Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1331/2024 13.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X7 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Prospekt” vəkil bürosunun vəkili Müdafiəçi Mübariz oğlunun iştirakları ilə, xx xxxxxxx 1988-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin və narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan tarixdə satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd bükümdə külli miqdarda 2,855 qram çəkidə psixotrop maddə metaınfetamin və 01 ədəd bükümdə 0,316 qram çəkidə narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı daxil olmuş məlumat əsasında Səbail RPİ-nin NMBnin və 8-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 12 oktyabr 2023-cü il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Salyan Şosesi 2 ünvanında yerləşən “Azpetrol” YDM-nin yaxınlığında şübhəli şəxs qismində saxlanılıb 8-ci PB-nin inzibati binasına dəvət edilərək, həmin gün saat 17:45-dən etibarən üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarın sağ yan cibində üzərində “Mont Blanc” yazısı olan pul kisəsinin içərisində saxlamaqla daşıdığı 01 ədəd şəffaf sellofanda olan külli miqdarda, yəni təmiz çəkisi 2,855 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metaınfetamin və 01 ədəd bükümdə təmiz çəkisi 0,316 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli maddə narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan ona edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadələrində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir. Lakin narkotik vasitələri satış məqsədilə əldə etməmişdir. “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanında olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, ittiham aktında qeyd edilənlərlə razılaşmayaraq, polis əməkdaşları tərəfindən saxlanılarkən qaçmağa cəhd göstərmədiyini bildirmişdir. Polis əməkdaşları ona yaxınlaşaraq Təqsirləndirilən şəxs olubolmamasını soruşmuş, o da Vüqar olduğunu təsdiq etmişdir. Saxlanılarkən üzərində heroin və metamfetamin olmuşdur. Özündə olan narkotik vasitələri satmamış və ya pay müqabilinə başqa şəxslərə verməmişdir. Daha sonra polis əməkdaşları onu Polis Bölməsinə dəvət etmişlər. O, könüllü olaraq polis əməkdaşları ilə birlikdə Polis Bölməsinə getmişdir. Bölmədə olarkən cibindəki narkotik vasitəni könüllü olaraq təqdim etmişdir. Videoçəkiliş vasitəsilə keçirilən şəxsi axtarış zamanı onun təqdim etdiyi narkotik vasitə tərəzidə çəkilməmişdir. O, ekspertiza rəyi ilə razılaşmayaraq üzərindəki narkotik vasitənin külli miqdarda olmadığını bildirmişdir. O, həmçinin tutulma vaxtını da mübahisələndirərək 2023-cü il 12 oktyabr tarixdə saat 17:00 radələrində deyil saat 13:00-14:00 radələrində saxlanıldığını bildirmişdir. İbtidai istintaq zamanı polis əməkdaşları tərəfindən heç bir təzyiqə məruz qalmamışdır. O, bildirmiödir ki, üzərinə şəxsi axtarış polis əməkdaşları tərəfindən saxlanıldıqdan 2-3 saat sonra keçirilmişdir. O, verilən suallara cavab olaraq bildirmişdir ki, Səbail RPİ-nin 8-ci PB-nin növbətçi hissənin arxasında təxminən 1 saat saxlanılmışdır. Daha sonra həmin bölmənin əməliyyatçılarının otağına aparılaraq 2 saat orada saxlanılmşdır. Bu müddət ərzində ona məxsus pulqabı polis əməkdaşlarında olmuşdur. Narkotik vasitə də həmin pulqabının içində olmuşdur. Şəxsi axtarış zamanı pulqabı özünə qaytarılmış, o da pulqabının içərisində olan narkotik vasitəni könüllü təqdim etmişdir. Saxlanılarkən üzərində 2 ədəd mobil telefon olmuşdur. ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr həmin telefonun daxilində olmuşdur. Həmin mobil nömrələrin vasitəsilə narkotik vasitələrlə bağlı telefon danışıqları olmuşdur. Lakin o, narkotik vasitələrin satışı məqsədilə heç bir danışıq aparmamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi arasında həmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmiş, sonuncu ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etməyərək iynə yolu ilə narkotik vasitə qəbul etmədiyini, heroin alaraq Amil, Gülməmməd adlı şəxslərə vermədiyini, lakin sonuncu ilə birlikdə narkotik vasitə qəbul etdiyini, Heydər adlı şəxsin ondan narkotik vasitə almağa kömək etmək istəmədiyini, Zöhrab adlı İran İslam Respublikası vətəndaşını tanımadığını bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün ifadəsindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar, SMS məlumatları və digər sənədlərlə tam təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 12 oktyabr 2023-cü il tarixdə saat 17:00 radələrində Səbail rayon 8-ci Polis bölməsinin əməkdaşı Şahid2 ilə birlikdə xidməti vəzifələrini icra edərkən Vüqarın özünü şübhəli apardığını görmüşlər. Vüqarın Bayılda ”Yapon” ləqəbi ilə tanındığını, xarici görünüş əlamətlərini əvvəlcədən də bilmişlər. Vüqarı saxlayaraq Səbail RPİ-nin 8-ci Polis Bölməsinə aparmışlar. X5 üzərindən içərisində ağ kristal olan bükümlər aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə ilə məşğul olması barədə əmliyyat məlumatı var idi. Həmçinin 12 oktyabr 2023-cü il tarixdə saat 17:00 radəllərində Səbail rayonu Salyan şosesində yerləşən Azpertol YDM-nin yaxınlığında xidməti vəzifələrini icra edərkən bir nəfər şəxsin özünü şübhəli apardığını görmüşlər. Həmin şəxsə yaxınlaşmışlar və sonuncu adının Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin şəxsi saxlayaraq 8-ci Polis Bölməsinə aparmışlar. Bölmədə xidməti otaqların birində təhqiqatçı və müdafiəçinin iştirakı ilə videoçəkilişlə Vüqarın üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Vüqar şalvarın sağ yan cibindən 2 ədəd telefon, iki ədəd şəffaf sellofan bükümü, bir ədəd siqaret qutusunu çıxarıb təqdim etmişdir. Bükümlərin içərisində ağ və qəhvəyi rəngli kütlə olmuşdur. Həmin bükümlər qablaşdırılıb ekspertizaya göndərilmişdir. Şahid2 ibtidai istintaqı zamanı vermiş olduğu ifadəsi elan edildikdən sonra o, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsindən uzun müddət keçdiyindən narkotik vasitələrin Vüqara məxsus pulqabından çıxdığını dəqiq xatırlamadığını və ibtidai istintaqı zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs cinayət əməli törətməsi ilə bağlı Polis Bölməsinə çağrılaq dindirilmişdir. Dindirilərkən müstəntiq ondan Vüqarla necə tanış olduqlarını soruşmuşlar. O, sonuncu ilə eyni məhəllədə yaşadıqlarını, qonşu olduqlarını bildirmişdir. Vüqarla birlikdə 1-2 dəfə narkotik vasitə istifadə etmiş, lakin sonuncu ona pay kimi narkotik vasitə verməmişdir. Vüqara məxsus telefon nömrəsi ilə danışıqları olduğu üçün bu barədə ona suallar verilmişdir. O, Vüqardan narkotik vasitə almadığını dediyini bildirmişdir. Şahid4 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi arasında həmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmiş, sonuncu ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etməyərək, həmin ifadədəki yazıların müstəntiq tərəfindən yazıldığını bildirmişdir. Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zaman elan edilərək araşdırılmış ifadəsindən görünür ki, azərbaycan dilinin latın qrafikası ilə sərbəst yazıb oxumağı bacardığına görə ifadənin azərbaycan dilinin latın qrafikasında müstəntiq tərəfindən yazılmasına və printerdə çap edilməsinə etirazı yoxdur. Mahiyyəti üzrə bildirmişdir ki, Füzuli şəhərində anadan olmuş və məlum erməni işğalından sonra Bakı şəhərində məskunlaşın, həmin vaxtdan hazırda yaşadığı evi tikib orada ailəliklə yaşayır. «Vita» markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomaşını lizinqlə götürüb ayda 600 manat lizinq ödəməklə vətəndaşlara, o cümlədən xarici ölkə vətəndaşlarına taksi xidməti göstərir. Təqsirləndirilən şəxs uşaq vaxtlarından tanıyır, onunla bir məhlədə yaşayır, Vüqarın narkotik vasitə dövriyyəsi ilə məşqul olduğunu bilir və əvvəllər ondan qurudulmuş marixuana, son vaxtlar isə metamfetamin almış və qəbul etmişdir, elə hallar olub ki. Vüqardan pulla, elə hallar olub ki, pay formasında narkotik vasitə almışdır, bir yerdə də narkotik qəbul etdikləri hallar da olmuşdur, lakin sonuncu məhkumluqdan sonra narkotik vasitə qəbul etməyi tərgitmiş və həmin məhkumluqdan sonra narkotik qəbul etmir və əvvəllər Vüqardan da narkotik vasitə və ya metamfetamin almamışdır. Vüqarın yaxın vaxtlarda narkotik vasitə dövriyyəsi ilə məşğul olmasına görə tutulduğunu və hazırda həbsdə olmasını bilmişdir. Hazırkı vaxtlarda bədənində olan ağrılara görə psixotrop maddə «əlisa» adı ilə tanıdığı metamfetamin qəbul edir, həmin dərmanı su ilə içmək yolu ilə qəbul edir və qəbul etdiyi dərmanı da müxtəlif yollarla almışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış keçirilərkən xx.xx.2023-cü il tarixdə onunla telefon əlaqəsinin olması müəyyən edilməsinə dair verilmiş suala cavab olaraq psixotrop maddəmetamfetamin tapıb qəbul edən olduğuna görə Təqsirləndirilən şəxs bu məqsədlə zəng edib ondan metamfetamin almış, metamfetamini 20 manata almışdır. Qəbul etdiyi psixotrop maddəni ancaq Vüqardan almışdır, Vüqar tutulandan sonra psixotrop maddə almağa tanışı olmamışdır. Məhkəmə iclasında qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, əvvəllər avtomobil təmiri işləri ilə məşğul olmuşdur. Hal-hazırda işləmir. Bayılda yaşayır. Vüqarla eyni mhələdə böyümüşdür. Əvvəllər narkotik vasitənin istifadəçisi olsa da, hal-hazırda narkotik vasitələrdən uzaqdır. Psixotrop maddənin metamfetamin növündən istifadə etmişdir. Bİr-iki dəfə Vüqardan metamfetamin almışdır. Lakin Vüqar metamfetmini ona pul müqabilində deyil, pay kimi vermişdir. Bəzən Vüqarla birlikdə narkotik vasitə istifadə etmişlər. Vüqarın mobil telefonuna bir neçə dəfə kontur yükləmişdir. Lakin bunu narkotik vasitələrin qarşılığında etməmişdir. Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edildikdən sonra o, ***-***-**-** saylı mobil nömrənin ona məxsus olduğunu etiraf etsə də, Vüqardan pulla narkotik vasitə aldığını təsdiq etməmişdir. Vüqardan bir neçə dəfə narkotik vasitə “götürmüş”, sonuncu həmin narkotik vasitəni ona pay kimi versə də, o, bunun əvəzində Vüqarın istifadəsində olan mobil nömrəyə kontur yükləmişdir. Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zaman elan edilərək araşdırılmış ifadəsindən görünür ki, azərbaycan dilinin latın qrafikası ilə sərbəst yazıb oxuyur, ona görə də ifadənin azərbaycan dilinin latın qrafikasında müstəntiq tərəfindən yazılmasına və printerdə çap edilməsinə etirazı yoxdur. Mahiyyəti üzrə bildirmişdir ki, Bakı şəhərində anadan olmuş və Bakı şəhərində ailəsi ili birlikdə yaşayır. 2011-ci ildən avtomobillərin elektrik sistemində olan nasazlığın təmiri ustası kimi fəaliyyət göstərir, sonuncu işlədiyi sex Səbail rayonunda olan 20-ci Sahə “Orxan’1 kafesinin yanında olan sexdə tək olaraq fəaliyyət göstərir. Vüqarı tanıyır, eyni məhəllədə yaşamışlar, aralarında əvvəldən heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. Son bir ilə yaxındır kİ, psixotrop maddəni xüsusi falqada yandırıb siqaret kimi çəkərək qəbul etməyə başlamış və qəbul etdiyi psixotrop maddə olan «patı»nı əvvəllər müxtəlif tanımadığı ünvan və anket məlumatlarını bilmədiyi şəxslərdən pulla alıb qəbul edirdi. Qəbul etdiyim psixotrop maddə metamfetamin və narkotik vasitə «kakos» olmuşdur. Qəbul etdiyim psixotrop maddə metamfetamini və narkotk vasitə kakosu Təqsirləndirilən şəxs da almışdır, belə ki, Vüqarla bir məhlədə yaşadığına və onu uşaq vaxtlarından tanıdığından narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşqul olmasını eşitmişd. Vüqardan narkotik vasitə kakos və ya metamfetamin elə olub ki, pulla almış, elə olub ki, pay verib, onunla bir yerdə də narkotik vasitə və ya psixotrop maddə qəbul etmişlər, lakin təxminən 2 aydan çoxdur ki, narkotik vasitə və ya psçixotrop maddələrin qəbulundan əl çəkmişdir, onu tərgitmiş, belə ki, ümumiyyətlə narkotik vasitə və psixotrop maddələrin aludəçisi olmamışdur, onu işdə yorğun olarkən, yuxuya getməmək üçün əldə edib qəbul edirdi və son vaxtlar onları qəbul etməyin pis nəticələrini başa düşüb onları tərgitmiş və bir daha qəbul etməmiş, etməyəcəyinə də söz vermişdir. Təqsirləndirilən şəxs məxsus telefon məlumatlarından ona məxsus ***-***-**-** mobil nömrəsi ilə danışıqları, mesajların olması, Vüqarın kart hesab nömrəsini ataraq ora pul köçürülməsini deməsi barədə qeydlərə dair verilmiş suala cavab olaraq həmin Vüqarla narkotik vasitə və ya psixotrop maddə alınması ilə əlaqədar telefon danışıqları olmasını bildirmiş. Vüqardan narkotik vasitə, psixotrop maddə almış, bir-birinin telefon nömrələrini bilmişlər, Vüqar kart hesab nömrəsini verib ki, lazım olanda onun kart hesab nömsəinə pul atsın, lakin onun kart hesab nömrəsinə pul atmamışdır, aldığı narkotik vasitə və ya psixotrop maddəni nağd pulu Vüqara ödəyib almışdır, ondan narkotik vasitə, psçixotrop maddəni 20-ci sahə dairəsində, yol kənarında almış, lakin narkotik vasitəpsixotrop maddə qəbul etməyini valideyinləri, ailə üzvləri bilməmiş və Vüqardan başqa heç kimlə bir yerdə naıkotik vasitə və ya psixotrop maddə qəbul etməmişdir. Vüqarın da narkotik vasitə və psixotrop maddə alveri ilə əlaqədar olaraq tutulmasını bilmişdir. 12 oktyabr 2023-cü il tarixli raportdan görünür ki, Səbail RPİ-nin 8-ci PB-ə daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində narkotik vasitələrin qəbulu, gəzdirməsi və satışı ilə məşğul olması bildirilmişdir. (i.v. 2) 12 oktyabr 2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, “Azpetrol” YDM-nin yaxınlığında narkotik vasitələrin qəbulu, gəzdirməsi və satışı ilə məşğul olmasında şübhəli bilinən və zahiri əlamətləri daxil olmuş məlumata uyğun gələn “Vüqar” adlı şəxsin müəyyən edilərək üzərinə baxış keçirilmsi məqsədilə Səbail RPİ-nin 8-ci PB-ə dəvət edilmişdir. (i.v. 10) 12 oktyabr 2023-cü il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 17:30də (faktiki saxlanılma saat 17:00-da) Təqsirləndirilən şəxs Səbail RPİ-nin 8-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru Fərid Nəsibov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 20) 14 oktyabr 2023-ci il tarixli Səbail rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs ittiham oldunuğu cinayət əməlinin törədilməsində özünü təqsirli biməyərək barəsində həb qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir. (İ.v. 92-94) 12 oktyabr 2023-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd “Samsung” markalı, 01 ədəd “Blackberry” markalı mobil telefonlar, 01 ədəd şüşə qab və 02 ədəd şəffaf sellofan paketdə bükülü olan “Mont Blanc” adlı pul qabını təqdim edərək, içrisində öz istifadəsi üçün əldə etdiyi narkotik vasitə heroin və metamfetamin olduğunu bildirdi. Həmin bükümlər açıldıqda içərisindən narkotik vasitə heroinə bənzər, qəhvəyi rəngli, kristal formalı spesifik qoxuya malik maddə olması müəyyən edildi. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitələrin özünə məxsus olduğunu, 1 gün əvvəl Yasamal rayonu ərazisində tanımadığı şəxsdən tanımadığı şəxsdən 50 manata əldə edib üzərində saxladığını bildirdi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı bir qeyri-qanuni əşya və ya narkotik vasitə qəbul edilmədi. (İ.v 34-35) 13 oktyabr 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bir adəd “BlackBerry" markalı mobil telefona baxış zamanı müxtəlif kişi və qadın cinsindən olam şəxslərin adları əks olunmuş və onlara məxsus müxtəlif mobil operatorlara aid mobil telefon nömrələrinin olması müəyyən edildi. Bundan əlavə 01 ədəd "Samsung J8" markalı mobil telefonun zənglər siyahısına daxil olub baxdıqda orada da müxtəlif adlarda qadın və kişi adlarının, onların mobil telefon nömrələrinin müxtəlif vaxtlarda aralarında danışıq və ya zəng olunmaları aşkar olundu. "Samsung J8* markalı mobil telefonun SMS bölməsinə daxil olub baxdıqda orada da müxtəlif adlarda qadın və kişi adlarının, onların mobil telefon nömrələrindən göndərilmiş SMS-lərin olması müəyyən edilmişdir. Müəyyən edilmiş SMS-ləri şübhəli şəxsin kimə və nə məqsədlə göndərilməsini bilmək üçün onları ardıcıllıqla Təqsirləndirilən şəxs təqdim edən zaman sonuncu Amil Qara adlı SMS-də müraciət edənə əvvəllər bir dəfə narkotik vasitə heroin alıb verilməsində köməklik göstərməsini bildirmişdir. Ona görə də həmin şəxsin yenə də ona narkotik vasitə almaqğı üçün müraciət etməsini qeyd etmişdir. Bundan əlavə hamin SMS-lərə baxan zaman onların içərisində olan Gülməmməd adlı şəxsə də əvvəllər bir dəfə heroin alib verməsində köməklik etməsini bildirib ona görə də Gülməmməd yenə də ona narkotik vasitə olan heroin almağıma kömək üçün SMS-lə müraciət etmişdir. Daha Sonra telefondakı SMS-lərə baxan zaman onların içərisində olan ***-***-**-** nömrəsinin sahibi olan Bayıl qəsəbasində yaşayan Heydər adlı şəxsə də bir dəfə heroin alib verməkdə köməklik etməsini bildimiş, ona görə də Heydər SMS-lə müraciat edərək ona narkotik vasitə almağına köməklik etmək üçün müraciət etmişdir. Həmin Samsung J8" markalı mobil telefonda olan Zöhrab adlı şexs İranlı olmasını, onunla mobil telefonda olan sosial səbəkə vasitəsi ilə tanış olmuş və tanış olan zaman həmin iranlıdan bir neçə dəfə narkotik vasitə olan heroinin alınmasında tanışlarına köməklik etmişdir. Baxış zamanı Vügar Bayramov onu da bildirmisdir ki, imkanı olanda hərdən bir narkotik vasitə olan heroini və ya psixotrop maddə olan metamfetamin almaq ücün öz adına olan ATM kartina pul göndərən zaman onun üstünə əlavə özü də pul qoyaraq narkotik vasitə və ya psixotrop maddə alınmasına köməklik etmişdir. Narkotik vasitə olan heroin və ya metamfetamin aldığı şəxsləri konkret olaraq tanımamış, narkotik vasitə olan heroin və ya metamfetamin aldığı şəxsləri sosial şəbəkə vasitəsi ilə tanımasını bildirmişdir. Son 3-4 aydır ki, narkotik vasitə olan heroin və ya metamfetamin almaq üçün müraciət edənlərə onların alınmasında köməklik etmisdir. Ona görə də onlar aldıqları narkotik vasitə olan heroin və ya metamfetamindən ona da vermişdilər. (İ.v 62-63) 13 oktyabr 2023-cü il tarixli xarici yaddaş kartında olan telefon məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, «Ekspertiza 5-1454” bölməsi açıldı və ekranda 2023-11-12. 13-19-39 bölməsi açıldı, həmin bölmə açıldıqda Samsung CSM SM JB10F_DS Galaxsy JB bölmasi açıldı, həmin bölmadə olan instaqram **********0 səhifasində chat 280-də «salam 1-ci qurtarıb, 2-ci var 70 AZN», «salam, buyurun 65 AZN», «Native Messages»də «Dərmana göra yazmıram qaqa vacib başqa sözüm var, nolar aç», «qardaşım başa düşmədin sənə dedim axı 3 nəfər ağrıdadı, səni gözləyirik, sən niyə telelona baxmırsan, qaqaş, mən sənə 1-ci xahiş etdim axı, amma sən məni niyə belə eləyirsən, bilki kimisə ağrıda saxlamaq yaxşı şey deyil», «Zz bun ə hərəkətdi elədin?, mən ağrıda qalmişam», niyə belə incidin mındən ay brat, Vüqar mən səni çox istəyirəm, çox şey adamın qəlbinə dəyir, incimə, qurban sənə biri gün gedirəm dəlixanaya, doymamışam sən öl» və sair məzmunda qeydlər edilmişdir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 13 oktyabr 2023-cü il tarixli tarixli, 3-16-16/2- 6/5365 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazıları və imzalar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,855 qram ağ rəngli, kristall maddə kütələsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir; 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,316 qram olan qəhvəyi rəngli maddə narkotik vasitə - heroindir. (İ.v 44-45) Məhkəmə ambulator məhkəmə-narkoloji ekspertizasının 04 dekabr 2023-cü il tarixli tarixli, 7915 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v 212-213) Məhkəmə kompüter-texniki ekspertizasının 03 noyabr 2023-cü il tarixli tarixli, 5/1454 saylı rəyindən görünür ki, Təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 10” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung Galaxy J8” markalı “SM-J810F” modelli “**********57359, **********57357” “İmei” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Tədqiq olunan "Samsung Galaxy J8” markalı “SM-J810F” modelli mobil smartfonun yaddaşında (kontaklar, zənglər, “SMS” mesajlar, audio, foto, video fayllar, “WhatsApp”, “akwhatsApp”, “Facebook Messenger” proqram təminatları, “İnstagram”, “TikTok” sosial şəbəkələr vasitəsilə aparılmış məlumat mübadilələri və sairə) mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olundu (bax rəyə əlavə olunmuş xarici yaddaş qurğuya). Tədqiq olunan “Samsung Galaxy J8” markalı “SM-J810F” modelli mobil smartfondan istifadə etməklə ***-***-**-** və ***-***-**-** nömrələrinə 01 aprel 2023-cü il tarixdən 12 oktyabr 2023-cü il tarixədək olan müddət ərzində (daxil olan və çıxan zənglərin siyahısı, müddəti, vaxtı. “SMS” mesaj və “Whatsapp” yazışmalarının mətni, vaxtı, aparılmış foto və video fayllar) məlumatların olub-olmaması barədə “7.65.0.247 versiyalı Ul ED 4PC” proqram təminatı vasitəsilə əldə edilmiş “hesabatda qeyd olunmuşdur (bax rəyə əlavə olunmuş xarici yaddaş qurğuya). Təqdim edilmiş bir ədəd “BlackBerry” markalı arxa tərəfindəki markalanma göstəricisinə görə “9700" modelli "**********28825” “imei" kodlu mobil telefonu tədqiqat aparılan zaman işlək vəziyyətə gətirmək mümkün olmadı. Rəyin “Tədqiqi hissəsf’nin 4-cü bəndində göstərilən səbəblərə görə tədqiq olunan “BlackBerry" markalı arxa tərəfindəki markalanma göstəricisinə görə “9700" modelli mobil telefonun yaddaşında hər hansı bir (01 aprel 2023-cü il tarixdən 12 oktyabr 2023-cü il tarixədək olan müddət ərzində kontakt, zəng, “SMS" mesaj, foto, audio, video fayllar, “WhatsApp” proqram təminatı vasitəsi ilə aparılmış məlumat mübadilələri və sairə) məlumatın olubolmaması, eləcə də həmin mobil telefonun yaddaşından hər hansı bir məlumatın pozulubpozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** və ***-***- **-** saylı mobil nömrə tədqiq edilmiş və müəyyən edilmişdir ki, onun ***-***-**-** saylı mobil nömrəsindən aşağıdakı məzmunda mesajlar göndərilmişdir: Həmçinin Təqsirləndirilən şəxs həmin nömrəsinə aşağıdakı məzmunda mesajlar daxil olmuşdur: «Yandiran var falqa yox sen allah gel isti bir terefden terde birterefden», «Yapon xaiş edirəm cavab verde pisem ne olar xaiş edirəm», «Qurban olum bax men pisem çox isteyurem elemey qardwimsan gozdedmesinner. Sen Emilin cani». Həmçinin onun mobil nömrəsində narkotik vasitələrin satışı müqabilində pulları əldə etmək üçün bank kartı göndərilmişdir. (i.v 126-132) Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd diskə baxılmışdır. Müəyyən edilmişdir ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsi axtarış aparılan zaman o, təhqiqatçının təklifi ilə , əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd “Samsung” markalı, 01 ədəd “Blackberry” markalı mobil telefonlar, 01 ədəd şüşə qab və 02 ədəd şəffaf sellofan paketdə bükülü olan “Mont Blanc” adlı pul qabını təqdim edərək, içrisində öz istifadəsi üçün əldə etdiyi narkotik vasitə heroin və metamfetamin olduğunu bildirdi. Həmin bükümlər açıldıqda içərisindən narkotik vasitə heroinə bənzər, qəhvəyi rəngli, kristal formalı spesifik qoxuya malik maddə olması müəyyən edildi. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitələrin özünə məxsus olduğunu, 1 gün əvvəl Yasamal rayonu ərazisində tanımadığı şəxsdən tanımadığı şəxsdən 50 manata əldə edib üzərində saxladığını bildirdi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı bir qeyri-qanuni əşya və ya narkotik vasitə qəbul edilmədi. 04 dekabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsifi qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş təmiz çəkisi 2,855 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə təmiz çəkisi 0,316 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli maddə narkotikvasitə heroin, 01 ədəd “BlackBerry” və 01 ədəd “Samsung-Gallaxy J8” markalı mobil telefonlar saxlanması üçün Səbail RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. (i.v. 222-237) DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. (i.v. 113-114) "xxxx" MMC-dən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən üzərində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin anten dairəsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988- ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Cinayət törədilən anda qüvvədə olan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 2-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 0,15 (sıfır tam yüzdə on beş) qramdan 2 (iki) qramadək çəkidə narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar və təmiz haldan 2 (iki) qramdan artıq psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə ilk olaraq şəxsi axtarışın qanunun tələblərinə müvafiq aparılıbaparılmamasını, eləcə də, təqsirləndirilən şəxsin gətirdiyi dəlilərin əsaslı olub-olmamasını araşdırmağı zəruri hesab edir. CPM-nin 207-ci maddəsinə əsasən də cinayət işi başlamadan Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi qanununun tələblərinə uyğun olmuşdur. Belə ki, CPMnin 207.4-cü maddəsində göstərilmişdir ki,…cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. CPM-nin 90.11.2-ci maddəsində isə şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq vəzifəsi təsbit olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı CPM-nin 246-cı maddəsinin tələblərinə də riayət edilmişdir. Belə ki, şəxsi axtarış videoçəkilişlə aparılmış və orada təqsirləndirilən Təqsirləndirilən şəxs videoçəkilişlə üzərindən çıxan metamfetamini könüllü təqdim etmişdir. O, məhkəmə baxışı zamanı polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olsa da, həmin heroin və metamfetaminin miqdarının ittiham aktında qeyd edilmiş miqdarda olmadığını, narkotik vasitələrin satışını həyata keçirmədiyini, öz əlaqələrindən istifadə etməklə vasitəçilik edərək edərək tanıdığı şəxslərə narkotik vasitə və ya psixotrop maddə verdiyini həmçinin polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi təzyiqlərə məruz qalmadığını bildirmişdir. Odur ki, məhkəmə narkotik vasitə və psixotrop maddənin çəkisinin təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilənədək polis əməkdaşları tərəfindən artırılıbartırılmamasını, həmçinin satış məqsədilə əldə edib-etməməsinin sübuta yetirilməsini araşdırmalıdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs heroini və metamfetamini satış məqsədi ilə əldə edib saxlaması və daşıması ilə bağlı qeyd edir ki, sonuncunun ayrı-ayrı şəxslərin narkotik vasitə əldə etməsinə vasitəçilik etməsi, bilavasitə narkotik vasitələrin satışını həyata keçirməməsi ilə bağlı fikrini əsaslı hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs ***-***-**-** və ***-***-**-** saylı mobil nömrəsinə daxil olan və çıxan SMS-lərin məzmunundan, eləcə də müxtəlif şəxslərə ödəniş edilməsi üçün bank kartlarının göndərilməsi onun narkotik vasitə və psixotrop maddələri satış məqsədilə əldə etməsinə dəlalət edir. Şahidlər Şahid3 və Şahid4 da istintaq zamanı ifadələrində Təqsirləndirilən şəxs pulla narkotik vasitə almalarını bildirmişlər. Həmçinin məhkəmə qeyd etmək istəyir ki, şahidlər Şahid3 və Şahid4 ibtidai istintaq zamanı vermiş olduqları ifadələr daha mötəbər və inandırıcı hesab edilməlidir. Belə ki, həm Şahid3, həm də Şahid4 ibtidai istintaq zamanı Vüqardan pul müqabilində narkotik vasitə aldıqlarını, bunun müqabilində Vüqara pul ödədiklərini səmimi etiraf etsələr də, məhkəmə istintaqı zamanı dindirilərkən Vüqardan aldıqları narkotik vasitənin qarşılığında sonuncuya pul ödənişi etmədiklərini bildirmişlər. Onlar həmçinin, məhkəmə istintaqı zamanı Vüqarı uşaqlıqdan tanıdıqlarını, sonuncu ilə dostluq münasibətlərində olduqlarını bildirmişlər. Şahid3 və Şahid4 məhkəmə baxışı zamanı vermiş olduğu ifadələrin inandırıcılığı ilə bağlı qeyd edilməlidir ki, həmin ifadələr digər sübutlarla dəstəklənməmişdir. Həmçinin cinayət işinin materiallarından aydın olur ki, Şahid3 və Şahid4 Təqsirləndirilən şəxsla dostdurlar və ona görə də, onlar ifadələrində dostluq münasibətinin təsiri altında vermələri, daha çox Təqsirləndirilən şəxs ifadəsinin təsdiqinə yönəlməsi nəzərə çarpır. Bundan başqa, Təqsirləndirilən şəxs tutulma vaxtını da mübahisələndirdiyindən müdafiə tərəfinin vəsatəti əsasında onun onun istifadəsində olmuş ***-***-**-** və ***-***-**- ** saylı mobil nömrələrin anten dairəsinə dair məlumatlar əldə edilərək məhkəmə iclasında tədqiq edilmişdir. Təqsirləndirilən şəxs mobil telefonları saat 15-dən 16:41-dək müxtəlif antenalarda olmuş, həmin antenalar onun üzərinə axtarış aparıldığı Səbail rayonu 8-ci Polis şöbəsindən uzaq məsafədə olmuş, sonradan saat 17:11-dən 19:56-a kimi LBBK2931O1/LBBK2931 Bayil_Bazar/"Bakı şəhəri,Səbail rayonu, Akademik Ə.Yaqubov küçəsi 8"/Sabail/ (40.340xx/xx.83681) antenasının əhatə dairəsində olmuş və Google.Map proqramına əsasən həmin anten ilə 8-ci polis şöbəsi arasında 160 metr məsafə olması və Təqsirləndirilən şəxs tutulduğu Azpetrol yanacaqdoldurma məntəqəsindən 8-ci polis şöbəsinə 11 dəqiqəyə çatmağın mümkün olmasını ona dəlalət edir ki, Təqsirləndirilən şəxs saat 17-də Azpetrol yanacaqdoldurma məntəqəsinin yanında tutulduğu halda 17:11-də 8ci polis şöbəsində olması realdır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən hal müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsinin sanksiyasında beş ildə on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli onun həbs edildiyi vaxtdan, yəni 12 oktyabr 2023-cü il tarixdən hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 26-cı bəndinə görə məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Məhkəmə narkoloji ekspertizasının rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Səbail RPİ-nin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 2,855 qram metamfetamin və 0,266 qram heroin məhv edilməli, cinayət işinin materiallarında olan 2 ədəd disk və 1 ədəd fləşkart sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalı, 01 ədəd “Samsung” markalı və 01 ədəd “Blackberry” markalı mobil telefon onun özünə qaytarılmalıdır. İş üzrə məhkəmə-kimyəvi ekspertizalarına sərf edilmiş 160 (yüz altmış) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi Mübariz oğlu müdafiəçi təyin edilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 50 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi Mübariz vəkil işlədiyi Bakı şəhəri “Prospekt” Vəkil Bürosunun hesabına ödənilməsi üçün 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun həbsə alındığı vaxtdan, yəni 12 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Səbail RPİ-nin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 2,855 qram metamfetamin və 0,266 qram heroin məhv edilsin, cinayət işinin materiallarında olan 2 ədəd disk və 1 ədəd fləşkart sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılsın, 01 ədəd “Samsung” markalı və 01 ədəd “Blackberry” markalı mobil telefon onun özünə qaytarılsın. İş üzrə məhkəmə-kimyəvi ekspertizalarına sərf edilmiş 160 (yüz altmış) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi Mübariz oğlu üçün 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(101)-1331/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1331/2024
13.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver