Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1327/2021 01.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev X9 Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3 və X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X2, müdafiəçilər Bakı şəhər 14 saylı vəkil bürosunun vəkili X8 və Xırdalan şəhəri vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1988-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkum olunmamış, ali təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, ünvan 1-də qeydiyyatda olmaqla faktiki yaşamış və halhazırda barəsində "xxxx" qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma, satma və İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik göstərmək barədə İran İslam Respublikasının vətəndaşı “Məhəmməd” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən “Məhəmməd” adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirib Abşeron rayonu, Masazır qəsəbəsi, “Duzlu göl”-ün kənarında gizlətməklə saxladıqları külli miqdarda 4994,866 qram çəkidə narkotik vasitə heroİni, külli miqdarda 2043,001 qram təmiz çəkidə “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan psixotrop maddə metamfetamini cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs qabaqcadan vəd etdiyi qaydada həmin yerdən götürməklə qanunsuz olaraq əldə edib külli miqdarda 2975,0 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 738,001 qram çəkidə psixotrop maddə metamfetamini yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, ünvan 1 ünvanında qanunsuz saxlamış, narkotik vasitə heroinin 4,866 qram çəkidə hissəsini ayırıb bir ədəd bükümdə qablaşdıraraq üzərində, külli miqdarda 2015,0 qram çəkidə hissəsini və 1305,0 qram çəkidə psixotrop maddə metamfetamini idarə etdiyi “Lexus GX470” markalı, **-KK-*** qeydiyyat nişanlı avtomobildə qanunsuz saxlayaraq Bakı-Ələt- Astara avtomobil yolunun Lənkəran rayonu Digah kəndi ərazisində yerəşən «Muradın təndiri» adlanan obyektin yaxınlığına qanunsuz daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 11 yanvar 2021-ci il tarixdə saat 07:30-da Ələt-Astara avtomobil yolunun Lənkəran rayonu Digah kəndi ərazisində yerəşən «Muradın təndiri» adlanan obyektin yaxınlığında idarə etdiyi “Lexus GX470” markalı, **-KK-*** qeydiyyat nişanlı avtomobildə saxlanılaraq həmin Regional şöbəyə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki gödəkçəsinin sol yan cibində satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı bir ədəd bükümdə külli miqdarda 4,866 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin tarixdə saat 09:15-dən etibarən Təqsirləndirilən şəxs idarə etdiyi “Lexus GX470” markalı, **-KK-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobildə arxa yük yerindəki oturacağın arxa hissəsində bir ədəd sellofan torbanın içərisindən bir ədəd bükümdə külli miqdarda 2015,0 qram çəkidə narkotik vasitə heroin və 1305,0 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbirinin davamı olaraq həmin tarixdə saat 13:00-dan etibarən Təqsirləndirilən şəxs icazəsi və iştirakı ilə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, ünvan 1 ünvanına baxış keçirilən zaman otaqda olan divanın arxasındakı sellofan torbada külli miqdarda 2975,0 qram çəkidə narkotik vasitə heroin və bir ədəd torbada 735,0 qram çəkidə və dörd ədəd bükümlərdə 1,557 qram, 0,744 qram, 0,399 qram və 0,399 qram çəkidə olmaqla ümumilikdə külli miqdarda 738,001 qram çəkidə psixotrop maddə metamfetamin, eləcə də üzərində psixotrop maddə metamfetamin izləri olan bir ədəd kolba aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 11 yanvar 2021-ci il tarixdə tanışı Şahid4 ilə birlikdə “mandarin ağacları” almaq məqsədilə gəlmişdir. Vasifi də ona görə özü ilə götürmüşdür ki, yolda avtomobili Vasif idarə etsin. Üzərində və avtomaşında narkotik vasitə olması barədə Vasifin məlumatı olmamışdır, heç vaxt Vasifin yanında narkotik vasitə qəbul etməmişdir, Vasif narkotik vasitələrdən uzaq olduğu üçün Vasifdən bunu gizlətmişdir. 11 yanvar 2021-ci il tarixdə saat 07:30 radələrində idarə etdiyi Lexus GX470 markalı, avtomaşını Lənkəran rayonu Digah kəndi ərazisində yerəşən «Muradın təndiri» adlanan obyektin yaxınlığında küçədə saxlamışdır. Bu vaxt mülki geyimdə olan şəxslər yaxınlaşmışlar, özlərini polis əməkdaşı kimi ona təqdim etmişlər, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu ona bildirmişlər. Həmin vaxtı tanışı Şahid4 avtomaşında olmuşdur. Sonra polis əməkdaşları avtomobillə birlikdə Lənkəran şəhərində yerləşən X11 gəlmişlər. Sonra ona üzərində qanunsuz əşya və maddə varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra əynindəki gödəkçənin sol yan cibində gizlətdiyi bir ədəd sellofan bükümü təqdim etmiş və içərsində lan maddənin kokos olduğunu, özünə məxsus olduğunu bildirmişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşqul olmadığını, həmin narkotik vasitəni öz istifadəsi üçün saxlamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbənin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 11 yanvar 2021-cİ il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəyə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbənin rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu 11 yanvar 2021-ci il tarixdə saat 07.30-da Ələt-Astara avtomobil yolunun Lənkəran rayonu Digah kəndi ərazisində yerləşən "Muradın təndiri” adlanan obyektin yaxınlığında küçədə Lexus GX470 markalı avtomobil saxlamış, avtomobildə Təqsirləndirilən şəxs və Şahid4 olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hansı səbəbdən saxlanıldığı izah olunmuş və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş və üzərində istintaq hərəkətləri keçirilməsi üçün şöbəyə dəvət olunmuşdur. Şahid4 isə prosessual hərəkətlərdə iştirak etmək üçün dəvət edilmişdir. Daha sonra tədbir iştirakçıları, Təqsirləndirilən şəxs və Şahid4 birlikdə şöbəyə yollanmışlar. Daha sonra Təqsirləndirilən şəxs üzərində, paltarlarında və ya əşyalarında narkotik vasitə yaxud dövriyyəsi qadağan olunmuş əşyaların olmasını güman etməyə kifayət qədər əsaslar olduğundan Ramilin üzərində şəxsi axtarış keçirilməsi barədə qərar qəbul edilmişdir. Müdafiəçinin və əməliyyat qrupunun üzvlərinin iştirakı ilə və videoçəkiliş vasitəsilə Ramilə bildirilmişdir ki, üzərində qeyri qanuni əşyaları təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən bir ədəd sellofan bükümü, sağ yan cibindən bir ədəd «İphone» markalı mobil telefonu, şalvarının sol yan cibindən 2 ədəd 20 manatlıq, 5 ədəd 10 manatlıq, 2 ədəd 5 manatlıq və 15 ədəd 1 manatlıq pul əskinazı olmaqla cəmi 115 manat pulu çıxarıb təqdim etmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi sellofan bükülünün içərisində kakos olmuşdur, özünə məxsus olmuşdur, bir il əvvəl İranda olarkən Məhəmməd adlı şəxslə tanış olmuşdur, telefonla əlaqələri olmuş, İranlı Məhəmməd ona narkotik vasitəni 1-2 ay bundan əvvəl göndərmiş, telefon danışığından sonra Masazırda «Duzlu göl»ün kənarına atmışlar, özü gedib götürmüşdür. Bunun müqabilində 7-8 min manat pulu Məhəmmədə göndərmiş, kartla göndərdiyi üçün dəqiq məbləği bilməmişdir. Bundan başqa idarə etdiyi avtomaşında və yaşadığı Zabrat qəsəbəsində yerləşən mənzilində narkotik vasitə olmuşdur. Üzərindən aşkar edilmiş narkotik vasitədən qəbul etməmiş, lakin avtomaşınında olan narkotik vasitədən qəbul etmişdir. Təqdim etdiyi mobil telefon özünə məxsusdur, həmin telefonla İranlı ilə əlaqə saxlamışdır. İranlıya «Million» aparatı ilə pulu göndərmiş, qəbzləri saxlamamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünün içərisinə baxıldıqda narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuş və götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxs axtarış keçirilmiş, axtarış zamanı Ramilin üzərindən hər-hansı bir qanunsuz əşya və ya digər əşya aşkar olunmamış və götürülməmişdir. Sonra həmin sellofan büküm zərfə yerləşdirilmiş, zərfin üstü möhürlənmiş və üzərində müvafiq qeydlər aparılaraq imzalanmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi «İphone» markalı mobil telefon və 115 manat pul iş üçün əhəmiyyət kəsb etdiyinə görə götürülərək protokola əlavə olunmuşdur. Sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilməsindən öncə ona videoçəkilişlə baxış keçiriləcəyi bildirilmiş və o, etiraz etmədikdən sonra ona idarə etdiyi Lexus GX470 markalı, avtomobildə qanunla qadağan edilmiş hər-hansı bir əşya, maddə varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs bu təklifdən sonra avtomaşının arxa yük yerini açıb orada yerləşən oturacağın arxa hissəsindən bir ədəd sellofan torba çıxarıb təqdim etmiş və torbanın içərisində kakos və metamfetamin olduğunu, avtomaşında bundan başqa narkotik vasitə olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbanın içərisinə baxıldıqda iki ədəd sellofan torba aşkar olunmuşdur. Bir ədəd sellofan torbada metamfetaminə bənzər kütlə, digər sellofan torbada heroinə bənzər kütlə aşkar olunmuşdur. Həmin bükülülər tərəzidə çəkilmişdir. Sonra həmin iki ədəd bükülü bir yerdə sellofan torbada qablaşdırılmış, torbanın üstü möhürlənmiş və üzərində müvafiq qeydlər aparıl araq imzalanmışdır. Sonra avtomaşına baxış keçirilmiş, baxış zamanı avtomaşının salonunda sürətlər qutusunun yanında bir ədəd «Kapital bank»a aid plastik kart aşkar olunmuş və material üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülərək materiala əlavə olunmuşdur. Baxış zamanı avtomaşından hər-hansı bir qanunsuz əşya aşkar olunmamış və götürülməmişdir. Bundan sonra əməliyyat qrupunun üzvləri olaraq Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, ünvan 1 ünvanına yollanmışlar. Təqsirləndirilən şəxs narkotik tərkibli maddələri əldə etməsində, üzərində gəzdirməsində, yaşadığı ünvanda saxlamasında şübhəli bilindiyi üçün yaşadığı ünvanda baxış keçirilməsi ilə bağlı qərarla tanış edilmişdir. Təqsirləndirilən şəxs videoçəkilişlə yaşadığı mənzilə baxış keçiriləcəyi barədə məlumat verilmiş, baxış zamanı təxminən 5-6 kiloqrama yaxın narkotik vasitə, baxış keçirilərkən içərisində 03 ədəd sellofan torbada narkotik vasitə heroinə bənzər kütlə, 01 ədəd sellofan torbada və siqaret qutusunun içərisində 04 ədəd bükülüdə psixotrop maddə metamfetaminə bənzər kütlə, siqaret qutusunun içərisində 01 ədəd sellofan bükülüdə tablet, 01 ədəd alışqan, 01 ədəd kibrit qutusu, içərisində maye olan 01 ədəd şüşə flakon və 01 ədəd kiçik ölçülü şüşə kolba aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş maddələr elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr, şüşə flakon və kolba sellofan torbada qablaşdırılmış, torbanın üstü möhürlənmiş və üzərində müvafiq qeydlər aparılaraq imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbənin digər əməkdaşları Şahid2 və Şahid3 oxşar məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində götərmişdir ki, Bakı şəhəri, Zabrat 1 qəsəbəsində yaşamışdır. 11 yanvar 2021-ci il tarixdə 07:30 radələrində Lənkəran rayonu ərazisində yerləşən “Muradın təndiri” adlanan obyektin yaxınlığında Ramilin idarə etdiyi Lexsus markalı **-KK-*** qeydiyyat nişanlı avtomaşında olanda bu vaxt mülki geyimdə olan şəxslər Ramilə yaxınlaşıb özlərini polis kimi təqdim etmişlər, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu Ramilə bildirmişlər. Bundan sonra avtomaşınla polis əməkdaşları ilə birlikdə Lənkəran şəhərində yerləşən X11 getmişlər. Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın keçirilməsində o da iştirak etmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq əvvəllər məhkum olunduğunu, bir ildir psixotrop maddə metafetamini yandırıb çəkməklə qəbul etdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya maddə varsa təqdim edilməsi təklif olunmuşdur. Bu təklifdən sonra Ramil əynindəki gödəkçənin sol yan cibindən bir ədəd sellofan bükümü, sağ yan cibindən bir ədəd “İphone” markalı mobil telefonu, şalvarının sol yan cibindən 2 ədəd 20 manatlıq, 5 ədəd 10 manatlıq, 2 ədəd 5 manatlıq və 15 ədəd 1 manatlıq pul əskinazını çıxarıb masaya qoymuşdur. Ramilin üzərində, maşınında və yaşadığı ünvanda narkotik vasitə olması barədə məlumatı olmamışdır, maşında narkotik vasitə görməmişdir. Bu barədə Ramil ona heç bir söz deməmişdir. Ramil ona yorğun olduğunu, ona maşını yolda sürməyi demişdir, Lənkərana ağac almağa gedəcəklərini Ramil ona bildirmşdir. Baxış keçirilməsi barədə polis əməkdaşları tərəfindən protokol tərtib edilmiş və doğru tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 11 yanvar 2021-ci il tarixli 19/22 №-li rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə ” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi - 4,866 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs idarə etdiyi 90- KK- 554 qeydiyyat nişanlı avtomaşından aşkar edilərək götürülmüş narkotik vasitə hero inə bənzər kütlə və 01 ədəd sellofan torbada psixotrop maddə metamfetaminə bənzər kütlə ” sözlər və imzalar olan bir ədəd bağlamanın içərisindəki, 01 ədəd torbada təmiz çəkisi - 2015,0 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 01 ədəd torbada təmiz çəkisi -1305,0 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində "Vət, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 01 ədəd sellofanda narkotik vasitə heroinə bənzər kütlə, 01 ədəd sellofan torbada narkotik vasitə metamfetaminə bənzər kütlə, 04 ədəd bükümdə metamfetminə bənzər kütlə, 01 ədəd tablet, 01 ədəd şüşə flakonda maye 01 ədəd şüşə kolba (balaca) ” sözlər və imzalar olan bir ədəd bağlamanın içərisindəki, 01 ədəd torbada təmiz çəkisi -2975,0 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd torbada təmiz çəkisi -735,0 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir, 4 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri -1,557 qram; -0,744 qram; -0,399 qram; -0,301 qram: ümumi təmiz çəkiləri -3,001 qram ağ rəngli kristal formada olan maddələr metamfetamindirlər, 1 ədəd şüşə kolbanın içərisində psixotrop maddə olan metamfetaminin izləri vardır, 01 ədəd göy rəngli dairəvi formalı həb narkotik, psixotrop və güclü təsir edən maddələrin siyahısına aid deyildir və 1 ədəd üzərində “cherry” sözü yazılmış qabın içərisindəki mayenin tərkibində narkotik, psixotrop və güclü təsir edən maddələr aşkar edilməmişdir. Tədqiqata təqdim edilmiş, vətəndaş Təqsirləndirilən şəxs məxsus 1 ədəd zərfdəki və 2 ədəd bağlamalardakı narkotik vasitə heroinlər tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Həmin zərfdəki və bağlamalardakı psixotrop maddələr olan metamfetaminlər tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələri’in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin adlı preperat 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. Heroinin ümumi təmiz çəkisi - 4.994,866 qr., cəmi tədqiqata sərf olundu-0,15 qr. qalıq- 4.094,716 qramdır. Metamfetaminin ümumi təmiz çəkisi - 2.043,001 qr., cəmi tədqiqata sərf olundu- 0,24qr, qalıq-2042,761 qramdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 05 aprel 2021-ci il tarixli 947 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui- istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əksə göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs üzərindən, idarə etdiyi avtomobildən və yaşadığı mənzildən götürülmüş ekspertiza tədqiqatdan sonrakı qalıq 4.094,716 qram narkotik vasitə heroin, 2.042,761 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd şüşə kolba saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin BMCMİ-nə təhvil verilmişdir. DİN-in BNMİ-nin CBRŞ-nin təhqiqatçısı Famil Həsənov tərəfindən tərtib edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 11 yanvar 2021-ci il tarixli protokola əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbənin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 11 yanvar 2021-ci il tarixdə saat 07.30 radələrində Ələt- Astara avtomobil yolunun Lənkəran rayonu Digah kəndi ərazisindən yerləşən “Muradın təndiri” adlanan obyektin yaxınlığında küçədə Lexus GX470 markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq Regional Şöbənin inzibati binasına dəvət edilib orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol yan cibindən bir ədəd bükümdə 4,866 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. DİN-in BNMİ-nin CBRŞ-nin təhqiqatçısı Famil Həsənov tərəfindən tərtib edilmiş “baxış və götürmə aparılması haqqında” 11 yanvar 2021-ci il tarixli protokola əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbənin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 11 yanvar 2021-ci il tarixdə saat 07.30 radələrində Ələt-Astara avtomobil yolunun Lənkəran rayonu Digah kəndi ərazisindən yerləşən “Muradın təndiri” adlanan obyektin yaxınlığında küçədə Lexus GX470 markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq idarə etdiyi Lexus GX470 markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı avtomobildə arxa yük yerindəki oturacağın arxa hissəsində bir ədəd sellofan torbanın içərisindən bir ədəd bükümdə 2015 qram çəkidə narkotik vasitə heroin və 1305 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. DİN-in BNMİ-nin CBRŞ-nin təhqiqatçısı Famil Həsənov tərəfindən tərtib edilmiş “baxış və götürmə aparılması haqqında” 11 yanvar 2021-ci il tarixli protokola əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbənin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 11 yanvar 2021-ci il tarixdə saat 07.30 radələrində Ələt-Astara avtomobil yolunun Lənkəran rayonu Digah kəndi ərazisindən yerləşən “Muradın təndiri” adlanan obyektin yaxınlığında küçədə Lexus GX470 markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, ünvan 1 ünvanına keçirilən baxış zamanı otaqda olan divanın arxaslndakı sellofan torbada 2975 qram çəkidə narkotik vasitə heroin və bir ədəd torbada 735 qram çəkidə, dörd ədəd bükümdə 1,557 qram, 0,744 qram, 0,399 qram və 0,399 qram çəkidə olmaqla ümumilikdə 738,001 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, idarə etdiyi avtomobilə və yaşadığı mənzilə baxış keçirilməsini özündə əks etdirən 03 ədəd “CD” disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə olunmuşdur. Təqsirləndirilən şəxs iş üzrə öz müdafiəsi üçün dəlil gətirərək elan edilmiş ittihamla özünü qismən təqsirli bildiyini, özünü Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bildiyini göstərmişdir. Cinayət işinin istintaqı zamanı toplanmış sübutlarla Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi özünün qismən təsdiqedici ifadələri ilə yanaşı şahid ifadələri, diskə baxış protokolu, ekspertiza rəyləri, iş üzrə tanınmış maddi və digər təkzib olunmaz sübutlarla öz təsdiqini tapmışdır. Beləliklə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri məhkəmə istintaqı zamanı təsdiqini tapdığından o, təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 11 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4.094,716 qram narkotik vasitə heroin, qalıq çəkisi 2,042,761 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd şüşə kolba məhv edilməlidir. Şəxsi axtarış, götürmə və mənzilə baxış keçirilməsini özündə əks etdirən 3 ədəd CD diski iş materiallarında saxlanılmalıdır. İş üzrə evkspertiza xərcləri 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X4 42 (qırx iki) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 13 (on üç) il müddətə azadlıqdan məhrumet mə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 11 yanvar 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X4 42 (qırx iki) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4.094,716 qram narkotik vasitə heroin, qalıq çəkisi 2,042,761 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd şüşə kolba məhv edilsin. Şəxsi axtarış, götürmə və mənzilə baxış keçirilməsini özündə əks etdirən 3 ədəd CD diski iş materiallarında saxlanılsın. İş üzrə evkspertiza xərcləri 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1327/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1327/2021
01.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver