Məhkəmə qərarları › İş №1(101)-1336/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1336/2021

03.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1336/2021 03.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Mikayılov Eldar Əli oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məsləhətçi Qafarova Turan Zakir qızının katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1983-cü ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Binəqədi rayon Evlər İdarəsində ekspert işləmiş, məhkum olunmamış, Lənkaran şəhəri Koroğlu küçəsi, ev 19-da qeydiyyatda olmaqla, Bakı şəhəri Yasamal rayonu, V.Əliyev küçəsi, ev 353-də kirayədə yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs Sücədin oğlu təxminən 2021-ci ilin fevral ayında qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan «Fərşid» adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada ünvan 1 ünvanda yerləşən yaşayış binasının giriş hissəsində yerləşdirdiyi bir ədəd göy rəngli polietilen bağlamada olmaqla ümumi təmiz çəkisi 149,523 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə hesab edilən külli miqdarda heroini və ümumi təmiz çəkisi 356,781 qram olan kustar üsulla hazırlanmış ağ rəngli kristallik hissəciklərdən ibarət külli miqdarda psixotrop maddə metamfetamini 10 mart 2021-ci il tarixdə gecə saatlarında həmin yerdən götürüb sonradan ayrı-ayrı şəxslərə satıb əldə olunmuş gəlirin bir hissəsini özünə götürmək şərti ilə daşımaqla yaşadığı ünvan 2 ünvanda yerləşən bir otaqlı fərdi həyət evinin yataq otağında çarpayının altında saxlamış, 10 mart 2021-ci il tarixdə, saat 11 radələrində yaşadığı evin yataq otağında çarpayının altında saxladığı narkotik vasitə hesab edilən həmin heroinin 9,725 qram çəkidə olan hissəsini və psixotrop maddə hesab edilən metamfetaminin 9,750 qram çəkidə olan hissəsini iki bükümdə ayırıb əynində olan qara rəngli gödəkçənin sol yan cibinə qoyaraq istintaqa məlum olayan şəxslərə satmaq niyyəti ilə yaşadığı evdən çıxmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin gün saat 17:00-da ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq baş idarənin inzibati binasına gətirilmiş, inzibati binada üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibindən iki ədəd bükümdə olmaqla təmiz çəkisi 9,725 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə hesab edilən külli miqdarda heroin və təmiz çəkisi 9,750 qram olan kustar üsulla hazırlanmış ağ rəngli kristallik hissəciklərdən ibarət psixotrop maddə hesab edilən külli miqdarda metamfetamin aşkar edilərək götürülmüş, bundan sonra keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə saat 20:00-da yaşadığı ünvanda baxış və götürmə aparılarkən yataq otağında olan çarpayının altında saxladığı bağlamadan bir ədəd bükümdə olmaqla təmiz çəkisi 139,798 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə hesab edilən külli miqdarda heroin, dörd ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 100,094 qram, 106,369 qram, 79,016 qram və 61,552 qram olmaqla ümumi təmiz çəkisi 347,031 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Sücədin oğlu ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, tutulmamışdan əvvəl ünvan 2-də yerləşən bir otaqlı fərdi həyət evində kirayədə yaşamışdır. Binəqədi rayon Evlər İdarəsində ekspert işləmişdir. Narkotik vasitələrdən istifadə etsə də, asılılığı olmamışdır. «Fərşid» adlı İran İslam Respublikasının vətəndaşını 2012-ci il tarixdən paltar satmaq məqsədilə İranın Bilasuvar rayonuna getdiyi vaxtdan tanımışdır. Belə ki, «Fərşid»in həmin rayonda ərzaq mağazası olmuş, həmin vaxtdan onların münasibəti yaranmışdır. 2021-ci ilin fevral ayının ortalarından başlayaraq «Fərşid» onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə işlətdiyi «Whatsapp» proqramı vasitəsilə yazmağa başlamışdır. Fərşid «X2» adı ilə ona yazmış, sonuncunu həmin adla da telefonunda qeyd etmişdir. Fərşidin narkotik vasitələrin satışını təşkil etdiyindən məlumatı olmuşdur. 9 mart 2021-ci il tarixdə «Fərşid»in göndərdiyi taksi sürücüsünə 150 manat pul verib, ona şəxsi istifadəsi üçün 10 qram narkotik təşkil etməsini tapşırmışdır. 10 mart 2021-ci il tarixdə saat 00:10 radələrində «Fərşid» «Whatsapp» proqramı vasitəsilə ona şəkil atıb həmin ünvana getməli olduğunu, orada narkotik vasitə gizlətdiyini deyəcəyini bildirmişdir. «Fərşid»in telefon vasitəsilə bələdçiliyi ilə Yasamal rayonu «Qələbə dairəsi» istiqamətindən Zərdabi prospektinin Akim Abbasov küçəsi ilə kəsişməsinə gələrək oradan sola yəni, Akim Abbasov küçəsinə dönərək təxminən 40-50 metr gedib «Fərşid»ə orada olduğunu bildirərək, gözləməyə başlamışdır. Bundan sonra «Fərşid» ona içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan sellofan torbanı gizlətdiyi yerin şəklini atmışdır. «Fərşid»in atdığı şəkil əsasında həmin gün saat 00:30-da ünvan 4 ünvanda yerləşən yaşayış binasının giriş hissəsindən içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan sellofan torbanı götürüb kirayədə yaşadığı ünvan 5 ünvanda yerləşən bir otaqlı fərdi həyət evinə gəlmişdir. O, cəmi 10 qram narkotik vasitə sifariş etsə də, torbanın içərisində təxminən 500 qram narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmuşdur. 10 mart 2020-ci il tarixdə, saat 17:00 radələrində ünvan 6-də yerləşən kirayədə yaşadığı evin yaxınlığında olarkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb, xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını bildirmişlər. Onun üzərindən narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Bundan sonra onun kirayə yaşadığı evə baxış keçirilmiş, baxış zamanı özü içərisində heroin və metamfetamin olan torbanı polis əməkdaşlarına təqdim etmişdir. «Samsung A 10» markalı mobil telefon ona məxsusdur. Həmin telefonda əvvəllər ***-***-**-**, təxminən 3 ay olar ki, isə ***-***-**-** mobil nömrədən istifadə etmişdir. 23 yanvar 2021-ci il tarixdə istifadəsində olan ***-***-**-** mobil nömrəsinə «Brat pate yare verecem, cunki ozumun yoxde 3 ...4 evezin cixaram ot ise 4.5 karopka» məzmunda sms yazmış ***-***-**-** mobil nömrəsinin sahibini tanımır. Həmin şəxsin ona niyə bu məzmunda sms göndərməsinin səbəbini bilmir. 27 yanvar 2021-ci il tarixdə saat 14:20:40-da ona məxsus ***-***-**-** mobil nömrəsinə «Brat cixdim bezi as km oxdan gelirem gorusende veska getirde brat» məzmunda mesaj gəlmiş, ***-***-**-** mobil nömrənin sahibini xatırlamasa da düşünür ki, həmin nömrənin sahibi onunla tanış olduğu üçün ondan içmək üçün viski spirtli içkisi istəmişdir. 27 yanvar 2021-ci il tarixdə istifadəsində olan ***-***-**-** mobil nömrəsinə «Brat sen ol 60 manata gore qalmisam yasamalda tema goturmeliyem pul catmir» məzmunda mesaj yazmış ***-***-**-** mobil nömrəsinin sahibini xatırlamır, lakin mesajın məzmunundan da göründüyü kimi həmin şəxslə arasında 60 manat borc pul söhbəti olmuşdur. 27 yanvar 2021-ci il tarixdə istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə ***-***-**-** mobil nömrəsi arasında hansı səbəbə «Taleh brat amilde qaldir ag koyneyler geldi hardasan» məzmunda mesaj yazışması olmasını xatırlamır və onun Taleh adlı tanışı yoxdur. İstifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə 2 fevral 2021-ci il tarixdə «Vezyetim yaxwi devil tez ol seni gozleyrem burda» məzmunda, 3 fevral 2021-ci il tarixdə «Ay amciq mən ölürəm axi meni niye bu vezyete saldin cavab ver amil, olan oldu keçdi nefesim çıxmır» məzmunda və 4 fevral 2021-ci il tarixdə «Nə vaxta qədər bele edəcəksən bir az başım qarışıqdı seni tapacam o zaman nələr olacağını özün fikirlewde ay peyser 43 manatı ela 1 2 günə verirdimde sene» məzmunda mesajlar yazmış ***-***-**-** mobil nömrəsinin sahibini tanımasa da, həmin şəxs onun nömrəsini haradansa tapıb ondan narkotik vasitə olan heroin istəmiş və o da heç vaxt həmin şəxslə görüşüb ona narkotik vasitə satmamışdır. 26 fevral 2021-ci il tarixdə istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə «Qaqas men 1 de rayona gedirem asage 3 dene 35 istiyen olsa di 1 tamam kime» məzmununda mesaj yazmış ***-***-**-** mobil nömrəsinin sahibini xatırlamır və həmin şəxsin niyə ona bu məzmunda sms yazmasının səbəbini bilmir. 10 mart 2021-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılarkən əynindəki göy rəngli cins şalvarın cibindən aşkar olunmuş üzərində ***-***-**-** mobil nömrə olan «Samsung Galaxy A01» markalı mobil telefona baxış keçirilərkən həmin telefonda olan «Whatsapp» tətbiqetməsinə baxış zamanı müəyyən edilmiş 10 mart 2021-ci il tarixdə ayrı-ayrı vaxtlarda onun istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi ilə ***-***-**-** mobil nömrəsi arasında «Brat kof geldi baha diyir brat men bilmirem diyir super biseydi», «tebi nece nece gotyreceysen». «qiymet de bi men sene diyimde», «ay qaqaş ogreşdi elle gun olur 20-25 dene goturuy», «K...18, P...25», «qaqas sene heyran bu diyrki Tebi mene cox lazimdi amma 10-15 dene indi gotrey pullun verey baxay», qaqam men cAtrama, Gunew petrola» məzmunlarda yazışmalar aparılmış və həmin yazışmalardanda göründüyü kimi, o, həmin ***-***-**-** mobil nömrənin sahibinə bir dəfə 10 mrt 2021-ci il tarixdə günün ikinci yarısı Yasamal rayonunda yerləşən «Günəş Pelrol» YDM-nin yaxınlığında bir qramı 15 manat olmaqla ümumilikdə 10 qram narkotik vasitə olan heroin satıb 150 manat pul almışdır. ***-***-**-** mobil nömrəsinin sahibini tanımır və anket məlumatlarını bilmir. Ona məxsus Samsung Galaxy A01 markalı mobil telefonununda olan «Whatsapp» tətbiqetməsinə baxış keçirilən zamanı müəyyən edilmiş 9 mart 2021-ci il tarixdə saat 20:35-də +7 989 ***-**-** nömrəsilə «X3» adı ilə «Whatsapp» tədbiq etməsindən qeydiyyatda keçmiş şəxslə onun istifadəsində olan olan ***-***-**-** mobil nömrəsi arasında «malı Yasamala atdırma», «malı ətrafında, çox insan və avtomobil olan yerə deyil sakit yerə qoy» məzmunlu səs yazısı göndərilmişdir. Həmin gün saat 20:38-də onun ***-***-**-** mobil nömrəsindən elə həmin nömrəyə «malı Qələbənin kruqu kimi insanların çox olduğu yerə qoyma. Qələbənin kruquna qoyacaqsansa orada olan binalardan birinə qoy» məzmunlu səs yazısı göndərilmişdir. Bundan əlavə həmin gün saat 20:41-də «X3» adı ilə qeydiyyata salınmış +7 989 ***-**-** nömrəsindən onun ***-***-**-** mobil nömrəsinə cavab olaraq «mənim gözlərim üstə, deyərəm ona» məzmunlu səs yazısı göndərilmişdir. Həmin gün saat 21:11-də «X3» adı ilə qeydiyyata alınmış +7 989 ***-**-** nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə başqa bir şəxsin səs yazısını göndərərək «bu ədamdan xəbər gözlədiyi, daha sonra həmin adamı gedib götürməsi üçün göndərəcəyi və işin rahat və arxayın olması üçün Amili ora göndərmədiyi» mövzulu səs yazısı göndərilmişdir. Həmin səs yazısına cavab olaraq o da «oldu brat problem yoxdur, lap gecəyə saxlamasın ki, biz nəsə verə bilək orda» məzmunlu səs yazısı ilə cavab vermişdir. 9 mart 2021-ci il tarixdə saat 21:12-də «X3» adı ilə qeydiyyata salınmış +7 989 ***-**-** nömrəsindən onun istifadəsində olan nömrəyə «6 dənə mal qoyubdu, onu götürdükdən sonra bizim növbədi, bizimkin qoyacaq» məzmunlu səs yazısı göndərilmişdir. 9 mart 2021-ci il tarixdə saat 23:25-də «X3» adı ilə qeydiyyata alınmış +7 989 ***-**-** nömrəsindən onun istifadəsində olan nömrəyə «yarım saatdan sonra orda ol» məzmunlu səs yazısı göndərilmişdir. 9 mat 2021-ci il tarixdə 23:56-da o, «burdayam brat, trikaronadan bir az qıraqdayam, şəkili atsın götürüm» məzmunlu səs yazısı göndərmişdir. Bundan sonra «X3» adı ilə qeydiyyata salınmış +7 989 ***-**-** nömrəsindən onun istifadəsində olan nömrəyə işarlərlə göstərilmiş narkotik maddəni yerləşdirdiyi yerin fotoşəkillərini və səs yazısı göndərilmişdir. Həmin səs yazısında «qardaş, Qələbə meydanı tərəfdən gələndə trikaronanm svetoforundan sola yol gedir. Sola enəndə 200 metr irəlidə sağa baxanda görəcək aptek və birdəki topaz var. Həmin topazın sağından getdikdə orada şitin dalındadı, götürsün» sözləri işlədilmişdir. 10 mart 2021-ci il tarixdə saat 00:22-də onun tərəfindən istifadəsində olan mobil nömrədən «X3» adlı şəxsə «götürdüm brat, məndə» məzmunlu səs yazısı göndərilmişdir. Həmin vazışmalar və səs yazısı onun mobil telefonunda 7 989 ***-**-** nömrə ilə «X3» adı altında qeydiyyata alınmış İran İslam Respublikasının vətəndaşı «Fərşid» adlı şəxslə «Whatsapp» tədbiq etməsindən istifadə edilərək həyata keçirilmişdir. Özünü CM-nin 234.4.1-ci maddəsi ilə təqsirli bilmir. «Fərşid» adlı şəxslə qabaqcadan əlbir olub cinayət törətməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs adlı şəxsin külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi və Bakı şəhərinin Yasamal rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə o və BNMİ-in XMİÜ baş əməliyyat müvəkkili Şahid2dan ibarət tərkibdə əməliyyat qrupu təşkil edilmişdir. 10 mart 2021-ci il tarixdə saat 17:00-da Şahid2lə birlikdə ünvan 2 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs saxlanılmışdır. Amilə külli miqdarda narkotik və psixotrop maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə olunması və Bakı şəhərinin Yasamal rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib, onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Sonuncu etiraz etmədən onlarla birlikdə polis idarəsinə getmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Amilə təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənəd varsa, təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə və bir bükümdə ağ rəngli, kristal şəkilli metamfetaminə bənzər kütləni çıxardıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan göy rəngli şalvarın sol yan cibindən 1 ədəd qara rəngli «Samsung» markalı mobil telefon, 1 ədəd 50 (əlli) manatlıq əskinas, 1 ədəd açar və A.Babyevə məxsus şəxsiyyət vəsiqəsi, həmin şalvarın sağ yan cibindən isə 1 ədəd alışqan aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir büküm heroinə bənzər kütlə və bir büküm psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmişdir. Həmin bükümlər zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib, üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd «Samsung» markalı mobil telefon və 1 ədəd şəxsiyyət vəsiqəsi götürülmüş, 50 manat pul, 1 ədəd açar və 1 ədəd alışqan isə Amilin özünə qaytarılmışdır. Orada Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən aşkar olunmuş 2 ədəd bükümün içərisində olan maddənin nə olduğu və onları haradan əldə etdiyi soruşulduqda sonuncu bildirmişdir ki, üzərindən aşkar olunmuş 1 ədəd bükümdəki açıq qəhvəyi rəngli, spesifik iyə malik kütlə narkotik vasitə heroindir, digər bükümdə olan ağ rəngli, kristal şəkilli kütlə isə psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini İran İslam Respublikasının vətəndaşı «Fərşid» adlı şəxsin vasitəsilə əldə etdiyini və sonuncunun deyəcəyi ünvana çatdırması üçün həmin narkotik vasitə və psixotrop maddənin bir hissəsini də Yasamal rayonunda yerləşən kirayə yaşadığı evdə saxladığını bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində kirayə yaşadığı evdə saxladığı narkotik və psixotrop maddələri də təqdim etməsi təklif olunduqda sonuncu razılaşaraq kirayə yaşadığı evdə saxladığı narkotik və psixotrop maddələri təqdim edə biləcəyini, bu məqsədlə evinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs ərizəsi əsasında razılığı alındığı ünvan 6 ünvanına baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin evin yataq otağında olan çarpayının altında saxladığı 1 ədəd göy rəngli sellofan torbanı çıxardıb təqdim etmişdir. Həmin torbaya baxış keçirilən zaman içərisindən 1 ədəd bükümdə açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə, 4 ədəd bükümdə isə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Həmin kütlələr qablaşdırlmış formada elektron tərəzidə çəkilmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş predmetlər həmin sellofan torbada qablaşdırılıb üzərində qeydlər aparılmaqla möhürlənib götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar olunmuş narkotik vasitə və və psixotrop maddələri İran İslam Respublikasının vətəndaşı «Fərşid» adlı şəxsin vasitəsi ilə əldə etdiyini və həmin maddələri «Fərşid» adlı şəxsin deyəcəyi ünvana çatdırıb 1.000 (bir min) manat pul alacağını bildirmişdir. Saxlanıldığı zaman və yaşadığı evə baxış keçirlərkən Təqsirləndirilən şəxs qarşı təsirtəzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verdi. İşin 122-129-cu vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı sonuncunun üzərindən aşkar edilərək götürülmüş 1 ədəd «Samsung Galaxy A01» markalı mobil telefon aparatına 17 mart 2021-ci il tarixdə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, mobil telefon «Samsung Galaxy A01» markalı olmaqla ön və arxa tərəfi qara rənglidir. Mobil telefonun üzərində hər hansı gözə çarpan zədələnmə yoxdur. Mobil telefonun ekranın fonunda Təqsirləndirilən şəxs öz fotoşəkili yerləşdirilmişdir. Mobil telefonun üzərində Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəsi vardır. Mobil telefon ümumilikdə ilkin görünüşünə əsasən istifadəyə yararlı vəziyyətdədir. Bundan sonra mobil telefonu açıb menyu bölməsinə daxil olduqdan sonra ilkin olaraq ismarıc qutusuna baxış keçirildi. Baxış zamanı istintaq üçün əhəmiyyətli ola biləcək hər hansı ismarıc aşkar edilmədi. Bundan sonra mobil telefonda olan «Whatsapp» mobil tətbiqetməsinə baxış keçirildi. Baxış zamanı istintaq üçün əhəmiyyətli ola biləcək aşağıdakı ismarıclar müəyyən edilmişdir. -10 mart 2021-ci il tarixdə saat 09:53-də Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsindən «Tebessssiiiii» adı ilə qeydiyyata salınmış 077- ***-**-** mobil nömrəsinə «Brat kof geldi baha diyir brat men bilmirem diyir super biseydi», bundan bir neçə dəqiqə sonra isə cctebi nece nece gotyreceysen» məzmunlu ismarıclar göndərilmiş. «Tebessssiiiii» adı ilə qeydiyyata salınmış ***-***-**-** mobil nömrəsindən «qiymet de bi men sene diyimde», «ay qaqaş ogreşdi elle gun olur 20-25 dene goturuy» məzmunlu mesajla cavab verilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsindən «K...18, P...25» məzmunlu mesajla cavab verilmişdir. Həmin gün saat 14:13-də «Tebessssiiiii» adı ilə qeydiyyata salınmış ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə «qaqas sene heyran bu diyrki Tebi mene cox lazimdi amma 10-15 dene indi gotrey pullun verey baxay» , «10 kola» məzmunlu ismarıclar göndərilmişdir. Həmin gün saat 15:55-də ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə «qaqam men cAtrama, Gunew petrola» məzmunlu ismarıc göndərilmişdir. -09 mart 2021-ci il tarixdə saat 20:35-də +7 989 ***-**-** nömrəsi ilə «Whatsapp» tədbiq etməsindən qeydiyyatda keçmiş və Təqsirləndirilən şəxs tərəfindən mobil telefonuna «X3» adı ilə qeydiyyata salınmış mobil nömrəsinə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən «malı Yasamala atdırma», «malı ətrafında çox insan və avtomobil olan yerə deyil sakit yerə qoy» məzmunlu səs yazısı göndərilmişdir. Həmin gün saat 20:38-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən elə həmin nömrəyə «malı Qələbənin kruqu kimi insanların çox olduğu yerə qoyma, Qələbənin kruquna qoyacaqsansa orada olan binalardan birinə qoy» məzmunlu səs yazısı göndərilmişdir. Həmin gün saat 20:41-də «X3» adı ilə qeydiyyata salınmış +7 989 ***-**-** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə cavab olaraq «mənim gözlərim üstə, deyərəm ona» məzmunlu səs yazısı göndərilmişdir. Həmin gün saat 21:11-də «X3» adı ilə qeydiyyata salınmış +7 989 ***-**-** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə başqa bir şəxsin səs yazısını göndərərək «bu adamdan xəbər gözlədiyi, daha sonra həmin adamı gedib götürməsi üçün göndərəcəyi və işin rahat və arxayın olması üçün Amili ora göndərmədiyi» mövzulu səs yazısı göndərilmişdir. Həmin səs yazısına cavab olaraq Təqsirləndirilən şəxs «oldu brat problem yoxdur, lap gecəyə saxlamasın ki, biz nəsə verə bilək orda» məzmunlu səs yazısı göndərmişdir. Həmin gün saat 21:12-də X3» adı ilə qeydiyyata salınmış +7 989 ***-**-** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan nömrəyə «6 dənə mal qoyubdu, onu götürdükdən sonra bizim növbədi, bizimkin qoyacaq» məzmunlu səs yazısı göndərilmişdir. Həmin gün saat 23:25-də X3» adı ilə qeydiyyata salınmış +7 989 ***-**-** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan nömrəyə «yarım saatdan sonra orda ol» məzmunlu səs yazısı göndərilmiş, həmin gün 23:56-da Təqsirləndirilən şəxs «burdayam brat, trikaronadan biraz qıraqdayam, şəkili atsın götürüm» məzmunlu səs yazısı göndərilmişdir. Bundan sonra X3» adı ilə qeydiyyata salınmış +7 989 ***-**-** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan nömrəyə işarələr göstərilmiş narkotik maddəni yerləşdirdiyi yerin fotoşəkilləri göndərilmiş və həmin narkotik maddəni yerləşdirən şəxsin narkotik maddəni qoyduğu yerin ünvanını qeyd elədiyi səs yazısı göndərilmişdir. Həmin səs yazısında bunlar qeyd olunmuşdur: «qardaş. Qələbə meydanı tərəfdən gələndə trikaronanın svetoforundan sola yol gedir. Sola enəndə 200 metr irəlidə sağa baxanda görəcək aptek və birdəki topaz var. Həmin topazın sağından getdikdə orada şitin dalındadı, götürsün». Saat 00:22-də Təqsirləndirilən şəxs tərəfindən «götürdüm brat, məndə» məzmunlu səs yazısı göndərilmişdir. Danışıqlar zamanı narkotik maddələrlə bağlı müxtəlif məzmunlu danışıqlar olsa da, istintaq üçün əhəmiyyətli ola biləcək başqa ismarıclar müəyyən edilməmişdir. Bundan sonra mobil telefonun daxil olan və çıxan zənglər siyahısına və fotoşəkillər olan bölməsinə də baxış keçirilmiş və istintaq üçün əhəmiyyətli heç bir hal müəyyən edilməmişdir. İşin 141-143-cü vərəqlərindəki 15 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş ***-***-**-** və ***-***-**-** mobil nömrələrinə 1 yanvar 2021-ci il tarixdən 11 mart 2021-ci il tarixədək daxil olan və çıxan zənglərin siyahısının, həmin nömrələrə zəng edən abunəçilərin tam anket məlumatlarının, daxil olan və çıxan SMS mətnlərinin, həmçinin göstərilən tarixlər üçün qeyd olunan nömrələrdən daxil olan və çıxan zənglərin hansı antennalar tərəfindən qeydiyyata alınması haqqında məlumatların əks olunduğu "xxxx" MMC-dən daxil olmuş 7 aprel 2021-ci il tarixli, 7011 nömrəli məktuba əlavə edilmiş üzərində «6829- 31.03.2021» rəqəmləri yazılmış 1 ədəd CD diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, həmin 1 ədəd CD diskdə 1 ədəd «abuneciler.xls» adlı, 1 ədəd «**********94 sms.txt» adlı, 1 ədəd «**********94.txt», 1 ədəd «antenna.xls» adlı, 1 ədəd «**********90 sms.txt» adlı, 1 ədəd «**********90.txt» adlı fayllar vardır. «abuneciler.xls» adlı 1-ci fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs məxsus ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrinə 1 yanvar 2021-ci il tarixdən 11 mart 2021-ci il tarixədək daxil olan və çıxan zənglərin məxsus olduğu 80 mobil nömrənin sahiblərinin anket məlumatları qeyd olunmuşdur. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələrinin öz adına qeydiyyatda olması görünür. Bundan başqa həmin faylda iş üçün əhəmiyyətli heç bir hal müəyyən edilməmişdir. «**********94 sms.txt» adlı ikinci fayl açıldıqda orada Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə 1 yanvar 2021-ci il tarixdən 11 mart 2021-ci il tarixədək daxil olan və çıxan mesajların mətinləri göstərilmişdir. Həmin siyahıya baxış keçirən zaman 23 yanvar 2021-ci il tarixdə saat 08:55:05-də A.Sücəddinovun istifadəsində olan ***-***-**-** mobil nömrə ilə 055- ***-**-** mobil nömrəsi arasında «Brat pate yare verecem cunki ozumun yoxde 3 ...4 evezin cixaram ot ise 4.5 karopka» sözləri, 27 yanvar 2021-ci il tarixdə saat 14:20:40-da A.Sücəddinovun istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə ***-***-**-** mobil nömrə arasında «Brat cixdim hezi asla novdan gelirem girusende veska gctirde brat» sözdən. 27 yanvar 2021-ci il tarixdə saat 22:47:12-də A.Sücəddinovun istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə ***-***-**-** mobil nömrəsi arasında «Brat sen ol 60 manata gore qalmisam yasamalda tema goturmeliyem pul catmir» sözləri, 27 yanvar 2021-ci il tarixdə, saat 23:03:14-də A.Sücəddinovun istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə ***-***-**-** nömrəsi arasında «Taleh brat amilde qaldir ag koyneyler geldi hardasan» sözləri, 2 fevral 2021-ci il tarixdə, saat 15:59:22-də ***-***-**-** nömrəsi ilə A.Sücəddinovun istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında «Vezyetim yaxwi devil tez ol seni gozleyrem burda» sözləri, 3 fevral 2021-ci il tarixdə, saat 08:52:46-də ***-***-**-** nömrəsi ilə A.Sücəddinovun istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında «Ay amciq, mən ölürəm axi meni niye bu vezyete saldin cavab ver amil, olan oldu keçdi nefesim çıxmır» sözləri, 4 fevral 2021-ci il tarixdə, saat 19:53:25-də ***-***-**-** nömrəsi ilə A.Sücəddinovım istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında «Nə vaxta qədər bele edəcəksən bir az başım qarışıqdı seni tapacam o zaman nələr olacağını özün fikirlewde ay peyser 43 manatı ela 1 2 günə verirdimde sene» sözləri. 26 fevral 2021-ci il tarixdə, saat 10:19:24-da A.Sücəddinovun istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə ***-***-**-** mobil nömrəsi arasında «Qaqas men 1 de rayona gedirem asage 3 dene 35 istiyen olsa di 1 tamam kime» sözləri, yazılmış sms mətnlərinin olması aşkar edildi. «**********94.txt adlı üçüncü fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə 1 yanvr 2021-ci il tarixdən 11.03.2021-ci il tarixədək daxil olan və çıxan zənglərin siyahısı, həmin zəng etmiş müxtəlif operatorlara məxsus abonentlərlə aparılmış danışıqların müddətləri göstərilmişdir. Bundan başqa həmin faylda iş üçün əhəmiyyətli heç bir hal müəyyən edilməmişdir. «antenna.xls» adlı dördüncü fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil nömrələrinin və həmin nömrələrə 1 yanvar 2021-ci il tarixdən 11 mart 2021-ci il tarixədək ayrı-ayrı operatorlara məxsus mobil nömrələrdən daxil olan və çıxan zənglərin anten dairələri barədə məlumatlar göstərilmişdir. Bundan başqa həmin faylda iş üçün əhəmiyyətli heç bir hal müəyyən edilməmişdir. «**********90.txt» adlı beşinci fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə 1 yanvar 2021-ci il tarixdən 11 mart 2021-ci il tarixədək daxil olan və çıxan zənglərin siyahısı, həmin zəng etmiş müxtəlif operatorlara məxsus abonenetlərlə aparılmış danışıqların müddətləri göstərilmişdir. Bundan başqa həmin faylda iş üçün əhəmiyyətli heç bir hal müəyyən edilməmişdir. «**********90 sms.txt» adlı altıncı fayl açıldıqda orada Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** mobil nömrəsinə 1 yanvar 2021-ci il tarixdən 11 mart 2021-ci il tarixədək daxil olan və çıxan mesajların siyahısı və mətnləri göstərilmişdir. Həmin siyahıya baxış keçirilsə də iş üçün əhəmiyyət kəsb edən hallar aşkar olunmadı. İşin 58-59-cu vərəqlərindəki protokoldan görünür ki, 10 mart 2021-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin xidməti otaqlarından birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd CD diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, həmin CD diskdə əks edilmiş görüntülər 10 mart 2021-ci il tarixdə saat 18:30-da qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Baş Narkotiklərlə Mübarizə İdarəsində yerləşən xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki, təhqiqatçı Nəcəf Aburşunun yanında ondan sola doğru ayaq üstə dayanmış şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1dur. Təhqiqatçının qarşısında dayanmış şəxs Mərkəz hüquq bürosunun vəkili X1r. Xidməti otaqda Şahid1lə müdafiəçi Kərim Bağırovun arasında dayanmış əynində qara rəngli gödəkçə və göy rəngli cins şalvar olan şəxs Təqsirləndirilən şəxsdur. Video çəkilişin davamında təhqiqatçı Nəcəf Aburşu Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Bu zaman Təqsirləndirilən şəxs sol əlini əynində olan qara rəngli gödəkçənin sol yan cibinə salaraq oradan iki ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxardıb qarşısındakı masanın üzərinə qoyur. Təhqiqatçı N.Aburşu tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdən biri açıldıqda həmin bükümdə ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlənin olması aşkar edilir. Daha sonra isə Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən çıxardıb qarşısında olan masanın üzərinə qoyduğu digər büküm açıldıqda həmin bükümdə qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər kütlənin olması aşkar olunur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd sonuncuya məxsus şəxsiyyət vəsiqəsi, 1 ədəd «Samsung» markalı mobil telefon, 1 ədəd açar və 50 manat pul, həmin şalvarın sağ yan cibindən isə 1 ədəd alışqan aşkar edilir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən aşkar olunmuş həmin 2 ədəd bükümlər iştirakçıların gözü qarşısında elektron tərəzidə çəkilərək, ağ rəngli zərfə qoyulmaqla müvafiq qaydada qablaşdırılır və zərfin üzəri iştirakçılar tərəfindən imzalanır. Sorğu zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən aşkar olunmuş 1 ədəd narkotik vasitə heroin bükümünü və 1 ədəd psixotrop maddə metamfetamin bükümünü bir gün əvvəl İran İslam Respublikasının vətandaşı «Fərşid» adlı şəxsin vasitəsi ilə Yasamal rayonu ərazisində əldə etdiyini və sonuncunun tapşırığı ilə həmin maddələri «Fərşid»in dediyi ünvana çatdıracağı təqdirdə «Fərşid»in ona 1000 manat pul verəcəyini bildirir. Həmçinin Təqsirləndirilən şəxs sorğu zamanı üzərindən aşkar olunan narkotik və psixotrop maddələrdən əlavə kirayə yaşadığı ünvan 7 ünvanda yerləşən evində saxladığı maddələri də təqdim edə biləcəyini bildirir. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi və 1 ədəd «Samsung» markalı mobil telefon müvafiq qaydada götürülür, 1 ədəd açar, 1 ədəd alışqan və 50 manat nağd pul isə özünə qaytarılır. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeyd olunanlardan başqa hər hansı bir qeyri-qanuni əşya aşkar olunmamışdır. İşin 60-61-ci vərəqlərindəki protokoldan görünür ki, 10 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvan 8 ünvanında yerləşən bir otaqlı fərdi həyət evinə keçirilmiş baxış və götürmə zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd CD diskə keçirilmiş baxış zamanı məlum olmuşdur ki, həmin CD diskdə əks edilmiş görüntülər 10 mart 2021-ci il tarixdə saat 20:00da qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış ev Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvan 8-də yerləşən bir otaqlı fərdi həyət evidir. Videogörüntüdən müəyyən edilir ki, təhqiqatçı Nəcəf Aburşunun qarşısında ayaq üstə dayanmış şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1dur. Təhqiqatçının qarşısında solda dayanmış şəxs «Mərkəz» hüquq bürosunun vəkili X1r. Təhqiqatçıdan sola doğru onun yanında dayanmış əynində qara rəngli gödəkçə və göy rəngli cins şalvar olan şəxs Təqsirləndirilən şəxsdur. Təhqiqatçı N.Abşuru tərəfindən Təqsirləndirilən şəxs Yasamal rayonu V.Əliyev küçəsi 353 ünvanda yerləşən bir otaqlı fərdi həyət evində bir aydır kirayə yaşaması müəyyən edildikdən sonra Təqsirləndirilən şəxs bildirilir ki, üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman İran İslam Respublikasının vətəndaşı «Fərşid» adlı şəxsin vasitəsilə əldə edib evində saxladığı qeyd etdiyi narkotik vasitə və psixotrop maddəni hazırda baxış keçirilən bir otaqlı evin harasında saxladığını desin və çıxardıb təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs yaşadığı Yasamal rayonu V.Əliyev küçəsi 353 ünvanda yerləşən bir otaqlı fərdi həyət evindəki çarpayının altından bir ədəd göy rəngli sellofan torbanı çıxardıb təqdim edir. Həmin göy rəngli sellofan torba iştirakçıların gözü qarşısnda açıldıqda içərisində 4 ədəd ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə və 1 ədəd şəffaf plastik qabın içərisində 1 ədəd qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər kütlələrin olması aşkar olunur. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə çarpayının altından çıxardıb təqdim etdiyi göy rəngli sellofan torbadan aşkar olunmuş həmin 4 ədəd içərisində psixotrop maddə metamfetaminə bənzər kütlələr olan bükümlər və 1 ədəd içərində narkotik vasitə heroinə bənzər kütlə olan büküm iştirakçıların gözü qarşısında elektron tərəzidə çəkilərək, həmin göy rəngli sellofan torbaya qoyulmaqla müvafiq qaydada qablaşdırılır və zərfin üzəri iştirakçılar tərəfindən imzalanır. Sorğu zamanı Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvan 9 ünvanında aşkar edilmiş 1 ədəd narkotik vasitə heroin bükümünü və 4 ədəd psixotrop maddə metamfetamin bükümünü bir gün əvvəl İran İslam Respublikasının vətandaşı «Fərşid» adlı şəxsin vasitəsi ilə Yasamal rayonu ərazisində əldə etdiyini və sonuncunun tapşırığı ilə həmin maddələri «Fərşid»in dediyi ünvana çatdıracağı təqdirdə «Fərşid»in ona 1000 manat pul verəcəyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvan 10 ünvanında yerləşən bir otaqlı fərdi həyət evinə keçirilmiş baxış zamanı qeyd olunanlardan başqa hər hansı bir qeyri qanuni əşya aşkar olunmamışdır. İşin 44-51-ci vərəqlərindəki məhkəmə kimyəvi ekspertizasının 11 mart 2021-ci il tarixli, 6/983 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...» sözləri yazılmış paketdəki bir ədəd bükümdə təmiz çəkisi 9,725 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 9,750 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Üzərində «...şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən ...» sözləri yazılmış kağız yapışdırılmış polietilen bağlamadakı bir ədəd bükümdə 139,798 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 100,094 qr., 106,369 qr.. 79,016qr., 61,552 qr., ümumi təmiz çəkisi 347,031 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə-metamfetamindir. Bir ədəd kağız paketdə və bir ədəd polietilen bağlamadakı heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub ümumi təmiz çəkisi 149,523 qram təşkil edir. Bir ədəd kağız paketdəki və bir ədəd polietilen bağlamadakı metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, ümumi təmiz çəkisi 356,781 qram təşkil edir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. İşin 172-174-cü vərəqlərindəki ambulator məhkəmə-psixiatrik ekspertizasının 16 may 2021-ci il tarixli 1040 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İşin 175-176-cı vərəqlərindəki məhkəmə-narkoloji ekspertizanın 7 iyun 2021-ci il tarixli 1778 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 30-32-ci vərəqlərindəki şəxsi axtarış və götürmə aparılması haqqında 10 mart 2021-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan qara rəngli gödəkçənin sol yan cibindən aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan 2 ədəd şəffaf rəngli sellofan büküm, həmçinin əynində olan göy rəngli cins şalvar sol yan cibindən 1 ədəd «Samsung» markalı mobil telefon, 50 manat pul, 1 ədəd açar və 1 ədəd şəxsiyyət vəsiqəsi, eyni zamanda həmin şalvarın sağ yan cibindən 1 ədəd alışqan aşkar olunmuşdur. Cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən həmin narkotik vasitə heroin bükümü, psixotrop maddə metamfetamin bükümü və 1 ədəd «Samsung» markalı mobil telefon götürülmüşdür. İşin 35-36-cı vərəqlərindəki evə baxış keçirilməsi və götürmə aparılması haqqında 10 mart 2021-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən bir otaqlı fərdi həyət evinə baxış keçirilməsi və götürmə aparılması zamanı onun yataq otağında olan çarpayının alıtndan çıxardıb təqdim etdiyi içərisində 4 büküm psixotrop maddə metamfetamin və 1 büküm narkotik vasitə heroin olan göy rəngli polietilen torba iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. İşin 170-171-ci vərəqlərindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 177-198-ci vərəqlərindəki sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 9,725 (ekspertiza tədqiqatından sonra 9,625) qram narkotik vasitə heroin, təmiz çəkisi 9,750 (ekspertiza tədqiqatından sonra 9,650) qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş təmiz çəkisi 139,798 (ekspertiza tədqiqatından sonra 139,698) qram narkotik vasitə heroin, təmiz çəkisi 347,031 (ekspertiza tədqiqatından sonra 346,911) qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı sonuncunun üzərində aşkar edilərək götürülmüş 1 ədəd «Samsung» markalı mobil telefon aparatı, "xxxx" MMC-dən daxil olmuş 7 aprel 2021-ci il tarixli, 7011 nömrəli məktuba əlavə edilmiş üzərində «6829-31.03.2021» rəqəmləri yazılmış 1 ədəd CD disk, 10 mart 2021-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd CD disk, 10 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Yasamal rayonu, V.Əliyev küçəsi, 353 ünvanda yerləşən evində aparılmış baxış və götürmə zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd CD disk sübut kimi tanınmış, narkotik vasitələr, metamfetaminlər və «Samsung» markalı mobil telefon aparatı saxlanılması üçün Yasamal RPİ-nin məsul saxlancına təhvil verilmiş, CD disklər isə iş materiallarına əlavə edilmişdir. İşin 21-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sücədin oğlu 10 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 150-151-ci vərəqlərindəki doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 11 sentyabr 2012-ci il təvəllüdlü Yusif Babazadə adlı azyaşlı uşağı vardır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Sücədin oğlunun Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs Sücədin oğlu məhkəmədə elan edilmiş ittiham özünü qismən təqsirli bilərək ifadəsində İran İslam Respublikası vətəndaşı Fərşid adlı şəxsə şəxsi istifadəsi üçün 10 qram çəkidə narkotik vasitə sifariş etdiyini, sonuncunun telefonla ona şəkil atdığı yerdən gedib içərisində narkotik vasitə olan sellofan torbanı götürüb kirayədə yaşadığı ünvana gətirdiyini, saxlanıldığı zaman üzərində narkotik vasitə olmadığını bildirdi. Onun ifadəsi qeyd olunan hissədə ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi (i.v. 221-228), məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları ilə təkzib edildiyindən məhkəmə ifadəsinə həmin hissədə tənqidi yanaşır, cəzasını yüngülləşdirmək məqsədi daşıyan ifadə kimi qiymətləndirir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının tövsiyyələrini də nəzərə alır. Belə ki, həmin Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Sücədin oğlunun əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Sücədin oğluna cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Sücədin oğlunun himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Sücədin oğlunun Azərbaycan Respubikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Sücədin oğlu Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməli, ona həmin maddə ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 10 mart 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Yasamal RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 9,725 (ekspertiza tədqiqatından sonra 9,625) qram narkotik vasitə heroin, təmiz çəkisi 9,750 (ekspertiza tədqiqatından sonra 9,650) qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş təmiz çəkisi 139,798 (ekspertiza tədqiqatından sonra 139,698) qram narkotik vasitə heroin, təmiz çəkisi 347,031 (ekspertiza tədqiqatından sonra 346,911) qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı sonuncunun üzərində aşkar edilərək götürülmüş 1 ədəd «Samsung» markalı mobil telefon aparatı onun qohumlarına qaytarılmalı, "xxxx" MMC-dən daxil olmuş 7 aprel 2021-ci il tarixli, 7011 nömrəli məktuba əlavə edilmiş üzərində «6829-31.03.2021» rəqəmləri yazılmış 1 ədəd CD disk, 10 mart 2021-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd CD disk, 10 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Yasamal rayonu, V.Əliyev küçəsi, 353 ünvanda yerləşən evində aparılmış baxış və götürmə zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd CD disk isə iş materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 81 (səksən bir) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs Sücədin oğlundan dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Sücədin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Sücədin oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 10 mart 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Sücədin oğluna narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Yasamal RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 9,725 (ekspertiza tədqiqatından sonra 9,625) qram narkotik vasitə heroin, təmiz çəkisi 9,750 (ekspertiza tədqiqatından sonra 9,650) qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş təmiz çəkisi 139,798 (ekspertiza tədqiqatından sonra 139,698) qram narkotik vasitə heroin, təmiz çəkisi 347,031 (ekspertiza tədqiqatından sonra 346,911) qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı sonuncunun üzərində aşkar edilərək götürülmüş 1 ədəd «Samsung» markalı mobil telefon aparatı onun qohumlarına qaytarılsın. "xxxx" MMC-dən daxil olmuş 7 aprel 2021-ci il tarixli, 7011 nömrəli məktuba əlavə edilmiş üzərində «6829-31.03.2021» rəqəmləri yazılmış 1 ədəd CD disk, 10 mart 2021-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd CD disk, 10 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Yasamal rayonu, V.Əliyev küçəsi, 353 ünvanda yerləşən evində aparılmış baxış və götürmə zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd CD disk isə iş materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 81 (səksən bir) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs Sücədin oğlundan dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar