Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1328/2022 08.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, hakimlər: Salmanov Rahib Vaqif oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X4, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və ədliyyə müşaviri X2, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış barəsində Bakı şəhər, Xətai rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda külli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 12,588 qram narkotik vasitə heroin və külli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 3,087 qram psixotrop maddə metamfetamin əldə edib, üstündə daşımaqla qanunsuz saxlamış, Təqsirləndirilən şəxs 19 aprel 2022-ci il tarixdə saat 05:15-də X7 Alayının polis nəfərləri tərəfindən ünvan 4 ünvanda narkotik vasitələrin qəbulunda şühbəli şəxs qismində saxlanılıb ünvan 5 ünvanda yerləşən Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə gətirilərək videoçəkilişdən istifadə edilməkdə üzərində aparılan şəxsi axtarış və götürmə zamanı, əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən külli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 12,588 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 3,087 qram ağ rəngli kristalşəkiili kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təstiq etdiyini bildirmişdir. O, törətdiyi əmələ görə səmimi peşmançılıq çəkir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, subaydır, müxtəlif tikinti yerlərində fəhlə kimi işləyib, çörək pulu qazanmaqla dolanır, 2016-cı ildə qeyd etmək istəmədiyi səbəblərə görə narkotik vasitələrin istifadəsinə başlamış, ilkin vaxtlarda narkotik vasitənin qurudulmuş marixuana növündən istifadə etsə də, sonrakı vaxtalarda narkotik vasitənin daha ağır təsir qüvvəsinə malik heroin və metamfetamin növlərindən çəkməklə və inyeksiya yolu qəbul etməyə başlamış, narkotik vasitələrdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyinə tutulmuş, hazırda bu xəstəlikdən əziyyət çəkir, narkotik vasitələri vaxtlı-vaxtında qəbul etmədiyi tədqirdə bədənində möhkəm ağrıları olur, yuxusuzluqdan, nəfəs darlığından və baş ağrılarından əziyyət çəkir, sonuncu dəfə 2017-ci ildə qanunsuz olaraq narkotik vasitə əldə edib, saxlaması ilə əlaqədar Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 08 ay müdətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 2019- cu ilin fevral ayında azadlığa buraxılmış, azadlığa buraxıldıqdan sonra bir müddət narkotik vasitələrdən istifadə etməsə də, son bir ildə narkotik vasitələrin istifadəsinə başlamış, narkotik vasitələri isə o müxtəlif yerlərdə tanımadığı şəxslərdən almış, 18 aprel 2022-ci il tarixdə axşam saatlarında narkotik vasitə əldə etməkdən ötrü metronun “Neftçilər” stansiyası yaxınlığına yollanmış, orada tanımadığı, lakin bədən quruluşundan narkotik vasitə istifadəçinə oxşatdığı təxminən 40-45 yaşlarında, qaraşın, qara saçlı, uzunsov sifətli, arıq bədən quruluşlu, boyu təxminən 170-172 sm olan bir nəfər şəxsə yaxınlaşaraq, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin haradan və kimdən əldə edə biləcəyi ilə maraqlanmış, həmin şəxs isə üzərində nə qədər pul olması, habelə neçə qram çəkidə narkotik vasitə və ya psixotrop maddə istədiyini soruşmuş, o, üstündə ümumilikdə 80 manat pul olduğunu deyib, özünün istifadəsi üçün 50 manat pul müqabilində bir “çet” 1 (bir büküm) narkotik vasitə heroin və 30 manat pul müqabilində isə bir “çet” (bir büküm) psixotrop maddə metamfetamin istədiyini demiş, həmin tanımadığı şəxs onu bir neçədəqiqə gözləməyini xahiş edib, qısa müddət ərzində istədiyini gətirəcəyini deyib kənarlaşmış, bir neçə dəqiqədən sonra geriyə qayıtdıqda, həmin şəxs 01 ədəd qara rəngli və 01 ədəd şəffaf rəngli sellofan bükümləri ona verib, qara rəngli sellofan bükümün içərisində təxminən 13 qrama yaxın narkotik vasitə heroin, digər şəffaf rəngli bükümdə isə təxminən 3,1 qrama yaxın psixotrop maddə metamfetamin olduğunu demiş, o da, bükümləri açıb, bükümlərdən birinin içərisində həqiqətən də narkotik vasitə heroin, digərinin içərisində isə psixotrop maddə metamfetamin olduğuna əmin olduqdan sonra, razılaşdıqları kimi tanımadığı şəxsə ümumilikdə 80 manat pul verməklə içrəsində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan həmin bükümləri ondan almış, bundan sonra cəld bir şəkildə oradan uzaqlaşmış, aldığı heroin və metamfetamini isə əynində olan gödəkçənin cibinə qoyaraq bədənində ağrılar başladığı zaman istifadə etmək üçün saxlamış, həmin gün axşam saatlarında müəyyən İşləri ilə əlaqədar metronun Əhmədli stansiyası yaxınlığına gəlmiş, gecə saatlarınadək işlərini yekunlaşdırıb səhərə yaxın, yəni 19 aprel 2022-ci il tarixdə saat təxminən 05 radələrində yaşadığı evə getmək qərarına gəlmiş, bu məqsədlə piyada olaraq M.Hadi küçəsi ilə hərəkətə başlamış, həmin küçə ilə hərəkət etdiyi zaman üstündə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğu üçün, narahatçılıq keçirmiş, ətrafa nəzər salaraq polis əməkdaşlarının olub-olmamasına diqqət edirmiş, bu minvalla həmin küçə ilə bir qədər irəliləmiş ki, bu zaman X7 Alayının avtopatrul avtomobili yaxınlığına verərək saxlamış, həmin zaman avtopatrul avtomobilindən düşən bir neçə polis əməkdaşı ona yaxınlaşaraq kimliyi barədə sorğu etmiş, həmin zaman üstündə narkotik vasitə və psixotrop maddə olduğu üçün özünü itirib polis əməkdaşlarının sorğularını doğru-dürüst cavablandıra, eyni zamanda həmin ərəfədə bədənində ağrılar başladığı üçün, habelə hərəkətlərini tənzimləyə bilməmiş, belə halda polis əmədaşları onun narkotik vasitə qəbul etməyindən şübhələnib, onu Xətai RPl-nin 34-cü PŞ-nə dəvət etmiş, o polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə Xətai rayon Polis İdarəsinin 34-cü PŞ-nə gəlmiş, PŞ-nə gəldikdən sonra ona müdafiəçi təqdim edilmiş, hüquq və vəzifələri izah edilmiş, ardınca videoçəkilişdən istifadə edilməklə şəxsi axtarışı aparalıcağı barədə xəbərdar edilmiş, bundan sonra isə şəxsi axtarışına başlanmış, belə ki, polis əməkdaşları şəxsi axtarışını aparmazdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub olmaması barədə sorğu etmiş, artıq polis əməkdaşlarının üzərində olan narkotik vasitə və psixotrop maddəni aşkar edəcəklərini bildiyi üçüb, əynindəki göy rəngli gödəkçənin sağ yan cibində sağladığı 01 ədəd qara rəngli və 01 ədəd şəffaf rəngli sellofan bükümləri polis əməkdaşlarına təqdim etmiş, eyni zamanda polis əməkdaşları təqdim etdiyi bükümlərin içərisində nə olduğunu soruşduqda, o, təqdim etdiyim 01 ədəd qara rəngli sellofan bükümdə narkotik vasitə heroin, digər şəffaf rəngli bükümdə isə psixotrop maddə metamfetamin olduğunu, həmin heroin və metamfetamini saxlanmamışdan bir gün əvvəl metronun “Neftçilər” stansiyası yaxınlığında tanımadığı şəxsdən 80 manat müqabilində alıb öz istifadəsi üçün saxladığını bildirmiş, polis əməkdaşları təqdim etdiyi 02 ədəd bükümə baxış keçirib, çəkilərini müəyyən etdikdən sonra, qablaşdırıb, möhürləyərək götürmüş, ardınca şəxsi axtarışı aparılmış, lakin üstündən başqa qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmiş, daha sonra aşkar edilənlərlə bağlı hamının iştirakı ilə protokol yazılmış, protokol ucadan oxunduqdan sonra, o özü, müdafiəçisi və baxışda iştirak edən digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 19 aprel 2022-ci il tarixdə polis serjantları Ramin Heydərli və Şahid3 ilə birgə təhkim olunmuş inzibati ərazi üzrə AP 24-34 çağırılışlı avtopatrulla xidmətdə olduqları zaman, saat 05 radələrində ünvan 7 ünvanda hərəkətdə olan bir nəfər şəxsin şübhəli davranışı diqqətlərini cəlb etmiş, belə ki, həmin şəxsin ətrafa boylana-boylana iti yerişlə hərəkətdə olması onun hər hansı qanunazidd daranışı ilə bağlı olmasını düşünüb, həmin şəxsin kimliyini müəyyən etmək məqsədi ilə ona yaxınlaşmış, xidməti vəsiqələrini təqdim edərək, polis X7 Alayının əməkdaşları olduqlarını bildirməklə, şəxsdən özünü təqdim etməsini xahiş etmiş, həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etdikdən sonra, şübhəli davaranışı ilə bağlı onu soğru-sual etməyə başlamış, Dəyanət Hüseynli ilə ünsiyyətləri zamanı o, hərəkət və danışığını düzgün koordinasiya edə bilməyib, verilən suallardan yayınmağa başlamış, onun bu cür davaranışı səbəbdindən onun narkotik vasitələrin qəbul etməsindən şübhələnərək, yaxınlıqda yerləşən Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmiş, Dəyanət Hüseynli müşayiətləri ilə polis şöbəsinə gətirildikdən sonra, aşkar etdikləri hallarla bağlı raport tərtib etməklə, şöbə rəhbərliyinə məruzə etmiş, bundan sonra Bakı şəhəri, 13 saylı Vəkil Bürosundan vəkil dəvət olunaraq Dəyanət Hüseynliyə təqdim edilmiş, ona hüquq və vəzifələri izah edilərək, dəvət olunmuş müdafiəçinin iştirakı ilə vidoçəkilişdən istifadə edilməklə şəxsi axtarışı aparılacağı izah edilmiş, bundan sonra Dəyanət Hüseynlinin şəxsi axtarışı aparılmış, şəxsi axtarışı aparılan zaman ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuş, əks təqdirdəşəxsi axtarışı aparılacağı barədə izah edilmiş, bu zaman Dəyanət Hüseynli əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd qara rəngli və 01 ədəd şəffaf rəngli sellofan bükümləri təqdim edib, təqdim etdiyi qara rəngli sellofan bükümdə narkotik vasitə heroin, digər şəffaf rəngli bükümdə isə psixotrop maddə metamfetamin olduğunu, həmin kütlələri saxlanmamışdan bir gün əvvəl özünün istifadəsi üçün metronun “Neftçilər” stansiyası yaxınlığında tanımadığı şəxsdən ümumilikdə 80 manat müqabilində aldığını bildirmiş, ardınca Dəyanət Hüseynlinin şəxsi axtarışı aparılmış, lakin üzərindən başqa heç bir qeyri qanuni əşya aşkar edilməmiş, eyni zamanda müdafiəçinin iştirakı ilə Dəyanət Hüseynlinin üzərindən aşkar olunan bükümləri açıb, həmin bükümün içərisinə baxdıqda həqiqətən də şəxsin dedidyi kimi, qara rəngli sellofan bükümün içərisində qəhvəyi rəngli, spesefik iyli, narkotik maddə hesab olunan heroinə oxşar, digər şəffaf rəngli bülkümün içərisində isə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlənin olması müəyyən edilmiş, ardıca Dəyanət Hüseynlinin təqdim etdiyi heroinə və metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş, heroinə bənzər kütlənin qablaşdırma ilə birlikdə ümumi çəkisinin 13,17 qram, metamfetaminə bənzər kütlənin qablaşdırma ilə birlikdə ümumi çəkisinin 3,50 qram olması müəyən edilmiş, daha sonra Dəyanət Hüseynlinin üstündən aşkar edilmiş bükümlər zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş, imzalarla təsdiq edildikdən sonra götürülmüş, şəxsi axtarış bitdikdən sonra aşkar edilənlərlə bağlı hamının iştirakı ilə protokol tərtib edilmiş, həmin protokol oxunduqdan sonra iştirakçılar və Dəyanət Hüseynli tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 Alayının polis nəfərləri Şahid3 analoji məzmunda ifadə verərək Şahid2 ifadəsində göstərdiklərini eynilə təsdiq etmişdir. Şahid qismində ifadə vermiş X3 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid2 və Şahid3 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etdi. Cinayət işinin 26-27-ci vərəqlərində olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 19 aprel 2022-ci il tarixli protokolun məzmunundan aydın olur ki, Təqsirləndirilən şəxs 19 aprel 2022-ci il tarixdə saat 05:15-də X7 Alayının polis nəfərləri tərəfindən ünvan 4 ünvanda narkotik vasitələrin qəbulunda şühbəli şəxs qismində saxlanılıb Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə gətirilərək videoçəkilişdən istfadə edilməkdə üzərində şəxsi axtarışı aparılan zaman, əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə qablaşdırma ilə birlikdə ümumi çəkisi 13,7 qram olan qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə və 01 ədəd bükümdə qablaşdırma ilə birlikdə ümumi çəkisi 3,50 qram olan ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Cinayət işinin 33-37-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 aprel 2022-ci il tarixli 6/2232 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 3,087 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 12,588 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 59-60-cı vərəqlərində olan “videogörüntülərə baxış keçirilməsi haqqında” protokolun məzmunundan görünür ki, iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi, habelə ittihamın düzgün həlli üçün toplanmış təhqiqat sübutlarının həqiqiliyinə və mötəbərliliyinə qiymət verilməsi məqsədi ilə Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı qeydə alınmış videogörüntüləri əks etdirən 01 ədəd “DVD-R” formalı diskə Bakı şəhəri Xətai RPİ-nin inzibati binasında xidməti iş otağında baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə qablaşdırma ilə birlikdə ümumi çəkisi 13,7 qram olan qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə və 01 ədəd bükümdə qablaşdırma ilə birlikdə ümumi çəkisi 3,50 qram olan ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlənin aşkar edilərək göürülməsi müəyyən edilmişdir.Baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs videgörüntüdə əks olunan, yəni şəxsi axtarışı aparılarkən əynindəki şalvarın sağ cibindən 01 ədəd bükümdə narkotik vasitə heroini, 01 ədəd bükümdə olan psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim edən şəxsin özü olduğunu və həmin kütlələrin özünə məxsus olduğunu bildirib,videogörüntülərdə əks olunan xüsusatların həqiqiliyini təsdiq etmişdir. İş üzrə maddi subut olan “DVD-R” formallı diskə məhkəmə iclasında baxış keçirilmişdir. “DVD-R” formallı diskdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 76-77-ci vərəqlərində olan məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 şəxsin verdiyi xx.xx.2022-ci il tarixli,2318 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 67-ci bəndinə əsasən 2 qram və daha artıq psixotrop maddə olan metamfetamin külli miqdar hesab edilir. Məhkəmə, Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulmuş külli miqdardan dəfələrlə artıq narkotik vasitə heroin, o cümlədən psixotrop maddə olan metamfetamin aşkar edilməsini Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri satmaq niyyəti ilə əldə etməsinin sübutu kimi qiymətləndirir, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satış məqsədi ilə deyil yalnız özü istifadə etməsi üçün əldə etməsi iş üzrə sübutlarla təkzib olunduğundan özünü müdafiə xarakterli kimi qiymətləndirir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 13 və 69-72-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 94-95-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixli Bakı şəhəri Xətai rayon məhkəməsinin hökmü ilə CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü ildə Milli Məclisin amnistiya qərarına əsasən cəzadan azad olunmuşdur. Bundan başqa xx.xx.2017-ci il tarixdə Bakı şəhəri Xətai rayon məhkəməsinin hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə Suraxanı rayon məhkəməsinin qərarı ilə 08 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Təqsirləndirilən şəxs məhkumluqları CM-nin 83-cü maddəsinə əsasən ödənildiyindən məhkumluqla bağlı heç bir hüquqi nəticə yaratmır. Əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı 19 aprel 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar-Xətai RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 3,087 qram, tədqiqatdan sonra qalıq çəkisi 2,987 qram psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə təmiz çəkisi 12,588 qram, tədqiqat zamanı sərf olunduqdan sonra qalıq çəkisi 12,458 qram narkotik vasitə heroin məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməlidir. Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı qeydə alınmış videogörüntüləri əks etdirən 01 ədəd “DVD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 19 aprel 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar- Xətai RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 3,087 qram, tədqiqatdan sonra qalıq çəkisi 2,987 qram psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə təmiz çəkisi 12,588 qram, tədqiqat zamanı sərf olunduqdan sonra qalıq çəkisi 12,458 qram narkotik vasitə heroin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı qeydə alınmış videogörüntüləri əks etdirən 01 ədəd “DVD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Məhəmməd Əkbərov