Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1338/2022 06.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X12 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkilləri Müdafiəçi və X2 iştirakı ilə, Təqsirləndirilən şəxs1 – (xx.xx.1982-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) və Təqsirləndirilən şəxs2 – (xx.xx.1992-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3–cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə qeyrirəsmi nikah münasibətində olduğu Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Mehdi» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Mehdi» adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda narkotik vasitələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə «Mehdi» adlı şəxs və qeyriləri naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdikləri külli miqdarda ümumi təmiz çəkisi 9270 qram olan narkotik vasitə heroini istintaqa məlum olmayan ünvanda yerləşdirib bu barədə ona və Təqsirləndirilən şəxs2 məlumat verdikdən sonra sonuncular birlikdə həmin kütlələri istintaqa məlum olmayan vaxtda və şəraitdə külli miqdarda narkotik vasitələrin qoyulduğu ünvandan «Mehdi» adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən pul müqabilində daşıma, saxlama və satışını həyata keçirmək üçün razılaşaraq satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib satışını həyata keçirmək məqsədi ilə qeyd edilən külli miqdarda 9270 qram çəkidə narkotik vasitə heroini ümumi razılıq əsasında Təqsirləndirilən şəxs1 bir ədəd qara rəngli sellofan torbada əldə edib üzərində saxlayaraq daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 01 aprel 2022-ci il tarixdə saat 05:15-də Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan yolunun 25-ci kilometrliyində əlində olan bir ədəd qara rəngli sellofan torba ilə piyada hərəkət edən zaman saxlanılaraq sol əlində olan bir ədəd qara rəngli sellofan torbaya baxış keçirilmiş, baxış zamanı həmin torbanın içərisində olan bir ədəd şəffaf rəngli sellofan torbadakı sarı rəngli yapışqan lentlə bağlanmış böyük bir bağlamanın içərisində olan üzəri sarı rəngli yapışqan lentlərlə bağlanmış 05 ədəd bükümdə Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə etdiyi külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1139 qr., 1938,9 qr., 1838 qr., 2392,8 qr. və 1961,3 qram olmaqla ümumi çəkisi 9270 qram olan kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə qeyri-rəsmi nikah münasibətində olduğu Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Mehdi» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Mehdi» adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda narkotik vasitələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu İlə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə «Mehdi» adlı şəxs və qeyriləri naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdikləri külli miqdarda ümumi təmiz çəkisi 9270 qram olan narkotik vasitə heroini istintaqa məlum olmayan ünvanda yerləşdirib bu barədə ona və Təqsirləndirilən şəxs1 məlumat verdikdən sonra sonuncular birlikdə həmin kütlələri istintaqa məlum olmayan vaxtda və şəraitdə külli miqdarda narkotik vasitələrin qoyulduğu ünvandan «Mehdi» adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən pul müqabilində daşıma, saxlama və satışını həyata keçirmək üçün razılaşaraq satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib satışını həyata keçirmək məqsədi ilə qeyd edilən külli miqdarda 9270 qram çəkidə narkotik vasitə heroini ümumi razılıq əsasında Təqsirləndirilən şəxs1 bir ədəd qara rəngli sellofan torbada əldə edib üzərində saxlayaraq daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 01 aprel 2022-ci il tarixdə saat 05:15-də Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan yolunun 25-ci kilometrliyində əlində olan bir ədəd qara rəngli sellofan torba ilə piyada hərəkət edən zaman saxlanılaraq sol əlində olan bir ədəd qara rəngli sellofan torbaya baxış keçirilmiş, baxış zamanı həmin torbanın içərisində olan bir ədəd şəffaf rəngli sellofan torbadakı sarı rəngli yapışqan lentlə bağlanmış böyük bir bağlamanın içərisində olan üzəri sarı rəngli yapışqan lentlərlə bağlanmış 05 ədəd bükümdə Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə etdiyi külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1139 qr., 1938,9 qr., 1838 qr., 2392,8 qr. və 1961,3 qram olmaqla ümumi çəkisi 9270 qram olan kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, o, ibtidai istintaq zaman verilən ittihamların heç biri ilə razı deyil. Çünki onun qeyri-rəsmi nikah münasibətində olduğu Təqsirləndirilən şəxs2 Mehdi adlı şəxslə 10 qram narkotik vasitə almaq barədə danışmış və o, azadlığın məhdudlaşdırması cəzası olmasına görə gecə saat 12-də çöldə olmamalı imiş, ancaq yoldaşı Təqsirləndirilən şəxs2 tək qoymamaq üçün onunla bir yerdə həmin narkotik vasitəni Mehdinin adamının atdığı yerdən götürməyə getmişlər. Onlar həmin yerə getmək üçün telefon ilə taksi sifariş vermişlər. Taksi onları Yeganə şadlıq evinin yanından həmin yerə təxminən 15 dəqiqəyə aparmışdır. Onlar taksi şoferinə narkotik vasitə ilə bağlı heç nə deməmişlər. Həmin yerə getdikləri zaman onlar narkotik vasitəni tapa bilməmişlər və qayıtdıqları zaman BMCMİ-ni 7-8 nəfər maskalı əməkdaşları onları tutmuşlar. Təxminən onları gecə saat 12-də tutmuşlar. Onları “X10” yazılan plakatlar olan yerdə tutmuşlar. Həmin yerdə kameralar olmuşdur və kameralarda hər şey görünürmüş. Ona görə də onun əlində 9 kq narkotik vasitə olmamış və onlar oraya sadəcə şəxsi istifadələri üçün 10 qr. narkotik vasitə almağa getmişlər. Daha sonra onları tutduqdan sonra fiziki təzyiq göstərərək 9 kq narkotik vasitənin onlara aid olduğunu zorla etiraf etdirib videoçəkiliş aparmışlar. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi məhkəmədə elan olunmuşdur. O, həmin ifadəsində özünü Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilərək bildirmişdir ki, o, Təqsirləndirilən şəxs2 ilə qeyri-rəsmi nikah münasibətindədir və birlikdə yaşayır. Təqsirləndirilən şəxs2 bir övladı vardır, adı Murad Nəsirovdur. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur.Təxminən 15 ildir ki, narkotik vasitənin müxtəlif növlərindən istifadə etmişdir. Lakin narkotik vasitə istifadə etməyə görə ayrı-ayrı vaxtlarda cinayət məsuliyyətinə cəlb edilmişdir. Sonuncu dəfə isə cinayət məsuliyyətinə cəlb edilərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təxminən 2 aydır ki, azadlığın məhdudlaşdırılmasna görə ayağına xüsusi vasitə bağlanmışdır. Ancaq buna baxmayaraq yenə də son bir aydır ki, narkotik vasitənin heroin növündən istifadə edir. Təqsirləndirilən şəxs2 da narkotik vasitə istifadə etdiyi üçün yenidən narkotik vasitə istifadə etməyə başlamışdır. 31 mart 2022-ci il tarixdə axşam saat 23 radələrində yaşadığı evdə yatdığı zaman Təqsirləndirilən şəxs2 demişdir ki, İran İslam Respublikasının vətəndaşı Mehdi adlı şəxs ona narkotik vasitə göndəribdir, onu gedib götürmək lazımdır. O isə Gülnarəyə demişdir ki, indi getmək gecdir. Lakin Gülnarə narkotik vasitəni gedib götürəcəyini bildirmişdir. Gülnarəni tək qoymamaq üçün onunla narkotik vasitəni götürməyə getməyə razı olmuşdur. Buna görə də taksi şirkətlərinin birindən Gülnarə taksi sifariş vermişdir. Taksi gəldikdən sonra Gülnarə və azyaşlı övladı Murad Nəsirovu götürüb yaşadığı evdən çıxmışdır. Taksi Xutorda yerləşən X5 yanında dayanmışdır. Taksiyə mindikdən sonra ona Sahil qəsəbəsinə getmək lazım olduğunu bildirmişdir. Taksi sürücüsünü nə o, nə də həyat yoldaşı Gülnarə tanımır, heç bir münasibəti olmayıbdır. Sadəcə olaraq taksi sürücüsünə demişdir ki, gedəcəyi yerdə bir nəfər vardır, onu görüb qayıdacaqdır. Lakin taksi sürücüsünə narkotiklə bağlı həmin yerə getdiyini bildirməmişdir. 01 aprel 2022-ci il tarixdə saat 05:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Səlyan yolunun 25-ci kilometrliyinə çatmışdır. Həmin yerdə “X10” yazılan plakatlar olmuşdur. Həmin plakatların yanında dayandıqdan sonra Təqsirləndirilən şəxs2 maşından düşmüşdür. Həmin yerə çatana kimi həyat yoldaşı X8 adlı şəxslə əlaqə saxlamış və narkotik vasitənin dəqiq yerini öyrənməyə çalışmışdır. Gülnarə özü yerləri tanımadığına görə telefonu ona vermişdir, iranlı Mehdi adlı şəxslə telefonda Vatsap vasitəsi ilə danışmışdır. Həmin şəxsin dediyi yerə çatandan sonra Gülnarə maşından düşmüş və bir az sonra qayıtmışdır. Narkotik vasitə qoyulan yeri tapmadığını və həmin qoyulan narkotik vasitəni tapmağını xahiş etmişdir. Bundan sonra maşından düşmüşdür və oğlunu saxlamaq üçün Gülnarəyə vermişdir. Taksi sürücüsünə nə axtardığını bildirməmişdir. Çünki narkotiklə bağlı taksi sürücüsünün yanında danışmamışdır. Maşından düşüb iranlının dediyi yerə getmişdir və bir ədəd qara sellofanı götürmüşdür. Təxminən saat 05:15 radələri olardı. Sellofanı götürüb maşına qayıdanda bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşmışdır və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqları bildirmişdirlər. Onlar anket məlumatları barədə soruşanda özünü təqdim edərək Təqsirləndirilən şəxs1 olduğunu bildirmişdir. Polis əməkdaşları onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, onu qərarla tanış etmişdir və daşıdığı əşyaya baxış keçirəcəklərini bildirmişdir. Etiraz etmədən razılaşmışdır. Bundan sonra videoçəkilişlə daşıdığı əşyalara baxış keçirilməyə başlanmışdır. Baxış başlayan zaman polis əməkdaşları ondan daşıdığı əşyalarda qanunsuz nə varsa təqdim etməyini təklif etmişdir. Bu təklifdən sonra əlində saxladığı qara rəngli sellofan torbanın içində “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əlində saxladığı həmin sellofan torbanı təqdim etmişdir. Təqdim etdiyi qara rəngli paketin içərisində daha bir ədəd şəffaf sellofan paketin olması müəyyən edilmişdir. Həmin paketin içərisində üzəri sarı rəngli yapışqan lentlə bağlanmış böyük bağlamanın olması müəyyən edilmişdir. Həmin sarı rəngli bağlama kəsilib içərisinə keçirilən baxış zamanı orada daha 05 ədəd üzəri sarı rəngli yapışqan lentlə bağlanmış bağlamaların olması aşkar olunmuşdur. Təqdim etdiyi üzəri sarı rəngli yapışqan lentlə bağlanmış 05 ədəd bağlama iştirakçıların şahidliyi ilə açıldıqda bağlamaların içərisində narkotik vasitə heroinə oxşar maddələr aşkar olunmuşdur. Şifahi sorğu zamanı baxış keçirilən bağlamaların içərisində “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitənin nikahdan kənar yaşadığı Təqsirləndirilən şəxs2 məxsus olduğunu, evdə olduqları zamanı Təqsirləndirilən şəxs2 tanışı İran İslam Respublikasının vətəndaşı tərəfindən narkotik vasitə göndərilməsi barədə məlumat verdiyini, Təqsirləndirilən şəxs2 ondan özü ilə birlikdə həmin narkotik vasitəni götürməyə getməyi xahiş etdiyini, narkotik vasitəni götürəcəkləri yeri Təqsirləndirilən şəxs2 mobil telefon vasitəsi ilə tanımadığı İran İslam Respublikasının vətəndaşının söylədiyini, İran İslam Respublikasının söylədiyi ünvana gələn zaman ilkin olaraq Təqsirləndirilən şəxs2 özünün narkotik vasitə olan paketi axtardığını, daha sonra tapmadığına görə ondan paketin tapılmasına kömək etməyini istədiyini, onun Gülnarə ilə razılaşaraq həmin İran İslam Respublikasının vətəndaşının göndərdiyi paketi axtarmağa başladığını, həmin vaxt Təqsirləndirilən şəxs2 onları həmin ünvana gətirən tanımadığı taksi sürücüsünün avtomobilində oturduğunu, hazırda da həmin avtomobilin onun saxlanıldığı yerdən bir qədər aralı onu gözlədiyini, taksi sürücüsünün kim olması barədə məlumatının olmadığını, İran İslam Respublikasının vətəndaşına hər hansı bir məbləğdə pul vermədiyini və ondan pul almadığını, Təqsirləndirilən şəxs2 istəyi ilə həmin ünvana gəldiyini, narkotik vasitənin Gülnarə üçün göndərildiyini, Təqsirləndirilən şəxs2 həmin İran İslam Respublikasının vətəndaşı ilə əlaqəsinin olduğunu, aşkar olunan narkotik vasitənin hansı çəkidə olması barədə məlumatının olmadığını, həmin paketi götürməkdə məqsədi Təqsirləndirilən şəxs2 təqdim etmək olduğunu, Təqsirləndirilən şəxs2 həmin narkotik vasitə ilə nə edəcəyi barədə məlumatının olmadığını, özünün narkotik vasitə istifadəçisi olduğunu, Təqsirləndirilən şəxs2 da narkotik vasitə istifadəçisi olduğunu, satışı ilə məşğul olmadığını bildirmişdir. Bundan sonra əlində saxladığı sellofan paketdən aşkar olunmuş 05 ədəd üzəri sarı rəngli yapışqan lentlə bağlanmış bağlamalarda olan narkotik vasitə heroinə oxşar maddələr bir ədəd sellofan bağlamada qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Daha sonra polis əməkdaşları taksi sürücüsü və həyat yoldaşının harada olmağını soruşmuşdur. Dayandığı yerdən təxminən 100 metr məsafədə avtomobilin içində onu gözlədiklərini bildirmişdir və həmin avtomobilə tərəf getməyə başlamışdır. “Toyota Prius” markalı ** GY *** qeydiyyat nişanlı avtomobilinin yanına çatıb həmin avtomobili göstərib həyat yoldaşının həmin maşında olduğunu bildirmişdir. Polis əməkdaşları avtomobildə Gülnarənin, azyaşlı övladının və taksi sürücüsünün olduğunu müəyyən edib, özlərini təqdim etmiş və həyat yoldaşından və taksi sürücüsündən özünü təqdim etməyi xahiş etmişdir. Həyat yoldaşı özünü Təqsirləndirilən şəxs2 və taksi sürücüsü özünü Şahid4 kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs2 qəbul edilmiş qərarla tanış edilmişdir. Bundan sonra polis əməkdaşları avtomobilə baxış keçirəcəklərini bildirmişdir. Şahid4 isə etiraz etmədən avtomobilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra avtomobilə baxış keçirilməyə başlanmışdır. Lakin qanunsuz hər hansı bir əşya aşkar edilməmişdir. Şifahi sorğu zamanı Şahid4 taksi şirkətində sürücü işlədiyini, Təqsirləndirilən şəxs2 və onu tanımadığını, sifariş əsasında müştəri kimi onları Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsində “Yeganə” sarayının yaxınlığından götürdüyünü, sifarişə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin yaxınlığına gəlib geri qayıtmalı olduğunu, həmin yerə gəldikdən sonra avtomobildən düşüb nəsə axtardıqlarını, bir müddət sonra hazırda adını bildiyi Təqsirləndirilən şəxs2 avtomobilə geri qayıtdığını, onun isə yolun kənarında nəsə axtardığını, geri qayıdan zaman polis əməkdaşları ilə birlikdə qayıtdığını, hadisə ilə əlaqədar heç bir məlumatının olmadığını, daha öncə tanımadığını, nə məqsədlə ünvana gəlməyi barədə məlumatının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 şifahi sorğu zamanı taksi sürücüsünü daha əvəllər tanımadığını, aşkar olunan narkotik vasitələrin ona məxsus olduğunu, həmin narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı “Mehdi” adlı şəxs kimi tanıdığı şəxsin ona göndərdiyini, “Mehdi” adlı şəxs ilə vatsap sosial şəbəkəsi üzərindən danışdıqlarını, həmin şəxsi görmədiyini, həmin şəxsin İran İslam Respublikasında olduğunu, onun anket məlumatları ona məlum olmasa da, mobil telefon nömrəsinin ona məxsus telefonda olduğunu, sonuncu dəfə onunla dünən, yəni 31 mart 2022-ci il tarixdə danışdığını, “Mehdi” adlı şəxsin ona ünvanı göndərdiyi əraziyə gedərək, orada olan narkotik vasitləri götürməyi istədiyini, daha sonra həmin narkotik vasitələrin olduğu paketi “Mehdi”nin söyləyəcəyi şəxsə verməli olduğunu, bunun müqabilində “Mehdi” adlı şəxsin ona pul verməli olduğunu, dəqiq məbləğ danışmadıqlarını, bu barədə paketi götürdükdən sonra danışıqlar aparmalı olduqlarını, “Mehdi” adlı şəxsin söylədiyi ünvana gəldikdən sonra özü Mehdinin dediyi paketi axtarsa da tapa bilmədiyini, buna görə ona kömək etdiyini, paketi axtardığı müddət ərzində onun avtomobildə tanımadığı taksi sürücüsü və övladı ilə birlikdə olduğunu, qucağında saxladığı uşağın onun övladı X4 olduğunu, həmin narkotiklərə görə “Mehdi”yə hər hansı bir məbləğdə pul ödəmədiyini, narkotik vasitələrdən istifadə etdiyini, satışı ilə məşğul olmadığım, İran İslam Respublikasının vətəndaşı “Mehdi”-dən narkotik vasitələri bir ünvandan digər ünvana aparmasına görə alacağı pulun bölünməsi ilə bağlı onunla razılaşmadığını bildirmişdir. Daha sonra polis əməkdaşları onlara Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmək lazım olduğunu və idarədə üzərinə videoçəkilişlə şəxsi axtarış aparılacağı bildirilmişdir. Etiraz etmədən Baş İdarəyə gəlmişlər. Baş idarədə onlara dövlət hesabına müdafiəçi təyin edilmişdir. Müdafiəçilər gəldikdən sonra üzərlərində videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarışda Şahid4 iştirak etmiş və Qəşəm şübhəli şəxs kimi tutulmamışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz hər hansı əşya varsa təqdim etməyi təklif edilmişdir. Əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən Nokia markalı telefon, həmin gödəkçənin sol yan cibindən elektron mobil cihaz aşkar edilmişdir. Şəxsi axtarış davam etdirilən zaman üzərindən başqa heçnə aşkar edilməmişdir. Mobil telefon və mobil cihaz polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra taksi sürücüsü Şahid4 üzərinə baxış keçirilmişdir. Baxış zamanı onun tünd göy rəngli qolsuz gödəkçəsinin sağ yan cibindən mobil telefon və maşının açarı, açıq rəngli cins şalvarının sol cibindən 5 manat pul aşkar edilmişdir. Şahid4 üzərindən aşkar edilmiş əşyalar onun özünə qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun qırmızı rəngli gödəkçəsinin sağ yan cibindən Samsung markalı mobil telefon və balaca işıq vuran lampa, həmin gödəkçənin sol yan cibindən kosmetik əşya olan sürmə və balaca işıq vuran başqa bir lampa aşkar edilmişdir. Aşkar edilmiş mobil telefon polis əməkdaşları tərəfindən götürülmüş, digər əşyalar isə Gülnarəyə qaytarılmışdır. Bundan sonra protokollar tərtib edilmiş, ucadan oxunmuş və düzgün tərtib edildiyi üçün hər bir protokolu imzalamışdır. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi həmin ifadəsini fiziki təzyiq altında məcbur verdiyini, məhkəmədə verdiyi ifadəsinin düzgün olduğunu bildirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, ona Mehdi adlı iranlı şəxs yazıb 10 qram narkotik vasitə olduğunu bildirmişdir. O, narkotik vasitəni almaq qarşılığında Mehdi adlə şəxsə nə qədər pul ödəyəcəyini danışmamışdır. O və yoldaşı Təqsirləndirilən şəxs1 narkotik vasitə istifadə etdikləri üçün həmin 10 qr. narkotik vasitəni almaq üçün iranlı şəxsin narkotik vasitəni qoyduracağı yerdən götürmək üçün Yeganə şadlıq sarayı yanında taksi sifariş verib həmin yerə getmişlər. O və yoldaşı Təqsirləndirilən şəxs1 taksi ilə həmin yerə gedərkən oğlunun evdə tək qalmaması üçün onu da özləri ilə birlikdə aparmşlar. Həmin yerdə narkotik vasitəni yoldaşı Təqsirləndirilən şəxs1 götürmək üçün düşmüşdür. Daha sonra yoldaşı ilə bir neçə şəxsin taksiyə yaxınlaşdığını görmüşdür. Onların polis əməkdaşları olduğunun bilmiş və həmin polis əməkdaşları onu taksidə tutmuşlar. Onu təxminən 4-5 nəfər polis əməkdaşları saxlamış və ona fiziki təyiq göstərmişlər. Mobil telofondakı mesajlar ona məxsus olmamışdır və Anar adlı şəxsi işlədiyi yerdən tanımış və ona narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi məhkəmədə elan olunmuşdur. O, həmin ifadəsində özünü Azərbaycan Respublikası CMin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilərək bildirmişdir ki, qeyri-rəsmi nikah münasibətində olduğu Təqsirləndirilən şəxs1 və övladı Murad Nəsirov ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən bir aydır ki, narkotik vasitənin heroin növündən istifadə edir. Həyat yoldaşı Təqsirləndirilən şəxs1 da narkotik vasitə istifadə edəndir. Təxminən bir ay bundan əvvəl evdə olduğu zaman Vatsap sosial şəbəkəsində İran İslam Respublikasına məxsus mobil nömrədən bir mesaj gəlmişdir. Həmin mesajı yazan şəxs özünü İran İslam Respublikasının vətəndaşı Mehdi adlı şəxs kimi təqdim edərək onunla tanış olmaq istədiyini bildirmişdir. Ona tanış olmaq istəmədiyini bildirəndə həmin şəxs “onda birlikdə işləyək pul qazanaq" demişdir. İşin nə olduğunu soruşanda o bildirmişdir ki, narkotik vasitə göndərəcək, həmin narkotik vasitəni onun dediyi ünvanlara çatdırmalı, müqabilində isə pul verəcəkdir, İlk əvvəl razılaşmamışdır. Lakin maddi sıxıntıları olduğu üçün onun dediyinə razı olmuşdur. Lakin bu barədə Yaşara deməmişdir. 31 mart 2022-ci il tarixdə Mehdi adlı şəxs yenidən ona yazaraq narkotik vasitə göndərdiyini və gedib götürməyini bildirmişdir. Həmin vaxt evdə Yaşar, o və azyaşlı övladı Murad olmuşdur. Yaşar yatdığı üçün onu yuxudan oyatmış və ona iranlı Mehdi adlı şəxsin narkotik vasitə göndərdiyini və gedib götürmək lazım olduğunu bildirmişdir. Yaşar da ona demişdir ki, indi gecdir. O isə narkotik vasitəni götürmək lazım olduğunu bildirmişdir. Lakin Yaşara nə qədər və hansı məqsədlə narkotik vasitə götürməyə getdiyi bildirməmişdir. Yaşar da onu tək qoymamaq üçün razılaşmışdır. Daha sonra taksi şirkətindən taksi sifariş vermişdir. Taksi gəldikdən sonra o, Yaşar və azyaşlı övladı Murad Nəsirovu götürüb yaşadığı evdən çıxmışdır. Taksi Xutorda yerləşən X5 yanında dayanmışdır. Taksiyə mindikdən sonra ona Sahil qəsəbəsinə getmək lazım olduğunu bildirmişdir. Taksi sürücüsünü ya o, ya da həyat yoldaşı Yaşar tanımır, heç bir münasibəti olmayıbdır. Sadəcə olaraq taksi sürücüsünə demişdir ki, gedəcəyi yerdə bir nəfər vardır, onu görüb qayıdacaqlar. Lakin taksi sürücüsünə narkotiklə bağlı həmin yerə getdiyini bildirməmişdir. 01 aprel 2022-ci il tarixdə saat 05:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Bakı- Səlyan yolunun 25-ci kilometrliyinə çatmışdır. Həmin yerdə “X10” yazılan plakatlar olmuşdur. Həmin plakatların yanında dayandıqdan sonra maşından düşmüşdür. Həmin yerə çatana kimi İranlı Mehdi adlı şəxslə əlaqə saxlamış və narkotik vasitənin dəqiq yerini öyrənməyə çalışmışdır. Özü yerləri tanımadığına görə telefonu Yaşara vermiş, Yaşar da iranlı Mehdi adlı şəxslə telefonda Vatsap vasitəsi ilə danışmışdır. Həmin şəxsin dediyi yerə çatandan sonra maşından düşmüş və biraz sonra qayıtmışdır. Çünki axtarsa da narkotik vasitəni tapa bilməmişdir. Yaşara narkotik vasitə qoyulan yeri tapmadığını bildirmiş və həmin qoyulan narkotik vasitəni tapmağını xahiş etmişdir. Bundan sonra Yaşar maşından düşmüş və oğlunu saxlamaq üçün ona vermişdir. Taksi sürücüsü isə həmin vaxt getmək istədiyini bildirəndə “gözlə 5 dəqiqəyə qayıdırıq" demişdir. Ancaq yenə də, taksi sürücüsünə nə axtardığını bildirməmişdir. Çünki narkotiklə bağlı taksi sürücüsünün yanında danışmamışdır. Yaşar maşından düşüb getmişdir. O isə övladı və taksi sürücüsü ilə birlikdə maşında dayanmışdır. Bir müddət sonra avtomobilin yanına Yaşar ilə birlikdə bir neçə şəxsi yaxınlaşdığını görmüşdür. Həmin şəxslər maşına yaxınlaşıb özlərini təqdim edərək, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişdir. Daha sonra isə ondan və taksi şoferindən özlərini təqdim etməyi xahiş etmişdir. Özünü Təqsirləndirilən şəxs2 və taksi sürücüsü özünü Şahid4 kimi təqdim etmişdir. Bundan sonra polis əməkdaşları avtomobilə baxış keçirəcəklərini bildirmişdirlər. Şahid4 isə etiraz etmədən avtomobilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra avtomobilə baxış keçirilməyə başlanmışdır. Lakin qanunsuz hər hansı bir əşya aşkar edilməmişdir. Şifahi sorğu zamanı Şahid4 taksi şirkətində sürücü işlədiyini, Təqsirləndirilən şəxs1 və onu tanımadığını, sifariş əsasında müştəri kimi Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsində “Yeganə” sarayının yaxınlığından götürdüyünü, sifarişə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin yaxınlığına gəlib geri qayıtmalı olduğunu, həmin yerə gəldikdən sonra avtomobildən düşüb nəsə axtardığını, bir müddət sonra avtomobilə geri qayıtdığını, Yaşarın isə yolun kənarında nəsə axtardığını, geri qayıdan zaman polis əməkdaşları iiə birlikdə qayıtdığını, hadisə ilə əlaqədar heç bir məlumatının olmadığını, bizi daha öncə tanımadığını, nə məqsədlə ünvana gəlməyi barədə məlumatının olmadığını bildirmişdir. Şifahi sorğu zamanı taksi sürücüsünü daha əvəllər tanımadığını, Yaşardan aşkar olunan narkotik vasitələrin ona məxsus olduğunu, həmin narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı “Mehdi” adlı şəxs kimi tanıdığı şəxsin ona göndərdiyini, “Mehdi” adlı şəxs ilə vatsap sosial şəbəkəsi üzərindən danışdığı, həmin şəxsi görmədiyini, həmin şəxsin İran İslam Respublikasında olduğunu, sonuncu dəfə onunla dünən, yəni 31 mart 2022-ci il tarixdə danışdığını, “Mehdi" adlı şəxsin ona ünvanı göndərdiyi əraziyə gedərək, orada olan narkotik vasitələri götürməyi istədiyini, daha sonra həmin narkotik vasitələrin olduğu paketi “Mehdi”nin söyləyəcəyi şəxsə verməli olduğunu, bunun müqabilində “Mehdi” adlı şəxsin ona pul verməli olduğunu, dəqiq məbləğ danışmadığını, bu barədə paketi götürdükdən sonra danışıqlar aparmalı olduğunu, “Mehdi" adlı şəxsin söylədiyi ünvana gəldikdən sonra Mehdinin dediyi paketi axtarsa da tapa bilmədiyini, buna görə Yaşarın ona kömək etdiyini, Yaşarın paketi axtardığı müddət ərzində onun avtomobildə tanımadığı taksi sürücüsünün və övladı ilə birlikdə olduğunu, qucağında saxladığı uşağın onun övladı X4 olduğunu, həmin narkotiklərə görə “Mehdi”yə hər hansı bir məbləğdə pul ödəmədiyini, narkotik vasitələrdən istifadə etdiyini, satışı ilə məşğul olmadığını, İran İslam Respublikasının vətəndaşı “Mehdi”-dən narkotik vasitələri bir ünvandan digər ünvana aparmasına görə alacağı pulun bölünməsi ilə bağlı Yaşarla razılaşmadığını bildirmişdir. Daha sonra polis əməkdaşları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmək lazım olduğunu və idarədə üzərlərinə videoçəkilişlə şəxsi axtarış aparılacağını bildirmişdir. Etiraz etmədən Baş İdarəyə gəlmişdir. Baş idarədə ona və həyat yoldaşı Təqsirləndirilən şəxs1 dövlət hesabına müdafiəçi təyin edilmişdir. Müdafiəçilər gəldikdən sonra üzərlərində videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarışda Şahid4 iştirak etmişdir və Qəşəm şübhəli şəxs kimi tutulmamışdır. Şəxsi axtarış zamanı Yaşara üzərində qanunsuz hər hansı əşya varsa təqdim etməyi təklif edilmişdir. Yaşarın əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən Nokia markalı telefonu, həmin gödəkçənin sol yan cibindən elektron mobil cihaz aşkar edilmişdir. Şəxsi axtarış davam etdirilən zaman üzərindən başqa heçnə aşkar edilməmişdir. Mobil telefon və mobil cihaz polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra taksi sürücüsü Şahid4 üzərinə baxış keçirilmişdir. Baxış zamanı onun tünd göy rəngli qolsuz gödəkçəsinin sağ yan cibindən mobil telefon və maşının açarı, açıq rəngli cins şalvarının sol cibindən 5 manat pul aşkar edildi. Şahid4 üzərindən aşkar edilmiş əşyalar onun özünə qaytarılmışdır. Daha sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun qırmızı rəngli gödəkçənin sağ yan cibindən Samsung markalı mobil telefon və balaca işıq vuran lampa, həmin gödəkçənin sol yan cibindən kosmetik əşya olan sürmə və balaca işıq vuran başqa bir lampa aşkar edilmişdir. Aşkar edilmiş mobil telefon polis əməkdaşları tərəfindən götürülmüş, digər əşyalar isə ona qaytarılmışdır. Bundan sonra protokollar tərtib edilmiş, ucadan oxunmuş və düzgün tərtib edildiyi üçün hər bir protokol imzalanmışdır. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi həmin ifadəsini fiziki təzyiq altında məcbur verdiyini, məhkəmədə verdiyi ifadəsinin düzgün olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunsuz olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmaları barədə 31 mart 2022-ci il tarixdə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə raportla baş idarənin rəhbərliyinə məruzə etmişdir. Baş idarə rəisi tərəfindən razılıq verildikdən sonra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan yolunun 25-ci kilometrliyində olduğunu öyrəndikləri üçün 01 aprel 2022-ci il tarixdə saat 05:15-də həmin ünvana gəlmişdir. Qeyd edilən vaxtda və həmin yerdə bir nəfər şəxsin əlində qara rəngli sellofan paket ilə hərəkət etməsini müşahidə etmişdir və həmin şəxsə yaxınlaşaraq onu saxlamışdır. Özlərini təqdim edərək DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş və həmin şəxsə özünü təqdim etməsini xahiş etmişdir. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs1 olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 barəsində qəbul edilmiş qərarla tanış edilmişdir. Qərara əsasən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, daxil olmuş məlumatla əlaqədar daşıdığı əşyalara baxış keçirilməsi zəruridir. Təqsirləndirilən şəxs1 daşıdığı əşyalara baxış keçirilməsinə etiraz etmədiyini, baxış keçirilməsinə razı olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 əlində olan bir ədəd sellofann torbaya baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 əlində saxladığı sellofan paketin içərisindən 05 ədəd bağlamada narkotik vasitə heroinə bənzər maddələr aşkar edilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 harada olmasını soruşduqda Təqsirləndirilən şəxs1 bildirmişdir ki, saxlandığı yerdən təxminən 100 metr məsafədə maşında dayanıb gözləyir və onların yanına birlikdə gedə bilər. Buna görə də birlikdə Təqsirləndirilən şəxs2 olduğu yerə getmişdir. Tədbirin davamı olaraq həmin günü saat 06:10-da Təqsirləndirilən şəxs1 saxlanıldığı yerdən təxminən 100 metrədək məsafədə Təqsirləndirilən şəxs2, eləcə də həmin vaxt sonuncunun yanında olan “Toyota- Prius” markalı ** GY *** qeydiyyat nişanlı taksi avtomobilini idarə edən sürücü Şahid4 eyni maşında olduğunu görmüşdür. Həmin vaxt maşında bir nəfər də azyaşlı uşaq olmuşdur. Həmin avtomobilə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişdir. Sorğu edilərkən həmin şəxslər özlərini təqdim edərək Təqsirləndirilən şəxs2 və Şahid4 olduqlarını bildirmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 ilə birlikdə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşımaları barədə məlumatın daxil olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qəbul edilmiş qərarla tanış edilmişdir. Bundan sonra saxlanılan zaman Təqsirləndirilən şəxs2 yanında olan Şahid4 hüquqları izah olunaraq avtomobilinə baxış keçirilməsi zərurətinin olması izah edilmişdir. Şahid4 etiraz etmədən avtomobilinə baxış keçirilməsinə razı olmuşdur. Bundan sonra həmin günü saat 06:17-də videoçəkilişdən istifadə edilməklə Şahid4 idarə etdiyi Toyota Prius markalı **-GY-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı əhəmiyyət kəsb edən heçnə aşkar edilməmişdir. Şifahi sorğu zamanı Şahid4 taksi şirkətində sürücü işlədiyini, Təqsirləndirilən şəxs2m və Təqsirləndirilən şəxs1 tanımadığını, sifariş əsasında müştəri kimi həmin şəxsləri əllərində olan azyaşlı övladları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsində “Yeganə” sarayının yaxınlığından götürdüyünü, sifarişə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin yaxınlığına gəlib geri qayıtmalı olduğunu, müştərilərin söylədiyi yerə gəldikdən sonra onların avtomobildən düşüb nəsə axtardıqlarını, bir müddət sonra Təqsirləndirilən şəxs2 avtomobilə geri qayıtdığını, digər müştəri olan Təqsirləndirilən şəxs1 isə yolun kənarında nəsə axtardığını, onun hadisə ilə əlaqədar heç bir məlumatının olmadığını, həmin şəxsləri daha öncə tanımadığını, nə məqsədlə ünvana gəlməkləri barədə məlumatının olmadığını bildirmişdir. Həmçinin o, təqsirləndirilən şəxslələr Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxladıqları zaman onlara heç bir fiziki təzyiq etmədiklərini bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 məhkəmədə eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə Şahid4 ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, taksi sürücüsü kimi fəaliyyət göstərirmiş. Taksi şirkətlərinə qoşulmuşdur və oradan gələn sifarişləri qəbul edib, sərnişinləri ünvana çatdırırmış. 31 mart 2022-ci il tarixdə saat 23 radələrində işdə olduğu zaman Bakı şəhəri, Binəqədi rayonunda yerləşən X5 yanından Sahil qəsəbəsinə sifarişin olması barədə taksi şirkətindən mesaj gəlmişdir. Buna görə də X5 yanına gəlmişdir. Orada bir müddət gözlədikdən sonra maşına bir nəfər kişi, bir nəfər qadın, bir nəfər isə azyaşlı uşaq əyləşmişdir. Polislər saxlayan zaman kişinin adının Yaşar,qadının adının isə Gülnarə olduğunu bilmişdir. Həmin şəxslər ona Sahil qəsəbəsinə getmək lazım olduğunu bildirmişdir. Həmin şəxslərin heç birini tanımır, onlarla heç bir münasibəti olmayıbdır. Onların hansı məqsədlə Sahil qəsəbəsinə getdiyini də bilməmişdir. 01 aprel 2022-ci il tarixdə saat 05:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Səlyan yolunun 25-ci kilometrliyinə çatmışdır. Həmin yerdə X10 yazılan plakatlar olmuşdur. Həmin plakatların yanında dayandıqdan sonra Gülnarə maşından düşmüşdür. Bir müddət gəzib qayıtmış və Yaşara nə isə demişdir. Bundan sonra Yaşar qucağında saxladığı uşağı Gülnarəyə verərək maşından düşmüşdür. Maşında Gülnarə o və uşaq qalmışdır. Bir müddət sonra Yaşarın maşının yanına bir neçə nəfər şəxslə yaxınlaşdığını görmüşdür. Həmin şəxslər avtomobilinə yaxınlaşıb özlərini təqdim edərək, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişdir. Daha sonra isə ondan və Gülnarədən özlərini təqdim etməyi xahiş etmişdir. Özünü Şahid4 və qadın isə özünü Təqsirləndirilən şəxs2 kimi təqdim etmişdir. Gülnarəni qəbul edilmiş qərarla tanış etmişdir. Bundan sonra polis əməkdaşları avtomobilinə baxış keçirəcəklərini bildirmişdir. Avtomobilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra avtomobilə baxış keçirilməyə başlanmışdır. Lakin qanunsuz hər hansı bir əşya aşkar edilməmişdir. Şifahi sorğu zamanı taksi şirkətində sürücü işlədiyini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımadığını, sifariş əsasında müştəri kimi onları Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsində “Yeganə” sarayının yaxınlığından götürdüyünü, sifarişə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin yaxınlığına gəlib geri qayıtmalı olduğunu, həmin yerə gəldikdən sonra onların avtomobildən düşüb nəsə axtardıqlarını, bir müddət sonra Təqsirləndirilən şəxs2 avtomobilə geri qayıtdığını, digər müştəri olan Təqsirləndirilən şəxs1 isə yolun kənarında nəsə axtardığını, geri qayıdan zaman polis əməkdaşları ilə birlikdə qayıtdığını, onun hadisə ilə əlaqədar heç bir məlumatının olmadığını, həmin şəxsləri daha öncə tanımadığını, nə məqsədlə ünvana gəlməkləri barədə məlumatının olmadığını bildirmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 şifahi sorğu zamanı daha əvəllər tanımadığını, Təqsirləndirilən şəxs1 aşkar olunan narkotik vasitələrin ona məxsus olduğunu, həmin narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı “Mehdi” adlı şəxs kimi tanıdığı şəxsin ona göndərdiyini, “Mehdi” adlı şəxs ilə vatsap sosial şəbəkəsi üzərindən danışdıqlarını, həmin şəxsi görmədiyini, həmin şəxsin İran İslam Respublikasında olduğunu, onun anket məlumatları ona məluma olmasa da, mobil telefon nömrəsinin ona məxsus telefonda olduğunu, sonuncu dəfə onunla dünən, yəni 31 mart 2022-ci il tarixdə danışdığını, “Mehdi” adlı şəxsin ona ünvanı göndərdiyi əraziyə gedərək, orada olan narkotik vasitləri götürməyi istədiyini, daha sonra həmin narkotik vasitələrin olduğu paketi “Mehdi”nin söyləyəcəyi şəxsə verməli olduğunu, bunun müqabilində “Mehdi” adlı şəxsin ona pul verməli olduğunu, dəqiq məbləğ danışmadıqlarını, bu barədə paketi götürdükdən sonra danışıqlar aparmalı olduqlarını, “Mehdi” adlı şəxsin söylədiyi ünvana gəldikdən sonra özü Mehdinin dediyi paketi axtarsa da tapa bilmədiyini, buna görə nikadan kənar yaşadığı Təqsirləndirilən şəxs1 ona kömək etdiyini, Təqsirləndirilən şəxs1 paketi axtardığı müddət ərzində onun avtomobildə tanımadığı taksi sürücüsü və övladı ilə birlikdə olduğunu, qucağında saxladığı uşağın onun övladı X4 olduğunu, həmin narkotiklərə görə “Mehdi”yə hər hansı bir məbləğdə pul ödəmədiyini, narkotik vasitələrdən istifadə etdiyini, satışı ilə məşğul olmadığını, İran İslam Respublikasının vətəndaşı “Mehdi”~dən narkotik vasitələri bir ünvandan digər ünvana aparmasına görə alacağı pulun bölünməsi ilə bağlı Təqsirləndirilən şəxs1la razılaşmadıqlarını bildirmişdir. Daha sonra polis əməkdaşları onlara Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmək lazım olduğunu və idarədə üzərlərinə videoçəkilişlə şəxsi axtarış aparılacağını bildirmişdir. Etiraz etmədən Baş İdarəyə gəlmişdir. Baş idarədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 dövlət hesabına müdafiəçi təyin edilmişdir. Müdafiəçilər gəldikdən sonra onların üzərində videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarışda o da iştirak edirmiş və o şübhəli şəxs kimi tutulmamışdır. Şəxsi axtarış zamanı Yaşara üzərində qanunsuz hər hansı əşya varsa təqdim etməyi təklif edilmişdir. Yaşarın əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən Nokia markalı telefonu, həmin gödəkçənin sol yan cibindən elektron mobil cihaz aşkar edilmişdir. Şəxsi axtarış davam etdirilən zaman üzərindən başqa heçnə aşkar edilməmişdir. Mobil telefon və mobil cihaz polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra onun üzərinə baxış keçirilmişdir. Baxış zamanı onun tünd göy rəngli qolsuz gödəkçəsinin sağ yan cibindən mobil telefon və maşının açarı, açıq rəngli cins şalvarının sol cibindən 5 manat pul aşkar edilmişdir. Onun üzərindən aşkar edilmiş əşyalar Özünə qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun qırmızı rəngli gödəkçəsinin sağ yan cibindən Samsung markalı mobil telefon və balaca işıq vuran lampa, həmin gödəkçənin sol yan cibindən kosmetik əşya olan sürmə və balaca işıq vuran başqa bir lampa aşkar edilmişdir. Aşkar edilmiş mobil telefon polis əməkdaşları tərəfindən götürülmüş, digər əşyalar isə Gülnarəyə qaytarılmışdır. Bundan sonra protokollar tərtib edilmiş, ucadan oxunmuş və düzgün tərtib edildiyi üçün hər bir protokolu imzalamışdır. Məhkəmədə ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmuş Şahid2 həmin ifadəsindən görünür ki, o, şahidlər Şahid3 və Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə ifadələrdən başqa həmçinin aşağıdakı sübutlar və digər sənədlər araşdırılmışdır; Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə, baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 01 aprel 2022-ci il tarixdə saat 05:15-də Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan yolunun 25-ci kilometrliyində əlində olan bir ədəd qara rəngli sellofan torba ilə piyada hərəkət edən zaman saxlanılaraq üzərində olan əşyalara baxış keçirilərkən Təqsirləndirilən şəxs1 əlində olan bir ədəd qara rəngli sellofan torbanın içərisində olan bir ədəd şəffaf rəngli sellofan torbadakı sarı rəngli yapışqan lentlə bağlanmış böyük bir bağlamanın içərisində olan üzəri sarı rəngli yapışqan lentlərlə bağlanmış 05 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işinin istintaq materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs2 “mobil telefon aparatına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı həmin mobil telefonun Vatsap ani mesajlaşma sistemində “irani” adı altında qeyd edilmiş, +98-939-459-1742 saylı, "Mehdi irani” adı altında qeyd edilmiş +98- 905-672-2704 saylı, “İrani Mati” adı altında qeyd edilmiş +98-914-751-7798 saylı, “İranı Mehdi” adı altında qeyd edilmiş +98-992-810- 9024 saylı nömrələr aşkar edilmişdir. “Mehdi irani” adı altında qeyd edilmiş +98-905-672- 2704 saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 Vatsap proqramından 01 aprel 2022-ci il tarixdə saat 00:13 radələrində “Salam hardasan adam varun mal gotire” mesajı, Təqsirləndirilən şəxs2 həmin mobil nömərinin Vatsap proqramına “mən özüm gedəcəm, taksi ilə gedəcəm də, sən ninirsən sən de ünvanı, sənin nəyinə lazım mən gedib götürəcəm, sənə qurban olum ünvanı de, pul ehtiyacdı mesajı, daha sonra Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 Vatsapından səs yazma vasitəsi ilə “Minmişəm uje maşına, gedirəm qardaş, atacaq yüz faiz?” iranlı şəxs isə cavabında səs yazma vasitəsi ilə “malı qoymuşam uje, bu nə sözdü, mən adam oynadıram? O nə sözdü?” daha sonra iranlı “Əsl sement Norm” sözləri yazılan plakat olan körpünün şəklini Təqsirləndirilən şəxs2 vatsap proqramına göndərərək səs yazma üsulu ilə “bu piyada körpüsünü atdım ha sənə, nə qədər yolun var körpüyə”,Təqsirləndirilən şəxs1 isə Təqsirləndirilən şəxs2 mobil telefonundan uje çıxmışam, gedib götürəcəm, allah köməyin olsun, 25 dəqiqəlik yolum var”, iranlı isə demişdir ki, “körpüyə çatmamış de ünvan deyəcəyəm sənə”, daha sonra Təqsirləndirilən şəxs2 vatsap proqramından iranlı şəxsə “az qalmışam, 5-6 dəqiqəyə ordayam, qaqa burdayam, qaqa burdayam meqabayt azdı" mesajları yazılmışdır. İrani şəxs isə yazdığı mesajları silmişdir və yenidən yazıma zamanı mesajln yönləndirilməsi vasitəsi ilə iranlı Təqsirləndirilən şəxs2 Vatsap proqramına Primorskiye çatmamış palma adasını keçənən sonra yerustu körpü var, körpünü keçib sağda, dağılmış hasar var ordan içəri girirsən” tipli mesajlar yazılmışdır. Təqsirləndirilən şəxs2 Vatsap proqramından həmin şəxsə “Körpünün üstündə, hə görürəm hasarı, bildim hardadı gedirəm ora gözlə ora çatım, iranlı ona “hardan qaldun”, Təqsirləndirilən şəxs2 vatsap proqramından iranıya “gözlə deyirəm” mesajı yazılmışdır. X11 Respublikasına məxsus mobil telefon nömrələri ilə yazışma müəyyən edilməmişdir. Həmin hissədə fotoşəkil çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan telefon danışıqlarına baxış keçirilməsi haqqında 20 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində ***-***- **-** saylı mobil nömrə vardır. xx-xx-2022-ci il tarixdə saat 02:35:03-də Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı nömrədən ********** saylı mobil nömrəyə “Super ot var 20 manat atarsan karta par karofka goturub gelerem super de temadl gecen xeyre”, xx-xx-2022-ci il tarixdə saat 02:27:45-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Olsa biraz ot getirersen” 22-03- 2022-ci il tarixdə saat 19:20:47~də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** “Salam hardasan kolan yoxdu”, xx-xx-2022ci il tarixdə saat 21:21:34-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Matl otun qalmay bir iki tusdu vraq” tipli mesajlar yazılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2022-ci il tarixli, 6/1752 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs1 əlində saxladığı sellofan paket “yazısı və imzalar olan qara rəngli polietilen bağlamada 5 (beş) ədəd üzərləri sarı yapışqa lentə bağlanmış bağlamalarda ayrı-ayrılıqda təmiz çəkisi 1139,0 qr., 1938,9 qr., 1838,0 qr., 2392,8 qr., 1961,3 qr. ümumi təmiz çəkisi 9270 qram olan maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: heroinin ümumi təmiz çəkisi :9270 qr., sərf edildi, ümumi 0,25 qr. (hər maddədən 0,05 qr., qalıq: 9269,75 qram. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 23 may 2022-ci il tarixli 2707 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 OPİOİDLƏRİN və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsələhət görülür. Həmin rəyin qeyd hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 deməsinə görə 15 ildir ki, müxtəlif narkotik vasitələrdən istifadə etmişdir. Narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə və inyeksiya yolu ilə istifadə etmişdir. Həmçinin narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 23 may 2022-ci il tarixli 2721 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsələhət görülür. Həmin rəyin qeyd hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 deməsinə görə təxminən 4-5 aydır ki, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə və inyeksiya yolu ilə istifadə etmişdir. Cinayət işinin materiallarında olan "şübhəli şəxsin tutulması haqqında" protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 01 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 02 aprel 2022-ci il tarixli 4(005)-395/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 01 aprel 2022-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan "şübhəli şəxsin tutulması haqqında" protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 01 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 02 aprel 2022-ci il tarixli 4(005)-394/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 01 aprel 2022-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 9269,75 qram çəkidə narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və saxlanması üçün Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. Cinayət işi üzrə şəxsi axtarış və götürmə və baxış və götürmə aparılmasına dair video görüntü əks etdirən 1 ədəd DVD disk, 01 ədəd Samsung markalı mobil telefon və "xxxx" MMC-dən alınmış 1 ədəd CD disk sübut növü kimi cinayət işinə əlavə olunmuşdur. Cinayət işinin materiallarına əlavə olunmuş DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmamışdır. Cinayət işinin materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə təqsirli bilinərək Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1 -ci maddəsi ilə təqsirli bilinərək Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək, xx.xx.2016-cı ildə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzası 06 ay azaldılmış, xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1 -ci maddəsi ilə təqsirli bilinərək Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 02 il 03 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Nərimanov rayon Məhkəməsinin 4(005)-395/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən məhkum Təqsirləndirilən şəxs1 barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs1 cəzasının 20 gününü çəkmiş, çəkilməmiş hissəsi 02 il 02 ay 20 gün təşkil edir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3–cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri, əməllərində cinayət tərkibinin olması, bununla da onların təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3–cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1, 234.4.3–cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ittihamda nəzərdə tutulan cinayətləri törətmədiyini bildirərək öz müdafiəsi üçün dəlil gətirib narkotik vasitənin satışı ilə və qaçaqmalçılıqla məşğul olmaması ilə bağlı məhkəmə baxışı zamanı verdiyi ifadələrini inandırıcı hesab etmir və həmin ifadələri özünü müdafiə məqsədi ilə verilən uydurulmuş ifadələr kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ittihamda nəzərdə tutulan cinayətləri törətmədiyini bildirərək öz müdafiəsi üçün dəlil gətirib narkotik vasitənin satışı ilə və qaçaqmalçılıqla məşğul olmaması ilə bağlı məhkəmə baxışı zamanı verdiyi ifadələrini inandırıcı hesab etmir və həmin ifadələri özünü müdafiə məqsədi ilə verilən uydurulmuş ifadələr kimi qiymətləndirir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 nömrəli xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham edildikləri cinayət əməllərini törətmələri məhkəmə istintaqında hərtərəfli araşdırılmış şahid ifadələri, ekspertiza arayışı və rəyləri, maddi sübutun mövcudluğu və iş üzrə başqa mötəbər, təkzib olunmaz sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur və onlar törətdikləri əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2 və 58.3-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onların islah olunmasına, ailə vəziyyətlərinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal himayəsində azyaşlı uşağının olmasıdır. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsində göstərilmişdir ki, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən olunması zamanı nəzərə alınmır. Odur ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olsa da residiv nəzərə alınmayacaqdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal himayəsində azyaşlı uşağının olmasıdır. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal yoxdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 55-ci bəndinə görə, azadlıqdan məhrum etmə cəzasına məhkum edilən şəxslərin himayəsində yetkinlik yaşına çatmayan baxımsız uşaqlar olduqda, hökmün nəticəvi hissəsində belə uşaqların qohumların razılığı ilə onların və yaxud qəyyumluq və himayəçilik orqanlarının himayəsinə verilmələri göstərilməlidir. Məhkəmə “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 55-ci bəndini əsas tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 himayələrində azyaşlı uşaqları olduğu üçün və Təqsirləndirilən şəxs2 anası X1 razılığına əsasən azyaşlı uşaq onun himayəsinə verilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 03 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 02 (iki) ay 20 (iyirmi) gün hissəsi hazırki hökmlə təyin olunmuş cəzayla qismən birləşdirilməklə barəsində qəti cəza müəyyən olunmalıdır. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlılığın məhdudlaşdırılmasının 2 günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 01.2022-ci il tarixli hökmü ilə ilə 02 il 03 ay 10 gün müddətinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 02 (iki) il 02 (iki) ay 20 (iyirmi) gün, 01 (bir) il 01 (ay) 10 (on) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4 və 56.1.2-ci maddələrini əsas tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduqları üçün onlar təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə maddi ziyan, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanunisahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normanın tələblərinə əsasən əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakları müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.4, 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 9269,75 qram çəkidə narkotik vasitə heroin məhv edilməli; iş üzrə müvafiq mobil telefon nömrələrinə daxil olan və çıxan zəng, sms siyahısı və mətnləri özündə əks etdirən "xxxx" MMC-dən alınmış 1 ədəd CD disk, şəxsi axtarış və götürmə və baxış və götürmə aparılmasına dair video görüntünü əks etdirən 1 ədəd DVD disk və 01 ədəd Samsung markalı mobil telefon cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs1 oğlunun cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan –01 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan –01 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Cinayət işi ürə ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dört) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 57 (əlli yeddi) manat olmaqla alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxslərə göstərdikləri hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkillləri X3 və Müdafiəçi hər birinə 300 (üç yüz) manat məbləğində pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2ci, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 02 il 03 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 il 02 ay 20 gün hissəsinin 2 günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla müəyyən olunmuş 01 il 01 ay 10 gün müddətə azadlıqdan məhrumetmə cəzası həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli tutulduğu gündən, yəni 01 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin təyin edilsin, o ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2ci, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli tutulduğu gündən, yəni 01 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin təyin edilsin, o ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 himayələrində olan azyaşlı uşaqları Təqsirləndirilən şəxs2 anası X1 himayəsinə verilsin. Cinayət işi ürə ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dört) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 57 (əlli yeddi) manat olmaqla alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 oğluna göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət Təqsirləndirilən şəxslərə göstərdikləri hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkillləri X3 və Müdafiəçi hər birinə 300 (üç yüz) manat məbləğində pul ödənilsin. Cinayət iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 9269,75 qram çəkidə narkotik vasitə heroin məhv edilsin; müvafiq mobil telefon nömrələrinə daxil olan və çıxan zəng, sms siyahısı və mətnləri özündə əks etdirən "xxxx" MMC-dən alınmış 1 ədəd CD disk, şəxsi axtarış və götürmə və baxış və götürmə aparılmasına dair video görüntünü əks etdirən 1 ədəd DVD disk və 01 ədəd Samsung markalı mobil telefon cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1338/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1338/2022
06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver