Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1332/2022 20.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - “Sigma” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1989-cu il tarixdə Zərdab şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olan və faktiki Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana kombinatı 18 ünvanında kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki o, 24 fevral 2022-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana kombinatı 18 ünvanında yerləşən evdə qardaşı Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunun onun ünvanına nalayiq sözlər işlətməsi, habelə birgə olduqları otağı tərk etməsini tələb etməsi səbəbindən özünü təhqir olunmuş hesab edərək Zərərçəkmiş şəxsla əlbəyaxa olarkən mətbəxdən götürdüyü istintaqla müəyyən edilməmiş bıçaqla sonuncunun bədəninin müxtəlif yerlərindən bir neçə dəfə qəsdən bıçaqla vurmaqla sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan ənsə və sol bazu nahiyələrinin kəsilmiş yaraları və insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid nazik və yoğun bağırsağın zədələnməsi ilə müşayiət olunan qarının sol yarısının ön divarının qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sağ yarısının sağ plevra boşluğuna nüfuz edən edən bir ədəd deşilmiş-kəsilmiş yaralarından ibarət xəsarətlər yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, valideynləri onlar uşaq olduqları vaxtlarda boşanmışlar. Hər iki valideyni sonradan yenidən ailə quraraq ayrı yaşamışlar. Bu səbəbdən, həm də maddi çətinlik ucbatından bir neçə il Pirşağı qəsəbəsində yerləşən uşaq evində yaşamışlar. Əvvəllər müxtəlif yerlərdə fəhləlik etmiş, hətta işləmək üçün Türkiyədə də olmuşdur. Türkiyədə olarkən tanımadığı şəxslər tərəfindən iş adıyla tanımadığı ərazilərə aparılmış, xeyli müddət orada odun doğramaqla məşğul olmuşdur. Doğranan odunlar hansısa şirkətlərə, ya da ayrı-ayrı adamlara satılmışdır. Amma onun heç pulunu da verməmişlər. Bir müddət sonra ona məlum olmuşdur ki, əslində fəhlə kimi günlərlə odun doğradığı həmin işlədiyi düşərgə kürd yaraqlılarına məxsusdur. Ona görə də qorxaraq ilk fürsətdəcə oradan qaçmış və böyük çətinliklə Azərbaycana qayıtmışdır. Bakıya gələndən sonra da müxtəlif yerlərdə işləməyə çalışsa da hər dəfə cəhdləri uğursuz olmuşdur. Qardaşı Tahirlə birlikdə Zabrat qəsəbəsi, İstixana kombinatı 18 ünvanında yerləşən bir otaqdan ibarət olan evdə kirayədə yaşamışdır. Nəhayət, ayaqqabı ustası olan Tahir onu da Zabrat qəsəbəsində yerləşən ayaqqabı sexində öz yanına işə düzəltmişdir. 24 fevral 2022-ci il tarixdə işdən evə gəlib saat 01 radələrində çarpayıda uzanıb istirahət etmişlər. Özü həmin vaxt Zərdab rayonunda yaşayan anası ilə telefonda danışarkən söhbət zamanı anası ona rayonda yaşayan dul əmisi arvadını onunla evləndirəcəyini demiş və bu mövzuda danışıb zarafatlaşmışlar. Özü də anasının sözlərini zarafat kimi qəbul edib dul əmisi arvadı ilə evlənəcəyini bildirmişdir. Bu vaxt həmin söhbəti eşidən Tahir həmin qadını alacağı halda qeyrətsiz, namuzsuz hərəkətə yol verəcəyini demiş, başqa nalayiq sözlər də demişdir. O, bunun bir zarafat olduğunu bildirdikdə Tahir inanmayıb yenə də ona nalayiq sözlər deməyə davam etmiş, evi tərk etməsini tələb etmiş, həm də üzərinə gəlib onun yaxasından tutmuş və bu səbəbdən əlbəyaxa olmuşlar. Qardaşı otaqda olan stulu onun üstünə atmış, yenidən üzərinə gələrək onu vurmaq istəmişdir. Həmin anda Tahirə gücü çatmadığından mətbəxdən mətbəx bıçağını götürüb Tahiri qorxudub ondan əl çəkməsi üçün bədəninin müxtəlif yerlərindən bir neçə dəfə bıçaqla zərbə vurmuşdur. Tahirin “ciyərimi deşdin” qşqırtısını eşidib sanki yuxudan ayılmış və Tahirdən aralanıb evdən çıxaraq həyətə qaçmışdır. Az sonra nə etdiyini başa düşmüş və yenidən otağa qayıdıb Tahirə tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparmaq istədiyini bildirmiş, amma Tahir onu otaqdan qovaraq getməsini demişdir. Tahir özü digər qardaşı Zahirə zəng vuraraq təcili evə gəlməsini xahiş etmiş, bir neçə dəqiqədən sonra qardaşı Zahir gəlib təcili tibbi yardıma zəng vurmuş və təcili tibbi yardımın yubandığını görüb Zahir Tahiri idarə etdiyi avtomobilə qoyaraq xəstəxanaya aparmaq fikrinə düşmüşdür. O, Tahirin qorxusundan kənardan baxıb baş verənləri müşahidə etmiş, günahkar kimi yaxınlaşmağa qorxmuşdur. Zahir Tahiri avtomobilə qoyub xəstəxanaya aparmaq istədikdə evin yaxınlığında olarkən təcili tibbi yardım maşını gəlmiş və Tahir xəstəxanaya aparılmışdır. Tahiri vurduğu mətbəx bıçağını evin yaxınlığındakı zibil qabına tullamışdır. Etdiyi əməldən peşmandır, qardaşına çox ağır xəsarətlər yetirməklə hədsiz pis əməl törətdiyini başa düşür. Uzun müddət xəstəxanada yatmış Tahirə hər hansı kömək etməyə imkanı olmasa da hazırda qardaşı onunla barışmışdır. Məhkəmədən bütün bu halların nəzərə alınıb barəsində imkan daxilində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, onlar uşaq olarkən valideynləri boşanmış, hər ikisi ayrı-ayrılıqda ailə qurub müxtəlif ünvanlarda yaşamışlar. Bu səbəbdən, həm də maddi çətinlik ucbatından onlar uzun müddət uşaq evində yaşamalı olmuşlar. Yetkinlik yaşına çatandan sonra özü işləyib özünü dolandırmağa başlamışdır. Valideynləri ilə münasibətləri demək olar ki yoxdur. Qardaşı Təqsirləndirilən şəxs bir qayda olaraq daimi bir yerdə işləməmiş, özünün qəliz xarakterinə görə çox adamla yola getməmiş, həmişə müxtəlif problemlər yaratmış, özü də problemlər yaşamışdır. Həm də deyilən ağıllı fikirlərə, sözlərə qulaq asmamış, həmişə öz bildiyini etmiş, özünün bildiyi isə heç vaxt onu yaxşılığa aparmamışdır. Xarakterinə görə də hər şeyə tez inanıb aldanan, eyni zamanda, həm də çox emosional bir xarakterə malikdir. Hətta bir neçə il əvvəl işləmək üçün Türkiyəyə getmiş, orda da kimsə onu aldadıb kürd yaraqlılarının düşərgəsinə aparıb onların satmaq üçün tədarük etdiyi odunları doğratdırmış, sonradan birtəhər qaçıb oradan uzaqlaşmağa nail olmuş və Bakıya qayıda bilmişdir. Doğma qardaşı olduğuna görə onun küçələrdə qalmasını istəməmiş, özünün kirayədə yaşadığı evə gətirmiş, sonra da özünün usta işlədiyi ayaqqabı sexinə aparıb işə düzəltmişdir. Birlikdə Zabrat qəsəbəsi, İstixana kombinatı 18 ünvanında yerləşən mətbəx və bir otaqdan ibarət olan evdə kirayədə yaşamışlar. 24 fevral 2022-ci il tarixdə işdən gəlib saat 01 radələrində otağında çarpayıda uzanıb istirahət etmişlər. Həmin vaxt Mahir Zərdab rayonunda yaşayan anası ilə mobil telefonda danışmış, söhbət zamanı anası rayonda yaşayan dul əmisi arvadını Mahirlə evləndirəcəyini demiş, Mahir də bunu ciddi qəbul edib onunla evlənəcəyini bildirmişdir. Mahir sonradan bunu zarafat kimi təqdim etmək istəsə də əslində məsələ tam ciddi olmuş və Mahir belə bir yaraşmayan hərəkətə əl atıb həqiqətən əmisinin dul qalmış arvadı ilə evlənmək fikrində ciddi olmuşdur. Mahirin əmisi arvadı ilə evlənməklə bağlı həmin ətraflı söhbətini eşitdikdə Mahirə əsəbləşərək ona bu hərəkətin hamı tərəfindən qeyrətsiz, namussuz bir addım kimi qiymətləndiriləcəyini, özünün də belə düşündüyünü deyib ona iradlarını bildirmişdir. Onun bu ciddi iradlarına cavab olaraq Mahir təkidlə “yaxşı edirəm” deyə cavab vermişdir. O da çox əsəbləşərək Mahirin paltarlarını özünə verib evdən çıxıb getməsini demiş, o biri qardaşı Zahirə zəng vuraraq Mahiri onun yanından götürüb aparmasını bildirmişdir. O, Mahirin otaqdan çıxıb getməsini tələb edərkən sonuncu onun üstünə gəlib yaxasından tutmuş və onlar əlbəyaxa olmuşlar. Bu vaxt gözləmədiyi halda Mahir mətbəx bıçağını götürüb bədəninin müxtəlif yerlərindən ona bir neçə dəfə zərbə vurmuşdur. Mahir onun “ciyərimi deşdin” qışqırtısını eşidən kimi dayanmış, daha vurmamış və ondan aralanıb həyətə qaçmışdır. O, Zahirə ikinci dəfə zəng vuraraq Mahirin onu bıçaqla vurduğunu deyib xəstəxanaya aparmasını bildirmişdir. Daha sonra Zahir gəlib çıxmış, az sonra təcili tibbi yardım da gəlib yetişmiş, onu xəstəxanya aparmışlar. Xəsarətlərlə bağlı ağır cərrahi əməliyyatlar keçirmiş, 5 aydan artıq xəstəxanada yataqda qalmışdır. Təbii ki, heç bir maddi imkanı olmayan Mahir ona heç bir maddi yardım da göstərməmişdir. Bununla belə qardaşı olduğu üçün Mahiri bağışlayır, nə qədər çətin olsa da onunla barışır, qardaşına qarşı heç bir tələb və şikayət irəli sürmür. Ona görə də Mahirə cəza təyin edərkən onun bu mövqeyinin nəzərə alınmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid göstərdi ki, Tahir və Mahir onun qardaşlarıdırlar. Tahir və Mahir birlikdə Zabrat qəsəbəsi, İstixana kombinatı 18 ünvanında yerləşən evdə kirayədə yaşamışlar. 24 fevral 2022-ci il tarixdə gecə saat təxminən 01 radələrində Tahir ona zəng edərək Mahirlə dalaşdıqlarını demiş və ondan təkidlə Mahiri yanından götürüb aparmasını xahiş etmişdir. O, Tahirə bir az səbrli olmasını, qardaş olaraq Mahiri çalışıb birtəhər yola verməsini təklif etmişdir. Bir neçə dəqiqə sonra Tahir yenidən zəng edib Mahirin onu bıçaqla vurduğunu, vəziyyətinin ağır olduğunu demiş və tez gəlib onu xəstəxanaya aparmasını xahiş etmişdir. O da idarə etdiyi avtomobillə qardaşlarının yaşadığı ünvana getmiş, Tahirin yaralandığını görüb təcili tibbi yardıma zəng vurmuşdur. Həmin vaxt təcili tibbi yardımın yubandığını görüb Tahiri öz avtomobili ilə xəstəxanaya aparmaq istəmişdir. Mahir isə həmin vaxt qorxmuş vəziyyətdə kənarda dayanıb onları izləmiş, yaxınlaşmağa cürət etməmişdir. O, Tahiri avtomobilə qoymaq istədiyi anda təcili tibbi yardım maşını gəlib çatmış, Tahir təcili tibbi yardım maşınına qoyulub xəstəxanaya aparılmışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. Hadisə yerinə baxış keçirilməsi haqqında 24 fevral 2022-ci il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana kombinatı 18 ünvanında baş vermişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 07-11). İfadənin yerində yoxlanılması barədə 26 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs bıçaqla vurub xəsarət yetirdiyi yeri göstərməklə ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 65-66). Məhkəmə tibbi ekspertizasının 05 mart 2022-ci il tarixli 405 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs nazik və yoğun bağırsağın zədələnməsi ilə müşayiət olunan qarının sol yarısının ön divarının qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası 1 ədəd, döş qəfəsinin sağ yarısının sağ plevra boşluğuna nüfuz edən edən deşilmiş-kəsilmiş yarası 1 ədəd (cəmi 2 ədəd); habelə ənsə və sol bazu nahiyələrinin kəsilmiş yaraları müəyyən edilmişdir. Xəsarətlər deşici-kəsici əşyanın (alətin), ola bilsin bıçağın təsirindən törənmişdir, müddəti 24 fevral 2022-ci il tarixə uygun gəlir, dərəcəsinə görə nazik və yoğun bağırsağın zədələnməsi ilə müşayiət olunan qarının sol yarısının ön divarının qarın boşluğuna nüfuz edən 1 ədəd və döş qəfəsinin sağ yarısının sağ plevra boşluğuna nüfuz edən edən 1 ədəd (cəmi 2 ədəd) deşilmiş-kəsilmiş yaraları ümumilikdə və hər biri ayrıayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər zərərvurmaya, ənsə və sol bazu nahiyələrinin kəsilmiş yaraları isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətin müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar edilir (cild 1, iş vərəqə 86- 89). Kompleks məhkəmə tibbi-kriminalistik ekspertizasının 10 mart 2022-ci il tarixli 109- MTKŞ/2022 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində solda bir ədəd, ortada bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olunmuşdur. Bu zədələr küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşicikəsici alətin (ola bilsin ki, bıçağın) təsirindən törənmişdir (cild 1, iş vərəqə 90-92). Məhkəmə tibbi-bioloji ekspertizasının 11 mart 2022-ci il tarixli 137/MTBŞ-2022 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu A(İİ)-dir. Ekspertizaya təqdim olunmuş 02 ədəd çubuğa sarınmış pambığa hopdurulmuş ləkələrdə, Zərərçəkmiş şəxs məxsus köynək üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Qan ləklərinin ABO sistemi üzrə qrupu təyin edildikdə yalnız A antigeni alınmışdır. Beləliklə, həmin qan ləkələri ABO sistemi üzrə A(İİ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər (cild 1, iş vərəqə 94-97). Ambulator məhkəmə psixiatrik ekspertizasının 28 mart 2022-ci il tarixli 721 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur, buna görə törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs cinayət əməlini düzgün qavramaq və təsvir edə bilmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22ci maddələrinin təsiri altına düşmür, onun barəsində tibbi xarakterli məburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1, iş vərəqə 99-100). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 77-78). Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək qardaşı Təqsirləndirilən şəxs ilə barışdığını və onu bağışladığını, ona qarşı heç bir tələb, şikayətinin olmadığını göstərmişdir (cild 1, iş vərəqə 93). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən isə özünü təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 fevral 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 24 fevral 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 23, 61-63). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 24 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübutlar - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan Zərərçəkmiş şəxs əynində olmuş ön səthində solda bir ədəd, ortada bir ədəd deşilmiş-kəsilmiş zədələr olan qısaqol köynək məhv edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq mərhələsində Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən, məhkəmə zamanı “Sigma” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, ibtidai istintaq mərhələsində göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı X2 vəkil işlədiyi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına 210 (iki yüz on) manat, məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi “Sigma” Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 24 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan Zərərçəkmiş şəxs əynində olmuş ön səthində solda bir ədəd, ortada bir ədəd deşilmişkəsilmiş zədələr olan qısaqol köynək məhv edilsin. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına vəkil X3 üçün 210 (iki yüz on) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Sigma” Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1332/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1332/2022
20.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver