Məhkəmə qərarları › İş №1(101)-1331/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1331/2022

22.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1331/2022 22.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi ilə, Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti X4, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, müdafiəçi Bakı şəhəri “VERDİKTUM” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Zabrat 1 qəsəbəsi, Axundov küçəsi, ev 3-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə silah qismində istifadə olunan əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edib quldurluq etmiş, bundan başqa, anbara qanunsuz daxil olmaqla təkrarən özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə 12 noyabr 2021-ci il tarixdə saat 01:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 107 ünvanında yerləşən “Laçın” ticarət mərkəzinin arxa hissəsində hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı silah qismində istifadə olunan, təyinatı istintaqa məlum olmayan bıçaq tətbiq edib həmin bıçağı Zamin Əliyev və Zərərçəkmiş şəxs2 nümayiş etdirməklə sonuncuların həyat və sağlamlıqları üçün təhlükəli zor tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edib, Zərərçəkmiş şəxs2 əynində olan şalvarın cibindən sonuncuya məxsus 8 manat dəyərində ***-***-**-** saylı və 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrələrlə işləyən 500 manat dəyərində “Samsung A32” markalı mobil telefon aparatını və 5 manat nağd pulu, Zərərçəkmiş şəxs1 isə əlində olan, sonuncuya məxsus 5 manat dəyərində, Rusiya Federasiyası mobil operatoruna aid **********0 saylı və 3 manat dəyərində ***-***-**-** saylı mobil nömrələrlə işləyən 570 manat dəyərində “Samsung A22» markalı mobil telefon aparatı və 10 manat dəyərində pul qabını götürüb ələ keçirməklə ümumilikdə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 518 manat miqdarında, Zərərçəkmiş şəxs1 isə 588 manat miqdarında maddi ziyan vurmaqla quldurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 26 yanvar 2022-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi, ünvan 5 ünvanda yerləşən anbara gəlib həmin anbarın qapısının kilidini özü ilə gətirdiyi dəmir alətlə sındırararq qanunsuz anbara daxil olub, oradan 01 ədəd 250 manat dəyərində preparatoru, 01 ədəd 200 manat dəyərində “Bosch” markalı laqondanı, 01 ədəd 1000 manat dəyərində 1 tonluq dəmir konstruksiyalı elektrikli qaldırıcı aparatı, 50 manat dəyərində 01 cüt əsgər çəkməsini gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs3 1.500 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.5, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, oğurluqla özünü təqsirli bilir, lakin quldurluq cinayət əməlini törətməmişdir. . Belə ki, xx.xx.2021-ci il tarixdə saat 00:00 radələrində 8-ci km bazarı yaxınlığında yerləşən “Topaz”dan çıxıb “Laçın” ticarət mərkəzinin qarşısı ilə dayanacağa 1 manatlıq taksilərə minmək üçün gedərkən “Dubrovka” restoranına çatmağa bir qədər qalmış əvvəldən tanıdığı Samir Cahangirlinin bir nəfər şəxslə getdiyini görmüş və iti addımlarla onlara çatıb onlarla görüşmüşdür. Birlikdə gedə-gedə qarşıdan gələn 2 nəfər şəxsin, yəni sonradan adlarını bildiyi Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Samirə yaxınlaşıb onunla görüşdükdən sonra Samirin yanındakı dönərxana işlədən oğlanla görüşüb ona pul verdiyini görmüşdür. Amma pulun miqdarını bilməmişdir. Daha sonra Samiri kənara çəkib bu şəxslərin kim olduğunu soruşmuşdur. Samir isə həmin şəxsləri tanımadığını bildirmişdir. O Samirə onları narkotik satanlara oxşatdığını demiş, Samir isə yenə həmin şəxsləri tanımadığını bildirmişdir. O isə Zaminlə Yusifin narkotik alverçilərinə oxşadıqlarını düşünərək zənn etmişdir ki, Samirin yanındakı dönərçinin onlara verdiyi pul narkotik vasitəyə görə olmuşdur. Bu səbəbdən Zərərçəkmiş şəxs2 kənara çəkib onunla gəzə-gəzə “Dubrovka” restoranının qarşısı ilə gedib pilləkənlə qalxa-qalxa söhbət edərək onun narkotik alveri ilə məşğul olub-olmadığını soruşmuşdur. O, narkotiklə cavanları zəhərləyənlərə nifrət edir. Yusif cavabında belə bir işlə məşğul olmadığını desə də o, ona inanmayaraq onun dönərçidən narkotik vasitə satıb əvəzində aldığı pul olub-olmadığını soruşmuşdur. Yusif isə cavabında həmin şəxsin ona borcu olduğunu bildirərək əlində tutduğu 5 manat pulu ona vermişdir. Pilləkənlərə çatdıqda o arxasınca Samirin yanında gələn Zərərçəkmiş şəxs1 özünü şübhəli apardığını görüb yanına çağırmış və onunla binanın girişində söhbət etməyə başlamışdır. Binanın girişində onun harda qaldığını soruşmuş, Zamin isə Qusardan qonaq gəldiyini bildirmişdir. Binanın girişində onunla söhbət edərkən tanışı Samir və Yusif binanın pilləkənlərində dayanmışlar. Bu zaman Yusifin şalvarının sağ balaca cibindən başı qırılmış vəziyyətdə olan ampulanın baş hissəsinin çıxdığını görmüş və əlini atıb onun cibindən ampulanı çıxartmışdır. Bundan sonra o Yusifin cibində olan şprisi də çıxartmışdır. O, Yusiflə binanın girişindən çıxıb söhbət edə-edə binanın həyətində olan besedkaya keçmişdir. Orada Yusif ampula ilə şprisin cibində saxlama səbəbini ona izah edə bilməmişdir. Bu vaxt ikisinin də narkotik vasitələrdən istifadə etdiyindən şübhələnmişdir. Bu zaman Samir Zaminlə kənarda söhbət etmişdir. O Zaminlə də besedkada söhbət edərkən onun narkotik alveri ilə məşğul olubolmadığını, üzərində narkotik vasitə olub olmadığını soruşmuşdur. Lakin Zamin təkidlə etiraz edərək, narkotik vasitələrin alveri ilə məşğul olmadığını, lakin narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Bu zaman o Zaminin şalvarının şalvarının ciblərini yoxlayaraq sağ cibindən sellofan torba çıxarmış, içində bükümlərə bölünmüş vəziyyətdə narkotik vasitəyə bənzər maddənin sellofanda olduğunu görmüşdür. Təxminən içərisində 30-40 büküm olmuşdur. Zamindən bunun nə olduğunu soruşduqda o, bunun narkotik vasitə “kakos” olduğunu bildirmişdir. Bundan sonra üzərini yoxlayacağını bildirdikdə o üzərində olan qış gödəkcəsinin sol içəri cibindən sellofanı çıxardıb ona uzatmış, sellofana baxdıqda içərisində 5-6 ədəd büküm olduğunu görmüşdür. Bunun nə olduğunu Zamindən soruşduqda “patı” olduğunu bildirmişdir. Daha sonra Zamindən telefonunun kodunu açıb ona verməyini istəmiş və onun telefonunda “Votsap” sosial şəbəkəsinə girib mesajlara baxanda votsapda müxtəlif şəxslərə bank kartı şəkli, müxtəlif məkanların şəkillərini göndərdiyini görmüşdür. Bu zaman Zamindən narkotik vasitə alveri ilə məşğul olmadığını bildirməsinin səbəbini soruşmuşdur. Zamin tez əlini atıb telefonu yenidən bloka salmışdır. Zamin ondan telefonunu istəsə də o mobil telefonunu götürüb Yusifi kənara çəkib ondan Zaminin üzərində narkotik vasitə olduğunu bilib-bilmədiyini soruşmuşdur. Yusif isə dostundan narkotik vasitə istədiyini lakin Zaminin onda narkotik vasitə olmadığını, gedib ala biləcəyini bildirmişdir. Bu zaman o cibindəki sellofanı çıxarıb bunun Zaminin cibindən çıxdığını bildirmişdir. Bu zaman o və Yusif artıq “Dubrovka” restoranının arxasındaki beş mərtəbəli binanın girişində olmuşlar. O Yusifdən cibində mobil telefonu olub-olmadığını soruşmuş, Yusif üzərində mobil telefonu olmadığını bildirmiş, hətta Yusif vəziyyətinin yaxşı olmadığını deyərək həmin narkotik vasitədən bir büküm götürmək istədiyini bildirmişdir. Cibindən bir büküm çıxarıb bunun “patı” olduğunu lakin onun “kakos” istədiyini bildirmişdir. O da ona istədiyi narkotiki vermiş, onun mobil telefonunu əlindən almışdır. Lakin qorxmamasını, telefonunu qaytaracağını bildirmişdir. Bundan sonra o, onlardan aralanaraq Əhmədlidə yaşayan dostu Anarın kirayə yaşadığı evə gedib orada gecələmişdir. Onun narkotik vasitə istifadəçisi olduğunu bildiyi üçün ona yazığı gəldiyindən üzərində olan “kakos” və “patı”nı cibindən çıxarıb ona vermişdir. xx.xx.2021-ci il tarixdə axşam tərəfi Yusif və Zamindən götürdüyü 2 ədəd Samsung markalı mobil telefonları “Neftçilər” metrosunun yaxınlığında yerləşən lombarda dostu Anarın adına qoyaraq əvəzində 215 manat pul almışdır. Oğurluq hadisəsi ilə əlaqədar onu bildirir ki, o, vaxtı ilə Nizami rayonu, Bəhruz Nuriyev küçəsində Zaur adlı şəxslə qonşu olmuşdur. Bilirdi ki, binanın yan tərəfindən birinc mərtəbədə Zaurla qardaşı Raminin tikinti alətləri saxladıqları saxlanc yeri vardır. Belə ki, Zaur qardaşı Raminlə birlikdə usta kimi fəaliyyət göstərmişdir. xx.xx.2022-ci il tarixdə səhər saat 05 radələrində taksi sifariş verərək Zaurgilin yaşadığı binanın yanına gəlmiş, taksi sürücüsündən onu gözləməsini xahiş edərək qeyd etdiyi saxlanc yerinin qapısına yaxınlaşaraq ətrafa baxıb heç kəsin olmadığını görərək əlində özü ilə gətirdiyi dəmir boru vasitəsilə qapının üstündəki qıfılı sındırmış, içəri girib əlində olan alışqanı yandırıb həmin yerə baxaraq içəridə olan bir ədəd preparator, bir ədəd laqonda və 1 ədəd dəmir konstruksiyalı elektrik qaldırıcı qurğunu və bir cüt ayaqqabını çıxarıb taksinin yük yerinə yerləşdirmişdir. Daha sonra oradan yaşadığı Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, Axundov küçəsi ev 3 ünvanına aparmışdır. Səhər tezdən olduğu üçün qardaşı Mehman yatmış, o, 1 ədəd laqonda, 1 ədəd preparator və 1 ədəd dəmir konstruksiyalı elektrikli qaldırıcı qurğunu evə qoyaraq yerinə uzanıb yatmışdır. Səhər yuxudan oyandıqda qardaşı Mehman alətlərin nə olduğunu soruşmuş, o həmin əşyaları Zaurun anbarından oğurladığını bildirdikdə Mehman ona əsəbləşmiş və onlar mübahisə etmişlər. Həmin gün axşam saatlarında evdən çıxıb Nizami rayonuna gəldikdə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Qardaşı Mehman oğurladığı əşyaların hamısını polisə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır. O, ünvan 6 ünvanında ailəsi ilə birlikdə yaşayır. Ev təmiri ilə məşğul olduğu üçün ünvan 5 ünvanda binanın 1-ci mərtəbəsinin yan tərəfində yerləşən sahəni anbar kimi icarəyə götürmüşdür. Belə ki, o ustalıq fəaliyyəti ilə məşğul olur və ustalıqda istifadə etdiyi aparatları və lazımsız əşyaları həmin anbarda saxlamışdır. Həmin anbara nadir hallarda gedirdi. xx.xx.2022-ci il tarixdə həmin anbara gəldikdə görmüşdür ki, kimsə qapıda olan kilidi sındırmaq yolu ilə anbara daxil olub orada olan 1 ədəd 250 manat dəyərində preparatoru, bir cüt 50 manat dəyərində hərbi çəkməni, 1 ədəd 1.000 manat dəyərində dəmir konstruksiyalı 1 tonluq qaldırıcı qurğunu və bir ədəd 200 manat dəyərində “Bosch” markalı laqonda aparatını oğurlamışdır. Hadisə barədə xx.xx.2022-ci il tarixdə polisə ərizə ilə müraciət etmişdir. Oğurluğun açılmasına səbəb isə həmin anbarın yaxınlığında olan obyektlərin təhlükəsizlik kameralarının görüntüləri olmuşdur. Həmin görüntülərdən müəyyən olunur ki, xx.xx.2022ci il tarixdə saat 05:30 radələrində naməlum şəxs anbardan götürdüyü əşyaları bir-bir çıxararaq çöldə gözləyən avtomobilə yükləmişdir. Polis tərəfindən ona 1 ədəd preparator və 1 ədəd “Bosch” markalı laqunda aparatı qaytarıldığı üçün təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o, xx.xx.2021-ci il tarixdə xəstə bacısını yaşadığı Quba rayonu, Vəlvələ kəndindən Bakı şəhərinə Respublika xəstəxanasına müalicə olunması üçün gətirmişdir. Bakıda Nizami rayonunda yaşayan dostu Zərərçəkmiş şəxs2la bacısını xəstəxanaya yerləşdirdikdən sonra Yusifin Nizami rayonu Laçın ticarət mərkəzinin yaxınlığında yerləşən kirayə evinə gəlmişlər. Orada Yusiflə birlikdə spirtli içkilər qəbul etmişlər. Bundan sonra xx.xx.2021-ci il tarixdə saat təxminən 01:00 radələrində siqaret almaq üçün dostu Yusiflə birlikdə sonuncunun yaşadığı binanın yaxınlığında olan “Svetofor” marketə gedərək “Rothmans” siqareti aldıqdan sonra saat 01:20 radələrində yenidən “Laçın” ticarət mərkəzinin arxa tərəfi ilə evə qayıdırdılar. “Laçın” ticarət mərkəzinin yerləşdiyi küçədə bir nəfər adını xatırlamadığı şəxs Yusifə yaxınlaşaraq söhbət etmişdir. Həmin şəxsin yanında hal-hazırda məhkəmədə gördüyü Təqsirləndirilən şəxs olmuşdur. Yusiflə həmin şəxslərdən aralanıb təxminən 50 metr getdikdən sonra arxa tərəfdən Təqsirləndirilən şəxs onları səslədiyini eşitmiş və sonuncu onlara yaxınlaşaraq onlardan siqaret istəmişdir. Yusif ona siqaret vermiş, daha sonra Hüseyn onlarla söhbət edərək dostu Yusifin yaşadığı məhəlləyə qədər gəlmişdir. Yusifin yaşadığı binaya çatmağa 4 blok qalmış həmin məhəllədə 1-ci binanın blokuna çatdıqda Hüseyn Yusifin qoluna girərək Yusifi binanın girişinə çəkmişdir. Bu vaxt o, Yusifgildən 5 metr irəlidə olmuşdur. O, Təqsirləndirilən şəxs Yusifi binanın girişinə çəkdiyini gördükdə dərhal blokun girişinə yaxınlaşmış və Hüseynin Yusifin ciblərini yoxladığını görmüş, Hüseyndən nə etdiyini soruşmuşdur. Hüseyn isə cavabında buranın lotusu olduğunu və buralarda sözünün keçdiyini bildirsə də bıçaq çıxartmadan ona üstündə dəyərli nə əşya varsa çıxartmağını istəmişdir. O, buna etiraz etdikdə Hüseyn zorla əlini onun cibinə salaraq şalvarın cibindən «Samsung Galaxy A22» markalı mobil telefonunu çıxartmışdır. Hüseyn həmçinin onun cibindən içində 670 manat pul olan Bank kartını və pul qabını da çıxarmışdır. Daha sonra o, Hüseynə etiraz etmiş və telefonunu qaytarmağını istəmişdir. Lakin Hüseyn telefonunu qaytarmamışdır. Daha sonra Hüseyn dostu Yusifin ciblərini yoxlayıb Yusifin cibində olan “Samsung” markalı mobil telefonu götürmüşdür. Həmin telefonları Hüseyn özü ilə aparmış, o və Yusif isə Yusifin yaşadığı evə gedərək oradan Yusifin başqa bir telefonu ilə DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişlər. İbtidai istintaq zamanı ifadə verərkən ona qarşı quldurluq edən Təqsirləndirilən şəxs qarşı çox acıqlı olduğu üçün əsəbləşdiyindən Hüseynin ona və Yusifə qarşı bıçaq tətbiq etməklə hədələyərək onlardan telefonlarını aldığını bildirmişdir. Hal-hazırda həmin ifadəsini bu hissədə təsdiq etmir, məhkəmədə verdiyi ifadəsi həqiqətə uyğundur. Hadisə nəticəsində ona 588 manat maddi ziyan dəymişdir. Ona məxsus olan “Kapital bank” kartını isə banka gedib bağlatdırdığı üçün həmin kartdakı pullar batmamışdır. Cinayət işi üzrə Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, SMS xəbərdarlıqlar AZEMİS vasitəsi ilə bildirişlər göndərilmiş, lakin Zərərçəkmiş şəxs2 məhkəmə iclasına gəlməmiş,onun qardaşı Amir Kərimovla telefon əlaqəsi saxlanıldıqda isə o, qardaşı Zərərçəkmiş şəxs2 bilmədiyi tibb müəssisəsində narkomaniyadan müalicə olduğunu, onunla heç bir əlaqəsi olmadığını bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat təxminən 01:00 radələrində evdə olarkən siqaretləri bitdiyi üçün dostu Zaminlə birlikdə siqaret almaq üçün yaşadıqları binanın yaxınlığında olan “Svetofor” marketə getmiş və hərəsinə bir ədəd “Rothmans” siqareti aldıqdan sonra saat 01:20 radələrində yenidən “Laçın” ticarət mərkəzinin arxa tərəfi ilə evə qayıtmışlar. O, həmin gün bir qədər spirtli içki qəbul etmişdir. Təxminən 50 metr getdikdən sonra arxa tərəfdən 1 nəfərin onları səslədiyini eşitmiş və arxaya döndükdə həmin şəxs onlara yaxınlaşaraq onlardan siqaret istəmişdir. O, həmin şəxsə 1 ədəd siqaret vermişdir. Bu zaman Samir adlı şəxs də orada olmuşdur. Daha sonra onlarla söhbət edərək yaşadığı məhəlləyə qədər gəlmişlər. Yaşadığı binaya çatmağa 4 blok qalmış həmin məhəllədə 1-ci binanın blokuna çatdıqda onun qoluna girərək gedən balaca boy şəxs onu binanın girişinə çəkmişdir. Digər uzun boy şəxs isə dostu Zaminlə birlikdə arxadan gəlmişdir. Həmin şəxs boş-boş mənasız suallar verərək harda qaldığını, buralarda kimləri tanıdığını soruşmuşdur. Binanın girişinə çatdıqda ondan cibində nə olub-olmadığını soruşmuşdur. O isə həmin şəxsə cavabında nə üçün belə dediyini soruşmuşdur. Bu zaman dostu Zamin bloka daxil olaraq burda nələr olduğunu soruşmuşdur. Bu zaman həmin balaca boy şəxs üzərindən qatlanan bıçağı çıxarıb onları hədələməyə başlamışdır. Zamin binanın girişinə daxil olduqda Zaminin əlində telefonu görüb ona yaxınlaşıb bıçağı onun üzərinə tutaraq telefonu əlindən dartmağa başlamışdır. Zamin telefonu vermək istəmədikdə həmin balacaboy şəxs, əlindəki bıçaqla onu hədələyib telefonu Zaminin əlindən almışdır. Daha sonra Zaminlə telefonun kodunu açmaq barəsində mübahisə etdikdən sonra həmin balaca boy şəxs Zaminin üzərini axtararaq onun üzərində olan pul qabını götürmüşdür. Daha sonra balaca boy şəxs ona yaxınlaşaraq bıçağı onun üzərinə tutub hədə qorxu gələrək üzərində olan dəyərli şeyləri ondan istəmişdir. O da üzərində olan “Samsung Galaxy A 32” markalı mobil telefonu, 5 manat pulu, “Bank of Baku”ya aid olan bank kartını çıxarıb həmin şəxsə vermişdir. Bank kartı şəxsi debit kartı olmuş və içi boş olmuşdur. Daha sonra evə gələrək qardaşının telefonu ilə DİN-in 102 xidmətinə zəng vuraraq bu barədə məlumat vermişlər. Hadisə yerində olan Samir adlı şəxs sadəcə olaraq kənarda dayanıb hadisəyə tamaşa etmişdir. Hətta dostu Zaminin halı pisləşdiyində isə ona maqazindən su alıb vermişdir. Hadisə nəticəsində ona məxsus 8 manat dəyərində ***-***-**-** saylı və 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrələr ilə işləyən, 500 manat dəyərində “Samsung A32” markalı mobil telefon aparatı və 5 manat nağd pulu quldurluq yolu ilə ələ keçirilmiş və ona 518 manat maddi ziyan dəymişdir. Ona məxsus olan “Bank of Baku” bank kartı “Bank of Baku” bankından kredit götürərkən bank tərəfindən hədiyyə verilmişdir. Heç bir qiymətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma qardaşıdır. Ona qardaşının əleyhinə ifadə verməmək hüququ izah edilməsinə baxmayaraq o ifadə vermək istədiyini bildirdi. Qardaşı Hüseynin quldurluq cinayət əməli ilə bağlı onu bildirir ki, 2021-ci ilin noyabr ayında Hüseyn onunla bir mənzildə qalmış, həmin ərəfədə Hüseynin rayondan Samir adlı dostu gəlib bir-iki gün onların evində qalmışdır. Lakin Hüseynin həmin ərəfədə quldurluq cinayəti törətməsini yalnız istintaqa çağırılıb ifadə verən zaman bilmişdir. Digər oğurluq epizodu ilə əlaqədar onu göstərir ki, 2022-ci ilin yanvar ayında, tarixi artıq xatırlamır, Hüseyn səhər saatlarında evə gəlmiş, Hüseynin səsinə oyanaraq görmüşdür ki, onun əlində bir ədəd Laqonda aparatı, bir ədəd kiçik ölçülü qaldırıcı qurğu var idi. Bu alətlərdən savayı Hüseynin əlində xatırlamadığı başqa əşyalar da olmuşdur. Həmin əşyaları haradan gətirməsini Hüseyndən soruşmuş, sonuncu etiraf etmişdir ki, həmin əşyaları “Xalqlar Dostluğu” metro stansiyası yaxınlığında B.Nuriyev küçəsində yerləşən bir binanın saxlanc yerindən götürmüşdür. O, Hüseynə irad bildirsə də artıq gec olmuşdur. Bir qədər sonra o işə getmiş, Hüseyn isə evdə tək qalmışdır. Axşam o evə qayıdarkən Hüseynim gətirdiyi əşyaların bir hissəsini apardığını görmüşdür. Bir ədəd laqonda aparatı və bir ədəd qaldırıcı qurğu evdə qalmışdır. Həmin gündən sonra bir daha Hüseyni görməmişdir. Sonra evinə polis əməkdaşları gəlmiş, Hüseynin oğurladığı əşyalarla maraqlanmış və o, bir ədəd laqonda aparatı və bir ədəd qaldırıcı qurğunu 24-cü PŞ-nin əməkdaşlarına təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır. İbtidai istintaq zamanı bir oğurluq hadisəsi ilə bağlı ifadə vermişdir. Bununla əlaqədar bildirir ki, o, icarəyə götürdüyü “Hundai Acsent” markalı **- MY-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Müştərilərdən sifarişləri “Bolt” adlı taksi sifarişi proqramı vasitəsi ilə qəbul edirdi. xx.xx.2022-ci il tarixdə saat 05:30 radələrində “bolt” proqramı vasitəsi ilə ona sifariş daxil olmuşdur. Sifarişə əsasən o, “Xalqlar Dostluğu” metro stansiyası yaxınlığından B.Nuriyev küçəsindən müştərini götürərək ünvan 7 ünvana aparmalı idi. Sifarişə əsasən o, B.Nuriyev küçəsi 29 saylı ünvanda yerləşən beş mərtəbəli yaşayış binasının qarşısına getmiş, həmin yerdə ona bir nəfər artıq sifətini xatırlamadığı yaşı təxminən 30-33 yaşlarında olan bir kişi ona yaxınlaşaraq ondan onu bir müddət gözləməsini xahiş etmişdir. O da buna etiraz etmədən həmin şəxsi gözləmişdir. Bir müddət sonra həmin şəxs maşina yaxınlaşaraq maşının yük yerinə laqonda, preparator və sair dəqiq xatırlamadığı bir neçə əşyanı qoymuşdur. Maşının yük yerini özü açdığı üçün həmin əşyaları görmüşdür. Bundan sonra müştərinin sifarişi ilə Zabrat 1 qəsəbəsində olan bir ünvana getmiş, orada həmin müştəri maşından düşərək yük yerindən olan əşyaları götürüb çıxıb getmişdir. Hətta bu müştəri onun pulunu da ödəməmişdir. Bəhanə etmişdir ki, üzərində pul yoxdur. O da məcbur qalıb oradan getmişdir. Bu günədək çox sayda müştəri daşıdığı üçün həmin şəxsin hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs olub-olmamasını dəqiq deyə bilməz. Məhkəmə iclasında şibtidai istintaq zamanı ahid qismində dindirilmiş Şahid2 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, o, Neftçilər metrosunun yaxınlığında yerləşən “Aqşin” lombardda 2 ilə yaxındır ki işləyir. 13 noyabr 2021-ci il tarixdə saat 16:00 radələrində bir nəfər şəxs lombarda daxil olaraq telefon götürüb götürmədiyini soruşmuşdur. O da telefon götürdüyünü bildirdikdən sonra həmin şəxs əlində olan iki ədəd “Samsung” markalı mobil telefonu ona göstərib həmin mobil telefonları lombarda qoymaq istədiyini bildirmişdir. Həmin şəxsdən telefonların kimə məxsus olduğunu və nə üçün lombarda qoymaq istədiyini soruşduqda həmin şəxs telefonların ona məxsus olduğunu və həbsdə qohumu olduğu üçün onun yanına getməyə pul lazım olduğundan telefonları lombarda qoymaq istədiyini bildirmişdir. O telefonları ondan götürüb yoxladıqdan sonra götürə biləcəyini bildirmişdir. Bundan sonra ondan telefona görə nə qədər pul verə biləcəyini soruşduqda o həmin şəxsə bu telefonlara görə 215 manat verə biləcəyini bildirmiş, həmin şəxs onunla razılaşdıqda o bu barədə qəbz tərtib edərək həmin şəxsə 215 manat pul vermişdir. O, həmin mobil telefonları Neftçilər metrosunun yaxınlığındakı telefon mağazalarından birinə ikisini birlikdə 260 manata satmışdır. Təqsirləndirilən şəxs törətdiyi əməllərdə təqsirliliyi qismən özünün, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs3 Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin rəisinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, 26 yanvar 2022-ci il tarixdə, saat 05:30 radələrində naməlum şəxs tərəfindən icarə əsasında işlətdiyi ünvan 5 ünvanda yerləşən anbardan qapının kilidini sındırmaq yolu ilə 01 ədəd peparatoru, 01 ədəd “Bosch” markalı laqond, 01 ədəd 1 tonluq dəmir konstruksiyalı elektrikli qaldırıcı aparat, 01 cüt əsgər çəkməsinin oğurlayaraq ona 1500 manat ziyan vurmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “«hadisə yerinə baxış keçirilməsi barədə» 24 fevral 2022-ci il tarixli protokoldan müəyyən olunuri ki, hadisə yeri ünvan 5 beş mərtəbəli yaşayış binasının yarım zirzəmisidir, zirzəminin eni 1m, uzunluğu 2 m, hündürlüyü təxminən 1m, olmaqla orada tikinti və boya materialları səliqəsiz şəkildə saxlanılması müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “Videogörüntünün götürülməsi və baxış keçirilməsi barədə” 24 fevral 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, videogörüntüyə baxış zamanı naməlum kişi cinsinə mənsub şəxsin 26 yanvar 2022-ci il tarixdə saat 05:23-dən 06:18-dək olan müddət ərzində Nizami rayonu, B.Nuriyev küçəsi 29 saylı binanın yarım zirzəmisində yerləşən anbarın qapısını yad əşya ilə təsir edib qırmaqla anbarın içərisinə daxil olaraq oradan müxtəlif əşyaları çölə çıxarması müşahidə edilir. Məhkəmədə elan edilib araşdırılmış «təqdim edilən əşyaların götürülməsi barədə» 26 fevral 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Şahid1 qardaşı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə kirayə yaşadığı ünvan 9 ünvana gətirdiyi bir ədəd boz rəngli üzərində heç bir marka və yazı olmayan laqonda aparatını və bir ədəd üzərində “PA 1200” sözləri yazılmış qırmızı rəngli qaldırıcı aparatı təqdim etmişdir. Məhkəmədə elan edilib araşdırılmış «əşyanın tanınmaya təqdim edilməsi barədə» 14 mart 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs3 ona təqdim olunan bir ədəd boz rəngli üzərində heç bir marka və yazı olmayan laqonda aparatını və bir ədəd üzərində “PA 1200” sözləri yazılmış qırmızı rəngli elektron qaldırıcı aparatı tanımaqla Nizami rayonu, B.Nuriyev küçəsi 29 saylı binanın yarım zirzəmisində yerləşən anbarından oğurlanmış əşyalar olmasını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli qəbzdən müəyyən olunur ki, 01 ədəd “Bosch” markalı laqonda və 01 ədəd “PA1200” markalı 1 tonluq qaldırıcılıq qabiliyyəti olan dəmir konstruksiyalı, elektrikli qaldırıcı aparat Zərərçəkmiş şəxs3 təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs1 Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin rəisinə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsindən müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə, saat 03 radələrində dostu Yusif adlı şəxslə Nizami rayonunda yerləşən «Laçın» ticarət mərkəzinin arxası ilə getdikləri zaman iki nəfər onlara yaxnlaşaraq bıçaq ilə hədə-qorxu glərək ona məxsus «Samsung A32” markalı mobil telefon aparatını, içərisində 70 manat məblğində pulunu, kapilat banka məxsus kartını, özünə məxsus şəxsiyyət vəsiqəsini və Rusiya mobil nömrəsi olan pul kisəsini almışlar. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs2 Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin rəisinə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsindən müəyyən olunur ki, həmin tarixdə tanışı Zaminlə Nizami rayonunda yerləşən «Laçın» ticarət mərkəzinin yanındakı binanın blokunda tanımadıqları iki nəfər onlara yaxnlaşaraq bıçaq ilə hədəqorxu gələrək telefon və pullarını almışlar. Məhkəmədə elan edilib araşdırılmış 17 yanvar 2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində şübhəli şəxs qismində axtarış elan edilmiş, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs 24-cü PŞ-nin əməkdaşaları tərəfindən saxlanılaraq istintaq orqanına təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli Bakı şəhər Nizami rayon məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış 27 yanvar 2022-ci il tarixli və 10 mart 2022-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokollardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd olunanları hadisə yerində göstərməklə bir daha təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının 07 iyun 2022-ci il tarixli, 9/3226 saylı rəyindən müəyyən olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd üzərində markalanma yazıları olmayan, uzun müddət istifadədə olmuş laqondanın xüsusatları nəzərə alınmaqla 70,00 manat, bir ədəd üzərində “PA 1200” yazıları olan, 2100W? 600/1200kg, 220V-50HZ, qırmızı rəngli elektrik yük qaldırıcı aparatın istifadədə olması nəzərə alınmaqla 600,00 manat müəyyən edilir. Məhkəmədə elan edilib araşdırılmış “Respublika Psixatriya Xəstəxanası” X8 5056 saylı, xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına əsasən həmin xəstəxanada müalicədə olmayıb. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnaməsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış ibtidai araşdırma orqanının xx.xx.2022-ciil tarixli qərarından müəyyən olunur ki, X3 barəsində cinayət işi üzrə hissəvi xitam verilmiş və barəsində CM-nin 307.1-ci maddəsi ilə material ayrılaraq araşdırma aparılması üçün Bakı şəhəri Nizami rayon prokurorluğuna göndərilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.5, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyi, eləcə də məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 nömrəli Qərarının 1-ci hissəsində göstərilmişdir ki, «Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür». Həmin Qərarın 23-cü maddəsinə əsasən “Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara, işin obyektiv hallarına qiymət verməklə və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə silah qismində istifadə olunan əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edib quldurluq etməsi, bundan başqa, anbara qanunsuz daxil olmaqla təkrarən özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməsi tam sübuta yetirilmiş və onun quldurluqla bağlı əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Belə ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 polisə verdiyi şikayətində Təqsirləndirilən şəxs bıçaqla hədələyərək onları talaması ərizələri əsasında, ibtidai araşdırma orqanına verdikləri ifadələrində Təqsirləndirilən şəxs bıçaq çıxararaq vuracağı ilə hədələyib onların əşyalarını taladığını bildirmələrinə görə Təqsirləndirilən şəxs ibtidai araşdırıma zamanı məhz CM-nin 181.2.5-ci maddəsi ilə, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə silah qismində istifadə olunan əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın, yəni quldurlaq ittihamı verilmişdir. Məhkəmə Zərərçəkmiş şəxs1 ibtidai araşdırma zamanı verdiyi ifadələrini mötəbər sübut kimi qəbul edir, həmin ifadələrində Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs üzərlərinə çıxardığı bıçağın əlamətlərini belə göstərmiş, həmin bıçağın açılıb-qatlanan bıçaq olduğunu, həmin bısaqla ona və dostu Zərərçəkmiş şəxs2 hədə-qorxu gəlməklə telefonlarını taladığını göstərmişdir. Məhkəmə Zərərçəkmiş şəxs1 məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşmaqla onun ibtidai araşdırma zamanı verdiyi ardıcıl ifadələrini həqiqi və düzgün odlduğu kimi qiymətləndirir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 №-li qərarının 7-ci bəndinə əsasən quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından başa çatmış sayılır. Belə olan halda Təqsirləndirilən şəxs oğurluq epizodu üzrə də ibtidai araşdırma orqanı tərəfindən CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün ittiham verilmişdir ki, Təqsirləndirilən şəxs quldurluq əməlindən sonra təkrarən oğurluq əməlini də törətmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Həmçinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini onun tutulduğu xx.xx.2022-ci il tarixdən hesablamalı və o, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə baxılan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən etmədiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, xüsusi müsadirə olunmalı əmlak, alət və vasitə yoxdur. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs1 dəymiş ziyanla bağlı mülki-mühakimə icraatı qaydasında yerli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd plastik alışqan laqonda və qaldırıcı kranın Zərərçəkmiş şəxs3 qaytarılması nzərə alınmalı, cinayət işinin materiallarına əlavə edtlmiş 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankındakı Az MEM, VÖİN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, M/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla “VERDİKTUM” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün “VERDİKTUM” Vəkil Bürosunun nəfinə 270 (iki yüz yetmiş) manat pul “VERDİKTUM” Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 354, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.5, 177.2.2 və 177.2.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə, Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə 08 (səkkiz) il müddətə, CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il il tarixdən hesab edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs1 dəymiş ziyanla əlaqədar mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə ekspertiza xərcləri olan 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankındakı Az MEM, VÖİN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, M/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına köçürülsün. İş üzrə maddi sübut olan 1 ədəd plastik alışqan laqonda və qaldırıcı kranın Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın, cinayət işinin materiallarına əlavə edtlmiş 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 270 AZN (iki yüz yetmiş) manat pul “VERDİKTUM” Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar