Məhkəmə qərarları › İş №1(101)-1334/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1334/2023

02.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1334/2023 02.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, qanuni nümayəndə: Qanuni nümayəndə və zərərçəkmiş şəxsin hüquqi varisi: X3 iştirakı ilə 9 oktyabr 1961-ci ildə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkum olunmamış, Bakı şəhəri Xətai rayonu, Zığ Yolu küçəsi, ev 22B, mənzil 54-də qeydiyyatda olmaqla yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələrində nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətdiyinə görə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs əziyyət çəkdiyi «paranoid şizofreniya» xroniki psixi xəstəliyinin təsiri altında, anlaqsız vəziyyətdə yəni, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadan, 1990-cı ildən rəsmi nikahda olduğu arvadı Zərərçəkmiş şəxs onu öldürəcəyini zənn edərək sonuncunu qəsdən öldürmək qərarına gəlib 6 yanvar 2023-cü il tarixdə saat 1 radələrində yaşadıqları ünvan 1 ünvanında yerləşən 54 nömrəli mənzilin mətbəxindən götürdüyü bıçaq və çapacaqla həmin mənzilin yataq otağına daxil olmuş və çarpayıda arxası üstə uzanıb yatmaqla onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxsm müstəsna dərəcədə qəddarlıq və rəhimsizlik nümayiş etdirərək xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə əvvəlcə kəsici-çapıcı xassəyə malik, tiyəsinin uzunluğu 170 mm, dəstəyinin uzunluğu 140 mm olan soyuq silah hesab edilməyən kustar üsulla hazırlanmış təsərrüfat-məişət təyinatlı çapacaqla, sonra isə bir tərəfi kəsici, ucu deşici xassəyə malik, tiyəsinin uzunluğu 187 mm, dəstəyinin uzunluğu 131 mm olan soyuq silah hesab edilməyən zavod üsulu ilə istehsal edilmiş mətbəx bıçağı ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə ardıcıl vuraraq kəskin qanitirmə nəticəsində ölümünə səbəb olan həm ümumilikdə, həm də ayrıayrılıqda canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik qarının 7 (yeddi) ədəd boşluğa nüfuz edərək yoğun bağırsağın zədələnməsi ilə müşaiyət olunmuş deşilmiş-kəsilmiş yaraları, döş qəfəsinin 1 (bir) ədəd boşluğa nüfuz edən deşilmiş-kəsilmiş yarası, sol təpə-ənsə nahiyəsinin təpə və ənsə sümüklərinin sınığı ilə müşaiyət olunmuş 1 (bir) ədəd çapılmış yarası xəsarətləri, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malik qarın nahiyəsinin 5 (beş) ədəd boşluğa nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları, döş qəfəsinin ön səthinin sağ yarısının 1 (bir) ədəd, döş qəfəsinin ön səthinin sol yarısının 2 (iki) ədəd, sağ əlin və İİ, İİİ, İV, V əl barmaqlarının arxa səthlərində 12 (on iki) ədəd kəsilmiş yaraları, üzün sol yarısının 5 (beş) ədəd, sol gicgah və sol qulaq nahiyəsi əhatə olunmaqla 4 (dörd) ədəd, sol təpə-ənsə nahiyəsində 2 (iki) ədəd, sol çiyinüstü nahiyənin 5 (beş) ədəd geniş ölçülü hematomalar fonunda çapılmış yaraları, sol saidin aşağı 1/3-nin arxa səthində 17x8 sm sahədə 9 (doqquz) ədəd (üst-üstə olmaqla), sol əlin İ barmağının əsas falanqasının arxa səthində 2 (iki) ədəd, sol əlin İİ barmağının dırnaq falanqasında uc hissəsinin amputasiya olunmaqla 1 (bir) ədəd, sol əlin İİİ-İV barmaqlarının barmaqarası nahiyədə 1 (bir) ədəd olmaqla çapılmış yaraları xəsarətləri - cəmi 58 (əlli səkkiz) ədəd bədən xəsarətləri yetirərək onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, 1990-cı ildə əmisi qızı Zərərçəkmiş şəxs ilə rəsmi nikaha daxil olmuş və həmin nikahdan iki övladı dünyaya gəlmişdir. 2006-cı ildə isə ailəsi ilə birlikdə İmişlidən Bakıya köçmüş və qardaşlarının köməkliyi ilə aldığı Zığ Yolu küçəsi 22B, mənzil 54-də yaşamağa başlamışdır. Arvadı Rəhimə 95 saylı məktəbdə yeməkxanada işləmişdir. Qızı İlahə 2015-ci ildə ailə həyatı qurmuş, hazırda ailəsi ilə yaşayır. Oğlu Elşad isə subaydır, «Bazar Store» mağazalar şəbəkəsində işləyir. Ailədə arvadı ilə aralarında teztez baş verən münaqişələrə görə əsəbləri pozulmuşdur. Buna görə 1997-ci ildə ruhi əsəb xəstəxanasına yerləşdirilmişdir. Müxtəlif vaxtlarda 2 saylı ruhi-əsəb xəstəxanasında müalicə olunmuşdur. Xəstəliyi ilə əlaqədar 2001-ci ildə təqaüdə çıxmışdır. 2022-ci ilin sentyabr ayından arvadı Rəhimənin onu öldürtmək istədiyini hiss etmiş, buna görə də hər bir vasitə ilə özünü qorumağa çalışmışdır. Sonuncunun onu öldürmək üçün bişirdiyi yeməklərə nə isə qatdığım fikirləşərək həmin yeməkləri yeməmişdir. Rəhimə səhər tezdən işə getmiş, ordan çıxıb İlahəgilə getmiş və həftə sonları orada qalmışdır. Sonuncu yay aylarında on günlərlə evə gəlməmişdir. O, son günlər təhlükənin lap yaxınlaşdığını hiss etmiş, nəhayət səbri tab gətirməmiş və 6 yanvar 2023-cü il tarixdə saat 1 radələrində arvadını öldürmək qərarına gəlmişdir. Onların mənzilləri üç otaqlıdır, iki yataq otağı və bir qonaq otağından ibarətdir. Rəhimə ilə o, ayrı-ayrı otaqlarda yatmışlar. Rəhiməni öldürmək qərarına gəldikdən sonra mətbəx bıçağı ilə ət çapacağını götürüb, sonuncu yatan otağa daxil olmuşdur. Həmin vaxt Rəhimə öz çarpayısında arxası üstə yatmış və tərpənməmişdir. Rəhiməyə yaxınlaşıb ət çapacağı ilə sonuncunun baş nahiyyəsindən bir neçə dəfə ardıcıl vurmuşdur. Rəhimə çarpayıdan sürüşüb çarpayının qarşısında yerə yıxılmışdır. Bundan sonra Rəhimənin bədəninin müxtəlif yerlərinə bıçaqla da bir neçə dəfə vurmuş və sonda bıçağı Rəhimənin qarnına sancmışdır. Bıçağı çıxartmamış, artıq arvadının öldüyünü görüb, otaqdan çıxmışdır. Ətçapanı aparıb özü yatdığı otaqda çarpayının yanındakı dolabın siyirtməsinə qoymuşdur. Sonra qonaq otağında oturub gözləmişdir. Bir qədər sonra oğlu Elşad qapını döyməyə başlamış, o isə oğlunun ona nəsə edəcəyindən qorxub qapını açmamışdır. Çöldəki səs küydən qapının qarşısında çoxlu adam olduğunu başa düşmüşdür. Təxminən 2 saatdan sonra mənzilin giriş qapısı sındırılmış, polislər və başqa adamlar mənzilə daxil olmuşlar. O, arvadını bıçaqla vurub öldürdüyünü demiş və onu polis bölməsinə aparmışlar. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərdi ki, atası Təqsirləndirilən şəxs və anası Zərərçəkmiş şəxs doğma əmi uşaqları olmuşlar. Atası və anası 1990-cı ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, həmin nikahdan 1995-ci ildə o və 1991-ci il təvəllüdlü bacısı İlahə anadan olmuşlar. Atası ali təhsilli iqtisadçı olmuş, bank sistemində və «Azəriqaz»da mühasib işləmişdir. 2006-cı ildə ailəvi olaraq Bakı şəhərinə köçüb Xətai rayonu Zığ Yolu küçəsi, ev 22 B, mənzil 54-də yaşamağa başlamışlar. Bakıya köçdükdən sonra atası taksi sürücüsü, anası Zərərçəkmiş şəxs isə Əhmədli qəsəbəsində yerləşən 95 nömrəli orta məktəbdə yeməkxanada işləmişdir. Bacısı İlahə 2015-ci ildə ailə həyatı qurmuş və ailəsi ilə birlikdə Yasamal rayonunda yaşayır. O, 2015-ci ilin iyun ayından «Bazar Store» mağazalar şəbəkəsinin Xutor filialında müdir müavini vəzifəsində çalışır. Atası ilə anası arasında heç vaxt ciddi münaqişələr olmamış, yalnız ailə daxili xırda söz-söhbətlər olmuşdur. Atası Təqsirləndirilən şəxs təxminən 2000-ci ildən psixoloji problemlərdən əziyyət çəkir. Son zamanlar atasının vəziyyəti daha da ağırlaşmışdır. Atasında psixoloji problemlərinin yaranmasının səbəbini bilmir. Atası özünü qəribə aparmış, heç bir əsas olmadan kiminsə tərəfindən öldürüləcəyini düşünmüş, amma, xəstəliyi ilə əlaqədar aqressiv hərəkətləri olmamış, başqasına və ya özünə fiziki xəsarət yetirməmişdir. Atası özünün xəstə olduğunu qəbul etməmiş, sağlam olduğunu deyib, həkimlərin yazdığı dərmanları qəbul etməkdən imtina etmişdir. İlk dəfə 19 fevral 2002-ci il tarixdən 9 mart 2002-ci il tarixədək, ikinci dəfə isə 4 iyun 2020-ci il tarixdən 19 avqust 2020-ci il tarixədək 2 saylı psixiatriya xəstəxanasında stasionar müalicədə olmuşdur. 29 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs özünü narahat hiss etdiyindən onlar yenidən 2 saylı psixiatriya xəstəxanasına müraciət elmişlər. Xəstəxanada onlara kəskin simptomlar olmadığından və yaş məhdudiyyəti olduğundan Təqsirləndirilən şəxs yaşı ilə əlaqədar digər xəstəxanaya, gerontoloji şöbəyə yerləşdirməli olduqlarını bildirmişlər. Bu vaxt atası tualetə getmək adı ilə onların yanından uzaqlaşıb evə qayıtmışdır. Atasını xəstəxanaya yerləşdirmək mümkün olmamışdır. Bundan sonra heç bir problem yaranmamışdır. 31 dekabr 2022-ci ildə, yəni Yeni il gecəsi ailəvi olaraq bayramı bir yerdə qeyd etmişlər. Bacısı da öz ailəsi ilə birgə onların evinə qonaq olmuşdur. Həmin vaxt atası sakit olmuş, aqressiv hərəkətlər nümayiş etdirməmişdir. 5 yanvar 2023-cü il tarixdə valideynləri evdə olmuş, onlar birgə axşam yeməyi yemiş, evdə heç bir problem olmamışdır. Həmin gün axşam növbəsində olduğundan saat 18 radələrində evdən çıxıb işə getmişdir. Saat 23:30-da kassanı təhvil verib, iş yoldaşını evə düşürüb, saat 1 radələrində yaşadığı mənzilə getmişdir. Qapını döysə də, açan olmamışdır. Odur ki, valideynlərinin mobil telefonlarına zəng etmişdir. Heç biri zənglərə cavab verməmişdir. Narahat olub qonşusu, doqquzuncu mərtəbədə yaşayan dostu Səbuhiyə zəng etmişdir. Sonuncu onların mənzilinin qarşısına gəlmiş, onlar birlikdə yenidən qapını döysələr də, qapını açan olmamışdır. Bundan sonra Səbuhi 112 və 102 xidmətlərinə zəng edib, yaşlı şəxslərin evdə bağlı qapı arxasında qaldıqlarını bildirmişdir. Bundan sonra Fövqəladə Hallar Nazirliyi və polis əməkdaşları gəlib qapını açmış, atasının qonaq otağında oturduğunu, anasının isə yataq otağında qan içində, qarnına bıçaq batırılmış vəziyyətdə olduğunu görmüşdür. Bu hadisəni görüb vəziyyəti pisləşmiş və huşunu itirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhəri Xətai rayonu, Zığ Yolu küçəsi ev 22 B, mənzil 58-də yaşayır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs həmin binanın 7-ci mərtəbəsində, oğulları Elşadla birlikdə yaşamışlar. Elşadla dostluq edir. Qonşu olduqları müddət ərzində sonuncuların hər-hansı münaqişələrinin şahidi olmamışdır. Son 2-3 ildə İlhamın psixoloji vəziyyəti yaxşı olmamışdır. 5 yanvar 2023-cü il tarixdən 6 yanvar 2023-cü il tarixə keçən gecə təxminən saat 1 radələrində evdə olmuşdur. Həmin vaxt Elşad onun mobil telefonuna zəng edib, yaşadıqları mənzilin qapısını döydüyünü, açan olmadığını, atasının və anasının mobil telefonlarına zəng etdiyini, cavab verən olmadığını, buna görə də narahat olduğunu deyərək, ondan mənzillərinin qarşısına düşməsini xahiş etmişdir. O, Elşadgilin mənzilinin qarşısına düşmüşdür. Onlar bir neçə dəfə qapını döysə də, qapını açan olmamışdır. Elşad yenidən bir neçə dəfə atasına və anasına zəng etmiş, lakin, zənglərə cavab verilməmişdir. Bundan sonra o, öz mobil telefonu ilə 112 və 102 xidmətlərinə zəng edib, yaşlı şəxslərin evdə bağlı qapı arxasında qaldıqlarını bildirmişdir. Bir müddət sonra Fövqəladə Hallar Nazirliyinin və polis idarəsinin əməkdaşları həmin ünvana gəlmişlər. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qapını açdıqdan sonra onlar Zərərçəkmiş şəxs sol tərəfdə yerləşən yataq otağında qan içində qarnına bıçaq sancılmış vəziyyətdə olduğunu, Təqsirləndirilən şəxs isə qonaq otağında oturduğunu görmüşlər. Anasını belə vəziyyətdə gördükdən sonra Elşadın vəziyyəti pisləşmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşlarına arvadını bıçaqladığını desə də, səbəbini bildirməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis əməkdaşları aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, atası Təqsirləndirilən şəxs və anası Zərərçəkmiş şəxs doğma əmi uşaqları olmuşlar. 2006-cı ildə onlar ailəvi olaraq Bakı şəhərinə köçüb Xətai rayonu Zığ Yolu küçəsi, ev 22 B, mənzil 54-də yaşamağa başlamışlar. 2015-ci ildə ailə qurduqdan sonra Yasamal rayonuna köçmüşdür. Atası Təqsirləndirilən şəxs ali təhsilli iqtisadçı olmuş, müxtəlif işlərdə, bank sistemində və «Azəriqaz»da mühasib, Bakıya köçdükdən sonra isə taksi sürücüsü işləmişdir. Anası Zərərçəkmiş şəxs isə Əhmədli qəsəbəsində yerləşən 95 saylı orta məktəbdə yeməkxanada satıcı işləmişdir. Atası ilə anası arasında heç vaxt ciddi münaqişələr olmamışdır. Atasıgillə birgə yaşamasa da, tez-tez telefon vasitəsilə əlaqə saxlayaraq və ya onların evinə gedib-gələrək vəziyyətləri barədə maraqlanmışdır. Atası Təqsirləndirilən şəxs təxminən 2000-ci ildən psixoloji problemlərdən əziyyət çəkmişdir. Son dövrlər sağlıq durumu nisbətən daha da pişləşmişdir. Belə ki, atası özünü qəribə aparmış, heç bir əsas olmadan kiminsə tərəfindən öldürüləcəyini düşünmüş, hətta bəzən güya zəhərli olduğunu deyib, anasının bişirdiyi yeməkləri yeməkdən imtina etmişdir. Bununla belə, atasının aqressiv hərəkətləri olmamış, özünə və başqalarına fiziki xəsarət yetirməmişdir. Atası özünün sağlam olduğunu deyərək həkimlərin təyin etdiyi dərmanları qəbul etməmişdir. Atası ilk dəfə 19 fevral 2002-ci il tarixdən 9 mart 2002-ci il tarixədək, ikinci dəfə isə 4 iyun 2020-ci il tarixdən 19 avqust 2020-ci il tarixədək 2 saylı psixiatriya xəstəxanasında stasionar müalicədə olmuşdur. 29 dekabr 2022-ci il tarixdə özünü narahat hiss etdiyindən növbəti dəfə qardaşı Elşad atasını 2 saylı psixiatriya xəstəxanasına aparmışdır. Həkimlər kəskin simptomlar olmadığına və yaş məhdudiyyəti olduğuna görə atasını digər gerontoloji şöbəyə yerləşdirməli olduqlarını bildirsələr də, atası çıxıb evə qayıtdığından bu baş tutmamışdır. 31 dekabr 2022-ci il tarixdə öz ailəsi ilə birlikdə atasıgilin evində qonaq olmuş, həmin vaxt da evdə heç bir problem olmamışdır. Yeni ili qeyd etdikdən sonra onlar öz evlərinə qayıtmışlar. 5 yanvar 2023-cü il tarixdən 6 yanvar 2023-cü il tarixə keçən gecə atası İlhamın öz mənzillərində bıçaqla anası Rəhiməni öldürdüyünü öyrənmişlər. Onlar həyətə çatdıqda artıq anasının meyiti morqa aparılmışdır. Hesab edir ki, atası psixoloji xəstəliyinə görə anasını öldürmüşdür. İşin 1-ci cildinin 174-180-ci vərəqlərindəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və patoloji X5 X8 rayon şöbəsindən daxil olmuş 3 saylı 6 fevral 2023-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində cəmi 58 ədəd olmaqla aşağıdakı xəsarətlər aşkar edilmişdir: -qarının 12 ədəd deşilmiş-kəsilmiş yaraları (onlardan yeddisi qarın boşluğuna nüfuz edərək yoğun bağırsağı müxtəlif hissələrdə zədələyirlər, birinin mənfəzində bıçaq fiksasiya olmuş vəziyyətdədir); -döş qəfəsinin ön səthinin sağ yarısında 1 ədəd deşilmiş-kəsilmiş yara (həmin yara döş boşluğuna nüfuz edərək orada sərbəst qurtarır); -döş qəfəsinin ön səthinin sağ yarısının 1 ədəd, döş qəfəsinin ön səthinin sol yarısının 2 ədəd, sağ əlin və İİ, İİİ, İV, V əl barmaqlarının arxa səthlərində 12 ədəd kəsilmiş yaralan; -üzün sol yarısında 5 ədəd, sol gicgah və sol qulaq nahiyəsi əhatə olunmaqla 4 ədəd, sol təpə-ənsə nahiyəsində 3 ədəd, sol çiyinüslü nahiyənin 5 ədəd geniş ölçülü hematomalar fonunda çapılmış yaraları (sol təpə-ənsə sərhəddindəki yaralardan birinin mənfəzində təpə sümüyünün sümük üstlüyü hissəsinin zədələnməsi (hissəvi çapılması) və həmin sahədən ənsə sümüyünə doğru sınıq xəttinin ayrılması; sol qulaq seyvanı hissəsində isə yaralar hesabına qulaq seyvanının hissələrə amputasiya olunaraq didilmiş formayabənzər tikəciklər şəklini almaları müəyyən olunmuşdur); -sol saidin aşağı 1/3-nin arxa səthində 17x8 sm sahədə 9 ədəd (üst-üstə olmaqla), sol əlin 1 barmağının əsas falanqasımn arxa səthində 2 ədəd, sol əlin İİ barmağının dırnaq falanqasında uc hissəsinin amputasiya olunmaqla 1 ədəd, sol əlin İll-İV barmaqlarının barmaqarası nahiyədə 1 ədəd olmaqla çapılmış yaraları. Qeyd edilən xəsarətlər həyati olub, mərhumun ölümündən az əvvəl (dəqiqələrlə və saniyələrlə ölçülən qısa vaxt vahidi ərzində) törənmişlər, həmin xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar deşici-kəsici əşya (alət) təsirindən törənməklə, eyni konstruksiyalı bıçaq, ola bilsin ekspertizaya meyitin qarın nahiyəsinə daxil olmaqla fiksə olunmuş bıçağın deşici-kəsici təsirindən, kəsilmiş yaralar isə iti kənarlı əşya (alət) təsirindən törənməklə, ola bilsin ki eyni bıçağın kəsici təsirindən, çapılmış yaralar isə çapıcı əşya (alət) təsirindən törənməklə, ola bilsin ekspertizaya təqdim çapacağın təsirindən qərarda göstərilən 6 yanvar 2023-cü il tarixdə və şəraitdə əmələ gəlməyə uyğun gəlirlər və dərəcələrinə görə qarının 7 ədəd boşluğa nüfuz edərək yoğun bağırsağın zədələnməsi ilə müşaiyət olunmuş deşilmiş-kəsilmiş yaraları, döş qəfəsinin bir ədəd boşluğa nüfuz edən deşilmiş-kəsilmiş yarası, sol təpə-ənsə nahiyəsinin təpə və ənsə sümüklərinin sınığı ilə müşaiyət olunmuş bir ədəd çapılmış yarası həm ümumilikdə, həm də ayrı-ayrılıqda canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər; qarın nahiyəsinin 5 ədəd boşluğa nüfuz etməyən deşilmişkəsilmiş yaraları, döş qəfəsinin ön səthinin sağ yarısının 1 ədəd, döş qəfəsinin ön səthinin sol yarısının 2 ədəd, sağ əlin və İİ, İİİ, İV, V əl barmaqlarının arxa səthlərində 12 ədəd kəsilmiş yaraları, üzün sol yarısının 5 ədəd, sol gicgah və sol qulaq nahiyəsi əhatə olunmaqla 4 ədəd, sol təpə-ənsə nahiyəsində 2 ədəd, sol çiyin üstü nahiyənin 5 ədəd geniş ölçülü hematomalar fonunda çapılmış yaraları, sol saidin aşağı 1/3-nin arxa səthində 17x8 sm sahədə 9 ədəd (üst-üstə olmaqla), sol əlin İ barmağının əsas falanqasının arxa səthində 2 ədəd, sol əlin İİ barmağının dırnaq falanqasında uc hissəsinin amputasiya olunmaqla 1 ədəd, sol əlin İİİ-İV barmaqlarının barmaqarası nahiyədə 1 ədəd olmaqla çapılmış yaraları isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malikdirlər və cəmi 58 ədəd olmaqla yuxarıda göstərilmiş bütün xəsarətlər mərhumun ölümü ilə bir başa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb döş qəfəsinin döş boşluğuna nüfuz edərək sərbəst qurtarmış deşilmiş-kəsilmiş yarası, qarın nahiyəsinin boşluğa nüfuz edərək yoğun bağırsağın çoxsaylı zədələnmələri və eləcə də gövdənin çoxsaylı çapılmış və kəsilmiş yaralanmaları nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, mərhumun ölümü meyitinin meyitxanada müayinəsi başladığı vaxtdan (6 yanvar 2023-cü il tarixdə saat 6dan) təxminən 4-6 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs xəsarətlər yetirilərkən o, xəsarət yetirən şəxslə üzbəüz olmaqla müxtəlif duruş vəziyyətlərində ola bilərdi. Mərhum Zərərçəkmiş şəxs zorla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olma və eyni zamanda hamiləlik əlamətləri aşkar olunmamışdır. Mərhum Zərərçəkmiş şəxs əynində aşkar edilmiş paltarlarda hər hansı bir travmatik zədələnmə izləri aşkar edilməmişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində narkotik maddələr və etil spirti aşkar edilməmişdir. İşin 1-ci cildinin 182-188-ci vərəqlərinədəki Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 23/101 saylı 7 fevral 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: 1 (bir) ədəd ətçapanın dəstəyi və tiyəsi üzərində, 1 (bir) ədəd bıçağın dəstəyi və tiyəsi üzərində, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş -1 (bir) ədəd qara rəngli şort və 1 (bir) ədəd qara rəngli mayka üzərində, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş -1 (bir) ədəd idman gödəkçəsinin sağ bilək hissəsində, 1 (bir) ədəd idman gödəkçəsinin sağ qolunun aşağı hissəsində, 1 (bir) ədəd idman gödəkçəsinin sağ cib hissəsində, 1 (bir) ədəd idman gödəkçəsinin sol qolunun dirsək hissəsində və 1 (bir) ədəd idman gödəkçəsinin kürək hissəsində aşkar edilmiş qanabənzər ləkələr insan qanıdır. Hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş -1 (bir) ədəd cins şalvarın hər iki ayağının balaq hissəsində aşkar edilmiş ləkələrdə insan qanına xas hemoqlobin zülalı müəyyən edilmədi. 1 (bir) ədəd ətçapanın dəstəyi və tiyəsi üzərində olan qan nümunələri 1 (bir) adəd bıçağın dəstəyi və tiyəsi üzərində olan qan nümunələri hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş -1 (bir) ədəd qara rəngli şort üzərində olan qan nümunələri 1 (bir) ədəd qara rəngli mayka üzərində olan qan nümunələri hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş -1 (bir) ədəd idman gödəkçəsinin sağ bilək hissəsində olan qan nümunələri 1 (bir) ədəd idman gödəkçəsinin sağ qolunun aşağı hissəsində olan qan nümunələri, 1 (bir) ədəd idman gödəkçəsinin sağ cib hissəsində olan qan nümunələri 1 (bir) ədəd idman gödəkçəsinin sol qolunun dirsək hissəsində olan qan nümunələri və 1 (bir) ədəd idman gödəkçəsinin kürək hissəsində olan qan nümunələri Zərərçəkmiş şəxs məxsusdur. Hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş -1 (bir) ədəd cins şalvarın hər iki ayağının balaq hissəsindən götürülmüş tədqiqat nümunələrində kifayət qədər yararlı bioloji mənşəli materiallar mövcud deyil və ya deqradasiya əlamətlərini özündə əks etdirdiyi üçün DNT profilinin əldə olunması üçün yararlı deyildir. Bu səbəbdən müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmadı. İşin 2-ci cildinin 13-14-cü vərəqlərindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 3/346 saylı 28 fevral 2023-cü il tarixli məhkəmə ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş bir ədəd predmet kustar üsulla hazırlanmış, kəsici-çapıcı xassəyə malik, təsərrüfat-məişət təyinatlı çapacaqdır, soyuq silah hesab edilmir. İşin 1-ci cildinin 93-136-cı vərəqlərindəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 saylı X2 göndərilmiş sorğuya verilmiş 1/36 nömrəli, 6 yanvar 2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs birinci dəfə 19 fevral 2002-ci il tarixdən 9 mart 2002-ci il tarixədə, ikinci dəfə isə 4 iyun 2020-ci il tarixdən 19 avqust 2020-ci il tarixədək «şizofreniya paranoid forma» diaqnozu ilə həmin xəstəxanada stasionar müalicədə olmuşdur. İşin 2-ci cildinin 16-22-ci vərəqlərindəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsinin kompleks stasionar məhkəmə-psixiatrik və stasionar məhkəmə-psixoloji ekspertizasının 10 mart 2023-cü il tarixli, 35 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda «paranoid şizofreniya» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F20.0) müəyyən edilir. Bunu cinayət işi materiallarındakı tibbi sənədlər, toplanmış ifadələr, anamnestik məlumatlar (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 19 fevral 2002-ci il tarixdən 9 mart 2002-ci il tarixədək və 4 iyun 2020-ci il tarixdən 19 avqust 2020-ci il tarixədək «Şizofreniya paranoid forma» diaqnozu ilə stasionar müalicədə olması, 2 may 2001-ci il tarixdən «Şizofreniya paranoid forma, natamam remissiya» diaqnozu ilə İİ dərəcəli əlil olması), istintaq təcridxanasındakı davranışları və hal-hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin stasionar şöbədə müayinədə olduğu müddət ərzində narahat aparması, şöbədaxili rejimə bir qədər çətinliklə tabe olması, təmizliyinə və xarici görkəminə lazımı qədər diqqət yetirməməsi, ünsiyyətə meyilli olmaması, şübhəli münasibətinin olması, davranışının şəraitə qeyri-adekvat olması, əhvali-ruhiyyəsinin dəyişkən olması, ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində zahiri görünüşünə görə bir qədər səliqəsiz olması, mimikasında gərginlik, narazılıq ifadəsi müşahidə edilməsi, verilən sualları çox vaxt mahiyyətinə uyğun olmayan şəkildə ətraflı cavablandırması, əsasən özünü maraqlandıran mövzulardan danışması, suallara şübhə ilə yanaşması, ləfəkkürününü rabitəsiz olmaqla paraloji xarakter daşıması, patoloji müfəssəllik və rezonyorluq qeyd olunması, söhbətin əsas məzmununu ikinci, üçüncü dərəcəli fikirlərlə doldurması, mülahizə və mühakimələrində məntiqsizlik müşahidə edilməsi, təsir, qısqanclıq, zərərgörmə, zəhərlənmə sayıqlama fikirləri müəyyən edilməsi, intellektual imkanlarının qeyri-müstəqil olması, maraq dairəsinin məhdud olması, emosiyalarında ümumən dəyişkənlik müşahidə edilməsi, söhbət əsnasında emosional çılğınlığının və yüksək əsəbiliyinin dərhal özünü büruzə verməsi, iradi aktivliyinin enməsi, ona ittiham olunan cinayət əməli barəsində soruşularkən cəfəng fikirlər söyləməsi, dediklərinə böyük inamla və əminliklə yanaşaraq əks-arqumentləri heç cür qəbul etməməsi, məntiqi korreksiyanın mümkün olmaması, qardaşlarına və həyat yoldaşına düşmən münasibət bəsləməsi, hər şeyi onların quraşdırdığını israrla söyləməsi, bunları yalnız hiss etdiyini bildirməsi, özü və ətrafdakılar üçün ciddi sosial təhlükə kəsb etməsi, özünü psixi xəstə hesab etməməsi, aparılan müayinənin gedişinə və onun ola biləcək nəticələrinə maraq göstərməməsi, törətmiş olduğu cinayət əməlinə və yaranmış vəziyyətə tənqidi münasibət bəsləməməsi və s.) sübut edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs aşkarlanan psixi patologiya tezliklə qüvvəyə minəcək klassifikatorda-psixi, davranış və yaxud neyroinkişaf pozuntularının beynəlxalq təsnifatının 11-ci baxışında «Şizofreniya və ya digər birincili psixotik pozuntular» rubrikasında 6A20 kodu altında «Şizofreniya» olaraq qeyd edilir. Məhkəmə psixoloji ekspertizası üzrə motivləşdirici hissə: Aparılmış eksperimental-psixoloji müayinənin nəticələrinə əsasən Təqsirləndirilən şəxs abstrakt anlayışları özünə məxsus tərzdə dərk etməsi və şərh etməsi, müfəssəllik, ilişkənlik, təfəkkürünün paralogikliyi, tənqidinin zəifləməsi, fikirlərinin korreksiya olunmaması müəyyən edilir. Fərdi-psixi xüsusiyyətlərində şübhəlilik, inadkarlıq, hövsələsizlik, inamsızlıq, eqosentrizm, emosional-iradi sferasında əhval-ruhiyyənin dəyişkənliyi, maraq dairəsinin məhdudluğu, emosiyalarının adekvat olmadığı, öz gələcəyinə və törətdiyi əmələ qarşı laqeyd yanaşması aşkar olunur. Məhkəmə psixiatrik ekspertizası üzrə yekun hissə: Ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən «Paranoid şizofreniya» xroniki psixi xəstəliyindən əziyyət çəkmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən düçar olduğu paranoid şizofreniya xəstəliyi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs halhazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyənləşir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əziyyət çəkdiyi paranoid şizofreniya xəstəliyinin gedişində psixotik vəziyyət hal-hazırda da davam edir. Buna görə Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk elmək və onları idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs özü və ətrafdakılar üçün ciddi sosial təhlükə kəsb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 97.3-cü maddəsinə əsasən öz psixi vəziyyətinə görə daimi müşahidə tələb edən şəxslərə xüsusi ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə təyin edilə bilər. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyəti daimi müşahidə tələb eldiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Məhkəmə psixoloji ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarında -abstrakt anlayışları özünə məxsus tərzdə dərk etməsi və şərh etməsi, müfəssəllik, ilişkənlik, təfəkkürünün paralogikliyi, tənqidinin zəifləməsi, fikirlərinin korreksiya olunmaması, emosional-iradi sferasında -əhval- ruhiyyənin dəyişkənliyi, maraq dairəsinin məhdudluğu, emosiyalarının adekvat olmadığı, öz gələcəyinə və törətdiyi əmələ qarşı laqeyd yanaşması, fərdi-psixi xüsusiyyətlərində şübhəlilik, inadkarlıq, hövsələsizlik, inamsızlıq, eqosenlrizm aşkar olunur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional gərginlik halında olmuşdur. Həmin emosional halın yaranması keçirdiyi psixi xəstəliyi ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyacan vəziyyətində, fizioloji affekt halında olmamışdır. İşin 2-ci cildinin 43-46-cı vərəqlərindəki Bakı şəhəri Xətai rayon məhkəməsinin 7 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. İşin 1-ci cildinin 19-20-ci vərəqələrindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 6 yanvar 2023-cü ildə şübhəli şəxs qismində tutulmuşdur. İşin 2-ci cildinin 65-66-cı vərəqələrindəki Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 2-ci cildinin 69-82-ci vərəqlərinəki «Sübutların qiymətləndirilməsi haqqında» 18 aprel 2023-cü il tarixli qərardan görünür ki, hadisə yerindən götürülmüş çapacaq, meyitin müayinəsi zamanı qarın boşluğundan çıxarılmış bıçaq, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qara rəngli mayka və bir ədəd qara rəngli şort, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd cins şalvar və bir ədəd uzunqol idman koftası maddi sübut kimi tanınmış və sxlanılması üçün Xətai rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir. Beləliklə məhkəmə, iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4 və 120.2.9-cu maddələrində nəzərdə tutulmuş ictimai təhlükəli əməlin törədilməsində təqsirliliyi yuxarıda sadalanan sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 477.3-cü maddəsinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edir. Odur ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində Azərbaycan Respublikas CM-nin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər təyin edilməlidir. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 197.2-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Bu səbəbdən ekspertiza xərci 64 (altmış dörd) manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Maddi sübut: Xətai rayon prokurorluğunda saxlanılan hadisə yerindən götürülmüş çapacaq, meyitin müayinəsi zamanı qarın boşluğundan çıxarılmış bıçaq, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qara rəngli mayka və bir ədəd qara rəngli şort, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd cins şalvar və bir ədəd uzunqol idman koftası qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CM-nin 21.1, 93.1.1, 95.0.3-cü və CPM-nin 477-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Azərbaycan Respublikası CM-nin 120.2.4 və 120.2.9-cu maddələri ilə nəzərdə tutulan ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və ona ixtisaslaşdırılmış psixiatriya stasionarında tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsinə həvalə edilsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Xətai rayon prokurorluğunda saxlanılan hadisə yerindən götürülmüş çapacaq, meyitin müayinəsi zamanı qarın boşluğundan çıxarılmış bıçaq, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qara rəngli mayka və bir ədəd qara rəngli şort, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd cins şalvar və bir ədəd uzunqol idman koftası qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 64 (altmış dörd) manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar