Məhkəmə qərarları › İş №1(101)-1336/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1336/2022

15.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1336/2022 15.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Bakı şəhər 4 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxxxx 1998-ci ildə Ağsu rayonunun Muradlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Kürdəmir rayonunun Yenikənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və barəsində xx.xx.2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3, 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı ov bıçağı hesab edilən bir ədəd soyuq silahı istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirmiş, habelə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil edilən 4,536 qram çəkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən 08 aprel 2022ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 11:10-da ünvan 2 ünvanında yerləşən “Neptun” marketin qarşısında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə aparılıb üzərinə şəxsi axtarış keçirilən zaman onun qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirdiyi, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı hesab edilən bir ədəd soyuq silah gödəkçəsinin sol iç cibindən, eləcə də satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda ayrı-ayrılıqda çəkiləri 2,296 qram və 2,240 qram olmaqla, ümumi təmiz çəkisi 4,536 qram psixotrop maddə metamfetamin boz rəngli şalvarının sağ yan cibindən 02 ədəd sellofan bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə aludəçisidir. Tutulmamışdan bir neçə gün qabaq gəzmək üçün Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə gələrkən özünə məxsus bir ədəd bıçaq götürmüşdür. Həmin bıçağı daimi olaraq üzərində gəzdirir. Bakı şəhərinə gəldikdən sonra, axşam saatlarında Nərimanov rayonu ərazisində, “Nərimanov parkı” adlanan parkda gəzdiyi zaman orada zibil qutusunun yaxınlığında yerdə bir ədəd sellofan büküm görmüşdür. Həmin büküm onun diqqətini çəkdiyi üçün onu yerdən götürmüşdür. Sellofan bükümü götürüb içərisinə baxdığı zaman içərisində iki ədəd sellofan paketlərdə “Şüşə" kimi bildiyi psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Arada-bir psixotrop maddə metamfetamin istifadə etdiyi üçün həmin bükümləri cibinə qoymuşdur. Daha sonra 08 aprel 2022-ci il tarixdə saat təxminən 11 radələrində Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində olan "Neptun” marketin qarşısında olduğu zaman bir neçə mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar. Həmin şəxslər özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat olduğunu, əməliyyat axtarış tədbiri keçirildiyini bildirmişlər. Bununla bağlı onu qəbul edilmiş əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib Baş idarəyə dəvət etmişlər. O artıq polis əməkdaşlarının məlumatlarının olduğunu başa düşüb heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Baş idarəyə gəlmişdir. Ona üzərində saxladığı əşyaları təqlim etməsi təklif edildikdə o, cibində saxladığı bir ədəd sellofan bükümü, əynində olan gödəkçənin sol iç cibində saxladığı bir ədəd bıçağı, eləcə də üzərində olan “Samsunq” markalı mobil telefonu, vəsiqəni və 20 manat pulu təqdim etmişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşqul olmamış, heç kimə narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaqda ilkin dindirmə zamanı özünü ona elan olunmuş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxmiən 15-16 yaşından narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. Son 4-5 ayda isə psixotrop maddə metamfetamin istifadə etməyə başlamışdır. Həmin maddələri çəkmə yolu ilə qəbul etmişdir. Narkotik vasitə qurudulmuş marixuananı yaşadığı kənddə təsadüfi şəkildə əldə etdiyi zaman qəbul etmişdir. Psixotrop maddə metamfetamini isə Bakı şəhərinə gəlib orada tanımadığı şəxslərdən əldə etmişdir. Bir neçə gün qabaq gəzmək üçün Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə gələrkən özünə məxsus bir ədəd bıçaq götürmüşdür. Həmin bıçağı daimi olaraq üzərində gəzdirir. Bakı şəhərinə gəldikdən sonra tutulmamışdan bir gün qabaq, yəni 07 aprel 2022-ci il tarixdə axşam saatlarında Nərimanov rayonu ərazisində, “Nərimanov parkı” adlanan parkda gəzdiyi zaman orada zibil qutusunun yaxınlığında yerdə bir ədəd sellofan büküm görmüşdür. Həmin büküm onun diqqətini çəkdiyi üçün onu yerdən götürmüşdür. Sellofan bükümü götürüb içərisinə baxdığı zaman içərisində iki ədəd sellofan paketlərdə “Şüşə" kimi bildiyi psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Arada-bir psixotrop maddə metamfetamin istifadə etdiyi üçün həmin bükümləri əynində olan boz rəngli şalvarın sağ yan cibinə qoymuşdur. Daha sonra 08 aprel 2022-ci il tarixdə saat təxminən 11:10-da Nəsimi rayonu C.Məmmədquluzadə küçəsində olan "Neptun” marketin qarşısında olduğu zaman bir neçə mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar. Həmin şəxslər özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat olduğunu, əməliyyat axtarış tədbiri keçirildiyini bildirmişlər. Bununla bağlı onu qəbul edilmiş əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib Baş idarəyə dəvət etmişlər. O artıq polis əməkdaşlarının məlumatlarının olduğunu başa düşüb heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Baş idarəyə gəlmişdir. Polis idarəsinə gətirildikdən sonra müdafiəçi ilə təmin olunmuş və şübhəli şəxs qismində tutulmuş, habələ ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra üzərində şəxsi axtarış və götürmə aparılacağı izah edilmişdir. Şəxsi axtarışda müdafiəçi də iştirak etmiş və şəxsi axtarışın videoçəkilişdən istifadə olunmaqla aparılacağı bildirilmişdir. Buna da hər hansı bir etiraz etməmişdir. Şəxsi axtarış zamanı ilk öncə ona üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş başqa əşyaların olub-olmaması soruşulmuşdur. O da tutulduğunu başa düşərək heç bir etiraz etməmiş və üzərində olan şalvarın sağ yan cibində saxladığı bir ədəd sellofan bükümü, əynində olan gödəkçənin sol iç cibində saxladığı bir ədəd bıçağı, eləcə də üzərində olan “Samsunq” markalı mobil telefonu, vəsiqəni və 20 manat pulu təqdim etmişdir. Həmin bükümə baxış keçirilmiş və içərisində daha iki ədəd sellofan paketdə kristalvarı ağ rəngli maddə olması aşkar edilmişdir. Şifahi sorğu zamanı həmin maddənin “patı” kimi tanıdığı psixotrop maddə olduğunu etiraf etmişdir. Həmin maddəni tutulmamışdan qabaq Nərimanov parkı ərazisində gəzdiyi zaman yerdən tapıb şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra üzərində keçirilən şəxsi axtarış zamanı üzərindən başqa hər hansı bir əşya aşkar edilməmişdir. Polis əməkdaşları tərəfindən üzərində aşkar edilmiş iki büküm psixotrop maddə metamfetamin bir ədəd ağ rəngli zərfə qoyulmuş və üzəri möhürlənmişdir. Həmin zərfin üzəri onun və digər iştirakçılar tərəfindən imzalandıqdan sonra polis əməkdaşları tərəfindən götürülnüşdür. Bundan başqa da üzərində aşkar edilmiş “Samsunq” markalı mobl telefon, bir ədəd bıçaq və vəsiqə də polis əməkdaşları tərəfindən götürülmüşdür, lakin 20 manat pul ona qaytarılmışdır. Sonra şəxsi axtarış, baxış və götürmə keçirilməsi barədə polis əməkdaşı tərəfindən protokol tərtib olunmuşdur. Protokol ona və iştirakçılara ucadan oxunmuş, protokol düzgün olduğu üçün onun və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Üzərində aşkar edilmiş bıçağı 5-6 il əvvəl Bakı şəhərində xatırlamadığı 1001 xırdavat dükanından əldə etmişdir. Həvəskar olduğu üçün üzərində saxlayıb daimi gəzirmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir və polis mayoru xüsusi rütbəsini daşıyır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Aralarında hər hansı bir münasibəti, düşmənçiliy və ədavət olmamışdır. 08 aprel 2022-ci il tarixdə Kürdəmir rayonu Yenikənd kəndində yaşayan Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması, külli miqdarda psixotrop maddələrin və narkotik vasitələrin satışı ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat barədə raportla rəhbərliyə məruzə etmiş və daha sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün tərəfindən qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yerləşən “Neptun” marketin yaxınlığında saxlanılmış və onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə dəvət etmişlər. O da etiraz etmədən onlarla Baş idarəyə gəlmişdir. Baş idarədə onun üzərində şəxsi axtarış aparıla bilməsi üçün müdafiəçi ilə təmin edildikdən sonra şübhəli şəxs qismində tutulmuşdur. Baş idarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmişdir. Bundan başqa o təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edilmiş və üzərində şəxsi axtarış keçiriləcəyi ona izah olunmuşdur. Baş idarənin istintaq və Təhqiqat idarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Babək Haqverdiyev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş, videoçəkiliş isə onun tərəfindən aparılmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və sənədləri könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “patı” adı ilə tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirib əynində olan şalvarının cibindən 01 sellofna bükümü, gödəkçənin iç cibindən qabı ilə birlikdə bir ədəd bıçaq, başqa da üzərində olan bir ədəd şəxsiyyət vəsiqəsi, bir ədəd “Samsung” markalı mobil telefonu və 20 manat pulu masa üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış zaman başqa hər hansı bir qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükümə baxış keçirilən zaman, həmin bükümün içərisindən daha iki ədəd sellofan büküm olduğu aşkar edilmişdir. Həmin bükümdə isə ağ rəngli kristalvari maddənin olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı həmin iki bükümdə psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri Nərimanov parkı ərazisində gəzərgək yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş 20 manat pul əhəmiyyət kəsb etmədiyi üçün özünə qaytarılmış, lakin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə təhqiqatçı tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənməklə götürülmüşdür. Həmin zərfin üzəri iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Bundan başqa iş üçün əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş "Samsung” markalı mobil telefon, bir ədəd şəxsiyyət vəsiqəsi və bir ədəd qabı ilə birlikdə olan qatlanmayan bıçaq da təhqiqatçı tərəfindən götürülmüşdür. Məşkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 08 aprel 2022-ci il tarixli 6/1961 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DiN “Zərflər üçün N6” möhür əksi və “Təqsirləndirilən şəxs üzərindən...” və s. Yazılar, imzalar olan kağız paketdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,296qram; 2,240 qram, ümumi təmiz çəkiləri 4,536 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. 02 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi-4,536 qram, tədqiqata sərf edildi-0,1 qram, qalıq-4,436 qram. Cinayət işi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X6 Şəxsindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 09 aprel 2022-ci il tarixli 1710 nömrəli rəyində edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 05 may 2022-ci il tarixli 3/462 nömrəli məhkəmə-soyuq silah ekspertizasının rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir. Üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Cinayət işi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsindən daxil olmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının 06 iyun 2022-ci il tarixli 1437 nömrəli rəyində qeyd edilmişdirki Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tədbiq edilməsinə ehtiyac yoxdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin 4,436 qram qalığı və bir ədəd ümumi təyinatlı ov bıçağı hesab edilən soyuq silah maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DiN-in BMCMi-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlil gətirərək onun həmin narkotik vasitələri satış məqsədi olmaması barədə vermiş olduğu ifadəsi özünü müdafiə xarakteri daşıyır və məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi 08 aprel 2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, həmin protokola əlavə edilmiş 01 ədəd DVD disk, Təqsirləndirilən şəxs verdiyi ifadələri, şahid ifadələri, məhkəmə-kimyəvi ekspertizasının 08 aprel 2022-ci il tarixli 6/1961 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 09 aprel 2022-ci il tarixli 1710 nömrəli rəyi, məhkəmə-soyuq silah ekspertizasının 05 may 2022-ci il tarixli 3/462 nömrəli rəyi, məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 1437 nömrəli rəyi, maddi sübut qərarı və digər istintaq sənədləri ilə tam təsdiqini tapmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə tam təsdiqini tapmışdır. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3, 228.4-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əməllərində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar məhkəmə istintaqı zamanı müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 08 aprel 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DiN-in BMCMi-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin 4,436 qram qalığı və bir ədəd ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçağı məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 174 (yüz yetmiş dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhər 4 saylı Vəkil Bürosunun vəkili X3 270 (iki yüz yetmiş) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 –cü maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 08 aprel 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından Bakı şəhər 4 saylı Vəkil Bürosunun vəkili X3 270 (iki yüz yetmiş) manat pul ödənilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DiN-in BMCMi-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin 4,436 qram qalığı və bir ədəd ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçağı məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 174 (yüz yetmiş dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar