Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1338/2024 27.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: X1 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Zeynallı Həcər Zahid qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru - Dövlət ittihamçısı, Müdafiəçi – “Faiq Nağıyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Ağdam rayonu Sofulu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində 01 (bir) azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Ağdam rayonu, Boyəhmədli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu Kürdəxanı qəsəbəsi, Yeni Yaşayış kompleksi ev 810-da yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmiş, saxlamış, daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 2,124 qram narkotik vasitə heroini əldə edib saxlayaraq daşımış, 31 oktyabr 2023-cü il tarixdə saat 11 radələrində özünü şübhəli apardığı üçün Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Babək küçəsi 48 ünvanın qarşısında saxlanılaraq ünvan 1 ünvanda yerləşən Sabunçu RPİ-nin 15-ci polis bölməsinin binasına gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarının sol qabağ cibindən bir bükümdə təmiz çəkisi 2,124 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, özü narkotik vasitə istifadəçisidir. 30 oktyabr 2023-cü il tarixdə saat 00 radələrində taksi ilə gedirmiş. Zabrat qəsəbəsində, 15-ci Polis Bölməsinə 150 metr qalmış sifarişi dəyişməsi üçün sürücü avtomobili yolun sağ tərəfindən saxlamışdır. Maşında arxa oturacaqda onun bir nəfər tanışı əyləşmişdir. “Prius” markalı avtomobil onlara yaxınlaşmış və taksi sürücüsü ilə danışmağa başlamışlar. Həmin şəxslər onları avtomobildən düşürmüş və ciblərinə baxış keçirmişlər. Bu zaman onun üzərində 02 (iki) ədəd mobil telefon olmuşdur. Onlardan biri “Nokia”, digəri isə “İphone” markalı olmuşdur. Bundan başqa onun üzərində 01 (bir) ədəd qulaqlıq, 01 (bir) ədəd naqil, 01 (bir) ədəd alışqan, 01 (bir) qutu siqaret və 47 (qırx yeddi) manat pul olmuşdur. Maşında arxa oturacaqda əyləşən tanışının üzərində isə 01 (bir) ədəd “Samsung” markalı telefon olmuşdur. Onları “Prius” markalı avtomobilə əyləşdirərək ondan taksi pulunu istəmişlər. Onları gecə 15-ci Polis Bölməsinə əməliyyatçıların otağına aparmışlar. Onlardan üzərlərində nəsə olubolmamasını soruşduqda onlar hər şeyi verdiklərini bildirmişlər. Ona, qohumlarına məlumat verməsi bildirdikdə o polislərə heç kəsinin olmadığını, uşaq evində böyüdüyünü söyləmişdir. Onun tanışının isə qardaşına zəng vurulmuşdur. Gecə onları müvəqqəti saxlama yerinə aparmışlar. Onları MSY-də səhər saat 08:00-dək saxlamışlar. Daha sonra onun tanışını aparmışlar və bundan sonra o həmin “Müşfiq” adında olan tanışını bir daha görməmişdir. Təxminən 40 (qırx) dəqiqə sonra onu çıxarmışlar və narkotik vasitəni siqaret sellofanın içərisinə qoymuşlar. Polis əməkdaşları ona həmin narkotik vasitəni götürməyəcəyi təqdirdə onun üstünə bir az da əlavə edib yaşadığı ünvandan çıxaracaqlarını bildirmişlər. Polis əməkdaşları ona işgəncə vermişlər. O vəkil istəmişdir. Otaqda şöbənin dəhlizində narkotik maddəni sol cibinə qoyaraq onu otağa salmışlar. Polislər videoçəkiliş aparacaqlarını və ona onların dedikləri kimi danışmasını bildirmişlər. Belə ki, polis əməkdaşları ona narkotik maddəni Balaxanıda tanımadığı şəxsdən 30 (otuz) manata aldığını bildirməsini söyləmişlər. O, əvvəlcə danışmamışdır. Belə olan halda videoçəkiliş yarımçıq saxlanılmış və onun üzərinə düşmüşlər. Polislər ona videoçəkiliş aparıldıqdan sonra vəkili ilə görüşməyə şərait yaradacaqlarını bildirmişlər. Videoçəkiliş bitdikdən sonra onu yenidən müvəqqəti saxlama kamerasına salmışlar. Təxminən 01 (bir) saat müdət keçdikdən sonra onu dövlət tərəfindən təyin edilmiş vəkillə görüşdürmüşlər. O, polislərə vəkili ilə tək görüşmək istədiyini bildirsə də, ona bu cür şərait yaradılmamışdır. Daha sonra onu yenidən saxlanma kamerasına aparmışlar. Təxminən yarım saat müddət keçdikdən sonra onu Sabunçu RPİ-nin müvəqqəti saxlama yerinə gətirmişlər, daha sonra isə idarədən məhkəməyə aparmışlar. Onun barəsində məhkəmənin qərarı ilə 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bildirmək istəyir ki, nə onun, nə də tanışı Müşfiqin üzərində narkotik vasitə olmamışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, onu polis əməkdaşı Şahid2 saxlamamışdır. O heroin istifadə etməmiş, yalnız marixuana qəbul etmişdir. Şahid1 və başqaları ona qarşı fiziki zorakılıq göstərmişlər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, narkotik vasitələrin istifadəsi ilə məşğul olmağa başlamışdır. Narkotik vasitə heroini o inyeksiya yolu ilə damarına vurmamış, siqaret vasitəsi ilə çəkib tüstünü nəfəsinə alır. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olub özünü dolandırır. Maddi vəziyyəti pis olduğuna görə mobil telefonu işlətmir. Növbəti dəfə narkotik vasitəni əldə etmək məqsədi ilə 31 oktyabr 2023-cü il tarixdə səhər saatlarında o Sabunçu rayonu Balaxanı qəsəbəsinə gedib orada tanımadığı şəxsdən 30 manata bir bükümdə narkotik vasitə heroini almışdır. Aldığı narkotik vasitə heroin selofana bir bükümdə bükülmüşdür. Heroini o əynində olan şalvarının sol qabaq cibinə qoymuşdur. Heroini alandan sonra o ətrafda həmin narkotik vasitəni qəbul etmək üçün əlverişli şərait axtarmışdır. Saat 11 radələrində o Zabrat qəsəbəsi Babək küçəsində gəzişən zamanı ona iki nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək şəxsiyyətini təsdiq edən sənədi istəmişlər. Onun üzərində narkotik vasitə heroin olduğu üçün o qorxmuşdur ki, tutula bilər və buna görə də həmin polis əməkdaşlarından qaçmaq istəyəndə polis əməkdaşları onu yaxalayıb 15-ci polis şöbəsinə gətirmişlər. Polis bölməsinin inzibati binasında o polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və orada dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra ona bildirilmişdir ki, üzərinə şəxsi axtarış keçiriləcək və o istəməmişdir ki, vəkili həmin axtarışda iştirak etsin, çünki üzərində narkotik vasitə heroin saxlanılırdı. Vəkil bölmənin xidməti otağından çıxanda üzərinə videoçəkilişlə axtarış keçirilmiş və axtarış zamanı əynində olan şalvarının sol qabaq cibindən bir bükümdə narkotik vasitə heroin götürülmüşdür. Polis əməkdaşların suallarına cavab verərkən o bildirmişdir ki, aşkar olunmuş maddə narkotik vasitə heroindir və həmin narkotik vasitəni o öz istifadəsi üçün 30 manata Balaxanı qəsəbəsindən tanımadığı şəxsdən almışdır. Həmin narkotik vasitə heroin ondan aşkar olunaraq götürülmüş və ekspertizaya göndərilmişdir. Bu barədə protokol tərtib olunmuşdur. Protokolu və zərfi o imzalamışdır. Polis bölməsinə gətirilən zamanı və polis əməkdaşları tərəfindən saxlanılan zamanı ona təzyiq olunmayıb, o heç bir bədən xəsarətlərini almamışdır, onu polis bölməsində döyən olmamışdır. (Cild 1, iş vərəqə; 53-54) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, 31 oktyabr 2023-cü il tarixdə Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində Təqsirləndirilən şəxs saxlamışlar. Vüqar onlardan yayınmaq istədiyi üçün onu Sabunçu RPİ-nin 15-ci PB-nə dəvət etmişlər. Bölmədə Vüqarın cibindən narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Balaxanıdan tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması onlara məlumdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, əməliyyat qrupunda 2 nəfər şəxs olmuşlar. 15 ildir ki, polis orqanlarında xidmət edir. Onlar xidmət aparan zaman Təqsirləndirilən şəxs saxlamışlar. Saxlanılan zaman Təqsirləndirilən şəxs yolda dayanmış vəziyyətdə tək olmuşdur. Təqsirləndirilən şəxs qaçmamış və onlarla əlbəyaxa olmamışdır. Təqsirləndirilən şəxs tərəflərindən saat 11 radələrində saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitədən başqa hər hansı əşya olmamışdır. Təqsirləndirilən şəxs tərəflərindən fiziki və psixi təsir və təzyiq olmamışdır. Şəxsin üzərində şəxsiyyət vəsiqəsi olmamışdır. Şəxsin barəsində portaldan çıxarışı o etməmişdir. Təqsirləndirilən şəxs bölməyə gətirdikdən 15-20 dəqiqə sonra təhqiqatçıya təhvil vermişlər. Saxlanılan zaman şəxsin üzərində telefon olduğunu görməmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 31 oktyabr 2023cü il tarixdə saat 11 radələrində o iş yoldaşı Sabunçu RPİ-nin 15-ci polis bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2la birlikdə inzibati ərazidə mülkü geyimdə xidmət etdiyi zamanı, Sabunçu rayonu Zabrat qəsəbəsi ünvan 3 ünvanın qarşısında bir nəfər özünü şübhəli apardığı şəxsi gördülər. Həmin şəxsə yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək şəxsiyyət vəsiqəsini onlara təqdim etdiyini xahiş etdilər. Həmin şəxs zahiri görünüşünə görə narkotik vasitələrin istifadəsi ilə məşğul olan şəxsə oxşayırdı və onların ona tərəf yaxınlaşdıqlarını görüb ondardan uzaqlaşmağa cəhd etdi. Həmin şəxs onlardan nəsə gizlətməyə çalışırdı və onlar isə həmin şəxsi saxlayıb sənədlərini təqdim etməyini xahiş etdilər. Həmin şəxsin üzərində heç bir sənəd olmadığına görə onlar həmin şəxsi Sabunçu RPİ-nin 15-ci polis bölməsinə gətirdilər. Polis bölməsinin inzibati binasında müəyyən olundu ki, gətirilən şəxs əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs tutulub polis bölməsinə gətirilən zamanı ciddi nəzarətdə olmuşdur. Onlar Vüqara nəzarət edirdilər ki, Vüqar üzərində əgər varsa, qeyri qanuni əşyanı tullaya bilməsin. Sabunçu RPİ-nin 15-ci polis bölməsinin xidməti otağında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutuldu və dövlət tərəfindən vəkillə təmin olundu. Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə hüquq və vəzifələri izah olunandan sonra videoçəkilişlə üzərinə axtarış keçirildi. Şəxsi axtarış keçirilməmişdən qabaq Vüqar ərizə ilə müraciət edərək axtarışı vəkilin iştirakı olmadan keçirilməsini xahiş etdi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sol qabaq cibindən sellofana bükülmüş 01 bükümdə spesifik iyli tünd qəhvəyi rəngli maddə aşkar olunaraq götürüldü. Təqsirləndirilən şəxs suallara cavab verərkən bildirdi ki, ondan aşkar olunaraq götürülmüş 01 bükümdə olan qəhvəyi rəngli maddə narkotik vasitə heroindir. Həmin narkotik vasitəni o şəxsi istifadəsi üçün Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 30 manata alıb üzərində gəzdirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə heroinə bənzər olan maddə qablaşdırılaraq götürüldü və ekspertizaya göndərildi. Bu barədə protokol tərtib edildi, təhqiqatçı tərəfindən ucadan oxundu və imzalandı. Ekspertizanın tədqiqatından sonra isə məlum oldu ki, Təqsirləndirilən şəxs götürülmüş maddələr narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs saxlanılan zamanı ona zor tətbiq olunmayıb. Təqsirləndirilən şəxs tərəflərindən tutulandan sonra ətrafında əməliyyat tədbirləri keçirildi və keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs tutulmamışdan qabaq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmuşdur və üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroini də Təqsirləndirilən şəxs satış məqsədi ilə əldə etmişdir. (cild 1, iş vərəqə 93-95) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, 31 oktyabr 2023-cü il tarixdə Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində Şahid1la birgə xidmət aparan zaman Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs onlardan yayınmağa çalışmış və verilən suallara yanlış cavab verdiyi üçün Vüqarı 15-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs tərəflərindən ciddi nəzarət altında olmuşdur. Polis bölməsində videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman Vüqar üzərində olan 01 (bir) ədəd büküm maddəni təqdim etmiş və həmin maddəni 30 (otuz) manat müqabilində şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə sonradan məlumat daxil olmuşdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, tədbirdə 2 nəfər polis əməkdaşı iştirak etmişdir. Onlar Vüqarın narkotik vasitə istifadəçisi olmasından şübhələndikləri üçün yaxınlaşmışlar. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılan zaman tək olmuşdur. Təqsirləndirilən şəxs tərəflərindən saat 11-12 radələrində saxlanılmışdır. Narkotik vasitə Vüqarın sol cibində olmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitədən başqa hər hansı əşyanın olub-olmadığını xatırlamır. Təqsirləndirilən şəxs tərəflərindən fiziki və psixi təsir və təzyiq olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbəyi tapa bilməmişlər. Şəxsin üzərində səhv etmirsə, şəxsiyyət vəsiqəsi olmamışdır. Şəxsin portaldan çıxarışı bölmədə otaqların birində çıxarılmışdır. Lakin həmin portaldan çıxarışı o çıxartmamışdır. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, digər Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişdir. (cild 1, iş vərəqə 98-100) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “cinayət işi başlaması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (Cild 1, iş vərəqə 1) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs 31 oktyabr 2023-cü il tarixdə, saat 11:00-da Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 48 ünvanın qarşısında narkotik maddələrin istifadəsində şübhəli bilindiyinə görə saxlanılaraq 15-ci PB-nə gətirilmişdir. (cild 1, iş vərəqə 3) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 6, 14) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, avtomobilində, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol qabaq cibindən 1 ədəd şəffaf selofana bükülmüş qəhvəyi rəngli toz şəkilli maddəni çıxarıb təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd qəhvəyi rəngli toz şəkilli maddənin “kokos” olduğunu, öz istifadəsi üçün xx.xx.2023-cü il tarixdə səhər saatlarında Balaxanı qəsəbəsindən adını və ünvanını bilmədiyi şəxsdən 30 manata alıb öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş 1 ədəd şəffaf selofana bükülmüş qəhvəyi rəngli toz şəkilli maddə təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 160 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən iş üçün sübut əhəmiyyətinə malik ola biləcək digər əşya predmet aşkar olunmamışdır. (Cild 1, iş vərəqə 24-25) Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/5816 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 2,124 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. QEYD:Heroinin təmiz çəkisi 2,124 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq 2,074 qramdır. (Cild 1, iş vərəqə 31-35) “Video yazıya baxış keçirilməsi haqqında” 31 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinin aşkar olunaraq götürülməsi barədə 31 oktyabr 2023-cü il tarixli protokola əlavə edilmiş 01 ədəd «DVD» diskdə qeydə alınmış videoyazısınına baxış keçirilmişdir, baxış zamanı müəyyən olmuşdur ki, diskdə olan «**********1653» adlı faila daxil olduqda müəyyən olunur ki, faylda 5 dəqiqə 51 saniyədən ibarət olan video görüntü var. Həmin videoyazıya baxdıqda müəyyən olunur ki, Sabunçu RPİ-nin 15-ci PB-nə ezam olunmuş təhqiqatçı polis mayoru X5 RPİ-nin 15-cİ PB-nə gətirilmiş saxlanılan şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs üzərinə Sabunçu RPİ-nin 15-ci PB-nin xidməti otağında şəxsi axtarış keçirilir və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sol qabaq cibindən bir bükümdə narkotik vasitə heroinə bənzər olan məddə aşkar olunaraq götürülür. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə heroinin olduğunu bildirib, həmin maddəni öz istifadəsi üçün əldə edib üzərində saxladığını etiraf etmişdir. (Cild 1, iş vərəqə 41) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 45-46) Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(008)-814/2023 saylı qərarından qərardan (hakim: M.S.Zeynalov) görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (Cild 1, iş vərəqə 63) 05 noyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs adında hər hansı bir mobil telefon nömrələrinin olub olmamasını müəyyən etmək məqsədi ilə Sabunçu RPİ~də «VMAS» sisteminə baxış keçirilən zamanı müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs adında ***-***-**-** saylı nömrə mövcüddur. (Cild 1, iş vərəqə 64) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmdən və xx.xx.2023-cü il tarixli, 1(008)-584/2023 saylı düzəliş qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üçı) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ev dustaqlığında olduğu müddət təyin edilmiş cəzadan çıxılmış və üzərində 02 (iki) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (Cild 1, iş vərəqə; 72-88). Maddi sübut kimi tanınması haqqında 01 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 bükümdə olan təmiz çəkisi 2,124 qram olan maddə kütləsi küstar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertizanın tədqiqatından sonra narkotik vasitə heroinin 2,074 qram çəkidə olan qalıq hissəsi təqsirləndirilən şəxsin maddi sübutlarla tanış edildikdən sonra saxlanılması üçün Sabunçu RPİ-nə təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroin aşkar olunaraq götürülməsi barədə 31 oktyabr 2023-cü il tarixli protokola əlavə edilmiş 01 ədəd “DVD” disk iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işinin materiallarına əlavə olunmuşdur. (cild 1, iş vərəqə 91-92) xx.xx.2023-cü il tarixli sənədlərə baxış keçirilməsi haqqında "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon danışıqlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı nömrəsinə ***-***-**-** saylı nömrədən xx.xx.2023-cü il tarixdə saat 05.28-də «qaqa imkan olsa azcada o bİrindende götür qardaşımsan» mətnli sms, saat 05.39-da «qaqa baxtıya deyir 20 lik o biri çaxırdan alınar?» mətnli sms, saat 07.09-da «qaqa bu nedi qatqılıdı o biri yarıya dəymirəm gəlim görüşərik» mətnli sms, saat 15.08-də «qaqa 15 dq mehledeyem 10 İt kola dukançun alınar firmayla maraqlana bilərsən sene zehmet» mətnli sms, ***-***-**-** saylı nömrədən xx.xx.2023-cü il tarixdə saat 11.40-da «qaqa aşağdayam ağrıyıram sənin qadan alaram durğuz eldənizi bidene yarı kola isdiyirəm» mətnli smslər aşkar olunur. ***-***-**-** saylı nömrədən isə xx.xx.2023-cü il tarixdə saat 23.02-də 050-780-03- 30 saylı nömrəyə «ay qaqa 1 çet daş 1 baş şey alınır? Mənə tez cvb denende avara qalmışam» mətnli sms, xx.xx.2023-cü il tarixdə saat 03.48 -də ***-***- **-** saylı nömrəyə «qaqa 1 q kola isteyen var. Nece edek? girde vatsapa» mətnli smslər müəyyən olunur. (cild 1, iş vərəqə 101-106) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7387 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yararan ASİLLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə; 107-108) 23 dekabr 2023-cü il tarixli iş üzrə toplanmış sübutlara qiymət verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə tövsif edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan respublikası CM-nin 234.4.1 və 234.4.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi təsdiqini tapmadığından həmin hissə üzrə barəsində cinayət təqibinə xitam verilmiş, ********* saylı cinayət işinin matriallarından qanunsuz olaraq narkotik vasitə heroini Təqsirləndirilən şəxs satmış naməlum şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə digər cinayət işinin ayrılması barədə qərar qəbul edilmişdir. (cild 1, iş vərəqə 114-118) 23 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs yenidən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 119-120) 10 yanvar 2024-cü il tarixli cinayət işinin materiallarından cinayət işinin ayrılması haqqında qərardan görünür ki, ********* saylı cinayət işinin materiallarından qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini Təqsirləndirilən şəxs satmış naməlum şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə başqa cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqə 136) Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü Ramal adı uşağı vardır. Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmədə təqsirləndirilən şəxs məhkəmə iclaslarında dindirilərkən üzərindən aşkar olunmuş narkotik vasitənin polislər tərəfindən qoyulduğunu, ona qarşı polis əməkdaşları tərəfindən mənəvi və fiziki zor tətbiq edilərək döyüldüyünü, şəxsi axtarış və götürmə zamanı dediklərinin polislər tərəfindən əzbərlədilmiş sözlər olduğunu, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, həmçinin, onu saxlayan şəxslərin içərisində polis əməkdaşı Şahid2 olmadığını, üzərində iki ədəd telefon aşkar edildiyini bildirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2024-cü il tarixli 3-16-17/40/2-5110/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərkən adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı bədənində xəsarət aşkar edilməmiş, sağ saidin ön, bazunun içəri səthində və sağ döş nahiyəsində kobud köhnə çapıq toxuması (termiki yanıq izi) müşahidə olunmuşdur. Bundan başqa Sabunçu Rayon Polis İdarəsinə sorğu ünvanlamış, Sabunçu Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli 49/2-13882/24 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs MSY-yə təhvil verilərkən onun üzərində xəsarət olmamış və ona qarşı hər hansı fiziki, psixoloji təsir və təzyiq göstərilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli, 2-2-110/3-010518/2024 saylı məktubdan və 09 aprel 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmasını bildirməsi barədə məhkəmənin məlumatı əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılmış, araşdırma zamanı göstərilən xüsusatlar təsdiqini tapmamış, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin əməkdaşlarının Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətlərə yol vermələri halları müəyyən edilməmiş, həmçinin, Məhkəmə-Tibbi Ekspertiza və X2 Publik hüquqi şəxsin Sabunçu rayon şöbəsinin 18 mart 2024-cü il tarixli, 583 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. Ona görədə 09 aprel 2024-cü il tarixli cinayət işinin başlanılması haqqında qərala Təqsirləndirilən şəxs müraciəti əsasında toplanmış 446-C- 24 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Bundan başqa məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili Şahid1 və Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili Şahid2 ifadələrində 31 oktyabr 2023-cü il tarixdə Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində xidmət aparan zaman Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün ona yaxınlaşdıqlarını, Təqsirləndirilən şəxs verilən suallara yanlış cavab verdiyi üçün Vüqarı 15-ci PB-nə dəvət etdiklərini, Təqsirləndirilən şəxs tərəflərindən saxlanılan zaman tək olduğunu, Polis bölməsində videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildiyini, baxış zamanı Vüqarın üzərində olan 01 (bir) ədəd büküm maddəni təqdim etdiyini və həmin maddəni 30 (otuz) manat müqabilində şəxsi istifadəsi üçün əldə etdiyini bildirdiyini, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə sonradan məlumat daxil olduğunu, Təqsirləndirilən şəxs tərəflərindən fiziki və psixi təsir və təzyiq olmadığını, Təqsirləndirilən şəxs vəkildən imtina etdiyini, Təqsirləndirilən şəxs üzərində narkotik vasitədən başqa hər hansı əşya olmadığını, həmçinin üzərində mobil telefon olduğunu görmədiklərini Təqsirləndirilən şəxs üzünə qarşı demişlər. Bundan başqa məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilməsini özündə əks etdirən bir ədəd diskə baxış keçirilmiş və baxış zaman müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, avtomobilində, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol qabaq cibindən 1 ədəd şəffaf selofana bükülmüş qəhvəyi rəngli toz şəkilli maddəni çıxarıb təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd qəhvəyi rəngli toz şəkilli maddənin “kokos” olduğunu, öz istifadəsi üçün xx.xx.2023-cü il tarixdə səhər saatlarında Balaxanı qəsəbəsindən adını və ünvanını bilmədiyi şəxsdən 30 manata alıb öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş 1 ədəd şəffaf selofana bükülmüş qəhvəyi rəngli toz şəkilli maddə təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 160 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən iş üçün sübut əhəmiyyətinə malik ola biləcək digər əşya predmet aşkar olunmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli sənədlərə baxış keçirilməsi haqqında "xxxx" MMC-dən götürülmüş, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon danışıqlarına baxış keçirilməsi haqqında protokoldan və əlavə edilmiş digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəsinə ***-***-**-** saylı nömrədən xx.xx.2023-cü il tarixdə saat 05.28-də «qaqa imkan olsa azcada o birindende götür qardaşımsan» mətnli sms, saat 05.39-da «qaqa baxtıya deyir 20 lik o biri çaxırdan alınar?» mətnli sms, saat 07.09-da «qaqa bu nedi qatqılıdı o biri yarıya dəymirəm gəlim görüşərik» mətnli sms, saat 15.08-də «qaqa 15 dq mehledeyem 10 İt kola dukançun alınar firmayla maraqlana bilərsən sene zehmet» mətnli sms, ***-***-**-** saylı nömrədən xx.xx.2023-cü il tarixdə saat 11.40-da «qaqa aşağdayam ağrıyıram sənin qadan alaram durğuz eldənizi bidene yarı kola isdiyirəm» mətnli smslər aşkar olunur. ***-***-**-** saylı nömrədən isə xx.xx.2023-cü il tarixdə saat 23.02-də 050-780-03- 30 saylı nömrəyə «ay qaqa 1 çet daş 1 baş şey alınır? Mənə tez cvb denende avara qalmışam» mətnli sms, xx.xx.2023-cü il tarixdə saat 03.48-də ***-***-**-** saylı nömrəyə «qaqa 1 q kola isteyen var. Nece edek? girde vatsapa» mətnli smslər müəyyən olunur. (cild 1, iş vərəqə 101-106) Göründüyü kimi, Təqsirləndirilən şəxs mobil nömrələrinə daxil olan və həmin mobil nömrələrdən müxtəlif şəxslərin mobil nömrələrinə göndərilmiş sms-lərin (mesajların) məzmunundan açıq-aşkar görünür ki, müxtəlif şəxslər Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə mesaj göndərərək sonuncudan jarqon terminlərdə ifadə olunan, əslində isə dövriyyəsi qadağan olunmuş narkotik vasitə və psixotrop maddələri almaq istədiklərini bildirmişlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımasına görə ittiham irəli sürülmüşdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs ittihamı mübahisələndirdiyi hissədəki ifadələrini, habelə üzərindən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroinin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması barədə məhkəmə iclaslarında verdiyi bu kimi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları cinayət işinin materialları, şahidlərin ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, ekspert rəyi, sənədlərə baxış keçirilməsi haqqında "xxxx" MMC-dən götürülmüş diskə baxış protokolu və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə yekun hüquqi qiymət verərkən onun ibtidai istintaq zamanı ilkin mərhələsində verdiyi etirafedici ifadələrini əsas götürür. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin külli miqdarda, yəni, 2,124 qram olması və istifadəsində olmuş mobil nömrə vasitəsilə narkotik vasitələrin alış-verişini əks etdirən SMS-lərin olması, əldə etdiyi külli miqdarda narkotik vasitəni üzərində gəzdirməsi işin mübahisəsiz halıdır. Məhkəmə hazırkı iş üzrə Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitənin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasını, istifadəsində olmuş mobil nömrə vasitəsilə narkotik vasitələrin alış-verişini əks etdirən SMS-lərin olmasını, əldə etdiyi külli miqdarda narkotik vasitəni üzərində gəzdirməsinə, narkotik vasitələri satış məqsədi ilə əldə etməsini və bu kimi halları birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni satış məqsədilə qanunsuz əldə etmiş, saxlamış və daşımışdır. Həmçinin məhkəmə yuxarıda qeyd edilən cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin növünü, həmçinin, çəkisini, iş üzrə cəzasını yüngülləşdirən hal kimi himayəsində 01 (bir) azyaşlı uşağının olmasını, iş üzrə cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, X3 ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)-584/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ev dustaqlığında olduğu müddət təyin edilmiş cəzadan çıxılmış və üzərində 02 (iki) il, 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (Cild 1, iş vərəqə; 72-88). Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini məsələsini həll edərkən Cinayət Məcəlləsinin 66.5-ci maddəsi üzrə cinayətlərin məcmusu qaydasında cəza təyin edilməli, həmçinin cəza təyin edərkən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbləri mütləq nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 31 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Sabunçu rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 2,074 qram küstar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli hökmü ilə təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən əvvəlki cinayət işi üzrə 01 (bir) ay ev dustaqlığında olduğu müddət hazırki cinayət işi üzrə təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın, üzərində 05 (beş) il 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Sabunçu rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 2,074 qram küstar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin, şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(101)-1338/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1338/2024
27.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver