Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1326/2024 12.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), X3 və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri - X4 və X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1982-ci il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş (Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 7.10.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə AR Milli Məclisin 5.11.2021-ci il tarixli Aministiya Qərarının 4-cü bəndinə əsasən cəzası 6 (altı) ay azaldılaraq 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına endirilmiş, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xəzər rayon məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 1 (bir) ay hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş), məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,188 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, xx.xx.2023-ci il tarixdə saat 12:50-da ünvan 3 ünvanının qarşısında olan zaman özünü şübhəli apardığından Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 5 ünvanda yerləşən 20-ci polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 1 bükümdə təmiz çəkisi 2,188 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 11 oktyabr 2023-cü il tarixdə saat 8:00 radələrində “Papanin” adlanan yerdə tanımadığı şəxsdən öz şəxsi tələbatı üçün 30 manata 1 bükümdə narkotik vasitə olan heroin almışdır. Həmin gün saat 12:50 radələrində yaşadığı ünvan 6 ünvanının qarşısında olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis olduqlarını demiş və onu Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə dəvət etmişlər. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə 20-ci Polis Bölməsinə getmişdir. Daha sonra orada onun üzərində şəxsi axtarış keçirilmiş, lakin heç nə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı üzərindən heç nə aşkar edilməmişdir.Ona təzyiq göstərdikləri üçün 1 bükümə razı olmuşdur. Tutulduğu gün üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları ona psixoloji təzyiq göstərmişlər. İbtidai istintaq zamanı yazılan həmin ifadəyə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, heç bir ruhi-əsəb dispanserində qeydiyyatda deyil. Əvvəllər narkotik vasitələrdən istifadə etdiyinə görə məhkum olunmuş, uzun müddətdir ki, ağrıları olduğu üçün narkotik vasitə istifadə etdiyini, xx.xx.2023-cü il tarixdə saat 8.00 radələrində o, “Papanin” adlanan yerdə tanımadığı şəxsdən öz şəxsi tələbatı üçün 30 manata 1 bükümdə narkotik vasitə olan “heroin” aldığını, xx.xx.2023-cü il tarixdə saat 12:50 radələrində yaşadığı ünvan 7 ünvanının qarşısında olan zaman ona 2 nəfər mülki geyimli şəxslərin yaxınlaşdığını, özlərini polis olduqlarını təqdim etdikdən sonra, ondan özünü təqdim etməyini bildirdiklərini, o da özü haqda anket məlumatlarını şifahi təqdim etdiyini və bundan sonra onun özünü narkotik vasitənin təsiri altında şübhəli apardığını bildirib səmimi olaraq narkotik maddə üzərində olduğunu dediyini və onu bölməyə dəvət etdiklərini, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin inzibati binasına xidməti otaqlardan birinə dəvət etdiklərini, o, könüllü olaraq müdafiəçi istədiyini və dövlət hesabına müdafiəçi təyin edildiyini, üzərinə baxışda iştirak etmək üçün video çəkiliş aparan 1 nəfər mütəxəssis dəvət edildiyini, ondan müdafiəçinin iştirakı ilə üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edildiyini, o da əynindəki şalvarın sağ yan cibindən 1 ədəd sellofan kəsiyi bükümünü çıxarıb masanın üzərinə qoyduğunu, ona üzərində başqa hər hansı bir əşyanm olub-olmaması sual edildiyini, o da hər hansı bir əşya olmadığını bildirdiyini, onun üzəri tam olaraq yoxlanıldıqdan sonra heç bir qanunla qadağan edilən əşya tapılmadığını, ondan təqdim etdiyi 1 ədəd bükümün içərisindəkinin nə olduğu soruşulduğunu və o, 1 ədəd selofan kəsiyi bükümünün içərisində narkotik vasitə “heroin” olduğunu dediyini, onu haradan, nə vaxt, necə aldığını izah etdiyini, bundan sonra içərisi boş olan zərf ona və iştirakçılara təqdim olunduğunu, 1 ədəd sellofan kəsiyi büküm zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürüləcəyi bildirildiyini, bundan sonra qeyd edilən maddə zərfə qoyularaq zərfin ağzı Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürləndiyini və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalandığını bildirmişdir (cild 1, iş vərəqə 83-85). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 11 oktyabr 2023-cü il tarixdə saat 12:50 radələrində xidməti ərazidə Nəsimi RPİ-nin 20-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə xidmətdə olan zaman ünvan 8 ünvanın qarşısında bir nəfər şəxsin səntələyərək getdiyindən özünü şübhəli aparmasını görmüş və həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişdirlər. Həmin şəxsdən səntələyərək getməsinin səbəbini və səhhətini soruşduqda o özünü şübhəli apardığından onu Nəsimi RPİ-nin 20-ci PŞ-nə dəvət etmişdirlər. Bu barədə onun tərəfindən rəhbərliyə raportla müraciət olunmuşdur. Şəxsiyyəti sonradan məlum olan, xx.xx.1982-ci il tarixdə Kəlbəcər rayonunda doğulmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, Azərbaycan Respublikasının vətəndaşı, Kəlbəcər rayonu, Qılınclı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Nəsimi RPf-nin 20-ci PŞ-nin inzibati binasının xidməti otaqların birində təhqiqatçı Ayxan Məmmədov tərəfindən dövlət hesabına müdafiəçi təyin edilmiş, onun, müdafiəçi X5, mütəxəssisin, Nəsimi RPİ-nin 20-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs şəxsi axtarışının aparılması və ondan maddi sübutun götürülməsi ilə bağlı istintaq hərəkəti keçirilməyə başlanmışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Vətəndaş Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən 1 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sonra vətəndaş Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmışdır: ilk öncə onun geyindiyi köynəyinin qollarına və ətrafına baxılmışdır, lakin hər hansı bir əşya aşkar edilməmişdi. Sonra geyindiyi şalvarının sağ yan və arxa ciblərinə, həmçinin ətrafına baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs ayaqqablarını çıxarması tələb olunmuş və o, ayaqqablarını çıxarıb silkələmiş və heç bir əşya aşkar edilməmişdir. Bundan sonra ondan üst-başını səliqəyə salması tələb edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd büküm barədə məlumat verməsi bildirilmişdi. Təqsirləndirilən şəxs 1 bükümdə olan maddənin narkotik vasitə heroin olmasını deyərək onu xx.xx.2023-cü il traixdə təxminən saat 8 radələrində “Papanin” adlan yerdə tanımadığı şəxsdən 30 manata öz istifadəsi üçün aldığını qeyd etmişdir. Bundan sonra iştirakçılara şəffaf selofan kəsiyinə bükülmüş 1 ədəd bükümdə içərisində qəhvəyi rəngli narkotik maddəyə bənzər maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra içərisində narkotik vasitəyə bənzər maddə olan büküm zərfə qoyularaq zərfin ağzı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin zərflər üçün nəzərdə tutulmuş “188” nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır (cild 1, iş vərəqə 115-118). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai istintaqı zamanı verdiyi ifadəsinin məzmunundan görünür ki, o, Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 119-122). Cinayət işinin materiallarında olan “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 11 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 2,188 qram olan narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 47-50). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 oktyabr 2023-cü il tarixli 3-16-16/2- 6/5321 nömrəli rəyindən görünür ki, üzərində AR DİN “Zərflər üçün №188” möhür əksi, “..Ağalarov.R.Q...” və.s sözlər , imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 2,188 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”-na daxildir (siyahı İ) (Qeyd: heroinin ümümi təmiz çəkisi 2,188 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 2,088 qram, cild 1, iş vərəqə 54-58). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 30 oktyabr 2023-cü il tarixli 7110 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 134-135). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan 19 dekabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 2,088 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə aparılması zamanı aparılmış videoçəkilişin yazıldığı 1 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 141- 151). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 7.10.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə AR Milli Məclisin 5.11.2021-ci il tarixli Aministiya Qərarının 4-cü bəndinə əsasən cəzası 6 (altı) ay azaldılaraq 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına endirilmiş və xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xəzər rayon məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 1 (bir) ay hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cild 1, iş vərəqə 105-108 və 126-133). Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətməyə görə məhkum olunmuş və vaxtından əvvəl cəza çəkməkdən azad edildikdən sonra 2 il keçmədən yenidən qəsdən ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3 və 83.4-cü maddələrinin tələblərinə əsasən məhkumluğu ödənilməmiş və buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasının yuxarı həddinin yarısından az ola bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi onun cəzasını ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 oktyabr 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 20). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 11 oktyabr 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 97-101). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normanın tələblərinə görə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və əməlində cinayətlərin residivi olduğundan ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 11 oktyabr 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 110 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 2,088 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 11 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 110 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 2,088 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1326/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1326/2024
12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver