Məhkəmə qərarları › İş №1(101)-1337/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1337/2023

24.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1337/2023 24.08.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat 09:40-da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx xxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında pasport qeydiyyatında olan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan külli miqdar kustar üsulla hazırlanmış bir ədəd bükümdə təmiz çəkisi 10,835 qram olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi M.S.ünvan 2 ünvanında yerləşən "xxxx" QSC-nin Biləcəri dəmir yolu stansiyası ərazisinə gələrək üzərində daşımış, 22 yanvar 2023-cü il tarixdə, saat 20:30 radələrində Biləcəri stansiyasında X9 əməkdaşları tərəfindən həmin ünvanda keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb saat 20:45 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 2 ünvanında yerləşən Biləcəri st. XPŞ-nin inzibati binasına gətirilərək saat 22:10-da üzərində şəxsi axtarış aparılan zaman həmin narkotik vasitə olan heroin əynində olan qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd “Sobranie” markalı siqaret qutusunun içərisindən aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 22 yanvar 2023-cü il tarixdə Binəqədi qəsəbəsində yaşayan qrup yoldaşı ilə görüşmək üçün taksi ilə yola düşmüşdür. Biləcəri qəsəbəsində taksini saxlatdıraraq, uçuq-sökük yarımtikilidə təbii tələbatını ödəmək istəmişdir. Bu zaman bir nəfər şəxsin ona tərəf qaçdığını görmüş, həmin şəxs və onunla olan digər 5-6 nəfər şəxs onu yerə yıxmışlar. O, həmin şəxslərdən nə baş verdiyini soruşduqda, onunla polis bölməsinə getməsini tələb etmişlər. Polis Bölməsində ona qarşı təzyiqlər edilmiş, böyrəklərinin xəstə olması səbəbindən, eləcə də narkotik vasitə aludəçisi olduğundan ağrılara dözə bilməmiş, polis əməkdaşları ona istifadəsi üçün narkotik vasitə vermişlər. Daha sonra polis əməkdaşları onun cibinə narkotik vasitə yerləşdirərək, onların dediyi qaydada videoçəkiliş zamanı üzərindən çıxararaq təqdim etməsini tələb etmişlər. O da, vəkilin iştirakı olmadan, videoçəkiliş zamanı ona deyildiyi kimi hərəkət etmiş, narkotik vasitənin ona aid olduğunu demişdir. Məhkəmədə şahid qismində dindirilmiş DYNPİ-in Biləcəri st. XPŞ-in CAB-in rəisi, polis kapitanı Şahid3 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə hər hansı bir münasibəti, düşmənçiliyi, ədavəti və ya söz-söhbəti olmamışdır. 22 yanvar 2023-cü il tarixdə qərəzsiz və mötəbər mənbədən “Vüqar” adlı şəxsin arabir Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri dəmir yolu stansiyasının ərazisinə gəlib-getməsi, üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olan əməliyyat məlumatının yoxlanılması, eləcə də “Vüqar” adlı şəxsin cinayət əməlinin ifşa olunması məqsədi ilə Biləcəri st. XPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, DYNPİ-in Biləcəri st. XPŞ-in CAB-in rəisi, polis kapitanı Şahid1 və onun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərara əsasən 22 yanvar 2023-cü il tarixdə saat 20:30 radələrində əməliyyat qrupu ilə birgə narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılmasında şübhəli bilinən “Vüqar” adlı şəxsin Biləcəri dəmir yolu stansiyasının ərazisində piyada hərəkət etməsini görüb ona yaxınlaşmışlar. Özlərini təqdim edib Vüqar adlı şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə saxlanıldığını bildirmişlər. Vüqar isə üzərində narkotik vasitə olmadığını bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından, insanların intensivliyini və hər hansı bir müdaxilə ola biləcəyini nəzərə alıb Biləcəri st. XPŞ-ə dəvət etmişlər. Vüqar adlı şəxs həmin tarixdə, yəni 22 yanvar 2023-cü il tarixdə saat 20:45-də şöbəyə gətirilmişdir. Şöbənin növbətçi hissəsində məlum olmuşdur ki, həmin şəxs xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs Biləcəri st. XPŞ-nin istintaq və Təhqiqat Qrupunun baş təhqiqatçısı, polis mayoru Nurəli Qurbanov tərəfindən şübhəli şəxs qismində tutulub hüquq və vəzifələri izah edildikdən sonra Biləcəri st. XPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, DYNPİ-in Biləcəri st. XPŞ-in CAB-in rəisi, polis kapitanı Şahid1 və onun iştirakı ilə baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış onun “İPHONE" markalı mobil telefonun videokamerası vasitəsi ilə çəkiliş aparılmışdır. Şəxsi axtarış keçirilməsinə başlanmadan öncə baş təhqiqatçı X7 Əliyevə üzərində qanunla qadağan edilmiş hər hansı bir predmet varsa təqdim etməsini təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın arxa sağ cibindən 1 ədəd “İPHONE 6” markalı mobil telefon, 1 ədəd içərisində Bakı kartı və LEO Bank kartı olan qəhvəyi rəngli portmanat, şalvarın arxa sol cibindən 94 (doxsan dörd) qəpik məbləğində pul, 1 ədəd alışqan, əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd azadlığın məhdudlaşdırılması cəzasına görə tətbiq edilən elektron nəzarət vasitəsi qurğusunun “attentİ” markalı mobil aparatı, gödəkcənin sol yan cibindən 2 ədəd ağ rəngli qulaqcıq və 1 ədəd qapağı cırılmış halda “SOBRANİE” markalı siqaret qutusu, həmin siqaret qutusunun içərisindən isə 1 ədəd şəffaf rəngli sellofan büküm aşkar edilmişdir. Həmin büküm açıldıqda içərisindən qəhvəyi rəngli və toz şəkilli kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar edilmiş qəhvəyi rəngli və toz şəkilli kütlə “kokos” adlandırılan narkotik vasitə “heroin”dir. Həmin narkotik vasitəni əvvəllər tanımadığı və 20 yanvar 2023-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində tanış olduğu və 22 yanvar 2023-cü il tarixdə “Whatsapp” ani mesajlaşma sistemi vasitəsi ilə yazışdığı, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş, mobil telefonunun yaddaşında “Babək” adı ilə qeyd etdiyi şəxslə razılaşıb Biləcəri dəmir yolu stansiyasının ərazisində, piyadalar üçün nəzərdə tutulmuş körpünün yanındakı yarımtikilinin qarşısından götürərək əldə etmişdir və özü istifadə etmək məqsədi ilə əynindəki qara rəngli gödəkcənin sol yan cibinə qoyub üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə şəxsi axtarışda iştirak edən şəxslərin iştirakları ilə zərfə qoyularaq möhürlənib götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunsuz saxlanılan digər əşya və ya predmet aşkar edilməmiş, istifadəsində olmaqla “Babək” adlı şəxslə əlaqə saxladığı “İphone 6” markalı mobil telefondan başqa aşkar edilmiş digər əşyalar isə özünə qaytarılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş DYNPİ-in Biləcəri st. XPŞ-in CAB-in rəisi, polis kapitanı Şahid1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə hər hansı bir münasibəti, düşmənçiliyi, ədavəti və ya söz-söhbəti olmamışdır. 22 yanvar 2023-cü il tarixdə qərəzsiz və mötəbər mənbədən “Vüqar” adlı şəxsin arabir Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri dəmir yolu stansiyasının ərazisinə gəlib-getməsi, üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olan əməliyyat məlumatının yoxlanılması, eləcə də “Vüqar” adlı şəxsin cinayət əməlinin ifşa olunması məqsədi ilə Biləcəri st. XPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Biləcəri st. XPŞ-nin Ələt st. XPM-nİn sabiq rəisi, polis mayoru Şahid3 və onun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərara əsasən 22 yanvar 2023-cü il tarixdə saat 20:30 radələrində əməliyyat qrupu ilə birgə narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılmasında şübhəli bilinən “Vüqar” adlı şəxsin Biləcəri dəmir yolu stansiyasının ərazisində piyada hərəkət etməsini görüb ona yaxınlaşmışlar. Özlərini təqdim edib Vüqar adlı şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə saxlanıldığını bildirmişlər. Vüqar isə üzərində narkotik vasitə olmadığını bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından, insanların intensivliyini və hər hansı bir müdaxilə ola biləcəyini nəzərə alıb Biləcəri st. XPŞ-ə dəvət etmişlər. Vüqar adlı şəxs həmin tarixdə, yəni 22 yanvar 2023-cü il tarixdə saat 20:45-də şöbəyə gətirilmişdir. Şöbənin növbətçi hissəsində məlum olmuşdur ki, həmin şəxs xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs Biləcəri st. XPŞ-nin İstintaq və Təhqiqat Qrupunun baş təhqiqatçısı, polis mayoru Nurəli Qurbanov tərəfindən şübhəli şəxs qismində tutulub hüquq və vəzifələri izah edildikdən sonra Biləcəri st. XPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Biləcəri st. XPŞ-nin Ələt st. XPM-nin sabiq rəisi, polis mayoru Şahid3 və onun iştirakı ilə baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış X4 Polis İdarəsinin KTQ-nin inspektor-kriminalisti, polis kapitanı X3 tərəfindən “İPHONE" markalı mobil telefonun videokamerası vasitəsi ilə çəkiliş aparılmışdır. Şəxsi axtarış keçirilməsinə başlanmadan öncə baş təhqiqatçı X7 Əliyevə üzərində qanunla qadağan edilmiş hər hansı bir predmet varsa təqdim etməsini təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın arxa sağ cibindən 1 ədəd “İPHONE 6” markalı mobil telefon, 1 ədəd içərisində Bakı kartı və LEO Bank kartı olan qəhvəyi rəngli portmanat, şalvarın arxa sol cibindən 94 (doxsan dörd) qəpik məbləğində pul, 1 ədəd alışqan, əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd azadlığın məhdudlaşdırılması cəzasına görə tətbiq edilən elektron nəzarət vasitəsi qurğusunun “attentİ” markalı mobil aparatı, gödəkcənin sol yan cibindən 2 ədəd ağ rəngli qulaqcıq və 1 ədəd qapağı cırılmış halda “SOBRANİE” markalı siqaret qutusu, həmin siqaret qutusunun içərisindən isə 1 ədəd şəffaf rəngli sellofan büküm aşkar edilmişdir. Həmin büküm açıldıqda içərisindən qəhvəyimtil rəngli və toz şəkilli kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar edilmiş qəhvəyimtil rəngli və toz şəkilli kütlə “kokos” adlandırılan narkotik vasitə “heroin”dir. Həmin narkotik vasitəni əvvəllər tanımadığı və 20 yanvar 2023-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində tanış olduğu və 22 yanvar 2023-cü il tarixdə “Whatsapp” ani mesajlaşma sistemi vasitəsi ilə yazışdığı, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş, mobil telefonunun yaddaşında “Babək” adı ilə qeyd etdiyi şəxslə razılaşıb Biləcəri dəmir yolu stansiyasının ərazisində, piyadalar üçün nəzərdə tutulmuş körpünün yanındakı yarımtikilinin qarşısından götürərək əldə etmişdir və özü istifadə etmək məqsədi ilə əynindəki qara rəngli gödəkcənin sol yan cibinə qoyub üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə şəxsi axtarışda iştirak edən şəxslərin iştirakları ilə zərfə qoyularaq möhürlənib götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunsuz saxlanılan digər əşya və ya predmet aşkar edilməmiş, istifadəsində olmaqla “Babək” adlı şəxslə əlaqə saxladığı “İphone 6” markalı mobil telefondan başqa aşkar edilmiş digər əşyalar isə özünə qaytarılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş DYNPİ-in Biləcəri st. XPŞ-in CAB-in əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 da şahidlər Şahid3 və Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/418 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Nəqliyyatda Baş Polis İdarəsi DYNPİ-nin Biləcəri st. X12” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd siqaret qutusunda bir ədəd bükümdə təmiz çəkisi 10,835 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: - heroinin təmiz çəkisi - 10,835 qram, tədqiqata sərf olundu - 0,05 qram, qalıq - 10,785 qram. (iş vərəqə 66-70) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 X5-narkoloji X1 xx.xx.2023-cü il tarixli 1621 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 182-183) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 xx.xx.2023-cü il tarixli xx/xx-1739 saylı məktubundan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2018-xx.xx.2018, xx.xx.2018-xx.xx.2018, xx.xx.2021xx.xx.2021-ci il tarixlərində yuxarıda adı göstərilən mərkəzdə “opioid qəbulu nəticəsində asılılıq sindiromu” diaqnozu ilə könüllü surətdə stasionar müalicə olmuşdur. (iş vərəqə 157) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X2 Hüquqi Şəxsinin kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 795 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onun hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. O, öz psixi vəziyyətinə görə hal-hazırda hərəkətlərinə cavab vermək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. O, törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. O, hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. O, hadisə zamanı öz hərəkətlərini qavramaq və anlamaq qabiliyyətinə malik olmuşdur. Hal-hazırda da öz hərəkətlərini tam dərk etmək iqtidarındadır. (iş vərəqə 178-181) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X6 xx.xx.2023-cü il tarixli 1649 saylı məktubundan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicə olmayıb. (iş vərəqə 153) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” və xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokollardan görünür ki, 22 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri dəmir yolu stansiyası ərazisində Vüqar adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi və saxlaması barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs həmin gün saat 20:30-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri dəmir yolu stansiyası ərazisində müəyyən olunaraq, 20:45-də Biləcəri st. XPŞ-yə gətirilmiş və orada xidməti otaqda videoçəkiliş aparılmaqla Biləcəri st. XPŞ-nin İstintaq və Təhqiqat Qrupunun baş təhqiqatçı X7 Əliyevə özünü təqdim edərək, onun da özünü təqdim etməsini xahiş edib, saxlanılmasının səbəbini bildirmişdir. Təqsirləndirilən şəxs özünü təqdim etmiş, daha sonra polis əməkdaşları da özlərini təqdim etmişdir. Vüqarın üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl baş təhqiqatçı Nurəli Qurbanov tərəfindən ona videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək, sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın və ya narkotik vasitənin olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilir. O, əynindəki qara rəngli cins şalvarın arxa sağ cibindən 1 ədəd “İPHONE 6” markalı mobil telefon, 1 ədəd içərisində Bakı kartı və LEO Bank kartı olan qəhvəyi rəngli portmanat, şalvarın arxa sol cibindən 94 (doxsan dörd) qəpik məbləğində pul, 1 ədəd alışqan, əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd azadlığın məhdudlaşdırılması cəzasına görə tətbiq edilən elektron nəzarət vasitəsi qurğusunun “attenti” markalı mobil aparatı, gödəkcənin sol yan cibindən 2 ədəd ağ rəngli qulaqcıq və 1 ədəd qapağı cırılmış halda “SOBRANİE” markalı siqaret qutusu çıxardıb təqdim edir. Həmin siqaret qutusunun içərisindən 1 ədəd şəffaf rəngli sellofan bükümdə olan qəhvəyimtil rəngli, toz şəkilli kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş qəhvəyimtil rəngli, toz şəkilli kütlənin narkotik vasitə “kokos", yəni “heroin” olduğunu, həmin narkotik vasitəni əvvəllər tanımadığı, 20 yanvar 2023cü il tarixdə “İnstagram" sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşı kimi bildiyi, mobil telefonuna isə “Babək” adı ilə qeyd etdiyi şəxslə 22 yanvar 2023cü il tarixdə “Whatsapp” ani mesajlaşma sistemi vasitəsi ilə yazışıb razılaşdıqdan sonra Biləcəri dəmir yolu stansiyasının ərazisində, piyadalar üçün nəzərdə tutulmuş körpünün yanındakı yarımtikilinin qarşısından götürüb əldə etdiyini və özünün istifadə etməsi üçün əynində olan qara rəngli gödəkcənin sol yan cibinə qoyub üzərində saxladığını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilir, üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə xüsusi qaydada qablaşdırılır. Bundan sonra videoçəkiliş dayandırılır. (iş vərəqə 32-33, 74-75) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “mobil telefon aparatına baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “İPHONE 6” markalı mobil telefon aparatı açıldıqda ekrana telefonun menusu çıxır. Həmin menunun zənglər, kontaktlar, sms-lər və qalereyasına, həmçinin Whatsapp, İnstagram və Telegram proqramlarında olan yazışmalara, videolara, fotoşəkillərə və digər zəng və yazışma məlumatlarına baxış keçirildi. Baxış zamanı “Whatsapp” proqramından başqa iş üçün əhəmiyyət kəsb edən zəng, yazışma, kontakt məlumatı, video və fotoşəkil müəyyən olunmadı. Belə ki, 22 yanvar 2023-cü il saat 14:42-dən başlayaraq Təqsirləndirilən şəxs istifadəsində olan +99450 *** ** ** saylı mobil nömrə ilə kontaktında “Babək” kimi qeydiyyata alaraq saxladığı +98 930 *** ** ** saylı mobil nömrə arasında gedən yazışmalara və fotoşəkillərə baxış keçirildi. Həmin yazışmalar və fotoşəkillərdən məlum oldu ki, 22 yanvar 2023-cü il tarixdə saat 14:42-də telefonun kontaktında “Babək” adı ilə qeydiyyata alınmış şəxs Təqsirləndirilən şəxs “Salam”, “Qaqa bir azca pul düz-qoş eləsən”, “Mən də kömək edərəm”, “Qalxarsan” və s. yazılan vardır. Yazışmalara baxış zamanı məlum olmuşdur ki, mobil telefonun kontaktında “Babək" adı ilə qeydiyyata alınmış şəxs Təqsirləndirilən şəxs ilə yazışaraq razılaşmışlar ki, həmin şəxs Təqsirləndirilən şəxs narkotik vasitə təşkil edəcək, bundan sonra Təqsirləndirilən şəxs həmin narkotik vasitədən satıb pul əldə edəcək və həmin puldan yazışdığı şəxsə də göndərəcəkdir. Yazışmalarda Təqsirləndirilən şəxs yazışdığı şəxsdən alacağı narkotik vasitənin qiyməti barədə hər hansı bir qeyd aşkar edilməmişdir. (iş vərəqə 38-59) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, 23 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə ifadənin yerində yoxlanılması istintaq hərəkəti həyata keçirilmiş və o, narkotik vasitəni əldə etdiyi yeri ifadəsində qeyd etdiyi formada göstərərək ifadəsini təsdiq etmişdir. (iş vərəqə 84-86) İş materiallarında olan Azərbaycan Respublikası DİN NBPİ X4 Polis İdarəsinin Biləcəri ST. X9 xx.xx.2023-cü il tarixli 3/2-3-13-15-1-1/2-311/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini əldə etdiyi mənbənin müəyyən edilməsi mümkün olmamışdır. Eləcə də, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı əməliyyat məlumatı əldə etmək mümkün olmamışdır. (iş vərəqə 100) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2-5167/2023 saylı məktubundan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Həbs edilmiş şəxs Təqsirləndirilən şəxs sorğu zamanı zədə almadığını bildirmişdir. Bədəninə baxış zamanı sağ biləyin içəri səthində və sol bel nahiyəsində köhnə çapıq toxuması, hər iki qasıq büküşündə postinyeksion trofik döyənək aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “maddi sübut kimi tanımaq haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan 10,835 qram narkotik vasitə heroin maddi sübut hesab edilərək tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 10,785 qram narkotik vasitə heroin saxlanılmasından ötrü Biləcəri st. XPŞ-nin maddi sübutlara saxlama anbarına təhvil verilmişdir. (iş vərəqə 131-132) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “maddi sübut kimi tanımaq haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması istintaq hərəkətini əks etdirən 01 ədəd DVD disk və sonuncuya məxsus bir ədəd “İphone 6" markalı mobil telefon maddi sübut hesab edilmiş və saxlanılması üçün cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. (iş vərəqə 131-132) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təsvir edilmiş cinayət əməllini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməməsi, polis əməkdaşlarının ona qarşı zor tətbiq etmələri, Polis bölməsində narkotik vasitə aludəçisi olduğundan ağrılara dözə bilmədiyi üçün polis əməkdaşlarının ona istifadəsi üçün narkotik vasitə vermələri, polis əməkdaşlarının onun cibinə narkotik vasitə yerləşdirmələri ilə bağlı verdiyi ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun məhkəmədə verdiyi ifadəsi özünün qismən etiraf edici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, “şəxsi axtarış və götürmə aparılması haqqında”, “diskə baxış keçirilməsi haqqında”, “mobil telefon aparatına baxış keçirilməsi barədə” ,“şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokollar və digər sənədlərlə tam təkzib olunmuşdur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 8 ildir ki, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən inyeksiya yolu ilə istifadə edir. Narkotik vasitələrin qanunsuz əldə etmə və saxlanmasına görə 2021-ci ilin oktyabr ayında Sabunçu RPŞ-nin 15-ci Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılmış, həmin ilin dekabr ayında Sabunçu Rayon Məhkəməsinin hökmü ilə 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 20 yanvar 2023-cü il tarixdə təxminən saat 18:00 radələrində “İnstagram” sosial şəbəkəsində “Patı Cola m.40” adlı istifadəçi ona mesaj yazıb narkotik vasitə istəyibistəmədiyini soruşmuş və onlar bu vasitə ilə tanış olmuşlar. Həmin şəxsin adını öz mobil telefonunda “Babək” adı ilə qeyd etmişdir. Bundan sonra isə “Whatsapp” ani mesajlaşma sistemi vasitəsi ilə bir-birlərinə yazmağa başlamışlar. Belə ki, 22 yanvar 2023-cü il tarixdə təxminən saat 14:45 radələrində həmin şəxs istifadəsində olan +98 930 *** ** ** saylı mobil nömrə ilə ona yazıb ondan pul müqabilində narkotik vasitə istəyib-istəmədiyini soruşmuşdur. O, isə hazırda pulunun olmadığını, lakin ona verəcəyi narkotik vasitədən satıb pul əldə etdikdən sonra pul verə biləcəyini bildirmişdir. Lakin onun narkotik vasitəni satmaq fikri olmamış və ağrıları çox olduğuna, eləcə də, narkotik vasitə tapa bilmədiyinə görə həmin şəxsi aldatmaq üçün belə bir söz demişdir. O, həmin şəxsdən narkotik vasitə almaq üçün yalandan əldə etdiyi narkotik vasitəni satıb pul verəcəyini bildirmişdir. Əslində isə narkotik vasitə istifadəçisi olduğu üçün narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmək istəmişdir. Bu məqsədlə həmin şəxsdən 5 dənə “cola”, yəni “heroin” və 2 dənə “patı”, yəni “metamfetamin” istəmişdir. Həmin gün yəni 22 yanvar 2023-cü il tarixdə axşam saatlarında həmin şəxs ona “Whatsapp” ani mesajlaşma sistemi vasitəsilə məkan və 3 ədəd şəkil atıb orada narkotik vasitə olduğunu və gedib götürməyini bildirmişdir. O, “Babək” adlı şəxsin göndərdiyi məkanın köməkliyi ilə 22 yanvar 2023-cü il tarixdə saat 20:30 radələrində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Biləcəri dəmir yolu stansiyasının ərazisinə, piyadalar üçün nəzərdə tutulmuş körpünün yanındakı yarım tikilinin qarşısına getmişdir. Orada daş parçasının yanına qoyulmuş 1 ədəd qapağı cırılmış halda “SOBRANİE” markalı siqaret qutusunu görüb götürmüş və içərisinə baxdıqda içərisində narkotik vasitə olan “kokos”, yəni “heroin” olduğu ona məlum olmuşdur. O, həmin narkotik vasitəninin olduğu siqaret qutusunu özünün istifadə etməsi üçün əynində olan qara rəngli gödəkcənin sol yan cibinə qoymuşdur. Daha sonra oradan uzaqlaşmaq istəyəndə 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini Biləcəri X9 əməkdaşları kimi təqdim edib ona üzərində qanunsuz olaraq narkotik vasitə saxlamağından şübhələndiklərini bildirmişlər. O, isə əvvəlcə üzərində narkotik vasitə olmadığını bildirmiş, lakin polis əməkdaşları ona inanmadığı üçün onu X11 Şöbəsinə dəvət etmişlər. O da razılaşıb Polis Şöbəsinə getmişdir. Orada üzərində video çəkilişlə şəxsi axtarış aparılmışdır. Axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 1 ədəd qapağı cırılmış halda “SOBRANİE” markalı siqaret qutusunun içərisindən 1 ədəd şəffaf rəngli sellofan bükümdə olan qəhvəyimtil rəngli, toz şəkilli kütlə aşkar edilmişdir. O, aşkar edilmiş qəhvəyimtil rəngli, toz şəkilli kütlənin narkotik vasitə “kokos”, yəni “heroin” olduğunu, həmin narkotik vasitəni əvvəllər tanımadığı, 20 yanvar 2023-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşı kimi bildiyi, mobil telefonuna isə “Babək” adı ilə qeyd etdiyi şəxslə 22 yanvar 2023-cü il tarixdə “Whatsapp” ani mesajlaşma sistemi vasitəsi ilə yazışıb razılaşdıqdan sonra Biləcəri dəmir yolu stansiyasının ərazisində, piyadalar üçün nəzərdə tutulmuş körpünün yanındakı yarımtikilinin qarşısından götürüb əldə etdiyini və özünün istifadə etməsi üçün əynində olan qara rəngli gödəkcənin sol yan cibinə qoyub üzərində saxladığını bildirmişdir. O, narkotik vasitənin qiyməti barədə qabaqcadan həmin şəxslə hər hansı bir danışıq etməmişdir. Bundan sonra isə ondan aşkar edilmiş narkotik vasitə zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. O və digər iştirakçılar protokolla tanış olub, doğruluğunu imzaları ilə təsdiq etmişlər. (iş vərəqə 103-106) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə qeyd edir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin anlayışı «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsində dəqiq müəyyən edilmişdir. Belə ki, həmin maddəyə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Göründüyü kimi, bu Qanunun mənasına görə qanunsuz dövriyyə geniş anlayışdır və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi əməlini də özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Yuxarıda qeyd olunan Plenum qərarının 4-cü bəndinin ikinci abzasında qeyd edilir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Plenum qərarının 11-ci bəndinin üçüncü hissəsində göstərilir ki, «təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edibetməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd “Sobranie” markalı siqaret qutusunun içərisindən aşkar olunaraq götürülmüş 10,835 qram olan narkotik vasitə heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla, külli miqdar təşkil edir. Azərbaycan Respublikası Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. (iş vərəqə 184-191) AR Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin 26 iyul 2023-cü il tarixli, 21-1/3- 17677-16 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən, ona təyin edilmiş 01 (bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) ayını çəkmiş, cəzasının çəkilməmiş hissəsi 01 (bir) il 10 (on) ay 26 (iyirmi altı) gün təşkil edir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-in 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər, onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu olmayan hesab edilirlər. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu olan təqsirləndirilən şəxs hesab edilməlidir və onun əməlində cinayətlərin residivi halı müəyyən olunmur. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə intizam xarakterli hərbi hissədə saxlamanın bir günü, azadlığın məhdudlaşdırılmasının iki günü, islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın dörd günü, ictimai işlərin səkkiz saatı bərabər tutulur. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhər Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş, 01 (bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 10 (on) ay 26 (iyirmi altı) gün hissəsi, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsi tətbiq edilməklə, 11 (on bir) ay 13 (on üç )gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, yeni hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən, onun cəzasını ağırlaşdıran halların olmadığını qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(001)-52/2023 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 22 yanvar 2023-cü il tarixdən hesablanmışdır. (iş vərəqə 21-22, 114-118) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 22 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 1621 №-li rəyinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 65 (altmış beş) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübutlar – Bakı Biləcəri st. XPŞ-nin maddi sübutlara saxlama anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd “Sobranie” markalı siqaret qutusunun içərisindən aşkar olunaraq götürülmüş 10,835 qram olan narkotik vasitə heroininin ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10,785 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması istintaq hərəkətini əks etdirən 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs məxsus bir ədəd “İphone 6" markalı mobil telefon isə sonuncunun yaxın qohumlarına qaytarılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi1 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 10 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına 60 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhər Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş, 01 (bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 10 (on) ay 26 (iyirmi altı) gün hissəsi, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsi tətbiq edilməklə, 11 (on bir) ay 13 (on üç ) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 04- il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 22 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı Biləcəri st. XPŞ-nin maddi sübutlara saxlama anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10,785 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması istintaq hərəkətini əks etdirən 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs məxsus bir ədəd “İphone 6" markalı mobil telefon isə sonuncunun yaxın qohumlarına qaytarılsın. İş üzrə məhkəmə xərcləri- ekspertiza xərcinin dəyərini təşkil edən 65 (altmış beş) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi1 təqsirləndirilən şəxsə göstərilmiş 10 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 60 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: imza: Əhməd Quliyev hakimlər: imza: Telman Hüseynov imza: Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar