Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1330/2024 28.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X7 və X2 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 11 avqust 1992-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Sədərək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Sədərək rayonu, Sədərək kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz sahəsində yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddələr olan metamfetamini, metadon həblərini və narkotik vasitə olan heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 15,720 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 7,196 qram çəkidə psixotrop maddə metamfetamini və əsas təsiredici maddəsi 0,12 qram olan 03 ədəd blister kəsiyində açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həbləri olan metadonu əldə edib, yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz sahəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə daşımaqla orada saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 13 sentyabr 2023-cü il tarixdə saat 21:00-da Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz sahəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısında saxlanılmış və həmin gün saat 21:08-dən etibarən onun razılığı və iştirakı ilə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz sahəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış keçirilən zaman evin giriş hissəsindən sol tərəfdə yerləşən yataq otağında olan şkafın içərisindəki dəri çantadan yeddi ədəd sellofan bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 12,068 qram, 0,481 qram, 1,459 qram, 0,451 qram, 0,409 qram, 0,431 qram, 0,421 qram olmaqla ümumi təmiz çəkisi 15,720 qram öz aralarında xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən narkotik vasitə heroin, 10 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,410 qram, 0,299 qram, 0,349 qram, 0,371 qram, 0,352 qram, 0,353 qram, 0,354 qram, 0,650 qram, 0,033 qram, 0,025 qram olmaqla ümumi təmiz çəkisi 7,196 qram öz aralarında xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən psixotrop maddə metamfetamin, əsas təsiredici maddəsi 0,12 qram olan 03 ədəd blister kəsiyində açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həbləri öz aralarında xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»-in siyahısına (Siyahı İİ) daxil edilən metadon və üzərində narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə məxsus izlər olan 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisi olsa da, psixotrop maddə qəbul etməmiş, heç vaxt narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamışdır. Evindən aşkar edilmiş narkotik vasitələri tanımadığı şəxslərdən almış, psixotrop maddələr isə ona hədiyyə edilmişdir. Həmin maddələri qardaşı ilə birlikdə istifadə etmişdir. Ondan istifadə etmək üçün heç kəs narkotik vasitə və ya psixotrop maddə istəməmiş, o, heç kəsə həmin maddələri satmamışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə anası, yoldaşı və qardaşı ilə birlikdə yaşadığı evdə olarkən 8 nəfər mülki geyimli şəxs ona heç bir sənəd təqdim etmədən evə zorla daxil olmuş, anasını, yoldaşını və uşaqlarını evin qarşısında olan bərbərxanaya düşürərək qapını bağlamış və onun razılığı olmadan evə baxış keçirmişlər. Baxış zamanı evdən 5000 manat pul, miqdarını bilmədiyi narkotik vasitə olan heroin, psixotrop maddələr olan metamfetamin və metadon, eləcə də 2 ədəd elektron tərəzi aşkar edilmişdir. Həmin maddələr və pul onun özünə məxsusdur. Lakin həmin maddələrin miqdarı istintaqda göstərilən qədər olmamışdır. Evə baxış keçirdikdən sonra polis əməkdaları onu və qardaşını polis idarəsinə aparmış, idarəyə gedərkən o, polis əməkdaşlarına müqavimət göstərmişdir. Belə ki, həmin zaman polis əməkdaşları ona 5000 manat müqabilində qardaşını buraxacaqlarını və onların dediklərini boynuna almasını demişlər. O da qardaşının buraxılmasından ötrü ona təqdim edilmiş sənədləri imzalamış və miqdarlarını bilmədiyi narkotik vasitələrin və psixotrop maddələrin onun olmasına dair etiraf edici ifadələr vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, narkotik vasitə və ya psixotrop maddələrdən istifadə edir. Hər hansı narkoloji və ya psixiatrik müəssisədə müalicədə və qeydiyyatda olmamışdır. xx.xx.2023-cü il tarixdə, təxminən 21:00-da yaşadığı ünvanda olarkən qapı döyülmüş, həmin vaxt qardaşı da həyətdə olmuşdur. Qapını açdıqda bir neçə mülki geyimdə olan şəxs özlərini təqdim edib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını demişlər. Özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu, yanında olan şəxsin isə qardaşı Vüsal olduğunu bildirmiş, sonra həmin işçilər onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmasını bildirib barəsində qəbul edilmiş qərarla tanış etmiş, ondan hansı ünvanda yaşadığını soruşmuşlar. O, hazırda olduğu ünvanda yaşadığını, qardaşının isə qonaq gəldiyini demişdir. Ona yaşadığı ünvanda, üzərində, eləcə də digər yerdə qanunsuz narkotik vasitə və ya psixotrop maddə gizlədib saxlayırsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra o, üzərində və həyətdə saxladığı “Honda” markalı, **-HF-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və ya psixotrop maddələr olmasa da yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz sahəsi, nömrəsiz ünvanda yerləşən evdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin gizlədib saxladığını, həmin ünvana baxış keçiriləcəyi halda yaşadığı ünvanda saxladığı narkotik vasitələri təqdim edə biləcəyini demişdir. Yaşadığı ünvana baxış keçirilməsinin zəruriliyini bildirib baxışın video çəkliş vasitəsi həyata keçiriləcəyi, eləcə də baxışda iştirak edən şəxslər barədə məlumat verilmiş, özü və qardaşı Şahid1 baxış keçirilməsinə, eləcə də baxışda iştirak edən iştirakçılara etirazlarının olmadığını bildirib ərizə yazaraq təqdim edib tədbir iştirakçılarını yaşadığı həyətə dəvət etmişdir. Baxış keçirilməsindən əvvəl ona hüquqları izah edilmiş, tədbir iştirakçılarını yaşadığı ünvana dəvət etmiş və həyətdə saxladığı avtomobildə narkotik vasitələr saxlayırsa təqdim etməsi təklif edilmidir. Avtomobili özünün idarə etdiyini, avtomobildə hər hansı qanunsuz əşyalar saxlamadığını bildirib avtomobili açaraq baxışa təqdim etmişdir. İlk öncə həyətdə saxlanılan “Honda” markalı, **-HF-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobildən hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra evə daxil olmuşlar,. Ona üzərində və yaşadığı ünvanda olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri və qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və maddələri könüllü surətdə təqdim etməsi təklif edildikdə o, yaşadığı ünvanda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirib giriş hissədən sol tərəfdə yerləşən otağa dəvət etmiş, otaqda şkafın içərisindən dəri çantanın içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu demişdir. Həmin çantaya baxış zamanı çantanın içərisindən 1 ədəd ağ rəngli plastik qutu, 1 ədəd siqaret qutusu, 2 ədəd elektron tərəzi və 4 ədəd plastik bank kartı aşkar edilmişdir. Siqaret qutusuna baxış zamanı qutunun içərisində 2 ədəd sellofan büküm aşkar edilmiş, 2 ədəd sellofan bükümə baxış zamanı bükümün birinin içərisində narkotik vasitə heroin, digər bükümün içərisində isə psixotrop maddə metamfetamin aşkar edilmiş, 1 ədəd plastik qutuya baxış zamanı qutunun içərisində 3 ədəd dərman həbi, 3 ədəd kağız bükümdə və 6 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin, 6 ədəd sellofan bükümdə narkotik vasitə heroin aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş ümumilikdə 7 ədəd sellofan bükümdə və 3 ədəd kağız bükümdə psixotrop maddə metamfetamin, 7 ədəd sellofan bükümdə narkotik vasitə heroin, 3 ədəd dərman həbi və 2 ədəd elektron tərəzi 1 ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmış, daha sonra üzərinə baxış keçirilmişdir. Üzərində qanunsuz narkotik vasitələr və ya psixotrop maddələr varsa təqdim etməsi təklif edildikdən sonra üzərində qanunsuz narkotik vasitə və ya psixotrop maddə olmadığını bildirib əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən avtomobil açarını, sol yan cibindən 01 ədəd alışqanı təqdim etmişdir. Bundan sonra həmin əşyalar ona geri qaytarılmışdır. Daha sonra qardaşı Şahid1 üzərinə baxış keçirilmiş, sonuncuya üzərində qanunsuz narkotik vasitələr və ya psixotrop maddələr varsa təqdim etməsi təklif edilmiş, Şahid1 üzərində qanunsuz narkotik vasitə və ya psixotrop maddə olmadığını bildirib əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd ətir qabını, sağ arxa cibindən 1 ədəd pul qabını təqdim etmişdir. Bundan sonra həmin əşyalar Şahid1 geri qaytarılmış, yaşadığı ünvana baxış davam etdirilərkən otaqda olan 1 ədəd “Redmi” markalı mobil telefon, özünə məxsus şəxsiyyət vəsiqəsi və narkotik vasitələrin qanunsuz dövriyyəsindən əldə etdiyi 400 manat pul polis əməkdaşları tərəfindən götürülmüş, şifahi sorğu zamanı yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri “Whatsapp” vasitəsi ilə əlaqə saxladığı İran İslam Respublikasının vətəndaşı “Nəsir” adlı şəxsin göndərdiyi konum vasitəsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsində “Dərə” adlanan ərazidə 4 gün öncə yerdən götürərək gətirib yaşadığı ünvanda satmaq və şəxsi istifadə etmək məqsədi ilə saxladığını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə qardaşı Şahid1 məlumatının olmadığını bildirmişdir. Şifahi sorğu zamanı Şahid1 onun qardaşı olduğunu, qonaq gəldiyini, aşkar edilən narkotik vasitə və psixotrop maddələrdən məlumatının olmadığını bildirmişdir. Baxışla bağlı protokol tərtib edilməsi üçün polis əməkdaşı iştirakçıları Baş İdarəyə dəvət etmiş, polis əməkdaşının təklifinə etiraz etməyib Baş İdarəyə getməyə razı olmuş, müdafiəçi ilə təmin edilib şübhəli şəxs qismində tutulduqdan dərhal sonra baxış keçirilməsi və əşyaların götürülməsi prosesinin nəticəsinə dair polis əməkdaşı tərəfindən protokol tərtib olunmuşdur. Törətdiyi cinayət əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələri və psixotrop maddələri şəxsi istifadəsi üçün, həmçinin də tanıdığı tanışlarına satması üçün saxladığını, həmin şəxslərin adlarını dəqiq xatırlamadığını, mobil telefonumda nömrələrinin ola biləcəyini, az bir müddətdir ki, bu işlərlə məşğul olduğunu, sadəcə şəxsi ehtiyaclarını ödəmək üçün bu yola əl atdığını, əvvəllər bir neçə dəfə İİR-nın vətəndaşı kimi adlandırdığı “Nəsir” adlı şəxsdən narkotik vasitələr və psixotrop maddələr əldə etdiyini, lakin lap əvvəllər əldə etdiyi şəxsləri xatırlamadığını, yaşadığı ünvandan aşkar edilmiş bank kartlarının ona məxsus olduğunu, həmin kartlardan narkotik vasitələrin dövriyyəsində istifadə etdiyini, "xxxx" mobil operatoruna məxsus ***-***-**-** saylı mobil nömrədən istifadə etdiyini, polis əməkdaşları tərəfindən ona qarşı nə fiziki, nə də psixi təzyiq olmadığını, zor tətbiq edilmədiyini bildirmişdir. Bundan başqa, o, bildirmişdir ki, yaşadığı evdən aşkar olunaraq götürülmüş narkotik vasitələri və psixotrop maddələri satdığı şəxslərin adlarını dəqiq xatırlamır, yalnız ola bilər ki, mobil telefonunda nömrələri olsun. Eləcə də "xxxx" MMC-dən götürülmüş telefon məlumatları olan 01 ədəd DVD diskinə baxış keçirilən zaman istifadə etdiyi mobil nömrəyə daxil olan və həmin nömrədən çıxan mesaj mətinlərində olan şəxslərin qiyabi tanıdığı tanışlar olduğunu, bəzən onlara narkotik vasitələr satdığını, həmin yazışmalar narkotik almaq istəyənlər ilə araldarında olan yazışmalardan ibarət olduğunu, mesaj mətinlərində olan «kola» sözünün metamfetamin, «torpaq» və «05 daş» sözünün heroin mənası daşıdığını, «turbuçka» sözünün isə narkotik vasitələri çəkmək üçün istifadə olunan kağız parçası olduğunu, bir neçə dəfə özünü ona İİR-nın vətəndaşı kimi təqdim edən şəxslərdən narkotik vasitələr və psixotrop maddələr əldə etdiyini, lakin həmin şəxsləri xatırlamadığını, sonuncu dəfə də aldığı narkotik vasitələri İİR-nın vətəndaşı kimi özünü ona təqdim edən «Nəsir» adlı şəxsdən nağd şəkildə, yəni ona göndərdiyi xatırlamadığı hesab nömrəsinə, eləcə də xatırlamadığı marketdən «e-manat» ödəmə terminalı vasitəsi ilə 300 manat ödəməklə əldə etmişdir. Həmin narkotik vasitələrin bir qismini özü istifadə etdiyini, bir qismini isə 10 və ya 15 manata gələcəkdə təkrar narkotik vasitə almaq üçün satdığını, yaşadığı evdən aşakr olunmuş narkotik vasitələr və psixotrop maddələri özünü ona İİR-nın vətəndaşı, adının isə «Nəsir» olduğnu bildirən şəxsdən əldə etdiyini qeyd etsə də onun İranlı olduğundan tam əmin olmadığını, çünki həmin şəxslə danışdıqdan tez bir vaxtda ona yer bildirmi, kordinat göndərib götürə biləcəyini dediyini, ona görə də onun İİR-nın vətəndaşı olduğuna inanmadığını, həmin şəxsin deməsinə görə uzun müddətdir ki, Bakı şəhərində, deyəsən Səbail rayonu ərazisində yaşadığını ona dediyini, onunla İran nömrəsi ilə qeydiyyatdan keçmiş nömrəsi ilə əlaqə saxlasa da əslində onun iranlı olmasına tam əmin olmadığını, ancaq Bakıda olmasına inandığını, əgər o, Bakı şəhərində yaşamasaydı onunla əlaqə saxladıqda ən uzağı 1 saat sonra narkotik maddələri ona çatdıra bilməyəcəyini, belə ki, həmin şəxs, narkotik vasitələrin Bakı şəhərində olduğunu, ona tez bir vaxta çatacağını dediyini, əlavə olaraq da həmin şəxsin ləhcəsindən də iranlı deyil, Azərbaycanın cənub rayonlarının sakini olmasının hiss olunduğunu, onun barəsində əlavə heç bir məlumatı olmadığını bildirmişdir. Onunla İİR-nın qeydiyyatdan keçmiş nömrə ilə əlaqə saxlaması barədə suala cavab olaraq bildirmişdir ki, müxtəlif şəxslərin Bakı şəhərində müxtəlif xarici dövlətlərə aid qeydiyatdan keçmiş nömrələrdən istifadə etməsinin bir neçə dəfə şahidi olmuş, ona görə də həmin şəxsin İİR-a aid nömrə ilə qeydiyyatdan keçmiş «WhatsApp» dan istifadə etməsi onun İranlı olmasına onda tam əminlik yaratmamışdır. Yaşadığı ünvandan aşkar edilmiş bank kartlarının ona və ailə üzvlərinə məxsus olduğunu, yeni olduğunu, ümumiyyətlə həmin kartlardan istifadə olunmadığını, yəni açılmadığını, həmin kartlardan narkotik vasitələrin dövriyyəsində istifadə etmədiyini, ilkin ifadələrində bu haqda nə bildirdiyini xatırlamadığını, ola bilsin ki, fikirli və həyəcanlı olduğu üçün kartlardan narkotik vasitələrin dövriyyəsində istifadə etdiyini bildirdiyini, "xxxx" mobil operatoruna məxsus ***-***-**-** saylı mobil nömrədən istifadə etdiyini, yaşadığı evdən aşkar olunmuş 02 ədəd elektron tərəzilərdən əldə etdiyi narkotik vasitələri və psixotrop maddələri bükümlərə ayırıb qramlarını müəyyən etmək üçün istifadə etdiyini, narkotik vasitələrdən istifadə etməsi barədə ailə üzvələrnini məlumatı olmadığını, eləcə də hər hansı şəxsin xəbərdar olub-olmaması barədə heç nə deyə bilmədiyni, onların qəbul edilməsinin qadağan olunmasını və məsuliyyətini dərk etməklə əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, baxış zamanı evindən aşkar edilmiş 400 manat arvadının uşaqlarının pulu olmuş, polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki təzyiq və ya zorakı hərəkətlər edilməmişdir. Daha sonra özünü qismən təqsirli bilməsini, əvvəllər məhkum olunmamasını nəzərə alaraq barəsində ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskində olan video görüntülər, SMS yazışmaları və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş hazırda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə İdarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, həmin məlumat barədə raportla BMCMİ-nin rəhbərliyinə məruzə edilərək sonuncunun müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə xx.xx.2023-cü il tarixli qərar qəbul edilmiş, özü və BMCMİ-nin əməliyyat müvəkkilləri Şahid3 və Şahid4 ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Əməliyyat qrupunun üzvləri olaraq bundan sonra Təqsirləndirilən şəxs olması ehtimal edilən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz sahəsi ünvanına getmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar həmin gün saat 21:00-da Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz sahəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısına gəlmişlər. Həmin ünvanda həyətin dəmir qapısını döydükdə qapını zahirən Təqsirləndirilən şəxs oxşar kişi cinsindən olan şəxs açmışdır. Həmin şəxsə özlərini təqdim edib DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını demişlər. Bundan sonra həmin şəxs özünü onlara təqdim edib Təqsirləndirilən şəxs olduğunu, yanındakı digər şəxsin isə qardaşı Şahid1 olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmasını bildirilib barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmiş, sonuncudan hansı ünvanda yaşamasını soruşduqda o, həmin ünvanda yaşadığını qardaşının isə onlara qonaq gəldiyini demişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvanda, üzərində, eləcə də digər yerdə qanunsuz narkotik vasitə və ya psixotrop maddə gizlədib saxlayırsa təqdim etməsi təklif edildikdə o, üzərində və həyətdə saxladığı “Honda” markalı, **-HF-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və ya psixotrop maddələr olmasa da yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz sahəsi, nömrəsiz ünvanda yerləşən evdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin gizlədib saxladığını, həmin ünvana baxış keçiriləcəyi halda yaşadığı ünvanda saxladığı narkotik vasitələri təqdim edə biləcəyini demişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinin zəruriliyini bildirib baxışın video çəkliş vasitəsi həyata keçiriləcəyi, eləcə də baxışda iştirak edən şəxslər barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs və qardaşı Şahid1 baxış keçirilməsinə, eləcə də baxışda iştirak edən iştirakçılara etirazının olmadığını bildirib ərizə yazaraq təqdim edib tədbir iştirakçılarını yaşadığı həyətə dəvət etmişdir. Baxışın keçirilməsi Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə aparılmışdır. Təqsirləndirilən şəxs tədbir iştirakçılarını yaşadığı ünvana dəvət etmiş, ünvana daxil olmuşlar. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ev həyətyanı sahədən ibarət olduğu, həyətdə “Honda” markalı, **-HF-*** qeydiyyat nişanlı avtomobil saxlandığı müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin avtomobildə narkotik vasitələr saxlayırsa təqdim etməsi təklif edildikdə o, avtomobili özünün idarə etdiyini, avtomobildə hər hansı qanunsuz əşyalar saxlamadığını bildirərək avtomobili açaraq baxışa təqdim etmişdir. İlk öncə həyətdə saxlanılan “Honda” markalı, **-HF-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobildən hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra evə daxil olduqda evin 3 otaqdan və 1 mətbəx otağından ibarət olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərində və yaşadığı ünvanda olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri və qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və maddələri könüllü surətdə təqdim etməsi təklif edildikdə o, yaşadığı ünvanda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirib onları giriş hissədən sol tərəfdə yerləşən otağa dəvət edib otaqda şkafın içərisindən dəri çantanın içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu demişdir. Həmin çantaya baxış zamanı çantanın içərisindən 1 ədəd ağ rəngli plastik qutu, 1 ədəd siqaret qutusu, 2 ədəd elektron tərəzi və 4 ədəd plastik bank kartı aşkar edilmişdir. Siqaret qutusuna baxış zamanı qutunun içərisində 2 ədəd sellofan büküm, 2 ədəd sellofan bükümə baxış zamanı bükümün birinin içərisində narkotik vasitə heroinə oxşar maddə, digər bükümün içərisində isə psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. 1 ədəd plastik qutuya baxış zamanı qutunun içərisində 3 ədəd dərman həbi, 3 ədəd kağız bükümdə və 6 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə, 6 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddələr aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş ümumilikdə 7 ədəd sellofan bükümdə və 3 ədəd kağız bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə, 7 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə, 3 ədəd dərman həbi və 2 ədəd elektron tərəzi 1 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmış, sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz narkotik vasitələr və ya psixotrop maddələr varsa təqdim etməsi təklif edildikdə o, üzərində qanunsuz narkotik vasitə və ya psixotrop maddə olmadığını bildirib əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən avtomobil açarını, sol yan cibindən 1 ədəd alışqanı təqdim etmişdir. Bundan sonra həmin əşyalar əhəmiyyət kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Daha sonra Şahid1 üzərinə baxış keçirilmiş, ona üzərində qanunsuz narkotik vasitələr və ya psixotrop maddələr varsa təqdim etməsi təklif edildikdə sonuncu üzərində qanunsuz narkotik vasitə və ya psixotrop maddə olmadığını bildirib əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd ətir qabını, sağ arxa cibindən 1 ədəd pul qabını təqdim etmiş, həmin əşyalar əhəmiyyət kəsb etmədiyi üçün Şahid1 geri qaytarılmışdır. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış davam etdirilərkən otaqda olan 1 ədəd “Redmi” markalı mobil telefon, özünə məxsus şəxsiyyət vəsiqəsi və özünün bildirdiyinə görə narkotik vasitələrin qanunsuz dövriyyəsindən əldə etdiyi 400 manat pul təhqiqatçı tərəfindən götürülmüş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri “Whatsapp” vasitəsi ilə əlaqə saxladığı İİR-nın vətəndaşı “Nəsir” adlı şəxsin göndərdiyi konum vasitəsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsində “Dərə” adlanan ərazidə 4 gün öncə yerdən götürərək gətirib yaşadığı ünvanda satmaq və özü istifadə etmək məqsədi ilə saxladığını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə qardaşı Şahid1 məlumatının olmadığını bildirmişdir. Həmçinin Şahid1 Təqsirləndirilən şəxs qardaşı olduğunu, onlara qonaq gəldiyini, aşkar edilən narkotik vasitə və psixotrop maddələrdən məlumatının olmadığını bildirmişdir. Baxış keçirilməsi zamanı “Sony” markalı videokameradan istifadə edilməklə video çəkiliş aparılmış, hadisə yerində keçirilən baxışla bağlı sənədləşmənin aparılması üçün əlverişli şərait olmadığını nəzərə alaraq Təqsirləndirilən şəxs və digər iştirakçılar DİN-nin BMCMİ-nə dəvət olunmuş, onlar təklifə etiraz etməyərək Baş İdarəyə getmişlər. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilib şübhəli şəxs qismində tutulduqdan dərhal sonra baxış keçirilməsi və əşyaların götürülməsi prosesinin nəticəsinə dair protokol tərtib olunmuşdur. Protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Məhkəmə iclasında Şahid2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs videoçəkiliş zamanı evindən aşkar edilmiş 400 manatı narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsindən əldə etdiyini bildirmiş, həmçinin sonuncu saxlanılarkən və sonradan onlar tərəfindən ona qarşı hər hansı zorakı hərəkətlər, fiziki və psixi təzyiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkilləri Şahid3 və Şahid4 onlardan əvvəl şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadələr verərək bildirmişlər ki, həqiqətən də xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz sahəsi, nömrəsiz ünvanda yerləşən evdə nömrəsiz evə baxış zamanı sonuncu yaşadığı ünvanda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirib onları giriş hissədən sol tərəfdə yerləşən otağa dəvət edib otaqda şkafın içərisindən dəri çantanın içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu demişdir. Həmin çantaya baxış zamanı çantanın içərisindən 1 ədəd ağ rəngli plastik qutu, 1 ədəd siqaret qutusu, 2 ədəd elektron tərəzi və 4 ədəd plastik bank kartı aşkar edilmişdir. Siqaret qutusuna baxış zamanı qutunun içərisində 2 ədəd sellofan büküm, 2 ədəd sellofan bükümə baxış zamanı bükümün birinin içərisində narkotik vasitə heroinə oxşar maddə, digər bükümün içərisində isə psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. 1 ədəd plastik qutuya baxış zamanı qutunun içərisində 3 ədəd dərman həbi, 3 ədəd kağız bükümdə və 6 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə, 6 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddələr aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş ümumilikdə 7 ədəd sellofan bükümdə və 3 ədəd kağız bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə, 7 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə, 3 ədəd dərman həbi və 2 ədəd elektron tərəzi 1 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmış, sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz narkotik vasitələr və ya psixotrop maddələr varsa təqdim etməsi təklif edildikdə o, üzərində qanunsuz narkotik vasitə və ya psixotrop maddə olmadığını bildirib əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən avtomobil açarını, sol yan cibindən 1 ədəd alışqanı təqdim etmişdir. Məhkəmə iclasında Şahid3 və Şahid4 onlara verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs videoçəkiliş zamanı evindən aşkar edilmiş 400 manatı narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsindən əldə etdiyini bildirmiş, həmçinin sonuncu saxlanılarkən və sonradan onlar tərəfindən ona qarşı hər hansı zorakı hərəkətlər, fiziki və psixi təzyiq edilməmişdir. Məhkəmə iclasında iştirak və ifadə verməkdən imtina edən şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, xx.xx.02023-cü il tarixdə, təxminən 21:00-da qardaşı Təqsirləndirilən şəxs yaşadığı ünvanda olarkən qapı döyülmüş, həmin vaxt qardaşı da həyətdə olmuşdur. Vüqar qapını açmış, qapıda bir neçə mülki geyimdə olan şəxs özlərini DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Vüqar özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu, onu isə qardaşı olduğunu demiş, bundan sonra polis əməkdaşları Vüqara qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmişlər. Vüqardan hansı ünvanda yaşamasını soruşduqda o, hazırda olduğu ünvanda yaşadığını, onun isə qonaq gəldiyini bildirmiş, Vüqara mənzilində, üzərində və digər yerdə qanunsuz narkotik vasitə və ya psixotrop maddə gizlədib saxlayırsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Vüqar üzərində və həyətdə saxladığı “Honda” markalı, **-HF-*** dövlət qeydiyyat avtomobildə narkotik vasitələr və ya psixotrop maddələr olmasa da yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz sahəsi, ünvanda yerləşən evdə narkotik gizlədib saxladığını, həmin ünvana baxış keçiriləcəyi halda narkotik vasitələri təqdim edə biləcəyini demişdir. Ona yaşadığı ünvana baxış keçirilməsinin zəruriliyini bildirib baxışın video çəkiliş vasitəsi ilə həyata keçiriləcəyi, eləcə də baxışda iştirak edən şəxslər barədə məlumat verilmişdir. Özü və qardaşı Təqsirləndirilən şəxs baxış keçirilməsinə, eləcə də baxışda iştirak edən iştirakçılara etirazlarının olmadığını bildirmiş, ərizə yazaraq təqdim edib tədbir iştirakçılarını Vüqarın yaşadığı həyətə dəvət etmişlər. Baxış keçirilməmişdən əvvəl Vüqara hüquqları izah edilmiş, sonuncu tədbir iştirakçılarını yaşadığı ünvana dəvət etmişdir. Polis əməkdaşları Vüqara həyətdə saxladığı avtomobildə narkotik vasitələr saxlayırsa təqdim etməsini təklif etmiş, Vüqarda həmin avtomobili özünün idarə etdiyini, orada hər hansı qanunsuz əşyalar saxlamadığını bildirmişdir. İlk əvvəl həyətdə saxlanılan “Honda” markalı, **-HF-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobildən hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra polis əməkdaşları evə daxil olmuş, Vüqara qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və maddələri könüllü surətdə təqdim etməsi təklif etmiş, sonra Vüqar yaşadığı evin giriş hissəsindən sol tərəfində olan şkafın içərisindən dəri çantanın içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu demişdir. Həmin çantaya baxış zamanı çantanın içərisindən 1 ədəd ağ rəngli plastik qutu, 1 ədəd siqaret qutusu, 2 ədəd elektron tərəzi və 4 ədəd plastik bank kartı aşkar edilmişdir. Siqaret qutusuna baxış zamanı qutunun içərisində 2 ədəd sellofan büküm müəyyən edilmiş, həmin bükümlərə baxış zamanı 1 bükümün içərisində narkotik vasitə heroin, digər bükümün içərisində isə psixotrop maddə metamfetamin aşkar edilmişdir. 01 ədəd plastik qutuya baxış zamanı qutunun içərisində 3 ədəd dərman həbi, 3 ədəd kağız bükümdə və 6 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin, 6 ədəd sellofan bükümdə narkotik vasitə heroin aşkar edilmiş, aşkar edilmiş ümumilikdə 7 ədəd sellofan bükümdə və 3 ədəd kağız bükümdə psixotrop maddə metamfetamin, 7 ədəd sellofan bükümdə narkotik vasitə heroin, 3 ədəd dərman həbi və 2 ədəd elektron tərəzi kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Vüqarın üzərinə baxış keçirilmiş, üzərində qanunsuz narkotik vasitələr və ya psixotrop maddələr varsa təqdim etməsi təklif edildikdə Vüqar üzərində qanunsuz narkotik vasitə və ya psixotrop maddə olmadığını bildirib əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən avtomobil açarını, sol yan cibindən 1 ədəd alışqanı təqdim etmişdir. Bundan sonra həmin əşyalar Vüqara geri qaytarılmışdır. Daha sonra onun üzərinə baxış keçirilmiş, üzərində qanunsuz narkotik vasitələr və ya psixotrop maddələr varsa təqdim etməsi təklif edildikdə o, üzərində qanunsuz narkotik vasitə və ya psixotrop maddə olmadığını bildirib əynində olan qara rəngli cins şalvarımın sağ yan cibindən 01 ədəd ətir qabını, sağ arxa cibindən 1 ədəd pul qabını təqdim etmişdir. Həmin əşyalar da özünə geri qaytarılmışdır. Ünvana baxış davam etdirilərkən otaqda olan Vüqara məxsus 1 ədəd “Redmi” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi və özünün dediyinə görə narkotik vasitələrin qanunsuz dövriyyəsindən əldə etdiyi 400 manat pul polis əməkdaşı tərəfindən götürülmüşdür. Vüqar yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri “Whatsapp” vasitəsi ilə əlaqə saxladığı İran İslam Respublikasının vətəndaşı “Nəsir” adlı şəxsin göndərdiyi konum vasitəsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsində “Dərə” adlanan ərazidə 4 gün öncə yerdən götürərək gətirib yaşadığı ünvanda satmaq və özü üçün istifadə etmək məqsədi ilə saxladığını bildirmişdir. O, Vüqarın qardaşı olduğunu, onlara qonaq gəldiyini, evdən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrdən məlumatının olmadığını bildirmişdir. Baxışla bağlı protokol tərtib edilməsi üçün polis əməkdaşı iştirakçıları Baş İdarəyə dəvət etmiş, Vüqar və o, polis əməkdaşının təklifinə etiraz etməyib Baş İdarəyə getmişlər, Vüqar müdafiəçi ilə təmin edilib şübhəli şəxs qismində tutulduqdan dərhal sonra baxış keçirilməsi və əşyaların götürülməsi prosesinin nəticəsinə dair polis əməkdaşı tərəfindən protokol tərtib olunmuşdur. Cinayət işinin 1-ci cild 5-6-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid2 xx.xx.2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxanlanmasından ötrü əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 1-ci cild 119-cu vərəqəsində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(005)-1556/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili F.Vəliyev tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işinin 1-ci cild 23-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 110-115-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 199-203-cü vərəqələrində olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 gün, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 50-57-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/4861 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6”dairəvi möhür əksləri olan, “X4 yaşadığı ünvanda aşkar edilərək götürülmüş...; Təqsirləndirilən şəxs “imza” və digər ad soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki; - 07 (yeddi) ədəd selofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 12,068 qram, 0,481 qram,1,459 qram, 0,451 qram, 0,409 qram, 0,431 qram, 0,421 qram, ümumi təmiz çəkiləri -15,720 qram olan qəhvəyi rəngli maddələr kustar kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - 10 (on) ədəd (07 ədədi selofan, 03 ədədi kağız bükümdə olmaqla) bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri - 4,410 qram, 0,299 qram, 0,349 qram, 0,371 qram, 0,352 qram, 0,353 qram, 0,354 qram, 0,650 qram, 0,033 qram, 0,025 qram, ümumi təmiz çəkiləri - 7,196 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; - 03 (üç) ədəd blister kəsiyində açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur, həmin həblərin tərkiblərində metadonun təsir maddəsinin ümumi miqdarı 0,12 qram təşkil edir. Tədqiqata təqdim olunmuş bir ədəd zərfdəki ümumi sayı 07 (yeddi) ədəd olan bükümlərdəki heroinlər öz aralarında xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Ümumi sayı 10 (on) ədəd olan bükümlərdəki metamfetaminlər öz aralarında xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Və 03 (üç) ədəd blister kəsiyində olan metadon həbləri öz aralarında xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş bir ədəd zərfdəki 02 ədəd elektorn tərəzi üzərində narkotik vasitə heroinə və psixotrop maddə - metamfetaminə məxsus izlər vardır. İz şəklində olduğu üçün heroin və metamfetaminin çəkisini və bükümlərdəki heroin və metamfetaminlə eyni kimyəvi tərkib olub-olmamasını müəyyən etmək mümkün deyildir. Qeyd: heroinin ümumi təmiz çəkisi – 15,720 qram, tədqiqata sərf edildi – 0,140 qram (hər ob. dən-0,020 qram olmaqla), qalıq – 15,580 qram, metamfetaminin ümumi təmiz çəkisi – 7,196 qram, tədqiqata sərf edildi cəmi – 0,200 qram (hər ob. dən-0,020 qram olmaqla), qalıq – 6,996 qram, metadon həblərinin sayı – 03 ədəd, tədqiqata sərf edildi cəmi-1,5 həb hissəsi, qalıq- 1,5 həb. Cinayət işinin 1-ci cild 51-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 190-191-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 7863 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cild 199-211-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş və tədqiqata sərf olunduqdan sonra qalıq qalmış ümumi təmiz çəkisi 15,580 qram narkotik vasitə heroin, ümumi çəkisi 6,996 qram psixotrop maddə metamfetamin, 1,5 metadon həbi və 02 ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq saxlanılması üçün DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş və digər sübut mənzilə baxışın gedişatını əks etdirən 1 ədəd DVD disk və SMS yazışmalarını əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 1-ci cildinin 187-188-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cild 30-cu vərəqəsində olan ərizədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmir. Cinayət işinin 1-ci cild 36-cı vərəqəsində olan mənzilə baxışın gedişatını əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2023-cü il tarixdə saat 23:25-dən 23:55-dək Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz sahəsində yerləşən nömrəsiz fərdi yaşayış evində qeydə alınmışdır. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təhqiqat şöbəsinin baş təhqiqatçısı özünü, əməliyyat müvəkkillərini, müdafiəçini və digər iştirakçını təqdim edir. Daha sonra Təqsirləndirilən şəxs evində qanunla əldə edilməsi saxlanılması və daşınması qadağan edilmiş əşya və predmetin olub-olmaması sual edilərək olduğu təqdirdə təqdim etməsi təklif olunur. Sonuncu evin giriş hissəsindən sol tərəfdə yerləşən otağa dəvət edib otaqda şkafın içərisindən dəri çantanın içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirir. Həmin çantanın içərisinə baxıldıqda içərisindən 1 ədəd ağ rəngli plastik qutu, 1 ədəd siqaret qutusu, 2 ədəd elektron tərəzi və 4 ədəd plastik bank kartı aşkar edilir. Siqaret qutusuna baxış zamanı qutunun içərisində 2 ədəd sellofan büküm müəyyən edilmiş, həmin bükümlərə baxış zamanı 1 bükümün içərisində narkotik vasitə heroin, digər bükümün içərisində isə psixotrop maddə metamfetamin aşkar edilir. 01 ədəd plastik qutuya baxış zamanı qutunun içərisində 3 ədəd dərman həbi, 3 ədəd kağız bükümdə və 6 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin, 6 ədəd sellofan bükümdə narkotik vasitə heroin aşkar edilir, aşkar edilmiş ümumilikdə 7 ədəd sellofan bükümdə və 3 ədəd kağız bükümdə psixotrop maddə metamfetamin, 7 ədəd sellofan bükümdə narkotik vasitə heroin, 3 ədəd dərman həbi və 2 ədəd elektron tərəzi kağız zərfdə qablaşdırılıb AR DİN-nin “zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanır. Baxış davam etdirilir və Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Redmi” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi və özünün dediyinə görə narkotik vasitələrin qanunsuz dövriyyəsindən əldə etdiyi 400 manat pul polis əməkdaşı tərəfindən götürülür. Sonuncu təqdim etdiyi maddələri “Whatsapp” vasitəsi ilə əlaqə saxladığı İİR-nın vətəndaşı “Nəsir” adlı şəxsin göndərdiyi konum vasitəsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsində “Dərə” adlanan ərazidə 4 gün öncə yerdən götürərək gətirib yaşadığı ünvanda satmaq və özü üçün istifadə etmək məqsədi ilə saxladığını bildirir. Cinayət işinin 1-ci cild 149-150-ci vərəqələrində olan "xxxx" MMC-dən alınmış Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsində olan SMS yazışmalarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 23:54:34 saniyədə ***-***-**-** nömrəli abonentə «Qaqa torpag yoxdu bidene 05das var vise», xx.xx.2023-cü il tarixdə, saat 17:07:52 saniyədə «Yari torpag isdiyirsen cix gel catanda yig meni» xx.xx.2023-cü il tarixdə saat 23:12:38 saniyədə ***-***-**-** nömrəli abonentə «Senin ozumun canina seherden alt us eliyib biraz tapmisam kola oda matvidi emele gelirse verem sene 10 luguda zad eliyesende ize» xx.xx.2023-cü il tarixdə saat 23:14:01 saniyədə ***-***-**-** nömrəli abonentə «Ok ele onda men deyende ol biz tereflerde indi yox ha firanma buyanlarda men tez calisib deyecem gel» xx.xx.2023-cü il tarixdə saat 23:14:53 saniyədə ***-***-**-** nömrəli abonentə «Bukub yumruluyub .......... Turbucqa edersen» kimi çıxan mesaj mətinlərinin və həmin fayılın 2 vərəqdən ibarət olması müəyyən edildi. Qovluqdakı «SMS_Tarixcesi__ **********4451__773471640» adlı 2-ci fayl açıldıqda orada "xxxx" MMC abonenti olan Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə ***-***-**-** nömrəli abonentdən xx.xx.2023-cü il tarixdə, saat 16:03:09 saniyədə «Bidana bu tov istayiram..İmkan varsa tez gôrusak», xx.xx.2023-cü il tarixdə, saat 23:15:22 saniyədə «Brat 2 dana yari istayiram imkan varsa tezdastir», xx-xx-2023-cü il tarixdə, saat 22:35:19 saniyədə «Qàqas duzelirse gelim goturum piyadayam 20deyqqede yolumdu he yox dede mene» xx.xx.2023-cü il tarixdə, saat 17:06:52 saniydə «Bir kelme cavab dede qaqas olacaq olmuyacàq olem lomkadàn» xx.xx.2023-cü il tarixdə, saat 21:10:18 saniyədə «Agriyiram brat...Hara lazimdi galim masinla» xx.xx.2023-cü il tarixdə, saat 21:26:18 saniyədə «Gaga bir soz de òluram agriyiram..Hayis ediram uzagdasanda masinlayam hara desan galim» xx.xx.2023-cü il tarixdə, saat 16:39:35 saniyədə «Salm. Brat. Yari isbeyirem» Bundan başqa xx.xx.2023-cü il tarixdə, saat 23:09:14 saniyədə ***-***-**-** nömrəli abonentdən «Qaqaw mawunanam bidene goruwerdim senle surocnu qonaqim var lazimsan herweyde var» xx.xx.2023-cü il tarixdə, saat 23:09:19 saniyədə «De hara gelim» xx.xx.2023-cü il tarixdə, saat 23:11:04 saniyədə «Kola 10luq zad qaqam hel.ele bawuva donerem» xx.xx.2023-cü il tarixdə, saat 23:11:29 saniyədə «Hemde ciyerim yanir qardawim 7aydi elemirem» xx.xx.2023-cü il tarixdə, saat 23:14:25 saniydə «Ok hôzduyurem qaqa mehledeyem» kimi daxil olan mesaj mətinlərinin və həmin fayılın 2 vərəqdən ibarət olması müəyyən edildi. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən heroinin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda narkotik vasitə hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarında izah olunur ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır” (qərarın 9-cu bəndi). Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini, psixotrop maddələr olan metamfetamini və metadon həblərini əldə etmə, saxlama, satma və daşıma cinayətini törətməsini qismən etiraf etsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan videogörüntülərlə, SMS yazışmalarla, ekspert rəyləri və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından təxminən 105 dəfə, külli miqdarından təxminən 7.8 dəfə və 7 büküm, psixotrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarından təxminən 48 dəfə, külli miqdarından təxminən 3.5 dəfə artıq və 10 büküm, 3 ədəd metodon həbinin və 2 ədəd elektron tərəzinin olması sonuncunun narkotik vasitələrin və psixotrop maddələrin məhz satış məqsədi ilə əldə edildiyini bir daha təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Göründüyü kimi, yuxarıda qeyd edilən kriminal (qanunazidd) hərəkətlərin məqsədi narkotik vasitələrin və psixotrop maddələrin satılmasına yönəldilmiş, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılmasına yönəldilmiş, formal quruluşa malik olan tərkiblərdə olduğu kimi cinayət tərkibinin obyektiv cəhəti ictimai təhlükəli hərəkətdən ibarət olmuş və qanunla qadağan edilən hərəkət törədildiyi andan başa çatmışdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi və narkotik vasitələrin və psixotrop maddələrin özünün istifadəsi üçün əldə etməsi barədə ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, baxış keçirilməsi və əşyaların götürülməsi protokolundan (1-ci cild i/v 32-36), şübhəli şəxsin izahatından (1-ci cild i/v 42-44), şübhəli şəxsi dindirmə (1-ci cild i/v 70-73), təqsirləndirilən şəxsin dindirmə (1-ci cild i/v 85-88), üzləşdirmə (1-ci cild i/v 94-98) protokollarından görünür ki, təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə törətdiyi əməli tam etiraf etdiyini, əməlindən peşmançılıq çəkdiyini bildirmiş və məhkəməyədək istintaq dövründə protokolları, eləcə də digər sənədləri imzalamışdır. Həmçinin şübhəli şəxs qismində saxlanılarkən iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını, vəsatətlərinin olmadığını bildirmişdir. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş evə baxışın gedişatını əks etdirən DVD diskində olan video görüntülərdə də Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz sahəsində yerləşən nömrəsiz fərdi yaşayış evində dəri çantanın içərisində 1 ədəd ağ rəngli plastik qutunun içərisində 7 ədəd sellofan bükümdə narkotik vasitə heroin, 10 ədəd kağız və sellofan bükümdə psixotrop maddə metamfetamin, 3 ədəd dərman həbi və 2 ədəd elektron tərəzi müəyyən edilir. Sonuncu təqdim etdiyi maddələri “Whatsapp” vasitəsi ilə əlaqə saxladığı İİR-nın vətəndaşı “Nəsir” adlı şəxsin göndərdiyi konum vasitəsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsində “Dərə” adlanan ərazidə 4 gün öncə yerdən götürərək gətirib yaşadığı ünvanda satmaq və özü üçün istifadə etmək məqsədi ilə saxladığını bildirir (1-ci cild, i/v 32-36). Həmçinin "xxxx" MMC-dən alınmış Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** mobil telefon nömrəsində olan SMS yazışmalardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 23:54:34 saniyədə ***-***-**-** nömrəli abonentə «Qaqa torpag yoxdu bidene 05das var vise», xx.xx.2023-cü il tarixdə, saat 17:07:52 saniyədə «Yari torpag isdiyirsen cix gel catanda yig meni» xx.xx.2023-cü il tarixdə saat 23:12:38 saniyədə ***-***-**-** nömrəli abonentə «Senin ozumun canina seherden alt us eliyib biraz tapmisam kola oda matvidi emele gelirse verem sene 10 luguda zad eliyesende ize» xx.xx.2023-cü il tarixdə saat 23:14:01 saniyədə ***-***-**-** nömrəli abonentə «Ok ele onda men deyende ol biz tereflerde indi yox ha firanma buyanlarda men tez calisib deyecem gel» xx.xx.2023-cü il tarixdə saat 23:14:53 saniyədə ***-***-**-** nömrəli abonentə «Bukub yumruluyub .......... Turbucqa edersen». xx.xx.2023-cü il tarixdə, saat 16:03:09 saniyədə «Bidana bu tov istayiram..İmkan varsa tez gôrusak», xx.xx.2023-cü il tarixdə, saat 23:15:22 saniyədə «Brat 2 dana yari istayiram imkan varsa tezdastir», xx-xx- 2023-cü il tarixdə, saat 22:35:19 saniyədə «Qàqas duzelirse gelim goturum piyadayam 20deyqqede yolumdu he yox dede mene» xx.xx.2023-cü il tarixdə, saat 17:06:52 saniydə «Bir kelme cavab dede qaqas olacaq olmuyacàq olem lomkadàn» xx.xx.2023-cü il tarixdə, saat 21:10:18 saniyədə «Agriyiram brat...Hara lazimdi galim masinla» xx.xx.2023-cü il tarixdə, saat 21:26:18 saniyədə «Gaga bir soz de òluram agriyiram..Hayis ediram uzagdasanda masinlayam hara desan galim» xx.xx.2023-cü il tarixdə, saat 16:39:35 saniyədə «Salm. Brat. Yari isbeyirem». xx.xx.2023-cü il tarixdə, saat 23:09:14 saniyədə ***-***-**-** nömrəli abonentdən «Qaqaw mawunanam bidene goruwerdim senle surocnu qonaqim var lazimsan herweyde var» xx.xx.2023-cü il tarixdə, saat 23:09:19 saniyədə «De hara gelim». xx.xx.2023-cü il tarixdə, saat 23:11:04 saniyədə «Kola 10luq zad qaqam hel.ele bawuva donerem». xx.xx.2023-cü il tarixdə, saat 23:11:29 saniyədə «Hemde ciyerim yanir qardawim 7aydi elemirem» xx.xx.2023-cü il tarixdə, saat 23:14:25 saniydə «Ok hôzduyurem qaqa mehledeyem» narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmuşdur (1-ci cild, i/v 149-150). Bununla da, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, aşkar edilən narkotik vasitənin və psixotrop maddələrin miqdarını (07 büküm heroinin təmiz çəkisi 15,720 qram, 10 büküm metamfetaminin təmiz çəkisi – 6,996 qram, və 3 ədəd metadon həbi), təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 56.1.2ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı xx.xx.2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 7863 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs evindən aşkar edilmiş 400 manat məbləğində pul vəsaiti qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsindən əldə edilmişdir.(1-cild, i/v 32-36) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakın müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs evindən aşkar edilmiş 400 manat məbləğində pul vəsaiti xüsusi müsadirə edilməklə dövlət nəfinə alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə sübut kimi tanınmış mənzilə baxışı əks etdirən 1 ədəd DVD və sms yazışmalarını əks etdirən 01 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış kustar üsulla hazırlanmış 15,580 qram narkotik vasitə olan heroin, 1,5 metadon həb, 6,996 qram psixotrop maddə olan metamfetamin və 02 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 89 (səksən doqquz) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 13 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 400 (dörd yüz) manat məbləğində pul vəsaiti xüsusi müsadirə edilməklə dövlət nəfinə alınsın. Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış kustar üsulla hazırlanmış 15,580 qram narkotik vasitə olan heroin, 1,5 metadon həb, 6,996 qram psixotrop maddə olan metamfetamin və 02 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-1330/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1330/2024
28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver