Məhkəmə qərarları › İş №1(101)-1329/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1329/2022

30.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1329/2022 30.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 16:30-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, məhkəmənin iclas katibi, X2, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorları Dövlət ittihamçısı və X1, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxx 1979-cu ildə Ermənistan Respublikasının Quqark şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 04 aprel 2022-ci il tarixdə, saat 20:00 radəlorində Şahid1 Abbasqulu oğlunun yaşadığı ünvan 2 ünvanında istintaqa məluma olmayan "Arzu” adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq 15 ədəd qara rəngli sellofan bükümdə külli miqdarda 4,404 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 04 aprel 2022-ci il tarixdə, saat 23:50 radələrində Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanında tanışı Şahid1 Abbasqulu oğlu ilə birlikdə saxlanılaraq, ünvan 4 ünvanında yerləşən Xətai RPİ-nin 37-ci PŞ-nə gətirilərək üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qəhvəyi rəngli qış gödəkcəsinin sağ yan cibindən 15 ədəd qara rəngli sellofana bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,326 qram, 0,615 qram, 0.249 qram, 0,313 qram, 0,183 qram, 0.258 qram, 0,298 qram, 0,305 qram, 0,246 qram, 0,341 qram, 0,300 qram, 0,192 qram, 0,209 qram, 0,233 qram, 0,336 qram olmaqla ümumi təmiz çəkisi 4,404 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə herion aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir o, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, ev 67/13 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. Rəsmi olaraq heç bir yerdə işləməmişdir. Uzun müddətdir ki, narkotik və psixotrop maddələrdən istifadə etmişdir. Şahid1 Abbasqulu oğlunu təxminən 1 ildir tanımışdır. Natiq də onun kimi narkotik vasitə istifadəçisidir. O, çox zaman narkotik vasitə qəbul etmək istəyən zaman Natiqlə sonuncuya məxsus ünvan 2 ünvanında narkotik vasitə qəbul etmişlər. Narkotik vasitələri Arzu adlı qadından əldə etmişdir. xx.xx.2021-ci il tarixdə saat 20 radələrində o. Natiqə məxsus evdə olan zaman Arzu adlı qadın onunla əlaqə saxlayaraq əlində narkotik vasitə olduğunu bildirmişdir. O da narkotik vasitədən istifadə etmək istədiyindən Arzuya narkotik vasitə əldə etmək istədiyini bildirmişdir. Həmin günü saat 20 radələrində Arzu Natiqin yaşadığı ünvana gəlmişdir. Orada o, 150 manat pul verib 15 ədəd bükümdə narkotik vasitə olan heroin əldə etmişdir. Həmin vaxtı mənzildə Natiq də Arzu adlı xanımdan 02 büküm heroin və 01 büküm metamfetamin əldə etmişdir. Bundan sonra həmin gün saat 23:50 radələrində Natiqlə birlikdə yaşadığı ünvan 2 ünvanından küçəyə çıxan zaman üç nəfər mülki geyimli şəxslər onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər. Onlar da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis Şöbəsinə getmişlər. Polis şöbəsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O da əynində olan qəhvəyi rəngli qış gödəkcəsinin sağ yan cibində saxladığı 15 ədəd qara rəngli sellofan bükümləri çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümlərin içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra aşkar olunmuş bükümlər elektron tərəzidə hissə-hissə çəkilən zaman qablaşdırma ilə birlikdə 06 ədəd qara rəngli bükümün 1,710 qram, 06 ədəd qara rəngli bükümün 1,563 qram, 03 ədəd qara rəngli bükümün isə 1,093 qram olması müəyyən edilmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş maddənin haradan aldığını soruşanda, o, həmin maddələri öz istifadəsi üçün xx.xx.2022-ci il tarixdə Arzu adlı qadından aldığını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddələr zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. O, həmin narkotik vasitə olan heroini 04 aprel 2022-ci il tarixdə saat 20 radələrində ünvan 2 ünvanında Arzu adlı qadından 150 manata almışdır. O, narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə yanaşı, satışı ilə də məşğul olmuşdur. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təziqlər göstərilməmişdir. O, Natiqə narkotik vasitə olan heroini və psixorop maddə olan metamfetamini satmamış və ya verməmişdir. Natiq də onun kimi həmin narkotik vasitələri Arzu adlı qadından almışdır. O, "xxxx" MMC-yə məxsus ***-***-**-** saylı mobil nömrəni istifadə etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə 05 aprel 2022-ci il tarixdə şübhəli şəxs və 06 aprel 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən yuxarıda qeyd olunan ifadə ilə eyni məzmunlu ifadələr vermişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs ona verilən ittihamda özünü təqsirli bilməsi barədə məhkəmədə və ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinin məhkəmə baxışı zamanı da tədqiq edilmiş aşağıdakı sübut növləri ilə də tam təsdiq olunması qənaətinə gəlir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Xətai rayon polis idarəsinin 37-ci Polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid4 ifadəsində göstərmişdir ki, 04 aprel 2022-ci il tarixdə Şahid1 Abbasqulu oğlu və Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələri qanunsuz qəbul etməsi və daşıması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan. Xətai RPİ-nin 37-ci PŞ-nin sahə inspektorları Şahid5 və Şahid6 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o, Fədai və Amil birlikdə məlumat əsasında saat 23:50 radələrində ünvan 6 ünvanının qarşısına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Nəzakət və Natiqin əlamətləri ilə üst-üstə düşən iki nəfər şəxsin orada olmasını görüb həmin şəxslərə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxslərdən özlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslərdən biri özünü xx.xx.1979-cıı ildə Ermənistan Qııqark kəndində anadan olmuş, ünvan 7 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs, digər şəxs isə özünü xx.xx.1979-cıı ildə ünvan 8 ünvanında qeydiyyatda olan və yaşayan Şahid1 Abbasqulu oğlu kimi təqdim etmişdir. Onlar Nəzakət və Natiqə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib sonuncuları saxlayaraq Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər. Həmin vaxt Nəzakətin əlində "‘Samsung" markalı mobil telefon olduğunu görmüşlər və sonuncunun telefonu işlək vəziyyətə gətirib telefonun yaddaşında olan hər hansı bir məlumatları silə biləcəyindən şübhə etdikləri üçün mobil telefonu götürmüşlər. Natiq və Nəzakət buna etiraz etmədikdən sonra sonuncuları polis şöbəsinə aparmışlar və həmin vaxt Nəzakətin əlindən aldıqları "Samsung" markalı mobil telefonu təhqiqatçıya Budaq Budaqlıya təhvil vermişlər və həmin telefon təhqiqatçı tərəfindən protokol tərtib edilməklə götürülmüşdür. X7 Təqsirləndirilən şəxs və Şahid1 hüquqlarını müdafiə etməsi üçün hər biri üçün vəkil dəvət edərək, həmin vəkillərin iştirakı ilə sonuncuları şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə ilk olaraq Şahid1 Abbasqulu oğlunun üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl Natiqə üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Natiq də əynində göy rəngli gödəkcənin sol iç cibindən 03 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümlərdən 02 ədədinin içərisində narkotik vasitə heroin və 01 ədəd bükümün içərisində isə psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri xx.xx.2022-ci il tarixdə onunla birlikdə saxlanılan Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Sonra Natiqin üzərindən aşkar olunmuş bükümlər elektron tərəzində çəkilən zaman içərisində narkotik vasitə heroinə bənzər maddə olan 02 ədəd şəffaf rəngli sellofan bükümlərin 1,357 və 0,315 qram, içərisində metamfetaminə bənzər maddə olan 01 ədəd şəffaf rəngli sellofan bükümün isə 0,527 qram olması müəyyən edilmişdir. Daha sonra Natiqin üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Natiqin üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Natiq tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl Nəzakətə üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Nəzakət də əynində olan qəhvəyi rəngli qış gödəkcəsinin sağ yan cibindən 15 ədəd qara rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümlərin içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələri öz istifadəsi üçün xx.xx.2022-ci il tarixdə Arzu adlı qadından şəxsi istifadə məqsədi ilə 150 manata aldığını bildirmişdir. Sonra Nəzakətin üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra Nəzakətin üzərindən aşkar olunmuş 15 ədəd bükümlər hissə-hissə elektron tərəzidə çəkilən zaman 06 ədədinin 1,710 qram, 06 ədədinin 1.563 qram və 03 ədədinin 1.093 qram olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Arzu adlı qadından 150 manata aldığını bildirmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Nəzakətin üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Nəzakət tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Xətai rayon polis İdarəsinin 37-ci Polis şöbəsinin sahə inspektorları Şahid5 və Şahid6 Şahid4 verdiyi ifadə ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Abbasqulu oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun tanışıdır. Nəzakət də onun kimi narkotik vasitə aludəçisidir və sonuncu da narkotik və psixotrop maddələrdən istifadə etmişdir. Onlar arada bir onun yaşadığı mənzildə görüşərək birlikdə narkotik vasitə qəbul etmişlər. xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində Nəzakət ilə yaşadığı mənzildə olan zaman Nəzakət Arzu adlı tanışının narkotik vasitə satdığını və bir azdan onun yaşadığı ünvana gələrək narkotik vasitə verəcəyini və istəsə onun da Arzudan narkotik vasitə əldə edə biləcəyini söyləmişdir. O, da Nəzakətə narkotik vasitə istədiyini, Arzuda olarsa özü üçün də narkotik vasitə alacağını bildirmişdir. Arzu gəldikdən sonra Nəzakət 150 manat qarşılığında Arzudan 15 büküm narkotik vasitə əldə etmişdir. O da 30 manat pul verərək Arzudan iki büküm narkotik vasitə heroin və 01 büküm psixotrop maddə metamfetamin əldə etmişdir. Həmin psixotrop maddə olan metamfetamini və narkotik vasitəni Arzudan alaraq əynində olan göy rəngli gödəkcənin iç cibinə qoyaraq üzərində saxlamaqla gəzdirmişdir. Bundan sonra həmin gün saat 23:50 radələrində Nəzakətlə birlikdə yaşadığı ünvan 9 ünvanından küçəyə çıxan zaman üç nəfər mülki geyimli şəxslər onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onları Xətai RPİ-nin 37-ci PŞnə dəvət etmişlər. Onlar da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişlər. Polis şöbəsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O da əynində olan göy rəngli gödəkcənin iç çibində saxladığı 03 ədəd şəffaf rəngli sellofan bükümləri çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümlərdən ikisinin içərisində narkotik vasitə heroin və 01 ədədinin içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş maddənin haradan aldığını soruşanda, o, Arzu adlı xanımı ifşa etməmək məqsədi ilə yalandan həmin maddələri öz istifadəsi üçün xx.xx.2022-ci il tarixdə ona məxsus evdə kirayə yaşayan Nəzakətin kirayə pulu qarşılığında verdiyini bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddələr zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. O, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, həmişə özü qəbul etmək üçün almışdır. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. O, ilkin izahat verən zaman Nəzakətin də onunla birlikdə polis əməkdaşları tərəfindən saxlandığını və Arzu adlı qadını ifşa etməmək üçün yalandan həmin maddələri öz istifadəsi üçün xx.xx.2022-ci il tarixdə ona məxsus evdə kirayə yaşayan Nəzakətin kirayə pulıı qarşılığında verdiyini bildirmişdir. Əslində isə onun üzərindən aşkar olunan narkotik vasitəni və psixotrop maddəni Arzu adlı qadından yaşadığı evdə 30 manata almışdır. Nəzakət də onun kimi Arzudan özü istifadəsi üçün 15 bükümdə narkotik vasitə heroin almışdır. O, "xxxx" MMC-yə məxsus ***-***-**-** saylı mobil nömrəni istifadə etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, fərdi olaraq məzar daşlarının hazırlayan ustaların yanında fəhlə kimi işləmişdir. ***-***-**-** saylı mobil nömrə ona məxsusdur və həmin mobil nömrəni 2015-ci ildən istifadə etmişdir. O, əvvəllər el arasında “şüşə” adı ilə tanınan psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin noyabr ayından tanımış və sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olmasını eşitmişdir. O, Nəzakətin istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə dəfələrlə əlaqə saxlayıb sonuncudan psixotrop maddə olan metamfetamin almışdır. Nəzakətlə əlaqə saxladıqdan sonra sonuncu ona psixotrop maddənin qoyulduğu yeri demişdir. O da həmin yerə gedərək psixotrop maddənin qoyulduğu yerdən götürüb razılaşdıqları pulu həmin yerə qoymuşdur. Bundan sonra əldə etdiyi psixortop maddəni münasib yer taparaq orada istifadə etmişdir. O, xx.xx.2022-ci il tarixdə psixotrop maddə olan metamfetamin istifadə etmək istədiyi üçün istifadə etdiyi ***-***-**-** saylı mobil nömrədən Nəzakətə məxsus ***-***-**-** mobil nömrənin “Whatsapp” proqramına səs yazı ataraq ondan psixotrop maddə olan metamfetamin istəmişdir. Nəzakət də ona psixotrop maddə olan metamfetamin qoyulduğu yeri deyəndən sonra o, həmin yerə gedib oradan bir istifadəlik psixotrop maddə olan metamfetamin götürüb istifadə etmişdir. O, Nəzakətdən bir neçə dəfə psixotrop maddə olan metamfetamin almışdır. Nəzakət həmin psixotrop maddənin bir istifadəlik bükümünü ona 5 manata satmışdır. Nəzakətin ondan başqa kimlərə narkotik və psixotrop maddələr satması barədə heç bir məlumatı olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, ünvan 10 ünvanında qeydiyyatda olmaqla ailəsi birlikdə yaşayır. O, “Uber” onlayn taksi şirkətinə məxsus ağ rəngli "Toyota prius” markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobildə sürücü işləyir. ***-***-**-** saylı mobil nömrə ona məxsusdur və həmin mobil nömrəni 2021-ci ilin sentayabr ayından istifadə etmişdir. O, əvvəllər el arasında "şüşə" adı ilə tanınan psixotrop maddə olan metamfetamindən istiladə etmişdir. Təqsirləndirilən şəxs təxminən 2022-ci ilin fevral ayından tanımışdır. Nəzakətlə tanışlığı idarə etdiyi "Toyota prius” markalı, Az **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobildən müştəri kimi istifadə edən zaman yaranmışdır. Sonradan isə Nəzakətin narkotik vasitələrin satışı ilə məşğul olmasını eşitmişdir. Buna görə də o, Nəzakətin istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə dəfələrlə əlaqə saxlayıb sonuncudan əlbə-əl olaraq psixotrop maddə olan metamfetamin alaraq münasib yer taparaq orada istifadə etmişdir. O, Nəzakəti 2022-ci ilin fevral ayından tanımışdır. Aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. O, xx.xx.2022-ci il tarixdə psixotrop maddə olan metamfetamin istifadə etmək istədiyi üçün istifadə etdiyi ***-***-**-** saylı mobil nömrədən Nəzakətə məxsus ***-***-**-** mobil nömrənin "'Whatsapp” proqramına səs yazı ataraq sonuncudan psixotrop maddə olan metamfetamin istəmişdir. Lakin sonradan Nəzakət telefona cavab vermədiyi üçün sonuncudan psixotrop maddə olan metamfetamin ala bilməmişdir. O, Nəzakətdən bir neçə dəfə psixotrop maddə olan metamfetamin almışdır. Nəzakət həmin psixotrop maddənin bir istifadəlik bükümünü ona 25 manata satmışdır. Nəzakətin məndən başqa kimlərə narkotik və psixotrop maddələr satması barədə heç bir məlumatı olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Dalğa” kafesində işləyir. 05 aprel 2022-ci il tarixdə saat 01 radələrində işlədiyi kafedə olan zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, bir nəfər Nəzakət adlı qadının narkotik vasitələrin istifadəsində şübhəli bilindiyi üçün saxlanıldığını və üzərinə şəxsi axtarış aparılacağını, qadın olduğu üçün şəxsi axtarışda eyni cinsdən olan şəxsin iştirak etməyi vacib olduğunu bildirib onun da şəxsi axtarışda iştirak etməyini xahiş etmişlər. O da polis əməkdaşlarının təklifi ilə razılaşmış və polis əməkdaşları ilə birlikdə Xətai RPİ-nin 37-ci PŞ-nə getmişdir. Polis şöbəsində olan otaqların birində onun, polis əmədaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl Nəzakətə üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Nəzakət də əynində olan qəhvəyi rəngli qış gödəkcəsinin sağ yan cibindən 15 ədəd qara rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümlərin içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələri xx.xx.2022-ci il tarixdə Arzu adlı qadından şəxsi istifadə məqsədi ilə 150 manata aldığını bildirmişdir. Sonra Nəzakətin üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra Nəzakətin üzərindən aşkar olunmuş 15 ədəd bükümlər hissə-hissə elektron tərəzidə çəkilən zaman 06 ədədinin 1,710 qram, 06 ədədinin 1.563 qram və 03 ədədinin 1.093 qram olması müəyyən edilmişdir. Sonra axtarış iştirakçılarının iştirakı ilə Nəzakətin üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bıı barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Nəzakət tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1821 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində '"Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №153" dairəvi möhür əksi olan, “X3” sözü, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində on beş ədəd bükümdə ayrıayırılıqda təmiz çəkisi 0,326 qram, 0,615 qram, 0,249 qram, 0,313 qram, 0,183 qram, 0,258 qram, 0,298 qram, 0,305 qram, 0,246 qram, 0,341 qram, 0,300 qram 0,192 qram, 0,209 qram, 0,233 qram, 0,336 qram ümumi təmiz çəkisi 4,404 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş ''Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci İl tarixli, 6/2227 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi №65” dairəvi möhür əksləri olan iki ədəd kağız paketdə, üzərində “6/1821...5 aprel 2022-ci il...” sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə on beş ədəd bükümdə ayrı-ayırılıqda təmiz çəkisi 0.306 qram, 0,595 qram, 0,229 qram, 0,293 qram, 0,163 qram, 0,238 qram. 0,278 qram, 0.285 qram, 0,226 qram, 0,321 qram, 0,280 qram. 0,172 qram. 0,189 qram, 0,213 qram, 0,316 qram ümumi təmiz çəkisi 4,104 qram heroin ilə üzərində "6/1822...5 aprel 2022-ci il...” sözləri qeyd edilmiş zərfdə iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,270 qram, 1,362 qram ümumi təmiz çəkisi 1,632 qram heroin ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Cinayət işinə əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2216 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostmlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu, narkomaniya xəstəliyi aşkar olunur və narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Cinayət işinə əlavə edilmiş 06 aprel 2022-ci il tarixli “CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olan qəhvəyi rəngli qış gödəkcəsinin sağ yan cibindən 15 ədəd qara rəngli sellofana bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,326 qram. 0,615 qram, 0,249 qram, 0,313 qram, 0,183 qram, 0,258 qram, 0,298 qram, 0,305 qram, 0,246 qram, 0,341 qram, 0,300 qram, 0,192 qram, 0.209 qram, 0,233 qram, 0,336 qram olmaqla ümumi təmiz çəkisi 4,404 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə herion aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. Bundan başqa cinayət işininə əlavə edilmiş 06 aprel 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung" markalı mobil telefon aparatına baxış keçirilmiş və baxış zamanı mobil telefonun Qalareya" bölməsindən elektron tərəzinin üzərində narkotik vasitələrə bənzər maddələrin çəkilməsinin və narkotik vasitələrin qoyulması yerlərinin 07 ədəd foto şəklinin olması aşkar olunmuşdur. Həmçinin baxış zamanı “Samsung" markalı mobil telefonun “WhatsApp" proqramının Təqsirləndirilən şəxs İ rza qızına məxsus ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatda keçməsi və “WhatsApp" proqramında “Ebulfez” adı ilə qeyd edilmiş ***-***-**-** saylı və ***-***-**-** mobil nömrələrin arasında narkotik və psixotrop maddələrin alqı-satqısı ilə bağlı yazışma və səs yazıların olması aşkar olunmuşdur. Bununla bağlı baxışda iştirak edən Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrənin ona məxsus olduğunu, həmin foto şəkilləri narkotik vasitələri satan zaman çəkisini müəyyən etmək üçün çəkdiyini, narkotik vasitələrin istifadəsi ilə yanaşı, satışı ilə də məşğul olduğunu bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 07 may 2022-ci il tarixli “ CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə 01.04,2021 -ci il tarixdən xx.xx.2022ci il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və çıxan sms-lərin siyahısı “Bakcell" MMC tərəfindən 1 ədəd "CD” diskə təqdim olunmuş və həmin diskə baxış keçirilən zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş 055- ***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrədən xx-xx-2021- ci il tarixdə saat 03;48:08-də “imkan var 20lik ver seher 10da 10manat verim kelme", ***-***-**-** sylı mobil nömrədən xx-xx-2021 -ci il tarixdə saat 01:03:31- də “Xanim mende irmi manatdi temiz yari olar qadan alim", ***-***-**-** saylı mobil nömrədən xx-xx-2021 -ci il tarixdə saat 12:36:30-da"Nazi balam cani 20 manat pul var berk ağrıyıram", ***-***-**-** saylı mobil nömrədən xx-xx-2021-ci il tarixdə saat 07:32:50-də “Sabahin xeyr qadask.durınusansa gelim mene yari kola 5diyde pati verde..?”, ***-***-**-** saylı mobil nömrədən xx-xx-2021 -ci il tarixdə saat 22:02:15-də “10m borcu 35de ldene buton istiyem”, ***-***-**-** saylı mobil nömrədən 02-11 -2021 -ci il tarixdə saat 12:41:36-da “Nazi ba cekisi duz olsuna. ba men puluvu kesmiremki 25 mativi temiz vericem. Xaiw elirem sennen,sende temiz ver men penceremi.catiram 3-5 deqiye. ariya gelecem.”, ***-***-**-** saylı mobil nömrədən 05-11 -2021 -ci il tarixdə saat 06:28:32də” OOm pul var kola lazlm”, ***-***-**-** saylı mobil nömrədən saat 15:40:56-da ‘'Qonaqim gelib 20 manat puldu yarim cola lazimdi cvb verde yeke qizsan ay onrum”, ***- ***-**-** saylı mobil nömrədən xx-xx-2021 -ci il tarixdə saat 08:09:37-də "nazı vatsapda yazdimki ordan 5 dene iceri ğedecük bu ğun patıda lazimdi tapdim semuncin yaxsi olsun edtim patını 22 ye aidi usaq kolad a bar idi 15 se detıirsem kömek ele rdirem semde bele edirsen deher dedin 8 de mebde onu neyinse icune qoyucaqam patiyla birğe o bu ğub ikside saat 2 de adam iceri ğedecek teli zenğ çatan kimi mcnle elaqe saxla", ***-***-**-** saylı mobil nömrədən 04-01 -2022-ci il tarixdə saat 01:48:10-da ”Nazi pati var scnde mene zeng vur pulnanT ***-***-**-** saylı mobil nömrədən xx-xx-2022-ci il tarixdə saat 19:34:50də "NAZİ ARZUDU YAZAN NAZİ QURBAN OLARAM AYAGN ALDA OLEREM WEMKİRDEN QONAGLARM VAR YALVARAM GECE SAAT İİ DE VERECEM İNDİ GELİM MENE PATİ VER”, ***-***-**-** saylı mobil nömrədən xx-xx-2022-ci il tarixdə saat 22:39:50də “nazaa.vusaldi 13 manat verdim 2 .5diy..3 manat halal xosun e.ama 13 manatdiq pati yoxdu yeti burda yanina biraz kola qoyub qret ederdinde.cvb yazma evde kilerin nomresdi”, ***-***-**-** saylı mobiı nömrədən xx-xx-2022-ci il tarixdə saat 21:32:57-də “20 man /15m torpaq 5m das. Alinar?” sözləri yazılmış mesajların göndərilməsi aşkar olunmuşdur. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən xx.xx.2021 -ci il tarixdə saat 17:51:25-də "Xeyale telefona cavab ver.5 dene kola yarim pati isteyen var.” sözləri yazılmış mesajların göndərilməsi aşkar olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülən narkotik vasitənin külli miqdarda, yəni 4,404 qram olması, onların xırda bükümlərdə olması, həmçinin istifadə etdiyi mobil telefonda aşkar edilmiş SMS yazışmaları onun narkotik vasitələri satış məqsədilə əldə edib üzərində saxlaması qənaətinə gəlməyə əsas verir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini və törətdiyi cinayət əməlini səmimi etiraf etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hall kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları,habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 -cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 05 aprel 2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmaqla Xətai rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 4,104 qram narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmaqla Xətai rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 130 (yüz otuz) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 48 (qırx səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi 288 (iki yüz səksən səkkiz) manat pul onun vəkil işlədiyi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 05 aprel 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Xətai rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 4,104 qram narkotik vasitə heroin məhv edilsin. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 130 (yüz otuz) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilsin. Dövlət büdcəsi hesabından Müdafiəçi 288 (iki yüz səksən səkkiz) manat pul onun vəkil işlədiyi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, hakim: Azər Paşayev Hakimlər: Əhməd Quliyev Rasim Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar