Məhkəmə qərarları › İş №1(101)-1326/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1326/2025

19.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1326/2025 19.09.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri İmanova Nigar Arzu qızı (sədrlik edən), X8 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri “Fides” vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 2001-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, “Təzə Yurdlar” yaşayış sahəsi, nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə AR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır.

İşin faktiki halları

2. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 7,746 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, “Təzə Yurdlar” yaşayış sahəsində yerləşən nömrəsiz fərdi evin yaxınlığına daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 28 yanvar 2025-ci il tarixdə, saat 12:48-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq ünvan 3aş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilməklə həmin tarixdə, saat 14:49-dan etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə təmiz çəkisi 7,746 qram olan külli miqdarda kustar üsulla hazırlanmış ağ rəngli kristallik hissəciklərdən ibarət psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.

Təqsirləndirilən şəxsin təqsirli olmasına dəlalət edən və məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

3. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, BMCMİ-nə 28 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məlumat daxil olmuş, məlumat rəhbərliyə məruzə edilmiş və müvafiq qərar qəbul olunmuşdur. Şəxs barəsində araşdırma aparıldıqdan sonra onun həmin vaxt Bakı şəhəri, Qaradağ rayonunda olduğu müəyyən edilmişdir. Həmin ərazini müşahidə etdikdən sonra Tapdığa yaxınlaşmışlar. Tapdığı BMCMİ-nin inzibati binasına gətirmişlər, onun üzərinə baxış video çəkiliş aparılmaqla ondan üzərində hər hansı qanunsuz predmetin olub-olmamasını soruşulmuş, o, üzərində olan metamfetamini təqdim edərək həmin maddəni bir gün öncə öz istifadəsi üçün əldə etdiyini bildirmişdir.

4. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid Nəbiyev X5 Tapdıq Zaur oğlu barəsində əməliyyat tədbirinin keçirilməsi ilə əlaqədar qərarın 28 yanvar 2025-ci il tarixdə özü tərəfindən qəbul edildiyini, Təqsirləndirilən şəxs barəsində olan əməliyyat məlumatı onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair olduğunu, Təqsirləndirilən şəxs hər hansı bir şəxslə birgə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məlumat olmadığını, Tapdığı evinin yaxınlığında saxladıqlarını, Tapdığı saxladıqları ərazidə şərait olmadığından onu idarəyə gətirdikdən sonra üzərinə şəxsi axtarış aparıldığını, Tapdığın bədənində xəsarətlərin olduğunu, özünün deməsinə görə həmin xəsarətlərin başqa vaxt yarandığını, Tapdığın özünün könüllü şəkildə narkotik vasitəni təqdim etdiyini biildirmişdir.

5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, 28 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmasına dair məlumat daxil olmuş, əməliyyat qrupunun rəhbəri Şahid olmuşdur. Şəxsin olduğu yeri müəyyən edərək onu saxlamışlar. Şəxsi BMCMİ-nə gətirərək üzərinə videoçəkilişlə baxış keçirilmiş, baxış zamanı üzərindən bir büküm narkotik vasitə, 10 manat pul, “Redmi” markalı mobil telefon aşkar olunmuşdur. Özündən soruşduqda narkotik vasitəni Qaradağdan adını bilmədiyi şəxsdən 60 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir.

6. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid X10 təqsirləndirilən şəxsin üzərinə baxışı videoçəkiliş üçün şərait olmadığından saxladıqları yerdə keçirə bilmədiklərini, şəxsin üzərində xəsarətlər olduğunu, ondan bu barədə soruşduqda xəsarətlərin bəzilərinin 01 il əvvəl, bəzilərinin isə 1-2 gün əvvəl özü tərəfindən yetirildiyini bildirdiyini göstərmişdir.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Tapdıq adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məlumat daxil olduğundan 28 yanvar 2025-ci il tarixdə, saat təxminən 01:00 radələrində həmin şəxsi Ələt qəsəbəsindən götürüb idarəyə aparmışlar. Şəxsə yaxınlaşaraq özlərini təqdim edib onu qərarla tanış etdikdən sonra idarədə müdafiəçi dəvət edilərək şəxsin üzərinə baxış keçirilmiş və qanunsuz predmet olan psixotrop maddə aşkar olunmuşdur.

8. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid X2 əməliyyat tədbiri zamanı telefondan deyil, ratsiyadan istifadə etdiklərini, əlverişsiz şəraitlə əlaqədar Tapdığın üzərinə baxışın saxlanıldığı yerdə deyil, idarədə aparıldığını, Tapdığın özünün üzərində xəsarətlərin olduğunu, həmin xəsarətlərin tutulmamışdan öncə yarandığını bildirdiyini göstərmişdir.

9. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 28 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilərkən əvvəlcə ona üzərində qanunsuz olaraq əldə edilmiş, saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü, həmin şalvarın sol yan cibindən 01 ədəd “ Redmi” markalı mobil telefonu və 10 manat pul vəsaitini təqdim etmişdir. Təqdim edilmiş 01 ədəd şəffaf sellofan bükümə baxış zamanı bükümün içərisindən psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Təqdim edilmiş 01 ədəd şəffaf bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə qablaşdırılaraq götürülmüşdür. Eləcə də, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd "Redmi” markalı mobil telefon götürülmüş, 10 manat pul vəsaiti isə onun özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddəni 27 yanvar 2025-ci ildə Bakı şəhəri, Qaradağ rayonu ərazisindən tanımadığı şəxsdən 60 manat qarşılığında aldığını, həmin maddəni şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, həmin maddədən heçkimə satmadığını, özünün arabir narkotik vasitə istifadə etməsini, üzərində olan maddədən heç kimin məlumatı olmadığını bildirmişdir. Bundan başqa şifahi sorğu zamanı Təqsirləndirilən şəxs sol bilək və boyun nahiyyəsində olan xəsarət izləri ilə bağlı sual veriləndə o, sol bilək nahiyyəsindəki xəsarətləri təxminən 15 gün əvvəl, boyun nahiyyəsindəki xəsarətləri isə təxminən 1 il əvvəl öz-özünə yetirdiyini bildirmişdir. (cild 01; i.v.27-29).

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 29 yanvar 2025-ci il tarixli, 6/400/2025 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: AR DİN “Zərflər üçün № 6” möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 büküm metamfetaminə bənzər maddə Şübhəli şəxs /imza/ Təqsirləndirilən şəxs; Müdafiəçi /imza/ M.Məmmədov; İştirakçılar: 1. /imza/ Şahid; 2. /imza/ S.Əzimi; 3. /imza/ M.Zeynalov; Qablaşdırıldı: /imza/ N.Əzimov” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 7,746 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir (cild 01; i.v.38-42).

11. “Maddi sübut hesab edilməsi haqqında” 30 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 7,746 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,646 qram psixotrop maddə metamfetaminin saxlanması üçün Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilməsi qərara alınmışdır (cild 01; i.v.99-100).

12. Məhkəmə-narkoloji ekspertizasının 29 yanvar 2025-ci il tarixli, 469 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asıllıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (cild 01; i.v.144-145).

13. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X9 daxil olmuş məhkəmə-tibbi ekspertizasının 28 fevral 2025-ci il tarixli 47/MEŞ nömrəli rəyindən görünür ki, X4 bədən səthində aşkar edilmiş xəsarətlər: sol saidin kəsilmiş yaraları iti kənara malik əşyanın (alətin) təsirindən müayinədən təxminən 2-3 həftə əvvəl əmələ gəlmişdirlər, həm ümumilikdə və həm də ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Qeyd olunan xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilmələri mümkündür; boyun nahiyəsinin çapıqları müayinədən təxminən 6 aydan 1-1,5 ilə qədər əvvəl, hər iki saidin, döş qəfəsinin ön səthinin və qarın nahiyəsinin çapıqları müayinədən təxminən 1-1,5 ildən artıq müddətdə əmələ gəlmişdirlər, atrofiyaya uğramış və ilkin xüsusiyyətlərini itirmiş yara izi olduqları üçün onların əmələ gəlmə mexanizmi, şəraiti, xarakteri və sağlamlığa zərər vurma dərəcəsi haqqında dəqiq fikir söyləmək mümkün deyildir (cild 01; i.v.155-157).

14. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 14 aprel 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalması ilə bağlı cinayət işinin başlanılması rədd edilmiş, məhkəmə-tibbi ekspertizasının rəyində göstərilən xəsarətlərin törənmə şəraiti ilə bağlı xüsusatın araşdırılması üçün toplanmış material həmin hissədə Baş prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilmişdir (cild 01; i.v.159-160).

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü dəlillər aşağıdakılardır:

15. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 28 yanvar 2025-ci il tarixdə, saat 11:00 radələrində ona “Kapital bank” əməkdaşı adı ilə bir nəfərdən zəng gəlmiş, zəng edən şəxs bildirmişdir ki, onun adına olan kart hesabında 500 manat məbləğ var və bu pulu çıxarmaq lazımdır. O isə həmin şəxsə bildirmişdir ki, fəhlə işləyir və həmin məbləği gəlib götürməsi mümkün deyil. Həmin şəxs bildirmişdir ki, həmin pulu “Kapital bank”ın ona yaxın olan filialından rahatlıqla götürə bilər. Odur ki, ondan olduğu ünvanı soruşmuşdur. O da ünvanını demişdir. O, yol ilə gedərkən bir maşın saxlayıb ona yaxınlaşmış və Ağcabədi ərazisinə necə gedə biləcəyini soruşaraq qulağının zəif eşitdiyini demişdir. Həmin şəxsə cavab vermək üçün yaxınına getmiş, elə bu zaman 2-3 maşın arxada saxlamış, bir neçə polis əməkdaşı onun üzərinə gəlib ona heç nə demədən polis idarəsinə aparmışlar. Bildirmişlər ki, idarədə hər şey ona aydın olacaq. İdarədə olan zaman ittihamı qəbul etməsi üçün ona işgəncələr verilmişdir. O isə bu işgəncələrə dözə bilməyib sonradan qolunu kəsmişdir. Onu ittihamı qəbul etməyəcəyi təqdirdə idarəyə bir nəfər qadın gətirəcəklərini və ona böhtan atacaqlarını demişlər. Sonradan isə anası və bacısını da polis idarəsinə gətirməklə onu hədələmişlər. Bundan sonra o, məcbur qalıb ittihamı qəbul etmişdir.

16. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs onu 28 yanvar 2025-ci il tarixdə, saat 11:00 radələrində saxladıqlarını, ona iş yerindən verilmiş “Kapital bank” kartının olduğunu, özünün fəhlə işlədiyini, hadisə vaxtı işdən 2-3 günlük icazə aldığını, iş yerində rəsmi əmək müqaviləsinin olmadığını, bank kartının üzərində adının olmadığını, həmin kartın debet kart olduğunu, əmək haqqının həmin karta yükləndiyini, kartına gələn pulu mobil bildirişlərdən gördüyünü, telefonunda birbank tətbiqinin də olduğunu, lakin həmin proqramdan başının çıxmadığını, ona bankdan mobil nömrə ilə zəng gələrək hesabında pul olduğu bildirilən zaman mobil tətbiqdəki hesaba baxmadığını, narkotik vasitə istifadə etmədiyini, təcridxanaya daxil olarkən həkim müayinəsindən keçdiyini, qolundakı kəsikləri ondan soruşan zaman işgəncələrə dözmədiyi üçün həmin xəsarətləri özünün yetirdiyini bildirdiyini, özünü videoçəkilişdən öncə kəsdiyini, Nərimanov Rayon Məhkəməsində polis əməkdaşlarının etdiyi təhdidlərdən qorxaraq döyülməsi barədə heç nə demədiyini bildirmişdir.

Hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

17. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

18. Həmin Məcəllənin 234.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

19. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qram olduqda isə külli miqdar, 400 qram olduqda xüsusilə külli miqdar hesab olunur.

Cəza təyini zamanı nəzərə alınmalı olan hallar:

20. “Şübhəli şəxsin tutulması haqqında” 28 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 yanvar 2025-ci il tarixdə, saat 12:48-dən tutulmuş hesab edilmişdir (cild 01; i.v.19).

21. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 yanvar 2025-ci il tarixli, 4(005)- 95/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 28 yanvar 2025-ci il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.94-98).

22. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 05 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 18 fevral 2021-ci il tarixdə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cəzası 01 il 01 ay 11 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 17 dekabr 2021-ci il tarixdə AR Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli hökmünə əsasən AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 03 avqust 2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 01; i.v.111).

23. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 1(008)- 171/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 01; i.v.112-117).

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:

24. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır;

25. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir;

1. 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər.

26. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.

27. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

28. 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.

29. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır;

30. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz;

31. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir;

32. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.

34. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.

35. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

36. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır.

37. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur.

38. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

39. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmadığından Təqsirləndirilən şəxs əməli AR CMnin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməklə ona həmin maddənin sanksiyası daxilində ədalətli cəza təyin edilməlidir.

40. Məhkəmə istintaq orqanının təqsirləndirilən şəxsə AR CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən istinad etdiyi sübutların ayrı-ayrılıqda tədqiq edilməsini, həmin sübutlara şəxsə qeyd olunan maddə ilə ittiham irəli sürülməsi üçün kifayət etməsi baxımından qiymət verilməsini zəruri hesab edir və aşağıdakıları qeyd edir:

41. -İlk növbədə xx.xx.2025-ci il tarixli “Əməliyyat tədbirinin keçirilməsi barədə” qərara münasibətdə məhkəmə qeyd edir ki, şəxs barəsində onun satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə edərək saxlayıb daşıması ilə əlaqədar əməliyyat məlumatının daxil olması hələ özü-özlüyündə həmin məlumatın birmənalı şəkildə doğru olmasına qənaətinə gəlmək üçün əsas olmamaqla yalnız bu halı təsdiq edən sübutların müəyyən edildiyi və daxil olmuş məlumatın həqiqiliyi öz təsdiqini tapdığı halda şəxsi narkotik vasitə və ya psixotrop maddələrin dövriyyəsi ilə əlaqədar ittihamın verilməsi ilə nəticələnə bilər. Hazırki halda isə cinayət işinin materiallarında olan sübutların məcmusu ilə Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin dövriyyəsi məşğul olması öz təsdiqini tapmadığından sadəcə daxil olmuş əməliyyat məlumatına istinad olunaraq şəxsə ağır maddə ilə ittihamın irəli sürülməsi yolverilməzdir.

42. Bununla yanaşı, şəxsi axtarış və götürmə istintaq hərəkətini özündə əsk etdirən videodiskdə olan görüntülərdən də görünür ki, Təqsirləndirilən şəxs təhqiqatçının sualına cavab olaraq üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 60 manata aldığını bildirmiş, bundan sonra istər şübhəli şəxs qismində, istərsə 29 yanvar 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilən zaman, istərsə də, barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimata birinci instansiya məhkəməsində baxılan zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir.

43. Göründüyü kimi, təqsirləndirilən şəxs ibtidai istintaqın ilk günündən narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını dəfələrlə vurğulamış, bunun əksini təsdiq edə biləcək hər hansı sübut isə ibtidai istintaq orqan tərəfindən müəyyən edilməmişdir.

44. -Təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddənin miqdarına, yəni külli miqdar təşkil etməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, psixotrop maddənin külli miqdar təşkil etməsi həmin maddənin satışına və ya həmin maddənin satış məqsədi ilə əldə edilməsinə dəlalət edən digər hər hansı sübutun olmadığı təqdirdə özü-özlüyündə həmin psixotrop maddənin məhz satış məqsədi ilə əldə edilərək saxlanılmasının göstəricisi kimi qiymətləndirilə bilməz.

45. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin miqdarının külli miqdarda olması onun həmin maddəni satış məqsədi ilə əldə etməsinə dəlalət etməməklə öz şəxsi istifadəsi üçün də həmin miqdarda psixotrop maddəni (7,746 qram) əldə edərək saxlaması mümkündür.

46. Belə ki, bunu təsdiq edən sübut növlərindən biri iş materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 29 yanvar 2025-ci il tarixli, 469 saylı rəyidir ki, həm rəy ilə Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asıllıq sindromunun aşkar olunması və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması müəyyən olunmuşdur.

47. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhz psixostimulyatorların qəbulu nəticəsində yaranmış asıllıq sindromumun müvafiq ekspert rəyi ilə müəyyən olunması, onun üzərindən də məhz psixotrop maddənin aşkar edilməsi, o cümlədən, psixotrop maddənin miqdarının şəxsi istifadə üçün (daha uzun müddətə istifadə etmək məqsədi ilə) mümkün olan miqdarda olması onun həmin maddəni şəxsi istifadəsi məqsədi ilə əldə etməsi qənaətinə gəlməyə imkan verən hallardandır.

48. Göstərilən bu hallar onu deməyə əsas verir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamasına dair nəticəyə gələrkən həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixitrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarında ifadə olunmuş Ali Məhkəmənin Plenumunun hüquqi mövqeyini nəzərindən qaçırmışdır.

49. Belə ki, həmin Plenum qərarının 9-cu bəndinin 2-ci abzasında göstərilmişdir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

50. Göründüyü kimi, Plenum qərarında narkotik vasitə və ya psixotrop maddənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyyə olunur. Qeyd edilən izaha görə aşkar edilmiş narkotik vasitənin və ya psixotrop maddənin miqdarı həmin maddənin məhz satış üçün əldə edilib saxlanılmasına dair nəticəni əvvəlcədən müəyyən edən, satış məqsədinin mövcudluğunu sübuta yetirmək vəzifəsini ittiham tərəfinin üzərindən qaldıran hallar kimi şərh edilə bilməz.

51. Plenum qərarının izahı ilə müqayisə etməklə hazırki işin hallarına baxdıqda görünür ki, Təqsirləndirilən şəxs götürülmüş psixotrop maddənin külli miqdar təşkil etməsi müəyyən edilsə də, Təqsirləndirilən şəxs digər istehlakçılarla razılıq əldə etməsi, məhz özünün satış üçün psixotrop maddələri xırda bükümlərə qablaşdırması, həmin maddənin hazırlanması, çəkilməsi üçün avadanlığın olması kimi hallar müəyyən edilməmişdir.

52. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, nə ibtidai istintaq dövründə, nə də ki, məhkəmə istintaqı zamanı onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, həmin maddələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” həmin maddələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir.

53. Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və ya psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” psixotrop maddələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır.

54. Bununla yanaşı, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrəyə daxil olan və həmin nömrədən göndərilmiş SMS-lər və o cümlədən, həmin nömrə ilə aparılmış zənglərə baxış zamanı həmin telefon zəngləri və yazışmaların heç birində Təqsirləndirilən şəxs narkotik vasitələrinin dövriyyəsi ilə məşğul olmasına dəlalət edən hər hansı bir hala rast gəlinməmişdir (cild 01; i.v.134).

55. Məhkəmə qeyd edir ki, şəxsin üzərindən külli miqdarda psixotrop maddənin aşkar olunması faktı yuxarıda sadalanan digər mühüm halların müəyyən edilmədiyi halda, yalnız öz-özlüyündə həmin şəxsin psixotrop maddələrin satışı ilə məşğul olmasını, eləcə də onun həmin maddələri satış məqsədi ilə əldə etməsini təsdiq edən hal kimi qiymətləndirilə bilməz.

56. -Həmçinin, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərdən də (polis əməkdaşları) heç biri Təqsirləndirilən şəxs narkotik vasitələrin satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınmasında təqsirli bilinməsi üçün əsas ola biləcək hər hansı tutarlı sübuta dayanan məlumat verməmişlər. Onlar müstəsna olaraq Təqsirləndirilən şəxs üzərindən yuxarıda qeyd olunan psixotrop maddənin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər.

57. Həmin şahid ifadələrinə münasibətdə məhkəmə həmin şahidlərin əməliyyat məlumatı əsasında əməliyyat tədbiri keçirərək təqsirləndirilən şəxsi saxladıqlarını, təqsirləndirilən şəxsin hər hansı şəxsə narkotik vasitə satmasının şahidi olmamaqla satış niyyəti ilə əldə etməsinə dair hər hansı fakta istinad etmədiklərini, sadəcə təqsirləndirilən şəxsin üzərindən psixotrop maddənin aşkar edilməsinə və həqiqiliyi sübuta yetirilməyən narkotik vasitələrin dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatına əsaslanaraq ifadə verdiklərini (halbuki, şahidlər özləri ifadələrində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni öz şəxsi istifadəsi üçün aldığını qeyd etdiyini bildirmişlər) nəzərə alaraq həmin şahid ifadələrinin şəxsə AR CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsi üçün yetərli olmaması qənaətindədir.

58. Göründüyü kimi, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlinin tövsifində həlledici rol oynamasına baxmayaraq Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasını müəyyən etməmiş və sadəcə heç bir sübuta dayanmayan ehtimallar əsasında ona AR CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan edilməsini məqbul hesab etmiş, ittiham aktında nəinki çoxsaylı sübutlara, psixotrop maddələrin satılmasını və ya satış məqsədi ilə əldə edilməsini təsdiq edən hər hansı bir sübuta istinad etməmiş, sadəcə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddənin miqdarına istifadə etməklə kifayətlənmişdir.

59. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.

60. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

61. Göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs qeyd edilən psixotrop maddəni öz şəxsi istifadəsi üçün əldə etməsini daha ağlabatan və inandırıcı hesab etməklə onun əməlini üzərindən aşkar edilmiş psixotrop maddəni satış məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirir.

62. Məhkəmə yuxarıda sadalananları hazırkı iş üzrə tətbiq edərək hesab edir ki, ibtidai istintaq orqanının gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ittiham olunduğu cinayət əməli CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir.

63. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək narkotik vasitələrin satışı ilə məşğul olmadığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində qanunsuz predmetin olmadığını, psixotrop maddənin onun üzərinə polis bölməsində qoyulduğunu, polis əməkdaşları tərəfindən döyüldüyündən videoçəkiliş zamanı psixotrop maddənin ona aid olduğunu bildirdiyini, çəkiliş zamanı dediklərinin polis əməkdaşlarının sözləri olduğunu, fiziki təzyiqlərə dözmədiyindən onların dediklərini təkrarladığını bildirsə də, məhkəmə Təqsirləndirilən şəxs hazırki ifadəsini işin faktiki halları və iş materiallarında olan mötəbər sübutlarla uzlaşmayan özünümüdafiə xarakterli və qeyri-səmimi ifadə kimi qiymətləndirir.

64. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində, həm də 29 yanvar 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ilkin ifadəsində özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilərək göstərmişdir ki, üzərindən aşkar edilmiş maddəni 27 yanvar 2025-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu ərazisindən tanımadığı şəxsdən 60 manat qarşılığında almışdır, həmin maddəni şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirmişdir. Arabir narkotik vasitədən istifadə edir. Hadisə ilə bağlı onu bildirmişdir ki, 28 yanvar 2025-ci il tarixdə saat 12-13 radələrində yaşadığı ünvanının yaxınlığında olduğu zaman bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmişlər, o özünü təqdim etdikdən sonra potis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş "Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində “patı” kimi tanıdığı psixotrop maddə vardır. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqia Mübarizə İdarəsinə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə hərəkəti həyata keçirilmişdir. Ona üzərində narkotik vasitə və ya psixotrop maddə varsa, təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra üzərində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirib əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü, həmin şalvarın sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu və 10 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi bükümə baxış zamanı sellofan bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümün içərisində olan psixotrop maddə metamfetamin polis əməkdaşı tərəfindən bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən təqdim etdiyi özünə məxsus olan 01 ədəd “Redmi" markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüş, 10 manat pul isə onun özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş maddəni 27 yanvar 2025-ci ildə Bakı şəhəri, Qaradağ rayonu ərazisindən tanımadığı şəxsdən 60 manat qarşılığında aldığını, həmin maddəni şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, özünün arabir narkotik vasitə istifadə etdiyini, üzərində olan maddədən heç kimə satmadığını və heç kimin məlumatı olmadığını bildirmişdir. Şəxsi axtarış videoçəkilişdən istifadə edilməklə həyata keçirilmiş, daha sonra şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və düzgün tərtib edildiyindən o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini gələcəkdə istifadə etmək məqsədi ilə üzərində daşımışdır, həmin maddəni Bakı şəhəri, Qaradağ rayonu ərazisindən tanımadığının şəxsdən 60 manat qarşılığında almışdır. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur.

65. Bununla yanaşı, iş materiallarında olan (cild 01; i.v.94-98) Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 yanvar 2025-ci il tarixli, 4(005)-95/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimata məhkəmə iclasında baxılan zaman təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilərək psixotrop maddəni Qaradağ rayonu ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir.

66. Bundan savayı, təqsirləndirilən şəxsin üzərinə baxış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman Təqsirləndirilən şəxs tam sərbəst şəkildə cibində olan bükümü təqdim edərək içərisində “patı” olduğunu, həmin maddəni bir gün əvvəl Qaradağ rayonu ərazisində tanımadığı şəxsdən 60 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir.

67. Məhkəmə iclasında təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyündən etirafedici ifadələr verdiyini iddia etsə də, məhkəmənin sorğusuna əsasən Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 31 yanvar 2025-ci il tarixli, 1130/2025 saylı məhkumun tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olan zaman onda sol saidin ön səthində kəsilmiş üzəri qərtməkli yara, sağ bilək və qarının ön divarında köhnə çapıq izləri aşkar olunmuş, o, həbs olunan zaman özü-özünə xəsarət yetirdiyini bildirmişdir.

68. Bundan savayı, təqsirləndirilən şəxsin üzərinə baxış və götürmə istintaq hərəkətini özündə əks etdirən videodiskdə olan görüntülərdən görünür ki, təhqiqatçı Təqsirləndirilən şəxs xəsarətləri ilə bağlı sual ünvanlayaraq ondan gödəkçəsini soyunmağı xahiş etmiş, bundan sonra Təqsirləndirilən şəxs gödəkçəsini soyunaraq ona qolunda olan kəsik izləri və boynunda olan xəsarətlərlə bağlı sual ünvanlanan zaman həmin xəsarətləri bir müddət öncə özü özünə yetirdiyini bildirmişdir.

69. Həmçinin, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs olan xəsarətlərlə bağlı ekspertiza təyin olunaraq müvafiq araşdırma aparılmış, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X9 daxil olmuş məhkəmə-tibbi ekspertizasının 28 fevral 2025-ci il tarixli 47/MEŞ nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, X4 bədən səthində aşkar edilmiş sol saidin kəsilmiş yaraları iti kənara malik əşyanın (alətin) təsirindən müayinədən təxminən 2-3 həftə əvvəl əmələ gəlmişdirlər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Qeyd olunan xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilmələri mümkündür; boyun nahiyəsinin çapıqları müayinədən təxminən 6 aydan 1-1,5 ilə qədər əvvəl, hər iki saidin, döş qəfəsinin ön səthinin və qarın nahiyəsinin çapıqları müayinədən təxminən 1-1,5 ildən artıq müddətdə əmələ gəlmişdirlər, atrofiyaya uğramış və ilkin xüsusiyyətlərini itirmiş yara izi olduqları üçün onların əmələ gəlmə mexanizmi, şəraiti, xarakteri və sağlamlığa zərər vurma dərəcəsi haqqında dəqiq fikir söyləmək mümkün deyildir (cild 01; i.v.155-157).

70. Həmin eskpert rəyindən görünür ki, təqsirləndirilən şəxs 30 yanvar 2025-ci il tarixdə, yəni polis əməkdaşları tərəfindən saxlanıldığı və döyüldüyünü iddia etdiyi vaxtdan 02 gün sonra müvafiq ekspertə təqdim olunmuş və məhkəmə-tibb ekspertizasının rəyi ilə onun iddialarının əsassız olması, ilkin olaraq verdiyi ifadələrində, o cümlədən, şəxsi axtarış və götürmə zamanı göstərdiyi xüsusatın (bədənində olan xəsarətlərin bir müddət öncə yaranması ilə bağlı) öz təsdiqini tapması müəyyən olunmuşdur.

71. Bundan savayı, təqsirləndirilən şəxs məhkəmə iclasında da ona ünvanlanmış suala cavab olaraq qolunda olan xəsarətləri özünün özünə yetirdiyini bir daha vurğulamış, BİT-ə daxil olarkən hansı səbəbdən polis əməkdaşları tərəfindən fiziki təsir-təzyiqə qalması ilə bağlı məlumat verməməsinə dair ona ünvanlanmış suala cavab verə bilməmişdir.

72. Göründüyü kimi, hazırki iş üzrə təqsirləndirilən şəxs ona qarşı polis bölməsində qanunsuz hərəkətlərin edilməsini iddia etsə də, məhkəmə onun iddialarının onun adına açılmış tibb kartına və müvafiq ekspert rəyinə əsasən öz təsdiqini tapmadığını, təqsirləndirilən şəxs tərəfindən bu halı təsdiq edə biləcək hər hansı sübutun məhkəməyə təqdim edilmədiyini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir.

73. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

74. Məhkəmə göstərilənləri nəzərə alaraq təqsirləndirilən şəxsin arqumentlərinə münasibətdə hesab edir ki, təqsirləndirilən şəxsin polis bölməsində təsir-təzyiqə məruz qalmasına dair məhkəmə iclasında irəli sürdüyü dəlil onun sadəcə törətdiyi cinayətə görə cəzaya məruz qalmasından yayınmasına yönəlik dəlil kimi qiymətləndirilməklə məhkəmə iclasında göstərilən xüsusata dair hissədə (polis bölməsndə döyülməsi ilə bağlı) səmimi olmaması qənaətinə gəlmək üçün əsasdır.

75. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır.

76. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində və 29 yanvar 2025-cil tarixdə təqsirləndirilən şəxs qismində verdiyi məzmunu yuxarıda qeyd olunan ifadələrini inandırıcı hesab edir və onun ibtidai istintaqın sonrakı gedişatında, o cümlədən, məhkəmə istintaqı zamanı verdiyi ifadələri özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirir.

77. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tam əhatə olunduğundan o, həmin maddə ilə təqsirli bilinməlidir.

78. Qeyd edilən AR CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona həmin maddə ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir.

79. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir.

80. Təqsirləndirilən şəxs əməlində cinayətin resdivinin olması onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır (CM-61.1.1).

81. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların olmaması, cəzasını ağırlaşdıran hal kimi əməlində cinayətin residivinin olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut-01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir.

82. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.

83. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur.

84. İş üzrə mülki iddia yoxdur.

85. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.

86. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq,

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 28 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin saxlancına verilmiş 7,646 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut-01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 60 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Nigar İmanova Hakimlər: Kamil Əliyev Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar