Məhkəmə qərarları › İş №1(101)-1327/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1327/2025

17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1327/2025 17.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: X1 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Zeynallı Həcər Zahid qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi X.Xasməmmədov küçəsi ev 1 mənzil 6-da qeydiyyatda olmaqla və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair 1(101)-1327/2025 saylı cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: 13 may 2025-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair 1(101)-1327/2025 saylı cinayət işi daxil olmuşdur. Həmin cinayət işi 18 fevral 2025-ci il tarixdə Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X2 tərəfindən fakta görə Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə başlanaraq icraata qəbul olunmuş və 06 may 2025-ci il tarixdə ittiham aktının tərtib edilməsi ilə yekunlaşdırılmışdır. Cinayət işi 08 may 2025-ci il tarixli məktubla baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Cinayət işinin materialları öyrənilərkən və işə hazırlıq iclasında baxılarkən ibtidai istintaq zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulub-pozulmaması barədə məsələlər (maddə 299.3.2) araşdırılmış və dövlət ittihamçısı vəsatətlə çıxış edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilməsi, cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması və təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə seçilmiş “həbs” qətimkan tədbirinın dəyişdirilmədən saxlanılmaqla müddətinin uzadılmasını xahiş etmişdir. Dövlət ittihamçısı vəsatətini onunla əsaslandırmışdır ki, iş materialları ilə tanış olan zaman bir sıra nöqsanlar aşkar edilmişdir. Belə ki, təqsirləndirilən şəxs barəsində keçirilmiş ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs tərcüməçi ilə təmin edilməmişdir. Hazırlıq iclasında müdafiə tərəfinin təqdim etdiyi sənədlərdən də göründüyü kimi təqsirləndirilən şəxs ibtidai təhsilini rus dilində almış və Azərbaycan dili fənnindən kafi balla qiymətləndirilmişdir. Təqsirləndirilən şəxsin özünün Azərbaycan dilində oxuyub yaza bilməməsi, ümumiyyətlə iş materiallarını başa düşməməsi və bu barədə təqsirləndirilən şəxsin iradə bəyanları bunu deməyə əsas veririk ki, Təqsirləndirilən şəxs cinayət mühakimə icraatının aparıldığı dili bilməmiş və onun ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququ pozulmuşdur. Eyni zamanda ona bildiyi dildə ittiham aktının verilməməsi kimi ciddi kobud prosessual pozuntulara yol verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisi 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 çıxış edərək bildirmişdir ki, dövlət ittihamçısı tərəfindən verilmiş vəsatətin təmin edilməsini xahiş edir. Eyni zamanda təqsirləndirilən şəxsin ittihamı qəbul etməməsini və təqsirsizlik prezumpsiyasını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilərək “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs çıxış edərək barəsində olan cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora qaytarılması ilə bağlı dövlət ittihamçısı tərəfindən verilmiş vəsatətin və barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz olunması barədə müdafiəçisi tərəfindən verilmiş vəsatətin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, bildirmişdir ki, o Azərbaycan Respublikası vətəndaşıdır, lakin Rusiyada böyümüşdür. Orta təhsilini rus bölməsində almışdır. Azərbaycan dilində tam aydın başa düşə bilmir. Məhkəmə, dövlət ittihamçısının bu vəsatəti ilə bağlı müzakirə apararaq və proses iştirakçılarının həmin vəsatətə münasibətini aydınlaşdıraraq belə qərara gəlir ki, vəsatət əsaslı olduğundan təmin olunmalı, cinayət işi üzrə məhkəməyədək icraat zamanı mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntusuna yol verildiyindən, cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, məhkəmə tərəfindən cinayət işinin materialları öyrənilərkən müəyyən nöqsanlar aşkar edilmişdir. Belə ki, təqsirləndirilən şəxs barəsində keçirilmiş ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs tərcüməçi ilə təmin edilməmiş, həmçinin, hazırlıq iclasında müdafiə tərəfinin təqdim etdiyi sənədlərlə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs ibtidai təhsilini rus dilində almış və Azərbaycan dili fənnindən kafi balla qiymətləndirilmişdir. Təqsirləndirilən şəxsin özünün Azərbaycan dilində oxuyub yaza bilməməsi, ümumiyyətlə iş materiallarını başa düşməməsi və bu barədə təqsirləndirilən şəxsin məhkəmə iclasında Azərbaycan dilində yazıb oxumağı bilməməsini qeyd etməsi bunu deməyə əsas veririk ki, Təqsirləndirilən şəxs cinayət mühakimə icraatının aparıldığı dili bilməmiş və onun ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququ pozulmuşdur. Eyni zamanda cinayət işinin materialları ilə müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxsə özünün bildiyi dildə ittiham aktı təqdim edilməmişdir. Müdafiə tərəfindən məhkəməyə təqdim edilmiş, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi N.Rzayev adına 169 nömrəli Tam Orta Məktəbin verdiyi 10 iyun 2025-ci il tarixli, 63 saylı, 13 iyun 2025-ci il tarixli, 70 saylı arayışlardan görünür ki, Təqsirləndirilən şəxs 1991/1992-ci il tədris ilindən 1995/1996-cı tədris ilinədək Bakı şəhəri, N.Rzayev adına 169 nömrəli tam orta məktəbdə rus bölməsində təhsil almış, təhsil aldığı müddətdə “Azərbaycan dili” fənnindən kafi qiymət almışdır. Beləliklə, məhkəmə, cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsi ilə yoxlayıb belə nəticəyə gəlir ki, yuxarıda göstərilən hallar “məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntudur” və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. CPM-in 306.2-ci maddəsinə görə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda və ya cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Cinayət işinin materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli qərarı ilə əvvəli 17 fevral 2025-ci il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə kollegiyası müdafiəçinin qətimkan tədbiri ilə bağlı vəsatətini də müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hazırkı mərhələdə dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Həmçinin təqsirləndirilən şəxsin barəsində əlavə istintaq aparılması zərurətini və ibtidai istintaq zamanı seçilmiş qətimkan tədbirinin seçilməsi əsaslarının hazırda da dəyişmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 2 (iki) ay müddətə uzadılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.3.2-ci maddəsinə əsasən aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulubpozulmaması məhkəmənin hazırlıq iclasında baxılan məsələlərdən biridir. Həmin Məcəllənin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.3.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququnun pozulması; 303.3.7-ci maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə ana dilinə və ya bildiyi başqa dilə tərcümə olunmuş ittiham aktının surətinin verilməməsi kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Həmin Məcəllənin 300.1-ci və 300.1.5-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində çıxarılır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, məhkəmə, şərh olunanlara əsasən hesab edir ki, dövlət ittihamçısının vəsatəti təmin edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilməsi barədə verdiyi vəsatət təmin edilməməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi polis mayoru X2 barəsində xüsusi qərar çıxarılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 2 (iki) ay müddətə uzadılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 154, 155, 157, 163, 299, 300.1-ci, 300.1.5-ci, 300.4.1-ci, 303.1-ci, 303.3.2-ci, 303.3.7, 303.4-cü, 306.2,-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud prosesual pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilməsi barədə verdiyi vəsatət təmin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 02 (iki) ay müddətə, yəni 17 avqust 2025-ci il tarixədək uzadılsın. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin tələblərinin kobud pozuntularına yol vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi polis mayoru X2 barəsində xüsusi qərar çıxarılsın. Bu qərarın surəti qanunla nəzərdə tutulmuş müddətdə iş üzrə cinayət prosesinin iştirakçılarına verilsin (poçtla göndərilsin). Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər: Mahirə Kərimova Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar