Məhkəmə qərarları › İş №1(101)-1328/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1328/2021

13.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1328/2021 13.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1985-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 82, mənzil 21-də qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil 919-da yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 29 mart 2021-ci il tarixdə, saat 14:30 radələrində ünvan 1 ünvanında yerləşən “Bolşoy Prazdnik” adlı mağazanın yaxınlığında Zərərçəkmiş şəxs ilə aralarında olan borc pulun ödənilməsi ilə bağlı yaranmış mübahisə zamanı üzərində olan soyuq silah hesab edilməyən mətbəx bıçağını çıxarıb Zərərçəkmiş şəxs qəsdən bir neçə dəfə vuraraq sonuncuya döş qəfəsinin sağ yarısının arxa səthinin daxilə nüfuz edərək sağtərəfli pnevmohemotoraksa səbəb olan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yarısının arxa səthinin 1 (bir) ədəd daxilə nüfuz etməyən, qarının ön divarının 2 (iki) ədəd daxilə nüfuz etməyən deşilmişkəsilmiş yaraları, sol saidin 1 (bir) ədəd deşilmiş-kəsilmiş, 1 (bir) ədəd kəsilmiş, sağ baldırın 1 (bir) ədəd deşilmiş-kəsilmiş, sağ əlin İİ, İİİ, İV barmaqlarının kəsilmiş yaralarından ibarət ümumilikdə həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bakı Dövlət Universitetinin hüquq fakültəsinə yüksək balla daxil olmuşdur. O, ali təhsil aldıqdan sonra müxtəlif dövlət orqanlarında işləmişdir. Sonradan onun “Topaz” mərc oyununa böyük marağı yaranmışdır. O, “Topaz” mərc oyunu oynadığı üçün onun böyük məbləğdə borcu yaranmışdır. “Topaz” mərc oyunundan yaranan asılılığına görə o, sonuncu iş yeri olan Dövlət Əmlak Komitəsində tutduğu vəzifədən azad edilmişdir. Bütün bunlar onda psixi pozuntulara səbəb olmuş və bununla bağlı olaraq o, 2 (iki) dəfə ruhi əsəb xəstəxanasında stasionar qaydada müalicə almışdır. Bundan sonra onun sinir sistemi pozulmuş və o, özünə qapanmışdır. Tanışları və ailə üzvləri onun “Topaz” mərc oyunundan asılılığına görə artıq ona pul verməmişlər. Buna görə də o, mərc oyunu oynaya bilmək üçün sələmə pul götürüb mərc oyunu oynamaq qərarına gəlmişdir. O, İrşadı bir müddət olar ki, tanımışdır. İrşad sələmə pul verdiyi üçün o, İrşaddan bir neçə dəfə “Topaz” mərc oyunu oynamaq üçün günlük 20% olmaqla sələmə pul götürmüş və sonradan borcunu geri qaytarmışdır. Sonucu dəfə o, 2021-ci ilin mart ayının ortalarında İrşaddan “Topaz” mərc oyunu oynamaq məqsədi ilə günü 20% olmaq şərti ilə 1.600 manat məbləğində pulu sələmə götürmüşdür. O, həmin pula görə İrşada birinci dəfə 400 ABŞ dolları, ikinci dəfə isə 800 manat pulu əlbəəl vermişdir. Sonradan isə o, İrşadın ona dediyi "Kapital bank” kart hesabına hər dəfə 1.000 manat olmaqla, cəmi 2.000 manat pul göndərmişdir. O, sonuncu dəfə 1.000 manat pulu İrşadın istəyinə uyğun olaraq İrşadla onu tanış etmiş Alı adlı şəxsə vermişdir. Həmin vaxt İrşad verdiyi pulları onun sələmə aldığı pulun faizinə çıxdığını və 1.700 manat borcu qaldığını ona bildirmişdir. O da İrşaddan 29 mart 2021-ci il tarixə kimi ona vaxt verməsini xahiş etmişdir. İrşad da ona 1.700 manat pula görə günə 20% olmaq şərti ilə 3.100 manat pul alacağını bildirmişdir. 29 mart 2021-ci il tarixdə, saat 10:00 radələrində o, İrşaddan aldığı pulu tapa bilmədiyi üçün sonuncuya mesaj yazaraq pulu hazır edə bilmədiyini bildirmiş və yenidən İrşaddan ona vaxt verməsini istəmişdir. Bundan sonra İrşad onunla əlaqə saxlayaraq şəxsiyyətini alçaldıcı ifadələr işlədərək yaşadığı ünvana gələcəyini ona bildirmiş və ailəsi ilə əlaqədar olaraq müəyyən hədə-qorxu gəlməyə başlamışdır. Buna baxmayaraq, o, İrşada səbrli olmasını bildirmiş və pulu qaytarmaq üçün ona vaxt verməsini istəmişdir. Lakin İrşad razılaşmayaraq onun ünvanına yenidən alçaldıcı ifadələr işlətməyə davam etmişdir. İrşadın onunla bu cür danışması onu özündən çıxarmış və o, nə edəcəyini bilməmişdir. Bundan sonra o, İrşada zəng edərək pul tapdığını bildirmiş və İrşaddan özünün əvvəllər işlədiyi Dövlət Əmlak Komitəsinin yaxınlığına gəlməsini istəmişdir. İrşad da onunla razılaşmışdır. O, həmin gün, yəni 29 mart 2021-ci il tarixdə, saat 14:00 radələrində Dövlət Əmlak Komitəsinin yaxınlığına getmişdir. O, ora getdikdə özü ilə evdən bıçaq götürmüşdür. Həmin gün saat 14:30 radələrində o, Dövlət Əmlak Komitəsinin yaxınlığında İrşadla görüşmüşdür. Həmin vaxt o, İrşadın ona qarşı işlətdiyi ifadələrə görə əsəbi olduğundan üzərində gizlətdiyi bıçağı çıxarıb bir neçə dəfə İrşadın bədəninin müxtəlif nahiyəsinə zərbə vurmuşdur. Həmin vaxt İrşad yerə yıxılmışdır. O da bunu görüb əlindəki bıçağı qıraraq yerə atmışdır. O, İrşada xəsarət yetirməyə davam etməmişdir. Bu zaman yaxınlıqda olan polis əməkdaşları onlara yaxınlaşaraq onu 37-ci Polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs ifadəsində, həmçinin bildirmişdir ki, o, törətdiyi əməldən peşmandır və Zərərçəkmiş şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi etirafedici ifadəsini, zərərçəkmiş şəxsin ifadəsini, şahidlərin ibtidai istintaq zamanı vermiş olduqları və məhkəmə istintaqı zamanı elan olunmuş ifadələrini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Turalı bir neçə müddətdir ki, tanımışdır. Tural bir neçə dəfə ondan borc pul istəmişdir. Onunla Tural arasında yaxın dostluq münasibətləri yaranmışdır. Bu səbəbdən də o, Turala borc pul vermişdir. Tural da işlərini həll etdikdən sonra aldığı pulları ona geri qaytarmışdır. Beləcə onların arasında bir neçə dəfə borc pulla bağlı məsələlər olmuşdur. Sonucu dəfə 2021-ci ilin mart ayının ortalarında Tural yenidən onunla əlaqə saxlayaraq 2.500 manat borc pul lazım olduğunu bildirmiş və ondan kömək etməyini xahiş etmişdir. Tural aldığı pulu 3-4 gün ərzində geri qaytaracağını ona bildirmişdir. O da aralarında olan münasibətə görə Turalla razılaşmış və 4 günə qaytarmaq şərti ilə Turala 2.500 manat borc pul vermişdir. Tural da həmin pulu qaytarmaq məqsədi ilə onun atasına məxsus “Kapital Bankda” olan bank hesabına iki dəfəyə 2.000 manat pul göndərmişdir. Sonda Turalın ona 500 manat borcu qalmışdır. Bundan sonra Tural yenidən onunla əlaqə saxlayaraq problemi olduğunu bildirmiş və “Topaz” hesabına əlavə olaraq 1.400 manat pul göndərməyini istəmişdir. Buna görə də o, yenidən Turala 1.400 manat pul göndərmişdir. Bundan sonra Turalın ona ümumilikdə 1.900 manat borcu yaranmışdır. Onların arasında olan razılaşmaya əsasən Tural aldığı pulu 3 gün ərzində tam şəkildə ona qaytarmalı olmuşdur. Lakin Tural razılaşdıqları vaxtda pulu ona qaytara bilməmişdir. Buna görə də onların arasında narazılıq yaranmış və o, Turalla əlaqə saxlayaraq verdiyi pulu qaytarmasını sonuncudan tələb etməyə başlamışdır. Tural da hər dəfə bəhanələr gətirərək ondan vaxt istəmişdir. Sonuncu dəfə Tural borcunu 29 mart 2021-ci il tarixə kimi qaytaracağını ona bildirmişdir. O da Turala 29 mart 2021-ci il tarixdə Mingəçevirdən Bakıya gələcəyini və onunla görüşüb pulu götürəcəyini bildirmişdir. O, 29 mart 2021-ci il tarixdə Bakıya gəlmiş və Turala zəng edərək verdiyi 1.900 manat pulu qaytarmasını tələb etmişdir. Tural da ona yenidən bir qədər gözləməyini bildirmişdir. Təxminən günorta saatlarında o, Turala zəng edərək nə vaxt pulu qaytaracağını soruşmuşdur. Tural ona pulun hazır olduğunu bidirmiş və ona Dövlət Əmlak Komitəsinin yaxınlığında görüşməyi təklif etmişdir. Onlar həmin gün Dövlət Əmlak Komitəsinin qarşısında görüşmüşlər. Tural yaxınlaşıb onunla görüşərək kameranın onları çəkdiyini demiş və avtomobili Dövlət Əmlak Komitəsinin arxa hissəsinə sürməyini bildirmişdir. O da idarə etdiyi avtomobili ara küçələrin birinə verib saxlamış və sonra avtomobildən düşmüşdür. Bundan sonra Tural onun qoluna girmiş və onlar söhbət edə-edə “Bolşoy Prazdnik" adlı mağazaya tərəf getməyə başlamışlar. Birdən Tural mobil telefonuna zəng gəldiyini ona deyərək telefonla danışmaq üçün ondan arxada gəlməyə başlamışdır. O da yavaş-yavaş addımlamışdır. Birdən o, sağ kürək nahiyəsindən nəyinsə ona dəydiyini hiss etmiş və geri çevrilərkən sol kürək nahiyəsindən də bir dəfə zərbə almışdır. Həmin vaxt o, Turalın əlində qanlı bıçağın olduğunu görmüş və Turalın bıçaqla onu vurduğunu başa düşmüşdür. Buna görə də o, Turalı itələmişdir. O, özünü müdafiə etmək istədikdə sol qoluna bıçaq dəymişdir. Bundan sonra Tural bir neçə dəfə əlində olan bıçaqla onun qarın nahiyəsinə zərbə atmış və o, özünü müdafiə etmək üçün yenidən sol qolunu qabağa vermişdir. Ona görə də ikinci dəfə bıçaq yenə onun sol qoluna batmışdır. Bundan sonra Tural onun üzərinə gələn zaman o, Turalın əlində olan bıçağı almaq üçün sonuncunun qolundan tutub burmuş və həmin vaxt onlar yerə yıxılmışlar. Onlar yerdə olan zaman Tural yenidən əlində olan bıçaqla onun bədəninin bir neçə yerindən vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra Tural qəflətən ayılmış və əlində olan bıçağı qıraraq yerə atmışdır. Həmin vaxt yaxınlıqda olan polis əməkdaşları tez onlara yaxınlaşmışlar və onu avtomobilə otuzduraraq “X15" xəstəxanasına aparmışlar. Zərərçəkmiş şəxs ifadəsində, həmçinin Tural ilə barışdığını, hazırda onların arasında dostluq münasibətlərinin olduğunu, onun Turala qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X18 İdarəsinin Müşayiət Eskort X16 Xidmətinin inspektoru vəzifəsində işləyir və polis baş çavuşudur. 29 mart 2021-ci il tarixdə, saat 14:30 radələrində o, iş yoldaşı Bakı şəhər X18 İdarəsinin Müşayiət Eskort X16 Xidmətinin inspektoru olan polis kiçik çavuşu Şahid2 ilə birlikdə **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobillə Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində dislokasiya üzrə xidmət aparan zaman ünvan 1 ünvanında yerləşən “Bolşoy Prazdnik” adlı mağazanın yaxınlığında iki nəfər şəxsin gələrək əlbəyaxa olduqlarını və həmin şəxslərdən birinin yerə yıxıldığını, digərinin isə yerə yıxılan şəxsin üzərinə oturub yumruqla vurduğunu görmüşdür. Buna görə onlar həmin şəxsləri ayırmaq məqsədi ilə tez hadisə yerinə yaxınlaşmışlar və adının sonradan Təqsirləndirilən şəxs olduğunu öyrəndikləri şəxs əlindəki bıçağı sındırıb yerə atmışdır. Onlar hadisə yerinə yaxınlaşana kimi Tural artıq özü bıçaqladığı şəxsdən aralanmışdır. Bundan sonra onun iş yoldaşı Şahid2 Təqsirləndirilən şəxs kənara çəkərək sonuncu ilə söhbət etməyə başlamışdır. Çünki həmin vaxt Tural özünü çox itirmişdir. O isə yerdə qan içində olan İrşada ilkin tibbi yardım göstərməyə başlamış və efir vasitəsi ilə hadisə barədə məlumat vermişdir. Bundan sonra onlar həmin vaxt orada olan tanımadığı şəxslərin köməkliyi ilə xəsarət almış İrşadı xidməti avtomobilə əyləşdirmişlər və İrşadı yaxınlıqda yerləşən ’‘X15” xəstəxanasına aparmışlar. Samir isə hadisəni törətmiş Təqsirləndirilən şəxs yanında qalaraq hadisə yerinə polis əməkdaşlarının gəlməsini gözləmişdir. Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X18 İdarəsinin Müşayiət Eskort X16 Xidmətinin inspektoru vəzifəsində işləyir və polis kiçik çavuşudur. 29 mart 2021-ci il tarixdə, saat 14:30 radələrində o, iş yoldaşı Bakı şəhər X18 İdarəsinin Müşayiət Eskort X16 Xidmətinin inspektoru polis baş çavuşu Şahid1 ilə birlikdə **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobillə Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində dislokasiya üzrə xidmət aparan zaman ünvan 1 ünvanında yerləşən “Bolşoy Prazdnik” adlı mağazanın yaxınlığında iki nəfər şəxsin gələrək əlbəyaxa olduqlarını və həmin şəxslərdən birinin yerə yıxıldığını, digərinin isə yerə yıxılmış şəxsin üzərinə oturub yumruqla vurduğunu görmüşlər. Buna görə onlar həmin şəxsləri ayırmaq məqsədi ilə tez hadisə yerinə yaxınlaşmışlar və adının sonradan Təqsirləndirilən şəxs olduğunu öyrəndikləri şəxs əlindəki bıçağı sındırıb yerə atmışdır. Onlar yaxınlaşana kimi Tural artıq özü bıçaqladığı şəxsdən aralanmışdır. Bundan sonra o, Turalı kənara çəkib söhbət etməyə başlamışdır. Çünki həmin vaxt Tural özünü çox itirmişdir. Orxan isə yerdə qan içində olan İrşada ilkin tibbi yardım göstərməyə başlamışdır. Həmin vaxt Orxan efir vasitəsi ilə hadisə barədə məlumat vermişdir. Bundan sonra onlar həmin vaxt orada olan tanımadığı şəxslərin köməkliyi ilə xəsarət almış İrşadı onların xidməti avtomobilinə əyləşdirmişlər və Orxan İrşadı yaxınlıqda yerləşən ’’X15” xəstəxanasına aparmışdır. O isə hadisəni törətmiş Turalı Quliyevin yanında qalaraq hadisə yerinə polis əməkdaşlarının gəlməsini gözləmiş və Xətai RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları hadisə yerinə yaxınlaşdıqdan sonra Turalı Xətai RPİ-nin 37-ci PŞ-nə aparıb raportla müraciət edərək polis əməkdaşlarına təhvil verib xidmət apardığı əraziyə geri qayıtmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 mart 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş şəkillərdən (cild 1, iş vərəqə 12-17) görünür ki, hadisə yeri ünvan 1 ünvanından keçən avtomobil yolunun sağ hissəsidir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 mart 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 27-28) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 mart 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 42-43) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 mart 2021-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-127/2021 saylı qərarından (cild 1, iş vərəqə 73-77) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş və qətimkan tədbirinin əvvəli onun tutulduğu vaxtdan, yəni 29 mart 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 aprel 2021-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 80-84) görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2021-ci il tarixdə Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi yeri, törətdiyi cinayətin mexanizmini və üsulunu hadisə yerində, yəni ünvan 2 ünvanında əyani şəkildə göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 711 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 102-103) görünür ki, Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirmək, törətdiyi əməl dövründə anlaqlı olub-olmamasını müəyyənləşdirmək çətinlik törətdiyindən daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə-psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 100) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X10” X17 263 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 108-109) görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin sağ yarısının arxa səthinin daxilə nüfuz edərək sağtərəfli pnevmohemotoraksa səbəb olan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yarısının arxa səthinin 1 (bir) ədəd daxilə nüfuz etməyən, qarının ön divarının 2 (iki) ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları, sol saidin 1 (bir) ədəd deşilmiş-kəsilmiş, 1 (bir) ədəd kəsilmiş, sağ baldırın 1 (bir) ədəd deşilmiş-kəsilmiş, sağ əlin İİ, İİİ, İV barmaqlarının kəsilmiş yaraları müəyyən edilmişdir. Xəsarətlər deşici-kəsici alətin təsirindən törənmişlər, qərarda göstərildiyi kimi 29 mart 2021-ci il tarixdə kənar şəxs(lər) tərəfindən bıçaqla törənə bilərdi, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 aprel 2021-ci il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 110-111) görünür ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin Azərbycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 aprel 2021-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 113-114) görünür ki, həmin gün Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 aprel 2021-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-158/2021 saylı qərarından (cild 1, iş vərəqə 73-77) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində məcburi qaydada Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X2 stasionar məhkəmə-psixiatrik ekspertiza şöbəsinə yerləşdirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 may 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 57 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 153-157) görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə münasibətdə anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22.1-ci maddələrinin təsiri altına düşmür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 may 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3/765 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 151) görünür ki, tədqiqata təqdim edilmiş predmetlər, zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, məişət təyinatlı mətbəx bıçağının tiyə və dəstək hissəsidir, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişən əlavə və dəyişiklik edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 may 2021-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 147) görünür ki, zərərçəkmiş şəxs Manaflı X8 Tural Ağabala oğlu ilə barışmış və cinayət nəticəsində ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir. Buna görə də onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 iyun 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 160-171) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə yenidən ittihamın elan edilməsi, cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd mətbəx bıçağının (bıçağın tiyəsi və dəstək hissəsi) maddi sübut kimi tanınması və saxlanması üçün Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 iyun 2021-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 173-174) görünür ki, həmin gün Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 iyun 2021-ci il tarixli arayışdan (cild 1, iş vərəqə 187) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil 919-da ailə üzvləri ilə birlikdə yaşayır və onun ailə üzvləri - arvadı X5, 2013-cü il təvəllüdlü qızı Duyğu Quluzadədən və 2015-ci il təvəllüdlü qızı Aysu Quluzadadədən ibarətdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 iyun 2021-ci il tarixli xasiyyətnamədən (cild 1, iş vərəqə 188) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 avqust 2021-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 283) görünür ki, zərərçəkmiş şəxs Manaflı X8 Tural Ağabala oğlu ilə barışmış, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 fevral 1984-cü il tarixli hərbi biletin surətindən (cild 1, iş vərəqə 312-316) görünür ki, Təqsirləndirilən şəxs atası X1 Qarabağ Müharibəsində iştirak etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 iyun 2000-ci il tarixli 041738 saylı vəsiqənin surətindən (cild 1, iş vərəqə 302) görünür ki, Təqsirləndirilən şəxs atası X11 müharibə veteranıdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 nömrəli 2003-cü il tarixli abituriyent jurnalının surətindən (cild 1, iş vərəqə 256) görünür ki, Təqsirləndirilən şəxs 2003-cü il tarixdə 688.750 bal toplayaraq BDU-nun hüquq fakültəsinə daxil olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 noyabr 2003-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamından (cild 1, iş vərəqə 259-260) görünür ki, Təqsirləndirilən şəxs 01 sentyabr 2003-cü il tarixdən Prezident təqaüdü verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 sentyabr 2006-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamından (cild 1, iş vərəqə 317-320) görünür ki, Təqsirləndirilən şəxs atası X11 “dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 iyun 2007-ci il tarixli 079746 seriyalı ali təhsil haqqında fərqlənmə diplomunun surətindən (cild 1, iş vərəqə 252) görünür ki, Təqsirləndirilən şəxs 2007-ci il tarixdə BDU-nun hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 oktyabr 2009-cu il tarixli əmək kitabçasından (cild 1, iş vərəqə 238-251) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyində, "xxxx" MMC-də, "xxxx" ASC-də, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində müxtəlif rəhbər vəzifələrdə işləmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 sentyabr 2013-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarından (cild 1, iş vərəqə 261-267) görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq İdarəsinin Hüquqi təminat şöbəsinin rəisi Quliyev X4 Məhkəməsinin Plenumunun iclasında mütəxəssis qismində iştirak etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 aprel 2013-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 38) görünür ki, 08 mart 2013-cü il tarixdə Təqsirləndirilən şəxs Duyğu adlı qızı anadan olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, lakin təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin sübutlara dair öz etirazlarını bildirməmişlər, eləcə də irəli sürülmüş ittihamı və ittiham tərəfinin əldə etdiyi, o cümlədən məhkəmə istintaqında tədqiq edilmiş sübutları mübahisələndirməmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Cinayət hüququ nəzəriyyəsinə görə Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulmuş cinayət yalnız qəsdən törədilə bilər. Həmin cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin cinayətin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. Bu cinayətin obyektiv tərəfi bir şəxs tərəfindən başqa şəxsin sağlamlığına ağır zərərin vurulmasından ibarətdir. Obyektiv tərəfə daxil olan əməllər təqsirkarın xarici aləmin mexaniki, fiziki, kimyəvi, bioloji amillərdən istifadə etməklə təsir göstərməsində və ya psixi təsir göstərməsində ifadə oluna bilər. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur: həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, cinayət hadisəsi baş verənədək Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında borc pulla bağlı mülki hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs müxtəlif rəhbər vəzifələrdə işləməsinə baxmayaraq, daha sonra “Topaz” mərc oyununa qurşanması nəticəsində işdən çıxmışdır. Bundan sonra da o, “Topaz” mərc oyununu oynamağa davam etmiş və nəticədə onun külli miqdarda borcu yaranmışdır. Təqsirləndirilən şəxs “Topaz” mərc oyununa qurşandıqdan sonra teztez pula ehtiyacı yaranmışdır. Bu səbəbdən də o, bir neçə dəfə müxtəlif şəxslərdən borc pul almışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verənədək Zərərçəkmiş şəxs da faizlə borca pul almış və bir müddətdən sonra tərəflər arasında əldə edilmiş müddətdə borcun bir hissəsini qaytarmışdır. Təqsirləndirilən şəxs borclu olduğu pulun bir hissəsini Zərərçəkmiş şəxs qaytarsa da, borclu olduğu pulun qalan hissəsini vaxtında sonuncuya qaytara bilməmişdir. Bundan sonra tərəflər arasında borc pulun vaxtında qaytarılmaması səbəbindən narazılıqlar yaranmışdır. Təqsirləndirilən şəxs bir neçə dəfə borclu olduğu pulun qaytarılması ilə bağlı Zərərçəkmiş şəxs möhlət istəmiş və sonuncu da ona bir neçə dəfə möhlət verilmişdir. Lakin tərəflər arasında borc pulun qaytarılması ilə bağlı sonuncu dəfə razılaşdırılmış müddət başa çatdıqda, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs pulun qalan hissəsinin təcili şəkildə ödənilməsini tələb etmiş və sonuncu yenidən Zərərçəkmiş şəxs bir qədər gözləməsini xahiş etmişdir. Lakin bu vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs təhqir edərək pulun ödənilməsini tələb etmiş və əks halda Turalın evinə gedərək sonuncunu ailəsi qarşısında biabır edəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs bu təhqiredici sözləri Təqsirləndirilən şəxs pis təsir etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ona qarşı işlətmiş olduğu təhqiredici sözlərinə görə sonuncu ilə “haqq-hesab” etmək qərarına gəlmişdir. Bu səbəbdən də onlar 29 mart 2021-ci il tarixdə, saat 14:30 radələrində ünvan 1 ünvanında yerləşən “Bolşoy Prazdnik” adlı mağazanın yaxınlığında görüşmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs niyə onu təhqir etməsini soruşmuşdur. Bu vaxt İrşad Turalı bir daha təhqir etmişdir. Nəticədə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında sözlü mübahisə yaranmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ondan güclü olduğunu görüb əvvəlcədən özü ilə gətirdiyi mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs bir neçə dəfə qəsdən vurmuş və nəticədə Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti almışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Zərərçəkmiş şəxsin aldığı ağır bədən xəsarəti ilə təqsirləndirilən şəxsin törətmiş olduğu əməl (fəal hərəkət) arasında birbaşa səbəbli əlaqə olmuş və zərərçəkmiş şəxs həmin xəsarəti məhz təqsirləndirilən şəxsin bıçaqla ona yetirdiyi zərbə nəticəsində almışdır. Eyni zamanda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini məhz sonuncunun ona qarşı sərgiləmiş olduğu aqressiv davranış və qanunsuz hərəkətlər nəticəsində törətmişdir. Qeyd edilən hallar həm təqsirləndirilən şəxsin, həm zərərçəkmiş şəxsin məhkəmə istintaqında vermiş olduqları ifadələr əsasında tam şəkildə təsdiq olunduğundan sözügedən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Göründüyü kimi cinayət hadisəsi 29 mart 2021-ci il tarixdə, saat 14:30-da baş vermişdir. Bununla da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa, zərərçəkmiş şəxs məhkəmə istintaqında bir daha təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini, habelə onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Göstərilən halları məcmu halda təhlil edib məhkəmə bir daha belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməli məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməli kimi tövsif edir və hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, evli olmaqla yanaşı, himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, təqsirləndirilən şəxsin cinayət əməlini məhz zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, onun zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ali təhsilli olmasını, əvvəllər dövlət qulluqçusu olduğunu, o cümlədən mühüm rəhbər vəzifələrdə işləməsini, atasının X6 topçu kimi iştirak edərək müharibə veteranı olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən cinayət zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədildikdə (Cinayət Məcəlləsinin 59.1.8ci maddə) və təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda (Cinayət Məcəlləsinin 59.1.12-ci maddə) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı hissədə qeyd edir ki, ona məhz hansı növ cəzanın təyin edilməsi məsələsi məhkəmə tərəfindən ətraflı şəkildə araşdırılmışdır. Araşdırma nəticəsində onun cəzasını yüngülləşdirən bütün hallar həm ayrı-ayrılıqda, həm də məcmu halda təhlil edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və cinayət əməlinin ağırlığını, cinayətin törədilmə üsulunu və mexanizmini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Lakin məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların məcmusunu, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, evli olmaqla yanaşı, himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, təqsirləndirilən şəxsin cinayət əməlini məhz zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, onun zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ali təhsilli olmasını, əvvəllər dövlət qulluqçusu olduğunu, o cümlədən mühüm rəhbər vəzifələrdə işləməsini, atasının X6 topçu kimi iştirak edərək müharibə veteranı olmasını, eyni zamanda onun 29 mart 2021-ci il tarixdən 13 sentyabr 2021-ci tarixədək, yəni 5 (beş) ay 14 (on dörd) gün müddətində ev dustaqlığında saxlanıldığını, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiq edilməsini və azadlıqdan məhrum etmə cəzasını çəkmədən onun islah olunmasını mümkün sayır. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Başqa sözlə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi və onun həmin cəzanı real şəkildə çəkməsi onun özünü, onun ailə üzvlərini, ələlxüsus da azyaşlı uşaqlarını ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, ona öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarının 2.21-ci bəndində göstərilmişdir ki, “cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmalı və qeyd edilən qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs cəza təyin edilərkən onun 29 mart 2021-ci il tarixdən 13 sentyabr 2021-ci tarixədək ev dustaqlığında saxlanıldığı 5 (beş) ay 14 (on dörd) gün müddət nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd mətbəx bıçağı məhv edilməlidir. Bundan başqa, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 29 mart 2021-ci il tarixdən 13 sentyabr 2021-ci tarixədək ev dustaqlığında saxlanıldığı 5 (beş) ay 14 (on dörd) gün müddət nəzərə alınmaqla, ona təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilsin və 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunsun və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Onun davranışı üzərində nəzarət Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut olub Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd mətbəx bıçağı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar