Məhkəmə qərarları › İş №1(101)-133/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-133/2020

20.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-133/2020 20.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi hakimlər Qəribov Fikrət Atlıxan oğlu (sədrlik edən), Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı1, Dövlət ittihamçısı2, X2, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, müdafiəçi: “Adil İsmayılov və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi binada, açıq məhkəmə iclasında xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 mənzil 21-də pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan, xx.xx.2019-cu il tarixdən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötərin ki, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs əmisi Zərərçəkmiş şəxs həyətdə yerləşən qarajın açarını geri qaytarmasını tələb etməsini bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan özünün üstünlüyünü nümayiş etdirmək, müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək üçün xx.xx.2014-cü il tarixdə, saat 21 radələrində yaşadığı ünvan 1 mənzil 21 ünvanının həyətində xuliqanlıq niyyətilə qəsdən özü ilə gətirdiyi mətbəx bıçağı ilə sonuncunun qarın nahiyyəsindən zərbə ilə vuraraq ona köndələn çənbər bağırsaq müsariqəsinin yaralanması ilə müşayiət olunan, qarının ön divarının daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası ilə müşayət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarəti yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əmisi Zərərçəkmiş şəxsla onun heç bir zaman problemi olmayıb. Əmisi Zərərçəkmiş şəxs gəlib onların həyətinə görüşmüş, söhbət etmişlər. Onların həyətdə işıq naqillərində tez-tez problem olduğuna görə o həyətdə işləyirmiş, Zərərçəkmiş şəxs hər fəsil xurma ağacından xurma yığmaq üçün onların həyətinə gəlirmiş, həmin gündə xurma ağacından xurma yığmaq üçün həyətlərinə gəlmişdir. Həmin gün həyətlərində işıq naqillərini düzəltdiyi üçün Zərərçəkmiş şəxs şunuru tutaraq ona kömək etdiyi zaman bilmədən, Zərərçəkmiş şəxs zərbə dəymiş, lakin Zərərçəkmiş şəxs bədən nahiyəsinə bıçaq batmamış, sadəcə olaraq bədən içərisində daxili qanaxma baş verib, ona görə həmin gün axşam Zərərçəkmiş şəxs həkimə gedib və xəstəxanada əməliyyat edib qanı çıxarıblar ki, qan yığılıb çirklənmə baş verməsin. Onun bıçaqı qəsdnən vurmaq fikri olmayıb. Zərərçəkmiş şəxs qeyd etdiyi Qurban adlı qonşu hadisə günü orada olmayıb, hadisədən sonra Zərərçəkmiş şəxs Qurban adlı qonşularının nömrəsini taparaq “sənə 100 (yüz) manat verəcəm Raminin üzünə dur” deyə cümlə işlədib. Zərərçəkmiş şəxs Qurbana belə söz deməsini Qurban özü ona deyibdir, Qurban hal-hazırda Azərbaycan Respublikasından kənarda yaşayır, Azərbaycanda yaşamır. Həyətdə olan qaraj atasına məxsus olub, Zərərçəkmiş şəxs həmin qarajda işləmirmiş. Hadisə qarajın qabağında olub, Zərərçəkmiş şəxs ona kömək edən zaman. O sadəcə Zərərçəkmiş şəxs kömək etməsi üçün şunuru tutmasını istəmiş və bilmədən əlində olan bıçaqla Zərərçəkmiş şəxs zərbə dəymiş, şunuru kəsərkən, lakin kəsilmə bıçaq batması olmamışdır. Hadisə olan zaman Zərərçəkmiş şəxs bildirdiyi Qurban adlı qonşuları orada olmayıb. Bıçaq onun əlində imiş, cinayət işinin materialları ilə tanış olmuşdur, sadəcə bir çox sənədə bilmədən imza çəkmişdir. Eksperin verdiyi deşilmə və kəsilmə rəyi ilə razı deyil. 6 il ərzində 5 dəfə eksper təyin olunub, ola bilər ki, axırıncı ekspert ehtimal var ki, Zərərçəkmiş şəxs xeyrinə yazıb, bunu qəbul etmir. 3.000 (üç min) manat Zərərçəkmiş şəxs xəstəxana xərclərini ödəmişlər, şəxsən özü, barışıq üçün cəhd etmişdir. Zərərçəkmiş şəxs psixi probleminin olub olmaması barədə dəqiq məlumatı yoxdur. O yalan ifadə verməmişdir, hadisə necə olub olduğu kimi danışmışdır. Hadisə günü əlində olan bıçaq göy qırmızı dəstəkli bıçaq imiş. Bu hadisələrin olmasına səbəb torpaq mülk məsələsinə görə olub. Ali Məhkəmənin qərarı ilə Zərərçəkmiş şəxs aid sex onlara verildiyinə görə. Zərərçəkmiş şəxs onun tərəfindən heç bir təklif olmayıb. Zərərçəkmiş şəxs bildirdiyi insanların heç biri hadisə zamanı orada olmayıb. Hadisə zamanı Novruz, birdə xalası oğlu Əliyev Emin olub orada, lakin hadisəyə göz şahidi olmayıblar. Hadisə baş verib saat 05 radələrində, Zərərçəkmiş şəxs daxili ağrısı olduğu üçün 09 radələrində xəstəxanaya gedib, həkim əməliyat edərək qan çıxardılıb, Zərərçəkmiş şəxs dəymiş bütün ziyan ödənilib, 3.000 (üç min) manat pul ödənilib, aralarında barışıqda olub. Cinayət işinin 1-ci cild 241-256-cı vərəqələrində məhkəmə qətnamələri,qərardad və qərarları mövcuddur. Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı Zərərçəkmiş şəxs cavabdehlər X3, X6 və Təqsirləndirilən şəxs qarşı yaşayış sahəsinin bölünməsi, həyətyanı torpaq sahəsindən istifadə qaydasının müəyyən olunması tələbinə dair iddia ərizəsinə baxılmış və iddia təmin edilmişdir. xx xxxx 2015-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsi tərəfindən həmin qərar ləğv edilmiş və iddia təmin edilməmişdir. Bundan sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərarı ilə iddiaçı Zərərçəkmiş şəxs kassasiya şikayəti təmin edilməmişdir. Deməli bu şəxslərin aralarında əmlak, mülk üzərində mübahisələr mövcuddur. Məhkəmə də hesab edir ki, Təqsirləndirilən şəxs istər məhkəmədə istərsə də istintaq zamanı vermiş olduğu ifadələri həqiqətə uyğun deyil və özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirilməlidir. Həmçinin məhkəmə hesab edir ki, burada xuliqanlıq niyətindən söhbət gedə bilməz, cinayətin baş verməsi üçün səbəb mövcuddur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə günü Təqsirləndirilən şəxs qarajın açarını gətirməsini bildirmişdir, Ramin əynindəki kurtkanın qol hissəsinin içərisinə tutacaq yeri qara rəngdən ibarət olan ölçüsünü xatırlamadığı bıçağı qoyaraq onun yanına gəlmiş və qarın nahiyyəsindən bir bıçaq zərbəsi vuraraq, ondan bir neçə metir uzaqlaşaraq bıçaqı əlində saxlayaraq “səni hələ evində vuracam” deyə bildirmişdir. Bu zaman qonşuları Qurban adlı şəxsdə onların yanında olmuşdur. Hal-hazırda isə qonşuları olan Qurban adlı şəxs Azərbaycan Respublikasında yaşamır, o, hal-hazırda “Çita” şəhərində yaşayır. Ondan sonra qonşuları Qurban onu evə gətirmiş, evə gəlib köynəyini açdığı zaman “bağırsağının” qarın nahiyyəsindən çölə çıxdığını görmüşdür. Ondan sonra qonşusu Qurbanın köməkliyi ilə xəstəxanaya getmiş və orada Rasim adlı həkim onu əməliyyat etmişdir. Əməliyyat olunduqdan 4-5 ay sonra Ramini görmək üçün gəldiyində Ramin çölə çıxmış və sonra qaçmağa başlamışdır. O Ramindən qarajın açarını gətirməyini istəmişdir. Qarajın açarını gətir deməyindən 5-10 dəqiqə sonra kurtkanın qol hissəsinin içərisinə qoyaraq gəlib onu qarın nahiyəsindən bıçaqla vuraraq ondan bir neçə metr uzaqlaşdıqdan sonra, bıçağı əlində tutaraq “səni evdədə vuracam” deyə ifadə işlətmişdir. 1 ay xəstəxanada yatmışdır. Ramin onu xəstəxanaya aparmayıb, onu xəstəxanaya Qurban adlı qonşuları aparıb. O müalicə olunarkən Ramin yox dayısını 600 (altı yüz) manatlıq ödəniş kağızına imza etdirmişdir. O Təqsirləndirilən şəxsla barışmayacaqdır. Onu Ramin vurub, o onun qardaşının oğludur. Məhkəməyədək icraat zamanı iş üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı o, ifadələrində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir. (Cild 1, iş vərəqə 134-137; Cild 2, iş vərəqə 62-64) Məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ifadələri yerində yoxlanılan zaman onlar hadisənin baş verdiyi yeri göstərmiş və müəyyən edilmişdir ki, hadisə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi, ev 14, mənzil 21 ünvanında baş vermişdir.(Cild 1, iş vərəqə 25-27;34-36) Məhkəməyədək icraat zamanı iş üzrə istintaqın ilkin mərhələsində təyin edilmiş məhkəmətibbi ekspertizasının xx xxxx 2014-cü il tarixli 279 №-li rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs qarının ön divarının daxilə nüfuz edərək köndələn çənbər bağırsağın müsariqəsinin yaralanmasına səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edildi. Xəsarət deşici-kəsici alətin təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2014-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. Xarakterinə və lokalizasiyasına görə, xəsarətin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən yetirilməsi inkar olunur.(Cild 1, iş vərəqə 13-15) Məhkəməyədək icraat zamanı Məhkəmə-Trasoloji Ekspertizasının xx xxx 2014-cü il tarixli 7810 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş köynəyin üzərində olan mexaniki zədənin yerləşdiyi yeri və ölçüsü rəyin təsviri hissəsində verilib. Təqdim edilmiş köynəyin üzərində olan zədə kəsici ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə kəsici ucu deşici xassəyə malik olan bıçaq tiyələri də malikdir.(Cild 1, iş vərəqə 48- 52) Məhkəməyədək icraat zamanı Komisyon məhkəmə tibbi-ekspertizasının xx.xx.2019-cu il tarixli, T193/2019 saylı rəyində göstərilmişdir ki, Vətəndaş Zərərçəkmiş şəxs yetirilmiş xəsarət köndələn çənbər bağırsaq müsariqəsinin yaralanması ilə müşayiət olunun qarının ön divarının daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası - kəsici-deşici alətin, 0 cümlədən bıçağın birdəfəlik təsirindən törənmiş, müddəti qərarın təsviri hissəsində göstərilən vaxta, yəni xx.xx.2014-cü ilə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. - Vətəndaş Zərərçəkmiş şəxs xəsarəti alarkən həmlə edən Təqsirləndirilən şəxsla münasibətdə müxtəlif vəziyyətlərdə ola bilərdi, xəsarət onun qarının ön divarında yerləşdiyindən üzbə-üz dayanmış vəziyyətdə olarkən alması daha inandırıcıdr və zərbənin gücü xəsarətin yetirilməsi üçün kifayət qədər olmuşdur. Zərərçəkmiş şəxs əlləri ilə elektrik naqilini tutması və Təqsirləndirilən şəxs bıçaqla həmin naqili kəsən zaman bıçağın sürüşərək onun qarnına batması nəticəsində alınması mümkün deyildir.(Cild 2, iş vərəqə 135-140) Bununla Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlləri ilə elektrik naqilini tutması və Təqsirləndirilən şəxs bıçaqla həmin naqili kəsən zaman bıçağın sürüşərək onun qarnına batması inkar olunur. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs İsgəndər Məmədovu ehtiyyatsızlıqdan vuraraq ağır xəsarət yetirməsinə dair gətirdiyi dəlil istintaq materialları ilə tam təkzib edilmiş və onun qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin ifadəsi, üzləşdirmə protokolu, ekspertiza rəyləri, ifadənin yerində yoxlanması protokolları və digər istintaq sənədləri ilə sübuta yetirilmişdir. Məhkəmə zamanı Zərərçəkmiş şəxs hər hansı bir psixi xəstəliyin əlamətlərinin olubolmamasını müəyyən etmək məqsədi ilə kompleks məhkəmə psixiatrik və məhkəmə psixoloji ekspertizası keçirilmiş və Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının gəldiyi Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun nəticə belə olmuşdur. Zərərçəkmiş şəxs hal-hazırda EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZUNTUSU aşkar edilir. Bunu anamnestik məlumatlar və hazırkı psixiatrik müayinənin nəticələri – xasiyyətcə əsəbi, affektiv reaksiyalara meylli olması, həmçinin hazırda müayinə zamanı əhvali-ruhiyyəsinin dəyişkənliyi, emosional labilliyi, xarici qıcıqlara qarşı həssaslığı və.s təsdiq edir. Qeyd olunmalıdır ki, Zərərçəkmiş şəxs qeyd olunan “Emosional davamsız şəxsiyyət pozuntusu” hazırkı təzahür dərəcəsinə görə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik kateqoriyalarına aid edilə bilməz. Qeyd olunan “emosional davamsız şəxsiyyət pozuntusu” təfəkkür, yaddaş və intekllekt funksiyalarının kobud pozuntuları ilə müşayiət olunmadığından Zərərçəkmiş şəxs psixoloji xüsusiyyətlərinə və emosional reaksiyalarına təsir etsə də, psixopatoloji səviyyədə (psixi pozuntu ilə əlaqədar) onu qərarda təsvir olunmuş hadisələri düzgün qavramaq, yadda saxlamaq və təsvir etmək imkanından məhrum etmir. Ekspertizaya təqdim olunmuş sənədlərə əsasən Zərərçəkmiş şəxs baş vermiş cinayət hadisəsi dövründə xroniki psixi xəstəlik keçirdiyini təsdiq edə biləcək hər hansı fakt aşkar olunmamışdır. Zərərçəkmiş şəxs aşkar edilən emosional davamsız şəxsiyyət pozuntusunun nə vaxtdan yarandığını müəyyən etmək mümkün olmadığından həmin dövrdə onda qeyd olunan şəxsiyyət pozuntusu əlamətlərinin olub-olmadığını, həmçinin onların təzahür dərəcəsini müəyyən etmək mümkün deyil. Məhkəməpsixoloji ekspertizası üzrə aparılmış eksperimental-psixoloji müayinə zamanı Zərərçəkmiş şəxs idrak prosseslərinin tədqiqi zamanı ixtiyari yadda saxlamasının bir qədər aşağı olması, diqqətində dayanıqsızlıq (tez yayınıb, gec mərkəzləşməsi), təfəkkürünün torpid olmasl, abstrakt anlayışların dərk edilməsinin nisbətən zəif çıxış etməsi, həmin anlayışları məhdud şəkildə şərh etməsi, qavrama prosesində lənglik müəyyən edilir. Təfəkkürünün ümumiləşdirmə və təhliletmə, proqnozlaşdırma proseslərində normadan kənara çıxma hallarına təsadüf olunmur. Şəxsi keyfiyyətlərində və emosiolnaliradi sferasında qıcığa qarşı həssaslıq, tez özündən çıxmaq, affektiv reaksiyalara meyillilik, əhval-ruhiyyəsinin dəyişkən olması aşkar olunur. İnadkarlıq, hövsələsizlik, kobudluq, özünə qarşı hörmət tələb etmək, eqosentrizm kimi xarakterik xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs qərarın təsviri hissəsində göstərilən hadisə zamanı yaddaş, diqqət, qavrama və.s idrak prosesslərinin hansı səviyyədə olduğunu hal-hazırda müəyyən etmək mümkün deyildir. Şəxsiyyətində, emosional-iradi funksiyalarında, idrak prosesslərində hal-hazırda aşkar olunan dəyişikliklərlə əlaqədar ziddiyətli ifadələr verməyə, hadisələri təhrif edib danışmağa meylli şəxs kimi qiymətləndirilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı Qərarının 8-ci bəndində göstərilir ki, Məhkəmə ittihamı dəyişməyə və ya cinayətin ayrı-ayrı epizodlarını qanunun müttəhimə elan olunmamış maddəsi ilə tövsif etməyə haqlıdır. Bu zaman məhkəmə bunu əsas tutmalıdır ki, cinayətin tövsifinin belə dəyişilməsinə yalnız o şərtlə yol verilə bilər ki, müttəhimin qanunun yeni maddəsi ilə tövsif olunan hərəkətləri məhkəməyə vermə zamanı onun təqsirində nəzərə alınmış olsun, yeni ittihamda daha ağır cinayətin əlamətləri olmasın və faktiki hallara görə müttəhimin məhkəməyə verildiyi ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə müttəhimin vəziyyətini ağırlaşdırmasın və onun müdafiə hüququnu pozmasın.» Məhkəmə İbtidai araşdırma orqanının gəlmiş olduğu yuxarıda qeyd olunan halları araşdıraraq hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinə kifayət qədər sübut toplamadan və belə sübutların toplanmasının mümkünlülüyü baxımından əsassız olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham verilmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı Qərarının 4-cü bəndində göstərilir ki, «Məhkəmələr nəzərə almalıdır ki, Cinayət Prosessual Məcəllənin 327-ci maddəsinə əsasən, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər təhqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Qanunun mənasına görə, ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur.» Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı cinayətkar davranışa sövq edən səbəb və niyyəti yəni cinayətin motivini düzgün müəyyən etməmişdir. Yəni cinayət edən şəxsin həmin cinayət hadisəsini törətməyə sövq edilmə səbəbi və niyəti kifayət qədər araşdırılmamış və bu cinayət işində motiv müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs cinayət əməli düzgün ixtisaslaşdırılmamışdır. Məhkəmə diqqəti ona yönəldir ki, hər bir cinayət işində motiv müəyyən edilməlidir. Çünki bunsuz nəinki cinayətin düzgün ixtisaslaşdırılması, hətta cəzanın fərdiləşdirilməsi də mümkün deyildir. Beləliklə də, yuxarıda şərh edilən sübutları məcmuyu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittihamından xuliqanlıq niyyəti ilə sözləri çıxılmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmüş cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilməklə o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, «Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.» Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 6-cı və 7-ci maddələrinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı Qərarının 13-cü bəndinə əsaslanaraq, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsinə əsasən cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd etməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlini qismən etiraf edib peşiman olmasını işdə cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 5-ci maddəsini, Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsini əsas tuturaq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2019-ci il tarixdən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun barəsində hökm çıxarıldığı tarixdən hesablanmalıdır. Cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü və 56.1.2-ci maddələrinin tələblərinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99.1.2-ci maddəsinin tələbinə əsasən həmin Məcəllənin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakın olub-olmaması məsələsini araşdıraraq hesab edir ki, belə bir əmlak yoxdur. Əmlak üzərinə həbs qoyulmamışdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə 147,20 (bir yüz qırx yeddi manat yetmiş qəpik) manat məhkəmə xərci vardır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və o məhkəmə iclas zalından həbsə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli bu gündən yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 147,20 (bir yüz qırx yeddi manat yetmiş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökm elan edildiyi (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar