Məhkəmə qərarları › İş №1(101)-1325/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1325/2021

07.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1325/2021 07.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3 Təqsirləndirilən şəxs müdafiəçisi: X2 iştirakı ilə Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2-ci maddələri ilə təqsirləndiriləndirilməsinə dair cinayət işi məhkəməyə daxil olmuşdur. Daxil olmuş cinayət işi üzrə verilmiş ittihama görə Təqsirləndirilən şəxs “paranoid şəxsiyyət pozuntusu” formasında psixi və davranış pozuntudan əziyyət çəkdiyi üçün öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini tam ölçüdə dərk etməyən və idarə edə bilməyən, anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Zərərçəkmiş şəxs onun arvadı barədə əxlaqsız formada danışmasını, kiçik oğlu Şahid3 ondan olmaması təxəyyülünü dəqiqləşdirmək üçün Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətləri yetirmiş, lakin hadisə zamanı ətrafda olan kənar şəxsin səsküyünü eşidib qorxduğundan öz iradəsindən asılı olmayan səbəblərdən niyyətini başa çatdıra bilməmiş, bununla da Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə hesab edir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olmadığından, cinayət işi aidiyyatı üzrə baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Belə ki, cinayət işinin materiallarından açıq qaydada müəyyən olunur ki, Təqsirləndirilən şəxs cinayət əməlini Bakı şəhərinin ərazisində deyil, Sumqayıt şəhəri ərazisində törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə əsasən şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin bütün əlamətləri yaranır və cinayət başa çatmış sayılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Həmin məcəllənin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin fəaliyyət dairəsinə aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin məcəllənin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən, onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Cinayət Prsessual Məcəlləsinin 300.1.4-cü maddəsinə əsasən məhkəmə hazırlıq iclasında müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət əməli, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə baş verdiyindən, həmin cinayət işi aidiyyatı üzrə baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 299,300 və 302.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi aidiyyatı üzrə baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar