Məhkəmə qərarları › İş №1(101)-1334/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1334/2022

14.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1334/2022 14.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Səbuhi Sabir oğlu və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: X6 və Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin Bakı Ağır Cinayətlər məhkəməsi üzrə prokuroru Dövlət ittihamçısı və X7, Təqsirləndirilən şəxs X4 müdafiəçiləri Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1975-cİ ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 25 fevral 2022-ci il tarixli qərarı barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanasında saxlanılan X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X1 məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan tramadol hidroxlorid tərkibli 5 ədəd dərman preparatı, narkotik vasitə olan metadon tərkibli 5 ədəd dərman preparatı, habelə külli miqdarda ümumi təmiz çəkiləri 1099,833 qram narkotik vasitə heroin və 89,057 qram psixotrop maddə metamfetamin əldə edərək həmin maddələrdən 5 ədəd tramadol hidroxlorid tərkibli dərman preparatı, 5 ədəd metadon tərkibli dərman preparatı, təmiz çəkisi 11,849 qram narkotik vasitə heroin və təmiz çəkisi 3,005 qram psixotrop maddə metamfetamini üzərində saxlamaqla daşımış, təmiz çəkisi 1087,984 qram narkotik vasitə heroin və təmiz çəkisi 86,052 qram psixotrop maddə metamfetamini isə yaşadığı ünvan 3 ünvanında yerləşən mənzilindən saxlanc yeri kimi istifadə etməklə saxlamış, Bakı şəhər Suraxanı RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 16:45-də ünvan 3 ünvanının yaxınlığında saxlanılıb ünvan 5 ünvanında yerləşən Suraxanı RPİ- nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan boz rəngli pencəyinin sağ yan cibindən kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən 02 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 8,381 və 2,966 qram və 11 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,056 qram, 0,031 qram, 0,032 qram, 0,061 qram, 0,039 qram, 0,072 qram, 0,043 qram, 0,052 qram, 0,051 qram, 0,050 qram, 0,015 qram olmaqla ümumi təmiz çəkisi 11,849 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 1,143 qram və 08 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,007 qram, 0,489 qram, 0,076 qram, 0,099 qram, 0,038 qram, 0,038 qram, 0,028 qram, 0,087 qram olmaqla ümumi təmiz çəkisi 3,005 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd kapsulda 0,05 qram olmaqla tərkibindəki tramadol hidroxloridin təsiredici maddəsinin ümumi miqdarı 0,25 qram olan 05 ədəd ağ-göy rəngli dərman preparatı, üzərindəki göstəricilərə əsasən bir həbdə 0,04 qram olmaqla metadon təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram olan üzərində “Metadone 40” markalanma göstəricisi olan konvalyutda 05 ədəd üzərində ;‘Z/40” yazısı həkk olunmuş ağ rəngli dairəvi formalı metadon tərkibli dərman preparatı və həmin pencəyin sol yan cibindən üzərində narkotik vasitə heroin izləri olan bir ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüş, həmçinin yaşadığı mənzilə keçirilən baxış zamanı sonuncunun qabaqcadan həmin yerdə saxladığı üzərindən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetaminlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən 01 ədəd bağlamada təmiz çəkisi 995 qram və 07 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 17,991 qram, 14,077 qram, 15,437 qram, 18,004 qram, 15,496 qram, 9,518 qram, 2,461 qram olmaqla ümumi təmiz çəkiləri 1087,984 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 86,052 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetmin izləri olan bir ədəd qara rəngli eletron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X8 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, üzərində 1,5 qram kakos və 0,3 qram şüşə var idi. O evin həyətində olarkən saxlanılmışdır. Onu Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi Anar və digər şəxslər tutub. Polis əməkdaşları üzərini yoxladılar və cibindəki 1,5 qram kakos və 0,3 qram şüşəni aşkar edib götürdülər. Onu maşına mindirib polis bölməsinə apardılar. Bundan sonra onunla birgə evinə gəldilər. Polis əməkdaşları evinə daxil oldular. Həmin vaxt o özündə deyildi. Anar təpiklə qapıya vurdu və qapı alnına dəydi, başı gicəlləndi və yerə yıxıldı. Onlar şkafda anasınının paltarlarının arasına büküm yerləşdirdilər və ondan həmin bükümü götürüb onlara təqdim etməyini istədilər. Bundan əlavə onlar evinə tərəzi də yerləşdirdilər, onun evində narkotik vasitə və tərəzi olmayıb. O 2 qram kakos və 0,5 qram şüşə almışdı. Saxlanıldığı gün səhər onlardan istifadə etmişdi və üzərində təqribən 1,5 qram kakos və 0,3 qram şüşə qalmış olardı. Onlar onun şalvarının cibində idi, əynində kostyum var idi. İttiham aktında göstərildiyi kimi narkotik vasitələr pencəyinin cibində olmayıb. Narkotik vasitəni tanımadığı şəxsdən almışdır. Videoçəkiliş oldu, lakin həmin vaxt özündə olmadığı üçün nə dediyini xatırlamır. O usta kimi fəaliyyət göstərirdi, aylıq təqribən 1.000-1.500 manat qazanırdı. Evinə narkotik vasitə yerləşdirmələrinə və ona münasibətdə qərəzli davranışlarına səbəb o olmuşdur ki, onlar ondan narkotik vasitə satan 3 nəfərin evinin qapısının ağzına narkotik vasitə yerləşdirməyini istəyirdilər. Həmin şəxslərin adı Rüfət, Anar, Vəfadar idi. Onların hamısı hazırda 3 saylı İstintaq Təcridxanasındadır. Polis əməkdaşları ona deyirdilər ki, onların qapısına narkotik vasitə yerləşdirsin və onu hədələyirdilər ki, əgər bunu etməsə, onlar onu 234.4.3-cü maddə ilə tutacaqlar. Onlar deyirdilər ki, əgər onların dediyini etsə, buraxacaqlar. Həmin 3 nəfərin hər biri varlı və imkanlı şəxslər idi. Təcridxanda alnındaki xəsarəti qeydə almadılar, onlara bu barədə demədi, çünki özündə deyildi. Əvvəllər dələduzluq əməlini törətməkdə təqsirli bilinib məhkum olunmuşdur. Ona təzyiq göstərilməsi barədə heç bir yerə şikayət etmədi, şikayət etməklə arası yoxdur. Narkotik vasitəni çəkirdi və iynə ilə vururdu. Narkotik vasitədən kiməsə hədiyyə verməmiş və satmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitə gəzdirməsi, istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdu. 2022-ci ilin qış aylarında saat təqribən 4-5 radələrində Təqsirləndirilən şəxs ünvan 3 ünvanının yaxınlığında saxladılar. Onu Suraxanı rayon Polis İdarəsinə apardılar. Polis idarəsində müdafiəçi dəvət olundu. Orada onun üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirildi və onun üzərindən metamfetamin, heroin və həblər aşkar edildi. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə də baxış keçirildi və onun evindən narkotik vasitə və səhv etmirsə, tərəzi aşkar edildi. Təqsirləndirilən şəxs evində və üzərində aşkar edilmiş narkotik vasitələri iranlı şəxsdən öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirdi. Təqsirləndirilən şəxs tərəzini narkotik vasitəni iranlıdan aldığı narkotik vasitənin miqdarını dəqiqləşdirmək məqsədilə istifadə etdiyini bildirdi. Təqsirləndirilən şəxs yaşadığı evdə anasının paltarlarının arasına narkotik vasitə yerləşdirmədilərk. Orada videoçəkiliş olub. Əgər belə bir hal olsa idi, orada vəkil də iştirak edirdi və etirazlarını bildirərdi. Zaur aşkar edilmiş narkotik vasitələri öz şəxsi istifadəsi üçün nəzərdə tutduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxs X4 özünü narkotik vasitənin satış məqsədi ilə üzərində daşımasına, evində narkotik vasitələrinin olmamasına və eyni zamnda saxlanılarkən təzyiqlərə məruz qalmasına dair verdiyi ifadəsinə tənqidi yanaşaraq özünü müdafiə üsulu kimi qiymətləndirir və hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edir. Cinayət işində olan 23 fevral 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, X8 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 6/1135 saylı 24 fevral 2022-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Tədqiqata təqdim edilmiş, üzərində: “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı olan paketdəki 2 (iki) ədəd ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 8,381 qram və 2,966 qram və 11 (on bir) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,056 qram, 0,031 qram, 0,032 qram, 0,061 qram, 0,039 qram, 0,072 qram, 0,043 qram, 0,052 qram, 0,051 qram, 0,050 qram, 0,015 qram, ümumi təmiz çəkiləri 11,849 qram açıq qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 (bir) ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 1,143 qram və 8 (səkkiz) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,007 qram, 0,489 qram, 0,076 qram, 0,099 qram, 0,038 qram, 0,038 qram, 0,028 qram, 0,087 qram, ümumi təmiz çəkisi 3,005 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 5 (beş) ədəd ağ-göy rəngli kapsul tramadol hidroxlorid tərkibli dərman preparatıdır və 5 ədəd kapsulda tramadol hidroxloridin təsiredici maddəsinin ümumi miqdarı 0,25 qramdır (bir kapsulda 0,05 qram tramadol hidroxlorid olmaqla). üzərində “Methadone 40” markalanma göstəricisi olan konvalyutda 5 ədəd üzərində “Z/40” yazısı həkk olunmuş ağ rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və 5 ədəd həbdən ibarət metadon təsiredici maddəsi ümumi miqdarı 0,2 qram təşkil edir (konvalyutun üzərindəki göstəricilərə əsasən hər həbdə 0,04 qram metadon olmaqla). Tədqiqata təqdim edilmiş, üzərində “ vət. Təqsirləndirilən şəxs evindən aşkar olunmuş...” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bağlamada təmiz çəkisi 995 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kütləsi və 7 (yeddi) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 17,991 qram, 14,077 qram, 15,437 qram, 18,004 qram, 15,496 qram, 9,518 qram, 2,461 qram, ümumi təmiz çəkiləri 1087,984 qram açıq qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.- 1( bir) ədəd bükümdə təmiz çəkisi 86,052 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Vət. Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilmiş heroinin ümumi təmiz çəkisi 1099,833 qram (1 kq 99,833 qr) təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Vət. Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilmiş metamfetaminin ümumi təmiz çəkisi 89,057 qram təşkil edir və həmin metamfetaminlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs yaşadığı evdən....” yazısı və imzalar olan paketdəki qara rəngli elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri və üzərində “Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan paketdəki “gümüşü” rəngli elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin təmiz çəkilərini və Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroinlərlə və metamfetaminlərlə eyni tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Üzərindən götürülmüş heroinin ümumi təmiz çəkisi 11,849 qram, tədqiqata sərf edildi 0,31 qram qalıq 11,539 qram, metamfetaminin ümumi təmiz çəkisi 3,005 qram, tədqiqata sərf edildi 0,27 qram qalıq 2,735 qram, 5 həb və 5 kapsula, tədqiqata sərf edildi 1 həb və 1 kapsula qalıq 4 kapsula və 4 həb, evindən götürülmüş heroinin ümumi təmiz çəkisi 995 qram və 92,984 qram, tədqiqata sərf edildi: 0,2 qram və ümumi 0,28 qram, qalıqlar: 994,8 qram və 92,704 qram, metamfetaminin ümumi təmiz çəkisi 86,052 qram, tədqiqata sərf edildi 0,2 qram qalıq 85,852 qram.(ekpertiza tədqiqatın dəyəri 114 manat) Cinayət işi materiallarında olan məhkəmə narkaloji ekspertizasının 2798 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə təqsirləndirilən şəxs X5 cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Cinayət işi üzrə təyin edilmiş məhkəmə ambulator-psixiatrik ekspertizası keçirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” Publik Hüquqi şəxsin 706 saylı xx.xx.2022-ci İl tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki,Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21- ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan 23 fevral 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmiş, əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş və saxlanması, daşınması və gəzdirilməsi qadağan olunmuş hər hansı bir Əşya və ya maddə olduğu təqdirdə könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli pencəyinin sağ yan cibindən çox sayda bükümləri, kapsulları və həbləri, pencəyinin sol yan cibindən bir ədəd elektron tərəzini və bir ədəd “İtel” markalı mobil telefonu çıxararaq masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər bir-bir açılıb içərilərinə baxıldıqda 10 ədəd siqaret kağızı bükümlərində narkotik vasitə heroinə bənzər kütlələr, 8 ədəd siqaret kağızı bükümlərinə psixotrop maddə metamfetaminə bənzər maddələr, 5 ədəd ağ-göy rəngli kapsullarda tramadola bənzər həblər, 5 ədəd ağ rəngli metadona bənzər həblər olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və digər saxlanılması və daşınması qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə narkotik vasitə heroin, psixotrop maddə metamfetamin olduğunu, 5 ədəd ağ-göy rəngli kapsulların tramadol, 5 ədəd həblərin metadon olduğunu, İran İslam Respublikası vətəndaşı Əmir adlı şəxsdən heroinin və metamfetaminin bir qramını 18 manata, tramadolun bir kapsulunu 1 manata, metadon həblərinin birini 8 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs eləcə də, yaşadığı ünvanda da narkotik vasitə olduğunu, yaşadığı ünvana baxış keçirilməsinə razılığının olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlər, kapsullar, həblər, elektron tərəzi, mobil telefon zərfələrə qoyularaq qablaşdırılmış, zərflərin üzəri onun və polis əməkdaşları tərəfindən imzalandıqdan sonra "zərflər üçün 45 saylı” möhürlə möhürlənmişdir. Cinayət işində olan Təqsirləndirilən şəxs 23 fevral 2022-ci il tarixdə üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmiş, əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş və saxlanması, daşınması və gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya maddə olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli pencəyinin sağ yan cibindən çox sayda bükümləri, kapsulları və həbləri, pencəyinin sol yan cibindən bir ədəd elektron tərəzini və bir ədəd “İtel” markalı mobil telefonu çıxararaq masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər bir-bir açılıb içərilərini baxıldıqda 10 ədəd siqaret kağızı bükümlərində narkotik vasitə heroinə bənzər maddələr, 8 ədəd siqaret kağızı bükümlərinə psixotrop maddə metamfetaminə bənzər kütlələr, 5 ədəd ağ-göy rəngli kapsullarda tramadola bənzər həblər, 5 ədəd ağ rəngli metadona bənzər həblər olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, qanunla saxlanılması və daşınması qadağan edilmiş başqa əşya aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə narkotik vasitə heroin, psixotrop maddə metamfetamin olduğunu, 5 ədəd ağ-göy rəngli kapsulların tramadol, 5 ədəd həblərin metadon olduğunu, onları İran İslam Respublikası vətəndaşı Əmir adlı şəxsdən heroinin və metamfetaminin bir qramını 18 manata, tramadolun bir kapsulunu 1 manata, metadon həblərinin birini 8 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs eləcə də, yaşadığı ünvanda da narkotik vasitə olduğunu, yaşadığı ünvana baxış keçirilməsinə razılığın olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlər, kapsullar, həblər, elektron tərəzi, mobil telefon zərfələr qoyularaq qablaşdırılmış, zərfin üzəri onun və polis əməkdaşları tərəfindən imzalandıqdan sonra “zərflər üçün 45 saylı” möhürlə möhürlənmişdir. Cinayət işində olan23 fevral 2022-ci il tarixli baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvana polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmiş, əvvəlcə təhqiqatçısı, polis kapitanı Suad Həmzəyev Təqsirləndirilən şəxs yaşadığı ünvan 8 ünvanına baxış keçiriləcəyini elan etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə razılığının olub-olmadığını soruşmuş və Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinə razı olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz olaraq əldə edilmiş və saxlanması, daşınması və gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya maddə olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs iştirakçıları evə dəvət edərək qonaq otağında olan yatağın üzərindəki yataq dəstini qaldırmış və orda olan iki ədəd bükümü göstərərək həmin bükümlərdə “kokos” yəni, narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin iki büküm təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs iştirakçıları başqa bir otağa aparmış və həmin otağın uşaq otağı olduğunu bildirdikdən sonra otaqdakı dolabın üstündə olan şahmat qutusuna bənzər qutunu göstərmişdir. Həmin qutu təhqiqatçı tərəfindən açıldıqda içərisində 01 ədəd şəffaf sellofan bükümü və 05 ədəd ağ sellofan bükümləri və bir ədəd qara rəngli elektron tərəzi götürülmüşdür. Təqsirləndirilən şəxs 01 ədəd şəffaf sellofan bükümdəki kütlənin “şüşə", 05 ədəd ağ sellofan bükümlərdəki kütlələrin “kokos" olduğunu bildirmişdir. Bundan sonra evə baxış davam etdirilmiş və dolabdakı paltarların arasından bir ədəd üzəri yapışqan lentlə doladılmış büküm aşkar edilmişdir. Həmin bükümün üzəri polis əməkdaşı tərəfindən bıçaqla deşildikdə içərisində tozşəkilli kütlə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümdəki kütlənin heroin olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, onları İran İslam Respublikası vətəndaşı Əmir adlı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş bükümlər bir zərfə, elektron tərəzi isə başqa bir zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri onun və polis əməkdaşları tərəfindən imzalandıqdan sonra “zərflər üçün 45 saylı” möhürlə möhürlənmişdir. Cinayət işində olan Təqsirləndirilən şəxs 23 fevral 2022-ci il tarixdə yaşadığı ünvana baxış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə baxış protokolundan görünür ki, əvvəlcə təhqiqatçısı, polis kapitanı Suad Həmzəyev Təqsirləndirilən şəxs yaşadığı ünvan 8 ünvanına baxış keçiriləcəyini elan etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə razılığının olub-olmadığını soruşmuş və Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinə razı olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz olaraq əldə edilmiş və saxlanması, daşınması və gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya maddə olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs iştirakçıları evə dəvət edərək qonaq otağında olan yatağın üzərindəki yataq dəstini qaldırmış və orda olan iki ədəd bükümü göstərərək həmin bükümlərdə “kokos” yəni, narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin iki büküm təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs iştirakçıları başqa bir otağa aparmış və həmin otağın uşaq otağı olduğunu bildirdikdən sonra otaqdakı dolabın üstündə olan şahmat qutusuna bənzər qutunu göstərmişdir. Həmin qutu təhqiqatçı tərəfindən açıldıqda içərisində 01 ədəd şəffaf sellofan bükümü və 05 ədəd ağ sellofan bükümləri və bir ədəd qara rəngli elektron tərəzi götürülmüşdür. Təqsirləndirilən şəxs 01 ədəd şəffaf sellofan bükümdəki kütlənin “şüşə”, 05 ədəd ağ sellofan bükümlərdəki kütlələrin “kokos” olduğunu bildirmişdir. Bundan sonra evə baxış davam etdirilmiş və dolabdakı paltarların arasından bir ədəd üzəri yapışqan lentlə doladılmış büküm aşkar edilmişdir. Həmin bükümün üzəri polis əməkdaşı tərəfindən bıçaqla deşildikdə içərisində tozşəkilli kütlə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümdəki kütlənin heroin olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, onları İran İslam Respublikası vətəndaşı Əmir adlı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş bükümlər bir zərfə, elektron tərəzi isə başqa bir zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri onun və polis əməkdaşları tərəfindən imzalandıqdan sonra “zərflər üçün 45 saylı” möhürlə möhürlənmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Suraxanı rayon prokurorluğundan tələb olunan 348-C-22 saylı materialdan görünür ki, material üzrə təyin edilmiş ekpertin rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs alın nahiyyəsinin yarası aşkar edilmişdir, xəsarətlərin ölçüsü, forması, üzərindəki qartmağın rəngi təsvir edilmədiyindən, həmin xəsarətlərin xarakteri, alınma müddəti və ağırlıq dərəcəsi barədə fikir söyləmək mümkün olmamışdır. Prokurorluğun müstəntiqi Elçin Salmanov xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə cinayət tərkibi müəyyən edilmədiyindən, cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol verilmir. Cinayət işində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli qərarına görə, Suraxanı rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş “Əməliyyat- axtarış tədbirlərinin həyata keçirilməsinə dair" 23 fevral 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Məhkəmə təqsirləndirilən şəxs X5 cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 23 fevral 2022-ci il tarixdən hesablanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə təqsirləndirilən şəxs X4 özünün qismən təqsirli hesab etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Suraxanı RPİ-nin saxlan yerində saxlanılan X4 üzərindən götürülmüş qalıq 11,539 qram heroinin, qalıq 2,735 qram metamfetamin, qalıq 4 kapsula və 4 həb, evindən götürülmüş qalıq 994,8 qram və 92,704 qram heroin, qalıq 85,852 qram metamfetamin, üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan bir ədəd qara rəngli eletron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, X8 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci madddəsinə əsasən narkomaniyadan məcburi müaliyə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, X3 ekspertiza xərci təşkil edən 114 (yüz on dörd) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi 8 (səkkiz) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə X5 qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 23 fevral 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən X4 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. X3 ekspertiza xərci təşkil edən 114 (yüz on dörd) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Suraxanı RPİ-nin saxlan yerində saxlanılan X4 üzərindən götürülmüş qalıq 11,539 qram heroin, qalıq 2,735 qram metamfetamin, qalıq 4 kapsula və 4 həb və evindən götürülmüş qalıq 994,8 qram və 92,704 qram heroin, qalıq 85,852 qram metamfetamin, üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan bir ədəd qara rəngli eletron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Səbuhi Hüseynov Zeynal Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar