Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1336/2025 04.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1990-cı ildə Tərtər rayonu, Kəngərli kəndində doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarına əsasən hökm dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli qərarına əsasən 5 ay 15 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, Tərtər rayonu, Kəngərli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən, nömrəsiz fərdi evdə yaşamış, 05 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 07 fevral 2025-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 5 ay 15 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq, qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - 7,688 qram çəkidə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in İİ siyahısına daxil olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən, nömrəsiz fərdi evin yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 05 fevral 2025-ci il tarixdə saat 17:20-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada həmin gün saat 19:07-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 1 ədəd bükümdə külli miqdarda - 7,688 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən isə Təqsirləndirilən şəxs həmin əməli satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, daşıma və saxlama kimi qiymətləndirilmiş, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş bütün sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıldı, bu zaman təqsirləndirilən şəxsin ondan aşkar olunmuş psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması öz təsdiqini tapmadı. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, tutulduğu gün o, səhər tezdən atasının yanına getmək istəmiş, həmin vaxt yaşadığı məhəllədə olan kafedə oturmuşdur. Bu zaman yan masada Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının əyləşdiyini görmüşdür. O, həmin kafedə təxminən 2-3 saat oturmalı olmuşdur. Bu zaman polis işçiləri onu tutub maşina mindirmiş və Baş idarəyə gətirmişlər. Orada guya özünün düşməni olduğu və onu öldürmək istədiyi barədə ona bildirilmişdir. O, polis işçilərindən kimin onu öldürmək istədiyini soruşduqda, onlar sonra deyəcəklərini söyləmişlər. Daha sonra onda silah olması barədə məlumatı olduqlarını desələr də, sonradan onun tutulmasını həyata keçirən polis işçisi gəlib ona silah olmadığını, amma onun Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tutulmalı olduğunu, bu yolla guya onu düşmənlərindən qoruyacaqlarını bildirmişlər. Sonra polis işçiləri videoçəkiliş aparmış, ondan 7 qram çəkidə metamfetamin çıxarmışlar və polis işçilərinin tapşırığı ilə çəkiliş zamanı həmin maddəni yerdən tapdığını bildirmişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs ifadəsinə görə, o, polis əməkdaşlarının ona təzyiqləri nəticəsində istintaqda etirafedici ifadə vermiş, istintaqın sonrakı mərhələsində də vəkilin iştirakı ilə yenidən ifadə vermişdir. Onu polis işçiləri yaşadığı məhəllədə kafedən tutub aparmışlar. Özü əvvəllər heç vaxt narkotik və psixotrop maddələrdən istifadə etməmişdir. Həmçinin polis əməkdaşları ilə heç vaxt problemləri olmamışdır. Əvvəllər CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə məhkum olunmuş, 2021ci ildə 5 ay 25 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Polis işçilərinin təzyiqləri ilə bağlı heç yerə şikayət etməmişdir. Məhkəmədə olanları danışandan sonra prokurorluq işçisi BİT-ə gəlib onun izahatını almışdır. O, kafedə oturub taksi gözləmiş, polis əməkdaşları ona yaxınlaşanda özlərini təqdim etməmişlər. Lakin anidən üstünə tökülüşərək onu tutmuşlar. Baş verənlərin hamısı orada olan kameralara düşmüşdür. Sonradan öyrənmişdir ki, həmin kameralar BMCMİ-nin əməkdaşları tərəfindən sökülmüşdür. Videoçəkilişlə onun üzərinə baxış Baş idarədə olmuşdur. Saxlanıldığı yerdə isə onun üzərinə baxış keçirilməmişdir. O, heç vaxt narkotik vasitə istifadə etməmiş və kiməsə narkotik verməmişdir. Həmçinin mobil telefonunda narkotiklərin dövriyyəsi ilə bağlı SMS yazışmaları olmamışdır. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilən Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, üzərindən aşkar edilmiş bir ədəd selofan bükümdə olan psixotrop maddə metamfetamini tutulmamışdan bir gün əvvəl, yəni 04 fevral 2025-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerdən tapmışdır, tapdığı psixotrop maddəni şəxsi istifadə məqsədilə üzərində saxlamışdır. Üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamindən istifadə etməmiş, əldə etdiyi psxiotrop maddəni heç kimə verməmiş, heç kimə satmamış və həmin maddənin üstündə olmasından heç kimin məlumatı olmamışdır. İçərisində psixotrop maddə olan bükümü bir gün üzərində daşımış və 05 fevral 2025-ci il tarixdə saat 17:20-də yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən, nömrəsiz fərdi evin yaxınlığında olduğu zaman ona bir neçə nəfər mülki geyimdə şəxslər yaxınlaşıb özlərini təqdim etmiş və Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında» qərarla onu tanış etmişlər. O da, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini görüb səmimi etiraf edib bildirmişdir ki, hazırda üzərində metamfetamin vardır. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. Orada müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuş, sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. O, polis işçilərinin təklifi ilə əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən “metamfetamin" adlandırdığı 1 ədəd şəffaf selofan bükümü, həmin şalvarın sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu və həmin şalvarın sağ yan cibindən 1 manat pulunu çıxarıb təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən üstündən digər əşya və predmet aşkar edilməmişdir. Üstündən aşkar edilmiş 1 ədəd şəffaf selofan bükümə keçirilən baxış zamanı içərisində ağ rəngli, kristal formalı psixotrop maddə metamfetaminə oxşar maddə olması müəyyən edilmişdir. Bundan sonra psixotrop maddə metamfetaminə oxşar maddə polis əməkdaşı tərəfindən bir ədəd kağız zərfə qablaşdırılıb götürülmüş, həmçinin 1 ədəd “Samsung” markalı mobil telefon da iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Şifahi sorğu zamanı o, 1 ədəd selofan bükümdə olan psixotrop maddə metamfetamini 04 fevral 2025-ci il tarixdə axşam vaxtı iş yerindən qayıdan zaman Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerdən tapdığını, həmin maddəni əvvəllər məhkum olunduğundan tanıdığını, kənar adamların əlinə keçməməsi üçün götürdüyünü, özünün narkotik vasitə və ya psixotrop maddədən istifadə etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq heç bir ağır xəstəliyi və xəsarəti olmadığını, nə saxlanılan zaman, nə də üzərinə şəxsi axtarış zaman heç bir fiziki və ya psixi təyziqə məruz qalmadığını və tutulan zaman heç bir xəsarət almadığını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 07 fevral 2025-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon Məhkəməsində barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclası keçirilən və 02 may 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərən zaman o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən fiziki və psixi təzyiqə, davranışa məruz qaldığını, aşkar edilmiş maddələrin ona məxsus olmadığını, bu səbəbdən BMCMİ-nin əməkdaşlarının təzyiqi ilə etirafedici məzmunda izahat və ifadə verdiyini bildirmişdir (cild 1, iş vərəqi 32-34, 63-66, 82-85, 100-104, 214-217). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs həmin ifadəni təziyq altında verdiyini, özünün Mehdiabad qəsəbəsində ağac satışı ilə məşğul olduğunu, polis işçiləri tərəfindən «Rüzgar» kafesində tutulduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 istintaqa verdiyi ifadəni təsdiq edərək göstərdi ki, 05 fevral 2025-ci il tarixdə Baş idarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə əməlyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş və onun rəhbərliyi ilə Fərhad Mürsəlzadə və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 05 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Binəqədi rayonu ərazisində olması barədə məlumat aldıqdan sonra saat 17:20-də onun yaşadığı ünvanın qarşısında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan şəxsi saxlamışlar. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib qərarla tanış etmişlər. Təqsirləndirilən şəxs üzərində metamfetamin olduğunu bildirmiş, bununla əlaqədar onu Baş idarəyə dəvət etmişlər. BMCMl-nin inzibati binasında təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsin üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir bükümdə metamfetaminə bənzər kütləni və bir ədəd mobil telefonu təqdim etmişdir. Həmin maddə kağız zərfdə qablaşdırılıb möhürlənmiş və imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş metamfetamini bir gün qabaq Mehdiabad qəsəbəsi ərazisində yerdən tapdığını və götürüb üzərində saxladığını, özünün narkotik vasitə və ya psixotrop maddədən istifadə etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və polis idarəsində olan zaman ona heç bir fiziki və psixi təzyiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid2 şübhəli şəxs Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması, üzərində şəxsi axtarış keçirilməsi zamanı külli miqdarda psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi tədbirində əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid4 təqsirləndirilən şəxsin onun qardaşı olduğunu, əvvəllər qardaşının heç vaxt narkotik vasitələrdən istifadə etmədiyini, özünün Mehdiabad qəsəbəsində ağac satışı ilə məşğul olduğunu, özünün hər gün səhər oraya işə getdiyini, günorta isə qardaşı Elgizin ona kömək etmək üçün gəldiyini, lakin 05 fevral 2025-ci il tarixdə gəlib çıxmadığını, telefonla qardaşına zəng etsə də, zəngə cavab vermədiyini, sonradan qardaşının kafedən tutulub aparılması barədə məlumat aldığını bildirdi. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X4 özünün Binəqədidə «Zəngəzur» restoranının yanında yaşadığını və bir ildir ki, Binəqədi qəsəbəsində kafe işlətdiyini, Təqsirləndirilən şəxs və qardaşını bir qonşu kimi tanıdığını, onların kafenin arxasında fərdi evdə yaşadıqlarını, Elgiz tutularkən özünün də kafedə içəridə oturduğunu, birdən səs-küy gəldiyini, çıxanda bir neçə polis işçisinin Elgizi saxlayıb maşına mindirərək apardıqlarını, sonra polis işçilərinin içəri girib kafedə quraşdırılmış kameranı götürdüklərini və sabah saat 12-yə qədər gəlib götürə biləcəyini dediklərini, Elgizin həmin ərazidə ağac satışı ilə məşğul olduğunu, Elgiz aparılandan təxminən 2-3 saat sonra Qardaşxanın gəlib onu soruşduğunu, Elgizin narkotik satışı ilə məşğul olduğunu görmədiyini, polis işçilərinin Elgizi döymələrinin şahidi olmadığını, kameranı götürəndə və qaytaranda ona hər hansı akt verilmədiyini bildirdi. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid3 «Rüzgar» kafesində işlədiyini və Təqsirləndirilən şəxs qonşuluqda yaşayan bir şəxs kimi tanıdığını bildirərək, şahid Rüzigar Quliyevin ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 05 fevral 2025-ci il tarixli protokola əsasən, həmin tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən, nömrəsiz fərdi evin yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada həmin gün saat 19:07-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə və 1 ədəd “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 1 ədəd selofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün № 6” saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 1 ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 1 ədəd selofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddəni dünən, yəni 04 fevral 2025-ci il tarixdə axşam iş yerindən qayıdan zaman Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerdən tapdığını, həmin maddəni əvvəllər məhkum olunduğundan tanıdığını, bunun üçün məktəblilərin əlinə keçməməsinə görə götürdüyünü, özünün narkotik vasitə və ya psixotrop maddədən istifadə etmədiyini bildirmişdir. Şəxsi axtarış 05 fevral 2025-ci il tarixdə saat 19:18-də başa çatmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə videoçəkiliş aparılmaqla həyata keçirilmiş və videogörüntülərin qeydə alındığı1 ədəd DVD disk protokola əlavə edilmişdir. Həmin disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 27-30). Məhkəmə-kimyəvi ekspertizasının 06 fevral 2025-ci il tarixli 6/519 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün № 6” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs aşkar edilmiş büküm, 1 ədəd Təqsirləndirilən şəxs «imza» yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 7,688 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi - 7,688 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 7,588 qram (cild 1, iş vərəqi 40-44). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli 631 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 165-166). Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 565/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan metamfetamin və amfetamin aşkar edilmişdir (cild 1, iş vərəqi 167-170). Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 64/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarət - sağ əlin İİİ barmağının sıyrığı bərk küt əşyanın təsirindən müayinədən, yəni 06 fevral 2025-ci il tarixdən təxminən 3-4 gün əvvəl əmələ gəlmişdir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur (cild 1, iş vərəqi 171-173). İbtidai istintaq orqanının 10 fevral 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 7,688 qram çəkidə psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalan 7,588 qram çəkidə psixotrop maddə metamfetaminin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 106-108). İstintaq zamanı psixotrop maddənin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə əməliyyat tapşırığı verilmiş, həmin tapşırığın 14 fevral 2025-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olması barədə əlavə əməliyyat məlumatı olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qanunsuz olaraq əldə edib, saxlamaqla daşıdığı psixotrop maddə metamfetamini kimdən əldə etməsi, həmin şəxsin əvvəllər narkotik vasitə və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirib-keçirməməsi, onun narkotik vasitə və ya psixotrop maddələrin satışı və qəbulunda şübhəli olan şəxslərlə əlaqələrinin olub-olmaması, narkotik vasitə və ya psixotrop maddələrin satışı və ya istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsinin müəyyən olunması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 125). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli qərarı ilə 5 ay 15 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cild 1, iş vərəqi 128-141). Məhkəmə iclasında təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs aşkar olunmuş metamfetaminin ona məxsus olmadığını, polis əməkdaşlarının təzyiqləri nəticəsində istintaqda etirafedici ifadə verdiyini, polis işçilərinin onu yaşadığı məhəllədə kafedən tutub apardıqlarını, özünün əvvəllər heç vaxt narkotik və psixotrop maddələrdən istifadə etmədiyini, polis işçilərinin təzyiqləri ilə bağlı heç yerə şikayət etmədiyini, kafedə oturub taksi gözlədiyini, polis əməkdaşları anidən üstünə tökülüşərək onu tutduqlarını, baş verənlərin hamısının orada olan kameralara düşdüyünü, sonradan həmin kameraların BMCMİ-nin əməkdaşları tərəfindən söküldüyünü öyrəndiyini bildirib, öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş psixotrop maddəni əynindəki şalvarın cibindən çıxarıb polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi bütün ifadələrində özünü qismən təqsirli bilərək üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin psixotrop maddəni tapdığını və üzərində saxladığını etiraf etmiş, polis əməkdaşları tərəfindən saxlanılarkən, həmçinin üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı fiziki və ya psixoloji təzyiqlər göstərilmədiyini, özünün səmimi şəkildə törətdiyi cinayət əməlini etiraf etdiyini bildirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Bu səbəbdən, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəlilləri, məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrə münasibətdə ziddiyyətli ifadə verməsini, polis işçilərinin göstərdikləri təzyiqlər nəticəsində özünə məxsus olmayan psixotrop maddənin etiraf etməsi barədə bildirdiklərini onun məsuliyyətdən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Həmçinin müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid4, X3 və Şahid3 tənqidi yanaşan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, digər sübutlarla tam təkzib olunduğuna görə adları çəkilən şəxslərin verdiyi ifadələr də təqsirləndirilən şəxsi məsuliyyətdən yayındırmaq üçün seçilmiş cəhd kimi qiymətləndirilməlidir. Bütün bunlarla yanaşı, məhkəmə kollegiyası yuxarıda sadalanan və məhkəmədə tədqiq edilmiş bütün sübutları məcmu halında qiymətləndirərək belə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddəni satış məqsədilə əldə etməsi, saxlaması və daşıması ilə bağlı verilmiş ittiham məhkəmə iclasında sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 144-cü maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 145.1, 145.2-ci maddələrinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə, öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. İşin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 793-97-88 saylı mobil telefonun əhatə dairələri və telefon danışıqlarına dair məlumatlar əldə olunub təhlil edilmişdir. Lakin bu zaman təqsirləndirilən şəxsin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması ilə bağlı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir hal müəyyən edilməmişdir. Bundan başqa, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs ondan aşkar edilmiş külli miqdarda psixotrop maddəni satış məqsədi ilə əldə edib daşıması və saxlamasında təqsirli hesab edilməsi üçün hər hansı əsaslar müəyyən olunmamışdır. Ali Məhkəmə Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarının 12-ci bəndinin təfsirinə əsasən, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Şəxsə CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilərkən narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, baxılan cinayət işi üzrə ittiham tərəfi yuxarıda qeyd olunan halların mövcudluğunu müəyyən edib məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşımasına dair hər hansı birbaşa və ya yanakı sübut əldə edə bilməmiş, məhkəmədə də bu hal öz təsdiqini tapmamışdır. Buna baxmayaraq, ibtidai istintaq orqanı tərəfindən heç bir əsas və sübut olmadan, yalnız fərziyyə və mülahizələrə əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 351.2-ci və 351.3.4-cü maddəsilərə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-nin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-nin müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə tədqiq olunmuş mötəbər və təkzibedilməz sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham məhkəmə baxışı zamanı öz təsdiqini tapmadığından, lakin onun hərəkətlərində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin cinayət tərkibi olduğundan, şəxsin əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 59-cu maddəcində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi, Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin təhlükəli residivi isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli qərarı ilə 5 ay 15 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Qeyd olunan cinayət əməlinə görə təqsirləndirilən şəxsin məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinin tələbinə görə, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.2.2-ci maddəsinin tələbinə görə, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin yenidən qəsdən ağır cinayət törətməsi cinayətlərin təhlükəli residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinin tələbinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və cəzadan azad olunduqdan sonra məhkumluğu ödənilməməsinə, həmçinin qanunla müəyyən edilmiş qaydada məhkumluğun götürülməməsinə baxmayaraq, yenidən qəsdən ağır cinayət əməli törətmişdir. Bu hal CM-nin 18.2.2-ci maddəsinə əsasən onun əməlində cinayətlərin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusi təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə baxışı zamanı həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs 05 fevral 2025-ci il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 07 fevral 2025-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin vaxtdan hal-hazıra qədər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmuş cəza müddətinə hesablanmalı, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 05 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 631 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halları olsa da, müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmadığından və o, narkomaniya xəstəliyindən əzab çəkmədiyindən, onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməməli, lakin Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 7,588 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilmiş videogörüntülərin qeydə alındığı 1 ədəd DVD formatlı disk iş materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 114 (yüz on dörd) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 05 fevral 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsin, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 7,588 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilmiş videogörüntülərin qeydə alındığı 1 ədəd DVD formatlı disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Səbinə Məmmədzadə, Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1336/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1336/2025
04.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver