Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1335/2025 23.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1980-ci il tarixdə Balakən rayonunda doğulmuş, orta təhsilli, evli, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, məhkumluğu olmayan, Balakən rayonu, Gərəkli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi və ya CM) 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda yəni, 11490 qram narkotik vasitə qurudulmuş marixuana əldə etmiş, saxlamış və daşımışdır.
İşin faktiki halları
2. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs iranlı şəxsin sifarişi və pul təklifi ilə onun dediyi ünvanlara və ya ayrı-ayrı “müştərilərə” çatdırılması üçün sonuncu və ya qeyriləri tərəfindən naməlum tarixdə, vaxtda və şəraitdə satış məqsədi ilə Füzuli rayonu ərazisində yerləşdirilən “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan külli miqdarda 11490 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə həmin yerdən qanunsuz olaraq əldə edib idarə etdiyi “Mercedes Benz” markalı, **-BH-*** qeydiyyat nişanlı yük avtomobilində saxlamaqla Bakı-Ələt-Qazax magistral avtomobil yolunun Bakı şəhəri, Qaradağ rayonu ərazisində keçən 475-ci kilometrliyinə daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 13 fevral 2025-ci il tarixdə, saat 02:45-də Bakı-Ələt- Qazax magistral avtomobil yolunun Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən 475ci kilometrliyində idarə etdiyi “Mercedes-Benz” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında müəyyən edilərək saxlanılmış, bundan dərhal sonra həmin tarixdə saat 02:50-dən etibarən Təqsirləndirilən şəxs üstü yoxlanılmaqla, ardınca qeyd olunan avtomobilə özünün razılığı və iştirakı ilə keçirilən baxış zamanı avtomobilin salonunda sürücü və sərnişin oturacaqlarının arxa hissəsindən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 02 ədəd qara rəngli sellofan torbada olan 11 ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1045 qram, 1040 qram, 1040 qram, 1045 qram, 1050 qram, 1045 qram, 1045 qram, 1045 qram, 1040 qram, 1045 qram və 1050 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 11490 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli əməliyyat raportuna, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərara, 3-13- 7/Ə28/2025 nömrəli əmrə və əməliyyat raportuna əsasən etimad doğuran, məlum, qərəzsiz mənbədən xx.xx.1980-ci il tarixdə Balakən rayonunda doğulmuş, Balakən rayonu, Gərəkli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Qaradağ rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, “X11” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı (**-ZB-*** qoşqu nömrəli) yük avtomobillə daşıması barədə məlumat daxil olduğundan, onun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid, X2 və X5 ibarət əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 02:45-də Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Ələt-Qazax magistral yolunun 475-ci kilometrliyi Bakı istiqaməti (keçmiş Qaradağ stasionar postunun) yaxınlığında idarə etdiyi “X11” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı (**-ZB-*** qoşqu nömrəli) yük avtomobilinin yanında piyada hərəkətdə olan zaman saxlanılmışdır. (Cild 1, iş vərəqi 5; 6-7; 9)
4. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilinə baxış keçirilməsinə dair” protokoldan görünür ki, saxlanılan vaxt Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlandılığı yerdə üzəri yoxlanılmağa başlanmış, üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 48 (qırx səkkiz) manat pulu, 01 (bir) ədəd avtomobil açarını, həmin şalvarın sağ yan cibindən 01 (bir) ədəd üzərində ***-***-**- ** nömrəli “Redmi” markalı mobil telefonu, 01 (bir) ədəd üzərində nömrə olmayan “Redmi” markalı mobil telefonu və əynində olan idman gödəkçəsinin cibindən 01 (bir) ədəd avtomobil açarını təqdim etmiş, daha sonra Təqsirləndirilən şəxs üzəri yoxlanmış və sonuncunun üzərindən heç bir əşya, predmet aşkar olunmamışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 02 (iki) ədəd mobil telefon sonuncudan götürülmüş, pul və digər əşya Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “X11” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı (**-ZB-*** qoşqu nömrəli) yük avtomobilinə baxış keçirilməmişdən əvvəl avtomobildə ola biləcək külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olan digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs narkotik vasitəni gizlətdiyi “X11” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı (**-ZB-*** qoşqu nömrəli) yük avtomobilinin salonunun arxa hissəsindən 02 (iki) ədəd qara rəngli torbanı təqdim etmişdir. Həmin torbaların içərisindən 11 (on bir) ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edildikdən sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, ümumilikdə çəkisinin 12 (on iki) kiloqram 405 (dörd yüz beş) qram olması müəyyən edimişdir. Həmin qurudulmuş marixuanaya bənzər kütlələr qablaşdırılıb möhürlənərək, imzalanmış, Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilindən qanunla qadağan edilmiş hər hansı digər əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab verərək yük avtomobilindən aşkar edilmiş narkotik vasitələrin qurudulmuş marixuana olmasını, həmin kütlələri adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı vasitəsi ilə saxlanılmamışdan 1 (bir) gün əvvəl Füzuli rayonu ərazisindən gizlədilmiş yerdən ayrı-ayrı ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, bundan əvvəl bir dəfə narkotik tərkibli maddə götürürək ünvana çatdırdığını, gördüyü iş müqabilində sonuncudan narkotik tərkibli maddənin hər kiloqramına görə 350 (üç yüz əlli) manat pul alacağını bildirmişdir. (Cild 1, iş vərəqi 10- 12)
5. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2025-ci il tarixli qərar və protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı təqdim olunan 02 (iki) ədəd mobil telefon göturülmüş, təqdim olunan 02 (iki) ədəd qara torbaya və 01 (bir) ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı DVD diskdə olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlələrin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması baradə bildirməsi öz əksini tapmışdır. (Cild 1, iş vərəqi 14; 15-17)
6. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 3-16-16-2-7/290 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs...aşkar olunmuş...” yazısı və imzalar olan qara rəngli polietilen bağlamadakı 06 (altı) ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 1045 qram; 1040 qram; 1040 qram; 1045 qram; 1050 qram; 1045 qram və ağ kağız üzərində “Təqsirləndirilən şəxs...aşkar olunmuş...” yazısı və imzalar olan qara rəngli polietilen bağlamadakı narıncı rəngli sintetik bağlamanın içərisində 05 (beş) ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 1045 qram; 1045 qram: 1040 qram; 1045 qram; 1050 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Marixuananın ümumi təmiz çəkisi 11490 qram olmuş, 1,1 qram tədqiqata sərf edildikdən sonra 11488,9 qram qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 78 (yetmiş səkkiz) manat təşkil edir. (Cild 1, iş vərəqi 43- 44)
7. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 1, iş vərəqi 64-65)
8. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş “Maddi sübut hesab etmək haqqında” xx.xx.2025-ci il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes-Benz” markalı, **-BH-*** qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş ümumi qalıq çəkisi 11488 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut hesab edilməklə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanılmasından ötrü Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (Cild 1, iş vərəqi 102-103)
9. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Mobil telefona baxış keçirilməsi barədə” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs götürülmüş 02 ədəd “Redmi Xiaomi” markalı mobil telefona baxış keçirilən zaman müəyyən olunmuşdur ki, birinci mobil telefonun arxa tərəfi qara rəngli olmaqla işlənmiş vəziyyətdədir, plastmas-metal gövdəli, sensor dizaynlı, daxili antennalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Mobil telefonun sağ yan tərəfində ekranı kilidləmə düyməsinin və səs tənzimi düymələrinin olması və mobil telefonun üzərində danışıq nömrəsinin olmaması müəyyən edilmişdir. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zaman “Whatsapp” mobil tətbiqinin “Söhbətlər” bölməsində İran İslam Respublikasının mobil operatorlarına məxsus olan “+98-914-358-8112” saylı mobil nömrənin istifadəçisi ilə Təqsirləndirilən şəxs arasında danışıqlar aparıldığı, “+98-914-358-8112” saylı mobil nömrənin öz istifadəçisi tərəfindən “Whatsapp” mobil tətbiqində adının “habib Asghari” kimi qeyd edildiyi müəyyən edilmişdir. Bundan başqa baxış zamanı müəyyən olunmuşdur ki, 12 fevral 2025-ci il tarixdə saat 19:26-da “+98-914-358-8112” saylı nömrənin istifadəçisi tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə ərazinin koordinatlarını özündə ehtiva edən məkan (konum) göndərilmişdir. Göndərilən koordinatlara baxış zamanı koordinatların Füzuli rayonu ərazisini göstərdiyi məlum olmuş, bundan əlavə 12 fevral 2025-ci il tarixdə saat 22:55-də və 13 fevral 2025-ci il tarixdə saat 01:00-da +98-914-358-8112 nömrənin istifadəçisi ilə Təqsirləndirilən şəxs arasında danışıqlar aparıldığı müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs götürülmüş digər “Redmi Xiaomi” markalı mobil telefona baxış zamanı müəyyən edilmişdir ki, mobil telefon “***-***-**-**” saylı nömrə ilə istifadə edilmiş, telefonun parlaq qara rəngli olmaqla işlənmiş vəziyyətdə, plastmas-metal gövdəli, sensor dizaynlı, daxili antennalı, daxili yaddaşlı və rəqəmsal fotokameralı olması müəyyən olunmuşdur. Mobil telefonun sağ yan tərəfində ekranı kilidləmə düyməsinin və səs tənzimi düymələrinin olması müəyyən edilmiş, mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zaman narkotik vasitənin əldə edilmə mənbəyi ilə bağlı iş üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir. (Cild 1, iş vərəqi 106-108)
10. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X7 xx.xx.2025-ci il tarixli, 3-28- 29/2-2339/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqi 128)
11. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “ 2 nömrəli X1” X7 xx.xx.2025-ci il tarixli, 1/1244 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqi 129)
12. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13- 7/2-980/23 nömrəli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilən külli miqdarda narkotik vasitənin İran İslam Respublikası vətəndaşının sifarişi ilə əldə etdiyi və pul müqabilində həmin şəxsin deyəcəyi yerə qoymaq və ya deyəcəyi şəxslərə vermək məqsədi ilə əldə edib saxladığı müəyyən edilmiş, eləcə də Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əlavə əməliyyat məlumatı əldə edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs əlbir olduğu iranlı şəxsin şəxsiyyətini müəyyən etmək və onu istintaqa təqdim etmək mümkün olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, əvvəllər narkotik vasitə və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçiribkeçirməməsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. (Cild 1, iş vərəqi 131)
13. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**” saylı mobil telefon nömrəsindən müxtəlif nömrələrə telefon danışıqları və SMS yazışmalarının aparılması aşkar edilsə də, iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. (Cild 1, iş vərəqi 133)
14. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1643 nömrəli rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamış, narkomaniya xəstəliyindən əziyyət çəkməmiş, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmamışdır. (Cild 1, iş vərəqi 135-136)
15. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Redmi Xiaomi” markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutları saxlama yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş külli miqdarda narkotik vasitələrin əldə edilmə mənbəyinə görə və qrupun digər üzvlərinin barəsində CM-in 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə icraata ayrıca cinayət işinin ayrılması qərara alınmış, “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və avtomobilə baxış keçirilməsi haaqında” protokola əlavə edilmiş 01 ədəd DVD disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqi 137-148)
16. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (Cild 1, iş vərəqi 151-152)
17. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, külli miqdarda narkotik vasitələrin mənbə xüsusatına görə Cinayət Məcəlləsinin 206.3.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə hazırki cinayət işindən ayrıca cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqi 170-171)
18. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid məhkəməyədək icraat zamanı verdiyi ifadəs ilə eyni məzmunlu ifadə verərək ifadəsində göstərmişdir ki, 12 fevral 2025-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında 13 fevral 2025-ci il tarixdə Bakı-Qazax yolunun 475 kilometrliyində Bakıya qayıdan istiqamətdə, yəni köhnə Qaradağ postu yaxınlığında o, Saleh və Mir Yusif adlı polis əməkdaşlarından ibarət əməliyyat qrupu ilə həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs saxlanılmış, Təqsirləndirilən şəxs üzərinə və idarə etdiyi “Mercedes-Benz” markalı yük avtomobilinə yerində videoçəkiliş vasitəsilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz maddə aşkar olunmasına baxmayaraq idarə etdiyi “Mercedes-Benz” markalı yük avtomobilindən 11 ədəd büküm halında narkotik tərkibli maddə aşkarlandıqdan sonra qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq həmin narkotik tərkibli maddələri İran İslam Respublikasının vətəndaşından əldə etdiyini və onun göstərişi əsasında qanunsuz maddələri müəyyən edilmiş konumlara çatdırmaqla hər bükümə görə 350 manat əldə edəcəyini bildirmişdir. Şahid həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmiş, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs heç bir fiziki və psixi zorakılıq törədilməmişdir. Təqsirləndirilən şəxs özü şəxsən könüllü şəkildə hər şeyi etiraf etmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadədəki imzalar ona məxsusdur.
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
19. Təqsirləndirilən şəxs məhkəmə baxışında Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, polis əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində olarkən saxlanılmış, üzərinə və idarə etdiyi yük avtomobilinə baxış keçirilən zaman polis əməkdaşları yük avtomobilinin “kabina” hissəsindən 11 kiloqram marixuana aşkar etmişlər. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, aşkar olunmuş narkotik tərkibli maddə olan marixuana idarə etdiyi avtomobil “Mercedes-Benz” markalı yük avtomobilində olmuş və həmin yük avtomobilinin “kabina” hissəsindən aşkarlanmışdır. Həmin yük avtomobilini o idarə etmiş, aşkar olunmuş marixuananı yük avtomobilinə o yerləşdirmiş, həmin narkotik tərkibli maddəni Füzuli rayonu əraizisndə yol kənarından götürmüşdür. Füzuli rayonundan götürdüyü narkotik tərkibli maddəni yolun kənarına İran İslam Respublikasının vətəndaşı qoymuş, o, həmin İran vətəndaşını tanımamış, yolun kənarında olan marixuananı oradan götürməyi İran vətəndaşı ona söyləmiş, bağlamanın içərisində narkotik tərkibli maddə olduğunu bilmiş, lakin həmin narkotik tərkibli maddənin miqdarını bilməmişdir. O, həmin bağlamanı Füzuli rayonundan götürüb Bakı şəhərinə gətirərək yolun kənarına qoymağı planlamış, lakin hansı əraziyə qoyacağını hələ dəqiqləşdirməmişdir. İran vətəndaşı ilə birinici dəfədir ki, əlaqə saxlamış, polis əməkdaşları ona qarşı heç bir fiziki və psixi təsir göstərməmiş, polis əməkdaşları təqdim etməsi üçün ona heç bir əlavə kütlə təqdim etməmişlər. Polis əməkdaşları tərəfindən videoçəkiliş aparılmış, polis əməkdaşları tərəfindən bağlamada olan narkotik tərkibli maddə çəkilərək kütləsi müəyyən olunmuşdur. O, ibtidai istintaqda verdiyi ifadəni təsdiq edir, həmin ifadədəki imzalar ona məxsusdur.
20. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon icra hakimiyyəti başçısının Gərəkli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 54 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yazılı və şifahi şikayət daxil olmamışdır. (Cild 2, iş vərəqi 43)
Hüquqi məsələlər: Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:
21. CM-in 234.4.1-ci və 234.4.3-cü maddələrinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və yaxud külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
22. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
23. Maddə 15.4. Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur.
24. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
25. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
26. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.
27. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
28. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:
29. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
30. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
31. Maddə 125.8. Cinayət-Prosessual Məcəlləsinin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
32. Maddə 126.6. Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.
33. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
34. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
35. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
36. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
37. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1–197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
38. Maddə 349. Məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır.
Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:
39. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən narkotik vasitə qurudulmuş marixuananın təmiz halda 500 qramdan 50000 qramadək miqdarı külli miqdar hesab olunur.
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu
40. Maddə 1.0.1. narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir).
41. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.
42. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.
43. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarı
44. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı
45. Qərarın 24-cü bəndi. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
46. Məhkəmə, son dövrlər məhkəmə təcrübəsində bu kateqoriya işlər üzrə AR CM-in 234.4.1-ci maddəsinə münasibətdə fərqli yanaşmaların olduğunu nəzərə alaraq həmin maddə ilə bağlı ətraflı dəyərləndirmə aparılmasını zəruri hesab edir.
47. Məhkəmə hazırki iş üzrə iş materiallarını və məhkəmə iclasında müəyyən edilmiş halları tam və hərtərəfli tədqiq edərək aşağıda şərh edilən hüquqi dəyərləndirmədən çıxış edərək hesab edir ki, təqsirləndirilən şəxsə qarşı CM-in 234.4.1ci maddəsi ilə irəli sürülmüş ittiham (qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək daşıyıb saxlama) qanuni və əsaslı hesab edilməlidir.
48. Belə ki, Cinayət Məcəlləsinin:
49. 31-ci maddəsinə əsasən iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır;
50. 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır;
51. 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur.
52. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə biri-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir.
53. İştirakçılığın subyektiv əlamətləri ondan ibarətdir ki, əvvəla, iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi isə cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etdiklərini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər.
54. Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin "qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Cinayətin yalnız qabaqcadan cinayət əlaqəsinə girmiş iki və daha çox icraçı tərəfindən törədildiyi, təşkilatçı, təhrikçi, köməkçinin isə icraçıların törətdikləri cinayətdə iştirak etdiyi halda, onların əməlləri Məcəllənin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin əməli kimi tövsif edilməlidir.
55. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də Məcəllənin Xüsusi hissəsinə əsasən "qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adı çəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir.
56. Həmin qərarda göstərilmişdir ki, cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər.
57. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ictimai təhlükəlilik baxımından bir qrup şəxs cinayətkar qrupların digər növlərinə nisbətən az təhlükəlidir. Əvvəlcədən əlbir olan bir qrup şəxs və mütəşəkkil dəstə bir və ya bir neçə cinayət törədilməsi məqsədi ilə iki və yaxud daha çox şəxsin mürəkkəb formada birləşməsidir. Onları adi bir qrup şəxsdən əvvəlcədən əlbir olma əlamətinin mövcudluğu fərqləndirir. Bu cinayətkar qruplarda cinayətin birlikdə törədilməsinə dair razılıq cinayətin törədilməsi anına qədər əldə olunur. Burada cinayət törədilməsinə dair qərarın qəbul edilməsi ilə onun həyata keçirilməsi arasında müəyyən müddət mövcuddur.
58. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir.
59. CM-in 34.2-ci maddəsinin mənasına görə CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir.
60. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin.
61. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır.
62. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir.
63. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində "digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür.
64. Hazırki iş üzrə Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində göstərmişdir ki, polis əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində olan zaman saxlanılmış, üzərinə və idarə etdiyi yük avtomobilinə baxış keçirilən zaman polis əməkdaşları yük avtomobilinin kabina hissəsindən 11 kiloqram marixuana aşkar etmişlər. Aşkar olunmuş narkotik tərkibli maddəni Füzuli rayonu əraizisndə yol kənarından götürmüşdür. Füzuli rayonundan götürdüyü narkotik tərkibli maddəni yolun kənarına İran İslam Respublikasının vətəndaşı qoymuş, həmin İran vətəndaşını tanımamış, yolun kənarında olan marixuananı oradan götürməyi İran vətəndaşı ona söyləmiş, bağlamanın içərisində narkotik tərkibli maddə olduğunu bilmiş, lakin həmin narkotik tərkibli maddənin miqdarını bilməmişdir. Həmin bağlamanı Füzuli rayonundan götürüb Bakıya gətirərək yolun kənarına qoymağı planlamış, lakin hansı əraziyə qoyacağını hələ dəqiqləşdirməmişdir.
65. Məhkəmə, hazırki işin faktiki hallarını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7-ci fəslində göstərilən normalar, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 06 may 2022-ci il tarixli Qərarı, o cümlədən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının AR CM-nin 234.4.1-ci maddəsinə dair hissəsini tənzimləyən 12-ci bəndində göstərilən müddəalarla əlaqəli şəkildə təhlil edərək təqsirləndirilən şəxsin İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olaraq cinayət barədə razılığa gəlmələrinə, təqsirləndirilən şəxsin mənfəət əldə etməsi müqabilində iranlı ilə əlbir olmasına dəlalət edir.
66. Hazırki cinayət işinin faktiki halları baxımından əks yanaşmanın sərgilənməsi, yəni təqsirləndirilən şəxsin narkotik vasitəni əldə etdiyi İran İslam Respublikası vətəndaşının müəyyən olunmamasına, onun ifadəsinin alınmamasına istinadən Təqsirləndirilən şəxs CM-in 234.4.1-ci maddəsi ilə elan edilmiş ittihamın sübuta yetirilməməsi qənaətinə gəlinməsi işin faktiki halları və istintaqla müəyyən edilmiş hallarla bir araya sığmır.
67. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cinayətin digər şəxslə qabaqcadan əlbir olaraq törədilməsi məsələlərinin həlli zamanı “digər şəxsin” şəxsiyyətinin konkret olaraq bəlli olmaması halı əməlin tövsifi üçün əhəmiyyət kəsb etmir. Analoji ittihamların təsdiqi üçün “digər şəxsin” cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri əvvəlcədən əlbir olmaqla icra (qismən icra) etməsi kifayətdir.
68. Konkret halda, məhkəmə iclasında tədqiq edilmiş sübutlar “digər şəxs”in təqsirləndirilən şəxslə qabaqcadan əlbir olmaqla cinayətin obyektiv cəhətini təşkil edən müəyyən hərəkətləri icra etməsi təsdiq olunduğundan təqsirləndirilən şəxsə qarşı CM-in 234.4.1-ci maddəsilə irəli sürülmüş ittiham əsaslı hesab edilməlidir.
69. Bununla yanaşı, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin CM-in 234.4.3cü maddəsi ilə ittiham olunmasının əsasında onun narkotik vasitələri konkret hər hansı şəxsə satması və ya narkotik vasitələrin satışına dair başqa şəxslərlə danışıqlar (SMS yazışmalar və.s.) aparması, istehlakçı ilə əvvəldən razılığın olması deyil, məhz öz ifadəsində göstərdiyi xüsusat, yəni idarə etdiyi avtomobildən aşkar olunmuş narkotik vasitəni şəxsi maraq müqabilində müxtəlif ünvanlara yerləşdirməsini, yəni narkotik vasitənin yayılmasına yönəlmiş hərəkət etmək niyyətinin olmasını göstərməsi olmuşdur.
70. Belə olan halda, CM-in 234.4.3-cü maddəsinə münasibətdə ittihamla razılaşaraq həmin hissədə onun ifadələrinin sübut kimi qiymətləndirildiyi halda CM-in 234.4.1-ci maddəsinə münasibətdə isə İran İslam Respublikası vətəndaşının şəxsiyyətinin müəyyən olunmaması və ifadəsinin alınmamasına istinad edərək təqsirləndirilən şəxsin ifadəsinin sübut kimi qiymətləndirilməməsi təzad yaratmaqla cinayət işi üzrə obyektiv araşdırmanın nəticəsi kimi dəyərləndirilə bilməz.
71. Bununla yanaşı, məhkəmə onu da nəzərə alır ki, Füzuli rayonundan götürülmüş narkotik vasitənin hələ də təqsirləndirilən şəxsin avtomobilində olması onun tək deyil, ifadəsində də göstərdiyi kimi məhz iranlı ilə birgə hərəkət etməsinə, narkotik vasitələrin hansı qaydada yayılacağına dair qabaqcadan razılıqlarının olmasına dəlalət edən hallardandır ki, belə olan halda məhkəmə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittihamın qanuni və əsaslı olması qənaətindədir.
72. Məhkəmə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla bağlı qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində ona elan edilmiş ittihamla özünü təqsirli bilərək narkotik tərkibli maddəni Füzuli rayonu əraizisində yol kənarından götürüb idarəyə etdiyi avtomobilə qoymaqla Bakıya gətirərək yolun kənarına qoymağı planlamasını ifadəsində göstərmişdir.
73. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı narkotik vasitələri satış məqsədilə əldə etməsi, saxlaması və daşımasına dair irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Belə ki, təqsirləndirilən şəxsdən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın miqdarı, yəni şəxsi istehlak miqdarından 2298 dəfədən çox olması onu təsdiq edir ki, təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə əldə etmiş, saxlamış və daşımışdır.
74. Narkotik vasitənin təqsirləndirilən şəxsin avtomobilində saxladığı sellofan paketdən aşkar edilməsi, qablaşdırılması, həmin vasitənin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri, habelə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları iş üzrə mötəbər sübutlar kimi qəbul edilir. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan və məhkəmə araşdırılması zamanı tədqiq edilmiş sənədlərdən sübut kimi yol verilməz olanı yoxdur. İş materiallarında olan sübutlar yol veriləndir.
75. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitələrin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.
76. Məhkəmə təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın külli miqdarından dəfələrlə artıq olmasını, onun mobil telefonunda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə əlaqədar yazışmaların mövcudluğunu, habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, narkotik vasitəni məhz satış məqsədilə əldə etmişdir.
77. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.
78. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur.
79. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir.
80. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. (hökmün 21-ci bəndi)
81. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqi 168-169)
82. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır. (hökmün 22, 24, 25 və 27-ci bəndləri)
83. Məhkəmə CM-in 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat və məhkəmə baxışı zamanı davranışını, əvvəllər məhkum olunmamasını, səmimi peşmanlığını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.
84. Məhkəmədə CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.
85. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.
86. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. (hökmün 26-cı bəndi)
87. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 13 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 14 fevral 2025-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır. (Cild 1, iş vərəqi 26, 96-100). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir.
88. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 13 fevral 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. (hökmün 36-cı bəndi)
89. İş üzrə mülki iddia, həbs qoyulmuş və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.
90. İş üzrə maddi sübut olan, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 11488 qram qurudulmuş marixuana məhv edilməli, digər sübut - şəxsin üzərində axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, 01 (bir) ədəd “Redmi Xiaomi” markalı mobil telefon Təqsirləndirilən şəxs özünə qaytarılmalıdır. (hökmün 33-cü bəndi)
91. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 78 (yetmiş səkkiz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. (hökmün 37-ci bəndi)
92. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinsin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət, yəni ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 13 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olmaqla Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 11488 qram qurudulmuş marixuana məhv edilsin. Digər sübut - şəxsin üzərində axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. 01 (bir) ədəd “Redmi Xiaomi” markalı mobil telefon Təqsirləndirilən şəxs özünə qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova