Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1331/2021 10.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhər 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1986-cı ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Beyləqan rayonu, Mil qəsəbəsində qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, X6 küçəsi ev 51/1-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etmiş, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma, habelə, Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Yəhya” adlı şəxsə və qeyrilərinə əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Yəhya” adlı şəxs və qeyriləri naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda 8910 qram çəkidə narkotik vasitə tiryək, külli miqdarda 510 qram çəkidə narkotik vasitə heroin, külli miqdarda 1000 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qanunsuz keçirərək Bakı şəhəri, Binəqədi rayonu ərazisinə daşımaqla orada gizlətmiş, “Yəhya” adlı şəxsin verdiyi məlumat əsasında Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq həmin narkotik vasitələri qeyd olunan yerdən əldə edib üzərində saxlamaqla ünvan 1 ünvanın qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 11 aprel 2021-ci il tarixdə saat 02:30-da Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 50 ünvanının qarşısında saxlanılaraq həmin idarənin inzibati binasına gətirilmiş, Baş İdarədə həmin tarixdə saat 04:00-dan etibarən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı sol əlində saxladığı bir ədəd sintetik torbanın içərisindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 10 ədəd sellofan bağlamada ayrı-ayrılıqda çəkiləri 1000,0 qram, 1000,0 qram, 1000,0 qram, 1000,0 qram, 1000,0 qram, 495,0 qram, 950,0 qram, 990,0 qram, 500,0 qram, 975,0 qram olmaqla ümumilikdə külli miqdarda 8910 qram çəkidə narkotik vasitə tiryək, sağ əlində sağladığı sellefon torbanın içərisindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 01 ədəd sellefon bağlamada külli miqdarda 510 qram çəkidə narkotik vasitə heroin və 01 ədəd qara rəngli bağlamada külli miqdarda 1000 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə heroindən və qurudulmuş marixuanadan istifadə edir. Facebook sosial şəbəkəsində İran İslam Respublikası vətəndaşı Yəhya adlı şəxs ilə təxminən 7-8 ay bundan əvvəl tanış olmuşdur. Söhbət əsnasında ona narkotik vasitə heroindən və qurudulmuş marixuanadan istifadə etdiyini bildirmişdir. Yəhya ona Azərbaycan Respublikasında bir neçə nəfər tanışının olmasını, həmin şəxslərə İran İslam Respublikasından narkotik vasitələr göndərdiyini, onların isə həmin malı Bakı şəhəri ərazisində müxtəlif ünvanlara qoyaraq qazanc əldə etdiklərini demişdir. Yəhya ona narkotik vasitələrin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə keçirildiyini, mal artıq ölkə ərazisində olan zaman həmin narkotik vasitələri ölkəyə qeyri-qanuni yol ilə keçirən şəxslər tərəfindən müəyyən yerlərə atıldığını, bu barədə sonradan ona məlumat verilməsini və Bakı şəhərində onunla birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə atılan malın yerinin özü tərəfindən həmin şəxslərə məlumat verdiyini bildirmişdir. Demişdir ki, narkotik vasitə həmin şəxslər tərəfindən götürüldükdən sonra Yəhyaya verilən sifarişlərə uyğun müəyyən yerlərə Bakıda şəxslər tərəfindən yerləşdirilir, həmin yerin şəkilləri Yəhyaya göndərilir və bu işin müqabilində Yəhya hər dəfə həmin şəxslərə bank hesabları ilə pul vurur. Əvvəlcə bu işi görməkdən çəkinsə də 2021-ci ilin mart ayından özü Yəhyaya birlikdə bu işi həyata keçirmələrini və bu yolla qazanc əldə etmək istədiyini bildirmişdir. Yəhya da onunla razı olmasını, bir-iki gün ərzində ölkəyə adamları tərəfindən narkotik vasitə keçiriləcəyini və həmin narkotik vasitələri qeyd olunan yerdən götürüb sonradan onun dediyi yerə atacağı halda 2000 manat pul verəcəyini söyləmiş, o da razılaşmışdır. 11 aprel 2021-ci il tarixdə Yəhya onunla watsapp proqramı vasitəsi ilə əlaqə saxlayıb 2 bağlama malın Azərbaycan Respublikası ərazisində olmasını, onlardan bir ədədinin Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Biləcəri restoranı ilə üzbəüz hərbi hissənin yaxınlığındakı qaranlıq yerdə gizlədildiyini həmin bağlamanı təcili gedib oradan götürməyini demiş, o da taksi ilə qeyd olunan ünvana gedib bir qədər kənarda taksini saxlatmış və düşüb Yəhyanın ona watsapp proqramı vasitəsi ilə göndərdiyi şəkildə göstərilən istiqamətdə getmişdir. Orada bir qədər gəzdikdən sonra həmin parça torbada olan bağlamanı tapmış və götürüb taksinin gözlədiyi yerə gəlmiş və bağlamanı baqaja qoyub Yəhya ilə watsapp proqramı vasitəsi ilə əlaqə saxlayıb bağlamalardan birini götürdüyünü demişdir. Bundan sonra Yəhya ona digər bağlamanın Binəqədi rayonu, Novxanıya gedən yolda Asiman marketi keçdikdən sonra zibil qablarının yanında qoyulmasını demişdir. O da sürücüyə avtomobili o istiqamətdə sürməsini demiş və həmin yerə çatıb avtomobili Nicat marketin qarşısında saxladaraq gözləməsini bildirmişdir. Bir qədər irəlidə yerləşən zibil qutularının yanından 01 ədəd sellefon torbanı götürüb onu da taksinin baqajına qoymuşdur. Bundan sonra Yəhya ilə əlaqə saxlayıb digər bağlamanı da götürdüyünü bildirmişdir. Yəhya ona həmin 02 ədəd torbanı Bakı şəhəri, Nizami rayonu, 8ci km bazarının yaxınlığında Naxçıvani küçəsində bir nəfər şəxsə əlbəəl verəcəyini söyləyib həmin şəxsə narkotik vasitələri təqdim etdikdən sonra bank yolu ilə 2000 manat pul göndərəcəyini demişdir. O taksiyə avtomobili qeyd olunan istiqamətdə sürməsini demişdir. Həmin yerə çatanda taksini bir qədər kənarda saxladıb avtomobilin yük yerindən torbaları götürmüşdür. Torbaları götürüb avtomobildən uzaqlaşaraq Yəhya ilə əlaqə saxlayıb həmin şəxsin harada olmasını soruşmuşdur. Yəhya ona 5 dəqiqə gözləməyini və gələcəyini bildirmişdir. Danışıqları bitdikdən sonra 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etməklə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib saxlamışlar. Polis əməkdaşları ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onlarla birlikdə getməyi təklif etmişlər. O da polis əməkdaşları ilə Baş İdarəyə gəldikdən sonra üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə həyata keçirilmiş, o da əlində saxladığı torbaları təqdim etmişdir. Həmin sellofan torbaların içindən 01 ədəd bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroin, 01 ədəd bükümdə, yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuana, 10 ədəd bükümdə, tünd qəhvəyi rəngli, narkotik vasitə tiryək aşkar olunmuşdur. Sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon, 18(on səkkiz) AZN pul və şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Həmin narkotik vasitələr elektron tərəzidə ölçülmüş, qablaşdırılaraq möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmaqla tərəflərindən imzalanmışdır. 01 ədəd mobil telefon, şəxsiyyət vəsiqəsi götürülmüş, 18 manat pul özünə qaytarılmışdır. Həmin narkotik vasitələri İran İslam Respublikası vətəndaşı Yəhya adlı şəxin vasitəsi ilə onun deyəcəyi ünvanlara çatdırmaq üçün götürdüyünü bildirmişdir. Ğzünü qaçaqmalçılıq cinayətini törətməkdə təqsirli bilmir. İranda yaşayan Yəhya iləş telefonla danışıb razılığa gəlsə də özü dövlət sərhədini keçmədiyindən hesab edir ki, o, qaçaqmalçılıq cinayətini törətməmişdir. İttiham olunduğu cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı cinayət işinin aşağıda şərh edilən halları ilə bir daha sübuta yetir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 10 aprel 2021-ci il tarixdə Baş İdarəyə Abşeron rayonu, Masazır qəsəbəsi, X6 küçəsi, ev 51/1 ünvanında yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğundan Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Şahid1 əməliyyat qrupunun rəhbəri olmaqla idarənin əməkdaşı Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılmişdır. Bundan sonra gecə saatlarında birlikdə Baş İdarədən çıxıb Təqsirləndirilən şəxs olacağı ünvan 4 ünvana çatıb bir qədər müşahidə aparmışlar. 11 aprel 2021-ci il tarixdə saat 02:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 50 ünvanının qarşısında Təqsirləndirilən şəxs hər iki əlində sellefon torba saxlayaraq hərəkət etməsini görmüşlər. Təqsirləndirilən şəxs yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış etdikdən sonra Baş İdarəyə gətirmişlər. Baş İdarədə Təqsirləndirilən şəxsn şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Sonra əməliyyat qrupunun və müdafiəçinin iştirakı ilə videoçəkiliş altında Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs ilk öncə üzərində qanunla dövriyyəsi qadağan edilən əşya və predmetlər varsa, həmin əşyaları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ və sol əlində saxladığı torbaları təqdim etmişdir. Həmin sellofan torbaların içindən 01 ədəd bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər, 01 ədəd bükümdə, yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər, 10 ədəd bükümdə, tünd qəhvəyi rəngli, narkotik vasitə tiryəkə bənzər maddələr aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon, 18(on səkkiz) manat pul və şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Sonra həmin maddələr elektron tərəzidə çəkilmişdir. Həmin maddələr qablaşdırılaraq möhürlənmişdir. Üzərində müvafiq qeydlər aparılmaqla iştirakçılar tərəfindən imzalanıb götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd mobil telefon, şəxsiyyət vəsiqəsi götürülmüş, 18(on səkkiz) manat pul Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Yəhya” adlı şəxsin vasitəsi ilə sonuncunun deyəcəyi ünvanlara çatdırmaq üçün Binəqədi rayonu ərazisindən əldə etdiyini və bunun müqabilində 2000 manat pul əldə edəcəyini bildirmişdir. Bundan sonra şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş və protokol iştirakçılara oxunmaqla tərəflərindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 da Şahid2 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etdi. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən, cinayət işinin 109-111-ci vərəqlərində olan ifadəsindən görünür ki, o da şahidlər Şahid3 və Şahid2 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Cinayət işinin 29-31-ci vərəqlərində olan 11 aprel 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 11 aprel 2021-ci il tarixdə saat 02:30-da ünvan 1 ünvanın qarşısında piyada hərəkət edən zaman saxlanılaraq Baş İdarəyə gətirilmişdir. Baş İdarədə xidməti otaqların birində onun üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sağ və sol əlində saxladığı torbaların içərisindən 01 ədəd bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər, 01 bükümdə, yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər, 10 ədəd bükümdə, tünd qəhvəyi rəngli, narkotik vasitə tiryəkə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Cinayət işinin 133-144-cü vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə “Sony” markalı videokameradan istifadə edilməklə videoçəkiliş ilə həyata keçirilmiş və 01 ədəd “DVD” diskə yazılaraq protokola əlavə edilmişdir. Həmin “DVD” diskdə olan videoçəkilişdə cinayət təqibi üçün əhəmiyyət kəsb edən məlumatlar əks edildiyindən 01 ədəd DVD disk 08 iyun 2021-ci il tarixli qərar ilə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 38-41-ci vərəqlərində olan məhkəmə-bioloji ekspertizasının 11 aprel 2021-ci il tarixli 7/336 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazılar və imzalar olan üzəri skoçla bağlanmış ağ rəngli sintetik kisədə 1(bir) ədəd üzəri skoçla bağlanmış qara rəngli bağlamada təmiz çəkisi- 1000,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin 42-45-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 11 aprel 2021-ci il tarixli 6/1415 nömrəli rəyində qeyd edilmişdir ki, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən....” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd sintetik torbanın içərisində on ədəd sellefon bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 1000,0 qram, 1000,0 qram, 1000,0 qram, 1000,0 qram, 1000,0 qram, 495,0 qram, 950,0 qram, 990,0 qram, 500,0 qram, 975,0 qram ümumi təmiz çəkisi 8910,0 qram olan tünd qəhvəyi rəngli maddələr xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Digər bir ədəd sellefon bağlamada təmiz çəkisi 510,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 87-88-ci vərəqlərində olan 12 aprel 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 8910 qram çəkidə narkotik vasitə tiryək, 510 qram heroin, 1000 qram qurudulmuş marixuana maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonrakı qalıq 8909,5 qram çəkidə tiryək, 509,95 qram heroin, 999,95 qram qurudulmuş marixuana məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİNin BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin 128-129-cu vərəqlərində olan 24.05.2021-ci il tarixli 1574 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 90-91-ci vərəqlərində olan qərardan görünür ki, Bakı Şəhər Nizami Rayon Məhkəmənin 13.04.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş 10 aprel 2021-ci il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işinin 131-132-ci vərəqlərində olan protokoldan görünür ki, "xxxx" MMC-dən 08.06.2020-ci il tarixli, 11649 nömrəli məktbula daxil olmuş və özündə giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən CD diskə baxış keçirilərək müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə müxtəlif mobil operatorlara məxsus nömrələrdən “Men sendeki amanetden 20 dene goturmeliyem”, “Qaqa xestexanadayam uwaq xestedir .sebus vallah puluynan da olsa mende yoxtu .qoy burdan cixim gorum”, “Tez yig meni tebiyet kola lazimdi mene vacib”, Qaqa 2 dene pati 5 dene kola .pulu vur karta hazirdi .ya istiyirsen, gel şamaxinkaya qaqa bala cana menim pulum yoxtu götürem gelem men”, “Qaqa kola 5 deneni götürüm .2 dene daşi götürüm onu”, “Pulu at karta götürüm gəlim”, “Qaqa bawka mawinan gerek gelem gulu cixa bilmiyecek gorum .daw goture bilesen”, “Qaqa sen qelme men hara qelm temma duzellerse. Dash bu lirika istiyir”, “Daw varindi daw .bele satdig”, “atdix yarida olmaz 0.25 olar 10nux verer kim istiyirse.”, “Salam daş var istesen .50”, “qaqa gözle ata 10 deqeye deyirem .bele sene 250 manatin var tema götürmeye .düzelde bilirsen 250 300 manat normal qiymete .20 den kola, 30 dan daş”, “yetim sabahin xeyir. Qaqa yarim cet kola vere bilersen mene vezyetden cixim gedirem telefonu satam goturem qayidanda artiglamasiynan verecem usaglarin canına”, “Müşü salam daş lazim deyil super daş var”, “Qaqa mənə sabah tezden 14 dene qebir daşi ag mərmər lazim di .18 dənədə torpaq rengi mərmər lazim di .qaqa sən allahin mənə cavab ver, qaqa sənən söz daniştiq axi”, “Qaqa telvizor düzelir bugün Danişmisan qaqa qaqa oda yaxşi variyantdi veziyetden cixmaqa”, “Qaqa o temani iki dene 0.5 eliyersen onu”, “Qardawim ac .vacib 5 dene torpaq .2 dene daw .1 list metadon .telfonu ac vacib”, “Qardawim sen allah cekisin duz elesin .ozde qalin kloka qoymasin .10 deyqeye catilar”, “Boli salam necesen .boli dediyin qardaw gelib cixib yegin .gel iw gorek vurax partadax cixaq .balavin balamin canina andolsun ki menen ziyan gormesen”, “Menem afiq .ac vacib 150lik lirika var 20 manatdan listi istemirsen indi” məzmunda mesajların göndərilməsi aşkar edilmişdir. Bundan başqa qeyd olunan sms tarixçəsində gündəlik olaraq narkotik vasitə və psixotrop maddələrin Təqsirləndirilən şəxs tərəfindən satılmasını təsdiq edən mətnlər vardır. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə müxtəlif mobil operatorlara məxsus nömrələrdən “Qaqa gor dawi olsa 2 dene gotur”, “Men masazirin kruqundayam 10 deqeye ordayam.patini hel ele istiyenim var”, “Sabah+sene 2dene goturum verim oz qiymetine”, “Quluya zeng ele .5 dene koz kimi ondadi .70 manat da atacqlar senel ele mende gec goruwtum quluynan.sene pis darixiram.sebir ele”, “Zeng eledim 25 atir 20 de bir vurur.evde daniwa bilmirem istemirem bilsiner.atilacaq”, “Pulu deyirsen qaqam hele duzelde bilmemiwem .ot qulu goture bilir smert otdu qaqam.adam olduren di”, “Qaqa 35 kola, 60 da pati.”, “Ayibdi bəstirin tay.tay pox elemirəm satmiram elemirəm”, “Qaqa yaxşi neyşe var .5 kutu”, “X7 10manat X3 X8 X4”, “qaqa 2 kola 2dene p .eminde k var p yoxtu 2 pepsiye 100 manat emele qeler.cemisine nedeyim”, “qaqa bunu nece dene kamaz vermek olar qaqa .yerinde 60mantadi. Bala”, “Patı var isdeyen yoxdu? 10 qram var”, “.10dene lazimdi hara qelim nece edek.10dene vacibdi”, “qaqa torpaq istiyen olsa denen”, “yetim pati kola istiyen olmadi”, “yetim yari kola var .dobri 20lik p var qel qedecek yer var yeni il hediyesi onu qoturek”, “Sabah zeng ele bundan verek nagdi pula denesin 30 dan yetim vermeliyem ki pulu cixxsin”, “Yetim 100 manat var səndə sənə 2 dənə kola 1.5 yarim da pati verim”, “Yetim 3 dene pati 35 den 3 dene kola 20 den = 165 manat vere bilirsen” məzmunda mesajların göndərilməsi aşkar olunur. Bundan başqa qeyd olunan sms tarixçəsində gündəlik olaraq narkotik vasitə və psixotrop maddələrin Təqsirləndirilən şəxs tərəfindən satılmasını təsdiq edən mətnlər vardır. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilsə də, məhkəmə hesab edir ki, onun qacaqmalçılıq cinayətində də iştirak etməsi özünün ifadəsi ilə yanaşı hökmün təsviriəsaslandırıcı hissəsində sadalanan digər sübutlarin məcmusu ilə öz təsdiqini tapır. Cinayət işinin 133-144-cü vərəqlərində olan qərardan görünür ki, "xxxx" MMC-dən 11649 saylı məktubla daxil olmuş 01 ədəd CD diskdə cinayət təqibi üçün əhəmiyyət kəsb edən məlumatlar əks edildiyindən CD disk 08 iyun 2021-ci il tarixli qərar ilə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş və hazırki cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrlə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 19, 20 və 77-79-cu vərəqlərində olan protokol və qərarlardan görünür ki, şəxs Təqsirləndirilən şəxs 11 aprel 2021-ci il tarixdə tutularaq Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 12 aprel 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmlşdir. Cinayət işinin 126-127-ci vərəqlərində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 115-118-ci vərəqlərində olan arayış və xasiyyətnamədən görünür ki, Əliyev X1 rayonu, Mil qəsəbəsində qeydiyyatda olsa da 2005-ci ildən Abşeron rayonu, Masazır qəsəbəsində yaşayır, himayəsində 11.03.2010 və 05.11.2014-cü il təvəllüdlü 2 nəfər azyaşlı övladı var. Beyləqan rayonunda yaşadığı müddətdə özünü normal aparıb, qəsəbə sakinləri və həmyaşıdları ilə ünsiyyətcil olub, ictimai yerlərdə xoşagəlməz hərəkətlərə yol verməyib. Himayəsində 2 nəfər azyaşlı uşağının olması, əvvəlki yaşayış yeri üzrə müsbət xarakterizə olunması, məhkumluğunun olmaması CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində i deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndiriyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 11 aprel 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, CM-nin 93.1.2-ci maddəsinə müvafiq olaraq barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1- 99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur, məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə aparılması zamanı çəkilən videogörüntünü özündə saxlayan 01 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş Azərbaycan Respublikası DİNin BMCMİ-də saxlanılan və ekspertiza tədqiqatından sonrakı qalıq 8909,5 qram çəkidə tiryək, 509,95 qram heroin, 999,95 qram qurudulmuş marixuana məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməlidir. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə təyinatla Bakı şəhər 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Cinayət işinə əlavə olunmuş hesabatdan görünür ki, müdafiəçinin dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə 25 (iyirmi beş) saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 150 (bir yüz əlli) manat təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 150 (bir yüz əlli) manat fəaliyyət göstərdiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 32.5,206.3.2-ci maddəsi ilə 6 (altı) il azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə 10 (on) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 12 (on iki) il azadlıqdan məhrumetmə cəzası təyin edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, cəza çəkmə müddətinin başlanğıcı 11 aprel 2021-ci il tarixdən hesablansın, ona narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə aparılması zamanı çəkilən videogörüntünü özündə saxlayan 01 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın, Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan 8909,5 qram çəkidə tiryək, 509,95 qram heroin, 999,95 qram qurudulmuş marixuana məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin. Məhkəmə məsrəfi 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 150 (bir yüz əlli) manat fəaliyyət göstərdiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əfqan Hacıyev Hakimlər Telman Hüseynov Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-1331/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1331/2021
10.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver