Məhkəmə qərarları › İş №1(101)-1326/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1326/2023

20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1326/2023 20.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X5 və X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respubikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Xətai rayonu, Qvardiya küçəsi, ev 51-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 76A, mənzil 48-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 20 dekabr 2023-cü il tarixdə, saat 10:45-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 2502,853 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,912 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edərək həmin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən bir neçə büküm hazırlayaraq 7 yanvar 2023-cü il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Nərimanov rayonu, “Nəriman Nərimanov metrostansiyasının” yaxınlığında Şahid4 50 (əlli) manat müqabilində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,445 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və təmiz çəkisi 0,038 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, eyni zamanda qeyd olunan tarixdə, vaxtda və yerdə Şahid5 oğluna isə 10 (on) manat qarşılığında 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,495 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satmış, həmçinin 7 yanvar 2023-cü il tarixdə, axşam saatlarında müvəqqəti olaraq qaldığı ünvan 1 ünvanında yerləşən “ALP İnn” hotelinin 302 saylı otağında Şahid6 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,167 qram qəhvəyi rəngli tozşəkilli maddə şəklində kustar üsulla hazırlanmış narkotik vasitə heroin vermiş, 1 (bir) büküm narkotik vasitə heroini isə üzərində saxlamış, əldə etdiyi narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin qalan hissəsini “ALP İnn” hotelinin 302 saylı otağına daşıyaraq gizlətmişdir. Bundan sonra, 7 yanvar 2023-cü il tarixdə, saat 21:40 radələrində Şahid4 və Şahid5 oğlu öz hərəkətləri ilə polis əməkdaşlarında şübhə yaratdığından saxlanılaraq Nərimanov RPİ-nə gətirilmiş, orada üzərlərində şəxsi axtarış keçirilərkən qeyd edilən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin onlardan aşkar edilərək götürülmüşdür. 7 yanvar 2023-cü il tarixdə, saat 23:50-də ünvan 2 ünvanın yaxınlığında Nərimanov Rayon Polis İdarəsinin Cinayət- Axtarışı Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs və Şahid6 şübhəli şəxs qismində saxlanılaraq həmin idarəyə gətirilmiş, Nərimanov Rayon Polis İdarəsinin inzibati binasında üzərilərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sol yan cibindən 1 (bir) ədəd bükümdə sellofan kəsiyinə bükülmüş təmiz çəkisi 0,175 qram qəhvəyi rəngli tozşəkilli maddə şəklində kustar üsulla hazırlanmış narkotik vasitə heroin və M.E.Məmmədovun üzərindən isə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,167 qram qəhvəyi rəngli tozşəkilli maddə şəklində kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Daha sonra, ünvan 1 ünvanında yerləşən “ALP İnn” hotelinin 302 saylı otağında keçirilən baxış zamanı 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,541 qram və 0,125 qram olmaqla ümumi təmiz çəkisi 0,666 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, digər 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,194 qram və 0,185 qram olmaqla ümumi təmiz çəkisi 0,379 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 (bir) ədəd polietilen bağlamada təmiz çəkisi 2501,4 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilmiş, beləliklə, Təqsirləndirilən şəxs məxsus olmaqla kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan ümumilikdə 2502,853 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,912 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri:

2. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, özünü həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, 7 yanvar 2023-cü il tarixdə ünvan 4 ünvanında yerləşən “ALP İnn” otelinin 302 nömrəli otağında olarkən ona pul borcu olan tanışı Şahid4 borcunu qaytarmaq üçün hotelə yaxınlaşdıqda pulu götürmək üçün çölə çıxmış, bu zaman üzərində 1 (bir) qram metamfetamin olmuşdur. O, Elçindən pulu götürən zaman Nərimanov Rayon Polis İdarəsinin Cinayət-Axtarışı şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış və hoteldə kirayələdiyi 302 nömrəli otağa baxış keçirilmişdir. Baxış keçirilən zaman otaqdakı çantadan aşkar olunmuş 2,5 kiloqram narkotik vasitə ona məxsus olmamışdır. İbtidai istintaq zamanı ifadələrini təzyiq altında və aldatma əsasında imzalamışdır. Belə ki, polis əməkdaşları ona təqdim edilmiş sənədləri imzalamağını və daha sonra onun istintaq təcridxanasına göndəriləcəyini bildirmişlər. O, tutulmazdan əvvəl işsiz olmuş, lakin saxlanıldıqdan 6 ay əvvəl müxtəlif hotellərdə gecə meneceri vəzifəsində işləmişdir. O, əvvəllər narkotik vasitə istifadəçisi olmuş, lakin narkotik vasitə və psixotrop maddələrin satışı ilə heç vaxt məşğul olmamışdır. Narkotik vasitəni “Adəm” adlı İran İslam Respublikası vətəndaşından öz şəxsi istifadəsi üçün “online” qaydada almış və həmin narkotik vasitədən Məsmə adlı tanıdığı qıza təmənnasız olaraq vermişdir. Elçin və Rəsul adlı şəxsləri tanımış, lakin onlara narkotik vasitə satmamışdır. İbtidai istintaq zamanı ümumiyyətlə ifadə verməmiş, lakin videoçəkiliş zamanı təzyiq altında həmin narkotik vasitələrin ona məxsus olmasını etiraf etmişdir. Polis əməkdaşlar tərəfindən fiziki, psixi və sair zorakılığa, habelə hədə-qorxu və təzyiqə məruz qalaraq yüngül xəsarətlər almış, lakin bu barədə hüquqi bilikləri olmadığından heç bir dövlət orqanına şikayət və ya müraciət etməmişdir. Tutulmazdan əvvəl işsiz olduğundan atasına məxsus pensiya kartından istifadə etmiş, əlavə xərclərini atası qarşılamışdır.

3. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, o, polis əməkdaşları tərəfindən “ALP İnn” hotelinin qarşısında saxlanılmışdır. Həmin vaxt üzərində 1 qram narkotik vasitə metamfetamin olmuşdur. Polislər ona həm fiziki, həm də mənəvi təzyiq etməklə onunla pis rəftar etmişlər. Hotel otağında aşkar edilmiş iki kiloqram narkotik vasitə heroin ona məxsus olmamışdır.

4. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə özünü təqsirli bilərək göstərmişdir ki, o, heç bir psixiatrik xəstəxanada qeydiyyatda deyil və təxminən iki ildir narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istifadə edir. 2022-ci ilin mart ayında “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı “Adəm” adlı şəxslə tanış olmuşdur. “Adəm” adlı şəxs Azərbaycan Respublikası ərazisində yaşayan şəxslərin köməkliyi ilə ölkə ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olması barədə ona məlumat vermişdir. Onun şəxsi istifadəsi üçün narkotik vasitə və psixotrop maddə almağa pulu olmadığından narkotik vasitə və psixotrop maddə əldə etmək üçün “Adəm” ilə işləmək istəmişdir. Bu səbəbdən, 2022-ci ilin aprel ayında “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə “Adəm” adlı şəxsin nömrəsinə zəng edərək sonuncu ilə əlaqə saxlamışdır. Onlar Azərbaycan dilində danışmış və o, Adəmə iş görmək istədiyini bildirmişdir. Onların görəcəkləri iş prinsipinə əsasən Adəm ona satmaq üçün narkotik vasitə və psixotrop maddə göndərməli, o da onları sataraq pulunu sonuncuya göndərməklə əvəzində hər dəfə bir qisim narkotik vasitə və ya psixotrop maddə əldə edəcəkmiş. Adəm narkotik vasitə və psixotrop maddə göndərən zaman narkotik vasitə və ya psixotrop maddənin hara qoyulmasını ona demiş, o da gedib həmin yerdən götürmüşdür. Adəmin ona birinci dəfə göndərdiyi narkotik vasitəni Biləcəri qəsəbəsində hazırda ünvanını dəqiq xatırlamadığı yerdən götürmüşdür. Bundan sonra aralarında etibar yarandığından Adəm ona inanaraq sonuncu dəfə 5 yanvar 2023-cü il tarixdə bir ədəd torbada külli miqdarda narkotik vasitə və psixotrop maddə göndərmişdir. Həmin torbanı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən yaşayış binasının yanındakı kolluqda gizlədilmiş yerdən götürmüşdür. O, həmin narkotik vasitə və psixotrop maddəni tək gedib götürmüş və onun bu işlə məşğul olmasından heç kimin xəbəri olmamışdır. O, narkotik vasitə və psixotrop maddələri satdıqdan sonra pulu Adəmin hazırda xatırlamadığı və mobil telefonundan silinmiş bank kartına göndərmişdir. Bu işi görməkdə xeyri yalnız şəxsi istifadəsi üçün Adəmin göndərmiş olduğu narkotik vasitə və ya psixotrop maddənin bir qismini əldə etməsi olmuşdur. 5 yanvar 2023-cü il tarixdə o, qeyd etdiyi yerdən təxminən saat 1 radələrində içərisində narkotik vasitə və psixotrop maddə olan torbanı götürüb müvəqqəti olaraq Şahid6 ilə qaldığı ünvan 1-də yerləşən “ALP İnn” hotelin 302 saylı otağına aparmış, həmin vaxt Şahid6 otaqda olmamışdır. O, narkotik vasitə və psixotrop maddənin çox az bir qismini satış məqsədi ilə bükümlər halında hazırlamışdır. Bundan sonra tanışı Şahid4 50 (əlli) manatlıq narkotik vasitə və psixotrop maddəni, tanışı Şahid5 oğlu isə 10 manatlıq psixotrop maddə almaq istəmişdir. O, sonuncularla razılaşaraq 7 yanvar 2023-cü il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində “Nəriman Nərimanov” metrostansiyasının yaxınlığında əvvəlcə Şahid4 ilə görüşüb sonuncuya 50 (əlli) manat qarşılığında 1 (bir) bükümdə narkotik vasitə və psixotrop maddə satmış, bir neçə dəqiqə sonra isə qeyd olunan yerdə Şahid5 oğlu ilə görüşərək sonuncuya 10 (on) manat qarşılığında 1 (bir) bükümdə psixotrop maddə satmışdır. Bundan sonra müvəqqəti olaraq Şahid6 ilə qaldığı ünvan 1-də yerləşən “ALP İnn” hotelinə gedib otağına qalxmışdır. Həmin gün axşam saatlarında Şahid6 bədənində ağrılar olduğundan o, sonuncuya istifadə etməsi üçün 1 (bir) bükümdə narkotik vasitə vermiş, bundan sonra onlar birlikdə gəzmək üçün çölə çıxmışlar. 7 yanvar 2023-cü il tarixdə, saat 23 radələrində ünvan 2 ünvanın yaxınlığında olarkən 3 nəfər polis əməkdaşı onlara yaxınlaşmaqla özlərini təqdim edərək onları Nərimanov Rayon Polis İdarəsinə dəvət etmişlər. Onlar həmin polis əməkdaşları ilə birlikdə Nərimanov Rayon Polis İdarəsinə gəlmişlər. İdarəyə gəldikdən sonra onu xidməti otaqlardan birinə dəvət etmişlər. Sonra isə hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmaqla ona təqdim edilmiş və o, şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş və bu zaman ona üzərində hər hansı qanunsuz əşya və ya maddə olduğu təqdirdə könüllü olaraq təqdim etməsi təklif olunmuş, o da başqa çıxış yolu olmadığından əynindəki qara rəngli cins şalvarının sol yan cibindən içərisində narkotik vasitə heroin olan 1 (bir) ədəd bükümü könüllü olaraq təqdim etmişdir. Bundan başqa, o, şalvarının sağ yan cibindən “iPhone 7” markalı mobil telefonunu, sol yan cibindən isə müvəqqəti olaraq qaldığı “ALP İnn” hotelinin 302 saylı otağının giriş kartını təqdim etmişdir. Daha sonra təhqiqatçı tərəfindən üzərində əlavə axtarış keçirilmiş, lakin hər hansı qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Toğrul Məmmədov tərəfindən onun üzərində şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgünlüyü o və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Eyni zamanda, şəxsi axtarış və götürmə protokolu ilə müdafiəçisi tanış olmuş və tanış olduqdan sonra müdafiəçi protokolu imzalamışdır. Üzərində şəxsi axtarış və götürmə keçirilməsi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Bundan sonra, polis əməkdaşlarının təklifi ilə onun razılığı əsasında müvəqqəti olaraq qaldığı ünvan 1-də yerləşən “ALP İnn” hotelin 302 saylı otağına baxış keçirilmiş, baxış zamanı otaqdakı qəhvəyi rəngli masanın üzərində bükümlər halında olan narkotik vasitələr və psixotrop maddələr, həmçinin 1 (bir) ədəd gümüşü rəngli elektron tərəzi və bıçaq aşkar olunmuşdur. Bununla yanaşı, baxış zamanı dolabda saxladığı qara rəngli əl çantasında olan narkotik vasitə aşkar olunmuşdur. Bundan sonra təhqiqatçı tərəfindən otaqda əlavə baxış keçirilmiş, lakin otaqdan hər hansı qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Daha sonra Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Toğrul Məmmədov tərəfindən baxış və götürmə keçirilməsi barədə protokol tərtib edilərək ucadan oxunmuş, düzgünlüyü o və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Eyni zamanda, şəxsi axtarış və götürmə protokolu ilə müdafiəçisi tanış olmuş və tanış olduqdan sonra müdafiəçi protokolu imzalamışdır. Baxış və götürmə keçirilməsi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. İki kiloqramdan artıq narkotik vasitəni satmaq onun üçün çətin olsa da, Adəm ona bu işi görmək üçün hər hansı vaxt məhdudiyyəti ilə sıxmamışdır. Şahid4 və Şahid5 başqa kimlərə narkotik vasitə və ya psixotrop maddələr satmağını hazırda xatırlamır. Adəm adlı şəxslə sonuncunun istifadəsində olan İran İslam Respublikasıa məxsus mobil telefon nömrə ilə əlaqə saxlamışdır. Adəm ona votsap vasitəsi ilə xəritədə həmin yeri işarələyib göndərmiş, həmçinin narkotik vasitələr və psixotrop maddələrin yerləşdiyi yerin şəklini göndərmişdir. İstifadəsində yalnız ***-***-**-** saylı mobil nömrəsi vardır. Adəm ona pul verməmiş, ona yalnız əlavə narkotik vasitə və psixotrop maddə qalmışdır. Pulu yalnız o, narkotik vasitələr və psixotrop maddələri sataraq Adəmə göndərmişdir. Polis əməkdaşları tərəfindən ona hər hansı bir zor və ya təzyiq göstərilməmişdir. 7 yanvar 2023-cü il tarixdə, axşam saatlarında mobil telefonu əlindən yerə düşmüş, bundan sonra isə telefonu işləməmişdir. Lakin mobil telefonu həmin vaxtadək işlək vəziyyətdə olmuşdur. Şahid6 Adəm adlı şəxslə bağlı məlumatı olmamış, lakin onun narkotik vasitə və psixotrop maddə istifadəçisi olmasını bilmişdir. Belə ki, Şahid6 özü də narkotik vasitə və psixotrop maddə istifadəçisi olmuşdur. 7 yanvar 2023-cü il tarixdə o, Şahid6 istifadə etməsi üçün narkotik vasitə vermiş, lakin qarşılığında pul almayaraq heç bir təmənna güdməmişdir. Hoteldə aşkar edilmiş elektron tərəzini o, narkotik vasitələr və psixotrop maddələri ölçmək üçün istifadə etmişdir. Bıçaqdan isə narkotik vasitələr və psixotrop maddələri bükümlər halında hazırlayan zaman istifadə etmişdir (Cild 1, iş vərəqi (bundan sonra i.v.) 107-109; 166-169; Cild 2, i.v. 5-10).

5. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

6. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.

7. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Cinayət-Axtarışı şöbəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, hadisə zamanı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Cinayət-Axtarış şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləmişdir. 7 yanvar 2023-cü il tarixdə Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Xıdır Xıdırov tərəfindən Şahid4 və Şahid5 oğluna narkotik vasitə və psixotrop maddə satmaqda şübhəli olan Ülvi adlı şəxsin müəyyən edilməsi məqsədi ilə əməliyyat tapşırığı verilmişdir. Tapşırığın icrası o, həmin vaxt Nərimanov Rayon Polis İdarəsinin Cinayət-Axtarış şöbəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və əməliyyat müvəkkili, polis kapitanı Şahid3 həvalə edilmişdir. 7 yanvar 2023-cü il tarixdə, saat 23:50 radələrində tapşırıq əsasında keçirilən tədbirlər nəticəsində ünvan 2 ünvanın yaxınlığında Ülvi adlı şəxsi müəyyən edərək sonuncuya yaxınlaşmışlar. Bu zaman Ülvi adlı şəxsin yanında bir qadın da olmuşdur. Onlar həmin şəxslərə özlərini Nərimanov Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin əməkdaşları kimi təqdim edərək həmin şəxslərin özlərini şübhəli apardıqlarını görmüşlər. Sonunculara özlərini təqdim etməsi təklif olunduqda həmin şəxslər verilmiş suallardan yayınmaqla rabitəsiz danışmışlar. Onların narkotik vasitə və ya psixotrop maddənin təsiri altında olmalarından, habelə üzərilərində narkotik vasitə və ya psixotrop maddənin mövcudluğundan şübhələnərək Nərimanov RPİ-nə dəvət etmişlər. Daha sonra həmin şəxsləri Nərimanov RPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2, əməliyyat müvəkkili, polis kapitanı Şahid3 və o, xidməti avtomobillə aidiyyəti üzrə Nərimanov RPİ-nə gətirərək həmin şəxslərin Təqsirləndirilən şəxs və Şahid6 olmasını müəyyən etmişlər. Bu barədə raportla idarənin rəisinə məruzə etdikdən sonra, raportun icrası Nərimanov RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Toğrul Məmmədova həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədilə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X3 dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmiş və sonuncu şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə başlanılaraq sonuncuya üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və yaxud maddə varsa, onları könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs, üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman başqa çıxış yolunun olmadığını görərək əynindəki qara rəngli cins şalvarının sol yan cibindən 1 (bir) ədəd bükümdə narkotik vasitə olan heroini könüllü olaraq təqdim etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən “iPhone 7” markalı mobil telefonunu, sol yan cibindən isə müvəqqəti olaraq qaldığı “ALP İnn” hotelinin 302 saylı otağının giriş kartını təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində əlavə axtarış keçirilmiş və üzərindən hər hansı bir əşya və yaxud maddə aşkar edilməmişdir. Daha sonra Nərimanov RPİ-nin TŞ-in təhqiqatçısı, polis baş leytenantı Toğrul Məmmədov tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib edilərək ucadan oxunmuş, düzgünlüyü Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Eyni zamanda şəxsi axtarış və götürmə protokolu ilə müdafiəçi tanış olmuş və tanış olduqdan sonra müdafiəçi protokolu imzalamışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır.

8. Şahid qismində dindirilmiş Şahid1 ifadəsinə davam edərək göstərdi ki, daha sonra, Şahid6 hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilərək Şahid6 təqdim edilmiş və Şahid6 müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah edilmişdir. Daha sonra, Şahid6 üzərinə şəxsi axtarış keçirilməsinə başlanılaraq sonuncuya təklif edilmişdir ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud maddə varsa onları könüllü olaraq təqdim etsin. Şahid6 üzərində şəxsi axtarış aparılan zaman başqa çıxış yolunun olmadığını görərək əynindəki qara rəngli şalvarın sol yan bel hissəsindən 1 ədəd bükümdə narkotik vasitə olan heroini könüllü olaraq təqdim etmişdir. Şahid6 üzərindən aşkar edilmiş narkotik vasitəni 7 yanvar 2023-ci il tarixdə, axşam saatlarında müvəqqəti olaraq qaldığı Bakı şəhəri Nərimanov rayonu, Həsən Əliyev küçəsi 82B-də yerləşən “ALP İnn” hotelin 302 saylı otağında tanışı Təqsirləndirilən şəxs öz istifadəsi üçün alaraq üzərində gəzdirdiyini bildirmişdir. Sonra Şahid6 üzərində əlavə axtarış keçirilmiş, bu zaman üzərindən hər hansı bir əşya və yaxud maddə aşkar edilməmişdir. Daha sonra Nərimanov RPİ-nin TŞ-in təhqiqatçısı, polis baş leytenantı Toğrul Məmmədov tərəfindən Şahid6 üzərinə şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün Şahid6 və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Eyni zamanda şəxsi axtarış və götürmə protokolu ilə müdafiəçi tanış olmuş və tanış olduqdan sonra müdafiəçi protokolu imzalamışdır. Şahid6 üzərində şəxsi axtarış və götürmə keçirilməsi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır.

9. Şahid qismində dindirilmiş Şahid1 ifadəsinə davam edərək göstərdi ki, bundan sonra, Təqsirləndirilən şəxs və Şahid6 razılığı əsasında müvəqqəti olaraq qaldıqları Bakı şəhəri Nərimanov rayonu, Həsən Əliyev küçəsi 82B-də yerləşən “ALP İnn” hotelin 302 saylı otağına baxış keçirilmişdir. Baxış zamanı otaqdakı qəhvəyi rəngli masanın üzərində Təqsirləndirilən şəxs məxsus bükümlər halında olan narkotik vasitələr və psixotrop maddələr, həmçinin 1 ədəd gümüşü rəngli elektron tərəzi və bıçaq aşkar olunmuşdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs dolabda saxladığı qara rəngli əl çantasından 1 büküm narkotik vasitə aşkar olunmuşdur. Sonra təhqiqatçı tərəfindən otaqda əlavə baxış keçirilmişdir. Bu zaman otaqdan hər hansı bir qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Daha sonra Nərimanov RPİ-nin TŞ-in təhqiqatçısı, polis baş leytenantı Toğrul Məmmədov tərəfindən baxış və götürmə keçirilməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Baxış və götürmə keçirilməsi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır.

10. Şahid qismində dindirilmiş Şahid1 ifadəsinə əlavə olaraq göstərdi ki, “ALP İnn” hotelin 302 nömrəli otağına baxış zamanı o, əməliyyat qrupunun üzvləri, Təqsirləndirilən şəxs, Şahid6, onların müdafiəçiləri və hotelin administratoru iştirak etmişlər. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı hər hansı fiziki və ya psixi zorakılıq olmamışdır.

11. Məhkəmədə şahid qismində dindirilmiş hazırda Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarışı şöbəsinin rəis müavini vəzifəsində işləyən, hadisə vaxtı isə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləmiş, polis kapitanı Şahid3 və hazırda Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarışı şöbəsinin axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyən hadisə vaxtı isə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkilivəzifəsində işləmiş, polis mayoru Şahid2 Mirqədir oğlu məhkəməyədək icraat zamanı verdikləri ifadələr ilə eyni məzmunlu və Şahid1la oxşar məzmunlu ifadələr verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər.

12. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, o, hadisədən təxminən bir il əvvəldən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istifadə etməyə başlamışdır. 7 yanvar 2023-cü il tarixdə, səhər saatlarında bədənində ağrılar olduğu üçün əvvəldən tanıdığı Təqsirləndirilən şəxs ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə vasitəsi ilə əlaqə saxlayaraq öz şəxsi istifadəsi üçün 1 (bir) ədəd büküm narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istəmişdir. Daha sonra onlar Bakı şəhəri, Nərimanov rayonu, “Nəriman Nərimanov metrostansiyasının” yaxınlığında görüşmək qərarına gəlmişlər və 7 yanvar 2023-cü il tarixdə, saat 17 radələrində danışdıqları yerdə görüşərək Təqsirləndirilən şəxs 50 (əlli) manat qarşılığında 1 (bir) ədəd bükümdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin almış və aldığı narkotik vasitə heroinlə psixotrop maddə metamfetamini istifadə etmək üçün üzərində saxlamışdır. Həmin gün, saat 21 radələrində tanışı Şahid5 oğlu ilə birlikdə ünvan 5 ünvanın yaxınlığında olarkən 3 nəfər polis əməkdaşı onlara yaxınlaşmaqla özlərini təqdim edərək onları Nərimanov RPİnə dəvət etmişlər. Onlar həmin polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-nə gəlmişlər. İdarəyə getdikdən sonra onu xidməti otaqlardan birinə dəvət etmişlər. Sonra isə hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunaraq ona təqdim edilmiş və o, şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı ona üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və ya maddə varsa, onları könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu zaman başqa çıxış yolunun olmadığını görərək əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamini könüllü olaraq təqdim etmişdir. Sonra təhqiqatçı tərəfindən üzərində əlavə axtarış keçirilmiş, lakin bu zaman onun üzərindən dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya maddə aşkar olunmamışdır. Daha sonra Nərimanov RPİ-nin TŞ-in təhqiqatçısı, polis baş leytenantı Toğrul Məmmədov tərəfindən üzərində şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib edilərək ucadan oxunmuş, düzgünlüyü o və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Eyni zamanda şəxsi axtarış və götürmə protokolu ilə müdafiəçi tanış olmuş və tanış olduqdan sonra müdafiəçi protokolu imzalamışdır. Üzərində şəxsi axtarış və götürmə keçirilməsi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır.

13. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 oğlu məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, o, hadisədən təxminən bir il əvvəldən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istifadə etməyə başlamışdır. 7 yanvar 2023-cü il tarixdə, günorta saatlarında bədənində ağrılar olduğundan əvvəldən tanıdığı Təqsirləndirilən şəxs ilə istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrə vasitəsi ilə əlaqə saxlayaraq öz şəxsi istifadəsi üçün 1(bir) ədəd büküm psixotrop maddə metamfetamin istəmişdir. Daha sonra onlar Bakı şəhəri, Nərimanov rayonu, “Nəriman Nərimanov metrostansiyasının” yaxınlığında görüşmək qərarına gələrək 7 yanvar 2023-cü il tarixdə, saat 17 radələrində danışdıqları yerdə görüşməklə Təqsirləndirilən şəxs 10 (on) manat qarşılığında 1 (bir) ədəd büküm psixotrop maddə metamfetamin alaraq həmin psixotrop maddəni istifadə etmək üçün üzərində saxlamışdır. Həmin gün, saat 21 radələrində ünvan 6 ünvanın yaxınlığında olarkən 3 nəfər polis əməkdaşı ona yaxınlaşmaqla özlərini təqdim edərək onu Nərimanov RPİ-nə dəvət etmiş, onlar da həmin polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-nə gəlmişlər. İdarəyə getdikdən sonra onu xidməti otaqlardan birinə dəvət etmişlər. Sonra isə hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmaqla ona təqdim edilmiş və o, şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya maddə varsa, könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə psixotrop maddə metamfetamini könüllü olaraq təqdim etmişdir. Bundan başqa, o, şalvarının sol yan cibindən “Xiaomi” markalı mobil telefonunu təqdim etmişdir. Sonra təhqiqatçı tərəfindən üzərində əlavə axtarış keçirilmiş, lakin bu zaman onun üzərindən dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya maddə aşkar olunmamışdır. Daha sonra Nərimanov RPİ-nin TŞ-in təhqiqatçısı, polis baş leytenantı Toğrul Məmmədov tərəfindən üzərində şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib edilərək ucadan oxunmuş, düzgünlüyü o və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Eyni zamanda şəxsi axtarış və götürmə protokolu ilə müdafiəçi tanış olmuş və tanış olduqdan sonra müdafiəçi protokolu imzalamışdır. Üzərində şəxsi axtarış və götürmə keçirilməsi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır.

14. Şahid qismində dindirilmiş Şahid5 ifadəsinə əlavə olaraq göstərdi ki, o, “Mado” restoranının arxasında olarkən tək tutulmuşdur. O, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən zəng edərək üzərində 10 (on) manat olduğunu bildirməklə narkotik vasitəyə ehtiyacı olduğunu və ondan narkotik vasitəni təşkil edə biləcəyini soruşduqda Təqsirləndirilən şəxs ona bir saata xəbər edəcəyini demişdir. Daha sonra o, Təqsirləndirilən şəxslə görüşərək narkotik vasitə metamfetamini sonuncudan götürmüş, lakin əldə etdiyi narkotik vasitəni tutulduğu üçün istifadə edə bilməmişdir. Polislər gecə saat 4-ün yarısında üzərinə baxış keçirərkən narkotik vasitəni aşkar etmişlər. O, Şahid4 tanımır, sonuncu ilə birgə tutulmamış və ona zəng etməmişdir.

15. Şahid5 oğlunun məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında müəyyən ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Şahid5 həmin ifadələrində əsasən eyni məzmunlu ifadə verməklə həmin ifadələrində əlavə olaraq Şahid4 tanıdığını, sonuncu ilə birlikdə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə aldıqdan sonra polis əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinə aparıldıqlarını göstərmişdir.

16. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır və hər ikisi narkotik vasitə istifadəçisidir. Bakı şəhərində narkotik vasitə baha olduğundan istifadə etmək üçün sosial şəbəkələrdən İran İslam Respublikası vətəndaşlarından narkotik vasitə və ya psixotrop maddəni ucuz qiymətə sifariş etmişlər. Həmin narkotik vasitə və psixotrop maddələri bir neçə nəfər narkotik istifadəçisi olan dostları ilə pul toplayaraq sifariş etməklə sonradan öz aralarında bölüşmüşlər. O, Təqsirləndirilən şəxs narkotik vasitə almamış və Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olmasından xəbəri olmamışdır. Onlar saxlanılarkən o, “ALP İnn” hoteldə olmuşdur. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən orada iştirak etməmişdir. Hoteldə onların istifadəsi üçün lazım olan az miqdarda narkotik vasitə olmuşdur. Polislər onları otaqdan çıxarmış, daha sonra yenidən otağa qaytarmışlar. Bu proses bir neçə dəfə təkrarlanmışdır. Bundan sonra polislər idman çantasından Təqsirləndirilən şəxs və onun xəbəri olmadığı narkotik vasitələri çıxarmışlar. O, həmin idman çantasında olan narkotik vasitələri əvvəllər görməmişdir. Həmin çantanın içərisində ona və Ülviyə məxsus paltarlar olmuşdur. Onlar hotelə saxlanılmamışdan 2-3 gün əvvəl gəlmişlər. Orada Ülvi ilə birlikdə narkotik vasitədən istifadə etmişlər. Onun üzərində narkotik vasitəni almaq üçün pul olmadığından Ülvi ilə birlikdə olduqda narkotik almaq üçün sonuncuya hər hansı məbləğdə pul verməmişdir. Polis əməkdaşları Ülvini çöldə saxlayaraq hotelə gətirmişlər və bu zaman o, hoteldə olmuşdur. Ülvi mağazaya getmək üçün hoteldən çıxmış, o isə hoteldə Ülvini gözləmişdir. Onlar saat 16-17 radələrində saxlanılmışlar. Bildiyinə görə, polislər çöldə Ülvi ilə bağlı başqa bir nəfəri tutmuşlar. Həmin şəxsi bir-iki dəfə Ülvinin yanında gördüyü dostu kimi tanımışdır. Hotel otağında qaldıqları müddət ərzində o və Ülvi bir neçə dəfə otağı tərk edərək mağazaya gedib-gəlmişlər. Onlardan biri otaqdan çıxdıqda, digəri otaqda qalmışdır, lakin hər ikisinin birgə otaqdan çıxdığı dövrlər də olmuşdur. Onların hər ikisinin əşyaları və paltarları eyni çantada olmuşdur. O, idman çantasını açıb yığmışdır, ancaq orada narkotik vasitə olduğunu görməmişdir. Sonuncu dəfə həmin çantadan səhər saatlarında paltar götürmüş, lakin orada narkotik vasitə olmasını görməmişdir.

17. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə müəyyən ziddiyyətlər olduğundan həmin ifadələri elan edilərək tədqiq edilmiş və o, məhkəməyədək icraat zamanı ifadələrində göstərmişdir ki, uzun müddətdir narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istifadə edir. 7 yanvar 2023-cü il tarixdə, axşam saatlarında müvəqqəti olaraq Təqsirləndirilən şəxs ilə birlikdə qaldığı ünvan 1-də yerləşən “ALP İnn” hotelin 302 saylı otağında olarkən bədənində ağrılar olduğundan Təqsirləndirilən şəxs öz şəxsi istifadəsi üçün 1 (bir) ədəd bükümdə narkotik vasitə heroin istəmişdir. Təqsirləndirilən şəxs da ona təmənnasız olaraq 1 (bir) ədəd büküm narkotik vasitə heroin vermiş, bundan sonra o, özünü pis hiss etdiyindən birlikdə gəzmək üçün çölə çıxmışlar. 7 yanvar 2023-cü il tarixdə, saat 23 radələrində ünvan 2 ünvanın yaxınlığında olarkən 3 nəfər polis əməkdaşı onlara yaxınlaşmaqla özlərini təqdim edərək onları Nərimanov RPİ-nə dəvət etmişlər. Onlar həmin polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-nə gəlmiş, idarəyə getdikdən sonra onu xidməti otaqlardan birinə dəvət etmişlər. Sonra isə hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunaraq ona təqdim edilmiş və o, şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı ona üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və ya maddə varsa, könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Onun üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman başqa çıxış yolunun olmadığını görərək əynindəki qara rəngli şalvarının sol yan bel hissəsində gizlətmiş olduğu 1 (bir) ədəd bükümdə narkotik vasitə heroini könüllü olaraq təqdim etmişdir. Sonra üzərində əlavə axtarış keçirilmiş, lakin bu zaman üzərindən dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya maddə aşkar olunmamışdır. Daha sonra Nərimanov RPİ-nin TŞ-in təhqiqatçısı, polis baş leytenantı Toğrul Məmmədov tərəfindən üzərində şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib edilərək ucadan oxunmuş, düzgünlüyü o və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Eyni zamanda şəxsi axtarış və götürmə protokolu ilə müdafiəçisi tanış olmuş və tanış olduqdan sonra müdafiəçi protokolu imzalamışdır. Üzərində şəxsi axtarış və götürmə keçirilməsi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Bundan sonra, polis əməkdaşlarının təklifi ilə razılığı əsasında müvəqqəti olaraq qaldığı ünvan 1-də yerləşən “ALP İnn” hotelin 302 saylı otağına baxış keçirilmişdir. Baxış zamanı otaqdakı qəhvəyi rəngli masanın üzərində Təqsirləndirilən şəxs məxsus bükümlər halında olan narkotik vasitələr və psixotrop maddələr, həmçinin gümüşü rəngli elektron tərəzi və bıçaq aşkar olunmuşdur. Bununla yanaşı, baxış zamanı Təqsirləndirilən şəxs dolabda saxladığı qara rəngli əl çantasından da narkotik vasitə aşkar olunmuşdur. Sonra təhqiqatçı tərəfindən otaqda əlavə baxış keçirilmişdir. Bu zaman otaqdan Təqsirləndirilən şəxs məxsus dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Həmçinin, baxış və götürmə zamanı ona məxsus dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Daha sonra Nərimanov RPİ-nin TŞ-in təhqiqatçısı, polis baş leytenantı Toğrul Məmmədov tərəfindən baxış və götürmə keçirilməsi barədə protokol tərtib edilərək ucadan oxunmuş, düzgünlüyü o və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Eyni zamanda şəxsi axtarış və götürmə protokolu ilə müdafiəçisi tanış olmuş və tanış olduqdan sonra müdafiəçi protokolu imzalamışdır. Baxış və götürmə keçirilməsi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır.

18. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 məhkəməyədək icraat zamanı ifadələri elan edildikdən sonra o, həmin ifadələrini təsdiq edərək qeyd edilən ifadələrdə guya onun Ülvi ilə küçədə birlikdə saxlanılmasına dair hissəsindən başqa digər hissələrinin doğru olduğunu bildirərək göstərdi ki, Təqsirləndirilən şəxs hoteldən çöldə tutulmuş, o isə həmin vaxt hoteldə olmuşdur.

19. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs “ALP İnn” hotelinin 302 nömrəli otağında 3 yanvar 2023-cü il tarixdən tutulduğu, yəni 7 yanvar 2023-cü il tarixədək bir qadınla qalmışdır. Onlar bu müddət ərzində otağın təmizlənməsi üçün hər hansı xidmət istəməmişlər. Hotelin hər mərtəbəsində 8 otaq olmaqla, ümumilikdə 32 otaq mövcuddur. Təqsirləndirilən şəxs bir nəfər qadınla qaldığı otaq 2 nəfərlik olmaqla 3-cü mərtəbədə, liftin küncündə yerləşir. Onlar hoteldə qaldıqları müddət ərzində onların yanına gedib-gələn olmamış, hər hansı şübhəli hal yaranmamışdır. Lakin eyni hotel otağında qaldıqları dörd gün müddətində otağın təmizlənməsi üçün hər hansı xidmət istəməmələri, otağın ümumiyyətlə təmizlənməməsi və onları narahat etməmələrini bildirmələri onda müəyyən şübhə yaratmışdır. 8 yanvar 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən hotel otağında baxış keçirilərkən otaqdan narkotik vasitə və psixotrop maddələr aşkar olunduqda Təqsirləndirilən şəxs hotel otağının təmizlənməsi üçün xidmət istəməməsinin səbəbini başa düşmüşdür.

20. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

21. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 8 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşıması, həmin narkotik vasitə və psixotrop maddə metamfetaminin bir hissəsini Şahid5 oğlu, Şahid4 və Şahid6 satması faktına görə həmin tarixdə Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X20 tərəfindən fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (cild 1, i.v.1-2).

22. Nərimanov RPİ-nin CAŞ-nin kiçik inspektorları, polis serjantları X8, X9 və X21 tərəfindən həmin idarənin rəisi, polis polkovniki Vaqif Müslümova ünvanlanmış raportdan görünür ki, 7 yanvar 2023-cü il tarixdə, xidməti zərurətlə əlaqədar təxminən saat 21:40 radələrində ünvan 7 ünvanının yaxınlığında xidmət aparan zaman iki nəfər şəxsin hərəkətləri və davranışı ilə özünü şübhəli aparmasını müşayiət edib həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim edib onlardan da özlərini təqdim etmələrini təklif etmiş, həmin şəxslərin davranışı və onlarla danışan zaman həmin şəxslərin gözlərinin axmasını, verilən suallara qeyri-müəyyən cavablar verməsi ilə şübhələrini daha da artıraraq oradan uzaqlaşmağa cəhd göstərmişlər. Həmin şəxslər saxlanılaraq Nərimanov RPİ-nə gətirilərək növbətçi hissəyə təqdim edilmiş, müəyyən olunmuşdur ki, onlar Şahid4 İsa oğlu və Şahid5 oğludur. Qeyd edilən şəxslərin narkotik vasitə və digər güclü təsir edən maddələrin istifadəsində şübhəli olmasını nəzərə alaraq onlar barəsində müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir (cild 1, i.v.4).

23. “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” 7 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, X14 üzərində prosessual qanunvericiliyin tələblərinə uyğun formada keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Şahid4 əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş, içərisində qəhvəyi rəngli və ağ rəngli spesifik qoxuya malik maddəni təqdim edərək həmin predmetin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirərək qeyd edilən predmetləri 7 yanvar 2023-cü il tarixdə, saat 17 radələrində bədənində ağrılar olduğundan Bakı şəhəri, Nərimanov rayonu, “Nəriman Nərimanov metrostansiyasının” yaxınlığında tanışı Ülvi adlı şəxsdən 50 manat qarşılığında öz istifadəsi üçün alaraq üzərində saxlayaraq gəzdirdiyini göstərmişdir. Qeyd edilən istintaq hərəkəti videoçəkilişlə aparılmış və həmin videoçəkilişin əks olunduğu bir ədəd disk iş materiallarına əlavə edilmişdir (Cild 1, i.v. 21-22).

24. “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” 7 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Şahid5 oğlunun üzərində prosessual qanunvericiliyin tələblərinə uyğun formada keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Şahid5 əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş, içərisində ağ rəngli spesifik qoxuya malik maddəni təqdim edərək həmin predmetin “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirərək qeyd edilən predmeti 7 yanvar 2023-cü il tarixdə, saat 17 radələrində bədənində ağrılar olduğu üçün Bakı şəhəri Nərimanov rayonu, “Nəriman Nərimanov metrostansiyasının” yaxınlığında tanışı Ülvi adlı şəxsdən 10 manat qarşılığında aldığını göstərmişdir. Qeyd edilən istintaq hərəkəti videoçəkilişlə aparılmış və həmin videoçəkilişin əks olunduğu bir ədəd disk iş materiallarına əlavə edilmişdir (Cild 1, i.v. 47-48).

25. 7 yanvar 2023-cü il tarixli Nərimanov RPİ-nin Təhqiqat Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Xıdır Xıdırov tərəfindən həmin idarənin Cinayət-Axtarışı şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vüqar Cavadzadəyə ünvanlanmış əməliyyat tapşırığından görünür ki, 7 yanvar 2023-cü il tarixdə Nərimanov RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən narkotik vasitə və digər güclü təsir göstərən maddələrin istifadəsində şübhəli şəxs qismində saxlanılmış Şahid4 və Şahid5 oğlunun üzərilərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı sonuncular aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri “Ülvi” adlı şəxsdən aldıqlarını bildirmiş, həmin fakt əsasında “Ülvi” adlı şəxsin müəyyən edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün göstəriş verilməsi xahiş edilmişdir (Cild 1, i.v. 49).

26. Nərimanov RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkilləri, polis mayoru Şahid1 və polis kapitanı Şahid2 və əməliyyat müvəkkili, polis kapitanı Şahid3 tərəfindən həmin idarənin rəisi, polis polkovniki Vaqif Müslümova ünvanlanmış raportdan görünür ki, 7 yanvar 2023cü il tarixdə, əməliyyat tapşırığı ilə əlaqədar təxminən saat 23:50 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 102 ünvanının yaxınlığında 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs və 1988-ci il təvəllüdlü Şahid6 saxlanılaraq rayon polis idarəsinə gətirilmişdir. Qeyd edilən şəxslərin narkotik vasitə və digər güclü təsir edən maddələrin istifadəsində şübhəli olmasını nəzərə alaraq onlar barəsində müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir (cild 1, i.v.56).

27. “Cinayət əməlini törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 8 yanvar 2023-cü il tarixli qərardan və protokoldan görünür ki, həmin tarixdə, saat 00:20-də Tağıyev X10 Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X6 tərəfindən sonuncunun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 16 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Qərara əsasən Təqsirləndirilən şəxs 7 yanvar 2023-cü il tarixdə, saat 23:50 radələrində saxlanılmışdır (Cild 1, i.v. 66-68).

28. “Şübhəli şəxs üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 8 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, həmin gün, saat 00:35-dən 00:50-dək Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X6 tərəfindən həmin İdarənin Cinayət-Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2, əməliyyat müvəkkili, polis kapitanı Şahid3 və müdafiəçi X2 iştirakı ilə Nərimanov Rayon Polis İdarəsinin inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, Nərimanov RPİ-nin CAŞ-nin kiçik inspektoru, polis serjantı X13 tərəfindən “Samsung A41” markalı mobil telefonla videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə başlamazdan əvvəl üzərində olan qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sol yan cibindən 1 (bir) ədəd bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Bundan başqa, o, şalvarının sağ yan cibindən 1 (bir) ədəd “iPhone 7” markalı mobil telefonunu, sol yan cibindən isə müvəqqəti olaraq qaldığı “ALP İnn” hotelinin 302 saylı otağının giriş kartını təqdim etmişdir. Aşkar olunmuş narkotik vasitə Təqsirləndirilən şəxs və digər iştirakçıların iştirakı ilə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 44 nömrəli möhürü ilə möhürlənmişdir (cild 1, i.v. 74-75).

29. “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” 8 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Şahid6 üzərində prosessual qanunvericiliyin tələblərinə uyğun formada keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Şahid6 əynində olan qara rəngli şalvarının sol yan bel hissəsindən 1 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş, içərisində qəhvəyi rəngli toz halında spesifik qoxuya malik maddəni təqdim edərək həmin predmetin “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu bildirərək qeyd edilən predmeti 7 yanvar 2023-cü il tarixdə, axşam saatlarında “Alp İnn” hotelinin 302 nömrəli otağında müvəqqəti olaraq birgə yaşadığı Ülvi adlı şəxsdən əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində saxladığını göstərmişdir (Cild 1, i.v. 93-94).

30. Təqsirləndirilən şəxs və Şahid6 tərəfindən əlyazma ilə yazılmış 8 yanvar 2023-cü il tarixli ərizələrdən görünür ki, onlar müvəqqəti olaraq yaşadıqları ünvan 8 ünvanda yerləşən “Alp İnn” hotelinin 302 nömrəli otağına baxış və götürmə aparılmasına icazə vermişlər (Cild 1, i.v. 76;100).

31. Şahid7 tərəfindən əlyazma ilə yazılmış 8 yanvar 2023-cü il tarixli ərizədən görünür ki, Şahid7 menecer kimi işlədiyi ünvan 9 ünvanda yerləşən “Alp İnn” hotelinin 302 nömrəli otağına baxış və götürmə aparılmasına razılıq vermişdir (Cild 1, i.v. 101).

32. “Baxış və götürmə aparılması haqqında” 8 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs, Şahid6 və Şahid7 razılığı əsasında Təqsirləndirilən şəxs və Şahid6 müvəqqəti olaraq qaldıqları ünvan 1-də yerləşən “ALP İnn” hotelinin 302 saylı otağına həmin gün, saat 2:30-dan 3:20-dək Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X6 tərəfindən həmin İdarənin Cinayət-Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2, əməliyyat müvəkkili, polis kapitanı Şahid3, Şahid7, Təqsirləndirilən şəxs, Şahid6, müdafiəçilər X3 və X15 iştirakı ilə baxış keçirilmişdir. Protokoldan görünür ki, Nərimanov RPİ-nin CAŞ-nin kiçik inspektoru, polis serjantı X13 tərəfindən “Samsung A41” markalı mobil telefonla videoçəkiliş aparılmaqla 302 nömrəli hotel otağına baxış keçirilmişdir. Baxış zamanı otaqdakı qəhvəyi rəngli masanın üzərində Təqsirləndirilən şəxs məxsus bükümlər halında olan narkotik vasitə və psixotrop maddələrə bənzər kütlələr, həmçinin 1 (bir) ədəd gümüşü rəngli elektron tərəzi və bıçaq aşkar olunmuşdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs dolabda saxladığı qara rəngli əl çantasından 1 (bir) ədəd bükümdə narkotik vasitəyə bənzər kütlələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələri tapdığını bildirmişdir. Baxış zamanı otaqdan hər hansı digər qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Aşkar olunmuş narkotik vasitələr və psixotrop maddələr iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 44 nömrəli möhürü ilə möhürlənmişdir. Daha sonra Nərimanov RPİ-nin TŞ-in təhqiqatçısı, polis baş leytenantı Toğrul Məmmədov tərəfindən baxış və götürmə keçirilməsi barədə protokol tərtib edilərək ucadan oxunmuş, düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Baxış və götürmə keçirilməsi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır (Cild 1, i.v. 102-106).

33. “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Baxış və götürmə aparılması haqqında” 7 yanvar 2023 və 8 yanvar 2023-cü il tarixli protokollarda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı beş ədəd “DVD” formatlı disklər istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq bir ədəd müddəti 31 dəqiqə 56 saniyə olan (“Alp İnn” hotelinin 302 nömrəli otağına baxış və götürmə), 9 dəqiqə 9 saniyə olan (Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə), 7 dəqiqə 47 saniyə olan (Şahid4 üzərinə şəxsi axtarış və götürmə), 6 dəqiqə 7 saniyə olan (Şahid5 üzərinə şəxsi axtarış və götürmə) və 8 dəqiqə 44 saniyə olan (Şahid6 üzərinə şəxsi axtarış və götürmə) həmin videogörüntülərin əks olunduğu disklərə müstəntiq İ.B.İmanov tərəfindən baxış keçirilməsinə dair müvafiq olaraq 11 yanvar 2023-cü il tarixli protokollarla, eləcə də həmin disklərə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin, habelə Şahid4, Şahid6 və Şahid5 üzərində keçirilmiş şəxsi axtarış, habelə hotel otağına baxış və götürmə istintaq hərəkətləri zamanı protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz əksini tapmışdır. Videogörüntülərdən Təqsirləndirilən şəxs, Şahid4, Şahid6 və Şahid5 xarici görkəmlərinin səliqəli olması, sərbəst olmaqla suallara rahat şəkildə cavab vermələri, xüsusilə hotel otağında baxış zamanı Şahid6 və Təqsirləndirilən şəxs fəal olmaları müşahidə edilməklə onların hər hansı fiziki, psixi və sair təsirə məruz qalmaları müəyyən edilməmişdir. Eyni zamanda Şahid6 üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı suallara cavab olaraq Şahid6 Təqsirləndirilən şəxslə birlikdə 3-4 gündür “Alp İnn” hotelində qaldıqlarını, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumatının olduğunu, onunla birlikdə olduğu müddət ərzində gün ərzində 2-3 nəfərin ondan narkotik vasitə və psixotrop maddə alması haqqında məlumatının olmasını bildirmişdir (Cild 1, i.v. 122-126;).

34. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 6/95 saylı, 8 yanvar 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün 44 №”-li dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs” yazısı və imzalar olan 1 №-li zərfdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,175 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 2 №-li zərfdə 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,541 qram və 0,125 qram, ümumi təmiz çəkisi 0,666 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,194 qram və 0,185 qram, ümumi təmiz çəkisi 0,379 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 1 (bir) ədəd “gümüşü” rəngli elektron tərəzinin və 1 (bir) ədəd bıçaq tiyəsi hissəsinin üzərində heroinin izləri, 1 (bir) ədəd açıq-qırmızı rəngli borunun içərisində isə metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini və bükümlərdəki heroinlərlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-almamasını müəyyən etmək mümkün deyildir. 1 (bir) ədəd polietilien bağlamada təmiz çəkisi 2501,4 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 2502,241 qram (2kq 502,2412 qr) təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in və metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahılarına daxildir. Heroinin təmiz çəkiləri – 2501,4 qram; 0,175 qram; ümumi 0,666 qram; tədqiqata sərf edildi - 0,2 qram; 0,05 qram və ümumi 0,08 qram; qalıqlar: 2501,2 qram; 0,125 qram və ümumi 0,586 qram. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin ümumi təmiz çəkisi – 0,379 qram, tədqiqata sərf edildi – ümumi 0,08 qram, qalıq 0,299 qram. Aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manat müəyyən edilmişdir (cild 1, i.v. 126-131).

35. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 6/96 saylı, 8 yanvar 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində ‘‘Azərbaycan Respublikası DİN Zərflər üçün № 44” dairəvi möhür əksi, “şübhəli şəxs: Şahid4” yazısı və imzalar olan zərfdəki, təmiz çəkisi 0,445 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və təmiz çəkisi 0,038 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Şahid4 aşkar edilərək götürülmüş heroin, Təqsirləndirilən şəxs aşkar edilmiş heroinlərlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. Şahid4 aşkar edilərək götürülmüş metamfetamin, Təqsirləndirilən şəxs aşkar edilmiş metamfetaminlərlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. Heroinin təmiz çəkisi – 0,445 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq 0,395 qram. Metamfetaminin təmiz çəkisi – 0,038 qram, tədqiqata sərf edildi – 0,02 qram, qalıq 0,018 qram (cild 1, i.v. 132-137).

36. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 6/97 saylı, 8 yanvar 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində ‘‘Azərbaycan Respublikası DİN Zərflər üçün № 44” dairəvi möhür əksi, “şübhəli şəxs: Şahid6” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,167 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Şahid6 aşkar edilərək götürülmüş heroin, Təqsirləndirilən şəxs aşkar edilmiş heroinlərlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. Heroinin təmiz çəkisi – 0,167 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq 0,117 qram (cild 1, i.v. 138-142).

37. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 6/98 saylı, 8 yanvar 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində ‘‘Azərbaycan Respublikası DİN Zərflər üçün № 44” dairəvi möhür əksi, “şübhəli şəxs: Şahid5” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,495 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Şahid5 oğlundan aşkar edilərək götürülmüş metamfetamin, Təqsirləndirilən şəxs aşkar edilmiş metamfetaminlərlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. Metamfetaminin təmiz çəkisi – 0,495 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq 0,445 qram (cild 1, i.v. 143-147).

38. “Cinayət haqqında məlumatın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 8 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Şahid5 oğlu, Şahid4, Şahid6 və Təqsirləndirilən şəxs barəsində toplanmış HK-1/18, HK-1/18, HK-1/20, HK-1/21 saylı materiallar araşdırmanın davam etdirilməsi üçün aidiyyəti üzrə Nərimanov RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (Cild 1, i.v. 152).

39. “Üzləşdirmə haqqında” 9 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid4 arasında hər ikisinin müdafiəçilərinin iştirakı ilə keçirilən üzləşdirmə zamanı hər ikisi ifadələrində göstərdikləri xüsusatları bir-birilərinin üzlərinə demişlər. Üzləşdirmə zamanı Şahid4 Təqsirləndirilən şəxs 7 yanvar 2023-cü il tarixdə, saat 17 radələrində “Nəriman Nərimanov metrostansiyasının” yaxınlığında 50 manat müqabilində 1 büküm narkotik vasitə heroin və psixotrop maddə metamfetamin alaraq istifadə etmək üçün üzərində saxladığını, həmin gün, saat 21 radələrində tanışı Şahid5 oğlu ilə birlikdə ünvan 5 ünvanın yaxınlığında olarkən polis əməkdaşlarının onları saxlayaraq Nərimanov RPİ-nə apardıqlarını, Təqsirləndirilən şəxs narkotik vasitə heroin və psixotrop maddə metamfetamin satışı ilə məşğul olan şəxs kimi tanıdığını, əvvəllər də Təqsirləndirilən şəxs bir neçə dəfə şəxsi istifadəsi üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aldığını göstərmişdir (cild 1, i.v. 175-180).

40. “Üzləşdirmə haqqında” 9 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid5 oğlu arasında hər ikisinin müdafiəçilərinin iştirakı ilə keçirilən üzləşdirmə zamanı hər ikisi ifadələrində göstərdikləri xüsusatları bir-birilərinin üzlərinə demişlər. Üzləşdirmə zamanı Şahid5 Təqsirləndirilən şəxs 7 yanvar 2023-cü il tarixdə, saat 17 radələrində “Nəriman Nərimanov metrostansiyasının” yaxınlığında 10 manat müqabilində 1 büküm psixotrop maddə metamfetamin alaraq istifadə etmək üçün üzərində saxladığını, həmin gün, saat 21 radələrində tanışı Şahid4 ilə birlikdə ünvan 5 ünvanın yaxınlığında olarkən polis əməkdaşlarının onları saxlayaraq Nərimanov RPİ-nə apardıqlarını, Təqsirləndirilən şəxs narkotik vasitə heroin və psixotrop maddə metamfetamin satışı ilə məşğul olan şəxs kimi tanıdığını, əvvəllər də Təqsirləndirilən şəxs bir neçə dəfə şəxsi istifadəsi üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aldığını göstərmişdir (cild 1, i.v. 181-186)

41. “Üzləşdirmə haqqında” 9 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid6 arasında hər ikisinin müdafiəçilərinin iştirakı ilə keçirilən üzləşdirmə zamanı hər ikisi ifadələrində göstərdikləri xüsusatları bir-birilərinin üzlərinə demişlər. Üzləşdirmə zamanı Şahid6 Təqsirləndirilən şəxs 7 yanvar 2023-cü il tarixdə, axşam saatlarında təmənnasız olaraq öz şəxsi istifadəsi məqsədi ilə 1 büküm narkotik vasitə heroin alaraq üzərində saxladığını, həmin gün, saat 23 radələrində Təqsirləndirilən şəxslə birlikdə ünvan 2 ünvanın yaxınlığında olarkən polis əməkdaşlarının onları saxlayaraq Nərimanov RPİ-nə apardıqlarını, daha sonra birlikdə müvəqqəti qaldıqları hotel otağına müdafiəçilərinin iştirakı ilə baxış keçirildiyini, oradan narkotik vasitə və psixotrop maddələr aşkar olunduğunu, Təqsirləndirilən şəxs təxminən bir aydır tanıdığını, sonuncunun narkotik vasitə heroin və psixotrop maddə metamfetamin satışı ilə məşğul olmasına dair hər hansı məlumatının olmadığını, Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi kimi tanıdığını göstərmişdir (cild 1, i.v. 187-192).

42. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 9 yanvar 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir (Cild 1, i.v. 237-239).

43. Bakı Şəhəri, Nərimanov Rayon Məhkəməsinin 9 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əvvəli 8 yanvar 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Qərarın təsviri hissəsindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərmişdir ki, narkotik vasitəni daha öncə İran İslam Respublikasının vətəndaşı olan “Adəm” adlı şəxsdən almış, həmin narkotik vasitənin bir hissəsini tanıdığı bir qıza hədiyyə etmişdir. Hazırda üzərindən aşkar edilən narkotik vasitəni isə yerdən tapmışdır. Hoteldə 750 manat əmək haqqı almaqla menecer vəzifəsində işləyir. Əməlindən peşmandır (Cild 2, 56-61).

44. “Telefona baxış keçirilməsi haqqında” 12 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Apple” markalı, “İphone” modelli mobil telefona baxış zamanı həmin mobil telefonda ***-***-**-** saylı mobil nömrənin olması müəyyən edilməklə iş üçün əhəmiyyət kəsb edən digər hal müəyyən edilməmişdir (Cild 2, 127).

45. “Maddi sübut kimi tanıma haqqında” 19 yanvar 2023-cü il tarixli qərardan görünür ki, ümumilikdə 2502,853 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,912 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetmin, həmçinin bir ədəd gümüşü rəngli elektron tərəzi, bir ədəd bıçaq tiyəsi və bir ədəd açıq qırmızı rəngli boru cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq, həmin narkotik vasitələr və psixotrop maddələrin aparılmış tədqiqatlardan sonra qalıq qalmış hissələri, həmçinin bir ədəd gümüşü rəngli elektron tərəzi və bıçaq tiyəsinin saxlanması üçün Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır (Cild 2, 157-160).

46. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 2 mart 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir (Cild 2, i.v. 192).

47. “Cinayət işi materiallarından başqa cinayət işinin ayrılması haqqında” 13 mart 2023cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ibtidai istintaqı aparılan ********* saylı cinayət işinin materiallarından Şahid6 barəsində həmin Məcəllənin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi ayrıca icraata ayrılaraq istintaqı davam etdirilmişdir (cild 2, i.v.206-208).

48. Şahid6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq İ.B.İmanov tərəfindən 30 mart 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 1 aprel 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir (cild 2, i.v.224-234;).

49. Nərimanov Rayon Polis İdarəsinin əməliyyat işi üzrə rəis müavini, polis polkovnikleytenantı Hikmət Vəliyevin 30 mart 2023-cü il tarixli məktubundan görünür ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs narkotik vasitələr və ya psixotrop maddələr almaqda şübhəli olan şəxslərin və “Adəm” adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində müvafiq əmləiyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə edilməmişdir (Cild 2, i.v. 235).

50. “Ambulator komisyon məhkəmə-psixiatrik ekspertizasının” 18 fevral 2023-cü il tarixli, 446 saylı rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur(Cild 2, i.v. 243-246).

51. “Ambulator komisyon məhkəmə-narkoloji eksperizasının” 24 fevral 2023-cü il tarixli, 1085 saylı rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu, narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 3, i.v.1-3).

52. “Sübutların qiymətləndirilməsi haqqında” 7 aprel 2023-cü il tarixli qərara əsasən hazırkı cinayət işindən Şahid5 oğlu və Şahid4 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi, habelə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamini əldə etdiyi “Adəm” adlı şəxs barəsində isə həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işinin ayrıca icraata ayrılaraq istintaqının davam etdirilməsi, Şahid4, Şahid5 oğlu və Şahid6 verdikləri ifadələrin Təqsirləndirilən şəxs barəsində aparılan icraat üzrə şahid ifadəsi hesab edilməsi, Təqsirləndirilən şəxs və şahidlərin ifadələri, üzləşdirmə istintaq hərəkəti protokolları, “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” protokollar, “Baxış və götürmə aparılması haqqında” protokol, “Diskə baxış keçirilməsi barədə” protokollar, “Məhkəmə fiziki-kimyəvi” ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/95 saylı, 6/96 saylı, 6/97 saylı, 6/98 saylı rəyləri, “Ambulator komisyon məhkəmə-psixiatrik” ekspertizasının 18 fevral 2023-cü il tarixli, 446 saylı rəyi, “Ambulator komisyon məcburi-narkoloji” ekspertizasının 24 fevral 2023-cü il tarixli, 1085 saylı rəyi və işdə olan digər sənədlərin sübut növü kimi qiymətləndirilməsinin nəzərə alınması qeyd edilmişdir (cild 3, i.v. 13-39).

53. “Cinayət işi materiallarından başqa cinayət işi ayrılması haqqında” 7 aprel 2023-cü il tarixli qərarlardan görünür ki, müstəntiq İ.B.İmanov tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ibtidai istintaqı aparılan ********* saylı cinayət işinin materiallarından Şahid4 və Şahid5 oğlu barəsində həmin Məcəllənin 234.1-ci maddəsi ilə müvafiq olaraq ********* və ********* saylı cinayət işləri ayrıca icraata ayrılaraq istintaqı davam etdirilmişdir (cild 3, i.v.41-46).

54. “Cinayət işi materiallarından başqa cinayət işi ayrılması haqqında” 7 aprel 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ibtidai istintaqı aparılan ********* saylı cinayət işinin materiallarından Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamini əldə etdiyi “Adəm” adlı şəxs barəsində həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi ayrıca icraata ayrılaraq istintaqı davam etdirilir (Cild 3, i.v. 47-49).

55. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq İ.B.İmanov tərəfindən 3 may 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 5 may 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir (cild 3, i.v.66-87;).

56. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 5 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 28 may 2023-cü il tarixədək uzadılmışdır(cild 3, i.v.94-98;).

57. Bakı şəhəri, Nərimanov Rayon Prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşunas X16 tərəfindən qəbul edilmiş 18 avqust 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 432-C-23 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov RPİ-nin əməkdaşları tərəfindən fiziki təzyiqlərə və işgəncələrə məruz qalması araşdırma zamanı öz təsdiqini tapmadığından Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın təsviri hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anotomiya birliyi” X27 Nərimanov rayon şöbəsinin 16 avqust 2023-cü il tarixli, 1021 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində heç bir xəsarət aşkar edilməmişdir (Cild 4).

58. “AZEMİS” elektron məhkəmə sistemindən əldə edilmiş məlumata əsasən Təqsirləndirilən şəxs ailə tərkibi 8 yanvar 1971-ci il təvəllüdlü atası X7 və anası 21 yanvar 1971-ci il təvəllüdlü X4 ibarətdir (Cild 4).

59. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 1(005)-237/2023 nömrəli, 2 avqust 2023-cü il tarixli hökmündən görünür ki, Şahid6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən 1 (bir) 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, Şahid6 7 yanvar 2023-cü il tarixdə, axşam saatlarında müvəqqəti olaraq qaldığı ünvan 1-də yerləşən “Alp İnn” hotelinin 302 saylı otağında Təqsirləndirilən şəxs satış məqsədi olmadan özünün istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq 7 yanvar 2023-cü il tarixdə ünvan 2 ünvanın yaxınlığına daşımış, həmin tarixdə, saat 23:50-də ünvan 2 ünvanın yaxınlığında Nərimanov RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq Nərimanov RPİ-nə gətirilmiş, burada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarın sol yan bel hissəsində 1 ədəd bükümdə olmaqla şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,167 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Həmin hökmün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, həmin iş üzrə Şahid6 məhkəmə iclasında hazırkı iş üzrə məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə tamamilə eyni məzmunlu ifadə vermişdir (Cild 4).

60. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 1(005)-303/2023 nömrəli, 9 oktyabr 2023-cü il tarixli hökmündən görünür ki, Şahid5 oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 2 (iki) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, Şahid5 oğlu 7 yanvar 2023-cü il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Nəriman Nərimanov metrostansiyasının yaxınlığında Təqsirləndirilən şəxs satış məqsədi olmadan özünün istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə psixotrop maddə metamfetamini 10 manata əldə edib üzərində saxlayaraq 7 yanvar 2023-cü il tarixdə ünvan 5 ünvanın yaxınlığına daşımış, həmin tarixdə, saat 21:40-da ünvan 5 ünvanın yaxınlığında şübhəli vəziyyətdə hərəkətdə olduğundan Nərimanov RPİ-nin CAŞ-nin əməkdaşları ona yaxınlaşmış, o, danışan zaman polis əməkdaşlarının suallarından yayınmış, rabitəsiz danışmış və öz hərəkətləri ilə polis əməkdaşlarında şübhə yaratdığından saxlanılaraq Nərimanov RPİ-nə gətirilmiş, burada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümdə olmaqla şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,495 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Qeyd edilən hökmün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, həmin iş üzrə Şahid5 oğlu məhkəmə iclasında hazırkı iş üzrə məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə tamamilə eyni məzmunlu ifadə vermişdir (Cild 4).

Əməlin tövsifi və digər hüquqi məsələlər:

61. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

62. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsinatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

64. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

65. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

66. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir.

67. Belə ki, “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir.

68. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir.

69. CPM-in 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır.

70. CPM-in 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.

71. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır.

72. CPM-in 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.

73. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.

74. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ki, o, şəxsiyyəti istintaqa məlum olmayan "Adəm" adlı şəxslə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddənin Azərbaycan Respublikasının ərazisində satışını həyata keçirib hər dəfəsində narkotik vasitə və ya psixotrop maddə əldə edəcəyi qarşılığında "Adəm" adlı şəxs ilə razılaşdıqdan sonra, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə "Adəm" adlı şəxsin tapşırığına əsasən Bakı şəhəri Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən yaşayış binasının yanındakı kolluqda gizlədilmiş yerdən külli miqdarda narkotik vasitə və psixotrop maddəni satmaq məqsədilə qanunsuz əldə edib, bir neçə büküm hazırlamaqla xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində Bakı şəhəri Nərimanov rayonu, “Nərimanov” metrostansiyasının yaxınlığında Şahid4 50 manat qarşılığında 1 ədəd bükümdə təmiz çəkisi 0,445 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəkisi 0,038 qram olan ağ rəngli kristallardan ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, qeyd olunan vaxtda və yerdə Şahid5 oğluna isə 10 manat qarşılığında 1 ədəd bükümdə təmiz çəkisi 0,495 qram olan ağ rəngli kristallardan ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin satmış, həmçinin xx.xx.2023-cü il tarixdə, axşam saatlarında müvəqqəti olaraq qaldığı Bakı şəhəri Nərimanov rayonu, Həsən Əliyev küçəsi 82B-də yerləşən “ALP ınn” otelinin 302 saylı otağında Şahid6 1 ədəd bükümdə təmiz çəkisi 0,167 qram qəhvəyi rəngli tozşəkilli maddə şəklində kustar üsulla hazırlanmış narkotik vasitə heroin vermiş, həmin narkotik vasitə heroindən 1 büküm şəxsi istifadə məqsədi ilə üzərində saxlayaraq, narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin qalan hissəsini “ALP ınn” otelinin 302 saylı otağında gizlətmiş, xx.xx.2023-cü il tarixdə, saat 23:50-də ünvan 12 ünvanın yaxınlığında Nərimanov RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq Nərimanov RPİ-nə gətirilmiş, Nərimanov RPİ-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarının sol yan cibindən 1 ədəd bükümdə sellofan kəsiyinə bükülmüş təmiz çəkisi 0,175 qram qəhvəyi rəngli tozşəkilli maddə şəklində kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bundan sonra Bakı şəhəri Nərimanov rayonu, Həsən Əliyev küçəsi 82B-də yerləşən “ALP ınn” otelinin 302 saylı otağında keçirilən baxış zamanı 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,541 qram və 0,125 qram olmaqla ümumi təmiz çəkisi 0,666 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, digər 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,194 qram və 0,185 qram olmaqla ümumi təmiz çəkisi 0,379 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd polietilen bağlamada təmiz çəkisi 2501,4 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilmiş və nəticədə Təqsirləndirilən şəxs məxsus olmaqla kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan ümumilikdə 2502,853 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,912 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.

75. Halbuki, məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı təqsirləndirilən şəxsin “şəxsiyyəti istintaqa məlum olmayan "Adəm" adlı şəxslə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddənin Azərbaycan Respublikasının ərazisində satışını həyata keçirib hər dəfəsində narkotik vasitə və ya psixotrop maddə əldə edəcəyi qarşılığında "Adəm" adlı şəxs ilə razılaşdıqdan sonra, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə "Adəm" adlı şəxsin tapşırığına əsasən Bakı şəhəri Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən yaşayış binasının yanındakı kolluqda gizlədilmiş yerdən külli miqdarda narkotik vasitə və psixotrop maddəni satmaq məqsədilə qanunsuz əldə etməsinə dair” verilmiş ittiham, yəni CM-in 234.4.1-ci maddəsi ilə olan ittiham üzrə təqsirliliyi ittihamçı tərəfindən sübuta yetirilməmişdir.

76. Belə ki, CPM-in 138.2-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür.

77. “Kondraşinanın Rusiya Federasiyasına qarşı” işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin.

78. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinin tələblərinə görə Cinayət-Prosessual Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.

79. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında” 2000-ci il 10 mart tarixli qərarında qeyd olunmuşdur: Ədalət mühakiməsinin həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Ona görə də məhkəmələr işlərə baxarkən heç bir halda qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməməlidir. Məhkəmə təhqiqat və ibtidai istintaq orqanı tərəfindən təqdim edilən sübutun qanunsuz yolla əldə olunması nəticəsinə gəldikdə, bütün hallarda həmin sübutu iş üzrə toplanmış başqa sübutların cəmindən çıxmaqla qanunu pozmuş vəzifəli şəxsin hərəkətinə münasibətini bildirməlidir”.

80. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir.

81. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci və İİ siyahısının 67-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.

82. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı və daşıdığı 2502,853 qram, yəni külli miqdarda narkotik vasitə heroinin miqdarının şəxsi istehlak miqdarından təxminən 16685 dəfə, külli miqdarından isə təxminən 1251 dəfə artıq olması, habelə 0,912 qram, yəni külli miqdarda psixotrop maddə metamfetaminin miqdarının isə şəxsi istehlak miqdarından təxminən 6 dəfə artıq olması, habelə əldə etdiyi narkotik vasitə heroinin 0,445 qram və psixotrop maddə metamfetaminin 0,038 qram miqdarda bir bükümdə olan hissələrini 50 manat qarşılığında Şahid4, psixotrop maddə metamfetaminin 0,495 qram miqdarda bir bükümdə olan hissəsini 10 manat qarşılığında Şahid5 oğluna satması, narkotik vasitə olan heroinin 0,167 qram miqdarda bir bükümdə olan hissəsini isə digər maraq müqabilində Şahid6 verməsi, eyni zamanda üzərində heroinin izləri olan bir ədəd elektron tərəzinin aşkar edilməsi, o cümlədən Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair çoxsaylı şahid ifadələri və iş materiallarında olan digər sübutlar onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.

83. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğul olmaması, saxlanılarkən üzərində yalnız öz şəxsi istifadəsi üçün əldə edərək saxladığı 1 qram metamfetaminin olması, müvəqqəti olaraq yaşadığı “ALP İnn” hotelindən aşkar edilmiş külli miqdarda narkotik vasitənin və üzərində heroinin izləri olan elektron tərəzinin ümumiyyətlə ona məxsus olmaması, ittihamda göstərilən qaydada deyil, tək tutulması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.

84. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid4 və Şahid5 oğlunun Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq sonuncudan şəxsi istifadə məqsədilə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin almaları ilə bağlı verdikləri ifadələr, o cümlədən sonunculardan aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddə metamfetaminlə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə heroin və psixotrop maddə metamfetaminlə kimyəvi tərkib elementləri və xarici komponentlərinə görə eynilik təşkil etməsi, habelə Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı “ALP İnn” otelin 302 saylı otağında aşkar edilmiş külli miqdarda narkotik vasitənin, habelə üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan 1 (bir) ədəd elektron tərəzi, ondan aşkar edilmiş külli miqdarda narkotik vasitə heroini, həmçinin metamfetamini onun məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edərək üzərində və qaldığı hotel otağına daşımaqla saxladığını təsdiq edir.

85. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs yaxın münasibətdə olduğu Şahid6 birincinin narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğul olmaması, yalnız narkotik vasitə istifadəçisi olması, onların birgə müvəqqəti olaraq yaşadıqları “ALP İnn” hotelinin 302 nömrəli otaqdakı idman çantasında aşkar olunmuş külli miqdarda narkotik vasitə heroinin ümumiyyətlə Təqsirləndirilən şəxs məxsus olmaması, onun Təqsirləndirilən şəxslə birlikdə deyil, sonradan yuxarıda qeyd olunan otaqda olarkən saxlanılması ilə bağlı məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi yaxın münasibətdə olduğu Təqsirləndirilən şəxs müdafiə xarakteri daşımaqla sonuncunun ağır cinayət əməli törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır, özünün və Təqsirləndirilən şəxs işin faktiki halları ilə təkzib olunan ifadələrindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Belə ki, Şahid6 həmin ifadəsi ziddiyyətli olmaqla, işin faktiki halları ilə tam şəkildə təkzib edilir. Məhkəmə həmçinin Şahid6 ifadəsinə hökmün 59-cu bəndində göstərilənlərlə yanaşı onun Təqsirləndirilən şəxslə məhkum həmrəyliyi ilə verilmiş həmin ifadəsini işin faktiki halları ilə öz təsdiqini tapmadığından inkar edilməsini qeyd edir.

86. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

87. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.

88. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

89. Hökmün 88-ci bəndində qeyd edilmiş qərar baxımından plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün bütün diqqətəlayiq halların məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalarda qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.

90. Qeyd edilənlərə əsasən, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin istehlakçısı olmaqla yanaşı digər istehlakçılarla razılıq əldə etməsinə dair sübutların aşkar edilməsi, aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddələrin şəxsi istehlak və külli miqdarından dəfələrlə artıq olması, qaldığı hotel otağından üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzinin və bıçağın aşkar edilməsi və sair hallar ibtidai istintaq orqanının haqlı olaraq Təqsirləndirilən şəxs narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satmaq məqsədi ilə əldə etməsi qənaətinə gəlməyə əsas verir.

91. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.

92. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs hökmün 43-cü bəndində qeyd edildiyi kimi barəsində məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə saxlanılarkən hər hansı bir fiziki təzyiqə və zorakılığa məruz qalmasına dair məhkəməyə məlumat verməmiş, habelə hotel otağından aşkar edilmiş heroini tapmasını, tanıdığı bir qıza bir hissəsini hədiyyə verməsini, törətdiyi əməldən peşman olmasını bildirmişdir. Həmçinin hökmün 57-ci bəndində qeyd edilən mötəbərliyi şübhə altına bilinməyən sənədlə də Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır.

93. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, çoxsaylı şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.

94. Hökmün 88-ci bəndində qeyd edilən qərarın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlibgəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.

95. Halbuki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs həmçinin CM-in 234.4.1-ci maddəsi ilə ittiham verərkən sonuncunun kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “ şəxsiyyəti istintaqa məlum olmayan “Adəm” adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncudan satış məqsədi ilə qanunsuz olaraq ümumilikdə külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib daşıyaraq saxladığını” göstərməklə kifayətlənmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur. Eyni zamanda, iş materiallarında olan hər hansı sənəddə təqsirləndirilən şəxsin hər hansı şəxslə hər hansı formada və şəraitdə razılaşması və sair hallar, “Adəm” adlı şəxsin cinayətin subyekti ola bilməsi öz təsdiqini tapmır.

96. CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-in 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir.

97. CPM-in 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.

98. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

99. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

100. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan normasının tətbiq olunması və ya ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin CM-in daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirməsi başa düşülür. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi).

101. Beləliklə, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissələrində göstərilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, habelə qanunu rəhbər tutaraq və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verilmiş ittihamın “şəxsiyyəti istintaqa məlum olmayan "Adəm" adlı şəxslə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddənin Azərbaycan Respublikasının ərazisində satışını həyata keçirib hər dəfəsində narkotik vasitə və ya psixotrop maddə əldə edəcəyi qarşılığında "Adəm" adlı şəxs ilə razılaşdıqdan sonra, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə "Adəm" adlı şəxsin tapşırığına əsasən Bakı şəhəri Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən yaşayış binasının yanındakı kolluqda gizlədilmiş yerdən külli miqdarda narkotik vasitə və psixotrop maddəni satmaq məqsədilə qanunsuz əldə etməsinə görə” verilmiş ittihamda təqsirliliyi sübuta yetirilməməsi əsası ilə həmin ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməlidir.

102. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

103. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır.

104. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

105. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

106. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

107. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

108. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

109. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin 27 yaşında olmaqla gənc olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.

110. Təqsirləndirilən şəxs əməlində CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi.

111. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın yuxarı həddə yaxın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

112. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

113. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

114. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 8 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 9 yanvar 2023-cü il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilməklə həbs etmənin əvvəli tutulduğu 8 yanvar 2023-cü il tarixdən hesablanmış, həmin məhkəmənin 5 may 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 28 may 2023-cü il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 2, i.v.56-61, Cild 3)

115. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb “Cinayət əməlini törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 8 yanvar 2023-cü il tarixli qərarı nəzərə almaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı onun faktiki azadlığının məhdudlaşdırıldığı 7 yanvar 2023-cü il tarixdən hesablanmalıdır.

116. Məhkəmə hökmün 51-ci bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

117. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur.

118. Qeyd edilənlərə əsasən, məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsində saxlanılan bir ədəd elektron tərəzi cinayət törədilərkən istifadə edilən alət və vasitə kimi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır.

119. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri, Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan, hökmün 34-cü bəndində göstərilmiş ekspert rəyinə əsasən tədqiqatlardan sonra qalıq çəkisi 2501,2 qram, 0,125 qram və ümumi 0,586 qram olan narkotik vasitə heroin, 0,299 qram olan psixotrop maddə metamfetamin, bir ədəd bıçaq tiyəsi və bir ədəd açıq qırmızı rəngli boru məhv edilməli, 5 (beş) ədəd disk isə hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

120. CPM-ə sasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

121. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

122. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

123. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

124. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

125. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ümumi ittihamdan Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 7 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 2501,2 qram, 0,125 qram və ümumi 0,586 qram olmaqla, cəmi 2501,911 qram olan narkotik vasitə heroin, 0,299 qram olan psixotrop maddə metamfetamin, bir ədəd bıçaq tiyəsi və bir ədəd açıq-qırmızı rəngli boru məhv edilsin, 1 (bir) ədəd elektron tərəzi xüsusi müsadirə olunaraq əvəzsiz olaraq dövlət nəfinə alınsın və 5 (beş) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs oğlundan 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar