Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1338/2021 08.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru X3 müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinə 25 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilməsinə dair 1(101)–1338/2021 saylı cinayət işi daxil olmuşdur. Cinayət işi üzrə ittiham aktı 2021-ci il iyunun 24-də Sumqayıt şəhər prokuroru tərəfindən təsdiq edilərək eyni tarixli məktubla baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Həmin iş üzrə ibtidai istintaq orqanı tərəfindən tərtib edilən ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumilikdə 712,707 qram təmiz çəkidə, yəni külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı və ümumilikdə 0,605 qram təmiz çəkidə, yəni şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib qurudulmuş marixuananın bir qismini və heroini üzərində saxlamaqla daşımış, qurudulmuş marixuananın qalan hissəsini isə yaşadığı ünvan 1 ünvanında saxlamış, 2021-ci il martın 11-də saat 17:27 radələrində həmin evin yaxınlığında Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanaraq bölməyə gətirildikdə inzibati binadakı xidməti otaqlardan birində üzərinə şəxsi axtarış aparılan zaman əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə bir ədəd şəffaf sellofan və bir ədəd ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda 0,562 qram və 0,043 qram, ümumilikdə 0,605 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd qırmızı rəngli kağız bükümdə 0,261 qram və bir ədəd kibrit qutusunda 3,801 qram, ümumilikdə 4,062 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüş, Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitələr saxladığını etiraf etdiyinə görə 2021-ci il martın 11-də saat 18:30-da göstərilən ünvanda baxış keçirilən vaxt otağındakı çarpayısının yanında olan taxta sandıqçadan üç ədəd üzərlərində «Chocnut» yazısı olan qırmızı rəngli plastmas qabdan ayrı-ayrılıqda 22,874 qram, 10,770 qram və 8,673 qram təmiz çəkidə, üzərində «Moloko» sözü yazılmış dəmir qabda salfet kağızına bükülü vəziyyətdə bir ədəd 12,422 qram təmiz çəkidə, üzərlərində «Papa» sözü yazılmış 1 №-li karton qutudan bir ədəd 18,857 qram təmiz çəkidə, 2 №-li karton qutudan açıq halda bir ədəd 30,979 qram təmiz çəkidə, 10 ədəd kibrit qutusundan ayrı-ayrılıqda 1,121 qram, 3,527 qram, 3,491 qram, 3,238 qram, 3,366 qram, 3,394 qram, 3,134 qram, 3,512 qram, 3,618 qram və 3,380 qram, ümumi çəkisi 136,356 qram təmiz çəkidə, üzərində «Şerbetli» sözü yazılmış qara rəngli dəmir qutudan ayrı-ayrılıqda üç ədəd 24,875 qram, 19,234 qram və 18,300 qram təmiz çəkidə, sellofan torbadan bir ədəd 24,880 qram təmiz çəkidə, göy rəngli polietilen torbadan bir ədəd 485,0 qram təmiz çəkidə, ümumilikdə 572,289 qram çəkidə, cəmi isə 708,645 qram təmiz çəkidə külli miqdar təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilməklə götürülmüşdür. Azərbaycan Respublikasının CPM-nin 29-cu maddəsinə əsasən, işin qanuni hakimin icraatından əsassız götürülməsi və ya bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikasının CPM-nin 74-cü maddəsinin tələbinə uyğun olaraq, cinayət işinə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikasının CPM-nin 75-ci maddəsinə görə, məhkəməyə daxil olmuş cinayət işinin həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası»nın təsdiq edilməsi barədə Məhkəmə Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli qərarına əlavə edilmiş siyahının 8-1.9.-cu bəndinə müvafiq olaraq Sumqayıt şəhəri ərazisində törədilmiş ağır cinayətlərə baxılması ərazi vahidi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aiddir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının CPM-nin 174.2.-ci maddəsinə əsasən, məhkəmə ibtidai istintaqı başa çatmış işi öz icraatına qəbul etdikdən sonra məhkəməyədək icraatın gedişində tətbiq edilmiş qətimkan tədbirini öz qərarı ilə təsdiq və ləğv edir, yaxud dəyişdirir. Qanunun bu tələbi də nəzərə alınmaqla məhkəmənin həmin məsələ ilə bağlı gəldiyi qənaət isə ondan ibarətdir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 74- 75-ci, 174-cü və 321-ci maddələrinin tələblərini rəhbər tutaraq qərara aldı:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-ninn 234.4.3.-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilsin.
2. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri dəyişdirilməsin.
3. Qərarın surətinin 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin.
Sədrlik edən İradə Həsənzadə
Hakimlər Əhməd Quliyev
Azər Paşayev