri çox yaxşıdır. Oğlu Orxan son illər ünvan 2a olan bağ evlərində yaşamış və arada gedib ona baş çəkmişdir. Oğlu Orxanın polis işçiləri tərəfindən həbs olunduğunu sonradan bilmişdir. Lakin, belə hesab edir ki, oğlu Orxanın narkotik maddələrə heç bir aidiyyəti yoxdur. Onu da bildirmək istəyir ki, oğlu həbs olunmazdan təxminən iki gün əvvəl, yəni 20 mart 2021-ci il tarixdə oğlu Orxan ondan 2000 manat borc pul istəmiş və yaxın vaxtda həmin pulu ona qaytaracağını demişdir. Buna görə də o, 2000 manat pulu ona vermişdir. Oğlu Orxan həmin pulun ona nə üçün lazım olduğu barədə bir söz deməmişdir. Onu da bildirmək istəyir ki, əvvəllər oğlu Orxan ona avtomobil alqı-satqısı ilə məşğul olduğunu bildirmiş və hərdən ondan borca pul alıb daha sonra ona qaytarmışdır. O zaman oğlu Orxana həmin məbləğdə pulu verdikdən sonra oğlu Orxan onların evindən çıxıb getmişdir. Lakin, bundan iki gün sonra eşitmişdir ki, Orxan DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin saxlanılmasında şübhəli bilinərək tutulmuşdur. Belə hesab edir ki, oğlu Orxan narkotiklə bağlı əsassız olaraq həbs olunmuşdur. O, oğlu Orxanın narkotik maddələr saxlamasını, yaxud kiməsə narkotik satmasını heç vaxt eşitməmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “Cinayət işinin başlama və icraata götürmə barədə” 23 mart 2021-ci il tarixli qərardan görünür ki, həmin ********* saylı cinayət işi Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Ruhan Adilbəyli tərəfindən, Təqsirləndirilən şəxs 22 mart 2021-ci il tarixdə saat təxminən 20-20 radələrində DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri zamanı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Gülağa Həsənov küçəsində saxlanılaraq BNMİ-nin inzibati binasına aparılıb orada üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir bükümdə təmiz çəkisi 10,230 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, yaşadığı Mərdəkan qəsəbəsi, Gülağa Həsənov küçəsi ev 47 ünvanın ikinci mərtəbəsində yerləşən uşaq otağındakı polietilen torbada olmuş qara rəngli polietilen bağlamanın içərisindən külli miqdarda narkotik vasitələr olan qurudulmuş marixuana, heroin, psixotrop maddə olan metamfetamin, narkotik vasitə tiryək, həmçinin narkotik vasitə metadon həbləri və iki ədəd elektron tərəzi aşkar edilməsi faktına görə toplanmış materiallara əsasən faktla bağlı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə başlanıb icraata qəbul edilərək həmin iş üzrə ibtidai istintaq aparılmışdır. (iş vər. 1). İşdə olan 22 mart 2021-ci il tarixli raportdan görünür ki, həmin tarixdə DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 həmin İdarənin rəisinə raportla məruzə edərək, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx xxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, ünvan 8 ünvanında qeydiyyatda olmaqla, ünvan 9 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Xəzər rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilmiş və daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunaraq yaxalaması, narkotik vasitələrin, cinayət izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (iş vər. 5). “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 22 mart 2021-ci il tarixli qərardan görünür ki, DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan xx xxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 10 ünvanında yaşayan Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupunun yaradılması, operativ şəkildə lazımi qabaqlayıcı tədbirlər görülmədiyi halda Təqsirləndirilən şəxs tərəfindən onda saxlanılan narkotik vasitənin qısa müddətdə realizə olunacağı, gizlədiləcəyi və ya məhv ediləcəyi ehtimalını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması və yaxalanması, narkotik vasitənin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə hakimin qərarı olmadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyataxtarış tədbirləri həyata keçirilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilməsi, onun olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsinin aparılması, tutulduqdan sonra zərurət olduğu təqdirdə üstünün yoxlanılması, polis orqanına gətirilməsi, üzərində şəxsi axtarış, ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitəsinə, yaşayış yerinə, bina və saxlanc yerlərinə baxış keçirilməsi, əməliyyat-axtarış tədbirləri həyata keçirilən zaman zərurət yarandığı halda mövcud şəraitdən asılı olaraq «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər əməliyyat tədbirlərinə istinad edilməklə qanunvericiliyə uyğun şəkildə tədbirin davam etdirilməsi qərara alınmış və həmin qərar DİN-nin BNMİ-nin rəisi tərəfindən təsdiq edilmişdır. (iş vər. 6-7). “Şübhəli şəxsin tutulması haqqında“ 22 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21-30 radələrində DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin TQ-nun təhqiqatçısı Nizami Omarov tərəfindən həmin idarənin inzibati binasında müdafiəçi Bakı şəhər Mərkəz Vəkil Bürosunun vəkili X3 iştirakı ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (iş vər. 25). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 22 mart 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 21-50 radələrində DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin TQ-nun təhqiqatçısı Nizami Omarov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin iştirakı videoçəkiliş aparılmaqlda şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək, ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Həmin təklifdən sonra Təqsirləndirilən şəxs o zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin cins şalvarın sol yan cibindən içərisində siqaret dənələri olan siqaret qutusu, 20 manat pul, üç ədəd açar, həmin şalvarın arxa sağ cibindən bir ədəd “Samsung” və bir ədəd “Redmi” markalı mobil telefonlar aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilərək onun çəkisinin 10,97 (on tam yüzdə doxsan yeddi) qram olduğu müəyyən edilmiş və həmin kütlə bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş və zərfin üzərində şübhəli şəxs və müdafiəçi tərəfindən imzalar edilmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd qara rəngli, “Samsung” markalı və bir ədəd “Redmi” markalı mobil telefonlar götürülmüş, içərisində siqaret dənələri olan siqaret qutusu, üç ədəd açar, iyirmi manat pul isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş heroinin özünə məxsus olduğunu, həmin kütləni altı ay əvvəl “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşı «Şahbuz» adlı şəxsin vasitəsi ilə iki gün əvvəl əvvəlcədən təyin edilmiş yerdən götürdüyünü, sonradan isə həmin narkotik vasitələri müəyyən ünvanlara qoyaraq şəklini İran islam Respublikası vətəndaşı “Şahbuz” adlı şəxsə göndərəcəyini və gördüyü işin qarşılığında hər dəfəsi üçün, növbəti dəfə narkotik vasitə qoyulan yerə 100-130 manat məbləğində pul qoyulduğunu, gördüyü işin qarşılığında ümumilikdə ***-**** manat məbləğində qazanc əldə etdiyini, narkotik vasitələrin satışını həyata keçirmədiyini, təxminən dörd ilə yaxın müddətdə narkotik vasitələrin aludəçisi olduğunu, əvvəllər məhkum olunduğunu, həmçinin yaşadığı ünvan 6 ünvanında da narkotik vasitələr olduğunu, həmin ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı «Samsung Galaxy» markalı mobil telefondan istifadə etməklə BNMİ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 tərəfindən videoçəkiliş aparılmışdır. Protokolun iştirakçılara ucadan oxunduğu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunduğu, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadığı qeyd edilməklə, həmin protokolun düzgün tərtib edildiyi barədə iştirakçıların ad, soyadları qarşısında imzalar edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin videogörüntüləri əks olunmuş bir ədəd DVD disk həmin protokola əlavə olunmuşdur. (iş vər. 34-36, 37). “Mənzilə baxış keçirilməsi və götürmə haqqında” 22 mart 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 23-00 radələrində DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin TQ-nun təhqiqatçısı Nizami Omarov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı videoçəkiliş aparılmaqla sonuncunun yaşadığı ünvan 6 ünvanda baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək həmin ünvanda olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Həmin təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı həmin evin ikinci mərtəbəsində yerləşən uşaq otağında çarpayının yanında olan sarı rəngli sellofan torbanı təqdim edərək içərisində narkotik vasitələr olduğunu bildirmişdir. Həmin sarı rəngli sellofan torbaya baxış zamanı onun içərisindən bir bükümdə açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər, iki bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər, dörd bükümdə, tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan tiryəkə bənzər, yeddi bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər, 12 konvalyudda ümumilikdə 120 ədəd “Metadon 40” həbinə bənzər kütlə, iki ədəd elektron tərəzi və bir ədəd dəftər aşkar olunmuşdur. Daha sonra aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilmiş və heroinə bənzər kütlənin çəkisinin 2 kq. 180 qram, tiryəkə bənzər bükümlərdən birinci bükümün 45,45 qram, ikinci bükümün 14,39 qram, üçüncü bükümün 7,54 qram, dördüncü bükümün 1,23 qram, metamfetaminə bənzər kütlələrdən birinci bükümün 207,51 qram, ikinci bükümün 64,94 qram, üçüncü bükümün 31,71 qram, dördüncü bükümün 31,16 qram, beşinci bükümün 20,36 qram, altıncı bükümün 12,52 qram, yeddinci bükümün 1,61 qram, qurudulmuş marixuanaya bənzər kütlələrdən birinci bükümün 172 qram, ikinci bükümün 91 qram çəkilərdə olduğu müəyyən edilmişdir. Sonra həmin bükümlər, 120 ədəd “Metadon 40” həbinə bənzər kütlələr yə iki ədəd elektron tərəzi içərisi boş olan sellofan torbaya qoyularaq qablaşdırılaraq DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri şübhəli şəxs və müdafiəçi tərəfindən imzalanmışdır. Bir ədəd dəftər isə iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq təqdim etdiyi narkotik vasitələrin özünə məxsus olduğunu, həmin kütlələri altı ay bundan əvvəl “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşı “Şahbuz” adlı şəxsin vasitəsi ilə iki gün bundan əvvəl əvvəlcədən təyin edilmiş yerdən, yəni Bakı şəhəri, Binəqədi rayonu ərazisindən götürdüyünü, sonradan isə həmin narkotik vasitələri müəyyən ünvanlara qoyaraq şəklini İran İslam Respublikası vətəndaşı "Şahbuz” adlı şəxsə göndərəcəyini və əvvəllər gördüyü işin qarşılığında hər dəfəsi üçün, növbəti dəfə narkotik vasitə qoyulan yerə 100-130 manat məbləğində pul qoyulduğunu, gördüyü işin qarşılığında ümumilikdə ***-**** manat məbləğində qazanc əldə etdiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, səmimi və doğru cavablar verdiyini bildirmişdir. Baxış və götürmə zamanı «Samsung Galaxy» markalı mobil telefondan istifadə etməklə DİN-nin BNMİ-nin əməliyyat müvəkkili, polis kapitanı, Şahid2 tərəfindən videoçəkiliş aparılmışdır. Protokolun iştirakçılara ucadan oxunduğu, iştirakçılara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunduğu, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadığı qeyd edilməklə, protokolun düzgün tərtib edildiyi barədə iştirakçıların ad və soyadları qarşısında imzalar edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış və götürmə keçirilməsinin videogörüntüləri əks olunmuş bir ədəd DVD disk həmin protokola əlavə olunmuşdur. (iş vər. 40-42, 43). İş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verilmiş 23 mart 2021-ci il tarixli 7/288 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs mənzilinə baxış zamanı təqdim etdiyi 2 ədəd elektron tərəfi 2 büküm qurudulmuş marixuanaya bənzər” yazısı və imzalar olan sarı rəngli polietilen torbadakı bağlamanın içərisində 01 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi -145,0 qram və 01 (bir) ədəd sellofan paketdə təmiz çəkisi - 70,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi - 215,0 qramdır. Təqdim edilmiş marixuanalar tərkibinə görə eynidirlər. İki ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur. (iş vər. 50-51). İş üzrə təyin edilməklə keçirilmiş, Məhkəmə ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 23 mart 2021-ci il tarixli 6/1154 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş: -üzərində “Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi..” və s. yazılar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 10,230 qram qəhvəyi rəngli maddə kütləsi (№1) kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, -üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış zamanı təqdim etdiyi..” və s. yazılar olan sarı rəngli torbadakı 01 ədəd bağlamada təmiz çəkisi 2170 qram qəhvəyi rəngli maddə kütləsi (№2) kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 07 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 195 qram; 62,843 qram; 30,664 qram; 18,360 qram; 10,330 qram; 29,850 qram; 11,050 qram; ümumi təmiz çəkiləri 358,097 qram ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, 07 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,012 qram, 7,226 qram, 42,373 qram, 11,002 qram; ümumi təmiz çəkiləri 61,613 qram tünd qəhvəyi rəngli maddə kütlələri xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir; 04 bükümdəki tiryək kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; üzərlərində “Methadone 40..Faran” göstəriciləri olan 12 ədəd blisterdə ümumilikdə 120 ədəd - üzərlərində “F/M40” yazısı həkk olunmuş tabletlərin tərkibində təsiredici maddəsinin miqdarı 4,8 qram olan narkotik vasitə metadon müəyyən edildi; 120 ədəd metadon tabletləri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; 01 ədəd ağ rəngli və 01 ədəd qara rəngli elektron tərəzilərin səthlərində heroin izləri müəyyən edildi. Tərəzilərin səthlərində heroin az miqdarda olduğundan eyniləşdirmə tədqiqatının aparılması mümkün olmadı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi heroinlə yaşadığı mənzildən aşkar olunmuş heroin kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin, Tiryək Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), Metadon zərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına (Siyahı İİ), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İİİ) daxildir. (iş vər. 56-59). Bakı şəhər Xəzər rayon Məhkəməsinin 24 mart 2021-ci il tarixli 4(003)-108/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli onun tutulduğu 22 mart 2021-ci il tarixdən hesablanmışdır. (iş vər. 103-105). AR DİN BƏSİİ tərəfindən verilmiş 02.04.2021-ci il tarixli tələbnamə arayışından və Nəsimi Rayon Məhkəməsinin 24 iyul 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon Məhkəməsinin 24 iyul 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 10 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (iş vər. 118- 119, 121-125). “Baxış keçirilməsi haqqında” 25 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus DİN-nin BNMİ-də təqdim etdiyi iki ədəd “Samsung” və “Redmi” markalı mobil telefonlara baxış keçirilmişdir. Baxış zamanı hər iki mobil telefonda Təqsirləndirilən şəxs narkotik vasitələri qoyduğu yerlərin fotoşəkillərin əks olunduğu müəyyən olunmuş, daha sonra «Samsung» və «Redmi» markalı mobil telefonun fotolarına baxış zamanı tərəzi üzərində və masanın üzərində narkotik vasitənin, kristal formalı psixotrop maddə olan metamfetaminə oxşar şəkillərin olması müəyyən olunmuşdur. Qeyd edilən mobil telefonlarda əks olunmuş fotoşəkillər protokola əlavə edilmişdir. (iş vər. 132-134). X1 məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 24 avqust 2011-ci il təvəllüdlü bir azyaşlı övladı vardır. (iş vər. 134). Xəzər rayon Məhkəməsinin “Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın məhkəmə nəzarəti qaydasında yoxlanılması haqqında” 02 aprel 2021 tarixli, 5(008)- 118/2021 saylı qərardan görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsindən daxil olmuş əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi və əməliyyat qrupunun yaradılmasına dair 22 mart 2021-ci il tarixli qərarlar qanuni hesab edilmişdir. (iş vər. 157-159). İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsin verdiyi 08.05.2021-ci il tarixli 1425 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vər. 169). “Toplanmış sübutların qiymətləndirilməsi və ayrıca icraatın ayrılması haqqında” 31 may 2021-ci il tarixli qərardan görünür ki, həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 206.32., 234.4.1-ci maddələrinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi «Samsung» və «Redmi» markalı mobil telefonlar iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və ayrılan cinayət işinə əlavə olunması qərara alınmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülməklə qalıq çəkisi 10,180 qram çəkidə narkotik vasitə olan heroin, 2169,9 qram çəkidə narkotik vasitə olan heroin, 214,8 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, 61,413 qram çəkidə narkotik vasitə olan tiryək, 357.957 qram çəkidə psixotrop maddə olan metamfetamin, 116 ədəd “Metadon 40” həbi və iki ədəd elektron tərəzi iş üçün mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində tanınaraq Xəzər RPİ-nin saxlancına təhvil verilməsi nəzərə alınmışdır. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik maddələri aldığı “Şahbuz” adlı şəxsin şəxsiyyətini müəyyən edərək məsuliyyətə cəlb edilməsi məqsədilə ********* saylı cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrılması qərara alınmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və yaşadığı evə baxış keçirilməsinin videogörüntüləri olan iki ədəd DVD disk maddi sübut növü qismində qiymətləndirilmişdir. (iş vər 171-177). Bakı şəhər Probasiya İdarəsi tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 09.09.2021-ci il tarixli 21-1\3-7073 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 04.09.2020-ci il tarixdə Bakı şəhər Sabunçu rayon İcra və Probasiya şöbəsində qeydiyyata alınmış, 22.03.2021-ci il tarixə məhkum cəzasının 06 ay 18 günü çəkmiş, 03 ay 28 gün çəkilməmiş qalmışdır. Məhkəmə iclasında kompüter texnikasının vasitəsilə cinayət işinin materiallarına əlavə edilmiş iki ədəd «DVD» diskdə olan videgörüntülərə baxış keçirilmiş, və baxış zamanı həmin videogörüntülərdə “Şəxsi axtarış və götürmə aparılması barədə” 22 mart 2021-ci il tarixli protokolda və “Mənzilə baxış keçirilməsi və götürmə haqqında” 22 mart 2021-ci il tarixli protokolda qeyd olunan halların əyani olaraq öz əksini tapması müəyyən edilmişdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında narkotik vasitələrin siyahısında qurudulmuş marixuananın 500 qramdan yuxarı olması, tiryəkin 50 qramdan yuxarı olması, metadonun 1,6 qramdan yuxarı, psixotrop maddələrin siyahısında isə metafetaminin çəkisinin 02 qramdan yuxarı olması, heroinin çəkisinin 02 qramdan yuxarı olması külli miqdar hesab olunur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması onun özünün işin faktiki hallarına uyğun olmaqla hadisələrin baş vermə yeri, vaxtı və şəraiti barədə işin faktiki hallarına uyğun olmaqla öz mahiyyəti üzrə qismən etirafedici ifadələri, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, maddi sübut və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla bağlı polis əməkdaşları tərəfindən saxlanılıb üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində heç bir narkotik vasitə olmadığı, həmçinin yaşadığı evdə heç bir narkotik vasitə və ya külli miqdarda psixotrop maddə olan metamfetamin saxlamadığı, hər-hansı bir narkotik vasitələrin satışı ilə məşğul olmadığı, həmçinin iş üzrə təhqiqat və ibtidai istintaq zamanı vermiş olduğu tam etirafedici ifadələri polis əməkdaşları tərəfindən ona qarşı göstərilmiş təsir və təzyiq nəticəsində vermiş olduğu barədə olan hissədə məhkəmə baxışı zamanı verdiyi ifadələrə tənqidi yanaşaraq, onun həmin hissədə məhkəmə baxışı zamanı verdiyi ifadələrinə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrinin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Qanunun mənasına görə, narkotik vasitələrin satışı dedikdə yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədi ilə yayılması başa düşülür. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunanları, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun müddəalarını və işin faktiki hallarını, yəni əməliyyat axtarış və ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmununu, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi hadisələrin baş vermə yeri, vaxtı və ardıcıllığına uyğun etirafedici ifadələri, Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkarlanıb götürülmüş narkotik vasitələr miqdarını və psixotrop maddənin müxtəlif növlərdə olmaqla, miqdarını, mənzilindən iki ədəd elektron tərəzi aşkar edildiyini və digər sübutları qarşılıqlı şəkildə tədqiq və təhlil edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan cinayət əməllərinin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki təqsirləndirilən şəxs verilmiş ittihamı təkzib edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmiş, Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən hallara istinad edilməklə qurulmuş müdafiəsi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhdləri kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladı olması və törətdiyi cinayət əməlini qismən etiraf etməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 iyul 2020-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, azadlıqdan məhrumetmə ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki ittiham üzrə cinayəti törətdiyi zaman müvafiq olaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 iyul 2020-ci il tarixli hökmü ilə üzərində yaranmış məhkumluq ödənilmədiyi və götürülmədiyinə baxmayaraq, sonuncu müvafiq hökmlə həm böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxil olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunduğundan və eləcə də hökmlə azadlıqdan məhrumetmə ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyindən, göstərilən məhkumluq Təqsirləndirilən şəxs münasibətdə residivin müəyyən edilməsi zamanı nəzərə alınmamalıdır. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs münasibətdə residivin müəyyən edilməsi zamanı nəzərə alınmasa da, sonuncunun Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 iyul 2020-ci il tarixli hökmünə əsasən üzərində yaranmış məhkumluq ödənilmədiyi və götürülmədiyi halda yenidən cinayət törətməsini, bununla da barəsində daha öncə təyin edilmiş azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın cinayət qanunvericiliyinə əsasən təqsirləndirilən şəxsə münasibətdə cəzanın məqsədlərinə nail olmaq üçün kifayət etməməsinin müəyyən edilməsini Təqsirləndirilən şəxs cəza təyini zamanı cəzanın həddi müəyyən edilərkən nəzərə alınmalı olması qənaətinə gəlir. Məhkəmə eyni zamanda hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 iyul 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın çəkilməmiş qalan hissəsi,- 03 (üç) ay 28 (iyirmi səkkiz) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə hesablanaraq 1 (bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin ediləcək cəza ilə tam birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət əməli törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 22 mart 2021-ci il tarixdən hesablanmalıdır. Yuxarıda qeyd edildiyi kimi, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmaqla, onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar: Xəzər RPİ-nin saxlanc otağında saxlanılan, ekspertizadan sonra qalıq qalmış 10,180 (on tam mində yüz səksən) qram çəkidə narkotik vasitə olan heroin, 2169,9 (iki kiloqram yüz altmış doqquz tam onda doqquz) qram çəkidə narkotik vasitə olan heroin, 214,8 (iki yüz on dörd tam onda səkkiz) qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, 61,413 (altmış bir tam mində dörd yüz on üç) qram çəkidə narkotik vasitə olan tiryək, 357,957 (üç yüz əlli yeddi tam mində doqquz yüz əlli yeddi) qram çəkidə psixotrop maddə olan metamfetamin, 116 (yüz on altı) ədəd “Metadon 40” həbi və 2 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və həmçinin onun yaşadığı evə baxış keçirilən zaman videogörüntülər əks olunmuş iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 182,72 (yüz səksən iki manat, yetmiş iki qəpik) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 iyul 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 10 (on) ay 16 (on altı) gün gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi,- 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə hesablanaraq 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsində əsasən hazırki hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 22 mart 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar: Xəzər RPİ-nin saxlanc otağında saxlanılan, ekspertizadan sonra qalıq qalmış 10,180 (on tam mində yüz səksən) qram çəkidə narkotik vasitə olan heroin, 2169,9 (iki kiloqram yüz altmış doqquz tam onda doqquz) qram çəkidə narkotik vasitə olan heroin, 214,8 (iki yüz on dörd tam onda səkkiz) qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, 61,413 (altmış bir tam mində dörd yüz on üç) qram çəkidə narkotik vasitə olan tiryək, 357,957 (üç yüz əlli yeddi tam mində doqquz yüz əlli yeddi) qram çəkidə psixotrop maddə olan metamfetamin, 116 (yüz on altı) ədəd “Metadon 40” həbi və iki ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və həmçinin onun yaşadığı evə baxış keçirilən zaman videogörüntülər əks olunmuş iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri cəmi 182,72 (yüz səksən iki manat, yetmiş iki qəpik) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Mahmud Ağalarov Siyavuş Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar