Məhkəmə qərarları › İş №1(101)-1327/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1327/2022

23.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1327/2022 23.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər Məcidov X21 və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1 və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında 29 avqust 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, «Azerses.Az» informasiya agentliyinin baş redaktoru vəzifəsində işləmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, 22 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 23 aprel 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını təkrarən ələ keçirib zərərçəkmiş şəxslərə qanunla müəyyən olunan müxtəlif miqdarlarda, o cümlədən külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 qızı X1 işlədiyi Lerik rayonu, Güldəsər kənd orta məktəbindən çıxarılaraq köçürmə yolu ilə Bakı şəhərində yerləşən tam orta məktəblərin birinə müəllimə vəzifəsinə təyin edilmək istədiyini, lakin bununla bağlı çətinlik çəkdiyini bildikdən sonra Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək sonuncunun qızı Sevinc Eynullayevanı Bakı şəhərində yerləşən tam orta məktəblərin birinə müəllimə vəzifəsinə təyin edilməsinə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs1 13 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cü məhəllədə yerləşən “Azərbaycan” nəşriyyatının inzibati binasında 3.000 manat pul alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 qarşı dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 ucuz mənzil almaq istədiyini, lakin bununla bağlı çətinlik çəkdiyini bildikdən sonra Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Bakı şəhəri Yasamal rayonu ərazisində inşa edilən sosial mənzilin ayrılmasına köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla Zərərçəkmiş şəxs2 19 oktyabr 2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “Borani” restoranında 18.000 manat pul alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 imkanlı şəxs olmasını bildikdən sonra Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək tekstil malların alqı-satqısı ilə məşğul olub, yüksək gəlir əldə edəcəklərinə dair yalan vəd verib aldadaraq, bu adla Zərərçəkmiş şəxs3 2021-ci ilin iyun ayının ortalarından 2021-ci ilin dekabr ayının sonunadək Neftçala rayonunda və Bakı şəhərinin müxtəlif ünvanlarında hissə-hissə olmaqla, ümumilikdə 103.000 manat pul alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X5 arvadı X3 yüksək əmək haqqısı olan işə düzəltmək istədiyini, lakin bununla bağlı çətinlik çəkdiyini bildikdən sonra Balağa Nəbizadənin etibarından sui-istifadə edərək sonuncunun arvadı Gülnar Əkbərovanı “Palmali” şirkətində yüksək əmək haqqısı olan vəzifəyə təyin edilməsinə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla Balağa Nəbizadədən 07 yanvar 2022-ci il tarixdə ünvan 5 ünvanında yerləşən “Büllur” şadlıq sarayının yaxınlığında 3.000 manat pul alıb ələ keçirərək zərərçəkmiş şəxs X8 qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə öz arvadı Zərərçəkmiş şəxs5 Bakı şəhəri ərazisində yeni mənzil almaq istədiyini, lakin bununla bağlı çətinlik çəkdiyini bildikdən sonra Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edərək Bakı şəhəri ərazisində yeni mənzil almaqda köməklik edəcəyinə dair yalan vəd verib onu aldadaraq, bu adla Zərərçəkmiş şəxs5 09 noyabr 2019-cu il tarixdən 04 mart 2022-ci il tarixədək Bakı şəhəri, Nizami və Suraxanı rayonları ərazisində hissə-hissə olmaqla ümumilikdə 39.200 manat pul alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Qeyd olunan bu çoxepizodlu ictimai-təhlükəli hərəkətləri ilə Təqsirləndirilən şəxs nəticədə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxslərə xeyli miqdar təşkil etməyən, xeyli və külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq cinayətini törətməkdə təqsirliliyi araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 187.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək məhkəməyədək icraat mərhələsində vermiş olduğu bütün izahat və ifadələrində qeyd etdiyi xüsusatları bir daha təsdiq edib göstərdi ki, o, “Azerses.az” firmasının təsisçisi və sahibi olmuş, özü jurnalistlik faliyyəti ilə məşğul olmuşdur. Fiziki şəxs kimi vergi ödəyəcisi olmuş və xüsusi möhürə sahib olmuşdur, hansı ki, kirayə yaşhadığı sonuncu mənzildən köçərkən möhürü itmişdir. Təqsirləndirilən şəxs hər bir ittiham epizodu üzrə ifadə verib göstərdi ki, Zərərçəkmiş şəxs1 2021-ci ilin yay aylarında tanışı Gülnarənin vasitəsi ilə tanımışdır. Ellan Azərbaycan dili və ədəbiyyatı fənni üzrə müəllim işləyən qızı Sevincin Lerik rayonu, Güldəsər kənd orta məktəbindən Bakı şəhərində yerləşən məktəblərin birinə köçürmə yolu ilə qəbul olunması üçün köməklik göstərməyi ondan xahiş etmişdir. O, Ellanla özünün işlədiyi «Azərbaycan» nəşriyyatının binasının 8-ci mərtəbəsində yerləşən kabinetində görüşmüş, həmin işin görülməsi üçün Ellan ona əvvəlcə 500 manat pul vermişdir. Təxminən bir ay sonra o, Ellana zəng edib onu yanına çağırmış və 500 manat pulu geri qaytararaq bu iş üçün 3.000 manat tələb olunduğunu ona bildirmişdir. 13 iyul 2021-ci il tarixdə iş yerində olarkən Ellan ona 3.000 manat pul vermiş, o da pulları aldıqdan sonra qısa müddətə Sevincin məsələsini həll edəcəyini vəd vermişdir. Həmin pulun alınmasına dair o, akt tərtib etmişdir. İnam yaradılması üçün qeyd olunana aktda pulların hüquqi yardım göstərilməsi məqsədi ilə alındığını qeyd etsə də, həmin pulların hüquqi yardıma heç bir aidiyyəti olmamışdır. Həmin pulları o, öz şəxsi məqsədlərinə sərf etmiş, Sevincin işi üçün heç bir iş görməmişdir. Bir müddət sonra Ellanın ondan şikayət etdiyini bilib sonucuya 1.500 manat, daha sonra isə ibtidai istintaq zamanı qalan hissəsini qaytarmış, Ellana borcu qalmamışdır. Zərərçəkmiş şəxs1 3.000 manat pulun alınmasına dair xx.xx.2021-ci il tarixli akt onun özü tərəfindən icra olunmuş, imzalanmış və özünün xidməti möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, zərər çəkmiş Zərərçəkmiş şəxs2 qıznı 2019-cu ildən etibarən tanımışdır. Onun Kəmalə ilə yalnız işgüzar münasibəti olmuş, ədavəti və düşmənçiliyi olmamışdır. Belə ki, Kəmalə ilk dəfə ona yaşadığı ünvanın qaz sayqacının iki yerə ayrılması ilə bağlı məhkəməyə ərizə yazılması üçün müraciət etmiş və o da Kəmaləyə lazımi köməklik göstərmişdir. O, Kəmalənin övladının əlil olduğunu bildiyindən 2021-ci ilin mart ayında “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Kəmalə ilə yenidən əlaqə yaradıb övladının səhhəti ilə maraqlanmış, ona xeyriyyəçi tanışlarının vasitəsi ilə maddi köməklik təklif etmiş, Kəmalə də razılaşıb bank kartının nömrəsini ona vermişdir. Bundan sonra o, 2021-ci ilin təxminən iyul ayında xeyriyyəçi dostlarının vasitəsi ilə Kəmalənin bank kartına 760 manat pul köçürmüşdür. 2021-ci ilin təxminən sentyabr ayında Kəmalə ona övladının əlilliyi ilə bağlı Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Bakı şəhəri ərazisində tikilən sosial evlərdən mənzil almaq istədiyini, lakin ala bilmədiyini yazmış, bu işdə ona köməklik göstərməsini xahiş etmişdir. O, Kəmaləyə maraqlanıb deyəcəyi cavabını vermişdir. Həmin vaxtlar maddi çətinlik çəkdiyi üçün borcları olduğundan Kəmalədən bu adla bir az pul almağı fikirləşmişdir. Ona görə də Kəmaləyə övladının əlilliyinə görə MİDA tərəfindən inşa edilən binalardan mənzil düşmədiyini bildirmiş, lakin 3 otaqlı mənzil üçün 18.000 manat ödəyəcəyi təqdirdə, ona köməklik edə bilərəcəyini demişdir. Kəmalə onunla razılaşıb pul verə biləcəyini demişdir. Hətta Kəmalənin yeznəsi Seymur da onunla əlaqə saxlayıb məsələ ilə maraqlanmış, onun dediyi sənədlərin surətlərini də ona çatdırmışlar. 19 oktyabr 2021-ci il tarixdə, saat təxminən 19 radələrində ünvan 6 ünvanında yerləşən “Borani” restoranında o, Kəmalə və Seymur görüşmüş, həmin vaxt Kəmalə ona 18.000 manat pulu vermişdir. Pulu verməzdən əvvəl Kəmalə pulu notarial qaydada qəbul etməsini ondan tələb etmişdir. Lakin o, notarial qaydada alınmadığını ona demiş, öz xətti ilə pulun alınmasına dair akt tərtib edib imzalayacağını ona bildirmişdir. Razılaşıldıqda o, pulu alıb öz xətti ilə akt tərtib etmiş və pulun guya hüquqi yardım üçün alındığını qeyd etmiş, amma Kəmaləyə pulun rüsuma veriləcəyini demişdir. O, inam yaradılması üçün aktda pulların hüquqi yardım göstərilməsi məqsədi ilə alındığını qeyd etsə də, həmin pulların hüquqi yardıma heç bir aidiyyatı olmamış, Kəmalədən aldığı 18.000 manat pulu alıb öz şəxsi məqsədlərinə sərf etmişdir. Sonrakı vaxtlarda isə Kəmalənin ondan şikayətçi olduğunu görüb sonuncuya 5.200 manat qaytarmış, 12.800 manat isə borcu qalmışdır. İbtidai istintaq zamanı tərtib etdiyi xx.xx.2021-ci il tarixli akt ona təqdim olunmuş, o, həmin aktın özü tərəfindən icra olunduğunu, aktdakı imza və möhürün özünə məxsus olduğunu bir daha təsdiq etmişdir. Daha sonra Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, zərər çəkmiş Zərərçəkmiş şəxs3 2021-ci ilin fevral-mart aylarından tanımışdır. Belə ki, X18 adlı jurnalistdən onun mobil telefon nömrəsini götürərək ona zəng etmiş və X11 şəhidinin həyat yoldaşı olduğunu, ayrılmış maddi yardımlarla bağlı şəhidin valideynləri tərəfindən incidildiyini bildirmişdir. Zərərçəkmiş şəxs3 söhbət zamanı ona nağd şəkldə pulu olduğunu, həmin pulları hər hansı bir sahədə işlədib pul qazanmaq istədiyini ona danışmışdır. O da Ülkərə həmin pulları ona verməyi, həmin pulları biznes sahələrinin birinə sərmayə qoyub Ülkərə aylıq faiz pulları ödəməyi təklif etmişdir. Zərərçəkmiş şəxs3 onunla razılaşaraq ilk dəfə 2021-ci ilin iyul ayında Neftçala şəhərində ona 10.000 manat pul vermişdir. Bundan sonra o, həmin pulla avtomobil alqı-satqısı ilə məşğul olmağa başlamış, Zərərçəkmiş şəxs3 2 ay hər ay 1500 manat olmaqla faiz pulu ödəmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs3 2021-ci ilin sentyabr ayının sonlarında 50.000 manat əlavə pul almışdır. Zərərçəkmiş şəxs3 həmin pulu 2021-ci il sentyabr ayının sonlarında Neftçala şəhərində onun xalası oğlu Nizaminin vasitəsi ilə ona göndərmişdir. Zərərçəkmiş şəxs3 2021-ci ilin sonu, 2022-ci ilin əvvəllərində Bakı şəhərində özünə ev almaq istədiyindən aralarında olan razılaşmaya əsasən o, Ülkərə sonuncu ev alarkən o, əsas puldan əlvə ona 25.000 manat pul qaytaracaqdır. Bundan sonrakı dövrdə o, Zərərçəkmiş şəxs3 2021-ci il oktyabr ayının əvvəllərində Neftçala şəhərində əlavə olaraq 15.000 manat borc almış və razılaşmaya görə 3 ay sonra o, Zərərçəkmiş şəxs3 aldığın pullarla birlikdə 18 000 manat pul qaytarmalı idi. Sonuncu dəfə, yəni 2021-ci il oktyabr ayının sonlarında o, Ülkərdən 4.000 manat pul almış, Zərərçəkmiş şəxs3 həmın pulları hissə-hissə onun adı köçürmüşdür. Pulu alarkən aralarında razılaşma olmuşdur ki, Ülkər 2022-ci ilin əvvəllərində Bakı şəhərində ev alan zaman həmin pulları üstündə qazancla birlikdə Ülkərə verməlidir. O, Zərərçəkmiş şəxs3 cəmi 79.000 manat pul almış, həmin pulları alan zaman Zərərçəkmiş şəxs3 həmin pullarla avtomobil alqı-satqısı və uşaq geyim əşyalarının alqı-satqısı ilə məşğul olacağını demişdir. Lakin həmin pulun bir hissəsi ilə qeyd olunan ticarət fəaliyyəti ilə məşğul olsa da, qalan hissəsini özünə, şəxsi işlərinə xərcləmişdir. O, Ülkərə təxminən 30.000 manat qaytarmış, eyni zamanda Zərərçəkmiş şəxs3 öz pulu ilə onun özünə və uşaqlarına mobil telefon, planşet və digər bahalı hədiyyələr almışdır. Əlavə olaraq Zərərçəkmiş şəxs3 15.000 manata yaxın faizi olaraq pul ödəmişdir. Bununla bağlı araşdırma zamanı Zərərçəkmiş şəxs3 olan təxminən 79.000 manat məbləğində borcunu hissə-hissə olmaqla 3 ay müddətində qaytaracağına söz versə də, qaytara bilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, zərər çəkmiş Zərərçəkmiş şəxs5 ilə 2019-cu ildə tanış olmuş, 17 fevral 2020-ci il tarixdə isə onunla ailə həyatı qurmuş və 27 iyul 2020-ci il tarixdə Aysellə rəsmi nigaha daxil olmuşdur. Ailə qurandan sonra onlar müxtəlif ünvanlarda kirayəşin yaşamışlar. Pula ehtiyacı olduqda, Ayseldən müxtəlif vaxtlarda hissə-hissə olmaqla cəmi 39.500 manat borc pul almışdır. Ayselin ev almaq niyyətinin olduğunu bildiyindən, o, Ayselə sosial mənzil alınmasına köməklik göstərəcəyinə söz vermişdir. İlk dəfə 09 noyabr 2019-cu ildə Ayselə məcburi köçkünlər üçün Abşeron rayonu, Məhəmmədi kəndi və ya Bakı şəhəri Sabunçu rayonu ərazisində inşa edilən evdən mənzilin ayrılması üçün Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrostansiyası yaxınlığında 3.000 manat, 15 dekabr 2020-ci il tarixdə ünvan 7 ünvanda inşa edilən evdən 130 kv.m. sahəsi olan mənzilin alınması üçün Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, ev 54, mənzil 100-də 9.000 manat, 01 yanvar 2021-ci il tarixdə Abşeron rayonu, Məhəmmədi kəndi və ya Bakı şəhəri Sabunçu rayonu ərazisində inşa edilən evdən mənzilin ayrılması üçün sənədləşdirmə aparılması adı ilə ünvan 8 ünvanında 1.200 manat, 01 noyabr 2021-ci il tarixdə məşğul olduğu biznes fəaliyyəti ilə bağlı vergi rüsumlarının ödənilməsi üçün ünvan 9 ünvanında 500 manat, 06 dekabr 2021ci il tarixdə şəxsi biznesinin inkişaf edilməsi üçün ünvan 9 ünvanında 19.000 manat, 17 yanvar 2022-ci il tarixdə eyni adla ünvan 8 ünvanında 2.500 manat, 07 fevral 2022-ci il tarixdə eyni adla xalası oğlu Nizaminin vasitəsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində 3.000 manat, 04 mart 2022-ci il tarixdə Abşeron rayonu, Məhəmmədi kəndi və ya Bakı şəhəri Sabunçu rayonu ərazisində inşa edilən evdən mənzilin ayrılması üçün Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində 1.000 manat olmaqla ümumilikdə Ayseldən 39.200 manat pul alıb şəxsi məqsədlərinə sərf etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, zərər çəkmiş X9 ilə tutulmazdan təxminən 5 ay əvvəl sonuncunun işlədiyi kafedə tanış olmuşdur. Söhbət əsnasında o, Balağaya işə düzəltmək üçün əlaqələrinin olduğunu bildirdikdə Balağa həyat yoldaşını şirkətlərin birinə işə düzəlməsini xahiş etmişdir. O, Balağaya tanışlarının vasitəsi ilə sonuncunun həyat yoldaşını “Palmali” şirkətinə sıravi işçi kimi işə düzəlməsinə köməklik göstərəcəyinə söz vermiş, lakin buna görə 3.000 manat pul verməli olacağını ona demişdir. Balağa razılaşmış və 07 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində yerləşən “Büllur” şadlıq sarayının yaxınlıqında sonuncu ilə görüşüb ondan 3.000 manat pul almışdır. Lakin aldığı pulu şəxsi məqsədlərinə sərf etdiyindən Balağaya verdiyi vədinə əməl etməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, törətdiyi əməllərə görə səmimi peşiman olmuş, imkanı çatdığı qədər vurulan zərəri ödəməyə çalışmışdır. Zərərçəkmiş şəxs1 vurduğu zərər tam ödənilmiş, pul alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 vurulmuş 18.000 manat miqdarda ziyanın 5200 manatı ödənilmiş, 12800 manat ödənilməmiş qalmış, pul alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 vurulmuş 103.000 manat külli miqdarda ziyanın cəmi 8500 manatı ödənilmiş, qalan hissəsi ödənilməmişdir. Zərərçəkmiş şəxs3 ona qarşı qaldırdığı 120.000 manatlıq iddianın heç bir əsası yoxdur, o, Zərərçəkmiş şəxs3 verib 120.000 manat pul almamış, ona həmin məbləğdə zərər yetirməmişdir. Zərərçəkmiş şəxslər X8 və Zərərçəkmiş şəxs5 vurulmuş ziyan isə ödənilməmiş qalmışdır. Azadlığa buraxılacağı təqdirdə, vurulmuş maddi ziyanların tam aradan qaldırılması üçün çalışacaqdır. Cinayət işinə məhkəmə baxışınadək vəfat etmiş Zərərçəkmiş şəxs1 hüquqi varisi qismində sonuncunun oğlu X10 tanınmış və məhkəmə baxışı zamanı dindirilmişdir. Zərərçəkmiş şəxs1 hüquqi varisi qismində dindirilən sonuncunun oğlu Emil Eynullayev ifadəsində göstərdi ki, təqirləndirilən şəxs onun bacısı Sevinci işə düzəltmək, onun iş yerini Bakıya dəyişəcəyi adı ilə onlardan 3000 manat pul alıb getmiş, lakin heç bir iş görməmişdir. Təqsirləndirilən şəxsin onlardan aldığı pulu kimə verdiyini, hara xərclədiyini bilməmişdir. X12 hal-hazırda Lerikdə jurnalıstdır. Onlara vurulan zərər geri qaytarıb, ödənilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi olaraq onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti qalmamışdır. Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat mərhəlsində vəfat etdiyindən sonuncunun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmişdir. Zərərçəkmiş şəxs1 tədqiq olunan ifadəsində göstərmişdir ki, qızı Sevinc Eynullayeva 2020-ci ildə Tusi adına Azərbaycan Pedoqoji Universitetini bitirdikdən sonra imtahan verərək 53 bal toplamış və Lerik rayonu Güldəsər kənd orta məktəbinə Azərbaycan dili və ədəbiyyatı fənni üzrə müəllim təyin edilmişdir. Bir il orada işlədikdən sonra, özü xərçəng xəstəsi, arvadı isə əzələ boşluğu xəstəliyindən əziyyət çəkdikləri üçün 2021-ci ilin yay aylarında Sevinci Bakı şəhərində yerləşən məktəblərin birinə köçürmək üçün üsullar axtarmağa başlamışdır. Həmin vaxtlar Sevincin adını bilmədiyi tələbə yoldaşı Gülnarə adlı qadın qohumunun bu işdə ona köməklik edə biləcəyini söyləmişdir. O, Gülnarənin ***-***- **-** nömrəli telefonuna zəng etdikdə Gülnarə «Azərbaycan» nəşriyyatında yerləşən «Azərsəs» redaksiyasının baş redaktoru işləyən Fərid adlı şəxsin müəllimləri rayondan Bakı şəhərinə köçürtmək işləri ilə məşğul olduğunu bildirmiş, ertəsi gün birlikdə Fərid adlı şəxsin yanına getməyi və özü ilə 500 manat pul götürməyi təklif etmişdir. O, qızı Gülnarə ilə birlikdə «Azərbaycan» nəşriyyatına gedib Təqsirləndirilən şəxs 8-ci mərtəbədə yerləşən kabinetində onunla görüşmüşlər. Söhbət əsnasında Fərid belə işləri asanlıqla həll edə biləcəyini bildirmiş, işə başlaması üçün ondan 500 manat pul istəmişdir. O, Gülnarənin iştirakı ilə Fəridə 500 manat pul verdikdən sonra Fərid bir neçə günə ona zəng edəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, 500 manat pulu verdikdən təxminən bir ay sonra Fərid ona zəng edərək öz yanına çağırmış və ondan götürdüyü 500 manat pulu geri qaytararaq Sevinci Lerik rayonundan Bakı şəhərindəki məktəblərə köçürmək üçün 3000 manat pul tələb olunduğunu bildirmiş, iş həll olunduqdan sonra onun özünə ayrıca hörmət etməyi təklif etmişdir. O, Fəridə o qədər pulunun olmamasını bildirərək bankdan kredit götürəcəyini söyləmiş və Fərid onu gözləyəcəyini bildirmişdir. Qızı Sevinc «AFB» bankdan 4000 manat kredit götürdükdən sonra həmin pulun 3000 manatını götürüb 13 iyul 2021-ci il tarixdə Fəridin iş yerinə getmiş və Fəridə təqdim etmişdir. Fərid pulları aldıqdan qısa müddət sonra Sevincin məsələsini həll edəcəyini vəd etmiş və bu barədə 13 iyul 2021-ci il tarixli akt tərtib etmişdir. Bundan sonra hər 5-10 gündən bir Fəridə zəng edib məsələnin hansı vəziyyətdə olduğunu soruşduqda Fərid hər dəfə müxtəlif bəhanələr uyduraraq ona gözləməyi təklif etmişdir. Nəhayət, son iki ayda Fəriddən verdiyi pulları geri tələb etməyə başladıqda, Fərid bu gunsabaha vədlər vermiş və onu aldatmışdır. O, tanışlarının vasitəsilə Fəridin atası Ədalətin nömrəsini öyrənmiş və sonuncuya əhvalatı danışmışdır. Ədalət ondan heç bir yerə şikayət etməməyi xahiş edərək bir neçə gün ərzində pullarını qaytartdıracağını vəd versə də, sonda zənglərinə cavab vermədiyindən o, Fərid barəsində şikayət etmək qərarına gəlmişdir. Fərid ona 1.500 manat qaytarsa da, qalan 1.500 manatı bu günədək qaytarmamışdır. Fəridin onun kimi ayrı-ayrı şəxsləri aldadıb pullarını ələ keçirməsi sonralar ona məlum olmuşdur (iş vərəqə: cild İ, səh. 211-214). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protkolundan görünür ki, üzləşmə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 sərbəst ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir (iş vərəqə: cild İ, səh. 229-231). Məhkəmə baxışı zamanı məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, Şahid1 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 2021-ci ilin yay aylarında yas mərasimlərinin birində söhbət edən zaman Ellan adlı şəxsin qızının Lerik rayon məktəblərin birində müəllimə işlədiyini və Bakı şəhərində yerləşən məktəblərin birinə köçürmək istədiyini bilmişdir. Belə ki, onlar onun əvvəllər bağcada tərbiyyəçi işlədiyini bilib onlara köməklik edə biləcəyini fikirləşmiş və ondan kömək göstərməyi əsirgəməməyi xahiş etmişlər. O, hazırda xatırlamadığı qohum və tanışları ilə əlaqə saxlayıb bu işdə kimə müraciət edə biləcəyini soruşmuş və ona Fərid adlı vəkilin telefon nömrəsini verib həmin şəxsin əlaqəli olduğunu, ona köməklik edə biləcəyini öyrənmişdir. Bundan başqa, Fəridin “Azərnəşriyyat”da yerləşən “Azərsəs” redaksiyasının baş redaktoru olduğunu öyrənmişdir. O, Fəridin hazırda xatırlamadığı nömrəsinə zəng edib söhbət etmiş və mahiyyətini ona izah etmişdir. Bu işdə köməkılik edə biləcəyini soruşduqda Fərid köməklik edə biləcəyini və bu iş üçün 500 manat zəhmət haqqı alacağını demişdir. O, bu barədə Ellana demiş və görüşüb Fəridin «Azərbaycan» nəşriyyatının 8-ci mərtəbədə yerləşən «Azərsəs» redaksiyasına getmişlər. O, Fəridi birinci dəfə həmin vaxt görmsüşdür. Söhbət zamanı Fərid Ellanı dinləyib sonuncunun qızını Bakı şəhərində yerləşən məktəblərin birinə köçürülməsində köməklik edə biləcəyini demişdir. Razılaşdıqdan sonra Ellan Fəridə 500 manat pul vermişdir. Fərid bir neçə günə Ellana zəng edəcəyini bildirmişdir. Bundan sonra nə baş verdiyindən xəbəri olmasa da, təxminən bir aydan sonra Ellanın və ümumi tanışlarının sözlərindən ona məlum olmuşdur ki, Fərid işi həll edə bilmədiyi üçün Ellandan götürdüyü 500 manat pulu qaytarmış, bundan sonra onların arasında hər hansı razılaşma olmasından və ya Ellanın Fəridə pul verməsindən xəbəri və məlumatı olmamışdır. O, Ellana köməkliyi təmənnasız olaraq etmiş, bu işdə hər hansı maddi marağı olmamışdır (iş vərəqə: cild İİ, səh. 29-31). Məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, övladı X13 hidrosefaliya və sol tərəfin parezi xəstəliyindən əziyyət çəkməklə əlildir. Təqsirləndirilən şəxs isə 2019-cu ildən etibarən tanımışdır. Belə ki, Fərid özünü hüquqşünas kimi təqdim etmiş, onun Bakı şəhəri Nərimanov rayonu ərazisindəki kitabxanaların birində ofis kimi iş yeri olmuşdur. O, yaşadığı ünvanın qaz sayqacının iki yerə ayrılması ilə bağlı məhkəməyə müraciət etməli olduğundan hüquqi yardım məqsədi ilə Təqsirləndirilən şəxs müraciət etmiş, Fərid də öz növbəsində bu barədə ərizə ilə müraciət etmişdir. Fəridlə yalnız işgüzar münasibəti olmuş, ədavəti və düşmənçiliyi olmamışdır. Fəridlə 2019-cu ildə yalnız iki dəfə qeyd olunan məsələ ilə bağlı görüşmüşdür. Zərərçəkmiş şəxs2 ifadəsinin davamında göstərdi ki, 2021-ci ilin mart ayında Fərid ona “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə ona mesaj yazıb onun kim olması ilə maraqlanmış, o da Fəridə 2019-cu ildə hüquqi yardımla bağlı ona müraciət etdiyini xatırlatmışdır. Bundan sonra Fərid ona yazaraq əlil övladının səhhəti ilə bağlı maraqlanmış, o da övladını Gürcüstanda müalicə etdiridyini Fəridə demişdir. Az bir müddət sonra Fərid onun xeyriyyəçi tanışının olduğunu, övladının müalicəsi üçün vəsait vermək istədiyini ona demişdir. Belə olduqda o, özünün bank kartının nömrəsini Fəridə yazmış və iyul ayında uşuğını müalicəyə aparacağını, həmin vaxt pul lazım olacağını yazmışdır. Həqiqətən də 2021-ci ilin iyul ayında Fəridin vasitəsi ilə onun bank kartına 760 manat pul köçürülmüşdür. Bununla da onda Fəridə qarşı inam daha da artmışdır. Zərərçəkmiş şəxs2 ifadəsinin davamında daha sonra göstərdi ki, övladının əlilliyi ilə bağlı Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Bakı şəhəri ərazisində tikilən sosial mənzillərlə maraqlanmış və bu barədə Fəridə dedikdə, sonuncu ona maraqlanıb bir cavab deyəcəyini bildirmişdir. Bir müddət sonra Fərid ona həmin sahədə işləyən tanışlarından maraqlandığını, onun övladının əlilliyinə görə MİDA tərəfindən inşa edilən binalardan mənzil düşmədiyini yazmışdır. Sonradan isə Emin adlı tanışının olduğunu bildirmiş, həmin şəxsin köməkliyi ilə, bir qədər çox rəsmi rüsum ödəliləcəyi, məsələni həll etdirə biləcəyini demişdir. O, Fəridlə razılaşmış və rüsumun məbləğini öyrənməsini ondan xahiş etmişdir. 2021-ci ilin oktyabr ayının təxminən 13-də Fərid ona MİDA tərəfindən Bakı şəhəri Yasamal rayonu ərazisində inşa edilən binadan 3 otaqlı mənzilin ayrılması üçün 18.000 manat rəsmi rüsum ödəməli olduğunu yazmışdır. Fəridin deməsinə görə həmin pul onun vasitəsi ilə MİDA-ya köçürməli idi. O, razılaşmış və 19 oktyabr 2021-ci il tarixdə, saat təxminən 19 radələrində ünvan 11 ünvanında yerləşən “Borani” restoranında Təqsirləndirilən şəxsla görüşmüşdür. Həmin vaxt yanında yeznəsi Şahid2 da olmuşdur. Seymur həmin söhbətlərdə əvvəldən iştirak etmiş və Fəridlə tanışıqları olmuşdur. Görüş zamanı Fərid bir daha onları əmin etmişdir ki, 18.000 manat rəsmi rüsum keçirilməsi nəticəsində MİDA tərəfindən Bakı şəhəri Yasamal rayonu ərazisində inşa edilən binadan 3 otaqlı mənzilin ayrılması məsələsini həll edəcəkdir. O da Fəridin sözlərinə inanıb Seymurun iştirakı ilə 18.000 manat pulu Fəridə vermişdir. Həmin vaxt onun tələbinə əsasən Təqsirləndirilən şəxs 18.000 manat pulu alması ilə bağlı akt tərtib etmişdir. Həmin aktda pulun hüquqi yardım üçün verildiyi qeyd olunmuşdur. O, Fəriddən pulun rəsmi rüsuma verilməsinin qeyd olunmamasının səbəbləri soruşduqda Fərid belə məsləhət olduğunu bildirmişdir. O, Fəridə inandığı üçün etiraz etməmişdir. Fərid pulu götürüb onu əmin etmişdir ki, 2021-ci ilin noyabr ayının 21-dək mənzil məsələsi həll olunacaqdır. Lakin verdiyi vədə əməl etməmiş, deyilən müddət başa çatsa da, mənzil məsələsi həll olunmamışdır. Bundan sonra Fərid müxtəlif bəhanələrlə vaxtı uzatmağa başlamışdır. Bundan sonra aldandığını başa düşüb pulunu geri qaytarmasını tələb etmişdir. 2022-ci ilin yanvar ayında hissə-hissə olmaqla Fərid ona 5.200 manat pulu qaytarsa da, qalan 12.800 manatı bu günədək qaytarmamışdır. Sonradan isə ona məlum olmuşdur ki, Fərid onun kimi ayrı-ayrı şəxsləri aldadıb pullarını ələ keçirmişdir. Məhkəmə baxışı zamanı məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, Şahid2 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, X6 onun həyat yoldaşının bacısıdır, aralarında normal qohumluq münasibətləri olmuşdur. Kəmalə Azərbaycan Milli X4 İnstitutunun elmi işçisi olmuş, iki azyaşlı övladları vardır. Böyük oğlu X13 hidrosefaliya və sol tərəfin parezi xəstəliyindən əziyyət çəkməklə əlildir. 2019-cu ilin oktyabr ayında Kəmalənin sozlərindən ona məlum olmuşdur ki, Kəmalə yaşadığı ünvanın qaz sayqacının iki yerə ayrılması ilə bağlı məhkəməyə müraciət etməli olmuş, həmin vaxt Kəmaləyə hüquqi məsləhətlər verməklə Nərimanov Məhkəməsinə iddia ərizəsinin yazılmasında özünü hüquqşünas kimi təqdim edən Təqsirləndirilən şəxs adlı şəxs ona köməklik etmişdir. Deməsinə görə onun Fəridlə yalnız işgüzar münasibəti olmuş, ədavəti və düşmənçiliyi olmamışdır. Hətta 2021-ci ilin iyul ayında Fərid Kəmalənin əlil övladına köməklik məqsədi ilə Kəmaləyə 760 manat pul verərək ona maddi yardım göstərmişdir. Bununla da Fəridə qarşı inam daha da artmışdır. Bundan başqa, 2021-ci ilin oktyabr ayının əvvəllərində Kəmalə ona demişdir ki, Fərid onun övladının əlilliyi ilə bağlı MİDA tərəfindən Bakı şəhəri ərazisində tikilən sosial mənzillərdə mənzilin ayrılmasında köməklik etməyi öhdəsinə götürmüş və bunun üçün dövlət rüsumu köçürmək lazım olduğunu demişdir. Kəmalə ondan xahiş etmişdir ki, birlikdə Fəridlə görüşə gedib Fəridə pulun verilməsində iştirak etsin. O, razılaşıb 19 oktyabr 2021-ci il tarixdə, saat təxminən 19 radələrində Kəmalə ilə birlikdə ünvan 11 ünvanında yerləşən “Borani” restoranında Təqsirləndirilən şəxsla görüşmüşlər. Hələ Fəridlə görüşməzdən əvvəl o, onunla telefon əlaqəsi saxlayıb işin halları ilə bağlı suallar vermişdir. Fərid də 18.000 manat dövlət rüsumu köçürüldükdən sonra MİDA-dan Kəmalə üçün ev ayrılacağını təsdiq etmişdir. Fəridin deməsinə görə Emin adlı dostunun köməkliyi ilə bu məsələ alına bilər. Lakin həmin Emin adlı şəxsin harada işləməsi barədə heç bir söz deməmişdir. Görüş zamanı Fərid bir daha onları əmin etmişdir ki, 18.000 manat rəsmi rüsum keçirilməsi nəticəsində MİDA tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində inşa edilən binadan 3 otaqlı mənzilin ayrılması məsələsini həll edəcəkdir. Kəmalə də Fəridin sözlərinə inanıb onun yanında 18.000 manat pulu Fəridə vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs 18.000 manat pulu alması ilə bağlı akt tərtib etmiş, həmin aktda qeyd olunmuşdur ki, pul hüquqi yardım üçün ona verilib. Fərid pulu götürüb onları bir daha əmin etmişdirdi ki, 2021-ci ilin noyabr ayının 21-dək mənzil məsələsi həll olunacaqdır. Lakin verdiyi vədə əməl etməmiş, deyilən müddət başa çatsa da, mənzil məsələsi həll olunmamışdır. Fərid müxtəlif bəhanələrlə vaxtı uzatmağa başladıqda, Kəmalə ondan pulunu geri qaytarmasını tələb etmişdir. 2022-ci ilin yanvar ayında hissə-hissə olmaqla Kəmaləyə 5.200 manat pulu qaytarsa da, qalan 12.800 manatı hələ də qaytarmamışdır (iş vərəqə: cild İİ, səh. 46-51). Bundan başqa, iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, həyat yoldaşı Əsəd Əsədov 2020-ci oktyabr ayının 12-də X11 zamanı şəhid olmuşdur. Əri şəhid olmazdan əvvəl işləyib ailələri üçün yığdığı pullar, şəhid olduqdan sonra dövlət tərəfindən verilən vəsait və digər ianələr evdə olmuşdur. O, özünü şəhid ailələrinə kömək edən şəxs, hüquqşünas və jurnalist kimi təqdim edən Təqsirləndirilən şəxs inanaraq şəhidin yadigarı olan 3 azyaşlı uşaqlarının gələcəyi üçün yatırım qoymaq üçün aldanaraq həmin pulları Fəridə vermişdir. Belə ki, o, Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin aprel ayında tanımış, Fərid özünü şəhid ailələrinə kömək edən biri, hüquqşünas və jurnalist kimi ona təqdim etmişdir. İlk dəfə hüquqşünas kimi tanıdığı və şəhid ailələrinə hüquqi yardım göstərəcəyi ümidi ilə müraciət etdiyi Təqsirləndirilən şəxs onunla tanış olduqdan sonra özünü həm də uğurlu iş adamı kimi təqdim etmişdir. Biznes şərikləri olduğunu, Ukrayna və Türkiyədə tekstil şirkətlərində iş quracağını bildirmişdir. Zərərçəkmiş şəxs3 ifadəsinin davamında göstərdi ki, 2021-ci ilin təxminən iyun ayının ortalarında Təqsirləndirilən şəxs söhbət zamanı ona demişdir ki, iş qurmaq və gəlir əldə etmək üçün tekstil şirkətinə 10.000 manat pul yatırım etmək lazımdır. Fəridin deməsinə görə o, 10.000 manat pul qoyacağı təqdirdə, qoyduğu pulun müqabilində hər ay üçün 1500 manat qazanc götürəcək, istədiyi vaxt isə pulunu geri götürə biləcəkdir. Fəridin dedikləri onunçün çox əlverişli olduğundan o, sonuncuya pul verməyi qərara almış və bu məqsədlə Fəridə inanıb 2021-ci ilin iyun ayının ortalarında ona Neftçala şəhərindəki “Sədərək” mağazasının qarşısında bacısı Leylanın iştirakı ilə 10.000 manat pul vermişdir. Fərid pulu aldıqdan sonra 2021-ci ilin iyul, avqust və sentyabr ayları üçün hər ay ona 1500 manat olmaqla ümumilikdə 4500 manat pulu qazanc kimi vermiş və onu özünə daha da inandırmışdır. Oktyabr ayında isə Fərid ona 3000 manat pul vermişdir. 2021-ci il iyul ayının əvvəllərində Fərid ona demişdir ki, onun biznes şərikləri var, Ukraynadakı şirkəti gətirirlər Bakıya, 50.000 manat pul qoyacağı təqdirdə tam şərik olaraq biznesə yatırım etmiş olacaq və 2021-ci ilin avqust ayında ona 77.000 manat pul qaytaracaqdır. O, Fəridə inanıb 2021ci ilin iyul ayında təxminən 15-də Neftçala şəhərində olan dayanacaqda Fəridin xalası oğlu Nizamiyə Fəridə çatdırması üçün 50.000 manat pul vermişdir. Fərid həmin pulu qəbul edəndən sonra pulu aldığını təsdiqləmişdir. Bundan sonra Fərid guya ona mənfəətlə birlikdə 77.000 manat qaytarmalı idi. Bundan sonra Fəridlə telefon söhbəti zamanı Fərid bildirmişdir ki, Bakı şəhəri, 28 may ərazisində təcili ucuz qiymətə ev satılır və həmin evin videogörüntüsünü canlı olaraq ona telefonda göstərmişdir. Həmin vaxt Fərid özünü guya ev sahibi ilə telefonla danışa-danışa söhbət etdiyini bildirərək həmin evin 120 kv.metr olduğunu və 95.000 manata “əlimyandı”da, yəni təcili satılmasına onu inandırmışdır. O, həmin evin görüntüsünü görüb bəyənmişdir. Fərid ona “sənin məndə 77.000 manatın var, həmin pulun üstünə 15000 manat da qoy evi götürək” kimi bir təklif vermişdir. O da Fəridə inanaraq razılaşmışdır. Bu məqsədlə 2021-ci ilin avqust ayının əvvəllərində Fərid Neftçala şəhərinə gəlmiş və Neftçala şəhəri “Sədərək” mağazasının yaxınlığında Fəridlə görüşüb 15.000 manat pulu ona vermişdir. Lakin heç bir mənzil alınmamışdır. Zərərçəkmiş şəxs3 ifadəsinin davamında daha sonra göstərdi ki, 2021-ci ilin təxminən sentyabr ayının əvvəllərində Fərid ona təklif etmişdir ki, guya Bakı şəhəri Q.Qarayev metrosu yaxınlığında 18.000 manata 2 mərtəbəli obyekt satılır, birinci mərtəbəsi avtoyuma, 2-ci mərtəbəsi çayçı kimi fəaliyyət göstərir və həmin obyektin uşaqların gələcəyi üçün alınıb işlədilməsi məsləhətdir. O, yenə də Fəridə inanaraq razılaşmışdır. Bundan sonra Fərid Orxan adlı başqa bir qohumunu 2021-ci il sentyabr ayının 1-ci ongünlüyündə Neftçala şəhərinə göndərmiş, Neftçalada H.Əliyev prospektində yerləşən “Şəhidlər” binasının qarşı tərəfində o, Fəridin göndərdiyi Orxan adlı şəxslə görüşüb 18.000 manat pulu Fəridə çatdırması üçün Orxana vermişdir. Fərid pulu aldığını telefonda bildirmiş, hətta pulun şəklini də çəkib göndərmişdir. Bunlardan əlavə “Kapital Bank” vasitəsi ilə, ayrı-ayrı vaxtlarda terminallar vasitəsi ilə Fəridin bank kartına müxtəlif məbləğlərdə olmaqla pullar köçürmüşdür. Belə ki, 2021-ci ilin oktyabr ayında Fərid ona Gəncə şəhərində tikiş sexi açdığını bildirmiş, həmin sexi ikisinin birlikdə işlətməsini təklif etmişdir. O da Fəridə inanaraq 2021-ci ilin oktyabr və noyabr aylarında Fəridin kartına terminallar vasitəsiilə ümumilikdə 8500 manat pul göndərmişdir. Sonuncu dəfə 2021-ci ilin təxminən dekabr ayının üçüncü ongünlüyündə Fərid ona Gəncə tekstil şirkətinə vergi borcları olduğunu bildirmiş və ödəmək üçün 1500 manat pul lazım olduğunu ona demişdir. Fərid ona həmin pulu ödəyəcəyi təqdirdə, 2022-ci ildə Gəncədəki sexdən gələn gəlirin hamısının onun olacağını ona demişdir. O, yenə də Fəridə inanmış və 2021-ci ilin dekabr ayının təxminən 25-də Bakı şəhəri “Sədərək” ticarət mərkəzində Fəridlə görüşərək mərkəzin “Salyan-Neftçala” marşrutları olan meydançasında Fəridə 1500 manat pul vermişdir. Sonradan isə Fəridin həmin pulları onun etibarından sui-istifadə etməklə aldadaraq dələduzluq yolu ilə ələ keçirdiyini başa düşmüşdür. Fərddən pularını geri qaytarmasını tələb etsə də, o müxtəlif bəhanələrlə vaxtı uzadaraq pulu qaytarmaqdan boyun qaçırmışdır. Zərərçəkmiş şəxs3 ifadəsinin yekununda göstərdi ki, Təqsirləndirilən şəxs əslində onun 103.000 manat deyil, ümumilikdə 120.000 manat pulunu dələduzluq yolu ilə keçirirmiş, həmin puldan əldə olunan mənfəətlə birlikdə 160000 manat pul qaytaracağını vəd etmişdir. Lakin ona cəmi 8.500 manat pul qaytarmışdır. Ona görə də o, Fəridə qarşı 120.000 manat pul tələbinə dair mülki iddia qaldıracaqdır. Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protkolundan görünür ki, üzləşmə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 sərbəst ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir (iş vərəqə: cild İ, səh. 232-236). Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid3 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 göstərdiyi xüsusaiları bir daha təsdiq edib ifadəsində göstərdi ki, zərər çəkmiş Zərərçəkmiş şəxs3 onun bacısıdır, Ülkər üç azyaşlı övladları ilə birlikdə Neftçala şəhərində yaşayır. Ülkərin həyat yoldaşı Əsəd Əsədov 2020-ci oktyabr ayının 12-də X11 zamanı Füzuli rayonunda gedən döyüşlərdə şəhid olmuşdur. Bacısının deməsinə görə əri şəhid olmazdan əvvəl işləyib yığdığı pullar, şəhid olduqdan sonra dövlət tərəfindən verilən vəsait və digər ianələr onların evində olmuşdur. 2021-ci ilin iyun ayının ortalarında bacısı Ülkər ona Təqsirləndirilən şəxs adlı jurnalist-hüquqşünasla tanış olduğunu və sonuncunun təklifi ilə tekstil sahəsində biznes fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. Ülkər Təqsirləndirilən şəxs ondan pul götürmək üçün Neftçala şəhərinə gəəcəyini demiş və onunla birlikdə gedib pulun Fəridə verilməsində iştirak etməsini xahiş etmişdir. Ülkərin deməsinə görə o, Fəridə birinci dəfədir ki, pul verir və ehtiyat etdiyi üçün Fəridlə görüşə onunla birlikdə getmək istəyir. O, Ülkərlə razılaşaraq 2021-ci ilin iyun ayının ortalarında onunla Neftçala şəhərindəki “Sədərək” mağazasının qarşısına getmiş, orada əvvəllər tanımadığ Fərid adlı şəxslə görüşmüşlər və Ülkər kağız paketdə 10.000 manat pulu həmin şəxsə vermişdir. Bundan sonra Ülkərin kiməsə pul verməsində və ya almasında iştirak etməmiş, ümumiyyətlə Ülkərin tekstil sahəsində biznes işi ilə maraqlanmamış, bu barədə Ülkər də ona heç bir söz danışmamışdır. Daha sonra məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı **-BE-*** qeydiyyat nişanlı avtomobillə “Bolt” şirkəti ilə razılaşma əsasında taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs onun xalasının oğludur. Təqsirləndirilən şəxs deməsinə “Azərbaycanın Səsi” informasiya aqentliyində işləmiş, həmçinin Ukraynada və Türkiyə Respublikasında biznes qurmuşdur. Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi olsa da, avtomobili olmamış və adətən taksi xidmətlərindən istifadə etmişdir. O, taksi xidməti sahəsində fəaliyyət göstərdiyi üçün Fərid dəfələrdə onun taksi xidmətlərindən istifadə etmişdir. Belə ki, xalası oğlu olmasına baxmayaraq ödəniş haqqı müqabilində sonuncunu şəhərin müxtərif yerlərindən götürüb başqa-başqa yerlərə aparmışdır. Bundan başqa 2021-ci ilin yay aylarında Fərid ona müraciət edib Neftçala rayonuna getməyi tapşırmış, orada iş ortağı olan bir qadınla görüşüb sonuncudan içərisində pul vəsaiti olan bir bağlamanı götürüb gətirməyini xahiş etmiş və şəxsi işləri ilə bağlı Neftçala rayonuna özünün gedə bilmədiyini demişdir. O, razlaşmış və Bakı şəhərindən təxminən 200 kilometr məsafədə yerləşən Neftçala rayonuna gedib oradan bağlama götürüb Bakıya qayıtmaq üçün Fəriddən 100 manat xidmət haqqı istəmişdir. Fərid onunla razılaşdıqdan sonra o, həmin gün axşam saatlarında Neftçala şəhərinə gedib çatmış və Fəridin verdiyi telefon nömrəsinə zəng etmişdir. Telefon zənginə cavab verən qadın ona maşını hazırda xatırlamadğı yerə sürməsini demiş və o, gedib həmin qadınla orada görüşmüşdür. Tanımadığı həmin qadın ona bir paketdə pul vəsaiti verib Fəridə çatdırılmasını xahiş etmişdir. O, qəbul edib başqa heç bir söz demədən vidalaşıb oradan uzaqlaşmışdır. O, paketi götürüb içərisində pul vəsaitini saymadan Bakı şəhərinə gəlib «Qara Qarayev» metrostansityası yaxınlığında Fəridlə görüşərək həmin paketi ona vermişdir. Fərid həmin paketi açmadan cibindən 100 manat pul çıxarıb zəhmət haqqı olaraq ona vermişdir. Bundan başqa Fərid üçün hər hansı məbləğdə pul vəsaiti və ya hər hansı bir əşya götürüb ona verməmişdir. 22 aprel 2022-ci il tarixdə isə Fəridin dələduzluq cinayəti törətdiyi üçün həbs olunduğunu qohumlarından eşitmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, o, idarə etdiyi «Toyota Prius» markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Bolt” şirkəti ilə razılaşma əsasında taksi fəaliyyəti ilə məşğul olmuşdur. Baxılan iş üzrə Təqsirləndirilən şəxs onun bibisinin oğludur. Təqsirləndirilən şəxs “Azərbaycanın Səsi” informasiya aqentliyində işləmişdir. Təxminən 2010-cu ildə Fərid birinci dəfə ailə həyatı qurmuş, 2016-cı ildə isə boşanmışdır. Birinci nigahdan Fəridin iki övladı dünyaya gəlmişdir. Növbəti və sonuncu dəfə isə Fərid tutulmazdan təxminən iki il əvvəl Aysel adlı qadınla ailə həyatı qurmuş, lakin həmin nigahdan onların övladları olmamışdır. Fəridin deməsinə görə Türkiyə Respublikasında biznesi olmuşdur. Təqsirləndirilən şəxs avtomobili olmadığından taksi xidmətlərindən, o cümlədən dəfələrdə onun taksi xidmətlərindən istifadə etmişdir. 2021-ci ilin təxminən avqust ayında Fərid ona zəng edərək şəxsi işləri ilə bağlı Gürcüstanda olmasını bildirmiş, Neftçala rayonuna getməyi və orada onun iş ortağı olan bir qadınla görüşüb sonuncudan 5.000 manat pul götürməyini xahiş etmişdir. O, zəhmət haqqı olaraq Fəriddən 150 manat xidmət haqqı istəmiş, Fərid də razılaşmışdır. Həmin gün o, günorta saatlarında Neftçala şəhərinə gedib çatmış və Fəridin verdiyi telefon nömrəsinə zəng etmişdir. Telefon zənginə cavab verən Ülkər adlı qadınla sonuncunun dediyi, lakin özünün hazırda xatırlamadığı yerdə görüşmüş, sonuncu ona bir paketdə pul verib Fəridə çatdırılmasını xahiş etmiş, lakin başqa heç bir söz demədən vidalaşıb oradan uzaqlaşmışdır. O, paketi götürüb Bakı şəhərinə qayıtmış və telefonla bu barədə Fəridə demişdir. Fərid həmin puldan 150 manat xidmət haqqı olaraq götürməsini, təxminən 1300 manat pulu onun kartına otuzdurmağı, qalan pulu isə arvadı Ayselə verməyi xahiş etmişdir. O, Fəridin tapşırıqlarını tam yerinə yetirmişdir. Bundan başqa, Fərid üçün pul və ya hər hansı başqa bir əşya götürməmiş və ona verməmişdir. 22 aprel 2022-ci il tarixdə isə ona məlum olmuşdur ki, Fərid dələduzluq cinayətini törətdiyi üçün həbs olunmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən X9 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi, Caparidze küçəsində yerləşən adsız kafedə ofisiant işləmiş və ilk dəfə ibtidai istintaqda ifadə verməsindən təxminən 5 ay əvvəl kafeyə müştəri qismində gələn Təqsirləndirilən şəxs adlı şəxslə, yəni hazırda baxılan iş üzrə təqsirləndirilən şəxslə tanış olmuşdur. Fərid özünü ona junalist kimi təqdim etmişdir. Fərid söhbət əsnasında işə düzəltmək üçün əlaqələrinin olduğunu bildirdiyindən və həmin vaxt o, həyat yoldaşı X3 işə düzəltmək istədiyindən bu barədə Fəridlə məsləhətləşmiş və sonuncu tanışlarının köməkliyi ilə həyat yoldaşını yüksək əmək haqqısı olan “Palmali” şirkətinə sıravi işçi kimi işə düzəldə biləcəyini, buna görə müəyyən məbləğdə pul verməli olduğunu ona demişdir. Konkret olaraq arvadının hansı vəzifəyə işə düzələcəyini və hansı məbləğdə əmək haqqısının olmasını Fərid deməmişdir. O da razılaşmış və Fəridə özünün telefon nömrəsini vermişdir. Fərid də həmin işi dostları ilə məsləhətləşib həll edəcəyini demişdir. Növbəti gün Fərid istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə ona zəng vuraraq işin alınacağını və bunun üçün 3000 manat pul vermək lazım olduğunu bildirmiş, lakin həmin pul vəsaitini konkret olaraq kimə verəcəyini deməmişdir. Sadəcə həmin pulu tanışına verilməli olduğunu demiş, amma tanışının kim olmasını və hansı vəzifədə çalışmasını ona deməmişdir. Bundan sonra 07 yanvar 2022-ci il tarixdə ünvan 12 ünvanında yerləşən “Büllur” şadlıq sarayının yaxınlıqında Fəridlə görüşmüş, o, həmin görüşə həyat yoldaşı X7 ilə birlikdə getmişdir. Fərid “Hyundai” markalı, lakin dövlət qeydiyyat nişanlarını xatırlamadığı avtomobillə gəlmişdir. Onlar avtomobilə əyləşdikdən sonra Fərid Gülnarın işinin həll olunacağını bildirmiş və ondan xəbər gözləyəcəyini demişdirdi. Bundan sonra o, 3.000 manat pulu Fəridə vermişdir. Orada başqa heç kim olmamış və pulun alınması ilə bağlı Fərid ona hər hansı əlyazma sənəd verməmişdir. Bundan sonra vidalaşıb oradan çıxıb getmişlər. Bundan sonra Fəridlə işlə bağlı maraqlandıqda o, işin alınmadığını demiş, pulu geri qaytaracağını bildirmişdir. Lakin qaytarmamışdır. O, hər gün Fəriddən pulun qaytarılmasını xahiş etsə də, sonuncu müxtəlif bəhanələrlə pulu qaytarmamışdır. Sonradan internetdə Təqsirləndirilən şəxs dələduzluq cinayəti törətdiyi üçün tutulduğunu öyrənərək barəsində şikayət etmək qərarına gəlmişdir. Qeyd olunan epizod üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilən X7 ifadəsində zərər çəkmiş Balağa Nəbizadənin göstərdiyi xüsusatları bir daha təsdiq edib göstərdi ki, X9 onun həyat yodaşıdır. Balağa Bakı şəhəri Suraxanı rayonu Ramana qəsəbəsi Caparidze küçəsində yerləşən adsız kafelərin birində ofisiant işləmişdir. 2022-ci ilin yanvar ayının təxminən əvvəllərində Balağa evə gələrək işlədiyi kafedə Fərid adlı jurnalistlə tanış olduğunu və həmin şəxsin əlaqəli şəxs olduğu üçün onu “Palmali” şirkətinə yüksək əmək haqqısı olan işə düzəldə biləcəyini demiş, bunun üçün Fəridin ondan 3.000 manat pul istədiyini bildirmişdir. O da razılaşdıqdan sonra 07 yanvar 2022-ci il tarixdə o, Balağa ilə birlikdə ünvan 13 ünvanında yerləşən “Büllur” şadlıq sarayının yaxınlığına gedib orada əvvəllər görmədiyi və tanımadığı Təqsirləndirilən şəxsla görüşmüşlər. Balağa Fərdlə onu tanış etmiş, sonuncunun tanınmış jurnalist olduğunu bildirmişdir. Fərid dövlət nömrə nişanına əhəmiyyət vermədiyi “Hyundai” markalı avtomobillə gəlmişdir. Həyat yoldaşı ilə o, həmin avtomobilə əyləşdikdən sonra Fərid onun işinin həll olunacağını deyib ondan xəbər gözləməyi tapşırmışdır. Bundan sonra Balağa 3.000 manat pulu Fəridə vermişdir. Üçündən başqa orada heç kim olmamış və pulun alınması ilə bağlı Fərid onlara hər hansı əlyazma sənəd verməmişdir. Bundan sonra vidalaşıb oradan çıxıb getmişlər. Sonradan isə Fərid Balağaya iş alınmadığını bildirmiş, pulu qaytaracağını demişdir. Lakin sonra o, internetdə Təqsirləndirilən şəxs dələduzluq cinayəti törətdiyi üçün tutulduğunu öyrənmiş və Təqsirləndirilən şəxs onları da aldatdığını başa düşmüşdür. Bundan başqa, məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, 21 dekabr 2006-cı ildə ailə həyatı qursa da, 28 yanvar 2007-ci ildə artıq boşanmış, həmin nigahdan onların bir qız övladı dünyaya gəlmişdir. 26 sentyabr 2019-cu ildə “Azərbaycanın Səsi” informasiya aqentliyinin direktoru, jurnalist Təqsirləndirilən şəxs ilə tanış olmuş, Fəridlə əvvəl normal dost münasibətləri olsa da, sonradan həmin münasibətlər daha da artmış və 17 fevral 2020-ci il tarixdən başlayaraq qeyri-rəsmi olaraq ailə həyatı qurmuşlar. Həmin vaxt ünvan 14 ünvanında kirayə yaşamışlar. 27 iyul 2020-ci il tarixdə isə rəsmi nigaha daxil olmuşlar. 11 may 2021-ci il tarixdə ünvan 9 ünvanına kirayəyə köçmüşlər. Təqsirləndirilən şəxs jurnalistlik peşəsindən başqa, deməsinə görə həm də Ukraynadan gətirdiyi tikinti materiallarının alqı-satqısı ilə məşğul olurdu. Fərid tanışlığı, eləcə də rəsmi və qeyri-rəsmi nigahda olduğu müddət ərzində ona qarşı dələduzluq edərək şəxsən özünə məxsus olub əvvəllər yığdığı, şəxsi qızıl-zinət əşyalarının satışından əldə etdiyi pullarını əl keçirmişdir. Bundan başqa, Fərid ondan banklardan kredit götürməyi xahiş etmiş və götürdüyü kreditləri ondan alıb ələ keçirmişdir. Belə ki, ilk dəfə 09 noyabr 2019-cu il tarixdə Fərid onun məcburi köçkün olması ilə bağlı məcburi köçkünlər üçün Abşeron rayonu, Məhəmmədi kəndi və ya Bakı şəhəri Sabunçu rayonu ərazisində inşa edilən evlərdən mənzilin ayrılması üçün Bakı şəhəri Nizami rayonu «Qara Qarayev» metrostansiyası yaxınlığında 3.000 manat, 15 dekabr 2020-ci il tarixdə ünvan 15 ünvanda inşa edilən evdən 130 kv.m. sahəsi olan mənzilin alınması üçün Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi ev 54, mənzil 100-də 9.000 manat, 01 yanvar 2021-ci il tarixdə Abşeron rayonunun Məhəmmədi kəndi və ya Bakı şəhəri Sabunçu rayonu ərazisində inşa edilən evdən mənzilin ayrılması üçün sənədləşdirmə aparılması adı ilə ünvan 16 ünvanında 1.200 manat, 01 noyabr 2021-ci il tarixdə məşğul olduğu biznes fəaliyyəti ilə bağlı vergi rüsumlarının ödənilməsi adı ilə ünvan 17 ünvanında 500 manat, 06 dekabr 2021-ci il tarixdə deməsinə görə şəxsi biznesinin inkişaf etdirilməsi adı ilə ünvan 17 ünvanında 19.000 manat, 17 yanvar 2022-ci il tarixdə eyni adla ünvan 18 ünvanında 2.500 manat, 07 fevral 2022-ci il tarixdə eyni adla xalası oğlu Nizaminin vasitəsi ilə ünvan 19 ünvanında 3.000 manat, 04 mart 2022-ci il tarixdə ünvan 20əri Sabunçu rayonu ərazisində inşa edilən evdən mənzilin ayrılması üçün ünvan 19 ünvanında 1.000 manat pulunu alıb dələduzluqla ələ keçirmişdir. Sonradan isə ona məlum olmuşdur ki, Fəridin onun adına ev almaq fikiri olmamış, bundan başqa Fərid heç bir biznes fəaliyyəti ilə məşğul olmamış və ona qarşı dələduzluq cinayətini törətməklə onun 39.200 manat pulunu ələ keçirmişdir. Qeyd etdiyi pulları Fəridə verən zaman aralarında hər hansı yazışma və şahid olmamışdır. Məhkəmə baxışı zamanı ibtidai istintaq orqanına Zərərçəkmiş şəxs1 tərəfindən təqdim olunan xx.xx.2021-ci il tarixli, Zərərçəkmiş şəxs2 tərəfindən təqdim olunan xx.xx.2021-ci il tarixli aktlar və Zərərçəkmiş şəxs3 Bərhrəm qızı tərəfindən təqdim olunan xx.xx.2021-ci il tarixli partnyorluq müqaviləsi elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs2 təqdim etdiyi xx.xx.2021-ci il tarixli aktın məzmununa MİDA-dan mənzil alınması üçün hüquqi yardım göstərilməsi məqsədilə zərər çəkmiş şəxsdən 18.000 manat, zərərçəkmiş Zərərçəkmiş şəxs1 təqdim etdiyi xx.xx.2021-ci il tarixli aktın məzmununa sonuncunun arvadı Sevinc Eynullayevanın iş düzəldilməsinin hüquqi həlli üçün 3000 manat, zərərçəkmiş Zərərçəkmiş şəxs3 təqdim etdiyi xx.xx.2021-ci il tarixli partnyorluq müqaviləsinin məzmununa sonuncudan xx.xx.2021-ci il tarixdə 10.000 manat, xx.xx.2021-ci il tarixdə 50.000 manat pul aldığını qeyd etmiş, hər iki akt və partnyorluq müqaviləsi üzərində «Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası, azerses.az, VÖEN **********» qeydləri olan möhürlə möhürlənmişdir(iş vərəqə: cild İİ, səh. 91,92,93). Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəməxətşünaslıq ekspertizasının 01 iyun 2022-ci il tarixli, 4/649 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli aktlardakı yazılar və “Təqsirləndirilən şəxs” yazıları önündəki imzalar, xx.xx.2021-ci il tarixli partnyorluq müqaviləsində “Təqsirləndirilən şəxs” yazılarından yuxarıdakı imza – Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur(iş vərəqə: cild İİ, səh. 65-93). Cinayət işi üzrə məhkəmə baxışı zamanı tədqiq olunan «sübutların qiymətləndiriolməsi haqqında» qərardan görünür ki, zərər çəkmiş şəxslər tərəfindən təqdim edilməklə götürülmüş xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli aktlar, eləcə də xx.xx.2021-ci il tarixli partnyorluq müqaviləsi iş üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İİ, səh. 98-113). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutları məcmu halında qiymətləndirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını təkrarən ələ keçirib zərərçəkmiş şəxslərə qanunla müəyyən olunan müxtəlif miqdarlarda, o cümlədən külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən, ona istinad olunan həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünün təqsirsizliyi ilə bağlı əsaslı dəlil gətirməmişdir. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə, yaxud da əmlak hüquqlarının əldə etməsinə yönəlmiş olsun. Həmin qərarın 5-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, zərər çəkmiş şəxslərdən yalnız mərhum Zərərçəkmiş şəxs1 hələ sağ ikən məhkəməyədək icraat mərhələsində, onun hüquqi varisi kimi tanınmış oğlu X10 isə məhkəmə baxışı zamanı ərizə ilə müraciət edib təqsirləndirilən şəxs tərəfindən onlara vurulan maddi ziyanın tam ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişlər. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 Bəhruz qızına və Zərərçəkmiş şəxs2 yetirilmiş maddi ziyan qismən ödənilmiş, X8 və Zərərçəkmiş şəxs5 yetirilmiş maddi ziyan isə ödənilməmiş qalmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs zərər çəkmiş Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59.1.12-ci, cinayət nəticəsində zərər çəkmiş Zərərçəkmiş şəxs1 vurmuş olduğu ziyanı könüllü olaraq tam, zərər çəkmişlər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 qismən ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən isə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəza təyin olunarkən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası daxilində, barəsində olan cəzanı yüngülləşdirən halları nəzərə alınmaqla, şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunacağı nəzərə alınmalı və o, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu və barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanıldığı tarixdən, yəni 22 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs qarşı 120.000 (yüz iyirmi min) manat pul tələbinə dair mülki iddia qaldırmışdır ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş Zərərçəkmiş şəxs3 cəmi 103.000 (yüz üç min) manat ziyan vurulmuş və həmin məbləğdən 8.500 (səkkiz min beş yüz) manat məhkəməyədək icraat mərhələsində ödənilmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, X9 və Zərərçəkmiş şəxs5 isə iş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verməmişlər. Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyan isə tam ödənildiyindən bu epizod üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə mülki iddiaya dair məsələni müzakirə edib belə nəticəyə gəlmişdir ki, bu məsələ aşağıdakı qaydada həll edilməlidir: Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs qarşı 120.000 (yüz iyirmi min) manat pul tələbinə dair mülki iddiası qismən təmin edilməli, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində yetirilmiş ziyan məbləğinin cəmi 103.000 (yüz üç min) manat müəyyən edilməsi və həmin məbləğdən 8.500 (səkkiz min beş yüz) manat ödənilməsi nəzərə alınmalı və ödənilməmiş qalan 94.500 (doxsan dörd min beş yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Zərərçəkmiş şəxs3 nəfinə ödənilməli, mülki iddia qalan hissədə təmin edilməməlidir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, X5 və Zərərçəkmiş şəxs5 iş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verməmələri nəzərə alınmalı və onlara mülki mühakimə icraatı qaydasında məhkəməyə mülki iddia vermək hüquqlarının olması izah olunmalı, Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyanın tam ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə maddi sübutlara dair məsələni müzakirə edib belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış 13 iyul 2021-ci il tarixli və 19 oktyabr 2021-ci il tarixli aktların və 06 iyul 2021-ci il tarixli partnyorluq müqaviləsinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfləri - 110 (yüz on) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 22 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə mülki iddiaya dair məsələ aşağıdakı qaydada həll edilsin: Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs qarşı 120.000 (yüz iyirmi min) manat pul tələbinə dair mülki iddiası qismən təmin edilsin; Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində yetirilmiş ziyan məbləğinin cəmi 103.000 (yüz üç min) manat müəyyən edilməsi və həmin məbləğdən 8.500 (səkkiz min beş yüz) manat ödənilməsi nəzərə alınsın və ödənilməmiş qalan 94.500 (doxsan dörd min beş yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Zərərçəkmiş şəxs3 nəfinə ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, X5 və Zərərçəkmiş şəxs5 iş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verməmələri nəzərə alınsın və onlara mülki mühakimə icraatı qaydasında məhkəməyə mülki iddia vermək hüquqlarının olması izah olunsun. Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyanın tam ödənilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 13 iyul 2021-ci il tarixli və 19 oktyabr 2021-ci il tarixli aktların və 06 iyul 2021-ci il tarixli partnyorluq müqaviləsinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfləri – 110 (yüz on) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar