Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1331/2025 23.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), X3 və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı – Zərərçəkmiş şəxs və onun etibarnamə üzrə nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs və mülki cavabdeh – Təqsirləndirilən şəxs iştirakı ilə, 4 mart 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs (FİN:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 23 iyul 2025-ci il tarixdə, saat 10:25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2024-cü ilin iyun ayının sonlarında Türkiyə Respublikası vətəndaşı Zərərçəkmiş şəxs Şahid2 vasitəsilə Şahid3 icarə və mülkiyyət hüququ əsasında məxsus Abşeron rayonu Məmmədli kəndində yerləşən ölçüsü 1,16 hektar və 3,18 hektar olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, 2,3780 hektar ehtiyat fondu torpaqları kateqoriyalı, 1,9070 hektar kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyalı torpaq sahələrini 2.500.000 (iki milyon beş yüz min) manat məbləğində pul vəsaiti müqabilində satılmasını həmin daşınmaz əmlakın həqiqi sahibi oluğunu güman etdikləri Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı ilə razılaşdıraraq təmin edəcəyinə dair yalan vəd verib, özü barəsində yaratdığı inam və etibardan sui-istifadə edərək həmin adla, 28 iyun 2024-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid parkının yaxınlığında yerləşən kafedə Zərərçəkmiş şəxs məxsus 85.000 manat təşkil edən 50.000 ABŞ dolları məbləğində xarici valyutanı cinayətdən xəbərsiz Şahid2 alaraq, əldə etdiyi həmin pul vəsaitini şəxsi ehtiyaclarına xərcləməklə, qəsdən aldatma və etibardan sui-istifadə etmə yolu ilə Türkiyə Respublikası vətəndaşı Zərərçəkmiş şəxs məxsus cəmi 85.000 (səksən beş min) manat məbləğində pul vəsaitini ələ keçirərək sonuncuya külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Tərəflərin bildirdiyi və təqdim etdiyi işin halları və dəlilləri:
2. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəməyədək icraat zamanı verdiyi ifadələri (bax Cild 1, iş vərəqi (bundan sonra mətndə-i.v.) 18-20; 46-51; 128-133;) ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, onun 50.000 ABŞ dolları məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmək niyyəti olmamışdır. Belə ki, həmin pulu Şahid2 ona öz pulu kimi vermiş, alqı-satqı prosesi baş tutacağı təqdirdə onun payına düşən qazancı əvvəlcədən vermişdir. Hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olur, rəsmi dövlət qurumlarında heç bir zaman işləməmişdir. Ailəlidir, 6 və 8 yaşlarında iki qız övladı vardır. Abşeron rayonu Məmmədli qəsəbəsində yerləşən, sahəsi 8,61 hektar olan torpaq sahəsinin alınması ilə bağlı təxminən 2024-cü ilin iyun ayında tanışı Kamil ona müraciət etmişdir. O, tanışlarının qeyd olunan torpaq sahəsini 2,5 milyon manata almaq istədiklərini və bununla bağlı məsələni həll edə biləcəyi təqdirdə ona 30000 (otuz min) manat pul verəcəklərini bildirmişdir. Kamildən həmin torpağın kim tərəfindən alındığını və onu həmin şəxslə görüşdürməsini tələb etmişdir. Bir neçə gün sonra (050)-205-75-28 nömrəli mobil telefon istifadəçisi, özünü Şahid2 kimi təqdim edən şəxs onunla əlaqə saxlamış və hazırda xatırlamadığı tarixdə “Elmlər Akademiyası” metro stansiyası yaxınlığında yerləşən “101” restoranında görüşmüşlər. Görüş zamanı Şahid2 Məmmədli qəsəbəsindəki sözügedən torpağı şəxsən özünün almaq istədiyini və həmin torpağa 2,5 milyon manat verə biləcəyini, eyni zamanda torpağın faktiki olaraq Sabunçu rayon İcra Hakimiyyətinin başçısına məxsus olduğunu, lakin Şahid3 adlı şəxsin adına sənədləşdirildiyini demişdir. Şahid2 qeyd olunan istiqamətdə köməklik göstərməyə çalışacağını bildirmişdir. Əlisahib torpaq satılandan sonra artıq 200.000 manat pul qalacağını, həmin puldan isə 30.000 manatını ona verəcəyini demişdir. Növbəti gün hazırda İsveçrədə yaşayan, istifadəsində +1(980) ***-**** saylı mobil telefon nömrəsi olan iş adamı Tural adlı tanışı ilə əlaqə saxlamış və ondan qeyd olunan istiqamətdə, yəni Məmmədli qəsəbəsində yerləşən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısına məxsus olduğu bildirilən torpağın 2,5 milyon manata satılmasını sonuncudan xahiş edə bilibbilməyəcəyini soruşmuşdur. Tural məsələ ilə maraqlandıqdan sonra əlaqə saxlayacağını bildirmiş və 24 iyun 2024-cü il tarixdə zəng edərək Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Elşən adlı şəxsin onu gözlədiyini və sonuncu ilə görüşərkən torpağın özü tərəfindən alındığını söyləməyini tapşırmışdır. Həmin gün Sabunçu rayon İcra Hakimiyyətinin inzibati binasında Elşən adlı şəxslə görüşmüşdür. Görüş zamanı Elşən müəllimə Məmmədli qəsəbəsində yerləşən və başçı Adil Vəliyevə məxsus olduğu bildirilən torpağı şəxsən özünün almaq istədiyini bildirmişdir. Müsahibi həmin torpağın Sabunçu RİH-nin başçısına məxsus olmadığını, torpağın sahibinin Şahid3 adlı şəxs olduğunu və sonuncu ilə danışaraq qeyd olunan məqamlara aydınlıq gətirdikdən sonra ona məlumat verəcəyini söyləmiş, bununla görüş başa çatmışdır. Həmin gün Şahid2la əlaqə saxlayaraq torpağın Sabunçu RİH-nin başçısına heç bir aidiyyətinin olmadığını bildirmişdir. 25 və ya 27 iyun tarixində Şahid2 ilə “Elmlər Akademiyası” metro stansiyası yaxınlığında yerləşən “101” restoranında yenidən görüşmüşlər. Görüş zamanı İsveçrədə yaşayan Tural adlı tanışı ona “whatsapp” proqram təminatında mesaj yazaraq alqı-satqı ilə bağlı məsələnin həll edildiyini və səhəri gün, yəni 26 və ya 28 iyun tarixdə, saat 11:00-da Bakıxanovda yerləşən, “Zərifənin notariusu” adlandırılan notariusda 2.500.000 manata alqı-satqının baş tutacağını bildirmişdir. O həmin mesajı Şahid2 təqdim etmiş və qeyd olunan tarixdə və yerdə görüşməyi razılaşdırmışlar. Lakin həmin günün axşamı Şahid2 ona “whatsapp” proqramı ilə zəng edərək əslində həmin yerin Arif Hüseynov adlı şəxs tərəfindən alınacağını və qeyd olunan tarixdə alqı-satqıya gələ bilməyəcəklərinə dair sonuncunun məlumat verdiyini söyləmişdir. Belə olduqda Kamil ilə əlaqə saxlamış və həmin şəxsə onunla əlaqələndirdiyi adamın, yəni Şahid2 yalan danışdığını, belə ki, torpağın sonuncu tərəfindən deyil Arif adlı şəxs tərəfindən alınmalı olduğunu, eyni zamanda 26 və ya 28 iyun tarixində alqı-satqıya gələ bilməyəcəklərini söylədiyini demişdir. Eyni zamanda Kamilə Şahid2 əvvəlcədən razılaşmaqlarına baxmayaraq 26 və ya 28 iyun tarixində alqı-satqıya gəlməməsi ilə əlaqədar artıq prosesdə iştirak etmədiyini bildirmişdir. Kamil məsələ ilə maraqlanıb ona məlumat verəcəyini demişdir. Növbəti gün yenidən Kamilin xahişi ilə Əlisahiblə təklikdə görüşmüşdür. Görüş zamanı Şahid2 torpağın əslində türkiyəli iş adamı tərəfindən alınmasının nəzərdə tutulduğunu və torpağın qiymətinin aşağı, yəni 2,5 milyon manata salınması ilə bağlı Arif Hüseynovun müsahibinə müraciət etdiyini ifadə etmişdir. Əlisahib torpağın düzləşdirilməsi ilə bağlı müəyyən xərclər çəkdiyini və torpağı satdıqdan sonra gəlir əldə etmək niyyətində olduğunu bildirmişdir. O, Əlisahibə vədinə əməl etmədiyi üçün artıq alqı-satqı ilə məşğul olmadığını demişdir. Belə olduqda, Şahid2 çəkdiyi xərclərin geri qaytarılması üçün sonuncuya köməklik göstərilməsini ondan xahiş etmiş və Arifgildən müəyyən miqdar pul alaraq ona təqdim etməklə yalançı olmadığını və yenidən alqısatqının baş tutması üçün köməklik göstərməyini xahiş etmişdir. Əlisahiblə razılaşdıqdan sonra 28 iyun 2024-cü il tarixdə Şahid2 onunla əlaqə saxlayaraq görüşmək istədiyini bildirmiş və sonuncuyla Hüseyn Cavid parkının yaxınlığında yerləşən kafelərdən birində görüşmüşlər. Görüş zamanı Şahid2 ona 50.000 ABŞ dolları pul vermiş və o yenidən alqı-satqı ilə bağlı məsələni həll edəcəyini sonuncuya demişdir. Təxminən bir neçə gün sonra tanışı Tural yenidən onunla əlaqə saxlayaraq icra başçısının yanına getməyini tapşırmışdır. Həmin gün Sabunçu rayon İcra Hakimiyyətinin inzibati binasında əvvəlcə Elşən adlı müavinlə, daha sonra Elşənlə birlikdə Sabunçu RİH-nin başçısına məxsus xidməti otaqda sonuncuyla görüşmüşdür. Görüş zamanı Məmmədli qəsəbəsindəki torpağın sonuncuya heç bir aidiyyətinin olmadığını və torpağın sahibinin Şahid3 adlı şəxs olduğunu söyləyərək yanlarında həmin şəxs ilə mobil telefon vasitəsi ilə əlaqə saxlamışdır. Sabunçu RİH-nin başçısı Şahid3 hazırda yanında torpağını almaq istəyən real müştəri olduğunu və onu sonuncunun yanına göndərəcəyini ifadə etmişdir. Lakin o, Şahid3la görüşməmişdir. Sabunçu RİH-nin başçısı torpağın qiyməti ilə bağlı ona hər hansı məlumat verməmişdir. Görüş başa çatdıqdan sonra Tural ilə əlaqə saxlayaraq məlumat vermiş və Tural narahatçılığa əsas olmadığını, alqı-satqının 3 iyul 2024-cü il tarixdə baş tutacağını bildirmişdir. O, Şahid2 ilə əlaqə saxlayaraq 3 iyul tarixdə alqı-satqının baş tutacağını demişdir. Qeyd olunan tarixdə Tural ilə əlaqə saxladıqda sonuncu ona prosesin müxtəlif səbəblərdən uzandığını və daha sonra dəqiq məlumat verəcəyini demişdir. O da Şahid2 alqı-satqının 3 iyulda baş tutmayacağını bildirmişdir. Daha sonra Tural onunla “WhatsApp” vasitəsiylə əlaqə saxlayaraq Sabunçu RİH-nin başçısının torpağa görə alıcılar tərəfindən 3.500.000 manat pul verildiyi barədə məlumat əldə etdiyini, arada olan vasitəçilər tərəfindən 1.000.000 manat pul vəsaitinin əldə edilməsinə etiraz etdiyini, torpağa görə ən az 3.000.000 manat pul vəsaiti tələb etdiyini demişdir. O bu barədə Əlisahiblə danışmış, sonuncu da daha sonra ona zəng edərək türk olan alıcının maksimum 2.700.000 manat verə biləcəyini demişdir. O da Turalla danışaraq sonuncu təklif barədə məlumat vermişdir. Daha sonra Tural ona zəng edərək torpaq sahibinin həmin qiymətə torpaq satmağa razı olmadığını bildirmişdir. Ona görə də alqı-satqı baş tutmamışdır. Arif və Əlisahibin Sabunçu RİH-də tanışları işləmişdir. Həmin şəxs Sabunçu RİH-nin başçısının qohumudur. Bir çox arada olan məsələlər barədə Arif və Əlisahib həmin şəxs vasitəsilə maraqlanmışlar və Sabunçu RİH-nin başçısı da həmin qohumu vasitəsilə onun Əlisahiblə danışdığı söhbətlər barədə məlumat əldə etmişdir. Bu barədə dostu Tural ona xəbər vermişdir. O, Əlisahibdən həmin 50.000 dollar pulu beh kimi almamışdır. Əlisahib həmin pulu ona kömək məqsədilə vermişdir. Əlisahib Arif və türkdən alacağı olduğunu, həmin alacağı almaq üçün ondan köməklik etməyini xahiş etmişdir. O da müsahibinə həmin xüsusatla bağlı kömək göstərəcəyini demişdir. Göstərilən pul ona alqı-satqıdan payına düşən məbləğ və Əlisahibə pulunu almaq üçün edəcəyi köməklik müqabilində sonuncu tərəfindən verilmişdir. Əlisahib ona alqı-satqı müqaviləsinin obyekti olan torpaq sahəsinin qurudulması və düzləşdirilməsi üçün 145000 manat pul sərf etdiyini, həmçinin əvvəlcədən göstərilən torpaq sahəsini almaq üçün Sabunçu RİH-nin başçısının adını xatırlamadığı qohumuna təxminən 20000-30000 manat beh qismində pul verdiyini bildirmişdir. 50.000 ABŞ dolları məbləğindəki pulu heç bir kəsə verməmiş, həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. 28 iyun 2024-cü il tarixdə Şahid2la aralarında baş tutmuş görüş zamanı sonuncu Arifdən 60000 ABŞ dolları aldığını və müəyyən ehtiyacları olduğu üçün həmin pulun üzərindən 10000 ABŞ dolları götürdüyünü bildirmişdir. Lakin Şahid2la son günlərdə aralarında “whatsapp” proqram təminatında baş tutmuş yazışmalar zamanı sonuncu həmin puldan özünə 6500 ABŞ dolları götürdüyünü və yerdə qalan 3500 ABŞ dollarını isə Arifə borc verdiyini demişdir. Şahid2 ifadəsində onunla torpağın 2.500.000 manata satılmasını razılaşdırdıqdan sonra Arif Hüseynova torpağın 3.000.000 manata satılacağını bildirdiyi, Arif Hüseynovun həmin məbləğlə razılaşdığı, arada qalan 500.000 manatın 250.000 manatının ona, 50.000 manatın Şahid4, 200.000 manatının isə Şahid6lə özünə qalacağını bildirməsi barədə xüsusatlar tamamilə yalandır. Vasitəçiliyə görə ona maksimum 30.000 manat çatacağını demişdir. Şahid2 alqı-satqı prosesinin 28 iyun 2024cü il tarixdə yox, 1 iyul 2024-cü il tarixdə baş tutması üçün heç bir məbləğdə beh tələb etməmişdir. İş baş tutacağı təqdirdə Əlisahib müəllimdən aldığı pul vəsaitindən bir hissəsini onu Sabunçu RİH başçısının qəbuluna göndərən və 2.500.000 manata alqı-satqı əməliyyatının baş tutmasını təmin edəcək olan Tural adlı tanışına verməyi nəzərdə tutumuşdur. Alqı-satqı əməliyyatından sonra ona təxminən 30-45 min manat məbləğində qazanc qalmalı olmuşdur.
3. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, Kamil adlı tanışı ona zəng edərək Əlisahib adlı şəxsin torpaq məsələsi ilə bağlı yaranmış problemində ona köməklik göstərməsini xahiş etdiyindən o, Əlisahiblə dəqiq xatırlamadığı tarixdə görüşüb danışmışdır. Əlisahiblə görüş zamanı sonuncu Adil Vəliyevin özünə məxsus torpağı 6 milyon manata satdığını, danışıqlarla torpağın qiymətinə endirim ala biləcəyini, bununla da gəlir əldə edəcəklərini bildirmişdir. O, Əlisahibdən yerin sahibinin kim olduğunu soruşduqda Əlisahib sahibin özü olduğunu, yəni yeri alan şəxsin özü olduğunu, torpağın bir hissəsinin su olmaqla həmin hissəni qurutmaq üçün 157 min manat məbləğində xərc çəkdiyini, habelə özünün müharibə veteranı olduğunu demişdir. O, xaricdə yaşayan Tural adlı dostu ilə danışdıqdan sonra Adil Vəliyevlə görüşmüş, habelə sonuncunun müavini Elşən adlı şəxslə danışıb torpağı almaq istəyən bir şəxsin olduğunu, lakin əlində onların təklifindən daha az miqdarda pul olduğunu bildirdikdə ona araşdırma aparıldıqdan sonra geri dönüş edəcəklərini bildirmişdir. Bundan sonra onun danışdığı şəxs 28 iyun tarixində “Razində” yerləşən Zərifənin notariusu adlanan notariusda olmalarını tapşırmış, o da Əlisahiblə əlaqə saxlayaraq həmin notariusa gəlmələrini demiş, lakin Əlisahib ona pulu tam həll edə bilmədiyindən notariusa gələ bilməyəcəklərini, 10 gün əlavə vaxt verilməsini xahiş etmiş, o (Elşad) isə Əlisahibə pulu olmadığı halda torpaq alma təşəbbüsünə irad bildirmişdir. Bundan sonra o, Kamilə zəng edərək artıq onların işində iştirak etməyəcəyini demiş, lakin Kamil 2-3 gün sonra ona zəng edərək yenidən Əlisahiblə görüşməsini xahiş etmiş, bu səbəbdən Əlisahiblə yenidən görüşmüş, görüş zamanı Əlisahib ona gördükləri işdə Arif və Asifin də olduğunu, hamının bu işə pul qoyaraq xeyir götürmək istədiyini bildirmiş, bununla da o, torpağı almaq istəyən şəxsin Əlisahib deyil, başqa şəxs olduğunu bilmişdir. O, əvvəlcə həmin işdə artıq iştirak etməyəcəyini deyərək xahişlərini geri çevirmiş, Əlisahiblə razı olmamışdır. Kamilin xahişi ilə yenidən Əlisahiblə Elmlər metrosunun yanında yerləşən Hüseyn Cavid parkında görüşmüş, həmin vaxt Əlisahib ona sellofan paketdə 50.000 ABŞ dolları məbləğində pul verərək torpaq üçün ümumilikdə 157.000 manat məbləğində pul xərclədiyini, torpağın satılmasında maraqlı olduğunu, alınarsa torpağın satılmasını istədiyini, alınmayacağı təqdirdə isə 157.000 manatının ona geri qaytarılması üçün köməklik etməsini, vəkillə danışmasını xahiş etmişdir. O, həqiqətən də torpaq alqı-satqısının baş tutması üçün aidiyyəti şəxslərlə danışıqlar aparmış, işi qaydasında getmişdir. O, yenidən Adil Vəliyevlə görüşdükdə sonuncu ona torpağının 3.5 milyon manata satıla biləcəyini, lakin hazırda ona irəli sürüdüyü 2.7 milyon manat təkliflə razılaşmadığını (özünün bu barədə məlumatı olmamış) bildirmiş, o da bu barədə Əlisahibə danışaraq alqı-satqının 3.5 milyon manata baş tuta biləcəyini demiş, lakin Əlisahib türkün qeyd edilən miqdarda pulu olmadığını bildirmişdir.
4. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, o, karate üzrə idmanla məşğul olmaqla 2-ci dan qara kəmər ustasıdır, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev də idmançılara hər zaman dəstək olmuşdur. Bununla əlaqədar Kamil ondan Adil Vəliyevdən torpağın qiymətində müəyyən məbləğdə güzəşt edə biləcəyinə dair xahiş etməsi üçün onun (Elşadın) tanışının ola biləcəyini düşünmüşdür. O, Adil Vəliyevlə görüşərkən sonuncu ona birbaşa torpağın sahibinin özünün olmasını deməmiş, yalnız torpağı onun alıb-almaması ilə maraqlandıqda o, torpağı özünün deyil, başqa şəxslər tərəfindən alınmaq istədiyini bildirmiş, Adil Vəliyev də Tural adlı şəxslə danışacağını deyib razılığa gəlmişlər. Təxminən 20 gün sonra torpağı 3.5 milyon manata satılacağını bildirmişlər. İlkin təklifin mahiyyətinə görə, mübahisə predmeti olan torpağın 2.7 milyon manata türkə satılmalı, Adilə 2.5 milyon manat verilməli, qalıq 200 min manat isə vasitəçi şəxslər arasında bölüşdürülməklə 50 min manat məbləğində pul ona verilməli olmuşdur. O, Zərərçəkmiş şəxs torpaq üçün 3.5 milyon manat pul verəcəyini ibtidai istintaq zamanı öyrənmişdir. O, Əlisahibgilin notariusa gələ bilmədiklərinə görə aradan çəkilmişdir. Əlisahibin ona 50 min ABŞ dolları verməsinə səbəb özünün pulu olmasına inandırmaqla onu yenidən işə başlamağa cəlb etmək olmuşdur. Əlisahib ona türkün 3.5 milyon manat pulu olmadığını demiş, buna görə torpaq alqı-satqısı məsələsi alınmamışdır. Əlisahib pulu ona beh kimi verməmiş, həmin pulun alacağı 157 min manat pula daxil olduğunu bildirmişdir. Əlisahibi Kamil vasitəsilə tanımış, Əlisahibdən pul istəməmiş, sonuncu özü həmin məbləğdə pulu ona vermişdir. O, Zərərçəkmiş şəxs tanımamış, Əlisahib aralarında aparılan ilkin danışıqlar zamanı torpağın Musa adlı şəxs tərəfindən baha qiymətə satın alınacağı barədə ona hər hansı söz deməmiş, yalnız btidai istintaq zamanı Zərərçəkmiş şəxs 60 min dollar pul alınmasını bilmişdir. Onun torpaq mülkiyyətçisi ilə əlaqəsi olmamışdır. O özünü prezident administrasiyasının əməkdaşı kimi təqdim etməmişdir.
5. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, o, ibitidai istintaq zamanı çay evi işlətmişdir. Onun Kamillə qohumluq əlaqələri yoxdur, Kamil onun dostu Eldarla qohumdur, Kamili torpaq məsələsindən təxminən 5-6 ay əvvəl tanımışdır. O, Elşənlə danışarkən torpağı özünün alacağını demişdir. O, Əlisahibə onu aldatdığını deyərək mobil telefon nömrəsini bloklamışdır. Əlisahib ona pulu verdikdən təxminən 1.5 ay sonra pulu geri tələb etməyə başlamışdır. O, Əlisahibdən aldığı pulu himayəsində olan xəstə qohumunun xərclərinə ayırmış, lakin həmin xərcləri təsdiq edə biləcək hər hansı sənədi yoxdur. Pulu başqa bir şəxsə vermiş, həmin şəxs də pulu xaricə göndərmişdir. Əgər torpaq 2.5 milyon manata satılardısa Əlisahib ona 30 min manat, 3 milyona manata satılardısa 50 min dollar məbləğində pay verilməli olmuşdur. Əlisahib ona 50 min dollar pul verərkən hansı məqsədlə verməsini deməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qarşı dələduzluq niyyəti olmadığını, himayəsində iki azyaşlı uşağı və xəstə qardaşı və anasının olduğunu və ailədə yeganə qazanc gətirən şəxs olduğunu bildirərək məhkəmədən ona bəraət verilməsini xahiş etdi.
6. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
7. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.
8. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 1992-ci ildən etibarən Azərbaycan Respublikasında, Bakı şəhərində yaşayır, hazırda Bakı şəhəri Sabunçu rayonunun ərazisində yerləşən "xxxx" MMC və eyni zamanda "xxxx" MMC-nin direktoru vəzifələrində işləyir. Türkiyədə yaşayan və tanışları olan iş adamlarının Azərbaycana investisiya qoymaq istəkləri ilə əlaqədar tikinti işlərinin aparılması üçün uyğun olan torpaq sahəsi axtarmışdır. Təxminən, 2024-cü ilin iyun ayının əvvəllərində əvvəlcədən ona alqı-satqı məsələləri ilə məşğul olan şəxs kimi tanış olan Şahid1 Abşeron rayonu Məmmədli qəsəbəsində 8.61 hektar torpaq sahəsinin satıldığını və qiymətinin 6 milyon manat olduğunu, razı olacağı təqdirdə isə həmin torpağın alqı-satqı işlərinin özü tərəfindən həll edilə biləcəyini ona demişdir. Şahid1 ilə birgə qeyd olunan ünvanda yerləşən torpaq sahəsinə baxarkən ərazidə göl olması, eyni zamanda torpağın 1.90 hektar ərazisinin kənd təsərrüfatı təyinatlı, 2.37 hektar ərazisinin isə ehtiyat fondu torpağı olması ilə əlaqədar sonuncuya torpağa ümumilikdə 3.5 milyon manat verə biləcəyini bildirmişdir. Həmin görüş zamanı Şahid1 ilə yanaşı özünü Seyid kimi təqdim edən və sonradan adının Asif olduğunu öyrəndiyi şəxs də yanlarında olmuşdur. Arif ilə həmin şəxs arasında baş tutmuş danışıqlar zamanı Asif ərazidə bir sıra düzləşdirmə işləri gördüyünü və torpaq sahəsinin sahibinin ərazinin satılması ilə bağlı məsələləri sonuncuya həvalə etdiyini qeyd etmişdir. Bir müddət sonra Arif onunla əlaqə saxlayaraq torpağın 3.5 milyon manata satılması üçün razılıq əldə etdiyini və bu məqsədlə 25000 manat pulun torpaq sahibinə beh qismində verilməli olduğunu bildirmişdir. O, qeyd olunan məqamları Türkiyədəki iş adamları ilə razılaşdırdıqdan sonra vasitəçiyə 25000 manat pulu verməyə hazır olduğunu, lakin ümumi məbləğin yarısını alqı-satqı edilən tarixdə, yerdə qalan hissəsini isə həmin tarixdən iki ay sonra verəcəyini demişdir. Bir neçə gün sonra Şahid1 torpaq sahibinin qeyd olunan məqamlarla razı olduğu barədə ona məlumat vermişdir. Təxminən iyun ayının ortalarında Şahid1 ilə Bakı şəhəri, Nəsimi rayonu, Həzi Aslanov küçəsində yerləşən ona məxsus ofisdə təklikdə görüşərək sonuncuya 25000 manat pul vermişdir. Şahid1 həmin pulu adını çəkmədiyi torpaq sahibinə beh qismində verəcəyini ifadə etmişdir. Həmin gün Şahid1 onunla mobil telefon vasitəsilə əlaqə saxlayaraq iyun ayının sonunda alqı-satqı müqaviləsinin bağlanacağı barədə məlumat vermişdir. Bir neçə gün sonra Arif onunla yenidən əlaqə saxlayaraq 28 iyun tarixində alqısatqı edilməli olduğunu demişdir. O, Arifdən 28 iyun tarixinin həftənin 5-ci günü olmasını və müvafiq bank və notarius xidmətlərinin bağlana biləcəyini və bununla əlaqədar alqısatqının 1 iyul tarixində, yəni həftənin 1-ci günündə keçirilməsini tələb etmişdir. 28 iyun 2024-cü il tarixdə Şahid1 onunla əlaqə saxlayaraq torpaq məsələsi ilə bağlı ofisə gələcəyini bildirmiş və az sonra Şahid2 adlı şəxs ilə ofisə gəlmişlər. Üçünün arasında baş tutmuş danışıqlar zamanı Şahid1 Şahid2 torpağın sahibi ilə danışıqlar apararaq qiymətinin 3.5 milyon manata aşağı salınmasını təmin edən şəxs kimi təqdim etmişdir. Şahid2 alqısatqının 28 iyun tarixində bağlanmalı olduğunu və 1 iyul tarixində bağlanılmasını təklif etməyi ilə əlaqədar əlavə olaraq beh qismində 100000 manat pul verməli olduğunu demişdir. Həmin zaman mühasibiylə razılaşdığını bildirmiş və 60000 ABŞ dolları məbləğində pulu Şahid2 vermişdir. Şahid2 damalı kağız üzərində “Mən Şahid2 Zərərçəkmiş şəxs 60000 dollar aldım” sözlərini yazmış və həmin yazını Şahid2, o və Şahid1 imzalamışlar. 1 iyul tarixində alqı-satqı edilməsi üçün Arif ilə əlaqə saxlamışdır. Sonuncu qarşı tərəf ilə danışdıqdan sonra ona zəng edəcəyini bildirmiş və az sonra zəng edərək torpaq sahibinin Bakı şəhərində olmaması ilə əlaqədar alqı-satqının 1 həftə sonra baş tutacağını demişdir. 1 həftə sonra, 8 iyul 2024-cü il tarixdə Arif ilə yenidən əlaqə saxlamış, sonuncu ofisə gələcəyini bildirmiş və bir neçə saat sonra Şahid2 ilə birlikdə ofisinə gəlmişlər. Görüş zamanı Şahid2 torpaq sahibinin səhhəti ilə əlaqədar problemləri olduğu üçün alqı-satqının bu gün baş tutmayacağını demiş və 15 iyul tarixində alqısatqının Bakıxanovda yerləşən notariusda imzalanacağına söz vermişdir. Müxtəlif əsassız bəhanələr ilə prosesin uzadıldığını bildirərək qeyd olunan tarixdə alqı-satqı müqaviləsinin bağlanılmayacağı təqdirdə bu günədək onlara, yəni Şahid1 və Şahid2 verdiyi 25000 manat və 60000 ABŞ dollarının geri qaytarılmasını tələb etmişdir. Bu zaman Şahid2 özünü nüfuzlu siyasi partiya sədri kimi təqdim edərək 15 iyul tarixdə alqı-satqının baş tutacağını, əks təqdirdə isə qeyd olunan pulları geri qaytaracaqlarına söz vermiş, Şahid1 da öz növbəsində müqavilə baş tutmayacağı təqdirdə verdiyi pulun geri qaytarılacağına söz vermişdir. Lakin 15 iyul 2024-cü il tarixdə və ondan sonrakı tarixlərdə də alqı-satqı əməliyyatı baş tutmamışdır. O, arada vasitəçilik edən şəxslər tərəfindən aldadıldığını başa düşmüşdür. Bu proseslər zamanı torpaq sahəsinin sahibi ilə görüşməmiş və mülkiyyətçinin kim olduğunu bilmir.
9. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs ifadəsinə əlavə edərək göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımır, ibtidai istintaq zamanı adını eşitmiş, lakin ilk dəfə məhkəmədə görmüşdür. O, internet saytında Məmmədli kəndində torpaq satılması ilə bağlı elanda qeyd olunan nömrəyə zəng etmiş, əvvəldən tanıdığı Alış adlı şəxslə danışaraq həmin torpağın əvvəlcə 4,5 milyon manata, daha sonra isə 3,5 milyon manata satılmasına dair razılığa gəlmişlər. O, vasitəçiyə torpağın sahibi ilə danışmasını, habelə özünün də Türkiyədə sərmayə qoymaq istəyən dostları ilə danışacağını bildirmişdir. Bundan sonra vasitəçi kiminləsə danışıq apararaq ona torpağın yerini göstərib beh verməsini təklif etmiş, o da şəxsən Arif adlı şəxsə Tolstoy küçəsi 79-da yerləşən özünə məxsus ofisində 25 min manat məbləğində beh vermişdir. Ona danışıqlar aparıb qiymətdə yenə də endirim edəcəklərini deyərək ondan əlavə 15 min manat da pul verməsini istəmiş, o da həmin pulu “İlis” oteldə onlara vermiş, aralarındakı danışığa əsasən 10 gün müddətində torpağın satışını həll edilməli olmuşdur. Torpağın qiyməti ilə bağlı aralarındakı son razılıq 3.5 milyon manat olmuş, o, Türkiyədəki dostları ilə danışmış, sonuncular da ona pul göndərmişdir. Torpağın alqı-satqısı ilə bağlı danışdıqları vaxt yetişdikdə ona prosesin 10 gün gecikəcəyi bildirilmiş, o, prosesin sürətləndirilməsini tələb etdikdə ondan 100 min manat pul verməsini istəmişlər. O, Arifin yanında Əlisahibə 60 min dollar pul vermişdir. Ona torpaq sahibinin ailəsində problem yarandığını, torpağın satışına sahibin arvadının icazə vermədiyi bildirilmiş, o da prosesin gecikməsi ilə əlaqədar verdiyi pulun geri qaytarılmasını tələb etmişdir. Ona alqı-satqı işinin baş tutacağını vəd edən insanlar həmçinin onu tanışlarının yanında hörmətdən salmışdır. O, Türkiyədəki dostlarından aldığı pulu onlara geri qaytarmış, Arif isə ondan aldığı puldan ümumilikdə 3200 dollar pulu geri qaytarmışdır. O, 25 min və 15 min manatı Arifə vermiş, 60 min dolları isə Arifin yanında Əlisahibə vermişdir. Əlisahib özünü hörmətli şəxs, partiya sədri kimi təqdim etmiş, o da pulu verməsinə dair sənədə iştirakçılarla birlikdə imza etmişdir. Əlisahib ona almaq istədikləri torpağın əvvəlki sahibinin özü olduğunu demişdir. Arifgil onun yanında Elşadın adını çəkməmiş, torpağın alınması ilə bağlı Elşadın hər hansı iş görəcəyini deməmişdir. O, pulu Arif və Əlisahibə vermiş, sonuncunun pulu Elşada verməsindən xəbəri yoxdur, pulunun geri qaytarılmasını tələb edir. Əlisahib ona verdiyi pulu Elşada verəcəyini ona deməmişdir.
10. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, tanışlıq münasibəti olan türkiyəli iş adamı Zərərçəkmiş şəxs tərəfindən ölkələrində yaşayış binalarının tikintisi üçün müvafiq torpaq sahəsinin tapılması üçün razılıq əldə edildikdən sonra ərazinin alınması ilə əlaqədar məsələlərin həlli ona həvalə edilmişdir. 2024-cü ilin may ayında Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən ümumi sahəsi 8.61 ha olan torpaq sahəsini almaq üçün Şahid6 adlı şəxs ilə danışıqlara başlamışdır. Qeyd olunan 8.61 hektar torpaq sahəsi 4 sənəd və 4 hissədən ibarətdir (3.28 ha, 2.37 ha, 1.90 ha və 1.16 ha- 10 sot torpaq isə pay verilib). Şahid6 həmin torpaq sahəsinin faktiki olaraq Sabunçu RİH-nin başçısına məxsus olduğunu, lakin Şahid3 adlı şəxsin adına sənədləşdirildiyini və torpağın satılması ilə bağlı məsələlərin özünə həvalə edildiyini bildirmişdir. A.Məmiyəv torpağın sotunun 7 min manata satıldığını və beləliklə ümumi dəyərin 6 milyon manat olduğunu demişdir. Sonuncu ilə ilkin olaraq 3.28 ha torpaq sahəsinin sotunu 7 min manatdan alınmasına dair ilkin razılaşma əldə etmişlər. Daha sonra danışıqlar müddətində ümumi dəyərin aşağı salınacağı təqdirdə bütün ərazini ala biləcəyini ifadə etmişdir. Belə ki, həmin ərazidə göl sahəsinin mövcud olması müvafiq olaraq tikinti işləri üçün çətinliklər yaradan amil kimi qiymətləndirilir. Şahid6 növbəti gün onunla əlaqə saxlayaraq ümumi ərazini 4 milyon manata sata biləcəyini demişdir. Zərərçəkmiş şəxs baş tutmuş danışıqlara dair məlumat verdikdən sonra onun təklifinə əsasən Şahid6 ilə Məmmədli qəsəbəsində görüşərək torpağı almaq üçün ona 3.5 milyon manat pul verə biləcəklərini demişdir. Şahid6 növbəti gün onunla əlaqə saxlayaraq təklifi qəbul etdiyini bildirmişdir. Bununla əlaqədar cari ilin 31 may tarixində Şahid6 ilə alqısatqısını edəcəkləri Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən torpaq sahəsində görüşərək ona 10000 (on min) manat beh vermişdir. Görüş zamanı o, tək olmuş, Şahid6 yanında isə Fədail adlı şəxs olmuşdur, həmin şəxsin istifadəsində (051) ***-**-** saylı mobil telefon nömrəsi olmuşdur. Həmin görüş zamanı Şahid6 torpaq sahəsinin 3.5 milyon manata satılması üçün Şahid2 adlı şəxsin onlara dəstək verdiyini demişdir. O, Şahid2 nüfuzlu siyasi partiya rəhbəri olduğunu və Sabunçu RİH-nin başçısı ilə danışıqlar apararaq torpağın qiymətinin aşağı salınmasına nail olduğunu ifadə etmişdir. Təxminən bir həftə sonra Şahid6 ilə Bakı şəhəri, Nizami rayonu, “Qara Qarayev” metro stansiyasının yaxınlığında özünə məxsus **-YN-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Sanata” markalı maşında təklikdə görüşərək sonuncuya daha 15000 (on beş min) manat pulu beh qismində vermişdir. Beh qismində Asifə verdiyi pul vəsaitini Zərərçəkmiş şəxs almışdır. Həmin zaman Şahid6 ilə alqı-satqının 28 iyun 2024-cü il tarixdə həyata keçirilməsinə dair razılaşmışlar. 27 iyun tarixində o, Şahid2 və Şahid6 Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Topçubaşov adına X6 (Eksperimental xəstəxana) yaxınlığında yerləşən adını xatırlamadığı çay evində görüşmüşlər. Görüş zamanı Musanın xahişi ilə həmin şəxslərdən alqı-satqının iyul ayının əvvəlində həyata keçirilməsini xahiş etmişdir. Şahid2 bununla bağlı daha sonra onunla əlaqə saxlayaraq məlumat verəcəyini bildirmişdir. Həmin gün təxminən saat 19-20:00 radələrində Şahid2 istifadəsində olan (050) ***-**-** saylı mobil telefon nömrəsi ilə “Whatsapp” proqram təminatı vasitəsilə onunla əlaqə saxlamışdır. Əlisahib alqı-satqı tarixinin uzadılması ilə əlaqədar əlavə olaraq 100000- 200000 manat məbləğində behin verilməsini, əks halda isə müvafiq razılaşmanın baş tutmayacağını ona demişdir. O, Zərərçəkmiş şəxs ilə əlaqə saxlayaraq sonuncuya məlumat verdikdən sonra yenidən Şahid2 zəng edərək onunla razı olduqlarını bildirmişdir. 28 iyun 2024-cü il tarixdə təxminən saat 18:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Həzi Aslanov küçəsində yerləşən Musaya məxsus (icarədə olan) ofisdə onun, Zərərçəkmiş şəxs və Şahid2 iştirakı ilə görüş baş tutmuşdur. Görüş zamanı Zərərçəkmiş şəxs şəxsən Şahid2 60000 ABŞ dolları məbləğində pulu vermişdir. Həmin zaman Şahid2 damalı kağız üzərində “Mən Şahid2 Zərərçəkmiş şəxs 60000 dollar aldım” sözlərini yazmış və həmin yazını Şahid2, Zərərçəkmiş şəxs və o imzalamışdır. Bununla, Məmmədli qəsəbəsində yerləşən ümumi sahəsi 8.61 ha olan torpağın 3.5 milyon manata 02 və ya 03 iyul 2024-cü il tarixdə alqı-satqı edilməsinə dair razılaşmışlar. Görüş zamanı Şahid2 torpağın qiymətinin 4 milyon manatdan 3.5 milyon manata salınmasını Sabunçu RİH-nin başçısından hazırda DTX-da işləyən Elşən adlı şəxsin xahiş etdiyini bildirmişdir. O, Elşən adlı şəxsi DTX generalının yaxın adamı kimi təqdim etmişdir. 3 iyul tarixində alqı-satqı etmək məqsədilə Şahid2 ilə əlaqə saxladıqda sonuncu Elşən adlı şəxsin hazırda ölkə xaricində olduğunu və alqı-satqının 09 iyul tarixində baş tuta biləcəyini demişdir. 08 iyul tarixində Şahid2 ilə yenidən əlaqə saxladıqda sonuncu Elşənin hələ də Azərbaycana gəlmədiyini və 15 iyul tarixində alqı-satqı edəcəklərini bildirmişdir. 15 iyul tarixdə Şahid2 ilə yenidən əlaqə saxlamışdır. Sonuncu ona hər hansı səbəb bildirmədən daha 2 gün möhlət verilməsini xahiş etmişdir. Növbəti dövrlərdə Şahid2 ilə danışıqlarında sonuncu müxtəlif bəhanələr gətirərək alqı-satqı prosesini uzatmış və hazıradək aralarında alqı-satqı prosesi baş tutmamışdır. Şahid2 və Şahid6 ilə sonuncu telefon danışığı zamanı onlara 23 iyul 2024-cü il tarixində ya alqı-satqının baş tutmasını və ya bu günədək onlara verdikləri 25000 manat və 60000 ABŞ dolları miqdarında pulu geri qaytarmasını tələb etmişdir. Şahid2 qeyd olunan məbləğlərdəki pulu geri qaytaracağına dair söz versə də hazıradək vədinə əməl etməmişdir. O, 3.500.000 manat pulu alqı-satqı üçün Şahid6 və Şahid2 verəcəyini nəzərdə tutmuşdur. Sonuncular da ona vasitəçiliyə görə 100.000 manat verəcəkmişlər. Aralarında olan razılaşma bu formada olmuşdur. Zərərçəkmiş şəxs 60000 ABŞ dolları pul vəsaitini aldıqdan sonra Əlisahib ona 3500 dollar pulu borc kimi vermişdir. O, Musa və Əlisahibə 60.000 dollar pulu verəndə sonuncuya pulun hamısını Elşəngilə verməməsini, yarısını alqı-satqıdan sonra verməsini məsləhət görmüşdür. Elşən adlı şəxslə sonuncuya məxsus 070 922 00 00 nömrəsi vasitəsi ilə xx.xx.2024-cü il tarixdə əlaqə saxlamışdır. Alqı-satqının baş tutub tutmayacağını soruşmuş, alınmayacağı təqdirdə pulu qaytarmalı olduqlarını bildirmişdir.
11. Verilən suallara cavab olaraq Şahid1 ifadəsinə əlavə olaraq göstərdi ki, Əlisahib ona Elşən adlı şəxsin alqı-satqı məsələsini həll edəcəyini bildirmiş, o da Əlisahibin mobil telefonu vasitəsilə 070 922 00 00 saylı mobil telefon nömrəsinə zəng edib adını Elşən kimi bildiyi şəxslə danışmış, sonradan ibtidai istintaq zamanı həmin şəxsin adının Elşad olmasını bilmişdir. Torpaq məsələsinin uzanması ilə əlaqədar prokurorluğa gedib şikayət etmiş, həmçinin Musa da gəlib ifadəsini vermişdir. Çoxsaylı müraciətlərdən sonra Əlisahib Kamilin dostu olmaqla mühafizədə işləyən Elşən adlı tanışının Rauf Xələfovun köməkçisi olmasını demişdir, lakin sonradan Əlisahibin dediyi Rauf adlı şəxsin başqa şəxs olması məlum olmuşdur. O, 6 ay ərzində pulu alıb sahibinə qaytarmışdır. O, Elşadla aralarında olan səs yazı qeydlərini ibtidai istintaq orqanına təqdim etmişdir. O, Elşadla bir dəfə öz şəxsi mobil telefonu, iki dəfə isə Əlisahibin mobil telefonu vasitəsilə əlaqə saxlamış, Elşad ona torpaqla bağlı məsələdə narahat olmamasını, həmin məsələnin qısa müddət ərzində öz həllini tapacağını bildirmişdir. Elşad torpaq alqı-satqısının ilkin mərhələsində olmamış, sonradan Əlisahib vasitəsilə torpağın alıb-verilməsi üçün məsələ daxil olmuşdur. Əlisahi Elşadın DTX-da işləməsini demişdir.
12. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 2024-cü ilin yanvar ayının 4-də əvvəlcədən tanıdığı Cavanşir adlı makler Abşeron rayonu, Məmmədli qəsəbəsində torpaq sahəsi olduğunu, ərazinin göl olduğunu, əgər göl doldurularsa həmin ərazinin baha qiymətə satılacağını, qazanc əldə edə biləcəklərini demişdir. O da bu barədə Sabunçu RİH-də işləyən RİH-nin başçısına yaxın olduğunu bildiyi tanışı Musa ilə əlaqə saxlamış və belə bir iş olduğunu demişdir. O və Musa torpağın sahibinin Fazil adlı şəxs olduğunu bilirmişdir. Musa da onun fikrini bəyənmiş və onunla birlikdə Fazilin yanına getməyə qərar vermişdir. 2024-cü ilin yanvar ayının 14-də o, Musa və Amil adlı tanışı ilə Fazillə sonuncunun Zabrat qəsəbəsində yerləşən restoranında görüşmüşlər. Görüşdə Fazilə adına olan torpaq sahəsini doldurtdurub sonra da satmaq istədiklərini bildirmişdir. 8.61 ha torpaq sahəsinin 30 sotu quru ərazi, qalan hissəsi isə göl olmuşdur. Fazil də onların fikirləri ilə razılaşmışdır. Onlara həmin ərazini doldurub sonra da satmaqlarına icazə verdiyini bildirmişdir. Aralarında olan razılığa əsasən onlar ərazini doldurduqdan sonra Fazil həmin ərazini satacaqmış. Alqı-satqıdan əldə edilən vəsaitin 2.5 milyon manatı Fazilə veriləcək, qalan pulla onlar torpaq sahəsinə çəkdikləri xərci ödəyəcəkmişlər. Artıq qalan vəsait də qazanc kimi onunla Musa arasında bölüşdürüləcəkmiş. Fazil torpaq sahəsinin Sabunçu RİH-nin başçısına məxsus olduğunu bildirib özünün həmin şəxsi torpaq sahəsini 2.5 milyon manata satmağa razı salacağını demişdir. Sonra Fazil problemi olduğunu ifadə edərək ondan 20-30 min manat ilkin olaraq pul istəmişdir. O həmin məbləğdə pul vəsaitinin olmadığını bildirmiş, Musa isə Fazilə pul verəcəyini demişdir. Fazil də onunla razılaşmışdır. Musanın Fazilə nə qədər pul verdiyini bilməmişdir. Sonradan Musa ona Fazilə 20 min manata qədər pul verdiyini bildirmişdir. Ertəsi gündən o, Fazilə aid həmin ərazini qurudub doldurmaq üçün işə başlamışdır. Bir neçə gündən sonra Fazil özü də əraziyə gəlmiş və işlərin başladığını görmüşdür. Ondan yenə 10.000 manat pul istəmişdir. Lakin o, pulunun olmadığını bildirmişdir. İşlər görüləndə Musa ona 3600 manat da pul vermişdir. O da həmin vəsaiti ərazidə işləyən texnikaya sərf etmişdir. Bir neçə müddətdən sonra əraziyə xərcləməyə pulu olmadığı üçün tanışı Şahid2 və başqa şəxslərdən borc pul alaraq həmin ərazini doldurtmağa davam etmişdir. 2024-cü ilin yanvar ayından iyun ayına kimi həmin ərazidə gölü qurudub doldurtmağa davam etmişdir. Nəsimi rayonunda aparılan bütün söküntüləri Musa müəllim vasitəsilə gətirdib həmin əraziyə tökdürmüşdür. Bu işlər vaxtı “Kamaz” markalı avtomaşınla cəmi 3757 reys söküntü tullantısı gətirib ərazidəki gölə boşaltmışdır. Hər reysə görə 25 manat vermişdir. Bundan əlavə hər gün iki bulduzer və bir neçə ədəd traktor işlətmişdir. Qreyder avtomaşını gətirdib torpağı düzlətdirmişdir. Bundan əlavə işçilərin yemək pulu və digər xərclər də olmuşdur. Həmçinin, torpaq da gətirib tullantıların üzərinə tökdürmüşdür. Həmin işlər vaxtı Şahid2 50 000 manata qədər pul alıb torpaq sahəsinə xərcləmişdir. Həmin torpaq sahəsinin düzləşdirilməsinə 157 min manata yaxın pul xərcləmişdir. Bütün pul vəsaitlərini müxtəlif şəxslərdən borc almışdır. Bütün borc aldığı şəxslər həmin pul vəsaitlərini göstərilən torpaq sahəsinə xərclədiyini görmüşdür. 2024-cü ilin aprel ayının ortalarında Fazil ondan və Musadan yenə 10000 manat pul istəmişdir. O da Əlisahiblə əlaqə saxlayıb 10 000 manat pul lazım olduğunu bildirmişdir. Əlisahib həmin vaxt Gürcüstanda olmuşdur. X5 müəllimin adına 5500 dollardan bir qədər artıq pul göndərmişdir. Musa onunla birlikdə Azneftdə Respublika bankdan həmin pul vəsaitini çıxarmış və yanında Fazilə zəng edərək pulu götürdüyünü demişdir. Sonra da özü həmin pul vəsaitini aparıb Fazilə vermişdir. 2024-cü ilin may ayında Arif adlı makler onunla əlaqə saxlayaraq müştərisi olduğunu, göstərilən ərazini almaq istədiklərini bildirmişdir. Ertəsi gün Arif iki türk vətəndaşı ilə əraziyə gəlmiş və torpaq sahəsini alacağını demişdir. Arif ona torpaq sahəsini doldurma işlərini dayandırmağını, torpağı həmin vəziyyətdə alacaqlarını ifadə etmişdir. Həmin vaxta kimi o, 1.8 ha göl ərazisini doldurub qurutmuşdur. Arif torpaq sahəsini 3 milyon manata alacaqlarını bildirmişdir. 2.5 milyon manat Fazilə veriləcək, qalan 500 min manat çəkdikləri xərclər çıxıldıqdan sonra Arif, Əlisahib və onun arasında bölünməli olmuşdur. Ariflə razılaşdıqdan sonra o, sonuncudan ilkin olaraq beh qismində 20-30 min manat pul istəmişdir. Çünki doldurma işlərini dayandırdıqdan sonra orada işləyən fəhlələrin və texnikanın pulunu ödəməli olmuşdur. Bununla əlaqədar cari ilin 31 may tarixində Arif yaşadığı evə gələrək ona 10000 (on min) manat beh vermişdir. Görüş zamanı Arif tək, onun yanında isə Fədai adlı tanışı olmuşdur. O həmin pulu torpaq sahəsi ilə bağlı yuxarıda göstərdiyi xərclərin ödənilməsinə sərf etmişdir. Təxminən bir həftə sonra Şahid6 yenidən yaşadığı ünvana gələrək özünə məxsus **-YN-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” markalı maşında təklikdə görüşərək ona daha 15000 (on beş min) manat pulu beh qismində vermişdir. Həmin pulun 5000 manatını o, Zabrat qəsəbəsində yerləşən restoranda Fazilə vermişdir. Çünki Fazil ondan yenə də pul istəmişdir. 5000 manat pulu verəndən bir neçə gün sonra Fazilin yanına gedib torpaq sahəsini 3 milyon manata satmağa razılaşdıqlarını demiş, Fazil isə artıq torpağı satmadığını bildirmişdir. Sonuncu ona həmin torpaq sahəsinin sotunu 7000 manata satacağını ifadə etmişdir. O da bu barədə Əlisahibə məlumat vermişdir. Əlisahib də onunla birlikdə Şahid4 adlı şəxsin yanına getmişlər. Sonra Fazili torpaq sahəsini satmaq üçün araya başqa şəxsləri salmağa başlamışlar. Bundan sonra baş verən proseslər barədə məlumatı olmamışdır. O, torpaq sahəsinin düzləşdirilməsini aparanda Fazil hər gün sahəyə gəlib aparılan işlərə baxmışdır.
13. Verilən suallara cavab olaraq Şahid6 ifadəsinə əlavə edərək göstərdi ki, Fazillə aralarında olan razılığa əsasən sonuncunun mülkiyyətində olan torpağın satışını həyata keçirmək üçün istifadəyə yararsız vəziyyətdə olan hissəsini doldurmağa və düzləşdirməyə başlamışdır. Sonradan, torpaq üzərindəki düzləşdirmə prosesi yekunlaşarkən Arifin tapdığı müştəri torpağa baxmağa gəlmiş və torpağı bəyəndiyini, eləcə də almaq istədiyini bildirmişdir. Buna görə, o da torpaq sahibinin hər sot üçün 6000 manat pul istədiyini, onların isə vasitəçilik edərək həmin qiymətin üzərinə müəyyən məbləğdə pul əlavə edib gəlir götürə biləcəklərini bildirmişdir. Torpağı almaq istəyən şəxslər torpaq üzərindəki fəaliyyətin dayandırılmasını, olduğu vəziyyətdə satın alacaqlarını dediyindən onlara görülmüş iş üçün 25 min manat lazım olduğunu demiş, Arif də ayrı-ayrılıqda 10 min və 15 min manat olmaqla 25 min manatı gətirib ona vemişdir. Bundan sonra o, texnikanı torpaqdan çıxarıb Arifə torpağın hazır olduğunu demiş, lakin Fazil hazırda torpağın əvvəl danışılan qiymətdən baha satacağını bildirmişdir. Tərəflər arasında narazılıq yarandığından alqı-satqı məsələsi uzanmış, sonradan Fazilin həmin torpağı başqa şəxsə satması məlum olduğundan o, dərhal Nərimanov Rayon Məhkəməsinə müraciət edərək torpağın üzərinə həbs qoyulmuş, hazırda da məhkəmə prosesi davam etməkdədir. O, torpağa 70 min manat, Əlisahib 50 min manat pul xərcləmiş, qalan məbləğ isə başqa şəxslər tərəfindən ödənilmişdir. O, Təqsirləndirilən şəxs tanımır, sonuncu ilə danışmamışdır. O, icazəsiz heç kimin torpağında iş görməmiş, bu barədə Fazilin özü ilə danışmışdır. Fazil torpağı ilkin qiymətə satmağa razı olmadığından onu razı biləcək şəxs axtarmağa başlanılmışdır.
14. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 1992-1998-ci illərdə müxtəlif hərbi hissələrdə tağım komandirinin müavini, şəxsi heyətlə iş üzrə müavin və baş təhqiqatçı vəzifələrində işləmiş, 1992-ci ildə “Demokratik Azərbaycan Dünyası” partiyasını təsis etmiş, 2020-ci ildə həmin partiyanın adını “Milli Həmrəylik Partiyası” (MHP) olaraq dəyişmişdir, hazırda işsizdir. Abşeron rayonu Məmmədli qəsəbəsində yerləşən ümumi sahəsi 8.61 hektar olan torpaq sahəsinin alqı-satqı edilməsi ilə əlaqədar Şahid6 adlı şəxs ilə birgə fəaliyyət göstərmişlər. Belə ki, Şahid6 həmin torpaq sahəsinin faktiki olaraq Sabunçu rayon İcra Hakimiyyətinin başçısına məxsus olduğunu, lakin Şahid3 adlı şəxsin adına sənədləşdirildiyini və torpağın satılması ilə bağlı məsələlərin özünə həvalə edildiyini demiş, qiymətinin sotu 6500 (altı min beş yüz) manat olduğunu, eyni zamanda torpağın bəzi hissələrində düzləşdirmə işlərinin aparılmalı olduğunu və bununla əlaqədar tərəflərindən müvafiq xərclərin çəkilməsi ilə gələcəkdə torpağı satarkən həmin xərcləri çıxardacaqlarını və əlavə olaraq müyyən gəlir əldə edə biləcəklərini ona bildirmişdir. O, Asiflə razılaşmışdır. Şahid6 torpağın sahibi qismində təqdim etdiyi nə A.Vəliyevi, nə də Şahid3 adlı şəxləri tanımır və həmin şəxslərlə heç bir zaman görüşməmişdir. Torpağın düzləşdirmə işlərinə bu günədək tərəfindən təxminən 30000 (otuz min) manat pul vəsaiti xərclənilmişdir. Təxminən 2024-cü ilin may ayında Şahid6 onunla əlaqə saxlayaraq Məmmədli qəsəbəsindəki torpağın alqı-satqı edilməsi ilə bağlı Şahid1 adlı şəxsin müraciət etdiyini və həmin şəxsin türkiyəli iş adamının nümayəndəsi qismində çıxış etdiyini demişdir. Şahid1 ev və torpaq alqı-satqısı ilə məşğul olan şəxs kimi tanımışdır. Əvvəllər sonuncuyla heç zaman görüşməmişdir. Şahid6 türkiyəli iş adamının Zərərçəkmiş şəxs adlı şəxs olduğunu və torpağı almaq üçün Şahid1 vasitəsilə ən çoxu 3.5 milyon manat pul təklif etdiyini və torpağın qiymətinin aşağı salınması üçün torpaq sahibiləri ilə danışıqlar apara bilib-bilməyəcəyini ondan soruşmuşdur. O bununla əlaqədar müvafiq danışıqlar apardıqdan sonra Şahid6 məlumat verəcəyini bildirmişdir. Torpağın qimətinin aşağı salınması üçün “Azad Respublikaçılar partiyası”nın sədri Şahid4 müraciət edərək bu istqamətdə köməklik göstərməsini xahiş etmişdir. Sonuncu qeyd olunanlarla bağlı tanışı Təqsirləndirilən şəxs köməklik göstərə biləcəyini vurğulamış və həmin şəxsin istifadəsində olan (070) ***-**-** və (055) ***-**-** saylı mobil telefon nömrələrini verərək onları əlaqələndirmişdir. Təqsirləndirilən şəxslə aralarında baş tutmuş görüş zamanı sonuncuya Məmmədli qəsəbəsindəki torpağın Şahid3 adlı şəxsin adına sənədləşdirildiyini, lakin Sabunçu Rayon İcra Hakimiyyətinin başçısına məxsus olduğunu bildirmiş və həmin torpağın 2.5 milyon manata satılmasına dair köməklik göstərilməsini xahiş etmişdir. Elşad bir müddət sonra onunla yenidən əlaqə saxlayaraq Məmmədli qəsəbəsindəki torpağın aşağı qiymətə, yəni 2.5 milyon manata satılmasını razılaşdırdığını, eyni zamanda alqı-satqının 28 iyun tarixində baş tutacağını və rəsmi sənəd üzərində alqı-satqının 2 milyon manat göstəriləcəyini söyləmişdir. Təqsirləndirilən şəxs torpağın qiymətinin aşağı salınması ilə əlaqədar kimə müraciət etməsinə dair ona hər hansı məlumat verməmişdir. Təqsirləndirilən şəxslə aralarında baş tutmuş razılığa əsasən o, Şahid1 torpağın 3 milyon manata satıldığını bildirmişdir. Şahid1 daha sonra onunla əlaqə saxlayaraq torpağı 3 milyon manata almağa razı olduqlarını, lakin Türkiyədə yaşayan adlarını bildirmədiyi şəxslərdən 3.5 milyon manat pul alacaqlarını və həmin pulun 500.000 (beş yüz min) manatını Zərərçəkmiş şəxs ilə öz aralarında bölüşdürəcəklərini demişdir. Həmçinin, alqısatqının baş tutacağı təqdirdə torpaq sahibinə 2.5 milyon manat verildikdən sonra yerdə qalan 500.000 (beş yüz) min manat pulun 250.000 (iki yüz əlli min) manatı Təqsirləndirilən şəxs, 50.000 (əlli min) manatı Şahid4, 200.000 (iki yüz) min manatı isə Şahid6 və onun tərəfindən torpağın düzləşdirilməsi ilə bağlı xərclər çıxılmaqla aralarında bölüşdürüləcəyini razılaşmışlar. Təxminən iyun ayının sonlarında Şahid1 ona zəng edərək Zərərçəkmiş şəxs 28 iyun tarixində deyil, 1 iyul tarixində alqı-satqı edə biləcəyinə dair məlumat vermişdir. O bu barədə Təqsirləndirilən şəxs bildirdikdə sonuncu 100.000 (yüz min) manat beh alınmasını, əks halda isə alqı-satqının baş tutmayacağını bildirmişdir. Baş verənlərlə əlaqədar 28 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Nəsimi rayonu, Həzi Aslanov küçəsində yerləşən ofisdə o, Şahid1 və Zərərçəkmiş şəxs iştirakı ilə görüş baş tutmuşdur. Həmin görüşdə Zərərçəkmiş şəxs 60.000 (altmış min) ABŞ dolları məbləğində pulu beh qismində almış və sonuncuyla alqı-satqının 1 iyul tarixində ediləcəyinə dair razılaşmışlar. Ofisdən çıxdıqdan sonra Şahid1 pulu Təqsirləndirilən şəxs vermək üçün sonuncu ilə görüşə getdiyini bildirdikdə, Arif məbləğin hamısını sonuncuya verməməyini və maddi çətinliyinin olması ilə əlaqədar məbləğin üzərindən pul götürmələrini xahiş etmişdir. Həmin pulun üzərindən 7000 (yeddi min) ABŞ dolları məbləğində pulu götürmüş və Şahid1 3000 (üç min) ABŞ dolları məbləğində pulu əlbəəl vermiş, daha sonra həmin gün “Elmlər Akademiyası” metro stansiyası yaxınlığında yerləşən kafelərdən birində Təqsirləndirilən şəxslə görüşərək 50.000 (əlli min) ABŞ dollarını sonuncuya təqdim etmiş və Elşada pulun üzərindən Arifə 3000 (üç min) ABŞ dolları və özünə isə 7000 (yeddi min) ABŞ dolları pul götürdüyünü bildirmişdir. 1 iyul 2024-cü il tarixdə Şahid1 xahişi ilə yenidən sonuncunun təqdim etdiyi bank kartı hesabına 500 (beş yüz) ABŞ dolları pul köçürmüş və daha sonra alqı-satqının edilməsi ilə bağlı Təqsirləndirilən şəxslə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs tədbirdə olmasına və ya ölkə xaricində olmasına dair müxtəlif bəhanələr gətirərək yaxın günlərdə ona dəqiq tarix deyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs müxtəlif bəhanələr bildirməsi ilə əlaqədar bu günədək alqı-satqı baş tutmamışdır. Bundan başqa o, Gürcüstandan Asifin tələbi ilə Sabunçu RİH-də işləyən Musa adlı şəxsin adına bank vasitəsilə 10.000 manat pul göndərmişdir. Həmin pul Asif tərəfindən Fazilə yerin satılmasının onlar tərəfindən həyata keçirilməsi üçün beh kimi verilməli olmuşdur. Üzərində “Mən Şahid2 Zərərçəkmiş şəxs 60000 dollar aldım” sözləri yazılmış olan kağız tərəfindən yazılmış və imzalanmışdır. Arifin Şahid6 25000 (iyirmi beş min) manat pul verməsinə dair məlumatı ona Asifin özü sonradan etiraf etmişdir. Lakin, Asifin qeyd olunan məbləğdə pulu beh qismində Arifdən tələb edərək almasına dair qabaqcadan hər hansı məlumatı olmamışdır və Asif həmin puldan ona heç bir məbləğ təqdim etməmişdir. Sonuncunun həmin vəsaiti hara sərf etməsi barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxslə aralarında “whatsapp”da baş tutmuş sms yazışmaları və səs yazılarını könüllü şəkildə istintaqa təqdim etmişdir. 3500 ABŞ dolları pul vəsaitini Arif ondan vasitəçiliyə görə almışdır.
15. Verilən suallara cavab olaraq Şahid2 ifadəsinə əlavə olaraq göstərdi ki, o, Elşadı Şahid4 vasitəsilə tanımışdır. Elşad 28 iyun tarixində aparılmalı olan alqı-satqı məsələsinin təşkilində Asifin iştirak edə bilməyəcəyinin qarşı tərəfdə inamsızlıq yaratdığını, bu səbəbdən 100 min manat məbləğində pul verilməli olduğunu bildirmiş, o da Musanın beh kimi verdiyi 60 min dolların 50 min dollarını Elşada, 3 min dollarını Arifə vermiş, qalıq pulu isə torpaqdakı düzləşdirmə işlərinə xərcləmişdir. O, pulu Elşada tək halda vermiş, pulun verilməsi ilə bağlı sonuncudan hər hansı qəbz almamışdır. O, Elşada 50 min dollar pulu torpağın alqı-satqı məsələsinin təmin edilməsi üçün vermiş, o da həmin məsələni həll edəcəyini öz boynuna götürmüşdür. O, 5 gün sonra ona verdiyi pulu geri istəmiş, lakin Elşad ona səbirli olmasını, məsələnin öz həllini tapacağını bildirmişdir. Elşad torpaq məsələsi ilə bağlı kiminlə danışmasını deməmişdir. O, sadəcə məsələnin həllini gözləmişdir. O, Musa ilə görüşərkən ondan aldığı pulu Elşada verəcəyini deməmişdir.
16. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən ümumi sahəsi 8.61 hektar olan torpaq sahəsi ona məxsusdur. Bir müddət əvvəl qeyd olunan torpağın yalnız 1 hektar ərazisini sotunu ən sonu 6500 manata satmaq istəmişdir. Lakin qeyd olunan qiyməti real olaraq təklif edən olmadığı üçün satmamışdır. Şahid1 adlı şəxsi xatırlayır. Onunla heç bir şəxsi və işgüzar münasibəti olmamışdır. Belə ki, bir müddət əvvəl Arif Məmmədli qəsəbəsində yerləşən restoranlardan birində yaxınlaşaraq ona məxsus torpaq sahəsinin 1 hektarının satılıb-satılmaması ilə maraqlanmış və o, sonuncuya real alıcı olacağı təqdirdə həmin torpaq sahəsini sotunu 6500 manata sata biləcəyini demişdir. Asif adlı şəxsi tanımır. Musanı isə tanıyır. Sabunçu RİH-də tikinti işlərinə baxır. Təxminən bir il əvvəl Musa ona rayon ərazisində aparılan söküntü tullantılarının ərazisinə tökülməsini xahiş etmişdir. O da tullantıların yayılması şərtilə razılıq vermişdir. Musa və ya başqa adam sahibi olduğu torpaq sahəsinin müəyyən şəxslər tərəfindən satılmasına razılıq verməyi üçün ona heç bir məbləğdə pul verməmişdir. Sabunçu RİH-də işləyən başqa bir şəxslə aralarında göstərilən torpaq sahəsinin satılması ilə bağlı danışıq olmamışdır. Heç kim ona məxsus torpaq sahəsində heç bir doldurma və düzləşdirmə işləri aparmamışdır.
17. Verilən suallara cavab olaraq Şahid3 ifadəsinə əlavə olaraq göstərdi ki, o, Şahid6 məhkəmədə tanımış, sonuncu ilə daha əvvəllər tanışlığı olmamışdır. Məhkəmə prosesində Asif ona 157 min manat pul ödəməli olduğunu demiş, o da həmin məbləğdə pulu ona nağd şəkildə ödəmişdir. Şahid5 ona dost kimi 10 min manat pul vermiş, o da həmin pulu ona geri qaytarmışdır. Ona heç kim 25 min manat beh verməmişdir. O, Təqsirləndirilən şəxs tanımır, sonuncu ilə danışıqları olmamışdır. O, torpağını satmışdır. Onun Arif və ya digər şəxslərlə torpaq satılması ilə bağlı danışığı olmamışdır. Şahid5 onunla danışarkən müştərisi olduğunu demiş, lakin sonradan müştəri torpağı almamışdır. Şahid6 onu şərləyərək 157 min manat pulunu almış, sonuncu torpaq üzərində heç bir iş görməmişdir. İlkin razılaşmaya görə 6000 manatdan razılaşmış, lakin sonradan 6500 min manat demiş, lakin alıcılar həmin məbləğlə razılaşmamışdır. O, torpaq üzərində düzləşdirmə işlərini özü aparmışdır. Onun icazəsi olmadan hər hansı şəxs torpağı üzərində hər hansı iş görə bilməz.
18. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, yuxarıda göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda işsizdir. Özü daşınmaz əmlakların təmir tikintisi ilə məşğul olur. Sabunçu RİH-də işləmir. Ancaq Sabunçu RİH-nin başçısına qohum olduğu üçün bir çox adam onun icra hakimiyyətində işlədiyini düşünür. 2024-cü ilin yanvar ayında əvvəlcədən tanıdığı Şahid6 onunla əlaqə saxlayaraq Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən Fazilə məxsus ərazisi göl olan 8.61 ha torpaq sahəsini doldurub satmağı fikirləşdiyini demişdir. O da fikri bəyənmiş və Asiflə birlikdə Fazilin yanına getməyə qərar vermişlər. 2024-cü ilin yanvar ayında o, Asif və Asifin Amil adlı tanışı ilə Fazillə onun Zabrat qəsəbəsində yerləşən restoranında görüşmüşlər. Görüşdə Fazilə adına olan torpaq sahəsini doldurtdurub sonra da satmaq istədiklərini bildirmişlər. 8.61 ha torpaq sahəsinin 30 sotu quru ərazi, qalan hissəsi isə göl olmuşdur. Fazil də onların fikriylə razılaşmışdır. Onlara həmin ərazini doldurub sonra da satmaqlarına icazə verdiyini bildirmişdir. Aralarında olan razılığa əsasən onlar ərazini doldurduqdan sonra Fazil həmin ərazinin 3.18 ha olan hissəsini satmalı olmuşdur. Çünki həmin hissə çıxarışla Fazilin adına olmuşdur. Fazil adına çıxarışla olan torpaq sahəsinin sotunu 6000 manata satacağını onlara demişdir. Asif də həmin torpaq sahəsini baha qiymətə satacağını bildirmiş və əlavə qalan pulla onlar torpaq sahəsinə çəkdikləri xərci ödəyəcəkmişlər. Artıq qalan vəsait də qazanc kimi onunla Asif arasında bölüşdürüləcəkmiş. Fazil onlara həmin torpaq sahəsinin Sabunçu RİH-nin başçısına məxsus olduğunu bildirməmişdir. Sonra Fazil problemi olduğunu ifadə edərək onlardan ilkin olaraq müəyyən miqdarda pul istəmişdir. Asif pul vəsaitinin olmadığını bildirmiş, o isə həll edəcəyini demişdir. Fazil də onlarla razılaşmışdır. Sonradan o, Asifə Fazilə 20 min manata qədər pul verdiyini bildirməmişdir. Ertəsi gündən Asif Fazilə aid həmin ərazini qurudub doldurmaq üçün işə başlamışdır. Bir neçə gündən sonra Fazil özü də əraziyə gəlmiş və işlərin başladığını görmüşdür. İşlər görüləndə Asifə 3600 manat pul vermişdir. Sonuncu da həmin vəsaiti ərazidə işləyən texnikaya sərf etmişdir. 2024-cü ilin yanvar ayından iyun ayına kimi həmin ərazidə gölü qurudub doldurtmağa davam etmişlər. Asif Nəsimi rayonunda aparılan söküntülərin tullantılarını gətirdib həmin əraziyə tökdürmüşdür. Bu işlər vaxtı “Kamaz” markalı avtomaşınla bir neçə min reys söküntü tullantısı gətirib ərazidəki gölə boşaltdırmışdır. Asif hər reysə görə 25 manat pul vermişdir. O özü reysi 20 manatdan əraziyə 400 “Kamaz” markalı avtomaşınla tullantı tökdürmüşdür. Bundan əlavə ərazidə hər gün iki bulduzer və bir neçə ədəd traktor işləmişdir. Təxminən iki ay ərazidə torpaq kürüyən traktor işləmişdir. Həmin traktorun günü 1000 manata başa gəlmişdir. Asif qreyder avtomaşını gətirdib torpağı düzlətmişdir. Bundan əlavə işçilərin yemək pulu və digər xərclər də olmuşdur. Həmçinin, Asif torpaq da gətirdib tullantıların üzərinə tökdürmüşdür. Həmin işlər vaxtı Şahid2 da ərazidə görmüşdür. Həmin şəxsin nə üçün əraziyə gəldiyi ilə maraqlananda Asifin Əlisahibi də ərazinin qurudulması işinə cəlb etməsini öyrənmişdir. Əlisahib də əraziyə xeyli miqdarda pul vəsaiti xərcləmişdir. 2024-cü ilin aprel ayının ortalarında Fazil ondan və Asifdən yenə pul istəmişdir. Belə ki, Fazil onların sonuncunun torpağını doldurtdurub satmalarına razılıq verəndən sonra torpaq sahəsinə müştəri çıxdığını, ehtiyacı olduğunu deyib ondan və Asifdən pul istəmişdir. O da Fazilin torpağı başqasına satmaması üçün sonuncuya pul vermişdir. Fazil pul istəyəndə Asif Əlisahiblə əlaqə saxlayıb 10 000 manat pul lazım olduğunu bildirmişdir. Əlisahib həmin vaxt Gürcüstanda olmuşdur. Sonuncu Gürcüstandan onun adına 5500 dollardan bir qədər artıq pul göndərmişdir. O, Asiflə birlikdə Azneftdə “Respublika Bank”dan həmin pul vəsaitini çıxarmış və Fazilə zəng edərək pulu götürdüyünü demişdir. Ertəsi gün Fazilə aparıb 8000 manat pul vermişdir. Qalan min manatdan bir qədər artıq pulu ərazidə görülən işlərlə bağlı yaranan borclarına görə vermişdir. Fazilə verdiyindən əlavə ərazinin doldurulmasına 13-14 min manat pul sərf etmişdir. Daha sonra əraziyə müştəri çıxanda Asif Fazilə müraciət etmişdir. Fazil də ərazinin razılaşdıqları qiymətdən baha satdığını demişdir. Sonra isə ərazini satmaqdan imtina etmişdir. Fazil ərazidə işlər gedəndə hər gün gəlib işləri izləmişdir. Göstərilən hadisələrdən əvvəl də o, Bakıxanov qəsəbəsində aparılan söküntülərin tullantılarını Fazilin icazəsi ilə gətirdib həmin ərazinin başqa hissəsinə tökdürmüşdür.
19. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, əvvəllər siyasi fəaliyyətlə məşğul olmaqla 1992-1995-ci illərdə “Yeni Azərbaycan Partiyasının” Saatlı rayon təşkilatının sədri, 2000-ci ildən 2023-cü ilə qədər isə “Azad Respublikaçılar” partiyasının sədri olmuşdur. Şahid2 da partiya sədri kimi həmin vaxtdan tanımışdır. 2024-cü ilin iyun ayının axırlarında Əlisahib ona zəng edərək Seyid dediyi şəxslə onun evinə gəlib Sabunçu RİH-nin başçısı Adil Vəliyevə məxsus Abşeron rayonu Məmmədli qəsəbəsində yerləşən ümumi sahəsi 8.61 hektar olan torpaq sahəsinin ucuz qiymətə alınmasına köməklik göstərməyini xahiş etmişdir. O da əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs zəng edib Əlisahibgilə göstərilən məqsədlə köməklik göstərilməsini xahiş etmişdir. Daha sonra Təqsirləndirilən şəxs telefon nömrələrini Əlisahibə vermiş, onlar da görüşüb həmin məsələ ilə bağlı danışmağa başlamışdır. Bir müddət sonra Elşad ona zəng edərək Əlisahibin onu aldatdığını, əsl alıcının özünün olmadığını, razılaşlaşdırılan tarixdə alqı-satqı üçün notariusa gəlmədiyini, həmçinin alqı-satqının baş verməsi üçün Sabunçu RİH başçısının qəbulunda olduğunu demişdir. Daha sonra Əlisahib ona zəng edərək alqısatqının bir neçə günlüyə təxirə salındığını, yenidən alqı-satqının baş tutması üçün Elşadın ona kömək göstərməsini xahiş etmiş, o da Elşada zəng edib Əlisahibgilə köməklik etməsini xahiş etmişdir. Çünki Əlisahib həmin torpaq sahəsinə külli miqdarda vəsait qoyduğunu demişdir. Elşad Əlisahibə inanmadığını, ona görə də alqı-satqının yenidən baş tutması üçün Əlisahibin ona ilkin olaraq külli miqdarda pul versə, köməklik edə biləcəyini demişdir. Daha sonra iyun ayının axırında Əlisahib ona zəng edərək Təqsirləndirilən şəxs ilkin olaraq alqı-satqı məsələsində ciddi olduğunu sübut etmək üçün 50.000 dollar pul verdiyini demişdir. Daha sonra Elşad ona Adil Vəliyevin torpaq sahəsinə görə arada olan vasitəçilərin 3.5 milyon manat pul aldığını, onlara 2.5 milyon manat təklif etdiklərindən xəbər tutduğunu və buna görə də torpağını satmadığını demişdir. Bu barədə Elşada sonuncunun dediyinə görə Adil Vəliyev özü demişdir. Ona alqı-satqı prosesinin baş tutması halında hər hansı bir məbləğdə pul vəsaitinin veriləcəyi heç kim tərəfindən vəd edilməmişdir. Şahidlərin torpaq sahəsinin alqı-satqısının həyata keçiriləndən sonra ona vasitəçiliyə görə 50.000 manat pul vəsaitinin verilməsinin nəzərdə tutulması barədə ifadələrində göstərdikləri xüsusat yalandır. Yalnız Əlisahib torpaq sahəsini satacaqları halda ona kostyum alacağını demişdir.
20. Verilən suallara cavab olaraq Şahid4 ifadəsinə əlavə edərək göstərdi ki, o, Təqsirləndirilən şəxs bir dəfə ofisinə çağırıb onunla söhbət aparmışdır. O, Şahid2 siyasi tədbirlər vasitəsilə tanımış, sonuncu torpaq alqı-satqı məsələsində torpaq sahibi olan icra başçısı ilə danışıqlar aparmaq lazım olduğunu bildirmiş, o da həmin şəxsi tanımadığını, lakin köməklik etməyə çalışacağını demişdir. Bundan sonra Eldar adlı dostunun icra hakimiyyətində mühafizəçi işləyən tanışının olması yadına düşdüyündən ona zəng edib Elşad adlı şəxsin nömrəsini almış, sonuncu Əlisahiblə əlaqələndirmişdir. Bildiyinə görə, Elşad Əlisahibə icra başçısı ilə görüşüb danışdığını demişdir, lakin o həmin məsələlərin birbaşa şahidi olmamışdır. Ona şəxsən kimsə kiməsə pul verməsi barədə etiraf etməmişdir. Əlisahib sonradan ona zəng edərək Elşadın problemlərini həll etmədiyini, Musanın 100 min manata yaxın pul verdiyini, habelə həmin pulun batdığını bildirdiyindən o, Elşada zəng edib ofisinə çağıraraq onunla görüşmüş, sonuncu ona 50 min dollar pulu Əlisahibdən götürdüyünü, narahat olmamalarını, torpaq sahibi ilə danışıb məsələni yaxın zamanda həll edəcəyini demişdir. O, Elşaddan kiminlə danışdığını soruşmamışdır.
21. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş X2 21 aprel 2025-ci il tarixdə verdiyi ifadəsi tərəflərin vəsatəti əsasında məhkəmədə elan edilərək tədqiq edilmişdir. A.İ.İsrafilov həmin ifadəsində göstərmişdir ki, 2006-cı ildən daxili işlər orqanlarında işləməklə polis nəfəridir. Hal-hazırda Sabunçu RPİ-də sürücü işləyir. Şahid3 işlədiyi rayon ərazisində fəaliyyət göstərən sahibkar kimi tanıyır. Bildiyi qədəri ilə həmin şəxs rayon ərazisində daşınmaz əmlaklara sahibdir. O özünə yaşayış evi tikdirmək üçün torpaq sahəsi axtarmış, bu məqsədlə daşınmaz əmlakın alqı-satqısı sahəsində fəaliyyət göstərən vasitəçiyə müraciət etmişdir. Həmin vasitəçi vasitəsiylə Abşeron rayonu, Məmmədli kəndində yerləşən torpaq sahəsini tapmışdır. Torpaq sahəsi münasib qiymətə satılmış, alqı-satqı ilə bağlı torpaq sahəsini almaq üçün torpaq sahəsinin sahibi ilə görüşərkən həmin şəxsin əvvəlcədən tanıdığı Fazil İbrahimov olduğunu görmüşdür. Tanış olduğu üçün Fazil ona torpağın qiymətində endirim də etmişdir. 2024-cü ilin təxminən iyul ayında Fazil İbrahimova məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,10 ha torpaq sahəsini 10.000 manata almışdır. Alqı-satqı əməliyyatı tərəflərindən Bakıxanov qəsəbəsində yerləşən notariat ofisində aparılmışdır. Həmin vaxt bildiyi qədəri ilə Şahid3 Sabunçu Rayon Polis İdarəsində işi olmamışdır. Aralarında alqı-satqı əməliyyatı ilə bağlı danışıqlar aparılarkən Fazil ona barəsində Sabunçu RPİ-də araşdırma aparılması ilə bağlı heç bir söz deməmişdir. Bildiyim qədəri ilə o heç vaxt polis şöbəsində saxlanılmamışdır. Aldığı torpaq sahəsinin əslində Sabunçu Rayon icra Hakimiyyətinin başçısı Adil Vəliyevə məxsus olması barədə heç bir məlumata malik deyildir.
22. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
23. “Cinayət işinin başlanması barədə” və “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 16 sentyabr 2024-cü il tarixli qərarlardan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini baş ədliyyə müşaviri Emin Mürsəliyev tərəfindən Şahid1, Şahid6 və Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında Abşeron rayonu Məmmədli qəsəbəsində yerləşən ümumi sahəsi 9.61 hektar olan torpaq sahəsinin alqısatqı edilməsi ilə bağlı Zərərçəkmiş şəxs yalandan vəd verib 2024-cü ilin may ayından başlayaraq sonuncu dəfə 28 iyun 2024-cü il tarixdə sonuncuya məxsus Bakı şəhəri, Nəsimi rayonu, Həzi Aslanov küçəsində yerləşən ofisdə 60000 (altmış min) ABŞ dolları olmaqla, Zərərçəkmiş şəxs Hasan oğlunun ümumilikdə 60000 (altmış min) ABŞ dolları və 25000 (iyirmi beş min) manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsi faktına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq ibtidai istintaqın davam etdirilməsi üçün istintaq aidiyyəti üzrə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinə göndərilmiş və həmin idarənin mühüm işlər üzrə müstəntiqi kiçik ədliyyə müşaviri Cabbar Cabbarov tərəfindən icraata götürülərək istintaqı davam etdirilmişdir (Cild 1, i. v. 3-4;).
24. 28 iyun 2024-cü il tarixli əlyazma mətnindən görünür ki, 1(bir) ədəd A4 formatlı damalı kağız parçası (vərəq) üzərində “Mən Əlisahib X9 Okumuşdan 60.000$ (altmış min ABŞ dolları) aldım” yazısı və “Şahid2, Zərərçəkmiş şəxs və Şahid1” tərəfindən icra olunmuş imzaları qeyd olunmuşdur (Cild 1, i.v. 24;).
25. “Üzləşdirmə” 25 oktyabr 2024-cü il tarixli protokolundan görünür ki, şahidlər Şahid2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid2 Təqsirləndirilən şəxs üzünə qarşı sonuncunun ondan Abşeron rayonu, Məmmədli kəndində yerləşən torpaq sahəsinin 2.500.000 manata satılmasını təmin etmək üçün 50.000 ABŞ dolları məbləğində pul vəsaitini aldığını bildirmişdir (Cild 1, i.v. 58-59;).
26. “Üzləşdirmə” 25 oktyabr 2024-cü il tarixli protokolundan görünür ki, şahidlər Şahid2 ilə Şahid1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı hər ikisi öz ifadələrində bildirdikləri xüsusatları bir-birlərinin üzünə qarşı deməklə bir daha təsdiq etmişlər (Cild 1, i.v. 60-61;).
27. “Üzləşdirmə” 25 oktyabr 2024-cü il tarixli protokolundan görünür ki, şahidlər Şahid2 ilə Şahid3 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı hər ikisi öz ifadələrində bildirdikləri xüsusatları bir-birlərinin üzünə qarşı deməklə bir daha təsdiq etmişlər (Cild 1, i.v. 62-63;).
28. “Üzləşdirmə” 4 noyabr 2024-cü il tarixli protokolundan görünür ki, şahidlər Şahid3 ilə Şahid5 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı hər ikisi öz ifadələrində bildirdikləri xüsusatları bir-birlərinin üzünə qarşı deməklə bir daha təsdiq etmişlər (Cild 1, i.v. 68-70;).
29. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 19 mart 2025-ci il tarixli məktubundan və həmin məktuba əlavə olunmuş sənədlərdən görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən Şahid3 adına Abşeron rayonu Məmmədli kəndində yerləşən icarə hüququ əsasında 1,8410 ha, 1,9070 ha torpaq sahələri qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Abşeron rayonu Məmmədli kəndində yerləşən mülkiyyət hüququ üzrə 0,0223 ha, 0,06 ha, 1,16 ha, 0,12 ha, 3,28 ha, 3,0 ha, 0,0322 ha, 0,9595 ha, 0,8822 ha, 2,3780 ha torpaq sahələri qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Həmçinin yuxarıda qeyd olunan 3,28 ha torpaq sahəsindən 0,1 ha hissəsi özgəninkiləşdirilmişdir, yerdə qalan 3,18 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi barədə 4 saylı Abşeron Ərazi İdarəsinin arxiv materiallarında məlumat aşkar edilməmişdir (Cild 1, i.v. 75-89;).
30. Azərbaycan Respublikası Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin 8 aprel 2025-ci il tarixli məktubundan görünür ki, Şahid6 və Təqsirləndirilən şəxs həmin orqana rəsmi müraciəti daxil olmamış və həmin vətəndaşlar qəbulda olmamışdır (Cild 1, i.v. 92;).
31. “Baxış keçirilməsi haqqında” 10 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Şahid2 tərəfindən təqdim edilməklə cinayət işinin materiallarına əlavə edilmiş “WhatsApp” proqram təminatı vasitəsilə göndərilmiş səs və yazılara baxış zamanı Təqsirləndirilən şəxs Şahid3 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən torpaq sahəsini 2.500.000 manat məbləğində pul vəsaiti müqabilində satılmasını təmin etmək adı altında Şahid2 50.000 ABŞ dolları məbləğində pul vəsaitini alması müəyyən edilmişdir (Cild 1, i.v. 93;).
32. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 4 mart 2025-ci il tarixli arayışından və Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamənin 2 iyun 2025-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkumluğu yoxdur (Cild 1, i.v. 99; Cild 2;).
33. “Doğum haqqında” AZ-İİİ 738169 və AZ-İV 173538 nömrəli şəhadətnamələrdən, “Azemis” elektron informasiya sistemindən əldə olunmuş məlumatlardan və arayışlardan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı Xuraman Qaracayeva, 22 mart 2016-cı il təvəllüdlü qızı Banu Qaracayeva və 18 mart 2018-ci il təvəllüdlü Fidan Qaracayevadan ibarətdir. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxsanın anası Mərcəmət Qaracayeva ümumi xəstəlikdən əziyyət çəkməklə ikinci dərəcə əllildir (Cild 1, i.v. 100-109; Cild 2;).
34. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Səbail rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin 112084 saylı vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X7 birinci dərəcə əlildir (Cild 1, i.v. 104;).
35. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 21 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (Cild 1, i.v.113-114;).
36. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 21 aprel 2025ci il tarixli qərardan görünür ki, müstəntiqi Cabbar Cabbarov tərəfindən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir (Cild 1, i.v. 134-135;).
37. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 23 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (Cild 1, i.v. 141;).
38. “Sübutların qiymətləndirilməsi haqqında” 24 aprel 2025-ci il tarixli qərardan görünür ki, Şahid6, Şahid2 və Şahid1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsini 178-ci maddəsi ilə cinayət təqibinin başlanmasına Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş, Azər İsrafilov tərəfindən Şahid3 məxsus torpaq sahəsinin alınması faktı ilə bağlı cinayət təqibinin başlanması Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Həmçinin Şahid6, Şahid2 və Şahid1 tərəfindən Zərərçəkmiş şəxs alınmış 25000 manat, 6500 ABŞ dolları və 3500 ABŞ dolları pul vəsaitləri ilə bağlı sonuncuya Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 25-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. Eyni zamanda, həmin qərarla üzərində Şahid2 tərəfindən “Mən Əlisahib X9 Okumuşdan 60.000 ABŞ dolları aldım” sözləri yazılmış və Şahid2, Zərərçəkmiş şəxs və Şahid1 tərəfindən imzalanmış damalı kağız parçası və Şahid2 tərəfindən təqdim edilməklə cinayət işinin materiallarına əlavə edilmiş “Whatsapp” proqram təminatı vasitəsilə göndərilmiş səs və yazıların köçürüldüyü 1 (bir) ədəd yaddaş qurğusu (fləşkart) cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməklə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır (Cild 1, i.v. 148-165;).
39. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq Cabbar Cabbarov tərəfindən tərtib edilmiş ittiham aktı 30 aprel 2025-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir (Cild 1, 172-190;).
40. Mülki iddiaçı Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə “Cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair” mülki iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Zərərçəkmiş şəxs ona qarşı törədilən cinayət nəticəsində dəymiş maddi ziyanın, yəni 85.000 (bir yüz səksən beş) manat pulun təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (Cild 2;). Əməlin tövsifi və digər hüquqi məsələlər:
41. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
43. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
44. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
45. CM-in 178.1-ci maddəsində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin Məcəllənin 178.3.2-ci maddəsinə görə CM-in 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə həmin maddə ilə cinayət məsuliyyəti müəyyən edilir və həmin maddənin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
46. CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür.
47. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini rəhbər tuturaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
48. Belə ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər.
49. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi CM-in 178.3.2-ci maddəsi ilə olan cinayət əməlinin tövsifi ilə əlaqədar qeyd edir ki, mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. Ümumiyyətlə, mülkiyyət əleyhinə olan cinayətlərin bir növü kimi talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd və əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Talamanın obyektiv cəhəti mülkiyyət münasibətlərinə qəsddən ibarətdir. Cinayət qanunvericiliyi cinayətin törədilmə üsullarından asılı olaraq, talamanın oğurluq (CM-in 177-ci maddəsi), dələduzluq (CM-in 178-ci maddəsi), soyğunçuluq (CM-in 180-ci maddəsi) və quldurluq (CM-in 181-ci maddəsi) formalarını fərqləndirir. Qanunverici talamanın ayrı-ayrı formalarına görə cinayət məsuliyyətini məhz talamanın üsullarını nəzərə alaraq fərqləndirmişdir. Hansı formada törədilməsindən asılı olmayaraq, talama özgənin əmlakının götürülməsindən və (və ya) özünün, yaxud başqa şəxsin xeyrinə keçirilməsindən ibarətdir. Özgənin əmlakını talama cinayətlərinin əksəriyyəti (yalnız kəsik tərkibli cinayət hesab edilən quldurluq istisna olmaqla) maddi tərkibli cinayət olduğundan, belə cinayətlərin daha bir obyektiv əlaməti ictimai təhlükəli nəticənin-əmlakın mülkiyyətçisinə real maddi ziyan vurulmasının mövcud olmasıdır. Bu tərkiblərdə ziyanın miqdarı əmlakın mülkiyyətçisinə real maddi ziyan vurulmasının mövcud olmasıdır. Talama cinayətləri törədildikdə zərərçəkmiş şəxsə dəymiş başqa ziyan (məsələn, əldən çıxmış fayda) təqsirkarın vurduğu real maddi ziyanın miqdarı müəyyən edilərkən nəzərə alınmır (lakin zərərçəkmiş talama cinayətləri nəticəsində əldən çıxmış fayda formasında maddi ziyanın da əvəzinin ödənilməsi ilə əlaqədar mülki iddia qaydasında tələb irəli sürə bilər).
50. Məhkəmə ilk növbədə vurğulayır ki, dələduzluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir və subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında tamah məqsədilə törədilir. Dələduzluq cinayəti digər talama cinayətlərindən fərqli olaraq, məhz aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında, heç bir təzyiq və ya təsir, zor tətbiq etmə, yaxud zor tətbiq etmə hədəsi olmadan könüllü surətdə vermiş olur. Başqa sözlə, əmlak şəxsin sahibliyindən gizli yolla çıxmır, aldadılma və ya etibarından sui-istifadə edilmə nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən zahirən könüllü şəkildə təqsirkar şəxsə verilir. Təqsirkar şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur.
51. Ali Məhkəmənin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (qərarın 1-ci bəndi). Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər (qərarın 2-ci bəndi). Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan suiistifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir (qərarın 3-cü bəndi). Məhkəmələrə izah edilsin ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər (qərarın 5-ci bəndi). Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər (qərarın 27-ci bəndi).
52. Məhkəmə istintaqı ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Şahid2 vasitəsilə Zərərçəkmiş şəxs torpaq alqı-satqısının daha münasib qiymətə tanışları ilə danışıqlar aparmaqla həll edəcəyinə dair yalandan təminat verib Zərərçəkmiş şəxs məxsus 85.000 manat təşkil edən 50.000 ABŞ dolları Təqsirləndirilən şəxs cinayətkar niyyətindən xəbərsiz Şahid2 alaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib vədinə əməl etmədən ələ keçirdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləyərək Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs istər məhkəməyədək icraat zamanı, istərsə də məhkəmə istintaqı zamanı ona verilmiş ittihamı ümumiyyətlə qəbul etməməsinə baxmayaraq, cinayətkar niyyətindən xəbərsiz Şahid2 vasitəsilə Zərərçəkmiş şəxs məxsus ittihamda göstərilən məbləğdə pul vəsaitini almasını və ələ keçirdiyi həmin pul vəsaitini öz şəxsi ehtiyaclarına xərcləməsini (sərf etməsini) etiraf etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məxsus pul vəsaitini vasitəçiliklə ələ keçirib öz şəxsi ehtiyaclarına sərf etməsi xüsusatı proses iştirakçıları (həmçinin Təqsirləndirilən şəxs) tərəfindən tam təsdiq edildiyindən qeyd edilən xüsusat işin mübahisəsiz halı kimi qiymətləndirilməlidir. Müdafiə tərəfi təkidlə iş üzrə zərərçəkmiş şəxsə məxsus olmaqla Şahid2 tərəfindən ona verilmiş 50.000 ABŞ dolları pulun torpaq alqı-satqısı məsələsinin həllində beh qismində deyil, məhz işin müsbət həlli istiqamətində onun payına düşən pul (gəlir-qazanc) qismində verildiyini qeyd etməklə məsuliyyətdən yayınmağa cəhd etmişdir. Müdafiə tərəfi həmin arqumenti irəli sürərkən Şahid2 ona 50.000 ABŞ dolları məbləğində pulu verərkən hansı məqsədlə verməsini demədiyini bildirmişdir. Halbuki, müdafiə tərəfinin qeyd etdiyi xüsusat yalnız təqsirləndirilən şəxsin hər hansı mötəbər dəlilə əsaslanmayan şəxsi mülahizələrindən ibarət olmaqla həm məhkəməyədək, həm də məhkəmə icraatı zamanı dindirilmiş şahid ifadələri ilə bütövlükdə inkar edilmişdir. Bundan başqa, işin həlli istiqamətində vasitəçi qismində danışıqlar aparmış şəxslər arasındakı razılığa əsasən alqı-satqı baş tutduqdan sonra qazanılmış xeyir hər bir vasitəçi arasında bölünməli olmuş, lakin əsas tərəflər arasında (alıcı və satıcı) torpağın qiyməti ilə əlaqədar razılıq əldə olunmadığından razılığı təmin edə biləcək şəxs axtarışına başlanılmış, satıcı tərəf işini sağlamlaşdırmaq məqsədilə beh tələb etdiyindən beh müvafiq olaraq vasitəçi olan təqsirləndirilən şəxsə satıcıya çatdırılması üçün verilmiş, təqsirləndirilən şəxs isə öz növbəsində üzərinə düşən öhdəliyi yerinə yetirməkdən boyun qaçırıb həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Məhkəmə hesab edir ki, vasitəçilər yalnız işin predmeti hesab olunan torpaq alqı-satqısının uğurla başa çatdıqdan sonra yerdə qalan xeyiri (qazanc pulu) öz aralarında bölüşdürmələrinə dair razılığa gəldiklərindən iş üzrə hələ dominant nəticəyə gəlinmədən, yəni alqı-satqı məsələsinin həyata keçirilməsini dəqiqləşdirilmədən hər hansı məbləğdə pulun hər hansı vasitəçiyə əvvəlcədən verilməsi ağlabatan olmamaqla inandırıcı hesab olunmur. Qeyd olunanlar məhkəməyə haqlı olaraq bir daha Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamdan yaynmaq məqsədilə guya Şahid2 tərəfindən ona verilmiş pulun ona çatası xeyir olmasına dair verdiyi ifadələrinə tənqidi yanaşmaqla rədd edilməsinə əsas vermişdir.
53. Məhkəmə Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi nəticəsinə gələrkən ilk növbədə ona istinad etmişdir ki, o, məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində özünü ona ittiham elan edilmiş əməllər üzrə təqsirli bilməsə də, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi həmin ifadələrində faktiki olaraq törətmiş olduğu cinayət əməlinin törədilmə üsulunu və mexanizmini açıqlamışdır.
54. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi və müdafiə tərəfinin qeyd etdiyi işin faktiki hallarına uyğun olmayan sair xüsusatlar onun özünün ziddiyyətli ifadəsindən başqa hər hansı mötəbər sübutla öz təsdiqini tapmadığından, əksinə cinayət təqibi üzrə toplanmış mötəbər sübutlarla tam inkar olunduğundan məhkəmə həmin ifadələrə tənqidi yanaşaraq onları Təqsirləndirilən şəxs cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşıması kimi qiymətləndirir.
55. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını, sənədləri və digər sübutları CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-in 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 178.3.2 -ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri mövcuddur.
56. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
57. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
58. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. CPM-nin 21.2-ci maddəsinin tələblərinə görə CPM-in müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.
59. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
60. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.
61. Qeyd edilənlərə əsasən, məhkəmə, CPM-in 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış və biri digərini tamamlayan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymət verib belə hesab edir ki, məhkəmədə Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi tam sübuta yetirildiyindən onun əməli CM-in 178.3.2-ci maddəsi ilə tövsif edilməli və o həmin maddə ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir.
62. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
63. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır.
64. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
65. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
66. Məhkəmə CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmamasını, qeydiyyatda olmaqla yaşadığı yerdən müsbət xarakterizə olunmasını, qardaşı və anasının xəstəlikdən əziyyət çəkməklə sağlamlıq imkanlarının məhdud olmasını və 40 yaşında olmaqla məhkəmə icraatı zamanı davranışını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
67. Məhkəmə CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın olmasının müəyyən edilmədiyini qeyd edir.
68. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
69. CM-in 56.1.2-ci maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir.
70. Odur ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
71. CPM-in 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
72. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı 21 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.
73. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin CM-in 69.3cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməklə barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclası zalından dərhal həbsə alınmalı, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 23 iyul 2025-ci il tarixdən hesablanmalıdır.
74. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.
75. İş üzrə üzərinə həbs qoyulmuş əmlakın və məhkəmə məsrəfinin olmaması nəzərə alınmalıdır.
76. Məhkəmə həmçinin iş üzrə verilmiş mülki iddiaya da münasibət bildirməyi zəruri hesab edir.
77. Belə ki, CPM-in 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır.
78. CPM-in 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir.
79. CPM-in 180-cı maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər.
80. CPM-nin 354.1.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq məhkəmə iddianın rədd edilməsi, tam və ya qismən təmin edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərar çıxara bilər.
81. Məhkəmə qeyd edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs iddia tələbində göstərdiyi məbləğ cinayət işi üzrə Təqsirləndirilən şəxs verilmiş və məhkəmədə öz təsdiqini tapmış ittihama uyğun olduğundan onun mülki iddiası təmin edilməli və mülki cavabdeh Təqsirləndirilən şəxs 85.000 (səksənn beş min) manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 345 (üç yüz qırx beş) manat məbləğində pul vəsaiti olmaqla ümumilikdə 85345 (səksən beş min üç yüz qırx beş) manat pul vəsaiti tutularaq mülki iddiaçıya ödənilməlidir.
82. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla 28 iyun 2024-cü il tarixli üzərində əlyazma ilə yazı yazılmış 1(bir) ədəd A4 formatlı damalı kağız parçası (vərəq) və 1 (bir) ədəd yaddaş qurğusu (fləşkart) hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.
83. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
84. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
85. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 23 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy Taboruna və Bakı İstintaq Təcridxanasına həvalə olunsun. İş üzrə maddi sübut olan 28 iyun 2024-cü il tarixli üzərində əlyazma ilə yazı yazılmış 1(bir) ədəd A4 formatlı damalı kağız parçası (vərəq) və 1 (bir) ədəd yaddaş qurğusu (fləşkart) hazırkı cinayət işinin materiallarında saxlanılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs iddiası təmin edilsin, mülki cavabdeh Təqsirləndirilən şəxs 85000 (səksən beş min) manat məbləğində maddi ziyan kimi pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 345 (üç yüz qırx beş) manat məbləğində pul vəsaiti olmaqla, cəmi 85345 (səksən beş min üç yüz qırx beş) manat pul vəsaiti tutularaq ona ödənilsin. İş üzrə məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.