Məhkəmə qərarları › İş №1(101)-1324/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1324/2024

10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1324/2024 10.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X8-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X6, X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 08 iyul 2023-cü il tarixdə saat 18:00 radələrİndə Zərərçəkmiş şəxs4 yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 6 ünvanında yerləşən 22 saylı mənzilin qapısının kilidini kəlbətinlə sındırıb vintaçanla açaraq mənzilə qanunsuz daxil olub oradan sonuncuya məxsus ümumi 10000 manat dəyərində müxtəlif çəkidə və formada qızılzİnyət əşyalarını, 01 ədəd 2300 manat dəyərində “Lenovo” markalı notbuku gizli olaraq talayıb ümumilikdə 12300 manat dəyərində zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 28 iyul 2023-cü il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs3 məxsus ünvan 4 ünvanında yerləşən 68 saylı mənzilin qapısının kilidini kəlbətinlə sındırıb vintaçanla açaraq mənzilə qanunsuz daxil olub oradan sonuncuya məxsus 02 ədəd ümumi 5500 manat dəyərində qızıl qolbaqları, ümumi dəyəri 1450 manat olan 02 cüt qızıl sırğaları, 01 ədəd 450 manat dəyərində qızıl üzüyü, 01 ədəd 800 manat dəyərində qızıl klonu və 1000 manat nağd puldan ibarət olan ümumilikdə 9200 manat dəyərində əmlakını gizli talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, o, 02 sentyabr 2023-cü il tarixdə saat 12 radələrİndə Zərərçəkmiş şəxs2 məxsus ünvan 5 ünvanında yerləşən 5 nömrəli mənzilin qapısının kilidini kəlbətinlə sındırıb vintaçanla açaraq mənzilə qanunsuz daxil olub, mənzilin yataq otağındakı paltar dolabından 900 manat məbləğində pul vəsaitini gizli olaraq talayıb təkrarən oğurlamışdır. Bundan başqa o, 02 sentyabr 2023-cü il tarixdə saat 16 radələrİndə Zərərçəkmiş şəxs1 ünvan 6 ünvanında yerləşən 6 nömrəli mənzilinin qapısının kilidini kəlbətinlə sındırıb vintaçanla açaraq mənzilə qanunsuz daxil olub, yataq otağındakı güzgülü komodun siyirməsindən 01 ədəd 1250 manat dəyərində, sarı rəngli, üzərində "10 PYBJİE171 1899 T” və s. yazıları olan, 900 əyarlı, 8,56 qram çəkidə qızıl pul sikkəsi, yataq otağındakı paltar dolabının üst gözündəki qadın əl çantasının içərisindən Azərbaycan Mərkəzi Bankının həmin tarixə olan məzənnəsinə əsasən 69700 manat ekvivalentində 41000 (qırx bir min) ABŞ dolan, eləcə də, 23000 (iyirmi üç min) manat dəyərində pul vəsaiti, 01 ədəd qəhvəyi rəngli qutunun İçərisindən 01 ədəd 3730 manat dəyərində qırmızımtıl-sarı rəngli, üzərində ”22K 916" damğası olan, 27,63 qram çəkidə 916 əyarlı qızıl boyunbağı, 01 ədəd 2522 manat dəyərində qırmızımtıl-sarı rəngli, üzərində "22” damğası olan, çəkisi 18,68 qram çəkidə, 916 əyarlı qızıl boyunbağı, 01 ədəd 3982 manat dəyərində üzərində 199 ədəd brilyant qaşlı, 1 əd. Təx. 0,123 ct., 54 əd. hər biri təx 0,030 ct., 144 əd. hər biri təx 0,005 ct. ümumi. 4/4. rəngsiz şəffaf qaşları olan, sarı və gümüşü rəngli, 27,92 qram çəkidə, kilid hissəsi qırıq vəziyyətdə olan, qızıl qolbaq, 01 ədəd 456 manat dəyərində, qırmızımtıl rəngli, üzərində qadın təsviri həkk olunmuş, 583/585 əyarlı, 5,36 qram çəkidə qızıl kulon, 01 ədəd 1311 manat dəyərində, üzərində brilyant, 1 əd. təx. 0,060 ct., 36 əd., hər biri təx. 0,030 ct., ümumi 4/4.37 ədəd rəngsiz şəffaf qaşları olan, 750 əyarlı, 8,40 qram çəkidə qızıl üzük, 1966 manat dəyərində üzərində 37 ədəd brilyant, 1 əd təx. 0,060 ct. 36 əd., hər biri təx 0,030 ct. Ümumi 4/4. rəngsiz şəffaf qaşları olan, həmçinin "750 MİO” damğası olan 750 əyarlı, 15,9 qram çəkidə 1 cüt qızıl sırğa, 01 ədəd 360 manat dəyərində üzərində 5 ədəd qaşları qiymətsiz rangsiz şəffaf, 1 ədəd yaşıl rəngli qaşı, həmçinin "583” damğası olan 583/585 əyarlı, 4,33 qram çəkidə qızıl üzük, 01 ədəd 450 manat dəyərində üzərində rəngsiz şəffaf qaşlar qiymətsiz olan rəngsiz şəffaf və 1 ədəd göy çalarlı korund qrup qaşlara aid qaşı, həmçinin "583” damğası olan 583/585 əyarlı, 4,99 qram çəkidə qızıl üzük, 01 ədəd 3800 manat dəyərində üzərində mərkəzdə “Heydər Əliyev”in baralyefı, kənarları boyunca “90 il X13” “AZƏRBAYCAN RESPUBLİKASİ 100 MANAT 2013” yazıları olan, sarı rəngli diametri 38.5 mm olan 999,9 əyarlı, çəkisi 31,26 qram çəkidə qızıl sikkə, 01 ədəd 1300 manat dəyərində 750 əyarlı briliant qaşlı boyunbağısı olmayan qızıl klon ibarət ümumilikdə 113827 manat dəyərində əmlakını gizli talayaraq Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla təkrarən oğurlamışdır. Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda təqsirli bilərək ifadələrində göstərdi ki, zərərçəkmiş şəxlsərin heç birini tanımır. Mənzillər boş olduğuna görə, girərək oğurluq etmişdir. Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 6 ünvanında yerləşən 22 saylı mənzildən sayını dəqiq xatırlamadığı qızıl bilərzik, boyunbağı, üzük və sırğaları və 01 ədəd “Lenovo” markalı kompüteri götürmüşdür. ünvan 4 ünvanında yerləşən 68 saylı mənzildən 02 ədəd ümumi 5500 manat dəyərində qızıl qolbaqları, ümumi dəyəri 1450 manat olan 02 cüt qızıl sırğaları, 01 ədəd 450 manat dəyərində qızıl üzüyü, 01 ədəd 800 manat dəyərində qızıl klonu götürmüşdür. Lakin həmin mənzildə 1000 manat nağd pul olmayıb. ünvan 5 ünvanında yerlşən mənzildən heç nə götürməmişdi. ünvan 6 ünvanında yerləşən 6 nömrəli mənzildən götürdüklərini etiraf edir. O, işsiz olduğuNa görə ehtiyacdan məcbur qalaraq oğurluq etmişdir. Etdiyi əməldən peşmandır. O oğurladıqlarından 2500 manat pulu və əlavə olaraq aldığı “Toyota Prius” markalı avtomobili qaytarmışdır. Bundan əlavə 21000 dollar məbləğində pulu və qızılları istintaq orqanına təhvil vermişdir. O, dostunun evinə çay içməyə gedəndə dostu onun oğurladığı pullardan 10000 dollar və 5000 manat məbləğində pul oğurlamışdır. Həmin puldan 5000 manat məbləğində pulu geri qaytarmışdır. O, girdiyi mənzillərdən çölə qapıdan çıxmışdır. Oğurluq etdiyi mənzillərin qapısını sındırmaq yolu ilə açmışdır. Zərərçəkmiş şəxs1 mənzilindən çıxanda dostu etibara zəng vurmuşdur. Etibardan narkotik vasitə aldığına görə ona həmin pulu qaytarmaq istəmişdir. İfadələrinə başqa əlavəsi yocdur. Məhkəmədə elan edilib araşdırılmış ifadəsində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadələrində göstərmişdir ki, bu günə qədər bir neçə dəfə məhkumluq həyatı yaşamışdır. Əsasən oğurluq cinayət törətdiyinə görə ümumilikdə təxminən 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Sonuncu də dəfə 07 iyul 2023-cü il tarixdə Nizami Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmişdir. Azadlığa çıxandan sonra daimi yaşamağa yeri olmamış, bu azadlığa çıxdıqdan sonra bu günə qədər müxtəlif yerlərdə, hotellərdə, parklarda, müxtəlif evlərdə günlük kirayədə yaşamışdır. X22 2009-cu ildə vəfat etmiş, anası Şahid7 və bacısı X10 Bakı şəhərində yaşayırlar, lakin onunla heç bir münasibətləri yoxdur. Ümumiyyətlə heç bir qohumu İlə əlaqəsi yoxdur, təkcə dayısı Şahid8 ilə münasibəti olmuşdur. Pula ehtiyacı olduğundan 08 iyul 2023-cü il tarixdə oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə Abşeron rayonu, Xırdalan şəhərinə gəlmiş. Bazar adlanan yerdə taksidən düşüb piyada hərəkət etməyə başlamışdır. Təxminən saat 18 radələrində yanından keçdiyi binanın beşinci mərtəbəsində hərəkət olmadığım, evdə heç kimin olmadığından şübhələnib həmin mərtəbəyə qalxmışdır. Binanın qapısının kilidinin köhnə olduğunu görüb rahat aça biləcəyinə əmin olmuşdur. Qapını bir neçə dəfə döysə də açan olmamış, tam əmin olmuş ki, mənzildə heç kim yoxdur. Özü ilə gətirdiyi kəlbətinlə qapının kilidini sındırıb evə daxil olub otaqlarda axtarış aparmağa başlamışdır. Yataq otağına keçib mücrü görmüş, mücrünün içərisindən müxtəlif forma və ölçüdə olan sayını dəqiq xatırlamadığı qızıl bilərzik, boyunbağı, üzük və sırğaları götürüb əlimdəki sellofan paketə yığmışdır. Daha sonra digər otaqlara baxmış, 01 ədəd notbuk kompüteri görüb onu da götürüb mənzili tərk etmişdir. Mənzildən çıxıb həyətə düşənə qədər, oradan uzaqlaşana qədər telefonu qulağına tutub guya ki, kiminləsə danışır. Ondan şübhələnməsinlər deyə qonaq gəlmiş kimi göstərib oradan uzaqlaşmışdır. Avtobusla Bakı şəhərinə getmiş, bir neçə gün sonra oğurladığı qızılları Moskva Univermağmdakı ayrı-ayrı mağazalara hissə-hissə satıb, əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına, istirahətinə xərcləmişdir. Oğurladığı qızılları təxminən 4500-5000 manata, kompüteri isə tanımadığı şəxsə 300 manata satmışdır. Bundan başqa, 28 iyul 2023-cü il tarixdə saat 12:00 radələrində taksi ilə Xırdalan şəhərinin mərkəzinə gəlib 28-ci məhəllədə 9 mərtəbli binanın blokuna daxili olub bir neçə qapım döyüb evdə kimsənin olub-olmadığını yoxlamışdır. Binanın 7-ci mərtəbəsində tünd qırmızı rəngli qapısı olan mənzilin qapısını döymüş, kimsənin mənzildə olmadığına əmin olub özü ilə gətirdiyi vintaçan və kəsici uclu kəlbətinlə qapının kilidini sındırıb mənzilə daxil olmuş və evi axtarmağa başlamış, yataq otağında güzgülü dolabın siyirməsində qızıl qutularının içərisindən xatırladığı qədəri ilə 2 qızıl bilərzik, 2 cüt sırğa, 1 qızıl üzük və kulon və böyük şkafın içərisində 10 ədəd 100 manatlıq əskinası oğurlayıb mənzildən çıxmışdır. Elə həmin gün oğurladığı qızılın bir hissəsini Moskva Univermağında 700 manata satmış. Digər qızılları bir neçə gün sonra 20 Yanvar m/s yaxmlığnda tanımadığı şəxsə 2800 manata satmışdır. Həmin şəxsə qızılların özünə məxsus olduğunu, qızıl mağazalarının ucuz aldığına görə mağazaya satmadığını bildirmişdir. Oğurluq edərkən tək olmuş, onu görən şəxs olmamış, oğurluq etməyi barədə kimsəyə məlumat verməmişdir. Oğurluq etdiyi mənzilin sahibini tanımır. Əməlimdən peşmandır. O, oğurluq etməmişdən əvvəl spirtli içki qəbul edir, ümumiyyətlə spirtli içki həddindən artıq qəbul edir, həmçinin psixotrop tərkibli dərmanlar da qəbul edir, bundan əlavə pulu olduğu zaman çox qumar-mərc oyunları oynayır. 30 iyul 2023- cü il tarixdə o, pis vərdişlərimdən qurtulmaqdan ötrü Mərdəkan qəsəbəsində yerləşən "Şəfa” realibitasiya mərkəzinə müraciət edib orada 1 ay müddətində qalıb müalicə almışdır. Mərkəzə 1500 manat məbləğində pul Ödəmişdir. Pulu olmadığından, növbəti ayın ödənişi verə bilmədiyi üçün oradan çıxmışdır. Qalmağa yeri olmamış, parklarda gecələmişdir. Arabir dayısı Şahid8 ilə əlaqə saxlayıb Mübarizdən 10-15 manat pul alırmış. Bir gün dayısı Mübarizin yaşadığı Ramana qəsəbəsində yerləşən fərdi yaşayış evində qalmışdır. Dayısı tək yaşayır, ona görə bir dayısının evində qalmışdır. Pulu olmadığından yenidən oğurluq etmək qərarına gəlmişdir. O Bakı şəhəri ərazisində oğurluq edib tutulmaqdan qorxduğu üçün şəhərdən kənarda oğurluq etmək üçün taksi ilə 02 sentyabr 2023-cü il tarixdə saat 11 radələrində Lökbatan qəsəbəsinə gəlmiş. O əsasən 9 mərtəbəli binalar axtarıb bir-bir binaların bütün mərtəbələri gəzib mənzillərə qulaq asmış, lakin evdə adam olduğundan daxil olmamışdır. 9 mərtəbəli binanın qarşısında 5 mərtəbəli bina görüb daxil olub 3 ya da 4-cü mərtəbəsinə qalxmışdır. Orada mənzillərin birinə eyni üsulla qapının kilidini kəlbətinlə sındırıb vint açanla açıb mənzilə daxil olmuşdur. Mənzilin yataq otağındakı paltar dolabındakı paltarların altından 01 ədəd bank kartı götürüb oradan uzaqlaşmışdır. Həmin kartın üzərində şifrəsi yazılmış kağız olmuş, bankomantların birinə kartı daxil edib şifrəni 3 dəfə yazmış, lakin yanlış olduğundan kart bloklanmışdr. O da kartı çıxarıb kənara atmışdır. Evdən heç nə oğurlaya bilmədiyi üçün qəsəbəsinin digər yerinə getmişdir. Lökbatan qəsəbəsini tanımadığından soraqlaşaraq 5 mərtəbəli binaların olduğu yeri maraqlanmışdır. Bir neçə 5 mərtəbəli binaları gəzib qapılara qulaq asmış, qapıları döyüb yoxlamışdır. Qapını açan olanda müxtəlif adam adları deyib soruşub fikir yayındırırmış. 02 sentaybr 2023-cü il tarixdə saat 15 radələrində binalardan birinin 2-ci mərtəbəsinə qalxmış. Qapını döymüş, açan olmamış, binanın həyətinə düşmüş, mənzilin pəncərəsinə baxmış, mənzildə hərəkət olmadığından yenidən həmin mənzilə qalxıb qapını döymüşdür. Qapını açan olmadığından cibində gəzdirdiyi kəlbətinlə qapının kilidini sındırmış, vint açanla kilidi açıb mənzilə daxil olmuşdur. Mənzilə daxil olduqdan sonra sol tərəfdə içərisində televizor, divan olan otaq olmuş, həmin otağa daxil olmamış, qapıdan boylanıb baxmışdır. Onun əsas işi daxil olduğu mənzillərin yataq otaqlarmdadır. Dəhlizin sonuna gedib sağ tərəfdə yerləşən yataq otağına daxil olmuş, yataq otağında güzlü şkafın gözlərini açıb axtarmağa başlamışdır. Şkafın gözündən 01 ədəd qızıl qəpik görüb götürmüş. Daha sonra yataq otağındakı paltar dolabının qapılarım açmış, dolabın yuxan hissəsində bir neçə ədəd qadın əl çantalarını götürüb əli ilə çəkilərini yoxlamış, həmin çantalardan biri ağır olduğundan dərhal içərisini açıb yoxlamışdır. Həmin qırmızı rəngli qadın çantasının içərisindən 04 ədəd bağlı vəziyyətdə dollarlar, təxminən 20000 manata yaxın pulu, 01 ədəd qəhvəyi rəngli qutu, içərisində üzərində Azərbaycan Respublikasının xəritəsi qızıl qəpik formasında əşya, qara rəngli qutunun içərisində 02 ədəd qızıl boyunbağı, 03 ədəd üzük, 01 ədəd bilərzik, 01 cüt sırğaları götürmüş, o evin içərisində tez sellofan torba axtarmışdır. Böyük ölçülü sellofan torba tapa bilmədiyindən 02 ədəd balaca ölçülü sellofan torba tapıb birinə pullan, digərinə isə qızıl zinət əşyalarını yığıb mənzildən tez çıxmışdır. O mənzildən külli miqdarda pul və qızıl zinət əşyaları tapdığı üçün digər otaqlarda axtarış aparmağa ehtiyac qalmamışdır. Mənzildən çıxıb yaxınlıqdan taksiyə əyləşib taksi ilə birbaşa Biləcəri qəsəbəsinə getmişdir. Biləcəri qəsəbəsində yerləşən mağazaların birində düşüb istifadəsində olan öz bank kartına 3300 manat göndərmiş, biraz mağazadan su, siqaret alıb Etibarın yaşadığı Biləcəri qəsəbəsində yerləşən fərdi yaşayış evinə getmişdir. O Lökbatan qəsəbəsində olan zaman Etibar və qonşusu Ümid adlı narkotik vasitə aludəçisi olan şəxslə mütəmadi danışmışdır. Aralarındakı söhbət narkotik vasitə əldə etmək üçün pul tapmaq, birlikdə ortalığa pul qoyub narkotik vasitə almaqdan ibarət olmuşdur. O hər dəfə Etibarla danışıb üzərində 10 manatın olduğunu, ala bilərsə həmin pulu karta göndərməyini demiş, Etibar da 10 manatın az olduğunu demişdir. O Etibara demiş ki, “Lökbatan qəsəbəsində normal ev axtarıram, normal pul çıxsa sənə göndərəcəm, sən də narkotik vasitə alarsan”. Belə olmuş ki, o Lökbatan qəsəbəsində yerləşən, sonuncu dəfə oğurluq etdiyi evdən külli miqdarda pul oğurlamağa nail olmuş, Etibara zəng edib demiş ki, "çekpotu vurdum, evdən 1500 (min beş yüz) manat pul çıxdı, gəlirəm, normal çəkidə narkotik vasitə alıb istifadə edək”. O oğurladığı pulu və qızılları 02 ədəd sellofan paketlərə qoymuşdur. Etibarın yaşadığı evə gəlmiş. 200 manat vermiş, Etibar, o və Ümid adlı Etibarın qonşusu ilə birlikdə Atyalı qəsəbəsinə getmişlər, oradan 5 qram narkotik vasitə almışlar. Gəlib Etibarın evində istifadə etmişlər. Ümid çıxıb getmişdir. O yaxşı pul oğurladığı üçün 50 manat Etibarın oğluna, 50 ya da 100 manat Etibarın özünə elə belə vermişdir. Oğurladığı pul və qızıllar olan sellofan paketləri o əlində saxlamışdır. Etibar bir neçə dəfə ondan sellofan paketlərdəkinin içərisində nə olduğunu soruşmuş, o da hər dəfə yalandan Etibara demiş ki, “köhnə paltarlardır, başqa heç nə yoxdur”. Etibar isə ona şübhəli kimi baxırmış. O, Etibarın evində olduğu zaman hamamdan istifadə edib çimmişdir. Həmin vaxt o narkotik vasitənin təsiri altında olmuş, hamamda çimdiyi müddətdə sellofan paketləri Etibarın evində otaqların birində bir kənara qoymuşdur. Hamamdan çıxıb Nizami rayonu, Qara Qarayevə getmiş, yolda taksidə olan zaman sellofan paketdəki pullara baxmış, 3-4 ədəd bağlama ABŞ dolları və çoxlu sayda Azərbaycan manatı olmuş, lakin o evdən götürdüyü kimi hiss etməmiş, nəsə ona elə gəlmiş ki, pul biraz azalıb. Lakin narkotik vasitənin təsirində olduğundan çox fikir verməmiş, dayısı Mübarizlə görüşmüş, pulları saxlamaq üçün dayısına verəndə dəqiqliyi ilə də olmasa, biraz saymışdır. Açığı dayısı pulları və qızıl zinət əşyalarını ondan götürüb saxlamaqda ehtiyyat etmiş, əvvəlcə onunla razılaşmamış, o Mübarizə biraz qışqırıb 1-2 gün öz evində saxlamağını, daha sonra götürəcəyini demişdir. Dayısı ona pulları haradan əldə etdiyini, oğurluq olub-olmadığını soruşmuşdur. O da dayısı inandırıb demiş ki, “telefonda kozino oynundan qazanmışam, saxla 1-2 günə götürəcəm”. Mübariz onun əlində telefonda kozino oynu oynadığını bir neçə dəfə gördüyü üçün ona inanmalı olmuş, o qızılları dayısına göstərməmişdir. Qızılları görsə imiş, o zaman biləcəkmiş ki, pullar və qızıllar hamısı oğurluqdur. Qızıllar olan sellofan torbanı açmadan dayısına verib həmin paketdə də pul olduğunu demişdir. Birtəhər onunla razılaşıb aparıb evində saxlamışdır. Daha sonra o cibində 2000 manat və ABŞ dollarları ilə birlikdə taksilə şəhər çıxıb 28 May metro stansiyası yaxınlığında yerləşən bir neçə masaj yerlərində istirahət etmiş, təxminən 1000 manatdan çox pul xərcləmişdir. Masaj yerlərində qadınlarla da istirahət etmişdir. Oradan çıxıb “Metro club” adlı gecə klubuna gedib orada təxminən 500 manata yaxın pul xərcləmişdir. İstirahət etdikdən sonra “Şeş-beş” adlı hotelə qayıtmışdır. Bir neçə saat hoteldə yatıb dincəlmişdir. Daha sonra qalxıb 8-ci km bazarına getmiş, orada özünə paltar almaq istəmiş, xoşuna gəlmədiyindən Laçın ticarət mərkəzinə gedib orada 170 manat dəyərində şalvar və köynək almışdır. Bazar günü axşam yenidən 8-ci kilometr deyilən yerdə “Night club” adlı gecə klubuna getmiş, orada təxminən 300 manat pul xərcləmişdir. Daha sonra taksi sifariş edib Nizami kinoteatrının yaxınlığında yerləşən “Metro club” adlı gecə klubuna getmişdir. Orada Nara adlı qadın ilə oturub spirtli içkilər, yemək də sifariş vermişdir. Həmin klubda saat 05 radələrinə qədər oturub istirahət etmiş. Sonda hesab təxminən 1000 • manata yaxın məbləğ etmiş, hesabı ödüyüb yenidən “Şeş-beş” adlı hotelə getmişdir. Hotel { otağının 1 günlük qiyməti 50 manat təşkil edir. Hetolda biraz yemək sifariş edib yemişdir. 04 sentyabr 2023-cü il tarixdə axşam saatlarında bulvar ətrafında masaj yerinə gedib orada istirahət etmiş, həmin masaj yerində təxminən 250 manat xərcləmişdir. 05 sentyabr 2023-cü il tarixdə saat 15 radələrində pulu qurtardığı üçün dayısının yaşadığı Ramana qəsəbəsinə getmişdir. Dayısı Mübarizdən verdiyi pulu istəmişdir. Mübariz evində saxladığı sellofan paketi gətirmiş, o pulları saymışdır. Pulların üstündən 4000 (dörd min) ABŞ dolları və 10000 (on min) manat götürüb dayısına demiş ki, “dayı özümə avtomobil almaq istəyirəm”. Daha sonra dayısına verdiyi sellofan torbaları götürüb dayısı evinin giriş hissəsindəki otağın tavanında olan işığı çıxarıb tavandakı lanbirİnin üstündə gizlətmiş, işığı da yerinə bağlamışdır. Dayısı da kənarda durub ona səssizcə baxmışdır. Pulu götürüb taksi ilə Badamdar qəsəbəsində yerləşən avtomobil bazarına getmişdir. Orada 14000 manata “Toyota Prius” markalı, 99-UT- 157 dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsinə sərəncam verilməsina dair etibarnamə ilə almışdır. Avtomobilin pulunu həm manatla, bir hissəsini də ABŞ dolları ilə vermişdir. Oradan çıxıb taksi sürücüsü ilə Borçalı restoranında yemək yemişlər. Təxminən 150 manat hesab ödəmişdir. O yenicə tanış olduğu Orxan adlı taksi sürücüsünü özü ilə “Metro club” adlı kluba aparmışdır. Orada o və Orxan, yanında üç nəfər qadınla oturub çoxlu sayda spirtli içkilər sifariş etmişlər. Bir neçə saat yeyibiçdikdən sonra 300 (üç yüz) ABŞ dolları hesab ödəmişdir. Demək olar ki, bütün pulu xərcləmiş, daha sonra onu polis əməkdaşları saxlamışdır. Bank kartına yüklədiyi 3300 (üç min üç yüz) manatın 800 manatı qumar oyunlarına, mobil balansına istifadə etmişdir. Oğurladığı pullardan kartında olan 2500 manatı, oğurluq pulla aldığı Toyota Prius markalı avtomobili zərəçəkmiş şəxsə qaytarmışdır. Evdən oğurladığı qızıllardan heç birini istifadə etməmiş, bircə qolbağın açılıb-bağlanan hissəsini qırıb qızıl parçası kimi 100 manata əldə tanımadığı şəxsə satmışdır. Dayısının yaşadığı evdən oğurladığı pullardan 25200 (iyirmi beş min iki yüz) ABŞ dolları və qızıllar aşkar edilərək zərərçəkmiş şəxsə qaytarılmışdır. O Vüqar adlı şəxsin evindən oğurladığı 41000 (qırx bir min) ABŞ dollardan 15800 (on beş min səkkiz yüz) ABŞ dollarını 3 gün ərzində xərcləməyi qeyri- mümkündür. O əmin olmuş ki, onun oğurladığı pulları saxladığı sellofan paketdən Etibarın evində çimən zaman Etibar götürmüşdür. Çünki, həmin gündən sonra demək olar ki, Etibar ona zəng etməmiş, onu axtarmamış, halbuki, realibitasiya mərkəzindən çıxdıqdan sonra hər gün Etibar ona zəng edir, görüşür, bir yerdə narkotik vasitə istifadə edirmişlər. Düzdür, onun başı kefə, istirahətə qarışdığından Etibarın onu axtarmamağı elə də yadına düşməmişdir. Lakin o polis əməkdaşları tərəfindən salanılmış, məhkəmə tərəfindən barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda Kürdəxanı deyilən Bakı İstintaq Təcridxanasmda saxlanılır. Təcridxanada insanın boş vaxtı çox olur. O təcridxanaya daxil olandan təxminən 1 ay müddətində ağrılardan azad olmuş, oturub düşünməyə başlamışdır. O çox analizlər etmiş, o zaman ona məlum olmuş ki, Etibar onun oğurladığı sellofan paketdəki puldan 5000 (beş min) manat və 10000 (on min) ABŞ' dolları götürmüşdür. Çünki o oğurluq edib Etibarın yaşadığı evə gedən zaman pullar çox olmuşdur. Sadəcə olaraq o Etibarın evində narkotik vasitə istifadə etdiyi üçün heç ağlına belə gəlməmiş ki, Etibar ondan pul oğurlayar. Etibarın ondan pul oğurlamasına tam arxayın o zaman olmuş ki, təcridxanada ona xəbər gəlmiş ki, Etibar istintaqa onun barəsində istintaqı aparılan cinayət işi üzrə vurulmuş ziyandan 5000 (beş min) manat ödəmişdir. Etibar da bir neçə dəfə məhkumluq həyatı yaşamış, günahı olmasa, heç vaxt 5000 (beş min) manatı istintaqa təqdim etməzmiş. O bütün etiraf etdiyi və törətdiyi oğurluq cinayətlərini tək etmiş, onu heç kim görməmiş, çünki o əvvəlcədən ətrafa baxıb heç kimin onu görmədiyindən əmin olduqdan sonra eyni üsulla mənzillərə daxil olmuşdur. O əsasən oğurluq üçün getdiyi binaların həyətində gəzişərkən telefonu qulağına tutub guya kiminləsə danışıb binada tanışının yanına gəlirmiş kimi göstərib diqqət çəkməməyə çalışmışdır. Zərərçəkmiş şəxs1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanıyır, onunla heç bir ədavəti və yaxınlığı yoxdur. 2001-ci ildən Socar-ın X18 Layihə İnstitunda elmi katib vəzifəsində çalışır. 02 sentyabr 2023-cü il tarixdə mən səhər 07:35-də o, həyat yoldaşı ilə birlikdə evdən çıxmışdır. X16 övladı dünyaya gəldiyi üçün axşam onların evinə getmişlər. 20:30-a qədər onların evində oldular. Sonra evə qayıtdıqdan sonra həyat yoldaşı qapının açıq olduğunu gördülər. Təqsirləndirilən şəxs evlərinin yataq otağından qızıllar və ittiham aktında deyilən miqdarda pul oğurlamışdır. O özü təqsirləndirilən şəxsi polisə məlumat verərək saxlatdırmışdır. Polis tərəfindən saxlanılanda 36000 dollar pul olub onda, lakin ona 25500 dollar pul qaytarılıb. “Toyota Prius”-u 14000 manata aldığını deyib, lakin 12300-ə satılıb. Həmin məbləğ də, 01 ədəd Ulu öndər Heydər Əliyevin 100 illik münasibəti ilə tədavülə buraxılmış üzərində 100 manat yazısı olan qızıl pul da ona verilib. O, qızıllardan brilyant sırğanın bir dənəsi və klonu, 29000 manat məbləğində pulunu tələb edir. O həmin pulları əziyyətlə qazanmışdır. Tələbi qalan pulun ödənilməsidir. 29000 manat məbləğində pulunu tələb edir. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı göstərmişdir ki, yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. 2001-ci ildən Socar-ın X18 Layihə İnstitunda elmi katib vəzifəsində çalışır. İki oğlu var, hər ikisi ailəlidir, hər ikisi ondan ayrı yaşayır. O həyat yoldaşı X7 ilə birlikdə yaşayır. O bazar günündən başqa hər gün səhər saat 07.30-da evdən çıxıb axşam saat 20.00-da gəlir. Həyat yoldaşı isə Qarayev adma 2 saylı X12 tibb bacısı vəzifəsində çalışır. İradə Abdullayeva həftənin tək günlərində işdə olur, işə də onunla birlikdə gedib gəldiyi üçün evdən birlikdə çıxıb eyni vaxtda qayıdırlar. X16 01 sentyabr 2023-cü il tarixdə Övladı dünyaya gəldiyi üçün həyat yoldaşı xx.xx.2023-cü il tarixdə iş gününü xx.xx.2023-cü il tarixi ilə dəyişmiş, ona görə də 02 sentyabr 2023-cü il tarixdə, həftənin şənbə günü olmasına baxmayaraq işə getmişdir. Onun yaşadığı evin yataq otağındakı paltar dolabında, həyat yoldaşına məxsus qadın əl çantalarının içərisində ümumilikdə 48450 (qırx səkkiz min dörd yüz əlli) ABŞ dolları, 26800 (iyirmi altı min səkkiz yüz) manat, həmçinin 01 ədəd Nikolayın qızıl 10-luğu deyilən qızıl 10-luq, 01 ədəd Ulu öndər Heydər Əliyevin 100 illik münasibəti ilə tədavülə buraxılmış üzərində 100 manat yazısı olan qızıl pul, 02 ədəd 999 əyarlı qızıl qadın boyunbağıları, 01 ədəd içərisində 750 əyarlı briliant qaşlı boyunbağısı olmayan klon, 01 cüt sırğa, 01 ədəd bilərzik, 01 ədəd üzük olan dəst, 02 adi qaşlı qızıl üzüklər olmuşdur. 01 ədəd Nikolayın qızıl 10-luğu deyilən qızıl 10-luğunun qiyməti 1100 manat, 01 ədəd Ulu öndər Heydər Əliyevin 100 illik münasibəti ilə tədavülə buraxılmış üzərində 100 manat yazısı olan qızıl pulun qiyməti 3700 manat, 02 ədəd 999 əyarlı qızıl qadın boyunbağıların hər ikİs birlikdə qiyməti 14000 (on dörd min) ABŞ dolları, 01 ədəd içərisində 750 əyarlı briliant qaşlı boyunbağısı olmayan klon, 01 cüt sırğa, 01 ədəd bilərzik, 01 ədəd üzük olan dəstin qiyməti 10000 (on min) manat, 02 adi qaşlı qızıl üzüklər hər biri 450 manat olmaqla ümumilikdə 900 manat təşkil etmişdir. Yataq otağında saxlanılan pullar illərdİ həyat yoldaşı ilə birlikdə İşləyib yığdıqları pullar olmuşdur. 02 sentyabr 2023-cü il tarixdə səhər saat 07.35 radələrində həyat yoldaşı ilə birlikdə evdən çıxıb işə getmişlər. Evdən çıxarkən də evin dəmir qapısının kilidini özü bağlamışdır. Həmin günü saat 21.25 radələrində həyat yoldaşı ilə birlikdə evə qayıtmışlar. İradə evin qapısının kilidinə açan daxil edib qapını açmaq istəyən zaman açarın boş fırlandığını görüb ona dərhal bu barədə məlumat vermişdir. İradə ondan öndə gedirmiş, o İradədən biraz geridə pilləkanları qalxırmış. O dərhal qapıya çatanda görmüş ki, qapının kilidi sındırılmışdır. Onlar evə daxil olmuş, yataq otağındakı paltar dolabına baxmışlar. Yataq otağı dağıdılmış, paltar dolabında İradəyə məxsus qadın çantalarında olan 41000 (qırx bir min) ABŞ dolları, 23000 (iyirmi üç min) manat və çantada olan qızıl zinət əşyaları yerində yoxdur. Onlar dərhal DİN-in 102 Zəng Xidmətinə məlumat vermişlər, həmçinin hər iki oğlunu evə çağırmışdır. Polis əməkdaşları onların evinə gəlmişlər, onlar pulların olduğu qadın çantalarına baxanda çantanın içəri cibindən 7450 ABŞ dolları və 3800 (üç min səkkiz yüz) manatı tapmışlar. Hadisə zamanı onların konkret olaraq şübhələndiyi kimsə yoxdur. Evində baş vermiş oğurluq hadisə nəticəsində 41000 (qırx bir min) ABŞ dollarə və 23000 (iyirmi üç min) .Azərbaycan manatı, həmçinin ifadəsində qeyd etdiyi bütün qızıl-zinət əşyaları oğurlanmışdır. Zərərçəkmiş şəxs3 ifadələrində göstərdi ki, təxminən 29-30 iyul 2023-cü il tarixdə Xırdalan qəsəbəsində yerləşən evdindən təxminən 100 qram qızıl oğurlanıb, polis əməkdaşları həmin əməlin Təqsirləndirilən şəxs tərəfindən edildiyini bildirdilər. Qızıl oğurlanan zaman evdə olmamışdır. Təqsirləndirilən şəxs evin dəmir qapısının aşağıdakı kilidi səliqəli formada qırmışdı. Qızıllar evində yataq otağında yerləşən şkafın içərisində idi. Təxminən 100 qram qızıl: bilərzik, boyunbağı və sırqadan ibarət idi. Evin digər otaqlarında axtarış aparıbaparmadığını bilmir, lakin sadəcə yataq otağı dağılmış və qızılları oğurlanmışdı. Qızılları qaytarılmayıb. Təqsirləndirilən şəxsdən şikayəti var. Qızıl yataq otağında şkafın içərisində olub. Qızıllarının geri qaytarılmasını tələb edir. Bütün qızılların 100 qram olmasını təsdiq edən sübut hal-hazırda yoxdur. Oğurlanan qızılların bəzilərinin üzərində olan görüntüləri mövcuddur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı göstərmişdir ki, 28 iyul 2023-cü il tarixdə saat 11 radələrində yaşadığı mənzilin qapısının bağlayıb işi ilə bağlı Bakı şəhərinə getmişdir. Həmin gün saat 14 radələrində mənzilə qayıtdıqda giriş qapısının kilidinin sındırıldığını görmüş və mənzilə daxil olduqda yataq otağının dağınıq vəziyyətdə olduğunu görüb oğurluq olmasını başa düşüb dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Bundan sonra polis əməkdaşları mənzilə gəlib baxış keçirib, əl-barmaq izlərini götürmüşlər. Polis əməkdaşları gəldikdən sonra o yataq otağında olan güzgülü dolabı ətraflı baxdıqda dolabda olan 1 ədəd 40 qram çəkidə 750 əyyarlı 4.000 manat dəyərində qızıl qolbağının, 01 ədəd 15 qram çəkidə 750 əyyarlı 1.500 manat dəyərində qızıl qolbağın, 01 cüt 5 qram çəkidə 585 əyyarlı 400 manat dəyərində qızıl sırğanın, 01 cüt 10 qram çəkidə 750 əyyarlı 1050 manat dəyərində qızıl sırğanın, 01 ədəd 5 qram çəkidə 585 əyyarlı 450 manat dəyərində qızıl üzüyün və 01 ədəd 10 qram çəkidə 585 əyyarlı 800 manat dəyərində klonun oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 8200 manat maddi ziyan dəymişdir. Hadisəni törətməkdə şübhələndiyi şəxs yoxdur. O ərizə və ifadə verdikdən sonra xatırlamış ki, paltar şkafında olan 1000 manat pulu da oğurlanmışdır. Lakin zəruri bilmədiyindən bu barədə istintaqa məlumat verməmişdir. Doğrudur onun mənzilindən qızıl əşyaları ilə birlikdə 1000 manat da pul oğurlanmışdır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı göstərmişdir ki, ünvan 7 ünvanında ailəsi ilə birlikdə yaşayır. 08 iyul 2023-cü il tarixdə saat təxminən 16 radələrində ailəsi ilə birlikdə Novxanı qəsəbəsinə qonaq getmişlər. Həmin gün saat təxminən 23:30 radələrində yaşadıqları mənzilə qayıtdıqda mənzilin giriş qapısının kilid sisteminin qırılmış vəziyyətdə olduğunu aşkar etmişdir. Mənzilə daxil olduqda yataq və qonaq otaqlarının dağınıq vəziyyətdə olduğunu görmüşdür. Daha sonra yataq otağındakı paltar şkafmdakı mücrülərdən müxtəlif çəkilərdə və müxtəlif formalardan 10000 manat dəyərində qızıl-zinyət əşyalarının oğurlandığı ona məlum olmuşdur. Bundan başqa digər otaqdan ona məxsus 2300 manat dəyərində notbukun da oğurlandığını aşkar etmişdir. Buna görə də baş vermiş hadisə barədə Abşeron RPİ-nə və DİN-nin 102 xidmətinə məlumat vermişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 12300 manat ziyan dəymişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı göstərmişdir ki, yuxarıda göstərilən ünvanda arvadı X11 ilə birlikdə yaşayır. Hər ikisi təqüdçüdür, Övladları hər biri ayrı öz evində yaşayır. 02 sentyabr 2023-cü il tarixdə saat 12 radələrində Anaxanımla birlikdə evdən çıxıb Lökbatan qəsəbəsində yaşayan qohumgilin evinə qonaq getmişlər. Həmin günü saat 19 radələrində evə qayıdanda evin dəmir qapısını açmaq İstəyəndə görmüşlər ki, qapının kilidi sındırılmış, üzərinə qoymuşdur. Qapını açıb evə daxil olmuş, evin içərisinin dağıdıldığını görmüşlər. Evin yataq otağındakı paltar dolabından arvadı Anaxanıma məxsus təqaüd kartı, evin digər otağındakı güzgülü şkafın üstündəki qabın içərisindən 900 manat pul götürülmüşdür. O dərhal DİN-in 102 Zəng Xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gəlmişlər, o ərizə yazmış, hadisə yerinə baxış keçirmişlər, əl-barmaq izləri götürmüşlər. Bir neçə gündən sonra ona məlum olmuş ki, onun evindən oğurluq etmiş şəxs tutulmuşdur. O arvadı Anaxanım ilə evə baxış keçirmişlər, evdən başqa heç nə oğurlanmamışdır. Şahid5 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs oğluna məxsus avtomobili satdığımına görə tanıyır. Təqsirləndirilən şəxsə “Toyota Pirius” markalı avtomobili 14000 manata satmışdır. Avtomobil oğluna məxsus olduğuna görə dəqiq hansı tarixdə satılıdığını xatırlamır. Həmin avtomobili alan şəxsi tanımırdı. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Şahid5 ibtidai istintaq zamanı bildirmişdir ki, yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Badamdar qəsəbəsində yerləşən avtomobil bazarında "Lüks avto” adlı avtomobil salonunu oğlunun adma sənədləşdirilmiş, o da orada olur. 05 sentyabr 2023-cü il tarixdə 15 radələrində o mağazada içəridə oturmuşdur. Qardaşı oğlu X14 da onların işlədiyi mağazada olmuş, oğlu Hikmət mağazada olan Toyota Prius markalı ** UT *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnaməsi var. Emin ona yaxınlaşıb demiş ki, “iki nəfər gəlib Toyota Prius markalı avtomobilə baxıb bəyəniblər, son qiyməti nədir həmin avtomobilin?”. O da demiş ki, 14500 (on dörd min beş yüz) manata sataram. Həmin iki nəfər oğlan ona yaxınlaşıb demişlər ki, “avtomobili 14000 (on dörd min) manata sata bilərsən?, əgər imkan varsa o qiymətə biz avtomobili aparıb yoxlatdıraq”. O əvvəlcə tərəddüd etmiş, lakin sonradan razılaşmışdır. Avtomobili aparıb yoxlatdırmışlar, daha sonra mağazaya yaxınlaşmışlar. Adını bilmədiyi, əvvəllər tanımadı şəxsə oğlu Hikmət onlayn etibarnamə yazmış, 2400 ABŞ dolları və 10000 (on min) manat vermiş, o 40 (qırx) manat etibarnamə üçün pul çıxmış, avtomobili alan şəxsə 40 manat qaytarmış, ümumilikdə avtomobili 14000 (on dörd min) manata satmışdır. Avtomobili alan şəxsin yanında gələn şəxs ona yaxınlaşıb demiş ki, “müştəri olanda gətirəcəm, mənə də imkan varsa hörmət elə”. O da həmin şəxsə 200 manat vermişdir. Şahid4 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs onun işlətdiyi ofisə yaxınlaşıb avtomobil ilə maraqlandığını bildirdi, məbləğdə razılaşdıqdan sonra alqı-satqı oldu. Avtomobili təxminən 1il bundan əvvəl satmışdır, dəqiq tarixi xatırlamır. “Toyota Pirius” markalı avtomobili təxminən 13.500-14.000 manata satmışdır. Avtomobilin sənədləri onun özünə məxsus olub. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Şahid4 ibtidai istintaq zamanı bildirmişdir ki, yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Badamdar qəsəbəsində yerləşən avtomobil bazarında “Lüks avto” adlı avtomobil salonunu atası Şahid5 icarə əsasında İşlədir, o da həmin mağazada satış meneceri vəzifəsində çalışır. Mağazadakı avtomobillərin bəziləri özlərinə məxsusdur, müştəri mağazaya gətirib avtomobilini satır, onlar alıb mağazada satışa qoyurlar. Bəzi avtomobillər də müştərinin özünə məxsus olur, mağazada satmaq üçün saxlayırlar. Toyota Prius markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus olmuş, həmin avtomobili o X4 almış, Rüfət İbadov avtomobili ona nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə əsasında satmışdır, o da həmin avtomobili mağazaya satmaq üçün qoymuşdur. 04 sentyabr 2023-cü il tarixdə 13 radələrində mağazaya bir nəfər sarışın, hündür boylu cavan oğlan yaxınlaşıb 2007-ci il buraxılışh, göy rəngli, Toyota Prius markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobili baxıb bəyənmiş, ona demiş ki, “saat 5-də gəlib ustalarda yoxlatdırıb alacam”. O da burada olduğunu, harada istəsə yoxlatdırmaq imkanı olacağını bildirmişdir. Həmin günü şəxs ona zəng etməmiş, sabahı günü yəni, 05 sentyabr 2023-cü il tarixdə saat 17 radələrində adının sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs mağazaya yaxınlaşmış, 2007-ci il buraxılışlı, göy rəngli, Toyota Prius markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobili bazarın içərisindəki ustalara yoxlatdırmış, avtomobili Təqsirləndirilən şəxs 14000 (on dörd min) manata almışdır. Təqsirləndirilən şəxs pulu atasına vermiş, atası da onunla əlaqə saxlamış, avtomobili satdığını demiş, gec olduğu üçün o Təqsirləndirilən şəxs telefonda olan “Mobile Notariat” proqram təminatı vasitəsilə etibarnamə vermiş, Xalqlar Dostluğu deyilən yerdə görüşüb avtomobilin texniki şəhadətnaməsini Təqsirləndirilən şəxs özü vermişdir. Təqsirləndirilən şəxs ilə sağollaşmışlar, o öz işinin arxasınca getmişdir. Şahid6 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs tanımır. “Laçın” Ticarət Mərkəzində kostyum satışı ilə məşğuldur, işi zəif olanda “Bolt” şəbəkəsi vasitəsilə taksi sürücüsü kimi də işləyir. Təqsirləndirilən şəxs tərəfindən sifariş gəldikdən sonra Badamdar qəsəbəsinə getmişdir. Təqsirləndirilən şəxs avtomobildə olarkən ondan avtomobil almağına kömək etməyini xahiş etmişdir. Badamdar qəsəbəsində tanıdığı avtomobil satan salon var idi, Ülvi də oradan “Toyota Prius” markalı avtomobil aldı. Daha sonra Ülvinin etibarnaməsi olmadığına görə həmin avtomobil salonunun sahibinin oğlu onları Qara Qarayev ərazisinə kimi gətirdi, hava qaralmışdı, yemək yemədiklərinə görə həmin ərazidə yemək yedikdən sonra Ülvi şəhəri yaxşı tanımadığına görə şəhərdə “Klub” adlanan yerə onunla gəlməyini xahiş etdi və xərci özünün qarşılayacağını bildirdi. Ora getdikdən sonra saat 11-12 radələrində həmin məkandan çıxıb evə getmişdir. “Toyota Pirius” markalı avtomobili Təqsirləndirilən şəxs təxminən 14000 manata aldı. Ülvi ona təxminən 70 manat pul vermişdi, həmçinin yeməyin də pulunu Ülvi ödəmişdi. Pulu da dayısının göndərdiyini demişdi. Hadisənin nə vaxt olduğunu dəqiqliklə xatırlamır, lakin səhv etmirssə, ya 2023-cü ilin sonları, ya da 2024-cü ilin əvvəllərində baş verib. Təqsirləndirilən şəxs avtomobili özünün niyə almadığını, pulu niyə dayısının verdiyi barədə heç bir məlumatı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Şahid6 ibtidai istintaq zamanı bildirmişdir ki, yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Təxminən 2013-cü ildən ünvan 8ağazaların birində kostyumların kirayə verilməsi ilə məşğul olur. Arabir isə etibarnamə əsasında idarə etdiyi Hyundai Sonata markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Bolt” proqramına qoşulub taksi fəaliyyəti ilə məşğul olur. 05 sentyabr 2023-cü il tarixdə saat 15 radələrində telefonuna Bolt proqramı vasitəsilə Ramana qəsəbəsindən Badamdar qəsəbəsində yerləşən Avtomobil bazarına sifariş gəlmişdir. O sifarişi qəbul etmiş, bir nəfər cavan oğlan avtomobilə əyləşmiş, Badamdar qəsəbəsinə getmişlər. Yolda olan zaman müştəri adının Ülvi olduğunu, avtomobil almaq üçün ona köməklik etməyini xahiş etmişdir. O da Ülviyə demiş ki, “mən proqram vasitəsilə İşləyirəm”. Ülvi də ona proqramı söndürməyini, nə qədər bağlı qalacaqsa əvəzində ona pul ödəyəcəyini demişdir. O da proqramı söndürmüş, Ülvi ilə Badamdar qəsəbəsində yerləşən Avtomobil bazarına getmişlər. Ülvi ona əvvəldən Toyota Prius markalı avtomobil almaq istədiyini demişdir. Orada Prius satan bir-İki avtosalon var, onlar əvvəlcə Nərbala adlı şəxsin işlədiyi mazağazaya getmişlər, orada bir avtomobilə baxmışlar, lakin texniki baxışdan keçməmişdir. Onlar həmin avtosalonun yanındakı digər salona keçmişlər, orada göy rəngli Toyota Prius markalı avtomobili Ülvi bəyənmiş, avtosalonda işləyən Şamil’ adlı şəxsin qardaşı oğlu avtomobilin qiymətinin 15000 (on beş min) manat olduğunu demişdir. O Şamil adlı şəxs ilə telefonda danışmış, Şamil and içərək avtomobilin son qiymətinin 14000 (on dörd min) manat olduğunu və 15 dəqiqəyə özünün avtosalona yaxınlaşacağını demişdir. Şamil gəlmiş, avtomobilin son qiymıtinin 14000 (on dörd min) manat olduğunu demiş, Ülvi də qiymətlə razılaşmışdır. Daha sonra onlar avtomobili bazarda yerləşən ustalara baxdırıb yoxlatdırmışlar. Avtomobildə ciddi problem olmadığından mağazaya qayıtmışlar, Ülvi Şamilə 200 manatlıq əskinazla 5000 (beş min) manat, qalanın isə ABŞ dolları ilə vermişdir. Şamil Ülviyə təxminən 40-50 manat geri qaytarmışdır. Şamil də ona müştəri gətirdiyi üçün 200 manat vermişdir. Ülvi də ona köməklik etdiyi üçün ümumilikdə 70 manat pul vermişdir. Onlar oradan uzaqlaşmış, Ülvi ilə birlikdə Qara Qarayevdə yerləşən “Borçalı” adlı restoranda yemək yemişlər, təxminən 75 manat hesab vermişdir. Daha sonra Ülvi ona demiş ki, “mən gecə klubuna gedirəm, gəl birlikdə gedək”. O Ülvi ilə birlikdə Nizami kinoteatrının yaxınlığında “Metro club” adlı gecə klubuna getmişlər. O Ülvi ilə təxminən 2 saat oturub kokteyl içmiş, qəlyan çəkmişdir. Gec olduğundan o Ülvi ilə sağollaşıb getmişdir. Ülvi təxminən 200 (iki yüz) ABŞ dolları hesab vermiş, o heç nə verməmişdir. Həmin gündən sonra Ülvidən xəbər olmamış, bir neçə gün sonra xəbər saytlarında Ülvinin mənzildən oğurluq etdiyini, tutulduğunu öyrənmişdir. Şahid3 ifadələrində göstərdi ki, Masazır qəsəbəsində makler vəzifəsində çalışır. Əməkdaşı zəng edib müştərinin olduğunu, əgər onda ev varsa, ona göstərməyimini xahiş etdi. Həmin vaxt tanış bir şəxs evini satırdı, bununla bağlı əməkdaşa məlumat verdikdən sonra onunla müştəri həmin evə gəlib baxdılar. Evi bəyəndikdən sonra müştəri beh verdi və bir-iki gündən sonra alqı-satqı etmək istədiyini bildirdikdə onunla razılaşdı, həmçinin behi verən zaman behin miqdarını da videogörüntüyə aldı ki, sonradan narazılıq olmasın. Bir neçə gün keçdikdən sonra şəxsə zəng vurduqda telefona cavab vermirdi, daha sonra Qaradağ Rayon Polis İdarəsindən Vasif adlı müstəntiq zəng edib 500 manatın istintaqa ödəməli olduğunu dedikdə onlar da həmin pulu qaytarmışlar. Hadisə barəsində məlumatı yoxdur. Təqsirləndirilən şəxs görməmişdir. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid3 ibtidai istintaq zamanı göstərmişdir ki, yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Təxminən 3-4 aydır ki, Abşeron rayonu, Masazır qəsəbəsində səyyar dəllallıq fəliyyəti ilə məşğul olur. Hazırda bir yerdə oturacağı ofisi yoxdur. Daşınmaz əmlakla bağlı almaq və ya satmaq istəyən olanda müştəri axtarıb tapır. Şahid2 onun tanışıdır, Eldar da onun kimi səyyar alqı-satqı ilə məşğuldur. Eldar bina.az daşınmaz əmlak alqı-satqı saytında Masazır qəsəbəsində yerləşən bir mənzilin elanını yerləşdirmişdir. Həmin evi Eldara o demiş, Eldar da elanı sayta yerləşdirmişdir. Eldara bir nəfər müştəri zəng edib evə baxmaq istədiyini demiş, Eldar da bu barədə ona məlumat vermişdir. 04 sentyabr 2023-cü il tarixdə saat 15 radələrində adının sonradan Təqsirləndirilən şəxs olduğunu bildikləri şəxs ilə Masazır qəsəbəsində yerləşən evə ev sahibinin özü ilə birlikdə baxmışlar, Ülvi evdən razı qaldığını, evi almaq istədiyini demiş, həmin günü ona 500 manat evi almağı ilə bağlı beh də vermişdir. Ülvi ilə belə razılıq olmuş ki, sabahı günü Ülvİ ilə əlaqə saxlanılmış, lakin zənglərə cavab verməmişdir. Ülvinin mobil nömrəsi onda olmamış, Eldar Ülviyə bir neçə gün sonra dəfələrlə zəng etmiş, lakin cavab verməmişdir. Onlara bir neçə gündən sonra məlum olmuş ki, onlara müştəri qismində yaxınlaşan Təqsirləndirilən şəxs adlı müştəri oğurluq etdiyi üçün saxlanılmışdır. Ona verdiyi 500 manat beh hazırda ondadır, həmin pulu istintaqa təqdim etmək istəyir. Həmçinin onu bildirmək istəyir ki, Təqsirləndirilən şəxs ilə evi alacağı barədə razılaşanda onlara demiş ki, “kirayələrdə qalmaqdan bezmişəm, bankdan kredit götürmüşəm, bu evi alıram”. Şahid8 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs onu aldadaraq “Kazino” oyunlarından pul udduğunu deyib bir gün evində qalmaq üçün xahiş etdi, o da ona inanıb icazə vermişdir. Ülvi səhərisi gün avtomobil alıb, ev tutub gedəcəyini dedi. Daha sonra polis əməkdaşları gəlib onu saxlayıb pulun yerini soruşduqda o, pulun da, Ülvinin də yerini onlara demişdir. Daha sonra iki saat ərzində polis əməkdaşları Ülvini tapdılar, buna görə də iki gündən sonra onu buraxdılar. O, Təqsirləndirilən şəxs dayısıdır, ona oğurluq etdiyi barədə heç bir məlumat verməmişdi. Oğurluq etdiyini bilmirdi, ona “Kazino” oyunlarında pul udduğunu demişdi. İstintaqda verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid8 ibtidai istintaq zamanı göstərmişdir ki, o, yuxarıda göstərilən ünvanda yaşayır. Ruhi əsəb xəstəliyindən bu günə qədər əziyyət çəkməmiş, bu gün də əziyyət çəkmir. Təxminən 1992-ci ildən "xxxx" QSC-də yol xidmətində yol fəhləsi vəzifəsində çalışır. Təqsirləndirilən şəxs onun bacısı oğludur. Ülvi bu günə qədər bir neçə dəfə məhkumluq həyatı yaşamışdır. Sonuncu dəfə bildiyinə görə təxminən 2 ay olar ki, azadlığa buraxılmışdır. Ülvi azadlığa çıxandan sonra bir-iki dəfə onun yaşadığı evə gəlib getmiş, yaşamaq üçün evi olmadığından bir gün onun evində qalmışdır. Ülvİ cəzaçəkmə müəssisəsindən çıxandan sonra bildiyinə görə heç bir işlə məşğul olmamışdır. Ülvi sonuncu dəfə azadlığa çıxandan sonra bir neçə dəfə onun yaşadığı evə gəlib getmişdir. O tək yaşayır, Ülvi oğurluqla məşğul olduğundan onun evində mütəmadi yaşamasına icazə verməmişdir. 02 sentyabr 2023-cü il tarixdə axşam saatlarında Ülvi ona zəng edib Qara Qarayevdə yerləşən kafelərin birinə çağırmışdır. Kafelərin birində oturub çay içmişlər, Ülvinin əlində 02 ədəd sellefan paket olmuşdur. Ülvi paketin birini açıb ona içərisində pullar olduğunu göstərib həmin pulları saxlamağı ondan xahiş etmişdir. O sellofan paketin içərisindəki ABŞ dollarları və Azərbaycan manatlarını görüb dərhal Ülvinin oğurluq etməsindən şübhələnib pulları saxlamaqdan imtina etmişdir. Ülvİ ona demiş ki, "telefonda kozino oyunu oynadım, bəxtim gətirdi, bu qədər pul qazandım”. O əvvəl bir neçə dəfə Ülvinin mobil telefonda kozino oynadığını görmüşdür, nə oynadığını soruşanda ona demiş ki, “telefonda qumar-mərc oynudu, pul qazanırsan”. Ülvi onu inandırandan sonra o Ülvidən pulları götürüb saxlamağa razı olmuş, lakin demiş ki, “amma tez götürməlisən, çox saxlamayacam”. Ülvi də ona demiş ki, “narahat olma, 1 uzağı 2 günə gəlib pulu səndən götürəcəm”. Ülvi onun yanında pulların üstündən biraz götürüb cibinə qoymuşdur. Daha sonra Ülvi ilə şəhərdə yerləşən hotellərin birində qalmışlar, səhəri günü Ülvi ona sellofan paketləri vermiş, o aparıb yaşadığı evdə saxlamışdır. Bir gündən sonra Ülvİ onun yaşadığı evə gəlmiş, pulların üstündən biraz götürüb demiş ki, “dayı gedib özümə avtomobil alıram”. Ülvi ona verdiyi sellofan paketləri evin mətbəxinin lanbirin tavanındakı işığı çıxarıb, sellofan paketləri lanbirin üstünə qoyub işığı da yerinə qoyub gizlətmiş. O Ülvidən sellofan paketləri niyə gizlətdiyini soruşanda Ülvi ona demiş ki, “sən işə gedəndə evdə heç kim olmur, evin qapısı da möhkəm qapı deyil, kimsə gəlib evdən oğurlayar”. Axşamüstü Ülvi ona zəng edib demiş ki, “dayı Toyota Prius markalı avtomobil almışam, narahat olma gəlib qalan pullan da götürüb ‘aparacam”. Bu gün, yəni, 05 sentyabr 2023-cü il tarixdə axşam saatlarında polis əməkdaşları onun yaşadığı evə gələrək Ülvi barəsində soruşmuşlar. O da Ülvi barəsində nə bilirdisə demişdir. Həmin vaxt polis əməkdaşları ona demişlər ki, “Ülvi Lökbatan qəsəbəsindəki evlərin birindən külli miqdarda pul və qızıllar oğurlayıb”. O da polis əməkdaşlarına Ülvinin onun evində pul saxladığını bildiyini, amma qızıllar görmədiyini demişdir. Daha sonra müstəntiq onun yaşadığı evə gəlib baxış keçirmişdir. O könüllü olaraq Ülvinin onun yaşadığı evdə gizlətdiyi içərisində pullar olan sellofan paketləri təqdim etmişdir. Polis əməkdaşları ona Ülvinin qızıl da oğurladığını dedikləri üçün artıq bilmiş ki, digər, içərisinə baxmadığı sellofan paketdə qızıl-zinət əşyalarını təqdim etmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid2 ibtidai istintaq zamanı göstərmişdir ki, yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Təxminən 5-6 aydır ki, Abşeron rayonu, Masazır qəsəbəsində səyyar dəllallıq fəaliyyəti ilə məşğul olur. Hazırda bir yerdə oturacağı ofisi yoxdur. Daşınmaz əmlakla bağlı almaq və ya satmaq istəyən olanda müştəri axtarıb tapır. Şahid3 onun tanışıdır, Pərviz də onun kimi səyyar alqı-satqı ilə məşğuldur. O bina, az daşınmaz əmlak alqı-satqı saytında Masazır qəsəbəsində yerləşən bir mənzilin elanını yerləşdirmişdir. Həmin evi ona Pərviz demiş, o da elanı sayta yerləşdirmişdir. Ona bir nəfər müştəri zəng edib evə baxmaq istədiyini demiş, o da bu barədə Pərvizə məlumat vermişdir. 04 sentyabr 2023-cü il tarixdə saat 15 radələrində adının sonradan Təqsirləndirilən şəxs olduğunu bildikləri şəxs ilə Masazır qəsəbəsində yerləşən evə ev sahibinin özü ilə birlikdə baxmışlar, Ülvi evdən razı qaldığını, evi almaq istədiyini demiş, həmin günü Pərvizə 500 manat evi almağı ilə bağlı beh də vermişdir. Ülvi ilə belə razılıq olmuş ki, sabahı günü Ülvi ilə əlaqə saxlanılmış, lakin zənglərə cavab verməmişdir. O Ülviyə bir neçə gün sonra dəfələrlə zəng etmiş, lakin cavab verməmişdir. Onlara bir neçə gündən sonra məlum olmuş ki, onlara müştəri qismində yaxınlaşan Təqsirləndirilən şəxs adlı müştəri oğurluq etdiyi üçün saxlanılmışdır. Həmçinin onu bildirmək istəyir ki, Təqsirləndirilən şəxs ilə evi alacağı barədə razılaşanda onlara demiş ki, “kirayələrdə qalmaqdan bezmişəm, bankdan kredit götürmüşəm, bu evi alıram”. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 ibtidai istintaq zamanı göstərmişdir ki, o, yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Özünə məxsus Khazar markalı, ** YS *** dövlət qeydiyyat nişanlı avtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur, əsasən Lökbatan qəsəbəsinin mərkəz hissəsində dayanır. 02 sentyabr 2023-cü il tarixdə saat 15:40 radələrində əvvəllər tanımadığı bir nəfər ona yaxınlaşıb demiş ki, “şəhərə neçəyə apararsan?”. O da 15 manata aparar. Həmin şəxs demiş ki, “yox baha aparırsan”. O da demiş ki, “yoxundusa, 10 manat verərsən”. Həmin cavan oğlan ona demiş ki, “12 manat verəcəm”. O da razılaşmışdır. Cavan oğlan onun avtomobilinə əyləşmiş, əlindəki 01 ədəd ağıllı mobil telefonunu avtomobilin alm şüşəsinin qarşısına atmış, 01 ədəd sellofan paketi iki ayağının ortasına yerə qoymuş, əlindəki digər balaca ölçülü mobil telefonla danışmağa başlamışdır. Telefonla kiminləsə danışaraq deyirmiş ki, “neylədiniz?, taksidəyəm, yoldayam aa, mən gəlirəm”. Lökbatan qəsəbəsində yerləşən Qaradağ şadlıq evinə çatmamış ondan mağaza soruşmuş ki, su alsın, o da demiş ki, “kiokslar var, su, siqaret satırlar, almaq istəyirsənsə burada saxlayım”. Lakin müştəri ona demiş ki, “məndə 100 manatlıqdır, onlarda xırda olmayacaq, sür gedək”. O da avtomobili üzü şəhər istiqamətində, Biləcəri qəsəbəsinə sürmüşdür. Yolda olan zaman müştəri kiminləsə danışırmış, o da müştəriyə demiş ki, “Biləcəridə ünvanı küçə ilə tapa bilməyəcəm, lazım olsa məkan atsınlar elə apara bilərəm”. Müştəri onun 055 ***-**-** saylı mobil nömrəsini telefonla danışdığı bir nəfər demiş, onun whatsapp proqramına məkan göndərmişlər, o da həmin məkanda göstərilən yol ilə getmişdir. Biləcəri qəsəbəsinin içərisində olan zaman o mağazaların birində saxlamış ki, düşüb özünə su alsın. Həmin müştəri avtomobildən düşərkən sellofan torbanı qolunda sıxaraq özü ilə aparmış, ağıllı telefonu onun avtomobilində qalmış, digər balaca telefonunu özü ilə aparmışdır. Biraz keçmiş ki, müştəri mağazadan çıxıb onu axtarmış, o da əlini avtomobilin pəncərəsindən çıxarıb səsləyərək çağırmış, müştəri avtomobilə əyləşmiş, yoluna davam etmişlər. Təxminən 100-200 metr irəlilədikdən sonra müştəri qəfl demiş ki, “telefonum qaldı mağazada, səndə kontur var, zəng edim?”. O da öz telefonunu vermiş, müştəri onun istifadəsində olan 070 843- 85-87 saylı nömrəsi ilə öz nömrəsinə zəng etmiş, lakin cavab verən olmamış və ona da demiş ki, “telefon səssizdədir, cavab verən olmayacaq, sür4mənim mağazaya”. O da geri dönüb mağazaya qayıtmışdır. Müştəri düşüb mağazaya getmiş, balaca ölçülü telefonunu götürüb yenidən avtomobilə qayıtmış, onlar məkan üzrə yollarına davam etmişlər. Biləcəri qəsbəsinin içərisində ara yollarla getmişlər, birdən müştəri demiş ki, “ünvan elə buradır, çatdıq”. Ona 20 manat verib demiş ki, “14 manat verirəm sənə, 6 manat qaytar”, o da müştəriyə 6 manat qaytarıb Lökbatan qəsəbəsinə geri qayıtmışdır. Təxminən saat 18 radələrində tanımadığı bir nömrədən zəng gəlmiş, o da cavab verib kim olduğunu soruşmuşdur. Telefon xətdindəki bir nəfər ona demiş ki, “kimsən?”. O da taksi sürücüsü Azad adlı şəxs olduğunu demiş, həmin şəxs də ona demiş ki, “Lökbatan?”. O da hə deyib təsdiqləyəndə ona demiş ki, “dayı bağışla bilmədim, yadıma düşdü, çox sağol”. Bundan sonra həmin nömrədən ona zəng gəlməmişdir. O bir neçə gündən sonra bilmiş ki, onun müştəri qismində Biləcəri qəsəbəsinə apardığı şəxs Lökbatan qəsəbəsində yerləşən mənzillərin birindən külli miqdarda oğurluq etmiş, adı da Ülvidir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid7 ibtidai istintaq zamanı göstərmişdir ki, yuxarıda göstərilən ünvanda qızı X10 ilə birlikdə yaşayır. Hazırda təqaüd alır, heç bir işlə məşğul olmur. Təqsirləndirilən şəxs onun oğludur, təxminən 2015-ci ildən Ülvi bizdən ayrılıb tək yaşamış, o da qızı Rəhimə ilə birlikdə yaşamışdır. Ülvi bir neçə dəfə məhkumluq həyatı yaşamışdır. Ülvi sonuncu dəfə vaxtından 3 ay əvvəl cəzaçəkmə müəssisəsindən azadlığa çıxmışdır. Azadlığa çıxandan onunla telefon əlaqəsi saxlamışdır. Arabir müxtəlif yerlərdə görüşüb söhbət etmiş, lakin onun harada yaşadığından məlumatı olmamış, öz yaşadığı evə gətirməmişdir. Ülvi qardaşı Mübarizin evində bir neçə gün yaşamışdır. Sonuncu dəfə 04 sentyabr 2023-cü İl tarixdə günorta saatlarında Ülvi onu Mübarizin yaşadığı evə çağırmışdır. Mübarizin yaşadığı evdə olan zaman Ülvi ona 01 ədəd sellofan torbada içərisində çoxlu sayda ABŞ dolları olan pulları göstərib ona demiş ki, “ana bu pulları qumarda qazanmışam, nə qədər istəyirsən götür”. O da Ülviyə demiş ki, “sənin pulun mənə lazım deyil, dayını da işə salacaqsan, get başqa yerdə yaşa”. Ülvi ona demiş ki, “Özümə avtomobil alacam, gedib avtomobildə qalacam”. Məhkəmədə elan edilib araşdırılmaqla cinayət işinin materiallarına əlavə olunmuş: Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 sentyabr 2023-cü il tarixli 3-16- 16/2- 9/7081/2023 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 2007ci il buraxılışlı, “Toyota Prius” markalı, mühərrik həcmi 1498 m3 olan avtomobilin 2023-cü ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 12500,00 (on iki min beş yüz) manat müəyyən olunur. Kompleks məhkəmə- kimyəvi və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 oktyabr 2023cü il tarixli 3-16-16/2-6/5307-9/7618/2023 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş məmulatların ayrı-ayrılıqda tərkibi, əyarı və digər göstəriciləri cədvəldə göstərilmişdir. Ekspertiza tədqiqatına təqdim edilən məmulatların modeli, əyarı, qaşlarının təbiəti və digər göstəriciləri nəzərə alınmaqla 2023-cü ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 18844,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri cədvəldə göstərilmişdir.

1. Qırmızımtıl-sarı rəngli, üzərində ”22K 916" damğası olan 1 ədəd boyunbağı. Qızıl, 916 əyarlı, çəkisi 27,63 qram, qiyməti 3730 manat;

2. Qırmızımtıl-sarı rəngli, üzərində ”22” damğası olan 1 ədəd boyunbağı. Qızıl, 916 əyarlı, çəkisi 18,68 qram, qiyməti 2522 manat;

3. Üzərində 199 ədəd rəngsiz şəffaf qaşları olan, sarı və gümüşü rəngli 1 ədəd qolbaq. Qolbağın kilid hissəsi qırıq vəziyyətdədir. Qızıl, 750əyarlı, çəkisi 27,92 qram. Brilyant, 1 ad. Təx. 0,123 et., 54 əd. hər biri təx 0,030 ct., 144 əd. hər biri təx 0,005 ct. Ümumi. 4/4., qiyməti 3982 manat;

4. Qırmızımtıl rəngli, üzərində qadın təsviri həkk olunmuş 1 ədəd kulon. Qızıl, 583/585 əyarlı, çəkisi 5,36 qram, qiyməti 456 manat;

5. Sarı rəngli, üzərində ”10 PYBJİE171 1899 T” və s. yazılan olan 1 ədəd pul sikkəsi. Qızıl, 900 əyarlı, çəkisi 8,56 qram, qiyməti 1250 manat;

6. Üzərində 37 ədəd rəngsiz şəffaf qaşları olan 1 ədəd üzük. Qızıl, 750 əyarlı, çəkisi 8,40 qram, Brilyant, 1 əd. təx. 0,060 ct., 36 əd., hər biri təx. 0,030 ct., ümumi 4/4. qiyməti 1311 manat;

7. Üzərində 37 ədəd rəngsiz şəffaf qaşları, həmçinin ”750 MİO” damğası olan 1 tay sırğa. Qızıl, 750 əyarlı, çəkisi 7,95 qram, Brilyant, 1 əd təx. 0,060 ct. 36 əd., hər biri təx 0,030 ct. Ümumi 4/4., qiyməti 983 manat;

8. Üzərində 5 ədəd rangsiz şəffaf, 1 ədəd yaşıl rəngli qaşı, həmçinin ”583” damğası olan 1 ədəd üzük. Bir ədəd qaş yeri boşdur. Qızıl, 583/585 əyarlı, çəkisi 4,33 qram, qaşları qiymətsiz, qiyməti 360 manat;

9. Üzərində rəngiz şəffaf və 1 ədəd göy çalarlı qaşı, həmçinin ”583” olan 1 ədəd üzük. Qızıl 583/585 əyarlı, çəkisi 4,99 qram, Rəngsiz şəffaf qaşlar qiymətsiz. 1 ədəd göy çalarlı qaş Korund qrup qaşlara aiddir. Qiyməti 450manat; Üzərində mərkəzdə '‘Heydər Əliyev”in baralyefı, kənarları boyunca “90 il X13” “AZƏRBAYCAN RESPUBLİKASİ 100 MANAT 2013” yazıları olan, sarı rəngli 1 ədəd sikkə. Sikkənin diametri 38.5 mm-dir. Qızıl 999,9 əyarlı, çəkisi 31,26 qram, qiyməti 3800 manat. Ambulator məhkəmə-psixiatrik ekspertizası təyin edilərək rəy alınmışdır. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 3432 saylı rəyindən görünür ki, Məhkəmə-psixatrik ekspertiza üzrə motivləşdirici hissə: Təqsirləndirilən şəxs hal-hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Yekun hissəsi. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Onun bu ifadələri məhkəmədə dindirilmiş zərərçkmiş şəxslərin, şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri, maddi sübutlarla və işin faktiki halları ilə öz təsdiqini tapdı. Bu səbəbdən də məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlinin onun tərəfindən anlaqlı vəziyyətdə qəsdən törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlib onun əməllərinin Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə tövsif olunmasını əsaslı sayır və onun ifadələrindəki ziddiyyətləri güman etdiyi cəzanı azaltmaq cəhdi kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilinib onun bu əməllərə görə həmin maddədə nəzərdə tutulan qaydada cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməllərin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı məhkəmə-əmtəəşünaslıq məhkəmə ekspertizasının keçirilməsinə 178 (yüz yetmiş səkkiz) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləğin Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsini əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs göstərmiş olduğu hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Güvən” Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 420 (dörd yüz iyirmi) manat Azərbaycan Respublikası Vəkillər X5 və Tədris Mərkəzinin hesabına ödənilməli olması müəyyən olundu. Məhkəmə həmin məbləğin dövlət büdcəsi hesabına ödənilməsini təmin edib Təqsirləndirilən şəxs müdafiə xərcindən azad olunmasını əsaslı sayır. İş üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 mənzilindən oğurladığı pul ilə Toyota Prius markalı, 99- UT-157 dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə avtomobil 12500,00 manat dəyərləndirilmişdir. Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs1 məxsus pul ilə Toyota Prius markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobili aldığı üçün avtomobil iş üzrə maddi sübut kimi tanınmış və maddi sübutun saxlanılması üçün Zərərçəkmiş şəxs1 qaytarılmışdır. Zərərçəkmiş şəxs1 məxsus mənzildən üzərində ”22K 916" damğası olan 1 ədəd qızıl boyunbağı, üzərində "22” damğası olan 1 ədəd qızıl boyunbağı, üzərində 199 ədəd rəngsiz şəffaf qaşları olan, sarı və gümüşü rəngli 1 ədəd qızıl qolbaq, üzərində qadın təsviri həkk olunmuş 1 ədəd qızıl kulon, üzərində ”10 PYBJİE171 1899 T” və s. yazıları olan 1 ədəd qızıl pul sikkəsi, üzərində 37 ədəd rəngsiz şəffaf qaşları olan 1 ədəd qızıl üzük, üzərində 37 ədəd rəngsiz şəffaf qaşları, həmçinin ”750 MK)” damğası olan 1 tay qızıl sırğa, üzərində 5 ədəd rangsiz şəffaf, 1 ədəd yaşıl rəngli qaşı, həmçinin "583” damğası olan 1 ədəd qızıl üzük, üzərində rəngiz şəffaf və 1 ədəd göy çalarlı qaşı, həmçinin ”583” olan 1 ədəd qızıl üzük, üzərində mərkəzdə “Heydər Əliyev”in baralyefı, kənarları boyunca “90 il X13” “AZƏRBAYCAN RESPUBLİKASİ 100 MANAT 2013” yazıları olan, sarı rəngli 1 ədəd qızıl sikkə iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs1 qaytarılmışdır. Məhkəmə iş üzrə maddi sübutların taleyi ilə bağlı məsələni həll edərkən həmin halların nəzərə alınmasını əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs 06 sentyabr 2023-cü il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulması, 08 sentyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilib barəsində qətimkan tədbiri qismində həbs seçilib hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu.Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən həmin halı nəzərə alır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nizami rayon məhkəməsinin 14 oktyabr 2021ci il tarixli hökmü ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndi tətbiq edilməklə cəzası 02 (iki) 06 (altı) aya endirilmiş, Nizami rayon məhkəməsinin 07 iyul 2023-cü il tarixli qərarı ilə cəzanın çəkilməmiş hissəsindən 03 ay vaxtından əvvəl şərti azad olunmuşdur. Məhkəmədə, Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal kimi cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanı qismən ödəməsi və həm ibtidai istintaq zamanı, həm də məhkəmədə cinayətin törədilmə üsulu, şəraiti, halları barədə etiraf edici ifadələr verərək cinayətin açılmasında fəal iştirak etməsi müəyyən olundu. Məhkəmədə, Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal kimi cinayətlərin residivi müəyyən olundu. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini cəzadan vaxtından əvvəl şərti azad olunduğu və cəzasını şərti olaraq çəkdiyi dövrdə, yəni törətməsi qənaətinə gəlməsi səbəbindən Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinin tələblərinə əsasən onun vaxtından əvvəl şərti azad olunduğu 03 ay azadlıqdan məhrumetmə cəzasının Azərbaycan Respublikası CM-nin 67-ci maddəsinin tələblərinə əsasən ona təyin edilmiş cəza ilə qismən toplanılmasını əsaslı sayır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayətlər törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə,

hökmetdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Nizami rayon məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli hökmü ilə təyin olunmuş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 67-ci maddəsinin tələblərinə əsasən ona təyin olunmuş cəza ilə qismən toplansın və ona qəti olaraq 07 (yeddi) il 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 06 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Dövlət büdcəsi hesabına məhkəmə kimyəvi ekspertizasının keçirilməsinə sərf olunmuş 178 (yüz yetmiş səkkiz) manat vəsait Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Həmin məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərmiş olduğu hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 420 (dörd yüz iyirmi) manat Azərbaycan Respublikası Vəkillər X5 və Tədris Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs müdafiə xərcindən azad olunsun. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd 3800 manat dəyərində üzərində mərkəzdə “Heydər Əliyev”in baralyefı, kənarları boyunca “90 il X13” “AZƏRBAYCAN RESPUBLİKASİ 100 MANAT 2013” yazıları olan, sarı rəngli qızıl sikkə, üzərində ”22K 916" damğası olan bir ədəd qızıl boyunbağı, üzərində 199 ədəd rəngsiz şəffaf qaşları olan sarı və gümüşü rəngli 01 ədəd qızıl qolbaq, üzərində qadın təsviri həkk olunmuş 01 ədəd qızıl kulon, , üzərində "10 PYBJİE171 1899 T” və s. yazıları olan 01 ədəd qızıl pul sikkəsi, üzərində 37 ədəd qaşları, həmçinin, "750 MİO” damğası olan 01 tay qızıl sırğa, üzərində 05 ədəd rəngsiz şəffaf və 01 ədəd yaşıl rəngli qaşı, həmçinin “583” damğası olan 01 ədəd qızıl üzük, üzərində rəngsiz şəffaf və 01 ədəd göy çalarlı qaşı, həmçinin, “583” damğası olan 01 ədəd qızıl üzük, həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus pulla aldığı 01 ədəd **-UT-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomonilin saxlanılması üçün sahibinə-Zərərçəkmiş şəxs1 verilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Novruz Kərimov

Hakimlər: Rasim Sadıxov

Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar