Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1333/2025 21.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, X4 (sədrlik edən), X3 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1994-cü il tarixdə Samux rayonunun Nəbiağalı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2yədə yaşamış, ünvan 3abr 2020-ci il tarixli tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-803/2023 saylı, 28 sentyabr 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 26 (iyirmi altı) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, 09 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-25/2025 saylı, 11 yanvar 2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 08 yanvar 2025-ci il tarixdə saat 01:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu Moskva prospekti 96 ünvanının qarşısında təsadüfən rastlaşdığı tanışı Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək məqsədi ilə üzərində olan silah qismində istifadə etdiyi istintaqla müəyyən edilməyən aləti hücuma məruz qalmış Zərərçəkmiş şəxs tətbiq edib bel nahiyəsinə dirəməklə sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək əynində olan şalvarının cibindən içərisində zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 6 manat dəyərində ***-***- **-** saylı mobil nömrə olan 110 manat dəyərində “Samsung” markalı, SM-A21 F/DSN modelli (A21 S), 64 GB yaddaş tutumlu mobil telefonu götürüb ələ keçirərək əmlaka əlçatanlığı təmin etmək məqsədilə hadisə yerindən qaçıb uzaqlaşmaqla Zərərçəkmiş şəxs ümumilikdə 116 manat məbləğində maddi ziyan vuraraq quldurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə spirtli içki qəbul etmişdir. Bundan sonra metro ilə “20 yanvar” metrosuna gəlmişdir. Metroda olan zaman CÇM-də tanış olduğu Qəribağa adlı tanışını görmüşdür. Onunla söhbət edərək 20 Yanvar metrosuna gəlmişdilər. Metronun çıxışından “Şamaxinka” istiqamətinə gedən yolda yerləşən “Tamstore” mağazasının qarşısında dayanıb bir qədər söhbət etmişdir. Həmin vaxt onun əynində cins şalvar, polver və yaşıl rəngli qış gödəkçəsi, başında isə qadın saçı olmuşdur. Qəribağa da spirtli içkinin təsiri altında olmuşdur. xx.xx.2025-ci tarixdə saat təxminən 00:30 radələrində Qəribağa ona təklif etmişdir ki, mağazaya daxil olsunlar və ona “GO” spirtli içkisi alsın. O da Qəribağa ilə razılaşaraq mağazaya daxil olmuşdur, Vitirindən go spirtli içkisini götürüb kassaya yaxınlaşanda Qəribağa ona pulu olmadığını və həmin içkinin pulunu özü verməli olduğunu bildirmişdi. Onun da həmin vaxt üzərində pul olmamışdır. O yenidən həmin spirtli içkini vitirinə qoymuşdur. Mağazadan çıxdıqda o Qəribağadan onu mağazada rüsvay etdiyini deyib ona çox əsəbləşdiyini bildirmişdir. Bundan sonra mağazadan 10 metr aralıda o Qəribağanın şalvarının arxa sol cibində olan “Samsung A 11“ markalı, arxası göy rəngli olan mobil telefonu götürmüşdür. Qəribağa ondan telefonu geri istəsə də onu mağazada rüsvay etdiyi üçün bunu ona telefonu qaytarmayacağmı ona bildirmişdir. Qəribağa ona polisə müraciət edəcəyini bildirmişdir. O da ona hara istəyirsə şikayət edə biləcəyini bildirib üzü “20 Yanvar” metrosu istiqamətində hərəkətinə davam etmişdir. Bundan sonra həmin gecə qeyd olunan ərazidə olsa da Qəribağanı orada görə bilməmişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, hadisə vaxtı üzərində bıçaq olmayıb. Zərər çəkmiş şəxslə barışıblar. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixində, axşam saatlarında balıq satmaq üçün Siyəzən rayonundan çıxaraq yük maşını ilə Bakı şəhərinə gəlmişdir. “20 Yanvar” metrosu yaxınlığında balıqları satdıqdan sonra həmin əraziyə yaxın kafelərdən birində bir bakal pivə içmişdir. Sonra qohumumla görüşmək üçün metroya daxil olmuşdur. Metroda olduğu zaman CÇM-də tanış olduğu “Rəşad” adlı şəxsi görmüşdür. O, sonuncunun cinsi azlıq nümayəndəsi olduğunu əvvəlcədən bilirdir. Metrodan Rəşadla birlikdə çıxaraq, axşam saat təxminən 23:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti ilə üzü “Şamaxinka” adlanan əraziyə doğru hərəkət etmişdir. Məqsədi “Şamaxinka”da dayanan taksilərdən birinə minib Siyəzənə qayıtmaq olmuşdur. Rəşadla söhbət edərək Moskva prospekti 96 ünvanında yerləşən “Tam Store” mağazasının qarşısına gəlmişdir. Rəşad ondan mağazadan bir ədəd “GO” spirtli içkisi almağı xahiş etmişdir. O, sonuncu ilə birlikdə mağazaya daxil olmuşdur. Rəşad vitrindən bir ədəd “GO” içkisi götürərək kassaya yaxınlaşmışdır. O, sonuncuya cibində yalnız yol pulu olduğunu, içkinin pulunu özünün verməsini demişdir. Bundan sonra Rəşad içkini vitrində yerinə qoymuş və onlar birlikdə mağazadan çıxmışdır. xx.xx.2025-ci il tarixində, gecə saat təxminən 00:30 radələrində Rəşad ona bildirmişdir ki, güya o, Rəşadı mağazada rüsvay edib və “GO” içkisini almamasi pis təsir edib. Aralarında bir qədər sözlü mübahisə baş vermişdir. Sonra onlar mağazanın qarşısından təxminən 10 metr aralıda, mağazanın arxa hissəsinə düşən əraziyə keşmişdir. Həmin vaxt onun şalvarının arxa sol cibində arxası göy rəngli, 64 GB yaddaş tutumu olan, içində 6 manat balansı olan ***-***-**-** nömrəli, təxminən 80 manata aldığı “Samsung A 11” markalı mobil telefon var olmuşdur. Rəşad onun arxa cibində olan mobil telefonunu götürmüşdür. O, Rəşad telefonu qaytarmağı təklif etmiş, sonuncu isə mobil telefonu gözünün qarşısında öz gödəkçəsinin iç cibinə qoyaraq ona qaytarmayacağını bildirmişdir. O, Rəşada şikayət edəcəyini demiş, lakin Rəşad buna əhəmiyyət verməmiş və “20 Yanvar” metrosu istiqamətində hərəkət etmişdir. O, bir müddət Rəşadın arxasınca gedərək telefonu tələb etmiş, lakin sonuncu ona məhəl qoymadan yoluna davam etmişdir. Daha sonra Rəşadı izləməyə çalışsa da, sonuncu gözdən itmişdir. Bundan sonra yaxınlıqda olan tanımadığı bir şəxsdən telefon istəyərək Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib baş verən hadisə barədə məlumat vermişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Rəşadda bıçaq olmayıb. O, latın qrafikalı əlifba ilə yazıb-oxuya bilmir. Müstəntiq ona ittihamda bıçaq olmasını yazdığını demiş, ondan imza istəmiş, o da ona təqdim olunmuş kağızı imzalamışdır. Onların heç biri birbirinə xəsarət yetirməyib. Hazırda özü də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılır, bir həftə bundan əvvəl öz istəyi ilə təqsirləndirilən şəxs ilə eyni kameraya köçürülüb. Təqsirləndirilən şəxs onun kamerasına gəlib, onunla söhbət edib. Sonuncu ilə barışıb, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur. Cinayət işinin materiallarında olan “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmədə dindirmə zamanı sonuncu istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deyib təsdiq etmişdir. Cinayət işinin materiallarında olan “İfadələrin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanarkən o, cinayəti törədiyi yeri, yəni Bakı şəhəri Nəsimi rayonu Moskva prospekti 96 ünvanının qarşısını əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan «Diskə baxış keçirilməsi haqqında protokoldan müəyyən edilmişdir ki, videogörüntülərdə bir qadın saçlı əynində tünd yaşıl rəngli gödəkçə olan şəxslə bir nəfər əynində qara rəngli gödəkçə, göy cins şalvar və ağ rəngli ayaqqabı olan şəxsin mağazaya daxil olması və sonrakı videoda isə həmin şəxslərin bir-biri ilə sözlə mübahisə etmələri müşahidə olunur. Baxış zamanı Təqsirləndirilən şəxs əynində tünd yaşıl rəngli gödəkçə, başında qadın sacı olan şəxsin Özü olduğunu, videogörüntülərin Zərərçəkmiş şəxs ilə hadisənin baş verdiyi andan bir neçə dəqiqə qabaq qeydə alındığını bildirmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 24 fevral 2025-ci il tarixli 9/511 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Samsung” markalı, SM-A21 F/DSN model (A21 S), R58NC188HN seriya nömrəli, 64 GB yaddaş tutumlu mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və istifadədə olması nəzərər alınmaqla 2025-ci ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 110,00 manat (100 manat+120 manat):2 müəyyən edilir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 31 yanvar 2025-ci il tarixli 56 nömrəli rəyindən görünür ki, 1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmətibbi ekspertizasına əsasən, hadisə haqqında qərarda göstərilənləri nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinmişdir: Vət. Q.S. Zeynalovun məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının 28,04.2025-ci il tarixli, 1312 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinsi orientasiyanın dəyişikliyi qeyd edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psxiatrik müayinənin nəticələri və sair sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. İİ Yekun hissəsi. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müşahidə olunurmu? Əgər müşahidə olunursa, o ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəli pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmişdirmi və ya onu idarə edə bilmişdirmi? Cavab: Yoxlanılan şəxs Yoxlanılan şəxs oğlunda xroniki psiki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. 2-ci sual: Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu müşahidə olunurmu? Cavab: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlik əlamətləri aşkar olunmur. 3-cü sual: Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşürmü? Cavab: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət işinin materiallarında olan “Götürmə aparılması haqqında” protokoldan görünü ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi sonuncu tərəfindən cinayət yolu ilə əldə olunan Zərərçəkmiş şəxs məxsus olan “Samsung A21” markalı mobil telefon 09 yanvar 2025-ci il tarixli götürmə aparılması haqqında qərarla Təqsirləndirilən şəxs götürülmüşdür. Cinayət işinin materiallarında olan “Əşyaya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs götürülmüş göy rəngli, 64 GB yaddaş tutumu olan, “Samsung A21” markalı mobil telefon təqdim olunmuş və Zərərçəkmiş şəxs həmin telefonu tanıyaraq özünə məxsus olmasını hadisə baş verən gün Təqsirləndirilən şəxs tərəfindən cibindən götürülməsini təsdiq etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmü ilə 03 il, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 23-cü bəndinə əsasən, CM-nin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, hadisə vaxtı üzərində bıçaq və ya buna bənzər hər hansı predmetin olmaması barədə Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və Təqsirləndirilən şəxs cinayət məsuliyyətini yüngülləşdirmək məqsədi ilə verilmiş sayılmalıdır. Belə ki, cinayət işinin materiallarında olan Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin rəisi Samir Haşımova ünvanlanmış HK-1-61 saylı raportdan, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 08 yanvar 2025-ci il tarixli şikayət ərizəsindən, sonuncunun Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsində verdiyi ilkin izahatından və zərər çəkmiş şəxs qismində tanındıqdan sonra vermiş olduğu ifadələrin məzmunundan görünür ki, sonuncu Təqsirləndirilən şəxs ona məhz bıçaq və ya bıçağa bənzər predmetlə hədə qorxu gələrək mobil telefonun götürüb qaçdığını bildirmişdir. Həmçinin cinayət işinin materiallarında olan 10 yanvar 2025-ci il tarixli “Üzləşdirmə haqqında” protokola əsasən, tərəflər cinayət işinin ibtidai istintaqı zamanı üzləşdirilərkən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bel nahiyəsinə əşya dirəməklə ona məxsus olan mobil telefonu ələ keçirdiyini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Məhkəmə iclasında vermiş olduğu ifadəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs azərbaycan dilinin latın qrafikalı əlifbası ilə yazıb-oxuya bilmədiyini, müstəntiq tərəfindən ona təqdim olunmuş sənədləri oxumadan imzaladığı bildirsə də, həmçinin onu da qeyd etmişdir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın məzmunundan, o cümlədən, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda sonuncunun ona silah qismində istifadə etdiyi alətlə hədə-qorxu gəlməsindən müstəntiq vasitəsilə xəbərdar olunmuş, buna baxmayaraq ona təqdim olunmuş sənədləri imzalamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 10-cu bəndinə əsasən, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Yuxarıda göstərilənlərə əsasən məkhəmə hesab edir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhz cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu ifadəsi mötəbər hesab edilməlidir. Məhkəmə bu qənaətini həmçinin onunla əsaslandırır ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmənin 13 iyun 2025-ci il tarixli iclasında vermiş olduğu ilkin ifadəsində Təqsirləndirilən şəxsla onun özünün xahişi ilə eyni kamerada saxlandığını, daha sonra eyni kameralardan saxlanılmasalar da, sonuncunun onun kamerasına gəlib, onunla söhbət edib getdiyini bildirmişdir. Təsadüfi deyil ki, həm zərər çəkmiş, həm də təqsirləndirilən şəxs məhkəmənin 13 iyun 2025-ci il tarixli iclasında məhkəməyə təqdim etdikləri 12 iyun 2025-ci il və 09 iyun 2025-ci il tarixli ərizələrində hər biri zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs azərbaycan dilinin latın qrafikalı əlifbası ilə yazıb-oxuya bilməməsi xüsusatına diqqət çəkmişdir. Halbuki zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs yuxarıda qeyd edilən xüsusatı məhkəmənin 13 iyun 2025-ci il tarixli iclasında səsləndirmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmənin 13 iyun 2025-ci il tarixli iclasında verdiyi ifadəsi həmin məhkəmə iclasından əvvəl tərəflər arasında razılaşdırılmışdır. Beləliklə məhkəmə məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə aralarında barışıq əldə etmələrini, sonuncunun təqsirləndirilən şəxsə qarşı şikayətinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. Cinayət işinin materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 09 iyun 2025-ci il tarixli ərizəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilmişdir, sonuncuya qarşı şikayəti yoxdur. Məhkəmə qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətməsini cinayətlərin residivi və Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ünvan 3abr 2020-ci il tarixli tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)- 803/2023 saylı, 28 sentyabr 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 26 (iyirmi altı) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, əvvəllər az ağır cinayət törətməyə görə məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı gündən 02 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddələrinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 yanvar 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin “xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə” müddəası həm qadın, həm də kişi məhkumlara aiddir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin yarısından az olmamaqla cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 09 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)- 25/2025 saylı, 11 yanvar 2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 09 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Cinayət işinin materiallarında olan qəbzdən görünür ki, ibtidai istintaq zamanı bir ədəd “Samsung A21” markalı, 64 GB yaddaş tutumu olan göy rəngli mobil telefon zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılmışdır. Buna görə də məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut qismində tanınmış 01 (bir) ədəd “Samsung A21” markalı, 64 GB yaddaş tutumu olan göy rəngli mobil telefonun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Qüvvədə olan “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 220 (iki yüz iyirmi) manat məbləğində vəsait Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 09 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İşi üzrə maddi sübut qismində tanınmış 01 (bir) ədəd “Samsung A21” markalı mobil telefonun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 220 (iki yüz iyirmi) manat məbləğində vəsait Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(101)-1333/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1333/2025
21.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver