Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-133/2023 04.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs2 nümayəndəsi (etibarnamə və order əsasında) Bakı şəhəri “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə1, Zərərçəkmiş şəxs1 nümayəndəsi Bakı şəhəri “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun nümayəndəsi (etibarnamə və order əsasında) Nümayəndə2, müdafiəçi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, 4 (dörd) uşağı olan, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli və xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə o, etirbardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor vəzifəsinə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 2018-ci ilin aprel ayının əvvəllərində ünvan 2 ünvanında yerləşən “Qəbələ” restoranında 100.000 manat pul vəsaitini və eyni adla 2018-ci ilin aprel ayının əvvəllərində saat 16:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 149 ünvanında yerləşən “Smoke” kafesində 150.000 manat pul vəsaitini alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 250.000 manat olmaqla, külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 birlikdə iş görüb qazanc əldə etməsinə dair yalan vəd verib aldadaraq, bu adla Zərərçəkmiş şəxs1 30 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospketi 149 ünvanında yerləşən “Smoke” kafesində 10.000 manat pul vəsaitini, 01 noyabr 2019-cu il tarixdə, saat 15:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus “Volkswagen Tiguan” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir etdirib satmaqda köməklik etməsinə dair yalan vəd verib aldadaraq onun xahişi ilə Zərərçəkmiş şəxs1 tərəfindən ünvan 6 ünvanında yerləşən “Cıdır” atçılıq kompleksinin qarşısında saxlanılmış “Volkswagen Tiguan” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobil onun göstərişi ilə qardaşı Şahid1 tərəfindən idarə edilərək həmin vaxt olduğu Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 149 ünvanında yerləşən “Smoke” kafesinin qarşısına gətirilərək avtomobili qardaşı Şahid1 təhvil almış və 08 noyabr 2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 132 ünvanında yerləşən 51 saylı notariat kontorunda Zərərçəkmiş şəxs1 adından “Volkswagen Tiguan” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün Şahid3 adına təmsilçilik üçün verilmiş vəkalət hesab edilən nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnaməni Zərərçəkmiş şəxs1 əldə etdikdən sonra “Volkswagen Tiguan” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobili ələ keçirərək, həmin avtomobili dəyərindən ucuz qiymətə, yəni həmin dövrün məzənnəsinə görə 25.500 manat təşkil edən 15.000 ABŞ dolları müqabilində Şahid3 Zərərçəkmiş şəxs1 məlumatı olmadan satmış, 04 mart 2021-ci tarixdə yenidən birlikdə iş görüb qazanc əldə etmək adı ilə Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 8 ünvanında Zərərçəkmiş şəxs1 3.000 manat manat pul vəsaitini alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 40.000 manat olmaqla, xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 avtomobil salonunda satışda olan “Bentley Continental” markalı avtomobilə 30.000 ABŞ dolları ilkin ödəniş verdiyi halda həmin avtomobili onun adına sənədləşdirdikdən sonra lizinq yolu ilə 150.000 manat pul vəsaiti təşkil edəcəyinə dair Zərərçəkmiş şəxs3 yalan vəd verib aldadaraq, bu adla Zərərçəkmiş şəxs3 tanışı Şahid2 vasitəsi ilə Zərərçəkmiş şəxs3 tərəfindən göndərilmiş olduğu həmin dövrün məzənnəsinə görə 51.000 manat təşkil edən 30.000 ABŞ dolları məbləğində pul vəsaitini 16 mart 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X19 küçəsi 110 ünvanı ilə X26 küçəsinin kəsişməsində yerləşən “Albert Aqarunov” abidəsinin yaxınlığında Şahid2 alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 ümumilikdə 51.000 manat olmaqla, külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs2 sonuncunun da ifadəsində bildirdiyi kimi Mehriban adlı xanımın vasitəsilə tanımışdır. O, Zərərçəkmiş şəxs2lə bir neçə dəfə görüşmüşdür. Zərərçəkmiş şəxs2 bir neçə vəzifəli şəxslə görüşmək istəmişdir. O da Zərərçəkmiş şəxs2 Teymur adlı dostunun olduğunu və Şahini Teymurla görüşdürə biləcəyini bildirmişdir. Onun Zərərçəkmiş şəxs2lə münasibəti yaxşı olmuşdur. Həmin vaxt onun bir qədər maddi sıxıntıları olmuşdur. Buna görə də o, Zərərçəkmiş şəxs2 40.000 manat məbləğində borc almışdır. O, Zərərçəkmiş şəxs2 40.000 manatı alanda bir qədər uzun müddətə almışdır ki, öz problemlərini həll edib sonra borcunu qaytarsın. Belə ki, Zərərçəkmiş şəxs2 ona demişdir ki, tam arxayın olması üçün Şahinə hər hansı bir əmlakını girov olaraq versin. O da buna görə öz “BMV” markalı avtomobilini borcun ödənilməsi müqabilində bir müddətlik girov olaraq Zərərçəkmiş şəxs2 həyətindəki qarajda saxlamışdır. Çox keçməmiş, yəni təxminən 2-3 gündən sonra Zərərçəkmiş şəxs2 ona zəng edərək onunla görüşmək istədiyini, eləcə də özünün maddi sıxıntılarının yarandığını ona demişdir. Buna görə də o, “Sahil” bağında Zərərçəkmiş şəxs2lə görüşmüşdür. Görüş zamanı Zərərçəkmiş şəxs2 1 (bir) ay ərzində ona verdiyi pulu qaytarılmasını istəmişdir. O, Zərərçəkmiş şəxs2 borc alarkən 2 (iki) aylıq müddətə həmin pulu almışdır. Lakin Zərərçəkmiş şəxs2 borcu daha tez müddətə tələb etdiyinə görə o, təxminən 1 (bir) ay ərzində 40.000 manat pulu Zərərçəkmiş şəxs2 qaytarmışdır. Bundan sonra da o, öz maşınını da Zərərçəkmiş şəxs2 həyətindəki qarajdan götürmüşdür. Zərərçəkmiş şəxs2 öz ifadələrində bildirmişdir ki, onun Şahinə 250.000 manat məbləğində pul borcu olmuş və o, Şahinin etibarından sui-istifadə edərək sonuncunun pullarını ələ keçirmişdir. Lakin bu belə deyil. Belə ki, o, Zərərçəkmiş şəxs2 qarajında öz avtomobilini qoymuşdur. Əgər o, Şahinin borcunu qaytarmamışdırsa, nəyə görə Zərərçəkmiş şəxs2 onun maşınını qarajdan ona təhvil verib? Zərərçəkmiş şəxs2 məhkəmədə ifadə verərkən bildirmişdir ki, o, Şahinə həqiqətən də 40.000 manat geri qaytarmışdır. Deməli onun Zərərçəkmiş şəxs2 210.000 manat məbləğində borcu qalmışdır. Lakin Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı ifadə verərkən orada bildirmişdir ki, onun Zərərçəkmiş şəxs2 250.000 manat borcu var. Bir daha bildirmək istəyir ki, o, Zərərçəkmiş şəxs2 250.000 manat məbləğində pul borc almamışdır. O, Zərərçəkmiş şəxs2 40.000 manat məbləğində pulu borc olaraq almış və həmin məbləği də Zərərçəkmiş şəxs2 tam şəkildə geri qaytarmışdır. Sadəcə olaraq o, həmin 40.000 manatı bir qədər yubatmaqla geri qaytardığı üçün Zərərçəkmiş şəxs2 ona qarşı bir qədər əsəbi olmuşdur. Ona görə də Zərərçəkmiş şəxs2 əsəbi olduğundan onun barəsində şikayət etmişdir. Lakin bildirmək istəyir ki, Zərərçəkmiş şəxs2lə onun arasında hər zaman münasibətlər yaxşı olmuşdur. Onun Zərərçəkmiş şəxs2 heç bir borcu yoxdur. Zərərçəkmiş şəxs1 epizodu üzrə deyə bilər ki, o, Zərərçəkmiş şəxs1 2015-ci ildən etibarən sosial şəbəkədə tanımışdır. Onun Səbinə ilə sonradan daha yaxşı ünsiyyəti olmuşdur. Zərərçəkmiş şəxs1 çox xoş əhval-ruhiyyəli insan olmuşdur. Onun Səbinə ilə həmişə səmimi münasibəti və dostluğu olmuşdur. O, Zərərçəkmiş şəxs1 bir neçə dəfə borc olaraq pul götürmüşdür. O, bir dəfə Zərərçəkmiş şəxs1 3.000 manat, bir dəfə 5.000 ABŞ dolları, bir dəfə də 10.000 manat borc götürmüşdür. Lakin o, Zərərçəkmiş şəxs1 pulu borc olaraq götürdüyü zaman Zərərçəkmiş şəxs1 ilə konkret olaraq borcu nə vaxt qaytaracağına dair onların arasında razılıq olmamışdır. Bəzən Zərərçəkmiş şəxs1 borcu daha tez istəmişdir. O da Səbinədən götürdüyü pulu qaytarmışdır. Sonuncu dəfə Səbinəyə olan borcu barədə deyə bilər ki, Zərərçəkmiş şəxs1 ona demişdir ki, əgər o, Səbinəyə 8.000 manat qaytarsa, Səbinə borcun qalan hissəsini ondan tələb etməz. Zərərçəkmiş şəxs1 məhkəmədə ifadə verərkən bildirmişdir ki, o, Səbinədən pulu borc olaraq götürdüyü zaman hansısa biznes vədləri verərək, iş quracaqları adı ilə həmin pulu götürmüşdür. Lakin o, heç vaxt Zərərçəkmiş şəxs1 hər hansı bir biznes vədi və ya iş quracaqları, eyni zamanda həmin işdən gəlir əldə edəcəkləri vədi ilə pul almamışdır. O, Zərərçəkmiş şəxs1 şəxsi olaraq özü üçün borc istəmişdir. Bəzən Səbinəyə pulu geri qaytarmış, bəzən də borclu qalmışdır. Zərərçəkmiş şəxs1 maşınının satılması ilə bağlı deyə bilər ki, maşını Səbinəni aldadaraq, etibarından sui-istifadə edərək, Zərərçəkmiş şəxs1 xəbərsiz satmamışdır. Zərərçəkmiş şəxs1 özü könüllü olaraq notariat kontoruna gələrək öz maşınını satmışdır. O da Zərərçəkmiş şəxs1 maşını satması zamanı köməklik etmişdir. Düşün ki, bununla o, Zərərçəkmiş şəxs1 pislik etməmişdir. O, ümumilikdə Zərərçəkmiş şəxs1 38.000 manat məbləğində borc almış və həmin pulun böyük bir hissəsini də Zərərçəkmiş şəxs1 geri qaytarmışdır. Fikrincə hazırda onun Zərərçəkmiş şəxs1 təxminən 5.000-6.000 manat məbləğində borcu qalmışdır. Onu da tezliklə ödəməyə çalışacaq. Zərərçəkmiş şəxs3 epizodu üzrə deyə bilər ki, o, Günayı öz dostu Şahid2 vasitəsilə tanımışdır. Şahid2 uzun müddətli, lizinq kreditlərinin alınmasında təcrübəsi olan bir şəxs olmuşdur. O da torpaq alqı-satqısı, eyni zamanda maşın alqı-satqısı ilə məşğul olmuşdur. Buna görə də o, Şahid2 tanımışdır. Şahid2 bir gün ona demişdir ki, iş yoldaşı olan, eyni zamanda şəxsi münasibətləri olan bir xanım var, həmin xanımı onun yanına gətirib onunla danışmaq istəyirlər. O da Şahid2 demişdir ki, “heç bir problem yoxdur, həmin xanımla görüşə bilərəm, oturub çay içərək söhbət edərik”. Beləliklə Emin və Günay onun yanına gəlmişlər və bundan sonra onlar birlikdə oturub çay içərək söhbət etmişlər. Həmin vaxt onun qardaşı Murad da onların yanında olmuşdur. Görüş zamanı bir neçə dəfə Gunay xanım özünü ya narahat hiss etdiyindən, ya da ki, nə ilə isə bağlı olaraq tez-tez onların oturduqları otağı tərk etmiş, eləcə də tez-tez mobil telefon vasitəsilə kiminləsə qışqıra-qışqıra danışmışdır. O, Günay xanımı yaxından tanımadığına görə bu barədə heç nə soruşmamışdır. X21 xanım barəsində soruşmuşdur. Emin də demişdir ki, Günay xanımın maddi sıxıntıları var. Daha sonra Günay xanım özü də ona maddi problemləri barədə danışmış və borcunun olduğunu bildirmişdir. Həmin vaxt Günay xanıma yenidən zəng gəlmişdir. Bu zaman o, Günay xanıma çölə çıxaraq həmin şəxslə danışmağa ehtiyac olmadığını, elə onların yanında danışa biləcəyini demişdir. Günay mobil telefon vasitəsilə həmin şəxslə danışarkən danışdığı şəxsin Günay ilə yüksək səslə danışmasını aydın şəkildə eşitmək olmuşdur. Günay üçün maşın alıb, həmin maşını banka qoyub kredit götürməklə bağlı verilmiş ittihama dair deyə bilər ki, o, Günaya belə bir vəd verməmişdir. Günay və Emin “Range Rover” markalı maşın bəyənərək almaq istəmişlər. Lakin həmin maşın çox bahalı olmuşdur. Ona görə də Günaygili həmin maşını ala bilməmişlər. Sonra Emin və Günay başqa bir maşın da bəyənmişlər, həmin maşın “Bentley” markalı maşın olmuşdur. Həmin maşını almaq üçün 80.000 ABŞ dolları istənilmişdir Günay özü bir neçə gündən sonra onun yanına gələrək demişdir ki, 80.000 ABŞ dolları düzəldib həmin maşını alacaq. Günay demişdir ki, həmin maşını alacaq və bundan sonra öz işlərini qaydasına qoyacaq. Günay fadələrində deyir ki, guya o, Günaydan pul alaraq, həmin pula maşın alıb, sonra həmin maşını banka qoyaraq kredit alacağına və həmin pulu Günaya verəcəyinə dair söz vermişdir. Lakin o, Günaydan pul aldıqdan sonra heç bir iş görməyərək həmin pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Bildirmək istəyir ki, Günayın bu hissədə verdiyi bütün ifadələr yalandır. O, Günaydan hər hansı məbləğdə pul alaraq hər hansı vəd verməmiş, eləcə də Günaya qarşı heç bir dələduzluq əməli törətməmişdir. O, ümumiyyətlə heç vaxt belə lizinq və ya kredit işləri ilə məşğul olmamış, onu cəmiyyətdə belə tanımayıblar. Lizinq işləri ilə Şahid2 məşğul olmuşdur. O, Günaydan hər hansı məbləğdə pul almamışdır. Bildiyinə görə Günay Eminlə birlikdə maşın alacaqları salona 80.000 ABŞ dolları gətirib maşın almalı idilər. Günayın həmin gün 30.000 ABŞ dolları gətirdiyini Şahid2 ona demişdir. Günay desə də ki, aldığı maşın onun adına alınmışdır, bu belə olmamışdır. Həmin maşın onun adına deyil, onun qardaşı Muradın adına rəsmiləşdirilmişdir. Maşının qardaşının adına rəsmiləşdirilməsinin səbəbi isə maşını rəsmiləşdirən məsul şəxslərin Günay və Eminə etibar etməmələri olmuşdur. Günay həmin vaxt təxminən 300.000-400.000 manat borcu olduğunu deyirmiş, buna görə də maşın hər hansı maddi sıxıntısı olmayan şəxsin adına rəsmiləşdirilməsi qərarı verilmişdir. Buna görə də maşın onun qardaşı Muradın adına rəsmiləşdirilmişdir. Maşının qalan pulunu ödəmək üçün bir həftə vaxt verilmişdir. Bir həftə, sonra on gün, sonra bir ay ərzində qalan pul satış məntəqəsinə ödənilmədiyinə görə, maşını nisyə satan şəxslər maşını geri istəmişlər. Buna görə də maşın satış məntəqəsinin rəhbəri tərəfindən geri istənilmişdir. Bu müddət ərzində Günay və Emin bir neçə dəfə banklara müraciət edərək maşının müqabilində kredit və lizinq krediti əldə etmək istəmişlər, lakin bunu edə bilməmişlər. Günayın maşını da heç vaxt onda olmamışdır. Günayın maşına görə verdiyi 30.000 ABŞ dolları ona verilməmişdir. Günay həmin 30.000 ABŞ dollarını Eminə vermişdir. O, sadəcə həmin vaxt maşının alınması zamanı iştirak etmişdir. Bu zaman salon rəhbərliyi maşının 50.000 ABŞ dollarlıq hissəsini təxminən bir həftə ödəməsi şərtilə Günaya vermiş, ondan da Günay və Emini tanıyıb-tanımadığını soruşmuşdur. O da hər iki şəxsi, yəni Günayı və Emini tanıdığını, hər iki şəxsin yaxşı və etibarlı insan olduğunu salon rəhbərliyinə bildirmişdir. X25 evinə gedərək sonuncudan şikayət etmiş, daha sonra isə Günay Emindən polisə şikayət etmişdir. Emin də polisə gedərək ifadəsində Günaydan aldığı pulu başqa bir şəxsə verdiyini bildirmişdir. O, daha sonra Günayla danışaraq Eminin anasının ürək xəstəsi olduğunu, Eminin evinə iki nəfər kişi ilə gedərək, eləcə də Eminin ailəsini qorxutmaq lazım olmadığını demişdir. Günay da mobil telefonda ona demişdir ki, “mən sənə pul verməmişəm, səni tanımıram, sən mənim Eminlə bağlı işlərimə qarışma”. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq elan olunmuş ittiham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslərə qarşı dələduzluq cinayətini törətməməsi, habelə Zərərçəkmiş şəxs2 borc pul götürməsi, daha sonra Zərərçəkmiş şəxs2 həmin pulu qaytarması, Zərərçəkmiş şəxs1 yalan vəd verməməsi, Zərərçəkmiş şəxs1 təxminən 5.000-6.000 manat məbləğində borcunun qalması, Zərərçəkmiş şəxs3 dostu Emin vasitəsi ilə pul almaması, başqa sözlə, elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməməsi hissədə vermiş olduğu ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin ifadələrini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, ünvan 8-də ailəsi ilə birlikdə yaşayır. Əvvəllər evli olsa da, sonradan nikahı pozulmuşdur. Onun himayəsində 1 (bir) uşağı var və hazırda heç bir yerdə işləmir. O, Təqsirləndirilən şəxs ilə 2015-ci ildə Mərdəkan qəsəbəsində yerləşən restoranda keçirilən qonaqlıqda tanış olmuşdur. Sonradan onların arasında dostluq münasibətləri yaranmışdır. Səbuhi ilə həmin ərəfədə tez-tez olmasa da, arada bir mesajlaşmışdır. 2019-cu ildə “İnstagram” sosial şəbəkəsində o, Səbuhinin ad gününün olduğunu görmüş və buna görə də Səbuhiyə təbrik mesajı yazmışdır. Təbrikdən sonra Səbuhi onu öz ad gününün keçirildiyi “Şıx” istirahət mərkəzində yerləşən restorana dəvət etmişdir. O da Səbuhinin dəvəti ilə Səbuhinin ad günü tədbirində iştirak etmişdir. 2019-cu ilin oktyabr ayında Təqsirləndirilən şəxs ona 10.000 manat lazım olduğunu və həmin pula görə qazanc da verəcəyəni demişdir. O da buna görə 40.000 manat dəyərində qızıllarını 30 oktyabr 2019-cu il tarixdə lombarda girov qoyaraq 7.300 manat məbləğində pul götürmüşdür. Sonra həmin pulun üstünə 2.700 manat da əlavə edərək ümumilikdə 10.000 manat pulu Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində yerləşən “Smoke” kafesində Səbuhiyə vermişdir. 01 noyabr 2019-cu il tarixdə o, cərrahiyyə əməliyyatı ilə əlaqədar Türkiyəyə getməli olmuşdur. O, Türkiyəyə getməzdən əvvəl Səbuhi ona zəng edərək onun harada olduğunu soruşmuş, o da Səbuhiyə olduğu yeri demiş, habelə avtomobilini həmin ünvanda saxladığını, avtomobilin açarını isə benzin çəni olan yerə qoyduğumu demişdir. O, bundan sonra hava limanına getmiş və həmin gün saat 17:00 radələrində təyyarə ilə Türkiyəyə uçmuşdur. Həmin gün saat 15:00 radələrində Səbuhi ona zəng edərək onun avtomobilini Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Cıdır düzü” atçılıq kompleksinin qarşısından təmir etdirmək üçün götürdüyünü bildirmişdir. Onu da qeyd etmək istəyir ki, o, Səbuhiyə avtomobilini idarə etmək üçün hər hansı bir sənəd verməmişdir. Səbuhi avtomobili ondan təmir etdirmək adı ilə götürmüşdür. O, Türkiyədə xəstəxanada əməliyyat olunduqdan 10 gün sonra Bakı şəhərinə qayıtmışdır. Bakıya qayıtdıqdan sonra Səbuhidən avtomoblini geri qaytarmasını tələb etmişdir. Səbuhi isə onun avtomobilini geri qaytarmaqdan imtina edərək avtomobilin təmirdə olduğunu demişdir. O, Səbuhidən öz avtomobilini tələb etsə də, Səbuhi avtomobili ona verməmişdir. Bundan sonra Səbuhi ona müvəqqəti idarə etmək üçün 3 (üç) günlük “X8” markalı avtomobil vermişdir. 08 noyabr 2019-cu il tarixdə Səbuhi ona zəng edib Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən notariusa gəlməyini demişdir. O da Səbuhinin dediyi yerə getmişdir. Həmin vaxt onu orada Səbuhinin qardaşı Murad qarşılamışdır. Orada ona bir neçə sənədə imza etdirmişlər. Sonradan başa düşmüşdür ki, Təqsirləndirilən şəxs aldadaraq onun “Volkswagen Tiquan” markalı, **-VR-*** dövlət nömrə nişanlı avtomobilini satmış və onun notariusda imzaladığı sənədlər həmin avtomobilin başqa şəxsə satılması ilə əlaqədar olmuşdur. Halbuki həmin vaxt o, imzaladığı sənədlərin öz avtomobilinin satılması ilə bağlı olduğunu bilməmişdir. Çünki Səbuhi ona bir dəfə etibarnamə əsasında avtomobil sürmək üçün vermişdir. Bu dəfə də o, notariusa maşına etibarnamə verilməsi üçün getdiyimi zənn etmişdir. Sən demə bu dəfə ona məxsus olan “Volkswagen Tiquan” markalı, **-VR-*** dövlət nömrə nişanlı avtomobilin satışına dair sənədlərə imza etdirmək üçün Səbuji onu notariusa çağırmışdır. Təəssüf ki, həmin gün hava soyuq olduğundan o, maşından düşməmiş və notariusun işçisi ona sənədləri maşında təqdim etmişdir. O da həmin sənədləri elə maşında imzalamışdır. Sonra o, Səbuhiyə zəng edib notariusa hansı səbəbdən gəldiyini soruşmuşdur. Səbuhi də ona demişdir ki, “sənin maşınına qalmışam? Qol çək sənədlərə”. O da Səbuhiyə inanaraq bütün sənədləri imzalamışdır. İbtidai istintaq zamanı müstəntiq ona demişdir ki, “sən həmin gün baş etibarnamə əsasında öz maşınını Əli adlı şəxsə 27.000 manata satmağına dair sənədləri imzalamısan”. Həmin gün o, başa düşmüşdür ki, Səbuhi aldadıb onu avtomobilini başqa şəxsə sataraq pul almış, ona isə bu barədə heç nə deməmişdir. O, bir neçə dəfə bu barədə Səbuhiyə öz iradını bildirmişdir. Lakin Səbuhi müxtəlif bəhanələr gətirməyə başlamışdır. Sonra Səbuhi ona sürməyə verdiyi “X8” avtomobili ondan götürmüş və bunun əvəzində ona 2019-cu ilin noyabr ayında etibarnamə ilə “Hyundai Grandeur” markalı avtomobili bir həftəlik idarə etmək üçün vermişdir. Sonradan Səbuhi bu avtomobili də ondan götürmüş və əvəzində bu dəfə ona “Hummer” markalı avtomobili vermişdir. 17 yanvar 2020-ci il tarixli etibarnamə ilə Səbuhi “Hyundai Grandeur” markalı avtomobili idarə etmək üçün yenidən ona vermişdir. 2020-ci ilin yanvar ayında o, “Hyundai Grandeur” markalı avtomobili idarə edən zaman həmin avtomobili DYP əməkdaşları saxlamışlar və ona avtomobilin Günəşli qəsəbəsində yerləşən “103 Rent A car” adlı şirkətə məxsus olduğunu bildirərək həmin avtomobili cərimə meydançasına aparmışlar. O, bu barədə Səbuhidən soruşduqda, Səbuhi həmin “Rent A car” ilə şərik işlədiyini bildirmişdir. O, Səbuhiyə inanmayıb Günəşli qəsəbəsinə getmiş və orada “103 Rent A Car”ın sahibinin Elgiz adlı şəxs olduğunu öyrənmişdir. Bundan başqa, Səbuhi ona idarə etmək üçün “Cadillak Escalade” markalı avtomobili 8 ay idarə etmək üçün vermiş və sonra yenidən həmin avtomobili ondan geri almışdır. 2021-ci ilin yanvar ayında Səbuhi onun yaşadığı ünvan 8 ünvanına gələrək ona 5.000 ABŞ dolları məbləğində pulu qaytarmışdır. 2021-ci ilin yanvar ayında Səbuhi yenidən onun yaşadığı ünvana gələrək onunla birgə iş görüb qazanc əldə etmək adı ilə ona verdiyi 5.000 ABŞ dolları məbləğində pulu geri almışdır. Bundan sonra isə 2021-ci ilin mart ayında Səbuhi onun yaşadığı ünvan 8 ünvanına yenidən gələrək iş adı ilə ondan yenidən 3.000 manat pul almışdır. Səbuhi ondan aldığı pulu sonradan geri qaytarmamışdır. O, Səbuhiyə görə lombarda girov qoyduğu 40.000 manat dəyərində qızıl-zinyət əşyalarını geri alması ilə əlaqədar Səbuhi ona pul vermədiyindən öz qızıllarını lombardan götürə bilməmiş, nəticədə isə onun qızılları satışa çıxarılmışdır. Belə ki, o, sonradan həmin qızılların satıldığını öyrənmişdir. Daha sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona məxsus 27.000 manat dəyərində olan “Volkswagen Tiquan” markalı, **-VR-*** dövlət nömrə nişanlı avomobili onu aldadaraq ələ keçirmiş, daha sonra isə həmin avtomobili başqa şəxsə satmış və satışdan əldə etdiyi pulu öz işlərinə görə xərcləmişdir. Bundan başqa, Səbuhi onun 13.000 manat pulunu və 40.000 dəyərində qızıllarını da ələ keçirmişdir. Beləliklə də, ümumilikdə Təqsirləndirilən şəxs tərəfindən ona 80.000 manat məbləğində ziyan vurulmuşdur. İttihamda Səbuhi tərəfindən 40.000 manat məbləğində ziyanın ona vurulması göstərilsə də, əslində Səbuhi tərəfindən ona vurulmuş ziyan 80.000 manat təşkil edir. O, dəfələrlə Səbuhidən pulunu, avtomobilini və qızıllarını tələb etsə də, Səbuhi müxtəlif bəhanələr gətirərək ona vurduğu ziyanı ödəməmişdir. O, vurulmuş ziyanı Səbuhidən tam şəkildə tələb edir. Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, M.Gəncəvi küçəsi, ev 26, mənzil 110-da yaşayır. Şahid2 onun iş yoldaşı olmuşdur. Onunla Şahid2 arasında yaxşı münasibətlər olmuşdur. Onlar görüşəndə bir-birilərinə öz problemlərini danışmışlar. Bir müddət əvvəl onun böyük problemləri yaranmışdır. Ona görə də Şahid2 onun ciddi problemlərinin olduğunu bilmişdir. Söhbətlərin birində o, işlərini qaydaya salmaq üçün təxminən 150.000 manat pul lazım olduğunu Eminə deyərək Emindən onun üçün 150.000-200.000 manat məbləğində borc tapmasını xahiş etmişdir. 2021-ci ilin mart ayında Şahid2 ona Murad və Səbuhi adlı tanışlarının olduğunu, həmin şəxslərin xeyirxah şəxslər olduğunu və ona kömək edəcəklərini bildirmişdir. Həmçinin bu məqsədlə Emin onu həmin şəxslərlə görüşdürmək istəmişdir. O da Şahid2 təklifi ilə razılaşmışdır. 16 mart 2021-ci il tarixdə Şahid2 onu Murad adlı şəxslə Tibb Universitetinin yaxınlığında yerləşən “Şiş-Kabab” restoranında görüşdürmüşdür. O, orada Murada problemlərini danışmış və Murad qulaq asdıqdan sonra bildirmişdir ki, “mənim dostum Hacı Təqsirləndirilən şəxs çox xeyirxah insandır, Səbuhi bir çox insanlara əl tutmuş və sənin də problemlərini həll edə bilər”. Bundan sonra o, Şahid2 və Murad adlı şəxs elə həmin gün “Şiş Kabab” restoranında Təqsirləndirilən şəxs adlı şəxslə görüşmüşdür. Onlar söhbət edən zaman o, Təqsirləndirilən şəxs 150.000 manat pul lazım olduğunu bildirmişdir. Səbuhi də ona demişdir ki, “mənim bir tanışımın avtomobil salonu var. Mən 150.000 manat pula görə avtomobil salonunu işlədən tanışıma 30.000 ABŞ dolları verdiyim halda salondan 300.000 manat dəyərində avtomobilin ilkin ödənişini edib baş etibarnamə əsasında salondan avtomobil ala bilərəm, bundan sonra həmin avtomobili lombarda girov qoyaraq lazım olan 150.000 manat pulu çıxarıb sənin problemlərini həll etmək, sonra isə lombardın pulunu hissə-hissə ödəmək olar”. Həmin vaxt o, Təqsirləndirilən şəxs qadın olduğunu, belə işlərdən anlayışının olmadığını və maksimum 50.000 manat məbləğində pul tapa biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs də ona demişdir ki, bu məbləğ tələb olunan məbləğdən az olsa da, Səbuhi həmin məbləğin qarşılığında avtomobil salonundan təxminən 150.000 manat dəyərində «Bentley» markalı avtomobil alıb lombarda qoyulmasını təşkil edəcək və bundan sonra lombarddan götürdüyü puldan istifadə etməklə təxminən 300.000 manat dəyərində daha bahalı avtomobil götürəcək və 4 gün ərzində həmin avtomobili lombarda qoyub problemlərini həll etmək üçün ona lazım olan 150.000 manat pulu verəcək. O, əvvəllər Təqsirləndirilən şəxs tanımadığından Şahid2 bu işdə bir problemin olub-olmayacağını soruşmuşdur. Emin də onu arxayın edərək heç bir problem olmadığını, Səbuhini uzun illərdir ki, tanıdığını, bir müddət əvvəl Səbuhinin eyni üsulla Eminin hansısa dostuna da köməklik etdiyini bildirmişdir. Bundan sonra o, Səbuhinin təklifi ilə razılaşmış və bu barədə fikrini Səbuhiyə deyərək bir neçə saatdan sonra pulu gətirəcəyini bildirmişdir. Sonra o, Şahid2la birlikdə restorandan çıxmış və təxminən 40 dəqiqədən sonra həmin günün məzənnəsinə uyğun olaraq 51.000 manat təşkil edən 30.000 ABŞ dolları məbləğində pul toplamışdır. X22 zəng etmiş və Səbuhi görüşmək üçün onları Bakı şəhəri, Nərimanov rayonu, X19 küçəsi ilə X26 küçəsinin kəsişməsində yerləşən Milli qəhrəman Albert Aqarunovun abidəsinin qarşısına dəvət etmişdir. O, Şahid2la birlikdə onun idarə etdiyi avtomobillə həmin ünvana getmişdir. Onlar ora çatdıqda, o, idarə etdiyi avtomobilin içərisində həmin günün məzənnəsinə görə 51.000 manat təşkil edən 30.000 ABŞ dollarını Şahid2 vermişdir ki, Emin həmin pulu Səbuhiyə versin. Emin də ondan həmin pulu alaraq Təqsirləndirilən şəxs vermək üçün avtomobildən düşmüşdür. Həmin vaxt Səbuhi və Murad Emini orada gözləmişlər. Onun evdə uşağı olduğundan evə tələsmişdir. Ona görə də o, Eminin gəlməsini gözləmədən idarə etdiyi “Ford Fusion” markalı, **-EC-*** dövlət nömrə nişanlı avtomobili sürərək evə getmişdir. Təxminən 2-3 gündən sonra o, yenə də “Şiş Kabab” restoranının qarşısında Təqsirləndirilən şəxslə və Muradla görüşmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs ona bildirmişdir ki, “mən sənin Eminə verdiyin 30.000 ABŞ dollarını Emindən almışam”. Eyni zamanda həmin vaxt Təqsirləndirilən şəxs restoranın qarşısında dayanan «Bentley» markalı avtomobili ona göstərərək demişdir ki, “mən bu avtomobili Emindən aldığım 30.000 ABŞ dollarından istifadə edərək dostumun salonundan etibarnamə ilə almışam və qısa zaman ərzində həmin avtomobili lombarda qoyub 150.000 manat pul çıxaracam”. O, Səbuhi ilə razılaşaraq bir neçə gün Səbuhini gözləmişdir ki, Səbuhi avtomobili lombarda qoyub pul çıxarsın və həmin pulu sonra ona versin. Lakin Təqsirləndirilən şəxs heç bir səs çıxmamışdır. O, dəfələrlə Səbuhiyə zəng edib bu məsələ ilə maraqlandıqda, Səbuhi əvvəlcə ona müxtəlif bəhanələr deyərək vaxt udmağa çalışmış, sonradan isə onu söyərək təhqir etmiş, hətta bir neçə dəfə təzyiq göstərək məsələnin alınmadığını bildirmişdir. Təqsirləndirilən şəxs işlərin gedişatı barədə ona heç bir məlumat verməmişdir. O, Səbuhiyə verilmiş 30.000 ABŞ dolları məbləğində pulu tələb etsə də, Səbuhi onun sözlərinə və tələbinə məhəl qoymayaraq aldığı pulu qaytarmaqdan imtina etmişdir. Nəticədə Təqsirləndirilən şəxs ona vəd etdiyi 150.000 manat pulu verməmiş, əksinə onun Səbuhiyə göndərdiyi 30.000 ABŞ dollarını dələduzluqla ələ keçirərək ona ziyan vurmuşdur. Şahid2 onu Səbuhi ilə tanış etsə də, Eminin bu işdə heç bir marağı və qazancı olmamışdır. O, Təqsirləndirilən şəxs həmin günün məzənnəsinə uyğun olaraq 51.000 manat məbləğində pulu tələb edir. Zərərçəkmiş şəxs3 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda cərrahiyyə kafedrasında professor vəzifəsində işləyir. 2018-ci ilin aprel ayının əvvəllərində Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini Abbas Vəlibəyov vəfat etmişdir. Bundan sonra bütün səhiyyə işçiləri arasında şayiələr gəzmişdir ki, onun işlədiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Azərbaycan Respublikası Səhiyyə Nazirinin birinci müavini vəzifəsinə təyin olunmalıdır. O da karyera pilləkəni ilə qalxmaq arzusunda olmuşdur. Buna görə də o, işlədiyi İnstitutun rektoru vəzifəsinə təyin olunmaq istəmişdir. Bundan sonra o, yüksək vəzifəli məmurlarla tanışlıq yarada biləcək adam axtarmağa başlamış və bu barədə yaxın bildiyi insanlara məlumat vermişdir. Bu insanlardan biri də ödənişli ekstrasens xidmətlərindən bir neçə dəfə istifadə etdiyi Mehriban adlı qadın olmuşdur. Mehriban onun bir neçə illik tanışı idi. Onun atası təxminən bir neçə il bundan əvvəl ağır xəstəlikdən əziyyət çəkmişdir. Uzun müddət atasının müalicəsi heç bir nəticə verməmişdir. Buna görə də o, bacılarının və yaxınlarının məsləhəti ilə həmin ekstrasens Mehriban adlı qadına müraciət etmişdir. Mehriban bildiyi üsullardan istifadə etməklə onun atasının sağlamlığının bərpa olunmasında yaxından köməklik etmişdir. Bununla da hər zaman onunla Mehriban arasında yaxşı münasibətlər yaranmışdır. O, Mehriban adlı qadına xidmətləri ilə bağlı çoxlu imkanlı və vəzifəli şəxslərin müraciət etdiklərini bilmiş və Mehribanlaa öz istədiyi iş barədə danışmışdır. Mehriban ona vəzifəyə təyin olunmağını təşkil etmək üçün yüksək vəzifəli məmurlarla vasitəçilik edə biləcək adam tanıdığını bildirmişdir. Bundan bir neçə gün sonra Mehriban ona demişdir ki, “tanıdığım adam var və o, səni 250.000 manata Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifəsinə təyin olunmağında köməklik edəcək”. O da Mehribanla razılaşmışdır. Lakin onun 250.000 manat pulu olmamışdır. Həmin vaxt onda cəmi 100.000 manat pul olmuşdur. Qalan 150.000 manatı isə o, bacısından və xalasının ərindən, yəni bu şəxslərin hərəsindən ayrıayrılıqda 75.000 manat olmaqla, borc almışdır. Sonra o, Mehribana zəng vurub evdə 100.000 manat pulun olduğunu və bu pulu Mehribanın dediyi adama vermək istədiyini bildirmişdir. O, həmin vaxt bu prosesləri tələsdirməyə çalışmış, çünki onun kimi rektor vəzifəsinə təyin olunmaq arzusında olan şəxslərin sayı çox olmuşdur. Mehriban isə ona tanışının, yəni sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin bütün məbləği, yəni 250.000 manatın birdən verilməsini istədiyini bildirmişdir. Lakin sonra Mehriban ona Təqsirləndirilən şəxs hələlik 100.000 manatı qəbul etmək istədiyini bildirmişdir. O da Mehribanın dediyi ilə razılaşmışdır. O, Mehribandan iş alınmadığı təqdirdə pulun kimin tərəfindən qaytaracağını soruşduqda, Mehriban Təqsirləndirilən şəxs zamin durduğunu, iş alınmadığı və pul geri qaytarılmadığı təqdirdə özünün onun pulunu qaytaracağını demişdir. O da Mehribanla razılaşmışdır. Sonra o, Mehribanla danışdığı kimi 2018-ci ilin aprel ayında Bakı şəhəri, Səbail rayonunda yerləşən “Port Baku” yaşayış kompleksinin yanında görüşmüşdür. Həmin vaxt Mehribanın yanında Murad adlı şəxs də olmuşdur. Sonradan həmin Muradın Səbuhinin qardaşı olduğunu bilmişdir. Ona orada Murad demişdir ki, “Səbuhi ilə görüşmək üçün taksi ilə onun yanına getməliyik”. O da Muradla razılaşmış və onlar birlikdə taksiyə oturub “Cavanşir” körpüsünün altında yerləşən “Qəbələ” restoranına getmişlər. Bu vaxt onun maşını “Port Baku” yaşayış kompleksinin yanında qalmışdır. Lakin həmin vaxt Mehriban onlardan ayrılmış və “Qəbələ” restoranına getməmişdir. Onlar taksiyə oturmamışdan əvvəl Mehriban onlardan ayrılmışdır. O, Muradla birlikdə “Qəbələ” restoranına çatdıqda, orada kabinetlərin birinə daxil olmuşlar və onları həmin kabinetdə Səbuhi qarşılamışdır. O, Səbuhini ilk dəfə orada görmüşdür. Bundan sonra o, Səbuhi ilə tanış olmuş və sonra söhbət etməyə başlamışlar. Səbuhi özünü ona Bakı şəhər Baş Polis İdarəsinin sabiq rəisi Məhərrəm Əliyevin qardaşı Adil Əliyevin köməkçisi kimi təqdim etmişdir. Həmin görüş vaxtı o, evdən götürdüyü və içərisində 100.000 manat pul olan idman çantasını Səbuhiyə vermişdir. O, çantanı Səbuhiyə verikdən sonra çantanın içərisində 100.000 manat pulun olduğunu demişdir. Səbuhi də çantanı açıb içərisində pulun olduğunu görmüş və çantadakı pulları saymaq üçün Murada vermişdir. Murad da pulu saymağa başlamış və pulu saydıqdan sonra Səbuhi ona demişdir ki, “5 günə sən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun rektorunun müavini vəzifəsinə təyin olunacaqsan”. Sonra onlar oradan çıxıb restoranın yanında dayanmış qara rəngli “Yaguar markalı”avtomobilə əyləşmişlər. Sükan arxasına Murad əyləşmişdir. O, hara getdiklərini soruşduqda, Səbuhi pulu lazım olan adama verməli olduğunu demişdir. Sonra onlar Atatürk prospektinə getmişlər və orada restorana girmişlər. Səbuhi avtomobilin yük hissəsindən götürdüyü və onun Səbuhiyə verdiyi çantanı restorana gətirmişdir. Bundan sonra onlar kabinetlərin birinə keçib kabinetdə bir qədər söhbət etmişlər. Sonra onlar restorandan çıxıb Səbuhinin avtomobilinə oturmuşlar və onun öz avtomobilini saxlandığı “Port Baku” yaşayış kompleksinin yanına gəlmişlər. Bundan sonra o, öz avtomobilinin yanında düşmüşdür. Növbəti gün onlar zəngləşmişlər və bir daha dünənki məsələ barədə söhbət etmişlər. Həmin gün o, xalasının əri Cəfər Qasımovdan və bacısı Lalə Əliyevadan, yəni hərəsindən ayrı-ayrılıqda 75.000 manat, ümumilikdə isə 150.000 manat borc pul almışdır. Onun Təqsirləndirilən şəxs verdiyi birinci puldan bir gün sonra o, Səbuhinin mobil nömrəsinə zəng vurub pulun qalan hissəsini də hazırladığını bildirmiş və harada görüşə biləcəklərini Səbuhidən soruşmuşdur. Səbuhi də ona həmin gün saat 16:00 radələrində Nərimanov rayonu ərazisində yerləşən “Olimpik Star” idman kompleksinin yanında yerləşən restoranda görüşə biləcəklərini demişdir. O, həmin restoranın harada olduğunu bilmədiyi üçün “Neftçi baza” deyilən yerə getmiş və orada Murad onun maşınına oturduqdan sonra onlar birlikdə Səbuhinin görüş təyin etdiyi “Olimpik Star” İdman Kompleksinin yaxınlığında yerləşən restorana getmişlər. Onlar həmin restoranda kabinetlərin birinə keçmişlər və o, içərisində 150.000 (yüz əlli min) manat pul qoyduğu sellofan paketi Səbuhiyə vermişdir. Bundan sonra Murad pulu saymışdır. Səbuhi ona yenə də narahat olmamağı, 5 gün ərzində onun işini həll edəcəyini bildirmişdir. O, Səbuhidən onun işi ilə konkret olaraq kimin məşğul olacağını soruşduqda, Səbuhi konkret olaraq heç kimin adını çəkməmişdir. Bundan sonra onlar ayrılmışlar. O, bundan sonra demək olar ki, hər gün Səbuhiyə zəng vurub işi ilə bağlı maraqlanmışdır. Səbuhi isə hər dəfə müxtəlif bəhanələr gətirərək onun işi ilə bağlı danışıqların yüksək səviyyədə aparıldığını bildirmişdir. Beləlikdə də, 2018-ci sentyabr ayının axırları, oktyabr ayının əvvəllərinə qədər Səbuhi onun işinin uzandığını bildirmişdir. O, ümumilikdə 250.000 manat pulu Səbuhiyə verdikdən sonra mütəmadi olaraq Səbuhi ilə “Votsap” proqramı ilə yazışıb məsələnin nə yerdə olduğu soruşmuşdur. Səbuhi də hər dəfə bugün-sabah deyərək vaxtı uzatmışdır. 2018-ci il oktyabr ayının ortalarından sonra o, işinin alınmadığını görüb Səbuhidən pulunu geri qaytarılmasını tələb etmişdir. Səbuhi isə yenidən müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina etmişdir. 2018-ci ilin noyabr ayında Səbuhi ona Teymur adında bir nəfər şəxsin telefon nömrəsini verib həmin Teymurun onun işini düzəldən adamın bacısı oğlu olduğunu bildirmiş və ondan Teymurla əlaqə saxlamağını xahiş etmişdir. O da Səbuhinin verdiyi mobil nömrəyə zəng edərək Teymurla danışmış və sonra Teymurla Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binasının yanında görüşmüşdür. Görüş zamanı Teymur onu Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasının 11-ci mərtəbəsinə aparmış və orada onu nazirliyin Gülnara Zülfüqarova adlı əməkdaşı ilə tanış etmişdir. Gülnarə xanım ondan hansı vəzifəyə təyin olunmaq istədiyini soruşmuş və sonra “CV”-sini elektron poçtuna göndərməyini xahiş etmişdir. Bundan sonra o, oradan çıxmışdır. Bundan sonra o, Gülnarə və Teymuru görməmişdir. Bu hadisədən sonra o, tamamilə əmin olmuşdur ki, Səbuhi onu həqiqətən də aldadaraq 250.000 manat pulunu ələ keçirmiş və pulu qaytarmamaq üçün müxtəlif bəhanələrlə vaxt udmağa çalışmışdır. Bundan sonra o, dəfələrlə Səbuhiyə evində pulunun olmadığını deyərək Səbuhidən öz pulunu tez qaytarmasını tələb etmişdir. 2018-ci ilin noyabr ayında Səbuhi onunla restoranda görüşüb ona 5.000 manat pulu qaytarmışdır. Həmin restoran onun Səbuhiyə 150.000 manat pul verdiyi restoran olmuşdur. Səbuhinin sözlərinə görə həmin restoran Səbuhinin öz restoranı olmuşdur. 2018-ci ilin dekabr ayının əvvəllərində Səbuhi onu inandırmaq üçün qardaşı Murad girov olaraq idman üslublu “BMW” markalı avtomobili gətirərək onun qarajına qoymuşdur. Bundan sonra o, bir neçə dəfə Səbuhidən maşını gəlib götürməsini təkidlə tələb etmişdir. Sonra Murad 30.000 manat məbləğində pulu onun evinə gətirərək vermiş və “BMW” markalı avtomobili aparmışdır. Təxminən 10 gündən sonra Murad onun yaşadığı binanın qarşısına gəlib öz avtomobilində ona 5.000 manat vermişdir. 01 aprel 2019-cu il tarixə qədər Səbuhi ondan aldığı pulun hamısını qaytaracağını vəd etsə də, bugünə qədər onun pulunun qalan hissəsini, yəni 210.000 manatını geri qaytarmamışdır. Bundan başqa, Mehriban onu Səbuhi ilə tanış etdiyinə görə o, yaranmış problemlə bağlı Mehribana bu məsələ barədə müraciət edərək Mehribandan ona köməklik göstərməyini, yəni Səbuhidən pulun alınıb ona qaytarılmasını xahiş etmişdir. Mehriban isə ona pis vəziyyətdə qaldığını, hazırda maddı imkanının olmadığını və ona görə də ona heç bir köməklik göstərə bilməyəcəyini, evini sataraq ona pul verə bilməyəcəyini demişdir. Bütün bunların nəticəsində o, məcbur qalaraq borclarını qaytarmaq məqsədi ilə Novxanı kəndində yerləşən bağ evini satmış və borclu olduğu xalasının əri Cəfər Qasımova və bacısı Lalə Əliyevanın hər birinə ayrıayrılıqda 75.000 manat olan borcunu qaytarmışdır. Təqsirləndirilən şəxs hazırda baxılan iş üzrə onun etibarından sui-istifadə edərək ona 250.000 manat məbləğində zərər vurmuşdur. Həmin puldan Təqsirləndirilən şəxs ona 40.000 manat qaytarmışdır. Lakin Təqsirləndirilən şəxs qalan 210.000 manatı geri qaytarmaqdan imtina etmişdir. O, Təqsirləndirilən şəxs şikayətçidir. O, Təqsirləndirilən şəxs vurulmuş ziyanı, yəni 210.000 manatın geri qaytarılmasını tələb edir. Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, iş üzrə zərərçəkmiş şəxs qismində çıxış edən Zərərçəkmiş şəxs3 4-5 ildir ki, tanıyır. Zərərçəkmiş şəxs3 onun işlədiyi şirkətdə mühasib işləmişdir. Günay maliyyə cəhətdən çətinliyə düşmüş və ona görə də borcu olmuşdur. Buna görə də o, Təqsirləndirilən şəxs qardaşı Muraddan xahiş etmişdir ki, 3-4 aylıq kreditlə, yəni hissə-hissə ödəmək şərti ilə maşın götürmələrinə köməklik göstərsin. O, bu məqsədlə Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ilə görüşdürmüşdür. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs3 danışığına əsasən Günay 100.000-110.000 ABŞ dolları dəyəri olan maşın götürülməli olmuşdur. Götürüləcək həmin maşının 30.000 ABŞ dollarlıq hissəsini Günay əvvəlcədən verməli olmuş, qalan pulu isə yavaş-yavaş ödəməli olmuşdur. Onlar bu danışıqları həyata keçirmək üçün Təqsirləndirilən şəxs ilə “Şiş Kabab” restoranında görüşüb razılaşmışlar. Həmin maşını Təqsirləndirilən şəxs götürüb Günaya təhvil verməli olmuş, bundan sonra isə onlar həmin maşını banka qoyub pul götürməli olmuşlar. Təqsirləndirilən şəxs ilə ilk görüşdükləri zaman Günayın üstündə 30.000 ABŞ dolları olmamışdır. Buna görə də Günay bir neçə saata pulu tapacağını bildirmiş və bundan sonra onunla birlikdə həmin yerdən ayrılmışdır. Bir neçə saat sonra Günay tanışından pul götürmüş və sonra onlar həmin pulu, yəni 30.000 ABŞ dollarını götürüb Səbuhinin olduğu yerə getmişlər. Orada Günay ona həmin 30.000 ABŞ dollarını vermişdir. Günay onu “erməni qəbristanlığının” yanında düşürtmüşdür O, bu dəfə Nərimanov parkının yaxınlığında Təqsirləndirilən şəxs ilə görüşüb həmin pulu, yəni Günayın ona verdiyi 30.000 ABŞ dollarını Təqsirləndirilən şəxs vermişdir. Sonradan söhbət uzanmış və Günay ilə Səbuhi arasında mübahisə yaranmışdır. Günaya maşının verilməsində çətinlik yaranmışdır. 30.000 ABŞ dolları isə Səbuhidə qalmışdır. Günay Səbuhidən pulunu tələb etmiş, eləcə də ona demişdir ki, “pulu sənə vermişəm, sən də mənim pulumu qaytarmalısan”. O da Səbuhiyə bu barədə müraciət etdikdə, Səbuhi ona demişdir ki, “həmin pulu bir neçə dəfəyə qaytaracam”. 30.000 ABŞ dolları məbləğində pul Səbuhiyə maşının ilkin ödənişi üçün verilmişdir. Lakin Səbuhi söz verdiyi həmin maşını onlara verməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospketi 116 ünvanında yerləşən “Dubay Cars” avtomobil salonunda satıcı işləyir. O, 4-5 il olar ki, Təqsirləndirilən şəxs tanıyır. O, Təqsirləndirilən şəxs işlədiyi “Dubay Cars” avtomobil salonundan tanımışdır. Təqsirləndirilən şəxs bir neçə dəfə onların avtomobil salonuna gəlib-getmişdir. Təqsirləndirilən şəxs 08 noyabr 2019-cu il tarixdə “Dubay Cars” avtomobil salonuna satmaq üçün “Volkswagen Tiquan” markalı avomobil gətirmiş və həmin avtomobili onların salonunda satışa qoymuşdur. Bundan sonra o, tanışı, əslən Şəki şəhərindən olan və 5-ci mikrorayonda avtomobillərin təmiri servisində usta işləyən Şahid3 zəng edib işlədiyi salonda satışa “Volkswagen Tiquan” markalı avtomobil qoyulduğunu və həmin avtomobilin ucuz qiymətə satıldığını demişdir. Ona görə də o, Şahid3 “Dubay Cars” avtomobil salonuna çağırmışdır. Həmin gün Şahid3 onun işlədiyi avtomobil salonuna gələrək “Volkswagen Tiquan” markalı avtomobili görüb bəyəndiyi üçün avtomobili almaq istəmişdir. Bu məqsədlə də o, Şahid3lə Təqsirləndirilən şəxs tanış etmişdir. O, həmin avtomobilin texniki pasportunu görməmiş, çünki maşın salonda satışa qoyulduqdan sonra müştəri çıxardısa, onlar bu vaxt maşını satmaq istəyən şəxsə məlumat verirmişlər, həmin şəxs də salona gəlib sənədləşmə işi ilə məşğul olmuşdur. Yəni sənədləşmə işlərini maşını satmaq istəyən şəxslə maşını almaq istəyən şəxs özləri öz arasında həll etmişdir. Maşının hansı qiymətə Təqsirləndirilən şəxs tərəfindən Şahid3 satıldığını o, hazırda dəqiq olaraq bilmir. Bütün alqı-satqı işləri və maşının sənədləşdirmə işləri Təqsirləndirilən şəxs ilə Şahid3 arasında olmuşdur. Ona Şahid3 maşını almağa görə pul verməmişdir. Şahid3 pulu birbaşa Təqsirləndirilən şəxs vermişdir. “Volkswagen Tiquan” markalı avtomobil baş etibarnamə ilə Təqsirləndirilən şəxs tərəfindən Şahid3 verilmişdir. Onun başqa məlumatı yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, ünvan 11 ünvanında ailəsi ilə birlikdə yaşayır. Hazırda ünvan 12 ünvanında yerləşən avtomobil servisində usta işləyir. “Dubay Cars” avtomobil salonunda işləyən tanışları həmin salona ucuz qiymətə satılan avtomobil gətirildikdə, adətən ona xəbər etmişlər. O da həmin avtomobilləri salonda baxıb bəyəndikdən sonra həmin avtomobilləri almış və müəyyən təmir işləri gördükdən sonra nisbətən baha qiymətə satmışdır. Həmin avtomobillərdən biri də “Volkswagen Tiquan” markalı avomobil olmuşdur. 2019-cu il ildə “Dubay Cars” avtomobil salonunda işləyən tanışı Şahid4 ona zəng edib salona ucuz qiymətə “Volkswagen Tiquan” markalı avtomobil gətirildiyini bildirmişdir. Bundan sonra o, “Dubay Cars” avtomobil salonuna gedib həmin maşına baxmışdır. O, salona gətirilmiş “Volkswagen Tiquan” markalı avtomobili bəyəndiyindən həmin avtomobili almaq qərarına gəlmişdir. Bu məqsədlə də o, avtomobilə görə sənəd alınması üçün sənədlərinin əslini və avtomobil satan şəxsə verilməsi məqsədi ilə maşının satış qiymətini həmin salonda işləyən tanışı Ələm Səfəralılyevə vermişdir. Bundan sonra baş etirbamamə ilə o, “Volkswagen Tiquan” markalı avtomobili təxminən 14.000-16.000 ABŞ dollarına almışdır. Bir həftə sonra isə o, həmin avtomobili Zaur adlı şəxsə satmışdır. Zərərçəkmiş şəxs1 mülkiyyətində olmuş “Volkswagen Tiquan” markalı avtomobili o, baş etibarnamə ilə Ələmin vasitəsilə almışdır. O, Təqsirləndirilən şəxs şəxsən tanımır. '‘Volkswagen Tiquan” markalı avtomobilə görə baş etibarnamə verilən şəxs o, olmuşdur. O, avtomobili satan şəxsə verilməsi üçün pulu salona vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs2 həkim kimi tanımışdır. Bir neçə dəfə onun səhhəti ilə bağlı problemi olmuş və ona görə də Zərərçəkmiş şəxs2 müraciət etmişdir. Şahin həkim də öz növbəsində ona kömək etmişdir. Zərərçəkmiş şəxs2 yanında Cəmilə adlı bir xanım olmuşdur. Təqsirləndirilən şəxs qaynanasıgil onlarla eyni məhəllədə yaşamış və onlar qonşu olmuşlar. Zərərçəkmiş şəxs2 işdən azad edilməsi barədə Cəmilə xanım ona müraciət etmiş və onların arasında bu barədə söhbət olmuşdur. O, həmin xanıma Təqsirləndirilən şəxs barəsində danışmış və Zərərçəkmiş şəxs2 iş yerinə bərpa olunmasına Səbuhinin köməkliyi dəyə biləcəyini bildirmişdir. Lakin o, Şahin həkimlə Səbuhi arasında olan danışıqda, habelə pul məsələlərində iştirak etməmişdir. O, bu barədə sonradan xəbər tutmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ona Emin adlı tanışı zəng edərək yaxın münasibətdə olduğu Zərərçəkmiş şəxs3 2 (iki) nəfər şəxsə borcu olduğu üçün həmin şəxslərin Zərərçəkmiş şəxs3 evinə daxil olduqlarını, borcunu ödəmədiyi halda evdən çıxmayacaqlarını bildirərək bu məsələ ilə bağlı kömək etməyini ondan xahiş etmişlər. O, bu məsələni aydınlaşdırmaq üçün restoranda görüş təyin etmişlər və həmin görüş zamanı o, Zərərçəkmiş şəxs3 ilə tanış olmuşdur. Həmin görüş zamanı Zərərçəkmiş şəxs3 ona hər hansısa bir holdinqdə payı olduğunu, həmin holdinqin maliyyə işlərinə rəhbərlik etdiyini, ara-sıra şirkətin hesabından pul çıxartdığını, daha sonra isə həmin pulu şirkətin hesabına qaytardığını bildirmişdir. Lakin bu dəfə Günay külli miqdarda pul çıxarış etdiyini və həmin pul vəsaitini qaytara bilmədiyini bildirmişdir. Buna görə də Günay borclu olduğu şəxslərin Günaya qarşı irəli sürmüş olduqları borc tələbini geri çəkmələrini, daha sonra təşkilati sənədlərini hazırladıqdan sonra həmin holdinqin hissələrinin özünə qalacağını bildirmişdir. O da kinayəli bir şəkildə bu halların kinolarda olduğunu, ölkəmizdə belə halların baş verməsinin qeyri-mümkün olmasını bildirmişdir. Daha sonra Emin ona Hacının, yəni onun qardaşı Təqsirləndirilən şəxs ətrafının çox olduğunu, buna görə də onlara kömək edə biləcəyini söyləmişdir. Onun başqa heç bir məlumatı yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, maddi sübutları, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: 13 aprel 2019-cu il tarixli ərizədən (cild 1, iş vərəqə 62) görünür ki, Əliyev X17 RPİyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona qarşı dələduzluq edildiyini və nəticədə ona 250.000 manat məbləğində maddi ziyan vurulduğunu bildirmişdir. 15 aprel 2019-cu il tarixli arayışdan (cild 1, iş vərəqə 86) görünür ki, Zərərçəkmiş şəxs2 Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rezidentura təhsili üzrə prorektor və ümumi cərrahiyyə-İİ kafedrasının müdiri vəzifəsində işləyir. xx.xx.2014-cü il tarixli 098905 nömrəli sürücülük vəsiqəsinin surətindən (cild 1, iş vərəqə 14) görünür ki, “Volkswagen Tiguan” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında Zərərçəkmiş şəxs1 məxsus olmuşdur. 08 noyabr 2019-cu il tarixli 950579 nömrəli etibarnamənin surətindən (cild 1, iş vərəqə 12) görünür ki, Zərərçəkmiş şəxs1 “Volkswagen Tiguan” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dair Şahid3 həmin nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi barədə 1 (bir) il müddətinə etibarnamə vermişdir. 06 iyul 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 62) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 08 iyul 2021-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-285/2021 saylı qərarından (cild 2, iş vərəqə 8-11) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 06 iyul 2021-ci il tarixdən hesablanmışdır (X1 məxsus 300.000 manat pulun dələduzluqla ələ keçirilməsi epizodu üzrə). 17 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 94) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 03 fevral 2022-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 3) görünür ki, Əliyeva X5 RPİ-yə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona qarşı dələduzluq edildiyini və nəticədə ona 40.000 manat məbləğində maddi ziyan vurulduğunu bildirmişdir. 04 fevral 2022-ci il tarixli qərardan (cild 2, iş vərəqə 98-99) görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanından yayındığına görə barəsində axtarış elan olunmaqla axtarış elan edilmiş və onun tutulması qərara alınmışdır. 17 fevral 2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan (cild 2, iş vərəqə 108) görünür ki, həmin gün Təqsirləndirilən şəxs tutularaq Nərimanov RPİ-nin MSY-yə təhvil verilmişdir. 19 fevral 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 39-40) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. 19 fevral 2022-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 222/2022 saylı qərarından (cild 2, iş vərəqə 151-157) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 17 fevral 2022-ci il tarixdən hesablanmışdır. 05 mart 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 2, iş vərəqə 169-173) görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə görüşdüyü və sonuncuya pul verdiyi yerləri əyani şəkildə göstərmişdir. 06 mart 2022-ci il tarixli CD diskə baxış keçirilməsi və səs yazısının dinlənilməsi haqqında protokoldan (cild 2, iş vərəqə 174-189) görünür ki, Zərərçəkmiş şəxs2 iştirakı ilə onun təqdim etdiyi 1 (bir) ədəd CD diskə baxış keçirilmiş və həmin vaxt Zərərçəkmiş şəxs2 ilə Şahid5, eləcə də Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında telefon danışıqlarının aparılması məlum olmuş, həmin danışıqlar əsasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 250.000 manat alması təsdiq olunmuşdur. 07 mart 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 2, iş vərəqə 193-198) görünür ki, Zərərçəkmiş şəxs1 ona məxsus nəqliyyat vasitəsini təhvil verdiyi yeri, nəqliyyat vasitəsinə dair etibarnamə vermək üçün getdiyi notariat orqanını, eləcə də yaşadığı ünvanı və həmin ünvanda pul vəsaitini Təqsirləndirilən şəxs verdiyi yerləri əyani şəkildə göstərmişdir. 17 mart 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 2, iş vərəqə 206-208) görünür ki, Zərərçəkmiş şəxs3 ona məxsus pul vəsaitini Şahid2 vasitəsi ilə Təqsirləndirilən şəxs verdiyi yeri əyani şəkildə göstərmişdir. 09 aprel 2022-ci il tarixli ərizədən (cild 2, iş vərəqə 16) görünür ki, Əliyeva X6 RPİyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona qarşı dələduzluq edildiyini və nəticədə ona 30.000 ABŞ dolları məbləğində maddi ziyan vurulduğunu bildirmişdir. 02 may 2022-ci il tarixli CD diskə baxış keçirilməsi və səs yazısının dinlənilməsi haqqında protokoldan (cild 3, iş vərəqə 1-16) görünür ki, Şahid5 iştirakı ilə 1 (bir) ədəd CD diskə baxış keçirilmiş və həmin vaxt Zərərçəkmiş şəxs2 ilə Şahid5, eləcə də Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında telefon danışıqlarının aparılması məlum olmuş, həmin danışıqlar əsasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 250.000 manat alması təsdiq olunmuşdur. 06 may 2022-ci il tarixli CD diskə baxış aparılması və səs yazısının dinlənilməsi haqqında protokoldan (cild 3, iş vərəqə 30-45) görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə 1 (bir) ədəd CD diskə baxış keçirilmiş və həmin vaxt Zərərçəkmiş şəxs2 ilə Şahid5, eləcə də Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında telefon danışıqlarının aparılması məlum olmuş, həmin danışıqlar əsasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 250.000 manat alması təsdiq olunmuşdur. 07 may 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan (cild 3, iş vərəqə 49-51) görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 250.000 manat pul almadığını, əksinə sonuncudan borca 40.000 manat aldığını, habelə Zərərçəkmiş şəxs1 xəbəri olmadan sonuncunun nəqliyyat vasitəsini başqa şəxsə satmasını və Zərərçəkmiş şəxs3 Şahid2 vasitəsi ilə ona göndərdiyi 30.000 ABŞ dolları məbləğində pulu aldığını bildirmişdir. 09 may 2022-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan (cild 3, iş vərəqə 60-89) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilməsi, barəsində Cinayət Məcəlləsinin 311, 310, 178.2.1 və 178.2.3-cü maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Şahid5, Ələkbərov Teymur şahin oğlu, X2, Şahid1, Şahid2 Rafael oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178 və 307-ci maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Şahid3 və Şahid4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178, 194 və 307-ci maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 312-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, hazırki cinayət işindən Təqsirləndirilən şəxs X1 məxsus 300.000 manat pulun dələduzluqla ələ keçirilməsi hissəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ayrıca icraata cinayət işinin ayrılması qərara alınmışdır. 10 may 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə və yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 3, iş vərəqə 100-102) görünür ki, 3 (üç) epizod üzrə (hazırki cinayət işi üzrə zərərçəkmiş şəxs qismində çıxış edən Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 aid epizodlar) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir. 01 sentyabr 2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən (cild 4, iş vərəqə 148) görünür ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ilə barışmış və ona görə də sonuncuya cəza təyin edilməməsini məhkəmədən xahiş etmişdir. 01 sentyabr 2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən (cild 4, iş vərəqə 149) görünür ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ilə barışmış və ona görə də sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. 09 dekabr 2016-cı il tarixli AZ İİİ seriyalı 890895 nömrəli, AZ İİİ seriyalı 890896 nömrəli, AZ İİİ seriyalı 890897 nömrəli və AZ İİİ seriyalı 890899 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən (cild 3, iş vərəqə 246-249) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci ildə X15, xx.xx.2010-cu ildə X10, xx.xx.2011-ci ildə X16 və xx.xx.2013cü ildə X4 adlı uşaqları anadan olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində müdafiəçi ilə birlikdə şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına tam şəkildə malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək, onları mübahisələndirmək, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmək üçün məhkəmə baxışında şərait yaradılsa da, təqsirləndirilən şəxs və onun müdafiəçisi məhkəmə istintaqında araşdırılmış sübutlarla öz etirazlarını bildirməmişlər,habelə irəli sürülmüş ittihamı mübahisələndirməmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0, 139.0.1, 139.0.2, 139.0.3, 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri, cinayət əməlinin törədilməsində şəxsin təqsirliliyi ilə bağlı məsələlər yalnız sübutlara əsasən müəyyən edilməlidir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Qeyd edilən qərarın 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmçinin qərarın 4-cü bəndində göstərilir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 8-ci bəndində göstərilir ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, əksinə həmin əmlak aldadılma və ya etibarından suiistifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış və biri digərini tamamlayan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda obyektiv qiymət verib belə hesab edir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında sübutların hərtərəfli, obyektiv və tam araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs etirbardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor vəzifəsinə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 2018-ci ilin aprel ayının əvvəllərində ünvan 2 ünvanında yerləşən “Qəbələ” restoranında 100.000 manat pul vəsaitini və eyni adla 2018-ci ilin aprel ayının əvvəllərində saat 16:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 149 ünvanında yerləşən “Smoke” kafesində 150.000 manat pul vəsaitini alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 250.000 manat olmaqla, külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 birlikdə iş görüb qazanc əldə etməsinə dair yalan vəd verib aldadaraq, bu adla Zərərçəkmiş şəxs1 30 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospketi 149 ünvanında yerləşən “Smoke” kafesində 10.000 manat pul vəsaitini, 01 noyabr 2019-cu il tarixdə, saat 15:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus “Volkswagen Tiguan” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir etdirib satmaqda köməklik etməsinə dair yalan vəd verib aldadaraq onun xahişi ilə Zərərçəkmiş şəxs1 tərəfindən ünvan 6 ünvanında yerləşən “Cıdır” atçılıq kompleksinin qarşısında saxlanılmış “Volkswagen Tiguan” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobil onun göstərişi ilə qardaşı Şahid1 tərəfindən idarə edilərək həmin vaxt olduğu Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 149 ünvanında yerləşən “Smoke” kafesinin qarşısına gətirilərək avtomobili qardaşı Şahid1 təhvil almış və 08 noyabr 2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 132 ünvanında yerləşən 51 saylı notariat kontorunda Zərərçəkmiş şəxs1 adından “Volkswagen Tiguan” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün Şahid3 adına təmsilçilik üçün verilmiş vəkalət hesab edilən nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnaməni Zərərçəkmiş şəxs1 əldə etdikdən sonra “Volkswagen Tiguan” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobili ələ keçirərək, həmin avtomobili dəyərindən ucuz qiymətə, yəni həmin dövrün məzənnəsinə görə 25.500 manat təşkil edən 15.000 ABŞ dolları müqabilində Şahid3 Zərərçəkmiş şəxs1 məlumatı olmadan satmış, 04 mart 2021-ci tarixdə yenidən birlikdə iş görüb qazanc əldə etmək adı ilə Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 8 ünvanında Zərərçəkmiş şəxs1 3.000 manat manat pul vəsaitini alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 40.000 manat olmaqla, xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 avtomobil salonunda satışda olan “Bentley Continental” markalı avtomobilə 30.000 ABŞ dolları ilkin ödəniş verdiyi halda həmin avtomobili onun adına sənədləşdirdikdən sonra lizinq yolu ilə 150.000 manat pul vəsaiti təşkil edəcəyinə dair Zərərçəkmiş şəxs3 yalan vəd verib aldadaraq, bu adla Zərərçəkmiş şəxs3 tanışı Şahid2 vasitəsi ilə Zərərçəkmiş şəxs3 tərəfindən göndərilmiş olduğu həmin dövrün məzənnəsinə görə 51.000 manat təşkil edən 30.000 ABŞ dolları məbləğində pul vəsaitini 16 mart 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X19 küçəsi 110 ünvanı ilə X26 küçəsinin kəsişməsində yerləşən “Albert Aqarunov” abidəsinin yaxınlığında Şahid2 alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 ümumilikdə 51.000 manat olmaqla, külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu əməlləri ilə bağlı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, o, Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor vəzifəsinə düzəldəcəyinə dair vəd verib bunun müqabilində, yəni işə düzəltmək adı ilə 2018-ci ilin aprel ayının əvvəllərində ünvan 2 ünvanında yerləşən “Qəbələ” restoranında 100.000 manat pul vəsaitini, daha sonra eyni adla yenidən 2018-ci ilin aprel ayının əvvəllərində saat 16:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 149 ünvanında yerləşən “Smoke” kafesində 150.000 manat pul vəsaitini vahid niyyətlə (eyni məqsədlə) alsa da, Zərərçəkmiş şəxs2 verdiyi vədi yerinə yetirməmişdir. Bu isə o deməkdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor vəzifəsinə düzəldəcəyinə dair sonuncuya vəd verərkən həmin vəd yalan vəd olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 işə düzəltməsi ilə bağlı vəd verərkən bu vədi icra etməklə əlaqədar heç bir səlahiyyətə malik olmamışdır. Başqa sözlə, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada həll edilməli olan məsələ ilə bağlı (zərərçəkmiş şəxsin yuxarıda göstərilən vəzifəyə təyin edilməsi) səlahiyyəti olmadığı təqdirdə Zərərçəkmiş şəxs2 yalan vəd verməklə sonuncunu aldatmış və nəticədə vahid niyyətlə sonuncuya məxsus külli miqdarda, yəni 250.000 manat pul vəsaitini qanunsuz şəkildə ələ keçirməklə dələduzluq cinayətini törətmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ilə bağlı epizodlara gəldikdə, qeyd edilməlidir ki, təqsirkar şəxs Təqsirləndirilən şəxs əvvəlcədən düşünülmüş şəkildə göstərilən zərərçəkmiş şəxslərə məxsus əşyaları dələduzluq yolu ilə ələ keçirmək məqsədi güdərək dələduzluq cinayət əməllərini törətmişdir. Məsələ ondan ibarətdir ki, Zərərçəkmiş şəxs2 epizodu üzrə Təqsirləndirilən şəxs dələduzluq cinayətini törətməsi yalan vəd vərməklə Zərərçəkmiş şəxs2 aldadılmasında və sonuncuya məxsus külli miqdarda, yəni 250.000 manat məbləğində pul vəsaitini vahid niyyətlə qanunsuz şəkildə ələ keçirilməsində açıq-aşkar ifadə olunduğu halda, digər zərərçəkmiş şəxslərə Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 epizodları üzrə bir qədər fərqli mənzərə ortaya çıxır. Belə ki, Təqsirləndirilən şəxs gələcəkdə cinayət məsuliyyətindən yayınmaq və qanunsuz əməllərinə haqq qazandırmaq məqsədi ilə əvvəlcədən düşünülmüş şəkildə tanıdığı və aralarında şəxsi münasibətlər olduğu Zərərçəkmiş şəxs1 məxsus nəqliyyat vasitəsini ələ keçirmək, ələ keçirdikdən sonra isə realizə edərək satışdan hasil olunan pul vəsaitini şəxsi ehtiyaclarına sərf etmək üçün ilk baxışdan mülki hüquq münasibətlərinə bənzəyən, əslində isə dələduzluq cinayəti ilə bağlı fəal hərəkətlərin edilməsində ifadə olunan hərəkətlər edərək Zərərçəkmiş şəxs1 qarşı xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə belə nəticəyə gələrkən ona istinad etmişdir ki, Rəcəb X12 Əliyevaya qarşı dələduzluq cinayətini törədənədək artıq digər Zərərçəkmiş şəxs2 qarşı külli miqdarda dələduzluq cinayətini törətmişdir. Başqa sözlə, o, artıq dələduzluq cinayətinin törədilməsində kifayət qədər təcrübə qazanmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ələ keçirilən predmet barəsində sərəncam vermək səlahiyyətini nəzərdə tutan müvafiq etibarnamənin alması, həmin nəqliyyat vasitəsi ilə bağlı həyata keçirilən hərəkətlərin mülki hüquq münasibətlərinə aid olmasını göstərən müstəsna əsas kimi çıxış edə bilməz. Belə ki, Təqsirləndirilən şəxs qeyd edilən epizod üzrə sonrakı hərəkətləri ona dəlalət edir ki, o, Zərərçəkmiş şəxs1 məxsus nəqliyyat vasitəsinə dair etibarnaməni ələ keçirərkən niyyəti məhz həmin əmlakı müxtəlif üsullarla realizə edərək realizədən hasil olunan pul vəsaitini ələ keçirmək olmuşdur. Buna dəlalət edən hallar isə ondan ibarətdir ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs nəqliyyat vasitəsinə dair etibarnaməni sonuncunun təklifi əsasında nəqliyyat vasitəsini təmir etdirmək məqsədi ilə vermiş, bundan sonra nəqliyyat vasitəsi Zərərçəkmiş şəxs1 ölkə hüdudlarında olmadığı vaxt realizə edilmiş, realizədən əldə edilmiş pul vəsaiti bu və ya digər şəkildə Zərərçəkmiş şəxs1 təqsirkar şəxs tərəfindən qaytarılmamışdır. Sonda qeyd edilən hal həmçinin Zərərçəkmiş şəxs1 haqqlı tələbindən sonra da təqsirkar Təqsirləndirilən şəxs tərəfindən icra olunmamışdır. Göstərilən hərəkətlərin ardıcıllığı və mahiyyəti ona dəlalət edir ki, Rəcəb X12 Əliyeva ilə şəxsi münasibətlərindən istifadə edərək sonuncunun nəqliyyat vasitəsinə dair etibarnamə əldə etməklə həmin nəqliyyat vasitəsini əldə etmiş, daha sonra satılmasını təmin edərək satışdan əldə edilən pul vəsaitini nəqliyyat vasitəsinin mülkiyyətiçisinə geri qaytarmayaraq şəxsi ehtiyaclarına sərf etmişdir. Bu da bilavasitə dələduzluqda ifadə olunmuşdur. Təqsirləndirilən şəxs digər Zərərçəkmiş şəxs3 qarşı törətmiş olduğu cinayət əməli ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə istintaqında müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs3 həmin ərəfədə külli miqdarda pul vəsaitinə ehtiyacı olmuş və bu səbəbdən də Zərərçəkmiş şəxs3 tanışı Şahid2 müraciət edərək onun üçün pul vəsaitini tapmasını xahiş etmişdir. Şahid2 da Zərərçəkmiş şəxs3 xahişinə əsasən Təqsirləndirilən şəxs müraciət edərək Zərərçəkmiş şəxs3 üçün pul vəsaitini tapmasını (kreditin verilməsini təşkil etməsi və bu qəbildən sair hərəkətlər etməsini) xahiş etmişdir. Təqsirləndirilən şəxs bu dəfə də özünə aid olmayan məsələ ilə bağlı pul axtarışına çıxmış və nəticədə lizinq vasitəsi ilə, yəni lizinqə bahalı nəqliyyat vasitəsi götürülməsi, daha sonra həmin nəqliyyat vasitəsini hər hansı yolla realizə edərək nağd şəkildə pul vəsaitinin əldə edilməsi, bu pul vəsaiti ilə problemlərin həll edilməsi, lizinq yolu ilə götürülmüş predmetin dəyərinin isə hissə-hissə ödənilməsi üsulu ilə həyata keçirilməsini Zərərçəkmiş şəxs3 təklif etmiş, sonuncu da bu təklifi qəbul etmişdir. Daha sonra Zərərçəkmiş şəxs3 tanışı Şahid2 həmin dövrün məzənnəsinə görə 51.000 manat təşkil edən 30.000 ABŞ dolları məbləğində pul vəsaitini vermiş və Şahid2 16 mart 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X19 küçəsi 110 ünvanı ilə X26 küçəsinin kəsişməsində yerləşən “Albert Aqarunov” abidəsinin yaxınlığında şəxsən Təqsirləndirilən şəxs vermiş və sonuncu qeyd edilən məbləğdə pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 ümumilikdə 51.000 manat olmaqla, külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs 3 (üç) epizodla bağlı əməllərinin təhlili, həmin əməllərinin törədilməsi üsulu və mexanizmi ona dəlalət edir ki, o, dələduzluq cinayətinin törədilməsi üzrə kifayət qədər peşəkar şəxsə çevrilmiş və bundan istifadə edərək zərərçəkmiş şəxslərə (bir-biri ilə aid olmayan şəxslərə, bir-birinin peşəsinə aid olmayan işlər və sair vədlər) yalan vəd verərək (Zərərçəkmiş şəxs2 işə düzəltmək, Zərərçəkmiş şəxs1 nəqliyyat vasitəsini təmir etdirmək, Zərərçəkmiş şəxs3 problemlərini həll etmək üçün pul tapmaq) aldatmış və bunun nəticəsində ayrı-ayrılıqda dələduzluq cinayətlərini törətmişdir. Başqa nəticəyə gəlmək üçün məhkəmə istintaqında başqa hallar meəyyən edilmədi. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, habelə onun əməllərinə ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməlləri məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Bununla da cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, habelə onun törətmiş olduğu cinayət əməli cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tam şəkildə əhatə olunduğundan məhkəmə onun əməllərini Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan və ali təhsilli olmasını, habelə onun 4 (dörd) uşağının olmasını, onun zərərçəkmiş şəxslərlə barışmağa cəhd etməsini, eləcə də Zərərçəkmiş şəxs3 onunla barışmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Bu hissədə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Zərərçəkmiş şəxs3 məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını bildirsə və bu barədə notarial qaydada təsdiq edilmiş ərizələri məhkəməyə təqdim etsə də, Təqsirləndirilən şəxs tərəfindən ona hansı məbləğdə ziyanın ödənilməsini məhkəməyə bildirməmiş, əksinə mülki hüquq münasibətlərinə daxil olaraq sonradan təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödəniləcəyini bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs3 arasında qeyd edilən şəkildə barışığın əldə edilməsi müdafiə üsulundan biri kimi çıxış edir. Belə ki, təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş, həmçinin müdafiəçisi müdafiə nitqi ilə çıxış edərək hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə bəraət verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə vurulmuş ziyanın ödənilməsi faktiki olaraq təqsirkar şəxs tərəfindən törədilmiş cinayət əməlinin etirafını təsdiq edən əsas amillərdən biridir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyi halda, habelə məhkəmə baxışının sonunadək eyni mövqedə qaldığı halda, ələlxüsus cinayət nəticəsində vurulmuş ziyanın tam şəkildə ödənilməsini təsdiq edən sübut olmadığı halda Zərərçəkmiş şəxs3 məhkəməyə barışıq ərizəsi ilə müraciət etməsi bilavasitə təqsirləndirilən şəxsin məsuliyyətinin azalmasına yönəldilmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs3 dələduzluq cinayəti nəticəsində vurulmuş ziyan ödənilməmişdir. Lakin Zərərçəkmiş şəxs3 məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını bəyan etdiyindən məhkəmə bu halı nəzərə almaya bilməz. Beləliklə, məhkəmə belə nəticəyə gəlir zərərçəkmiş şəxslərə vurulmuş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməli və ona cəza təyin edilərkən zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ümumi məbləği, zərərçəkmiş şəxslərin sayı, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməməsi halları mütləq qaydada nəzərə alınmalı, məhz bu hallar nəzərə alınmaqla ona təyin ediləcək cəza vasitəsi ilə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, cinayət işinin materialları əsasında, yəni 08 iyul 2021-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-285/2021 saylı qərarı əsasında Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilməsi və həbs etmənin əvvəlinin 06 iyul 2021-ci il tarixdən hesablanması təsdiq edilsə də, məhkəmə hesab edir ki, göstərilən qərar əsasında onun həbs edilməsi hazırki cinayət işi üzrə zərərçəkmiş şəxslərə nisbətdə epizodlar ilə əlaqədar olmamış, əksinə həmin həbs etmə hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində çıxış etməyən X1 məxsus 300.000 manat pulun dələduzluqla ələ keçirilməsi epizodu ilə əlaqədar olmuşdur. Məsələ ondan ibarətdir ki, Təqsirləndirilən şəxs barəsində çoxlu sayda ibtidai istintaq orqanına şikayət daxil olduqdan sonra onun barəsində ayrı-ayrılıqda cinayət işi başlanmış və sonra isə həmin cinayət işləri bir icraatda birləşdirilmiş, daha sonra isə hazırkı iş üzrə qəbul edilmiş sübutların qəymətləndirilməsi barədə qərar əsasında X1 məxsus 300.000 manat pulun dələduzluqla ələ keçirilməsi epizodu ilə əlaqədar cinayət işi ayrıca icraata ayrılmışdır. Eyni zamanda 08 iyul 2021-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-285/2021 saylı qərarı əsasında Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan həbs qətimkan tədbiri daha yüngül qətimkan tədbiri ilə əvəz edildiyindən o, həbsdən azad edilmiş, lakin sonradan qətimkan tədbirinin şərtlərini pozduğundan və ibtidai istintaq orqanından yayındığından 19 fevral 2022-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-222/2022 saylı qərarı əsasında Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 17 fevral 2022-ci il tarixdən hesablanmışdır. Bu hissədə məhkəmə onu qeyd edir ki, 19 fevral 2022-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-222/2022 saylı qərarı əsasında Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilərkən təqsirləndirilən şəxsin barəsində cinayət işləri, yəni hazırki cinayət işi üzrə zərərçəkmiş şəxslər qismində çıxış edən şəxslərə aid epizodlar üzrə cinayət işləri artıq bir icraatda birləşdirilmişdir. Bu səbəbdən də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun axtarışda olarkən tutulduğu vaxtdan, yəni 17 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut qismində çıxış etməklə cinayət işinə əlavə edilmiş və özündə səs yazılarını əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 cinayət mühakimə icraatı qaydasında Təqsirləndirilən şəxs onlara qarşı vurulmuş ziyanla bağlı mülki iddia vermədiklərindən Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında vurulmuş ziyanla bağlı iddia qaldırmaq hüquqları izah olunmalıdır. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və ona təyin edilmiş cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 17 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut qismində çıxış etməklə cinayət işinə əlavə edilmiş və özündə səs yazılarını əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 cinayət mühakimə icraatı qaydasında mülki iddia vermədiklərindən Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında vurulmuş ziyanla bağlı iddia qaldırmaq hüquqları onlara izah edilsin. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Telman Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-133/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-133/2023
04.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver