Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1330/2022 17.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Xəzər Konsaltinq” vəkil bürosunun vəkili X6 və Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1971-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, usta işləmiş, əvvəllər Astara Rayon Məhkəməsinin 01 mart 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 223.2-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 62-ci maddəsi tətbiq edilməklə 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 18 dekabr 2006-cı ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyul 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və şəxsi istehlak miqdarından artıq psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, 22 noyabr 2021-ci il tarixdə saat 00:20 radələrində naməlum İran İslam Respublikasının vətəndaşı olan "İvan" adlı şəxsdən satış məqsədilə külli miqdarda təmiz çəkisi 8,998 qram narkotik vasitə heroin və təmiz çəkisi 1,732 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, həmin gün saat 01:45 radələrində Nizami RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən özünü şübhəli aparması səbəbindən ünvan 3 ünvanın qarşısında saxlanılaraq, ünvan 4ləşən Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nə gətirilmiş, PŞ-də üzərinə keçrilmiş şəxsi axtarış zamanı əlindəki, üzərində "Choco Pie“ markalanma yazısı olan kağızın arasından 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 8,998 qram qəhvəyi rəngli, toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə 1,732 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitənin istifadəçisidir. Hazırda adlarını, soyadlarını, telefonlarını xatırlamadığı şəxslərdən narkotik vasitə alıb istifadə etmişdir. 21 noyabr 2022-ci il tarixdə “Votsap” sosial şəbəkəsi vasitəsilə tanıdığı “Hüseyn” adlı şəxsdən özü istifadə etmək üçün bir istifadəlik psixotrop maddə olan metamfetamin sifariş etmişdir. Bunun müqabilində o, həmin şəxsə 10 manat pul verməli imiş. Onunla “votsap” sosial şəbəkəsi vasitəsilə danışdıqda “Dominos” pizza restoranının yaxınlığında daşlı hasarın altında ağ sellofanda bir istifadəlik patı adlanan psixotrop maddə qoyduğunu bildirmişdir. O, həmin yerə gəldikdə xx.xx.2021ci il tarixdə saat 00:20-də orada olan patı adlanan psixotrop maddəni götürüb çıxıb gedmişdir. O, “patını” götürdüyü yerdən təxminən 200 metr məsafədə piyada “Səma” mebel salonunun yaxınlığında dönərxanadan dönər almışdır. Bu zaman həmin avtomobilin yolun kənarında dayandığını görmüşdür. Lakin avtomobildən heç kəs düşməmişdir. Saat 00:30-da o, dönər aldıqdan sonra üzü poçt istiqamətində dönəri yeyə-yeyə 50 metr yoluna davam etdikdə avtomobilin arxasınca gəldiyini görüb əlindəki patını dönərin içinə atmışdır. Həmin vaxt o, dönərin yarısını artıq yemişdir. Avtomobil onun yanında saxlamış və avtomobildən düşən şəxs ona yaxınlaşıb polis əməkdaşı olduğunu bildirmişdir. Bundan sonra üzərində hər hansı kəsici deşici alət olub olmaması barədə sorğu sual etmişdir. Əlində olan dönəri avtomobilin üzərinə qoymağını bildirmişdir. O, dönəri avtomobilin üzərinə qoymuşdur. Həmin şəxs ondan kəsici-deşici alət soruşduqda ciblərini çölə çıxartmışdır. Cibində olan telefonu, açarı çıxardıb avtomobilin üzərinə qoymuşdur. Sonra 3 nəfər şəxs üzərinə baxmışlar. Ciblərini bir-bir axtarmışlar, lakin cibindən heçnə tapmamışlar. Həmin şəxslərdən biri dönərin içərisində gizlətdiyi metamfetamini tapmışdır. Daha sonra narkotiki tapan şəxs digərlərinə onu avtomobilə əyləşdirməyi tapşırmışdır. 2 nəfər şəxs onu qolundan tutub avtomobilə əyləşdirib Nizami RPİ-nin 25-ci PŞ-nə gətirmişlər. Bölmənin qarşısında həmin şəxslərdən biri dönəri ona vermişdir. O, dönəri kənara qoymuşdur. Bölməyə girdikdə bölmədə növbətçi hissənin içərisində kəmərini və açarını götürüb onu saxlama yerinə salmışlar. Gecə orada qalmışdır. xx.xx.2021-ci il tarixdə təxminən saat 16:00 radələrində təhqiqatçının otağına aparmışlar. Təhqiqatçının otağına gəldikdə ona çəkiliş olduğunu bildirib əşyalarını ona qaytarmışlar. Sonra şirniyyat kağızına bükülmüş vəziyyətdə olan bükülünü ona vermişlər. Bu zaman çəkilişdən əvvəl təhqiqatçı ona narkotik vasitənin 10 qram, psixotrop maddənin isə 2 qram olduğunu və İran vətəndaşından aldığını bildirməyini söyləmişdir. Çəkiliş vaxtı o da dediklərini təkrar etmişdir. Ona təqdim etdikləri şirniyyat paketinin içərisindəki narkotik vasitə ona məxsus olmamışdır. Ona məxsus olan narkotik vasitə bir istifadəlik metamfetamin imiş və dönərin içərisinə atmışdır. O, saxlanılan zaman metamfetamin dönərin içərisində olmuşdur. Onun üzərində heroin olmamış, o, ancaq metamfetamin istifadə etmişdir. Daha sonra vəkil gəlmişdir. Vəkil gəlib görüşdükdən sonra 5 dəqiqə onun yanında dayanıb daha sonra çıxıb getmişdir. Çəkiliş qurtardıqdan sonra onu Suraxanı RPİ-nin MSY-nə aparmışlar. O, narkotik vasitənin istifadəçisidir, narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, İİR vətəndaşı İvan adlı şəxs ona zəng etmiş, onun nə işlə məşğul olmağıyla maraqlanırmış və ona narkotik vasitə təklif edirmiş. O da demişdir ki, onluq deyil. 2-3 dəfə həmin İvan adlı şəxs ona zəng etmişdir. O, İvan adlı şəxsdən narkotik vasitə almamışdır. Narkotik vasitəni götürdüyü yerlə dönər aldığı yerin arası təxminən 200 metr olarmış. Üzərinə baxış keçirilərkən vəkil iştirak etməmişdir. O, narkotik vasitənin istifadəçisidir, satışı ilə məşğul olmur. Elan olunmuş cinayət işinin 25-26-cı vərəqələrində olan şəxsi axtarış və götürmə haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, protokolda təqdim etdiyi 2 büküm ona məxsus olmamışdır. Onu hal-hazırda xatırlamadığı polis əməkdaşları ona vermişlər ki, çəkiliş zamanı bu bükümlərin ona məxsus olmasını desin. O da həmin bükümlərin ona məxsus olmasını demişdir. Elan olunmuş cinayət işinin 100-101-ci vərəqələrində olan baxış keçirilməsi barədə protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ***-***-**- ** nömrəli telefon onun istifadəsində olmuşdur. Həmin danışıqlar təxminən 1 il, 1 il yarım əvvəl olan danışıqlarıdır. O, narkotik vasitələrin istifadəçisidir, ola bilər ki, həmin şəxslərlə narkotikin alışı ilə əlaqədar hansısa məzmunda danışıq aparmışdır. Bu adamları hazırda xatırlamır, anket məlumatlarını, telefon nömrələrini bilmir. Elan olunmuş cinayət işinin 32-33-cü vərəqələrində olan götürmə və baxış keçirilməsi haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, lakin elan olunmuş protokolu təsdiq etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri və izahatı elan olunmuş, izahat və ifadələrin sonunda olan imzalar təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 27-28-ci vərəqələrində olan izahatında, 45-47 və 57-59-cu vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «... İran İslam Respublikası vətəndaşı olan adını İvan kimi bildiyi şəxsi o sosial şəbəkələrin birində təxminən 1-2 ay bundan əvvəl tanımışdır. xx.xx.2021-ci il tarixdə saat təxminən 00:20 radələrində o bir neçə saat əvvəl həmin “İvan” kimi tanıdığı İranlıdan sifariş etdiyi şəxsin ona Əhmədli qəsəbəsində yerləşən tanımadığı yerdə “kokos” və “şüşə” kimi tanıdığı narkotik vasitələri onun gizlətdiyi yerdən götürmüş və bir qədər orada vaxt keçirdikdən sonra Nizami rayonu, “Neftçilər” metrostansiyasmın yaxınlığına olan “Komfort” restoranının yanına saat təxminən 01:45 radələrində gəlmişdir. Götürdüyü narkotik vasitəyə görə ona göndərilən “Kapital bank” kart hesabına 150 manat pul ödəmişdir. Yolla gedən zaman bir neçə nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və gecə saatlarında nəyə görə orada gəzdiyini soruşub ondan şəxsiyyət vəsiqəsini istəmişlər. Bu zaman, “Choco Pie” markalı şirniyyatın içərisində olan qeyd etdiyi narkotik vasitələr əlində olmuşdur. O həmin narkotik vasitələri gizlin bir yer tapıb istifadə etmək istəyirmiş. Həmin vaxt o özünü itirmiş və şübhəli aparmağa başlamışdır. Bu zaman polis əməkdaşları onu yaxınlıqda olan 25-ci PŞ-nə gətirmişlər. 25-ci PŞ-də olan zaman ona dövlət hesabına vəkil təyin edilmiş və onun üzərinə şəxsi axtarış keçirilən zaman o özünə məxsus “Choco Pie” markalı şirniyyat kağızının içərisində 02 ədəd bükümdə, bir ədədi kokos və bir ədədi metamfetamin kimi tanıdığım narkotik vasitələri təqdim etmişdir. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imzalar onun imzasıdır, izahatı və protokolu oxumadan imza etmişdir. O, İran vətəndaşından narkotik vasitə almamışdır. Ona bildirmişlər ki, protokola imza etsin, ona kömək edəcəklər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Nizami RPİ-nin PPXB-nin manqa komandiri işləyir. 22 noyabr 2021-ci il tarixdə saat 01:45 radələrində xidmət yoldaşları Şahid4, Şahid3 və Şamil Qazıxanov ilə birlikdə xidmət apararkən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 61 ünvanında piyada hərəkətdə olan bir nəfər kişini görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər, həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədi təqdim etməyini bildirdikdə həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin şəxs onları gördükdə, həmçinin verdikləri suallara qeyri-səmimi cavab verməsi onlarda şübhə yaratdığından və üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığı üçün onlar həmin şəxsi Nizami RPİ-nin 25-ci PŞnə dəvət etmişlər. Həmin şəxs etiraz etməyib onlarla 25-ci PŞ-nə gəlmişdir. Həmin şəxsin bölməyə təhvil verilməsi və barəsində qanuni tədbir görülməsi barədə raport yazıb, imzalamışlar. Bundan sonra 22 noyabr 2021-ci il tarixdə Nizami RPİ-nin 25-ci PŞ-nin inzibati binasında xidməti otaqda videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində və bədənində qanunla qadağan edilmiş əşyalar varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs heç bir etiraz bildirmədən əlində olan "Choco Pie“ markalanma yazısı olan şirniyyat kağızının arasından 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə və 1 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddəni, 1 ədəd Samsung markalı mobil telefonu və avtomobil açarı və müxtəlif açarları təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs 1 ədəd sellofan bükümdə olan maddənin “kakos” kimi tanınan narkotik vasitə heroin, digər bükümdə olan maddənin isə “patı” kimi tanınan metamfetamin olduğunu bildirmişdir. Həmçinin bildirmişdir ki, narkotik vasitələri 22 noyabr 2021-ci il tarixdə İran İslam Respublikasının vətəndaşı olan “İvan” adlı şəxsdən özünün istifadə etməsi üçün almışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər zərfə qoyulub qablaşdırılaraq möhürlənmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı sübut əhəmiyyəti ola biləcək heç nə aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilərək imzalanmışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, onlar təqsirləndirilən şəxsə yaxınlaşıb ona sual verdikdə özünü şübhəli aparırmış. Raportu o, yazmışdır. Təqsirləndirilən şəxsin əlində dönər var imiş. Onlar təqsirləndirilən şəxsi Nizami RPİ-nin 25-ci PŞ-nə aparandan sonra müdafiəçi dəvət olunmuş, sonra təqsirləndirilən şəxsin üzərinə baxış keçirilmişdir. Təxminən onlar təqsirləndirilən şəxsi şöbəyə aparandan 20-30 dəqiqə sonra baxış keçirilmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir təsir və təzyiq olmamışdır. Təqsirləndirilən şəxsdə olan dönərin içində narkotik vasitənin olubolmamasını o, deyə bilməz. Narkotik vasitələr "Choco Pie“ markalanma yazısı olan şirniyyat kağızın arasında olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3, Şahid4, Şahid3 eyni məzmunlu ifadələr verərək şahid Vəliyyədin Məmişovun dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları Şahid1, Şahid3, Ş.Qazıxanov, Şahid4 22 noyabr 2021-ci il tarixli raportundan görünür ki, xx.xx.2021-ci ildə saat təxminən 01:45 radələrində Qara Qarayev prospektində bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşmışlar, həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Cinayət işinin 23-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq üzərinə vəkilin iştirakı olmadan şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 25-26-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 22 noyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əlində olan, üzərində “Choco Pie” yazılan qutunun içindən 02 ədəd sellofan kağızda bükümləri təqdim etmişdir. Həmin bükümlərə baxış keçirildikdə, birinin içərisində tünd qəhvəyi rəngli, digərində isə ağ rəngli spesifik iyə malik maddələr aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümləri İran İslam Respublikası vətəndaşı olan “İvan” adlı şəxsdən əldə etdiyini bildirmişdir. Bundan başqa, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 1 ədəd “Samsung” markalı mobil telefon, 02 ədəd açar, 01 ədəd eynək və 01 ədəd avtobus kartı aşkar edilmişdir.Aşkar edilmiş iki ədəd büküm qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmışdır. Cinayət işinin 32-33-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 22 noyabr 2021-ci il tarixli götürmə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefona baxış keçirilmişdir. Həmin telefonda “whatsapp” mobil tətbiqində Hüseyn adlı +**********67 saylı nömrədən Təqsirləndirilən şəxs 150 manat pulu istəməsi ilə bağlı sms göndərilmiş, Təqsirləndirilən şəxs həmin şəxsdən 1 həftə bundan əvvəl kokos adlanan narkotik vasitəni 100 manat müqabilində aldığını, “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında tanımadığı, gizlədilmiş yerdən əldə etdiyini və “Babək” prospektinin yaxınlığında tanımadığı şəxsə 300 manat müqabilində satdığını, pulu xərclədiyi üçün Hüseynə göndərmədiyini bildirmişdir. Həmçinin, “İvan” adlı +**********96 saylı nömrəni işlədən şəxsdən Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə aldığı müəyyən edilmişdir. Mobil telefonda olan “whatsapp” sosial şəbəkəsində +**********95 saylı nömrəni işlədən “Fəramez” adlı şəxslə olan yazışmaya baxış keçirildikdə, Təqsirləndirilən şəxs həmin şəxsə bir neçə dəfə narkotik vasitə satdığını, həmin şəxsin yenə də ondan narkotik vasitə istədiyini, belə ki, iranlının ona həmin şəxsin iranlının kartına pul atdıqdan sonra narkotik vasitə verəcəyini bildirmişdir. Mobil telefonda olan “whatsapp” sosial şəbəkəsində +99***-***-**-** nömrəsini işlədən Nahid Nicat adlı şəxslə olan yazışmalara baxış keçirdikdə, Təqsirləndirilən şəxs həmin şəxsə 30 manat pul müqabilində xx.xx.2021-ci il tarixdə 30 manat pul müqabilində kokos adlanan narkotik vasitə satdığını bildirmişdir. Mobil telefonda olan “whatsapp” sosial şəbəkəsində +99***- ***-**-** saylı mobil nömrəni işlədən Cavidan adlı şəxslə olan yazışmalara baxış keçirildikdə, həmin şəxsin Təqsirləndirilən şəxs 150 manat pulunun olduğunu və 7 qram patı lazım olduğunu yazmışdır. Cinayət işinin 36-39-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2021-ci il tarixli 6/5162 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş «vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər ...» yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 8,998 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,732 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahıya əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildirlər. Cinayət işinin 90-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 15 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, 22 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götrürmə zamanı qeydə alınmış videoçəkilişi özündə əks etdirən diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində saxlanılması qadağan olunmuş əşya və ya maddə olduğu təqdirdə onları təqdim etməsi təklif olunur. Sonra Təqsirləndirilən şəxs əlində olan üzərində "Choco Pie“ markalanma yazısı olan kağızın içinə baxış keçirən zaman iki büküm, bir bükümdə olan qəhvəyi rəngli maddənin isə narkotik vasitə olan heroin, digər bükümdə ağ kristal halında olan maddənin psixotrop maddə olan metafetamin olduğunu bildirmişdir. O, həmin narkotik vasitəni X5 vətəndaşı “İvan” adlı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı başqa sübut əhəmiyyəti kəsb edən heç bir əşya və ya predmet aşkar olunmamışdır. Cinayət işinin 100-132-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 04 mart 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş cədvəldən görünür ki, "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli BKC/LGL- 3395/22 nömrəli məktubula daxil olmuş 1 ədəd CD diskə baxış keçirilərkən ***-***-**-** saylı mobil nömrəsinə daxil olan və həmin mobil nömrədən çıxan, iş üçün əhəmiyyət kəsb edən SMS məzmunlarına baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə xx.xx.2021-ci il tarixdə saat 13.45.42-də 055-208- 34-47 nömrəsindən “ Hardasan burda gozduyurem seni gelesen gozduyum gelmiyessense gedim men cox agriyiram” , xx.xx.2021-ci il tarixdə saat 15.51.12-də ***-***-**-** nömrəsindən “Ay emi 10 manat pulum var. lomkadayam teli ac soz deyirem”, xx.xx.2021-ci il tarixdə saat 16.43.46-da ***-***-**-** nömrəsindən “Ay brat atda kartin. Ay brat biraz tez ge. Ay qaqa birsöz de. emi senin basiva donum sen evden pul götür olarin pulun qaytar qurban sene gedim temani goturum gelem yaniva pramoy”, xx.xx.2021-ci il tarixdə saat 08.23.38-də ***-***-**-** nömrəsindən “Oz terefimizdeyem he 20 man cixmisam gellem. Day borune videne balaca das qoyda 10 deq ordayam.” , xx.xx.2021-ci il tarixdə saat 11.16.01-də ***-***-**-** nömrəsindən “Emi derman 3 dene kola pati gelirem taksi çağırdım yığanda ac teli emi”, xx.xx.2021-ci il tarixdə saat 23.26.40-da ***-***-**-** nömrəsindən “emi evde var rahatciliqdi boşluqdu ve salamt evdi helelik 07 kola olsa cekiye ceki temiz tereziyle sene 06 pati verim senol anam cani meslehetdi ne deyirsen he.”, xx.xx.2021-ci il tarixdə saat 19.22.43-də ***-***-**-** nömrəsindən “emi eyyubnan bir yerdeyik nicatgil terefde gozle tema götürüb gelirik 15 deqiqeye çatırıq, hardasan sen he?” mesajları yazılması müəyyən edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən xx.xx.2021-ci il tarixdə saat 15:43:08-də ***-***-**-** saylı mobil nömrəyə “ 4169-7385- 6618-6098” saylı bank karti nömrəsi, xx.xx.2021-ci il tarixdə saat 21.41.07-də ***-***-**-** saylı mobil nömrəyə “Ay Qeyser hardasan, uşaqların vəziyyəti pisdi. dükanınızın yanında dayanmışıq, bir söz de neynedin?”, xx.xx.2021-ci il tarixdə saat 18.13.35-də ***-***-**-** saylı mobil nömrəyə “Salam, o uşaqların 1.5 qr kolasını istiyiller mennen. ver onu, mazq eliyibler meni”, xx.xx.2021-ci il tarixdə saat 14.01.37-də ***-***-**-** saylı mobil nömrəyə “Salam Qeyser. qaqa o uşaqların 1.5 qr kolasıverilməlidi. bize bele hereket yaraşdırma, qaytarmaq mecburiyyetindeyik. onun dayısı bize … baxar”, xx.xx.2021-ci il tarixdə saat 14.07.10-da ***-***-**-** saylı mobil nömrəyə “Sağolki başa düşürsen. qaqa. Kola alınmırsa pulun qaytaraq, nevaxt hell edersen?”, xx.xx.2021-ci il tarixdə saat 16.13.03-də ***-***-**-** saylı mobil nömrəyə “Ay brat bidene cavab de. xesteler daraş geldi canıma cır cır zengeliyiller”, “Ay qaqa alınmırsa pulu istiyirler geri”, xx.xx.2021-ci il tarixdə saat 02.49.28-də ***-***-**-** saylı mobil nömrəyə “dermanın pulunu sene gönderdim”, xx.xx.2021-ci il tarixdə saat 08.28.27-də ***-***-**-** saylı mobil nömrəyə “pati lazım deyil?”, xx.xx.2021-ci il tarixdə saat 11.16.03-də ***-***-**-** saylı mobil nömrəyə “emi derman 3 den ko”, mesajları göndərilməsi müəyyən edilmişdir. Cinayət işinin 243-249-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 20 may 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Şahid4 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Şahid4 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün ona yaxınlaşıb bölməyə apardıqlarını, daha sonra şəxsi axtarış zamanı üzərindən 2 ədəd bükümdə narkotik vasitə aşkar olunduğunu bildirərək Təqsirləndirilən şəxs bir daha ifşa etmişdir. Cinayət işinin 250-257-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 20 may 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Şahid3 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Şahid3 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, xx.xx.2021-ci ildə ərazidə xidmətdə olan zaman Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün ona yaxınlaşıb bölməyə apardıqlarını, daha sonra Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış zamanı üzərindən 2 ədəd bükümdə narkotik vasitə aşkar olunduğunu bildirərək Təqsirləndirilən şəxs bir daha ifşa etmişdir. Cinayət işinin 258-265-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 20 may 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Şahid1 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün ona yaxınlaşıb bölməyə apardılqarını, daha sonra şəxsi axtarış zamanı üzərindən 2 ədəd bükümdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunduğunu bildirərək Təqsirləndirilən şəxs bir daha ifşa etmişdir. Cinayət işinin 266-273-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 20 may 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə şahid X4 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı şahid Şamil Qazıxanov istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, xx.xx.2021-ci ildə ərazidə xidmətdə olan zaman Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün ona yaxınlaşıb bölməyə apardılqarını, daha sonra şəxsi axtarış zamanı üzərindən 2 ədəd bükümdə narkotik vasitə aşkar olunduğunu, Təqsirləndirilən şəxs həmin narkotik vasitələri İran vətəndaşından aldığını söylədiyini bildirərək Təqsirləndirilən şəxs bir daha ifşa etmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokollarını da sübut növü kimi qəbul edir. Cinayət işinin 283-284-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Azər Zeynalovun 24 may 2022-ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi üçün barəsində olan cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılaraq icraata qəbul edilmişdir. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, narkotik vasitənin istifadəçisi olduğunu, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, onda ancaq metamfetamin olduğunu, heroin olmadığını, ona kömək edəcəklərini bildirdiyi üçün fərqli ifadə verdiyini bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələrini ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını qismən inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, Təqsirləndirilən şəxs telefonuna daxil olan və çıxan sms mətnlərini və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən əsasən narkotik vasitə heroinin 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar, «metamfetaminin» 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 80-81-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 08 yanvar 2022-ci il tarixli tələbnamədən görünür ki, Əlişov X7 Rayon Məhkəməsinin 01 mart 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 223.2-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 62-ci maddəsi tətbiq edilməklə 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 18 dekabr 2006-cı ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsində qeyd edilmişdir ki, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin 141-142-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik-Hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 03 fevral 2022-ci i! tarixli, 493 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs PSİXOSTİMULYATORLARİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Cinayət işinin 14-cü vərəqəsində olan 22 noyabr 2021-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 65-67-ci vərəqələrində olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli 4(007)-382/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 22 noyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 228-232-ci vərəqələrində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2022-ci il tarixli, 4(103)-249/2022 saylı qərarından görünür ki, apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs haqqında seçilmiş həbs qətimakn tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsinə dair 20 aprel 2022-ci il tarixli qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimakn tədbiri ləğv edilərək, məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Cinayət işinin 240-cı vərəqəsində olan Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X1 29 aprel 2022-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsində qeyd edilmişdir ki, şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə şübhəli və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Beləliklə, Təqsirləndirilən şəxs 22 noyabr 2021-ci il tarixdən 29 aprel 2022-ci il tarixədək olan 05 (beş) ay 07 (yeddi) gün müddət hazırki hökmlə təyin ediləcək cəza müddətinə hesablanaraq qəti cəza müəyyən edilməlidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyul 2022-ci il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Buna görə də, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsə alındığı 04 iyul 2022-ci il tarixindən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 8,898 qram narkotik vasitə heroin və 1,682 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 22 noyabr 2021-ci il tarixdən 29 aprel 2022-ci il tarixədək tutulduğu 05 (beş) ay 07 (yeddi) gün müddət nəzərə alınsın və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 04 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 8,898 qram narkotik vasitə heroin və 1,682 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1330/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1330/2022
17.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver