Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1324/2025 20.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, hakimlər Məmmədov Fəxri Afiq oğlu və Kamranov Hafiz Eldar oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi 4, 649 qram çəkidə psixotrop maddə metamfetamini üzərində, 1271,86 qram çəkidə narkotik vasitə heroini və 1510,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı avtomobilində saxlayıb daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4- 1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.
İşin faktiki halları
2. Təqsirləndirilən şəxs tamah niyyəti və satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən qanunsuz olaraq əldə etdiyi külli miqdarda 4,649 qram çəkidə psixotrop maddə olan metamfetamini üzərində, xüsusilə külli miqdarda 1271,86 qram çəkidə narkotik vasitə olan heroini və külli miqdarda 1510,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı “nəqliyyat vasitələrindən istifadə edilməsinə dair" etibarnamə əsasında idarə etdiyi "Lexus" markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilində daşımaqla saxlamış, Bakı şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının realizəsi əsasında Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 04 fevral 2025-ci il tarixdə, saat 13:45 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılaraq idarə etdiyi avtomobili ilə birlikdə ünvan 3 ünvanında yerləşən Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin inzibati binasına gətirildikdən sonra orada xidməti otaqların birində saat 14:50-də onun üzərinə videoçəkilişlə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əynində olan qəhvəyi rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd sellofan paketin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,940 qram, digər iki ədəd tökülmüş olan bükümün ümumi təmiz çəkisi 3,709 qram, ümumilikdə təmiz çəkisi 4,649 qram ağ rəngli kristalik maddələr bir-biri ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, daha sonra əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə saat 15:30da Səbail Rayon Polis İdarəsinin inzibatı binasının həyətində onun idarə etdiyi '’Lexus" markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkilişlə baxış keçirilən zaman avtomobilin salonundakı sürücü oturacağının ayaq alt hissəsindən bir ədəd bükümdə təmiz çəkisi 1.860 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, avtomobilin yük yerindəki ehtiyat təkərin yanında qoyulmuş qara rəngli sellofan bağlamada təmiz çəkisi 1270,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış xüsusilə külli miqdarda narkotik vasitə heroin, bir ədəd qara rəngli sellofan bağlamada olan 03 (üç) ədəd qara rəngli sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 260,0 qram, 515,0 qram, 735,0 qram, ümumi çəkisi 1510,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməklə müvafiq rəsmiləşdirmə aparılmışdır.
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Suca adlı şəxsin Səbail rayonunun inzibati ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə bildirilmişdir (cild 1, iş vərəqi 5).
4. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Suca adlı şəxsin Səbail rayonunun inzibati ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması, külli miqdarda narkotik vasitələrin paylaşdırılması barədə Səbail RPİ-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır (cild 1, iş vərəqi 7-8).
5. Şəxsi axtarış və götürmə aparılması haqqında tərtib olunmuş xx.xx.2025-ci il tarixli protokol, CD markalı disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə tərtib olunmuş xx.xx.2025-ci il tarixli protokol və ona əlavə olunmuş diskdən görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qəhvəyi rəngli gödəkçəsinin sol yan cibindən üç ədəd şəffaf sellofana bükülmüş bükülünü təqdim edərək, həmin bükümdəki maddənin “metamfetamin” kimi tanınan narkotik vasitə olduğunu, özünün ara-sıra əlinə düşəndə istifadə etdiyini və həmin narkotik vasitəni Rza adlı İran vətəndaşından Badamdar qəsəbəsi, Daş Karxatası adlanan ərazidə Whatsapp ani mesajlaşma tətbiqi vasitəsi ilə göstərdiyi məkandan 10.000 manat müqabilində şəxsi istifadəsi üçün əldə edərək, üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş üç ədəd şəffaf sellafana bükülmüş kristal şəkilli, spesifik iyə malik olan maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 51 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan başqa, nəqliyyat vasitəsinin açarının və istifadə etdiyi içərisində +**********84 saylı mobil nömrəsi olan “iPhone 13 Pro” markalı mobil telefonu təqdim etmişdir. Şübhəli şəxsdən üzərində olan qanunla qadağan edilmiş əşyanın başqa yerdə saxlayıb-saxlamadığını soruşduqda, idarə etdiyi nəqliyyat vasitəsində olduğunu bildirmişdir (cild 1, iş vərəqi 32-34, 96-97).
6. Avto nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında tərtib olunmuş xx.xx.2025-ci il tarixli protokol, CD markalı disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə tərtib olunmuş xx.xx.2025-ci il tarixli protokol və ona əlavə olunmuş diskdən görünür ki, Təqsirləndirilən şəxs avtomobilində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi **-HL-*** dövlət qeydiyyat nişanİı “Lexus” markalı dövlət qeydiyyat nişanlı avtomobilin yanına gəlmişlər. Təqsirləndirilən şəxs həmin nəqliyyat vasitəsinə aid olan açarla nəqliyyat vasitəsinin qapılarının kilidini açmış, həmin vaxt proses iştirakçıları tərəfindən ilk öncə yük yerinə daha sonra ön sol yan qapısı açılaraq salonda olan saxlanc yerlərinə, daha sonra arxa oturacaqların üzərinə eyni zamanda ön oturacaqların arxa hissəsində olan saxlanc yerlərinə baxış keçirilən zaman qanunla qadağan edilə biləcək sürücü oturacağının ayaq altı hissəsindən aşkar edilmiş 01 ədəd şəffaf sellofana bükülmüş bükülünün içərisində qəhvəyi rəngli spesifik iyə malik heroinə bənzər maddə və həmin avtomobilin yük yerindən 01 ədəd qara sellofana bükülmüş bağlamanın içərisində yaşımtıl rəngli ota bənzər maddə və 01 ədəd qara sellofana bükülmüş bağlamanın içərisində qəhvəyi rəngli spesifik iyə məxsus heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqi 38-40, 98).
7. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 7/229 saylı rəyində aşağıdakılar göstərilmişdir: Tədqiqata təqdim edilmiş bir ədəd qara rəngli sellofan bağlamda olan 03 (üç) ədəd qara rəngli sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 260,0 qram,515,0 qram,735,0 qram, ümumi çəkisi 1510,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manat təşkil edir (cild 1, iş vərəqi 50-54).
8. Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 6/488 saylı rəyində aşağıdakılar göstərilmişdir: Tədqiqata təqdim edilmiş, iki ədəd kağız paketdə və bir ədəd qara rəngli sellofan bağlamada və həmin bağlamanın üzərinə yapışqan lentlə bağlanmış bir ədəd qara rəngli bağlamada olan; -üzərində “Təqsirləndirilən şəxs..” sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 1,860 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. -üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №51” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs..” sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketdə bir ədəd sellofan paketin içərisində bir bükümdə təmiz çəkisi 0,940 qram, digər iki ədəd tökülmüş olan bükümün ümumi təmiz çəkisi 3,709 qram, ümumilikdə təmiz çəkisi 4,649 qram ağ rəngli kristallik maddələr bir-biri ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. - üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №51” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs..” sözləri, soyad və imzalar qeyd edilmiş qara rəngli bağlamada təmiz çəkisi 1270,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 1,860 qram olan tünd qəhvəyi rəngli maddə ilə təmiz çəkisi 1270,0 qram olan qəhvəyi rəngli maddə bir-biri ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə fərqlidirlər. Metamfetamin 2005-cı il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən prsıxotrop maddələn”-in siyahısına ( Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına ( Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 1, iş vərəqi 56-61).
9. “iPhone 13Pro” markalı mobil telefona baxış keçirilməsi haqqında tərtib olunmuş xx.xx.2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd qara rəngli “iPhone 13Pro” markalı mobil telefona baxış keçirilən zaman mobil telefonun qalereya hissəsində özünün video görüntüsü zamanı: “salam-meleykim mən Rza qardaşdan yarım kilo daş, kakoz götürəcəm əgər mən ona xəyanət eləsəm, malını atsam və nə isə eləsəm söyüş səsləri qeydə alınmışdır (cild 1, iş vərəqi 123-124)
10. "xxxx" MMC-dən ələ keçirilərək götürülmüş CD disk elektron maqnit daşıyıcısında olan məlumatlara baxış keçirmə haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, “Azərfon" MMC-dən götürülmüş CD formatındakı disk məlumatlarına baxış keçirilən zaman müəyyən edilmişdir ki, ***-***-**-** mobil telefon nömrəsi Təqsirləndirilən şəxs istifadəsində olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən 04 fevral 2025-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində olması müəyyən edilmişdir (cild 1, iş vərəqi 165-197).
11. "xxxx" MMC-dən ələ keçirilərək götürülmüş CD disk elektron maqnit daşıyıcısında olan məlumatlara baxış keçirmə haqqında protokoldan görünür ki, ***-***-**- ** mobil telefon nömrəsi Təqsirləndirilən şəxs istifadəsində olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən 04 fevral 2025-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində olması müəyyən edilmişdir (cild 1, iş vərəqi 167).
12. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1450 №-li rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır (cild 1, iş vərəqi 198-199).
13. Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1023 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğlunda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman yüksək ruhi həyəcan (affekt) vəziyyətdə olmamışdır (cild 1, iş vərəqi 200-203).
14. Əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarla, sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarla şəxsi axtarış və götürmə aparılmasına dair video görüntülər olan bir ədəd CD disk, avtomobildə baxış və götürmə aparılmasına dair video görüntülər olan bir ədəd CD disk, “iPhone 13Pro” markalı mobil telefondan götürülmüş Təqsirləndirilən şəxs səs yazısı olan bir ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş telefon danışıqlarına dair məlumatları özündə əks etdirən bir ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, bir ədəd “iPhone 13Pro” markalı mobil telefon, təmiz çəkisi 4,649 qram ağ rəngli kristalik maddələr kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindən, tədqiqatdan sonra sərf edilmiş-0,1 qram, qalıq 4,549 qram psixotrop maddə-metamfetamin, təmiz çəkiləri 1.271,86 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindən, tədqiqatdan sonra sərf edilmiş-0,1 qram, qalıq 1271,76 qram narkotik vasitə heroin və ümumi çəkisi 1.510,0 qram bitki mənşəli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadan, tədqiqatdan sonra sərf edilmiş-0,15 qram (hər bir obyektdən 0,05 qram) qalıq 1509,85 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Səbail RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir (cild 1, iş vərəqi 131-132, 204-219).
15. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi materiallarından İran İslam Respublikası vətəndaşı “Rza” adlı şəxs barəsində CM-in 234.4-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 221-222).
16. 30.04.2025-ci il tarixli üzləşdirmə protokollarından görünür ki, şahidlər Şahid3 və Şahid2 İnqlab oğlu ifadələrində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişlər (cild 1, iş vərəqi 244-253).
17. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 İnqlab oğlu ifadəsində göstərmişdir ki, hadisə 04 fevral tarixində baş vermişdir. Onlara Təqsirləndirilən şəxs narkotik vasitəsinin dövriyyəsi ilə qanunsuz məşğul olması barədə məlumat daxil olmuşdur. Baş əməliyyat müvəkkil Şahid1 tərəfindən raportla rəhbərliyə məruzə olunmuş, icazə alındıqdan sonra həmin gün ərzində 13.00-dan 13.45-dək olan müddət ərzində Təqsirləndirilən şəxs Badamdar qəsəbəsi, Ələddin Ağakişiyev 12 ünvan tərəfdə olduğu məlum olmuşdur. Rəhbərliyə bu barədə məlumat verilib, şöbə rəisi Qafar Şərifovun rəhbərliyi altında Şahid1la birlikdə həmin ünvana getmişlər və orda 77- HL-966 nömrəli “Lexus” markalı maşın aşkar etmişlər. Maşına yaxınlaşan zaman Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Onlar Təqsirləndirilən şəxs narkotik vasitəsinin dövriyyəsi ilə bağlı onlara daxil olan məlumat olduğunu bildirmişlər və sonuncunu polis idarəsinə dəvət etmişlər. Dəvət olunduqdan sonra rəhbərliyə raportla təhqiqat aparılması üçün məruzə olunmuşdur. Daha sonra təhqiqatçının və vəkilin iştirakı videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs özü qəhvəyi rəngdə gödəkçənin sol yan cibində olan 3 ədəd şəffaf bükümləri təqdim edərək bildirmişdir ki, metamfetamindir. Sonra üzərindən maşının açarı, şəxsiyyət vəsiqəsi və kart aşkar olunmuşdur. Daha sonra maşında da narkotik vasitənin olduğunu bildirmişdir. Maşına da baxış keçirilən zaman ilk öncə sürücü tərəfindən ayağının altından bir ədəd bağlama aşkar olunmuşdur. Həmin bağlamada ağ rəngə bənzər maddə olmuş və baqaj hissəsində qara bağlama aşkar olunmuşdur, həmin bağlamada yaşıl rəngdə marixuanaya bənzər maddə və heroinə bənzər maddə aşkar olunmuşdur. O, suallara cavab olaraq bildirmişdir ki, məlumat Şahid1 daxil olmuşdur. Avtomobili müəyyən etmişlər, yaxınlaşıb şəxsiyyətini dəqiqləşdirən zaman Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Videoçəkilişi yerində aparmamışlar, onlarda məlumat olduğunu bildirmiş və polis idarəsinə dəvət etmişlər. Videoçəkilişi yerində aparmağa şərait olmamışdır. Saxladıqları yer dar küçə idi, bir gedişli yol idi, gəliş-gediş yolu olduğuna görə yerində çəkiliş aparmaq mümkün olmadığına görə idarəyə dəvət etmişlər. İdarədə üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. O, özü də iştirak etmişdir. Hər hansı zorakılığa yol verilməmişdir. Əməliyyat qrupu nahar fasiləsi olan müddət ərzində yaradılmışdır. Ona deyilməmişdir, rəhbərliyə məlumat verilmiş, raportla, məruzə olunandan sonra qrup yaradılmışdır. Şöbə rəisi rəhbərliyi altında Şahid1 tapşırılmışdır. Qrupda Şahid1, o, bir də Şahid3 olmuşdur. Başqa heç kim olmamışdır. Nazim təhqiqatçı olmuşdur. Təxminən saat 11-12 arası olardı. Ondan sonra idarədə olmuşlar, məlumat daxil olandan sonra isə Ələddin Ağakişiyev küçəsinə getmişlər. Ora saat 13.00-dan 13:45 arası getmişlər. Maşına yaxınlaşan zaman Təqsirləndirilən şəxs maşının içində olduğunu görmüşlər. Təqsirləndirilən şəxs tək olmuşdur. Əynində göy cins şalvar, qəhvəyi rəngdə “zamuş” nazik gödəkçə olmuşdur. O, mülki formada olmuşdur. Həmin gün ərzində demək olar ki, polis idarəsində, bir də Badamdar qəsəbəsində olmuşdur. Ələddin Ağakişiyev küçəsi polis idarəsinə yaxındır. Təqsirləndirilən şəxs saxlayanda onlar üç nəfər olmuşlar. Təqsirləndirilən şəxs əlinə qandal vurmamışlar. Sonuncunu polis idarəsinə öz nəqliyyat vasitəsi ilə, onlar da bir maşında olmuşlar, bir-birilərinin arxasınca getmişlər. O, xidmət maşınında olmuşdur. Onunla xidməti maşında Şahid1 olmuşdur. Onlar üç nəfər olmuşlar, bir əməkdaşları da şəxsin maşınında getmişdir. Təqsirləndirilən şəxs maşınını onların əməkdaşı sürürdü. Onlar Təqsirləndirilən şəxs orda ittiham elan etməmişlər, onlar sonuncuya məlumatın olduğunu demişlər, məlumatı yoxlamaq üçün idarəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs müqavimət göstərməmişdir. Həmin vaxtı o, öz telefonunu istifadə edirdi. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, o, mhkəmə iclasında göstərilən şəkildəki yerdə deyildi. Şəkildə olan əməkdaşı tanımır. Şəkillərdəki də o, deyil. Üzərində mobil telefon olmuşdur. Həmin gün o, dediyi ərazidə olmuşdur. Videoda olan şəxslərdən heç birini tanımır, ibtidai istintaq zamanı verdiyi ifadəsini də təsdiq edir. Onun tərəfindən təqsirləndirilən şəxsə qarşı fiziki təsir olmamışdır.
18. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, onlara Təqsirləndirilən şəxs narkotik vasitəsinin dövriyyəsi ilə qanunsuz məşğul olması barədə əməkdaşları Şahid1 məlumat daxil olmuşdur. O, Şahid2, Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Onlar Badamdar qəsəbəsi, Ələddin Ağakişiyev ünvanına getmişlər. Şəxs özü “Lexus” markalı maşını idarə edirdi. Təqsirləndirilən şəxs yaxınlaşmış, idarəyə dəvət etmiş, idarəyə gətirilmiş, təhqiqatçının yanında üzərinə baxış keçirilmişdir. Üzərindən narkotik vasitə olan metamfetamin və heroin aşkar olunmuşdur. Videoçəkiliş zamanı özü maşınında olan narkotik vasitənin olduğunu bildirmişdir. Maşına baxış keçirilmiş, marixuana və heroin aşkar olunmuşdur. Marixuana maşının baqaj hissəsində aşkar olunmuşdur, heroinin isə sürücü tərəfindən ayaq altında aşkar olunmuşdur. Hamısı protokollaşdırılmış, qeydiyyata alınmışdır. O, suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı Şahid1 daxil olmuşdur. Gündüz vaxtları olmuş, dəqiq saatı xatırlamır. Üzərində şəxsi axtarışı polis idarəsində təhqiqatçının yanında videogörüntü ilə aparılmış, vəkili də iştirak etmişdir. Şahid1 göstərişi ilə Təqsirləndirilən şəxs üzərinə idarədə baxış keçirilmişdir. Əməliyyatda tərkibdə o, Şahid2 və Şahid1 olmuşlar. Şərifov Qafar onların cinayət-axtarış şöbəsinin rəisidir, özü iştirak etmir, amma sonuncunun rəhbərliyi altında əməliyyat tədbiri olmuşdur. Q.Şərifovun hər şeydən məlumatı olmuşdur. Şəxsin saxlanmasında olmamışdır. O, həmin gün idarədə olmuşdur, məlumat daxil olmuş, əraziyə çıxmışlar. Həmin vaxta qədər idarədə olmuşdur, sonra əraziyə getmişlər. Yaxınlaşanda şəxs maşının yanında dayanmışdır. Təqsirləndirilən şəxs tək özü olmuşdur. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş, idarəyə dəvət etmişlər, sonuncu onlarla gəlmişdir. İdarəyə xidməti maşında Xəzər idi, onunla getmişlər, şəxsin öz maşınında əməkdaşları olmuşdur. Yadında deyil hansı əməkdaşları olub. Həmin vaxtı üzərində mobil telefon olmamış, istifadə etməmişdir. Kimin nömrəsi olduğundan məlumatı yoxdur. Xırda nüanslar, yəni şəxsin maşında olması, içəridə olması, ola bilər onun yadında qalmasın. Şəxsin üzərində narkotik vasitə aşkar olunanda orda olmuşdur, təhqiqat çəkilişində var. Həmin gün o, Nizami rayonunda olmamış, onun xidmət etdiyi Səbail Rayon Polis İdarəsidir. Əgər şəxs rəsmi axtarışla verilsə, onlar həmin rayonun polis əməkdaşları ilə tədbirdə iştirak edə bilərlər. Təqsirləndirilən şəxs onlar Badamdardan götürmüşlər. Məhkəmə iclasında nümayiş olunan şəkildəki şəxs o, deyil. Videogörüntüdəki şəxs o, deyil. Videogörüntüdə olan mülki şəxsləri o, tanımır. Onun tərəfindən təqsirləndirilən şəxsə qarşı fiziki təsirlər olmamışdır. Q.Şərifov onların şöbə rəisidir. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir.
19. Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 04 fevral 2025-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə, Bakı şəhəri Səbail rayon inzibati ərazisində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat barədə dərhal tərəfindən raport əsasında onun vasitəilə Səbail RPİ-nin rəhbərliyinə məruzə edilərək məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat qrupu yaradılmaqla əməliyyat tədbirinin keçirilməsinə icazə verilməsini xahiş etmişdir. Həmin məlumatla əlaqədar əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən ona həvalə edilərək Cinayət Axtarış Şöbəsinin rəsi polis mayoru Qafar Şərifovun rəhbərliyi altında, ondan, həmin İdarənin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 və Cinayət Axtarış üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 İnqlab oğlundan ibarət əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı o, Səbail RPİ-nin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid3la və həmin İdarənin Cinayət Axtarış şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 ilə birlikdə, 04 fevral 2025-ci il tarixdə, saat 13:00 radələrindən, həmin tarixdə, saat 13:45 radələrinədək əməliyyat məlumatında bildirilən Təqsirləndirilən şəxs ünvan 5 ünvanın qarşısında idarə etdiyi “Lexus” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobillə dayandığını müəyyən edərək dərhal yaxınlaşıb onu saxlamışlar. Bundan sonra həmin şəxsi saxlayıb, onun şəxsiyyəti ilə maraqlandıqda müəyyən olunmuşdur ki, həqiqətən də 11 yanvar 1995-ci ildə Bakı şəhərində anadan olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxsdur. Bundan sonra Təqsirləndirilən şəxs saxlayarkən özlərini təqdim edərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə məlumatlarının olduğunu bildirərək onu Səbail RPİ-nə getməsini təklif etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs razılışaraq onlarla birlikdə oradan Səbail RPİ-nə gəlmişlər. Bundan sonra Təqsirləndirilən şəxs saxlanılaraq Səbail RPİ-nə gətirilməsi barədə dərhal raport əsasında rəhbərliyə məruzə edilmiş və rəhbərlik tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi İdarənin TŞ-nin baş təhqiqatçısı polis baş leytenantı Nazim Müzəffərliyə həvalə olunmuşdur. Bununla bağlı, baş təhqiqatçı N.Müzəffərlidə öz növbəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl ona müdafiəçi seçmək hüququ izah edilərək vəkillərinin siyahılarını onlara təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməkdən ötru Bakı şəhəri 3 saylı vəkil burosunun vəkili X2 tərəfindən dövlət büdcəsi hesabına müdafiə olunmasını istədiyindən baş təhqiqatçı Nazim Müzəffərli vəkil Səyyarə Əliyevanı polis İdarəsinə dəvət etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs 04 fevral 2025-cı il tarixdə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş, bundan sonra video yazan texniki vasitə olan mobil telefon aparatından istifadə edilərək çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirməyə başlayarkən ona təklif olunmuşdur ki, əgər üzərində qanunsuz saxladığı əşyalar və ya bilavasitə narkotik vasitə varsa, onda könüllü çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs həmin təklifi qəbul edərək özü əynindəki qəhvəyi rəngli gödəkçəsinin sol yan cibindən üç ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükümləri çıxararaq masanın üzərinə qoymuş, həmin bükülünün içərisində nə olduğunu sorşuduqda Təqsirləndirilən şəxs üç ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükümlərin içərisində olan psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Daha sonra həmin gödəkçəsinin sol yan cibindən üç ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükümlər açıldıqda içərisində qəhvəyi rəngli toz şəkilli maddəyə oxşar maddələr olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı Rza adlı şəxsdən Badamdar qəsəbəsi Daş Karxatası adlanan ərazidə Whatsapp ani mesajlaşma tətbiqi vasitəsi ilə göstərdiyi məkandan 10.000 manat müqabilində şəxsi istifadəsi üçün əldə edərək, üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs nəqliyyat vasitəsinin açarının və istifadə etdiyi içərisində +**********84 saylı mobil nömrəsi olan “iPhone 13 Pro” markalı mobil telefonu təqdim edərək idarə etdiyi nəqliyyat vasitəsində narkotik vasitələrinin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, ilk öncə ondan əynində olan qara rəngli gödəkçəsinin yan ciblərinə və gödəkçənin üst döş ciblərinə və iç qoltuq ciblərinə baxıldı, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərildi və həmin zərflərin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra üzərindən aşkar edilən üç ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükümlər açıldıqda içərisində qəhvəyi rəngli toz şəkilli maddəyə oxşar maddələr zərfə qoyulmuş, zərfin üzəri Səbail RPİ-nin zərflər üçün nəzərdə tutulmuş 51 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Eyni zamanda bir ədəd mobil telefon istintaqa təhvil verilməsindən ötrü götürülmüşdür. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmış, videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmuş və vəsatət qaldırılmamışdır. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs özünün razılığı və proses iştirakçıları ilə birlikdə Bakı şəhəri Səbail RPİ-nin inzibati binasının həyətində Təqsirləndirilən şəxs həmin idarə etdiyi “Lexus” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid olan açarla nəqliyyat vasitəsinin qapıların kilidini ilk öncə yük yerinə daha sonra ön sol yan qapısı açılaraq salonda olan saxlanc yerlərinə, daha sonra arxa oturacaqların üzərinə eyni zamanda ön oturacaqların arxa hissəsində olan saxlanc yerlərinə baxış keçirilən zaman sürücü oturacağının ayaq altı hissəsindən 01 ədəd şəffaf sellofana bükülmüş bükülünün təqdim edərək və həmin bükülmüş bükülünün içərisində qəhvəyi rəngli heroinə bənzər maddə, bundan sonra həmin avtomobilin yük yerindən 01 ədəd qara sellofana bükülmüş bağlamanın içərisində yaşımtıl rəngli ota bənzər maddə və 01 ədəd qara sellofana bükülmüş bağlamanın içərisində qəhvəyi rəngli heroinə bənzər maddə aşkar edilərək götürülmüş, qeyd olunan narkotik vasitələrə bənzər maddələr, ayrı-ayrılıqda sellofan torbaya qoyularaq cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qoyularaq qablaşdırılmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 51 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. O da axtarışda iştirak edərək, bütün şəxslər kimi həmin protokolu öz imzası ilə təsdiq etmişdir. Həmçinin avtomobilə axtarış və götürmə aparılarkən videoyazan texniki vasitə olan telefon vasitəsilə çəkilmiş görüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni satan şəxsi və onun narkotik vasitəni əldə etməsi barədə əməliyyat axtarış tədbirləri davam etdirilir.
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü və məhkəmə istintaqı zamanı həmin dəlillərin araşdırılması nəticəsində toplanmış sübutlar aşağıdakılardır:
20. Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, 4 fevral 2025-ci il tarixində Əhmədli ərazisində hoteldə qalmışdır. Neftçilər metrosu yaxınlığında lombard olmuşdur. Lombardda «Apple» markalı saatı olmuşdur, 1 gün qabaq pulu ödəmiş, səhər saat 11-12 radələrində saatını götürməyə getmişdir. İçəri daxil olmuş və saatı hazırlamalarını bildirmiş və çölə çıxmışdır. 6-7 nəfər polis əməkdaşı yaxınlaşmış, 2-si maskalı olmuşdur. Əllərini qandallayıb qara rəngli Cip markalı avtomobilə mindirmiş və başına qara kisə keçirtmişlər. Yol boyu boynuna, başına, belinə zərbələr endirmişlər, onu təhqir etmişlər. Onu Səbail rayonuna aparmışlar. Ona demişlər ki, maşınından narkotik vasitə çıxacaq, videoda sənin olduğunu deməlisən. Onu atası, qardaşı və başı bağlı olanları ilə hədələmişlər. İşinə CM-in 234.1-ci maddəsi ilə başladıqlarını göstərmişlər. Onun psixoloji problemləri var, dərman istifadə edir. Həmin dərmanlara görə boynuna almalı olduğunu bildirmişlər. Onu videoya çəkmişlər. Video çəkilən yerdə əməliyyat çəkilişi yoxdur. Maşınının saxlanc yerinin sol tərəfindən narkotik vasitələr çıxmışdır. İttiham aktında onun Ələddin Ağakişiyev küçəsində olduğu, daha sonra polis əməkdaşlarının ona yaxınlaşdığı, idarədə narkotik vasitəni onun verdiyi qeyd olunmuşdur. O, həmin vaxt Neftçilər metrosu yaxınlığında olmuşdur. Tutulduğu vaxt telefonunu Səbail rayonu ərazisində gəzdirmişlər. Saat 11:35 radələrində Neftçilər metrosu yaxınlığında tutulmuşdur. Neftçilərdən Səbail rayonuna getmişdir. O, 8 ildən 15 ilə kimi azadlıqdan məhrum edəcəklərini bilmirdi. Ona 2.800 qramdan çox olmadığını, uzağı «qandalla» yekunlaşacağını bildirmişlər. MSY-ə düşəndə ona nə qədər iş verəcəklərini öyrənmişdir. Prokurorluqda prokurora baş verənləri demişdir, sonuncu isə ona qulaq asmamışdır. Səbail Rayon Məhkəməsində də narkotik vasitəsinin ona aid olmadığını bildirmişdir. Ona 4 ay qabaq Daş karxanasından bu narkotik vasitəni 10.000 manata aldığını demişlər. O malın öz dəyərinin 100-150 min manat olduğunu sonra öyrənmişdir. Narkotik vasitə satmır, istifadə etmir. Bakı İstintaq Təcridxanasında həkim ondan narkotik vasitə istifadə edib-etmədiyini soruşmuşdur. O, istifadə etmədiyini bildirmiş, sonuncu da məcburi müalicəyə ehtiyacı olduğunu yazmışdır. İttiham aktında isə onun İran vətəndaşı ilə əlaqədə olduğu qeyd olunmuşdur. O, günahsız tutulmuşdur. O, suallara cavab olaraq bildirmişdir ki, tutulduğu vaxt narkotik vasitədən istifadə etmirdi, dərman atırdı. Narkoloji müalicədə olmamış, amma narkotik vasitələrdən istifadə ilə bağlı qeydiyyatı var və Səbail Rayon Məhkəməsində bununla bağlı ona 300 manat cərimə cəzası verilmişdir. Lirika adlı dərmandan istifadə edirdi. Ona Neftçilər metrosu yaxınlığında yaxınlaşmışlar. Avtomobilindən aralıda, lombardın qarşısında dayanmışdır. Onu Səbail RPİ-yə aparmışlar, üzərində axtarış aparmamışlar. Gödəkçənin sol cibinə metamfetamin qoymuşlar, çəkiliş zamanı çıxarıb onun olduğunu deməyini tələb etmişlər. İstintaqda müstəntiqin yanında narkotik vasitənin ona aid olmadığını yazmışdır. Onu hədələdiklərinə görə yalnız video çəkiliş zamanı üzərinə götürmüşdür. Məhkəmədə də ona aid olmadığını bildirmişdir, amma ərizə yazmamışdır. Atasının, qardaşının şəxsi məlumatlarını telefonda ona göstərdikləri üçün Neftçilər metrostasiyası yaxınlığından onu cinayətkar kimi oğurlayan adamlardan evdəkilərini dünəndən oğurlaya biləcəklərini fikirləşmişdir. Başına Makarov tipli tapançanı tutub, silahın sandığını açaraq mərmini göstərmişlər, qabağında əlində dubinka əyərək durmuşlar. Başına, boynuna vurmuşlar. Bədəninin hər yerinə vurmuşlar. 3 gün onu idarədə saxlayan zaman üz nahiyə vursalar belə üzündə xəsarət izləri qalmamışdır. Bu hadisə polis əməkdaşlarının şəxsi qərəzləri üzərindən baş verdiyini fikirləşir. Qərəzin nə olmasını bilmək üçün polis əməkdaşlarının özləri məhkəməyə gəlməlidirlər. İstifadə etdiyi dərman asılılıq yaradır. O, dərmanı həmişə aptekdən alırdı, bir neçə vaxtdan sonra dərmanı aptekdən ala bilməmişdir. 4-5 ay ərzində ona Azərbaycan nömrəsi ilə bir şəxs yazıb dərman almağını təklif etmiş, o, isə razı olmamışdır. Bir gün sonuncunun təklifini qəbul etmişdir, amma pulunun olmadığını, ona pulsuz verməyini istəmişdir. Həmin şəxs də ondan pulsuz yox, video çəkib atmağını istəmişdir. Həmin şəxs ondan video çəkərək Rzadan yarım kq narkotik vasitə götürəcəyini, malını vermədiyi halda sözlərindən sonra nalayiq ifadələr istifadə etməyini tələb etmişdir. Video çəkiliş zamanı özündə deyildi, dediklərinə görə peşmandır. Dedizdirdiyi sözlər iş materiallarında var. Videoda pulu vermesə və nə isə etsə sözlərini və arxasınca kim varsa hamının ünvanına nalayiq sözlər işlətmişdir. Kimin ünvanına nalayiq sözlər işlətdiyini xatırlamır. Həmin vaxtı ağlı başında deyildi. Həmin şəxs videoda ona dövlət orqanlarını söydürüb, dəqiq şəxs söyüb-söymədiyini bilmir. Həmin videonu çəkdiyi üçün peşmandır. Videoda dövlət orqanına, dövlər başçılarına nalayiq sözlər səsləndirmişdir. 2025-ci il fevral ayında ayın 3-dən 4-nə keçən gecə Əhmədli ərazisində, yəni Günəşli qəsəbəsində yerləşən oteldə olmuşdur. Lombarddan götürəcəyi saatın pulunu 1 gün əvvəldən ödəmişdir. Neftçilər metrosu yaxınlığında lombarda “Lexus” markalı **-HL-*** nömrəli avtomobili ilə səhər saat 11-12 radələrində getmişdir. Həmin vaxt ***-***-**-** saylı mobil nömrə üzərində olmuşdur. Atası ilə telefonda danışdığı anda təxmini 6 nəfər polis əməkdaşı ona yaxınlaşmışdır. 2 nəfər qollarından, 1 nəfər belindən tutmuşdur, 1 nəfər isə telefonunu əlindən almışdır. Qolları qandallı olduğu vaxt cibindən avtomobilinin açarını götürmüşlər. Üzərini, ciblərini yoxlamışlar, hamısı videoya düşüb, amma avtomobilini yoxlamamışlar. Başına qara rəngli kisə keçirib onu Səbail RPİ-yə aparmışlar. Onu Səbail RPİ-yə hansı yolla apardıqlarını görməmişdir, çünki başına qara rəngli torba keçirtmişlər və boynundan tutub başını aşağı əymişlər. Neftçilər tərəfdən Babək prospektinə çıxdıqlarını görmüşdür, amma sonradan hansı yolla getdiklərini görməmişdir. Polis əməkdaşlarına məxsus qara rəngli avtomobillə Səbail RPİ-yə aparılmışdır. Ona qarşı zor tətbiq edən şəxsləri görsə tanıyar. Ona belə şeyə görə adamın ailəsini qırarlar demişlər. O da etdiyi əməllə ittiham olunmağını tələb etmişdir. O bu qədər narkotik vasitə götürməyəcəyini demişdir. Ona Makarov tipli tapançanın sandığını çıxardıb mərmisini göstərmiş və bu mərmini əslində başına atmalı olduğunu demişdir, sadəcə böyüklərin onu bağışladığını demişdir, amma narkotik vasitəni götürməli olduğunu, götürmədiyi təqdirdə ailə üzvlərinin şəkillərini mobil telefonunda ona bir-bir göstərərək sonuncuları da onun arxasınca tutacaqları ilə təhdid etmişlər. Saxlanıldığı yerdə onun üzərini yoxlamışlar və heç nə aşkar olunmamışdır. Avtomobilində narkotik vasitə olmamışdır. Videoçəkilişdə etiraf etdiklərinin heç biri avtomobilində, üzərində olmamışdır. Səbail RPİ-də 3-4 saat onu saxladıqdan sonra onu MSY-yə aparmışlar. Sonra özləri yaşadığı evə getmişlər, oraları gəzmişlər. Evin hər tərəfi kamera olduğu üçün onu əvvəlcədən evdə tuta bilməmişlər. Tutulmazdan 25 gün əvvəl evdə oturmuş, çölə çıxmamışdır. 26-cı gün çölə çıxanda onu tutmuşlar. Həmin videonu çəkib azərbaycan mobil operatoruna məxsus nömrəyə atmışdır. Videoda dövlət orqanına, dövlər başçılarına nalayiq sözlər səsləndirdiyinə görə utanır. Həmin vaxtı ağlı başında olmamışdır. Bu əməli etmişdir, etdiyi əməl də böyük səhvdir. O barədə özünü təqsirli bilir. Dövlət başçısını təhqir etməyi ilə qanunda nəzərdə tutulmuş hallarla ona 5-10 il cəza verilməsinə razıdır, amma ona məxsus olmayanlarla razı deyil. Səbail RPİ-yə aparılarkən mobil telefonunu ona istifadə etməyi üçün verməmişlər. Səbail RPİ-nin MSY-də 2 gün qaldıqdan sonra məhkəməyə aparılmışdır. Məhkəmədən sonra BİT-ə aparılmışdır. Məhkəmədə hazırki məhkəmə iclası kimi kamera çəkilişi olmamışdır. Məhkəmə zalında çoxlu Səbail RPİ-nin əməkdaşları, məhkəm işçiləri olmuşdur. Hərə bir tərəfdən söz deyirdi deyə hakim bir tərəfdə qalmışdı. Videoçəkilişi söndürmüşlər. Narkotik vasitələrin satılması, saxlanılmasında özünü təqsirli bilmir. Şahid2 maşında boynundan bir yumruq vurmuşdur. Əməkdaşlarla bir yerdə orda Şahid2 də olmuşdur. Polis əməkdaşları onu Neftəçilərdə saxlamışlar. Şahid3 həmin yerdə olmuşdur. O, Səbail rayonunda Ələddin Ağakişiyev küçəsini tanımır və heç vaxt orda olmamışdır. Onu Neftçilərdən tutub idarəyə aparmışlar, idarədə onun maşınını doldurub, Q.Şərifov da onu ailəsi ilə qorxudaraq boynuna götürüb get demişdir. O, yenə boynuna götürmüşdür, ona deyilmişdi 3 il azadlıqdan məhrumetmə cəzası çəkəcəksən, ona 8-15 ilədək cəza deyilməmişdir. Cinayət-axtarış şöbəsinin rəisi Q.Şərifov 3 il azadlıqdan məhrumetmə cəzası çəkəcəyini demişdi. Qəbul etməsə ona Makarov tipli silahdan güllə göstərərək, bunu başına atmalı olduğunu demişdi. Onu evdəkilərlə hədələmişdi. O, maşının baqajından bu qədər marixuana çıxacağını bilməmişdi. O, səhv etmişdir, amma həmin narkotik onun deyil, barəsində olan cinayət işi üzrə ədalətli qərar çıxarılmasını xahiş etmişdir.
21. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan və ona əlavə edilmiş 1255/2025 nömrəli məhkumun tibbi kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Bakı İstintaq təcridxanasına gətirilmiş, ilkin tibbi müayinə zamanı üst dodağında köhnə çapıq aşkar olunmuşdur.
22. Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş xx.xx.2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkət və davranışlara məruz qalmaması müəyyən edildiyi üçün 1116-C-25 nömrəli material üzrə cinayət işinin başlanması rədd olunmuşdur.
Hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
23. CM-in 234.4-1-ci maddəsinə əsasən həmin Məcəllənin 234.1–234.4-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
24. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
25. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
26. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
27. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
28. Maddə 56.1.3. Xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir.
29. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:
30. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
31. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
32. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
33. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
34. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
35. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
36. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
37. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:
38. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, narkotik vasitə heroin təmiz halda 800 qram və ondan artıq olduqda xüsusilə külli miqdar, narkotik vasitə qurudulmuş marixuana təmiz halda 50000 qram və ondan artıq olduqda xüsusilə külli miqdar, psixotro maddə metamfetamin təmiz halda 400 qram və ondan artıq olduqda xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu
39. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.
40. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.
41. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.
42. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”
43. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, İstintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: ... 5.7.5. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarı
44. Qərarın 9-cu bəndi. CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
45. Qərarın 16-cı bəndi. Bundan başqa qeyd olunan qərarın 16-cı bəndində göstərilmişdir ki, CM-in 234.1-1-ci maddəsində bu Məcəllənin 234.1-ci maddəsində göstərilən əməllərin, 234.4.3-cü maddəsində CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin külli miqdarda törədilməsinə, CM-in 234.4-1-ci maddəsində isə həmin Məcəllənin 234.1-234.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Odur ki, CM-in 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda və ya xüsusilə külli miqdarda törədilibtörədilməməsi məsələsi 961-İİQ nömrəli Qanun ilə təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olubolmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4- 1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı
46. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.
47. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin president hüququ:
48. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
49. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Eyni zamanda təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitələrin külli miqdar, xüsusilə külli miqdarda, psixotrop maddənin külli miqdarda olub şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, aşkar edilmiş narkotik vasitələrin müxtəlif növlərdə olması və digər sübutlar narktoik vasitə və psixotrop maddənin məhz satış məqsədilə əldə edilməsinə dəlalət edir.
50. Narktoik vasitə və psixotrop maddənin təqsirləndirilən şəxsin üzərindən, avtomobilindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir. (qərarın 31-ci bəndi)
51. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narktoik vasitə və psixotrop maddənin növləri qadağan olunmuş əşya olduğundan və miqdarları qüvvədə olan qanunvericiliyə əsasən külli və xüsusilə külli miqdarlar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır. (bax: qərarın 39-42-ci bəndləri)
52. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Belə ki, polis əməkdaşlarının onu Neftçilər metrosu yaxınlığında tutub Səbail RPİ-yə apardıqlarını, saxlanıldığı yerdə onun üzərini yoxladıqlarını və heç nə aşkar olunmadığını, avtomobilində narkotik vasitə olmadığını, videoçəkilişdə etiraf etdiklərinin heç biri avtomobilində, üzərində olmadığını, polis əməkdaşları tərəfindən ona qarşı fiziki, psixoloji təsir və təzyiqlər göstərildiyini və s. bildirərək özünü təqsirli bilməmişdir.
53. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs tutulduqdan sonra ona psixoloji, fiziki təsir göstərilməsi barədə etirazlar etməmiş, bu barədə ibtidai araşdırma zamanı, məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən nə özü, nə vəkili və nədə başqa şəxslərə bildirməmiş, istintaq təcridxanasına yerləşdirilərkən üzərində hər-hansı xəsarət aşkar edilməmiş və döyülməsi barədə məlumat verməmiş, həmin dəlilləri ancaq məhkəmədə bildirmişdir. Belə ki, məhkəmənin sorğusu əsasında Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2025-ci il tarixli məktubundan və ona əlavə edilmiş 1255/2025 nömrəli məhkumun tibbi kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Bakı İstintaq təcridxanasına gətirilmiş, ilkin tibbi müayinə zamanı üst dodağında köhnə çapıq aşkar olunmuşdur. Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkət və davranışlara məruz qalmaması müəyyən edildiyi üçün 1116-C-25 nömrəli material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək vəzifəsindən azad edən hal deyil.
54. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı ifadəsində onun Neftçilər metrosu yaxınlığında saxlanılmasına ilə bağlı ifadəsində göstərdiklərinə dair qeyd etmək istəyir ki, cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-dən ələ keçirilərək götürülmüş CD disk elektron maqnit daşıyıcısında olan məlumatlara baxış keçirmə haqqında protokoldan görünür ki, ***-***-**-** mobil telefon nömrəsi Təqsirləndirilən şəxs istifadəsində olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən 04 fevral 2025-ci il tarixdə Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində olması müəyyən edilmişdir.
55. Eyni zamanda, məhkəmə istintaqı zamanı müdafiə tərəfi flaş karta əlavə edilmiş videgörüntünü və fotoşəkilləri məhkəməyə təqdim edərək təqsirləndirilən şəxsin xx.xx.2025-ci il tarixdə, saat 11.40 radələrində Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyası yaxınlığında “Miss Bahar” paltar mağazasının qarşısında polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi həmin videogörüntünün, fotoşəkillərin həqiqiliyi, yaranma mənbəyi və əldə olunma halları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun deyildir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən hər bir sübut əldə edildikdən sonra tədqiq edilməlidir. Həmin videoçəkilişin aparıldığını göstərən vasitələr, həmin görüntülərin, şəkillərin haradan və hansı formada götürülməsi, bu barədə kimə müraciət edilməsi, kim tərəfindən və hansı qərara əsasən əldə edilməsi ilə bağlı müdafiə tərəfi məhkəməyə heç bir sübut təqdim etməmişdir. Odur ki, sübutların mötəbərliliyi baxımından həmin flaş kart və foto şəkillər sübut kimi tanına bilməz. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir (qərarın 33, 43-47-ci bəndlərindəki normativ aktlara əsasən).
56. Məhkəmə təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, aşkar edilmiş narkotik vasitələrin müxtəlif növlərdə olması habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, narktoik vasitə və psixotrop maddəni məhz satış məqsədilə əldə etmişdir.
57. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir. Həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə xüsusilə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. (qərarın 30-cu bəndi).
58. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
59. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 24, 25, 26, 27-ci bəndləri).
60. Cinayət işinə əlavə edilmiş tibbi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs “Narkomaniya, Bronxial astma, Rəx” diaqnozları qoyulmuşdur. Təqsirləndirilən şəxs “Yüngül dərəcəli, mülayim dissosiativ-konversion pozuntu, Yüngül istero-nevrotik reaksiya” diaqnozları ilə müalicələr almışdır.
61. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 162-163).
62. Təqsirləndirilən şəxsin xəstəliklərdən əziyyət çəkməsini, əvvəllər məhkum olunmamasını, gənc olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınır, cəzasını ağırlaşdıran hal isə müəyyən edilməmişdir.
63. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.
64. Təqsirləndirilən şəxs xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 28-ci bəndi).
65. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 04 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində 06 fevral 2025-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 22, 86-87). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (qərarın 29, 34 və 35-ci bəndləri).
66. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 04 fevral 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
67. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.
68. İş üzrə maddi sübut olan, Səbail RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş tədqiqata sərf edildikdən sonra qalıq 4,549 qram psixotrop maddə metamfetamin, qalıq 1271,76 qram narkotik vasitə heroin və qalıq 1509,85 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Digər maddi sübutlar - Təqsirləndirilən şəxs məxsus “iPhone 13Pro” markalı mobil telefon özünə (özünün razılığı ilə yaxın qohumlarına) qaytarılmalıdır. Şəxsi axtarış və götürmə aparılmasına dair video görüntülər olan, avtomobildə baxış və götürmə aparılmasına dair video görüntülər olan, “iPhone 13Pro” markalı mobil telefondan götürülmüş Təqsirləndirilən şəxs səs yazısı olan, "xxxx" MMCdən daxil olmuş telefon danışıqlarına dair məlumatları özündə əks etdirən, ümumilikdə, 04 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır (qərarın 36-cı bəndi).
69. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır.
70. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 137 (yüz otuz yeddi) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 37-ci bəndi).
71. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış: Səbail RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş tədqiqata sərf edildikdən sonra qalıq 4,549 qram psixotrop maddə metamfetamin, tədqiqata sərf edildikdən sonra qalıq 1271,76 qram narkotik vasitə heroin və tədqiqata sərf edildikdən sonra qalıq 1509,85 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Səbail RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus “iPhone 13Pro” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra özünə (özünün razılığı ilə yaxın qohumlarına) qaytarılsın. Şəxsi axtarış və götürmə aparılmasına dair video görüntülər olan, avtomobildə baxış və götürmə aparılmasına dair video görüntülər olan, “iPhone 13Pro” markalı mobil telefondan götürülmüş Təqsirləndirilən şəxs səs yazısı olan, "xxxx" MMC-dən daxil olmuş telefon danışıqlarına dair məlumatları özündə əks etdirən, ümumilikdə, 04 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizası ilə əlaqədar 137 (yüz otuz yeddi) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Mahirə Kərimova
Hakimlər: Fəxri Məmmədov
Hafiz Kamranov