Məhkəmə qərarları › İş №1(101)-133/2019

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-133/2019

18.01.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-133/2019 18.01.2019 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu X1 və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi X5 və X12 Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi- Azərbaycan Respublikası Vəkillər kollegiyası Bakı şəhəri 5 saylı Hüquq bürosunun vəkili Müdafiəçi Mütəxəssis- X6 iştirakı ilə xx xxxxxx 1970-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası fətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsində yerləşən nömrəsiz fərdi həyət evində yaşayan, əvvəllər məhkum olunmuş. barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaq zamanı müəyyən edilməmiş mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, -10,005 (on tam mində beş qram) qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində daşıyaraq saxlamış, 31 may 2018-cı il tarixdə saat 13-30 radələrində ünvan 2 ünvanın qarşısında Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı saxlanılıb hal şahidlərinin iştirakı ilə üzərinə baxış keçirilərkən, o zaman əyninə geyindiyi tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofan bükümündə həmin külli miqdarda narkotik vasitə, yəni 10,005 (on tam mində beş qram) qram çəkidə olmaqla tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsində yerləşən fərdi həyət evində öz ailə üzvləri ilə birlikdə yaşayır. O, əvvəllər vərəm xəstəliyindən əziyyət çəkmişdir və səhhəti ilə bağlı ikinci qrup əlildir. Həmin iş üzrə tutulmazdan əvvəlki dövrdə fərdi fəaliyyətlə məşğul olmuş və bu yolla ailəsini dolandırmışdır. Ona qarşı irəli sürülmüş ittihamla o, ümumiyyətlə razı deyil. Belə hesab edir ki, polis əməkdaşları ona qarşı qərəzli mövqe tutaraq heç bir əsas olmadan onu öz üzərində narkotik maddə olan heroin saxlamaqda günahlandırmışlar. Belə ki, 31 may 2018-ci il tarixdə günorta vaxtı o, Bakıxanov qəsəbəsində yerləşən yaşadığı evdən çıxıb məhlədən çıxıb gedən zaman əvvəllər tanımadığı mülki geyimli bir neçə şəxs ona yaxınlaşaraq polis işçiləri olmasını bildirərək onun kimliyi barədə soruşmuşlar. O isə özünün şəxsiyyəti barədə məlumat verərək həmin məhlədə yaşadığını bildirmişdir. Polis əməkdaşları onun narkotiklə bağlı şübhəli olmasını demiş, o isə üzərində heç bir narkotik maddə olmadığını bildirmişdir. Lakin, polis işçiləri heç bir əsas olmadan onu saxlayaraq Baş Narkotiklərlə Mübarizə idarəsinə aparmışlar. Orada isə protokol tərtib edərək, güya ki, onun əynində olan şalvarının cibindən bir ədəd bükümdə narkotik maddə olan heroin aşkar etdiklərini sənədləşdirmişlər. Bununla bağlı o, öz etirazını bildirərək, həmin narkotik maddəyə heç bir aidiyyəti olmadığını bildirmişdir. Həmin hadisə ilə bağlı heç bir günahı olmadığına görə o, iş üzrə ibtidai istintaq zamanı barəsində tərtib edilmiş sənədləri imzalamaqdan imtina etmişdir. Onu saxlamış polis işçilərinin hər-hansı birini o, əvvəllər tanımamış və hadisə vaxtı onları ilk dəfə görmüşdür. 31 may 20l8-cı il tarixdə yaşadığı Bakıxanov qəsəbəsində polis işçiləri tərəfindən saxlanılıb Baş Narkotiklərlə Mübarizə idarəsinə aparıldığı və orada olduğu müddət ərzində polis işçiləri tərəfindən ona qarşı heç bir təsir və ya təzyiq göstərilməmişdir. Lakin, həmin idarədə olan zaman polis işçiləri protokol tərtib edərək, güya ki, onun üzərində heroin aşkar edildiyini yazıb göstərmişlər. O isə buna etiraz edərək, həmin protokolu imzalamamışdır. Onun özü həmin iş üzrə həbs edilməzdən əvvəlki təxminən on ilə yaxın müddət ərzində arada narkotik vasitə olan heroindən və həmçinin marixuanadan istifadə etmişdir. Özünə lazım olan həmin narkotik vasitələri o, yalnız öz istifadəsi üçün tanımadığı şəxslərdən əldə etmişdir. Onun özü narkomaniya xəstəliyindən əziyyət çəkir və bununla bağlı ekspertizadan keçirilmişdir. Yuxarıda qeyd etdiyi kimi, hadisə vaxtı polis işçiləri onu Bakıxınov qəsəbəsində yaşadığı məhlədə saxlamış və kimliyi barədə soruşduqdan sonra isə onu Baş Narkotiklərlə Mübarizə idarəsinə aparmışlar. Həmin polis işçiləri onu saxlayan zaman yaşadığı məhlədə yaşan bir neçə qadın da bunun şahidi olmuşlar. Lakin, o həmin qadınların heç birinin adını bilmir. Bir daha bildirir ki, polis işçiləri onu saxlayıb Baş Narkotiklərlə Mübarizə idarəsinə aparan zaman onun üzərində heç bir narkotik vasitə olmamışdır. Lakin, həmin idarədə onun üzərinə baxış keçirilən zaman polis işçiləri onun şalvarının cibindən bir ədəd kiçik sellofan bükümündə olan heroini çıxarıb masanın üstünə qoymuş və həmin narkotik maddənin ona məxsus olmasını sənədləşdirmişlər. Belə hesab edir ki, onu saxlayıb Baş Narkotiklərlə Mübarizə idarəsinə aparan zaman polis işçilərindən kimsə həmin heroini onun cibinə qoymuşdur. Uzərinə baxış keçirilən zaman iki nəfər mülki şəxs hal şahidi qismində iştirak etmişlər. Həmin şəxsləri o, tanımır və onları da o zaman ilk dəfə görmüşdür. Hadisə günü və əvvəlki günlərdə o, hər-hansı bir adamdan narkotik vasitə olan heroin almamış, kiməsə ona heroin və yaxud başqa narkotik maddə vercəyini vəd etməmişdir. Bir daha bildirir ki, hadisə günü polis əməkdaşları tərəfindən saxlanılan zaman onun üzərində heç bir narkotik vasitə olmamışdır. Belə hesab edir ki, öz tanışı olan bir nəfər qadın narkotiklərlə bağlı onun barəsində polisə yalan məlumat verdiyinə onu əsassız olaraq öz üzərində narkotik maddə olan heroin saxlamaqda və narkotik maddələrin satışı ilə məşğul olmaqda günahlandırmışdar. Buna görə də özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli hesab etmir. Onun özü hər-hansı bir psixi xəstəlikdən əziyyət çəkmir və bununla bağlı hər-hansı bir tibbi müəsissəsində müalicədə olmamışdır. O, vərəm xəstəliyindən və narkomaniya xəstəliyindən əziyyət çəkmiş və bununla bağlı əvvəllər müalicə almışdır. Onun özü əvvəllər oğurluq və həmçinin narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı bir neçə dəfə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Sonuncu dəfə o, 2013-cü ilin noyabr ayında Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin hökmünə əsasən narkotik maddə olan heroinin satışı ilə bağlı Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, dörd il müddətinə azadlıqdan məhrum etmə cəzasın məhkum edilmiş, 2016-cı ilin dekabr ayında isə azadlığa buraxılmışdır. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin 8-10-cu vərəqlərində olmaqla “Əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” 31 may 2018-ci il tarixli protokol ona tanışdır. Həmin protokolun məzmunu ona polis əməkdaşları tərəfindən oxunmuş, lakin o, həmin protokolu imzalamaqdan imtina etmişdir. Həmin protokolu imzalamasının səbəbini onunla izah edir ki, həmin tarixdə polis işçiləri tərəfindən saxlanılan zaman onun üzərində heç bir narkotik vasitə olmamışdır. Lakin, polis işçiləri onun üzərindən bir bükümdə heroin aşkar olunduğu, yəni o zaman əynində olan cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxararaq polis işəçilərinə təqdim etdiyi və həmin bükümün içində narkotik vasitə olan heroin aşkar olunduğunu sənədləşdirmişlər. Həmin protokolda qeyd edilənlərlə bağlı bildirir ki, 31 yanvar 2018-ci il tarixdə saat 13-30 radələrində yaşadığı ünvan 3 ünvanın yaxınlığında polis işçiləri tərəfindən saxlanılıb Baş Narkotiklərlə Mübarizə idarəsinə aparılsış və orada hal şahidi qismində iştirak edən iki nəfər mülki şəxsin və həmçinin onun müdafiəçisi kimi dəvət edilmiş bir nəfər vəkilin iştirakı ilə onun üzərinə baxış keçirilmişdir. Onun üzərinə baxış keçirilən zaman onun əynində olan cins şalvarının sol yan cibindən on manat pul, bir ədəd “Samsunq” markalı mobil telefon və özünə məxsus şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüş və həmin hissədə protokol düzgün yazılmışdır. Lakin, üzərinə baxış keçirilən zaman onda bir ədəd bükümdə narkotik vasitə olan heroin aşkar olunduğu hissədə protokolda yazılanlar doğru deyil. Bir daha bildirir ki, polis işçiləri onu saxlayan zaman onun üzərində hər-hansı bir narkotik maddə olmamışdır. Belə hesab edir ki, həmin narkotik maddəni onu saxlamış polis işçilərindən kimsə qəsdən onun cibinə qoymuşdur. Onlar Baş Narkotiklərlə Mübarizə idarəsinə getdikdən sonra isə, polis işçiləri həmin narkotik maddəni onun şalvarının cibindən çıxarıb masanın üstünə qoymuş və həmin narkotik maddənin ondan aşkar olunduğu barədə həmin protokolu tərtib etmişlər. Əvvəllər dəfələrlə məhkumluq həyatı yaşadığına görə kriminal aləmdə müəyyən nüfuza malik olduğu və bu səbəbdən üzərində aşkar olunmuş narkotik maddə olan heroini kimdən, haradan nə məqsədlə əldə etməsi barədə hər hansı bir suala cavab verməyəcəyi və hər hansı bir sənədlərə imza atmayacağı barədə həmin protokolda yazılanları tam təsdiq etmir. O zaman o, polis işçilərinə onların hər-hansı bir sualına cavab verməyəcəyini və hər-hansı bir sənədi imzalamayacağını bildirmişdir. Lakin, əvvəllər məhkumluq həyatı yaşadığına görə kriminal aləmdə nüfuza malik olduğu barədə heç bir söz deməmişdir. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin 28-29-cu vərəqlərində olmaqla “Nəqliyyat vasitəsinə baxış keçirilməsi barədə” 31 may 2018-ci il tarixli protokol ona tanışdır. Həmin protokolun məzmunu ona polis əməkdaşları tərəfindən oxunmuş, lakin o, həmin protokolu da imzalamaqdan imtina etmişdir. Həmin protokolda göstərildiyi kimi, həqiqətən 31 may 2018-ci il tarixdə saat 17-00 radələrində Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları onun özü, həmçinin onun müdafiəçisi kimi dəvət edilmiş bir nəfər vəkilin, həmçinin iki nəfər hal şahidi ilə birlikdə onun yaşadığı ünvana, yəni ünvan 4nun özünün iştirakı ilə həmin həyətdə saxlamaqla etibarnamə əsasında idarə etdiyi «Mersedes BenzE 190» markalı, **-ME-*** dövlət nömrə nişanlı avtomaşına baxış keçirmişlər. Həmin avtomaşına baxış keçirilən zaman həmin avtomaşından hər-hansı bir narkotik maddə, yaxud başqa bir qanunsuz əşya aşkar edilməmiş və həmin protokol düzgün tərtib olunmuşdur. Həmin protokol düzgün tərtib olunduğu halda onu imzalamamasının səbəbini onunla izah edir ki, həmin gün narkotiklə bağlı saxlanıldığına görə o, həmin protokolu da imzalamqdan imtina etmişdir. Onun üzərinə və idarə etdiyi avtomaşına baxış keçirilən zaman, həmçinin iş üzrə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilən zaman bir nəfər vəkil onun müdafiəçisi kimi iştirak etmiş və müstəntiqin təqdim etdiyi sənədlərlə müdafiəçi ilə birlikdə tanış olmuşlar. Lakin, onun özü iş üzrə ibtidai istintaq zamanı hər-hansı bir sənədi imzalamaqdan imtina etmiş, müdafiəçi isə həmin sənədləri imzalamışdır. Onun üzərindən akşar olunmuş narkotik vasitə olan heroinin ona məxsus olmadığı, həmin narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı polis işçiləri tərəfindən əsassız təqsirləndirildiyi barədə o, müdafiəçiyə bir söz deməmiş və həmçinin bununla bağlı hərhansı hüquq-mühafizə orqanına müraciət etməmişdir. O, özünü narkotik vasitə olan heroini qanunsuz yolla əldə edərək öz üzərində saxlayıb daşımaqda, yaxud hər-hansı bir narkotik maddəni kiməsə satmaq niyyəti olmasında özünü təqsirli hesab etmir. 31 may 2018-ci il tarixdə Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb həmin idarəyə aparılan zaman onun üzərində hər-hansı bir narkotik vasitə olmamışdır. Belə hesab edir ki, onun özü heç bir cinayət əməli törətməmişdir. Buna görə də barəsində olan cinayət işinə düzgün baxılaraq barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması onun özünü təqsirli bilməməsinə baxmayaraq, hadisənin baş vermə yeri, vaxtı və inkişafı ardıcıllığı barədə işin faktiki hallarına uyğun olan ziddiyətli ifadələri ilə yanaşı, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, maddi sübut, ekspertiza rəyləri və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası DİN BNMİ-də XMİÜ-rə baş əməliyyat müvəkkili vəzifəsində çalışır. İş üzrə Təqsirləndirilən şəxs əvvəllər tanımamış və aralarında heç bir münasibət olmamışdır. Onu ilk dəfə hadisə vaxtı, yəni narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı yaxaladıqları vaxt görmüşdür. Belə ki, 31 may 2018-ci il tarixdə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsində yaşayan, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs adlı şəxsin mütəmadi olaraq Sabunçu rayonu ərazisində narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat barədə raportla Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs olduğu yerə müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhəri, Sabunçu rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilərək əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna rəhbərlik ona həvalə edilməklə Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkilləri Şahid5 və Şahid4 həmin əməliyyat qrupunun tərkibinə daxil edilmişlər. Keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Bakıxanov qəsbəsində yaşadığı həyət evinin yanında olduğu müəyyən edilmişdir. Buna görə əməliyyat qrupu həmin qəsbəyə yollanmış və əməliyyat tədbirinin keçirilməsi üçün iki nəfər mülki şəxs hal şahidi qismində dəvət edilərək onlara hüquq və vəzifələri izah olunmuşdur. Həmin gün, yəni 31 may 2018-ci il tarixdə saat 13-30 radələrində onlar Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında, yəni Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsi ev 15 ünvanın yaxınlığında müşahidə aparan zaman, onlar özünü şübhəli aparan və öz xarici görünüşünə görə əməliyyat məlumatında göstərilən Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi görərək həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və onun kimliyini müəyyən etmişlər. Həmin şəxs özünün 1970-ci ildə Salyan rayonunda anadan olmuş və həmin küçədə, yəni Bakıxanov qəsəbəsi, R.Axundov küçəsində yerləşən nömrəsiz fərdi həyət evində yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs narkotik vasitlərin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olmasını bildirmiş və bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı ona elan etmişdir. Sonra isə hal şahidlərinin yanında Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşya varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs narkoman olmasını və üzərində bir ədəd bükümdə təxminən on qrama yaxın narkotik maddə olan heroin olmasını bildirmişdir. Sonra isə Təqsirləndirilən şəxs o zaman əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofan bükümü çıxararaq onlara təqdim etmişdir. Həmin büküm açıldıqda onun içərisində tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddə olması aşkar olunmuşdur. Buna görə də həmin büküm bir ədəd zərfə qoyularaq möhürlənmişdir. Tədbirdə iştirak edən hal şahidləri həmin zərfin üzərinə imza etmiş, lakin Təqsirləndirilən şəxs həmin zərfin üzərində imza etməkdən imtina etmişdir. Bundan sonra onlar tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılmış və onun üzərindən az məbləğdə pul, şəxsiyyət vəsiqəsi və bir ədəd mobil telefon aşkar olunmuşdur. Bundan sonra onlar Təqsirləndirilən şəxs və hal şahidləri ilə birlikdə Baş Narkotikləriə Mübarizə İdarəsinə getmişlər. Orada bu barədə idarə rəhbərliyinə məruzə etmişdir. Sonra isə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədilə sonuncuya Bakı şəhəri, 1 saylı Hüquq məsləhətxanasının vəkillərinin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs razılığı və müvaviq qərar əsasında həmin məsləhətxananın vəkili Ramiz Mirzəyev müdafiəçi kimi dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs öz müdafiəçisi ilə təklikdə söhbət etmələri üçün şərait yaradılmışdır. Təqsirləndirilən şəxs həmin vəkilə heç bir etirazı olmadığını, üzərində bir ədəd bükümdə təxminən on qram çəkidə heroin olmasını və həmin narkotik maddəni könüllü olaraq təqdim etdiyini vəkilin yanında da bildirmişdir. Müdafiəçinin yanında Təqsirləndirilən şəxs onun üzərində aşkar olunmuş həmin narkotik vasitəni haradan və kimdən əldə etdiyi sorğu-sual edilmiş, lakin Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkumluq həyatı yaşadığı və kriminal aləmdə özünə məxsus nüfuz sahibi olduğuna görə narkotik vasitə olan həmin heroini kimdən və nə məqsədlə əldə etməsi barədə hər hansı bir suala cavab verməyəcəyini və heç bir sənədi imzalamayacağını bildirmişdir. Bununla bağlı onun tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur. Əməliyyat tədbirinin iştirakçıları, həmçinin hal şahidləri və müdafiəçi həmin protokolu imzalamışlar. Lakin, Təqsirləndirilən şəxs heç bir sənədi imzalamayacağını bir daha bildirərək həmin protokolu imzalamamışdır. Təqsirləndirilən şəxsla aparılmış söhbət zamanı sonuncu «Mersedes BenzE 190» markalı avtomaşını idarə etdiyi və həmin avtomobili yaşadığı həyət evinin qarşısında küçədə saxladığını bildirmişdir. Buna görə də o, həmin avtomaşına baxış keçirilməsi üçün əməliyyat tədbirinin keçirilməsində iştirak etmiş həmin əməliyyat müvəkkilləri və hal şahidləri, həmçinin Təqsirləndirilən şəxs özü və sonuncunun müdafiəçisi qismində iştirak edən vəkili Ramiz Mirzəyev ilə birlikdə həmin ünvana, yəni ünvan 5 getmişlər. Orada Təqsirləndirilən şəxs özü və müdafiəçisi, həmçinin hal şahidlərinin iştirakı ilə «Mersedes BenzE-190» markalı avtomaşına baxış keçirilmişdir. Həmin avtomaşına baxış keçirilən zaman avtomaşının salonunda həmin avtomaşına aid sənədlər və avtomobilin Təqsirləndirilən şəxs tərəfindən etibarnamə əsasında idarə edildiyi barədə sənədlər aşkar olunaraq götürülmüşdür. Həmin avtomobildə hər-hansı bir narkotik vasitə, yaxud hər-hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Buna görə də onlar yenidən Baş Narkotikləriə Mübarizə İdarəsinə qayıtmışlar. Orada həmin avtomobilə baxış keçirilməsi barədə onun tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur. Avtomobilə baxış keçirilməsində iştirak etmiş hal şahidləri və müdafiəçi həmin protokolu imzalamışlar. Lakin, Təqsirləndirilən şəxs heç bir sənədi imzalamayacağını bir daha bildirərək, avtomobilə baxış keçirilməsi barədə də protokolu imzalamamışdır. Elə həmin gün Təqsirləndirilən şəxs barəsində toplanmış material şəxsiyyəti ilə birlikdə istintaq aparılması üçün Bakı şəhəri Sabunçu RPİ-nə təqdim edilmişdir. Bundan sonrakı dövrdə onun Təqsirləndirilən şəxsla heç bir ünsiyyəti olmamışdır. Bir daha bildirir ki, o, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs onlar tərəfindən Bakıxanov qəsəbəsində saxlanılan zaman hal şahidləri onların yanında olmuşlar. Orada dəvət edilmiş hal şahidlərinin yanında Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olmasını bildirdikdən sonra, sonuncu öz üzərində on qrama yaxın çəkidə narkotik maddə olan heroin olmasını etiraf etmiş və o zaman əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofan bükümü çıxararaq özü könüllü olaraq onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılıb yerində üzərinə baxış keçirildiyi, sonra isə Baş Narkotikləriə Mübarizə İdarəsinə aparıldığı və orada saxlanıldığı müddət ərzində şəxsən onun özü və yaxud digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə aidiyyəti olması barədə əməliyyat məlumatı onun tərəfindən əldə edilmişdir. Həmin məlumatda Təqsirləndirilən şəxs Sabunçu rayonu əraziəsində narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə məşğul olması, yəni həmin narkotiki qanunsuz yolla əldə edərək saxlayıb daşıması və həmçinin satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs konkret olaraq kimləsə narkotik vasitə satmaq barədə qabaqcadan razılaşdığı barədə onlarda məlumat olmamışdır. Yuxarıda göstərdiyi kimi Təqsirləndirilən şəxs onlar tərəfindən Bakıxanov qəsəbəsində saxlanılıb sonuncu öz üzərində olan bir bükümdə olan heroini onlara təqdim etdikdən sonra həmin narkotik vasitə zərfə qoyularaq möhürlənmişdir. Bundan sonra isə onlar birlikdə Baş Narkotikləriə Mübarizə İdarəsinə yollanmışlar. Orada vəkil dəvət edilib Təqsirləndirilən şəxsla şifahi qaydada sorğu-sual edildikdə, Nazim Qəhrmanov onun üzərində aşkar olunmuş narkotik vasitə olan heroinin özünə məxsus olmasını bir daha bildirmiş, lakin həmin narkotik maddəni kimdən və nə üçün aldığ barədə suallara cavab verməyəcəyini bildirmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq göstərilməmiş və sonuncunun suallara cavab vermək istəmədiyi və həmin protokolu imzalamaqdan imtina etdiyi həmin protkolda qeyd olunmuşdr. Təqsirləndirilən şəxs güya ki, həmin narkotik vasitəni saxlanılıbı Baş Narkotikləriə Mübarizə İdarəsinə gedən zaman kiminsə tərəfindən onun cibinə qoyulduğu barədə göstərdikləri belə hesab edir ki, sonuncunun uydurmasıdır. Yuxarıda göstərdiyi kimi, Təqsirləndirilən şəxs onlar tərəfindən Bakıxanov qəsəbəsində saxlanılan zaman sonuncu uzərində təxminən on qrama yaxın narkotik maddə olan heroin olmasını bildirmiş və o zaman əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxararaq onlara təqdim etmişdir. Həmin büküm yerində yoxlanılmış və onun onun içərisində narkotik vasitə olan heroinə oxşar maddə olması aşkar olunmuşdur. Buna görə də həmin büküm dərhal bir ədəd zərfə qoyularaq möhürlənmiş və hal şahidləri həmin zərfin üzərində imza etmişlər. Onlar Baş Narkotikləriə Mübarizə İdarəsinə getdikdən sonra isə Təqsirləndirilən şəxs müdafiəçinin yanında da üzərində bir bükümdə heroin olmasını etiraf etmiş, lakin əvvəllər məhkumluq həyatı yaşadığına görə hər-hansı bir sənədi imzalamayacağını bildirmişdir. Təqsirləndirilən şəxs tanışı olan hər-hansı bir qadını o, tanımır Təqsirləndirilən şəxs narkotik maddənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əməliyyat yolu ilə əldə olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin külli miqdarda narkotik vasitə olan heroinin mənbəyinin müəyyən edilməsi üçün onlar tərəfindən müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş, lakin hazırki vaxta qədər bunu müəyyən etmək mümkün olmamışdır. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin 8-10-cu vərəqlərində olmaqla “Əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” 31 may 2018-ci il tarixli protokol ona tanışdır və həmin protokol onun tərəfindən həmin tarixdə Baş Narkotiklərlə Mübarizə idarəsində tərtib olunmuşdur. Həmin protokolda qeyd edildiyi kimi, 31 may 2018-ci il tarixdə Baş Narkotiklərle Mübarizə idarəsinə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsində yerləşən nömrəsiz fərdi həyət evində yaşayan, əvvəllər məhkum olunmuş, 1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs mütəmadi olaraq Sabunçu rayonu ərazisində narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı keçirilmiş əməliyyat tədbirləri zamanı həmin tarixdə, yəni 31 may 2018-ci il tarixdə saat 13-30 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsi ev 15 ünvanının yaxınlığnda Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılaraq əvvəlcə şəxsiyyəti müəyyən edilmişdir. Sonra isə ona narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsində şübhəli olması və üzərində qeyri-qanuni əşya varsa təqdim etməsi təklif olunduqdan sonra, dəvət olunmuş hal şahidlərinin yanında Təqsirləndirilən şəxs üzərində bir ədəd bükümdə 10 qrama yaxın narkotik maddə olan heroin olmasını bildirmiş və o zaman əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxararaq tədbir iştirakçılarına təqdim etmişdir. Həmin büküm açıldıqda orada tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddə aşkar olunmuş, həmin büküm «SF-400» markalı elektron tərəzidə çəkilərək çəkisinin təxminən 10 qram olduğu müəyyən olunmuş və həmin büküm bir ədəd zərfə qoyularaq möhürlənmişdir. Hal şahidləri və tədbir iştirakçısı həmin zərfin üzərinə imza etmiş, lakin Təqsirləndirilən şəxs zərfin üzərinə səbəb göstərmədən imza etməmişdir. Bundan sonra hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı onun əynində olan cins şalvarının sol yan cibindən on manat pul, bir ədəd «Samsung» markalı mobil telefon, sağ arxa cibindən isə onun şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Həmin pul Təqsirləndirilən şəxs qaytarılmış, həmin mobil telefon isə onlar tərəfindən götürülmüşdür. Protokolda göstərildiyi kimi, bundan sonra onlar Təqsirləndirilən şəxs və hal şahidləri ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə qayıtmışlar. Orada Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədilə müdafiəçi dəvət edilərək ona təqdim edilmiş və sonuncu həmin vəkilin onun hüquqlarının müdafiə edilməsinə etiraz etməmişdir. Bundan sonra isə keçirilmiş həmin əməliyyat tədbiri barədə onun tərəfindən həmin protokol tərtib olunaraq ucadan oxunmuş, iştirakçılar, hal şahidləri və müdafiəçi həmin protokolu imzalamışlar. Lakin, Təqsirləndirilən şəxs həmin protokolu imzalamqdan imtina etmiş və bu protokolda qeyd olunmuşdur. Həmin protokolun doğruluğunu bir daha təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN BNMİ-nin baş əməliyyat Şahid5 və Şahid4 Şahid3 ifadəsinə uyğun eyni məzmunda ifadə verərək, 31 may 2018-ci il tarixdə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsində yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin Sabunçu rayonu ərazisində narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə bağlı həmin əməliyyat-axtarış tədbirinin keçirilməsində iştirak etdikləri, həmin gün saat 13-30 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsi ev 15 ünvanının yaxınlığında əvvəllər tanımadıqları Təqsirləndirilən şəxs onlar tərəfindən yuxarıda qeyd edilən şəraitdə saxlanıldığı, dəvət olunmuş hal şahidlərinin yanında sonuncuya narkotiklə bağlı şübhəli olmasını bildirdikdə, Təqsirləndirilən şəxs üzərində bir ədəd bükümdə təxminən on qrama yaxın çəkidə narkotik vsitə olan heroin olmasını bildirərək, o zaman əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofan bükümü çıxararaq onlara təqdim etdiyi, həmin büküm açıldıqda onun içərisində tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddənin aşkar olunduğu, həmin bükümün bir ədəd zərfə qoyularaq möhürlənib götürüldüyü, Təqsirləndirilən şəxs üzərindən digər qanunsuz hər-hansı maddə aşkar olunmadığı, bundan sonra Təqsirləndirilən şəxs və hal şahidləri ilə birlikdə Baş Narkotikləriə Mübarizə İdarəsinə getdikləri, orada bir nəfər vəkil Təqsirləndirilən şəxs müdafiəçisi qismində dəvət edildikdən sonra sonuncu həmin müdafiəçinin yanında da üzərində bir ədəd bükümdə təxminən on qram çəkidə heroin olmasını və həmin narkotik maddəni könüllü olaraq təqdim etdiyini, lakin əvvəllər məhkum olunduğuna görə həmin narkotik vasitəni haradan və kimdən əldə etdiyi barədə hər hansı bir suala cavab verməyəcəyini və heç bir sənədi imzalamayacağını bildirdiyi, bu barədə protokol tərtib edilərək ucadan oxunduğu, iştirakçılar, hal şahidləri və müdafiəçinin həmin protokolu imzaladığı, lakin, Təqsirləndirilən şəxs həmin protokolu imzalamaqdan imtina etdiyini, bundan başqa onlar dəvət edilmiş hal şahidləri, Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçisi ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana, yəni ünvan 5 gedərək, orada Təqsirləndirilən şəxs idarə etdiyi «Mersedes BenzE-190» markalı avtomaşına baxış keçirildikləri, həmin avtomobildən hər-hansı bir narkotik vasitə, yaxud hər-hansı bir qanunsuz əşya aşkar olunmadığı, bu barədə tərtiəb edilmiş protokolu da hal şahidləri və müdafiəçi imzaladığı, lakin, Təqsirləndirilən şəxs heç bir sənədi imzalamayacağını bir daha bildirərək, həmin protokolu da imzalamaqdan imtina etdiyini və həmin protokolların doğruluğunu təsdiq etdiklərini bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, öz ailə üzvüləri ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yaşayır. İş üzrə təqsirləndirilən şəx Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamış və həmin şəxsi ilk dəfə sonuncu polis əməkdaşları tərəfindən saxlanılıb üzərinə baxış keçirilən zaman görmüşdür. Belə ki, 31 may 2018-ci il tarixdə günorta saatlarında o, öz şəxsi işləri ilə bağlı Bakı şəhəri, Bakıxanov qəsəbəsində «Aygün City» adlanan ticarət mərkəzinin yaxınlığında olan zaman, əvvəllər tanımadığı iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olmalarını demiş və narkotik maddələrlə bağlı bir nəfər şəxsi yaxalamaq istədiklərini və həmin adamın üzərinə keçiriləcək baxışda hal şahidi kimi iştirak etməyi ona təklif etmişlər. O, buna etiraz etməmişdir. Bundan sonra polis işçiləri bir nəfər şəxs də hal şahidi kimi dəvət etmişlər. Sonra isə onlara hüquq və vəzifələri izaha olunaraq, həmin adamın üzərində narkotik maddə daşıması barədə onlarda məlumat olduğu, onu müəyyən edib üzərinə baxış keçirəcəklərini və həmin adamın üzərindən nə aşkar olunacaqdırsa bu barədə protokol tərtib olunacağını, onlar isə həmin protokolla tanış olaraq düzgün olub-olamasını imzaları ilə təsdiq etməli olmalarını bildirmişlər. Onlar buna razılıq verdikdən sonra polis işçiləri ilə birlikdə yaxınlıqda olan məhlələrin birinə yaxınlaşmışlar. Orada olan həyət evlərinin yaxınlığında dayanıb bir qədər kənarda müşahidə apardıqdan sonra polis işçiləri həyətdən çıxaraq küçə tərəfə gedən və özünü bir qədər şübhəli aparan orta yaşlı bir kişini görərək, onlara birlikdə həmin şəxsə yaxınlaşmış və ondan adını və familyasını soruşmuşlar. Həmin şəxs, yəni hal-hazırda təqsirləndirilən şəxs kürsüsündə oturmuş, adını o zaman bildiyi Təqsirləndirilən şəxs özünü təqdim edərək, əslən Salyan rayonundan ollduğunu və Bakıxanov qəsəbəsində həmin məhlədə həyət evində yaşadığını bildirmişdir. Polis işçiləri həmin şəxsə, yəni Nazim Qəhrəmanova narkotiklə bağlı şühəli olmasını bildirmiş və üzərində qeyri-qanuni nə kimi əşya varsa onlara könüllü təqdim etməsini demişlər. Nazim Qəhrəmanov narkoman olmasını və üzərində bir ədəd bükümdə təxminən on qrama yaxın narkotik maddə olan heroin olmasını demiş və o zaman əynində olan şalvarının yan cibindən bir ədəd kiçik şəffaf sellofan bükümü çıxararaq polis işçilərinə təqdim etmişdir. Həmin büküm onların yanında açıldıqda onun içində kəskin iyli maddə aşkar olunmuş və polis işçiləri də həmin maddənin heroin olmasını demişlər. Bundan sonra polis işçiləri həmin bükümü bir ədəd zərfə qoyaraq həmin zərfi möhürləmişlər. Onun özü və digər hal şahidi də həmin zərfin üzərinə imza etmişlər. Lakin, Təqsirləndirilən şəxs həmin zərfin üzərinə imza etməkdən imtina etmişdir. Bundan sonra polis işçiləri Nazaim Qəhrəmanovun üst-başını yoxlamış, onun üzərində özünə aid sənədlər və bir ədəd mobil telefon olmaqla, başqa bir qanunsuz əşya aşkar olunmamışdır. Bundan sonra onlar hamısı birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmişlər. Orada Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün bir nəfər vəkil dəvət olunduqdan sonra polis işçiləri Təqsirləndirilən şəxs bir daha sorğu-sual etmiş, sonuncu üzərində olan bir bükümdə olan heroini özü könüllü olaraq polis işçilərinə təqdim etdiyini, lakin əvvəllər məhkumluq həyatı yaşadığına görə heroini kimdən və nə məqsədlə əldə etdiyi barədə heç bir suala cavab verməyəcəyini bildirmişdir. Bundan sonra bu barədə protokol tərtib olunaraq onlara ucadan oxunmuşdr. Onun özü, digər hal şahidi və həmçinin müdafiəçi kimi iştirak edən vəkil həmin protokolu imzalamışlar. Lakin, Təqsirləndirilən şəxs həmin protokolu imzalamqdan imtina etmişdir. Bir daha bildirir ki, onun özü Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla arasında heç bir ədavət yoxdur və hadisə ilə bağlı bildirdikləri tam doğrudur. Hadisə vaxtı Təqsirləndirilən şəxs onların yanında polis işçiləri tərəfindən saxlanılıb sonuncunun üzərinə baxış keçirildiyi, birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə getdikləri və orada olduqları müddət ərzində hər-hansı bir polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin də yanında üzərində aşkar olunmuş narkotik maddə olan heroinin özünə məxsus olmasını etiraf etmiş, lakin onu kimdən əldə etdiyi barədə heç bir suala cavab verməyəcəyini bildirmişdir. Həmin gün axşam üstü onun özü, digər hal şahidi, həmçinin Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçisi yenidən Bakıxanov qəsəbəsinə getmişlər və orada Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında «Mersedes» markalı avtomaşına baxış keçirmişlər. Həmin avtomaşından Nazimin adına muxtəlif sənədlər aşkar olunaraq götürülmüş, lakin həmin avtomaşından hər-hansı bir narkotik vasitə, yaxud başqa qanunsuz əşya aşkar olunmamışdır. Buna görə də onlar yenidən Baş Narkotikləriə Mübarizə İdarəsinə qayıtmışlar. Orada həmin avtomobilə baxış keçirilməsi barədə protokol tərtib edilərək ucadan oxunmuşdur. Avtomobilə baxış keçirilməsinə dair protokolu onun özü, digər hal şahidi və müdafiəçi imzalamışlar. Lakin, Təqsirləndirilən şəxs heç bir sənədi imzalamayacağını bir daha bildirərək, avtomobilə baxış keçirilməsi barədə həmin protokolu da imzalamamışdır. Yuxarıda göstərdiyi kimi polis əməkdaşları Təqsirləndirilən şəxs onun və onunla birlikdə iştirak edən digər hal şahidinin yanında 31 may 2018ci il tarixdə günorta saatlarında Bakıxanov qəsəbəsində saxlamışlar. Polis işçiləri əvvəlcə Nazimdən kimliyi barədə soruşmuş, sonra isə onun narkotiklə bağlı şübhəli olmasını və üzərində qanunsuz olan nə kimi əşya varsa könüllü təqdim etməsini demişlər. Təqsirləndirilən şəxs isə narkoman olmasını və üzərində təxminən on qrama yaxın çəkidə narkotik maddə olan heroin olmasını bildirmiş və əynində olan cins şalvarın cibindən bir ədəd şəffaf selofan bükümü çıxararaq polis işçilərinə təqdim etmişdir. Həmin büküm onların yanında açılmış və o, həmin bükümün içində qəhvəyi rəngli, kəskin iyli maddə olduğunu görmüş və həmin büküm onların yanında bir ədəd zərfə qoyularaq möhürlənib polis işçiləri tərəfindən götürülmüşdür. Bundan sonra isə onun özü, digər hal şahidi və Təqsirləndirilən şəxs bir nəfər polis işçisi ilə birlikdə Baş Narkotikləriə Mübarizə İdarəsinə getmişlər. Orada isə bu barədə protokol tərtib olunmuşdur. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin 8-10-cu vərəqlərində olmaqla “Əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” 31 may 2018-ci il tarixli protokol ona tanışdır və həmin protokolda «hal şahidi Şahid2» qeydləri qarşısında imzalar onun özünə məxsusdur. Həqiqətən 31 may 2018-ci il tarixdə saat 13-30 radələrində o, Şahid1 adlı şəxs ilə birlikdə hal şahidi qismində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, R.Axundov küçəsində olan həyət evlərinin yanında əvvəllər tanımadığı Təqsirləndirilən şəxs saxlanılaraq üzərinə baxış keçirilməsində iştirak etmişlər. Protokolda göstərildiyi kimi, polis işçiləri özlərini təqdim edərək Təqsirləndirilən şəxs saxlayıb onun kimliyini soruşduqdan sonra, Təqsirləndirilən şəxs narkotik maddə ilə bağlı şübhəli olmasını demiş və üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi ona təklif etmişlər. Təqsirləndirilən şəxs üzərində bir ədəd bükümdə 10 qrama yaxın narkotik maddə olan heroin olmasını demiş, sonra isə o zaman əynində olan cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxararaq polis işçilərinə təqdim etmişdir. Həmin büküm açıldıqda orada tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddə aşkar olunmuşdur. Polis işçiləri tərəfindən həmin büküm orada elektron tərəzidə çəkilmiş və onun çəkisinin təxminən 10 qram olduğunu onlara demişlər. Həmin büküm onların yanında bir ədəd zərfə qoyularaq möhürlənmiş, onun özü və digər hal şahidi həmin zərfin üzərinə imza etmiş, lakin Təqsirləndirilən şəxs zərfin üzərinə imza etməkdən imtina etmişdir. Orada polis işçiləri Təqsirləndirilən şəxs üçt-başını yoxlamış və protokolda yazıldığı kimi Təqsirləndirilən şəxs üzərindən bir ədəd «Samsung» markalı mobil telefon, on manat pul və öz şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Bundan sonra onları hamısı birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmilər. Orada isə bir nəfər vəkil Nazaim Qəhrəmanovun müdafiəçisi kimi dəvət edildikdən sonra polis işçiləri Təqsirləndirilən şəxs bir daha sorğu-sual etmiş, sonuncu heroinin ona məxsus olmasını etiraf etmiş, lakin heç bir sənədi imzalamayacağını bildirmişdir. Bundan sonra həmin protokol tərtib olunaraq onlara ucadan oxunmuş, onun özü, digər hal şahidi və müdafiəçi həmin protokolu imzalamış, lakin Təqsirləndirilən şəxs həmin protokolu imzalamqdan imtina etmişdir. Həmin protokolda yaxzılanların doğruluğunu bir daha təsdiq edir. Məhkəmə iclasında ifadəsi elan edilməklə iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, azərbaycan dilində latın qrafikası ilə sərbəst oxuya bilir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir münasibəti olmamışdır. 31 may 2018-ci il tarixdə «Aygün sity» ticarət mrəkəzinin qarşısında olarkən bir neçə şəxs mülki geyimdə ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib bir nəfər şəxsin üzərinə keçiriləcək baxışda hal şahidi kimi iştirak etməyi ona təklif etmişlər. Bu zaman o, polis əməkdaşının təklifinə müsbət cavab vermişdir. Orada ondan başqa bir nəfər şəxs də, hal şahidi kimi dəvət olunmuşdur. Daha sonra saat l3-30-da ünvan 6 ünvanının yaxınlığında polis əməkdaşları özünü şübhəli aparan bir nəfər şəxsə yaxınlaşmışlar. Saxlanılan şəxs özünü xx xxxxxx 1970-ci ildə Salyan rayonunda anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər dəfələrlə məhkum olunmuş, ünvan 7 ünvanında qeydiyyatda olan, faktiki. Bakıxanov qəsəbəsi, R.Axundov küçəsində yerləşən nömrəsiz fərdi həyət evində yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmişdir. Sonra Təqsirləndirilən şəxs izah edilmişdir ki, narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsində şübhəlidir və onların iştirakı ilə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində bir ədəd bükümdə 10 qrama yaxın narkotik maddə olan heroin vardır. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf selofan bükümü çıxararaq tədbir iştirakçılarına təqdim etmişdir. Həmin büküm açıldıqda orada tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddə aşkar olunmuşdur. Həmin büküm zərfə qoyularaq möhürlənmişdir. Onlar və tədbir iştirakçıları həmin zərfin üzərinə imza etmiş, lakin Təqsirləndirilən şəxs zərfin üzərinə səbəb göstərmədən imza etməmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşadığına görə kriminal aləmdə müəyyən nüfuza malikdir və bu səbəbdən üzərindən təqdim etdiyi bir ədəd şəffaf selofan bükümdəki narkotik maddə olan heroini kimdən, haradan, hansı məqsədlə əldə etməsi barədə hər hansı bir suala cavab verməyəcək, tərtib olunmuş hər hansı bir sənədlərə imza atmayacaq, izahat verməcəyəkdir. Bundan sonra tədbir iştirakçıları, saxlanan şəxs Təqsirləndirilən şəxs və onlar Baş Narkotiklərlə Mübarizə İdarəsinə yollanmışlar. Orada hüquqlarının müdafiə edilməsi məqsədilə Təqsirləndirilən şəxs Bakı şəhəri, 1 saylı Hüquq məsləhətxanasından müdafiəçi dəvət olunmuş və Təqsirləndirilən şəxs təqdim edilmişdir. Protokol vəkilin iştirakı ilə tərtib olunmuş, ucadan oxunmuş, ərizə və şikayətlər daxil olmamış, düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imza olunmuşdur. (iş vər. 46-49). Təqsiləndirilən şəxsTəqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, işdə olan “Əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” 31 may 2018-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərle Mübarizə idarəsinə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərle Mübarizə idarəsinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsində yerləşən nömrəsiz fərdi həyət evində yaşayan, əvvəllər məhkum olunmuş, 1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Sabunçu rayonu ərazisində narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatla əlaqədar, həmin idarənin XMİÜ baş əməliyyat müvəkkili Şahid3 rəhbərliyi ilə həmin idarənin digər əməkdaşları və həmçinin dəvət edilmiş hal şahidlərinin iştirakı ilə keçirilmiş əməliyyat tədbiri zamanı, 31 may 2018ci il tarixdə saat 13:30-da ünvan 6 ünvanının yaxınlığnda Təqsirləndirilən şəxs saxlanılaraq onun şəxsiyyəti müəyyən edilmiş, sonuncuya narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsində şübhəli olması bildirildikdən sonra üzərində qeyri-qanuni əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində bir ədəd bükümdə on qrama yaxın narkotik maddə olan heroin olmasını bildirərək, əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf selofan bükümü çıxararaq tədbir iştirakçılarına təqdim etmişdir. Həmin büküm açıldıqda orada tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddə aşkar olunmuş, həmin büküm «X9» SF-400 markalı elektron tərəzidə çəkilərək çəkisinin təxminən on qram olduğu müəyyən olunmuş və həmin büküm zərfə qoyularaq DİN-in 7 nömrəli möhürü ilə möhürlənmişdir. Hal şahidləri və tədbir iştirakçısı həmin zərfin üzərinə imza etmiş, lakin Təqsirləndirilən şəxs zərfin üzərinə səbəb göstərmədən imza etməmişdir. Bundan sonra hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən on manat pul, «Samsung» markalı 3581xx/xx/947640/2 imey kodlu mobil telefon, sağ arxa cibindən isə AZE seriyalı 0******* şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş on manat pul özünə qaytarılmış, mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra tədbir iştirakçıları saxlanan şəxs Təqsirləndirilən şəxs və hal şahidləri Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmiş, orada Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədilə, sonuncunun razılığı ilə Bakı şəhəri, 1 saylı Hüquq məsləhətxanasının vəkilli X7 onun müdafiəçisi qismində dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmişdir. Protokol vəkilin iştirakı ilə tərtib olunaraq ucadan oxunmuş, ərizə və şikayətlər daxil olmamış, tədbir iştirakıçılar, hal şahidləri və müdafiəçi həmin prtokolu imzalamış, Təqsirləndirilən şəxs isə həmin protokolu imzalamaqdan imtina etmişdir. Möhürlənmiş 01 (bir) ədəd zərf və «Samsung» markalı 3581xx/xx/947640/2 İMEİ kodlu mobil telefon protokola əlavə edilmişdir. (iş vər. 8-10). İşdə olan tutma haqqında protokol və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 31 may 2018-ci il tarixdə 15-55 radələrində iş üzrə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 02 iyun 2017-ci tarixli iş № 4(008)-261/2018 saylı qərarı ilə onun barəsində «həbs» qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 31 may 2018-ci il tarixdən hesablanmışdır. (cild 1, iş vər. 20, 102-103). İşdə olan «Nəqliyyat vasitəsinə baxış keçirilməsi barədə» 31 may 2018-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 17-00 radələrində Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili Şahid3 tərəfindən həmin idarənin digər əməkdaşları, dəvət edilmiş hal şahidləri, həmçinin Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçisi, Bakı şəhəri, 1 saylı Hüquq məsləhətxanasının vəkili X3 iştirakları ilə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsi ev 15 ünvanın həyətində dayanacaqda olmaqla, Təqsirləndirilən şəxs idarə etdiyi «Mersedes Benz E 190» markalı, **-ME-*** dövlət nömrə nişanlı avtomaşına baxış keçirilmişdir. Baxış zamanı avtomaşının salonundan AD seriyalı 130933 nömrəli sürücülük vəsiqəsi, AD serialı 123625 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, ƏN-İV seriyalı 331914 nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamə, Təqsirləndirilən şəxs məxsus «Kapital» Bankın **********087438 nömrəli və Bahadur Qəhrəmanova məxsus **********828351 nömrəli bankomat kartları aşkar olunmuşdur. Baxış zamanı avtomaşından qanunsuz əşyalar aşkar olunmamışdır. Baxış keçiriləndən sonra tədbir iştirakçıları, Təqsirləndirilən şəxs, müdafiəçi və hal şahidləri Baş Narkotiklərlə Mübarizə idarəsinə getmişlər. Orada bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, ərizə və şikayətlər daxil olmamış, tədbir iştirakıçıları, hal şahidləri və müdafiəçi həmin prtokolu imzalamış, Təqsirləndirilən şəxs isə həmin protokolu imzalamaqdan imtina etmişdir. Avtomaşından aşkar olunmuş sənədlər və iki ədəd bankomat kartları protokola əlavə edilmişdir. (iş vər. 28-29). İş üzrə təyin edilməklə Azərbaycan Respublikası ƏN Məhkəmə Ekspertizası Mərkəzində keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 31 may 2018-ci il tarixli 14464 Ne-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd büküm yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 10,005 (on tam, mində beş qram) qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertizanın keçirilməsinə sərfiyyat,-0,05 qram nəzərə alınmaqla, həmin narkotik vasitənin qalıq çəkisi 9,955 (doqquz tam, mində doqquz yüz əlli beş qram) qramdır. (iş vər. 34-35). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş 11 iyun 2018-ci il tarixli tələbnamə, həmçinin məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə cinayət məsuliyyətinə cəlb edilməklə, o cümlədən Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 04 iyun 2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1ci maddələri ilə təqsirli bilinərək, qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasın məhkum edilmiş, 06 yanvar 2012-ci il tarixdə isə cəzasının sonu ilə əlaqədar azadlığa buraxılmışdır. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 05 noyabr 2013-cü il tarixli iş № 1(008) saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, cəzasını ciddi rejimli cəzaçəkmə müəsissəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 11 may 2013-cü il tarixdən hesablanmaqla 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasın məhkum edilmiş, həmçinin həmin məhkəmə hökmü ilə Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 29 dekabr 2016-cı il tarixli qərarı ilə 04 (dörd) ay 12 (on iki) gün vaxtından əvvəl şərti azad olunmuş və ona təyin olunmuş şərti vaxtından azad etmə müddəti başa çatmışdır. (cild 1, iş vər. 108-109, 119- 122). «Maddi sübut kimi tanıma barədə» 15 iyun 2018-ci il tarixli qərar və məktubdan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs götürülməklə xalis çəkisi 10,005 (on tam, mində beş) qram narkotik vasitə olan heroin sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatı keçirildikdən sonra ümumi qalıq çəkisi 9,955 (doqquz tam, mində doqquz yüz əlli beş) qram təşkil edən narkotik vasitə - heroin saxlanması üçün Sabunçu rayon Polis İdarəsinin saxlancına təhvil verilmişdir. (iş vər.110, 111). İş materiallarında olmaqla Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 06 iyun 2007-ci il tarixli iş № 5(008)-139/2018 saylı qərarına əsasən Azərbaycan Respublikası DİN BNMİ-də XMİÜrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid3 həmin iş üzrə «Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair» 31 may 2018-ci il tarixli qərarı «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 4-cü hissəsinə əsaslanmaqla qanuni hesab edilmişdir. (iş vər.113-114). İş materiallarında olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus plastik bankomat kartları, etibarnamə və həmçinin «Mersedes Benz E190» markalı, **-ME-*** dövlət nömrə nişanlı avtomaşına aid sənədlər sonuncunun qardaşı X2 təhvil verilmişdir. (iş vər. 127). Cinayət işi üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 04 iyul 2018-ci il tarixli, 1164 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq ediİməyən narkomanlıq xəsiəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə əsasən, hal-hazırda Təqsirləndirilən şəxs 2-ci qrup əlil olması ilə əlaqdar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyil. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vər. 128- 129). İş üzrə «Sübutların qiymətləndirilməsi barədə», həmçinin «Cinayət işindən başqa cinayət işinin ayrıca icraata ayrılması və icraata götürülməsi barədə» 05 sentyabr 2018-ci il tarixli qərarlardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində olan hazırki ********* saylı cinayət işi üzrə sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1-cü maddəsi ilə hissədə cinayət təqibinə xitam verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə olan heroinin mənbəyinin müəyyən edilməsi üçün həmin cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrılaraq icraata qəbul edilmişdir. (iş vər. 130-135, 137-138). Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında qurudulmuş heroinin xalis çəkisi 2 qramdan yuxarı aşkar olunması külli miqdar hesab olunur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması onun özünü təqsirli bilməməsinə baxmayaraq, hadisənin baş vermə yeri, vaxtı və şəraiti barədə işin faktiki hallarına uyğun olan ifadələri, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, maddi sübut və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla bağlı, yuxarıda qeyd edilən şəraitdə polis əməkdaşları tərəfindən yaxalanan zaman onun üzərində heç bir narkotik vasitə olmadığı, hadisə günü və əvvəlki günlərdə o, hər-hansı bir şəxsdən narkotik vasitə olan heroin almadığı, kiməsə heroin və yaxud başqa narkotik vasitə satmaq niyyəti olmadığı, polis işçiləri tərəfindən saxlanıldıqdan sonra həmin narkotik vasitənin kiminsə tərəfindən onun cibinə qoyulduğu, polis işçiləri tərəfindən ona qarşı qərəzli mövqe nümayiş etdirilərək, tam əsassız olaraq öz üzərində narkotik maddə olan heroin saxlamaqda və narkotik maddələrin satışı ilə məşğul olmaqda günahlandırıldığı və məhz bu səbəbdən iş üzrə müvafiq sənədləri imzalamadığı barədə olan hissədə məhkəmə baxışı zamanı verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun bu kimi ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə verilmiş və onun yuxarıda qeyd edilən cinayət əməlini, yəni satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda narkotik vasitə olan heroini əldə edib, özündə saxlayıb daşımaqda təqsirli olması iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv subutların məcmusi ilə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qərarın 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, ictehlakçı ilə əvvəlcədən razılıq əldə edilməci, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə həmin tövsiyyələri və işin faktiki hallarını, yəni Təqsirləndirilən şəxs yuxarıda göstərilən şəraitdə külli miqdarda,-10,005 (on tam mində beş qram) qram çəkidə narkotik vasitə olan heroini qanunsuz yolla istintaq zamanı müəyyən edilməmiş mənbədən əldə edərək narkotik vasitəni əldə edib, saxlayıb öz üzərində daşımaqla Bakı şəhəri Sabunçu rayonu ərazisində yuxarıda göstərilən şəraitdə polis əməkdaşları tərəfindən yaxalandığı, onun şəxsiyyətini xarakterizə edən halları, yəni daimi qazanc yeri olmadığını, aşkar olunmuş narkotik vasitənin miqdarını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əvvəllər də cinayət məsuliyyətinə cəlb olunduğu və digər halları nəzərə alaraq hesab edir ki, onun həmin narkotik vasitələri məhz satış məqsədi ilə əldə etmiş olduğu tam təsdiq olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əvvəllər də cinayət cinayət məsuliyyətinə cəlb edilməklə, sonuncu dəfə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 05 noyabr 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, cəzasını ciddi rejimli cəzaçəkmə müəsissəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 11 may 2013-cü il tarixdən hesablanmaqla 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasın məhkum edildiyi, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 29 dekabr 2016-cı il tarixli qərarı ilə 04 (dörd) ay 12 (on iki) gün vaxtından əvvəl şərti azad olunduğu və ona təyin olunmuş şərti vaxtından azad etmə müddəti xx.xx.2017-ci il tarixdə başa çatmış olduğu, yəni əvvəllər az ağır cinayət əməli törətdiyinə görə azadlıqdan məhrum etmə cazasına məhkum olunduğu və həmin məhkəmə hökmü üzrə ona təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra yenidən qəsdən ağır cinayət əməli törətməkdə təqsirli bilindiyi, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinin müddəalarına əsasən onun sonuncu məhkumluğu götürülmədiyi və ödənilmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, o, məhkum olunmuş şəxs hesab olunmalı, CM-nin 18.1-ci maddəsinin tələblərinə əsasən onun əməlində cinayətin residivi olduğundan ona CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə isə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Yuxarıda qeyd edildiyi kimi, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmuş, lakin onun 2-ci qrup əlil olması ilə əlaqdar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün olmadığı və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Odur ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs öz səhhət drumu ilə bağlı 2-ci qrup əlil olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1.1 -ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivi olmasını onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Maddi sübut: Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi tədbiq edilməklə Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc yerində saxlanılmaqla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd şəffaf sellofan bükümündə olan, ekspertiza tədqiqatı sərfiyyatı nəzərə alınmaqla ümumi qalıq çəkisi 9,955 (doqquz tam, mində doqquz yüz əlli beş) qram təşkil edən narkotik vasitə -heroin hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq məhv edilməlidir. İş üzrə ekspertiza xərcləri cəmi 97,95 (doxsan yeddi manat, doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 31 may 2018-cı il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut: Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi tədbiq edilməklə Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc yerində saxlanılmaqla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd şəffaf sellofan bükümündə olan, ekspertiza tədqiqatı sərfiyyatı nəzərə alınmaqla ümumi qalıq çəkisi 9,955 (doqquz tam, mində doqquz yüz əlli beş) qram təşkil edən narkotik vasitə -heroin hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq məhv edilsin. İş üzrə ekspertiza xərcləri cəmi 97,95 (doxsan yeddi manat, doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Əliövsəd Abasov Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar