Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1326/2022 17.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (Cinayət işinin baxılmasına xitam verilməsi, onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması və təqsirləndirilən şəxslərin həbsdə saxlama müddətinin uzadılması barədə) Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər, Xırdalan şəhər Vəkil bürosunun vəkili X5, “Pro Bono” Vəkil bürosunun vəkili X2 və “Mirzəyev və partnyorları” Vəkil bürosunun vəkili X6 iştirakları ilə, məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.6, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.2, 182.2.3 və 234.1-ci maddələri, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.6, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümükünlüyünün yoxlanılması məqsədilə ilkin dinləmələr apararaq, məhkəmə müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli qərarı ilə 31 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.6, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.2, 182.2.3 və 234.1-ci maddələri, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.6, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi daxil olmuşdur. İş üzrə məhkəmənin hazırlıq iclasında Dövlət ittihamçısı yazılı vəsatət təqdim edərək həmin cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması, həmçinin cinayət işi üzrə ibtidai istintaqı aparmış müstəntiq barəsində xüsusi qərar çıxarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Dövlət ittihamçısı vəsatətini onunla əsaslandırmışdır ki, hazırkı cinayət işinin materialları məhkəmənin hazırlıq iclası keçirilənədək onun tərəfindən öyrənilərkən məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan, ibtidai istintaq zamanı kobud pozuntulara yol verildiyi müəyyən edilmişdir. Belə ki, iş üzrə ibtidai istintaq zamanı Azərbaycan Respublikası CPMnin 223 və 289-cu maddələrinin tələblərinə tam əməl edilməmiş, ədalətli məhkəmə araşdırılmasının aparılmasına imkan verən təminatlar ibtidai istintaq zamanı gözlənilməmiş, təqsirləndirilən şəxsin müdafiə hüququ, eləcə də ittiham aktının tərtibi ilə bağlı tələblər pozulmuşdur. Bununla da təqsirləndirilən şəxsin nədə təqsirləndiyini bilmək hüququ pozulmuş, qeyd edilən hal isə təqsirləndirilən şəxsin müdafiə hüququnun kobud formada pozulmasına gətirib çıxarmışdır. Məhkəmə cinayət prosesi tərəflərinin fikirlərini dinləyərək və cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməli və cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, həmin cinayət işi Bakı şəhəri Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi X9 tərəfindən fakta görə 05 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6-cı maddələri ilə başlanmış və istintaqı aparılmışdır. Həmin cinayət işi 01 noyabr 2021-ci il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat idarəsinin müstəntiqi, polis kapitanı X7 tərəfindən icraata qəbul edilmiş və ibtidai araşdırması davam etdirilmişdir. Cinayət işi üzrə ittiham aktı 18 iyun 2022-ci il tarixdə tərtib edilmiş və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən 20 iyun 2022-ci il tarixdə təsdiq edilmişdir. İş üzrə tərtib edilmiş ittiham aktından görünür ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərdən biri - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 133.2.1, 133.2.3, 133.2.6, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.2, 182.2.3 və 234.1-ci maddələri ilə ittiham elan edilmişdir. İttiham aktından və Təqsirləndirilən şəxs1 yenidən ittiham elan edilməsi haqqında 14 iyun 2022-ci il tarixli qərarın Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bağlı təsviriəsaslandırıcı hissəsindən görünür ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 1,863 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində qanunsuz saxlamaqla Sumqayıt şəhəri, Sülh küçəsi ilə Koroğlu küçələrinin kəsişməsinə qanunsuz daşımış, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Nizami rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, Sumqayıt şəhəri, Sülh küçəsi ilə Koroğlu küçələrinin kəsişməsində saxlanılaraq Nizami rayon Polis İdarəsinə gətirilərək, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli gödəkçənin sol yan cibindən bir ədəd bükümdə ümumi təmiz çəkisi 1,863 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İttiham aktında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittihamda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə zidd olaraq, cinayətin törədilmə vaxtı (tarixi) göstərilməmişdir. Halbuki, həmin təqsirləndirilən şəxsə ilkin ittiham elan edilməsi haqqında 07 oktyabr 2021-ci il tarixli qərarın Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bağlı təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitəni 05 oktyabr 2021-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nərimanov rayonunda istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan əldə etməsi, daşıyaraq üstündə saxlaması və onun həmin tarixdə təxminən saat 21 radələrində Sumqayıt şəhəri, Sülh küçəsi ilə Koroğlu küçələrinin kəsişməsində saxlanılması, həmin gün üzərində narkotik vasitənin aşkar edilməsi, yəni cinayətin törədilmə yeri, vaxtı və tarixi dəqiq göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 289.3.1-ci maddəsinə əsasən cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar ittiham aktının təsviri-əsaslandırıcı hissəsində göstərilməli olan hallardan biridir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 223.3.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti əks etdirilir. İttiham aktında və 14 iyun 2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında sonuncu qərarda Təqsirləndirilən şəxs1 234.1-ci maddəsi ilə nəzərdə tutumuş cinayətin törədildiyi vaxt (tarix) göstərilməmişdir ki, bununla da CPM-in 223 və 289-cu maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmə həmçinin hesab edir ki, belə hal təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına bilavasitə gətirib çıxarmışdır. Belə ki, hazırkı halda təqsirləndirilən şəxs konkret olaraq nədə təqsirləndirildiyini bilməmiş və qeyri-müəyyən ittihamdan müdafiə olunmaq üçün o, mövqe seçmək imkanından məhrum olmuşdur. Yuxarıda bütün qeyd olunanlar onu göstərir ki, Təqsirləndirilən şəxs1 barəsində olan cinayət işinin ibtidai istintaqı aparılarkən cinayət-prosessual qanunvericiliyin kobud pozuntularına yol verilmişdir. Göstərilən pozuntular məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.6-cı maddələrinə görə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması və cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasına əsas olan kobud pozuntulardır. Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikası CPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxs barəsində xüsusi qərar çıxarmalıdır. Göründüyü kimi, hazırkı cinayət işi üzrə məhkəməyədək icraat zamanı yol verilmiş qanun pozuntuları ilə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.6-cı maddələrinin tələbləri pozulmuşdur, hansı ki, göstərilən hallar məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir və belə olan halda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 303.1-ci maddəsinin ifadə etdiyi mənada cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, habelə pozuntulara yol vermiş müstəntiq barəsində xüsusi qərar çıxarılması barədə qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Konstitusiyanın 80-ci maddəsinin tələbinə əsasən Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan suiistifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. “İnsan Hüquqlarının və X3 Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi ilə təminat verilən hüquqlar mütləq hüquqlar olub, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 306.2.1-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclasına dair yekun qərar qəbul olunanadək dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə təqsirləndirilən şəxslərin barələrində seçilmiş qətimkan tədbirləri ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbirinin müddəti 1 ayadək, yəni 2022-ci ilin dekabrın 17-nə kimi uzadılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299-300, 303 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.6, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.2, 182.2.3 və 234.1-ci maddələri, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.6, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ilə təqsirləndirilməsinə cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat idarəsinin müstəntiqi, polis kapitanı X7 barəsində xüsusi qərar çıxarılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti 1 ayadək, yəni 17 dekabr 2022-ci il tarixədək uzadılsın. Qərarın təsdiq edilmiş surətinin 3 gün müddətində tərəflərə verilməsi və ya göndərilməsi təmin edilsin.
Məhkəmə qərarları › İş №1(101)-1326/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1326/2022
17.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver