Məhkəmə qərarları › İş №1(101)-1329/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1329/2024

03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1329/2024 03.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı, Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X13, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 10 saylı vəkil bürosunun vəkili X4, zərərçəkmiş şəxsin hüquqi varisi X2, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili X5 iştirakları ilə, xx xxx 1984-cü il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli olmuş, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Ağayrı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 2023-cü ilin sentyabr-oktyabr aylarında arvadı Zərərçəkmiş şəxs istifadəsində olan «Samsung A52» markalı ***-***-**-** nömrəli mobil telefonuna baxaraq həmin telefonun «Whatsapp» proqramında «Ədiş qurban», «İbo DTV» və digər adlarla qeyd etdiyi Şahid1, Şahid2 və qeyriləri ilə intim münasibətdə olması barədə qarşılıqlı mesajlar yazdığını müəyyən etdikdən sonra 16 oktyabr 2023-cü il tarixdə saat 13 radələrində birlikdə yaşadıqları ünvan 1 ünvanında Zərərçəkmiş şəxs mobil telefonla mesaj yazdığı şəxsin profil şəklini əvvəllər adını «Ədiş» kimi qeyd etdiyi şəxsin profil şəklinə oxşadaraq Zərərçəkmiş şəxs yenə «Ədiş»lə danışdığını deyib bununla əlaqədar iradını bildirdikdə sonuncu onun iradlarını qəbul etməyərək işlərinə qarışmamasını tələb etdikdən sonra aralarında baş vermiş mübahisə zamanı o, qısqanclıq zəmnində qisas almaq niyyəti ilə arvadı Zərərçəkmiş şəxs əzab, işgəncə verməklə xüsusi amansızlıqla qəsdən öldürmək məqsədilə əvvəlcə xüsusi ağrılar yetirmək üçün mənzilin yataq otağında olan zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı bokalı götürüb həmin bokal ilə Zərərçəkmiş şəxs baş nahiyyəsindən 2 dəfə vuraraq sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid başın sağ alın-gicgah-təpə və ənsə nahiyələrini əhatə edən hematoma və sıyrıq xəsarətlərini yetirdikdən sonra mənzilin yataq otağında olan rəfdə saxladığı, zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı qara rəngli açılıb-bağlanan cib bıçağını götürərək onun hərəkətlərindən qorxub mənzilin yataq otağında küncə çəkilmiş Zərərçəkmiş şəxs həyatı üçün dönə-dönə aman diləyən yalvarışlarına baxmayaraq verdiyi əzabları davam etmək üçün həmin bıçaqla ilkin olaraq sonuncunun qarın nahiyyəsinin sol yarısının ön səthinə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid 8,0x1,0 ölçülü kəsilmiş yara xəsarətini yetirərək müstəsna dərəcədə qəddarlıqla xüsusi ağrılar vermiş, daha sonra Zərərçəkmiş şəxs saçlarından tutub dartmaqla əlində olan bıçaqla sonuncunun həyat üçün vacib olan orqanlarının yerləşdiyi boğaz, döş qəfəsi, qarın və digər nahiyyələrdən zərbələr vuraraq Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərərvurmaya aid, ölümü ilə birbaşa səbəbli əlaqəsi olan sol qoltuqaltı nahiyənin daxilə nüfuz edərək ağciyərləri zədələyən 2 ədəd, sağ körpücüküstü nahiyənin daxilə nüfuz edərək sağ ağciyəri zədələyən 1 ədəd, boynun iri qan damarlarını zədələyən 1 ədəd deşilmiş-kəsilmiş yaraları, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, daxilə nüfuz etməyən sol körpücüküstü nahiyənin 1 ədəd, qarnın ön divarının xəncərəbənzər çıxıntı proyeksiyasının 1 ədəd, sağ qabırğa qövsü nahiyəsinin 1 ədəd deşilmiş-kəsilmiş yaraları, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sağ qaşüstü nahiyənin 1 ədəd, sol bazunun 1 ədəd, sol saidin 1 ədəd və dərəcəsi təyin edilməyən sol bazunun qançırı xəsarətlərini yetirdikdən sonra otaqda çarpayı üzərində oturaraq təqribən 10 dəqiqə ərzində onun yetirdiyi xəsarətlərdən Zərərçəkmiş şəxs qan itirməklə ağrı və əzab çəkdiyinə rəhmsizliklə baxıb ölümünü gözləmiş və Zərərçəkmiş şəxs onun yetirdiyi boynun iri kalibrli damarlarının, hər iki ağciyərinin zədələnməsi nəticəsində massiv daxili və xarici qanaxma səbəbindən ölmüş, bununla da o Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə qohumdur, Yaqut onun xalası qızıdır. Zərərçəkmiş şəxs ilə 02 aprel 2013-cü ildə ailə həyatı qurmuşdur. Onun bir azyaşlı oğlu var. O, 19 ildir “AVTO LÜKS” şirkətinin direktoru işləyir. Lakin son 7 ayda şəkər xəstəsi olduğuna görə işdən ayrılmışdır. Zərərçəkmiş şəxs ilə onun normal ailə münasibəti olmuşdur. Yəni aralarında son 1 ilə kimi münaqişə olmamışdır. Lakin sonradan o həyat yoldaşı Zərərçəkmiş şəxs boşanmaq istəmiş və «Asan» Xidmət mərkəzinə də müraciət etmişdir. Lakin Yaqut özü «Asan» Xidmət Mərkəzinə gəlməmiş, ondan ayrılmaq istəmirmiş. O, ona görə boşanmaq istəyirmiş ki, o son 1 il ərzində həyat yoldaşının ona xəyanət etməsindən şübhələnirmiş. Yaqut özü ondan ayrılmaq, boşanmaq istəmirmiş. O da uşağa görə ayrılmaq istəməmişdir. Onlar Yaqutla biryerdə yaşayırmış. O evdən çoxdan getmək istəmiş, paltarlarını da evdən götürmüşdür. Onun evdən çıxmağına Yaqut imkan verməmişdir. O, hər gün rayona gedibgəlirmiş. O, orda paltarını dəyişib evə qayıdırmış. O, hələ sadəcə şübhələndiyi üçün dəqiqləşdirməq məqsədi ilə əlində müəyyən faktlar olana qədər gözləmişdir. Belə ki, Zərərçəkmiş şəxs telefonla çox yazışırmış. Əvvəllər Yaqutun telefonu ortalıqda olurmuşsa, sonradan Yaqut telefonu əlindən yerə qoymur, hətta sanitar qovşağa belə gedəndə əlində telefonu ilə gəzirmiş. Yaqut telefonunu ona vermir, hər gün telefonun kilidini dəyişirmiş. O, gecələr Zərərçəkmiş şəxs barmağına gizlin şəkildə telefonu tutaraq kilidi açıb onun yazışmalarını oxuyurmuş. Yaqut evə axşamlar içkili gəldiyi üçün onun barmağını telefonun kilidinə qoyub açmağını hiss etmirmiş. O, Yaqutun telefonundakı “Whatsapp” sosial şəbəkəsini öz telefonuna köçürmüşdür. O, Yaqutun yazışmalarına nəzər yetirdikdə Yaqutun xəyanət etməsi öz təsdiqini tapmışdır. Belə ki, Yaqutun “Ədiş”, “Kənan”, “İbo” adlı şəxslərlə intim məzmunlu mesajları var imiş. Buna dair sübutları da var. O, Yaqutun “Ədiş”, “Kənan”, “İbo” adlı şəxslərlə cinsi əlaqəyə girib-girmədiyini bilmir. O, sadəcə intim mesajları görmüşdür. 16 oktyabr 2023-cü il tarixdə o Yaqutun digər otaqda “Ədişlə” mesajlaşdığını görmüşdür. Yaqutla aralarında mübahisə olmuşdur. O, pivə bokalını sol əlinə götürüb Yaqutun üzərinə gedərək onun sağ gicgah nahiyyəsinə bir dəfə zərbə endirmiş, həmin zərbənin təsirindən Yaqut çarpayının üstünə yıxılmışdır. Çarpayının üstündə olarkən o Yaqutun sağ gicgah nahiyyəsinə bir dəfə də vurmuşdur. Sonra o yataq otağında pəncərənin yanında olan rəfin 1-ci gözündən qatlanan bıçağı götürüb birinci onun qarın nahiyyəsinə 1 dəfə zərbə endirmişdir. Həmin zərbədən sonra Yaqut qışqıraraq dayanmağını deyib qaçmağa çalışmışdır. O, sağ əli ilə Yaqutun saçlarından tutub arxaya doğru çəkərək onun qoltuğunun altına, qarnına, boğazına çoxsaylı bıçaq zərbələri vurmuşdur. Qoltuqaltına bıçaq vuran zaman bıçaq Yaqutun sol qoluna da girmişdir. Yaquta çoxsaylı bıçaq zərbələri vurduqdan sonra o, yerə yıxılmışdır. Yerə yıxıldıqdan sonra təxminən 10 dəqiqə müddətində Yaqut can vermişdir. O, özü polisə könüllü təslim olmuşdur. Hazırda o yalnız övladının atasız böyüyəcəyinə görə peşmandır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Yaqut və o oğluna görə boşanmaqdan imtina etmişlər. O, Yaqutun ona xəyanətindən şübhələndiyi üçün xalasına, yəni Yaqutun anasına demişdir. Yaqutun anası ona demişdir ki, özü ailə qurmuş və özü bu məsələni həll etsin. Son 5 ay ərzində o Yaqutun ona xəyanət etməsindən şübhələnmişdir. Yaqutun axşam evə gəlmədiyi və ya onun Yaqutu kafedə axtarmağı kimi bir hal olmamışdır. Yaqutun ona başqa adla harasa getdiyini deyib hansısa maşına minib getdiyi kimi hal olmamışdır. Yaqut onunla ailə qurmamışdan əvvəl müğənnilik fəaliyyəti ilə məşğul olmuşdur. Yaqut Moskvada konsert verərkən kişi ilə bir evdə qalmamışdır. Onların son 5 aya qədər evliliklərində ər-arvad arasında olan münasibətləri davam edirmiş. Həyat yoldaşında zöhrəvi xəstəliyi yox imiş. Yaqut “Ədiş” adlı şəxsə sinəsini və dodaqlarının şəklini göndərmişdir. ”Ədiş” isə bütün bədənin lüt videosunu Yaquta göndərmişdir. O, Yaqutu xəstəxanaya çatdırmaq imkanının olubolmadığını bilmir. Yaqut qanaxmadan ölmüşdür. O, Yaquta neçə bıçaq zərbəsi vurduğunu xatırlamır. Yaqutu öldürdüyü ev Yaqutun adınadır. Həmin evdə onun əşyaları yoxdur. Onun Yaqutu öldürməyinin səbəbi Yaqutun şəkilləri imiş. Yaqut onunla evlənməzdən əvvəl beyin əməliyyatı keçirmişdir. Həmin vaxt o Moskvada imiş. Yaqutu tanıyan hər kəs onun içki içdiyini bilir. Onun oğlu da bu faktı təsdiq edə bilər. Yaqut “Ədiş”-in adını “Aynur Könka” olaraq yazmışdır. Yaqut hər gün onların adlarını dəyişdirirmiş. O, “Ədiş” və “İbo” adlı şəxslərlə görüşməmişdir. O, təkcə “Kənan” adlı şəxslə əvvəllər görüşmüşdür. “Kənan” adlı şəxs ona Yaqutla işbirliyi olduğunu demişdir. Amma o sonra “Kənan” adlı şəxslə Yaqutun bir-birinə intim məzmunlu mesajlar yazdığını görmüşdür. O, dəfələrlə Yaqutdan bu mesajlar barədə soruşmuş, amma Yaqut heç nəyi boynuna almamışdır. Yaqut gecələr evə saat 02:00, 03:00, 05:00 radələrində gəlirmiş. Yaqut ona pul verərək, onu saxlamamışdır. Heç vaxt evdən pul yoxa çıxmamışdır. Yaqutun evdə pulu olmurmuş, pulların hamısı anasında olurmuş. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, mərhum Zərərçəkmiş şəxs bacısıdır. Həmçinin, təqsirləndirilən şəxs onun doğma xalası oğludur. Cinayət hadisəsinə kimi son dövrlərdə Təqsirləndirilən şəxs və bacısı Yaqut arasında olan məsələlərə görə onunla Təqsirləndirilən şəxs da arasında ədavət yaranmışdır. Belə ki, bacısı Zərərçəkmiş şəxs vəfat etməzdən 1 həftə əvvəl onunla əri Təqsirləndirilən şəxs arasında söz-söhbət yaranmışdır. Zərərçəkmiş şəxs ona zəng edərək anasına və ona demişdir ki, artıq bu evlilikdən bezib, çünki gecə yatandan sonra əri Təqsirləndirilən şəxs onun mobil telefonuna daxil olub onun dostlarına, aparıcılara, müğənnilərə və bir çox iş adamlarına onun adından qeyri-söhbətlər yazır. O, telefondan onların evindəki davanı eşidib bacısı Yaqutgilə getmişdir. O, evə gedəndə artıq Təqsirləndirilən şəxs evdən çıxıb getmişdir. Bir dəfə də bacısı əri Təqsirləndirilən şəxs evdən çıxarmağı ilə bağlı DİN-nin xidmətinə zəng etmiş və Təqsirləndirilən şəxs Polis Şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs da ona “bacın məni yenə bu vəziyyətə qoydu” mesajını yazaraq stolda əyləşən polis əməkdaşlarının paqonunun şəklini çəkib atmışdır. O, yenə nə baş verdiyini soruşmuşdur. Bacısı da ona demişdir ki, Təqsirləndirilən şəxs onun telefonunu götürüb onun adından kişilərə əxlaqsız mesajlar yazır və həmin adamlar da səhər açılanda ona zəng edirlər. Bu hadisələrdən sonra onların evlərində söz-söhbət başlamışdır. Həmçinin, bacısının evindən pul itəndə də bacısı Zərərçəkmiş şəxs bununla bağlı polisə müraciət etmişdir. Əslində onların evində söz-söhbət pula görə yaranırmış. Bacısı Zərərçəkmiş şəxs şou biznes aləmində bütün toy məclislərinə onunla birlikdə getmiş və onunla birlikdə qayıtmışdır. Son dövlərdə bacısı Yaqutun ailəsində söz-söhbət yaranmışdır. Bacısı Zərərçəkmiş şəxs ondan hər şeyi gizlədirmiş. Hadisə baş verən gün o işlədiyi kanalda çəkilişə gedirmiş, səhər saat 11:12 radələrində bacısı Zərərçəkmiş şəxs ona mesaj yazaraq efirdən sonra ona zəng etməyini, görüşmələrini yazmışdır. O, hadisənin şahidi olmamış, hadisəni görməmişdir. O, təqsirləndirilən şəxslə barışmamış, o bacısını itirmiş, 10 yaşlı uşaq anasını itirmişdir. Anası qızını itirdiyinə görə səhhəti pisləşmişdir. O, təqsirləndirilən şəxsin bacısını xüsusi amansızlıqla öldürdüynə görə onun ömürlük azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edir. Proses iştirakçılarının suallarını cavablandıraraq zərərçəkmiş şəxsin hüquqi varisi Şəlalə İsgəndərova bildirmişdir ki, əvvəllər Təqsirləndirilən şəxs bacısının müğənni olmasına qarşı çıxmırmış. Lakin son vaxtlarda Təqsirləndirilən şəxs toy məclislərinə gedib bacısı Zərərçəkmiş şəxs pul tələb edirmiş. İndi güya hadisəni qısqanclıq zəmnində törətmişdir. Qısqanan kişi arvadının Moskva şəhərinə aylarla getməsinə icazə verməzmiş. Bacısı Moskvada olanda Təqsirləndirilən şəxs gəlib kartı ondan alırmış və kartdan pulu çəkirmiş. Sonra bacısına mesaj yazırmış ki, qardaşı da odur, atası da odur. İndi isə bir mesaja görə bacısını sürüyə-sürüyə evində öldürmüşdür. Bacısı Moskva şəhərində qalanda pul gətirəcəyinə görə Təqsirləndirilən şəxs heçnə demirmiş. Zərərçəkmiş şəxs bir gün evə pul gətirməyəndə evdə söz-söhbət yaranırmış. Axırıncı dəfə də Təqsirləndirilən şəxs bacısından pul istəmişdir. 10.000 manat adı ilə Təqsirləndirilən şəxs «Rentcar»dan maşın icarəyə götürmüşdür. Halbuki bacısı özü ona demişdir ki, o, əri Təqsirləndirilən şəxs maşın almışdır ki, taksi sürsün. Bacısının adından yazılan əxlaqsız mesajları Təqsirləndirilən şəxs yazmışdır. Onun bacısı da, dostları da ona demişlər. Bacısı gecə adətən saat 23:00-da yatır, bacısı yatandan sonra Anar bacısının barmağını telefonuna qoyub kilidi açaraq, yaxud oğlunun vasitəsilə kilid kodunu öyrənərək onun adından mesajlar yazırmış. Onun bacısı əsla əxlaqsız mesajlar yazmaz. Bütün şou biznes bacısının ağır təbiətli, namuslu xanım olduğunu bilir. Zərərçəkmiş şəxsin hüquqi varisi Şəlalə İsgəndərovanın istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şəlalə İsgəndərovanın ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 2-ci cild 24-27-ci vərəqələrində olan ifadəsində Şəlalə İsgəndərova aşağıdakıları göstərmişdir: «...mərhum bacısının Təqsirləndirilən şəxs tərəfindən pula görə öldürüldüyünü düşündüyünü, Təqsirləndirilən şəxs bacısı Zərərçəkmiş şəxs xəyanət etdiyini, Anar özü başqa kişilərlə bacısının telefonu ilə bacısının adından danışıqlar apardığını, Təqsirləndirilən şəxs bacısının adından yadında qalan “Ədiş” ləqəbli, Ədalət adlı Qubada yaşayan ailəvi dostları ilə danışıq apardığını, bacısı Yaqutun 30.000 manat pulu və təxminən 9.000 manatlıq qızılı olduğunu və mənzildə yataq otağında yerləşən taxtın altında yerləşən bej rəngli yorğanın zamokunu açıb oraya qoyduğunu ona dediyini, Təqsirləndirilən şəxs bacısını pulunu və qızıllarını ələ keçirmək üçün qətlə yetirdiyini düşündüyünü, həmin pulları və qızılları da qardaşları Rasim və Nurlana verdiyini, hadisədən təxminən 3-4 ay əvvəl bacısı ona Anara yığan zaman bir xanımın telefonu götürdüyünü və özünü Anarın arvadı kimi təqdim edib sonuncudan hamilə qaldığını bildirib “sənin qazancın mənim üstümdədi” deyə bildirdiyini, həmin qadın Masazırda salonda işlədiyini, buradan da Anarın bacısını pula görə qətlə yetirdiyi qənaətinə gəldiyini bildrimişdir. Ola bilsin ki, həmin pulları həmin xanıma vermişdir. 2023cü ilin mart ayında Təqsirləndirilən şəxs evlərindən oğurluq etdiyi üçün bacısı ilə aralarında mübahisə baş verdiyini və bacısının “102” xidmətinə şikayət etdiyini, Təqsirləndirilən şəxs evdən oğurluq etdiyi üçün artıq tutulacağını bilib bacısını qətlə yetirərək qalan 30.000 manat pulu və 9.000 manatlıq qızılı da götürdüyünü, oğurladığı qızıllardan əlavə bacısının qızıllarının bir hissəsini Anar lombarda qoyaraq 1300 manat pul götürdüyünü bildirmişdir. …» Proses iştirakçılarının suallarını cavablandıraraq zərərçəkmiş şəxsin hüquqi varisi Şəlalə İsgəndərova bildirmişdir ki, imza onun imzasıdır. O, istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs evdən 30.000 və 9.000 manatlıq qızıl oğurlamış, lombarda qoyaraq 1300 manat pul götürmüşdür. Bacısının ölümündən sonra mənzili təhvil alarkən həmin əşyalar tapılmamışdır. Belə ki, bacısı evə xadimə gətirəndə həmişə qızıl və pulların olduğu yeri ona göstərirmiş, hətta oğlu da pul və qızılın yerini görmüşdür. Bacısı vəfat edəndə polis əməkdaşları ona evə girməyə icazə verməmişlər və evdə dəyərli əşya olub-olmadığını soruşanda o affekt vəziyyətdə olduğunu və heçnə bilmədiyini demişdir. O, evi təhvil alanda evə ilk o girmiş və bacısının həmişə pulu və anasının və onun da qızıllarını qoyduğu döşəyin içinə baxmışdır. O, qızılların olmadığını görmüşdür. Bacısı anasını həkimə aparmaq üçün pul götürəndə döşəyi açıb pulu götürəndə görmüşdür ki, pul yoxdur və söz-söhbətləri də belə başlamışdır. Bacısının ölümü pula görə olmuşdur. O, lombarda getmiş və 2 ay lombardları axtarmışdır. Neftçilər ərazisində yerləşən lombardın sahibi ona danışmışdır ki, Təqsirləndirilən şəxs 3 saylı İstintaq Təcridxanasından ona zəng edərək qızılları satmağını tapşırmışdır. Təqsirləndirilən şəxs bacısını öldürüb, onun və anasının qızıllarını lombardda satdırmışdır. Müsəntiq həmin lombardın sahibini də istintaq zamanı dindirmişdir. Məhkəmə iclasında şahid qismində dəvət olunmuş Şahid4 Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə əsasən təqsirləndirilən şəxs qardaşı olduğundan, öz qardaşına qarşı ifadə vermək istəmədiyini bildirdiyindən məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid4 cinayət işinin 2-ci cild 42-45-ci vərəqələrində olan ifadəsindən görünür ki, onlar ailədə 4 qardaş, 1 bacıdır. Qardaşları Təqsirləndirilən şəxs, Şahid5 və Ruslan Həşimov, bacısı Könül Həşimovadır. xx.xx.2023-cü il tarixdə günorta saat 3 radələrində böyük qardaşı Ruslan ona telefonla yığaraq qardaşı Anardan xəbərinin olub-olmamasını soruşmuş, bu zaman o şok keçirmişdir. O, qardaşı Ruslandan Anarın kimi öldürdüyünü soruşduqda o, arvadı Yaqutu öldürdüyünü demişdir. Bundan sonra o Ruslandan bu barədə hardan məlumat aldığını soruşan zaman sonuncu ona internetdə bu haqda xəbər paylaşıldığını bildirmişdir. O, həmin gün səhər saat təxminən 8-dən Günəşli qəsəbəsində kərpic zavodunda olmuşdur. Hadisədən xəbər tutduqdan sonra o Günəşlidən qaldığı Pirşağı qəsəbəsinə getmişdir. Səhəri gün də Nizami RPİ-yə gəlmişdir. Qardaşı Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs münasibəti barədə çox bir şey bilmir. Lakin son zamanlarda onların aralarında söz söhbət olmasını eşidirmiş. Söz söhbətlər də Anarın Yaqutu qısqanmasına görə imiş. Hətta bir neçə dəfə Anarın qısqandığı üçün Yaqutu güddüyünü də eşitmişdir. Bunları ona Anar özü demirmiş, ətrafdan qulağına çatırmış. Hadisədən sonra dəqiq bilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qısqandığı üçün öldürmüşdür. Şəlalə İsgəndərovanın dedikləri böhtandır. Təqsirləndirilən şəxs ağlı başında birisi olmuşdur. O, pula görə öz həyat yoldaşını, balaca uşağının anasını qətlə yetirməz. Pula ehtiyacı olardısa, borc götürərmiş yaxud başqa nəsə edərmiş. O, Yaqutu qısqandığı üçün öldürmüşdür. Həm də inanmır ki, Zərərçəkmiş şəxs evində 30.000 manat pul, 9.000 manatlıq da qızıl olar. O ki qaldı Təqsirləndirilən şəxs götürdüyü pulları və qızılı ona verməsinə, bu, sadəcə, gülünc səslənir. Həmin gün Təqsirləndirilən şəxs bildiyi qədəri ilə özü könüllü hadisədən sonra polisə təslim olmuşdur. O da Təqsirləndirilən şəxs həmin gün, ümumiyyətlə, görməmişdir. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs qətiyyən heç vaxt maddiyat üstündə mübahisə etməmişlər. Sadəcə son zamanlarda Anar Yaqutu qısqandığı üçün aralarında hərdən mübahisə baş verirmiş. Sənan adlı Anarın tanışı olan birisini tanımır. Təqsirləndirilən şəxs başqa bir xanımla danışması və ya münasibətinin olması barədə heç bir məlumatı yoxdur. Onun Biləsuvar rayonu, Ağayrı kəndində yerləşən anası Tahirənin Nurlanla birlikdə yaşadığı ev 4-5 ay bundan öncə evin palçıq kərpicləri sökülmüş və kubiklə yenidən tikilmişdir. Evin içində xırda təmir işləri görülmüşdür. Bunun müqabilində təxminən 10.000 manat pul xərcləmişlər. Həmin evi tikmək üçün Nurlan 6-7 qoyun, 20 quzu satmışdır. Təkcə bunları satanda 6-7 min pul edir. Qalanı da öz yığdıqları pul olmuşdur. Məhkəmə iclasında şahid qismində dəvət olunmuş Şahid5 Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə əsasən təqsirləndirilən şəxs qardaşı olduğundan, öz qardaşına qarşı ifadə vermək istəmədiyini bildirdiyindən məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid5 cinayət işinin 2-ci cild 53-56-cı vərəqələrində olan ifadəsindən görünür ki, qardaşları Təqsirləndirilən şəxs, Şahid5 və Ruslan Həşimov, bacısı Könül Həşimovadır. X19 (Həşimova) da Biləsuvar rayonu Ağayrı kəndində qalır. xx.xx.2023-cü il tarixdə günorta saat 3 radələrində böyük qardaşı Ruslan ona telefonla yığaraq qardaşı Anardan xəbərinin olub-olmamasını soruşmuş, bu zaman o şok keçirmişdir. O, qardaşı Ruslandan Anarın kimi öldürdüyünü soruşduqda o, arvadı Yaqutu öldürdüyünü demişdir. Bundan sonra o Ruslandan bu barədə hardan məlumat aldığını soruşan zaman sonuncu ona internetdə bu haqda xəbər paylaşıldığını bildirmişdir. O, həmin gün Biləsuvar rayonu, Ağayrı kəndində evində imiş. Hadisədən xəbər tutduqdan sonra da maddi imkanı zəif olduğuna görə Bakı şəhərinə gəlməmişdir. Qardaşı Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs münasibəti barədə çox bir şey bilmir. Lakin son zamanlarda onların aralarında söz söhbət olmasını eşidirmiş. Söz söhbətlər də Anarın Yaqutu qısqanmasına görə imiş. Hətta bir neçə dəfə Anarın qısqandığı üçün Yaqutu güddüyünü də eşitmişdir. Bunları ona Anar özü demirmiş. Ətrafdan qulağına çatırmış. Hadisədən sonra dəqiq bilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qısqandığı üçün öldürmüşdür. Şəlalə İsgəndərovanın dedikləri böhtandır. Təqsirləndirilən şəxs ağlı başında birisi olmuşdur. O, pula görə öz həyat yoldaşını, balaca uşağının anasını qətlə yetirməz. Pula ehtiyacı olarmışsa, borca götürərmiş yaxud başqa nəsə edərmiş. O, Yaqutu qısqandığı üçün öldürmüşdür. Həm də inanmır ki, Zərərçəkmiş şəxs evində 30.000 manat pul, 9.000 manatlıq da qızıl ola. O ki qaldı Təqsirləndirilən şəxs götürdüyü pulları və qızılı ona verməsinə, bu, sadəcə, gülünc səslənir. Həmin gün Təqsirləndirilən şəxs bildiyim qədəri ilə özü könüllü hadisədən sonra polisə təslim olmuşdur. O da Biləsuvar rayonunda olmuşdur. Təqsirləndirilən şəxs hadisədən təxminən 10 gün əvvəl Bakı şəhərində evlərinə qapı alan zaman Bakı şəhərində görmüşdür. Bakı şəhərində 20 Yanvarda olan zaman ona Dərnəgüldən qapı almalı olduğunu demişdir. Anar da gəlib onu Dərnəgülə aparıb sonra yenidən rayona qayıtmaq üçün 20 Yanvara düşürmüşdür. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs qətiyyən heç vaxt maddiyat üstündə mübahisə etməmişlər. Sadəcə son zamanlarda Anar Yaqutu qısqandığı üçün aralarında hərdən mübahisə baş verirmiş. Sənan adlı Anarın tanışı olan birisini tanımır. Təqsirləndirilən şəxs başqa bir xanımla danışması və ya münasibətinin olması barədə heç bir məlumatı yoxdur. Şəlalə İsgəndərova düzgün danışmır. Onun Biləsuvar rayonu, Ağayrı kəndində yerləşən anası Tahirə, həyat yoldaşı və övladlarıyla birlikdə yaşadığı evin 4-5 ay bundan palçıq kərpicləri sökülmüş və kubiklə yenidən tikilmişdir. Evin içində xırda tomir işləri görülmüşdür. Bunun müqabilində təxminən 10.000 manat pul xərcləmişlər. Həmin evi tikmək üçün o 6-7 qoyun və 20 quzu satmışdır. Təkcə bunları satanda 6-7 min pul edir. Qalanı da öz yığdıqları pul olmuşdur. Evi tikmək üçün kubiki isə 3-4 il ərzində o əlinə pul keçdikcə kubik alıb həyətə tökdürmüşdür. Sonda isə yetəri qədər kubik olmuş və heyvanları satıb qalanını da yığdığı pulla üstünü düzəldib evin palçıq kərpicini kubiklə əvəz eləmiş və evin içində də xırda təmir işləri gördürmüşdür. Məhkəmə iclasında şahid qismində dəvət olunmuş Şahid6 Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə əsasən təqsirləndirilən şəxs oğlu olduğundan, öz oğluna qarşı ifadə vermək istəmədiyini bildirdiyindən məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid6 cinayət işinin 2-ci cild 58-61-ci vərəqələrində olan ifadəsindən görünür ki, oğlu Təqsirləndirilən şəxs Bakı şəhərində arvadı Zərərçəkmiş şəxs ilə birlikdə qalırmış. Onların Bünyamin adlı övladları vardır. xx.xx.2023-cü il tarixdə günorta saat 3 radələrində qonşular ona internetdə Təqsirləndirilən şəxs adam öldürdüyünü demişlər. Bundan sonra böyük oğlu Ruslan onun yaşadığı evə gələrək oğlu Anardan xəbərinin olub-olmamasını soruşmuş, o da qonşuların bu barədə nəsə dediklərini, lakin inanmadığını demişdir. Ruslan isə ona bunun yalan olmadığını, bütün hamının bu xəbərdən danışdığını bildirmişdir. O, şok keçirərək Anarın kimi öldürdüyünü soruşduqda Ruslan ona Anarın arvadı Yaqutu öldürdüyünü demişdir. Ruslan da Nurlan da o da həmin gün Biləsuvar rayonu, Ağayrı kəndində imiş. Hadisədən xəbər tutduqdan sonra da maddi imkanları zəif olduğuna görə Bakı şəhərinə gəlməmişlər. Oğlu Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs münasibəti barədə çox bir şey bilmir. Lakin son zamanlarda onların aralarında söz söhbət olmasını eşidirmiş. Söz söhbətlər də Anarın Yaqutu qısqanmasına görə imiş. Hətta bir neçə dəfə Anarın qısqandığı uçun Yaqutu güddüyünü də eşitmişdir. Bunları ona Anar özü demirmiş, ətrafdan qulağına çatırmış. Hadisədən sonra dəqiq bilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qısqandığı üçün öldürmüşdür. Şəlalə İsgəndərovanın dedikləri böhtandır. Təqsirləndirilən şəxs ağlı başında birisi olmuşdur. O, pula görə öz həyat yoldaşını, balaca uşağının anasını qətlə yetirməz. Pula ehtiyacı olarmışsa, borca götürərmiş yaxud başqa nəsə edərmiş. O, Yaqutu qısqandığı üçün öldürmüşdür. Həm də inanmır ki, Zərərçəkmiş şəxs evində 30.000 manat pul, 9.000 manatlıq da qızıl olar. O ki qaldı Təqsirləndirilən şəxs götürdüyü pulları və qızılı oğullarına verməsinə, bu, sadəcə, gülünc səslənir. Həmin gün Təqsirləndirilən şəxs bildiyi qədəri ilə özü könüllü hadisədən sonra polisə təslim olmuşdur. O da Biləsuvar rayonunda olmuşdur. Təqsirləndirilən şəxs hadisədən təxminən 1 ay əvvəl Biləsuvar rayonunda görmüşdür. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs qətiyyən heç vaxt maddiyat üstündə mübahisə etməmişlər. Sadəcə son zamanlarda Anar Yaqutu qısqandığı üçün aralarında hərdən mübahisə baş verirmiş. Sənan adlı Anarın tanışı olan birisini tanımır. Təqsirləndirilən şəxs başqa bir xanımla danışması və ya münasibətinin olması barədə heç bir məlumatı yoxdur. Şəlalə İsgəndərova düzgün danışmır. Onun Biləsuvar rayonu, Ağayrı kəndində yerləşən oğlu Nurlanla birlikdə yaşadığı evin 4-5 ay bundan qabaq palçıq kərpicləri sökülmüş və kubiklə yenidən tikilmişdir. Evin içində xırda təmir işləri görülmüşdür. Bunun müqabilində təxminən 10.000 manat pul xərcləmişlər. Həmin evi tikmək üçün oğlu Nurlan 6-7 qoyun və 20 quzu satmışdır. Təkcə bunları satanda 6-7 min pul edir. Qalanı da öz yığdıqları pul olmuşdur. Evi tikmək üçün kubiki isə 3-4 il ərzində Nurlan əlinə pul keçdikcə kubik alıb həyətə tökdürmüşdür. Sonda isə yetəri qədər kubik olmuş və heyvanları satıb qalanını da yığdığı pulla ustunu düzəldıb evin palçıq kərpicini kubiklə əvəz eləmiş və evin içində də xırda təmir işləri gördürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 53 ünvanında lomard dükanı işlədir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ofisinə yaxınlaşaraq 585 əyarlıq 5, 71 qram qızıl və 750 əyarlı 12,83 qram olmaqla cəmi çəkisi 18,54 qram qızıl-zinət əşyalarını girov qoymuşdur. Qızıllar 1 kişi, 2 qadın üzüyü olmaqla 3 ədəd üzük, 1 ədəd qolbaq, 585 əyarlıq sep imiş. Qızılların dəyəri 1200 manat pul edirmiş, Anar isə ondan ödənişləri üçün 1300 manat pul istəmişdir. Anar onların əvvəllər də müştərisi olduğundan və problem yaşamadığından o razılaşmış və Anara 1300 manat pul vermişdir. Anar hər ay 72 manat pul ödəməli imiş. Anar 2 ay müddətində kartdan onun kartına pulu köçürmüş, amma ödənişin 3-cü ayına az qalan müddətdən sonra ödəniş etməmiş və onun nömrəsinə zəng də çatmamışdır. Bir gün tanımadığı nömrədən Anar ona zəng edərək başına iş gəldiyi üçün ofisə gələ bilmədiyini, qızılları sataraq borcunu bağlamağını demişdir. Zəngdən 2 gün sonra həmin qızılları vitrinə qoyaraq satmışlar. O, Anarın əvvəllər girov qoyduğu qızılla sonuncu dəfə girov qoyduğu qızılların eyni olub-olmadığını bilmir. Anar lombarda tək gəlmişdir. Ona zəng edən şəxs adının Anar olduğunu və qızılları sataraq pulu götürməyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs və bacısı X8 keçirilən toy mərasimindən tanımışdır. Yaqut ona həyat yoldaşı ilə yola getmədiklərini və ayrıldıqlarını demişdir. Yaqutla o dost olduğundan Yaqutun əri Anar onu qısqanırmış. O, bundan sonra Yaqutun əri olduğunu bilib Yaqutla Anara onları barışdırmağı, mehriban etməyi təklif etmişdir. O, Anara demişdir ki, Yaqut onun xalası qızıdır, ailəsindən muğayət olsun. O, Yaqutla “Whatsapp” sosial şəbəkəsində yazışmışdır. Yaqut ona ömrüm yazmışsa, o da ona ömrüm yazmışdır. O, Yaquta səsli mesaj atmışdır. Yaqut banka borcu olduğunu dediyindən o dost kimi Yaqutun kartına pul da köçürüb ona borc pul vermişdir. Anar Yaqutun mobil telefonunu götürüb “Whatsapp” sosial şəbəkəsindən ona mesajlar yazmışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, o, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Anar ona Yaqutun əri olduğunu deyəndə o onunla görüşməyə cəhd etmişdir. Anar ondan olduğu yerin məkan paylaşımını istəyəndə o məkan paylaşımını, yəni konumu Anara göndərmişdir. Anar sonra ona zəng edib etdiklərini Yaquta deməməyini istəmişdir. Onun adı Ədalətdir. Amma yaxınları ona “Ədiş“ deyir. O, Yaqutun evli olduğunu bilməmişdir. Anar Yaqutun mobil telefonunu götürüb “Whatsapp” sosial şəbəkəsindən ona intim məzmunlu mesajlar yazmışdır. O, şübhələnmiş və Yaqutdan soruşanda Yaqut demişdir ki, mesajları ona özü göndərməmişdir. Onun telefonunda Yaqutun şəkli olması sübut edilsin. Ona intim məzmunlu mesaj gələndə o sərxoş olduğundan eyni məzmunlu mesajlar yazırmış. Şahid1 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 2-ci cild 147-150-ci vərəqələrində olan ifadəsində Şahid1 aşağıdakıları göstərmişdir: «... Təxminən 2013-cü ildə Zərərçəkmiş şəxs Qubada keçirilən toy mərasimindən tanımış, sonuncu Qurban adlı şəxsin toyuna oxumaq üçün gəlmişdir. Yaqut həmin toy mərasiminə Şəlalə adlı bacısı ilə birlikdə gəlmiş, onlar bir masa arxasında əyləşib yeyib-içmişlər. Yaqutla həmin vaxtlarda yaxın münasibəti yaranmamışdır. Lakin 3 aya yaxındır ki, Zərərçəkmiş şəxs onunla yazışmağa başlamış, sonuncu ona “whatsapp” proqramı vasitəsilə yazaraq münasibət yaratmışdır. Mərhum Zərərçəkmiş şəxs ona “ömrüm, aşkım, dünyamsan, dünyam dağılsa da, bircə sən” tipli mesajlar yazmışdır. Zərərçəkmiş şəxs özünü ona subay kimi təqdim etmiş, o, Yaqutu subay bilmiş, evli olduğunu bilsəydi, danışmazmış. Zərərçəkmiş şəxsyla 2 ay danışdığı müddətdə onlar sevgili münasibətində olmuşlar. O, ayrı-ayrı vaxtlarda ümumilikdə təxminən 2000 manata yaxın pul Zərərçəkmiş şəxs istəyi üzrə göndərmiş, həmin pulu sonuncu ehtiyacları üçün xərcləmişdir. O da Yaqutla sevgili münasibətində olduğu üçün pul istədikcə göndərmişdir… Zərərçəkmiş şəxs 2023-cü ilin oktyabr ayının əvvəllərində Xaçmaz rayonunda dəniz kənarında Yaqutun “Chevrolet” markalı “Cruze” modelli avtomobilində yaxın münasibətdə olmuşlar. ...İş materiallarında olan 0:23, 0:16 və 0:30 saniyədən ibarət “whatsapp” səs yazıları ona məxsusdur. Həmin səs yazılarını o, mərhum Zərərçəkmiş şəxs göndərmiş, sonuncu ilə hərdən axşamlar virtual şəkildə intim məzmunda söhbətlər aparmışlar. Həmin səs yazılarını həmin məqsədlə göndərmişdir. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, o, istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin mesajlar olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, “Dünya TV” də 6-7 ildir ki, aparıcı işləyir. O, Təqsirləndirilən şəxs əyani olaraq görməmiş, tanımır. O, Yaqutun bacısı Şəlalə İsgəndərova ilə iş yoldaşıdır. O, 6-7 ildir ki, apaıcı olduğu verlişə müxtəlif müğənni və incəsənət adamlarını dəvət edir. Zərərçəkmiş şəxs ilə münasibəti efirlə bağlı olmuşdur. Zərərçəkmiş şəxs onun verlişinə bircə dəfə bacısı Şəlalə İsgəndərovanın dəvəti ilə gəlmişdir. Yəni onun Yaqutun özü ilə əlaqəsi olmamışdır. Onun Yaqutla 1 ildən çox müddətdə yazışmaları olmuşdur. Məsələn, o sosial şəbəkədə statusa və ya profilə şəkilə qoyanda Yaqut ona “əla işarəsi olan smaylik” göndərmiş və ya onun şəkillərinə “əla işarəsi olan smaylik” göndəmişdir. Xatırlamadığı tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs öz mobil nömrəsindən ona zəng edərək onun həyat yoldaşı ilə intim məzmunda mesajlaşdığını və həmin mesajları yayaraq onu biabr edə biləcəyini demişdir. O, Təqsirləndirilən şəxs demişdir ki, o Yaqutun ailəli olduğunu bilmirmiş, üzr istəməli bir hal varsa üzr istəyir. O, hətta Təqsirləndirilən şəxs canlı olaraq da üzr istəmək üçün üzbəüz görüşməyi təklif etmişdir. Təqsirləndirilən şəxs ona 1-2 saat ərzində zəng edəcəyini demişdir. O, sonradan özü Təqsirləndirilən şəxs zəng edəndə Anar Masazır ərazisində dostları ilə oturduğunu bildirmişdir. O, yenidən Təqsirləndirilən şəxs bildirmişdir ki, günün hansı saatında istəsə görüşməyə hazırdır, yanlış anlaşılmaya görə üzr istəyəcək. Təqsirləndirilən şəxs ona yeyib-içdiyini və halının yaxşı olmadığına görə görüşə bilməyəcəyini, məsələnin bağlandığını demiş, həmçinin ona zəng etdiyini Yaquta deməməyi tapşırmışdır. Təqsirləndirilən şəxs demişdir ki, Yaqutun xəbəri olsa, onun həyat yoldaşı da müğənni olduğundan mesajlara görə sosial mediyada onlar biabr ola bilər. Sonra Təqsirləndirilən şəxs ona demişdir ki, həmin mesajları ona özü yazmışdır, həmçinin onun kimi şübhələndiyi bir neçə kişiyə də mesajlar yazmışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs öz mobil nömrəsindən ona zəng etmişdir. Təqsirləndirilən şəxs ondan başqa mesaj yazdığı kişilərin adlarını ona deməmişdir. Onun verlişinin adı “İboshow” olduğu üçün ona ətrafında hər kəs “İbo” olaraq müraciət edir. Yaqutla intim məzmunda 1-2 mesajları olmuşdur. Anar etiraf etmişdir ki, həmin mesajları özü ona yazmışdır. Yaqut onun verlişində ailə suallarının verilməməsini, elə bir münasibəti olmadığını demişdir. Lakin Yaqutun boşandığını dəqiq bilmirmiş, o sadəcə elə düşünürmüş ki, Yaqut boşanmışdır. Şahid2 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 173-175, 77-79-cu vərəqələrində olan ifadəsində Şahid2 aşağıdakıları göstərmişdir: «... Zərərçəkmiş şəxs aparıcısı olduğu verlişə qonaq kimi dəvət olunduqdan sonra tanımışdır. Zərərçəkmiş şəxs verlişinə aparıcı kimi gəldikdən 1 müddət sonra o, Yaqut Həşimovla “whsatsapp” proqramında yazışmağa başlamışdır. O, Yaqutu ərindən boşanmış biri kimi bilmiş, evli olduğunu bilsəymiş, yazışmazmış. Onlar 8-9 ay bundan öncə “whsatsapp” proqramı vasitəsilə yazışmağa başlamışlar. Onlar gecə saatlarında “whatsapp” proqramı vasitəsilə intim şəkildə yazışmışlar. ...İş materiallarında olan, Təqsirləndirilən şəxs tərəfindən istintaqa təqdim olunan “whatsapp” proqramında “İbo Dtv” kimi qeyd olunan şəxs odur. Həmin intim mesajları o, Zərərçəkmiş şəxs göndərmiş, sonuncu ilə onlar virtual şəkildə intim yazışmışlar …» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, imzalar onun imzasıdır. O, istintaq zamanı ifadə verərkən müstəntiq ona demişdir ki, Anarın ona zəng etməyi və digər halları məhkəmədə bildirsin. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, 6 ildir ki, ünvan 3 ünvanında yerləşən binalarda komendant işləyir. Təqsirləndirilən şəxs və arvadı mərhum Zərərçəkmiş şəxs 10 ildir ki, ev 5, mənzil 61-də yaşayırmışlar. Həmin evi Zərərçəkmiş şəxs almışdır. X20 ailə həyatı qurmuşdur. Hadisəyə qədər onlar ailə olaraq həmin evdə yaşayırmışlar. Son 6-7 ay, 1 il olarmış ki, Anar evə hərdən gəlirmiş, deyəsən ailədə soyuq münasibətlər var imiş. Lakin o onların ailədaxili məsələləri barədə məlumatsızdır. Kommunal xərcləri Anar yox, Yaqut xanım ödəyirmiş. Son vaxtlar 1000 manat borc pul yaranmış, indi həmin borcları Yaqut xanımın bacısı Şəlalə xanım ödəyir. Əvvəllər Yaqut ona demişdir ki, Anar maaş alanda kommunalı ödəyəcək. O, Anardan soruşanda isə Anar pulu gətirəcəyini desə də gətirməmişdir. Yaqut xanım ona demişdir ki, toylara gedib pul qazanan kimi borcu ödəyəcəkdir. O, bir müddət gözləsə də onlar borcu ödəməmişlər. O, qonşu olduqları üçün anlayışla qarşılamışdır. Anar sakit və başıaşağı insan olmuşdur. O, Anarın ailədə necə insan olduğunu bilmir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış iş üzrə şahid X6 ifadəsindən görünür ki, xalası Şəlalə İsgəndərova, xalasının əri Şahin İsgəndərov, xalasının oğlu Murad İsgəndərov, dayısı İlkin Nərimanov, dayısının arvadı Təranə Nərimanova, dayısının oğulları Kənan Nərimanov və Nəriman Nərimanov, dayısının qızı Nigar Nərimanzadə, ana babası Himayət Nərimanov, nənəsi Rəna Nərimanova ilə bir yerdə yaşayır. 10 nömrəli məktəbin 4-cü sinif şagirdidir. Məktəbi xalasıgilin evinə yaxın olduğu üçün onlarda qalır. Həftə sonları isə atası ilə anasının yanında qalmışdır. Atası Təqsirləndirilən şəxs ilə anası Zərərçəkmiş şəxs ünvan 4-də bir yerdə yaşamışlar. Atası əvvəllər avtomobil ehtiyat hissələri mağazasında satıcı kimi işləmiş, sonradan isə heç bir işlə məşğul olmamağa başlayıb gündəlik dolanışığını anasından almışdır. Anası da müğənni kimi fəaliyyət göstərərək ayrı-ayrı şadlıq saraylarında, məclislərdə ifa etmişdir. Anası hərdən Quba, Qusar rayonlarında olan məclislərdə də iştirak etmişdir. Son vaxtlar atası Təqsirləndirilən şəxsla anası Zərərçəkmiş şəxs tez-tez mübahisələr etmiş, mübahisələrin səbəbi atası Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs qısqanması olmuşdur. Anası müğənni fəaliyyəti ilə məşğul olduğu üçün atası anasının xəyanət etməsindən, başqa kişilərlə danışmasından şübhələndiyi üçün aralarında tez-tez mübahisələr baş vermişdir. Atası o dərəcə anasını qısqanmışdır ki, bəzən anasının getdiyi yerləri gizlin arxasınca gedərək güdmüşdür. Bundan başqa atası anasından tez-tez xərcləmək üçün pul istədiyi üçün anası ilə mübahisələr etmiş, mübahisələr zaman keçdikcə daha tez-tez baş vermişdir. Atası Təqsirləndirilən şəxs ən son bu ilin sentyabr ayında, anasını isə oktyabr ayının 15-də görmüşdür. O, son vaxtlar xalasıgildə qaldığı üçün valideynlərini az-az görmüşdür. 16 oktyabr 2023-cü il tarixdə günorta saatlarında evdə olarkən nənəsi Rəna saçını yolaraq “qızımı öldürdülər” deyə bildirmiş və onunla nənəsi atası ilə anasının yaşadığı ünvan 4 ünvanına getmiş, orada ona anasının atası tərəfindən qətlə yetirildiyini bildirmişlər. Atası ilə anası tez-tez mübahisə etmiş, atası anası ilə mübahisə edən zaman şifahi formada öldürəcəyini arada demiş, lakin atasının anasını öldürməyə yönəlik hansısa hərəkət etməsini görməmişdir. Atası Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs qısqanclıq səbəbindən öldürdüyünü düşünür. Çünki atası son dönəmlərdə anasını həddən artıq qısqanmışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış iş üzrə Şahid7 ifadəsindən görünür ki, qızı Şəlalə İsgəndərova, qızının əri Şahin İsgəndərov, nəvəsi Murad İsgəndərov, oğlu İlkin Nərimanov, oğlunun arvadı Təranə Nərimanova, nəvələri Kənan Nərimanov və Nəriman Nərimanov, Nigar Nərimanzadə, əri Himayət Nərimanov, və mərhum qızı Zərərçəkmiş şəxsnm oğlu Bünyamin Həşimovla bir yerdə yaşayır. Bünyamin Həşimov 10 nömrəli məktəbin 4-cü sinif şagirdidir. Bünyaminin məktəbi onların evinə yaxın olduğu üçün sonuncu onların evində qalır. Həftə sonları isə atası və anasının yanında qalmıdır. Kürəkəni Təqsirləndirilən şəxs ilə qızı Zərərçəkmiş şəxs ünvan 4-də bir yerdə yaşamışlar. Kürəkəni Təqsirləndirilən şəxs əvvəllər avtomobil ehtiyat hissələri mağazasında satıcı kimi işləmiş, sonradan isə heç bir işlə məşğul olmamağa başlayıb gündəlik dolanışığını qızı Yaqutdan almışdır. Yaqut da müğənni kimi fəaliyyət göstərərək ayrı-ayrı şadlıq saraylarında, məclislərdə ifa etmiş, qızı Yaqut hərdən Quba, Qusar rayonlarında olan məclislərdə də iştirak etmişdir. Təqsirləndirilən şəxs onun doğma bacısının oğludur. Anarla Yaqut 2013-cü ildə ailə həyatı qurmuş, onlar rəsmi nikahda olmuşlar. Son vaxtlar kürəkəni Təqsirləndirilən şəxsla qızı Zərərçəkmiş şəxs tez-tez mübahisələr etmiş, mübahisələrin səbəbi kürəkəni Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxsm qısqanması olmuşdur. O, onların çox ailə işinə qarışmasa da, lakin qızı hərdən ona Anarm onun müğənni fəaliyyəti ilə məşğul olduğu üçün xəyanət etməsindən, başqa kişilərlə danışmasından şübhələndiyindən aralarında tez-tez mübahisələr baş verdiyini demişdir. Hətta kürəkəni o dərəcə qızını qısqanmışdır ki, bəzən qızının getdiyi yerləri gizlin arxasınca gedərək güdmüşdür. Bu barədə də mərhum qızı Yaqut ona dedikdən sonra bilmişdir. Bundan başqa kürəkəni Anar qızı Yaqutdan tez-tez xərcləmək üçün pul istədiyi üçün aralarında mübahisələr baş vermiş, zaman keçdikcə qızı Yaqut tez-tez ona bu barədə şikayətlərini bildirməyə başlamışdır. Qızı Yaqutun qızılları, pulları onda olmuşdur. Qızı Yaqut və Anar evdə olmadığı üçün, evdə heç kəs olmadığından qızı Yaqut pulları və qızılları ona vermişdir. Ola bilsin ki, öz evində də Yaqutun pulu, qızılı olmuş, lakin nə qədər qızıl, nə qədər pulunun olmasını bilmir. 16 oktyabr 2023-cü il tarixdə günorta saatlarında evdə olarkən, evdə təşviş düşdüyünü görüb ərindən nə baş verdiyini soruşduqda əri təşviş içində “gedirəm Yaqutlgilə gəlirsən, gəl” demiş, o da nəvəsi Bünyaminlə bir yerdə ərinin arxasınca gələrək qızı Yaqutun yaşadığı ünvan 4 ünvanına getmiş və orada ona qızı Yaqutun əri Anar tərəfindən qətlə yetirildiyini bildirmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatətinə əsasən, elan olunmuş əlavə şahid X3 cinayət işinin 1-ci cild 198-200-cü vərəqələrində olan ifadəsində görünür ki, Zərərçəkmiş şəxs vaxtilə işlədiyi “Altun Buta” şadlıq sarayından tanımış, o, həmin şadlıq sarayında adminstrator kimi işləmiş, Zərərçəkmiş şəxs isə müğənni kimi həmin şadlıq sarayına gələrək mahnı ifa etmiş, sonuncu ilə münasibəti dost kimi olmuş, Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs da təxminən 2 il bundan öncə tanımışdır. Təxminən 2 il bundan öncə Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs ona öz nömrəsi ilə telefonla yığaraq “sən kimsən?” deyə soruşmuş, o da cavab olaraq “başa düşmədim? Sən kimsən?” deyə bildirmiş, Təqsirləndirilən şəxs da ona Zərərçəkmiş şəxs əri olduğunu və onunla görüşmək istədiyini bildirmişdir. O da Təqsirləndirilən şəxsla Nərimanov rayonu ərazisində xatırlamadığı ünvanda görüşmüş və sonuncu ona nə üçün nömrəsinin arvadı Zərərçəkmiş şəxs telefonunda qeyd edildiyini soruşmuş, o isə Anara arvadının onların şadlıq sarayında müğənni kimi oxuduğunu, aralarında heçnə olmadığını, sadəcə, dost olduqlarını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla ortaq nöqtəyə gəlmiş və birbirilərini başa düşmüşlər. O, Zərərçəkmiş şəxs ilə qətiyyən başqa bir niyyətlə danışmamış, aralarında dostluqdan başqa heç bir münasibət olmamış, ola da bilməzmiş. O, Zərərçəkmiş şəxs evli biri olduğunu da bilmişdir. İş materiallarında olan, Təqsirləndirilən şəxs tərəfindən istintaqa təqdim olunan “whatsapp” proqramında “KƏNAN BUTA” kimi kontakta qeyd olunan şəxs odur. Həmin mesajları o, Zərərçəkmiş şəxs göndərmiş, sonuncu ilə o, dost olmuşdur. Yaquta axşamlar çoxlu zəng etməyinin, mesaj yazmağının səbəbi işlə əlaqəli olmuş, çünki Yaqut müğənni, o isə adminstrator olduğu üçün əsasən onların işləri gecə saatlarında olur. Ona görə onlar gecə saatlarında çox yazışıb danışmışlar. Lakin Zərərçəkmiş şəxs ilə qətiyyən başqa bir niyyətlə yazışmamış və danışıq aparmamış, sonuncu ilə işdən kənar da heç vaxt görüşməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 5-21-ci vərəqələrində olan və tədqiq edilərək araşdırılmış «Hadisə yerinə baxış keçirilməsi haqqında» 16 oktyabr 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsindəki 5 nömrəli binanın 61 nömrəli mənzilidir. Yataq otağının girəcəyində yerdə, iki ədəd qurumuş vəziyyətdə qanabənzər ləkələr mövcuddur. Həmin qanabənzər ləkələrdən 2 ədəd steril pambıqlı çubuqlar vasitəsilə nümunələr götürülərək qablaşdırılmışdır. Yataq otağında olan çarpayının üzərindəki qanabənzər ləkələrlə bulaşıqlı tünd qəhvəyi rəngli yastıq üzü iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Yataq otağında olan ikinəfərlik çarpayının sol tərəfində yerdə, döşəmə üzərində üzəri bənövşəyi rəngli mələfə ilə yarımörtülü vəziyyətdə qadın cinsli meyit vardır. Baxış iştirakçısı X7 həmin meyitin bacısı Zərərçəkmiş şəxs aid olduğunu bildirmişdir. Meyitin üzərində müxtəlif nahiyələrdə xəsarətlər vardır. Meyitin baş nahiyəsinin ətrafında döşəmə üzərində olan qanabənzər ləkələrdən maye topası vardır. Meyitin sağ yan tərəfində divara söykədilmiş güzgülü şkafın üstündə, üzərində qanabənzər ləkələr olan 1 ədəd açılmış vəziyyətdə qara rəngli açılıb-bağlanan tipli bıçaq və 1 ədəd şəffaf rəngli içərisi boş, üzərində qanabənzər ləkələr olan bokal vardır. Həmin bokal və bıçaq iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılmaqla götürülmüşdür. Baxış zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 22-32-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Meyitə baxış keçirilməsi haqqında 16 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, meyitin boynun aşağısında, çənəaltı nahiyədə, sol qoltuqaltı nahiyədə, qarnın ön divarında, sağ qabırğa, qövsü nahiyəsində yaralar vardır. Sağ qaşüstü nahiyədə, sol bazunun yuxarı səthində, sol saidin aşağı ön səthində, qarnın sol yarısının ön səthində qabırğa qövsü səviyəsində yaralar vardır. Sol bazunun bayır səthində solğun qırmızımtıl göyümtül rəngli qeyri müəyyən formalı qançır vardır. Başın sağ alın gicgah təpə və ənsə nahiyələrində geniş sahəni tutan hematoma vardır, hematoma səthi sıyrıqlıdır. Meyitin xarici müayinəsi zamanı gözlə görünən digər xəsarət və ya xəsarət izləri aşkar olunmamışdır. Baxış zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 35-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 oktyabr 2023-cü il tarixli təqsirini boynuna almaqla könüllü gəlmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis idarəsinə gələrək, həyat yoldaşı Zərərçəkmiş şəxs bıçaqla öldürdüyünü bildirmişdir. Cinayət işinin 1-ci cild 81-92-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 17 oktyabr 2023-cü il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, baş vermiş hadisəni əyani surətdə göstərmişdir. İfadənin yerində yoxlanılması zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 2-ci cild 109-117-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış istintaq eksperimentinin aparılması haqqında 22 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, istintaq eksperimentinin keçirilməsi zamanı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə arvadı Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş münaqişə zamanı bokal və sonradan bıçaqla Zərərçəkmiş şəxs hansı qaydada və ardıcıllıqla yetirdiyi zərbələri tam təfsilatı ilə göstərmiş və həmin xəsarətlərin Təqsirləndirilən şəxs göstərdiyi qaydada yetirilməsinin mümkün olması qənaətinə gəlinmişdir. İstintaq eksperimenti zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 210-215-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X11” X18 14 noyabr 2023-cü il tarixli 205 nömrəli meyitin ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyiti məhkəmə-tibbi müayinə olunarkən bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: A) Sol qoltuqaltı nahiyənin daxilə nüfuz edərək ağciyərləri zədələyən 2 ədəd deşilmiş kəsilmiş yarası, sağ körpücüküstü nahiyənin daxilə nüfuz edərək sağ ağciyəri zədələyən 1 ədəd deşilmiş kəsilmiş yarası, boynun iri qan damarlarını zədələyən sol çənəaltı nahiyənin 1 ədəd deşilmiş kəsilmiş yarası, B) Sol körpücüküstü nahiyənin 1 ədəd, qarnın ön divarının xəncərəbənzər çıxıntı proyeksiyasının 1 ədəd, sağ qabırğa qövsü nahiyəsinin 1 ədəd (ümumilikdə 3 ədəd) daxilə nüfuz etməyən deşilmiş kəsilmiş yaraları. C) Sağ qaşüstü nahiyənin 1 ədəd, sol bazunun 1 ədəd, sol saidin 1 ədəd, qarnın sol yarısının ön səthinin 1 ədəd (ümumilikdə 4 ədəd) kəsilmiş yaraları. D) Sol bazunun qançırı, başın sağ alın-gicgah-təpə və ənsə nahiyələrini əhatə edən hematoması və sıyrığı. Qeyd, edilən xəsarətlər həyatidirlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə alınmaları mümkündür, kəsilmiş və deşilmişkəsilmiş yaralar iti kənarlı deşici-kəsici əşyanın (əşyaların, ola bilsin bıçaq) təsirindən, qançır, hematoma, sıyrıq bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, boynun iri qan damarlarını zədələyən 1 ədəd və daxilə nüfuz edən 3 ədəd deşilmiş-kəsilmiş yaraları dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyırlar, baş vermiş ölümlə birbaşa səbəbli əlaqəsi vardır. Kəsilmiş yaralar, daxilə nufuz etməyən deşilmiş-kəsilmiş yaralar və başın sağ gicgah-təpə və ənsə nahiyələrini əhatə edən hematoması və sıyrığı dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Qançır canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətin əlamətini daşıdığı üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs ölümünə boynun iri kalibrli damarlarının, hər iki ağciyərin zədələnməsi nəticəsində massiv daxili və xarici qanaxma səbəb olmuşdur. Ölüm meyit meyıtxanada müayinə olunduğu vaxtdan təxminən 3-6 saat əvvəl baş verə bilərmiş. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, pirazolon, 1,4benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 218-219-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X11” X18 19 oktyabr 2023-cü il tarixli 1025 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol əlin V barmağının səthi kəsilmiş yarası, sol əlin İİİ, İV barmaqlarının sıyrıqları olmuşdur. Qeyd olunan səthi kəsilmiş yara iti kənara malik əşyanın, sıyrıqlar bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə alınmaları mümkündür və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinin 1-ci cild 235-239-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2023-cü il tarixli 3-16-16/2-6/5979 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthlərinin üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyasının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən tumanın üzərindən aşkar edilmiş boz rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Cinayət işinin 2-ci cild 84-92-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X11” X18 19 dekabr 2023-cü il tarixli 551/MTKŞ-2023 saylı rəyindən görünür ki, təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus koftanın arxa səthinin sol yarısında iki ədəd, ön səthinin orta hissəsində bir ədəd və ön səthinin sağ yarısının aşağı hissəsində bir ədəd deşilmiş-kəsilmiş zədə var. Bu zədələr iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşicikəsici alətin (alətlərin) təsirindən törənmişlər. Mərhum Zərərçəkmiş şəxs məxsus koftanın üzərində olan deşilmiş-kəsilmiş zədələrin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Mərhum Zərərçəkmiş şəxs məxsus koftanın üzərində olan deşilmiş-kəsilmiş zədələrlə, onun bədəninin təqdim edilmiş paltarlarla örtülü nahiyyəsində olan xəsarətlər yerləşməsinə və xarakterinə görə üst-üstə düşürlər. Mərhum Zərərçəkmiş şəxs bədəninin paltarla örtülü nahiyyəsində olan bir xəsarət ona məxsus kofta üzərində əks olunmamışdır ki, bu da hadisə şəraitindən asılı olaraq həmin xəsarət yetirilərkən paltarın yerini dəyişməsi, sürüşməsi və həmin nahiyyəni örtməməsi ilə izah oluna bilər. Mərhum Zərərçəkmiş şəxs məxsus koftanın arxa səthinin sağ yan nahiyəsində bir ədəd cırılmış zədə var. Bu zədə küt yaranma mexanizmi ilə paltarın həmin nahiyyəsinin dartılması nəticəsində törənmişdir. Mərhum Zərərçəkmiş şəxs məxsus şalvarın, tumanın və bir cüt corabın üzərində zədə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs məxsus tumanın üzərində zədə aşkar edilməmişdir. Mərhum Zərərçəkmiş şəxs məxsus paltarlar üzərində olan zədələrin əlbəyaxa mübarizəyə xarakterik olub-olmamasının qiymətləndirilməsi istintaq orqanlarının səlahiyyətinə aiddir. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı qatlanan cib bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan hər hansı əlavə və dəyişiklik edilməmişdir. Təqdim olunmuş bakal zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı bakaldır və soyuq silah hesab edilmir. Bakalın üzərində sonradan hər hansı əlavə və dəyişiklik edilməmişdir. Təqdim edilmiş bıçağın və bakalın üzərində zədə aşkar edilməmişdir. Təqdim edilmiş maddi sübutların üzərində məhkəmə-tibbi-bioloji tədqiqat nəticəsində aşkar edilmiş qan ləkələrinin əmələgəlmə mexanizmi aşağıdakı kimidir: Mərhum Zərərçəkmiş şəxs məxsus koftanın üzərində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) statik kontakt və fiziki-kapilyarlıq faktoru üzrə əmələ gəlmiş hopma xarakterli və qan mənbəyi ilə (qanlı səthlə) dinamiki kontakt nəticəsində törənmiş yaxma xarakterli, mərhum Zərərçəkmiş şəxs məxsus şalvarın üzərində olan ləkələrdən bel və sol ayağın ön səthində olan bir ləkə qan mənbəyi ilə (qanlı səthlə) statik kontakt və fiziki-kapilyarlıq faktoru üzrə əmələ gəlmiş hopma xarakterli, şalvarın üzərində olan digər ləkələr isə qan mənbəyi ilə (qanlı səthlə) dinamiki kontakt nəticəsində törənmiş yaxma xarakterli, mərhum Zərərçəkmiş şəxs məxsus tumanın üzərində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) statik kontakt və fiziki-kapilyarlıq faktoru üzrə əmələ gəlmiş hopma xarakterli, mərhum Zərərçəkmiş şəxs məxsus bir tay corabın üzərində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) statik kontakt və fiziki- kapilyarlıq faktoru üzrə əmələ gəlmiş hopma xarakterli ləkələrdir. Təqsirləndirilən şəxs məxsus tumanın üzərində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) səthi statik və zəif dinamiki kontakt nəticəsində əmələ gəlmiş yaxma xarakterli ləkələrdir. Bıçağın üzərində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) səthi statik və dinamiki kontakt nəticəsində əmələ gəlmiş yaxma xarakterli ləkələrdir. Bakalın tutacağının üzərində olan ləkə qan mənbəyi ilə (qanlı səthlə) səthi statik kontakt nəticəsində əmələ gəlmişdir. Yastıq üzünün üzərində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) statik kontakt və fiziki- kapilyarlıq faktoru üzrə əmələ gəlmiş hopma xarakterli ləkələrdir. Cinayət işinin 2-ci cild 94-99-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X11” X18 18 dekabr 2023-cü il tarixli 737/2023-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu - Abeta (H) /İİ/. Ekspertizaya təqdim olunan 01 ədəd bıçaq, 01 ədəd pivə bakalı, 04 ədəd çubuqlu pambıq tampon, 01 ədəd yastıq üzü, Zərərçəkmiş şəxs məxsus kofta, şalvar, trusik, corabın bir tayı, Təqsirləndirilən şəxs məxsus trusik üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda «A» və «H» antigenləri, əksər ləkələrdə həmçinin beta aqqlyııtinini alındı. Bu qan ləkələri Abeta (H) /İİ/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs qızma məxsus ola bilər. Tədqiq olunan Zərərçəkmiş şəxs məxsus corabın digər tayı üzərimlə qana şübhəli ləkələr aşkar olunmadı. Cinayət işinin 1-ci cild 223-226-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kompüter-texniki ekspertizasının 30 noyabr 2023-cü il tarixli 5/1530 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və “Android 12” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A52” markalı “SM-A525F/DS” modelli “**********98188, **********98184” imei kodlu qara rəngli mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş bir ədəd sensor ekran və “Android 12” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung Galaxy A52” markalı arxa məlumat löhvəsinə görə “SM- A525F/DS” modelli “3547xx/xx/041461/8” imei kodlu çəhrayı rəngli mobil smartfon halhazırda işlək vəziyyətdədir. Təqdim edilmiş “Samsung Galaxy A52” markalı arxa məlumat löhvəsinə görə “SM-A525F/DS” modelli çəhrayı rəngli mobil smartfona istifadəçi tərəfindən tətbiq edilmiş “Qrafik açar”la mühafizə olunan ekran kilidini keçmək üçün “7.65.0.247 versiyalı UFED 4PC” adlı proqram təminatı vasitəsilə tədqiqat işləri aparmaq istədikdə qurğunun proqram təminatının metodlar bazasında mobil smartfonun yaddaşında olan məlumatları silmədən ekran kilidini sıfırlamaq üçün texniki imkanın olmaması müəyyən edildi. Təqdim edilmiş “Samsung Galaxy A52” markalı arxa məlumat löhvəsinə görə “SM- A525F/DS” modelli çəhrayı rəngli mobil smartfona istifadəçi tərəfindən tətbiq edilmiş “Qrafik açar”la mühafizə olunan ekran kilidinin naməlum olması və rəyin “Tədqiqi hissəsi”nin 2-ci bəndində göstərilən səbəblərə görə mobil smartfonun yaddaşında hər hansı bir məlumat üzrə tədqiqatın aparılması mümkün olmamışdır. Təqdim edilmiş “Samsung Galaxy A52” markalı “SM-A525F/DS” modelli qara rəngli mobil smartfonun yaddaşından “7.65.0.247 versiyalı UFED 4PC” adlı proqram təminatı vasitəsilə toplanmış hal-hazırda yaddaşında mövcud olan və pozulmuş məlumatlar müəyyən olunmuşdur. Cinayət işinin 1-ci cild 64-80-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 oktyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olduğu bildirilən “Samsung Galaxy A52” markalı mobil telefonun “Vhatsapp” bölməsinə baxış keçirilən zaman, adları «Ədiş qurban» kimi qeyd edilmiş və adı «İbo Dtv» kimi qeyd edilmiş şəxslərlə intim mövzularda çoxsaylı yazışmalar aparılmışdır. Cinayət işinin 2-ci cild 13-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 15 dekabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə daxil olan çıxan zəng və sms məlumatlarına baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik hər hansı hal müəyyən edilməmişdir. Cinayət işinin 1-ci cild 111-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 18 oktyabr 2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, cinayət işi üzrə hadisənin baş verdiyi Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsindəki 5 nömrəli binanın 61 nömrəli mənzili mərhum Zərərçəkmiş şəxs bacısı X1 təhvil verilmişdir. Cinayət işinin 1-ci cild 112-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 18 oktyabr 2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, mərhum Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi Chevrolet Cruze modelli avtomobil bacısı X1 təhvil verilmişdir. Cinayət işinin 2-ci cild 134-169-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nizami rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X9 25 dekabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177 və 181-ci maddələrinin tərkibi olması öz təsdiqini tapmadığından, həmin xüsusatlar üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmişdir. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə cinayət əməllərini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlləriinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin məhkəmə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının izah və tövsiyələrini də nəzərə alır. Belə ki, qərarda qeyd edilmişdir ki: “Qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu edilmə mərhələsi və şəraiti,həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı tədqiq olunmalıdır”. Belə ki, cinayət işinin 1-ci cild 197-ci vərəqəsində olan Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş 04 noyabr 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs DİN-nin vahid məlumat axtarış sistemində məhkumluğu barədə ilkin əməliyyat məlumatları aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 195-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya X12 Şəxsindən daxil olmuş 03 noyabr 2023-cü il tarixli, 14577 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 1-ci cild 194-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X22 Şəxsindən daxil olmuş 03 noyabr 2023-cü il tarixli, xx/xx-13024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən mərkəzdə qeydiyyatda yoxdur. Cinayət işinin 1-ci cild 255-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı 2014-cü il təvəllüdlü Şahid3 vardır. Cinayət işinin 1-ci cild 206-207-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X18 ambulator məcburi-narkoloji tibbi yoxlamanın 04 noyabr 2023-cü il tarixli, 7247 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 2-ci cild 6-10-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X18 kompleks ambulator psixoloji və psixiatrik ekspertizasının 28 oktyabr 2023-cü il tarixli 3011 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs 16 oktyabr 2023-cü il tarixdən saat 13 radələrində cinayət hadisəsini törədən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hal-hazırda da hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs iş üçün vacib olan halları düzgün dərk etmək və onları ölçüb-biçməklə ifadə vermək qabiliyyətinə malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və həmin əməli idarə edə bilmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilər. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ünsiyyətcillik, prinsipiallıq, emosionallıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqliintellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Qərarın təsviri hissəsində qeyd olunan cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs psixiemosional vəziyyətində hirslilik, gərginlik kimi hallar əmələ gəlmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinin 2-ci cild 82-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət səciyyələndirilir. Cinayət işinin 1-ci cild 35-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 oktyabr 2023-cü il tarixli təqsirini boynuna almaqla könüllü gəlmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis idarəsinə gələrək, həyat yoldaşı Zərərçəkmiş şəxs bıçaqla öldürdüyünü bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, könüllü gəlib təqsirini boynuna almasını Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən, müsbət səciyyələndirilməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası 01 dekabr 2017-ci il tarixdən qüvvədə olan CM-nin 60-cı maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.2-ci maddəsinə görə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir Göründüyü kimi, Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Buna əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində göstərilən müddəalar Təqsirləndirilən şəxs barəsində tətbiq edilə bilməz. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi İsgəndərova Şəlalə 14 fevral 2024-cü il tarixli ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxsla barışmadığını, şikayətçi olduğunu, ona ömürlük azadlıqdan məhrumetmə cəzasının verilməsini xahiş etmişdir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 16 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 39-40-cı vərəqələrində olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 oktyabr 2023-cü il tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 142-146-cı vərəqələrində olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 4(007)-434/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 16 oktyabr 2023-cü il tarixdən hesablanmaqla, həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə yerindən götürülmüş 1 ədəd üzərində qanabənzər ləkələr olan tünd qəhvəvi rəngli yastıq üzü, 1 ədəd üzərində qanabənzər ləkələr olan qara rəngli açılıb bağlanan tipli bıçaq, 1 ədəd tutacaq hissəsində qanabənzər ləkələr olan, üzərində “CAMKO 1” yazılmış bokal, yataq otağında otağın giriş hissəsində, meyitin baş nahiyyəsinin ətrafında və çarpayı ilə otağın divarı arasındakı yerdə olan qanabənzər ləkələrdən 4 ədəd çubuq tampon vasitəsiilə götürülmüş nümunələr, Təqsirləndirilən şəxs və mərhum Zərərçəkmiş şəxs məxsus geyim əşyaları məhv edilməli, Zərərçəkmiş şəxs məxsus 01 ədəd çəhrayı rəngli “Samsung” markalı, “A52” modelli mobil telefon sonuncunun yaxın qohumuna qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 189 (yüz səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli və “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 16 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Sabunçu Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə yerindən götürülmüş 1 ədəd üzərində qanabənzər ləkələr olan tünd qəhvəvi rəngli yastıq üzü, 1 ədəd üzərində qanabənzər ləkələr olan qara rəngli açılıb bağlanan tipli bıçaq, 1 ədəd tutacaq hissəsində qanabənzər ləkələr olan, üzərində “CAMKO 1” yazılmış bokal, yataq otağında otağın giriş hissəsində, meyitin baş nahiyyəsinin ətrafında və çarpayı ilə otağın divarı arasındakı yerdə olan qanabənzər ləkələrdən 4 ədəd çubuq tampon vasitəsiilə götürülmüş nümunələr, Təqsirləndirilən şəxs və mərhum Zərərçəkmiş şəxs məxsus geyim əşyaları məhv edilsin. Zərərçəkmiş şəxs məxsus 01 ədəd çəhrayı rəngli “Samsung” markalı, “A52” modelli mobil telefon sonuncunun yaxın qohumuna qaytarılsın. İş üzrə ekspertiza xərci olan 189 (yüz səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar