Məhkəmə qərarları › İş №1(101)-1324/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1324/2023

13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1324/2023 13.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri X15 (sədrlik edən), Quliyev Vüqar Elbrus oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Rüstəmov Zaur Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü - Bakı şəhəri, “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü - Bakı şəhəri, “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx xxxxxx 1997-ci ildə Ağcəbədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, fərdi qaydada həkim asissenti işləyən, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2anında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə; xx xxxx 1978-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, işləməyən, subay, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan və ünvan 4ayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 xeyli miqdarda mobil telefonların tamah niyyəti ilə Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilib X3 Azərbaycan Respublikasına gətirilməsini təşkil etmək barədə 2022-ci ilin oktyabr ayının 20-dən 22-dək olan müddət ərzində X8 Dubay şəhərində dayısı, X13, sonuncunun vasitəsilə Təqsirləndirilən şəxs2 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, bu məqsədlə Dubay şəhərində cinayətkar qrupun üzvü Camal Süleymanovdan bir ədədinin dəyəri 2400 manat olmaqla 17 ədəd “İphone 14 Pro 128GB” markalı, bir ədədinin dəyəri 2500 manat olmaqla 13 ədəd “İphone 14 Pro 256 GB” markalı, bir ədədinin dəyəri 2550 manat olmaqla 3 ədəd “İphone 14 Pro Max 128 GB” markalı və bir ədədinin dəyəri 2750 manat olmaqla 7 ədəd “İphone 14 Pro Max 256 GB” markalı mobil telefonlardan ibarət, ümumilikdə xeyli miqdarda, cəmi 100200 manat dəyərində 40 ədəd mobil telefonların 20 ədədini o, 20 ədədini isə cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Azərbaycan Respublikasına gətirilib cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvünə çatdırılması üçün təhvil almış, həmin mobil telefonları xx.xx.2022-ci il tarixdə, saat 05:00 radələrində TK 338 saylı İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından tranzit keçməklə X3 Azərbaycan Respublikasına Təqsirləndirilən şəxs2 ilə birlikdə gələrkən Dövlət Gömrük Komitəsinin Bakı şəhəri, Xəzər rayonunun inzibati ərazisində yerləşən X17 Aeroportunda fəaliyyət göstərən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1” gömrük postunda özünə məxsus çamadanda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətinə bəyan etməməklə qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin gün “Terminal-1” gömrük postunda əl yükünə keçirilmiş gömrük yoxlaması nəticəsində 8 ədəd “İphone 14 Pro 128 GB” markalı, 8 ədəd “İphone 14 Pro 256 GB” markalı və 4 ədəd “İphone 14 Pro max 256 GB” markalı mobil telefonlar aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs2 xeyli miqdarda mobil telefonların tamah niyyəti ilə Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilib X3 Azərbaycan Respublikasına gətirilməsini təşkil etmək barədə 2022-ci ilin oktyabr ayının 20-dən 22-dək olan müddət ərzində X8 Dubay şəhərində tanışı X13, sonuncunun vasitəsilə Təqsirləndirilən şəxs1 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, bu məqsədlə Dubay şəhərində cinayətkar qrupun üzvü Camal Süleymanovdan bir ədədinin dəyəri 2400 manat olmaqla 17 ədəd “İphone 14 Pro 128GB” markalı, bir ədədinin dəyəri 2500 manat olmaqla 13 ədəd “İphone 14 Pro 256 GB” markalı, bir ədədinin dəyəri 2550 manat olmaqla 3 ədəd “İphone 14 Pro Max 128 GB” markalı və bir ədədinin dəyəri 2750 manat olmaqla 7 ədəd "İphone 14 Pro Max 256 GB" markalı mobil telefonlardan ibarət, ümumilikdə xeyli miqdarda, cəmi 100200 manat dəyərində 40 ədəd mobil telefonların 20 ədədini o, 20 ədədini isə cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Azərbaycan Respublikasına gətirilib cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvünə çatdırılması üçün təhvil almış, həmin mobil telefonları xx.xx.2022-ci il tarixdə, saat 05:00 radələrində TK 338 saylı İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından tranzit keçməklə X3 Azərbaycan Respublikasına Təqsirləndirilən şəxs1 ilə birlikdə gələrkən Dövlət Gömrük Komitəsinin Bakı şəhəri, Xəzər rayonunun inzibati ərazisində yerləşən X17 Aeroportunda fəaliyyət göstərən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1" gömrük postunda özünə məxsus çamadanda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətinə bəyan etməməklə qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin gün “Terminal-1" gömrük postunda əl yükünə keçirilmiş gömrük yoxlaması nəticəsində 9 ədəd “İphone 14 Pro 128 GB” markalı, 5 ədəd “İphone 14 Pro 256 GB” markalı, 3 ədəd “İphone 14 Pro max 256 GB” markalı və 3 ədəd “İphone 14 Pro Max 128 GB” markalı mobil telefonlar aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhərində stomotoloji kabinetdə həkim işləyən atasının yanında asistent işləyir. İndiyə qədər bir neçə dəfə Türkiyə Respublikasına və BƏƏ-nə istirahət etmək məqsədilə gedib-gəlmişdir. X13 onun dayısıdır. Dayısının ad və soyadı 2017-ci ilədək Xəyal Alıyev olmuşdur. Dayısının hansı səbəbdən ad və soyadını dəyişdirdiyini bilmir. Dayısı xeyli müddətdir ki, BƏƏ-nin Dubay şəhərində yaşayır. Orada bizneslə məşğul olur. Lakin hansı növ bizneslə məşğul olmasını konkret olaraq bilmir. 2022-ci ilin oktyabr ayının təxminən 17-si, yaxud 18-də, dəqiq yadında qalmayan tarixdə dayısı Camal zəng vurub “dur gəl Dubaya, 2 günlük istirahət edərsən, bütün xərclərin mənlikdir” demiş və o da dayısıyla razılaşmışdır. Dayısı özü onun üçün Dubaya gediş və dönüş biletini almışdır. 20 oktyabr 2022-ci il tarixdə, saat 09:00 radələrində Bakıdan Dubaya uçmuş və saat təxminən saat 14:00 radələrində Dubay aeroportuna çatmışdır. Dayısı əvvəlcədən otaq ayırtdığı otelin vizit kartının şəklini ona göndərmiş, o da həmin vizit kartı taksiyə göstərib bu yolla otelə getmişdir, amma otelin dəqiq adı yadında qalmamışdır. Oteldə dayısı, yanında olan əvvəllər görmədiyi bir qadınla onu qarşılamış, həmin qadınla tanış edib adının Həmidə olduğunu demişdir. Dayısı Həmidə üçün də həmin oteldə ayrıca nömrə ayırtmışdır. Dayısından həmin qadının kim olmasını soruşanda geri qayıdanda həmin qadınla birlikdə qayıdacaqlarını bildirmişdir. Bundan sonra dayısı Camal öz işlərinin arxasınca getmişdir. Həmidə ilə birlikdə gedib bir az şəhərdə gəzmiş, Dubay Mall-da gəzəndən sonra axşam saatlarında otelə qayıtmışlar. Səhərisi gün, yəni xx.xx.2022-ci il tarixdə Həmidə ilə yenə gəzməyə getmiş, bütün gün birlikdə dolaşdıqdan sonra otelə geri qayıtmışlar. Həmin axşam dayısı və Həmidə ilə birlikdə eyni otaqda qalmışlar. xx.xx.2022-ci il tarixdə səhər saatlarında dayısı Camal qaldıqları otel nömrəsində onunla və Həmidə ilə söhbət edərək “40 ədəd mobil telefon var, onları Bakıya aparacaqsız” demişdir. Necə olacağını soruşduqda Camal “şübhə çəkməsin deyə 2 nəfər aparsa yaxşıdır, hərəniz 20 ədəd telefonu çantanızda keçirə bilərsiz, Dubay gömrüyündə problem ola bilməz, sizi heç kəs yoxlamayacaq. Əsas Azərbaycan gömrüyüdür, oraya da çatanda bir-birinizdən aralı ayrı-ayrılıqda gömrüyü keçin ki, bir yerdə gəlməyiniz şübhə yaratmasın, çalışın içərisində telefon olan çamadanı rentgen aparatına qoymadan keçirəsiniz, əgər məcbur qalsaz, deyərsiz ki, guya ki, telefonu bəyan etmək istəyirsiz.” deyə cavab vermişdir. Bundan sonra dayısı ona 8 ədəd “İphone 14 Pro 128GB” markalı, 8 ədəd “İphone 14 Pro 256GB" markalı və 4 ədəd də “İphone 14 Pro Max 256GB” markalı mobil telefonlar olmaqla 20 ədəd telefon vermiş, həmin telefonları əl çantasının içərisinə qoymuşdur. Bundan sonra dayısı markaları dəqiq yadında qalmayan 20 ədəd “İphone” markalı telefonları da Həmidəyə vermiş, Həmidə də telefonları əl çantasına qoymuşdur. Camal “gömrüyü keçməzdən əvvəl telefonları əl çantasından baqaja qoyarsız, çünki çamadan bunkerdən keçəndə artıq rentgen, çamadanı yoxladığı üçün gömrükçülər çamadanı yox, əl yükünü yoxlayırlar” demiş, bundan sonra taksi çağırıb onları aeroporta yola salmışdır. Dayısının təlimatı əsasında əgər problemsiz olaraq gömrüyü keçsələr, onunla əlaqə saxlayacaq, o da telefonu kimə vermək lazım olduğunu deyəcəkdi. Həmidə ilə birlikdə İstanbul üzərindən tranzit olaraq Bakıya uçmuş, xx.xx.2022ci il tarixdə, təxminən saat 5-6 radələrində Bakıya çatmışlar. Bunkerdən gələn çamadanını götürüb tualetə getmiş və orada əl çantasında olan 20 ədəd mobil telefonları çamadana yerləşdirmişdir. Bundan sonra gömrük əməkdaşlarının xidmət apardığı xəttə yaxınlaşaraq əl yükünü “Qırmızı kanal”da olan rentgen qurğusuna qoymuşdur. İçərisində mobil telefonlar olan çamadanı isə əl arabasının üzərində yoxlamaya məruz qalmadan keçirmək istəmişdir. Keçib getmək istəyəndə gömrük əməkdaşının tələbi ilə içərisində telefon olan çamadanı rentgen qurğusuna qoymağa məcbur olmuş, həmin vaxt dayısının təlimatı əsasında gömrük əməkdaşına çamadanda bəyan olunası telefonları olduğunu, onları bəyan etmək istədiyini demişdir. Bundan sonra yoxlama otağına aparılmış, orada hal şahidlərinin iştirakı ilə çamadanına baxış keçirilərək dayısının verdiyi 20 ədəd mobil telefonlar aşkar edilib götürülmüşdür. Bir müddət sonra Həmidənin də saxlanılaraq çamadanında olan mobil telefonların aşkar edilib götürüldüyünü bilmişdir. Dayısının təklifini qəbul edərkən edəcəyi hərəkətin cinayət olduğunu bilməmişdir. Belə ki, dayısına güvənmiş və onun onu ziyanlı bir işə cəlb edə biləcəyini düşünməmişdir. Hadisədən sonra dayısı ilə münasibətləri pozulmuşdur. Hazırda törətdiyi əməldən səmimi peşmandır. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, ailəsi oğlu Tamerlan və anası Brilyantdan ibarətdir. 2011-ci ildə boşandığı üçün uşağına tək baxır. Oğlu Tamerlanın başında olan xəstəliyi ilə tez-tez oğlunu İrana, Türkiyəyə müalicələrə aparmışdır. X13 ilə bir mərasimdə tanış olmuşdur. Bir-biri ilə telefon vasitəsi ilə əlaqə saxlayıb, bəzən də görüşmüşlər. Sonuncu dəfə oğlunu İrandan müalicədən gətirəndən sonra depresiyaya düşmüş və Camal ona Dubaya istirahətə gəlməsini təklif etmişdir. O da istirahət etmək məqsədi ilə Camalla razılaşmışdır. Bundan sonra 2022-ci ilin oktyabrın ayının əvvəllərində dəqiq yadında qalmayan tarixdə Camal watsap vasitəsilə zəng edib bilet almaq üçün pasportunun şəklini ona göndərməsini istəmiş, onun dediyi kimi etmişdir. Camal oktyabr tarixinə bilet aldığını, oteldə nömrə bron etdiyini demişdir. xx.xx.2022-ci il tarixdə Dubaya getmiş, Camalın əvvəlcədən otaq ayırtdığı, adı yadında qalmadığı otelə getmiş, oteldə Camal onu qarşılayıb yerləşdirərək “1 gündən sonra bacım oğlu da gələcək” demişdir. Səhərisi gün Camalın bacısı oğlu da otelə gəlmiş və Camal onları tanış edərək Camal ‘‘bacım oğlu Ayxandır, gedin şəhəri gəzin, axşam gələrsiz” demişdir. Ayxan ilə birlikdə gedib biraz şəhərdə gəzmiş, Dubay Mall-da gəzəndən sonra axşam saatlarında otelə qayıtmışdır. Səhərisi gün, yəni xx.xx.2022-ci il tarixdə Ayxan ilə gəzməyə getmiş, bütün gün birlikdə dolaşdıqdan sonra otelə geri qayıtmışlar. Həmin axşam Camal və Ayxanla birlikdə eyni otaqda qalmışlar. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Camal qaldıqları otel nömrəsinə 2 ədəd çanta ilə gəlmiş, onunla və Ayxanla söhbət edərək “40 ədəd mobil telefon var, onları Bakıya aparacaqsız” demişdir. Həmin telefonların sayının çox olmasını görüb əvvəlcə Camala etiraz edib “mən qorxuram, bu qədər telefonu aparmaq olmaz, əgər belə rahat işdirsə, hər gələn elə əlində bir çamadan telefon ilə gedər” demişdir. Camal da onu dilə tutub arxayınlaşdıraraq “narahat olma heç bir problem ola bilməz, şübhə çəkməsin deyə 2 nəfər aparsa yaxşıdır, hərəniz 20 ədəd telefonu çantanızda keçirə bilərsiz, hətta həm Dubay, həm İstanbul, həm Bakı aeroportlarında birbirinizdən aralı oturun ki, birlikdə getdiyiniz bəlli olmasın. Dubay gömrüyündə problem ola bilməz, sizi heç kəs yoxlamayacaq. Əsas Azərbaycan gömrüyüdür, oraya da çatanda biribirinizdən aralı, ayrı-ayrılıqda gömrüyü keçin ki, bir yerdə gəlməyiniz şübhə yaratmasın, çalışın içərisində telefon olan çamadanı rentgen aparatına qoymadan keçirəsiniz, əgər məcbur qalsaz, deyərsiz ki, telefonu bəyan etmək istəyirsiniz” demişdir. Bundan sonra Camal ilə razılaşmışdır. Camal markaları dəqiq yadında qalmayan 40 ədəd İphone 14 markalı mobil telefondan 20 ədədini ona, 20 ədədini də Ayxana verib “gömrüyü keçərkən gömrükçülər çamadanı yox, əl yükünü yoxlayırlar, içərisində telefon olan çamadanı rentgenə qoymayın, görsəz ki, alınmır, həmin vaxt deyərsiz ki, guya malı bəyan etmək istəyirik” demişdir. Camal “Ayxan birinci keçsin” demiş, Camala “nə fərqi var ki, əgər keçmək belə rahatdırsa, qoy elə birinci mən keçim” deyə cavab vermiş, Camal da “yox, birinci Ayxan gömrüyü keçsin, görsən ki, keçə bilmədi, saxladılar, həmin vaxt gömrükçülərə yaxınlaşıb deyərsən ki, guya malı bəyan etmək istəyirsən” demişdir. Məcbur qalıb razılaşmışdır. Bundan sonra Camal taksi çağırıb onları aeroporta yola salmışdır. Camalın təlimatı əsasında əgər problemsiz olaraq gömrüyü keçsələr, onun dediyi kimsə yaxınlaşıb telefonları götürəcəkmiş. Ayxan ilə birlikdə İstanbul üzərindən tranzit olaraq Bakıya uçmuşlar. xx.xx.2022-ci il tarixdə, təxminən saat 5-6 radələrində Bakıya çatmışlar. O sərhəd xidmətindən keçəndən sonra baqajda olan çamadanı gözləmişdir. Səhhətində olan problemlə əlaqədar ayaqyoluna gedib-gəlmiş, qayıdanda baqaja verdiyi çamadanı lentin kənarında qoyulduğunu görmüş və yaxınlaşaraq götürmüşdür. Bundan sonra həmin yerdə səhv etmirsə xadimə işləyən xanıma yaxınlaşaraq telefon gətirdiyini və bəyan etmək istədiyini bildirmişdir. Bundan sonra ona formada olan əməkdaşlar yaxınlaşmış və onu yoxlama otağına aparılmışlar. Orada hal şahidlərinin iştirakı ilə çamadanına baxış keçirilərək Camalın verdiyi 20 ədəd mobil telefonlar aşkar edilib götürülmüşdür. O, telefonları Camalın təkidi ilə Azərbaycan Respublikasına gətirmişdir. Bunun qarşılığında Camaldan heç nə almamışdır. Hazırda törətdiyi əməldən səmimi peşmandır. Oğlunun xəstə olmasını nəzərə alaraq onun barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi Əməliyyat şöbəsinin əməliyyat müvəkkili Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanınmamışdır. Onlarla hər hansı qohumluğu və ya ədavəti yoxdur. 2017-ci ildən etibarən gömrük orqanlarında xidmət edir. 2022-ci ilin oktyabr ayının sonlarında işlədiyi şöbəyə bir qrup şəxsin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə mobil telefon gətirməsi barədə məlumat daxil olmuşdur. Məlumata əsasən həmin şəxslər mobil telefonları əl yükü kimi təyyarənin salonunda gətirməyi, X17 Aeroportunda müşayiət olunan baqajlarını təhvil alandan sonra, baqaj bunkerində rentgen aparatından keçirilən və içərisində ancaq şəxsi əşyaları olan baqajlarına yenidən yerləşdirib gömrük nəzarətindən yayındırmaqla keçirməyi planlaşdırmışlar. Odur ki, 23 oktyabr 2022-ci il tarixdə, saat 05:00 radələrində Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat idarəsi əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili X5 ilə birlikdə TK 338 saylı İstanbul-Bakı aviareysi ilə gələn Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 nəzarətə götürmüşlər. X17 Aeroportunun “Terminal 1” gəliş zalında Təqsirləndirilən şəxs1 baqaj yükünü götürdükdən sonra sanitar qovşağa getdiyi, orada bir müddət qaldığı, oradan çıxdıqdan sonra “Qırmızı kanal” buraxılış sistemində bel çantasını rentgen qurğusunun lenti üzərinə qoyduğu, gömrük nəzarətini həyata keçirən gömrük əməkdaşı Şahid1 Təqsirləndirilən şəxs1 bir neçə dəfə baqaj yükünü rentgen qurğusuna qoymağı deməsinə baxmayaraq, onun baqajını rentgen qurğusuna qoymadan gömrük nəzarətindən keçmək istədiyini müşahidə etmişlər. Ayxan baqajını rentgen aparatına qoymadan “Qırmızı kanal" buraxılış sistemində quraşdırılan iki stasionar metalaxtaran detektorların arasından keçdikdə, gömrük əməkdaşı Şahid1 yenidən təkidlə ondan geri qayıtmağı və baqaj yükünü rentgen qurğusundan keçirməyi tələb etmişdir. Bu zaman o, Təqsirləndirilən şəxs1 yaxınlaşıb baqaj yükünə rentgen qurğusu vasitəsi ilə baxış keçiriləcəyini deyib baqaj yükünü rentgen qurğusuna yerləşdirməyi tələb etmişdir. Bundan sonra təkidlə vətəndaşın baqaj yükü rentgen qurğusundan keçirmək üçün lentin üzərinə qoyulduqdan sonra, Təqsirləndirilən şəxs1 çıxılmaz vəziyyətdə qalıb çamadanda bəyan olunası malının olması barədə şifahi formada məlumat vermişdir. Təqsirləndirilən şəxs1 məxsus baqaj yükü rentgen qurğusundan keçirilən zaman monitorda çoxlu sayda mobil telefonların təsviri əks olunmuş və o, yoxlama keçirilməsi üçün saxlanılmışdır. Eyni qaydada, X17 Aeroportunun “Terminal 1” gəliş zalında baqaj yükünü götürdükdən sonra sanitar qovşağa gedib, orada bir müddət qaldıqdan sonra baqaj lentinin yanında gözləyən Təqsirləndirilən şəxs2, onunla eyni reyslə gələn Təqsirləndirilən şəxs1 gömrük əməkdaşları tərəfindən rentgen qurğusunun yanında saxlanıldıqdan sonra, çıxılmaz vəziyyətdə qalıb, özü gömrük əməkdaşına yaxınlaşıb onda mobil telefonlar olduğu barədə məlumat vermişdir. Bundan sonra hal şahidlərinin iştirakı ilə keçirilən yoxlama zamanı Təqsirləndirilən şəxs1 məxsus boz rəngli baqaj yükünün içərisindən 2 ədəd iç-içə yerləşdirilmiş sellofan paketin içərisində qutu və aksesuarları ilə birlikdə 4 ədəd “İphone 14 pro max 256 gb" markalı, 8 ədəd “İphone 14 pro 128 gb" markalı, 8 ədəd "İphone 14 pro 256 gb” markalı olmaqla ümumilikdə 20 ədəd “İphone” markalı telefonlar aşkarlanmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 məxsus üzərində “Stargold" yazısı boz rəngli bel çantasına baxış keçirilmiş, lakin həmin çantanın içərisindən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Bu barədə tərtib etdiyi protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 xanım gömrük əməkdaşı Şahid3 yoxlama otağına dəvət etmiş və yoxlamadan sonra onun da çantasından qutusu və aksesuarları ilə birlikdə 3 ədəd“İphone” 14 pro max 256 gb markalı, 3 ədəd “İphone” 14 pro max 128 gb markalı, 5 ədəd “İphone” 14 pro 256 gb markalı, 9 ədəd “İphone” 14 pro 128 gb markalı olmaqla ümumilikdə 20 ədəd "İphone” markalı telefonlar aşkar olunaraq götürüldüyü məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş “Azərterminalkompleks Birliyin”-dən HNBGİ “Terminal-1 X22” gömrük postuna ezam olunmuş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanınmamışdır. Onlarla hər hansı qohumluğu və ya ədavəti yoxdur. 23 oktyabr 2022-ci il tarixində xidməti vəzifəsini "Terminal-1 X22” gömrük postunun gəliş zalında yerinə yetirərkən saat 05:00 radələrində əməliyyat şöbəsinin əməkdaşı Şahid2 TK 338 saylı İstanbul-Bakı aviareysi ilə gələn, adını və soyadını sonradan bildiyi, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 nəzarətə götürdüyünü bildirmişdir. Beləliklə Təqsirləndirilən şəxs2 hava limanında 1-ci Terminalın gəliş zalında yerləşən sanitar qovşağında olan zaman həmin sərnişinin oraya nəsə qoyub-qoymadığını yoxlamaq, həmçinin onun hərəkətlərinə diqqət etmək üçün sanitar qovşağına tərəf getmiş, bu zaman, Təqsirləndirilən şəxs2 oradan çıxaraq, baqaj lentinin yanında olan oturacaqda əyləşmişdir. Bir müddət keçdikdən sonra, Təqsirləndirilən şəxs2 bir daha sanitar qovşağına getmiş, onun arxasınca oraya daxil olmuşdur. Sanitar qovşağının içərisində bir müddət gözlədikdən sonra sərnişinin oradan çıxmadığını görüb, sanitar qovşağından çıxmış və “Yaşıl kanal”la “Qırmızı kanal”ın arasında rentgen aparatının yanında dayanmışdır. Bir müddətdən sonra Həmidə sanitar qovşağından çıxaraq, baqajını lentin kənarından götürmüşdür. Təqsirləndirilən şəxs2 sanitar qovşağına gedərkən ona məxsus baqaj lentin üzərində deyil, lentin kənarında yerə qoyulmuşdur. Təqsirləndirilən şəxs2 sanitar qovşağından çıxıb baqajını lentin yanından götürüb onların dayandığı yerə tərəf gəlib uzaqdan “Sizi bir dəqiqə olar? Mənim bəyan ediləsi əşyalarım var” sözlərini demiş, bu zaman Şahid2 onu çağırıb sanitar qovşağını yenidən yoxlamağını bildirmişdir. Yenidən sanitar qovşağına getmiş, oranı yoxlamış, amma heç bir əşyanın olmadığını müəyyən etmişdir. Bundan sonra “Terminal-1 X22” gömrük postunun yoxlama otağına getmiş, dəvət olunmuş hal şahidlərinin iştirakı ilə yoxlama keçirmiş, yoxlama zamanı Təqsirləndirilən şəxs2 məxsus tünd yaşıl rəngli, üzərində “Giordana” yazısı olan çantanın içərisində üzərində “İ UAE” yazılı olan 2 ədəd iç-içə yerləşdirilmiş sellofan paketin içərisində qutu və aksesuarları ilə birlikdə 3 ədəd “İphone 14 Pro Max 256 gb” markalı, 3 ədəd “İphone 14 Pro Max 128 gb” markalı, 5 ədəd “İphone 14 Pro 256 gb" markalı, 9 ədəd “İphone 14 Pro 128 gb" markalı olmaqla ümumilikdə 20 ədəd “İphone” markalı telefonlar aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs2 məxsus üzərində “Miine” yazısı olan narıncı rəngli çantaya baxış keçirmiş və orada qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar etməmişdir. Aşkar olunan mobil telefonlar qablaşdırılaraq, protokol əsasında götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanınmamışdır. Onlarla hər hansı qohumluğu və ya ədavəti yoxdur. 23 oktyabr 2022-ci il tarixdə, saat 07:00 radələrində X17 Aeroportunda iş yerində olarkən, bir nəfər gömrük əməkdaşı gömrük yoxlamasında hal şahidi qismində iştirak etməyi təklif etmiş, etiraz etməyərək könüllü şəkildə razılığını bildirmişdir. Bundan sonra T1 terminalının gəliş zalına gəlmiş və gömrük orqanının xidməti otağına daxil olmuşdur. Gömrük əməkdaşı əvvəllər tanımadığı bir şəxsi təqdim edərək həmin şəxsin TK 338 saylı İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 olduğunu, onun mallarına gömrük yoxlaması keçiriləcəyini bildirib hal şahidi kimi qanunvericilikdə göstərilən hüquq və vəzifələrinin nədən ibarət olduğunu izah etmişdir. Bundan sonra keçirilən yoxlama zamanı Təqsirləndirilən şəxs1 məxsus boz rəngli bagaj yükünün içərisindəki 2 ədəd iç-içə yerləşdirilmiş sellofan paketin içərisindən qutu və aksesuarları ilə birlikdə 4 ədəd “İphone 14 pro max 256 gb” markalı, 8 ədəd “İphone 14 pro 128 gb” markalı, 8 ədəd “İphone 14 pro 256 gb” markalı olmaqla, ümumilikdə 20 ədəd “İphone” markalı telefonlar aşkarlanmışdır. Daha sonra həmin şəxsə məxsus boz rəngli bel çantasına baxış keçirilmiş, lakin həmin çantanın içərisindən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Aşkar olunan mobil telefonlar qablaşdırılaraq, protokol əsasında götürülmüş, yoxlamanın nəticəsi barədə tərtib olunan protokol ucadan oxunduqdan sonra həmin sənədin düzgünlüyünü imzasıyla təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Əməliyyat şöbəsinin əməliyyat müvəkkili Şahid2 tərəfindən tərtib olunmuş, iştirakçı Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili X5, Təqsirləndirilən şəxs1, hal şahidləri Şahid5 və X12 tərəfindən imzalanmış “yoxlama, əşyaların və sənədlərin götürülməsi haqqında” 23 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 gömrük orqanına əvvəlcədən bəyan etmədiyi mallara yoxlama keçirilməsi məqsədilə yoxlama otağına dəvət olundu. Yoxlama zamanı vətəndaşa məxsus məxsus boz rəngli baqaj yükünün içərisindən üzərində “İ UAE” yazılı olan 2 ədəd iç-içə yerləşdirilmiş sellofan paketdən qutu və aksessuarları ilə birlikdə 4 ədəd “İphone” 14 pro max 256 gb” markalı (İmei **********17879, imei **********19131, imei **********88144, imei **********87565), 8 ədəd “İphone” 14 pro max 128 gb” markalı (imei **********13236, imei **********19831, imei **********18657, imei **********56274, imei **********24869, imei **********47190, imei **********28003, imei **********20299), 8 ədəd “İphone” 14 pro max 256 gb” markalı (imei **********62483, imei **********50891, imei **********74820, imei 3575554)18790780, imei **********73161, imei **********66370, imei **********57249, imei **********18359) olmaqla ümumilikdə 20 ədəd “İphone” markalı telefonlar aşkarlandı. Daha sonra üzərində “Stargold” yazısı olan boz rəngli bel çantasına baxış keçirilmiş və qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Aşkar edilmiş mallar qablaşdırılaraq götürüldü. Yoxlama saat 07:53-də başlandı, saat 08:05-də qurtardı (cild 1, i/v 9-10). -“Azərterminalkompleks” X4 Baş Gömrük İdarəsinin Terminal 1 gömrük postuna təhkim oğlunmuş, gömrük xidməti baş leytenantı Şahid3 tərəfindən tərtib olunmuş, Təqsirləndirilən şəxs2, hal şahidləri X19 və Şahid4 tərəfindən imzalanmış “yoxlama, əşyaların və sənədlərin götürülməsi haqqında” 23 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 ona məxsus çantaları yoxlama keçirilməsi məqsədilə yoxlama otağına dəvət olundu. Yoxlama zamanı tünd yaşıl rəngli üzərində “Giordana” yazısı olan çantasının içərisindən üzərində “İ UAE” yazılı olan 2 ədəd iç-içə yerləşdirilmiş sellofan paketdən qutu və aksessuarları ilə birlikdə 3 ədəd “İphone” 14 pro max 256 gb” markalı (imei **********16955, imei **********80616, imei **********77101), 3 ədəd “İphone” 14 pro max 128 gb” markalı (imei **********46471, imei **********62878, imei **********09275), 5 ədəd “İphone” 14 pro 256 gb” markalı (imei **********86698, imei **********87897, imei **********31105, imei **********36091, imei **********63946), 9 ədəd “İphone” 14 pro 128 gb” markalı (imei **********43285, imei **********9674, imei **********84059, imei **********36143, imei **********61510, imei **********41061, imei **********22592, imei **********98644, imei **********65770) olmaqla ümumilikdə 20 ədəd “İphone” markalı telefonlar aşkarlandı. Daha sonra vətəndaşa məxsus üzərində “Miine” yazısı olan narıncı rəngli çantaya baxış keçirilmiş və qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Aşkar edilmiş mallar qablaşdırılaraq götürüldü. Yoxlama saat 08:23-də başlandı, 08:35-də qurtardı (cild 1, i/v 14-15). - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsinin böyük təhqiqatçısı X20 tərəfindən tərtib olunmuş Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə gömrük nəzarəti prosedurundan keçməsi ilə bağlı videogörüntüləri əks etdirən 1 ədəd DVD diskdə olan videogörüntülərə baxış keçirilməsi haqqında 24 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, şəxsiyyəti araşdırma zamanı müəyyən edilmiş Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə, saat 05:28 radələrində sərhədi keçdiyi və pasport yoxlanışından sonra “Terminal 1 X22” gömrük postunun gəliş zalına doğru hərəkət edir. Təqsirləndirilən şəxs1 baqaj lentinin ətrafında hərəkət etdiyi, ona məxsus baqajla birlikdə “Terminal 1 X22” gömrük postunun gəliş zalında yerləşən sanitar qovşağa doğru getdiyi və 5 dəqiqədən sonra oranı tərk etdiyi müşahidə olunur. Saat 06:15-də Təqsirləndirilən şəxs1 “Qırmızı Kanal” buraxılış sisteminə doğru hərəkət etdiyi görünür. Təqsirləndirilən şəxs1 ona məxsus qara rəngli əl çantasını rentgen qurğusunun letinə yerləşdirdiyi zaman gömrük əməkdaşı gömrük yoxlamasının keçirilməsi üçün ondan baqaj yükünü də rentgen qurğusundan keçirməyi tələb edir. Video görüntülər səssiz rejim icra olunduğu üçün şəxslər arasında aparılan danışıqları eşitmək mümkün deyildir. Daha sonra Təqsirləndirilən şəxs1 baqaj yükünü götürdüyü, lakin gömrük əməkdaşının həmin vaxt ərzində digər vətəndaşlar gömrük nəzarətini keçirdiyindən diqqəti yayındığı üçün baqaj yükünü rentgen qurğusunun lentinin üzərində yerləşdirmədiyi və yüklərin daşınması üçün nəzərdə tutulmuş olan arabaya qoyaraq stasionar metalaxtaran detektorun yanından keçdiyi, özünün isə stasionar metalaxtaran detektorun altından keçmək üçün gözlədiyi müşahidə olunur. Daha sona Təqsirləndirilən şəxs1 gömrük nəzarəti zonasında gözləməyə davam edir və saat 06:22-dən etibarən isə gömrük əməkdaşları Təqsirləndirilən şəxs1 iştirakı ilə həmin baqaj yükünə baxış keçirir (cild 1, i/v 19-24). - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsinin böyük təhqiqatçısı X20 tərəfindən tərtib olunmuş Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə gömrük nəzarəti prosedurundan keçməsi ilə bağlı videogörüntüləri əks etdirən 1 ədəd DVD diskdə olan videogörüntülərə baxış keçirilməsi haqqında 24 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, şəxsiyyəti araşdırma zamanı müəyyən edilmiş Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə, saat 05:27 radələrində sərhədi keçdiyi və pasport yoxlanışından sonra liftdən istifadə etməklə “Terminal 1 X22” gömrük postunun gəliş zalına doğru hərəkət edir. Təqsirləndirilən şəxs2 məxsus olan baqaj yükünün “Baqaj axtarış bölməsi”-nin əməkdaşları tərəfindən lentin üzərindən götürülərək kənara qoyulduğu, təqribən 14 dəqiqədən sonra Təqsirləndirilən şəxs2 baqaj yükünü götürmək üçün oraya yaxınlaşdığı, götürdükdən sonra isə baqaj lentinin kənarında olduğu, daha sonra isə ona məxsus olan baqajla birlikdə “Terminal 1 X22” gömrük postunun gəliş zalında yerləşən sanitar qovşağa hərəkət etdiyi və təqribən 10 dəqiqədən sonra oranı tərk etdiyi müşahidə olunur. Saat 06:42-də Təqsirləndirilən şəxs2 gömrük nəzarəti zonasına doğru hərəkət etdiyi və gömrük əməkdaşlarına yaxınlaşaraq nəsə dediyi görünür. Video görüntülər səssiz rejim icra olunduğu üçün şəxslər arasında aparılan danışıqları eşitmək mümkün deyildir. Daha sonra isə Təqsirləndirilən şəxs2 gömrük orqanı əməkdaşlarının göstərişi ilə ona məxsus olan yükləri rentgen qurğusunun lentinin üzərinə yerləşdirir və özü də stasionar metalaxtaran detektorun altından keçir. Bu zaman Təqsirləndirilən şəxs1 da gömrük nəzarəti zonasında olduğu müşahidə olunur. Saat 06:42-də Təqsirləndirilən şəxs2 gömrük orqanı əməkdaşı ilə birlikdə gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün nəzərdə tutulan xidməti otağa doğru hərəkət etdiyi görünür (cild 1, i/v 25-31). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5 noyabr 2022-ci il tarixli, 5/1333 nömrəli komputer-texniki ekspertizasının rəyinin nəticə hissəsindən görünür ki, təqdim edilmiş bir ədəd “İPhone 14 Pro” (128 GB həcmli) markalı “A2890” modelli, on altı ədəd "İPhone 14 Pro” (128 GB həcmli) markalı “A2892” modelli, on üç ədəd “İPhone 14 Pro (256 GB həcmli) markalı “A2892” modelli, üç ədəd “İPhone 14 Pro Max” (128 GB həcmli) markalı “A2896” modelli və yeddi ədəd “İPhone 14 Pro Max” (256 GB həcmli) markalı “A2896” modelli mobil srnartfonlar hal-hazırda işlək vəziyyətdədirlər. Təqdim edilmiş on dörd ədəd “İPhone 14 Pro” (128 GB həcmli) markalı “A2892” modelli, on iki ədəd “İPhone 14 Pro” (256 GB həcmli) markalı “A2892” modelli, üç ədəd “İPhone 14 Pro Max (128 GB həcmli) markalı “A2896" modelli və yeddi ədəd “İPhone 14 Pro Max” (256 GB həcmli) markalı “A2896” modelli mobil smartfonları “https://checkcoverage.apple.com” rəsmi internet resursunda seriya nömrəsinə görə axtarış verildikdə həmin smartfonların texniki dəstəyinin aktivləşdirildiyi qeyd olunmuşdur yəni işə salınaraq internet qlobal şəbəkəyə qoşulmuşdurlar. Təqdim edilmiş bir ədəd “İPhone 14 Pro” (128 GB həcmli) markalı “A2890” modelli “P9WYWNJ06F” seriya nömrəli, iki ədəd “İPhone 14 Pro" (128 GB həcmli) markalı “A2892” modelli “W93KQFN906”, “NCY5CYH9GK” seriya nömrəli və bir ədəd “İPhone 14 Pro” (256 GB həcmli) markalı “A2892” modelli “JVKP7MQ2CJ” seriya nömrəli mobil smartfonlar aktiv edilmişdirlər (cild 1, i/v 52-54). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 dekabr 2022-ci il tarixli, 9/7773 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinin nəticə hissəsindən görünür ki, miqdarı yeddi ədəd olan üzərində “Designed by Apple in California Assembled in China” markalanma göstəricisi olan “İphone 14 Pro Max 256 GB” markalı mobil telefon tam komplektli 1 ədədinin qiyməti 2750, ümumi qiyməti 19250, miqdarı on bir ədəd olan üzərində “Designed by Apple in California Assembled in China” markalanma göstəricisi olan “İphone 14 Pro 128 GB” markalı mobil telefon tam komplektli 1 ədədinin qiyməti 2400, ümumi qiyməti 26400, miqdarı on üç ədəd olan üzərində “Designed by Apple in California Assembled in China” markalanma göstəricisi olan “İphone 14 Pro 256 GB” markalı mobil telefon tam komplektli 1 ədədinin qiyməti 2500, ümumi qiyməti 32500, miqdarı doqquz ədəd olan üzərində “Designed by Apple in California Assembled in China” markalanma göstəricisi olan “İphone 14 Pro 128 GB” markalı mobil telefon tam komplektli 1 ədədinin qiyməti 2400, ümumi qiyməti 21600 olan ekspertiza tədqiqatına təqdim edilmiş uyğunluq sertifikatı, qeydiyyatı, zəmanəti olmayan mobil telefonların ümumilikdə xx.xx.2022-ci il tarixə olan bazar qiyməti təxminən 99750.00 manat müəyyən edilir (cild 1, i/v 84-87). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 yanvar 2023-cü il tarixli, 9/151 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinin nəticə hissəsindən görünür ki, miqdarı yeddi ədəd olan üzərində “Designed by Apple in California Assembled in China” markalanma göstəricisi olan “İphone 14 Pro Max 256 GB” markalı mobil telefon tam komplektli 1 ədədinin qiyməti 2750, ümumi qiyməti 19250, miqdarı on yeddi ədəd olan üzərində “Designed by Apple in California Assembled in China” markalanma göstəricisi olan “İphone 14 Pro 128 GB” markalı mobil telefon tam komplektli 1 ədədinin qiyməti 2400, ümumi qiyməti 40800, miqdarı on üç ədəd olan üzərində “Designed by Apple in California Assembled in China” markalanma göstəricisi olan “İphone 14 Pro 256 GB” markalı mobil telefon tam komplektli 1 ədədinin qiyməti 2500, ümumi qiyməti 32500, miqdarı üç ədəd olan üzərində “Designed by Apple in California Assembled in China” markalanma göstəricisi olan “İphone 14 Pro Max 128 GB” markalı mobil telefon tam komplektli 1 ədədinin qiyməti 2550, ümumi qiyməti 7650 olan ekspertiza tədqiqatına təqdim edilmiş uyğunluq sertifikatı, qeydiyyatı, zəmanəti olmayan mobil telefonların ümumilikdə xx.xx.2022-ci il tarixə olan bazar qiyməti təxminən 100200.00 manat müəyyən edilir (cild 1, i/v 91-94). - HNBGİ ƏTİ-nin xx.xx.2023-cü il tarixli, 34/013/001167 nömrəli raportu ilə əlaqədar Gömrük Prosedurları və ödənişləri şöbəsi tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə ünvanlanmış raportdan görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş mobil telefonlar adlı malların Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/151 saylı rəyinə əsasən orta bazar qiyməti 50200 manat müəyyən edilmişdir. Gömrük dəyəri 30827,81 AZN təşkil edir və gömrük ödənişləri aşağıdakı məbləğdədir: əməliyyat haqqı 30827,81 – 120 manat; idxal rüsumu 30827,81 x 15% - 4624,17 manat; ƏDV 35451,98 x 18% - 6381,36 manat, cəmi 11125,53 manat. Təqsirləndirilən şəxs2 götürülmüş mobil telefonlar adlı malların Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/151 saylı rəyinə əsasən orta bazar qiyməti 50000 manat müəyyən edilmişdir. Gömrük dəyəri 30704,99 AZN təşkil edir və gömrük ödənişləri aşağıdakı məbləğdədir: əməliyyat haqqı 30704,99 – 120 manat; idxal rüsumu 30704,99 x 15% - 4605,75 manat; ƏDV 30704,99 x 18% - 6355,93 manat, cəmi 11081,68 manat. Ümumilikdə 40 ədəd mobil telefon üzrə 22207,21 AZN gömrük borcu yaranmışdır (cild 1, i/v 102). - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat şöbəsinin rəis müavini Elxan Səmədov tərəfindən tərtib olunmuş 15 dekabr 2022-ci il tarixli sənədlərin işə əlavə edilməsi və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 sonuncu dəfə hava nəqliyyatı ilə xx.xx.2022-ci il tarixdə X17 Aeroportundan X8 Dubay şəhərinə, Təqsirləndirilən şəxs2 sonuncu dəfə hava nəqliyyatı ilə X17 Aerportundan xx.xx.2022-lci il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, xx.xx.2022-ci il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərindən X17 Aeroportuna geri qayıtmışdır (cild 1, i/v 59-64). - Təqsirləndirilən şəxs1 məxsus “İphone 11" markalı mobil telefona baxış keçirilməsi haqqında tərtib edilmiş xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə “Whatsapp Messenger" mesajlaşma proqramı vasitəsilə dayısı X6 istifadə etdiyi +86-186-7065-7591 nömrəsi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində aşağıda qeyd olunmuş məzmunda iş üçün əhəmiyyət kəsb edəcək mesajlar göndərərək danışıqlar aparmış, həmin danışıqların məzmunu: xx.xx.2022 - +86-186-7065-7591: Ayxan, işdəsən yoxsa evdəsən? Bu vəkilin nömrəsidi.Vəkilnən danış nətəri olub hamısını deyirsən vəkilə obşim bu işləri görmək üçün, oldu? Pulun zadın da danış, oldu? Denən Anar müəllim verib sizin nömrənizi; Ayxan: Hə, yaxşı danışaram, yox, işdəyəm.;+86-186-7065-7591: Uzatma haa, görüşginən ki, onnan başa düşdün? Görüş şeyləginən ona davernus zad ver pulu zadı nədir mənə de verəcəm o, sənin işlərinin hamsmı görsün; Ayxan: Hə yaxşı, prosta indidən vəkili niyə şeyliyirikki? Hələ bir qızın işi nə yerdədi, dayı? Qızın işi, vəkil tutub də onda nə səviyyədədir, nə yerdədir onu bir denən ona uyğun eliyək də. Məsələn vəkili qızı tutub, vəkil qızın işlərini görür, İndi nə səviyyədədir, nə yerdə qalıb o iş, orda nə iş görürlər?; +86-186-7065-7591: Vəkili qız tutmayıb e, mən tutmuşam, Ayxan, qız kimdiki vəkil tuta? Kaneşna, qızın işini uje görüb qurtarıblar, ehh..deyir...ə, indidən düşməlisən da, biri var gedə cinayətə, nəbilim rüsuma gedə, başa düşdün, Ayxan? Bu lazımdı də bunun pulunu mən verirəm də sən vəkilnən danış, bir dəfə gedəssən də ora başa düşdün? Ondan qalan işləri hamısını vəkil özü görəcək.; Ayxan: Onu bilirəm e sən tutubsan, söhbət gedib-gəlməkdən də getmir. Qızın deyirsən işi qurtarıb. Qızın telefonlarını alıbsız yoxsa yox? Dayı, məndən deməkdi, mən vəkilnən də görüşərəm də, pulunu da öyrənərəm, deyərəm sənə filan filan şey. Nədə lazımdısa onsuzda eliyirəm.Anna sora axırda gelib yenə cəriməyə düşəndə olan sənə olacaq da, vəkil də burdan yeyəcək o da ordan yeyəcək, sənin üçün deyirəm.; +86-786-7065-7591: Ayxan, qoy vəkil görsün ki bu işi. Sən gedirsən ora, bir kəlmə sənə belə eliyən kimi pramoy atırsan “zadnıya, başdün, vəkil lazımdı, vəkil. Solmazdan soruş, atadan soruş sənə deyəcək, bu işi vəkil görür, hamısını bilir. Sən bu hansısa qanun- qaydanı bilmirsən, amma vəkil bilir hamısını. Di gedəydin də, neçə gündü gedib gəlirsən dalınca? Yox. Ə, bə mən də istiyirəm ki, vəkili şeyliyəm ki, Ayxan, cəriməyə düşməsin, cəriməyə, başa düşdün?; Ayxan: “Zadnıya atanda deyəndə nəyi “zadnı”ya atmışamki? Orda nə qədər üstümə gəliblər, heç nə deməmişəm. “Zadnı”ya atsaydım çoxdan cərimədəydik. Özdə şeyə görə deyirəm, mən yenə deyirəm e, gedib danışaram, sən nə deyirsənsə, yaxşı, o olsun, mənim üçün şey deyil. Mən onu deyirəm ki, qız indi vəkilnən işi görür, elə deyilmi? Ortada nəticə var? Telefonu verirlər, alırlar? Deyirəmki, əgər bunu alırlar, dəqiq verirlərsə, fsyo da biz də düşək üstünə niyə düşmürəmki? Özdə ki, sən mənə onu öyrən de görüm, qız vəkillə gedib, nə iş görüb, iş nə yerdədir, ondan sonra mən sənə deyəcəm. A kişi, səni aldadırlar, vəkil- məkil deyə deyə. Vəkil o vaxt işə düzələr ki, onlar qərar çıxardar ki, burda bəs belə-belə iş var, iş gedir cinayətə, sən də həmin çıxan o qərara qarşı məhkəmə apelyasiyasına şikayət edərsənki, mən qərarla razı deyiləm. Baş düşürsənmi, çıxarılan qərarla, bax elə. Əgər qız, beləcənə gedib vəkillə iş görürsə, onda gedib vəkil orda danışmalıdı, deməlidi ki, siz belə-belə qanunsuzsuz.Onlar uje sən deyən “zadnı”ya atmalıdı, göndərməlidilər karqoya, sənədsünəd işinə, obşim rüsuma getməlidi həmin gün. Yoxsa əgər bu gedibsə qız, mənə o çatmır, mənə onu izah elə görüm, qız vəkillə gedibsə nə iş qalıb orda? Ona görə deyirəm, bir bax gör telefonun birini 100 faiz çıxara bilirsən, çıxart bir bax gör rüsumla çıxartdınmı? Ondan sonra ikinci telefonları da çıxaraq. Mən sənə deyirəm, bax, vəkil də pul yeyəcək, “o” da yeyəcək, axırda cərimə də yazılacaq belə getsə. Sən də mənə deyirsən, elə görmək lazımdı belə görmək lazımdı. Ordan gələndə də deyirdin bəs, tutulsan əgər, rüsuma yazdır, fsyo çıxardassan. Amma görürsən elə olmadı, sən deyənlə olmur.; xx.xx.2022 - +86-186-7065-7591: Ayxan, bax, vəkilin bu nömrəsinə zəng edərsən, o biri nömrəsi pastayannı işləmir, bax bu nömrəsinə zəng edərsən, denən ki, Anar müəllim verib Eyvazov, oldu? Anar müəllimdəki, məhkəmədə, baş məhkəmədə işləyir haa, yəni böyük adamdı. Bax bu nömrəyə zəng edərsən, oldu, Ayxan?; Ayxan: Oldu, bildim, vəkilin adı nədi?; +86-186-7065-7591: Bilmirəm, Ayxan, adı nədir. Sən obşim yığarsan da . Bax atanla get ha ora.; xx.xx.2022- Ayxan: Danışa bilmirəm, səs at.; +86-186-7065-7591: Ayxan, şeylə da, əminin şalvarını apar axşam həm də bir az dərdinnən danış ona, gör bəlkə sənnən arası yaxşıdı. Gör nə deyir, denən məni yola ver. Denənki ta buralıağa heçnə eləmir, ancaq çerez Moskva oldu? Denən konkret qurtarıb da. Denən mənim işimə görə onu danış buraxsınlar. Rüsum ödüyüm götürüm; Ayxan: Yaxşı, prosta, o həll eliyə biləcək ki özü? Neynədi, vəkillə danışdı o? Nə deyəcək vəkilə?; +86-186-7065-7591: Mən sənə deyəcəm e, sən arxayın ol cinayətə zada düşmür, ondan arxayın ol. Yüzə yüz.Bir dənə əminin axşam apar şalvarını ver, orda da görüş özüynən, başa düşdün?; Ayxan: Ora getməyə vaxtım yoxdu e, dayı. Yol uzaqdı, taksiyə verəcəm aparıb versin. Bir dənə o kafedə oturan kişi var idi ee onun yanına. Onu nömrəsini atarsan mənə verərəm taksiyə aparıb verər.; xx.xx.2022 - +86-186-7065-7591: Ayxan, nağayrdın, getdin ora yoxsa yox? Mənə bir xəbər elə görüm; Ayxan: Yox, işdəyəm. Gedəndə deyəcəm sənə. Vaxd eliyəndə gedəcəm narahat olma, ən pis halda gələn həftə içərisində aparıb verəcəm.; xx.xx.2022 - +86-186-7065-7591: Ayxan, kartı, at mənə 100 manat vurum, onu çıxardıb verərsən nənəyə. Anaya verərsən, ana verər nənəyə.; xx.xx.2022 - Ayxan: Ay dayı, nə var nə yox nətərsən?13 Pro max 516-dı nədi, ən yuxarısı da yaddaş, o var burda? Varsa da bir də qiyməti neçiyədi?; +86-186-7065-7591: Yox, Ayxan orda yoxdu 512, orda yoxdu. 13 pro max 512 orda yoxdu, burda var amma; Ayxan: Neçəyədi qiymət, dayı, birdən ordan bura nə vaxta gəlib çıxar?; xx.xx.2022- +86-186-7065-7591: Qoy Ayxan, sabahın xeyir, deyəcəm sənə bu gün axşamtərəfi amma. Elə bil axşamtərəfi açacam dükanı, öyrənib sənə deyəcəm, oldu?; xx.xx.2022 - +86-186-7065-7591: Ayxan nə var nə yox, nətərsən? Ayxan, o malları saxladılar e səndə, səni tutanda, sənə bir akt-kağız veriblər?; Ayxan: Hər vaxtın xeyir, dayı, yaxşıyam sənə nətərsən? Yox, bir şey verməyiblər. Nədiki?; +86-186- 7065-7591: Hes zad, hes zad, hes zad.; xx.xx.2022 - +86-186-7065-7591: Ayxan, nə deyirdin? Səs at görüm nə deyirsən?; Ayxan: Deyirdim, dayı, o dəfə akt-makt soruşurdun, nə məsələdi, nəsə təzə xəbər zad var? Birdəki noldu bu işin axırı ümumiyyətlə, nə yerdədir? Nə qədər çəkəcək bu işin axırı? Ekspertizada qiymət yoxlayırlar. Qiyməti bunlar çıxarmamışdılar rüsumu 15000. Day nəyi hesablayırlar?; +86-186-7065-7591: Çağıracaqlar da, qoy ekspertizadan gəlsin. Onda get, denən mən bəyan eləmişəm, obşim şeydi, yanı, desələr ki, cərimə denən, yox mən cərimə ödəmirəm denən. Mən sənə deyəcəm də neynəmək lazımdı; Ayxan; Onu bildik ee. Deyirəm ki, bu sorğunu niyə uzadıblar? O vaxtı deyirdilər ki, nə bilim Dubaya sorğu göndərəcəyik nə bilim nə nə. Deyirəm ki birdən bunlar birdən Dubaya zada sorğu göndərərlər kamera zad istiyərlər, videogörüntü zad istiyərlər qıznan mənimkini. Çağırarlar deyərlərki siz bir olmusuz, əlbir zad eliyərlər, birləşdirərlər, o vaxtı sən özün də deyirdin. Deyirəm gərə elə olsa, bunlar birləşdirsələr, nəticə elə çıxsa 5 ildən 8 ilə qədər iş düşür e əlbir görülən işə. Bə indicə demirsən 15000 düşür onun rüsumuna. 15000 düşürsə malın qiymətini deməli 42000 çıxarıblar. 42000 dəki cinayət düşmür. Bunlar əgər birləşdirsələr, eləsələr, əlbir deyə buna vapşe iş düşür e elə. Ona görə üstünə düşmək lazımdı, bunlar neynəmək istiyirlər.; +86- 186-7065-7591; Ə, Ayxan, poxdu yeyirlər, onlar Dubaya vapros yollayırlar, səndə? Ta mən burda dükanda özüm oturmuram? Vapros yollasalar baxaram da. Onlar sizi qorxuzurlar, pox yeyirlər hamısı.; Ayxan; Dükana yox e, Dubayın aeroportuna. Dubayın aeroportuna göndərsələr ki, videogörüntüləri zadı göndərin, nəbilim nə nə..belə sorğu göndərsələr orda görəcəklər ki taksiylə bir gəlmişik də biz onu deyirəm. Onu sən hardan biləssən? Sən qıza o vaxt vəkil tutmuşdun. O vəkil nə deyir, deyirdiki çıxartmağa. Özüdə ki vəkilin haqqı var da ekspertizaya baxsın görsün ki bi nədi, nə yerdədi, harda gedir?; +86-186-7065-7591: Ayxan, cındırın biridi, oğraşın biridi. İndi qoy o şeydən gəlsin, mal ekspertizadan əgər şey olmasa vəkil tutub verəcəm sənə.; Ayxan: Əgər bunu eksertizadan birləşdirib göndərsələr, qərarı elə çıxartsalar, məhkəməyə də elə göndərsələr ki, bunlar əlbirdi o uje ciddi problemdi o, onu heç o qərar gəlmədən həll eləmək lazımdı helə belə. İndi bilmirəm nətəri? Qanuni ya qeyri qanuni məsələni həli eləmək lazımdı. İçəridə təhqiqatdan kimləsə danışmaq lazımdıki bax belə-belə bunları birləşdirmək riski nə qədərdi, elə cavab gələ bilərmi? Bunlar özlərindən söz deyə çıxarmayacaqlar ki, nəsə sübut gətirəcəklər, başa düşürsən?; +86-186-7065-7591: Ayxan, heç bir sübut yoxdu, nə sübut ola bilər ey orda? Sənin onda nə sübutun ola bilərki adamı əsəbləşdirirsən? Ə, sən daşıyıcı deyilsən e, denən mən özümə gətirmişəm bunu. Mən denən dəvə zad deyiləm e, denən özümə gətirmişəm satıb 5 manat çörək qazanmağa, bunu da qazana bilmədik.; Ayxan: Sübut dedim də nə ola bilər. Dedim ondan mən qorxuram ki, Dubaya birdən sorğu göndərərlər Dubayın aeroportuna deyərlərki ordan bəs görüntüləri istiyirik. Görüntüləri göndərəcək görəcəklərki, qızla görüntülərimiz birdi, taksidən bir düşürük.; +86-186-7065-7591: Ayxan, bunlar Dubaya zapros yolluya bilmirlər, onu yalandan deyirlər, heç zad yolluya bilmirlər bura. Ə, sizi qorxuzmağa görə edirlər, narahat olma da ə, dayın ölüb? Dayınlıqdı hamısı. Gəlib onların hamısının (nalayiq söyüşlər). Mənə də deyirdilər ki, gələn kimi səni tutacaqlar, niyə tuta bilmədilər gəldim də getdim də (nalayiq söyüşlər); Ayxan: Fsyo da, mən də ondan narahatam elə bir şey olmasın, bağla da bağla nətəri eliyirsən bağla görüm nə olur. (cild 1, i/v 131-135). - 18 aprel 2023-cü il tarixli maddi sübutun tanınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş və könüllü olaraq istintaqa təqdim etdiyi “İphone 11” markalı mobil telefonda iş üçün əhəmiyyətli yazşmalar olduğu üçün maddi sübut kimi tanınmış, həmin telefon məhkəmənin yekun qərarına və hökmünə kimi saxlanılması üçün cinayət işinə əlavə edilmişdir (cild 2, i/v 66). - 03 fevral 2023-cü il tarixli maddi sübutun tanınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş 16 ədəd “İphone 14 Pro” və 4 ədəd “İphone 14 Pro max” markalı, Təqsirləndirilən şəxs2 isə götürülmüş 14 ədəd “İphone 14 Pro” və 6 ədəd “İphone 14 Pro max” markalı mobil telefonlar maddi sübut kimi tanınmış, məhkəmənin yekun qərarına və hökmünə kimi qeyd olunan mobil telefonların saxlanılması üçün DGKnin “Azərterminalkompleks” Birliynə təhvil verilməsi nəzərə alınmışdır (cild 1, i/v 110). - Malların anbara qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli, 06S nömrəli aktdan və xx.xx.2023-cü il tarixli, xx/xx/013510 nömrəli məktubdan görünür ki, 23 oktyabr 2022-ci il tarixində TK 338 saylı İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş qutuları və aksessuarları ilə birlikdə 4 ədəd “İphone 14 Pro Max 256 gb” markalı, 8 ədəd “İphone 14 Pro 128 gb” markalı, 8 ədəd “İphone 14 Pro 256 gb” markalı telefonlar və Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş qutuları və aksessuarları ilə birlikdə 3 ədəd “İphone 14 Pro Max 256 gb” markalı, 3 ədəd “İphone 14 Pro Max 128 gb” markalı, 5 ədəd “İphone 14 Pro 256 gb” markalı, 9 ədəd “İphone 14 Pro 128 gb”markalı olmaqla, ümumilikdə 40 ədəd “İphone” markalı mobil telefonlar xx.xx.2023-cü il tarixli, 1900-013/0xx-xx/000186 saylı məktubla Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinə təhvil verilmişdir (cild 2, i/v 49-51). - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (cild 1, i/v 114). - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 1, i/v 115). - 11.03.2023-cü il tarixli qətimkan tədbiri seçmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək növündə iltizam” qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 225-226). - 17.03.2023-cü il tarixli qətimkan tədbiri seçmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək növündə iltizam” qətimkan tədbiri seçilmişdir (cild 2, i/v 17-18). - Bakı şəhəri, Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, AZ-İİ 249176 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X16, anası Təqsirləndirilən şəxs2 olan X9 22 fevarl 2009-cu ildə Bakı şəhərində anadan olmuşdur. - Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 2(006)-2998/2009 nömrəli, 07 dekabr 2009-cu il tarixıi qətnaməsindən çıxarışını surətindən görünür ki, həmin qətnaməyə əsasən Təqsirləndirilən şəxs2Yelmar qızı ilə X16 arasında Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış 10 iyun 2008-ci il tarixli, 381 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanmış nikahın pozulması, xx.xx.2009-cu il təvəllüdlü X1 və tərbiyə edilməsi üçün Təqsirləndirilən şəxs2 yanında saxlanılması, X10 xx.xx.2009-cu il tarixdən başlayaraq hər ay xx.xx.2009-cu ul təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün alimentin – 70 (yetmiş) manatın sabit pul məbləğində tutulub Təqsirləndirilən şəxs2 verilməsi qət edilmişdir. - Tibbi sənədlərin surətlərindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X9 “OM-qarışıq astipnatizm H522, OS-xoriorefinit H30.0” diaqnozu ilə xəstəliklərdən müayinə və müalicə olunur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxslərin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: - 1.0.1-ci maddəsinə əsasən bəyanetmə – Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra – gömrük sərhədi) keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsidir. - 1.0.2-ci maddəsinə görə bəyannaməçi – gömrük bəyannaməsini təqdim edən və ya adından gömrük bəyannaməsi verilən şəxsdir. - 1.0.14-cü maddəsinə əsasən gömrük nəzarəti dedikdə, gömrük qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədi ilə gömrük orqanlarının həyata keçirdiyi tədbirlər başa düşülür. - 1.0.22-ci maddəsinin tələbinə görə, gömrük sərhədindən keçirmə malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş üsullarla, o cümlədən beynəlxalq poçt göndərişləri, boru kəmərləri və elektrikötürücü xətlər vasitəsilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması ilə bağlı hərəkətlərin edilməsindən ibarətdir. - 82.3-cü maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan bütün mallar və nəqliyyat vasitələri, gömrük rüsumları və vergilərin tutulma obyektləri olub-olmadığından asılı olmayaraq gömrük nəzarətindən keçməlidir. - 104.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcribəsi haqqında” Azərbaycan Respublikası Plenumunun 02 iyun 2016-cı il tarixli qərarında Plenuum qeyd etmişdir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş gömrük qaydaları əleyhinə olan inzibati xətalardan fərqli olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 206-cı maddəsi ilə məsuliyyət Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların və ya digər əşyaların yalnız külli miqdarda (CM-nin 206-cı maddəsinin “Qeyd”inin 1-ci bəndində göstərilən məbləğdə), yaxud dəyəri və ya miqdarından asılı olmayaraq, CM-nin 206.2-ci maddəsində sadalanan predmetlərin qeyri-qanuni keçirilməsi hallarında yaranır. Nəzərə alınmalıdır ki, malların və digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları Azərbaycan Respublikasının Gömrük Məcəlləsi (bundan sonra mətndə GM) və bu sahəyə aid digər normativ-hüquqi aktlarla tənzimlənir. Buna görə, şəxs tərəfindən malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi əməlləri o halda qaçaqmalçılıq cinayəti hesab edilir ki, təqsirkar CM-nin 206.1ci maddəsində sadalanan, cinayətin obyektiv cəhətini təşkil edən və CM-də nəzərdə tutulmuş qaydalara zidd olan hərəkətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş olsun. Bu baxımdan qaçaqmalçılıq cinayətinin obyektini hər hansı malların və digər əşyaların dövriyyəsi yox, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları ilə tənzimlənən dövlətin normal xarici iqtisadi fəaliyyəti sahəsində yaranan ictimai münasibətlər təşkil edir. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulan əməlləri törətmələri özlərinin qismən etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs1 və X7 cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. - 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini qismən etiraf etməsini və əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində “OM-qarışıq astipnatizm H522, OS-xoriorefinit H30.0” diaqnozu ilə xəstəlikdən əziyyət çəkən yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini qismən etiraf etməsini və əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət qanunun təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarında qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci tarixli, 2668 nömrəli Sərəncamında göstərilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalıdır. Cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və onun hüquq və azdlıqlarının məhdudlaşdırılmasından ibarətdir. «Vinter və başqaları Birləşmiş Krallığa qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət əməli törətməsini, habelə onun şəxsiyyətini xarakterizə edən halları - törətdiyi əməli qismən etiraf etməsini və əməlindən səmimi peşmançılıq hissini keçirməsini, əvvəllər məhkum olunmamasını, öz vəziyyətinə tənqidi münasibət bəsləməsini, yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən digər halları, eləcə də cəzanı ağırlaşdıran halların mövcud olmadığını, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyəti dərk etməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən də islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs1 təyin olunmuş cəza şərti olaraq tətbiq edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət əməli törətməsini, habelə onun şəxsiyyətini xarakterizə edən halları - törətdiyi əməli qismən etiraf etməsini və əməlindən səmimi peşmançılıq hissini keçirməsini, əvvəllər məhkum olunmamasını, himayəsində xəstə uşağının olmasını, öz vəziyyətinə tənqidi münasibət bəsləməsini, yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən digər halları, eləcə də cəzanı ağırlaşdıran halların mövcud olmadığını, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyəti dərk etməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayətprosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən də islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs2 təyin olunmuş cəza şərti olaraq tətbiq edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 70.1-ci maddəsinə əsasən cəza təyin edən məhkəmə şəxsin cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. - 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir, həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şərti məhkum etmə dövründə iş və daimi yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında ilttizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs1 140 (yüz qırx) manat və Təqsirləndirilən şəxs2 140 (yüz qırx) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd “İphone 11” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs1 qayrarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsində isə göstərilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz, əmlakın tam müsadirə edilməsinə yol verilmir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin (2000-ci ilin sentyabr ayına kimi qüvvədə olmuş Cinayət Məcəlləsi) Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Beynəlxalq hüquq normalarına əsaslanaraq Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası CM-nin 32-ci maddəsində məhkumun xüsusi mülkiyyətində olan əmlakın hamısının məcburi qaydada əvəzsiz olaraq dövlət mülkiyyətinə alınmasını nəzərdə tutan müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğun olmayan hesab etmişdir. Həmin qərarın İİ bəndinə əsasən CM-nin 32-ci maddəsində və həmin Məcəllənin xüsusi hissəsindəki maddələrin sanksiyasında əlavə cəza növü kimi nəzərdə tutulan əmlak müsadirəsi yalnız cinayət törədilərkən istifadə olunmuş alət və vasitələr, habelə cinayət yolu ilə əldə olunmuş əmlak barəsində tətbiq edilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “İsmayılovun Rusiyaya qarşı” iş üzrə 06 noyabr 2008-ci il və «Abjikoviçin Rusiyaya qarşı» iş üzrə 17 sentyabr 2009-cu il tarixli və digər (məsələn “Qrifrost Fransaya qarşı”, “Balkanovun Rusiyaya qarşı”işləri və s.) qərarlarından görünür ki, bəyannamədə göstərilməyən pul vəsaitinin və ya digər əmlakların müsadirə olunması “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 nömrəli Protokolunun 1-ci maddəsinə ziddir. Həmin maddədə başlıca tələb mülkiyyətə hörmət hüququna dövlət tərəfindən hər hansı müdaxilənin qanuni olmasıdır. Gömrük bəyannaməsində bəyan edilmədən və ya düzgün bəyan edilmədən gömrük sərhədindən keçirilən əmlak cinayətin obyekti hesab edilə bilməz. Belə ki, qaçaqmalçılıq cinayətinin obyektini hər hansı məbləğdə pul vəsaiti və ya digər əmlak yox, gömrük qaydalarına əməl olunması, malların və ya digər əşyaların gömrk sərhədindən keçirilməsi ilə bağlı yaranan ictimai münasibətlər təşkil edir. Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə vurğulamışdır ki, fiziki şəxsin əldə edilmə mənbəyi mübahisələndirilməyən öz xüsusi mülkiyyətindən məcburi qaydada məhrum edilməsi məsələsi məhkəmələr tərəfindən həll edilərkən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit edilmiş mülkiyyət hüququ gözlənilməli və müsadirə yalnız bu aktlarla yol verilən hallarda tətbiq edilə bilər. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, çirkli pulların yuyulması, narkotik vasitələrin alveri, terrorçuluğun maliyyələşdirilməsi, vergiləri ödəməkdən boyun qaçırma və qanuna zidd digər fəaliyyət üçün nəzərdə tutulmuş qaçaqmalçılığın predmetini təşkil edən əmlaka müsadirə tətbiq oluna bilər (“İsmayılov Rusiyaya qarşı” iş üzrə Qərarın 36 və 37-ci bəndləri). Lakin qanuni yolla əldə edilmiş pul vəsaiti və ya digər əmlakın gətirilməsi gömrük orqanına bəyan edilməsi şərti ilə yolverilən olduğundan, həmin əmlakın gömrük orqanına bəyan edilməməsinə, yəni qaçaqmalçılıq əməlinə görə artıq cəzalandırılmış şəxsə əlavə sanksiya kimi çıxış edən müsadirənin tətbiq edilməsi məhkumun üzərinə ifrat yükün (cəzanın) qoyulması deməkdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcribəsi haqqında” Azərbaycan Respublikası Plenumunun 02 iyun 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, GM-nin və digər normativ-hüquqi aktların tələblərinə görə, ölkəyə gətirilən malların, nəqliyyat vasitələrinin və digər əşyaların bütün hallarda, o cümlədən gömrük nəzarətindən kənar və ondan gizli keçirilmiş və cinayət işlərinə maddi sübut kimi əlavə edilmiş əmlakın sonradan məhkəmələrin hökmlərinə (qərarlarına) əsasən mülkiyyətçilərinə qaytarılması zamanı gömrük rəsmiləşdirilməsinin aparılması (buna həmçinin gömrük ödənişlərinin tutulması da aiddir) tələb olunur, belə rəsmiləşdirilmə aparılmadıqda isə qeyd olunan əmlakdan isfadə edilməsi, habelə bu əmlak barəsində sərəncam verilməsi qadağan edilir. Məhkəmə iş üzrə maddi sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövriyyəsi qadağan olunmayan, qanuni yolla açıq satışdan əldə edilmiş, ölkə ərazsinə gətirilməsinə məhdudiyyət qoyulmamış və yaxud qeyri-qanuni fəaliyyət üçün nəzərdə tutulmayan əmlakları, yəni mobil telefonları Azərbaycan Respublikasına gömrük sərhədindən gömrük nəzarətindən kənar, yəni bəyan etmədən keçirdiklərindən, həmin əmlakların cinayət yolu ilə əldə edilməsini təsdiq edən sübutlar ittiham tərəfindən təqdim edilmədiyindən maddi sübut kimi tanınan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində saxlanılan Təqsirləndirilən şəxs1 götürülmüş 16 ədəd “İphone 14 Pro” markalı (8 ədəd “İphone” 14 pro max 128 gb markalı (imei **********13236, imei **********19831, imei **********18657, imei **********56274, imei **********24869, imei **********47190, imei **********28003, imei **********20299), 8 ədəd “İphone” 14 pro max 256 gb markalı (imei **********62483, imei **********50891, imei **********74820, imei 3575554)18790780, imei **********73161, imei **********66370, imei **********57249, imei **********18359)) və 4 ədəd “İphone 14 Pro Max” markalı (256 gb markalı (İmei **********17879, imei **********19131, imei **********88144, imei **********87565) mobil telefonlar və Təqsirləndirilən şəxs2 götürülmüş 14 ədəd “İphone 14 Pro” markalı və 6 ədəd “İphone 14 Pro Max” markalı (3 ədəd “İphone” 14 pro max 256 gb markalı (imei **********16955, imei **********80616, imei **********77101), 3 ədəd “İphone” 14 pro max 128 gb markalı (imei **********46471, imei **********62878, imei **********09275), 5 ədəd “İphone” 14 pro 256 gb markalı (imei **********86698, imei **********87897, imei **********31105, imei **********36091, imei **********63946), 9 ədəd “İphone” 14 pro 128 gb markalı (imei **********43285, imei **********9674, imei **********84059, imei **********36143, imei **********61510, imei **********41061, imei **********22592, imei **********98644, imei **********65770) mobil telefonlar qanunvericiliklə müəyyən edilmiş gömrük rüsumu ödənildikdən sonra sahiblərinə qaytarılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 üzərinə iş və daimi yaşayış yerini dəyişərkən onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 140 (yüz qırx) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 üzərinə iş və daimi yaşayış yerini dəyişərkən onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 140 (yüz qırx) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində saxlanılan Təqsirləndirilən şəxs1 götürülmüş 16 ədəd “İphone 14 Pro” markalı (8 ədəd “İphone” 14 pro max 128 gb markalı (imei **********13236, imei **********19831, imei **********18657, imei **********56274, imei **********24869, imei **********47190, imei **********28003, imei **********20299), 8 ədəd “İphone” 14 pro max 256 gb markalı (imei **********62483, imei **********50891, imei **********74820, imei 3575554)18790780, imei **********73161, imei **********66370, imei **********57249, imei **********18359)) və 4 ədəd “İphone 14 Pro Max” markalı (256 gb markalı (İmei **********17879, imei **********19131, imei **********88144, imei **********87565) mobil telefonlar və Təqsirləndirilən şəxs2 götürülmüş 14 ədəd “İphone 14 Pro” markalı və 6 ədəd “İphone 14 Pro Max” markalı mobil telefonlar (3 ədəd “İphone” 14 pro max 256 gb markalı (imei **********16955, imei **********80616, imei **********77101), 3 ədəd “İphone” 14 pro max 128 gb markalı (imei **********46471, imei **********62878, imei **********09275), 5 ədəd “İphone” 14 pro 256 gb markalı (imei **********86698, imei **********87897, imei **********31105, imei **********36091, imei **********63946), 9 ədəd “İphone” 14 pro 128 gb markalı (imei **********43285, imei **********9674, imei **********84059, imei **********36143, imei **********61510, imei **********41061, imei **********22592, imei **********98644, imei **********65770)) qanunvericiliklə müəyyən edilmiş gömrük rüsumu ödənildikdən sonra sahiblərinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “İphone 11” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs1 qayrarılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Şəlalə Həsənova (sədrlik edən) Vüqar Quliyev Siyavuş Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar